Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Psixoloqların tələbələrə tövsiyələri


Tələbəlik həyatı insan həyatının əvəzolunmaz anlarını özündə əks etdirir. Amma bununla bərabər insan həyatının bir çox stressli anlarını tələbəlik həyatında təcrübə edir. Ali təhsil həyatının ən yadda qalan anları imtahan zamanı insanın yaşadığı hisssləri hesab etmək olar.
İmtahan tələbəlik həyatının ayrılmaz bir parçasıdır. İmtahanın böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, onun haqqında məlumatsızlıqmız bizə çətin və stressli anları yaşamağmıza səbəb olur. Bir çox sahələrdə olduğu kimi, təhsil həyatındakı imtahanında  diqqət alınası bir çox məsələlər var ki, bu qısa yazımızda bu məsələləri Psixoloqların dilindən siz dəyərli oxuculara təqdim edirik.
1.Hər bir işə başlayan zaman əsas məsələ İnancGüvəncdir. İnsanın özünə inancı və güvəni olmadan hər hansı bir işə addım atıb ondan müsbət nəticə alması mümkünsüzdür. İnanc və güvən uğur qazanmaq istəyən insanların həyatının ən əsas prinsipidir.
İmtahan zaman tələbələrdə ən çox şahidi olunan problem onların özlərinə olan inamsızlığıdır. Bəzən saatlarla imtahana hazırlaşan tələbə özünə olan inanmsızlığ nəticəsində imtahandan müsbət nəticə ala bilmir və nəticədə stress keçirməsinə gətirib çıxarır.
Psixoloqların nəzərincə, hər bir sahədə olduğu kimi İmtahan zamanıda tələbələrin inanc və güvənci alacağları nəticələrə böyük təsir olduğunu, tələbələrin bu məsələyə ciddi yanaşmalarının zəruri olduğunu bildirirlər.
2.İmtihandan danışılanda bir çox tələbələr mövzudan yayınmağa çalışır və imtahana nifrət hissiylə yanaşırlar. Amma bir şeyi nəzərə almaq lazımdır ki, imtihan təhsil həyatının ayrılmaz bir parçasıdır.Buna qarşı laqeyd olmaq ağılsızlığdır. Çünki daha çox stressə səbəb olacaqdır.
3.İmtahana hazırlaşan zaman hər tələbə gərək özü üçün evin bir güşəsində müəyyən bir yer seçsin. Diqqətini yayındıracaq şeyləri  o cümlədən telefon, kompiter vs kimi şeyləri mütaliə yerində uzaqlaşdırsın.
4. Ən çox diqqət olunası başqa məsələ, müəllimin tədris zamanı daha çox üzərində danışdığı dərslərə diqqət yetirməkdir. Çalışıb mütaliə zamana oxuduğmuz hər dərsin əsas məqamlarını qeyd etmək lazımdır. Müəllimin sinifdə soruşduğu sualları nəzərə alaraq, hər bir dərsə aid müəyyən suallar çıxarmaq lazımdır.
5.Zaman insan həyatında çox böyük rol oynayır. Uğur qazanmaq istəyən insanlar daima zamanlarını dəqiq müdiriyyət edirlər.Onlar üçün hər günün hər saatın dəyəri vardır. Tələbəlik həyatın ən az diqqət olunan problemlərindən biri zamandır. Daima vaxt çatışmamazlığından gileylənən tələbələr olur. Bunun əsas səbəbi zamanı düzgün kontrol etməməkdir. İnsan gərək hər bir işdə olduğu kimi, imtahana hazırlaşan zamanda vaxtı dəqiq kontrol etsin. İmtahan zamanı hər bir dərsin mütaliyəsi üçün vaxt müəyyən etmək lazımdır. Vaxtla hərəkət etsək hər dərsi lazım olduğu kimi mütaliə etmək imkanımız olar.
İmtahan gecəsi artıq kitabı kənara qoyub imtahan haqqında düşünmək lazım deyil. Çünki əks halda insan stress keçirdə bilər ki, mənfi nəticəyə səbəb olar.
6. İmtahan günü çalışıb səhər tez oyanmaq lazımdır. İmtahan üçün lazım olan hər bir şeyi tədarük görərək, Ya Allah deyib bütün stressləri kənara ataraq və özünə tam inanc və güvənclə vaxtından əvvəl imtahana getmək lazımdır. İmtahana başlayandada özünün imtahana tam hazır olduğu fikirində canlandırıb imtahana başlamaq lazımdır.
Bütün sualları cavablandırdıqdan sonra, imtahandan tez çıxmağa çalışmayın. Oturub sualları və cavabları diqqətnən nəzərdən keçirmək lazımdır. Çünki diqqətmizdən yayınan hər hansı sual ola bilər.
Psixoloqların nəzərincə əgər adı çəkilən məsələlərə dəqiq riayət etsək, stress keçirmədən hər bir imtahandan müsbət nəticə qazana bilmək imkanımız var.

Hazırladı: Bəşər Məmmədov

 

About the Author

Bəşər Məmmədov

More articles from this author