Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Platonun təlimlərindən bir parça.


Sokratın tələbəsi, Aristotelin müəllimi Platon bəşəriyyətin tərəqqisinə öz tövhəsini vermiş dahi bir şəxsiyyətdir. Onun doğum tarixi dəqiq bilinməsədə, antik mənbələrə əsaslanan tədqiqatçıların əksəriyyəti Platonun e.ə 428-427-ci illərdə Afina və ya Eqindən  aristokrat bir ailədə anadan olduğu güman edirlər. Antik ənənələrə əsasən martın 21-i Platon doğum günü hesab olunur. 
Platondan həyatın əsas sahələrinə dair təlimləri mövcuddur. Onun təlimləri arasında daha çox diqqətlayiq bir məqam insan təlim-tərbiyəsinə ayırd olan təlimləridir.
Platon bir cəmiyyətin xoşbəxtliyini elm-bilik sahibi olan  insanlar tərəfindən tədbir olunmasında təsvir edir. Platon ləyaqətli rəhbərlərin yetişdirilməsi və cəmiyyətin doğru istiqamətdə addımlaması üçün təlim-tərbiyəni zəruri hesab edir. Möhkəm və düzgün bünövrələrə əsaslanmış  qanunvericiliyi yaradıb-yaşatmaq üçün təlim-tərbiyə lazımdır. Platon düzgün qanunların bərpasına xususi diqqət ayırsada, insanların təlim-tərbiyəsini hər hansı bir qanun bərpasından daha səmərəli hesab edir. Çünki təlim-tərbiyəyə əhəmiyyət vermiyən bir cəmiyyətdə, hər hansı qanunvericiliyin düzgün icrası ehtimalı olduqca zəifdir.
Bu səbəbdən təlim-tərbiyə insanın fərdi və ictimayyi həyatının dolğun və məmnnuniyyət dolu olmasında əsas amil hesab edir. Platon sülhün müharibəyə üstünlüyünü insanlara təlim-tərbiyə verilərək, yaranacaq qarşı durmanın dayandırlmasının mümkünlüyündə görür. Təlim-tərbiyəni cinsindən asılı olmayaraq bütün insanlara ayırd edilir. Ən gözəl tərbiyə metodu elm-biliyə əsaslanmış tərbiyə metodur.  Çünki əks halda insanlar  mövhumat və xürafatlara əsaslandırılmış yolla tərbiyə olunacaq.
Platonun fikrincə insanların təlim-tərbiyəsi uşaqlıq yaşlarından başlanılmalıdır. Bir uşaqın layiqli bir insan olması üçün onu ana bətnində tərbiyəsi daha çox səmərəlidir. Ana hamiləlik dövürlərində xüsusi mütəxəssislərin məsləhətlərini diqqətə alaraq, övladın sağlamlığı üçün zəruri olan hər şeyi ciddi yanaşmalıdır. Platon övladlara uşaq çağlarında oxunan hekayələrin və nəğmələrin seçiminə xüsusi diqqət ayırlımasını zəruri hesab edir. Çünki uşaqın eşitdiyi hər bir kəlmənin onun şəxsiyyətinin və mənəviyyətin necə formalaşmasına kəskin təsir bağışlayır. Bu səbəbdən Platon dövürünün şair və yazarlarını mənasız şeir-nəğmələr yazmaqda ittiham edərək, onlara qarşı kəskin mübarizə aparmışdır.
Əli Kazimi
Çevirdi: Bəşər Məmmədov
İslammektebi.org

About the Author

Bəşər Məmmədov

More articles from this author