Yazarlar

×

Uyarı

JUser: :_load: Unable to load user with ID: 62

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

İnsanlar ədalət sorağında, ədalət isə Məhdi sorağında.

Bir çox dinlərdə olduğu kimi İslam dinindədə müsəlmanlar bir nəfər xilaskarın gəlməsini gözləyirlər. İslamda olduğu kimi Yəhudilər və Xiristiyanlarda bir gün bir xilaskarın gələcəyinə inanırlar. Amma İslamdan fərqli olaraq Yəhudilər xilaskarın yalnız yəhudiləri xilas edəcəyinə inanırlar. İslam dinin müxtəlif məzhəblərin olmasına baxmayaraq, amma bütün məzhəblər Peyğəmbər nəslindən bir nəfər xilaskarın gələcəyinə şübhə etmirlər. Sadəcə baxışlar fərqlidir. Bəzi məzhəblər bu xilaskarın hələ dünyaya gəlmədiyini və bəzilərisə gəldiyinə inanırlar. Amma bu xilaskar ki, Həzrət Məhdi (ə) –dır artıq dünyaya gəlibdir, sadəcə insanlar müəyyən səbəblərə əsasən onu görmək imkanları yoxdur.

Rəvayət və hədislərdə Həzrət Məhdi (ə)-ın gələcəyi dövrün müxtəlif xüsusiyyətləri açıqlanıbdır. Bu xüsusiyətləri tanıyıb bilmək Həzrət Məhdi (ə)-ın və əsil İslam sevdiyi bir şəxsiyyət , cəmiyyət kimi formalaşmağda çox böyük rola malikdir. Bu səbəbdən Həzrət Məhdi (ə)ın gələcəyi zamanın xüsusiyətləri siz dəyərli oxuculara təqdim edirik.

1.Həzrət Muhəmməd (s)-ın gətirdiyi əxlaqi dəyərlərin dirçəlməsi. Hədislərdə Həzrət Məhdi (ə) gələn zaman insanların Həzrət Muhəmməd (s)-ın gətirdiyi əsil İslami və insani dəyərlinin öz həyatlarında əks etdirəcəyi bildirib. Bunu bilməklə biz bugünki həyatımızdada Peyğəmbərin əxlaqi dəyərlərini öz həyatmızda əks etdirərək, Həzrət Məhdi (ə) gəlməsi üçün şərait yaratmış olarıq. 

2.Bütün istəklərin Allah üçün olacaq. Həyatda niyyətin çox böyük danılmaz bir rolu vardır. Həzrət Məhdi (ə) gələn zaman artıq insanlar bütün işlərini Allah niyyətiylə görəcəklər. Çünki Allah niyyətiylə görülən hər bir iş insanın həm fərdi və eyni zamanda ictimayyi həyatında gözləmədiyi uğurlar qazandırar. 

3.Əmniyyət. Həzrət Məhdinin gələcəyi bir dövürdə Allahın insanlara verəcəyi ən böyük hədiyyə ictimayyi bir əmniyyət olmasıdır.Çünki artıq insanlar pis işlərin və çirkinliklərin əsil həqiqətini tanıyacaqlar, bu səbəbdən insanlar ictimayyi əmniyyəti pozacaq işlərdən uzaq olacaqlar.

4. Xorafatların məhv olması. Təəssüflər bugünki həyatmızda insanlar bir çoxsu dində əsası olmayan xorafatlara inanaraq, bəzi insanların bu fürsətdən öz xeyirləri üçün istifadə etməsi üçün imkan yaradırlar. Həzrət Məhdi(ə)-ın gələn zaman artıq əsil dinin dirçəlməsi və insan ağlının inkişaf etməsiylə, insanların xorafatların onların dünya və axirətlərinə necə böyük bir zərbə vurmasının şahidi olacaqlar. Bu səbəbdən biz bugündə gərək çalışan dində əsası olmayan xorafatlar uzaq olaq.

Adı çəkilən bu xüsusiyətlərin Həzrət Məhd (ə)-ın quracağı bir cəmiyyətə aid olması, o demək deyilki biz bugün bunları öz həyatmızda əks etdirməyək. Əksinə bunları öz həyatmızda əks etdirməklə dünya və axirət xoşbəxtliyini qazanmaq imkanmız olar.

Mənbə: İnsan, rah və rahnumaşenasi.

İslammektebi.org

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

  Rəbiul-əvvəl ayında baş verən hadisələr

 

 

   Rəbiul-əvvəl ayının birinci günü:

 Peyğəmbər (s) ın pak bədəninin dəfn edilməsi

  Leylətul-məbid

  Peyğəmbər (s) ın Məkkədən Mədinəyə hicrəti

 Vəhy evinə hücum

  İmam Əsgəri (ə) ın zəhərlənməsi

  :Rəbiul-əvvəlin üçüncü günü

   Yezidin vasitəsiylə Kəʼbə evinin dağıdılması

 Rəbiul-əvvəlin beşinci günü:

 Həzrət Səkinə (s.ə) nın şəhadəti

 Rəbiul-əvvəlin səkkizinci günü:

  İmam Əskəri (ə) ın şəhadəti

  :Rəbiul-əvvəlin doqquzuncu günü

  İmam Məhdinin (ə.c)  imamlığının başlanğıcı

 Ömər ibni Xəttabın öldürülməsi

 Ömər ibni Sədin öldürülməsi

  :Rəbiul-əvvəlin onuncu günü

  Peyğəmbər (s) ın Həzrəti Xədicə ilə evlənməsi

 Mədinənin zalim hakimi Əli ibni Davudun ölümü

   Malik ibni Ənəsin ölümü

 :Rəbiul-əvvəlin on ikinci günü

 Namaza rəkətlərin artırılması

   Peyğəmbər (s) ın Mədinəyə daxil olması

   Motəsim Abbasın ölümü

 Rəbiul-əvvəlin on dördüncü günü:

 Yezid ibni Muaviyənin ölümü

  Musa (Abbasi xəlifəsinin) ölümü

:Rəbiul-əvvəlin on yeddinci günü

  Peyğəmbər (s) ın viladəti

  İmam Sadiq (ə) ın viladəti

 :Rəbiul-əvvəlin iyirmi ikinci günü

  Bəni Nəzir döyüşü

:Rəbiul-əvvəlin iyirmi üçüncü günü

  Həzrət Məsumə (s.ə) nın Qum şəhərinə daxil olması

 :Rəbiul-əvvəlin iyirmi beşinci günü

 İmam Həsən (ə) ın  muaviyə ilə sülhü

 

 

Abbasov Natiq


 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Hicab altında parlayan Günəş

    

           Hicrətin altıncı ili, cəmadiul-əvvəlin beşində Mədinə şəhərində bir nur parçası dünyaya gəldi. Onun atası Allahın yer üzündəki xəlifəsi, Peyğəmbərin (s) canişini və bütün müsəlmanların imamı olan Əli (ə), anası xanımlar xanımı, Peyğəmbərin (s) cigər parəsi, on bir imam anası xanım Fatimeyi Zəhra (s.ə), qardaşları Peyğəmbərin (s) cənnət cavanları adı ilə çağırdığı İmam Həsən (ə) və İmam Huseyn (ə) dır. O, xanımın adınında qardaşlarının adının qoyulması kimi, Peyğəmbər (s) qoyubdur. Necəki tarixdə var, xanım Fatimə (s.ə) körpəsini həzrəti Əlinin (ə) yanına gətirdi və balaca qızı üçün ad qoymasını istədi. Amma Əli (ə) övladına Peyğəmbərin (s) ad qoymasını məsləhət bildi və nəhayət babası balaca qıza Zeynəb adını verdi.
     Zeyneb sözünün məʼnası yəni, atasının gözəli deməkdir. Başqa mənadada ərəblərdə Zeynəb gözəl və çox ətirli gülə deyilir.
     Anası xanım Fatimədən (s.ə) sonra Zeynəb  (ə) bütün dünya qadınlarının ulqu və nümunəsidir. Çünki o, xanım babası Peyğəmbər (s), atası Əli (ə) və anası xanım Fatimənin (s.ə) tərbiyələri altında böyüyüb boya başa çatmışdır. Həmçinin zatı pak olan Peyğəmbərin (s) nəvəsidir. Yəʼni həm mənəvi cəhətdən həm cismi cəhətdən pak olduyuna görə anası Fatimədən (s.ə) sonra bütün dünya qadınlarının ulqu və nümünəsidir.
      Xanım Zeynəb (ə) dünya musibətlərini o, daha mübarək ömrünün ilk çağlarında ikən Allah taala o, xanıma bəyan etmişdir. Rəvayətdə varki, bir gün Peyğəmbər (s) həzrəti Əlin  (ə)   və xanım Zəhranını (s.ə ) ziyarətinə gəlmişdi. Birdən otağın qapısı açıldı xanım Zeynəb (ə) balaca addımları və məʼsum sifəti qorxmuş halda otağa daxil olub, otaqdqkılara salam verdi. Peyğəmbər (s) həmişə olduğu kimi, mehriban və gülər üzlə balaca qızın salamının cavabının verib onu yanına çağırıb böyründə əyləşdirdi. Nəvəsinin narahat və solğun olduyunu görüb, narahatlığının səbəbini soruşdu. Zeynəb  (ə) babsının cavabında narahatçılığının səbəbi yuxusu olduyunu bildirdi. Peyğəmbər (s) sorurşdu: Zəynəb can! O nə yuxudur ki, ta səni bu həddə narahat edib və mümkündürmü yuxunu bizlərədə deyəsən? Xanım Zeynəb (ə)  otağa gəlişindən məqsədi elə yuxusunun məʼnasını soruşmaq olduyunu dedi və sonra qəmgin halda yuxusunu otaqdakılara danışmaya başladı. Dünən gecə yuxumda gördüm ki, bir səhrada əyləşmişəm ki, heç kəs yoxdu.Tək və tənhaya. Bu vaxt möhkəm külək əsməyə başladı. Külək o qədər şiddətli idi ki, toz–torpaq hər yeri bürüdü  və gündüzü gecəyə çevirdi. Mən özümü qorumaq üçün böyük bir ağacın altında gizləndim. Heç bir anda keçmədi ki, külək həmin ağacı kökündən çıxarıb yerə yıxdı. Mən çarəsiz qalıb özümü o, ağacın budaqlarının birinin arxasında gizlətdim. Amma yenə bir anda keçmədi ki, külək həmin budağıda qırdı. Sonra başqa budağın arxasında sığındım. Amma o da güclü küləyə tab gətirə bilməyib oda qırıldı. Mən yenə məcbur oldum həmin tərtiblə başqa iki budaqğın arxasında sığındım və nəhayət onlarda bir–birinin ardınca qırıldılar. Mən o, tufanlı səhrada tənha və heyran qalmışdım. Elə həmin vaxt yuxudan oyandım və ta sübhə qədər yata bilmədim. O, vaxt ki, xanımın yuxusu sona çatdı, bütün otağı sükut bürüdü. Peyğəmbər (s), Əli (ə) və Fatimə ( s.ə ) rəngi qorxudan solmuş Zeynəbin (ə) üzünə baxıb, dərin fikrə getmişdilər. Zeynəb (ə) uzun sakitliyi pozub, onlardan soruşdu: Məgər mənim yuxumun bir məʼnası yoxdurmu?! Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə) Peyğəmbərin (s) ihtiramını saxlayıb yuxunun məʼnasını Allah Rəsulunun açıqlamasını gözləyirdilər. Peyğəmbər (s) yuxunu açıqlamaqda çətinlik çəkirdi. Çünki yuxunun acı bir məʼnası olduyunu bilirdi, istəmirdi qorxmuş balaca qızı dahada qorxutsun. Amma yuxunun məʼnasını açıqlamalı idi. Çünki əgər açıqlamasaydı, onun məʼnasız olduyu başa düşülərdi  və nəhayət yuxunu belə məʼna etdi. Yuxunda gördüyün  o ağac mənəm ki, tezliklə bu dünyadan gedəcəyimin işarəsidir. Sonrakı ağacın budağına sığındığın, anan Fatimədir (s.ə) ki, ilk səndən ayrılıb, mənə qovuşan şəxs anandır. Sonrakı budaq ki, sən sığınmışdın, atan Əlidir (ə). Mən və anandan sonra o, səndən ayrılacaq. Sonrakı qalan iki budaq isə qardaşların Həsən (ə) və Huseyn (ə) dır ki səndən ayrılacaqlar.
     Bu yuxu çox keçmədi ki, öz həqiqətlərini biruzə verməyə başladı. Yuxudan bir neçə ay sonra Zeynəb (ə) daha beş yaşında ikən, yuxunun birinci qisməti baş verdi, babası Peyğəmbər (s) hicrətin altıncı ili, səfər ayının iyirmi sekkizində dünyasını dəyişdi. Çox keçmədi ki, yuxunun ikinci qismətidə həqiqətə çevrildi,  xanım Zeynəbin (ə) ikinci pənahı xanım Fatimeyi Zəhra (s.ə) cəmadiul-əvvəlin on üçündə (başqa rəvayətə əsasən cəmadius–saninin iyirmisində) dünyasını dəyişdi. Bu iki böyük şəxsin vəfatı xanım Zeynəb (ə) üçün çox çətin idi. Bir tərəfdən babasının və anasının ölümünə alışmaq, başqa tərəfdən isə qardaşları Həsən (ə) və Huseynə (ə) analıq etmək kiçik qızı dahada dözülməz bir hala salırdı. Bunlarda yetməmiş kimi, atasının haqqı ola–ola xilafətdən uzaq qalması, xanımın musibətinə dahada musibət qatırdı. Amma kiçik yaşlı məʼsumə bu bəlalara yenilməyib, səbr edir və Allahına olan eşqini dahada artırırdı. Zeynəb (ə) o, ailədən idi ki, Tohid və ədalət bayrağını qoruyub saxlamaq üçün hər cür musibəti xoşbəxtlik sayırdılar. Amma bu iki şəhadətdən sonra bir xoşbəxt hadisə də baş verdi ki, o da xanımın evlənməsi idi. Zeynəb (ə) on iki ya on altı yaşları arasında əmisi oğlu Abdullah ibni cəfərlə evləndi və məşhur nəzəriyyəyə əsasən onların dörd uşaqları oldu.Cəfər, Ovn, Əli, Ummu gülsüm. Təəssüflər olsun ki, yuxunun sonu sonralar öz həqiqətini davam etdirməyə başladı. Xanım qalan pənahlarınıda itirdi. Onun həyatında hamısından dəhşətlisi Kərbəla faciəsidir. Zeynəb (ə) orada həm qardaşlarının, həm oğlanlarının, həm başqa yaxınlarının gözünün qabağında öldürülmələrinin şahidi olmuşdur.Amma xanım Zeynəb (ə)  yenədə Allahına şükr edib Allahına olan eşqini dahada artırırdı. Həmçinin Kərbəla hadisəsinin bu günə qədər gəlib çatmasında böyük rolu olmuşdur. Çünki, tarix elə bir şeydir ki, qoynunda baş verən bütün hadisələri özündə gizlədir və heçnə olmamış kimi, özünü məʼsum göstərir. Amma Kərbəla hadisəsi elə bir hadisədir ki, Allah bunu bəşəriyətdən gizli qalmasına icazə vermədi. Xanım Zeynəb (ə) və imam Səccadın (ə)  vasitəsi ilə bu günə qədər gətirib çıxartdı. Çünki xanim Zeynəb (ə) və imam Səccad (ə) idilər ki, Kərbəla faciəsini öz xütbələrində və əməllərində canlandırır və aradan getməsinin qarşısını alırdılar. Xanım Zeynəbin (ə) Yezidin sarayındakı xütbələrindən bir qismini nəzərinizə çatdırırıq. O, vaxtki, Kərbəla faciəsi sona çatdı və əsirləri Yezidin sarayına apardılar, Yezid qürurlu halda, sanki bir yaxşı iş görmüş kimi, camaatın qarşısında təkəbbürlənirdi. Amma Zeynəb (ə) onun cavabında elə bir xütbə etdi ki, Yezidin əsl üzünü bütün dünyaya çatdırdı və Huseyn (ə) qələbə çaldıyınıda sübut etdi. Xütbənin şərhi belədir:
     "Ey Yezid! Sən bu sözlərlə özünü camaatın gözündə cilvələndirməkmi istəyirsən?! Ey Muaviyənin oğlu! Sən Allah ayəsinin nəzərinə görə böyük günaha mürtəkib olubsan. İndidə özünü haqlı kimimi gösdərmək istəyirsən?! Sənin fikrin uşaq fikri kimidir! Ey Allahın və Rəsulunun düşməni! Məgər Peyğəmbğr (s) hədisini yadından çıxartmısanmı? Həsən (ə) və Huseyn (ə) cənnət əhlinin ağalarıdılar! Ey əbu Süfyanın nəvəsi! Sən həmin hədisə xilaf çıxıb, Allahın cənnət əhlinin ağalarını öldürüb, indidə bunu özünə fəxr bilirsən....?! Huseyn (ə) Allah yolunda şəhid oldu və İslam dininin hidayəti uğrunda canını tapşırdı......O, ölməyib və nədə məğlub olmayıb.Çünki, Allah taala Qurʼanda buyurub: "Allah yolunda ölənləri heç vaxt ölü saymayın bəlkə onlar diridirlər və Allah yanında ruzi yeyirlər".
     Yezid, xanım Zeynəbin (ə) sözləri qarşısında xəcalətdən sifəti qızarır və hər nə deyirdisə qarşılığında yenə xəcalətamiz cavablar alırdı.Çarəsiz qalıb əmr verdi ki, Zeynəbi (ə) saraydan çıxarsınlar. Nəhayət neçə vaxtdan sonra Zeynəb (ə) və bütün əsirləri azad etdilər. Artıq bütün bu hadisələr xanımın ömrünü yeyib bitirmişdi. Daha yaşamaya taqəti qalmayan xanım Zeynəb (ə) Kərbəla hadisəsindən bir il yarım sonra, məşhur nəzəriyəyə əsasən hicri ilinin altmış biri, rəcəb ayının on beşində, 56 yaşında dünyasını dəyişib. Müqəddəs məzarı bəzi rəvayətə əsasən Şamda və bəzi rəvayətlərə əsasən isə Mədinə, yaxud Misirdədir.


Abbasov Natiq

İslammektebi.org

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

İmam Əli (ə)-ı dünyada insanlara sevdirən xüsusiyyətlərindən biri də, O həzrətin buyurduğu sözlərdən və nəsihətlərdən hər kəsin (hansı dinə mənsub olmağından asılı olmayaraq) həyatının hər bir sahəsində istifadə edə bilməsidir.
İmam Əlinin ən gözəl nəsihətlərindən biri də, oğlu İmam Həsən (ə)-a verdiyi nəsihətdir ki, İmam Əli(ə) oğluna 8 nəsihət verir, amma onları iki yerə ayıraraq  buyurur ki, bəzisi fərdi həyata bəzisi isə başqalarıyla ünsiyyət qurmaq üçün lazımdır. Bu nəsihətlər yalnız İmam Həsənə (ə) aid deyil, eyni zamanda bəhrələnmək istəyən hər kəs üçündür, bu səbəbdən İmam Əlinin övladına olan nəsihətini siz dəyərli oxuculara təqdim edirik:

“Əziz oğlum, məndən dörd nəsihəti hər zaman yadda saxla ki, onların vasitəsi ilə həyatda gördüyün heç bir işdən sənə zərər gəlməsin.”

1.Ən dəyərli sərvət:
“İnsan üçün var dövlətin ən dəyərlisi ağıldır.( Ağıl və düşüncəylə həyata keçirilən hər bir iş insan üçün dünya və axirət xöşbəxtliyi bəxş edər.)”

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


  İnsan bu həyatda nəsihətə və öyüd almağa həmişə ehtiyac duyur. Bu sahədə Məsumlardan (ə) üstününü tapmaq olmaz. İnsan gərək yaxşı eşitməyi və əməl etməyi təmrin etsin. (Tebyan)
İmam Əli (ə) dostu və ardıcılı Kumeylə yaxşı yaşamaq üçün 5 göstəriş verir və buyurur: “Ey Kumeyl! Hər bir halda haqqı deməyi əsirgəmə və təqvalı insanları sev. Fasiqlərdən və günahkarlardan uzaq ol. Münafiqlərə və ikiüzlülərə nəzarət et. Xəyanət edənlərlə dostluq etmə”.


Birinci göstəriş: haqqı demək.
Haqq və həqiqəti demək o məsələlərdəndir ki, İslam dini həmişə ona əhəmiyyət vermişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən təqvalı insan o kəsdir ki, haqqı desin - istər faydasına olsun, istərsə də ziyanına”.
İndiyə qədər heç düşünmüsükmü ki, əgər bütün insanlar haqqı desəydilər, bütün dünya behişt olardı? Əgər anlaşılmazlıq zamanı haqqı desəydilər, bu qədər kin və küdurət yaranmazdı. Əgər evlənən zamanı haqqı desəydilər, bu qədər boşanma halları olmazdı. Əgər hər birimiz buna səy etsəydik, necə də gözəl olardı...


İkinci göstəriş: təqvalı insanlarla dostluq etmək.
İmam Əli (ə) Kumeylə təvqalı insanlarla oturub-durmağı tövsiyə edir. Bəs bu insanların hansı xüsusiyyətləri vardır? Onları necə tanımaq olar ki? İmam Baqir (ə) buyurur: “Təqvaya riayət edənlər dünyanın ən az xərcləyən və ən az zəhmətli insanlarıdır. Onların sənə ən çox kömək edəni o kəslərdir ki, təzəkkür verib yardım edərlər, unudan zaman yadına salarlar. Davamlı olaraq Allahın əmrini deyərlər. Daima Allahın əmrini ayaqda saxlayarlar. Allah dostluğu üçün hər bir dostluqdan və sevgidən əl çəkər, öz padşahlarına itaət etmək üçün dünyadan qaçarlar. Səmimi qəlbdən Allaha, dostluğa və Onun məhəbbətinə üz çevirərlər”.


Üçüncü göstəriş: fasiqlər və günahkarlardan uzaq olmaq.
Dostluq - elə mövzulardandır ki, insan şəxsiyyətinə və mənəviyyatına təsir qoyar. Dost insanı ucaltdığı kimi, həm də süqut etdirə bilən ən mühüm amillərdən ola bilər. İmam Əli (ə) Kumeylə göstəriş verir ki, fasiqlərdən və günahkarlardan uzaq olsun. Əgər hiss etsək ki, bir mühitdə günah üçün zəminə yaranır, oradan mütləq uzaqlaşmalıyıq.


Dördüncü göstəriş: ikiüzlü insanlara nəzarət etmək.
Çox təəssüf ki, bu dünyada zahiri gözəl, ancaq batini fasiq olan insanların sayı çoxdur. Bu insanlar dostluq iddiası edərək insana yaxınlaşar, ancaq müşkil və problemdən başqa bir şey gətirməzlər. Bu cür insanlarla rəftarda ehtiyatlı olmaq lazımdır. Hər şeyi deməmək və hər işi görməmək kimi. Çünki onlar sirr saxlamazlar və insanın arxasından qeybət edər və töhmət vurarlar.


Beşinci göstəriş: xainlərlə dost olmamaq.
İmam Əlinin (ə) nəzərinə görə xəyanət nifaqın başlanğıcıdır. Xain insan sənə yaxşı dost olmaz. Çünki həqiqi dost insan ruhuna səfa bəxş etməli və rahatlıq gətirməlidir. Ancaq xain insan hər an bizə hansısa xəyanəti edə bilər və insan onun yanında heç bir zaman özünü rahat hiss etməz. Həzrət Peyğəmbər (s) xainlərin dörd sifətini bəyan etmişdir ki, onlara işarə edək:
1. Allaha itaətsizlik etmək.
2. Qonşulara əziyyət vermək.
3. Hamıya nifrət etmək.
4. Üsyana yaxın olmaq”.
Xəyanətin bariz nümunələrindən biri də əmanətə və insanların malına xəyanət etməkdir.
 
Allah Təala bizləri bu mübarək tövsiyələrə əməl edənlərdən qərar versin, inşəallah./idrak/
 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Yaponiyalı alim Masura Emoto "Zəmzəm" suyu üzərində təcrübə apararaq ilk dəfə suyun sirlərini sənədlə açıqlayıb.
Verilən məlumata görə, təcrübə zamanı məlum olub ki, "Zəmzəm" suyu son dərəcə səslərə həssasdır. Su zəng səsi ilə qaralır, azan və "Qurani Kərim" oxunduğundan isə aydınlaşır.

Masura Emoto bildirib ki, "Zəmzəm" suyu həm fiziki, həm də kimyəvi xüsusiyyətlərinə görə, yer üzündəki bütün sulardan fərqlidir: "Zəmzəm su ətrafında baş verən bütün dəyişikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır".

Qeyd edək ki, "Zəmzəm" suyu mübarək bir sudur. Kəbə evinin yaxınlığındakı yerdən başqa bir yerdə çıxmır. Muhəmməd peyğəmbər özü (s. a. v.) bu sudan içib və içilməyini məsləhət görüb. Həcc və Ümrə ziyarətlərinə gedib gələnlərin oralardan gətirdikləri ən qiymətli hədiyyələrin arasında birinci yeri Zəmzəm suyu tutur. Hər il Həccə gedən milyonlarla müsəlman bu sudan içir. İnsanlar bu sudan içdikdən 35 dəqiqə sonra özlərində rahatlıq tapırlar.

shabestan.net

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


Dinin lüğəvi mənası əqidə, fikir, yol deməkdir. İstər haqq və ya batil yol olsun. Qurani-kərim bütpərəstlərə belə buyurur: "Sizin dininiz sizə, mənim dinim də mənədir!"  Deməli, hər kəsin yolu, adət-ənənəsi, onun dini. Əsas məsələ, haqq din və doğru yol axtarışında olmaqdır.

Haqq dinin əlamətləri:

1- Haqq din, ağıla (düzgün məntiqə) uyğun olan dindir.

2- (Keçmiş nəsillərimizin hansısa dinə etiqadlı olması, sırf həmin dinin haqlı olmasına dəlalət etmir.) Dini etiqadlarda kor-koranə təqlid etmək doğru deyildir. Bütpərəstlər daş və taxtadan yonduqları heykəllərə ibadət edirdilər. Qurani-kərim bu işi ağlasığmaz hesab edir. O (Allah) dedi: "Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?" 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


İmam Məhdiyə (ə.c) mənsub edilən müqəddəs məkanlardan biri də, Qum şəhərinin altı kilometrliyində  yerləşən müqəddəs “Cəmkəran” məscididir. Bu məscid, min il bundan əvvəl, İmam Zamanın (ə) bir nəfərə (yuxuda, mükaşifat aləmində, yaxud da həyatda) görünərək, verdiyi fərman əsasında inşa olunmuşdur. Bu məscid, o həzrətin kəramət və inayətlərinin cilvəgahı, Ali-Muhəmmədin (s) qaiminə aşiq olanların və müntəzirlərin görüş yeridir.

Mərhum Mirzə Hüseyn Nuri “Cəmkəran” məscidinin təsis və inşa tarixi ilə əlaqədar Şeyx Səduqun müasiri olan Şeyx Fazil Həsən ibn Həsən Quminin dilindən “Tarixi-Qum” kitabında belə nəql etmişdir:

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


-Salamun ələykum! 

Həzrət  Ayətullahul-üzma cənab Təbabtəbai;

-Mən 22 yaşlı bir cavanam, zənnimcə, təkcə siz mənim sualıma cavab verə bilərsiniz. Mən elə bir mühitdə yaşayıram ki, məni pis nəfsim özünə əsir edib və Allaha doğru ucalmağa mənə mane olur. Mənim sizdən istəyim budur ki, hansı əməli yerinə yetirim ki, məni nəfsimin əsirliyindən qurtarsın? Öz nəfsimə qələbə çalıb, bu tilsimi necə sındırım ki, mənə xoşbəxtlik hakim olsun. Sizdən nəsihət istəmirəm, doğrusu, nəfsimə qələbə çalmaq üçün xüsusi bir əməl və göstəriş vermənizi istəyirəm. 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

İntizar ilkin olaraq həyat xüsusiyyətidir. İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlkidir. İnsanda intizar hissi gücləndikdə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. Bəzən intizar halı elə bir həddə çatır ki, insanın gözündən yuxusunu alır. Demək, gözlənilən işə və ya kəsə məhəbbət artdıqca intizar dərəcəsi də artır. İntizarı çəkilən şəxsin yubanması ağır bir dərdə dönür. Belə ki, gözü yola dikilmiş insan bütün dərdlərini, problemlərini yaddan çıxarır.

İnsan həyatının mahiyyəti gələcəyə intizar və ümidə çox bağlıdır. Belə ki, intizarsız həyatın mənası yoxdur. İntizar olmadıqda həyatın davamı üçün həvəs olmur. İntizar həyatın davamına ümiddir və hazırkı həyatı mənalandırır. Həyatın davamı üçün enerji verən intizardır. Elə bu səbəbdən həyatın mahiyyəti intizarla qırılmaz şəkildə bağlıdır. Həyatın davamı haqqında düşünən hər bir insan bütün hərəkətlərini uyğun intizar yoluna istiqamətləndirir.

İslami rəvayətlərdə oxuyuruq ki, Peyğəmbər ümməti üçün ən fəzilətli əməl (Həzrət Mehdinin (ə) zühuru) intizardır, yəni intizarın əməli xüsusiyyəti, həyata yol tapmaqdır. İmam öz zühuru intizarında olduğu kimi ümmət də öz imamının intizarını çəksin. İntizar halında ən yaxşı yol qeybdə olan imamla bağlılıq, həmdərdlikdir. İmamın cəmiyyətdə hüzurunu gözləmək, ona beyətin ilkin yoludur. Çünki hüzurun intizarında olmaq vəd olunmuş  imamın məqsədlərini yada salır, agahlıq üçün zəminə yaradır. İntizar çəkməmək zühurdan öncə və zühur vaxtı qəflət, düşüncəsizlik, biganəlik mənasındadır. İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. Belə bir cəmiyyət daim öz imamına iqtida edib məqsəddən yayınmır. O, elə bir imamdır ki, əsrlər boyu davam edən üzücü  hadisələrdən sarılmamış öz yolundan dönməmişdir.

(Həzrət Mehdi (ə) buyurmuşdur: Allah bizimlə olduğundan bir başqasına ehtiyac yoxdur. Haqq bizimlədir və kimlərinsə bizdən kənarlaşması heç vaxt bizi qorxutmayacaq. Bəli İmam Mehdi belə bir intizardadır. O, sarsılmaz imanla həyatın bir çirkin qaranlığında möhkəm dayanmışdır. İntizarda olan cəmiyyət gözünü yola dikərək imamın uyğun xüsusiyyətlərini yaxşı tanımalı və imkan həddində onun kimi intizar çəkməlidir).

Xilaskarın zühuru intizarı üç xüsusiyyətə malik olmazsa zühur gerçəkləşməz.

1. Əqidə səciyyəsi: İntizarda olan şəxs xilaskarın zühuruna və onun yardımına əmin olmalıdır.

2. Nəfs səciyyəsi: intizarda olan şəxs daim hazırlıq halında olmalıdır.

3. Əməli səciyyə: İntizarda olan şəxs daim əməl və rəftarı ilə xilaskarın zühuru üçün ictimai və fərdi zəmin yaratmalıdır. Bu üç səciyyədən biri yoxdursa intizar məna kəsb etmir.

Həzrət Mehdinin zühuru haqqın batil üzərində qələbəsi ilə başa çatan mübarizə halqalarındandır. İnsan əməldə haqq əhlindən olarsa bu səadətə şərik olar. Qurucu, təsviq edici, məsuliyyət yaradan intizar ən fəzilətli ibadətdir. Hazırlığın və zəmin yaratmağın əhəmiyyətini İmam Sadiq (ə)-ın bir buyruğundan öyrənmək olar: Sizin hər biriniz bir oxla da olsa, qeybdə olan imamın zühuru üçün hazırlıq görməlisiniz. İntizar öncə bir əqidədir. Bilin ki, möminlərin cəmiyyəti öz imamları ilə rabitə qurmalı, imamın vilayət ipindən yapışmalı, onunla peyman bağlayıb yardım göstərməlidir. Belə bir rabitə hər bir fərdə bütün hallarda vacibdir. Bu rabitə iman stunlarındandır və bu stunsuz əməllər qəbul olmur.İntizarın əsl ruhu müqavimət və səbrdir. Nəzərdə tutulan məqsədin gerçəkləşməsi intizarında olan kəs məqsədə çatanadək möhkəm və dözümlü olmalı, süstləşməməlidir.O hər bir çətinliyi dözümlə qarşılamalıdır. Səbr və dözümünü əldən vermiş insan intizarıda əldən verir. Çünki səbr və dözüm intizar şərtidir. İntizar ümumdünyəvi bir hərəkat üçün hazırlıqdır. Belə bir hazırlıq dövrünə malik olmayan istənilən bir inqilab naqis və səmərəsizdir.

İntizarın əhəmiyyətindən danışarkən yalnız bunu qeyd etmək kifayətdir ki, düşmənlər onu öz istismarçı hökümranlıqları üçün təhlükə sayırlar. Mehdi təfəkkürü ilə mübarizə haqqında danışqrkən düşmənlər öncə imam Hüseynin (ə) qiyamını, sonra Həzrəti Mehdinin (ə) intizarını şiəliyin iki möhkəm sütunu kimi tanıtdırırlar. Onlar şiələr haqqında danışarkən deyirlər: (Şiələr İmam Hüseynin adı ilə qiyama başlayar, İmam Mehdinin adı ilə qiyamlarını qoruyarlar). Mehdi intizarına inam yetərincə uca bir məqamdır.

İmam Sadiq (ə) buyurmuşdur: Dözün, fərəc intizarı necədə gözəldir: Həzrət Mehdinin (ə) yaxınlarından olmaq istəyən hər kəs intizar çəkməli, eyni zamanda pəhrizkar və əxlaqlı olmalıdır. Ayə və rəvayətlərə əsasən Allah-Taalanın qəti sünnələrindən biri ümmətlərin imtahanıdır. İslam ümməti üçün də bu qanun istisna deyil. Hər bir ümmət bir yolla imtahana çəkilir. İslam ümmətinin imtahanı hazırkı dövürdə İmamın qeybi ilə bağlıdır. Müəyyənləşdirilir ki, insanlar məhz qeyb halında din və məzhəblərində möhkəm dayana bilərlərmi?

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 

 

 

İnsan istənilən bir yaşda istənilən bir məlumatı qeyd-şərtsiz dinləyə bilər. Qurani Kərikmdə (Zümər/18) Allah-Taala buyurur:

Bəndələrimə müjdə ver: o kəslər ki, sözü dinləyər və onun ən gözəlinə tabe olarlar.

Allah-Taala İsra surəsində (ayə/71) buyurur:

Bir gün ki, hər bir insanı imamı vasitəsilə ilə çağırarıq. Əməl naməsi sağ əlinə verilənlər onu (şadlıqla) oxuyar. Xurma dənəsinin lifi qədər onlara sitəm qılınmaz.

Ayədən məlum olur ki, qiyamət günü hər bir kəsdən imam haqqında soruşular əgər etiraf etsə, nicat tapar və əməl naməsi sağ əlinə verilər. Demək, hər bir dövrün imamı olmalıdır. Elə  bir imam ki, tanımadan kimsə nicat tapmaz. Həzrəti peyğəmbər (s) buyurur: İmamını tanımamış ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.

Hər bir dövrdə İmam olmalıdır ki, xalq öz istəyi ilə onu rəhbər seçib itaət edə bilsin. Quran baxımından parlaq gələcəklərini qura bilsinlər. Vəd ayəsi: Həzrət Mehdinin  (ə) zühur dövrünə və ümumdünya tövhid hökuməti əsrinə aiddir. Allah-Taala buyurur: Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd edir ki, hökmən onları yer üzünün hökmranı edəcək. Necə ki, onların əvvəlkilərinə yer üzünün xilafətini bəxş etmişdi. Onlar üçün bəyəndiyi din və ayini möhkəmlədəcək, qorxularını aramlığa çevirəcək. Belə ki, yalnız Mənə pərəstiş etsinlər və bir şeyi Mənə şərik qoşmasınlar. Bundan sonra kafir olanlar azğınlardır. (Nur-55).

Bu ayə dünyanın sonunda İslamın digər dinlər üzərində qələbəsini bildirir.

Bu vaxtadək qorxu tam şəkildə aramlığa çevrilməmişdir. Bu hal yalnız möminlərin əhatəli hakimiyyəti zamanı yarana bilər.

Peyğəmbər (s) buyurub: Həmin gün yer üzərində Allah tərəfindən İslam kəlməsi daxil edilməmiş ev yoxdur.

İmam Səccad (ə) buyurmuşdur: Bu ayə Həzrət Qaimin şəninə və səhabələrinin haqqında nazil olmuşdur.

Tövbə surəsi 33-cü ayədə imam Mehdinin (ə) zuhrunu təsdiqləyən ayələrdəndir. AllahTaala buyurur: O, müşriklər ikrah duysa belə, bütün dinlərə qalib gəlmək üçün öz peyğəmbərini hidayət və haqq dinlə göndərən kəsdir; (Tövbə-33). Ayədə hidayət dedikdə rəsulun göndərilməsi ilə gerçəkləşən ilahi hidayət, (haqq din) dedikdə İslam dini nəzərdə tutulur. Rəvayətə əsasən, (Bu, gələcəkdə gerçəkləşəsi ilahi bir vəddir. Bu vəd Həzrəti İsanın və Həzrət Mehdinin (ə) dövründə həyata keçəcək) İmam Sadiq (ə) buyurmuşdur: (Bu ayə hələ gerçəkləşməyib və Qaim qiyam edənədək gerçəkləşməz. Allah onu bütün dinlərə qalib edəcək. O, zühur etdiyi vaxt yer üzündə Allahı inkar edən bir nəfər qalmaz).

Ənbiya 105 ayəsi də Həzrət Mehdinin (ə) zühurunu sübut edir: Allah təala buyurub:

(Biz zikrdən sonra Zəburda yazdıq ki, mənim saleh bəndələrim yer üzündə varis olacaq).

Zəburda oxuyuruq: (Şər qüvvələrin kökü kəsiləcək, Allaha təvəkkül edənlər salehlər yer üzünə varis olar və orada əbədi qalacaqlar). Allah-Taala şərif ayədə müjdə verir ki, öz saleh bəndələrini dünya və axirətdə səadətə çatdırıb onları yer və behiştdə varis edəcək. Məhz Həzrət Mehdinin (ə) zühur edəcəyi dövrdə bütün yer kurəsi Allahın saleh bəndələrin ixtiyarına keçəcək.

Həzrət Mehdinin (ə) zühurunu sübuta yetirən ayələrdən biri də Qəsəs surəsinin 5-ci ayəsidir. Allah-Taala bu ayədə buyurur:

Biz istədik ki, yer üzünün müztəzəflərinə (zəif salınmışlarına) mərhəmət göstərək və onları (camaata) öncül və varis edək. (Qəsəs-5).

Allah istəmişdir ki, xüsusi bir şəraitdə müstəzəfləri yer üzünün təkəbbürlü hakimlərinə qalib etsin. Bəni-İsrailin fironçular üzərində qələbəsi buna misal ola bilər. Uyğun qanunun daha kamil nümunəsi İslamın zührundan sonra Peyğəmbərin hakimiyyətidir. İslami rəvayətlərə əsasən, daha kamil nümunə zühur dövründə Həzrət Mehdinin (ə) hakimiyyətidir. İmam Sadiq (ə) buyurur: Həqiqətən, ayə dünyanın sonunda zühur edib zalımların kökünü kəsəcək, şərq və qərbə sahib olacaq, bütün yer üzünü zülm bürüdükdən sonra ədaləti bərpa edəcək əmr sahibinə (İmam Zaman - ə.c) aiddir.

Maidə surəsi 54-cü ayəsi də İmam Məhdinin zühurunu təsdiqləyir. Şərif ayədə Allah-Taala buyurur:

Ey iman gətirənlər! Sizlərdən hər hansınız öz dinindən dönsə, Allah elə bir cəmiyyət gətirər ki, onları dost tutar və onlarda Onu sevər. Onlar möminlər qarşısında təvazökar, kafirlər qarşısında sərtdirlər. Onlar Allah yolunda cihad edər və heç bir məzəmmətdən çəkinməz. Bu, Allahın istədiyi kəsə verdiyi fəzldir.Allahın fəzli genişdir və Allah biləndir. (Maidə/54).

Ayədə bildirir ki, bir cəmiyyət vəzifəsinə əməl etmədiyindən başqa bir cəmiyyətlə əvəz olunur. Onlar Allah Rəsulunun xəlifəsini rədd edib, cihaddan boyun qaçırdılar. Eləcə də, Allahın dininin tətbiqində səhlənkarlıq göstərdilər. İmam Sadiq (ə) buyurub: Həqiqətən, əmr sahibi (İmam Zaman - ə.f) hifz olunur. Əgər bütün bəşəriyyət məhv olsa, Allah-Taala onun səhabələrini ətrafında toplayar.

Ənfal surəsi 39-cu ayəsi Həzrət Mehdinin (ə) zühurunu sübuta yetirən ayələrindəndir. Allah-Taala buyurur: Fitnəni aradan götürüb, bütün din Allaha məxsus olanadək onlarla vuruşun. (Ənfal-39).

Ayədə bildirilir ki, şirk və küfrün kökü qazılmalıdır. Din bütünlüklə Allaha məxsus olmalı və yer üzündə bir nəfərdə olsun müşrik qalmamalıdır. Hələ ki, məqsəd gerçəkləşməmişdir. Hansı ki, nə vaxtsa yer üzündə fitnənin kökü kəsilməli və din yalnız Allah üçün olmalıdır. İmam Sadiq (ə)-dan yuxarıdakı ayə haqqında soruşulduqda (Ənfal-39) Həzrət buyurur: Hələki ayə gerçəkləşməmişdir. Əgər bizim Qaim qiyam etsə, həmin dövrdə olanlar ayənin gerçəkləşməsini görər. Bütün yer üzündə şirk və bütpərəsliyin kökü kəsilər. Həmin əsrdə yer üzündə bir nəfər olsun müşrik olmaz.

Natiq Şıxəliyev







 

 

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 

 


"Təbliğ" ayəsi üzərində yeni bir təhlil

Əgər biz “təbliğ” ayəsinin nazil olma səbəbi, eləcə də, “Qədir-Xum” barəsində nəql olunan bütün rəvayətləri nəzərə almayıb, elə bu və bundan sonrakı ayələrin mənasını diqqətlə nəzərdən keçirək, İslam peyğəmbərinin (s) canişinlik və xəlifəliyi ilə bağlı vəzifəmizi ayırd edə bilərik.

İzah: Bu ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:

1. Ayədən məlum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malik olmuşdur. Hətta Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) göstəriş verilmişdir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifə imiş. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!

Məlum olduğu kimi, burada sadə bir şərt nəzərdə tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanmışdır.

2. Bu ilahi əmr sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.[1]

3. Ayənin ifadələri göstərir ki, elan olunacaq xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: “Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!”

Ayənin sonunda daha təkidlə buyurur: “Allah kafir cəmiyyəti hidayət etməz!”

Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir.

Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-Əkrəmin (s) ömrünün axırlarında ümmətə çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan və müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz budur! Əgər “təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən başqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən uyğunlaşmayacaq.

Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mənası ilə bağlı fikir və nəzərlərinin heç biri deyilən təkidlərlə əsla uyğunlaşmır və həqiqətdə ayəni təfsir etməkdə “acizdirlər” (çünki imamət və vilayətə etiqadlı deyillər).

“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ

Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.

Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost” mənasına təfsir etməyə çalışsalar da[2], müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:

1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birlərilə qardaşdır.[3] Həmçinin başqa bir ayədə buyurulur: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!”[4]

Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.

2. Peyğəmbəri-Əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.

3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:

هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.”[5]

Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:

هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”

Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.”

“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”[6]

“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.[7]

Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “vilayət” sözü xilafətdən başqa bir məna daşıya bilməz.

4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri bizim müddəamıza canlı bir şahiddir.

“QƏDİR-XUM” HƏDİSİNİ TƏSDİQ EDƏN DİGƏR AYƏLƏR

“Məaric” surəsinin başlanğıcında buyurulur:

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ

“Bir nəfər vaqe olacaq əzab barədə soruşdu. O əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!”[8]

Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi barədə belə demişlər:

İslam Peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə seçib  (مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ ) “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” – hədisini buyurandan sonra bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Münafiqlərdən olan Nöman ibn Haris Fehri[9] Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: “Sən bizə göstəriş verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə şəhadət verək. Biz də şəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) işarə etdi) öz yerinə canişin təyin edərək dedin: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!” Bu göstəriş özündəndir, yoxsa Allah-taala tərəfindən?”

Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun ki, Allah tərəfindəndir!”

Bu vaxt Nöman ibn Haris üzünü döndərib dedi: “İlahi! Əgər bu söz haqq və Sənin tərəfindəndirsə, onda bizim başımıza bir daş endir!” Elə bu zaman birdən səmadan bir daş düşüb, onun başını yardı və qeyd etdiyimiz ayələr nazil oldu.

Bu rəvayət “Məcməül-bəyan” kitabında Əbül-Qasim Həskanidən nəql olunmuşdur.[10] Uyğun rəvayəti əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi (“Ruhul-məani” kitabında) və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.[11]

Əllamə Əmini “Əl-qədir” kitabında bu rəvayəti otuz nəfər əhli-sünnə alimindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin “Sirə”, Həməvinin “Fəraidus-səmteyn”, Şeyx Məhəmməd Zərəndinin “Durərus-səmteyn”, Şəmsəddin Şafeinin “Əs-siracul-munir”, Süyutinin “Şərhu-camiis-səğir”, Hafiz Əbu Übeyd Hərəvinin “Təfsiru-ğəribil-Quran” və Əbu Bəkr Nəqqaşın “Təfsiru-şəfais-südur” kitablarından nəql etmişdir.

İmam Əlinin (ə) fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən təfsir və hədis alimlərindən bəziləri yuxarıdakı ayələrin nazil olma səbəbinə müxtəlif iradlar tutmuşlar. “Əl-mənar” kitabının müəllifi və digər əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra belə iradlar irəli sürmüşlər:

Birinci irad: “Məaric” surəsi Məkkədə nazil olmuşdur. Belə isə, “Qədir-Xum" hadisəsi ilə necə uyğun gələ bilər?

Cavab: Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-Kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, “mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə nazil olmuşdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur.[12] Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur.[13] Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də “Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur.[14] Bir sözlə, Qurani-Kərimdə bəzi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. “Məaric” surəsi də bu qəbildəndir.

İkinci irad: “Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman “Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. “Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır.

Cavab: Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, “əbtəh” və “bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şəninə söylədiyi məşhur şerlərində onların qatilləri ilə bağlı belə deyilir:

“Mələkna fəkanəl-əfvu minna səciyyətən,

Fələmma mələktum, salə bid-dəmi əbtəhu,

Və həlləltumu qətləl-usari və taləma,

Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.”

“Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi,

Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş!

Siz hətta keçmədiniz əsirlərin qanından,

Bizimsə güzəştimiz könüllərdə yer almış!”

Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən “Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən “Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır.[15]

Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir:

Və təinnu nəfsi lər-rübui və qəd ğəda,

Bəytun-nəbiyyi muqəttəul-ətnabi,

Bəytun li-alil-Mustəva fi Kərbəla,

Zərbuhu bəynə əbatihin və rəvabi.

“Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada “əbtəh” qumluq yerlər mənasındadır.)

İçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şerlər çoxdur. Bir sözlə, “əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir məntəqəyə məxsus deyil.

BU AYƏLƏRİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI AYƏLƏRLƏ ƏLAQƏSİ NECƏDİR?

Bəzi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qurani-Kərimin bəlağət və fəsahətinə ziddir.[16]

Quran ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də möminlərdən danışılır. “Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, “ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Quranın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur.

Bir surənin məzmunca müxtəlifliyi Qurani-Kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qurani-Kərim əvvəlcədən təyin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, “Maidə” surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə “Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin təyin edilməsinin də “kitab əhli”nə təsiri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.

NƏ ÜÇÜN ƏLİ (Ə) “QƏDİR-XUM” HƏDİSİNƏ İSTİNAD ETMƏDİ?

Bəziləri bəhanə axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən “Qədir-Xum” hədisi həqiqətdirsə, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları daha yaxşı olmazdımı?

Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından məlumatsızlıqdan irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql olunmuşdur ki, Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları “Qədir-Xum” hədisinə istinad etmişlər. Maraqlıdır ki, irad tutanlar bunları necə görməmişlər?

Xətib Xarəzmi Hənəfi “Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə təyin etmək üçün altı nəfərdən ibarət) Şura günü Əli (ə) ilə birlikdə idim. O, şura üzvlərinə belə deyirdi: “Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb və əcəm onu dəyişməyə qadir deyil... Sizi Allaha and verirəm! Sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev. Hazır olanlar bunu qaib olanlara çatdırsınlar!”

Hamı dedi: “Xeyr!”[17]

Bu rəvayəti Həməvinin “Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm “Durrun-nəzim” kitabında və İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər “Əs-səvaiq” kitabında Darü-Qutnidən nəql etmişlər.[18]

“Əl-qədir” kitabında imam Əlinin (ə) müxtəlif vaxtlarda, o cümlədən, Osmanın xilafəti və öz xilafəti dövründə, Cəməl müharibəsində və Kufədə Siffeyn müharibəsi günü Qədir-Xum hədisinə əsaslanmasına və uyğun mənbələr geniş yer verilmişdir. Bundan əlavə, Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə istinad etmələrini nəql etmişdir. Bu da müəllifin geniş məlumatından və bu hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olmasından danışır. Hərçənd, hər dövrdə mövcud siyasətə uyğun olaraq bunu əhəmiyyətsiz qələmə verməyə çalışmışlar. Bu bəhsin əhatəsi geniş olduğundan deyilənlərlə kifayətlənirik.[19]

Qeydlər:

[1] - Fəxri-Razi bu ayənin təfsirində yazır: “Hədis raviləri və “sirə” yazanların nəql etdiklərinə əsasən, yuxarıdakı ayə nazil olduqdan sonra Peyğəmbər (s) 81, yaxud 82 gündən artıq həyat sürmədi. (“Kəbir” təfsiri, 11-ci cild, səh. 139.) “Əl-mənar” və digər kitablarda da “Maidə” surəsinin bütövlükdə sonuncu həcc mərasimində nazil olduğu qeyd olunmuşdur. (“Əl-mənar”, 6-cı cild, səh. 116.) Əlbəttə, bəziləri “təbliğ” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-əkrəmin (s) qeyd edilən gündən də az həyat sürdüyünu nəql etmişlər.

[2] Çünki bu sözün mənalarından biri də budur və biz də bunu qəbul edirik.

[3] “Hücurat” surəsi, ayə: 10.

[4] “Tövbə” surəsi, ayə: 71.

[5] “Müsnədi-Əhməd”, 4-cü cild, səh. 281. (“Fəzailul-xəmsə” kitabından nəqlən, 1-ci cild, səh. 432.

[6] “Tarixi-Bağdad”, 7-ci cild, səh. 290.

[7] - “Feyzül-qədir”, 6-cı cild, səh. 217 və “Əs-səvaiq”, səh. 107.

[8] - “Məaric” surəsi, ayə: 1-3.

[9] - Bəzi rəvayətlərdə Haris ibn Nöman, bəzilərində isə Nəzr ibn Haris adı ilə nəql olunmuşdur.

[10] - “Məcməül-bəyan”, 9-10-cu cild, səh. 352.

[11] - “Təfsiri-Sələbi”, 10-cu cild, səh. 6757.

[12] - “Təfsiri-Təbəri”, 20-ci cüz, səh. 86 və “Təfsiri-Qurtubi”, 13-cü cüz, səh. 323.

[13] - Əlavə məlumat əldə etmək istəyənlər “Əl-qədir” kitabının 1-ci cildinin 256-257-ci səhifələrinə müraciət edə bilərlər.

[14] - “Təfsiri-Əbis-Süud” (Fəxri-Razinin “Kəbir” təfsirinin haşiyəsində), 8-ci cüz, səh. 148 və “Əs-siracul-munir”, 4-cü cild, səh. 310.

[15] - “Əl-qədir”, 1-ci cild, səh. 255.

[16] - “Əl-mənar”, 6-cı cild, səh. 466.

[17] - “Mənaqib”, səh. 217.

[18] - “Əl-qədir”, 1-ci cild, səh. 161.

[19] - Əlavə məlumat əldə etmək istəyənlər “Əl-qədir” kitabının 1-ci cildinin 159-213-cu səhifələrinə müraciət edə bilərlər.

 

 

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Həzrət Məhəmməd (s) insanlığı zülmətdən nura çıxartdı. O Həzrət (s) elə bir dövürdə insanlığa töhfə olundu ki, insanlar cəhalət bataqlığında qərq olurdu. İslam peyğəmbəri insanlara insan kimi yaşamağı öyrətdi. Onun buyuruqlarına tabe olanları insanlığın ən üstün qülləsinə yüksəltdi. Məsələn: Salaman Farsi, Əmmar Yasir, Əbuzər Ğifari və s...

Təəssüflər olsun ki, Peyğəmbərin (s) vəfatından sonra  İslam dinini tam yəqinliklə qəbul etməyən şəxslər fəsadlar törədərək bu dini zəiflətdilər. Demək olar ki, insanlar cəhalət dövrünə qayıtdılar. Çox az insanlar dini ayinləri icra edirdilər. Belə bir dövrdə Peyğəmbərin (s) yer üzərindəki canişini İmam Hüseyn (ə)  qiyam etdi və islam dinini yenidən diriltdi. Dinə yeni bir həyat bəxş etdi. Buna görə də bu qiyam həmişə dini rəhbərlər tərəfindən anıldı. Çünki bu qiyam insanlığa  çoxlu dərslər öyrətdi. Onun ən önəmli dərsi azadlıq  və zülmə boyun əyməmək idi. Bu xüsusiyyət və dərslərə görə dini rəhbərlər bu qiyamı daim yaşadırdılar. Amma din düşmənləri tarix boyu qiyamı unutdurmağa çalışıblar. Qiyam  haqda  müxtəlif  şübhələr yaratdılar  və  bu yolla insanları qiyamdan  uzaqlaşdırmağa çalışdılar.  Bu  şübhələrdən  biri də  əzadarlıq  haqdadır. Onlar deyirlər ki,  İmam  Hüseynin (ə)  əzadarlıq  məclisləri  Əhli-beyt tərəfindən qeyd  olunmamışdır.  Deməli  bu  əzadarlıqların heç  bir dini  əsası  yoxdur.  Onlar  bu  yolla  qiyamın  hədəfləri,  amalı  və  xüsusiyyətləri  haqda danışılan  əzadarlıq  məclislərindən  insanları uzaqlaşdırmaq  istəyirlər.

Amma biz Əhli-beytin (ə) tarixinə nəzər salanda bu iddianın tamamilə səhv olduğunu  dərk  edirik. İmamlarımız yaşadıqları siyasi böhran və sıxıntıya görə İmam Hüseyn (ə) əzadarlığını gizli və çox çətin şəraitdə qeyd edirdilər. Amma heç vaxt tərk etmirdilər. Biz imamların yaşadığı şəraitə əsasən əza məclislərin necə bərpa etməsindən bir neçə nümunəni qeyd edirik.

1- İmam Zeynəlabidin (ə)

İmam Sadiq (ə) buyurub: İmam Zeynəlabidin (ə) atası üçün qırx il ağladı. Qulamı onun üçün yemək  gətirəndə yemirdi və buyururdu: Peyğəmbərin övladını  ac və susuz  öldürdülər. Bu cümləni yeməyi göz yaşı ilə qarışana qədər təkrar edirdi.  İmam Zeynəlabidin (ə) ölənə qədər bu işi təkrar etdi. (Vəsailuş-şiə, c 3, s 280, bab 87, hədis 3657)

2-İmam Baqir (ə)

İmam Hüseynin (ə)  əza məclislərindən birində  şair  mərsiyə oxudu. İmam Baqir (ə) buyurdu: Əgər var-dövlətim olsaydı. Hamısını ona bağışlayardım. (Misbahul-mutəhəccid, s 713)

3- İmam Sadiq (ə)

Zeyd ibn Şiham deyir:  Bir gün küfəlilərlə İmam Sadiqin (ə) hüzurundaydıq. Cəfər ibn Əffan adlı bir şair məclisə daxil oldu. İmam ona ehtiram göstərdi və yanında oturtdu. İmam buyurdu: Sən İmam Hüseyn (ə) haqda gözəl şeirlər yazmısan. Onlardan bizə oxu. Şair oxudu. İmam və məclisdəkilər ağladı. İmam ona buyurdu: Ey Cəfər! Allahın mələkləri sənin səsini eşidib, ağladı. Allah indi cənnəti sənə vacib etdi. ( Biharul-ənvar, c 44, s 282)

4-İmam Rza (ə)

Əhli-beyt (ə) şairi  Debel   Xuzai  deyir : Bir gün İmam Rzanın (ə) hüzuruna yetişdim. İmamın şiələri də Həzrətin yanında əyləşmişdi. İmam  Rza (ə) çox qəmgin idi. İmam məni görəndə buyurdu: Ey Debel ! Xoş halına sən bizə əlin və dilinlə kömək edirsən. Sonra mənə ehtiram etdi və yanında mənə yer verdi.Sonra buyurdu:  Bu günlər Əhli-beytin qəm günləridir. Bu haqda bir şeir oxu. Mən şeir oxudum. İmam  və məclisdəkilər şiddətlə ağladılar. (Biharul-ənvar, c 45, s 257)

Bu hədisləri mütaliə etdikdən sonra aydın olur ki, İmam Hüseyn (ə) əzadarlığı  imamlarımız tərəfindən həmişə qeyd olunmuş və bizim dövrümüzə gəlib çıxmışdır. Amma imamların dövründəki siyasi vəziyyət  onalara əzadarlığı geniş şəkildə qeyd etməyə imkan verməmişdir. Onlar yalnız bu mərasimləri öz yaxın səhabələri ilə birlikdə qeyd etmişlər.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 

Peyğəmbər (s) xütbəyə ilk öncə Allah-Taalaya həmd-səna ilə başladı. Allahın qüdrət və rəhmət sifətlərini zikr etdikdən sonra onun müqabilində öz bəndəliyinə şəhadət verdi.

Sonra Peyğəmbər (s), İmam Əli (ə) ilə bağlı çox mühüm bir məsələni xalqa çatdırdı. Peyğəmbər (s), onu da bildirdi ki, bu xəbəri xalqa çatdırmasa, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş sayılacaq. O həzrət, buna görə Allahın əzabından qorxduğunu dedi. Qədir-Xum hadisəsinin ən önəmli məqamı da məhz bundan ibarətdir.

Daha sonra O həzrət (s), “imamlıq” məqamı haqqında məlumat verib özündən sonra gələcək on iki imamın imamət və vilayət sahibi olacaqlarını bəyan etdi.

Həzrətin buyurduqlarında, on iki imamın vilayətinin bütün zaman, məkan və insanlara aid olması, digər bir mühüm məsələ kimi gözə çarpır. Əhli-beytin (s) sözü və qərarı, həyatın bütün sahələrində qəti dəlildir. Onlar, peyğəmbərdən (s) sonra Allahın həqiqi nümayəndələri, Onun halal-haramını açıqlayan yeganə mötəbər şəxslərdir.

Peyğəmbər (s), xütbə əsnasında Həzrət Əlini (ə) camaata belə təqdim etdi:


"من کنت مولاه فهذا علی مولاه اللهم وال من والاه و عاد من عاداه و انصر من نصره و اخذل من خذله"

"Mən kimin rəhbəriyəm (əmr sahibi) Əli (ə) də onun rəhbəridir. İlahi! Onun dostları ilə dost, düşmənləri ilə düşmən ol və onu xar etmək istəyənləri xar et".

Dinin tam və kamilliyini imamların vilayəti ilə əlaqələndirdi. Sonra Allah, mələklər və camaatı şahid tutdu.

Xütbənin davamında həzrət peyğəmbər (s) buyurdu: “İmamların vilayətini inkar edənlərin əməlləri qəbul olmaz və o şəxslərin yeri cəhənnəmdir”.

Həzrət sonra imam Əlinin (ə) bəzi fəzilət və dəyərlərini açıqlayaraq (s) bildirdi ki, Əhli-beytə düşmən olan hər kəsə Allahın qəzəbinə tuş gələcək.

Sonra Qurani-kərimdən bəzi əzab ayələrini tilavət edib “Bu ayələrdə məqsəd mənim bəzi səhabələrimdir” deyərək özündən sonra Əhli-Beytin (ə) məqam və haqqını qəsb edənləri lənətlədi.

Peyğəmbər (s) xütbəsində Əhli-beytin məhəbbət və vilayətinin təsirlərini açıqladı; Həmd surəsində deyilən “doğru yol”un Əhli-beytin (ə) tərəfdarı olmaqda xülasə etdi.

Peyğəmbər (s), Quranda cənnətdən bəhs edən əyələri, məhz Əhli-Beyt (ə) tərəfdarlarının məqamı haqqında nazil olduğunu bildirdi.

Sonda Peyğəmbər (s), 12-ci imam barədə mühüm məsələlərə işarə etdi. İmamın xüsusiyyətlərini açıqladı. Həzrət (ə) müjdə verib bildirdi ki, məhz onun vasitəsi ilə dünyada ədalət bərpa olacaq. Peyğəmbər (s), camaatı özü və imam Əli (ə) ilə "beyət" etməyə dəvət edərək bu beyətin Allahın əmri ilə olduğunu dedi.

Peyğəmbər (s) ilahi əhkam barədə danışdı: “Mən halal və haramı imamların vasitəsi ilə qiyamətə qədər bəyan edirəm. Onların elm və əməlləri haqqdır.”

Həzrət peyğəmbər (s) on iki imama itaət etməyi və bu mühüm hadisəni gələcək nəsillərə çatdırmağı əmr etdi.

Xütbədən sonra camaat İmam Əliyə (ə) beyət etdilər.

Həzrət peyğəmbər (s) sonda əmrlərini inkar edənlərı qarğıdı və onu təsdiqləyənlər üçün dua etdi. Xütbə, Allaha həmd-səna ilə başa çatdı.

"الا و انّی قد بایعت الله و علیٌّ قد بایعنی و انا آخذکم بالبیعة له عن الله عزّ و جلّ انّ الذین یبایعونک انّما یبایعون الله، ید الله فوق ایدیهم. فمن نکث فانّما ینکث علی نفسه و من اوفی بما عاهد علیه الله فسیؤتیه اجراً عظیماً"

"Agah olun ki, mən Allaha beyət etmişəm, Əli (ə) də mənə beyət etmişdir və mən sizdən onun üçün Allahın əmri ilə beyət alıram. Onunla beyət edənlər Allaha beyət etmişdir. Allahın (qüdrət) əli bütün əllərdən (qüdrət və güclərdən) üstündür. Hər kəs zülm etsə özünə edib və hər kəs əhdinə vəfa etsə ona böyük əcr və savab veriləcəkdir.

Hazırladı: Şəhriyar

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


Həzrəti Zəhranın (s) toy mərasimi

Həzrət Fatimə (s) Peyğəmbərin (s) gözünün nuru, vücudunun bir parçası, ürəyinin meyvəsi idi. Vəhy evində tərbiyə olunmuşdu. Buna görə də ən gözəl əxlaq və kamala sahib idi. Onun həyatı bütün insanlara ən yaxşı nümunədir. Allahın salavat və salamı Ona, Atasına, Ərinə və Övladlarına olsun.

Həzrət Peyğəmbər (s) qızı Fatimənin (s) Həzrət Əli (ə) ilə evlənməsinə razı olduğunu öyrəndikdən sonra Əliyə (ə) buyurdu: "Ya Əli (ə)! Get zirehini (qalxan, dəbilqə və s...) sat!

İmam Əli (ə) buyurur: Zirehimi 5 yüz dirhəmə satdım və pulun hamısını Peyğəmbərə (s) təhvil verdim. Nə mən pulun miqdarını dedim və nə də O həzrət (s) soruşdu. Peyğəmbər (s) o sikkələrdən bir ovuc götürüb Bilala verdi ki, Həzrət Fatimə üçün ətir alsın. Sonra iki ovuc sikkə götürüb Əbu Bəkrə verdi ki, cehiz alsın. Qalan sikkələri də Həzrət Zəhra (s) üçün saxladı".

Sonra isə həmin məclisdə nikah bağlandı. İki-üç ay sonra isə toy məclisi quruldu. Həzrət Peyğəmbər Əliyə (ə) buyurdu: "Toy üçün həyat yoldaşına hörmət əlaməti olaraq yaxşı yemək süfrəsi düzəlt. Çörək və ət məndən, sən isə xurma və yağ hazır et.

Yaxşı süfrə açıldı, gözəl toy quruldu. Çoxlu qonaqlar gəldilər. Bu mübarək toyun gözəl və bərəkətli süfrəsindən xörək yedilər. Toy süfrəsindən bəy və gəlin üçün də pay götürdülər.

Qonaqlar dağılmışdı. Qürüb vaxtı idi. Həzrət Peyğəmbər (s) Ümmi Sələməyə buyurdu: "Fatiməni (s) yanıma gətir".

Ümmi Sələmə deyir: Getdim və Fatiməni (s) gətirdim. Həyasından üzü tərləmişdi. Paltarının uzun ətəklərini çəkirdi. Utanırdı. Ayağı büdrədi. Peyğəmbər (s) Onun (ə) bu halını görüb dua etdi: "Qızım! Allah-Taala səni dünya və axirətdə bütün sürüşmə və büdrəmələrdən qorusun".

Bu zaman Əli (ə) Peyğəmbərin (s) yanında idi. Peyğəmbər (s) qızının əlindən tutub onun əlini kənarında dayanan Əlinin (ə) əlinə qoyub buyurdu: "Allah Peyğəmbərin (s) qızını sənə mübarək etsin. Fatimə sənin üçün gözəl əyaldır."

Sonra üzüni Fatiməyə tutub dedi: "Qızım, Fatimə! Əli (ə) sənin üçün yaxşı ərdir. Heç vaxt ona itaətsizlik etmə".

Sonra Əliyə (ə) dedi: "Ey Əli! Xanımın Fatimə ilə məhəbbət, sevgi və dostluqla yaşayın. Çünki Fatimə (s) mənim vücudumun bir parçasıdır. Onun kədəri və əzabı mənim kədərim və əzabımdır. Onun sevinci mənim sevincimdir...".

İmam Əli (ə) buyurur: "And olsun Allaha ki, hec vaxt Fatiməni qəzəbləndirmədim. Onu heç bir işə məcbur etmədim. O da heç vaxt məni qəzəbləndirmədi və heç vaxt mənə itaətsizlik etmədi".

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Peyğəmbər (s) buyurub: "Ey Fatimə (ə)! Qiyamət günü, Hüseynin (ə) əzasında ağlayan gözlərdən başqa bütün gözlər ağlayacaq. O gözlərin sahibi sevincdən güləcək və behişt nemətləri ilə müjdələnəcək" ("Bihar əl-ənvar", c. 44, səh. 293).

Əzadarlıq və ağlamaq yaranış qanunlarından biri kimi
İnsan vücudunda olan ilahi qanunlardan biri də ruhi və psixoloji reaksiyadır. Bu, insanın sevindirici və ya kədərləndirici hadisələrlə qarşılaşdığı zaman özünü büruzə verir. Bu, insanın varlığında var və fitridir. Əgər insan gözləmədiyi bu və ya digər xəbəri eşitsə və ya onunla üzləşsə, onun daxili hissləri təhrik olunur və onda hadisəyə uyğun reaksiya baş verir.
Bu hal, acı hadisələrdə, müsibət və əziyyətlərdə insanın ağlaması, kədərlənməsi və göz yaşı tökməsilə nəzərə çarpır.
Digər tərəfdən isə insan xoş səhnələr və hadisələrlə qarşılaşdığı zaman sevinmək və şadlanmaqla öz hissini bildirir.
Övladını və ya digər bir əzizini itirmiş ananın gözlərindəki yaş damlaları onun daxili və ruhi sarsıntısından xəbər verir. O, əzizinin ölümündə dözümsüzlük göstərir və bu da ananın yaranışında Allah-Taala tərəfindən ona verilmiş instinktiv duyğudur. Bu məsələ nəinki pislənmir, hətta təriflənir və qürur doğurur.
Buna əsasən, mərsiyə və rövzə demək hissi insanın fitrətindən doğur, bunu inkar etmək insanın fitrətini inkar etmək deməkdir.
Məsumların (ə) hər birinin spesifik bir keyfiyyəti olmuşdur. İmam Hüseyndə (ə) də elə bir keyfiyyət var ki, digər məsumlarda o yoxdur: həm onun dünyaya gəlməsindən öncə və həm də sonra bütün peyğəmbərlər və imamlar onun müsibətinə göz yaşı tökmüş, bu göz yaşını özləri üçün bir fəxr saymışlar.
Biz burada həzrət Peyğəmbərin (Allahın salavat və salamı ona və Əhli-beytinə olsun) İmam Hüseynə (ə) ağlaması mövzusuna toxunacaq və bir neçə hədisi qeyd edəcəyik. Nümunə olaraq nəql edəcəyimiz hədislərin bəzisi şiələrin, bəzisi isə əhli-sünnənin mötəbər mənbələrindən olacaqdır.

Şiə hədislərində həzrət Peyğəmbərin (s) ağlaması
Bu barədə şiə mənbələrində çoxlu hədis nəql olunmuşdur ki, biz onların bir neçəsin qeyd edirik. Şeyx Səduq “Üyunu əxbar ər-Rza” kitabında yazır:
... فَلَمَّا كَانَ بَعْدَ حَوْلٍ وُلِدَ الْحُسَيْنُ (عليه السلام) وَ جَاءَ النَّبِيُّ (صلي الله عليه و آله و سلم) فَقَالَ يَا أَسْمَاءُ هَلُمِّي ابْنِي فَدَفَعْتُهُ إِلَيْهِ فِي خِرْقَةٍ بَيْضَاءَ فَأَذَّنَ فِي أُذُنِهِ الْيُمْنَى وَ أَقَامَ فِي الْيُسْرَى وَ وَضَعَهُ فِي حَجْرِهِ فَبَكَى فَقَالَتْ أَسْمَاءُ بِأَبِي أَنْتَ وَ أُمِّي مِمَّ بُكَاؤُكَ قَالَ عَلَى ابْنِي هَذَا قُلْتُ إِنَّهُ وُلِدَ السَّاعَةَ يَا رَسُولَ اللَّهِ فَقَالَ تَقْتُلُهُ الْفِئَةُ الْبَاغِيَةُ مِنْ بَعْدِي لَا أَنَالَهُمُ اللَّهُ شَفَاعَتِي ثُمَّ قَالَ يَا أَسْمَاءُ لَا تُخْبِرِي فَاطِمَةَ بِهَذَا فَإِنَّهَا قَرِيبَةُ عَهْدٍ بِوِلَادَتِه‏ ...
Əsma deyir: "...Növbəti il Hüseyn (ə) dünyaya gəldi. Peyğəmbər (s) (Xanım Zəhranın (ə) evinə) gəldi və dedi: “Ey Əsma! Övladımı gətir”. Mən ağ parçaya bükülmüş Hüseyni (ə) həzrətə verdim. Peyğəmbər (s) onun sağ qulağına azan, sol qulağına iqamə oxudu və onu qucağında tutub ağladı. Əsma soruşdu: “Atam və anam sənə fəda olsun! Nə üçün ağlayırsan?” Həzrət peyğəmbər (s) buyurdu: “Bu övladımın halına ağlayıram!” Dedim: "O indicə dünyaya gəlib, ey Allahın Rəsulu!” Peyğəmbər (s) buyurdu: “Məndən sonra zalımlar onu öldürəcəklər. Allah mənim şəfaətimi onlara nəsib etməsin!” Sonra Peyğəmbər (s) buyurdu: "Ey Əsma! Bu xəbəri (Hüseynin (ə) öldürülməsini) Fatiməyə (ə) demə! Çünki yenicə onun (ə) anası olub” (“Uyunu əxbar ər-Rza(ə)”, c .2, səh. 26).

Mərhum Şeyx Müfid “əl-İrşad” kitabında yazır:
عَنْ أُمِّ سَلَمَةَ أَنَّ رَسُولَ اللَّهِ خَرَجَ مِنْ عِنْدِنَا ذَاتَ لَيْلَةٍ فَغَابَ عَنَّا طَوِيلًا ثُمَّ جَاءَنَا وَ هُوَ أَشْعَثُ أَغْبَرُ وَيَدُهُ مَضْمُومَةٌ فَقُلْتُ لَهُ يَا رَسُولَ اللَّهِ مَا لِي أَرَاكَ أَشْعَثَ مُغْبَرّاً فَقَالَ أُسْرِيَ بِي فِي هَذِهِ اللَّيْلَةِ إِلَى مَوْضِعٍ مِنَ الْعِرَاقِ يُقَالُ لَهُ كَرْبَلَاءُ فَرَأَيْتُ فِيهِ مَصْرَعَ الْحُسَيْنِ وَ جَمَاعَةٍ مِنْ وُلْدِي وَ أَهْلِ بَيْتِي فَلَمْ أَزَلْ أَلْتَقِطُ دِمَاءَهُمْ فِيهَا هِيَ فِي يَدِي وَ بَسَطَهَا فَقَالَ خُذِيهِ وَ احْتَفِظِي بِهِ فَأَخَذْتُهُ فَإِذَا هِيَ شِبْهُ تُرَابٍ أَحْمَرَ فَوَضَعْتُهُ فِي قَارُورَةٍ وَ شَدَدْتُ رَأْسَهَا وَ احْتَفَظْتُ بِهَا فَلَمَّا خَرَجَ الْحُسَيْنُ (عليه السلام) مُتَوَجِّهاً نَحْوَ أَهْلِ الْعِرَاقِ كُنْتُ أُخْرِجُ تِلْكَ الْقَارُورَةَ فِي كُلِّ يَوْمٍ وَ لَيْلَةٍ فَأَشَمُّهَا وَ أَنْظُرُ إِلَيْهَا ثُمَّ أَبْكِي لِمُصَابِهَا فَلَمَّا كَانَ يَوْمُ الْعَاشِرِ مِنَ الْمُحَرَّمِ وَ هُوَ الْيَوْمُ الَّذِي قُتِلَ فِيهِ أَخْرَجْتُهَا فِي أَوَّلِ النَّهَارِ وَ هِيَ بِحَالِهَا ثُمَّ عُدْتُ إِلَيْهَا آخِرَ النَّهَارِ فَإِذَا هِيَ دَمٌ عَبِيطٌ فَضَجِجْتُ فِي بَيْتِي وَ كَظَمْتُ غَيْظِي مَخَافَةَ أَنْ يَسْمَعَ أَعْدَاؤُهُمْ بِالْمَدِينَةِ فَيُسْرِعُوا بِالشَّمَاتَةِ فَلَمْ أَزَلْ حَافِظَةً لِلْوَقْتِ وَ الْيَوْمِ حَتَّى جَاءَ النَّاعِي يَنْعَاهُ فَحُقِّقَ مَا رَأَيْتُ‏ .
Ümm Sələmədən belə rəvayət olunub: "Bir gecə həzrət Peyğəmbər (s) bizdən ayrıldı. Bir müddətdən sonra qayıtdıqda üst-başı toza batmışdı, özü də qəmli idi, əlini-əlinin üstünə qoymuşdu. Soruşdum: "Ey Allahın Rəsulu! Sizi toza bulanmış şəkildə görürəm". Buyurdu: “Bu gecə məni İraqa apardılar və Kərbəla adlanan yerdə endirdilər. Mən orada övladlarımın və əhli-beytimin bir dəstəsi ilə birlikdə şəhid olacaq övladım Hüseynin (ə) şəhadət yerini gördüm. Mən isə ardıcıl olaraq onların qanlarını (yerdən) toplayırdım. İndi də o qanlardan mənim əlimdə qalıb”.
Bu zaman Peyğəmbər (s) qanları mənə verib buyurdu: "Bu qanları saxla!" Mən qanı o həzrətdən aldım. O qan qırmızı torpağa bənzəyirdi. Qanı bir şüşədə saxladım. İmam Hüseyn (ə) İraqa doğru hərəkət edən zaman, mən hər gün o şüşəyə baxır, onu iyləyir və onun müsibətinə ağlayırdım".
Məhərrəm ayının onuncu günü çatdıqda, günün əvvəlində şüşəyə baxdım, onu əvvəlki vəziyyətində gördüm. Günün sonunda ona bir daha baxdım. Onun qatı bir qana çevrildiyini müşahidə etdim. Birdən fəryad çəkdim. Lakin onun düşmənlərinin qorxusundan məsələni gizli saxladım. Mən həmişə gözləyirdim. Sonra qəfildən Hüseyn ibn Əlinin (ə) qətlə yetirilməsi xəbəri Mədinədə elan olundu ("Əl-İrşad", c. 2, səh. 130; "İ`lam əl-vəra", səh. 219).

Habelə yazır:
"وَ رَوَى السَّمَّاكُ عَنِ ابْنِ الْمُخَارِقِ عَنْ أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ بَيْنَا رَسُولُ اللَّهِ (صلي الله عليه و آله و سلم) ذَاتَ يَوْمٍ جَالِسٌ وَ الْحُسَيْنُ (عليه السلام) فِي حَجْرِهِ إِذْ هَمَلَتْ عَيْنَاهُ بِالدُّمُوعِ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَاكَ تَبْكِي جُعِلْتُ فِدَاكَ قَالَ جَاءَنِي جَبْرَئِيلُ (عليه السلام) فَعَزَّانِي بِابْنِيَ الْحُسَيْنِ وَ أَخْبَرَنِي أَنَّ طَائِفَةً مِنْ أُمَّتِي سَتَقْتُلُهُ لَا أَنَالَهُمُ اللَّهُ شَفَاعَتِي‏ ."
Ümm Sələmə deyir:
-Günlərin birində həzrət Rəsulullah (s) əyləşmişdi, Hüseyn (ə) də onun qucağında idi. Bu zaman gözlənilmədən Peyğəmbərin (s) gözləri yaşla doldu. Dedim:
-Ey Allahın rəsulu, səni ağlayan halda görürəm.
Buyurdu:
-Cəbrayıl mənim yanıma gəldi və İmam Hüseynə (ə) görə başsağlığı verdi. Mənə məlumat verdi ki, mənim ümmətimdən bir dəstə onu öldürəcək, Allah onları mənim şəfaətimdən məhrum edəcəkdir ("Əl-İrşad", c. 2, səh. 130).

Əhli sünnə rəvayətlərində Peyğəmbərin (s) ağlaması
Əhli sünnə alimlərindən olan Hakim Nişaburi "əl-Mustədrək ələs-səhihəyn" kitabında yazır:
"( أخبرنا ) أبو عبد الله محمد بن علي الجوهري ببغداد ثنا أبو الأحوص محمد بن الهيثم القاضي ثنا محمد بن مصعب ثنا الأوزاعي عن أبي عمار شداد بن عبد الله عَنْ أُمِّ الْفَضْلِ بِنْتِ الْحَارِثِ أَنَّهَا دَخَلَتْ عَلَى رَسُولِ اللَّهِ ص فَقَالَتْ يَا رَسُولَ اللَّهِ رَأَيْتُ اللَّيْلَةَ حُلْماً مُنْكَراً قَالَ وَ مَا هُوَ قَالَتْ إِنَّهُ شَدِيدٌ قَالَ مَا هُوَ قَالَتْ رَأَيْتُ كَأَنَّ قِطْعَةً مِنْ جَسَدِكَ قُطِعَتْ وَ وُضِعَتْ فِي حَجْرِي فَقَالَ رَسُولُ اللَّهِ (صلي الله عليه وآله وسلم) خَيْراً رَأَيْتِ تَلِدُ فَاطِمَةُ غُلَاماً فَيَكُونُ فِي حَجْرِكِ فَوَلَدَتْ فَاطِمَةُ الْحُسَيْنَ (عليه السلام) فَقَالَتْ وَ كَانَ فِي حَجْرِي كَمَا قَالَ رَسُولُ اللَّهِ (صلي الله عليه وآله وسلم) فَدَخَلْتُ بِهِ يَوْماً عَلَى النَّبِيِّ ص فَوَضَعْتُهُ فِي حَجْرِهِ ثُمَّ حَانَتْ مِنِّي الْتِفَاتَةٌ فَإِذَا عَيْنَا رَسُولِ اللَّهِ (صلي الله عليه وآله وسلم) تُهْرَاقَانِ بِالدُّمُوعِ فَقُلْتُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا رَسُولَ اللَّهِ مَا لَكَ قَالَ أَتَانِي جَبْرَئِيلُ (عليه السلام) فَأَخْبَرَنِي أَنَّ أُمَّتِي سَتَقْتُلُ ابْنِي هَذَا وَ أَتَانِي بِتُرْبَةٍ مِنْ تُرْبَتِهِ حَمْرَاء ."
"Harisin qızı Ümmül-Fəzl bir gün Rəsulullahın (s) hüzuruna gəlib dedi:
-Bu gecə qorxulu yuxu görmüşəm.
Həzrət buyurdu:
-Öz yuxunu danış.
-Çox qəribə yuxudur.
-Hər halda, yuxunu danış.
-Yuxuda gördüm ki, sanki sizin bədəninizin bir parçası qopmuş və mənim ətəyimə düşmüşdür.
-Çox yaxşı yuxu görmüsən. Tezliklə Fatimənin (ə) uşağı dünyaya gələcək və o uşaq sənin ətəyində oturacaq.
Sonra Hüseyn (ə) dünyaya gəldi, o həzrət mənim ətəyimdə oturdu (Hakim Nişaburi, "Əl-Müstədrək", c. 3, səh. 176-177; İbn Əsakir, "Tarix mədinə Dəməşq", c. 14, səh. 196-197; İbn Kəsir, "Əl-Bidayə vən-nihayə", c. 6, səh. 258 və başqa mənbələr).
Bir gün Hüseyn (ə) mənim qucağımda olan zaman, Allah Rəsulunun (s) yanına getdim. O, Hüseynə bir nəzər saldı və gözləri yaşla doldu. Dedim:
-Atam-anam sizə fəda olsun! Niyə ağladınız?
-İndicə Cəbrayıl mənə nazil oldu və xəbər verdi ki, mənim ümmətim tezliklə bu övladımı şəhid edəcək.
Sonra mənə onun qırmızı torpağından bir qədər gətirdi.
Hakim Nişaburi hədisi nəql etdikdən sonra deyir:
"Bu, iki şeyxin (Buxari və Müslimin) şərtlərinə əsasən səhih hədisdir, amma onlar bunu nəql etməmişlər".

Yenə də başqa bir yerdə yazır:
" أخبرناه أبو الحسين علي بن عبد الرحمن الشيباني بالكوفة ثنا أحمد بن حازم الغفاري ثنا خالد بن مخلد القطواني قال حدثني موسى بن يعقوب الزمعي أخبرني هاشم بن هاشم بن عتبة بن أبي وقاص عن عبد الله بن وهب بن زمعة قال أخبرتني أم سلمة رضي الله عنها ان رسول الله صلى الله عليه وآله اضطجع ذات ليلة للنوم فاستيقظ وهو حائر ثم اضطجع فرقد ثم استيقظ وهو حائر دون ما رأيت به المرة الأولى ثم اضطجع فاستيقظ وفي يده تربة حمراء يقبلها فقلت ما هذه التربة يا رسول الله قال أخبرني جبريل (عليه الصلاة والسلام) ان هذا يقتل بأرض العراق للحسين فقلت لجبريل أرني تربة الأرض التي يقتل بها فهذه تربتها هذ حديث صحيح على شرط الشيخين ولم يخرجاه."
Abdullah ibn Zəm`ə deyib: "Ümm Sələmə mənə xəbər verdi ki, gecələrin birində Allahın Rəsulu (s) yatmışdı. Birdən iztirablı və nigaran halda yuxudan oyandı. Yenidən uzandı və gözünü yuxu apardı. Çox çəkmədi ki, yenidən yuxudan oyandı. Belə ki, iztirabı birinci dəfədən daha az nəzərə çarpırdı. Yenidən uzandı, yuxuya getdi və oyandı. O əlində bir qədər qırmızı torpaq var idi, onu qoxuyur və öpürdü! Dedim:
-Ey Allahın Rəsulu! Bu torpaq nədir?
-Cəbrayıl mənə xəbər verdi ki, Hüseyni İraq məmləkətində şəhadətə yetirəcəklər. Cəbrayıldan istədim ki, onun şəhadətə çatacağı məmləkətin torpağından mənə göstərsin. Bu torpaq həmin torpaqdır.
Hakim Nişaburi deyir: "Bu, iki şeyxin (Buxari və Müslimin) şərtlərinə əsasən səhih hədisdir, amma onlar bunu nəql etməmişlər" (Hakim Nişaburi, "Əl-Müstədrək", c. 4, səh. 398).

Habelə Təbərani "Möcəm əl-kəbir", Heysəmi "Məcmə əz-zəvaid" və Müttəqi Hindi "Kənz əl-ümmal" kitabında yazırlar:
"وعن أم سلمة قالت كان رسول الله صلى الله عليه وسلم جالسا ذات يوم في بيتي قال لا يدخل على أحد فانتظرت فدخل الحسين فسمعت نشيج رسول الله صلى الله عليه وسلم يبكى فأطلت فإذا حسين في حجره والنبي صلى الله عليه وسلم يمسح جبينه وهو يبكي فقلت والله ما علمت حين دخل فقال إن جبريل عليه السلام كان معنا في البيت قال أفتحبه قلت أما في الدنيا فنعم قال إن أمتك ستقتل هذا بأرض يقال لها كربلاء فتناول جبريل من تربتها فأراها النبي صلى الله عليه وسلم فلما أحيط بحسين حين قتل قال ما اسم هذه الأرض قالوا كربلاء فقال صدق الله ورسوله كرب وبلاء ، وفى رواية صدق رسول الله صلى الله عليه وسلم أرض كرب وبلاء."
Ət-Təbərani, "Möcəm əl-kəbir", c. 23, səh. 289-290; əl-Heysəmi, "Məcmə əz-zəvaid", c. 9, səh. 188-189; Müttəqi Hindi, "Kənz əl-ümmal", c. 13, səh. 656-657 və başqa mənbələr.
Ümm Sələmənin belə dediyi nəql olunub: "Peyğəmbər (s) mənim evimdə əyləşdiyi bir gün mənə buyurdu: "Ehtiyatlı ol ki, heç kəs mənim yanıma gəlməsin". Mən diqqətli idim, birdən Hüseyn (ə) daxil oldu və Allah Rəsulunun ağlamaq səsini eşitdim. Gördüm ki, Hüseyn (ə) Peyğəmbərin (s) qucağında, ya da onun yanındadır. Həzrət Rəsulullah (s) ağlar halda əlini onun başına çəkirdi. Üzr istədim və dedim: "And olsun Allaha! Mən onun otağa girməsini hiss etmədim". Allah Rəsulu (s) buyurdu: "Cəbrayıl burada idi. O, Hüseyni (ə) görüb soruşdu: "Onu sevirsənmi?" Cavabında dedim: "Bəli". Cəbrayıl dedi: "Sənin ümmətin onu Kərbəla adlı bir yerdə şəhid edəcək".
Ümm Sələmə deyir: "Sonra Cəbrayıl Kərbəla torpağından bir ovuc götürdü və həzrət Peyğəmbərə (s) göstərdi. Düşmən qoşunu Hüseyni (ə) mühasirəyə alan və onu şəhadətə çatdırmaq istədiyi zaman soruşdu: "Bu yerin adı nədir?" Dedilər: "Kərbəla". Hüseyn (ə) buyurdu: "Allah və Onun Rəsulu (s) düz buyurmuşlar: "kərb" (qüssə), və "bəla". Başqa bir rəvayətdə isə belə deyilir: "Allahın Rəsulu (s) düz buyurmuşdur: "kərb" (qüssə), və "bəla".
Heysəmi bu hədisi nəql etdikdən sonra deyir:
"Təbərani bunu müxtəlif sənədlərlə rəvayət etmişdir ki, onlardan birinin raviləri mötəbərdir".
Habelə Heysəmi "Məcmə əz-zəvaid", İbn Əsakir "Tarix mədinə Dəməşq", Məzzi "Təhzib əl-kamal" və İbn Həcər Əsqəlani "Təhzib ət-Təhzib" kitabında yazırlar:
"عن أم سلمة قالت كان الحسن والحسين يلعبان بين يدي رسول الله صلى الله عليه وسلم في بيتي فنزل جبريل فقال يا محمد إن أمتك تقتل ابنك هذا من بعدك وأومأ بيده إلى الحسين فبكى رسول الله صلى الله عليه وسلم وضمه إلى صدره ثم قال رسول الله صلى الله عليه وسلم يا أم سلمة وديعة عندك هذه التربة فشمها رسول الله صلى الله عليه وسلم وقال ويح وكرب وبلاء قالت وقال رسول الله صلى الله عليه وسلم يا أم سلمة إذا تحولت هذه التربة دما فاعلمي أن ابني قد قتل قال فجعلتها أم سلمة في قارورة ثم جعلت تنظر إليها كل يوم وتقول إن يوما تحولين دما ليوم عظيم."
İbn Həcər, "Təhzib ət-təhzib", c. 2, səh. 300-301;  əl-Məzzi, "Təhzib əl-kamal", c. 6, səh. 408-409; İbn Əsakir, "Tarix mədinə Dəməşq", c. 14, səh. 192-193; İbn Əsakir, "Tərcümə əl-İmam əl-Hüseyn", səh. 252-253; əl-Heysəmi, "Məcmə əz-zəvaid", c. 9, səh. 189 və başqa mənbələr.
Ümm Sələmənin belə dediyi nəql olunub: "Həsən və Hüseyn (ə) mənim evimdə Allah Rəsulunun (s) qarşısında oynayırdılar. Bu zaman Cəbrayıl nazil oldu və dedi: "Ey Məhəmməd! Sənin vəfatından sonra ümmətin bu övladını (Hüseyni) şəhid edəcək". Allah Rəsulu (s) ağladı və Hüseyni (ə) sinəsinə sıxdı. Sonra Allah Rəsulu (s) Cəbrayılın Hüseynin (ə) pak məzarından (qəbir yerindən) gətirdiyi türbəti əlində tutdu, iylədi və buyurdu: "Ondan "kərb" (qüssə) və "bəla" qoxusu gəlir". Sonra o torpağı Ümm Sələməyə tapşırdı və buyurdu: "Ey Ümm Sələmə! Diqqətli ol və bil ki, bu torpaq qana çevrilən zaman övladım Hüseyn (ə) şəhid edilmiş olacaq".
Ümm Sələmə türbəti bir şüşəyə tökdü. Hər gün o türbətə baxır və deyirdi: "Ey torpaq! Sənin qana çevriləcəyin gün çox əzəmətli gün olacaqdır".
İbn Həcər Əsqəlani bu hədisi nəql etdikdən sonra deyir:
"Bu barədə Aişə, Zeynəb bint Cəhş, Haris qızı Ümm Fəzl, Əbu Əmamə, Ənəs ibn Haris və başqalarından da rəvayətlər nəql olunmuşdur.
Habelə Heysəmi başqa bir rəvayətdə yazır:
"عن أبي أمامة قال قال رسول الله صلى الله عليه وسلم لنسائه لا تبكوا هذا الصبي يعنى حسينا قال وكان يوم أم سلمة فنزل جبريل فدخل رسول الله صلى الله عليه وسلم الداخل وقال لام سلمة لا تدعي أحدا أن يدخل على فجاء الحسين فلما نظر إلى النبي صلى الله عليه وسلم في البيت أراد أن يدخل فأخذته أم سلمة فاحتضنته وجعلت تناغيه وتسكنه فلما اشتد في البكاء خلت عنه فدخل حتى جلس في حجر النبي صلى الله عليه وسلم فقال جبريل للنبي صلى الله عليه وسلم إن أمتك ستقتل ابنك هذا فقال النبي صلى الله عليه وسلم يقتلونه وهم مؤمنون بي قال نعم يقتلونه فتناول جبريل تربة فقال بمكان كذا وكذا فخرج رسول الله صلى الله عليه وسلم قد احتضن حسينا كاسف البال مغموما فظنت أم سلمة أنه غضب من دخول الصبي عليه فقالت يا نبي الله جعلت لك الفداء انك قلت لنا لا تبكوا هذا الصبي وأمرتني ان لا أدع أحدا يدخل عليك فجاء فخليت عنه فلم يرد عليها فخرج إلى أصحابه وهم جلوس فقال إن أمتي يقتلون هذا."
Heysəmi, "Məcmə əz-zəvaid", c. 9, səh. 189; Təbərani, "əl-Möcəm əl-kəbir", c. 8, səh. 285-286; İbn Əsakir, "Tarixu mədinə dəməşq", c. 14, səh. 190-191; İbn Əsakir, "Tərcümə əl-İmam əl-Hüseyn (ə)", səh. 245-246 və başqa mənbələr.
Əbu Əmamədən nəql olunub ki, Allahın Rəsulu (s) öz xanımlarına buyurdu: "Diqqətli olun və mənim Hüseynimi (ə) ağladacaq bir iş görməyin!" Ümm Sələmənin növbə günü olan zaman Peyğəmbər (s) onun evində idi.
Cəbrayıl nazil oldu. Həzrət Rəsulullah (s) otağa getdi və Ümm Sələməyə belə tapşırdı: "Diqqət et ki, otağa kimsə daxil olmasın. Hüseyn (ə) gəldi. Gözləri Allah Rəsuluna (s) sataşan kimi onun olduğu otağa girmək istədi. Ümm Sələmə onu tutdu və sinəsinə sıxdı. İmam Hüseyn (ə) ağladı. Ümm Sələmə onu ağlamaqdan yayındırmaq istəyirdi. Amma Hüseynin (ə) ağlaması möhkəmləndi. Ümm Sələmə onu buraxdı. O, Rəsulullahın (s) olduğu otağa daxil oldu və Peyğəmbərin qucağında oturdu.
Cəbrayıl Allah Rəsuluna (s) xəbər verdi ki, yaxın gələcəkdə sənin ümmətin bu övladını şəhid edəcək. Allah Rəsulu Cəbrayılın sözündən təəccübləndi və buyurdu: "Onlar mənə imanlı olduqları halda mənim övladımı şəhid edəcəklər?!" Cəbrayıl dedi: "Bəli! Onlar onu şəhid edəcəklər!"
Cəbrayıl Peyğəmbərə (s) bir ovuc torpaq verən halda dedi: "Bu torpaq onun şəhid ediləcəyi yerdəndir!"
Allah Rəsulu (s) çox qəmli halda Hüseyni (ə) qucağına aldı və evdən çıxdı. Ümm Sələmə deyir: "Belə düşündüm ki, Hüseynə (ə) evə girməsi üçün icazə verdiyimə görə narahat olmuşdur. Buna görə dedim: "Ey Allahın Peyğəmbəri! Canım sizə fəda olsun! Siz özünüz bizə tövsiyə etmişdiniz ki, mənim Hüseynimi (ə) ağladacaq bir iş görməyin. Digər tərəfdən göstəriş vermişdiniz ki, kimsənin sizin yanınıza gəlməsinə icazə verməyim. Mənim Hüseynə (ə) icazə verməkdən başqa çarəm qalmadı". Peyğəmbər (s) öz səhabələrinin yanına çatana qədər heç nə demədi. Onlar bir yerdə oturmuşdular. Həzrət buyurdu: "Mənim ümmətim bu övladımı şəhid edəcəklər..."
"Həzrət Vəli əsr (ə)" tədqiqat mərkəzi, şübhələrə cavab bölməsi.
Tərcümə etdi: Mirməhəmməd Əhmədov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Bakıxanovun ədəbi irsində elmi-fəlsəfi, əxlaqi-ürfani məzmunlu əsərləri xüsusi önəm daşıyır

Sovetlər ittifaqı dövründə Bakıxanovun şəxsiyyəti və yaradıcılığının bir çox cəhətləri, o cümlədən əxlaqi-ürfani görüşləri dolğun əks etdirilməmiş və ya müəyyən səbəblər üzündən diqqətdən kənarda qalmışdır. Sovetlər dönəmindəki hakim siyasi, ədəbi mühitə uyğun olaraq dərin dini görüşlərə malik və sadiq olan şair və ədiblərin yaradıcılığında geniş yer almış əxlaqi-ürfani fikirləri, adətən, yazarın dünyagörüşündəki ziddiyyətlər kimi izah edir, onun səbəbini yazıçının yaşadığı mühitin, patriarxal dini baxışların ona göstərdiyi təsiri kimi qiymətləndirirdilər.


Bakıxanov dini etiqadlara hörmət və riayət edən edən müsəlman ailəsində doğulmuş, mükəmməl İslam tərbiyəsi almış bir ziyalıdır. O şüurlu şəkildə, heç bir siyasi mühitin basqısı olmadan müstəqil yaşamış və yaratmışdır. Çünkı onun qarşısında istənilən düşüncə məkanı və seçimi açıq idi. Bakıxanovun dini-fəlsəfi, əxlaqi-ürfani mövzulara müraciət etməyi bəzi yazarlarda müşahidə edilən səthi bir yanaşma, qələm sınağı olmamışdır. Adətən, klassik yazarların əksəriyyəti ömürlərinin xəzan fəslində əxlaqi-ürfani mövzulara müraciət edir, qələmlərini bu yöndə də sınağa çəkirlər. Bakıxanov isə tam əksinə, bu mövzulara gəncliyinin erkən vaxtlarından maraq göstərmişdir. Bunun ən böyük nümunəsi şairin gənc yaşlarında “Riyazül-Qüds” kimi dərin dini məzmunlu əsər yazmasıdır. Mərsiyə xarakterli bu əsərində Bakıxanov tam əqidəli bir müsəlman kimi dinə sədaqətini, Əhli-Beytə vurğunluğunu, onların dərdi ilə qovrulduğunu nümayiş etdirir:


Canə gəlmişdim Rəsul evladının dərdilə mən,

Söyləməklə dərdimi yüngül və assan eylədim.


Son vəsi evladının meydandakı cövlanını

Vəsf edib mən də qələm atilə cövlan eylədim.


Ümumiyyətlə, Bakıxanovun əsərlərində şərq poeziyasının, xüsusilə panteist ruhlu arif və şairlərinin təsir izləri müşahidə olunur.

Əhli-Beyt imamlarına, xüsusilə də Kərbəla şəhidi İmam Hüseynə diqqət və rəğbətini coşqunluqla ifadə edən Bakıxanovu Əhli-Beyt şairi də hesab etmək olar. Bir şerində Bakıxanov Əhli-Beyt şairi Möhtəşəm Kaşaninin Məhərrəm ayını vəsf edən şerinə nəzirə olaraq deyir:


Bu nə şuriş, nə qovğadır, tutubdur aləmi nalə,

Qana qərq olmuş hər bir göz qızarmış, sanki bir lalə

 

Uzanmaz hər qəmü-matəm, aman bəs bu nə matəmdir,

Ki, hey artar günü-gündən yenə o çatmaz ikmalə?!


Bu gün xalq arasında “on dörd məsumun tilavəti” kimi məşhurlaşan, Şeyx Bəhaəddin Amuliə mənsub olan duanın Bakıxanov tərəfindən nəzmə çəkildiyini yəqin ki, çox az adam bilir.

Sadə insanların ərəb dilində asan əzbərləməsi üçün nəzmə çəkilən bu dua “ilahi bi-nəbiyyin, ərəbiyyin və rəsulin mədəniyyin” misrası iıə başlayır.

Bakıxanovun içəridən gələn bir sevgi ilə öz ana dilində nəzmə çəkdiyi və indiyə qədər çap edilməmiş bir əsəri də “təvəssül” dua – münacatıdır.

Kiçik həcmdə olan bu əsər Əlyazmaları institutunun “fp-1525” şifrəsi altında qeydə alınıb. Əlyazma əsərinin təhqiq və düzəlişlərə ehtiyacı var. Amma onun ilkin, redaktə olunmamış variantının bir hissəsini sizə təqdim edirik:


Xudaya, gəilb dərgahıva bir əbdi miskin,

Zəlili-natəvan bir zari-ğəmgin.

Bihəqqi-Mustafa şahənşahi-din

Əğisna ya Ğiyasəl mustəğisin.


İmamım çün Əliyyi-Murtəzadır,

Muəynim Fatimə, Xəyrin-Nisadır.

Qabağında dəlilim Müctəbadır

Əğisna ya Ğiyasəl mustəğisin.


Qalan nəşi yer üstə xar üryan,

Olan öz qanına meydanda qəltan.

Bihəqqi-şahi- məzlum, ləbi-ətşan

Əğisna ya Ğiyasəl mustəğisin.


Yoxudur bir nəfər ənsari, ya Rəbb,

Olubdur gözlərim xunbar, ya Rəbb.

Bihəqqi- abidi-bimar, ya Rəbb

Əğisna ya Ğiyasəl mustəğisin.


Ki, taği ərşi elm bəhri moci,

Muhəmməd Baqirdir din pənahı

Bihəqqi-Cəfəri- Sadiq ilahi,

Əğisna ya Ğiyasəl mustəğisin.


İmam Museyi-Kazimdir rəhbər,

Xorasanın ğəribi xəlqə sərvər.

Bihəqqi- nuri- paki- Ali- Heydər,

Əğisna ya Ğiyasəl mustəğisin.


Şəfa olmaz ona hər kim şəqidir,

İmamım adilu kamil Təqidir.


Min bir yarəyə Hadi Nəqidir,

Əğisna ya Ğiyasəl mustəğisin.


Ki, gəldi bəndə bu zar fəğanə,

Bağışla Əskəri şahi-cəhanə.

Muhəmməd Məhdi Sahibzəmanə,

Əğisna ya Ğiyasəl mustəğisin.


A.Bakıxanov 1846-cı ilin martında Məkkə ziyarətinə getmişdir. O, Tehran, Təbriz, İstanbul, Misir marşurutu ilə arzusunda olduğu müqəddəs məkana yetişir. 1847-ci ilin əvvəlində Məkkə ziyarətindən qayıdarkən 52 yaşında Vadiyi-Fatimə deyilən yerdə vəba xəstəliyindən vəfat etmişdir.

Füzuli Şəfiyev (tədqiqatçı-yazar)

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
         Allahın adı ilə
     Aşura hadisəsindən 1300 ildən artıq zaman  keçir. Lakin bu məktəb hələ də yaşamaqdadır. Çox nadir hallarda hansısa bir ideologiya və məktəb belə uzunömürlü olub. Aşura məktəbi hər zaman öz şagirdlərini maarifləndirməkdə böyük rola malikdir. Bu məktəbdə şagird olan insan İslamın həqiqətini anlayır. Bu məktəbin şagirdi Həzrət Məhəmmədin (s) gətirdiyi əsl İslam dinini tanıyır. Bir sözlə bu məktəb İslamın ruhlu bədənlə qalmasına səbəb oldu. Necə ki, bu haqda qeyri müsəlman alimi M. Marbini də qeyd edərək belə deyir; “Hüseyn (ə) ən əziz yaxınlarını qurban verməklə, dünyaya fədakarlıq və rəşadət dərsi verdi. İslam və müsəlmanlara şərəf və izzət bağışladı. Əgər Kərbəla müsibəti baş verməsəydi, şübhəsiz İslam və müsəlmanlar tarix səhifələrindən silinmişdi”. Amma çox təəssüf ki, biz müsəlmanlar bu böyük məktəbə olduğu qədərində dəyər və qiymət verə bilmirik. Aşura deyəndə yalnız mərsiyə deyib sinə vurmaq fikrimizə gəlir. Bəli bu danılmaz fakktdır ki, bir çox yerlərdə o cümlədən komunistin hakimiyyəti zamanı Gürcüstanda mərsiyə deyib və sinə vurmaq İslamın yaşamasında və yaddaşlardan silinməməsində böyük rolu olmuşdur. Lakin artıq elə bir zamanda yaşayırıq ki, bunlarla kifayətlənməməli və bu məktəbdən daha böyük hədəflər üçün istifadə etməliyik.
     Tarixə nəzər saldıqda görürük ki, bir çox zalım xəlifələr hakimiyyətə gəldikləri zaman əgər İslam dini ilə mübarizə aparmaq istəsəydilər əvvəl aşura məktəbi ilə mübarizə aparardılar. Bu məktəbi kamil surətdə insanlardan almağa nail də olmasaydılar ən azından onu ciddi surətdə zəiflətməyə nail olurdular. O da bu yolla ki, əzadarlıq məclisləri keçirilirdi amma aşura məktəbinin əsl mahiyyəti insanlardan gizlədilirdi. Amma artıq bu yuxudan oyanmalıyıq, aşuranı yalnız mərsiyə deyib sinə vurmaqla tanımamalıyıq və bunu insanlara çatdırmalıyıq. Hər gün aşuradır, hər yer Kərbəla məfhumunu zəmanəmizə tətbiq edib dərs almalıyıq.
Aşura məktəbindən hər nə qədər danışsaq da, hər  nə qədər dərs alsaq da yenə də azdır. Bunlardan kifayətlənən insan sanki böyük bir alimdən əlifbanı öyrənməklə kifayətlənir. Aşuranın əhəmiyyətini bu cür vəsf edə bilərik ki, bu məktəb təqribən 14 əsrdir ki insanlara İslami maariflənmədə yardım edir.
Aşura məktəbinin dərslərinə nəzər saldıqda böyük və çox əhəmiyyətli olduqlarını görürük. O cümlədən:

     1.    Azadlıq dərsi
     Bəşəriyyət yer üzünə ayaq basdığı andan ona nail olmaq üçün mübarizə aparır. Bəzən demokratiya adı altında buna nail olmaq istəyirlər, amma əlbəttə ki xaricdə, daxildə isə diktatura. İmam Hüseyn (ə) Yezidə beyət edib baş əyməməsi və öz qiyamı ilə azadlığın necə olduğunu bütün bəşəriyyətə anlatdı. Öz mübarək kəlamında da buna işarə edərək buyurur: “Dininiz də olmasa azad olun.”  İmamın verdiyi azadlıq dərsi  haqda böyük hind alimi Mahatma Qandi qeyd edərək deyir: “Mən Hind xalqı üçün yeni bir ideya ərməğan gətirməmişəm. “Ya azadlıq, ya ölüm!” şüarı, Kərbəla qəhrəmanı Huseynin (ə) həyatı barəsində apardığım araşdırmaların nəticəsidir ki, onu, bütün hindlilərə hədiyyə etdim. Biz Hind millətinin qurtuluşunu istəyiriksə, Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik.”   

     2.    Haqqın səsinin qılıncın gücündən üstün olması
     Aşura məktəbinin ən böyük dərslərindən biri də haqq və batil arasında olan mübarizəni bizə əməli surətdə təsvir etməsidir. İmam öz mübarək kəlamında buna işarə edərək buyurur: “Qələbə bizimlədir, amma şəhadətlə birgə”.  Bəzi insanlar elə dünşünürlər ki, Kərbəlada  müharibə və mübarizə zamanı İmam Hüseyn (ə) məğlub oldu. Bəli, əgər bu mübarizəyə qılıncın gücü tərəfdən baxsaq İmam məğlub oldu, çünki 72 nəfər qoşun hara  təqribən 30 minlik bir ordu hara. Amma əgər bu mübarizəyə başqa tərəfdən baxsaq həqiqi qələbənin İmam Hüseynlə (ə) olduğunu anlayarıq. Çünki İslam ideologiyasına əsasən qalib gəlmək və məğlub olmaq insanın hədəfinə çatıb çatmamasına bağlıdır.  Elə isə gəlin hər iki tərəfin hədəflərinə diqqət edək.

     Yezidin hədəfləri
     1.    Yezid İmamı xarici (separatçı) kimi qələmə vermək istəyirdi, amma zaman bunun əksini göstərdi.
     2.    Yezid İmamı  şəhid etməklə öz hakimiyyətinin sütunlarını möhkəmləndirmək və böyük təhlükəni özündən uzaqlaşdırmaq istəyirdi, amma yenə də əksinə oldu. İmamın şəhadətindən sonra Yezid cəmi 2 il xilafətdə ola bildi və insanların bu hadisədən sonra Bəni-üməyyə hakimiyyətinə baxışları mənfi tərəfə dəyişdi.

     İmam Hüseynin (ə) hədəfləri
     Yezidin məqsəd və hədəflərinin qarşısında İmam Hüseynin (ə) hədəflərinə diqqət etsək hamısının həyata keçdiyini görürük. O cümlədən;
     1.    İslamın bu ərsəyə çatmasında və yaşamasında böyük rolu olan  şəhadət ruhiyyəsi  müsəlmanlar içində öz məfhumunu itirmişdi. İmam onu yenidən dirçəltdi və imamın qiyamından sonra zalım xəlifəyə qarşı bir neçə dəstə də qiyam etdi.
     2.    Ruhsuz İslama ruh gətirdi. Yezid İslamın ruhunu aradan aparmaq istəyirdi. İslamı özünün bildiyi, dərk etdiyi və ona əməl etdiyi həddində insanlara çatdırmaq istəyirdi. Lakin bu İslamla Hz Peyğəmbərin (s) gətirdiyi İslamın arasında yerlə-göy arsındakı məsafə qədər fərq var idi.  Bu haqqda qeyri müsəlman alimi Nikelson qeyd edir ki; “Bəni-Üməyyə həddini aşaraq İslam qanunlarını ayaqaltına atıb, müsəlmanları xar etdi. Tarix insafla, günahsız şəhid edilən, Hüseynin (ə) qanının Bəni-Üməyyənin boynunda olduğuna hökm verir.”
     Bütün bunlar bizə anlatmaq istəyir ki, hər hansısa bir şərr qüvvəyə  qalib gəlmək üçün say çoxluğu olmadan belə hədəfə çatmaq olar. Yetər ki, hədəfin pak, güclü iradən, niyyətin Allah və az da olsa saleh və vəhdətə malik ətrafında bir qurup insan olsun. İmam Hüseynin (ə) səhabələri kimi bir dəstən olsun ki, hədəfə çatasan. Hətta imamın yolunda min dəfə ölüb dirilməyi gözə alırdılar.  Belə bir işin nəticəsi isə 14 əsr yaddaşlardan silinməyən Kərbəla müsibəti kimi hədəfə çatmış və insanların örnək götürdüyü iş olar.  
     Hüseyn (ə) qiyam etdi  amma qiyama meyilli deyildi, müharibə etdi və öldürdü, amma məqsədi qan tökmək və kimisə qətlə yetirmək deyildi. İmamın hədəfi İslam dinini qorumaq və insanları islah etmək idi.
     İmam Hüseyn (ə) yatmış və qəflətdə olan vicdanları haqqı onlara göstərməklə, öz yolu, şəhadəti və Bəni-Üməyyənin mənfur sifətini insanlara göstərməklə oyatdı. Yezid istəyirdi İslamın kökünü kəssin amma İmamın qiyamından sonra geri çəkildi. Çünki gördü ki, əzadarlıq məclisləri hətta öz evində belə keçirilir. Hüseynin (ə) şəhadəti bu böyük şərrin qarşısını aldı.
 
Kamran  Məmmədov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
  Şübhə:
Deyirlər, həzrət Fatimənin (ə) gecə dəfn olunmasına səbəb xanımın özünün Əbu Bəkrin xanımı Əsma bint Ümeysə vəsiyyəti idi. O, cəsədinin formasını naməhrəmlərin görməsini istəmirdi.
  Cavab:
Gecə ikən və xəlifədən xəbərsiz dəfn olunmaq və onun namazda iştirak etməməsi gizli qalan sirlərdir. Bunun daxilinə varanda mesajlar ortaya çıxır. Düzdür, Fatimə (ə) belə istədi, belə vəsiyyət etdi, amma sual budur ki, axı xanımın bu cür vəsiyyət etməsinə səbəb nədir? Məgər cavab bu deyilmi ki, xanım düşmənlərinə qarşı olan qəzəbini izhar edir, düşüncəli tarixçilərin və gələcək nəslin qarşısına sual qoyur ki, soruşsunlar: nə üçün Peyğəmbərin (s) yeganə qızının qəbri gizlidir? Niyə Peyğəmbərin (s) yeganə qızı gecə və gizli şəkildə dəfn olundu? Niyə İmam Əli (ə) Əbu Bəkr və Ömərə xəbər vermədən ona namaz qıldı və s.
Məgər Peyğəmbərin (s) canişini (əlbəttə, özlərinin iddiasına əsasən) layiq deyildi ki, o həzrətə namaz qılsın?
Bəli, Fatimə (ə) vəsiyyət etdi ki, onu gecə ikən dəfn edib, ona zülm edənlərin heç birini bundan xəbərdar etməsinlər. Bu iş də öz növbəsində şiə üçün, Siddiqeyi-şəhidənin (ə) məzlum dünyadan köçməsinə və ona zülm edənlərdən heç zaman razı olmamasına ən yaxşı sənəddir.
Şiə və sünni kitablarında bu mətləbə dəlil olaraq çoxlu rəvayətlər vardır. Qısaca onların bir neçəsinə işarə edirik:
Gecə ikən dəfn əhli sünnə kitablarında
Buxari yazır:
“Fatimeyi-Zəhra (ə) Allah rəsulundan sonra 6 ay yaşadı. Dünyadan köçəndə həyat yoldaşı Əli (ə) onu gecə ikən dəfn etdi və Əbu Bəkrə xəbər etmədi”. (Buxari. Məhəmməd ibn İsmayıl. “Səhih əl-Buxari”. “Dar İbn Kəsir”, Beyrut, c. 4, səh. 1549, hədis: 3998, “əl-Məğazi” kitabı, “ğəzvə əl-Xeybər” babı)
  İbn Qüteybə Deynəvəri “Təvil müxtəlif əl-hədis”də belə yazır:
“Fatimə(ə) Əbu Bəkrdən atasının mirasını istədi. Əbu Bəkr qəbul etmədi. Ona görə Fatimə (ə) and içdi ki, daha  onunla (Əbu Bəkrlə) danışmayacaq və vəsiyyət etdi ki Əbu Bəkr onun dəfn mərasimində iştirak etməsin”. (Deynəvəri. İbn Qüteybə. “Təvil müxtəlif əl-hədis”. “Dar əl-ceyl”, Beyrut, 1972, c. 1, səh. 300)
Əbdürrəzzaq  Sənani belə yazır.
 “Peyğmbərin (s) qızı Fatimə (ə) ona görə gecə ikən torpağa tapşırıldı ki, Əbu Bəkr ona namaz qılmasın; çunki onların arasında  hadisələr baş vermişdi”.
Həmçinin deyir:
“Hüseyn ibn Məhəmməddən də bu cür rəvayət nəql olunub. Fatimə (ə) şəxsən özü belə vəsiyyət etmişdi”. (Sənani. Əbdürrəzzaq. Əl-Müsənnəf. “Məktəb əl-islami”, Beyrut, 1403 h. q., c. 3, səh. 521, hədis: 6554, 6555)
İbn Bəttal Səhih-Buxarinin şərhində yazır.
“Əksər alimlər gecə ikən cənazənin dəfninə icazə vermişlər. Əli ibn Əbu Talib (ə) həyat yoldaşı Fatiməni (ə) gecə dəfn etdi ki, Əbu Bəkr ona namaz qılmasın. Çünki onların arasında hadisə baş vermişdi”. (Əl-Qurtubi. “Şərh Səhih əl-Buxari. c. 3, səh. 320)
İbn Əbil-hədid Cahizdən nəql edərək belə yazır. “Fatimənin (ə) (qəsbkarların əlindən) narahatçılığı o həddə çatmışdı ki, Əbu Bəkrin ona namaz qılmamasını vəsiyyət etmişdi”. (İbn Əbil-hədid. “Şərh Nəhcül-bəlağə. c. 16, səh. 157)
Həmçinin başqa bir yerdə yazır:
  “Fatimənin (ə) ölümünü və dəfn olunduğu yeri məxfi saxlamaq, Əbu Bəkr və Ömərin ona namaz qılmaması və Seyid Mürtəzanın bütün dediklərini təsdiq edirəm. Çünki, bu hadisənin isbatı üçün çoxlu sayda və ən səhih hədislər mövcuddur. Həmçinin Fatimənin (ə) o iki şeyxə (Əbu Bəkr və Ömərə) olan qəzəb və narahatçılığı  başqa deyimlərdən daha etibarlıdır. (Yenə orada, c. 16, səh. 170)

Şiə rəvayətlərinə görə həzrətin gecə dəfn olması
Siddiqeyi-Tahirənin (ə)  bu vəziyyətinin səbəbi biz şiələrə məlum olsa da, bir rəvayətə işarə edirik:
Mərhum Şeyx Səduq o həzrətin gecə dəfn olunmasının səbəbi haqda belə yazır:
  “Əli ibn Əbu Həmzə İmam Sadiqdən (ə) soruşdu: “Niyə Fatiməni (ə) gündüz yox, gecə dəfn etdilər?” Buyurdu: “Fatimə (ə) vəsiyyət etmişdi ki, onu gecə dəfn etsinlər, Əbu Bəkr və Ömər onun cənazəsinə namaz qılmasın”. (Səduq. “İləl əş-şəraye”. c. 1,səh. 185)
Mərhum Seyid Məhəmməd Musəvi Amuli (Sahib Mədarik) deyir:
 “Fatimənin (ə) məzarının gizli olmasının səbəbinə gəlincə, şiə və sünni rəvayətlərində nəql olunduğu kimi, o həzrət imam Əliyə (ə) gecə dəfn etməsini sifariş etdi ki, ona əziyyət verən və atasının irsindən məhrum edənlər  cənazəsinə namaz qılmasınlar”. (Musəvi Amuli. Seyid Məhəmməd. “Mədarik əl-əhkam fi şərhi  şərai əl-İslam”. c. 8, səh. 279)
 
Nəticə
Mövcud olan sənədlərə və əhli-sünnə böyüklərinin etirafına diqqət etdikdə belə qənaətə gəlirik ki, o həzrətin gecə dəfn olunma vəsiyyətinin  səbəbi ona zülm edənlərin onun cənazəsinə namaz qılmaması və bu işlə onların xilafəti qəsb etdiyini və onlara olan qəzəb və nifrətini əbədi olaraq bildirməkdir.
Ayətullah Hüseyni Qəzvini
Çevirən: Rəsul Mahmudov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 Qədim zamanlarda iki dost yaşayırmış. Birinin adı Mirzə, o birinin adı isə Muxtar imiş. Mirzə Allaha, peyğəmbərə, qiyamətə inanırdı. Allah adamı olduğu üçün kənddə hamı ona hörmət bəsləyər, onu çox sevərdi. Mirzə Allahdan qorxduğu üçün insanlara əziyyət etməzmiş, yalan danışmazmış, onları aldatmazmış.
Muxtar Mirzənin çox yaxın dostu idi, uşaqlıqdan bir məhəllədə böyümüş, bir sinifdə oxumuş, qəm-qüssələrini birgə bölüşmüşdülər. Muxtar yalnız Allaha inanardı, başqa hç bir şey yox. O, cənnət-cəhənnəm məsələsinə heç inanmazdı, nə zaman cənnət-cəhənnəmdən söz düşsəydi, gülər və ona inananları məsxərə edərdi. O, öz etiqadına sübut olaraq bu sözü deyərdi: Əgər cənnət-cəhənnəm varsa, indiyə qədər kim ora gedib və ya oradan gəlib?!
 Muxtarın bu həqiqətə inanmaması həyatında çox mənfi təsirlər buraxırdı. O inanmazdı ki, insanların bu dünyada etdiyi əməllərin nəticəsini Allah-Taala o biri dünyada insanın qarşısına çıxarır, bunun üçün də, məsələn insanlarla yaxşı davranmayanda, onlara əziyyət edəndə, onları aldadanda, yalan danışanda, məsxərə edəndə və ya Allahın buyurduğu başqa haram işləri yenə yerinə yetirəndə, məsələn şərab içəndə, qumar oynayanda, harama baxanda heç kimdən qorxmazdı. Bu şeylərə görə də insanlar Muxtarı sevmirdilər, onun əlindən bezmişdilər. Bəzən Muxtarın özü də yaşadığı həyatdan bezikərdi. Allahın buyurduğu vaciblərə gələndə isə, məsələn namaz oruc haqqında deyirdi ki, bunlar mollalarınkıdı.
 Uzun sözün qısası, bu məsələ Muxtarın həyatını qaraltmışdı. Mirzə isə Muxtarı özünə ən yaxın dost hesab etdiyi üçün bu hadisələri görəndə dostunun halına yanar və istərdi ki, onu bir yolla bu mənasız həyatdan çıxartsın. Amma nə edirdisə faydası olmurdu. Mirzə bilirdi ki, Muxtarın bu əməllərinin səbəbi Allaha sadəcə olaraq zahirdə inanmasıdır. Çünki Allaha kamil şəkildə inanan şəxs Onun kitabına da kamil şəkildə inanar və buyuruqlarına əməl edər.
 Günlərin birində Mirzənin beyninə bir fikir gəlir. O qərara alır ki, dostunun xatirinə böyük bir zəhmətə qatlanaraq, onu böyük bir din alimi ilə görüşdürsün. O alimi haradan tapacağı çətin məsələ idi. Çünki nə kəndində, nə də qonşu kəndlərdə elə bir alim yox idi. Nəhayət Mirzə bir çox axtarışdan sonra eşidir ki, çox uzaq bir mahalda Kərbəlayi Möhsün adlı böyük bir din alimi var. Mirzə qərara gəlir ki, dostunu o alimin yanına aparsın. Amma yolun uzunluğu Mirzə üçün çətin gəlirdi. Çünki Mirzənin yalnız bir uzunqulağı var idi, Muxtarın isə heç ulağı da yox idi. Mirzə bu çətinliyə də dostu üçün razı olur və onun dalınca gedir. Muxtara bu məsələni deyəndə Muxtar əvvəl qəbul etmir, amma sonra Mirzəni özünə ən yaxın dost hesab etdiyi və ona hörmət bəslədiyi üçün razılaşır.
 Dostlar yol hazırlığı görüb yola düşürlər. Yolda dincəlmək üçün bir yerdə dayanırlar. Onların yaxınlığında bir karvan da məskən salmışdı. Ertəsi gün yola düşmələri üçün suları az olduğundan karvana tərəf gedib onlardan yol üçün bir az su istədilər. Karvan başçısı onları görəndə öz çadırına dəvət edir və onlara yemək süfrəsi açır. Yemək əsnasında onların hara getdiklərini soruşur. Muxtar demək istəmir, amma Mirzə onun çox yaxşı insan olduğunu başa düşüb haraya, kimin yanına və nə üçün getdiklərini danışır.
 Karvan başçısı bu dostlara deyir: “Mənim də dindən bir az məlumatım var. Əgər vaxtınız varsa, bacardığım qədər sizə kömək edim və sonra o alimin yanına gedərsiz”. Mirzə və Muxtar vaxtları olduğu üçün qəbul edirlər. Karvan başçısı kiçik bir çay süfrəsi təşkil edir. Onlar çay içə-içə söhbətə başlayırlar.
Karvan başçısı Muxtara deyir: “Olarmı səndən bir neçə sual soruşum? Amma sən də hamısına düzgün cavab verməyə söz ver”. Muxtar qəbul edir. Söhbət başlayır. Karvan başçısı:
-Məktəbdə oxumusanmı?
-Bəli.
-Necə dərs oxuyurdun?
-Nə pis, nə yaxşı.
-Mirzə də səninləmi oxuyurdu?
-Bəli.
-O necə oxuyurdu?
-O əlaçı idi.
-Yaxşı, bəs sizin müəlliminiz necə müəllim idi?
-Çox yaxşı müəllim idi, sinfin bütün uşaqları onu çox sevirdilər. Çox ədalətli müəllim idi.
-Ədalətli deyəndə, yəni Mirzə ilə sənin aranda fərq qoyardı eləmi?
-Əlbəttə ki. Mirzə həmişə beş alanda beş verərdi və mən bəzi günlərdə beş alanda beş, iki alanda isə iki verərdi.
-Yaxşı, Muxtar, sualımın yönünü dəyişim, sən heç bu dünyada yaxşı və pis insanlara rast gəlmisənmi?
-Bəli, özü də çox.
-Çox yaxşı, səncə Allah yaxşı insana beşi və pis insana ikini nə zaman və harada veməlidir?
Muxtar bu sualın qarşısında sakit durub cavab vermədi. Karvan başçısı:
-O yer bu dünya ola bilərmi?
-Xeyr, çünki mən bu dünyada çox pis insanlar görmüşəm ki, çox gözəl yaşayırlar və həyatlarında heç bir əskiklik yoxdur. Amma çox yaxşı insanlar da görmüşəm ki, yaşamları ağırdır və çətinliklə yaşayırlar.
-Muxtar, bura qədər verdiyim suala düzgün cavab verdin, xüsusən axırıncı suala. Əhsən sənə! Amma sonuncu sualı da soruşum. Bu sualda daha diqqətli ol. Əgər sən müəllimini ədalətli hesab etdiyin kimi, (beş alana beş və iki alana iki) Allahı da ədalətli hesab edirsənsə, bəs de görüm Allah insanların əməllərinin nəticələrini nə zaman verəcək? Beş alana beş və iki alana da haqqı olduğu üçün nə zaman iki verəcək? Başqa sözlə desək, yaxşı insanların əməllərinin qarşılığı və pis insanların cəzası hansı dünyada veriləcək? Əvvəldə də özün dedin ki, o yer bu dünya deyil, bəs onda hansı dünyadır?
 Muxtar karvan başçısının bu cavabından çox təsirləndi. Başını aşağı salıb ağladı, etdiyi böyük səhvləri başa düşüb çölə çıxdı. Bu əsnada Mirzənin də bu söhbətdən təsirləndiyi gözə çarpırdı. O da ağlayırdı, çünki Allahın ədalətli olması və cənnət-cəhənnəm məsələsinin düzgün olduğu onun üçün bir daha sübuta yetdi. Bir daha başa düşdü ki, həqiqətən cənnət-cəhənnəm var, etdiyi əməllərin heç biri cavabsız qalmayacaq. Bir tərəfdən də, göz yaşları sevinc göz yaşları idi. O, məqsədinə çatmış, ən yaxın dostunu mənasız həyatdan çıxarıb mənalı həyata gətirməyə nail olmuşdu.
Mirzə özünü topladıqdan sonra karvan başçısına hər şey üçün təşəkkür etdi, sonra onun adını soruşdu. Karvan başçısı dedi: “Adım mühüm deyil, sadəcə məni bir Allah qulu kimi tanıyın, kifayətdir”. Mirzə çox israr etdi, amma yenə cavab ala bilmədi. Sonda karvan başçısı ilə sağollaşaraq Muxtarın yanına qayıtdı.
Muxtar artıq həminki Muxtar deyildi, ağlayır günahlarının bağışlanması üçün tövbə edirdi. Mirzə bunları görüb sevincindən yenidən ağladı və Muxtara tərəf gedib onu bağrına basdı. İki dost birlikdə ağladılar.
Muxtar Mirzəyə çox minnətdarlıq etdi və dedi ki, daha Kərbəlayi Möhsünün yanına getməyə ehtiyac yoxdur, çünki mən artıq hər şeyi başa düşdüm. Bu iki dost qərara gəldilər ki, Kərbəlayi Möhsünün yanına getməsinlər və yolun yarısından geri qayıtsınlar.
 Mirzə bunlardan əlavə başqa bir həqiqəti də başa düşdü. Başa düşdü ki, “İnsan Allaha tərəf bir addım atsa, Allah ona tərəf iki addım atar” sözü gerçək imiş. Çünki onlar yolun yarısına çatmamış, Allah hidayət işini tamamladı.
Sübh namazı zamanı Mirzə ayağa qalxdı, dəstəmaz aldı, namaza başlamaq istəyəndə Muxtarı gördü və başa düşdü ki, Muxtar da namaz qılmaq istəyir. Ona dəstəmaz almağı öyrətdi və Muxtar ilk namazını Mirzə ilə birgə qıldı.
 Sübh namazından sonra onlar kəndə qayıtmağa hazırlaşdılar. Mirzə karvan başçısının kim olduğunu öyrənə bilmədiyi üçün narahat idi. Bunun üçün yenə o karvana tərəf yola düşdü, amma çatanda gördü ki, karvan artıq yola düşüb. Mirzə məyus oldu, lakin orada bir qoca kişi gözünə sataşdı, tez ona tərəf getdi. Salam verdikdən sonra ondan karvan başçısını soruşdu. Qoca kişi dedi: “O karvan başçısını tanımamaq olarmı? O, böyük din alimi Kərbəlayi Möhsün idi. Başçılıq etdiyi karvan həcc ziyarətinə gedirdi, yollarının buradan düşməsini isə mən də başa düşə bilməmişəm. Çünki həcc karvanı buradan keçmir”. Mirzə qocanın sözlərini eşidəndə yerində donub qaldı. Ağladı və yenə yadına dünənki söz düşdü: Əgər insan Allaha tərəf bir addım yaxınlaşsa, Allah ona iki addım yaxınlaşar. Mirzə olanları Muxtara danışdıqda Muxtar bu sözlərdən təsirlənib yenə ağladı.
 Mirzə və Muxtar sevincək yüklərini yığıb kəndə tərəf yola düşdülər. Kəndə yetişdikdən sonra insanlar Muxtarın dəyişildiyini hiss etdilər. Muxtar bir neçə gün kəndin içinə çıxmadı. Camaat hansısa bir hadisə baş verdiyini anladılar. Başa düşdülər ki, cənnət-cəhənnəmə inanmaq insanın həyatını bu qədər dəyişməyə qadirdir. Muxtar bir neçə gündən sonra kəndə çıxanda camaatla rəftarı hamını heyrətə salmışdı. O gündən sonra insanlar Muxtarı sevməyə və ona hörmət bəsləməyə başladılar. Muxtar yeni və mənalı bir həyata qədəm qoyduğunu hiss etdi.
Kamran Məhəmmədov