Yazarlar

×

Uyarı

JUser: :_load: Unable to load user with ID: 62

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Düzünü desək, kənd həyatı bəzən sakinlərini dözülməz imtahanlara çəkir. Amma bununla belə kənd mühitinin özünəməxsus gözəlliyi və şirinliyi vardır. Ürək oxşayan mənzərəsi həmişə insanları özünə cəlb edir. Amma bu kənd mühitinin çətinliklərinin ömrü az olduğu üçün, bahar gələn kimi bütün qış yorğunluğunun  ağrıları insan bədənini tərk edir. Gözəl təbiətin ürək açan mənzərələri, geniş, haylı-küylü kənd həyatı, sıra dağlar insan ruhuna həzin nəğmələr oxuyur. Səhər səni saatın zəngi əvəzinə pəncərən önündə ora-bura vurnuxan, ac-yalavac sərçələrin və isti ölkələrdən yenicə qayıtmış, çığıraraq hay-küy salan qaranquşların sevinc dolu səsləri oyadır. Səhər süfrəsini halal və təbii nemətlər bəzəyir. İsti təndir çörəyinin ətri isə təkcə diriləri yox, ölüləri belə şirin yuxudan oyatmağa qadirdir. Qoca və neçə-neçə yüzilliklərin sınağından çıxmış qayaların altından süzülən bulaqların suyu insanların  bütün xəstəliklərinə dərmandır. Dağlar və sıldırım qayalardan tökülən şəlalələrin səsi isə heç bir bəstəkarın bəstələyə bilmədiyi musiqi harmoniyasının gözəlliyini özündə cəmləşdirir. Bu təbiətdə olan canlı, bir-birini tamamlayan rəsm və musiqi əsərləri, qadir olan Allahın yaratdıqlarının görünən mənzərələridir. Bu, Allahın bizlərə təmənnasız verdiyi nemətlərdən bir zərrəsi hesab olunur. Görən və hiss edən bu nemətlərdən layiqincə bəhrələnir. Amma Adəm övladı nemətlərə tam yiyələnmək istəyirsə, bəndəliyin ən sonuncu zirvəsini fəth etməlidir.
 Əli, həyətlərindəki yüzlərlə insanın taleyinə şahid olmuş qocaman tut ağacının altına qoyduğu çarpayıya uzanmış halda bunları gah xəfif pıçıltı, gah da susaraq xatırlayırdı. Bunları fikirləşdikçə özündə yüngüllük hiss edirdi. Elə bil xəfif külək ruhuna yapışmış günahlarını qum dənəcikləri kimi söküb aparır, onun günahsız çılpaq bədənini qum dənəcikləri altından üzə çıxarırdı. Ruhunun  Allah qüdrəti qarşısında təzim etdiyini hiss edərkən çox sevinirdi. Uşaq sevinci ilə, “mən də bir gün gələr günahlarımdan təmizlənib pak bəndəyə çevrilərəm” - deyərək dərindən bir ah çəkdi. Etdiyim günahların cəzasını çəkməyə hazıram, təki Allah mənim........... Bu zaman halı dəyişdi, ürək sancısı onun sözünü kəsdi. Rəngi ağardı, sankı kimsə sinəsinə oturmuş onu boğmağa başlamışdı. Əllbəttə o, buna artıq beş ildən artıq idi ki, adət etmişdi. Buna baxmayaraq, sözünü bitirmək istəyirdi. Yenə də sözünü təkrarlamağa başladı. Allah mənim gü... günah...laarımı bağışşş..... Sözünün axrını gətirə bilməyəcəyini bilib susdu. Əli bacarmadıqda belə anlarda susmağa üstünlük verirdi, çünkü bilirdi ki, Allah onun duasını solmuş gözlərindən və qəlbindən də oxumağa qadirdir.
 Bu ürək ağırsı ona keçdiyi acı və qasırğalarla dolu enişli-yoxuşlu  həyat yolunu xatırladırdı. Həyatında ən şirin şeylərini - dinini, imanını, sağlamlığını, ailəsini, namuslu həyat yoldaşını, üç məsum övladını və ən başlıcası, Allah yanında bəndəlik hörmətini itirmişdi. Təhsilini başa vurduqdan sonra, təhsil aldığı şəhərdə qalıb işləməyə üstünlük verdi. Bu işə onun atası Heydər kişi ilə anası Adilə xanım da razılıq vermişdilər. Bir müddət keçəndən sonra özünə bir yar da tapmışdı. Ata və anasının xeyir-duası ilə ailə qurdu. Uzun müddət bəd nəzərdən uzaq firavan yaşadılar. Amma taleyin acı sonluğu onların da xoşbəxt ünvanlı qapılarını döydü. O, içki və gözəlliklər arxasınca düşdüyü zaman hər şeyini itirdi, hətta yaşadığı xoşbəxt ünvanlı mənzilin harada yerləşdiyini də. Hər şeyini itirdi, hər şeyini, insanlığa lazım olan bütün üstün və dəyərli cəhətlərini. Bütün çirkin əməllərini atıb doğma ata-baba yurduna qayıtdı, çünki ona artıq heç bir yerdə, hətta doğma ailəsində belə yer yox idi, düzünü desək, yer vermədilər.
  Bəli, Əlinin ürəyi o gündən  bərk ağrımağa başlamışdı. Bu ağrı, onu dəfələrlə yüzlərlə insanın fəryadı və ahının göyə yüksəldiyi xəstəxanaya ölüm yatağına sürükləmişdi. Amma buna  baxmayaraq, Allahın lütfü və həkimlərin səyi nəticəsində ölümlə mübarizədən qalib çıxmışdi.
 Bir axşamçağı dəhşətli bir ağrı Əlinin təkcə ürəyini yox, bəlkə bütün vücudunu bürüdü. Gözləri qaraldı, yıxılmasın deyə özünü birtəhər həyətlərində olan tut ağacına söykədi. Bu ağrı əvvəlkilərdən çox fərqlənirdi. Əlinin özü də  bu dəfə baş verən hadisədən çox qorxmuşdu. Çünki ömrünün ona belə vəfasızlıq edəcəyinə  inana bilmirdi.
Bu dəfə həkimlər onun vəziyyətinin çox ağır olduğunu dedilər. Bunu da qeyd etdilər ki, əgər yeni ürək köçürülməsə, həyat karvanı məqsədə çatmamış dayanacaq. Bu söz Əliyə xoş gəlmədi, çünkü bəzilərinin nəzərində həyat karvanında məqsəd qocalığı görmək, yəni ağzın yer süpürgəsinə dönənə kimi yaşamaq idi. Bu necə də gülməli səslənir, nə özünə xidmət et, nə əsl bəndə ol, nə də ki başqa Allah bəndələrinə xidmət et. Ancaq ye, iç, bir də nəfəs alıb vaxtından əvvəl başqaları üçün oksigen  qıtlığının böhranını yarat.
Bu məsələ onu çox narahat etməyə başladı. Çünki, o bu ürək ağrısının ona belə baha başa gələcəyini gözləmirdi. Elə düşünürdü ki, ömür ona vəfa etməyərək bir an içində ruhunu sahibinə təslim edəcəkdi. Belə bir sonluq onun üçün ən gözəl qurtuluş sayıla bilərdi. Amma təəssüflər olsun ki, onun gözlədiyinin tam əksi oldu.
Bu gündən etibarən həkimlər onu növbəyə yazmışdılar. Növbə çatan kimi ürək köçürülmə əməliyyatı başlayacaqdı. Əli öz-özünə pıçıldayaraq, durmadan bu sözləri təkrar edirdi: mənə verilən ürəklə nə etdim ki, bu köçürmə ürəklə nə edim?! Özünə ölüm arzuladı, hətta intihar etmək fikrinə də düşdü. Amma bu qurtuluş yolu deyil, nə fərqi var; cəhənnəmdən çıx, cəhənnəmə düş. Əlinin belə düşünməyə haqqı var idi, çünki ata-baba yurduna qayıdanda bütün əmməllərindən tövbə edərək ibadətə də başlamışdı. Mən ləyaqətli bəndə olsaydım, mənə verilən ürəklə bəndəliyin ən uca zirvələrini fəth edərdim. Həkimlər elə başa düşürlər ki, bu əməliyyatla mənim həyatımı qurtarmış olurlar. Əksinə, mən nə qədər bu dünyada yaşasam, əzab və əziyyətim bir o qədər çox olacaq. Həmişə etdiyim əməllər yadıma düşdükcə vicdan əzabı məni köz kimi qovuracaqdı. Yenə də ürəyim ağrıyacaq, bunlar məni bu minvalla neçə əsr yaşatmaq istəyirlər görən?! Amm neyləmək olar, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək istəyir, düz bu həkimlər kimi. Hər bir vicdanlı sənət sahibi istəyir ki, ona müraciət edən hər bir kəsi kimliyindən asılı olmayaraq razı salsın. Onlar hardan bilsin ki, mənim içimdə əsən küləklərin hansı növündəndi; ağ ya qara.
Əli bu qaranlıq və boğucu fikirlərlə tək-tənha yalnız başına qaldı. Vaxtı-vaxtında ibadətini edir, gözlərindən axan ümid dolu göz yaşları onun qırışmış yanaqlarından süzülüb sinəsinə tökülürdü. Bu göz yaşları və əlli yaşlı qırış bağlamış bir dağ yüklü insanın yanaqları, kələ-kötür dağlardan süzülüb gələn nazik bir çayın harmoniyasını yaradırdı. Günlər, təqvalıların sərvəri olan həzrət Əlinin(ə) buyurduğu kimi, səssiz və tez ötüşərək ölümü ona daha da yaxınlaşdırırdı.
Əli gözünü açdı, saata baxdı, sübh namazının yenicə girdiyini görüb namaz qılmaq üçün ayağa durmaq istədi, amma bacarmadı. Çünki bədəni çox ağırlaşmışdı və qəlbindən ürək yerinə ağır daş asıldığını hiss edirdi. Bir neçə dəqiqə yatağına uzanmış halda qaldı. Bir az özünü topladıqdan sonra yenidən ayağa durmağa cəht etdi. Birtəhər çarpayısına və sonra divardan tutaraq ayağa durdu. Namaza hazırlıq üçün dəstəmaz aldı və yer düzəldib namazını qıldı. Həmişəki kimi ibadəti uzun çəkmədi, duanı qısa edib yatağına uzandı. Amma duasını unutmadı, yatağına uzanandan sonra da nə isə pıçıldayırdı. Nə dediyi tam eşidilməsə də, Allah, günah, peyğəmbər, mən, imam, məsum kəlmələri başa düşülürdü. O, bu xəfif və heç kəsə məlum olmayan pıçıltı ilə yuxuya getdi. Bu yuxu, əvvəlki yuxularından fərqlənirdi. Bu yuxuya əbədi yuxu deyilir. Bu yuxunun başqa bir adı da ayrılıq və görüş yuxusudur.
Əlinin dünyadan köçməzdən qabaq nəyə nail olduğunu bilmək istəsək, onun öz yaradanının rəhmətinə sonsuz dərəcədə ümüdinə inandığnı bilməyimiz kifayətdir.
Mən də rəhmli hər bir kəsin yerinə olsaydım, onun ağlamaqdan solan gözlərini, vaxtsız ağarmış saçınını, vaxtından əvvəl qırışmış yanaqlarını və köz kimi qovrulmuş cismini müşahidə etsəydım, yəqin ki onun etdiyini edərdim.
Fariz İsmayılov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Həmid Herisçi: «Dünyanın dəyişməsi həmişə keçmiş gizlinlərinin açılmağı ilə başlayır»
«Bundan sonra müasir Qərb dünyası, onun keçmiş elitaları çökəcək»


Dünyanı silkələyən «WikiLeaks» olayına müxtəlif yanaşmalar olsa da konsproloji nöqteyi-nəzərdən dəyərləndirmələr mövcud deyil. Konsproloji yazıları ilə məşhur olan tanınmış yazar Həmid Herisçi ilə bu mövzu ətrafında söhbət etmişik. Həmid bəy olaylara olduqca maraqlı yanaşma sərgiləyir.

- Həmid bəy, bu gün dünyanın diqqəti “WikiLeaks” saytının yaydığı məlumatlardadır. Sizin baxışlarınız daha çox konsprilogiya elminə söykənir. Konsprilogiya eləmi baş verənləri necə izah edir?

- Çağdaş dünya bu gün kitab deyəndə gizli, təhlükəli kitabı önə çəkir. Umberto Eko, Den Braun, Paula Koela kimi yazarlar artıq dünyaya yeni kitab modelini təqdim ediblər-bu kitabda mütləq şifrlənmiş bilgilər, bir növ X fayllar mövcud olmalıdır. Bəli, çağdaş ədəbiyyat oxucunu bu ovqatla yetişdirib. Sözsüz ki, həmin dəst-xətt, yazılı ədəbiyyatdan sıçrayıb qəzetlərə, mass-media mərkəzlərinə də təsir etməliydi. Yəni bu gün dünya oxucusu təhlükəli kitab və təhlükəli informasiya axtarır. Götürək, mənim yeni buraxılan “Konspriloq” kitabımı. Yuxarıda qeyd etdiyimiz bütün şərhlər və şərtlər son kitabıma da aid oluna bilər-gizli informasiya,  məxfi mətnlərin de-şifrəsi və sairə. Bu mənada “WikiLeaks” olaylarının gündəmə gəlməsi günün tələbatı və zövqü ilə bağlıdır. İnsanlar gizli informasiya istəyir, kitab təhlükəli olmalıdır. Bunun örnəkləri artıq var, hətta Azərbaycan kimi geridə qalmış bir ölkədə də.

- Sizinlə razılaşmaq olar, o zaman Turqut Ərin də kitabı təhlükəlidir?

- Bəli, təhlükəli kitablar, təhlükəli saytlar, təhlükəli insanlar. Bütün bunlar 2010-cu il tarixində gündəmə gəlib. Lakin buna hazırlıq dövrü son beş ildə gedirdi.

- Bu, hansı əlamətləri ilə özünü göstərirdi?

- Bu ilk növbədə təfəkkürdə olan nəzəri dəyişmələrlə bağlıdır. Postmodern estetika meydanı tərk edir və yerini verir konspirologiyaya. Postmodernin əsas müddəaları bunlardır: qəhrəman yoxdur, allah yoxdur, tilsim yoxdur, müqəddəslik yoxdur, süjet yoxdur, loqosentrizm yoxdur, fonosentrizm əsasdır. Konspirologiya elmi postmodernin bu müddəalarına amansız zərbə vurdu. Bu mübarizə Umberto Eko, Den Braun, Paula Koela kimi yazarlar tərəfindən bədii ədəbiyyatda başlandı və nəticədə yeni oxucu kütləsi formalaşdı. Sözsüz ki, bu oxucu siyasi informasiyanın da gizlinlərini tələb etdi. Nəticədə Culian Assanj və “Wiki Leaks” yarandı.

- Demək baş verənlər bazarın tələbi idi?

- Bəli, Culian Assanj bunu çox cəld hiss etdi. Mən deyərdim ki, XX əsr Lenin və Trotski ilə başlamışdısa, XXİ əsr Assanjla başladı. Nəzərə alın ki, bolşeviklər 1917-ci ildə Antantanın məxfi sənədlərini dərc edərək o dövrün X fayllarını iflasa uğratdılar. Yəni 1917-ci ilin Assanjı Leninlə Trotski idi. Dünyanın dəyişməyi həmişə keçmiş gizlinlərinin açılmağı ilə başlayır. Bu, bir növ müasir dövrün yenidənqurma və aşkarlığıdır. Yenidənqurmadan sonra SSRİ çökdü, bundan sonra isə müasir Qərb dünyası, onun keçmiş elitaları çökəcək.

- Demək istəyirsiniz Amerika superdövlət kimi çökəcək?

- Amerikada dövlət məmurları hansı sirri daşımasına görə üç təbəqəyə bölünür: A, B, V kateqoriyaları. Assanjın çap etdiyi məxfi informasiya V kateqoriyasına aiddir. Hesab edirəm ki, onun əlində A, B kateqoriyalarına daxil olan sirlər də var.

- Bunlar nədən ibarətdir?

- Assanj A kateqoriyasından başlaya bilməzdi, o, aşağıdan yuxarıya doğru gedir və hələlik oxucunu öz diskursuna cəlb edir. Məsələn, 2007-ci ilin iyununda Bağdada 12 nəfər qətlə yetirilmişdi, o cümlədən “Röyter”in 2 fotomüxbiri. Assanj bu ilin aprelində həmin cinayəti əks edən videogörüntünü dünya mətbuatına yaydı. Bu informasiya V kateqoriyasına aiddir, yəni bu, çox böyük bir gizli əməliyyatın son nəticəsidir. Səbəb isə gizli qalır. Beləliklə, səbəb B kateqoriyasına aid olan informasiya “sandığında”dır. Videogörüntüyə baxan hər bir sağlam insan sual verə bilər, nəyə görə bu jurnalistlər digərləri birgə bu cür amansızlıqla qətlə yetirilir və onlara yardım etmək istəyən təcili yardım ekipi də gülləbaran edilir?  Demək, onlar çox ciddi informasiya daşıyırdılar. Və mütləq buna görə Pentaqonun əmri ilə tam məhv edilməli idilər.

- Nə üçün?

- Bunun səbəbi B kateqoriyasında saxlanılan informasiyadadır. Assanj onu hələ çap etməyib, lakin bir gün bunlar da açılacaq.

- Demək istəyirsiniz ki, 250 minlik informasiya yalnız V kateqoriyasına aiddir?

- Bəli, lakin Mirzə İbrahimovun dili ilə desək “gələcək günü gözləyin”. Həm B, həm A kateqoriyasına aid informasiyalar da mətbuata sızdırılacaq.

- Belə bir fikir var ki, “Wiki Leaks” əməliyyatı qapalı cəmiyyətləri sıradan çıxartmaq üçündür. Bu fikri bölüşürsünüz?


- Gözümüzün qarşısında yenidənqurmanın birinci seriyası 1988-95-ci illərdə keçib. Biz gördük ki, köhnə siyasi elitaları necə amansızlıqla yerə vurdular. Varşava Müqaviləsi çərçivəsində baş vermiş bu olay, NATO pərəst qüvvələr arasında da keçiriləcək. Çünki elitalar köhnəlib, indi rotasiyalar dövrüdür. Özləri dəyişməyəndə, onları dəyişirlər.

- Bəs Asssanjın özü kimdir, onun haqqında səslənən fərziyyələri bölüşürsünüzmü?

- Azərbaycan siyasi elitası sadəlövhcəsinə belə düşünürdü ki, dünyada inqilablar dövrü bitib, inqilabçılar daha olmayacaq. Jurnalistləri ələ alıb oynatmaq mümkündür... Bütün bu sadəlövhlük Assanj olayları ilə puç oldu. Bizim siyasi elitamıza dəyən zərbə məhz jurnalistlərdən gəldi, lakin daxildəkilərindən yox, xaricdəkilərdən. Assanj barədə hələ 1995-ci ildə çap olunmuş “Kompüter andeqraundu” kitabı mövcuddur. Həmin kitabı oxusanız görəcəksiniz ki, bu beynəlxalq haker dəstəsi yüksək ideallara malik beynəlmiləl bir güruhdur. Onlar kapital dünyası ilə, gizli diplomatiya ilə mübarizə aparıblar. Onlardan biri Kerri Makkinnon Pentaqonun 79 serverini darmadağın edərək oradakı məxfi bilgiləri ələ keçirib. Yəni Assanjın əlində daha gizli, daha təhlükəli informasiya var. Buna görə də Assanjdan qorxurlar. Assanjın hərəkətləri içində ən maraqlısı politologiya elminə vurduğu zərbədir. O, elan edir ki, politologiya gizli diplomatiyaya qulluq edir, onun tərəfindən maliyyələşdirilir.

- Belə çıxır ki, həm də Azərbaycanın yeni yaranan politologiyasının təməlinə balta vuruldu?

- Bəli, artıq Musabəyovlar, Mollazadələr öz əhəmiyyətlərini itirdilər. Çünki politologiya konspirologiya ilə əvəzləndi. Buna isə nə bizim siyasi elitamız, nə də müxalifətimiz hazır deyil, hətta bədii ədəbiyyatımız da.

- Demək istəyirsiniz ki, bundan sonra Turqut Ərlərin, Həmid Herisçilərin konspiroloji düşüncələri oxucuları özünə cəlb edəcək?

- Əvvəla, Turqut Ər icazəli bir şəkildə Türkiyə MİT-nin Bakı ofisində olan gizli informasiyanı üzə çıxarır. Assanj, SİA-nın Bakı ofisindəki informasiyanı de-şifrə edir. Sabah bunun miqyası daha da geniş olacaq. Azərbaycan siyasi elitası bu cür informasiya və kiber müharibələrinə əsla hazır deyil. Səbəb isə sadədir- konspirologiya elminə zamanında lazımi diqqətin ayrılmaması, vaxtı ötmüş politologiyanın isə yağ-bal içində bəslənməsi. Sonda onu qeyd edim ki, Assanj dəstəsi Tanzaniya, Keniya və hətta uzaq İslandiyadakı hökumətləri taxtdan salıb. İndi onlarca digər ölkələr öz növbəsini gözləyir. “Wiki Leaks”in təkidi ilə İslandiya qanunvericiliyində ciddi dəyişiklik edilib ki, bu, ilk növbədə informasiya təhlükəsizliyi ilə bağlıdır. İslandiya informasiyanı qızıldan, maliyyə resurslarından üstün olan bir qüvvə sayır. Həmin gizli informasiya yeni yaradılacaq İslandiya və İsveç banklarının əsasında olacaq. Yəni İsveçrə banklarında qızıl və pul əsasdırsa, İsveç və İslandiya banklarında isə tam əksi olacaq. Orada informasiya əsas götürüləcək. Bu yeni bank modeli gələcəkdə hələ öz sözünü deyəcək. İndi sual olunur: Azərbaycanın məxfi informasiya bazasında nə var? Heç nə! Bizim banklarda pul, qızıl var, amma informasiya yoxdur. Belə ölkələr isə XXİ əsrdə heç kimə lazım olmayacaq.

                                                                       Bizimyol qəzeti         

                                                                     Natiq CAVADLI

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
"MƏGƏR TƏHSİLİN HİCABDAN BAŞQA HEÇ BİR PROBLEMİ YOXDUR?"

 “Gündəm-xəbər” qəzetinə müsahibə verən yazıçı KƏNAN HACI ona Yeganə Oqtayqızının ünvanladığı -"Hicab məsələsinə münasibətiniz necədir?"-sualına belə cavab verib:
- Bu problemi yaradanlar ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrdir. Onlar dindarların radikallaşmasından istifadə edərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Bir də ki, məgər təhsilin hicabdan başqa heç bir problemi yoxdur? Azərbaycan təhsili acınacaqlı bir durumdadır, şəhər məktəblərində normal dərs deməyi bacaran bir düz əməlli müəllim tapa bilmirlər, Boloniya sistemi rüşvətin ancaq bir kanala axmasını təmin etmək üçün yaradılmış sistemdir. Bunları sadalamaqla Amerika kəşf etmirik. Saxta seçkilərdə müəllimlər həmişə vasitə olublar, şagirdlər bir yana, müəllimlərin özlərinin ciddi şəkildə tərbiyəyə ehtiyacı var. Mən çox istəyərdim ki, bu qədər problem var ikən valideynlər hicab provokasiyasına uymasınlar. Çünki bu proses dindarlarla sadə əhali arasında təbəqələşməyə gətirib çıxaracaq ki, bunun da çox acı nəticələri ola bilər.
                                                           

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Adamın biri hər zamankı kimi saçını kəsdirmək üçün bərbərə getdi. Onunla maraqlanan bərbərlə gözəl bir söhbətə başladı. Dəyişik mövzular haqqında danışdılar. Birdən ALLAHLA əlaqədar mövzu açıldı…
Bərbər: ” Mən sənin söylədiyin kimi ALLAHIN varlığına inanmıram.”
Adam: ” Yaxşı bəs niyə belə düşünürsən?”
Bərbər: ” Bunu başa salmaq çox asandı. Bunu görmək üçün çölə çıx, ətrafa bax.. Mənə söylə, əgər ALLAH olsaydı, bu qədər çox xəstə insan olardımı, tərk edilmiş uşaqlar olardımı?!.. ALLAH olsaydı, heç kəs əziyyət çəkməzdi. ALLAH olsaydı, bunlar olmazdı…”Adam bir an dayandı və düşündü, gərəksiz bir mövzuya girmək istəmədiyi üçün cavab vermədi. Saçını kəsdirdikdən sonra çıxdı. Tam o anda prospektdə uzun saçlı bir adam gördü. Həmin adam çox pinti görünürdü, saçı-saqqalı uzanmışdı. O, bərbər dükanına geri gəldi.
Adam: ” Bilirsənmi nə var? Məncə bərbər deyə bir şey yoxdu.
Bərbər: ” Bu necə ola bilər ki? Mən buradayam, bərbərəm.”
Adam: ” Yox, yoxdu, çünki olsaydı, prospektdə gedən saçlı və saqqallı adamlar olmazdı.”
Bərbər: “Hımmm… Bərbər deyə bir şey var, amma onlar mənə gəlmirlərsə, mən nə edə bilərəm ki?!..”
Adam: “Çox dogrudu! Məsələ də burdadı! insanlar ALLAHa getmirsə, o nə edə bilər ki? Bax dünyada acı və kədər olmasanın səbəbi də budu!”

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

     Bizdə çoxları hannibalizmi "adamyeyənlik" kimi başa düşür. Hətta lüğətdə də belə yazılıb. Amma hannibalizm təkcə insanlara aid deyil. Əslində, insanqarışıq yer üzündəki bütün canlıların yalnız öz növündən olanları yeməsi hannibalizm sayılır. Yəni, canavar quzunu, ilan qurbağanı, pişik sıçanı yeyirsə, bu çox təbiidi. Amma canavar canavarı, ilan ilanı, pişik pişiyi yesə, bu hannibalizmdi. Və hətta pişik öz balasını çox istədiyindən yesə də, bu, yenə hannibalizmdən başqa bir şey deyil.
     Amma hannibalizm təkcə bioloji yox, ideoloji, milli, siyasi, ədəbi və sair formalarda da ola bilər. İrili-xırdalı hər bir dövlətdən və millətdən ötrü hannibalizmin ən qorxulu və faciəli forması, heç şübhəsiz ki, Vətəndaş müharibəsidi.
     Azərbaycan xalqı iyirminci əsrdə hannibalizmin sadaladığım və sadalamadığım bir çox növlərini görüb. Son on ildə də, ən azı iki dəfə Vətəndaş müharibəsinin lap qarşısında dayanmışıq, amma qana bulanmış kəndardan içəri ayaq basmamışıq.
     Məsəl var ki, şər deməsən xeyir gəlməz. Bəlkə də, bizi öz aramızda müharibə eləyib bir-birimizi qırmaqdan qoruyan erməniylə müharibə eləməyimizdi. Yəni, bizi Vətəndaş müharibəsindən qoruyan Vətən müharibəsidir. Şəhər və kəndlərimizi viran qoyan, adamlarımızı ev-eşiyindən didərgin salan, bizi yorub gücsüzləşdirən bu müharibəylə yanaşı, hələ bir öz aramızda da ölüm-dirim savaşına çıxmağa sadəcə heyimiz yoxdu. Ona görə də, neçə illərdi ki, ölkəmizdə Vətəndaş müharibəsi yox, "Vətən+daş" müharibəsi gedir. Yəni, bir yandan etməniylə top-tüfəng davası eləyirik, bir yandan da, bir-birimizlə dalaşmaqla məşğuluq. Siyasətçi siyasətçini, yazıçı yazıçını, müğənni müğənnini daşlayır. Daş atıb bir-birinin başını yarmayanlar da, ən azı bir-birinin bostanına daş atırlar. (Söhbətin bu yerində qələmi bir balaca saxlamalı oldum. Sözün düzü, belə məsələdən bü cür yarızarafat tonunda danışmaq mənə bir az yersiz göründü. Deyirlər ki, "Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır". Bu mənada, biz yəqin bəşəriyyətdən seçilirik; biz öz keçmişinə gülməyi heç vaxt ağlına gətirməyən, amma bu gününə və hətta gələcəyinə gülməkdən xüsusi zövq alan bir millətik.
      Biz yüz illər bundan əvvəl olmuş Babəkin, Şah İsmayılın, Koroğlunun və ya Qaçaq Nəbinin ünvanına deyilən hər hansı ikibaşlı sözü az qala şəxsi təhqir kimi qəbul elədiyimiz halda, hələ bitməmiş, ən ağır döyüşləri bəlkə də qarşıda duran, yanıb xaraba qalmış yurd yerlərinin hələ də tüstünləndiyi, minlərlə əlil cavanlarımızın yaralarının hələ də qan verdiyi, yüzlərlə qız və gəlinlərimizin erməni əsirliyində hər gün alçala-alçala bizim yolumuzu gözlədiyi bu VƏTƏN MÜHARİBƏSİNİ ələ salıb dolamaqla, anekdota çevirməklə məşğuluq. Nə isə. Burda üç nöqtə qoyub mötərizəni bağlayaq).
       İnsan üçün şərəf və ləyaqətin, ailə namusunun, vətən qeyrətinin nə demək olduğunu hamı bilir; hətta şərəf və ləyaqətdən, namus və qeyrətdən kasıb olanlar da.
      Amma "peşə namusu" nə deməkdir? Bu suala düzəməlli cavab verməyə yəqin çoxları çətinlik çəkər; o cümlədən, hətta öz peşəsinin ustası olanlar da.
Halbuki, peşə namusunun ən birinci şərti məhz elə öz peşəsinin ustası olmaqdı. Pis şer yazan şairin, pis şəkil çəkən rəssamın, hətta pis paltar tikən dərzinin də, peşə namusundan danışmağa haqqı yoxdu.
       Və hər şey azdan çoxa, təkdən cəmə, fərdidən ümumiyə gedirsə, demək öz şərəf və ləyaqətini, ailə namusunu qoruya bilməyən adam vətən qeyrəti də çəkə bilməz.
       Bu sözlər eynilə peşə namusunu qoruya bilməyənlərə də aiddi.
      Bu adi həqiqəti heç olmasa özünə şair deyənlərin çoxu bilsəydi, vətən haqqında yazılmış ucuz və istedadsız şerlərin sayı bu qədər olmazdı.
     Amma bizdə şerin və şairin qiyməti heç vaxt istedadın dərəcəsiylə ölçülməyib.
      Yadımdadı, cavanlıqda, bütün qapılar bizim, guya "həlləm-qəlləm yazan şairlərin" üzünə bağlı olanda, bizə təskinlik verənlərin bir məşhur sözü vardı, "İstedadlılara kömək eləmək lazımdı, istedadsızlar onsuz da özləri-özlərinə yol açacaqlar".
     Amma o qədər istedadsızın arasındakı tünlükdə, basabasda tək-tük istedadlılara kömək eləmək çox çətin idi.
      Və bu istedadsızlar sürüsü o tək-tük istedadlırarı yıxıb, tapdalayıb, onların sınmış qabırğaları üstündən keçib özlərinə yol açırdılar. Hətta imkan olanda, onların axırına çıxmaqdan da çəkinmirdilər.
     Bu mənada, ağzı qanlı otuz yeddinci il həm siyasi, həm də ədəbi hannibalizm dövrüydü. Və o dövrdə Cavidi, Müşfiqi, Əhməd Cavadı söyə-söyə ölümə göndərən bir çox qələm yoldaşlarımızın da azca sonra eyni yolu keçib həmin o Ölüm maşınının təkərləri altında məhv olması çox təbiiydi. Çünki onlar təkcə eyni peşədən olan sənət adamları üçün yox, hətta eyni növdən olan bütün canlılar üçün ən vacib sayılan bir keyfiyyəti itirmişdilər; özünü və bir-birini qoruma instinktini.
    Bir məşhur lətifəni yadınıza salmaq istəyirəm: Dovşan meşəylə başıalovlu qaçırmış. Soruşurlar ki, nə olub, niyə qaçırsan? Deyir ki, bəs meşəyə qulaqkəsənlər gəlib, dovşanları tuturlar, hansının üç qulağı varsa, kəsirlər. Deyirlər, sən niyə qorxursan? Sənin ki, qulağın ikidi. Qaça-qaça deyir ki, yox, əvvəl kəsib, sonra sayırlar."
    Sovet dövrünün sənətkarları haqqında ən yaddaqalan sözü mən yetmişinci illərdə, Moskvada oxuduğum vaxt, müəllimim, dahi rus kinorejissoru Andrey Tarkovskidən eşitmişəm.
    Tarkovski deyirdi: "Bizim sənətkarlar istəyirlər ki, hər şeyləri olsun. Gözəl evləri, bağları, pulları, maşınları, qəşəng arvadları, arvadlarından da qəşəng məşuqələri. Hələ üstəlik, istəyirlər ki, istedadları da olsun, əbədi, ölməz əsərlər də yaratsınlar. Amma unudurlar ki, Allah bunların hamısını bir yerdə adama verməz. Nəyinsə xatirinə nədənsə imtina eləməlisən..."
Tarkovskinin dediyi o sənətkarların nəyin xatirinə nədən imtina etdikləri hamıya məlumdu.
     Amma sovet rejimi dağılanda o da məlum oldu ki, bu adamların qazandıqlarının da heç dəyəri yoxumuş.
     Sovet pulu devalvasiyaya uğrayıb min dəfələrlə qiymətdən düşdü və bu adamların başdan-ayağa yalanla dolu kitablardan, filmlərdən, tamaşalardan qazandığı pullar beləcə öldü. Onların arvadları kasıbçılıq içində qocalıb yaraşıqdan düşdülər. Məşuqələri onları atıb yeni dövrün yeni varlılarına üz tutdular. Və bu qocalmış, istedadsız sənətkarlar, əvvəlki təmtərağını itirmiş köhnə, təmirə möhtac evlərdə, iş görməyə öyrənməmiş pinti və səliqəsiz arvadlarıyla, heç kəsin oxumadığı, özlərindən qabaq ölmüş kitablarıyla baş-başa qaldılar.

    İndi boyunlarına alsalar da, almasalar da, sovet rejiminin dağılması Azərbaycanda da bir çox ziyalılar və yazıçılar üçün böyük faciəydi. Çünki bu adamlar ürəklərində sovet hakimiyyətinə elə dərin bir məhəbbət bəsləməsələr də, yenə bütün arzu və ümidləri onunla bağlıydı. Sovet rejiminin dağılması, həm də, bu arzu və ümidlərin puç olması deməkdi. Bütün ömürləri hakimiyyətdən nəsə almaq uğrunda bir-biriylə mübarizə və intriqalarda keçmiş bu adamların ayağının altından sanki birdən-birə yer qaçmışdı.
      Sonrakı illərdə tez-tez dəyişən hakimiyyətlərə uyğunlaşmağa macal tapmaq da çətin idi.
     Və nəhayət, bu adamların çoxdan tanıdığı və bu adamları çoxdan tanıyan şəxs hakimiyyətə gəldi; bir-birini itələyə-itələyə hakimiyyət süfrəsinin başında özlərinə yer eləyə bilənlərin ağzı dada çatdı.
     İndi o adamlara baxanda, mənim yadıma Başqırdıstanın xalq şairi Mustay Kərimin oğlu İlgizin azı iyirmi beş il bundan əvvəlki bir söhbəti düşür. İlgiz danışırdı ki, qırx beşinci iliydi, müharibə təzə qurtarmışdı, aclığıydı. Anam alaçığın böyründə ocaq qalamışdı, bir qazan suyu da qoymuşdu ocağın üstə qaynamağa. Biz uşaqlar da dörd tərəfdən o qazanın böyrünü kəsdirib durmuşduq. Çünki anam o qazana hərəmizdən ötrü bir tikə ət atmışdı, hər tikənin ortasına da sap bağlayıb bir ucunu vermişdi əlimizə. Hər birimiz də öz sapımızın ucundan bərk-bərk yapışıb, qazandakı o ət tikələrinin bişməyini gözləyirdik; hərə öz payına keşik çəkirdi.

     Müharibədən sonrakı Başqırdıstanla bugünkü Azərbaycan arasında oxşar cəhətlər yəqin o qədər də çox olmaz, amma nədənsə, bu gün hakimiyyət süfrəsinin başında əyləşən ziyalılarımız, mənə əlində sap, qazanın böyrünü kəsdirib duran o ac-yalavac başqırd uşaqlarını xatırladır.
Bəs sap qırılsa, onda necə?!


                                                                             Ramiz Rövşən 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Marsel Prustun suallarına yazıçı Həmis Herisçi cavab verir:"İmam Mehdi kodu, şüurumuzdakı ən ciddi futuristik, modernistik işarədir."

1. Ən sevdiyiniz söz hansıdır?

Tənlikləri sadələşdirmək ixtiyarı riyaziyyatçılara məxsus bir imtiyazdır.
Yazıçılar  tək-tənha sözləri deyil, cümlələri sevir.
O tənha sözləri cümlə, kitab, hekayə tərkibinə yığıb onlardan bədii əsər yaradır-məncə, yazıçı bir sözü deyil, bütün sözləri sevməyə çalışan tam tənha stalkerdir.
O, bütün suallara bir sözlə, bir cümləylə deyil, bir roman, bir hekayə, bir şerlə cavab versə yaxşıdır.
Siz deyən kimi olsa o, bədii əsərləri yarada bilməz-elə sizin bu suala cavab verər, vəssəlam.
Yenə də təkrarlayıram-tənlikləri sadələşdirmək ixtiyarı yalnız riyaziyyatçılara məxsus bir imtiyazdır-yazıçıların işi, sadələşdirmək deyil, mürəkkəbləşdirməkdir.
Siz hətta mərhum Marsel Prustun suallarını da sadələşdirmisiniz-onun həqiqi mətnində bu qədər bəsit suallar yoxdu.
Onu Marsel Prustunki bilənlərə day sözüm yoxdur-Məşədi İbad demiş, “adam bir baxar ki, çadra altındakı arvaddı, yoxsa kişi”...  

2. Nifrət etdiyiniz söz hansıdır?

Xaydeqqer metafizikanın fiziki dünyada möcudluğunu çox sadə bir fəndlə sübut edir-göstərir ki, söz-dil aləmi,bəli, metafizik dünyanın fiziki aləmə həmləsidir.
Liotar deyirdi ki, insanların elə şəxsi ada malikliyi, sübut edir-biz “dil oyunlarına cəlb edilmişik”. Yenə də deyirəm, mən sözləri tək halda deyil, cümlə, kitab, şer tərkibində sevirəm.

3. Sizi nə həyəcanlandıra bilər?

Sirləri-tilsimləri aşkarlamaq.

4. Həyəcanınızı nə öldürə bilər?

Elə özüm. Bizim bir xalq yazarımız var, bir hekayə yazıb bu yaxınlarda.
Sualınıza onun qısa məzmunuyla cavab verim-yazarımız orda bir bədbəxt azəri balasının nakam taleyini təsvir edir.
Qəhrəmanın, çox çılğın bir ölüm səhnəsini də aləvə edir bu hekayəyə, axırda sual verir oxucularına:
-Bu oğlanı kim öldürdü? Həyatın hansı acı sifəti?
Mən buna belə cavab verirəm:
-o qəhrəmanı həyat-zad öldürməyib. Qatil, ancaq müəllifin elə özüdür, vəssəlam. Bədbəxt oğlanı da elə o öldürüb...
Mənim həyacanımı da özümdən başqa kim öldürə bilər ki...
 
5. Hansı səsi çox sevirsiniz?

İldırım gurultusunu.
 
6. Hansı səsə nifrət edirsiniz?

Şer oxuyan bizim tam milli şairlərin səsinə...
 
7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

Orduda bir qoşun növü var-“dağ atıcısı”. Onlardan olmaq istərdim...
Atılan güllənin səsi, dağlarda bir başqa ömür yaşayır axı-o dağdan bu dağa ötürülür...
Əsl şair-yazıçı uşaqlığında bir dərin quyu ilə danışır adətən, sonra öz sözünü, əsl şerini dağdakı uçurumlardan dərələrin dərinliyinə deyir...
Sonra güllə atır ora...
Əks-sədanı elə hey dinləyir...
 
8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

Gitara çalmaq.
 
9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

Qartal.
 
10. Harda yaşamaq istəyərdiniz?

Müasir Azərbaycan musiqisi, Azərbaycan TV-ləri olmayan hər hansı bir yerdə.

11. Ən başlıca çatışmazlığınız nədir?

Hərdən çox bədbin oluram.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

Şərtilikləri ciddiyə almamağım.
 
13. Qəhrəmanınız kimdir?

Nitşenin “ubermenş”i, fövqəlinsanı. Hesab edirəm ki, İmam Mehdi kodu, şüurumuzdakı ən ciddi futuristik, modernistik işarədir.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

İstənilən söz söyüşə çevrilə bilər - söyüş ahəngiylə dilə gətiriləndə.
 
15. Hal-hazırki əhvalınız (ovqatınız) necədir?

Hədsiz nifrət.
 
16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

İnsanlar iki cürdür: özləriylə salamlaşanlar, özləriylə sağollaşanlar.
 
17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

Uzaq səyahətlərə gedə bilmək imkanı.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

Hamıya tanış bir mənzərə-müxalifət qəzetlərini oxuduqdan sonra Azərbaycan TV-lərinə baxanların bədbəxtliyi.
 
19. Necə ölmək istəyərdiniz?

“Şəhidsən, inşallah” salamıyla...
 
20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

Allahla söhbətimi o dünyaya saxlayanlardan deyiləm.
 

     Bu  sualları yazıçı Marsel Prust hazırlayıb. O bu sualları cavabları ilə bir yerdə bir dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi verəndə 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavabların çox az dəyişmişdi. Lakin bu suallar Prustun ölümündən sonra  tapıldı və çap edildi. Sualalrın indiki şəklə salınmasına isə  Bernard Pivot ve Ceyms  Lipton yardım edib. Suallardan  indi də ən maraqlı  anket sualları kimi istifadə edilir.

                                                                                                       abzas.net

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

   Qışın oğlan çağı idi. Bakıya ilk dəfə illərdən bəri yağmayan qar yağmış, şəhər ağ libasını geyinmişdi... O gün nə vaxtdan həsrətlə (ehtiyacım olduğu üçün) yolunu gözlədiyim təqaüdümü almışdım. Dərsdən həmişəki vaxtdan bir az gec çıxdıq və tələbə yoldaşlarımla bərabər metroya gəldik. Metroda o qədər adam var idi ki, üç qatarı yola salandan sonra növbəti gələn qatara minə bildik. Metrodan çıxanda hava tamam qaralmışdı. İlk dəfə tək başıma qaranlıqda evə gedirdim. İçimdə qorxu yox idi desəm, yalan olardı. Təqaüdd də aldığıma görə lap qorxurdum. Deyirdim birdən kimsə izləyər, bilər... nəysə... Metrodan çıxdıqdan sonra olmayan dayanacağa tərəf irəlilədim. Olmayan dayanacaq-adamlar harda çox yığılırlarsa, ora da “dayanacaq” olur.
   Bu naməlum dayanacaqda hər kəs kimi mən də bizim qəsəbəyə gedən avtobusu gözləyirdim.
   Qəsəbəyə gedən düz beş avtobus keçdi amma birinə də minə bilmədim. Minmək mümkün olmurdu. Avtobus dayanacağa yaxınlaşan kimi adamlar bir-birini ayaqlamaq bahasına olsa belə avtobusa minirdilər. Mən də kənarda soyuqdan donmuş vəziyyətdə, nə vaxt  avtobus boş geləcək və mən də avtobusa  minəcəyəm deyə düşünürdüm. Elə düşünə-düşünə, öz içimdə danışa-danışa bir addım irəli atırdım ki, ayağım çuxura düşdü və çəkməmin altı deşildi, su keçirməyə başladı. Ayaqlarımı demək olar ki, buz kəsirdi. Həm soyuqdan, həm də avtobusa minə bilmədiyim üçün məni ağlamaq tutmuşdu. Amma yenə öz-özümə ”Sən uşaq deyilsən artıq böyümüsən heç kimdən də qorxmamalısan, gələn avtobuslardan birinə mütləq minəcəksən”deyə  təsəlli verirdim.
    Yarım saatdan çox gözləməyimə baxmayaraq, yenə də qəsəbəyə gedən heç bir avtobusda yer tapıb  minə bilmirdim.
    Elə bu vaxt kimsə mənə tərəf yaxınlaşıb “ay bala, deyəsən ilk dəfə belə halla rastlaşırsan, niyə kənarda dayanmısan, bu gedişlə sən səhərə qədər avtobus gözləməli olacaqsan. Bir cəhd et keç irəli” söylədi.
   O, yaşlı, saçları ağarmış, beli bükülmüş bir kişi idi. Sonra öyrəndiyimə görə burda “dispecir”işləyir.
   Mənim də soyuqdan dişim dodağımı kəsirdi. Səsim titrəyə-titrəyə cavab verdim.
   Hə baba, ilk dəfədi ki, belə halla rastlaşıram, biri də boş gəlmir ki, minib gedəm. Burda soyuqdan dondum.
Qoca baxıb gülümsədi, əlini avtobusa minmək üçün bir-birini itələyən caamata tərəf uzadıb dedi:- Eh, ay bala bu KƏNDLƏŞMİŞ ŞƏHƏRDƏN adam nə gözləsin axı? Hərə bir rayondan işləmək üçün şəhərə gəlir, şəhərin mədəniyyətin kəndə aparmaqdan kəndin “mədəniyyət”in şəhərə gətirirlər. Görmürsənmi necə avtobusa minmək üçün abırlarından-həyalarından keçiblər. Hələ o cavan oğlanların hərəkətinə fikir ver. Nə qadın bilirlər, nə qız bilirlər, nə də böyük kiçik yeri… Avtobus gələn kimi hamıdan birinci qaçıb minirlər. Əşşi onları da qınamalı deyil, onlar da evə getmək istəyirlər. Onların da narahat halda yollarını gözləyən var axı. Nə deyəsən, kimdən deyəsən günahı kimdə görəsən…?!
   Mən demək olar ki, ayaq dırnağımdan saçlarıma qədər buzlamış, buz heykəlinə dönmüşdüm. Ağzımı açıb fikrimi belə, bildirə bilmədim. Bildirsəydim deyərdim ki, babam dediyinə görə Sovetin heç nəyini bəyənməsə də bir nizam-intizamını bəyənərmiş. Bəlkə bu sözün heç yeri yox idi deməyə, amma nəysə də fikrimdən keçdi.
  Avtobus gəldi, qoca ciddi cəhdlə irəliləyib avtobusun sürücüsünə yaxınlaşdı. Nə danışdılar bilmirəm, əl edib məni yanına çağırdı. Sürücüyə dedi bu mənim nəvəmdi “N”qəsəbəsinə gedir. Sürücü də sağ olsun bir təhər yer edib məni avtobusa mindirdi. Dönüb qocaya sağ olun deyəcəkdim ki, bir də baxdım ayaqlarım yerdən kəsilib. Bir təhər ayaqüstə dayandım. O qədər adam minmişdi ki, avtobusda addım atmağa yer yox idi. Bu vaxt ”Telefonum kim oğurladı?”deyib ucadan qışqıran bir adam aləmi bir-birinə qatdı. Hamı soyuqdan donmuşdu kimin nəyinə lazım idi kimin telefonu itdi, kimə nə oldu?! Oğrular da qarışdı doğruların arasına səslərini çıxarmadı. Bir onu bildilər ki, adamı var gücləri ilə avtobusdan yerə saldılar “get yerdə axtar”deyə. Mən də fərasətli tərpənib tez mobil telefonumu qolumdan asdığım çantadan çıxarıb əlimdə saxladım ki, birdən mənim də telefonum oğurlayarlar.
  Artıq qəsəbəyə çatmışdıq. Adamlar bir-birlərini itələyə-itələyə avtobusdan düşürdülər. Mən də çantamın qulpundan bərk-bərk yapışıb gözləyirdim ki, bir az avtobusdan adam boşalsın çantamdan yol pulumu çıxarım, rahat düşüm, əsas o idi ki, qəsəbəyə çatmışdım. Elə əl atdım ki, çantadan pulu çıxarım, baxıb gördüm ki, çantamı kəsib götürüblər. Nə qədər hay-haray etdim nə xeyri var çanta getmişdi içində də nə vaxtdan bəri həsrətlə gözlədiyim təqaüdüm. Bir sözlə də olan olmuşdu. Sürücü də əlimdə çantanın qulpunu görüb heç yol pulu da istəmədi. Kor-peşman əlimdə çantanın qulpu evə yollandım.
   Haa, bu arada unutmadan deyim ki, nə yaxşı fərasətli çıxıb mobil telefonu əlimdə saxlamışdım yoxsa o da əldən gedəcəkdi.

                                                                                          Aysel Nəsirzadə                                                                


    
                            

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
     Nə xoş bu gün səhər! Salam, Xəzər! Yenə görüşdük biz, yenə gəldim görüşünə. Öpmə, dayan, qısqanıram sahildəki qayaları öpüşünə. Yox, yox, dayanma, sənin ki gözəlliyin çılğınlığındadır. Varlığın sənin sahillərə atdığın dalğalardadır. Yoxsa sən də kiçik çuxur suları kimi maraqsız görünərdin. Səni də tanıdır o çılğın dalğaların...
     Bir də ki Xəzər, rəngin yaman dəyişib. Yoxsa qarışıb suyuna göz yaşı məzlumların, Xəzər! Həsrətlə gözləyirəm gəlsin o, öpəsən ayaqlarını. Qurtularsan inan, məzlumların göz yaşlarından, Xəzər! Sən ki başıbəlalı məmləkətin payına düşmüsən. Zamanın bu əsr, il-ayına düşmüsən. Hasarlayıblar səni, dəhşət vayına düşmüsən, Xəzər! Ümmanların da həbs olunduğunu bilməzdim. Milyonların Xəzərinin beş nəfərə nəsib olacağını bilməzdim.
     Nə susursan günahkarlar kimi? Şiddətlə dalğalan, güc al dərinliklərindən, hiddətinlə qəhr et, məhv et, boğ zalımları, Xəzər! Və uçur çəpərləri, amandır, susma, Xəzər! Susma bizim təki, səni də məzlum edəcəklər, Xəzər! Susdunmu hər gün başına min faciə gətirəcəklər, səndə neçə qatilləri itirəcəklər, Xəzər! Səndə yuyacaqlar qanlı əllərini, o çirkin, iyrənc bədənlərini. Səndən ləyaqət varlığını alıb götürəcəklər, sənə isə qalacaq şəhərin üfunətli, çirkin suları. Sən hələ yaxşı tanımırsan bunları, Xəzər.
     Bu düzdür ki, Bakı çox gözəlləşir, amma ki, bağrımı bir ağrı deşir: O bahalı daşlar altda məzlum xalqımın fəryadı yatır... Şəhidlərimizin yerdə qalan qanı batır...
     Yalandan boş yerə coşub-çağlama, Xəzər! Öz övladını tərk edən analar kimi sonradan oturub ağlama, Xəzər! Səni Qarabağ haraya çağıranda eşitmədin, onu satanları viran etmədin, Xəzər!
     Səndən şikayət edəcəm Araza. Mən onu vəfasız bilirdim, Xəzər. Sən demə, səni boşuna bəsləmişik. Araz bizi qardaşlarımızdan, sənsə bizi özümüzdən ayırdın. Xəzər, necə deyəsəksən bilməmişəm, tanımamışam, axı xəbərdar etdim səni. Xəzər, gücün də var, bilirəm, xeyli insan batırmısan, nə qədər övladlar ayırıb, analar ağlatmısan, Xəzər! Batırsan yağını sevinər anan Azərbaycan da. Sən ki can kimi yerləşirsən bu məkanda. Küsübdür səndə batan övladlar da. Zalımları məhv etsən bəraət ala bilərsən, Xəzər! Fironlar batırıbdır axi sular, bilirəm sənin də bu qüdrətin var...
     Eh, sağ ol, Xəzərim, gedirəm. Daha bəsdir, gedirəm, Xəzər.
     Gedirəm, gedirəm mən, Xəzərim,
     Sənə qalsın qəmli nəzərim.
     Bilirəm bitməz bu hüznüm, kədərim,
     Bu dəfə yəqin son səfərim, Xəzərim.
     Gözümü sən bağla, mən ölüm ağla,
     Yasımı hər gün saxla, Xəzərim.
     Bədənim sulara dönsün, bir ömür beləcə sönsün,
     Günahım boynuna qalsın, al, Xəzərim.
Kür də yenə daşıb, batırıb yetimlərin, kasıbların evini. Töküb məzlumların göz yaşını, uçurub damını, daşını. Sənsə sərinlədəcəksən gör kimləri, Xəzər. Alıb qoynuna, ağuşuna bəsləyəcəksən, Xəzər. Eh, bir də nəsib olsa, qarlı qışda görüşərik. Özün bilirsən, yayda səndən çox inciyirəm. Kişi oxşarı qeyrətsizlər, qadına bənzər həyasızlar qış qurtardımı üz tutacaqlar sənə sarı. Sən də yaltaq-yaltaq yalayacaqsan ayaqlarını. Gedəcək qeyrətin, düşəcəksən gözlərindən damla-damla. Xəyanət edəcəksən sahilinə. Görüb özünü alçaq kişilər kimi titrədəcəksən. Qucaqlayacaq narın dalğaların incə bədənləri. Sinələrdən ilham alacaqsan, sahilləri unudacaqsan. Sahillərin susuz-susuz dil-dodağın yalayacaq, dalğaların bir damla su da qıymayacaq onlara. Qəfil yay bitəcək, tufanlar əsəcək, vəfasızlar çıxıb gedəcək, səni peşman edəcək, Xəzər. Yenə sahillərə möhtac qalacaqsan, sənin çılğın dalğana sahillər dözəcək, Xəzər. Səni qucaqlayan nazlı sahillər gözəl, yoxsa onlar?! Mürgüləyirlər isti qucaqlarda başqalarıyla. Yay oldumu səni tuturlar şirin dilə. Bəs nə qədər aldanacaqsan, Xəzər? Haçanacan günahkar olacaqsan, Xəzər? Həyan yoxmu, Allahdan? Yoxsa sularınımı yandıra bilməz, Xəzər? Səni qəhr edib unuda bilməz? Xəzər, boğ da alçaqları, batır da onları! Sənin ki əməllərinin cəzası yoxdur, mənim kimi onların cəfası yoxdur! Sənə ki alçaqlar üstündə divan tutulmaz...
Qoy etsinlər, Xəzər. Nə bilim nələr, nələr məni gözlər. Gözlərim bir kəsi gözlər. Gəlib çıxar sənin də, mənim də sahibim. Bizim də həsrətimiz bitər. Gedirəm, Xəzər, gedirəm.
     Gedirəm, gedirəm mən, Xəzərim,
     Sənə qalsın qəmli nəzərim.
     Bilirəm bitməz bu hüznüm, kədərim,
     Bu dəfə yəqin son səfərim, Xəzərim.
     Gözümü sən bağla, mən ölüm ağla,
     Yasımı hər gün saxla, Xəzərim.
     Bədənim sulara dönsün, bir ömür beləcə sönsün,
     Günahım boynuna qalsın, al, Xəzərim.
 
“Möminlər” albomundan kompüterdə yığdı: “İslam Məktəbi”

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

  Bismillahir-Rəhmanir-Rəhim. Həyatda qarşılaşdığımız bəzi mənfi hallar və cəmiyyətdə olan çatışmamazlıqlar yazıçı Salam Qədirzadənin yumorlu hekayələrinin əsas məzmunudur. Bu dəfə sizə Salam Qədirzadənin "Şlyapalı Mauqli" adlı satira-yumorlu hekayəsini təqdim edirik. Çox maraqlı, həm də məzəli bir hekayədir. Eyni zamanda müasir həyatda ən çox rastlaşdığımız problemə həsr olunub.

  Səbəbkarın evi abad! Təzə mənzilə köçmüşdük, qonşularımı hələ yaxından tanımırdım. Həmişə əynində boz kostyum, başında yaşıl şlyapa, qoltuğunda qovluq, gözündə çeşmək olan birisi zahirən çox təkəbbürlü adama oxşayırdı. Çallaşmış saçları arxadan az qala çiyinlərinə dəyirdi.Bu, təxminən qırx beş-əlli yaşlarında ucaboy, pəhləvan cüssəli bir kişi idi. Uzun burnu, ağ, ətli sifətini arakəsmə kimi iki hissəyə bölmüşdü. Hərdən onunla salamlaşsam da, kim olduğunu, harda işlədiyini bilmirdim. Ancaq maraqlanırdım. Bir dəfə pilləkənlə çox ciddi tərzdə, aram-aram aşağı endiyini görüb onu saxladım. - Salam, qonşu, -dedim. Könülsüz ayaq saxladı. Qalın qovluğunu sağ qoltuğundan sol qoltuğuna ötürüb burnunu dikəltdi. Astadan hakimanə bir tərzdə cavab verdi: - Əleykəssəlam, qadan alım. – Ancaq üzümə baxmadı. – Mənə sözün vardı? - Xeyr... Elə belə... Yaman fikirlisiniz. - Ta onu demə, qadan alım, işim çoxdur. Bu saat heç başımı qaşımağa vaxtım yoxdur. Mən zarafata keçdim: - Qonşuluqda adam adama nə gündə gərək olar?! Sizin vaxtınız yoxdur, gəlin, başınızı mən qaşıyım. Bir balaca eyni açıldı, xəfifcə qımışdı: - Hankı mərtəbədə olursuz? - Odur ey... – qapımızı göstərdim- üçüncü mərtəbədə. Ayrıldıq. O, həyətə düşdü, mən yuxarı qalxdım. Bir istirahət günü evdə oturub üzümü qırxırdım. Zəngimiz çalındı. Dəhlizə çıxdım. Gələn o idi. Elə astanada tanış olduq: - Salman. Qonşum adını “Canəli müəllim” söylədi. - Əyləşin, - dedim. – Bu dəqiqə saqqalımı təraş eləyim, sonra sizin qulluğunuzdayam. Canəli şlyapasını çıxarıb mənə uzatdı. Başının ortasında təmiz sürüşkən bir meydança parıldadı. O, evə məhrəm adam kimi keçib yuxarı başda divana yayxandı. Eynəyinin üstündən kitab rəflərinə ötəri nəzər saldı. - Məndə sizdəkindən çoxdur. - Nə? - Kitabı deyirəm. - Hə... Bizim də dövlətimiz bunlardır. - İndi ta zamana dəyişib, qadan alım. Ticarət işçisinin də evində öz kitabxanası var. - Kimdir ticarət işçisi? - Sən... - Səhv edirsiniz, Canəli müəllim. Bir an ikimiz də susduq. Qonşum tərəddüdlə dedi: - Bə kimsə dedi ki, üçüncü mərtəbədə yaşayan univermaqda işləyir, özü də karlı adamdır. Fikirləşdim, belədirsə, gedim kişinin qulluğuna bir salam verim... Mən qarşımdakı aynadan ona diqqət yetirirdim. - Univermaqda işləyən bizimlə üzbəüz qapıda olur. Mən jurnalistəm. Qonşum dizini sığalladı. -Hə? Nə olar, qadan alım. Elə jurnalistə də salam verməyinə dəyər. Bu söz mənə yaman yer elədi. Xasiyyətimdi: qəlbimə toxunanın qulluğunda xəcalətli qalmazdım. Gec-tez bu hayıfı ondan çıxmalıydım, məqam axtarırdım. - Ə, Salman, sənin bu üzqırxan maşınından nə qəribə səslər çıxır... Fürsət idi. Əks hücuma keçdim: - Bunu təzə alanda yaxşı musiqi çalırdı. İndi bir az köhnəlib, xaric notlar vurur. Canəli mənə tərəf çevrilib gözlərini döydü: -Bıy!.. Məgər musiqi çalan üzqırxanlar da var? Özümü itirmədim. Səsimə ciddilik qatdım: - Bəs bunu siz bilmirsiz? - Yoox... - Xətrinizə dəyməsin, Canəli müəllim, geri qalmısınız... - Qadan alım, başım elə qarışıb ki, Vallah dünyadan xəbərim yoxdur. Adı nədir o üzqırxanın? - “Aqidel”. Duymuşdum: hərif zahirən zəngin görünsə də, daxilən boş adama oxşayırdı. - Yaponlarınkıdır, - dedim.- “Aqidel” onların bir musiqisidir. Necə bizdə “Qaytağı” yoxdur,bu da elə... Təzə vaxtında mən bununla üzümü qırxanda uşaqlar şıdırğı oynayırdılar. İndi səsi bir az xırıldayır... Canəli əllərini şappıldadıb heyrətləndi: - Pa atannan! Yaponlara bax ey!.. Gör nələr icad edirlər! Ondan gərək birini də mən alam. Hirsim tamam soyumamışdı. Üzümə odekolon püskürdüb ayağa qalxdım. -Əşi, bu harasıdır?! Yaponlar üzük buraxırlar, qaşında televizor ekranı. Küçədə gedə-gedə bax özünçün, darıxma. - Sən nə danışırsan, qadan alım!! - Bəli... - Rənglimi göstərir? - Bəli. Özü də yeddi-səkkiz kanallı. Birində futbol, digərində kino, üçüncüsündə, canım sənə desin həkim məsləhəti.Nə bilim, multfilm... heyvanlar aləmində... hansını xoşlayırsan, tut, tamaşa elə. - Ə, səndə əntiqə söhbətlər varmış, ay Salman, mənim xəbərim yox... - Gəlib-getmirsiz də... - Bundan sonra ta hər vıxadnoy sizdəyəm, qadan alım. O gün Canəli harasa tələsirdi. Çayını yarımçıq içib çıxdı. Onu ötürəndən sonra mən dəhlizdə ayaq üstə donub qalmışdım. Fikirləşirdim, dünyada necə nadan adamlar varmış! Canəli ilə ikinci görüşdə xoruz səsi eşitməmiş uydurmalar toqquşdurmuşdum. Demişdim ki, 1925-ci ildə Braziliya futbolçuları italiyalılarla oynayanda Peleni meydançada yıxıblar. O da hirsindən rəqib darvazasına elə öldürücü bir zərbə vurub ki, qapıçı kosqarışıq toru yırtaraq on iki metr havaya qalxıb. Ordan da kəlləmayallaq arxa tribunada oturan tamaşaçıların üstünə düşüb. İkisi ölüb, səkkizi möhkəm əzilib. İnanmışdı. Daha ağlına gətirməmişdi ki, adamda elə zərbə olmaz, 25-ci ildə isə Pele heç dünyaya gəlməmişdi. Demişdim ki, Fransa səyyahı Lope de Veqa Mərakeş cəngəlliklərində meymunların şahmat oynadığını öz gözlərilə görüb. İnanmışdı. Daha bilməmişdi ki, Lope de Veqa Fransa səyyahı deyil, İspaniya dramaturqudur. Mərakeşdə heç cəngəllik varmı? Oradakı meymunların şüurları nə qədər inkişaf edib ki, şahmat da oynasınlar?.. Demişdim ki, keçən il qəzetlərdə oxumuşam, Pirşağıda dəniz sahilində otuz yaşlı bir cavan qayaların üstündə dayanıb balıq tuturmuş, bəxtindən tilovuna su adamı gəlibdir. Çıxarıb onu sahilə, alıb qucağına, aparıb evlərinə. İndi iki uşaqlı arvadını boşayıb onu almaq istəyir. Amma ata-anası qoymur... Bu dəfə Canəli özünü xam göstərməmək üçün başını tərpədib demişdi: O əhvalatı mən də oxumuşam. Ağıllını aldatmaq çətindir, naşıya isə hər yalanı satmaq olar. Dünyadan bixəbər Canəli mənim nəzərimdə meşədən təzəcə tutulmuş mauqli kimi bir şey idi. Fərq təkcə orasındaydı ki, bu, meşədə yaşamırdı, çılpaq gəzmirdi. Əynində kostyum, başında şlyapa vardı, qoltuğunda qovluq gəzdirirdi. Həm də adam kimi danışırdı. Özündən soruşub öyrənmişdim: Canəli hələ evlənməmişdi. İt saxlayırdı. Səbəbini də belə izah edirdi: “Ağıllı kişinin arvadı da gərək ona bərabər olsun, qadan alım. Ürəyim istəyən ideal qız tapmaq çətindir. Sabah mən dünyanın keçmişindən, gələcəyindən danışanda həyat yoldaşım ağzını açıb gözlərimin içinə baxacaq. Mənə elə qadın lazım deyil, qadan alım”. Son zamanlar Canəliyə yaman bağlanmışdım. Onsuz darıxırdım. Həmişə də təzə yalanlarım beynimdə hazır idi. Bir sözlə istirahət günlərində- boş vaxtlarım çox məzəli, əyləncəli keçirdi. Arabir bizim üçün çay gətirəndə arvad hap-goplu söhbətlərimin ucundan- qulağından eşidirdi. Əhvalatın nə yerdə olduğundan xəbərdardı. Onun üçün də məni məzəmmət edirdi: - Salman, heç utanmırsan, o boyda vidli-fasonlu kişini barmağına dolamısan?! Meymun –zaddı bəyəm səninçün oynadırsan onu?! - Ay qız, axı mən neyləyim? – deyirdim. –Sazan balığı kimi özü tilova gəlir. Mən zarafatsız keçinə bilmirəm. *** Növbəti görüşümüzdə Canəli bir qədər dəyişmişdi. Yəqin düşünmüşdü ki, həmişə mən Salmanın sözlərinə heyranlıqla qulaq assam deyər, özü qəzet, jurnal oxumur, heç nə bilmir, danışmağa sözü yoxdur. Ona görə bu dəfə dünyanın məşhur alimlərindən, yazıçılarından söz salmışdı. Arada bir Şekspirin adını çəkəndə əlüstü, söhbətə qarışmışdım: - Bilirsiz Şekspir nə millətidir? - İngilis deyil? - Xeyr, canım! Çoxları elə bilir.- Uyduracağım yalana bu başdan gülməyim tutduğundan özümü zorla saxladım- Şekspir xalis müsəlmandır. - Müsəlmandır?! - Bəli, əsl adı da Şeyxi-Pirdir. Yə’ni pirin şeyxi. On altıncı əsrin əvvəllərində bir tədqiqatçı onun haqqında monumental əsər yazıb. Kitabının adını qoyub “Şeyx iz pira” Ondan sonra ingilislər kişinin ismini dəyişərək Şekspir eləyib, öz adlarına çıxarıblar. Canəli qoyun kimi şüursuz bir görkəmdə gözlərini döydü. - Qadan alım, bə o müsəlman, İngiltərəyə necə gedib çıxıb? - Çox asan. O zaman bir şeyx kimi ingilis ruhanilərinin həyatı ilə maraqlanıb. Qiyafəsini dəyişərək turistlərlə birlikdə salıb özünü Londona. Orada işin üstü açılandan sonra kişini verbovat eləyib, cibinə zorla ingilis pasportu basıblar. Gözünə döndüyüm şeyx ikicə aya onların dilini öyrənərək başlayıb yazmağa. Gecədə bir komediya – necədir sizin üçün?! Ölənəcən alt-üst eləyib höküməti də, quruluşu da... Canəli yerində qurcalandı: - Ə, bunu yaz da, qadan alım! Nəyi gözləyirsən?! Hazır bişmiş dissertasiyadır ki!.. - Var elə bir fikrim. Ancaq mən ölüm, başqa yerdə bu barədə danışmayın. Adamlara e’tibar yoxdur. Buraya qədər dediklərimi Canəlinin yediyini görüb fantaziyama güc verdim: - Hə.. Şekspir müsəlmandır, ona şübhə-filan ola bilməz! Atası da Muğandandır. - Muğandandır! Onda biz eloğluyuq ki! - Nə bilmək olar! Sabah onun sehrli sandığı açılandan sonra bəlkə lap qohum çıxdınız. Canəli bu yerdə təbiətinə rəğmən gürşad bir qəhqəhə çəkib güldü. Mauqli qonşumun bugünkü normasını da belə verdim, getdi.. Bazardan qayıdan arvad başılovlu içəri girdi. - Ay Salman, heç bilirsən neyləmisən?! Abırdan saldın bizi bu qonşuların arasında! İndi müəllimin üzünə necə baxacağıq?! Ayıb deyil?.. - Müəllim kimdir? Nə xəbər eşitmisən? Açıq danışsana, nə olub?! – deyə arvadın belə həyəcan keçirməsindən heç nə anlamadım. - Daha nə olacaq?! İndicə qonşulardan öyrəndim: sən demə, bizə gəlib- gedən o şlyapalı kişi ali məktəb müəllimidir! Özü də elmlər namizədi! Əvvəl bu sözə şübhə elədim. Sonra tərəddüd içində qaldım. Axırda inandım. Bizdə məgər qoltuğundakı qovluğu dolu, şlyapalı başı Canəlininkinə bənzəyən “alimlər” azdırmı? Biri də mənim qonşum!

Hazırladı: Rəsul

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Əvvəlcə ağzı qurumağa başladı. Yavaş-yavaş dili taxtaya döndü. Udqunmağa çalışdı. İki-üç cəhddən sonra başa düşdü ki, heç nə alınmayacaq. İstədi gedib həyətdəki krandan su içsin. Ayağa qalxa bilmədi. Güclə gözlərini açdı. Gözləriylə ayaqlarını axtardı. Ayaqları gözünə dəymədi. Əlləriylə ayaqlarını yoxlamaq istədi. Bu da alınmadı. Deyəsən əlləridə yox idi. Möhkəm qorxdu. Uşaq vaxtı həmişə dozanqurdunun əl-ayağını qopardıb yerə atırdılar və bir iki saat qarışqalar yazıq qurdu diri-diri yeyib qurtarırdılar. O da uşaqlarla birgə doyunca deyib gülürdü.

İndi də ağlına gəldi ki, bəlkə onun da əl ayağını kəsib atıblar. Canını üşütmə basdı. Yəqin indi qarışqalar gələcək. Birdən yadına bayaq evdə anasının ona dediyi söz yadına düşdü -“Ayaqların it iyi verir, bayıra çıxanda yuyarsan”. Anasının sözü yadına düşən kimi qorxusu keçdi, fikirləşdi ki, yəqin ki, yəqin əlləri ayaqlarını yumağa aparıb. Dodağı qaçdı. Əcəb qanacaqlı əlləri var.

Sonra bir də cırıldadı. Elə bildi ki, kimsə kamança çalır. Cırıltı getdikcə güclənməyə başladı. Qulaqları ağrıdı. Ürəyində söyməyə başladı: - “Bu zəhrimar kamançanı çala bilmirsən, niyə cırıldadıb başımızı xarab eləyirsən. Heyvanın biri heyvan”. Düzü heç özü də bilmədi ki, kimi söyür. Cırıltı bir az da gücləndi. Qeyri-ixtiyari qulaqlarını tutdu. Başa düşdü ki, artıq əlləri qayıdıb. Əlləriylə ayaqlarını yoxladı. Ayaqları da yerindəydi. Sakitləşdi. Yenə kürəyini divara söykədi. Cırıltı səsi asta-asta azan səsinə keçdi. Məscid yaxınlıqdaydı. Birtəhər başını qaldırıb məscidə baxdı. Məscid adama oxşayırdı. Gümbəz başı, pəncərələr gözləri. İki minarə də əlləridi. Elə bil əllərini göyə qaldırıb allahdan nəsə istəyirdi. Birdən ağlına gəldi ki, azançıya tapşırmaq lazımdı minarəyə çıxanda məhəccərdən bərk-bərk tutsun. Çünki işdi-şayəddi məscidin başı qaşınsa, əlini atıb başını qaşıyan zaman azançı yaxınlaşıb ölər, yazıqdı axı. Bir sürü külfəti var.

Azan səsi kəsildi. Hava qaralmışdı. Küçənin o başından gələn səs onu diksindirdi, sınıq salxaq bir «Zapı» tırıldaya-tırıldaya gəlib onun qabağından keçib tini döndü. Tırıltı yavaş-yavaş azaldı, nəhayət kəsildi. Zapıya yazığı gəldi. Fikirləşdi ki, əgər bu yazıq maşının dili olsaydı, o əclaf şoferə deyərdi ki, insafın olsun, bəsdi mindin məni, görmürsən tökülürəm. Qoy çıxsın pensiyaya, bir az dincəlim. Gözünün qabağına gəldi ki, «zapı» poçtda. «Zapını» fikirləşə- fikirləşə atası yadına düşdü. Başa düşdü ki, bayaqdan nəyə görə zapıya yazığı gəlirdi. Atası da o köhnə zaporojets kimiydi. Qocalıb əldən düşsə də, birtəhər işə gedib gəlirdi. Təqaüdə çıxmırdı. Yazıq neyləsin?! Ailəni dolandırmaq lazım idi. Demişdi ki, qızları ərə verim, sonra çıxaram təqaüdə. Ailə yadına düşən kimi dilxor oldu. Yenə də gözlərini yumdu. Hər şeyi unutmağa çalışdı. Bir az beləcə oturdu. Tıqqıltı eşitdi. Deyəsən ayaq səsləriydi. Kimsə ona salam verdi. Birtəhər gözlərini açdı ki, görsün kimdi. Heç kimi görmədi. Fikirləşdi ki, yəqin hansısa qonşudur, artıq həyətə girib. Heç yaxşı düşmədi. Deyəcəklər ki, heç kimi saymır, qudurub. Məhəllə camaatı korlanıb. Hər xırda şeydən söz düzəldirlər. Təki danışmağa söz olsun. Kimsə küçədəki lampanı yandırdı. Lampa ondan 15-20 metr aralıda olsa da işıq gözünü qamaşdırdı. Qeyri ixtiyari gözlərini yumdu. Hiss elədi ki, burnu qaşınır. Yenə birtəhər gözünü açdı. Diksindi. Burnunun üstündə iri bir milçək oturmuşdu, diqqətlə onun gözünün içinə baxırdı. Bir az onun gözünün içinə baxandan sonra milçək başladı əlləriylə üzünü silməyə. Milçək üzünü silə-silə arabir ona baxırdı. Milçəyə baxa-baxa son iş yerindəki müdiri yadına düşdü. Milçəkdən də murdar insan olarmış, İlahi. Yaxşı ki, orda çox işləmədi. Qaçdı. Atası artıq neçənci dəfəydi ki, yalvar-yaxarla onu işə düzəldirdi. O isə bir-iki ay işləyib qaçırdı. Yola getmirdi. Birdən burnu böyüməyə başladı. Burnuyla bir yerdə milçək də böyüməyə başladı. Toyuq boyda oldu. Burnunun ağırlığına dözməyib başını aşağı əydi. Böyümüş milçək ona baxa-baxa dilini çıxartdı. Fikirləşdi ki, gör nə günə qalmışam, milçək də məni ələ salır. Yenə milçəyin gözünün içinə baxdı. Birdən milçəyin gözləri ona çox doğma və əziz göründü. Hə, onun gözləridir, əlbəttə, gözlərinə inanmadı. Hə. Odur, özüdür ki var. Ömründə bircə dəfə bütün varlığıyla sevdiyi o qız. Yavaş-yavaş qızın üzünün cizgiləri də aydınlaşdı. Nədənsə təəccüblənmədi. Elə bil ki qızın gələcəyini qabaqcadan bilirdi. Qız onun qarşısında dayansa o hələ heç nə dərk edə bilmirdi. Bir də gözünü qırpdı. Yox, qız heç yerə getməmişdi, sakitcə durub ona baxırdı. Nəhayət, hiss eləməyə başladı ki, həqiqətən odur. Altı il əvvəl uğrunda həyatını belə verməyə hazır olduğu və bu altı il ərzində hər gün görməyi arzuladığı o qız. Bunu hiss elədikcə, bütün bədəni titrəməyə başladı. Özünü ələ almağa çalışdı. Divara sıxılmaq istədi ki, titrəməsin. Amma birdən ağlına gəldi ki, titrəyə-titrəyə divara söykənsə, divarı uçurdar, özü də daşların altında qalıb ölər. Ayaga qalxıb yavaş-yavaş qıza tərəf getməyə başladı. Qız isə tərpənmirdi. Əllərini yuxarı qaldırıb sakitcə ona baxırdı. Elə bil ki, təslim olduğunu bildirirdi. O gəlib qızın bir addımlığında dayandı. Əllərini qızın bədəninə toxundurmaq istədi. Qorxdu. Qorxdu ki, altı il əvvəllər olduğu kimi qız yenə onu söyüb biabır edəcək. Amma qızın baxışlarındakı sakitlikdən başa düşdü ki, yox, bu dəfə ona nə ağır sözlər deyiləcək, nə də sillə vurulacaq. Ürəyi əsə-əsə əlini qaldırdı, qızın üzünə toxundurdu. Qız dinmədi. Yavaş-yavaş yaxın gəldi. Artıq qızın nəfəsini də hiss edirdi. Qızın belini qucaqladı. Sakitcə başını çiyninə qoydu. Gözlərini yumdu və beləcə bir qədər səssiz-səmirsiz dayandı. Amma birdən elə bil içində nə isə partladı. Bayaqdan qurumuş ağzı sulandı, dili açıldı. Qışqıra-qışqıra danışmağa başladı: -Hə, nədi, niyə gəlmisən, yoxsa bezmisən? İndi yadına düşmüşəm? Yoxsa qovub səni evdən? Bəs nə bilmişdin. Pula görə ərə gedəndə bəs bilmirdin axırı necə olacaq. Gərək öldürəydi səni. Onda ağlın başına gələrdi. Məni bəyənmədin. Pullusunu seçdin. Elə bilirdin ki, xoşbəxt edəcək səni. Ay elədi ya. Gözlə. Nə oldu? İl yarımdan sonra atasını tutdular. Sənin evinə qədər satıb atasını türmədən qurtardılar. İndi 6 nəfər adam iki otaqda qalırsınız. Əcəb oldu. Ürəyimdən tikan çıxdı o vaxt. Mənim ahım tutdu səni. İndi də kasıbçılıqdan bezib mənim üstümə gəlmisən? Elə bilirsən qəbul edəcəm səni? Yox, heç vaxt, sən adam deyilsən, qancıqsan, fahişəsən. Birdən səsi qırıldı. Qəhərləndi, qızı qucaqlayıb hönkürtüylə ağlmağa başladı. -Axı mən səni həyatımdan çox sevirdim, bütün varlığımı sənə qurban etməyə hazır idim, axı niyə mənimlə qalmadın, niyə, axı sən onu da sevmirdin. Heç o da səni sevmirdi. Heç bu cürə də evlənmək olar. Eh,mənim bütün həyatım da səninlə getdi. Sənin ərə getməyindən neçə il keçsə də, yenə hər gün səni fikirləşirəm, hər gün yuxuda görürəm səni. Məndə olan yeganə şəklini öpürəm, öpürəm.

O danışır, gözünün yaşı isə axırdı. -Sən gedəndən sonra söz verdim ki, heç vaxt evlənməyəcəyəm. Sözümün üstündə dururam. Çünki mən səndən başqa heç kimi sevə bilmərəm. Özümdən asılı deyil, bacarmıram. Neçə dəfə özümü öldürmək istəmişəm. Atamla, anama yazığım gəlib. Dərdimi heç kimə deyə bilmirəm. Altı il yığılıb qalmışdı içimdə. Nə yaxşı ki gəldin, ürəyimi boşaltdım. Qurban olum, daha heç yerə getmə, tək qoyma məni, yalvarıram….

İki qadın söhbət edə-edə həyətə girdilər. Qadınlardan biri o birsinin sözünü kəsib dedi.- Görürsən bu oğlanı, qonşunun oğludur. Elə yaxşı ailələri var. Özü isə avara çıxdı. Hər gün nəşə çəkib həyətdə sarsaqlayır. Heyif, gül kimi oğlandı, amma avara! Oğlan isə həyətin ortasındakı tut ağacını qucaqlayıb hönkürtü ilə ağlayırdı.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Çirkli, dar paltar altında təmiz, azad dünya…

 “Parklar insanları rahatlaşdırır. Düşünürsən ki, sənin hıçqırtı dolu səsin yayılacaq parkın genişliyində… Boşluqda əks-səda verib azalaraq yox olacaq. Bəlkə də insanları rahatlaşdıran parkların boş, geniş olması deyil, dünən axşam parkı tərk etmiş uşaqların səsləridir… Ağacların arasında hələ də yayılan səsləridir… O həmin səslərdir ki, sənin göz yaşılarını bir toxunuşla qurudur. O həmin səslərdir ki, hıçqırtılarını öz gülüşü ilə boğur…

Bir skamyada oturmuşam. Həmişə ürəyim sıxılanda oturduğum skamya ilə dərdləşirəm yenə… “Niyə insanlar başqalarının həyatına qarışırlar ki? Hər kəs öz taleyini yaşamalıdır, hər kəs də öz əməlinə görə özü cavab verəcək, bəs onda insanlar niyə başqalarının həyatına qarışırlar ki?” deyə düşünürəm. Skamya isə yenə də cavab vermir. Belə baxanda haqlıdır da, nə etsin ki?! Onun taleyi insanlara oturacaq olmaqdır.
Mənə elə gəlirdi ki, parkda məndən başqa heç kəs yoxdur. Ağaclığın arxasındakı skamyada bir – birinə sarılıb, yuxuya getmiş qız və oğlan vardı. Üst –başları çirkli bomjlar…
Beynimdə min fərziyyə yarandı. “Yəqin, evlidirlər, bir – birlərini hələ də sevirlər, sadəcə pulları yoxdur deyə küçə həyatı sürürlər, bəlkə də qızın ailəsi kasıb olduğundan oğlanın ailəsi bu evliliyə razı olmayıb və onlar da sevgilərinə “məğlub olub” parkda yaşayırlar. Bəlkə də əksinə…Ola bilər ki, oğlan qızı qaçırdıb və düşünüb ki, Allah ruzini harda olsa da verəcək və bura gəliblər”… Hər halda çox xoşbəxt görünürlər!
Birdən oyandılar yuxudan. Yəqin bütün bomjlar bu vaxt oyanır, bütün şəhər yatanda…
Mənə yaxınlaşırdılar. İçimdə bir qəribə hiss vardı. Yox, bu qorxu deyildi. Nə isə maraq hissinə oxşayan bir hiss idi.Amma maraq hissi də deyildi.
Yaxınlaşıb:
Oğlan: Burda neyləyirsən bu vaxt? Saat hələ 4dür. Qaçmağa gələn insanlar 6da, 7də gəlirlər.
-Heç. Ürəyim sıxıldı…
Oğlan: Uşaqsan hələ. Nə yaşın var ki, ürəyin sıxılır?
-Bilmirəm… Siz burda neyləyirsiz ki?
Oğlan: Yaşayırıq…
Beynimdə fərziyyələr artmaqda idi. Görəsən niyə burda idilər? Dayana bilmədim və soruşdum:
-Siz niyə burdasınız?
Hər ikisi gülümsədi və yanımda oturdu.
Oğlan: Biz insanlarla mübarizə aparırıq – mənim tərs-tərs baxdığımı görüb gülümsədi və yenidən sözünə davam etdi – Bəli, Don Kixot kimi görünsək də, biz mübarizə aparırıq. Biz “böyümüş” insanlardan qaçdıq və mübarizənin mümkünlüyünü göstərməyə çalışırıq.
- Necə yəni? -oğlanın sözünü kəsərək həyəcanla dedim.
Oğlan: Hər şey uşaqlıqdan başladı. O günlər elə gözəl idi ki. Uşaqlarla yığışıb qatar relsinin yanındakı bağa meyvə oğurluğuna gedərdik. O hisslər elə saf idi ki. Tut, alça yığardıq… Ağaclar sanki vermək istəmirdi meyvələrini. Əllərimiz, qollarımız kəsik-kəsik idi ağaca çıxınca. Dizlərimiz isə çoxdan qandan qabıq bağlamışdı. Biz isə sanki ümidlərimizi dərirmiş kimi mübarizə aparırdıq ağacla. Qalib gəlirdik sonda. Arada ağacın budaqlarını da qırırdıq, gələn ili düşünmədən…Ağacdan tutu yığınca üst – başımız ləkələr içində qalırdı. Əlimizi elə asanlıqla köynəyimizə silirdik ki. Dodaqlarımızda tutun ləkəsinin altından gülüşümüz görünürdü. Bəzilərimizin heç boyu çatmırdı. Gizlincə yerdən yığırdı meyvələri, günah işlətmiş kimi…Bir az da utanaraq… Köynəyimizin aşağı hissəsini bir qədər yuxarı qaldırıb, meyvələri ora yığırdıq. Birdən qatar keçirdi bağın yanından. Çətinliklə yığdığımız meyvələri elə asanlıqla qatarın arxasınca atırdıq ki. Çoxu isə yerə dağılırdı…Sanki həmin meyvələri qollarımız cızıla – cızıla yığmamışdıq, naşükürcəsinə elə atırdıq ki qatarın arxasından…
Sonra böyüdü əllərimiz, ayaqlarımız… Üstü ləkəli köynəklərimiz dar qalstuq, köynəklə əvəz olundu. Daraldı dünyamız! Sonra “OLMAZ”lar artdı. Onsuzda qəfəsdə yaşadığımız həyatda daha kiçik qəfəsə girmək lazım deyildi. Və mən evdən qaçdım…
- Böyümək o qədər pisdi ki?
Bilirsən, insanlar böyüdükcə onların arzuları kiçilir?! Uşaq ikən hüquqsünas, həkim olmaq istəyirdik. Böyüdükcə isə bir qarın çörək üçün, uşaqlar ac qalmasın deyə fəhlə olmağı belə arzulayırıq. Gözlərimiz də korlaşır. Ayaqqabımızın altındakı saqqıza yapışan manatı belə görməyəcək qədər korlaşırıq. Məsuliyətimiz o qədər artır ki.
İnsanlar “böyüdükcə” bu uşaqlıq oyunlarını yenə oynamağa başladılar. Taxta oyuncaq silahlar Kalaşnikovlarlarla əvəz olundu. Bir vaxt alça ilə qatara “hüçum edənlər” indi metro bombalayır. Uşaq ikən şar partladırdıq, indi izə Ozon qatını deşik – deşik etmişik. Dəniz kənarında qumdan evlər düzəldirdik, indi bu evlərin daha böyüyünü düzəldirik və kimlərinsə başına uçur. Belə… Sonra mən Günayla tanış oldum. O gündən biz birlikdə bunlara qarşı mübarizə aparırıq. Uşaqlıqda oynadığımız oyunlar öz saflığını itirməsin, heç kimə bir zərər verməsin deyə…
Nə deyəcəyimi bilmirdim. Söhbəti bir qədər dəyişmək istədim.
-Xanımla harda tanış olmusunuz? -qızı işarə edib dedim.
Oğlan : Xanım…-gülümsəyərək dedi. O həqiqətən də xanımdır. M.Ə-nin qızıdır. (M.Ə Azərbaycanın ən məşhur iş adamlarından biri idi həqiqətən də)
Fikirlərim çox qarışmışdı. Nə deyəcəyimi bilmirdim.
- Nnnn…ee.cəə?
Qız: Hər şey birdən baş verdi. Mən rəfiqələrimlə gəzirdim mərkəzi küçələrin birində. Təsadüfən çıxdı qabağıma, mənə toxunduğuna görə əsəbiləşmişdim də. Döngədə birdən qarşıma çıxdı. İndiyə kimi xatırlayıram aramızdakı dialoqu:
Q: Korsan? Qabağıva bax daa. Bunun üst – başına bax. Toxunma mənə çirkli əllərinlə…
O: Bağışlayın, görmədim..
Q: Məni görmədin? Sən bilirsən mən kimin qızıyam?
O: Mən gəzən pul qəfəsindən başqa heç nə görmürəm…
Q: Sarsaq! Özünü nə sayırsan?
O: Siz atanızın sizi saldığı pul qəfəsindən başqa heç nəyi görməyəcək qədər korlaşmışsınız…
-Orxanın sözləri məni sarsmışdı. Ağlayaraq qaçdım ordan. Üstündən bir – iki gün keçmişdi, gəldim Sabir parkına…Onu görmək ümidilə…Ordaydı. Sonra danışmağa başladıq. Mənə həyatını danışdı. Arzularını, uşaqlığını… O gündən mən yerimin onun yanı olduğunu anladım…

PS: İNDİ ONLAR SABİR PARKINDA YAŞAMIR. HARDA YAŞADIQLARINI ÖYRƏNMƏK İSTƏYİRSƏN?

                                                                               Musa Əfəndi

Kullanıcı Oyu: 2 / 5

Yıldız etkinYıldız etkinYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

    Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi "ah" idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc "ah"ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.
Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur'anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.
"Bismilləhirrahmənirrahim"
"Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür. Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.
Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir."
Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.
Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.

                                                                                                                           QARAQAN (Elxan)

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" Qurani-kərim

Damını örtdüyü evin aşağı  mərtəbəsində əyin-başını dəyişdi. Çölə çıxıb bir az aralıdan indicə başa çatdırdığı işinə nəzər saldı. Üzündə məmnunluq vardı. Gördüyü işdən razı idi. Ev sahibi gəldi. Usta ilə işi haqqında danışdı. Söhbətdən məlum olurdu ki, o da işdən razıdı. Hər ikisi bir-birinə halallıq verdi. Usta əmək haqqını  alıb birbaşa super marketə yollandı. Yaxşıca bazarlıq elədi. Özünə araq almağı da unutmadı. Evə qayıtdı. Anası, bacısı ilə dilucu hal-əhval tutdu. Əl-üzünü yuyub masa arxasında əyləşdi. Kefi kök idi. Arvadı onun acdığını hiss edib, masa üzərinə süfrə sərdi. Gözü arvadına sataşanda üzünə təbəsüm qondu. Anasına baxa-baxa- gəlin deyil e, kukladı, kukla- deyib özündən razı halda gülüb, dişlərini ağartdı. Süfrəyə yemək gəldi. Araq şüşəsinin qapağı açıldı. Usta yeməkdən çox, araq içirdi. Kefi get-gedə durulurdu. Əlində stəkanı tutmaqdan məlum olurdu ki, təmamilə sarxoşdur. Mətbəxdən çıxan anasını görcək dili açıldı. - Anam mənim, canım mənim, anam-anam, anam mənim, çox gözəldir anam mənim-  xırıltılı səslə oxumağa başladı. Anasının qaş-qabaqlı üzünü görüb səhərki söhbət yadına düşdü. - Ay qız, nədən narahatsan. O, gəlin olmasın, bu gəlin olsun. Hər ikisi xalxın qızıdı. Buna da öyrəşəcəksən. Bundan da igid bir oğlum olacaq. Olacaqlar Ram və Şam. Ha, ha, ha. Hər ikisi ataları kimi yeyib-içən olacəklər. Anam mənim, canım mənim. Usta acgözlüklə əlindəki araq  dolu stəkanı başına çəkdi. Üzünü bir balca  turşutduqdan sonra  yenidən anasına çönüb: -İt qızı it stalovada, barda işləyir? Qoy işləsin. Cəhənnəmə ki. Onsuzda elə əvvəldən ondan gözüm su içmirdi. Qoy rəd olsun. Gözünü mənzilin içində gəzdirdi. Gözü arvadını sataşdı. – Bu mənə sadiq qalacaq. Sözümə baxacaq,  çörək yeyəcək. Kişi arvadını döyəndə nə olar. Zato, evə çörək gətirirəm, paltarını alıram. Fsyo. Sənin nəyinə lazımdı, araq içirəm, ya içmirəm. Qoy indi mənim qədrimi bilsin. Rahatcana yeyirdi, geyinirdi, qudurmuşdu. Qancıq. Usta əsəbləşdi. Əlindəki stəkanı yerə çırpdı. Əlini süfrənin ucu ilə sildi. Stolunu masadan aralı çəkdi.Ustanın təxminən bir ay öncə evə gətirdiyi yeni arvadı duyuq düşdü. Bu aralarda dava düşəcəyini hiss edibmiş kimi öz otağına çəkildi. Ustanın yaşı otuz beşi haqlamış bacısı  eyvanın bir küncündə stul üstə əyləşmişdi. Anası isə çox hirslənmişdi. Dilini dinc saxlaya bilmədi.-Qohum var, qonşu var. Abrumuz, hayamız itib. El içində rüsvay olmuşuq. İçirsən iç, cəhənnəmə iç, gora iç. Amma, adam balası kimi iç. Tay gül kimi balalarını çölə niyə tökürsən?  Bəyəm bu təzə gətirdiyinə gün verəcəksən? Ay, hay. Sabah onun da arxasına bir təpik vurub, göndərəcəksən dədəsinin xarabasına.- Arvad, qanımı qaraltma. Canda mənimdi, pul da. İçirəm, əccəb edirəm. Arvadımı qovuram, yaxşı edirəm. Sabah bunu da qovaram, əla edərəm. Arvaddan çox arvad var. Bu da biri, götürüb gətirmişəm, sənin üçün hambal kimi iş görürür. Nəyi pisdi?-Heç nəyi pis deyil. Aqibətinə yazığım gəlir. Sabah onun da bir küçüyü dünyaya gələr, götürüb atarsan küçələrə. Sənə nə var. Başın ayıq olur ki, arvad, uşaq namusu çəkəsən? Gündüzlər onun-bunun üçün hamballıq edib, iş gör, gecələr zəhrimar tuluğunun içinə düşüb hayamızı ətəyimizdən tök.- Hansı abır- həya? Ərin abır –həya saxladı bəyəm? Hmm. Şəhərdə arvad qaldı ki, onunla adı çıxmasın? Onun içib səni evdən qovduğu günlər yadından çıxıb? İstəyirsən mən sənin üçün ərlik edib, abır-hayanı geri qaytarım? Nə susmusan, dillən də!Oğlunun həmişəki töhmətlərindən ana qızardı. Yazıq görkəm aldı. Gileyli-gileyli dilləndi:- Heç olmazsa bacına yazığın gəlsin. Yaşı otuzbeşi  keçib. Sənin, atavın badına gedib də. Yoxsa yüz dənə istəyəni var idi. Etdiyiniz biabırçılıqlara görə heç kəs yaxın düşmür, qapımızı açmır.Bacının gözləri doldu. Anasının sözləri ona yaman təsir etmişdi. Bu anda ürəyində qardaşına qarşı sonsuz nifrət vardı.-Ana, özünü narahat etmə. Dəyyus indiyəcən kimin hörmətini saxlayıb  ki, mənim hörmətimi saxlasın? Bacı qeyrəti çəkəndi bəyəm? Küçənin alkaşlarını bacısının üstünə gətirib içirdən adamdan nə gözləyirsən? Bacının sözləri ustanın başına qaynar su kimi töküldü. Hirsini cilovlaya bilmədi. Əlindəki stəkanı divara çırpdı. Masanın üstündəki yeməkləri yerə dağıtdı. İnək kimi bağırmağa başladı. Anasını, bacısını söydü. Qəzəbi daha da coşdu.  Otağa girib arvadına hücum etdi. Onu eşşək balası kimi çırpdı. Arvadın qışqırıq səsi məhləni bürüdü. Qonşular tamaşaya çıxdılar. Usıtanınn gündəlik davalarına adətcil qonşular, haraya gəlmədilər. Arvad birtəhər ərinin əlindən sivişib həyətə qaçdı. Hamama girib, qapını üzərinə qıfılladı. Bir ay öncə bu yaramaza  qoşulub qaçdığına görə özünə lənət yağdırdı.Ana soyuducudan darmanını götürüb içdi. Elə ordaca oturub, ağrayan ürəyini ovmağa başladı. Qapının önündən dizlərini qucaqlayıb ağlayan  qızına baxdı, taleyinə acıdı.Usta söyüş söyə-söyə həyətdən çıxıb, dəmir darvazanı arxasınca möhkəm çırpdı. Arvad hamamda diskindi. Ərinin getməyindən əmin olub gizləndiyi yerdən çıxdı. Qorxa- qorxa yuxarı qalxdı. Yerə dağılmış sınıq boşqabları, yeməkləri yığışdırdı. Sınmış istəkanın qırıntılarını təmizlədi. Otağına gedib, yorğanına girdi. Ana qızının əlindən tutub qaldırdı. Ona təsəlli verdi.Hadisədən bir neçə saat ötdü. Usta məqsədsiz bir-bir küçələri gəzdi. Yavaş-yavaş qəzəbi soyudu. Etdiklərindən peşman oldu. Kövrəldi. Yenidən super marketə gedib bir sinikers, dirol və  5 manatlıq kontur aldı. Evə döndü. Yorğana qısılıb gözlərini divara zilləyən arvadının yanında  əyləşdi. Əlllərini çiyninə saldı. Özündən –gözündən öpdü. Arvad üzünü yana çevirdi. Usta israr etdi. Cibindən sinikers, dirol və  bir də 5  manatlıq konturu çıxardıb ətəyinə qoydu. 

Niyam Aqil

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Ey mənim nifrin olunmuş dilim, sənə lənət olsun! Kaş lal olaydım, o yersiz sözü İmam Sadiqin (ə) yanında dilimə gətirməyəydim. Amma yalnız mənim dilim günahkardırmı? Xeyr, dil fəqət fikirləri, hisləri, emosiyaları bəyan edən bir vasitədir. O, Allahın böyük nemətlərindən birirdir ki, həmişə ağlın nəzarətində olmalıdır. Bəs bir anlıq nə oldu ki, mən özümdən çıxdım, sərvət, qüdrət məstliyi mənim belə ağır  əzaba düçar olmağıma səbəb oldu? Elə bir əzab ki, suvand kimi ruhumu yonur, onu xatırlamaq kürz kimi beynimi döycələyir?

Tacir illər idi ki,  xəlvət bir güşədə bu sözləri züm-zümə edir, bəzən dəlilər kimi öz saçlarını əlinə alır, onu bu kökə salan bir anlıq qəflət  üçün özünü lənətləyirdi. O, əksər gecələr sübh çağına qədər gözü yaşlı, qüssəli qəlblə istiğfar edib, Allahdan o böyük  xətasının bağışlanmağını, onu əfv etməsini diləyirdi.

Tacir Mədinə şəhərində tanınmış şəxslərdən biri idi. O, bütün arzularına çatmışdı. Onun ticarətxanasında çoxlu fəhlələr çalışırdı. Onun bu yorulmaz təlaşı sayəsində günü-gündən sərvəti çoxalır, şöhrəti aləmə yayılırdı. Böyük ictimai mövqe kəsb etmək üçün dövrün tanınmış şəxsiyyətləri ilə ünsiyyət quraraq insanların diqqətini özünə daha çox cəlb etmək, etibar qazanmaq istəyirdi. Demək oalr ki, bu məqsədinə də çatmışdı. Amma o bilirdi ki, nəinki Mədinədə hətta İslam dünyasında Cəfər ibn Məhəmməd (ə) qədər sevimli, ehtiramlı bir şəxs yoxdur.

İmam Sadiqin (ə) zöhd, təqva və elminin səsi hər yana yayılmışdı. Hər gün dünyanın müxtəlif yerlərindən müsəlmanlar onun ziyarətinə gəlir, susuzlanmış ruhlarını bu nəhayətsiz ümmanın kanarında sirab edirdilər.  İmamın (s) dürəfşan sözlərindən ruh alır, İslam peyğəmbərinə (s) bənzəyən simasından mənəvi zövq alırdılar.

Tacir müsəlmanların xilafətin rəsmiliyini qəbul etməməsini, hamının yalnız Cəfər ibn Mühəmmədi (ə) İslam ümmətinin rəhbərliyinə  layiq olmasını düşünməsini  bilirdi. O bunu da bilirdi ki, İmamın (ə) vəzifəyə etinansızlığı ilahi şəxsiyyət olmasından irəli gəlir. Elə buna görə də hər bir bəhanə ilə o Həzrətə yaxınlaşmaq istəyirdi. Çünki, camaat Cəfər ibn Məhəmmədin (ə) ətrafında toplaşan şəxsləri edimadlı, şəxsiyyətli hesab edirdilər.

Düzdür, tacirin ilk hədəfi yalnız bundan ibarət idi. Lakin zaman keçdikcə İmama ürək bağlayır, onun əxlaqının, fəzilətlərinin vurğunu olurdu. Artıq öz iş yerinə çox az gedir, hər fürsətdə İmamın yanında olmağı özü üçün qənimət hesab edirdi. O elə bir şəxsə vurulmuşdu ki, ata-babaları iman, inanc meyarları olmuşalr. Onalrın müqəddəs amalları uğrunda hətta son damla qanlarına qədər müqavimət etmələri heç kəsə gizli deyildi.

İlk öncə tacir bir küncdə oturub o Həzrətin sözlərinə qulaq asırdı. Danışarkən bir xəta edəcəyindən qorxduğundan heç zaman dodaq tərpətməz, yalnız İmama salam verməklə kifayətlənərdi.

Lakin get-gedə cürətləndi, sualalrını İmamdan soruşmağa başladı. İmam onun sualalrını cavablandırdı. Özünü İmama təqdim etməklə başqlaarı kimi dərslərində iştirak etməyə, onun səhabə və şagirdlərindən biri olmağa  icazə istədi. Bu işdən çox sevinən tacir hər bir vasitə ilə İmamın nəzərini cəlb etmək istəyirdi. Özü-özünə fikirləşirdi ki, dünyasından əlavə axirətini də ələ gətirmişdir.

İmam Sadiqlə (ə) ünsiyyəti sayəsində ailəsində də hörməti xeyli artmışdı. Şəhər sakinləri onu etdimadlı, əmin biri kimi tanımağa başlamışdılar. Buna görə də heç bir tacirin gəliri onun gəlirləri qədər çox olmurdu. Hətta fəhlələr belə onun kimi bir tacirlə çalışmağı məsləhət bilir və bu məqsədlə ona müraciət edirdilər.

Hər şey yaxşılıqla keçirdi. Tacir özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. O, bir gün eşitdi ki, İmam bazara gələcək. Ona görə də tez özünü o Həzrətə çatdırıb onunla birgə olmağa icazə istədi. İmam gülərüzlə onun qarşılayıb, istəyi ilə razı oldu. Tacir öz nökəri ilə birgə İmamın arxasınca yola düşdü.

Alverçilərin səs-küyü bazarı bürümüşdü.  Hamı öz malını tərifləməklə müştəri toplamaq istəyirdi. Bazarın hər bir güşəsində tacirlər  öz malını satmaqla və ya əşyalarını səliqəyə salmaqla məşğul idilər. İmamı görcək hamı sakit qalır, ehtiramla salam verir, ona malalrından almağı təkilf edirdilər. İmam təbəssümlə onların salamını alır, hövsələ ilə sözlərini dinləyır və sonra təmkinlə  onlardan aralanırdı. Satıcılar İmala görüşlərindən çox sevinirdilər. İmamın bazara gəlməsini xeyrə yozub, bu gün bazarın yaxşı olmasını bir-birilərinə müjdə verirdilər.

Bazarda sərgilənən çeşidli və gözəl mallar hər şəxsi dayanıb, onlara tamaşa etməyə məcbur ediridi. Həsrətlə satılan mallara dayanıb baxan nökər ağasından geri qalacağının fərqində belə deyildi. Nökərinin geri qaldığındna xəbər tutan tacir möhkəm qəzəbləndi və bir neçə dəfə qışqıraraq onu çağırdı. Satılan mallara həsrətlə  tamaşa edən nökər şirin röyalara daldığı üçün ağasının səsini eşitmədi. Lakin birdən ağasından uzaq düşdüyünü görüb, tez özünü ona çatdırdı.

Amma bütün vücudu ilə əsbləşən tacir özünü saxlaya bilməyib, qışqırdı:

-Ay anası.... harda idin?

Nökər gözlərini tacirdən ayırıb bir anlıq İmama baxdı və utanaraq başını aşağı dikdi. Qəfildən İmam Sadiqin (ə) səsi sükutu pozdu:

-Sübhənallah! Niyə anasını təhqir edirsən? Mən elə düşünürdüm ki, sən təqvalı, səbirli, öz nəfsinə hakim olan bir şəxsən. Amma indi anlaım ki, sən təqvasız, əməllərini cilovlamağı bacarmayan  birisən. Bu andan məndən uzaq ol, heç vaxt mənimlə yanaşı gəzmə.

Tacirlə nökər İmamın üzünə baxırdılar. Bir az öncə günəş kimi parıldayan İmamın siması indi qəhər və narahatçılıqla dolu idi. Artıq həmişə İmamın üzünü bəzəyən o gözəl təbəssümdən əsər qalmamışdı.

Tacir ixtiyarsız olaraq İmamın əxlaq dərslərini yada saldı. O Həzrət həmişə başqalarını təhqir etməməyi təkid etmiş və belə qaba əməllərin insanı  rüzidən məhrum etməsi haqqında söz açmışdı. Tacirin alnını soyuq tər basdı. Sanki yerlə göy arasında asılı qalmışdı. Dünya onun üçün sona yetmişdi. Xəcalətindən İmamın gözünə baxa bilmirdi. Ürəyində özünü danlayırdı. Axı necə cürət tapıb,  dünyanın ən pak insanı yanında belə nalayiq sözü dilə gətirmişdi. Qəfildən qəlbində bir səs eşidildi: “Məgər bu alçaq xidmətçinin özündən müdafiə etməyə haqqı varmı? Axı bu nökərin o qədər ləyaqəti vardır ki, onunla ədəblə, gülərüzlə rəftar edim?...” Tacir belə qərara gəldi ki, dediyi təhqiramiz sözdən ötrü özünü  müdafiə etməlidir:

-          Yəbnə Rəsulullah, bu nökər Sen əhlindəndir, anası da oralıdır və müsəlman deyil.

Tacirin yersiz dəlil gətirməsindən qəzəblənən İmam:

-          Bilirsənmi qeyri-müsəlmanların da özünəxas izdivac qanunları var və onları haramzadə adlandırmaqla təhqir etmək olmaz?

Tacir başını aşağı dikdi. Ayaqlarının titrəməsini hiss etdi. Anladı ki, artıq dizləri xəcalət yükü altında əzilən bədənini saxlamağa taqəti yoxdur. O, indiyə qədər İmamın kimisə təhqir etməsini, ona nalayiq söz deməsini xatırlamırdı.

Onun yadına bir əhvalat düşdü. Bir gün kimsə İmamın yanına gəlib küfrün ən aşağı mərhələsi haqqında soruşdu. İmam cavabında buyurdu ki, təkəbbür küfrün ən aşağı mərhələsidir. Təkəbbür başqalarına təhqirlə, saymazlıqla baxmaqdır, haqlarına göz yummaqdır.

Artıq tacirin danışmağa sözü yox idi. Hnasısa sözü ilə İmamı daha çox qəzəbləndirməkdən, günahını artıracağından qorxurdu. Yenidən İmamın (s) kədərli səsi sükutu pozdu:

-          Tövbə et və bir də mənim yanıma gəlmə!

Tacir İmamdan üzr istəməyə başladı, əlini öpdü, ayaqlarına düşdü. Amma artıq gec idi. İmam surətlə ondan uzaqlaşdı. Tacir öz nökərindən üzr istəsə də, ondan halallıq alsa da, amma birdəfəlik İmamla birgə olmaq səadətini əldən vermişdi. O, həyatının son nəfəsinə qədər xəcalət və həsrət lə yoldaş oldu.

 

 

Mənbə:

Məaniul-əxbar, səh. 242

Usuli-kafi, c. 2, səh. 309, 324

Vəsailüş-Şiə, c. 2, səh. 477

Əl-hədis, c. 2, səh. 80

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Azərbaycan ədəbiyyatına itki üz verib. Tanınmış yazıçı Əlibala Hacızadə 74 yaşında dünyasını dəyişib.
Ə.Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya gəlib. 1966-1970-ci illərdə Əfqanıstanda tərcümıçilik edib, son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında işləyirdi.
O, "Təyyarə kölgəsi", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Vəfalim mənim", "İtkin gəlin" kimi sevilən əsərlərin müəllifidir. 
 
modern.az

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 Mən onu dəlicəsinə sevirdim. Biz niyə sevirik? Bu boyda dünyada yalnız bir nəfəri görmək, beynində yalnız bir fikrin olması, ürəyində bir istəyin olması və dilində yalnız bir adın olması qəribə deyilmi? Bu ad bulaqdan su sızar kimi daim ürəyinin içindən dodaqlarına qalxır, sən onu dua kimi həmişə, hər yerdə, durmadan təkrarlayırsan, pıçıldayırsan.

    Hekayəmizi danışmayacağam. Məhəbbətin həmişə eyni hekayəsi olur, elə o da təkrarlanır. Mən onu gördüm və sevdim. Vəssalam və bütün il boyu onun incəliyinin, qayğısının, nəvazişinin, baxışlarının, danışığının təsirində olmuşam, ondan gələn hər şeyin əsiri idim, başım elə dumanlanmışdı ki, gecə, yoxsa gündüz olduğunu, sağ, yoxsa ölü olduğumu, köhnə dünyada, yoxsa yeni dünyada yaşadığımı dərk edə bilmirdim.
   
    Və budur, o öldü, necə? Bilmirəm və heç vaxt bilməyəcəyəm.
    Yağışlı bir gün o, evə islaq gəldi və sabahı gün öskürməyə başladı. Təxminən bir həftə öskürdü, sonra yatağa düşdü.
    Nə baş verdi? Bunu heç vaxt bilməyəcəm. Həkimlər gəlirdilər, dərman yazıb gedirdilər. Dərman gətirirdilər, hansısa qadın onları içməyə məcbur edirdi. Sevgilimin əlləri qaynar, alnı isti və nəm, gözləri parlaq və kədərli idi. Onunla danışırdım, mənə cavab verirdi. Nə haqda danışırdıq? Bilmirəm. Hər şeyi unutmuşam. Hər şeyi. Hər şeyi! O, öldü, onun az qala eşidilməyən, yüngül, son nəfəsini indiki kimi xatırlayıram. Xəstə baxıcısı qışqırdı: “Ah!”. Və mən hər şeyi anladım. Hər şey bitmişdi.
   
    Mən başqa heç nə dərk etmirdim. Heç nə. Keşiş gəldi və onun haqqında danışarkən “məşuqəniz” dedi. Mənə elə gəldi ki, o, onu təhqir etdi. Heç kim onu belə adlandırmağa cəsarət edə bilməz, axı o, ölüb. Mən onu qovdum. Başqa keşiş gəldi, çox xeyirxah, çox mülayim idi, mənimlə onun barəsində danışanda ağlayırdım.
    Məndən dəfn haqqında müxtəlif xırdalıqları soruşurdular. Bu haqda artıq xatırlamıram. Əvəzində onun tabutunu mıxlayan çəkicin səsini aydın xatırlayıram… Ah, aman Allah!
   
    Onu basdırdılar. Gömdülər. Onu! Bu quyuya! Tanışlar, bir neçə rəfiqəsi gəldi. Mən gizləndim. Qaçdım. Uzun müddət küçələrdə veyilləndim. Sonra evə qayıtdım. Sabahı gün səyahətə çıxdım.
   
    Dünən Parisə qayıtdım.
    Yataq otağımızı, çarpayımızı, mebeli, öləndən sonra diridən sonra qalan hər şeylə dolu bu evi görəndə yenidən, elə güclü ümidsizlik hiss etdim ki, pəncərəni açıb özümü küçəyə atmağa hazır idim. Bu əşyaların, onu əhatə edən, örtən, görünməz çatlarında onun varlığının, bədəninin, nəfəsinin kiçik hissələri qalmış divarların arasında qalmağa artıq taqətim qalmadığından qaçmaqçün şlyapamı qapdım. Lap qapının ağzında birdən dəhlizdəki güzgü ilə qarşılaşdım. Bunu bura o qoymuşdu. Qoymuşdu ki, hər dəfə evdən çıxanda özünə başdan ayağa baxsın, üst-başının tamamilə qaydada olub-olmamasına, ayaqqabısından saçlarınadək hər şeyin zərif və gözəl olduğuna nəzarət etsin.
   
    Və mən yerə sancılmış kimi onu bu qədər tez-tez əks etdirən güzgünün qarşısında dayandım. O qədər tez-tez əks etdirirdi ki, onun obrazını özündə saxlamalı idi.
    Mən bütün bədənimlə titrəyərək gözlərimi şüşəyə dikmişdim – hamar, dərin, boş şüşəyə. O şüşəyə ki, onu bütövlükdə özünə daxil edirdi, ona mənim kimi, mənim sevgi dolu baxışlarım kimi malik idi. Mən bu şüşəyə qarşı şəfqət hiss etdim, ona toxundum – soyuq idi! O, yaddaş, yaddaş! Qüssəli güzgü, diri, işıqlı, dəhşətli güzgü, sonsuz əzablar mənbəyi! Ürəkləri əkslərin sürüşüb hamarlandığı güzgü kimi olan, özündə olan, qarşısından keçən, ona baxan, onun bağlılığında və sevgisində əks olunan hər şeyi unudan adamlar bəxtəvərdirlər.
   
    Mən çıxdım və şüursuz, iradəmin, arzumun xilafına qəbirstanlığa getdim. Onun sadə qəbrini tapdım. Qəbrinin üstündə mərmər xaç və bir neçə söz vardı: “O, sevirdi, sevilirdi və öldü”.
   
    O, orada, dərində idi və artıq çürümüşdü! Dəhşət! Mən üzüqoylu torpağa düşərək hönkürdüm.
    Mən orda çox-çox uzun müddət qaldım. Sonra qaranlıq düşməyə başladığının fərqinə vardım. Bu zaman mənə ağlını itirmiş məşuqun ağılsız, qəribə hissləri hakim kəsilməyə başladı. Mən sonuncu dəfə gecəni onun yanında keçirmək, onun qəbri üstündə ağlamaq istədim. Ancaq məni görüb qova bilərdilər. Nə etməli? Bir hiylə fikirləşdim. Qalxıb bu ölülər şəhərində gəzişməyə başladım. Getdikcə uzaqlaşırdım. Bu şəhər o biri – dirilər şəhəri ilə müqayisədə necə də kiçikdir! Ancaq ölülər dirilərdən necə çoxdular! Bizə - bu dünyada yaşayan, bulaqlardan su içən, sahələrin çörəyini yeyən dörd nəsil üçün nə qədər hündür evlər, nə qədər küçələr, nə qədər ərazi lazımdır.
   
    Ancaq ölülərin bütün nəsli üçün, insanlığın bütün pillələrindən bizim günlərəcən demək olar ki, heç nə lazım deyil – bir parça torpaqdan başqa! Torpaq onları qəbul edir, unudulmaq onları məhv edir! Əlvida!
    Yeni qəbirstanlığın hasarı arxasında mən daha bir atılmış qəbirstanlıq aşkar etdim. Burda unudulmuş ölülər toza çevrilmişdilər, xaçlar belə çürümüşdülər və burda artıq sabah gələnləri basdıracaqdılar. Burada itburnu və iri tünd sərv ağacları sıx bitmişdi; bu, insan ölülərindən əmələ gəlmiş qalın, kədərli bağ idi.
    Mən tək idim, tamamilə tək. Hündür bir ağaca dırmaşdım, onun sıx və qaranlıq budaqlarında gizləndim.
   
    Suda batan adam dirəkdən yapışan kimi onun gövdəsindən yapışıb gözləməyə başladım.
   
    Gecə düşəndə, dərin gecə düşəndə mən öz sığınacağımı tərk edib asta, eşidilməz addımlarla ölülərlə dolu torpaqda gəzməyə başladım.
    Uzun-uzun dolaşdım. Onu tapa bilmirdim. Əllərimi və gözlərimi geniş açaraq əlim, ayağım, dizim, sinəm, hətta başım qəbirlərə dəyə-dəyə irəliləyirdim, amma onu tapa bilmirdim. Mən kor kimi əl havasına gedirdim, barmaqlarım daşlara, xaçlara, dəmir barmaqlıqlara, şüşə çələnglərə, solmuş əklillərə toxunurdu. Barmaqlarımı hərflərin üzərində gəzdirərək yazıları oxuyurdum. Necə qaranlıqdır! Necə gecədir! Mən onu tapa bilmirdim!
   
    Ay yox idi. Qaranlığa bax! Mən qəbirlərin arasındakı ensiz cığırla gedirdim, məni üzücü qorxu bürümüşdü. Qəbirlər, qəbirlər, qəbirlər! Hər yer qəbirdir! Sağda, solda, qarşımda, ətrafımda – hər yer qəbirdir! Qəbir daşının üstündə oturdum, artıq irəliləməyə taqətim yox idi, ayaqlarım əsirdi. Öz ürəyimin səsini eşidirdim. Və daha nəsə eşidirdim! Bu, nədir? Nəsə, dumanlı, anlaşılmaz uğultu. Görən bu səs mənim xəstə beynimin məhsulu idi, yoxsa o, görünməz qaranlıqdan gəlirdi, bəlkə o, insan cəsədləri ilə dolu torpağın dərinliklərindən qalxırdı? Ətrafa göz gəzdirdim.
    Orada nə qədər oturdum? Bilmirəm. Mən qorxudan keyimişdim, dəhşətdən ağlımı itirmişdim, qışqırmaq istəyirdim, mənə elə gəlirdi ki, ölürəm.
   
    Birdən mənə elə gəldi ki, altımdakı mərmər qəbir daşı tərpəndi. Doğurdan da o, elə tərpəndi ki, elə bil onu qaldırırdılar. Mən sıçrayıb qonşu qəbrə keçdim və gördüm ki, hə, öz gözlərimlə gördüm ki, indicə üstündə oturduğum ağır, daş lövhə dik qalxdı – və ölü peyda oldu, çılpaq skelet daşı öz əyilmiş beli ilə qaldırıb kənara atdı. Mən onu görürdüm, dərin qaranlığa baxmayaraq onu tamamilə aydın görürdüm. Xaçın üstünü oxudum: “Burada 51 yaşında ölən Jan Olivan dəfn edilib. O, yaxınlarını sevən, xeyirxah, təmiz adam idi. Hamının sevimlisi kimi dünyadan köçdü”. Ölü də qəbrinə yazılmış sözləri oxudu. Sonra o, cığırdan iti bir daş götürdü və inadla yazını qazıyıb təmizləməyə başladı. O, boş göz yuvalarını xaça zilləyərək yavaş-yavaş onu sildi, sonra öz sümükdən olan barmağı ilə fosforlu kibrit şüşə üzərində parlaq iz buraxdığı kimi parlayan hərflərlə yazmağa başladı: “Burada 51 yaşında ölən Jan Olivan dəfn edilib. O, qəddarlığı ilə atasını qəbrə sürüklədi, var-dövlətə sahib çıxmaq üçün arvadına əziyyət verdi, uşaqlarını incitdi, qonşularını aldatdı, hər fürsətdə oğurluq etdi və hamının nifrətini qazanaraq öldü”.
   
    Yazını bitirən ölü səssizcə öz işinə baxdı, mən baxıb gördüm ki, bütün qəbirlər açıqdır, bütün tabutlardan ölülər qalxıb qohumlarının qəbir daşlarına yazdıqları yalanları pozurdular ki, həqiqəti bərpa etsinlə.
   
    Və mən öyrəndim ki, onların hamısı öz yaxınlarının cəlladı, cani, alçaq, ikiüzlü, yalançı, fırıldaqçı, şər atan, paxıl olublar, hamısı soyublar, aldadıblar, ən biabırçı, iyrənc hərəkətlər ediblər – bütün bu övladlarını sevən atalar, sadiq həyat yoldaşları, əxlaqlı qızlar, vicdanlı alverçilər, bütün bu xeyirxahlıqla ad çıxarmış kişilər və qadınlar.
   
    Öz əbədi iqamətgahlarının kandarında olanlar hamısı birdən amansız, dəhşətli və müqəddəs həqiqətləri yazırdılar. O həqiqətləri ki, dünyada yaşayan insanlar bilmirdilər və ya bilmək istəmirdilər.
   
    Mən düşündüm ki, yəqin o da öz xaçında həqiqəti yazar. Və artıq heç nədən qorxmayaraq açıq qəbirlərin, ölülərin, skeletlərin arası ilə onu tapacağıma əminliklə ona doğru qaçdım.
   
    Üzü kəfənlə örtülü olmasına baxmayaraq onu uzaqdan tanıdım.
    Və yaxın keçmişdə üstündən “O, sevirdi və sevilirdi və öldü” oxuduğum xaçın üzərindən “Bir dəfə sevgilisinə xəyanət etməkçün evdən çıxanda yağışa düşüb, sətəlcəm olub və ölüb” oxudum.
    Deyirlər, məni səhər huşsuz halda hansısa qəbrin yanında tapıblar…

Çevirdi: Sənubər H.

xariciedebiyyat

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Ey Bəqi, ey fəryadlar dəryası!
    Ey Bəqi, ey şiələrin ümid yeri!
    Bəqinin hekayəsi, qürbət və qəriblik hekayəsidir: İslam qəribliyinin hekayəsi.
    Bu sirri kimə deyim ki, İslam, Peyğəmbərin (s) şəhərində qəribdir?
    Bu hekayəni dərdimi bilənlər və Bəqi aşiqlərindən başqa kimə deyim ki, heç kəsdə bu dərdi eşitmək taqəti yoxdur.
    Ey göz yaşım, mənə rüxsət ver, rüxsət ver əsrlərdir sinəmdə gizlədiyim bir sirri danışım, o sirri ki, bu vaxta qədər deməyə bir kəs tapmamışam.
    Bura Bəqi qəbristanlığıdır.
    Bu torpaq, bir fəryad xəzinəsidir. Əsrlərdir onu, zalımların qorxusu sinəmizdə gizlədib.
    Hərçənd ki, göz yaşımız bunu gizlədə bilməmiş və hayqırmışdır. Amma bu elə bir dərd və qəhər deyil ki, yalnız ağlamaqla sağalsın.
    Bu elə bir yara deyil ki, göz yaşı ona məlhəm olsun.
    Bəqinin hekayəsi, İslamın qürbət hekayəsidir.
    Bu sirri kimə deyim ki, Peyğəmbər (s) öz şəhərində qəribdir.
    Ey ğözüm qan ağla səndəki hicab götürülsün və görəsən ki, bu torpaq, cənnət saraylarından biridir. Bu torpaqda eşq dəfn olunub. Bu torpaqda cənnəti paylayanlar yatıb.
    Bu torpağa Allah-taalanın böyük mələkləri rəhmət qanadlarını sərmişlər.
    Ey Bəqi! Ey Siddiqeyi-Tahirənin (s) sirrini özündə gizlədən!
    Ey Bəqi! Ey nur dəryası! Ey Mehdinin (əc.) həmnəvası!
    Ey Bəqi! De ki, o buraya gələndə burada nə baş verir?
    Ey Bəqi! Ey pak torpaq! Səndə həbibimin ayaq izlərini görürəm.
    Səndə paklar və yatdığı torpağı pak edənlər yatıb!
    Ey Bəqi! Qulaq as... Onun səsidir: “Əmmən yucibul-muztərrə iza dəahu və yəkşifussu”. “(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə?”
    Bu səs dərdli ürəyin naləsidir...
    Ey pak Bəqi! Gözlə! Gözlə, əgər zalımlar günəşi qürubun qürbətində həmişəlik saxlamağı bacarsalar, sən də qərib qalacaqsan!
Hazırladı: Seyid Məhəmməd Bəşirov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Hələ lap uşaqlıqdan məni bir çox suallar düşündürürdü. Bu suallar bəzən yuxuda da məni rahat buraxmır və olduqca maraqlı olan sehrli aləmlərə aparırdı.
    Bizim kəndimiz Böyük Qafqaz dağlarının qoynunda yerləşir. Mən hər il yay tətilini orada keçirirəm.
    Kəndimiz çox gözəl və səfalıdır. Onun ətrafında ucu-bucağı görünməyən uca və əzəmətli dağlar, dağlar boyu uzanıb gedən sıx meşələr və ürəkaçan yaşıllıqlar var. Hər tərəfdən eşidilən tütək səsləri, balaca çobanların otardığı qoyun-quzuların mələşməsi kəndi öz başına alır. Burada səma həmişə təmiz və mavidir! Adətən şimaldan əsən xəfif meh, haradansa özüylə qızılgül kollarının gözəl ətrini də gətirir.
    Babamgilin evi kəndin lap hündür yerində yerləşir. Oradan baxanda nəinki kəndimiz, hətta bütün Qafqaz dağları görünür.
    Bizim həyətimizdə çoxlu nar, armud, gilas və heyva ağacları var. Bağın lap aşağı hissəsi isə malina və qaragilə kollarıyla doludur. Onlardan bir qədər yuxarıda qovun və qarpız bostanı var. Həyətin ortasındakı böyük tut ağacı isə lap talvarı əvəz edir. Onun ətrafa açılan iri qol-budaqları həyətin böyük bir hissəsini yayda günəşin istisindən, qışda isə qar-yağışdan qoruyur.
    Bir gün tut ağacının kölgəsində yerə sərilmiş palazların üstündə, nənəmin ağız dolusu təriflədiyi isti samovar çayının həvəsilə oturub ətrafa tamaşa edirdim. Gözlərim önündə canlanan ana təbiətin gözəlliyi məni o qədər məftun etmişdi ki, çayın nə vaxt soyuduğunu hiss etmədim. Cavabsız suallarım məni yenə də düşüncələr aləminə aparmışdı. Heç bilirsinizmi mən nələr haqda fikirləşirdim?
    Əvvəllər elə bilirdim ki, dağların qoynundakı bu gözəl meşələri insanlar salıblar. Elə bilirdim ki, bağbanlar bu yerlərdə ağaclar, güllər əkmiş, onları vaxtı-vaxtında suvarmaqla belə gözəlliklər yaratmışlar. Amma sonra öyrəndim ki, yox, bunları bağbanlar əkməyib. Bəs, elə isə kim əkib? Butün bu ağaclar, gül-çiçəklər və giləmeyvə kolları necə vücuda gəlib? Bax, məni düşündürən də elə bu suallar idi.
    Bu uca dağları, yaşıl meşələri kim salıb? Yamac boyu şırıltıyla axan çayı həmişə su ilə dolduran kimdir? Şəhərimizdəki ucu-bucağı görünməyən dəniz necə yaranıb? Bütün bu gözəllikləri ana təbiətə bəxş edən kimdir? Axı onlar öz-özünə yarana bilməz!..
    Axşam oldu. Mən hələ də həyətdə oturmuşdum. Bu zaman qaranlıq səmada alışıb-yanan ay və ulduzlar diqqətimi cəlb etdi. Onlar necə də parlayırdılar! Ayın şəkli sakit axan çaya düşüb göz qamaşdırırdı. Bir balaca ay bütün dağ-dərələri işıqlandırmışdı. Ulduzlar hərdənbir sayrışır və deyəsən çox uzaqlarda yerə düşürdü.
 
 
    Olduqca gözəl mənzərə idi. Təbiətin füsunkar gözəlliyi məni heyran qoymuşdu. Görəsən bunları kim yaratmışdır? Görəsən aləmi gah işıqlı gündüzə, gah da qaranlıq gecəyə döndərən kimdir? Görəsən günəş, ay və bu saysız-hesabsız ulduzlar kimindir?
    Fikirləşdikcə fikirləşirdim. Özü də elə fikirləşirdim ki, babamın nə zaman gəlib, yanımda oturduğunu hiss etməmişdim. Ancaq deyəsən, babam mənim nə barədə düşündüyümü duymuşdu. Qeyri-ixtiyari dilə gələrək, mənim cavabsız qalmış bütün suallarıma cavab verməyə başladı:
    −Hə, bala, görürsənmi dünya necə gözəldir?! Bilirsənmi bunları kim yaradıb? Mənim balam, yadında saxla ki, gördüyün bu gözəlliklər öz-özünə yarana bilməz. Onları böyük və qüdrətli Allah yaradıb; səni, məni və hamımızı yaradan Allah! Gecə, gündüz, ay, günəş və seyrindən doymadığın saysız-hesabsız ulduzlar Allahındır. Torpaqdan baş qaldıran bitkilər, gül-çiçəklər, meyvə ağacları, hamısı onundur, göydən yağış da, qar da yağdıran odur. Dünyada gördüyün hər şeyi - bütün dağları, meşələri, müxtəlif heyvanları, quşları və insanları da yaradan Allahdır. Bütün çaylar, göllər, dənizlər, düzlər onunkudur.
    Əziz balam! Unutma ki, Allah hər şeyi biz insanlar üçün yaradıb. Məsələn, Allah inək və qoyunları yaradıb ki, biz onların həm ətindən, həm yağ və südündən, həm də üstəlik yunundan istifadə edək. Biz töyuq, ördək və başqa quşların, hətta sulardakı balıqların da ləzzətli ətindən faydalanır, qidalanırıq. Allah arını yaradıb ki, bizim üçün şirin bal hazırlasın.
    Sən indiyə qədər “Allah qoysa”, “Allah köməyin olsun!” sözlərini eşitmisənmi? Bax, bu Allah sənin düşündüyün Allahdır. İnsanları yaradan, onları qoruyub saxlayan, işlərimizdə bizə kömək göstərən və bizə bol-bol nemət bəxş edən odur.
    Gördüyün bütün bu gözəlliklər -dağlar, meşələr, dənizlər, çaylar, günəş, ay, sayrışan ulduzlar, yaşıl ağaclar, dadlı meyvələr, ətirli çiçəklər və ləzzətli xörəklər bizə Allahdan danışır. Biz onlara heyrətlə tamaşa edərkən, sanki dil açıb deyirlər: “Ey insan, bizə bax və Allahını tanı! Unutma ki, səni də, bizi də yaradan -Allahdır!”
    Mənim gözəl balam! Allahı tanımaq və ona inanmaq üçün təkcə özümüzə baxsaq yetər. Bax bir, Allah yerimək üçün bizə ayaq, işləmək üçün əl, görmək üçün göz, eşitmək üçün qulaq, yemək üçün ağız vermişdir. Allah bizə dil verib ki, bir-birimizlə danışaq və gözəl sözlər deyək. Allah bizə qaş verib ki, işıqda gözlərimiz qamaşmasın, həm də tərləyərkən, alnımızın təri gözümüzə axmasın. Gözümüzə toz-torpaq tökülməsin deyə, o bizə kirpik də verib. Əgər əllərimizdə barmaq olmasaydı, biz bir çox işləri görə bilməzdik. Əgər barmaqlarımızda dırnaq olmasaydı, heç bir şeyi möhkəm tuta bilməz, gözəl xətlə yazmağı bacarmazdıq. Allah sağ-solumuza baxmaq üçün bizə boyun vermişdir. Bir insan bədənində nə qədər qan damarı olduğunu bilirsənmi? Əgər onları bir-birinə bağlasaq, bütün Yer kürəsini bir neçə dəfə dövr edər.
    Babam danışdıqca mən fikrə dalırdım. Onun bütün sözləri qəlbimə hopur, ruhumu oxşayırdı. Artıq onu düşünürdüm: “Allah! Demək, hər şeyi yaradan Allahdır. Bizi də yaradan Allahdır. O, hər şeyi bacarır. O, olduqca qüdrətlidir. O, hər şeyi ən gözəl şəkildə yaratmışdır”.
    Heyrət içində babama tərəf çevrilib dedim:
    -Baba, bəs Allah hardadır? Sən onu görmüsənmi?
    Babam dərindən nəfəs aldı və gülümsəyərək dedi:
    -Yox, mənim balam, Allah gözlə görülməz. Biz gözlərimizlə yalnız ehtiyaclı varlıqları görə bilirik. Məsələn, gördüyümüz daş, torpaq, ağac, ay, ulduz və digər bütün şeylər, insanlar, quşlar, heyvanlar, hamısı ehtiyaclı varlıqlardır. Bütün bunların yaradana, yəni Allaha ehtiyacları var. Allah isə kamil varlıqdır. Onun heç kəsə və heç nəyə ehtiyacı yoxdur. Kamil və ehtiyacsız varlığı isə gözlə görmək əsla mümkün deyil.
    Bizim gözlə gördüklərimiz Allahın yaratdıqları, onun əsərləridir. Bütün bu kainat çox heyrətamiz və gözəl bir rəsm əsərinə bənzəyir. Biz bu əsəri gördükdə heç bir şübhə və tərəddüd etmədən, onun çox isdedadlı bir rəssamı olduğunu anlayırıq. Bu rəssam Allahdır.
    Əziz balam! Allah gözlə görülən bir cisim olmadığından ona hər hansı bir yer təyin etmək də mümkünsüzdür. Axı o, həm də ehtiyacsız varlıqdır. Yalnız ehtiyaclı varlıqların, məsələn, insanların, ağacların, günəş və ayın hər hansı bir yerə və məkana ehtiyacları var. Allah ehtiyacsız olduğundan, onun heç bir yerə və məkana da ehtiyacı yoxdur. Odur ki, Allah hər yerdə, hamımızın yanında və həmişə bizimlədir. O, heç zaman bizdən ayrılmır. Bir də unutma ki, Allah gözlə görülməsə də qəlblə duyulur, hiss olunur. Biz qəlbən Allahı dərk edir və ürəkdən ona məhəbbət bəsləyirik. Onu daha yaxından tanımaq üçünsə, malik olduğu xüsusiyyətləri öyrənmək lazımdır.
    Babam danışdıqca mən ulduzları seyr edir, bəzən gözümü bir nöqtəyə dikərək fikrə dalır və bəzən də dərindən köks ötürürdüm. Bir-birinin arxasınca düzülən bu sözlər, qulağımdan beynimə, ordan da qəlbimə yönələn bir yolu sakit və aramla qət edirdi. Tez-tez üzümü oxşayan sərin külək mənə gümrahlıq gətirir, sanki qulağıma pıçıldayaraq babamın sözlərini təsdiq edirdi.
    -Ay baba, axı gözə görünməyən bir varlıq bizə necə kömək edə bilər?
    -Allah olduqca qüdrətlidir, gözəl bala! O, hər işi bacarır. Bu qədər dağ-dərəsi, kənd-şəhəri, çay-dənizi olan Yer kürəsini o yaradıb. Hələ bu harasıdır! Bax, bu ulduzları görürsənmi? Bilirsənmi onlar necə böyükdür? Onların hərəsi bir Yer kürəsi boyda, bəziləri isə ondan da böyükdür. Biz adi gözlə minlərlə, teleskopla isə milyonlarla ulduz müşahidə edə bilərik. Onların dəqiq sayı isə olduqca çoxdur. Bütün bunlar, bu əzəmətli kainat Allahın yalnız bircə “Ol!” əmri ilə yaranıb.
    Allahın hər şeyə imkanı çatır, mənim balam! O, hər şeyi dəqiq nizam-intizam üzrə yaratmışdır. Gördüyün bu ulduzlar Allahın əmrilə göydən asıla qalmışlar. Onlar nə yerə düşür, nə də bir-birlərinə dəyirlər. Hələ üstəlik fırlanırlar da. Məsələn, yaşadığımız Yer kürəsi 24 saat ərzində öz oxu ətrafında, 1 ildə isə Günəş ətrafında bir dövrə fırlanır. Müxtəlif xasiyyətli və rəngarəng fəsillər, bir-birinin ardınca gələn gecə-gündüz, Allahın əmrilə dövr edirlər.
    -Baba, bəs bütün bunları Allaha kim öyrədib? Axı bir belə dünyanı yaratmaq onun ağlına haradan gəlib?
    -Allah öz elmini heç kəsdən öyrənmir, bala! O, var olduğu kimi də elmlidir. Məsələn, elə bir yağ varmı ki, yağlı olmasın? Sən duzlu olmayan duz tapa bilərsənmi? Yox, çünki yağın yağlılığı və duzun duzluluğu onların özlərindən ayrı deyil. Allahın elmli və qüdrətli olması da onun ayrılmaz xüsusiyyətidir. O, həmişə elmli və qüdrətli olub, olacaq da.
    -Bax, o qarışqanı görürsənmi? -deyə babam, ağzında nə isə daşıyan balaca bir qarışqanı göstərdi. -Allah onu elə yaradıb ki, özündən bir neçə dəfə ağır yükü qaldıra bilir. O, özünün ən iti sürətilə yerindən tərpənir və həmin sürətlə də dönür. Onun, bir iynə ucundan böyük olmayan beyni müxtəlif hissələrdən təşkil olunmuş mürəkkəb quruluşa malikdir. Qarışqaların həyatı olduqca maraqlıdır. Onlar da biz insanlar kimi ictimai həyat tərzi sürürlər. Hər bir qarışqanın öz vəzifəsi var. Qarışqa yuvalarında sayca ən çox olan işçi qarışqalardır. Onlar yuva sakinlərinin yaşayışı üçün bütün işləri görür, yuva tikir, onu qoruyur, yem tədarük edirlər.
    Görürsənmi, əziz balam! Allah hər şeyi öz elmi ilə dəqiq və nizam-intizamlı yaratmışdır. O, yaratdığı bütün varlıqların ehtiyacını bilir. Məsələn, bilir ki, insan, heyvan və bitkilərin yaşaması üçün onlara hava, su, torpaq, günəş və digər amillər lazımdır. Ona görə də bütün bunları bizim ixtiyarımıza buraxmışdır.
    Allah həm də hikmətlidir. Onun gördüyü bütün işlərin səbəbi və hikməti vardır. Onun heç bir işi əbəs deyildir. Götürək bu qarışqanı. Heç bilirsənmi bunlar təsərrüfat işlərində, ziyanverici həşəratlara qarşı mübarizədə insanlara nə qədər kömək göstərirlər?! Onlar harda olsalar, qarşılarına çıxan zərərli həşəratların özlərini, yuva və yumurtalarını dağıdıb məhv edirlər.
    -Uşağa soyuq olar, ay kişi, gəlin yuxarı! - deyə nənəmin səsi eşidildi.
    Hava doğrudan da soyumuşdu. Heç elə bil avqust ayı deyildi. Sən işə bir bax, qonşu rayonlarda istidən gecələr yatmaq olmur, burda isə adam üşüyür. Fikirləşdim ki, bu, Qafqaz dağlarının və onun qoynundakı səfalı meşələrin töhfəsidir. Amma sonra yadıma düşdü ki, bütün bunların sahibi Allahdır. Dağları və meşələri də o yaradıb.
    Allaha minnətdarlıq hissi ilə gülümsəyib, babamla birgə evə yollandım.
    * * *
    Həyətdə yarasalar uçuşurdu; gecə quşları. Mən o zaman onlardan qorxurdum. Qaranlıq gecədə ağacların arasıyla elə sürətlə uçurdular ki, elə bil gündüz vaxtı açıq səhrada, maneəsiz bir yerdə uçurlar. Axı onların xırda gözləri zülmət içindəki əşyaları necə görür?! Lakin bu yaxınlarda öyrəndim ki, yarasalarda yaxşı inkişaf etmiş exolokasiya qabiliyyəti var. Onlar hər saniyədə burunları vasitəsilə 10-15 metr uzunluğunda olan 30-60 ədəd gözəgörünməz lokasiya siqnalı buraxır, sonra iri qulaqları vasitəsilə həmin siqnalları qəbul edib qarşıdakı maneələri müəyyənləşdirirlər. Deməli, onlar qaranlıqda gözləri ilə yox, qulaqları ilə görürlər. Onlar həm də faydalı quş olub, kənd və meşə təsərrüfatı zərərvericilərini məhv edirlər. Görün Allah bizim dünyamızda nə qədər gözəlliklər, nə qədər qəribəliklər yaratmışdır!
    * * * Gecə yatağıma girərkən özümü çox xoşbəxt hiss edirdim. Çünki mən artıq çox şey öyrənmişdim. O gün mənim dünya və həyat barəsində olan məlumatlarım birə yüz artmışdı. Mən daha başqa uşaqlar kimi düşünmürdüm. Artıq təbiətin bir çox sirlərinə vaqif olmuşdum.
    Gecə çox rahat yatdım. O vaxta qədər görmədiyim şirin yuxular gördüm. Səhər tezdən yuxudan oyandım. Əslində kənddə bundan artıq yatmaq mümkün də deyil. Hamı tezdən durub işə başlayır. Kimisi inəkləri sağır, kimisi qoyunları otarmağa aparır, kimisi həyət süpürür, kimisi meşəyə meyvə ardınca, ya da odun yığmağa gedir.
 
 
    Meşədə əmimin böyük bir gül sahəsi vardı. Orada ağ, sarı və qırmızı rəngli zanbaqlar becərdilirdi. Həmin gün əmim bağa baş çəkməyə gedəndə məni də özüylə apardı.
    Bağ olduqca gözəl idi. Rəngbərəng güllərin füsunkar gözəlliyi ətrafdakı dağ və meşələrin cazibədarlığını artırır, adamı məftun edirdi. Sanki bambaşqa bir dünyaya düşmüşdüm. Şən avazla oxuyan quşların səsi eşidilirdi. Deyəsən onlar da təbiətin gözəlliyindən, bu nadir mənzərədən vəcdə gəlmişdilər. “Necə gözəldir! Necə də qəşəngdir!” -deyə güllərə doğru qaçdım. Hər tərəfim əlvan rənglərlə alışıb-yanırdı. Güllər o qədər hündür idi ki, az qalırdı sinəmə çatsın. Əmim gülə-gülə uzaqdan nə isə deyib, o biri tərəfə getdi.
    Güllərin içində bir qədər atılıb-düşdükdən sonra ehtiyatla yerə oturdum. Sanki güllər məni öz ağuşuna almışdı. Elə bil üzbəüz oturub, mənimlə söhbət edəcəkdilər. Öz-özümə fikirləşirdim: Allah bizi çox sevir. Gör bir bizim üçün necə gözəlliklər yaradıb! O, bütün təbiəti biz insanların ixtiyarına buraxıb. Amma, doğrudan... əgər Allah hər şeyi bizim üçün yaratmışsa, bəs bizim özümüzü nədən ötrü yaradıb? Görəsən insanı yaratmaqda Allahın məqsədi nə olub?
    Fikirləşə-fikirləşə bir qədər güllərlə oynadım. Sonra onların bir neçəsini dərib əmimin yanına getdim. Bəzi işlərdə ona kömək etdim, sonra evə qayıtdıq. Təbii ki, yolumuz meşənin içindən idi. Biz qayıdarkən ağaclarla örtülmüş təpələr aşdıq, çayın qırağı ilə yol gəldik. Meşədə gəzməyi xoşlasam da, babamı görmək, öz suallarımı ona vermək üçün tələsirdim.
    Biz evə çatanda artıq günorta idi. Bibimlə nənəm bişirdikləri böyük çörəkləri təndirdən çıxarırdılar. Atam da gəlmişdi. Anam və əmidostum həyətdə ocaq üzərində bişən yeməyə baxırdılar. Babamı görmürdüm. Deyəsən, hələ bağdan qayıtmamışdı. Evə girdim. Həzin bir səs könlümü oxşadı. Bu, babamın səsi idi. Dediyi sözlərdən heç nə anlamırdım. Elə bil, hansısa ayrı bir dildə danışırdı. Otağa girib babama tamaşa etməyə başladım. O, həmin qəribə sözləri təkrarlayaraq əyilib-düzəlir, oturub-dururdu. Bəzən də alnını yerdəki balaca daş parçasına qoyub nə isə pıçıldayırdı. Mən yerimdəcə donub qalmışdım. Heyrətlə babama baxırdım. Lakin, bu an arxamdan gələn bir səs diqqətimi yayındırdı:
    -Namaz qılır -deyə nə isə götürmək üçün otağa girən bibim əlavə etdi: -Günorta namazı.
    * * * Namaz! Mən o vaxta qədər bu sözün nə demək olduğunu bilmirdim. Bilmirdim ki, namaz qılmaq bir ibadət növüdür. İbadət isə insanla Allah arasında olan rabitə körpüsüdür. İbadət olmasa, onun Allahla əlaqəsi kəsilər, tənha və yalqız qalar. O vaxta qədər bilmirdim ki, babamın namaz qılarkən dediyi bu qəribə sözlər, müqəddəs kitabımız olan Qurandan hissələrdir. O vaxta qədər bilmirdim ki, babamın alnını qoyduğu daş parçası, torpaqdan düzəldilmiş möhürdür. Çünki namaz qılarkən alını torpaq üzərinə qoymaq lazımdır.
    * * * Babam namazını bitirdi. Möhürü yerə sərdiyi parçaya büküb, taxçaya qoydu, mənə baxıb gülümsədi:
    -Hə, qayıtdız? Necədir, bağ xoşuna gəldi?
    -Bəli, bəli, bağ çox gözəl idi, olduqca gözəl! -dedim və bağdan dərdiyim gülləri babama göstərib əlavə etdim: -Bir bax, bunları oradan dərmişəm. Gör necə də gözəldir!
    Babam əlimdəki rəngbərəng güllərə baxıb dedi:
    -Bəh-bəh, nə qəşəngdir! Görürsən gözəl Allahımız bizimçün nələr yaradıb?!
    -Elədir, baba. Allah bütün bunları bizdən ötrü yaradıb. Amma məni bir sual da düşündürür. O da budur ki, bəs Allah bizi nə üçün yaradıb? İnsanları yaratmaqda onun məqsədi nə olub?
    -Afərin, mənim balam. Çox gözəl sual verdin. Əslində bu sual hamını düşündürməlidir. Amma təəssüf ki, çoxları bundan xəbərsizdir. İnsanların çoxu dünyaya nə üçün gəldiklərini bilmir və ona görə də necə gəldi yaşayırlar.
    Allah biz insanları yaradıb ki, onun fərmanlarına tabe olub, verdiyi əmrləri yerinə yetirək, günah etməyək. Allah bizi yaradıb ki, onu sevək və heç vaxt unutmayaq, onun xoşlamadığı işləri görməyək. Əvəzində, göstərdiyi bütün mərhəmətlərdən əlavə, o bizə əbədi səadət vəd etmişdir. İnsan əbədidir. Ona görə də bu həmişəlik həyatda xoşbəxt yaşamağa can atmalı, Allahın yaratdığı və saysız-hesabsız gözəlliklərlə bəzədiyi cənnətlərə daxil olmağa çalışmalıdır.
    -Biz bunun üçün nə etməliyik, baba?
    -Bunun üçün Allaha ibadət etmək, əmrlərini yerinə yetirmək və onun istədiyi kimi yaşamaq lazımdır. Bizi yaradan Allahdır, odur ki, necə yaşamağı da ondan öyrənməliyik.
    Yalan danışmaq, pis sözlər demək, ata-ananı incitmək, başqalarını ələ salmaq və sair belə işlər günahdır. Allah günahkar insanları xoşlamır. Adam həmişə düz danışmalı, mehriban olmalı, böyüklərə hörmət göstərməlidir. Oğlanlar 15, qızlar isə 9 yaşlarında namaz qılmağa başlamalıdırlar...
    -Necə? Deməli, bu hamıya vacibdir?
    -Bəli, əziz balam. Kimin yaşı düşürsə, namaz qılmalıdır. Çünki Allah belə istəyir. Biz insanlar yalnız namaz və digər ibadətlərlə məşğul olmaqla əbədi xoşbəxtliyə qovuşa bilərik.
    Babam sözlərini qurtarıb, dərindən köks ötürdü və biz həyətə, nahar süfrəsinə doğru yola düşdük.
    * * * Atam deyir ki, bu kənddə heç kim iştaha sarıdan korluq çəkmir. Doğrudan da elədir. Səfalı meşələrlə örtülən hündür dağların havası, həmin dağlardan qaynaqlanan sərin bulaqların suyu və bütün kəndi bürüyən gül-çiçək ətri adamın iştahasını birə-beş artırır.
    Həmişə olduğu kimi, yenə də erkək tut ağacının kölgəsi altında sərilmiş nahar süfrəsi bizi gözləyirdi. Bir bilsəydiniz, dağ döşündə, bağ kənarında, füsunkar mənzərə önündə ana təbiətlə üzbəüz oturmaq nə qədər ləzzətlidir! Onda özünü ucadan uca, böyükdən böyük hiss edirsən. Onda xəyallar aləminə səfər edib, təbiətə qovuşmaq, onunla qoşalaşmaq istəyirsən. Lakin birdən həmin xəyallar arasında sənə tanış olan həqiqətin hənirtisi duyulur. Bu doğmalıq, bu hənirti bütün yaranmışların, hətta təbiətin özünün də fövqündə duran bir varlığa -bir olan Allahına təşəkkür hissidir. Səni çayların şırıltısına, küləklərin vıyıltısına, yarpaqların xışıltısına və quşların şən avazına səs verməyə, bir sözlə, təbiətlə qucaqlaşmağa vadar edən də məhz həmin hissdir.
    Kənddə qayda belədir: yeməkdən dərhal sonra çay süfrəsi açılır. Bulaqların suyu o qədər yüngül və şirindir ki, içdikcə içmək istəyirsən. Ona görə də yemək vaxtı nə qədər su içməyindən asılı olmayaraq, yeməkdən sonra çay içməyə bilmirsən. Həm də axı bu, adi çay deyil, kömürlə qaynadılmış samovar çayıdır.
 
 
    Kənddəki mürəbbələr də şəhərdəkilərdən fərqlənir. Orada təkcə gilas, heyva, çiyələk və yaxud şaftalı mürəbbələri olmur, hətta qızılgül, pomidor, qarpız və badımcandan da mürəbbə hazırlayırlar.
    * * * Çay süfrəsindən qalxanda artıq saat iki idi. Babam uzanıb istirahət etmək üçün evə getmək istəyirdi. Lakin birdən ayaq saxladı və üzünü mənə çevirib dedi:
    -Daha sualın yoxdurmu, filosof?
    “Filosof” sözünü başa düşməsəm də üz vurmadım. Onunla birgə evə sarı yeriyə-yeriyə dedim:
    -Baba can, sən bu dediklərini hardan bilirsən, Allah deyib?
    Babam gülümsəyib dilləndi:
    -Yox, oğul. Allah biz insanlar üçün müxtəlif zamanlarda minlərlə peyğəmbər göndərib. Onların sonuncusu Məhəmməd peyğəmbərdir. O, Allah tərəfindən bizə İslam dinini və müqəddəs kitabımız olan Quranı gətirib. Quran, Allahın insanlar üçün verdiyi əmrlərindən və mehribancasına etdiyi nəsihətlərindən ibarətdir. Mənim dediklərim də bu kitabda yazılıb.
    Allahın birliyinə və Məhəmmədin sonuncu peyğəmbər olmasına inananlar müsəlman adlanır. Bizim xalqımız da müsəlman xalqdır.
    Bunu da yadında saxla, oğul; yadında saxla ki, Məhəmməd peyğəmbərdən sonra Allah 12 imam göndərib. Onların birincisi İmam Əli, sonuncusu isə İmam Mehdidir.
    Babam sözlərini qurtarıb bir daha köks ötürdü və az sonra hər ikimiz yuxuya getdik.
    Həmin vaxtdan nə az, nə çox, düz beş il ötür. İndi mən həm namaz qılır, həm də gözəl səslə Quran oxumağı bacarıram. Bütün bunlar üçün isə ilk növbədə öz mehriban Allahıma, sonra isə əziz babama borcluyam.
   
   
   
    SUALLAR:
   
    1. Uşaq nə barədə fikirləşirdi və onu hansı suallar narahat edirdi?
    2. Baba nəvəsinin nə düşündüyünü haradan bildi və ona necə cavab verdi?
    3. Sizcə günəş kimindir, onu kim və nə üçün yaradib?
    4. Allahın qüdrətli olmasını necə sübut edə bilərsiz?
    5. Allah qoyun, toyuq və arını nə üçün yaratmışdır?
    6. Allah nə üçün biz insanlara əl, ayaq, dil və qaş vermişdir?
    7. Allah hardadır? Onu gözlə görmək mümkündürmü?
    8. Allah öz elmini kimdən öyrənib? Bu barədə nə deyə bilərsiz?
    9. Qüdrətli Allahın yaratdığı qarışqa barədə nə bilirsiz?
    10. Yarasalar hansı cəhətlərinə görə qəribə quşdurlar?
    11. Sizcə yarasanı qüdrətli və elmli Allahdan başqa bir kimsə yarada bilərmi?
    12. Namaz və İbadət nə deməkdir?
    13. Möhür nədir və nə üçündür?
    14. Allah insanları nədən ötrü yaratmışdır?
    15. İnsan necə yaşamağı kimdən öyrənməlidir?
    16. İnsan həyatda necə yaşamalıdır?
    17. Namaz nə zaman insana vacib olur?
    18. Sonuncu peyğəmbərin adı nədir? O bizə hansı dini və hansı müqəddəs kitabı gətirmişdir?
    19. Müsəlman kimə deyilir?
    20. Allah Məhəmməd peyğəmbərdən sonra neçə imam göndərib? Onların birincisi və sonuncusunun adları nədir?
Vüsal Hüseynzadə