Oxuculuq mədəniyyəti
Oxuculuq mədəniyyəti dünya mədəniyyətlərinin kəsişdirən, onları bir-biriylə mübadiləyə sövq verən vasitələrdən biri kimi bilinir. Belə ki, insan müxtəlif xalqların əsərlərini oxumaqla, O xalqın həyat və düşüncə tərzinə, dünyagörüşünə, dini-milli adət -ənənələrinə bələd olaraq öz dünyagörüşnü də artmış olur. Bu səbəbə oxuculuqa böyük maraq göstərən insanlar daima öz düşüncə və davranış tərziylə başqalarından fərqlənir.
Oxuculuq mədəniyyəti həmçinin insan istedadlarının kəşf edilməsinə, düşüncə tərzinin dəyişdirib əqli hüriyyətə çatmasına, bir xalqın öz milli-mənəvi keçmişiylə tanış olmasına, öz gələcəy həyat tərzini daha rəngarəng və ahəngdar qurmasına böyük tövhə verir.
Bu gün tədqiqatlar bunu deməyə əsas verir ki, kitaba biganə olan ölkələrdə təlim-tərbiyə olduqca aşağı bir keyfiyyətlə səciyyələndirilir.Bu səbəbə həmin ölkələrdə insanların sosial-iqtisadi yaşam səviyyəsi də heç də ürək açan deyildir. Kitaba biganə olan bir xalqın hər zaman haqları istər diktatura, istərsədə xarici maraqlar tərəfindən oğurlanması da artıq qaçılmaz bir reallıq olaraq bilinir.
Kitabın dəyəri haqqında nə qədər yazıb-danışılsa bəlkə də azdır. Amma oxuculuq mədəniyyətinin də özünə xas qanunları mövcuddur. Bu qanunlara bələd olmaq, oxunan kitabları daha yaxşı qiymətləndirmək imkanı tanıyır.
1.Zövq və İstək. Bu xüsusilə yeni mütaliəyə başlamaq istəyən, amma həvəs-iradəsi olmayanlara aid edilir. Belə ki, bir çoxları kitab oxumaqa istək və maraq göstərməsə də həyatlarında müəyyən sahəyə xüsusi maraq və istəkləri vardır. Bu cür insanlarda oxuculuq mədəniyyətinə sevgi yaratmaq üçün, onlara öz sevdikləri sahə üzrə müəyyən əsərlər oxumaq təklif edilir. Atılan ilk addım sonrakı addımları atılmasında istək yarada biləcəyini nəzərə alaraq deyə bilərik , əgər bu tip insanlar öz sevib-zövq aldığı sahələrə aid lazımi məlumatlar toplamaq istəyirlərsə, mövzuyla əlaqədər mütaliələrə start vermələri təklif olunur. Belə bir addım zamanla insanda başqa sahələrə aid əsərlərin oxunmasına da əlaqə və istək yaradacaqdır.
Əlbətdə qeyd etmək yerinə düşərdi, zövq-istək yalnız yeni başlıyanlara xas etmək bəlkədə düzgün olmazdı. Bir çox oxucuların vaxtından əvvəl oxuculuq mədəniyyətinə biganələşməsi, zövq-istəklərinə uyğun əsərləri oxumamaqlarıyla əlaqələndirilir. Bir kitaba istək olan zaman, insan onun mütaliəsinə daha çox diqqət ayırıb, oxuduğu əsərdən zövq alması sözsüzdür.
2.Müəllif seçimi. Hər hansı bir müəllifin əsərinə oxumazdan əvvəl müəllif haqqında müəyyən məlumatları toplanılması oxucuda kitaba qarşı daha çox maraq yaradar. Xüsusilə elmi əsərlər oxuyan zaman müəllifin haqqında toplanan məlumatlar olduqca əhəmiyyətlidir. Əgər mütəmadi olaraq bir müəllifin əsərlərini oxumaq istəyiriksə, sözsüz müəllifin fikirlərinin axarını tutmaq üçün , gərək müəllifin tərcümeyihalına bələd olaq. Çünki bir çox müəlliflərin əsərləri sıralamayla qələmə alınıb. Müəlliflər düşüncələrini düzgün təqdim etmək üçün əsərlərini sıralamayla qeydə alırlar.
Həmçinin seçəcəymiz kitab haqqında internet, kitabdar yaxud əvvəl bu kitabı mütaliə etmiş insanlardan məlumat toplamaq, onların bu kitabı haqqında görüşlərini öyrənmək olduqca əhəmiyyətli ola bilər. Bir sıra kitabların mütaliəsi insana lazımi nəticələri bəxş etmir. Kitab haqqında məlumat toplayaraq vaxt itirmələrinin qarşısını da almaq olar.
3.Pirinsiplər öyrənmək. İnsan vaxtının dəyərli olmasını nəzərə alaraq lazımsız əsərlərini oxunması məsləhət bilinmir. Belə ki, yazılan bir çox əsərlər müəllifin xəyalpərəst dünyasını əks etdirir və oxucuya ayırdığı vaxt qarşısında lazım olan maariflənməni bəxş etmir. Bu səbəbdən daha çox yaşam və düşüncə pirinsipləri öyrədən kitabların oxunmasına maraq göstərilməsi məsləhət bilinir
4.Zaman-məkan. Hər şeyi zamanı-yeri olduğu kimi, oxuculuğunda gərək zaman-yeri bilinə. Hər vaxt, hər yerdə oxunan kitablardan (xüsusilə elmi əsərlərdən) yararlanma ehtimalı olduqca zəifdir. Özəlliklə mütəmadı oxucular gərək özləri üçün müəyyən vaxtıları oxuculuqa xas etsinlər. Başqa sözlə planlaşdırılmış bir formada oxumaq lazımdır. Oxunan əsərlər sırasında daha çox effekt bağışlayan səhərçağı oxunan əsərlərdir. İnsanın günə yeni başlayıb, daha çox enerjili olması oxunan əsərdən daha çox yararlanmağa səbəb olur. Amma günün yarısından sonra artıq gündəlik fəaliyyət səbəbiylə yorulur və oxunan əsərldən lazım olan kimi yararlana bilmirik. Elmi əsərləri səhərlər oxunması, maraq göstərilən roman vs kimi əsərləri bir məşğuliyyət olaraq günün yarısından sonra oxumaq daha məsləhətlidir.
Əvvəldə qeyd edildiyi kimi zamanla bərabər məkan seçimidə ( xüsusilə elmi əsərlər üzrə çalışanlar üçün) olduqca əhəmiyyətlidir. Mütəmadi oxucular özləri üçün evin bir güşəsində müəyyən bir yeri mütaliəyə xas vermələri daha əlverişli olar. Çünki insanın fikirlərini toplamasına, oxunan əsərə daha çox diqqətayıra bilməsinə kömək edir.Və həmçinin elektron əşyalardan qısa bir müddət də olsa uzaqlaşmaq lazımdır .
5.Mütəşəkkil oxuculuq. Hər bir insanın sevib-maraq göstərdiyi müxtəlif bilgi sahələri mövcuddur. Bu qayda sevdiyi sahə üzrə, yaxud ixtisasi üzrə dərin bilgiyə sahib olmaq istəyənlərə təklif olunur. Belə ki, əgər hər hansı oxucuda plüralizim, modernizm, fəlsəfə vs sahələr üzrə maraq varsa, həmin sahələr üzrə lazımi məlumat toplamaq üçün bir müddət mütəşəkkil olaraq müxtəlif müəlliflərdən mövzuya aid mütaliələr etmək təklif olunur.
Mütəşəkkil oxuculuqda əvvəl sevdiymiz mövzunu seçib, sonra mövzuya aid yazılmış fərqli müəlliflərin əsərlərini oxumaq lazımdır. Fərqli müəlliflərdən oxumaq , mövzuya fərqli yanaşmalara bələd olmaqla , insanın özündə də bir mövqe sərgiləyə bilməsinə kömək edir.
6.Qeydlər aparmaq. Oxuculuqda (xüsusilə elmi oxuculuq zamanı) ən əsas qayda oxunan kitablar da müxtəlif qeydlər aparılmasıdır. Belə ki, müəyyən bir elmi əsər oxunan zaman, əsərin əsas hissələrini yaddaş etmək, toplanan məlumatların qorunmasına və insanın daha çox anlamasına səbəb olan bir amil kimi bilinir. Amma qeydlər aparan zamanda bir qaydanı unutmamaq lazımdır ki, gərək qeydləri başa düşülən kimi yazaq, nəinki kitabda olduğu kimi dəftərə köçürülə. Bu cür qeydlər insanın mövzunu anlaması deməkdir.
7.Kəlmələrin öyrənilməsi. Bu qayda xarici dillərdə mütaliəyə maraq göstərən insanlara aid edilir. Xarici dildə oxumaqa maraq göstərən oxucular bir çox hallarda yad kəlmələrlə rastlaşır, bəzən isə bu kəlmələrin mənalarını öyrənmədən cümlələrin üstündən ötüb keçirlər. Bu cür oxuculuq sevib-maraq göstərilən xarici dili dərindən öyrənmək istəyənlər üçün yalnış addım olaraq bilinir. Belə ki, həmin kəlmələr oxunacaq sonrakı əsərlərdə də təkrarlanacaq. Öyrənilən hər bir yeni kəlmə yeni cümlənin qurulmasına, yaxud bilinən cümlələrin daha dolğun ifadə edilməsinə böyük kömək göstərə bilər. Bu səbəbdən xarici dildə oxuyan oxuculara, oxuduqları əsərlərdə yad kəlmələri öyrənmədən keçmək məsləhət görülmür.
Oxuculuq mədəniyyəti hamıdan fərqli düşüncə və həyat tərzi yaşayıb, daha çox ahəngdar və rəngarəng həyat yaşamaq istəyənlər üçündür.
Bəşər Məmmədov
İslammektebi.org