Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Filosof haqqında qısa məlumat.


Bir çox şərq filsoflarını qərb filosoflarından fərqləndirən cəhət onların elmi şəxsiyyətindən əlavə böyük mənəvi şəxsiyyətə sahib olmasıdır. Bu böyük şəxsiyyətlərdən biri Təbatəbai ləqəbiylə tanınan Məhəmməd Hüseyin Təbatəbaidir.
Məhəmməd Hüseyin Təbatəbai  6 noyabır 1892-cii ildə İranın Təbriz şəhərində seyyid ailəsində dünyaya göz açıb. Dahi şəxsiyyət 5 yaşında anasını və 9 yaşında atasını itirib. Atasının ona buraxdığı vəsiyyəti kiçik qardaşı Həsən İlahinin təhsil və tərbiyəsi üçün əlindən gələni əsirgəməyib.
Məhəmməd Hüseyin fars ədəbiyyatını və Qurani kərimi oxumağı öyrəndinkdən sonra artıq 1918-ci ildən dini və fəlsəfi elmlərlə öyrənməyə başlayıb. Təbatəbai öz təhsil haqqında belə deyir:
Mən təhsilimin ilk illərində ərəb ədəbiyyatıyla məşğul olsamda, təhsilmi davam etdirmək istəyim yoxuydu. Bu səbəbdən hər nə oxusamda heç bir şey anlaya bilmirdim. 4 il mənim həyatımı belə davam etdi, amma 4 il sonra ilahi bir elmi gücün mənə verilməsi həyatımda böyük dəyişikliklər etdi. Mən bu andan etibarən artıq bütün məşğuliyyətimi kənara ataraq, ömürmü təhsilmə həsr etmək qərarına gəldim. Artıq heç vaxt hər hansı elmi bir nəzəriyyəni dərk etməkdə çətinlik çəkmirdim, anlamadığım məsələləri həll etmədən gecələr yatmazdım.
Məhəmməd Hüseyin Təbatəbai 1925-ci ilə qədər Təbrizdə Talibiyyə mədrəsəsində təhsilini davam etdirdikdən sonra , təhsilini davam etmək məqsədiylə qardaşıyla birgə İraqın Nəcəf şəhərinə səfər edib.
Təbatəbai nəcəfdə 10 illik təhsil müddətində böyük şəxsiyyətlərdən riyaziyyat, fəlsəfə, İrfan vs elmlərini mənimsədi. Məhəmməd Hüseyinin əxlaq və irfan ustadı zamanın ən böyük ustadlarından hesab olunan Seyyid Əhməd Qazi olubdur. Təbatəbainin xatirələrində qeyd olunur ki, Ustadı Seyyid Qazinin adı çəkiləndə rəngi dəyişərdi.
Məhəmməd Hüseyin Təbatəbai nəcəf şəhərində 10 il qaldıqdan sonra, iqtisadi vəziyyətinin yaxşı olmaması səbəbiylə yenidən İranın Təbriz şəhərinə qaydaraq bir neçə il kənd təsərrüfatıyla məşğul olur.
Amma bir neçə ildən sonra Muhəmməd Hüseyinin cəmiyyət qarşısında olan məsuliyyət hissi, onu ailəsiylə birgə  İslam elmlərinin mərkəzi kimi tanınan Qum şəhərinə köçməyə məcbur edir. Huseyin Təbatəbayyi Qum şəhərindən artıq fəlsəfəni tədris etməyə başlasada, bəzi sadə düşüncəli insanlar onun tədrisinin qarşısını alırlar. Bu səbəbdən Hüseyin Təbatəbayyi fəlsəfəni  10 şagirdlə gecələr tədris etməyə başlayır.
Muhəmməd Hüseyinin tədris illərində yadda qalan xatirələrindən, fransanın tanınmış şəxsiyyətlərindən Hanri Kurbenin İrana gəlib bu böyük şəxsiyyətin tədrisində iştirak etməsidir. Hanri Qərb fəlsəfəsini yaxşı mənimsəsədə, onun zehnində yaranan sual və şübhələr onun İslam fəlsəfəsiylə yaxından maraqlanmaq üçün, İrana gəlməyə vadar etmişdir. O, Hüseyin Təbatəbainin dərsində iştirak edərək öz cavabsız suallarına cavab tapıb.
Məhəmməd Hüseyin səfəvilərdən sonra fəlsəfəni yenidən dirildən və Epistemologiya haqqında müəyyən şəxsi nəzəriyyəyə sahib olan bir şəxsiyyətdir. Onun və şagirdilərinin ən böyük xidməti Marksist fikirlərinin İslama qarşı olan hücümlarının qarşısını almaq və İslam dünyasında əvəzolunmaz Quranın təfsir (Quranın izahı) olan Əlmizanı özündən sonra miras qoymasıdır. Hansı ki, bu dəyərli kitab bugündə bütün İslam ölkələrində Quranın İzahı üçün əsas kitab olaraq istifadə olunur.
Həmçinin bugün İslam dünyasında böyük filosof kimi tanınan Şəhid Mütəhərri, Şəhid Behişti, Həsən Zadə Amuli, Cavad Amuli, Misbah Yəzdi kimi dahi şəxsiyyətlərinin yetişdirən bir ustaddır.
Məhəmməd Hüseyin 1981-ci ildə  dünyasını dəyişib. Böyük Filosof İranın Qum şəhərində dəfn olunub.

Hazırladı: Bəşər Məmmədov

About the Author

Bəşər Məmmədov

More articles from this author