Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Gözümdə yamsılanmış Qərb, sən yalnız içimdəsən,
Nə vaxtsa oyanacaqsanmı hansı seçimdəsən?!


Yanan Azərbaycan!
Odlanan Azərbaycan!
Günü- gündən şölələnən,
Şölələndikcə kölələnən Azərbaycan.

Acgöz məmurların tamahından,
Riyakar siyasətçilərin ümidləndirdiyi sabahından,
Məzlumların ahından yanan Azərbaycan.

Yanan Azərbaycan,
Yandıqca tanrısın danan Azərbaycan.
Lazım olmayan vaxtı haqqı qanan Azərbaycan.

Oyun içindəsən!
Bilinmir nə biçimdəsən,
Gözümdə yamsılanmış Qərb, sən yalnız içimdəsən,
Nə vaxtsa oyanacaqsanmı hansı seçimdəsən?!
Hələ ki yat, yat içimdə sən.
Hələ ki yat, yat içimdə sən.

Hələ ki yat içimdə,
Çıxsan üzümə, Qərb bəyənməz bu biçimdə.
Millət yalvarırsa : “Nolar, bir qurtum ver o neftdən mən də içim də!”,
“Bir dəfə imkan ver seçilməlini mən də seçim də!”
“İllərlə əkdiyimi mən də biçim də!”
Necə var olacaqsan, Azərbaycan?!

Yanma!
Yansan, kül olacaqsan.
Oyan!
Oyansan, gül olacaqsan.
Cuşa gəl!
Sındırıb qəfəsini nəğməli bülbül olacaqsan.
Hər şey sənin olacaq, Sənsə, şərəflə Allahın olacaqsan!

Ya gül ol!
Ya kül ol! Təki, kölə olma,
Yetər ki, böylə olma.
İstəməm səni belə görüm. Bütün millətlər gül açırkən sən solma.
Nə olar, yalvarıram,
Dilənçilərlə, arsız şou ulduzlarla dolma,
Ətirlənməmiş solma!
Nə olar?!
Nə olar, belə olma!

Guya ki, seçdin hədəfini,
Əslindəsə, itirdin kələfini,
Özünə gəl, çıxart üzə əvvəlki şərəfini.
Lazım deyilsən Qarabağsız,
Neynirəm səni
Topxanadakı meşəsiz,
Laçındakı dağsız,
Belə isə vətən, niyə biz gəzək qəlbi dağsız?!

Qəlbimiz dağlanmalı,
Gözümüz ovxalanmalı,
Nəhayət ki qeyrətimiz çalxalanmalı.
Bəlkə, vətən, bundan sonra bu millətə arxalanmalı!
Bəlkə, vətən, bundan sonra bu millətə arxalanmalı!

Vüsal Azəri
birlik.az

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Bu dünyada otun, suyun, torpağinda yaddaşı var.
Sındırılmış bir budağın, söndürülmüş ocağın da yaddaşı var.
Elek-velek, darmadağın otağın da yaddaşı var.
Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
Naili çekme altındaca qolu çıxan kuklaciğın,
Miz üstünde yetim qalan bir qelemin, varağında yaddaşı var.
Azerbaycan tanımışdır vaxtsız qapı döyenleri,
Qara günler getirerken qan qirmızı geyenleri
Yox, unuda bilmerik biz xeyir cildi geyen şeri,
Yüz minleri... qanunsuz ve mehkemesiz güllebaran edenleri.
Qorxa-qorxa yarım addım ata-ata
Ayaq üste yata-yata,
Ourşağacan qar içine bata-bala sürgünlere gedenleri.
Ac, yuxusuz, nalan, üryan
Min-min qoca, min-min cavan
İş üstünde bir sümükdü, bir de deri.
Yox, unuda bilmerik biz
Ac canavar iştahıyla yurdu soküb tökenleri,
Bir desteni qana çeken destebaşı tekeleri.
Rehber xadim sayılardı baş kesenler, göz ovanlar.
- Haqq - bağıran boğazlara qurşun tökdü
Markaryanlar, Qriqoryanlar.
Yanda durdu Topuridze, asta cellad, usta cellad.
Adı doğma, üreyi yad
Cin Ceferin ellerile viran qaldi xanimanlar.
74 min dustaq getdi, qayıtmadı yüzde biri.
Çoxu gülle ışığında öz elile qazdı qebri.
En rezili bu deyil, yox,
En rezili odur ki, sen
Özün şair adlanasan, edib, alim adlanasan.
Baxıb dustaq etdiyine kam alasan, şadlanasan
Yox, unuda bilmerik biz iş başında omba duran gürzeleri
Naxçivanda DTK-nin çirmek qollu dilaveri.
Alnı kerpiç, gözleri tum... mirzeleri
Ellerinde daşdan keçen casusname erzeleri
Tribunadan"Veten"! deye, "Millet" deye ve'z eleyen herzelerim
Yox unuda bilmerik biz
Birce üskük şöhret üçün, göz dikdiyi servet üçün menliyini satanları.
Xirtdeyece bataqlığa batanları
- Daloy muğam!
- Daloy papaq!
- Daloy tarda!
- Daloy saz da! - deyib lığa batanları.
Xeyanete qurban getdi ter benövşe, bahar Müşfiq.
Helede bu cinayete zirvelerden baxar Müşfiq.
Xeyanete qurban geldi nece igid,
Pensneli, zer esalı, nur heykeli ulu Cavid.
Qurban getdi dağ billuru Yusuf Vezir
Yalçın qaya - Ehmed Cavad.
Qoç Koroğlu, Sam oğlu Hacı Kerim
Ulduzlari salxım kimi göyden deren Çobanzade Bekirimiz.
Güllelendi teperimiz, keserimiz, hünerimiz.
Bu derdleri önce sezib tab etmedi Ceferimiz.
Haray, dünya!
Hele durur o qansızlar.
Qehremana, merd baxışa aman vermez imansızlar.
Qırdığımız dişlerini zaman-zaman şaqqıldadan
Qan tökmeye, baş kesmeye imkansızlar...
Ele bilme o dehşetli yangın bildi, batdı, getdi.
Hele durur, davam edir
O, yaşayır, qorxularda, ürkülerde.
- Belke bir de qaytarildı... belkelerde.
Vicdanları basıb yeyen
Lekelerde, kölgelerde.
Ne qeder ki, bir milleti yetmiş yere bölenler var.
Ne qeder ki, rütbe üçün, şöhret üçün ölenler var.
Ne qeder ki, kabineti, vezifeni gözlerine tepenler var,
Tiranların yambızını bir az altdan öpenler var,
Ne qeder ki, iste'dadı addim-addım pusanlar var,
Xalq derdini hayqırmağın evezine eqreb kimi susanlar var.
Ne qeder ki, iş başında bunca kütbaş, kemsavad var.
Düz üç yüz min diderginden heç ne yazmaz metbuat var,
Ne qeder ki başçı olur başsız canlar,
Bir milletin menliyim talam-talam talayanlar,
Ne qeder ki, mene exlaq dersi verir ferariler, boşqab dibi yalayanlar,
Ne qeder ki,- Demokrati! - Aşkarlama!
Deye-deye boğaz yırtır bu züyçüler, zurnacılar, şeypurçular,
Ne qeder ki, cezasıdır Xankendimde evler yıxan, ürek yaxan yırtıcılar,
Davam edir otuz yeddi
Daha kesgin, daha ciddi!
Ne qeder ki, xalq şairi xalqa yaddır,
Ne qeder ki, rütbeliler mütleq dahi iste'daddır,
Ne qeder ki, yallananlar harda aşdır, orda başdır.
Ne qeder ki, erken duran, axşamacan getmen vuran
Anaların döşü südsüz, gözü yaşdır,
Davam edir otuz yeddi
Daha kesgin, daha ciddi.
Diqqet! Diqqet!
Qapamasın gözlerini haray-heşir, çığır-bağır.
Qezetleri lal elemek xalqı lal etmekden ağır.
Ruhun hele ölmemişse hayqır-bağır:
Ne qer ki, sıxıb meni limon kimi sümüren var.
Sümüyümü gemiren var,
Ne qeder ki, Bakımıza püsgürdülür ölüm tozu,
Teyyareler zeherleyir o kolxozu, bu sovxozu,
Ne qeder ki, cocuq qanı pestisidle mayalanır,
Aşımıza qatır alçaq yüz fitneni, min yalanı,
Ne qeder ki Ovçarenko destekleyir Balayanı,
Milli geda Boroviki, Ağambekyan min ilanı,
Ne qeder ki, canımızda qan sorucu min gene var,
Menim isti sözlerime soyuq baxan bigane var
O xeyanet sanma bitdi,
Davam edir.
O cinayet davam edir
Menim şe'rim, menim qanım cinayetle dava edir.
Bir halda ki, davam gedir.
Qorx ki, bir gün Veten deye:
Xelil balam qurban getdi.

Xəlil Rza

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

“Minarələr süngü, qübbələr dəbilqə;
məscidlər qışlamız, möminlər əsgər
Bir şey məni əzə bilməz;
Göylər, yerlər açılsa,
üzərimizə tufanlar, yanardağlar saçılsa;
Biz oyuq ki; imanıyla öyündüyümüz əcdadımız,
titrədici şeylərə heç bir gün diz çökməmiş;
zəfərlərin sənədi, Anadolunun sənədi.
Malazgirtdən ta Çanaqqalaya
imanın keçilməz qalasına qədər
əcdadımızı zəfərdən zəfərə aparan bu birlikdi,
bu bərabərlikdi”.

Ziya Göyalp 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Get-gedə, "Zənbur" ağa, sən də çaşırsan deyəsən?!

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

 

Sən düz adəmsən əgər səndə bu tədbir nədir?

Jurnala çəkdiyin ol çalmalı təsvir nədir?

Qollarından sarılan kimdir, о zəncir nədir?

Dinmədikcə sənə sərhəddən aşırsan deyəsən?!

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

 

Nədir ol həlqeyi-zəncirdə bir para süvər?

Kimləri göstəriyor halqa dərunindəkilər?

Şəkli-islama gülən kimdir о ifritsiyər?

Sən bu rəftar ilə bizdən uzaşırsan deyəsən?!

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

 

Açmağa bir para əsrarı edib səyü təlaş,

Çalışırsan ki, bizə təng ola ta rahi-məaş?

Bu qədər etmə cəsarət, özünü gözlə, yavaş!

Dəymədikcə kefinə lovğalaşırsan deyəsən?!

Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

 

Sən bu şəkl ilə bütün xalqı oyatdın da deyək,

Bizi mənfur eləyib bir yana qatdın da deyək,

Sənə nə xeyr olacaq bizləri atdın da deyək?

Boş yerə boylə bizimlə dalaşırsan deyəsən?!

Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

 

Məzhəkə jurnalın əvvəl bizə, ibrətdi, dedin,

Bir para şəxsə sataşdın, bu nəsihətdi, dedin,

Bizi qatdın işə, bir növ zərafətdi, dedin,

İndi amma dəxi ciddən savaşırsan deyəsən?!

Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

 

Şəxsi-islamın əgər biz qolunu bağlamışıq --

Nə günah eyləmişik? Millət üçün ağlamışıq....

Hifz edib məzhəbi, şeytanı yaxıb, dağlamışıq.

Bizi gördükdə müqəssir dolaşırsan deyəsən?!

Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

 

Biz əgər olmasaq, islama nigəhban kim olar?

Beş gün ötməz ki, bu bağın gülü reyhanı solar,

İxtiraati-şəniə bütün islama dolar,

Leyk sən anlamayıb işdə çaşırsan deyəsən?!

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

 

Asta-asta dəbərib qurdalaşırsan deyəsən?!

Bəzi əfsanəçilərlə yanaşırsan deyəsən?!

Büsbütün məfsədələrlə bulaşırsan deyəsən?!

Ay balam, eybini qan!

Bir həya eylə, utan!

Yoxsa təkfir edərik

Lapca risva olasan!

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (M.Ə.Rəsulzadə qəsəbəsi – keçmiş Kirov) dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.

Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525-ci qəzet”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Yeni Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində “Danabaş kəndinin Bakı filialı” rubrikası başlığı altında çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib. 1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun 50 illik yubileyi keçirilib. Həmin il “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

1998-ci ildə “21-ci gənclik dərgisi”ndə, 1999-cu ildə “Azərbaycan” jurnalında, 2004-cü ildə “İRS-наследие” jurnalında bir neçə şeri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də öyer alıb.

2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki Xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).

3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı işıq üzü görüb.

2000-ci ildə “Azərbaycan” jurnalı tərəfindən “Hikmət Ziya” adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə-çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki…” kitabı oxuculara təqdim olunub.

2004-cü ildə “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o “koma” vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib.Qəbri Kürdəxanı qəsəbəsindədir.

O bilər mən bilərəm

Bivəfadırsa əgər yar, o bilər – mən bilərəm,
Ya vəfa əhlidi dildar, o bilər – mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,
Qeyri dindardı ya dindar, o bilər – mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,
Çalma kandarıma mismar, o bilər – mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,
Dedi ki, eyləmə israr o bilər – mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,
Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,
Gahi ordan yerə çırpar, o bilər – mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,
Desələr hansıdı qəddar, o bilər – mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,
Kimə nə, eybi əgər var, o bilər – mən bilərəm

Gəlsə qiyamət, ay ata

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,
Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,
Çəkirəm dostlar arasında xəcalət, ay ata.

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,
Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

Bilirəm, sən də alırsan yığasan verdiyini,
Verməsən ustuluva yoxdu zəmanət ay ata.

Salmısan zindana yüzlərlə günahsızları sən,
Onların qarğışı qoymaz bizi rahət, ay ata.

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,
Gəmisin istədin ondan bu xəyanət, ay ata.

Hara getsən son ümidün yenə Allah olacaq,
Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,
Macalın olmayacaq gəlsə qiyamət, ay ata.

Tərpəndi, ya tərpənmədi

Titrəyib yer tərpənəndə bilmirəm insanların,
Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?

Hündür eyvandan baxıb dövran mənimdir söyləyən,
Məmurun eyvanları tərpəndi, ya tərpənmədi?

Allahın torpaqların ac kəndliyə pulnan satan,
Quldarın ormanları tərpəndi, ya tərpənmədi?

Həm evi, həm qəlbi sınmış binəvalarçün görən,
Dövlətin imkanları tərpəndi, ya tərpənmədi?

Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,
Şah damarda qanları tərpəndi, ya tərpənmədi?

Özgənin ünvanına öz nəslini yerləşdirən,
Acgözün ünvanları tərpəndi, ya tərpənmədi?

Dövri-Sabirdən bu yanə bir əsr yatmışların,
Lərzədən yorğanları tərpəndi, ya tərpənmədi?

Can güdən oğlanların dəhşətdə ikən özləri,
Özgələrçün canları tərpəndi, ya tərpənmədi?

Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?

Qarabağ getsə əgər

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,
Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,
Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,
Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,
Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,
Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.

Mən nə dedim ki?!

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir,
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,
Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

Tərk eylədi şeytan bu könül mülkünü getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki, eşq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın özün axtardım onun qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən nə dedim ki?!

Pünhan, mən əməl dəftərini şerə çevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!

2 avqust, 2002 / elmtehsil.co.cc

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Vətən!
Səni sevmək çətindir, Vətən,
Nə gündəsən?
Təpədən dırnağacan
günah içindəsən.
Bilirsən səni sevmək
bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər.
O sevgidən için-için
gizlicə yanar adam.
Amma açıb deməyə
qorxar, utanar adam.
Bu nə haldır düşmüsən,
Bu necə gündür, Vətən?
Adam səni sevməyə utanır, Vətən.
Üstündə neft ləkəsi,
kim yuyacag bu ləkəni?
Milyonçular ölkəsi, dilənçilər vətəni!
Neftlə getdi bərəkətin,
bərəkət qaçdı səndən.
Neftlə getdi bəkarətin,
borular keçdi səndən.
Qarış-qarış qazılsan da,
sevin, hələki sağsan,
Qara neftin qurtaranda
Ağ günə çıxacaqsan.


RAMİZ RÖVŞƏN

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Yox, sənin də canın daşdan deyilmiş,
Gör səni nə günə qoydular, qadın.
Əvvəlcə çadranı açdılar sənin,
Sonra paltarını soyundurdular…
Sonra səni soğan kimi qat- qat
Soydular, qadın.
Zalımların gözü də yaşarmadı,
Bu quldurlar içində, de,
Səni soymağı, kim bacarmadı?
Bir sevginin işığı düşmüşdü  üz–gözünə
Soydular, o işığı da soydular.
Qurmadığın ev–eşiyi,
Doğmadığın uşağı da soydular,
Gör səni nə günə qoydular, qadın.
Sonra abrın-həyan soyuldu getdi,
Sonra səbrin, dözümün.
Göz yaşları taladı,
Soydu getdi gözünü...
Gözlərin lümlüt qaldı.
Sonra gözlərindən öpdülər yenə,
Adına nəğmələr qoşdular, qadın.
Səndən ötrüymüş sən demə
İnqilablar, savaşlar,
Axan qanlar,
Kəsilən başlar, qadın.
İnqilabı neynirdin ki?
Sən özün inqilabsan,
Sən başdan ayağacan
oxunmamaış kitabsan.
Kimsə səni gözlərindən
oxumağa başladı,
Kimsə ayaqlarından.
Amma heç kəs oxuyub sona çata bilmədi,
Ortada ilişib qaldı hamısı.
Nə üstdən aşağı baxırsan bizə?
Yoxsa bizi də sən doğmusan, qadın?
Sənin doğduqların azad deyilsə,
Özün necə azad olmusan, qadın?
Yox, sənin azadlığın yarımçıqdır deməli,
Sən də yarımçıqsan, biz də yarımçıq.
Yaxşımız da, pisimiz də yarımçıq.
Sən bizi təzədən doğ, "Azad qadın" heykəli,
Amma cırtdan doğma,
Sən bizi div doğ,
Amma yarımçıq yox, bizi bütöv doğ.
Onda sən də tamam azad olarsan!
Ey mənim daş anam, azad olarsan!

RAMİZ RÖVŞƏN

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

  

Başı üstə bulud qara,
Ocağının odu sönüb.
Neçə vaxtdı düşüb dara,
Vətənin anası ölüb.

Yox sirrini saxlayanı,
Yox yarasın bağlayanı.
Yox dərdinə ağlayanı,
Vətənin anası ölüb.

Köksündə düşmənin oxu,
Biganədir ona çoxu.
Kim qeydinə qalsın axı.
Vətənin anası ölüb.

Çıxıb yoxa igidləri,
Dünyaya sığmaz kədəri.
Özünü boğur qəhəri,
Vətənin anası ölüb.

                              A. Nəzirzadə

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 

 

 

 

 

 

 

Dünyanın qəminə damla deyəsi
Qəm karvanı gəlib-keçib dünyadan.
Bu karvandan sonra çətin tapıla
Dünyamızı yuxusundan oyadan.

Azadlıq yolunda candan keçən çox
Azadlığı cana satanlar kimi.
Əsil haqqı görüb canın verən az
Əsil haqqa çırmaq atanlar kimi.

Haqq yolunda beşik körpəsin verib,
Mələkləri tamaşaya yığan var.
Yaranışda tənə vuran İblisi
Başsız tənin səcdəsinə yıxan var.

Hüseyn! Min illəri yarıb keçən nur,
Haqqa qalxan qılıncların sipəri.
Hüseyn! Aşiq könüllərin çırağı,
Şəhidlər mülkünün əziz sərvəri.

Dilim ağı deyir, ürək yuxuda,
Zülmətə öyrənən qaçır işıqdan.
Bərbəzək aşiqi Hüseyni görməz,
Kərbəla uzaqdı hər yaraşıqdan.

Ağla könül, karvan keçdi, yubandın,
Ağla göz yaşından ruhun isinsin.
Bu günlərə gülənə İblis gülür,
Ağla ki, qəlbinə bir mələk ensin.

                                                                             Hacı Arzu Eyvazov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Mişel Uelbekə

Dünyanın bakirə çağları getdi…
Daha oksigen də saxtadır, saxta.
Dünya-dünya deyil, supermarketdi,
Hamı satıcıdır, hər yan piştaxta…

Burda şüarlar var, endirimlər var
Sevinclər bahadı, qəmlər ucuzdu.
Məsələn, necədir görün bu şüar :
“Üç oğraş istəsən biri pulsuzdu”.

Vitrinlər önündə donub qalarsan,
Şüarlar çığırar “ Məni al ! “ –deyə.
Yüz metr Nəsimi dərisi alsan,
Bir şüşə Lorkanın qanı hədiyyə.

Burda sədaqətlər düzülüb rəfə,
Yazılıb : toxunmaq qətiyyən olmaz !
Xoruz banınacan gündə üç dəfə,
Pyotr yüz Məsih satar, yorulmaz…

Vitrində tozlanır namuslu olmaq,
Vitrində tozlanır qeyrətli ürək.
Neyləyək namusa sponsor tapaq,
Neyləyək ürəyə klip çəkdirək ?!

Ay Dünya, hər yanı piştaxta dünya,
Ay yalançı dünya, ay saxta dünya,
Ay qərəz dünyası, ay kin dünyası,
Ay market dünyası, vitrin dünyası,
Sən şair qətlinə möhür bassan da,
Şeirin kitabını bağlasan da sən.
Milyon il şairi qandallasan da,
Şeiri zirzəmidə saxlasan da sən,
Bir şair nəfəsi gedib-gəlirsə,
bir uşaq bircə bənd şeir bilirsə,
şairlər qazacaq sənin qəbrini.

Bir gecə şairlər küçəyə çıxıb,
Sənin mərsiyəni oxuyar, market
Bizə uzatdığın çekləri yığıb,
Sənin kəfənini toxuyar, market.

Bezib, qəzəblənib, hirslənib, doyub
Mən səni Eyfeldən asdıracağam.
Sənə kassalardan başdaşı qoyub,
Səni vitrinlərdə basdıracağam.

Nəyi almısansa qaytaracaqsan,
Sinənin üstünə çıxacam sənin.
Əlimin altında yalvaracaqsan,
Alnına bir şeir sıxacam sənin.

Yağacaq başına şeir-raketlər,
Vitrinlər söz altda dağılacaqlar.
Yetim qalacaqlar mini marketlər,
Gəbərib qurd-quşa yem olacaqlar.

Dükanlar hamısı batacaq yasa,
Bu market dünyası iflas olacaq.
Elə çığıracaq ağrıdan kassa,
Obama eşidib bəyaz olacaq.

Ay pozğun dünyanın pozğun qarısı,
Dollar dodağınla heç bir şey demə !
Sənə bağlanıbdı cənnət qapısı,
Yeri, cəhənnəm ol düz cəhənnəmə !

                                                               İkinci Qismət

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Söz verdim, söz aldı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?

İtirib özündə özünü dünya,
Toyları, yasları, özülü dünya.
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?

Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub, hay salar, haydan utanmaz,
Gunəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?

Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha,
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?

Başının altına yastıq qoyanlar,
Ayağı altına qumbara qoydu.
Nadanlar dünyanı qumara qoydu!
Men belə dünyanın nəyindən küsüm?

Məmməd Araz

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Elə zənn etmə, ay dostum,
     ağ saç pis bir əlamətdir,
O, şəfqətdir,  hərarətdir,
     insanlıqla bərabərdir.

Sən gəl ona rəng söyləmə
     o, rəng deyil, boya deyil,
Sığınmağa yer tapmayan,
     qərib düşmüş qəm-kədərdir.

Enişdir o, yoxuşdur o,
     həyata düz baxışdır o,
şücaətdir, rəşadətdir,
     şeytan üstündə zəfərdir.

Sevgi-nifrət döyüşüdür,
     sevinc-kədər görüşüdür.
İnsafsızlıq hücumudur,
     vəfasızlıqdan əsərdir.

Saçin dərdin özündən yox,
     bəlkə sakit ürəkdən sor.
Saçı ağarmışın qəlbi
     bir gör necə dərbədərdir?!

Ağar saçım, ağar qoyma
     bəyaz vicdanım qaralsın!
Qaralsa vicdanım çünki,
     bu hər şeydən beş betərdir.
 
 
İlqar Kamil  -  Qum 2005

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Vəziyət ciddiləşib, Qüdsdə evlər sökülür,

Sionist yəhudilərçin yeni yerlər tikilr.

Nə qədər göstərəsən düşmənə qarşı dirəniş

Sionist səhvinə dünya necə versin düzəliş

Bu işin bir adı var, israilin tutdugu iş

Səpərək kin toxumu, qəlbə tikanlar əkilir

Vəziyət ciddiləşib, Qüdsdə evlər sökülür.

Bu fələstinlilərin halına insan dözməz

Ölü vicdanla işim yox, diri vicdan dözməz

Zülm olur qardaşına, görsə müsəlman dözməz

Bunca bəsdir, daha nahaq yerə qanlar tökülür

Vəziyət ciddiləşib, Qüdsdə evlər sökülür.

Cavanın halına, bir də qocanın halına bax

Naəlac qız-gəlin, ağbirçəyin əhvalına bax

Qalaraq evsiz-eşiksiz, dağılan malına bax

Eləyərkən tamaşa, hər dəfə qəddim bükülür

Vəziyət ciddiləşib, Qüdsdə evlər sökülür.

Hərə dünyada ata israilə bir rəmzi daş

Sionizm məhv olar, qalmaz daha qəlbidə təlaş

Bu fikirlə ki, qoyanda gecələr yastığa baş

Eləyir ruhuma təsir, yuxum ərşə çəkilir

Vəziyət ciddiləşib, Qüdsdə evlər sökülür.

Bu Fələstində şüardır: “Ya qalım, ya da ölüm”

Zühur eyliyərsə Qaim (ə.f), bitər işgəncə, zülm

Səs verib səslərə Mövla, səni səslər könülüm

Elə ki, gəldi cümə, Kəbəyə gözlər dikilir.

Vəziyət ciddiləşib, Qüdsdə evlər sökülür.

Rəşad Həsənli,  “Dəyərlər”

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir,
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,
Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

Tərk eylədi şeytan bu könül mülkünü getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki, eşq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın özün axtardım onun qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən nə dedim ki?!

Pünhan, mən əməl dəftərini şerə çevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!

                                                                     Baba Pünhan

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Dağılır cismdə bu can, xəbərin yoxdu sənin,
Sağılır Azərbaycan, xəbərin yoxdu sənin.

Gəmirir gömrüyü gömrükçü, köpüb kömbələlib,
Gənədir, gendən içir qan, xəbərin yoxdu sənin.

Elimiz bir, gölümüz bir, Əlimiz birdi-fəqət,
Tutur əl, “Axber”ə İran, xəbərin yoxdu sənin.

Neçə rüşvətxoru məzun edir, hər il Bakıya,
Polsin yurdu Mərdəkan, xəbərin yoxdu sənin.

Nə təqaüd, nə maaş, yetməyir heç duz çörəyə,
Kasıbın göz yaşı ümman, xəbərin yoxdu sənin.

Bu elin çox kədərindən, xəbərin var- bilirəm,
Çatmayır, on dənə “şirvan” xəbərin yoxdu sənin

Bakıya dolmaq üçün, dava əcəb fürsət imiş,
Bakının torpağı ehsan, xəbərin yoxdu sənin.

Kimi hində, kimi tində oturub, daldalanıb,
Saralıb çində bir insan, xəbərin yoxdu sənin.

Halala qatma haram, kimsə bunu görməsə də,
Qeyd edir dəftərə Pünhan, xəbərin yoxdu sənin.

                                                                       Baba Pünhan

 

Kullanıcı Oyu: 4 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin değil
Bakıda nəyin var, Şuşalı qardaş,
Bizim ki, canımız qəfəsə sığmaz.
Mən də vətənimdən atılan bir daş,
Bu bulud gözümün ipi yığılmaz.

Ta bundan o yana ...səbir neynirəm,
İndi Yaradan da səbirdən çıxıb.
Bu dərd kəfənimi geydim əynimə,
Gördüm ki, bir ucu qəbirdən çıxıb...

Durna da yoxdur ki, salam göndərək,
Sən Cıdır düzünə, mən İlməzliyə.
Ən böyük dərd imiş dözüb gözləmək.
Günlərin birində dönərik deyə.

Qar deyil yolları ahımız tutub,
Vətən söyləməkdən dil qabar-qabar.
Bir anlıq hər şeyi qardaş unudub,
Tut mənim əlimdən Şuşaya apar.

Dərd gəldi sinəmi dəldi də keçdi,
Üşüyən qəlbimdə qar qıza çətin.
2009-da gəlib yetişdi.
Gedə biləcikmi Qırxqıza?...çətin

Yaxın buraxarmı bizi o dağlar,
Düz 20 ildi ki, yada dönmüşük.
Boy verə bilmirik qayalar kimi.
Hərəmiz bir quru ada dönmüşük.

“Ya ölüm, ya olum”, ya da ki, heç nə.
Dur!
deyəm gözümün yaşına bir gün.
Sancam ürəyimi bayraq yerinə,
Şuşa qalasının başına bir gün.


Hafiz HACXALIL - /www.dgtyb.org


 Şuşa!!!

Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz.
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət,Şuşa!

Dağlarından qopar havalı yellər,
Ah,o sərin yellər,səfalı yerlər.
Dağıdıb huşumu divanə eylər,
Vüsalın hər kəsə səadət,Şuşa!

Xırdaca-xırdaca yağışın yağar,
Çən-çisək içindən günəşin doğar,
Bir ağız bir bulaq suyunu içər,
Eyləyirsən yenə qiyamət,Şuşa!

Bir əcəb gülşəndir torpağın,daşın,
Dumanlı dağlardır həyat yoldaşın.
Bir ağrı gördümü ömründə başın,
Ey fitrən xəlq olmuş təbabət,Şuşa!

Səməd Vurğun - www.borchali.net


Qəlbim yanır,alovlara qalanır.
Yetişəydim bulağına,ay Şuşa!
Xatirələr görüşünə yollanır.
Yetişəydim qucağına,ay Şüşa!
***
Bir uşaqdım ayaq basdım yoluna.
Valeh oldum yamacına,yalına.
Ayaqyalın yollanaram qoynuna.
Yetişəydim dolağına,ay Şuşa!
***
Bizimləydin,qiymətini bilmədik,
Qorumadıq,aciz qaldıq,büdrədik.
Çınqıl ollam,ya qara daş,ya ləpik.
Yetişəydim çaylağına,ay Şuşa!
***
Sellər kimi qaynayaram,axaram.
Leysan olub düzlərinə yağaram.
Üz söykəyib, dil dolusu ağlaram.
Yetişəydim torpağına,ay Şuşa!
***
Niyə bizi ayri saldı bu illər?
Hanı dağlar,hanı xari bülbüllər?
Qiş səhəri yrəyimə yaz gələr.
Yetişəydim yaylağına,ay Şuşa!
***
İdris oğlu camalına vurulub.
Ayrılıqdan gözüm kökü saralıb.
Dünya yaman zülmətləşib,qaralıb.
Yetişəydim çırağına,ay Şuşa!

Ilham Idrisoglu - www.misra.az


Sən Şuşaya getməsən də,
Şuşa səndən gedən deyil,
Heç ziyarət etməsən də,
Şuşa səndən gedən deyil.

Cana doyub bu dərd-sərdən,
“Şuşa yoxdu” – desən birdən,
Xan qaldırar başın yerdən,
Şuşa səndən gedən deyil.

Söz əkmisən barı gülür,
Millət qalxır düşmən ölur,
Göyçə sənə sarı gəlir,
Şuşa səndən gedən deyil.

Tanrı verib istedadı,
Hər sözünün var öz dadı,
Ey türk oğlu, Türk övladı!
Şuşa səndən gedən deyil.

Bilmirəm bu sözdür, nədir,
Qınama ki, bu nə deyir,
Bağışla ey boyuk şair,
Şuşa səndən gedən deyil.

Faiq Yusifoğlu - www.askla.org

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...


Ramiz Rövşən

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Günəşdən lap öncə səhər, sübh çağı,
İsidir aləmi nurlu qucağı.
“Allahu əkbər” söyləyir dili,
Qəflətdən oyadır o azan səsi.

Məhəmməd ümmətin yığıb bir yerə,
Çağırır imana səsləyir dinə.
Nəfəs aldığımız səhər mehinə
Təravət bəxş edir o azan səsi.

Hər gün oxunarkən tükü ürpədən,
Qəlbləri oyadan, içi titrədən,
Qafil könülləri dilə gətirən
İlahi çağırışdır o azan səsi.

İmansız ruhları kafir qəlbləri
Oyatmaz yüksələn o azan səsi.
İnamı nurlu, imanı kamil
Olanlar bilərlər nə azan səsi.

Bu ilahi qüvvə, ecaz çağırış
Sirli bir aləmə aparır səni.
Dərgah qapıların açır taybatay,
Sübh tezdən səslənən o azan səsi.

Tanrı yazdığını yoxdur bir pozan
Əsrlər keçsə də, dəyişsə zaman,
Obaş sakitliyi vardırsa pozan,
Təkcə bir səs var o azan səsi.

 

VÜSALƏ...

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Ey məzlumu aləm Mehdi canım, hardasan?
Dərd, qəm və kədərdən qəlbi qanım, hardasan?

Hərənin bir kəsə nisbəti var  aləmdə Ağa,
Ey mənim ünvanım ad və sanım, hardasan?

Dünyadakı nemətlər bir damladır ancaq,
Sənsən ali nemət və ümmanım, hardasan?

Kim bilir Məkkə, Mədinə, Nəcəf, Kufədə,
Ya Kərbəladasan laməkanım, hardasan?

Kimə pənah apardım zülmə məruz qoydu,
Son ümidim xəlq içrə gümanım, hardasan?

Hər kəsin vardır söz-söhbəti sənə dair,
Mənimdə tək bir sual, qəhrəmanım hardasan?

Xəyal çoxlu dua eylə fərəcdən ötrü,
Deməyim artıq Sahib-zamanım, hardasan?

 

Xəyal Tofiqoğlu 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Ey Əli Musa ər-Riza! Ey mayası pak yəsribli, Tusda uyuyan! Mən səni oyaq sanıram.

Daha diri, dünyanı nurlandıran günəşdən daha aydın, həyat eşqi ilə zəngin sanıram.

Hərçənd düşünürlər: Vaxt ötmüş, torpaqdakı damlalar kimi

Yuxunun dərinliklərinə hopmusan.

Lakin, ey cənnət yağmurunun saflığı! Ey Ruh! Ey suyun aydınlığı! Mən səni saf oyaq bulud, mərhmət sanıram

Ey Tus elimin  darısqallığında (bəxtim kimi) uyuyan!

-(Pakmayalı qoca şir atanı, Rəhmanın ruhunu zindana sürükləyən cinayətkarın kanarında)-

Mən səni o gözəl zülflərlə ruhdan və səhər cığırından daha oyaq sanıram.

Mən səni, şübhəsiz,  daha diri, günəşdən daha parlaq olan hər şeydən, hər kəhkəşanda, yaxın ya uzaq,

Gizli və ya aşkar

Sirlər pərdəsinin ən gizlini sanıram

Min iki yüz il, ya daha artıq, ömrünlə

Ey gənclik və əbədi gənc,

Ey əbədi!

Parlaq günəş sevimlisi!

Bu qüssəli qoca ellin,

Rey mahalının bu qəribi, səndən uzaqda qəmgin,

Bir istəyi var səndən, səndən gizli olmayan bir dərd

Və səndən umur (gizlində) yol və dərman.

Dünyanın əbədi canı! Hər yana şəfəq saçan günəş!

Bu qüssəli qoca ellini, qəlbi torpaqdan daha qara olanı, Ey Əli Musa ər-Riza, an.

Atan kimi bəhbus yorğun ürəklini,

Ey Əli Musa ər-Riza! An və çarə qıl.

Ey Əli Musa ər-Riza! An.

Əxəvan Salis

Çevirdi: Niyam Aqil