Yazarlar
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: İmam Əli
- Gösterim: 3564
Həzrət Əli dərs öyrənmək istəyənlər üçün əsil məktəbdir.
Yorğun addımlarla suyla dolu qabı çətinliklə götürürüb evə doğru addımlayırdı. Övladları ananın gəlişini həsrətlə gözləyir, gözlərini bir an belə qapıdan çəkmirdilər. Bu an Həzrət Əli qadınla küçədə rastlaşır. Qadına kömək etmək məqsədiylə yaxınlaşır və kömək üçün icazə istəyir. Havanın istisi və suyla dolu qabın ağırlığı qadın artıq taqətdən salmışdı. Qadın Həzrət Əlinin kömək təklifini qəbul edərək, suyla dolu qabı ona verir.
Qapı açılan zaman övladlar analarını qarşılamaq üçün qapıya gedirlər. Onlar analarıyla birgə tanımadıqları bir adamın evə daxil olduğunu görürdükdə təəccüblənirlər. Çünki onların qapısını heçkim açmırdı. Həzrət Əli suyla dolu qabı qadının evinə qoyduqdan sonra, qadından həyat yoldaşını soruşur və belə ağır şeyləri təkcə daşımasının səbəbini öyrənmək istəyir.
Qadın ərinin Həzrət Əliylə döyüşə getdiyini, amma döyüşdə şəhid olduğunu bildirir. O, kiçik övladlarıyla tənha yaşadığını və şəhər xalqınında onlara kömək etmədiyindən şikayətlənir.
Həzrət Əli heç bir söz demədən qadının evindən çıxıb gedir. O , gecə səhərə kimi oyaq qalır. Səhər açılar açılmaz səbət dolu xurma, un və bir neçə ailə üçün lazım olan əşyaları götürərək qadının evinə gedir.
Əli (ə) qapını döyür və qadın kim olduğunu soruşur. Həzrət Əli qadının cavabında dünən ona kömək edən şəxs kimi tanıtdırır özünü. Qadın qapını açır və Həzət Əlinin səbət dolu yeməklə gördükdə çox sevinir.
İmam Əli qadından çörək bişirmək üçün lazım olan şeyləri soruşur. Qadın cavabında Həzrət Əliyə uşaqların yanında durmasını və çörəyi özünün hazırlayacağını bildirir. Həzrət Əli uşaqlarla balaca bir uşaq kimi oynamağa başlayır. Çalışır onlara bir ata məhəbbətiylə sevindirsin.
Uşaqların səs küyü qonşu evdə yaşıyanların diqqətini cəlb edir. Qonşu qadın divardan başını qaldırıb baxan zaman, Həzrət Əlini tanıyır və onun uşaqlarla balaca bir uşaq kimi oynadığını görəndə təəccübünü gizlədə bilmir. O, qadına səslənərək Həzrət Əlinin kim olduğunu ona deyəndə, qadın utancından özünü itirdi.
Axı qadın bilmirdiki onun uşaqlarına belə məhəbbət göstərən insan, hal hazırda müsəlmanların rəhbəri və lideri Həzrət Əlinin şəxsən özüdür. Qadın Həzrət Əliylə yaxınlaşıb utancaq halda ondan üzür istəməyə başlayır.
Həzrət Əli üzünü çevirərək qadına əksinə onu bağışlmasını istəyir. O, uşaqları bağırna basaraq onlardan bixəbər olduğu üçün balaca bir uşaq kimi onu bağışlamalarını istəyir.
Bu kiçik hekayə kimliyindən və məqamından asılı olmayaraq, Həzrət Əli həyatına nəzər salaraq onun kimi əsil insani dəyərləri özündə əks etdirmək istəyən insanlar üçün ibrət dərsidir.
Tərcümə etdi: Bəşər Məmmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: İmam Əli
- Gösterim: 2206

“Qədir-Xum” iştirakçılarının sayı təqribən 120 min nəfər idi və onların içərisində Mədinəyə qayıdanların sayı isə çox az qeyd olunmuşdur. Çünki Mədinəyə çatmazdan öncə bəziləri Şama, bəziləri Yəmənə və Ərəbistan yarımadasının cənub bölgəsinə doğru yola düşdülər. Peyğəmbəri-Əkrəm (s)-lə Mədinədən Məkkəyə gedənlərdən on min nəfərlik bir qrup da ətraf məntəqələrdən idilər ki, o həzrətə Mədinədə qoşulmuşdular.
Burada da onların bəziləri qadın, bəziləri isə yaşlılar idi ki, ictimai səhnələrdə heç bir rol ifa etmirdilər. (4-5 min nəfərdən ibarət olan bu qrupun) çox hissəsini qullar və fəqirlər təşkil edirdi ki, müxtəlif məntəqələrdən gəlib Peyğəmbərə qoşulmuşdu, onların Mədinədə əsla qohum-əqrəbaları yox idi. Buna “Süffə” əhlini misal göstərmək olar. Deməli, bu arada sayı təqribən iki mindən çox olmayan bir dəstə qalırdı ki, onlar da adətən, rəislər və qəbilə başçıları idi. Bunlardan əlavə, Peyğəmbər (s)-in göstərişi ilə Mədinənin kənarında Üsamənin ordusu (Curf ordugahında olanlar) şəhərdə olmadıqları üçün heç bir qərar çıxara bilmirdilər.
Bəziləri də xilafət və hakimiyyətin Peyğəmbəri-Əkrəm (s)-dən sonra Əli ibn Əbi Talibə (ə) çatmayacağına səy etməklə bağlı əhd-peyman bağlayanlar idi. Deməli, məlum olur ki, onlar imkan daxilində müsəlmanlar arasında əks-təbliğat aparmaq, iğtişaş yaratmaq və bəzilərini aldatmaqla “Qədir-Xum” hadisəsinin şahidlərini özlərinə cəlb etməyə, yaxud da heç olmazsa, bitərəf mövqedə olmağa vadar etmək istəyirdi. Necə ki, Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra belə də oldu və “Qədir-Xum” hadisəsinə şahid olanların çoxu ya xəlifənin tərəfdarları oldular, ya da bitərəf mövqedə qaldılar.
Həmçinin, Əhli-beyt tərəfdarlarının “Səqifə”də təşkil olunmuş yığıncaqdan xəbərsiz qalmaları da digər amillərə əlavə olunur. Onlar Əbu Bəkrlə beyətdən o zaman xəbər tutdular ki, artıq müxalif qüvvələrin işi möhkəmlənmişdi.
Qədir-xum hadisəsində əmr olunana müxalif olanlar müxtəlif fikir və hədəfdə olsalar da, öz aralarında birlik yaratmaq, həmfikirləri bir yerə yığmar barəsində ciddi səy göstərirdilər. Onlar yaxşı başa düşürdülər ki, Peyğəmbərin (s) özü və onun ətrafında birləşmiş böyük kütlənin olduğu yerdə heç bir silahlı qiyamdan danışmaq söhbət açmaq olmazdı. Belə bir qiyamın nəticəsiz olacağından əlavə, onların gizli üzləri də aşkar olacaqdı.Yeganə çıxış yolu gizli siyasi yol seçməklə öldürücü zərbə vurmaq üçün fürsət gözləmək idi. Bununla yanaşı, məkirli tədbirləri baş tutmadıqda səbir edərək Peyğəmbərin (s) vəfatını gözləməli olacaqdılar. Başqa bir tərəfdən də həzrət özü bu səfər zamanı tezliklə dünyanı tərk edəcəyi haqda xəbər vermişdi. Qeyd olunmuş zaman fürsət gözləyənlərin hədəflərinə yetişmək üçün elə də uzun müddət deyildi.
Bu qısa müddət Peyğəmbər (s)-ı, və camaatı yoxlamaq, ümumi fikrə qiymət vermək üçün ən asan yoldur. Tarixdə qeyd olunanlara əsasən, həmin vaxtlarda Haris ibn Nöman Fəhri adlı bir nəfər Peyğəmbəri (s) uca səslə çağıraraq dedi: Ey Mühəmməd! Bizi Allaha tərəf çağırdın qəbul etdik. Öz Peyğəmbərliyini (s) açıqladın və “La ilahə illəllah və Muhəmmədun Rəsulullah” dedin qəbul etdik. Bizi islama çağırdın, itaət etdik. İndi də əmin oğlunu bizə əmir etdin! Bilmirik bu Allah tərəfindən olan bir hökmdür, yoxsa sənin şəxsi nəzərindir!
Allahın Rəsulu (s) buyurdu: And olsun o, Allaha ki, Ondan başqa məbud yoxdur! Bu hökm Onun tərəfindəndir və mənim vəzifəm təkcə onu çatdırmaqdan ibarətdir.
Kişi bu cavabı eşitdikdə başını göyə qaldırıb acıqla dedi: Pərvərdigara! Əgər Mühəmmədin Əli haqqında dedikləri Sənin tərəfindən və Sənin əmrinlədirsə, onda göydən bir daş salıb məni həlak et!
Sözü ağzında tamamlanmamışdı ki, göydən bir daş düşüb onu həlak etdi. Bu zaman “Məaric” surəsinin ilk iki ayəsi nazil oldu.
Bu qorxulu hadisədən sonra müxaliflər başa düşdülər ki, tədbir tökmək lazımdır. Onlar bundan əvvəl də Allahın Rəsuluna (s) sui-qəsd etmək barəsində planlar cızmış, lakin sonda heç bir nəticə ala bilməmişdilər. Onlar Mədinəyə yetişməmişdən əvvəl dağlıq bir yerdə Allahın Rəsulunun (s) dəvəsini hürküdüb dəvəni dağdan aşağı yuvarlatmaqla həzrətin həyatına son qoymaq, gecənin qaranlığında qaçıb sabahı gün bu hadisənin bir təsadüf olmasını bildirməklə planlarını həyata keçirmək istəmişdilər.
Bu plan qeybi yardımla ifşa oldu. Bununla belə, Peyğəmbər (s) münafiqlərin şeytan tipli birləşmələrinin yenidən güclənə biləcəyindən şəkki yox idi. Ona görə də Peyğəmbər (s) tərəfindən bir nəfər car çəkərək dedi: “Allahın Rəsulunun (s) əmrinə əsasən, yol boyu Mədinə şəhərinə çatana qədər heç kəsin iki-iki ya üç-üç bir yerə yığılıb pıçıldaşmaq ixtiyarı yoxdur”. Bu əmrdən sonra ehtimalı üzrə fitnə yarada biləcək bütün yığıncaqların qarşısı alındı və Mədinəyə çatana qədər heç kəs hiylə qura bilmədi. Amma bununla belə, bu məsələ işində müvəffəq ola bilməyənləri öz işlərində daha da gizli fəaaliyyət göstərməyə sövq etdi. Onlar, Peyğəmbərin (s) onların fikirlərini bilməsini başa düşmüşdülər. Buna görə də, gizli olaraq bir yerə yığılıb əvvəldən Məkkədə yazdıqları əhdnamənin üstündə təkid edərək hər yolla olursa olsun, Peyğəmbərin (s) göstərişinin qarşısını almağa təkid etdilər.
Əhdnamənin bir hissəsi belədir:
Bu, Allahın Rəsulunun (s) mühacir və ənsardan olan əshabından bir dəstənin razılığa gəldiyi əhdnamədir.
Allahın Rəsulunu (s) Özünə tərəf çağırdı. O həzrət bir kəsi öz yerinə təyin etmədən əbədi həyata qovuşdu və xəlifə təyin etməni camaatın öhdəsinə buraxdı ki, inandıqları şəxsi onun canişini və müsəlmanların “Vəli əmr” məqamına seçsinlər. Allahın Rəsulu xilafətin nübuvvətlə bir ailədə qalaraq, miras kimi bir-birinə ötürülməməməsi, varlıların əlində əlbəəl olmaması, hər xəlifənin qiyamətə qədər öz övladı üçün xilafət iddiası etməməsi və başqalarının da ondan faydalanması üçün heç kəsi təyin etməmişdir.
Hər bir əsr və zamanda müsəlmanlara lazımdır ki, xəlifə dünyadan getdikdən sonra düşüncə sahiblərindən olan əshab bir yerə yığılıb, məşvərət və fikir mübadiləsindən sonra müsəlmanların rəhbərliyini düz olan bir adama tapşırsınlar, onu müsəlmanların mal və canlarına ixtiyar sahibi etsinlər. Belə bir səlahiyyət təkcə düşüncə sahiblərindədir. Onlar “Vəliy əmri” seçməkdə aciz olmazlar.
Deməli, əgər bir nəfər Allahın Rəsulunun kimisə özündən sonra canişin təyin etməsini və o şəxsi adı və nəsəbiylə tanıtdırmasını iddia edərsə, boş söz demiş, Allahın Rəsulunun səhabələrinin nəzərinin əksinə rəy vermiş və müsəlmanlarla müxalifətə qalxmışdır.
Bir kəs Peyğəmbərin (s) canişinliyi və xilafətinin ondan sonra bir başqasına miras kimi keçməsini iddia edərsə, mənasız söz demişdir. Çün ki, Allahın Rəsulu (s) demişdir: “Biz Peyğəmbərlər (s) irs qoymuruq. Bizdən qalan hər bir şey sədəqədir.”
Əgər bir nəfər “Xilafət nübuvvətin davamıdır və buna görə də Peyğəmbərin xilafəti hər kəsə layiq deyil, əksinə, bəlkə müsəlmanların arasından müəyyən bir adamın bu məqama layiq olması üçün xilafət onun haqqıdır” deyə iddia edərsə, yalan danışmışdır. Çünki Peyğəmbər (s) buyurmuşdur: “Mənim səhabələrim asimanın ulduzları kimidir: Hər hansına iqtida etsəniz hidayət taparsınız.”
Əgər bir nəfər “Allahın Rəsulu (s) ilə bir nəsəbdən olması və qohumluğuna görə özündən savayı heç kəsin bu məqama layiq olmamasını və hər zamanda bunun əsas götürülməsini” iddia edərsə, yersiz söz demişdir, çünki üstünlük Peyğəmbərlə (s) qohumluqda deyil, təqva ilədir. Necə ki, Allah buyurur: (انّ اكرمكم عند الله اتقيكم )Eləcə də Allahın Rəsulu buyurmuşdur: “Bütün müsəlmanlar birdir. Müxalif olan bir nəfərə qarşı bir sıradadırlar.”
Deməli, Allahın kitabına iman gətirib, Peyğəmbərin (s) sünnəsini qəbul edən şəxsin işində heç bir irad yoxdur və o haqq yoldadır. Bunun əksinə hərəkət edib müsəlmanlardan ayrılanı öldürün! Çünkü ümmətin islahı onun ölümündədir. Mənim ümmətimi parçalayanı və onların arasında ayrılıq salanı hər kəs olursa olsun, öldürün! Belə ki, ümmətimin bir olması rəhmətə, parçalanması isə əzaba səbəb olur. Mənim ümmətim düz olmayan işdə heç bir zaman birləşməz, düşmən qarşısında bir əl kimi olarlar. Müsəlmanlardan yalnız düşmən olanlar ayrılar. Bu zaman onların qanını tökmək mubahdır (rəvadır).
Onlar əhdnaməni o gün Əbu Übeydə Cərraha tapşırdılar. O da öz növbəsində onların tövsiyəsinə əsasən, əhdnaməni Kəbənin bir küncündə basdırdı. Əhdnamə Ömər ibn Xəttabın zamanına qədər orada qaldı və sonra onun göstərişiylə çıxardıldı.
Əhdnaməni yazanlar işlərini bitirdikdən sonra sübh namazını Peyğəmbərlə (s) qıldılar. Həzrət üzünü Əbu Übeydəyə* tutub buyurdu: “Ümmətin əmin adamı olmuş sənin kimilərə yüz afərin!” Sonra bu ayəni oxudu:
فويل للّذين يكتبون الكتاب بايديهم ثمّ يقولون هذا من عند الله ليشتروا به ثمناً قليلاَ فويل لهم ممّا كتبت ايدهم وويل لهم ممّا يكسبون
(Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra “bu, Allah tərəfindəndir!” deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə! ) ( “Bəqərə”surəsi, ayə:79)
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: İmam Əli
- Gösterim: 3883

13 RƏCƏB!
PEYĞƏMBƏR (S) ELMININ VARİSİ, İMAMƏT NURUNUN BİRİNCİ ULDUZU, MÖMİNLƏRİN ƏMİRİ ƏLİ İBN ƏBİ TALİBİN
MÖVLUDU ONUN AŞİQLƏRİNƏ MÜBARƏK OLSUN
RƏSULULLAH (S) ƏLİ (Ə) HAQQINDA BUYURUB:
1. “Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır”. Yəni bir kəsin mömin olmasının sübutu onun Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o əsla mömin ola bilməz. Baxmayaraq bütün gecəni namaz qılıb, gündüzləri oruc tuta və bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284)
2. “Əlini sevmək imanın nişanəsidir, Əliyə qarşı kinə nifaqın (münafiqliyin) əlamətidir”. Hər kəsdə Əliyə məhəbbət olsa o məhəbbət onun Allaha iman gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş olur. (kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199, Zəxairul-uqba 74, Mənaqib Xorəzmi.fəsl16, hdis200 )
3. “Əli dünya və axirətdə mənim bayrağımın sahibidir”. Əli hər iki dünyada Peyğəmbər ümmətinin rəhbəridir. (Zəxairul-uqba, 75, Yənabiul-məvəddə.81)
4. “Əli kimi igid və zülfuqar kimi qılınc yoxdur”. Ühud müharibəsində əshabın fərar etdiyi halda Əlinin göstərdiyi rəşadətin mükafatı olaraq Allah-təala bu tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis 3732, əl-Mustədrək,cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usulcild8-659 hədis6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124)
5. “Hər kəsin mən movlasıyam Əli də onun movlasıdır.(Sünəne ibn Macə, hədis 116, əl-Mustədrək 3-128, Kifayətul-tutalib bab 9- 82, bab 24-124)
6. “Əli xəlq olunmasaydı dünyada Fatiməyə layiq ər olmazdı” .Fatiməyə layiq olan insan yalnız Əlidir ki, hər cəhətdən kamil və pakdır. (Mənaqib Xorəzmi fəsl4 hədis 159 fəsl19hədis 282, ibni Məğazili 43-67-152)
7. “Əli mənim tərəfimdən əvəz olunmaz təbliğatçıdır”. Mənim gətirdiyim dini məndən sonra haqq olaraq məxluqata heç bir azğınlığa yol vermədən yalnız Əli çatdırıb təbliğ etməyə layiqdir.(Kifayətut-talib bab 62-260, Mənaqib Xorəzmi fəsl 7, hədis 76, Yənabiul-məvəddə180)
8. “Əlidən ayrılmaq Allahdan və məndən ayrılmaqdır”. Əlidən uzaqlaşmaq tağutu özünə movla və rəhbər qəbul edib Allaha ası olmaqla bərabərdir. (Səhih tirməzi 5-643 hədis 3737, usdul-qabə 4.26 Camiul-usul8.661 hədis 6510)
9. “Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən kafirdir”. (Yənabiul məvəddə 245-256)
10. “Əli şəfaət qapısıdır, bu qapıdan girən mömindir”. (Mənaqib Xorəzmi fəsl 7 hədis 67)
11. “Əlinin vilayətini qəbul etmək mənə iman gətirib risalətimi təsdiq edənlərə vəsiyyətimdir”. (Mənaqib Xorəzmi fəsl 6 hədis 48, fəsl 19 hədis 324, Səvaiq 126, Yənabiul-məvəddə 86)
12. “Əlinin vilayətini təsdiq edən möhür olmadan heç kəs siratdan keçə bilməz”.(Durrül-mənsur 3.210)
13. “Əlini sevmək savabdır bu sevgi ilə günah etsən bir zərəri olmaz”. (Belə güman olunmasın ki, hər kəs hər cür fəsad etsə bununla belə Əliyə olan məhəbbəti onu xilas edər. Xeyir əgər cahil halda yaxud nəfsinə tabe olub xəta üzündən günah etsə tövbə edərsə ona nicat olacaq). (əl-Mustədrək 3.134, Yənabiul-məvəddə 180)
14. “Allah Əlinin üzünü görməmiş mənim canımı alma!” (Mənaqib ibni Məğazili 211)
15. “Əlinin əli ilə Mənim əlim ədalətdə bərabərdir” (Mənaqib ibni məğazili 16, Yənabiul-məvəddə235)
16. “Əliyə məhəbbət cəhənnəmin odundan bəraətdir”. (İstiab. 3/ 38, Mənaqib Xorəzmi fəsl 7 hədis 66, Zəxairul-uqba 83)
17. “Əli məndəndir və mən də Əlidənəm. Əli məndən sonra hər möminin vəlisidir”. (Firdosul-əxbar. 3-373 hədis 5130, Yənabiul-məvəddə 177, 181, 237, 250)
18. “Qiyamət günü nida olunacaq: Əli sənin ən yaxşı qardaşın və İbrahim ən yaxşı babandır” (Nüzhətul-məcalıs. 2 səh 209)
19. “Əlinin insanlar arasında məqamı “Qul huvəllahu əhəd”- in Qurani-kərimdə olan məqamıdır”. (Mənaqib ibni məğazili 230, 231, Kifayətut-talib bab.5 səh 74, Məcməuz-zəvaid 9/ 108)
20. “Əlinin zikri və onun üzünə baxmaq ibadətdir”. ( Firdosul-əxbar . 2 səh 142 hədis 2723, Yənabiul-məvəddə 180 )
21. “Əlinin qatili yaranışın əvvəlindən axıra qədər yer üzünün ən bədbəxtidir”. (Şəvahidut-tənzil. 1/ 294 – 303, Yənabiul-məvəddə 100)
22. “Əlinin zikri ilə məclislərinizi zinətləndirin”. (Səvaiq 124)
23. “Əli Quranladır və Quran da Əli ilədir”. (əl-Mustədrək. 3- 122, Səvaiq 125)
24. “Əlinin vilayətini qəbul edən mənim kimi yaşayar və mənim kimi də dünyadan gedər”. (əl-Mustədrək 3. 132, İstiab 4. 170, Kifayətut-talib ban 44. 187, Məcməuz-zəvvaid 9. 102)
25. “Əli cənnətdəki Tuba ağacının qoludur, o ağacın kökü onun evindədir”. ( Tarixul-Bağdad 5. 37, Mənaqib ibni məğazili 129)
26. “Əlninin qapısından başqa məscidə açılan bütün qapıları bağlamağı Allah mənə əmr edib”. (İstiab 4. 170, Kifayətut-talib bab 44. 187, Məcməuz-zəvvaid 9. 102)
27. “Əlinin müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı kimidir”. (Tarixul-Bağdad 7. 421, Təhzibut-təhzib 9. 419)
28. “Əli salehlərin imamıdır və facirlərin qatilidir. Ona kömək edən Allaha kömək etmiş olub, ona kömək etməyən Allaha kömək etməyib”.(Mənaqib ibn Məğazili 38 Kifayətul-talib bab 47. 194)
29. “Bütün peyğəmbərlərin vəsisi olduğu kimi mənim də vəsim və varisim Əlidir”. (Tarixul-Bağdad 7. 452, Məcməuz-zəvvaid 9. 111, Səvaiq 125 )
30. “Əli dünya və axirətdə mənim qardaşımdır”. (Səhih Tirməzi 5./637 hədis 3721)
31. “Əli haqq ilə batili ayırandır”. (Səvaiq 125, Zəxairul-uqba 63)
32. “Əli cənnət ilə cəhənnəmi böləndir”. Qiyamət günündə Allah-təalanın əmri ilə Əli mömin ilə kafirləri layiq olduqları yerə göndərəcək. (Mənaqib Xorəzmi. hədis 2)
33. “Əli Allah və Rəsulunun yanında ən sevimli bəndədir”. (Yənabiul-məvəddə 135, 181)
34. “Əli və mən bir ağacdan xəlq olunduq”. (Mənaqib ibni Məğazili. 220, Zəxairul-uqba 91)
35. “Əli ən böyük Siddiqdir”. ( Usdul-qabə. 4. səh 31)
36. “Əli ən birinci müsəlman olduğu üçün qiyamətin günündə Kovsər hovuzuna birinci yetişər”. (Kifayətut-talib.bab 62, səh 264, Mənaqib ibni Məğazili. 48, Mənaqib Xarəzmi. fəsl 19. hədis 326)
39. “Qiyamətin günü Kovsər hovuzunun yanında mənə birinci qovuşacaq şəxs İslamı ilk qəbul etmiş Əli ibn Əbi Talib olacaqdır” ( əl-İstiab fi mərifətil-əshab 3/28)
40. Əbu Zərr Rəsulullahdan nəql edib: “Məndən sonra fitnələr baş verəcək. Elə ki, fitnəni gördünüz zaman Əli ibn Əbi Talibdən yapışın. Çünki Əli haqq ilə batili ayırandır” (əl-İsabə 7/167, Usdul-ğabə 5/287, əl-İstiab 4/169)
Tərtib edən: Elman İbadov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: İmam Əli
- Gösterim: 2681
Bəzi insanları belə bir sual düşündürə bilər: Görəsən tarixdə Qədir-Xum hadisəsinin baş verməsinə nə səbəb olub? Tarixi dəlillərə əsasən, həmin hadisə zamanı İslam peyğəmbəri (s) həcc mərasimindən qayıdırdı. Xum adlı bir yerdən keçdikləri zaman hacılara əmr etdi ki, qızmar günəşin altında hamısı bir yerə yığışsınlar, irəlidəkilər geri qayıtsınlar və geridəkilər də gəlib onlara çatsınlar. Bu qədər əziyyətli işin səbəbi nə idi? Nəhayət, bütün bunlardan sonra Peyğəmbər (s) tarix boyu unudulmayacaq çıxışına başladı.
Bu tarixi hadisə elə bir hadisədir ki, şiələr hər il o günü çox böyük təntənə ilə bayram edirlər, şiə ölkələrinin bəzisində rəsmi tətil elan olunur. Görəsən şiələr bu günü nəyə əsasən bayram keçirirlər? Yoxsa özlərindənmi uydururlar? Yaxud bu, İslam peyğəmbərinin (s) əmri ilə qeyd olunur? Yoxsa bütün bunlardan da böyük bir yerdənmi əmr olunub?
Bütün bu sualların cavabını tapmaq üçün gərək tarixə diqqət edək. Bunun üçün baxaq görək bu hadisə baş verməzdən əvvəl hansısa başqa mühüm bir şeymi baş verdi?
Tarixdə bu hadisədən qabaq bir Quran ayəsinin nazil olduğu qeyd olunur. Bu Quran ayəsi Maidə surəsinin 67-ci ayəsidir. Allah-Taala bu ayədə buyurur: “Ya Peyğəmbər! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risaələtini (sənə həvalə edilən, elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni qoruyacaq”. (Qeyd edək ki, ayə Peyğəmbərə nazil olduqdan sonra o həzrət ayəni camaata oxudu. Burda diqqət olunası bir məqam var: Peyğəmbər heç bir vacib hökmü bu qədər camaatın içində bəyan etməmişdi. Bu məsələ isə hadisənin əhəmiyyətini daha da artırır.)
Təfsir alimləri və tarixçilərin dediklərinə əsasən, Maidə surəsi Mədinədə nazil olan surələrdəndir, çünki o surənin ayələri Mədinədə baş verən hadisələrə aiddir. Məsələn, bu surədə Əhli-kitab (məsihi və yəhudilər) haqda danışılır, Əhli-kitab isə Məkkədə olan zamana aid deyildi, Mədinədə olan zamana aid idi, çünki Peyğəmbər (s) Məkkədə müşriklərlə mübarizə aparırdı.
Maidə surəsi Mədinəyə aid olduğu üçün yuxarıda qeyd etdiyimiz ayə də həmin surənin bir ayəsidir və o zamanın mühüm məsələsi haqda nazil olub. Bu ayənin Qədir-Xum hadisəsindən qabaq nazil olmasında isə ixtilaf yoxdur, ixtilaf bu ayənin kimin və nəyin barəsində nazil olmasındadır və burada biz məhz bunu aydınlaşdırmağa çalışacağıq.
Ayənin həqiqi mənası
Bu ayəyə bir az diqqət etsək görərik ki, Allah-Taalanın bu ayədə Peyğəmbərə (s) olan xitabı başqa ayələrdən çox fərqlənir. Allah-Taala bu ayədə hansısa mühüm bir işi yerinə yetirməyi Peyğəmbərə əmr edir. Əlbəttə, başqa ayələrdə başqa vacib işləri yerinə yetirməyi də Allah-Taala Peyğəmbərə (s) əmr edir, amma bu ayədəki vacibin növü başqa vaciblərdən çox fərqlənir. Çünki başqa vaciblər əmr edildikdə onu yerinə yetirməməyin qarşısında Peyğəmbərin (s) 23 illik zəhmətinin puç olması qeyd olunmayıb, amma bu işdə məsələ o qədər mühümdür ki, Allah-Taala Peyğəmbərə buyurur ki, əgər onu yerinə yetirməsən 23 illik peyğəmbərliyin bir anın içində puç olub məhv olar.
Bəs görəsən bu məsələ nədir ki, Allah-Taala yanında bu qədər əhəmiyyətə malikdir? Hətta o qədər mühümdür ki, əgər bu iş icra olunmasa, əziz Peyğəmbərinin peyğəmbərliyini qəbul olunmaz kimi hesab edir. Əgər desək bu ayə hansısa şəri məsələ haqda nazil olub, ayədəki deyiliş tərzilə uyğun gəlməz, buna görə ki, o zamana qədər şəri məsələlərin əsasları nazil olmuşdu və həmin dövr Peyğəmbərin ömrünün son günləri idi. Yaxud bu ayəni etiqadi məsələlərin bir qismi, o cümlədən, Allahın, peyğəmbərliyin, yaxud məadın (ölümdən sonrakı həyatın) sübutu kimi məsələlər haqda olması da uyğun gəlmir, çünki Peyğəmbər o məsələləri İslamın əvvəllərində camaat üçün açıqlamışdı və qeyd etdiyimiz kimi, bu ayə onun ömrünün son günlərində nazil olub.
Burada yalnız bir nəzəriyyə qalır, o da Peyğəmbərin (s) özündən sonra ümmətə rəhbər təyin etməsi kimi mühüm bir məsələdir. Çünki əvvəldə də qeyd etdiyimiz kimi, İslamın mühüm şəri məsələləri və əqidəvi məsələlərin bir çox qismi o zamana qədər Peyğəmbər (s) tərəfindəm camaat üçün deyilmişdi. Yalnız əqidəvi məsələlərdən biri olan vilayət məsələsi qalmışdı.
Rəhbərlik məsələsinin bu qədər əhəmiyyətə malik olması təbii məsələdir, çünki söhbət bir İslam dövlətini Peyğəmbərdən sonra kimin idarə etməsindən gedir.
Əgər bir uşaq yenicə ayağa qalxıb yeriməyə başlasa onun başına neçə nəfər fırlanar və onu yalnız qoymazlar. O dövrdə İslam dini də yeni ayağa qalxmış bir uşaq kimi idi və onun Peyğəmbərdən sonra Peyğəmbər kimi qoruyan bir insana ehtiyacı var idi. Bütün bunlar üçün də elə bir rəhbər seçilməli idi ki, Peyğəmbərdən (s) sonra onun yerinin boşluğunu doldursun, həm elmi, həm siyasi, həm əxlaqi və.s cəhətlərdən.
İslam dininə Peyğəmbərdən sonra rəhbər seçməyə isə o dini nazil edən və onu camaata çatdırandan daha layiqlisi yoxdur. Misal üçün, əgər bir insan böyük bir şirkət tikdirə və bir müddətdən sonra ömrünün sonunun yaxınlaşdığını hiss edə, bu zaman o insan şirkətin başına kimin keçməsini özü təyin edər. Bunu şirkətin işçilərinin öhdəsinə buraxmaz. Çünki şirkətin sahibi odur və bu işin öhdəsindən kimin daha yaxşı gələcəyini məhz o bilir.
Allah-Taala da göndərdiyi İslam dininin Peyğəmbərdən (s) sonrakı rəhbərini Peyğəmbərin ömrünün sonlarında onun vasitəsi ilə “Xum” adlı yerdə təyin etdi və rəhbəri seçdikdən sonra İslam dinini kamil din olaraq tanıtdırdı.
Burada sual yaranır ki, bəs o rəhbər kim idi? Cavabını isə tarix deyir, həmin gün, həmin yerdə o ayə (Maidə surəsinin 67-ci ayəsi) nazil olduqdan sonra Peyğəmbər (s) geniş və tarixi bir xütbə oxudu, bu xütbənin arasında belə buyurdu: “....Mən kimin mövlasıyamsa (oxu:rəhbəriyəmsə), Əli də onun mövlasıdır(oxu:rəhbəridir)!” Bu cümləni Peyğəmbər üç dəfə təkrar etdi.
Bu hədisi səhabələrdən təqribən 110 nəfəri nəql edib, o cümlədən; Əbubəkr, Ömər, Osman, Əmmar Yasir, Ümmu Sələmə, Əbu Hureyrə, Səlman Farsi, Zubeyr, Zeyd ibn Ərqəm, Əbuzər Ğəffari, Əbbas ibn Əbdülmütəllib, Cabir ibn Əbdullah Ənsari və.s. Hədis elmində bu cür bir neçə ravi (rəvayət eləyən) tərəfindən nəql olunan hədislərə “Mütəvatir” hədislər deyilir. Mütəvatir olan hədislər isə bütün hədis alimləri tərəfindən qəbul olunur.
Qeyd etdiyimiz kimi bu hədis mötəbər hədis olduğu üçün böyük sünnü tarixçiləri o cümlədən, Yəqubi (İslam aləmində ümumi tarix kitabını yazan birinci şəxs), Məhəmməd ibn Hərir Təbəri, İbn Əsir, Süyuti öz tarix kitablarında bu məsələyə toxunmuşlar.
Buna əsasən bu hədis tarixdə baş vermiş dəqiq hadisələrdən biridir və bunu inkar edənlər isə məlumdur ki, hədis elmindən və tarixdən xəbərsizdilər.
Bu hədisdə gələn “mövla” kəlməsinin mənası
Bu hədisdə gələn “mövla” kəlməsini bəziləri “dost” mənasına tərcümə edirlər. Onlar bununla demək istəyirlər ki, Peyğəmbərin (s) orada Əli (ə) haqda “mövla” kəlməsini zikr etməkdə məqsədi “rəhbər” yox “dost” idi. Yəni Peyğəmbər, “Mən kimin dostuyamsa, Əli də onun dostudur” demək istəyirdi.
Doğrudur “mövla” kəlməsinin bir mənası da “dost”dur. Amma kəlməni hansı şəraitdə deyilməsi mühümdür. Biz əgər bu hədisi Peyğəmbərin nə zaman buyurduğuna baxsaq və onun “mövla” kəlməsindən məqsədinin dost olduğunu desək, şübhəsiz ki, problemlərlə üzləşmiş olarıq. Belə ki, bu insanın əqli və zaman şəraiti ilə uyğun gəlmir. Çünki Peyğəmbərin çox saylı hacını qızmar günəşin altında saxlayıb,“Mən kimin dostuyamsa Əli də onun dostudur” deməsi, Peyğəmbərin (s) şəninə uyğun gələn bir şey deyil. Bundan əlavə bu hadisədən qabaq nazil olan ayənin xitabından da başa düşmək olar ki, mövla kəlməsini “dost” mənasında başa düşmək olmaz. Çünki ayə mühüm bir məsələdən danışır və elə bu ayədən sonra Peyğəmbər (s) bu hədisi buyurur. Bu müqəddimələrə əsasən məsələ dost məsələsindən daha mühüm olan İslama rəhbər təyin etmək məsələsidir.
“Vilayət” bayramınız mübarək!
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: İmam Əli
- Gösterim: 3011
“Qədir-Xum” maarif, elm, mərifət və hikmət dəryasıdır. Şəriət, mənəviyyat, mədəniyyət, hikmət, əxlaq, əhkam, kəlam, təfsir və insanı səadətə qovuşduracaq olan hər şeyə malikdir. Ancaq əfsuslar olsun ki, Qədir-Xum günəşinin önünü çox vaxt qara buludlar tutmuş və insanlar bu günəşin həyatverici işığınından lazımınca bəhrələnə bilməmişilər və bu günə kimi bu böyük dəryanın ləl və gövhərləri və mahiyyəti ortaya çıxarılmayıb və layiqincə qiymətləndirilməyibdir. Baxmayaraq ki, bu dəryadan qopan güclü dalğaların səxavətli əlləri, hərdənbir qiymətli daş-qaşlardan sahildə oturanlara bağışlamışdır.
Bu məqaləni yazmağda hədəfim budur ki, Qədir-Xum bayramının və bu böyük və müqəddəs günün əməlləri ilə tanış olaq və görək bu gün hansı əməllərin yerinə yetirilməsi müqəddəs şəriətimiz tərəfindən lazım, məqsədə uyğun və daha çox fəzilətlidir.
Bu mövzuda söhbət açmamışdan qabaq bir-neçə məsələni siz əziz oxucuların nəzərinə çatdırmağı zəruri və lazım bilirəm:
1).Qədir-Xum bayramı günü üçün tövsiyə olunan əməllərdən məqsəd Peyğəmbərin (s) sünnətindən və bu gün üçün nəzərdə tutulmuş müstəhəb və bəyənilmiş əməllərdir.
Bu müstəhəb əməllər Peyğəmbər (s) və o həzrətin (s) əhli-beytindən məsum imamlar (ə) tərəfindən çox saylı rəvayətlərdə bu günümüzə gəlib çatmışdır ki, biz bu rəvayətləri öz növbəsində sıra ilə bəyan edəcəyik, inşaəlla-təala.
2). Biz dini qaynaqlarımıza nəzər saldıqda görürük ki, bu gün üçün çox sayda savab və fəzilətli əmllər mövcuddur. Bu isə onu göstərir ki, “Qədir-Xum”günü əzəmətli, İslam tarixində böyük əhəmiyyətə və həlledici rola malik bir gün kimi özünə yer tutmuşdur.
Islam dinində heç bir gün üçün nə qədər mühüm və müqəddəs bir gün olsada belə, bu sayda əməl, ayin, savab və fəzilət mövcud deyildir. Dini qaynaqlarda “Qurban, Fitir, Ərəfə və Mübahələ” kimi mübarək günlər üçün müxtəlif sayda savab və fəzilətli əməllər mövcuddur, lakin bu əməllərin hamısını bir yerə toplasaq da belə, bu əməllərin sayı “Qədir –Xum bayramı üçün bəyan olunmuş əməllərin sayına çatmayacaqdır.
3). “Qədir-Xum” bayramının ikinci mühüm xüsusiyyəti, bu gün üçün bəyan olunmuş əməllərin daha geniş dairə və əhatəyə malik və demək olar ki, bütün sahələri əhatə etməsidir.
Bu günün əməllərində insan həyatının buütün sahə və mərhələləri üçün gərəkli olan əməl və səciyyəvi xüsusiyyətlərdən ən azı bir müstəhəb əməl nəzərdə tutulmuşdur. İbadətdən tutmuş ictimai və siyasi əməllərə kimi, eyibsiz, nöqsansız və kamil şəkildə bəyan olmuşdur. Hansı ki, bu əməllərin icrası insan hüquqlarının bərabərliyi, insanların səadət və xoşbəxtliyi və onların sülh və əmin-amanlıqla dolu bir həyat yaşamasına zamindir.
Başqa sözlə ifadə etsək, bu əməllərin əhatə dairəsi o qədər genişdir ki, İslam dininin kamilliyi Qədir-Xum güzgüsündə tam olaraq öz əksini tapmışdır.
4). “Qədir-Xum” günün üçüncü fərdi xüsusiyyəti budur ki, bu gün üçün nəzərdə tutulmuş əməllərin fəzilət, savab və üstünlüyü özünəməxsusdur və başqa günlər və əməllər üçün belə bir fəzilət və savab qeyd olunmamışdır və demək olar ki, bu günün əməllərinin savabı və fəziləti mübarək Ramazan ayının əməllərinin savab və fəzilətindən də çoxdur.
Mərhum Mirzə Cavad Ağa Təbrizi (allah rəhmət etsin) buyurmuşdur:
“Qədir-Xum günü üçün bəyan olunmuş fəzilətlər, Mübarək Ramazan ayı üçün buyurulmuş fəzilətlərdən daha çoxdur”.
Qədir-Xum gününün əməllərini deyərkən bu fəzilətlərdən bəzilərinə işarə edəcəyik.
5). Soruşula bilər ki, nəyə görə Qədir-Xum günü üçün bu qədər çox sayda əməl və fəzilət bəyan olunmuşdur?
İmam Sadiq (ə) bu sualın cavabında buyurur:
“Buna görə ki, bu əməlləri yerinə yetirməklə bu günü əzəmətli, böyük və mübarək bir gün kimi qeyd edəsən”.
Imam Sadiq (ə) bu kəlamı ilə iki məsələyə işarə edir:
1. - Qədir-Xum günü ehtiram və əzəmətlə və Qədir-Xum sahibinə layiq olaraq yad edilməlidir.
2. - Qədir-Xum gününün yad edilməsi bu günün özünəməxsus əməlləri ilə həyata keçirilməlidir.
İndi isə bu mubarək günün bəzi əmlləri ilə tanış olaq:
1. Oruc tutmaq:
Qədir-Xum günü oruc tutmağın coç fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir.
Imam Əli (ə) buyurur:
“Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”.
Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz.
Yenədə o həzrət (ə) buyurur:
“... Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”.
Imam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı:
“Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”.
Yenədə o həzrət buyurur:
“Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”.
2. İftar vermək:
Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır.
Möminlərin ağası İmam Əli (ə) buyurur:
“Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”.
Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu:
“ (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”.
(az fasilədən) sonra sözünə belə davam etdi:
“Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”.
Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur.
Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı.
3. Qardaşlıq:
Vilayət günəşinin doğduğu gün yəni Qədir-Xum bayramı, qardaşlıq günüdür və qardaşlıq günü vilayət günüdür. Vilayət və qardaşlıq bir-birinə ayrılmaz tellərlə bağlıdırlar və onları bir-birinə düyünləyən halqa “iman”dır. Çünki bir tərəfdən imanın şərti vilayətdir və iman vilayətlə kamilləşir və başqa bir tərəfdən isə iman əhli bir-birilə qardaşdırlar:
"Həqiqətən, mö’minlər (dində) qardaşdırlar”.
Bax elə buna əsasəndə qardaşlıq peymanı bağlamaq Qədir-Xum bayramının gözəl əməllərindən biri sayılır.
Bu qardaşlıq əhd-peymanı aşağıdakı şəkildə bağlanır:
İki nəfərdən biri özünün sağ əlini ikinci şəxsin ssağ əlinin üzərinə qoyaraq deyir:
“Mən səninlə Allah yolunda qardaş oluram və uca yardanın hüzurunda səninlə səmimiyyətli və saf olmağı qarşıma məqsəd qoyuram. Allah yolunda səninlə əl tutub və Allah-taala, mələklər, müqəddəs kitablar, peyğəmbərlər və məsum imamların (ə) hüzurunda səninlə əhd-peyman bağlayıram ki, əgər qiyamət günü Allahın rəhməti mənə şamil olub, cənnət və şəfaət əhlindən olsam və cənnətə daxil olmaq icazəsi alsam, oraya daxil olmayacam, məgər sən də minimlə birlikdə olasan”.
Sonra isə ikinci şəxs deyir: “qəbul etdim və səni şəfaət, dua və ziyarətdən başqa (ki, bu üç şeydə məni unutmamalısan), yerdə qalan bütün qardaşlır hüquqlarından səni azad edirəm”.
4. Təbərra: (yəni Allahın düşmənlərind ən uzaqlaşıb, dostları ilə dostluq etmək).
İmam Sadiq (ə) buyurdu:
“Qədir-Xum bayramı günü əhli-beytə zülm edənlərdən uzaqlaşın və (onlardan bezar olduğunuzu aşkar edin). ”
5. Təzə və pak libas geyinmək:
İmam Sadiq (ə) buyurdu: “Möminlərə lazımdır ki, Qədir-Xum bayramında özlərinin ən təmiz, yaraşıqlı və qiymətli libaslarını geysinlər”.
Mərhum Mirzə Cavad Ağa Təbrizi bu əməli (təzə və yaraşıqlı geyinməyi) Qədir-Xum bayramının mühüm və zəruri əməllərindən hesab edirdi.
6. Təbrik:
Təbrik demək və insanlarla üzləşdikdə onlarla xoş duyğularını və sevinci bölüşdürmək, hər bir bayramın ən gözəl xüsusiyyətlərindəndir.
Başqa bayramlarda olduğu kimi dini bayramlarda da möminlər sevinc və şadlıqlarını dini qardaşları ilə paylaşırlar. Bu arada bu cür təbrik və sevinc paylaşma ən-ənəsi Qədir-Xum bayramında da özünəməxsus yer tutmuşdur. Peyğəmbər (s) Qədir-Xum bayramında müsəlmanları bir-birinə təbrik deməyə təkidlə tövsiyə etdi və sevinclə möminlərə deyirdi: “Mənə təbrik deyin! Mənə təbrik deyin!”
İmam Sadiq (ə) möminlərə Qədir-Xum bayramında bu sözləri deməyi tövsiyə etmişdir: “Bir-birinizlə üz-üzə gəldiyiniz zaman bu duanı deyin: “Həmd və səna o Allah üçündür ki, bizləri bu günün vasitəsilə girami və əziz edib, bizi möminlərdən və imamət və vilayət sahıbləri, ədalət və haqqı yaşadanların haqqında aldığı əhd-peymana sadiq qalıb, vəfa edənlərin sırasında qərar verib və bizi qiyamət gününü inkar və təkzib edənlərdən qərar vermədi”.
İmam Rza (ə) buyurdu: “ (Qədir-Xum bayramında) bir- birinizlə üzləşdikdə deyin: Həmd və səna o Allah üçündür ki, bizi Əmirəlmöminin Əli ibni Əbi-Talibin (ə) vilayətinə iman gətirən və vilayət (məktəbinin) davamçılarından qərar verdi” .
7. Təbəssüm:
İmam Rza (ə) buyurdu: “... Qədir-Xum günü möminlərin üzünə təbəssümlə baxmaq (gülərüzlü olmaq) günüdür. Hər kəs Qədir-Xum günü mömin qardaşlarının üzünə təbəssüm etsə, Allah-Taala qiyamət günü o şəxsə rəhmət nəzəri ilə baxacaq, onun min arzusunu həyata keçirəcək və min istəyini qəbul edəcək və onun üçün (cənnətdə) bir qəsr tikəcək və üzünü nurani və gözəl edəcəkdir”.
8. Xoş həyat:
Yaxşıdır ki, möminlər Qədir-Xum günü gündəlik həyat tərzini dəyişib ailə və dostlarına daha çox vaxt ayırsınlar və gündəlik problemlərini unudub xoş əhval-ruhiyyədə olsunlar və çalışsınlar ki, problem və qayğılarını sevinc, şadlıq və səxavətlə əvəz etsinlər. Bu gün gərək imkanlı möminlər həyatın başqa problemlərini unudub daha çox pul xərcləsinlər ki, bütüb möminlər bu bayramın ürəyaçan xoş iyini və dadını duyub, dada bilsinlər. Vilayət və İmamət bayramının xoş ətrini və insanlara bağışladığı xoş əhval ruhiyyənin hamı üçün gerçəkləşməsi üçün birinci növbədə səxavətli olmaq lazımdır ki, kasıb möminlər bu əziz və girami bayramı sıxıntılar içində keçirtməsinlər. Buna görədə imkanlı möminlərə lazımdır ki, həm öz ailələri və həm də digər möminlərə geniş mali imkanlar yaratsınlar ki, bu iş üçün Allah-Taalanın dərgahında ən yüksək mükafata layiq görüləcəklər.
Imam Rza (ə) buyurdu: “Qədir-Xum günü bir gündür ki, Allah-Taala bu gün ona ibadət edib, mömin qardaşlarına və öz ailəsinə maddi imkanlar yaradıb və bu günü qayğısız və şən keçirməyləri üçün kömək edən şəxsin mal-dövlətini çoxaldacaqdır”.
9. Bayram etmək:
İmam Rza (ə) Qədir-Xum bayramında öz yaxınlarının və ətrafındakıların əhval-ruhiyyəsini dəyişirdi və onlarda təzə, şən və əsl bayram əhvalı yaradırdı.
10. Allaha müsəlmanlara bəxş etdiyi vilayət nemətinin müqabilində şükr etmək:
Həzrət Peyğəmbər (s) buyurdu: “Sünnətlərimdən biri də budur ki, möminlər Qədir-Xum günü yüz dəfə bu duanı oxusunlar: Həmd və səna o Allah üçündür ki, Əli ibn Əbi Talibin (ə) vılayəti və imaməti ilə dinini kamil və nemətini tamam etdi”.
Imam Əli (ə) buyurur: Qədir-xum günü Allah-Taalanın sizə nəsib etdiyi “Vilayət”neməti üçün ona şükürlər edin.
11. “Sileyi-rəhm”(qohum-qardaşı ziyarət etmək):
Qohum-qardaş və dost-aşnanın görüşünə və ziyarətinə getmək Qədir-Xum gününün gözəl və mənəvi əməllərindən biridir. Bu sünnət camaatı daha şən və təravətli və bu bayramı onların ürəyində və yadında xoş duyğularla həmişəlik olaraq həkk edir. Elə buna görədə İslam dini bu gözəl sünnətə bayram və bayramdan başqa günlərdə də əməl olunmasına təkid edir.
İmam Rza (ə) buyurur: “Hər kəs, Qədir-Xum günü bir möminin ziyarət və görüşünə gedərsə Allah-Taala onun qəbrinə yetmiş nur daxil edər və qəbrini onun üçün geniş və böyük edər, hər gün yetmiç min mələk onun qəbrinin ziyarətinə gələr və onu cənnət müjdəsi ilə muştuluqlayacaqlar” .
Yaxşı olar ki, möminlər bu gözəl sünnəti bayramların ən böyük və ən gözəli olan Qədir-Xum bayramında yaddan çıxartamasınlar ki, Qədir-Xum bayramını yaşatmaqla birlikdə camaat və qohumlar arasındakı, ülfət, səmimiyyət, dostluq və məhəbbət tellərini də möhkəmlətmiş olsunlar.
12. Ziyarət:
Qədir-Xum günün əməllərindən biri də möminlərin ağası Əli ibn Əbi Talibi (ə) ziyarət etməkdən ibarətdir. O Həzrətin (ə) ziyarəti iki cür mümkündür:
1). O Həzrətin (ə) pak və müqəddəs hərəmində: İmam Rza (ə) Əhməd ibn Əbi Bəsr Bəzəntiyə buyurdu: “Ey Əbi Nəsrin oğlu, harada olursan ol, Qədir-Xum günü Möminlərin ağası Əli ibn Əbi Talibin (ə) müqəddəs qəbrinin kənarında hazır ol! Həqiqətən Allah-Taala bu gün mömin kişi və qadınların altımış illik günahlarını bağışlayır və mübarək Ramazan ayının Qədir gecələrində və Fitr bayramında (cəhənnəm əzabından) azad etdiyinin iki bərabərini azad edir” .
Bu zuyarətin qaydasını mərhum şeyx Əbbas Qumi “Məfatih əl-cinan” kitabında həzrəti İmam Hadidən (ə) izahlı şəkildə rəvayər etmişdir .
2). Ümumi ziyarətlər:
Bu ziyatərlərin müqəddəs hərəmə aidiyyəti yoxdur və vilayət aşiqləri eliyə bilərlər olduqları yerdən o həzrətin ziyarətinə nail olsunlar ki, bu barədə iki ünvanda ziyarətnamə mövcuddur:
*- Əminəllah ziyarətnaməsi:
السَّلامُ عَلَيْکَ يَا أَمِينَ اللَّهِ فِي أَرْضِهِ وَ حُجَّتَهُ عَلَي عِبَادِهِ السَّلامُ عَلَيْکَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَشْهَدُ أَنَّکَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ عَمِلْتَ بِکِتَابِهِ وَ اتَّبَعْتَ سُنَنَ نَبِيِّهِ صَلَّي اللَّهُ عَلَيْهِ وَ آلِهِ حَتَّي دَعَاکَ اللَّهُ إِلَي جِوَارِهِ فَقَبَضَکَ إِلَيْهِ بِاخْتِيَارِهِ وَ أَلْزَمَ أَعْدَاءَکَ الْحُجَّةَ مَعَ مَا لَکَ مِنَ الْحُجَجِ الْبَالِغَةِ عَلَي جَمِيعِ خَلْقِهِ اللَّهُمَّ فَاجْعَلْ نَفْسِي مُطْمَئِنَّةً بِقَدَرِکَ رَاضِيَةً بِقَضَائِکَ مُولَعَةً بِذِکْرِکَ وَ دُعَائِکَ مُحِبَّةً لِصَفْوَةِ أَوْلِيَائِکَ مَحْبُوبَةً فِي أَرْضِکَ وَ سَمَائِکَ صَابِرَةً عَلَي نُزُولِ بَلائِکَ [شَاکِرَةً لِفَوَاضِلِ نَعْمَائِکَ ذَاکِرَةً لِسَوَابِغِ آلائِکَ] مُشْتَاقَةً إِلَي فَرْحَةِ لِقَائِکَ مُتَزَوِّدَةً التَّقْوَي لِيَوْمِ جَزَائِکَ مُسْتَنَّةً بِسُنَنِ أَوْلِيَائِکَ مُفَارِقَةً لِأَخْلاقِ أَعْدَائِکَ مَشْغُولَةً عَنِ الدُّنْيَا بِحَمْدِکَ وَ ثَنَائِکَ
پس پهلوي روي مبارک خود را بر قبر گذاشت و گفت:
اللَّهُمَّ إِنَّ قُلُوبَ الْمُخْبِتِينَ إِلَيْکَ وَالِهَةٌ وَ سُبُلَ الرَّاغِبِينَ إِلَيْکَ شَارِعَةٌ وَ أَعْلامَ الْقَاصِدِينَ إِلَيْکَ وَاضِحَةٌ وَ أَفْئِدَةَ الْعَارِفِينَ مِنْکَ فَازِعَةٌ وَ أَصْوَاتَ الدَّاعِينَ إِلَيْکَ صَاعِدَةٌ وَ أَبْوَابَ الْإِجَابَةِ لَهُمْ مُفَتَّحَةٌ وَ دَعْوَةَ مَنْ نَاجَاکَ مُسْتَجَابَةٌ وَ تَوْبَةَ مَنْ أَنَابَ إِلَيْکَ مَقْبُولَةٌ وَ عَبْرَةَ مَنْ بَکَي مِنْ خَوْفِکَ مَرْحُومَةٌ وَ الْإِغَاثَةَ لِمَنِ اسْتَغَاثَ بِکَ مَوْجُودَةٌ [مَبْذُولَةٌ] وَ الْإِعَانَةَ لِمَنِ اسْتَعَانَ بِکَ مَبْذُولَةٌ [مَوْجُودَةٌ] وَ عِدَاتِکَ لِعِبَادِکَ مُنْجَزَةٌ وَ زَلَلَ مَنِ اسْتَقَالَکَ مُقَالَةٌ وَ أَعْمَالَ الْعَامِلِينَ لَدَيْکَ مَحْفُوظَةٌ وَ أَرْزَاقَکَ إِلَي الْخَلائِقِ مِنْ لَدُنْکَ نَازِلَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ إِلَيْهِمْ وَاصِلَةٌ وَ ذُنُوبَ الْمُسْتَغْفِرِينَ مَغْفُورَةٌ وَ حَوَائِجَ خَلْقِکَ عِنْدَکَ مَقْضِيَّةٌ وَ جَوَائِزَ السَّائِلِينَ عِنْدَکَ مُوَفَّرَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ مُتَوَاتِرَةٌ وَ مَوَائِدَ الْمُسْتَطْعِمِينَ مُعَدَّةٌ وَ مَنَاهِلَ الظِّمَاءِ [لَدَيْکَ] مُتْرَعَةٌ اللَّهُمَّ فَاسْتَجِبْ دُعَائِي وَ اقْبَلْ ثَنَائِي وَ اجْمَعْ بَيْنِي وَ بَيْنَ أَوْلِيَائِي بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ فَاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ إِنَّکَ وَلِيُّ نَعْمَائِي وَ مُنْتَهَي مُنَايَ وَ غَايَةُ رَجَائِي فِي مُنْقَلَبِي وَ مَثْوَايَ
و در کامل الزيارة بعد از اين زيارت اين فقرات نيز مسطور است:
أَنْتَ إِلَهِي وَ سَيِّدِي وَ مَوْلايَ اغْفِرْ لِأَوْلِيَائِنَا وَ کُفَّ عَنَّا أَعْدَاءَنَا وَ اشْغَلْهُمْ عَنْ أَذَانَا وَ أَظْهِرْ کَلِمَةَ الْحَقِّ وَ اجْعَلْهَا الْعُلْيَا وَ أَدْحِضْ کَلِمَةَ الْبَاطِلِ وَ اجْعَلْهَا السُّفْلَي إِنَّکَ عَلَي کُلِّ شَيْءٍ قَدِيرٌ
*- İmam Sadiq (ə) rəvayər olunmuş ziyarətnamə: Bu ziyarətnamə də şeyx Əbbas Quminin “Məfatih əl-cinan” kitabında qeyd olunmuşdur.
13. Təmizlik işləri görmək və ev, həyət və küçəni bəzəyib, yaraşığa salmaq və bir sözlə bu müqəddəs bayram üçün hər tərəfli hazırlaşmaq:
Iamam Sadiq (ə) buyurur:
“Qədir-Xum” günü şadlıq, sevinc və xoşhallıq günüdür”.
Qədir-Xum bayramının gözəl adətlərindən biri də budur ki, müsəlmanlar bu gündə ev-eşiklərini bəzəyib və təzə libaslar geyinməklə bu günə əsil bayram əhval-ruhiyyəsi bəxş etsinlər, və başqa bayramlarla müqayisədə daha çox şadyanalıq etsinlər, çünki Qədir-Xum bayramı bayramların şahıdır. Bu əməlin böyük fəzilət və savabı vardır.
Imam Rza (ə) buyurur:
“Qədir günü zinət və bəzənmək günüdür. Hər kəs Qədir-Xum günü üçün zinətlənsə Allah-taala onun bütün böyük və kiçik günahlarını bağışlayacaq və gələn il Qədir-Xum bayramına qədər onun yaxşılıqlarını yazıb, dərəcələrini yüksəltmək üçün mələklər göndərəcəkdir”.
14. Təşəkkür:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü Allah-Taalanın sizə bağışladığı vilayət nemətinin müqabilində (uca olan Tanrıya) şükür edin”.
15. Sədəqə vermək:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü sədəqə verilən bir dirhəmin fəziləti başqa günlərdə sədəqə verilən iki yüz min dirhəmin fəzilətinə bərabərdir”.
16. Peyğəmbər (s) və əhli-beytə (ə) salam və salavat göndərmək:
İmam Sadiq (ə) buyurur: “Qədir-Xum günü Məhəmməd və əhli-beytinə (ə) coç salam və salavat göndərin”.
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd
اللهمّ صَلِّ عَلي مُحمّد و آل محمّد
17. Qonaqlıq:
Qədir-Xum günü möminlərə qonaqlıq vermək və ziyafət süfrəsinə dəvət etməyin böyük əhəmiyyət və savabı vardır.
İmam Sadiq (ə) buyurur: “Qədir-Xum bayramında dini qardaşlarınızı ziyafət süfrəsinə dəvət edin”.
Imam Rza (ə) bu əməlin fəziləti haqqında buyurur: “Hər kəs Qədir-xum günü bir nəfər möminə yemək versə o kəs kimidir ki, bütün peyğəmbərlər və siddiqlərə yemək vermişdir”.
18. İbadət:
İmam Rza (ə) buyurdu: “Allah-Taala Qədir-Xum günü ibadət edənlərin mal-dövlətin çoxaldacaqdır”.
19. Ətir vurmaq:
Məsum İmamlar (ə) möminlərə Qədir-Xum bayramında ətir vurmağı sifariş ediblər.
20. Saleh əməl etmək:
Rəvayətlərə əsasən Qədir-Xum günü yaxşı və saleh işlər etmək həştad ilin ibadətinə bərabər və altımış ilin günahının kəffarəsidir.
21. Qüsl vermək:
Qədir gününün yaxşı əməllərindən biri də günün əvvəlində qusl verməkdir. Şiə alimləri bu günün qüslünün savab olmağına şəhadət vermiş və bu işi təkidli müstəhəb əməl hesab etmişlər.
22. Möminlərin xahiş və istəyini həyata keçirmək:
İmam Sadiq (ə) buyurur:“Qədir bayramında mömin qardaşlarınızın arzu və istəklərinə əməl edin”.
23. Kömək etmək:
Fəqir, zəif və ehtiyacı olanlara kömək etmək, Qədir-Xum sahibinin bu gün üçün xüsusi sifarişlərindəndir. O həzrətin (ə) göstərişinə əsasən gərək varlılar kasıblara, güclülər zəiflərə kömək etsinlər.
Qədir günü imkansızlara kömək etmək o qədər əhəmmyyətlidir ki, islam dinində borc istəməyin bəyənilmiş bir iş olmadığı halda, məsum imamlar (ə) qədir-xum günü başqalarına kömək etmək üçün borc almağa belə tövsiyə ediblər.
İmam Əli (ə) buyurur: “Hər kəs mömin qardaşına (qədir-xum) günü kəmək etmək üçün borc alarsa, mən Allah-Taala tərəfindən zəmanət verirəm ki, sağlığında o borcu qaytarsın və əgər ömrü vəfa etməsə və dünyasın dəyişsə, o borc Allah-Taala tərəfindən onun öhdəsindən götürüləcəkdir”.
Bu hədisdən iki mühüm nöqtəyə toxunulur:
1. Qədir gününün əhəmiyyəti və dəyərinə görə borc almaq başqa vaxtlarda bəyənilmiş bir iç olmsada bu gün üçün isə sifariş olunmuşdur.
2. “Həqqün-nas” yəni başqalarını haqqını mənimsəyən adam heç vaxt Allah-taala tərəfindən bağışlanılmır, lakin Allah-taala borclun şəxsin borcu Qədir-xum günü başqasına kömək etmək üçün aldığına onu bağışlayır, yəni onun borcunu qiyamət günü borc sahibini razı salmaqla, geri qaytarmış hesab edir.
24. Əfv və güzəşt etmək:
Qədir-Xum gününün müstəhəb sayılan əməllərdən biri də dini qardaşlarımızın səhv və günahlarına göz yummaq və onlarla səmimi və dostcasına əlaqə yaratmaqdır.
25. Gülərüzlü olmaq:
İmam Əli (ə) buyurur: “Bir-birinizlə gülər üzlə rəftar edin”.
26. Müsavat və bərabərlik:
Əli (ə) buyurur: “Özünüz və zəiflər arasında bərabərlik yaradın”.
27. Əllə salamlaşmaq:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü bir-birinizlə üz-üzə gəldiyiniz zaman bir-birinizlə əl tutub salam verin”.
28. Mehribançılıq:
Imam Əli (ə) buyurur: İnsanların qədir günü bir-birləriylə mehriban, ülfətli və nəvazişlə rəftar etmələri, Allah-Taalanın rəhmət və ülfətinin onlara şamil olmasına səbəb olacaqdır.
29. Namaz:
Qədir bayramının iki namazı vardır. Biri bayram axşamı qılınır və digəri isə bayram günü zöhrdən yarım saat qabaq qılınır.
Bayram axşamı qılınan namaz 12 rəkətdir. Hər iki rəkətdən sonra təşəhüd vardır və on ikinci rəkətin axırında təşəhüd və salam oxumalıdır. Hər rəkətdə həmd surəsindən sonra, ixlas surəsini yeddi dəfə oxunmalı və on ikinci rəkətdə həmd və ixlas surələrinin hər ikisini yeddi dəfə oxumalıdır. Bu namazın qunutunda dua oxudauqdan sonra öz hacətlərini Allah-Taaladan istəyirsən.
Qədir gününün namazı:
Qədir-Xum günü zöhrdən yarım saat qabaq iki rəkət müstəhəb namaz qılınır. Hər rəkətdə həmd və ixlas surəsindən sonra Qədr surəsi və Ayətul-kursi on dəfə oxunur.
Qədir məscidinin namazı:
Imam Sadiq (ə) buyurur: “Qədir-Xum məscidində namaz qılmaq savabdır” .
30. Dua:
Qədir-xum bayramında dua oxumaq məsum imamlardan (ə) öz davamçılarına təkidlə sifariş olunmuşdur. Bu günə aid olan duaları oxumaq üçün Şeyx Əbbas Quminin “Məfatihul-cinan” kitabına müraciət edə bilərsiniz. Həmçinin bu dualardan bəziləri “Biharul ənvar” kimi hədis kitablarında qeyd olunmuşdur.(Biharul ənvar-cild:59, səh-318).
31. Yaxşılıq və ehsan:
Bir-birinizə yaxşılıq edin ki, yaxşılığınızın sayəsində Allah-Taala sizin aranızda ülfət və mehribançılığı əbədi edəcəkdir. Qədir-Xum günü yaxşılıq etmək ömrün və sərvətin artmasına səbəb olacaqdır.
Imam Sadiq (ə) buyurur: “Qədir günü dini qardaşlarınıza yaxşılıq edin” .
32. Hədiyyə vermək:
Imam Əli (ə) buyurur: “Allah-Taalanın sizlərə bəxş etdiyi nemətlərdən sizdə qohum-qardaşlarınıza hədiyyə edin”.
Başqa bir hədisdə buyurur: “Allahın nemətlərini bir-birinizə hədiyyə edin, necə ki, Allah-taala sizə bağışlayıbdır”.
Imam Rza (ə) buyurur: “Bu gün (qədir-xum) dini qardaşlarınıza hədiyyə verin!”.
Rəvayətlərdə var ki, İmam Rza (ə) qədir-xum bayramında bəzi səhabələrinin ailəsinə yemək, buğda, təzə libas, üzük və ayaqqabı göndərədi.
33. Toplanış və Yığıncaq:
Müsəlmanların bir yerə toplaşması qədir-xum gününün əsas əməllərindən biri sayılır. Bu dini-siyasi hökm Allah-taala tərəfindən müsəlmanların birliyini və bir-birləri ilə əlaqələrinin möhkəmliyinin qorunub saxlanması üçün əmr olunubdur.
Imam Əli (ə) buyurur: “Qədir-xum günü bir yerə toplaşın ki, Allah-taala sizin işlərinizin nizama salınmasında və problemlərinizin həll olunmasında sizə yardımçı olsun”.
Hazırladı: Mirməhəmməd Bəşirov.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: İmam Əli
- Gösterim: 3327

1. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 192-ci xütbəsində İslamın zühurunu xatırladır və peyğəmbəri mədh edərək buyurur:
“O məni uşaqlıqdan öz yanında böyüdüb. O məni sinəsinə sıxar, yatanda qucağına alar, bədənini bədənimə sürtər, öz xoş ətrini mənə iylədər, ağzıma çeynənmiş yemək qoyardı. O mənim sözümdə yalan, əməlimdə səhv və xəta tapmadı. O, hər gün öz xislətlərindən bir bayraq və əlamət ucaldır (nümayiş etdirir) və mənə ona yiyələnməyi əmr edirdi (Peyğəmbərliyə təyin edilməmişdən qabaq). Hər il (bir ay insanlardan uzaqlaşaraq ibadət və bəndəliklə məşğul olmaq üçün Məkkə yaxınlığındakı dağlardan biri olan) Hirada məskunlaşırdı. Həmin müddətdə mən onu görərdim və onu məndən qeyrisi görməzdi. Həmin zamanda İslam Allahın Peyğəmbərinin (s) və (o həzrətin arvadı) Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı və mən onların üçüncüsü idim. Vəhy və (ilahi) elçilik nurunu görür və nübuvvət və peyğəmbərlik ətrini duyurdum. O həzrətə vəhy nazil olanda şeytanın səsini eşitdim. Dedim:” Ey Allahın Peyğəmbəri, bu nə səsdir?” Buyurdu:” Bu şeytanın səsidir ki, o, pərəstiş edilməkdən ümidsizliyə qapanıb, sən mənim eşitdiklərimi eşidir, gördüklərimi görürsən, yalnız (lakin) Peyğəmbər deyilsən, lakin (mənə) vəzirsən; sən xeyir və yaxşılıqdasan.”
2. Həzrət Əli (ə) “Şiqşiqiyyə” adı ilə tanınan üçüncü xütbədə buyurur:
“Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz.”
Adi insanlar həzrət Əlinin (ə) möhtəşəm məqamını təsəvvür etməkdə belə acizdirlər.
Sel tək axan maarifi o həzrətdən öyrənmək də hər insan üçün asan olmaz. Çünki, selin qabağında dayanmaq mümkün deyil, kənarından bacardıqca istifadə etmək lazımdır.
3. O həzrət 189-cu xütbədə öz elmi məqamını bəyan edərək buyurur:
“Ey insanlar! Məni itirməmişdən qabaq məndən soruşun ki, mən göyün yollarını yerin yollarından daha yaxşı bilirəm.”
Bu kəlamda həzrət dünyada olduğu kimi özündə olan iki məqama toxunur; Qeyb aləmi və şəhadət aləmi (maddi və dünyəvi aləm). Sonra buyurur: “Mənim qeybə olan elmim dünyəvi elmlərdən daha çoxdur.” Bəli qeyb aləminə agah olanlar şəhadət (maddi və dünyəvi) aləminə bağlı olanlardan daha güclüdürlər!
4. Həzrət Əli (ə) 175-ci xütbədə buyurur: “And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam (Çünki, Allahın izni ilə sizin keçmişinizdən və gələcəyinizdən agaham). Amma mənim barəmdə Allahın Peyğəmbərinə kafir olmağınızdan (Məni ondan üstün hesab etməyinizdən) qorxuram. (halbuki mən keçmiş, gələcək və indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr və mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam.”
Bunlar həzrət Əlinin qeyb aləminə olan agahlığının nümunələridir.
5. O həzrət “Nəhcül-bəlağə”nin 157-ci xütbəsində özünü vəhy təfsirçisi kimi tanıtdıraraq buyurur:
“O Qurandır. İstəyin ki, dilə gəlsin. Heç vaxt dilə gəlməz, ancaq mən sizlərə ondan xəbər verirəm. Agah olun ki, Qurandadır gələnin elmi, keçmişin xəbərləri, dərdin dərmanı və sizə aid olanların nizama salınması”.
6. Həzrət Əli (ə) Nəhcül-bəlağənin 109-cu xütbəsində buyurur:
“(Biz on iki imam) Peyğəmbərlik şəcərəsindənik. İlahi risalət və sifarişin endiyi, mələklərin gedib-gəldiyi bir ailədənik. Biz mərifət və bilik mədənləri, hikmət çeşmələriyik.”
Elm və hikmətin mərkəzi həzrət Əli və onun məsum övladlarıdır. Quran hikməti bəyan etdiyi kimi Əmirəl-möminin də Quranın nümunəvi şagirdi və danışan Qurandır. Quran və hikmətin ən yaxşı təfsirçisidir.
Allah-taala Quranı vəsf edərək buyurur:
“Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin...”(1)
Ağır və dərin mənalı məsələləri anlamaq hər insan üçün asan deyil. Quranın dərin maarifi dağı parçalayacaq dərəcədədir. Amma bu bir misaldır: “...Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.” Həzrət Əli (ə) də digərlərindən çox istədiyi Səhl ibn Huneyf Ənsarinin vəfatından sonra buyurdu: “Əgər məni dağ sevsə parça-parça olub tökülər.” (Yəni Quranın dərin mənasını dərk etmək dağ üçün asan olmadığı kimi Əlinin (ə) mərifətinə və vilayətinə sahib olmaq da dağa ağır gəlir.
7. İmam Əli (ə) (özünün haqq yolda sabitqədəm olması barəsində) buyurur: “Haqq (İslam dininin kök və şaxələri mənə) göstəriləndən bəri onun barəsində şəkk və tərəddüdə düşməmişəm.”(3)
Həzrət Əli (ə) fitrətən müsəlman doğulduğu üçün heç vaxt haqqda şəkk etmədi və həmişə davamlı şəkildə dində sabitqədəm qaldı. O həzrət bu barədə buyurur:
“Çünki mən fitrətən müsəlman doğulmuşam.”(4)
8. Əmirəl-möminin həzrət Əlini (ə) Müaviyəyə yazdığı məktubların birində Əhli-beytin fəzilətlərinə işarə edərək buyurur:
“Əgər Allah insanın özünü tərifləməsini qadağan etməsəydi - “Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!”(5)- mən öz ailəmin (Əhli-beytin) saysız fəzilət və üstünlüklərini sayardım”. (6) Bu iş məhz Allahın nemətlərini sayaraq kamil bəndəliyi göstərmək deməkdir. Sonra o həzrət buyurur: “Biz Pəbbimizin tərbiyə etdiyi kimsələrik və sonrakı insanlar bizim tərbiyə etdiklərimizdir.” Bu cümlə həzrət Məhdidən (ə) də nəql olunub.(7) “Biz İlahi maarifi Allahdan öyrənmişik, başqaları isə bizdən öyrənirlər. Biz vəhy süfrəsinin kənarında oturmuşuq, başqaları isə bizim hidayət süfrəmizdən bəhrələnirlər.”
Həkim (hikmət sahibi) Allahın bilavasitə şagirdi də həkimdir. İslam Peyğəmbəri hikmətli Quranı həkim Allahdan öyrəndiyinə görə özü də həkimdir. Həzrət Əli (ə) mübahilə ayəsinə (8) əsasən peyğəmbərin canı kimidir. Deməli həmin elm və maarifə malikdir və bunlar onun hikmətli canından mənşələnir.
Əgər bir kəs 40 gün ixlasla öz həyatını Allahın razılığına həsr etsə və bu ayənin məzmununu: “De! Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”- özündə cilvələndirə bilsə (9) hikmət bulaqları canından qaynaqlanaraq dilinə cari olar.(10) Həzrət Əli (ə) bütün ömrünü ixlasla keçidiyinə görə elə bir məqama nail oldu ki, buyurdu: “Məni tapmayacağınız vaxt çatmamış məndən soruşun. And olsun canım qüdrətinin əlində olana ki, bu zamandan qiyamət gününə qədər (baş verəcək) elə bir şeyi (bir xəbəri) məndən soruşmazsınız (ki, cavab verməyim)”(11)
9. Həzrət 192-ci xütbədə buyurur:
“Mən o dəstədənəm ki, onlara Allah yolunda heç bir danlaqçının danlağı məne olmur. Onların üzləri doğruçuların üzləri, sözləri gözəl əməl sahiblərinin sözləridir. Gecə abadlaşdıran, gündüz isə nişanə və bələdçidirlər (gecə oyaq qalaraq axirətlərini abadlaşdırırlar, gündüz isə xalqı haqq yola istiqamətləndirirlər). Onlar Quran ipindən (onun azğınlıq və bədbəxtçilikdən nicat tapmağa səbəb olan elm və marrifinə) möhkəm yapışar və Allahın yollarını, Onun Peyğəmbərinin sünnəsini dirçəldərlər. Təkəbbür götərməz, məğrurluq, haqsızlıq və pozğunçuluq etməzlər. Qəlbləri cənnətdə, bədənləri isə işlə məşğuldur (qəlbləri cənnətə yönəlib, bədənləri isə yaxşı işlərlə və bəndəliklə məşğuldur).
10. Həzrət 197-ci xütbədə vəhy və peyğəmbərə daim tabe olmasına və heç vaxt ondan ayrılmamasına işarə edərək buyurur:
“Mən heç vaxt, bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları (heç kəsdə düşmənin qarşısını almaq cürəti olmayan) yerlərdə (çətinliklər və müharibələrdə) Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm... Ondan başqa bir tanrı olmayan Allaha and olsun ki, mən haqq yoldayam (söz və əməllərim eyni ilə Allah və Peyğəmbərin buyurduqlarıdır). Bizim düşmənlərimiz isə batil sürüşkənliklərdədirlər.
Bu kiçik yazıda yazılanlar həzrət Əlinin öz kəlamlarından (ə) onu tanıtdıran nümunələr idi. Həzrət Əli (ə) kimi şəxsiyyəti ya peyğəmbər ya da özü tanıtdırmalıdır. İslam Peyğəmbəri həzrət Əliyə (ə) müraciətlə buyurur: “Səni Allah və məndən başqa heç kim layiqincə tanımayıb”(12)
Qeydlər:
1. Həşr surəsi, 21-ci ayə.
2. Nəhcül-bəlağə, 111-ci hikmət.
3. Nəhcül-bəlağə, qısa kəlamlar, 184.
4. Nəhcül-bəlağə, 57-ci xütbə.
5. Nəcm surəsi,32-ci ayə.
6. Nəhcül-bəlağə, 28-ci məktub
7. Biharul-ənvar, c: 53, səh: 178.
8. Ali-İmran surəsi, 61-ci ayə.
9. Ənam surəsi, 162-ci ayə.
10.Biharul-ənvar, c: 67, səh: 249.
11. Nəhcül-bəlağə, 93-cü xütbə.
12. Biharul-ənvar, c: 39, səh: 84.
Hikməte Ələvi, Ayətullah Cəvadi Amoli
Tərcümə edən: Şəhriyar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: İmam Əli
- Gösterim: 2649
İslam dünyası və Əhli-beyt (ə) sevərlər üçün müqəddəs sayılan günlərdən biri də rəcəb ayının 13-ü günüdür. Bu gündə imamət səmasının birnci parlaq ulduzu, möminlərin ağası, İslam peyğəmbərinin (s) həqiqi canişini, İmam Əli (ə) dünyaya göz açıb.
Həzrət Əlinin (ə) yüksək məqamı, fəzilət və kəramətləri və onun İslam uğrunda göstərdiyi fədakarlıqlar haqqında cildlərlə kitablar yazılmışdır. Biz də bu kiçik yazımızda çalışmışıq ki, o Həzrətin (ə) ədalət və fəziləti haqqında qısa olaraq söz açaq.
Əli (ə), Adəmdən (ə) Xatəmə ( İslam peyğəmbəri (s)) kimi pak və seçilmiş fəzilətli insanların gövhəri, övliyaların ən üstünü, peyğəmbərlərin varisi və Allahın ən gözəl bəndələrindən biridir.
İslam peyğəmbəri (s) həzrət Əlini (ə) belə tanıtdırır: “Hər kəs Adəmin (ə) əməlini, Nuhun (ə) dindarlığını, İbrahimin (ə) səbrini, Musanın (ə) vüqarını və İsanın (ə) ibadətini görmək istəyirsə, Əli ibn Əbu Talibə baxsın”.
Allah-taala merac sarayının xəlvətində İmam Əlinin (ə) vilayətini və onun uca məqamını öz sevimli peyğəmbəri Məhəmməd Mustafaya (s) bəyan edib.
İslam peyğəmbərinin (s) Merac səfəri zamanı o Həzrətə (s) belə deyilmişdir: “Əli (ə) müsəlmanların ağası, təqvalıların hamisi, saleh insanların başçısı və Allahın seçilmiş bəndəsidir”.
İbn Abbas deyir: “ Möminlərə unvanlanan elə bir ayə yoxdur ki, ilk növbədə Həzrət Əliyə (ə) aid olmasın.
İbn Həcər “Səvaiq” kitabında İbn Abbasın yuxarıda qeyd olunan hədisinə əlavə edərək deyir: “Allah-taala Peyğəmbərin (s) köməkçilərini çətin şəraitlərdə məzəmmət edib, amma Əlini (ə) xeyirxahlıq və yaxşılıqla yad edib”. O, ibni Əsakirdən nəql edir ki, İbn Abbas demişdir: “Allahın kitabında Əlinin (ə) fəziləti barədə nazil olan ayələr heç kəsin haqqında nazil olmayıb”.
Başqa bir hədisdə Əhməd ibn Hənbəl ( Əhli sünnənin məşhur hədis alimlərindən və rəhbərlərindən biri ) deyir: “Əlini (ə) tərif etmək üçün üç yüz quran ayəsi nazil olub”. “Əli (ə) üçün deyilən üstünlüklər heç kəsin haqqında deyilməyib. Əlinin (ə) fəziləti üçün İslamın əziz Peyğəmbərinin (s) söylədiyi bu hədis kifayət edər: “Allah-taala qardaşım Əli üçün saysız-hesabsız üstünlüklər qərar vermişdir”.
Səadət, nicat və imanın döğru yolu yalnız həzrət Əlinin (ə) vilayəti, məhəbbəti və ona itaət etməkdir”.
İbn Abbas Peyğəmbərdən (s) belə nəql edir: “Əgər insanlar hamılıqla Əliyə (ə) məhəbbət bəsləsəydilər Allah-taala cəhənnəmin atəşini yaratmazdı”.
Başqa bir hədisdə Məaz ibn Cəbəl Peyğəmbərdən (s) nəql edir ki: “Əliyə (ə) məhəbbət elə bir hissdir ki, əgər hər hansı bir insanda olarsa, onun olmağı ilə heç bir günah ona ziyan yetirməz və eləcə də, ona edilən düşmənçilik elə bir günahdır ki, düşmənçilik olduqda yaxşı əməl fayda verməz”.
Xarəzmi “Mənaqib” kitabında Abdullah ibn Məsuddan Peyğəmbərdən (s) bu cür eşitdiyini nəql edir: “Hər kəs güman edə mənə və mənim İlahi tərəfindən verilən məmuriyyətimə iman gətirib amma Əlini (ə) düşmən bilsə, yalan danışır və imanı yoxdur”.
İngilis filosofu və şərqşünası Karlaylının dediynə əsasən Əlini (ə) sevməkdən və ona aşiq olmaqdan başqa çarəmiz yoxdur. Çünki o, şərəfli, alicənab və ürəyi Allah məhəbbətindən dolu, həmçinin şirdən şücaətli və adil bir insandır. Adil olmasında o qədər yüksək idi ki, hətta öz canını ədalət yolunda qurban verdi”.
Əlinin (ə) dostluğu insaniyyətin, əxlaqın, fədakarlığın, güzəşt etməyin, təvazökarlığın, ədalətin, azadlığın, məhəbbətin, şücaətin, mərdliyin, alicənablığın və insanlığın zahir olmasıdır.
Bəli, biz Əlini (ə) sevirik, onun məhəbbətinə ürək bağlamışıq, onu itaət üçün zirvəyə qaldırmışıq. Biz çalışırıq Əlinin (ə) adını həmişə ucada saxlayaq, onun qəmini əbədi olaraq qəlbimizdə yaşadaq. Amma dostluqda mühüm olan şey Əlinin (ə) sözlərini və yolunu dost bilib, ona əməl edib yolunu davam etdirməkdir. Əlini (ə) nümunə bilib və onun əmrlərinə əməl etmək olduqca mühümdür. Əgər kimsə həqiqətən istəsə Əlini (ə) sevsin, onu sevənlərin sırasında olsun gərək qeyd olunan şərtlər onda ola. O cür Əlinin (ə) aşiqi ola bilər.
Şiənin nişanələri
Şeyx Müfid həzrət Əlinin (ə) dilindən şiənin nişanələrini bu cür bəyan edir: “Bir gün Əli (ə) məscidə gedərkən şiələrdən bir neçəsinin ətrafda oturduğunu gördü. Buyurdu ki, siz kimsiniz? Dedilər: " Ey Əmirəl-möminin (ə) biz sənin şiələrinik! İmam Əli (ə) təəccüblə buyurdu: " Bəs niyə sizdə şiənin əlamətlərini görmürəm!?" Soruşdular: Şiənin əlamətləri hansılardır?
Həzrət Əli (ə) buyurdu: Allah qorxusundan ağlamaqdan gözləri solmuş, qarınları oruc tutmağın aclığından bellərinə yapışmış, cöhrələri səhərə kimi yuxusuz qalmaqdan saralmış və zəifləmişdir ki, tanımayanlar onları xəstə hesab edir, amma əslində onlar xəstə deyillər, qiyamət və hesab-kitab qorxusu onları xəstə etmişdir. Onlardan xəbəri olmayanlar onları məst bilir, amma onlar məst deyillər, bəlkə ölümü yada salmaq onları özlərindən xəbərsiz etmişdir. Günah etsələr tövbə edər, yaxşılıq etsələr qürurlanmazlar, onlara zülm olunsa səbr edib Allahın intiqam almağını gözləyərlər. Camaatın töx vaxtında onlar acdırlar, camaat yuxuda olanda onlar oyaqdırlar, camaat qafil olanda onlar dua edərlər, camaat yersiz gülən vaxt onlar ağlayarlar. Allah qorxusundan onların gözləri yaşlı olar. Allahın əzəməti yad olunan vaxt qəlbləri sınar və ağılları heyran olar.
Bu cür şəxslər həqiqətən mənim şiələrim və dostlarımdır”.
Allahdan duamız budur ki, bizləri Əlinin (ə) həqiqi ardıcıllarından və şiələrindən qərar versin. Amin!
Mənbələr:
1. Əli (ə), Əbər mərde məzlum, Məhəmmədtəqi Rəhbər.
2. Dər məktəbe İmam Əmirəl-möminin. Doktor Əli Qaimi
3. Kəşful ümmal, Hisanüd-din Hindi.
4. Kəşful ğümmə, Əllamə İrbəli.
- Ayrıntılar
- Kategori: İmam Əli
- Gösterim: 2753
|
Ayənin nazil olma səbəbi
Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin imam Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məsud və Amir ibn Leyli nəql etmişlər. Onların rəvayətlərində bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilmişdir.
Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə) qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:
–Hafiz Əbu Nəim İsfahani: “Ma nuzzilə minəl-Quran fi Əliyyin” kitabı (“Əl-xəsais” kitabından nəql, səh. 29);
–Əbülhəsən Vahidi Nişapuri: “Əsbabun-nüzul” kitabı, səh. 150;
–İbn Əsakir Şafei: (“Əd-durrul-mənsur” kitabından nəql, 2-ci cild, səh. 298);
–Fəxri-Razi: “Kəbir” təfsiri, 3-cü cild, səh. 636;
–Əbu İshaq Həməvini: “Fəraidus-səmteyn” kitabı;
–İbn Səbbağ Maliki: “Füsusul-muhimmə” kitabı, səh. 27;
–Cəlaləddin Süyuti: “Əd-durrul-mənsur” kitabı, 2-ci cild, səh. 298;
–Qazi Şovkani: “Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57;
–Şəhabuddin Alusi Şafei: “Ruhul-məani” kitabı, 6-cı cild, səh. 172;
–Şeyx Süleyman Qunduzi Hənəfi: “Yənabiul-məvəddət” kitabı, səh. 120;
–Bədrəddin Hənəfi: “Umdətul-qari fi şərhi Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;
–Şeyx Məhəmməd Əbduh Misri: “Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463;
–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin “Əd-durrul-mənsur” kitabından nəql) və s.
Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin bəziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı, sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə iradla yanaşmışlar. Biz gələcək bəhslərdə Allahın lütf və mərhəməti sayəsində onların nəzərlərini dəqiq araşdıracağıq.
Qədir-xum hadisəsi
Ötən bəhslərdəki bir dəlilə əsasən, “təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda (həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə, digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsinə və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi təyin etdiyi zamana aiddir. Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, “Qədir-Xum” hədisi “təvatür” həddində çatmış mötəbər hədislərin ən üstünüdür. Doğrusu, kim onun “təvatür” həddinə çatmasına şəkk etsə, “təvatür” həddində olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə deyilənlərlə kifayətlənib, onun mənasını araşdırmağa başlayırıq. Hədislə bağlı geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:
–“Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;
–“Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;
–“Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);
–“Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi; bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);
–“Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild.
Qədir-xum rəvayətlərinə bir baxış
“Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə daha geniş, bəzilərində qısa, bəzilərində hadisənin bir qismi, bəzilərində isə digər bir qismi açıqlanmışdır) belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcci (“Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, böyük ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri bu böyük səadətə çatdıqları üçün böyük sevinc hissi keçirirdilər. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyildi. İftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən xeyli müsəlman həzrəti müşayiət edirdi.
Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırırdı. Amma bu misilsiz mənəvi səfərin ləzzəti bütün çətinlikləri asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə Qədir-Xumun quru, yandırıcı səhralıqları görünürdü. Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı vardı: biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar.
Hicri-qəmərilə 10-cu il cümə axşamı idi. Qurban bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacılara dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar. Nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı “Allahu-Əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə gölgəlik, nə də ot-ələf görünürdü. Bəziləri də bu çılpaq ağaca sığınmışdılar.
Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: “Mən tezliklə Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”
Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”
Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”
Hamı bir ağızdan “Bəli, şəhadət veririk” – dedi.
Peyğəmbər (s) dedi: “İlahi, şahid ol...” Sonra davam etdi: “Ey camaat, səsimi eşidirsinizmi?”
Dedilər: “Bəli!”
Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin züm-züməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi eşidildi: “İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!”
Cəmiyyətin içərisindən bir səs gəldi: “Ey Allahın Rəsulu! Bu iki ağır əmanət nədir?”
Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaq. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız. Geridə də qalmayın ki, yenə həlak olarsınız!”
Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarır. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu tanıdı və bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: “Ey camaat! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”
Dedilər: “Allah və Peyğəmbəri daha yaxşı bilir!”
Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm. Onlar üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: “Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:
اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ:
“İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”
Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!”
Peyğəmbərin (s) xütbəsi sona yetdi. Həzrətin, Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي...
“Bu gün sizin dininizi təkmilləşdirdim, nemətimi sizə tamamladım...”
Peyğəmbər (s) buyurdu: “Allahu-Əkbər, Allahu-Əkbər! Allah Öz dinini kamil etdi, nemətini bizə tamamladı. Mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”
Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar. Onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər:
بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ:
“Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.”
Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şer söyləmək üçün icazə istədi, sonra belə dedi:
Yunadihim yovməl-Ğədiri Nəbiyyuhum,
Bi-Xummin və-əsmi bir-Rəsuli munadiyən.
Fəqalə, fəmən movlakum və nəbiyyukum?
Fəqalu, və ləm yəbdu hunakət-təamiyən,
İlahukə movlana və əntə nəbiyyuna,
Və ləm təlqi minna fil-vəlayəti asiyən.
Fəqalə ləhu, qum ya Əliyyu, fə-innəni,
Rəziytukə min bədi imamən və hadiyən,
Fə-mən kuntu movlahu, fə-haza vəliyyəhu,
Fəkunu ləhu ətbaə sidqin muvaliyən!
Hunakə dəa, Əllahummə, vali vəliyyuhu,
Və kun lilləzi ada Əliyyən muadiyən!
“Qədir-Xumda Peyğəmbər nidası,
Yayıldı carçısıyla hər sədası.
Dedi: “Kimdir sizin mövla, nəbiniz?”
Bir ağızdan: “Allah bizim Rəbbimiz!
Ondan sonra sən də peyğəmbərimiz!
Vilayətə asi olmaz birimiz!”
Peyğəmbərin Əliyə buyruğuyla:
“Qalx ayağa, həqiqət sorağıyla.
Məndən sonra imam, hidayətçisən,
Mövlası olduğumun rəhbərisən!
Bəs, itaət edin buyruqlarıma,
Allahdan əmanət qoyduqlarıma!
Allah, Sən də sev, onu sevənləri
Düşməninə düşmən olsan, var yeri
Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan “Qədir-Xum” hadisəsinin xülasəsi idi!
Təbliğ ayəsi üzərində yeni araşdırma
Əgər biz “təbliğ” ayəsinin nazil olma səbəbi, eləcə də, “Qədir-Xum” barəsində nəql olunan bütün rəvayətləri nəzərə almayıb, elə bu və bundan sonrakı ayələrin mənasını diqqətlə nəzərdən keçirək, İslam peyğəmbərinin (s) canişinlik və xəlifəliyi ilə bağlı vəzifəmizi ayırd edə bilərik.
İzah: Bu ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:
1. Ayədən məlum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malik olmuşdur. Hətta Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) göstəriş verilmişdir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifə imiş. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!
Məlum olduğu kimi, burada sadə bir şərt nəzərdə tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanmışdır.
2. Bu ilahi əmr sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.
3. Ayənin ifadələri göstərir ki, elan olunacaq xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: “Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!”
Ayənin sonunda daha təkidlə buyurur: “Allah kafir cəmiyyəti hidayət etməz!”
Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir.
Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-əkrəmin (s) ömrünün axırlarında ümmətə çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan və müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz budur! Əgər “təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən başqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən uyğunlaşmayacaq.
Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mənası ilə bağlı fikir və nəzərlərinin heç biri deyilən təkidlərlə əsla uyğunlaşmır və həqiqətdə ayəni təfsir etməkdə “acizdirlər” (çünki imamət və vilayətə etiqadlı deyillər).
Qədir-xum hədisindəki "mövla" sözünün təfsiri
Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.
Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost” mənasına təfsir etməyə çalışsalar da, müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:
1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birlərilə qardaşdır. Həmçinin başqa bir ayədə buyurulur: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!”
Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.
2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.
3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.”
Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:
هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”
Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.”
“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”
“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.
Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “vilayət” sözü xilafətdən başqa bir məna daşıya bilməz.
4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri bizim müddəamıza canlı bir şahiddir.
Qədir-xum hədisini təsdiq edən digər ayələr
“Məaric” surəsinin başlanğıcında buyurulur:
سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ
“Bir nəfər vaqe olacaq əzab barədə soruşdu. O əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!”
Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi barədə belə demişlər:
İslam peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə seçib ( مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ )“Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır”, buyurandan sonra bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Münafiqlərdən olan Nöman ibn Haris Fehri Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Sən bizə göstəriş verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə şəhadət verək. Biz də şəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) işarə etdi) öz yerinə canişin təyin edərək dedin: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!” Bu göstəriş özündəndir, yoxsa Allah-taala tərəfindən?”
Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun ki, Allah tərəfindəndir!”
Bu vaxt Nöman ibn Haris üzünü döndərib dedi: “İlahi! Əgər bu söz haqq və Sənin tərəfindəndirsə, onda bizim başımıza bir daş endir!” Elə bu zaman birdən səmadan bir daş düşüb, onun başını yardı və qeyd etdiyimiz ayələr nazil oldu.
Bu rəvayət “Məcməül-bəyan” kitabında Əbül-Qasim Həskanidən nəql olunmuşdur. Uyğun rəvayəti əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi (“Ruhul-məani” kitabında) və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.
Əllamə Əmini “Əl-qədir” kitabında bu rəvayəti otuz nəfər əhli-sünnə alimindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin “Sirə”, Həməvinin “Fəraidus-səmteyn”, Şeyx Məhəmməd Zərəndinin “Durərus-səmteyn”, Şəmsəddin Şafeinin “Əs-siracul-munir”, Süyutinin “Şərhu-camiis-səğir”, Hafiz Əbu Übeyd Hərəvinin “Təfsiru-ğəribil-Quran” və Əbu Bəkr Nəqqaşın “Təfsiru-şəfais-südur” kitablarından nəql etmişdir.
İmam Əlinin (ə) fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən təfsir və hədis alimlərindən bəziləri yuxarıdakı ayələrin nazil olma səbəbinə müxtəlif iradlar tutmuşlar. “Əl-mənar” kitabının müəllifi və digər əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra belə iradlar irəli sürmüşlər:
Birinci irad: “Məaric” surəsi Məkkədə nazil olmuşdur. Belə isə, “Qədir-Xum" hadisəsi ilə necə uyğun gələ bilər?
Cavab: Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, “mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə nazil olmuşdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur. Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur. Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də “Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur. Bir sözlə, Qurani-kərimdə bəzi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. “Məaric” surəsi də bu qəbildəndir.
İkinci irad: “Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman “Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. “Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır.
Cavab: Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, “əbtəh” və “bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şəninə söylədiyi məşhur şerlərində onların qatilləri ilə bağlı belə deyilir:
“Mələkna fəkanəl-əfvu minna səciyyətən,
Fələmma mələktum, salə bid-dəmi əbtəhu,
Və həlləltumu qətləl-usari və taləma,
Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.”
“Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi
Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş!
Siz hətta keçmədiniz əsirlərin qanından,
Bizimsə güzəştimiz könüllərdə yer almış!”
Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən “Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən “Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır.
Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir:
Və təinnu nəfsi lər-rübui və qəd ğəda,
Bəytun-nəbiyyi muqəttəul-ətnabi,
Bəytun li-alil-Mustəva fi Kərbəla,
Zərbuhu bəynə əbatihin və rəvabi.
“Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada “əbtəh” qumluq yerlər mənasındadır.)
İçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şerlər çoxdur. Bir sözlə, “əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir məntəqəyə məxsus deyil.
Bu ayələrin özündən əvvəl və sonrakı ayələrlə əlaqəsi necədir?
Bəzi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qurani-kərimin bəlağət və fəsahətinə ziddir.
Quran ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də möminlərdən danışılır. “Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, “ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Quranın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur.
Bir surənin məzmunca müxtəlifliyi Qurani-kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qurani-kərim əvvəlcədən təyin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, “Maidə” surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə “Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin təyin edilməsinin də “kitab əhli”nə təsiri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.
Nə üçün Əli (ə) Qədir- xum hədisinə istinad etmədi?
Bəziləri bəhanə axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən “Qədir-Xum” hədisi həqiqətdirsə, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları daha yaxşı olmazdımı?
Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından məlumatsızlıqdan irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql olunmuşdur ki, Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları “Qədir-Xum” hədisinə istinad etmişlər. Maraqlıdır ki, irad tutanlar bunları necə görməmişlər?
Xətib Xarəzmi Hənəfi “Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə təyin etmək üçün altı nəfərdən ibarət) Şura günü Əli (ə) ilə birlikdə idim. O, şura üzvlərinə belə deyirdi: “Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb və əcəm onu dəyişməyə qadir deyil... Sizi Allaha and verirəm! Sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev. Hazır olanlar bunu qaib olanlara çatdırsınlar!”
Hamı dedi: “Xeyr!”
Bu rəvayəti Həməvinin “Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm “Durrun-nəzim” kitabında və İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər “Əs-səvaiq” kitabında Darü-Qutnidən nəql etmişlər.
“Əl-qədir” kitabında imam Əlinin (ə) müxtəlif vaxtlarda, o cümlədən, Osmanın xilafəti və öz xilafəti dövründə, Cəməl müharibəsində və Kufədə Siffeyn müharibəsi günü Qədir-Xum hədisinə əsaslanmasına və uyğun mənbələr geniş yer verilmişdir. Bundan əlavə, Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə istinad etmələrini nəql etmişdir. Bu da müəllifin geniş məlumatından və bu hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olmasından danışır. Hərçənd, hər dövrdə mövcud siyasətə uyğun olaraq bunu əhəmiyyətsiz qələmə verməyə çalışmışlar. Bu bəhsin əhatəsi geniş olduğundan deyilənlərlə kifayətlənirik
- Ayrıntılar
- Kategori: İmam Əli
- Gösterim: 2975
|
Ümmü Sələmə deyir: Bu sözdən sonra Peyğəmbərin mübarək üzünün sevincdən nurlanmasının şahidi oldum.
Həzrət, Əmirəl-möminin (ə) mübarək üzünə təbəssüm edib buyurdu: Ya Əbəl Həsən, mən Fatimənin nikahını sənə oxumaqdan ötrü mehriyyən varmı?
Əli (ə) dedi: Atam-anam sənə fəda olsun, mənim vəziyyətim sizə məlumdur, təkcə bir qılınc bir zirehli paltar və bir dəvə varımdır ki, onunla da su daşıyıram. Bunlardan başqa heç bir şeyim yoxdur.
Peyğəmbər (s) buyurdu: Ya Əli, qılınca ehtiyacın vardır, çünki Allah yolunda cihad edib Onun düşmənləri ilə döyüşməlisən. Dəvə isə su gətirmək, xurma ağaclarını suvarmaq, ona yük yükləmək üçün lazımdır, mən sənin zirehli paltarını mehriyyə əvəzində səninlə Fatiməni (s) evləndirirəm.
İSLAMIN BÖYÜK XANIMININ CEHİZLƏRİ
Həzrət Fatimeyi Zəhranın (ə) cehizliyi:
1-bir ədəd yeddi dirhəmlik köynək;
2-bir ədəd dörd dirhəmlik niqab;
3-bir ədəd qara xeybəri rəngində dəsmal;
4-bir ədəd taxta çarpayı (ortası xurma ağacı qabığından düzəldilmişdi),;
5-iki ədəd döşək (birinin içi yun, o birininki isə xurma yarpağından);
6-dörd ədəd üzü Taif dərisindən olan balış (ikisinin içi yun, o birisinin isə xurma ağacının yarpağından);
7-bir ədəd yun pərdə;
8-bir ədəd otaq həsiri;
9-bir əl dəyirmanı;
10-bir ədəd böyük mis kasa;
11-bir dənə su içmək üçün dəridən qab;
12-bir dənə süd üçün taxta kasa;
13-bir ədəd su tuluğu;
14-bir dənə üstü qırlanmış aftafa;
15-bir neçə dənə saxsı kuzə
ZƏHRAYİ-BƏTULUN (ə) ƏLİAÇIQLIĞI
Həzrət Zəhra (ə.s) Həzrət Əlinin (ə) evinə aparıldığı vaxt yolda bir dilənçi ilə rastlaşırlar ki, Həzrət Zəhradan (ə) bir şey istəyir. Xanım gəlinlik paltarını o yolçuya verir. Daha sonra öz köhnə paltarını geyinib həmin libasla ər evinə gəlin gedir.
Həmin günün səhəri Peyğəmbər (s) onların evinə təşrif gətirən vaxt əziz qızının gəlinlik köynəyinin əynində olmamasının səbəbini soruşduqda Fatimə (ə) deyir: Gəlinlik paltarımı keçən gecə bir yolçuya bağışladım.
Rəsulullah (s) çox xoşhal olub buyurur: Atam-anam bu qıza fəda olsun.
Sonra üzünü Əmirəl-mömininə (ə) tutub buyurur: Ya Əli, Fatimə sənin üçün yaxşı xanımdır. Əgər o olmasaydı dünyada sənə layiq bir həyat yoldaşı tapılmazdı.
Həzrət, Zəhraya (ə) da belə buyurur: “Zəhracan, Əli də sənin üçün yaxşı yoldaşdır; əgər o da olmasaydı, sənə layiq bir həyat yoldaşı tapılmazdı.
İŞLƏRİN BÖLÜNMƏSİ
Sonra Həzrət Peyğəmbər (s) buyurur: Evdən kənardakı işlər Əlinin öhdəsinədir. Evin daxilindəki işlər ilə Zəhrayi-Mərziyyə məşğul olacaqdır. Həzrət Fatimənin əvvəlcə işarə olunmuş böyük mənalı cümləsi belədir: “Bu işdən nə qədər xoşhal olduğumu Allahdan savayı heç kəs bilmir.” Yəni iki dünyanın xanımı dünyalar qədər xoşhal oldu ki, Peyğəmbər (s) onu evdən kənardakı işlərdən naməhrəmlərlə üz-üzə gəlməkdən azad etdi.
***
Rəsuli Əkrəm (s) Həzrəti-Əlinin (ə) evinə gələndə İmamı mərci təmizləməklə məşğul olduğunu müşahidə edir və buyurur: “Əgər kişi ev işlərində arvadına kömək edərsə, Allah-Taala xoşhal olub ona rəhmət nəzəri ilə baxar və Behişti onun üçün vacib buyurar. Həmçinin, hər kəs Allah xatirinə ailəsinin rəhmət, rahatlıq və asayişi yolunda zəhmət çəkib iş görərsə, Allah yolunda cihad edənlərdən sayılar.”
***
Rəsuli Əkrəm (s) buyurub: “Ailəyə xidmət göstərmək böyük günahların kəffarəsidir və Allahın qəzəb atəşini söndürür.” (“Biaharül-ənvar”, 103-cü cild.)
***
Kişinin qadın üzərindəki haqqı təkcə ər-arvad münasibətlərində xülasə olunur. Bişirmək, yumaq və s. kimi camaat arasında məlum olan vəzifələr kişilərin haqqı deyil, qadınların əxlaqi vəzifələrindəndir. Buna misal olaraq İslam Peyğəmbəri (s) qızının izdivacının ilk günü təbrik demək üçün Həzrət Zəhranın (ə) mənzilinə gedərək, ev işlərinin o iki böyük şəxsiyyətin arasında bölüşdür¬məsini qeyd etmək olar. Həzrət Peyğəmbər (s) o zaman Zəhraya belə buyurdu: “Zəhracan, evin daxili işləri: çörək bişirmək, arpa-buğda üyütmək, evi təmizləmək, uşaq saxlamaq və s. bu kimi işlər sənin, odun və su gətirib ev ləvazimatını, eləcə də mənzildə ehtiyac duyulan məişət əşyaları tədarük görmək və s. Əlinin öhdəsindədir.”
Sonra Həzrət Fatimeyi-Zəhra (ə.s) bütün mömin qadınlara nümunə sayılacaq aşağıdakı cümləni söylədi: “İşlərin bu cür bölünməsindən necə xoşhal olduğumu Allahdan başqa heç kəs bilmir.” (Bu hədis azacıq fərq və əlavələrlə “Biharül-ənvar”ın 10-cu cildinin 24 və 25-ci səhifəsində gəlmişdir və yuxarıdakı cümlənin yerinə belə deyilib: “Allah rəsulunun (s) məni evdən kənarda kişilərlə üz-üzə gəlməkdən azad etməsinə görə dünyalar qədər xoşhal oldum.”)
“Biz sənə kövsər (Fatimə) əta etdik”
Allah tərəfindən verilən bu məmuriyyətlərə əsasən qadınların şəxsiyyətinin tapdalan-ması ilə mübarizədə Rəsuli Əkrəm qızları övladların ən yaxşısı kimi təqdim edir, onları ata-ana üçün ən əziz bir şəxs hesab edir və əməli olaraq o vəhşi dövrdə yaşayan ata-anaları başa salır ki, qız əzizdir, onun hüquqlarına hörmətlə yanaşılmalıdır, təqva və əxlaqi fəzilətlərə malik olduğu halda başqalarından irəli çəkilməlidir. O Həzrət əziz qızı Zəhranın əlini öpür, ona ehtiram əlaməti olaraq ayağına qalxır. Səfərə gedəndə görüşdüyü axırıncı və səfərdən qayıtdıqda görüşdüyü ilk şəxs qızı Zəhradır! Bu əziz qızına qarşı o qədər təvazökarlıq, nəvaziş edir ki, hətta onu “atasının anası” (yəni ana) deyə səsləyirdi. (“Cəlaül-üyun” (Şübbər), 1-ci cild, səh.132, 134, 141)
Həzrət öz qızı Fatimənin əzəmətli mə-qamına işarə edərək buyurur: “O, sizin aranızda mənim ən əzizimdir.”(“Səfinətül-bihar”, 2-ci cild, səh. 274)
Həzrət yenə buyurur: “Sizin övladlarınızın ən yaxşısı qızlarınızdır.” (“Səfintul-bihar”, 2-ci cild, səh. 684)
***
Həzrətin özü əməl məqamında öz həyat yoldaşı ilə o qədər mehiban davaranırdı ki, onun mislini dünyada tapmaq olmaz. Əli (ə) evin daxilində olan işlərdə də Həzrət Zəhraya kömək edirdi. Onun evində əlavə bir xidmətçinin olmasına baxmayaraq, İmam Sadiqin (ə) buyurduğunda belə gəlib: “O Həzrətin özü bəzən xörək bişirməkdə, ocaq qalamaqda kömək edir: odun gətirir, quyudan su çəkir və evi süpürüb təmizləyirdi.” (“Səfinətul-bihar”, 2-ci cild, səh.195)
Beləliklə də öz ardıcıllarına fədakarlıq, həyat yoldaşı ilə sağlam mühitdə yaşamaq dərsini verir. Əli (ə) həyat yoldaşı Fatimeyi Zəhranın sadə evində elə şadlıqla, sevinclə yaşayırdı ki, o şəhid edildikdən sonra öz səbirsizliyini, taqətsizliyini bəyan edir. Rəsuli-əkrəmin (s) şərif qəbrinə xitab edərək deyir: “Ey Allahın Peyğəmbəri, sənin qızının ayrılığında taqətim kəsilmiş və səbirim azalmışdır. Zəhranın getməsi ilə qüdrətim əldən getmişdir.” (“Nəhcül-bəlağə”, 193-cü xütbə)
Onların bu müqəddəs ailədəki həyatı o qədər sevinc dolu, həmahəng idi ki, ömür boyu azacıq da belə bir-birindən narahatlıq görməmiş, mehr-məhəbbətlə həyat çətinliklərini, o dövrün acı siyasi hadisələrinin təsirlərini, Fədəkin və Əlinin (ə) xilafətinin qəsb edilməsindən yaranan ruhi sarsıntıları asanlaşdırmışlar.
Bir gün Rəsuli Əkrəm (s) öz qızı və kürəkənini görmək üçün onların evinə daxil olub gördü ki, hər ikisi əl dəyirmanının yanında oturub bir-birinə kömək edirlər. Həzrət salam verib hal-əhval tutduqdan sonra buyurdu: Hansınız daha çox yorulmusunuz? Mən onun yerinə oturum və onun işini görüm. Həzrət Əli (ə) ərz etdi ki, ya Rəsuləllah, Fatimə daha çox yorulub. Sonra Fatimə atasının əmri ilə ayağa qalxdı və Peyğəmbər öz kürəkəninin evində un üyütməyə başladı. (“Biharul-ənvar”, 43-cü cild, səh. 50)
***
Həzrət İmam Baqir (ə) buyurur ki, anası Fatimeyi Zəhranın (ə) şəhadətindən sonra Həzrət Əli (ə) onun cənazəsinin yanında dayanıb Allaha ərz etdi: “Xudavənda! Bu Sənin Peyğəmbərinin qızı Fatimeyi Zəhradır və mən ondan razılığımı bildirirəm. Pərvərdigara! Onu və övladlarını qəbir vəhşətindən hifz et. Xudavənda! Ona zülm etdilər və Sən Özün onlarla Fatimeyi Zəhra (ə) arasında hökm kəs!” (“Biharul-ənvar”, 103-cü cild, səh. 256)
- Ayrıntılar
- Kategori: İmam Əli
- Gösterim: 2524
“Ey camaat...Allah mənim ixtiyar sahibim, mövlam və mən də möminlərin ixtiyar sahibi, mövlasıyam. Mən möminlərə onların özündən daha yaxınam. Beləliklə, mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol.
Ey camaat, qiyamət günü mən sizin qarşınızda olan halda yol gedəcəyəm və sizin hamınız eni Dəməşqin Busra şəhəri ilə Yəmənin Sən`a şəhərinin arası qədər olan Kövsər hovuzunun kənarına gələcəksiniz. O hövuzda ulduzların sayı qədər qədəhlər vardır.
Orada siz mənim yanıma gələn zaman mən sizdən dünyadan gedərkən əmanət qoyduğum o iki əmanət haqqında soruşacağam ki, görüm siz onlarla necə davranmısınız?
Onlardan biri Allahın kitabı Qurandır. O, uca Allahla sizin aranızda bir rabitədir. Onun göstərişlərinə əməl edin ki, yolunuzdan azmayasınız və müsəlmanlığınızı əldən verməyəsiniz.
İkincisi isə itrətim, Əhli-beytimdir. Allah mənə bildirmişdir ki, Allahın kitabı və Əhli-beytim qiyamətəcən bir-birindən ayrılmayacaq, beləliklə də Kövsər hovuzunun kənarında mənə birləşəcəklər (“Mucəmul-Kəbir”, 3/180; Hələbinin “Sirə”si, 3/36).
Bu toplaşma bir neçə cəhətdən maraqlıdır:
1. Zaman: Peyğəmbərin (s) ömrünün son anlarıdır. Hicrətin 10-cu ili, zil-həccə ayının 18-dir. Ərəbistan səhrasının hər yerə od ələndiyi zöhr vaxtıdır. Hamıya maraqlıdır ki, bu istidə Peyğəmbər (s) nə demək istəyir?
2. İştirak edənlər: Tarixi mənbələrdə buraya toplaşanlarının sayının 90 minlə 124 min arasında olduğu yazılmışdır. Onlar islam məmləkətinin müxtəlif şəhərlərindən gəlmişlər. Bu görüşə gələnlər Peyğəmbərin (s) öz göstərişinə əsasən bu il həccə gələnlər idi. Hər qrup və tayfadan adam olmağı bu işin əhəmiyyətini daha da artırırdı.
3. Peyğəmbərin (s) əhvalı: Həzrət (s) çox həyəcanlı idi. O Cənabın (s) narahatlığı şəxsən özünə görə deyildi. O həzrət (s) İslamın gələcəyinə görə narahat idi. Allah bu zaman “Allah səni camaatın şərrindən qoruyacaq.” -ayəsini nazil etdi.
4. Xəbərin əhəmiyyəti: Bu canişinlik məsələsini çatdırmağın əhəmiyyəti barədə Quranın “Deyiləni çatdırmasan, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş sayılırsan.” -ayəsi kifayətdir.
|
1. Bütün hacıların toplanması bəhanələrin qarşısını almağa görə idi.
2. Həzrətin (s) xütbədə buyuduğu “mən məsulam” sözündən məqsəd budur ki, deyilən sözlər adi sözlər olmayacaq. Həmçinin, “siz də məsulsunuz”da məqsəd budur ki, siz də eşitdikləriniz qarşısında məsuliyyət daşıyırsınız.
3. Peyğəmbər (s) İmam Əliyə (ə) kömək edənlərə dua etmiş və düşmənlərinə qarğış tökmüş, bunla da Əliyə (ə) itaətin vacib olduğunu bildirmişdir.
4. Səhabələrin Kövsər kənarında Peyğəmbərlə (s) görüşmələri bir çox rəvayətlərdə öz əksini tapmışdır. Belə ki, hədislərdə bir çox səhabənin hövuza buraxılmayaraq cəhənnəmə doğru aparıldığını yazmışlar. Peyğəmbər (s) deyəndə ki, axı bunlar məni əshabımdır, məgər onlar neyləmişlər, Həzrətə (s) belə cavab veriləcək: “Bunlar səndən sonra dindarlıqdan çıxaraq İslamdan əvəlki adət-ənənələrə qayıtdılar (“Səhih”-Buxari, 7/207, rəqəm-6587).
5. Peyğəmbər (s) bildirdi ki, Əhli-beyt Qurandan və Qur`an da Əhli-beytdən heç zaman ayrı düşməyəcək. Həzrət (s) bu sözləri ilə isbat etdi ki:
a) Əhli-beyt (ə) məsumdur.
b) Onlar Quranla çiyin-çiyinə irəliləyirlər.
v) Onlar da cəmiyyətdə Quran kimi həmişə qalacaqlar.
q) İslam ümməti nə qədər ki, Qur`an və Əhli-beytlədir, azğınlıqlardan amanda qalacaq.
d) Müsəlmanlar Quran və Əhli-beytlə (ə) bağlı ağır məs`uliyyət daşıyırlar.
Qədir Xum və bizim vəzifəmiz
Peyğəmbərimiz (s) öz mübarək xütbəsinin sonunda camaata buyurdu: “Burada olanlar sözlərimi burada olmayanlara çatdırsınlar”.
Bu göstərir ki, Əlinin (ə) canişinliyi çox əhəmiyyətli bir məsələdir. Qədir Xum yalnız orada iştirak edənlərə aid deyildir. Bu xəbər hər yeri tutmalı, zaman-məkan sərhədlərini aşmalı, onun xəbərini bütün nəsillər duymalıdır. Bu xəbəri Peyğəmbərin (s) öz buyuruğuna əsasən hamı eşitməli, üzərində ciddi düşünməlidir. Əks təqdirdə biz bunun qarşısında ciddi məsuliyyət daşıyırıq. Allah göstərməsin ki, Həzrətin (s) buyuruqlarında səhlənkarlıq etdiyimizə görə o Cənab (s) qiyamət günü biz öz yaxınına buraxmasın və bizdən üz döndərsin. Bundan da ağır bir cəza təsəvvür olunarmı?!
Gəlin orada olan bütün səhabələrin bu rəhbərliyə seçildiyinə görə İmam Əlini təbrik etdikləri kimi, biz də o Cənabı (ə) təbrik edək və deyək:
Ey mövlam! Zaman bizi ayırsa da, məkan bizi uzaq salsa da, biz nəhayətsiz ruhumuzla zaman-məkan hüdudlarını sındıraraq səninlə bey`ət edir və Peyğəmbərimizin (s) sözünə qulaq asaraq daim sənin, məsum övladlarının rəhbərliyini qəbul edəcəyik. Biz sizin yolunuzdan heç zaman ayrılmayacağıq!
Biz heç zaman Peyğəmbərin (s) və onun təyin etdiyi Əhli-beytdən (ə) ayrılmayacağıq!