Yazarlar

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin
 

Dünən, 18.07.2015  tarixində Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah (s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi. Tədbirdə yerli və müxtəlif məntəqələrdən dəvət olunmuş qonaqlar iştirak edirdi.
Tədbir məscidin nəzdində fəaliyyət göstərən “Vilayət Aşiqləri Fondu”-nun təşəbbüsü ilə keçirildi.
 Bayram tədbiri  Fuad İsayevin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başladı.
Quran tilavətindən sonra tədbirin aparıcısı Kamran Məmmədov bayram münasibəti ilə müsəlmanları təbrik edərək sözü məscidin axundu Kərbəlayi Elçin Məmmədova verdi. Kərbəlayi Elçin qonaqlara xoş gəldin deyərək bütün müsəlmanları bayram münasibəti ilə təbrik etdi.
Aparıcı Kamran Məmmədov  ramazan və fitr bayramı ilə bağlı şeir oxumaq və bayrama şən əhval ruhiyyə qatmaq üçün sözü Əhli-beyt şairi və məddahı kərbəlayi Rzaya verdi.
Daha sonra fitr bayramı  və ramazan haqqında ətraflı məllumat vermək üçün  söz Hacı Fariz Rəcəbova verildi.
Hacı Fariz çıxışını həzrət Əlinin (ə)  xütbəsi ilə başlayaraq qeyd etdi ki, fitr bayramı  ramazanda edilən ibadətlərin savab və qarşılığının verildiyi gündür və eyni zamanda bayram insanın günah etmədiyi hər gündür.
Hacı Fariz çıxışının ikinci hissəsində bayram namazında oxunan dua (Allahummə əhləl kibriyai vəl əzəmə) ilə bağlı bir neçə məqama toxunaraq qeyd etdi ki, duada Allahdan istəyirik ki, İlahi! Məhəmməd (s) və Əhli-beytinə (ə) verdiyin xeyirləri bizə də nəsib et və onlardan uzaqlaşdırdığın pisliklərdən bizləri də uzaqlaşdır.
Daha sonra hacı Fariz cəmiyyətdə imkansız və kasıb insanlara hər zaman diqqət göstərilməsini İslamın önəm verdiyi məsələ olduğunu qeyd etdi.
Hacı Fariz çıxışının sonunda cəmiyyətin formalaşmasında mühüm rolu olan ailə məsələsinə də toxundu. Və qeyd etdi ki, cəmiyyətin düzgün formalaşması üçün İslam dini ailə ilə bağlı üç əsas məqama diqqət edilməsini göstəriş verir:  1. Ailənin bünövrəsinin möhkəmliyi. 2. Ailədə mənəviyyatın olması. 3. Halal ruzi.
Bayrama şən əhval-ruhiyyə qatmaq üçün birdaha Əhli-beyt şairi  və məddahı Kərbəlayi Rzaya söz verildi. Və Əhli-beyt şəninə oxunan şeirlərlə tədbirə bayram əhval-ruhiyyəsi qatıldı. 
Tədbirin sonunda fərəc duası oxunduqdan sonra qonaqlara ehsan süfrəsi açıldı.

 

İslammektebi.org