Yazarlar
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Aşura məktəbi
- Gösterim: 3067
Təvəssülün mənası
Vahabiyyət zahiri bir din və məzhəb kimi tanınan amma batini İslam birliyini aradan aparmaq və müsəlmanlar arasında dini, ictimai və siyasi munaqişə və ixtilaflar yaradan bir məzhəbdir. Doğrudur ki, bu məzhəbin adı islam məzhəbləri arasında qeyd olunur, amma onu qeyd etmək lazımdır ki, bu məzhəbin zahiri islam, amma batini tamamilə islamın əleyhinə olan bir məzhəbdir. Bu məzhəbin batini batil əqidələr və yalnış olan fikirlərlə doludur. Vahabiyyətin əsasını 8-ci əsr hicri qəməri tarixiylə İbni Teymiyyə qoymuş və amma bir məzhəb kimi geniş surətdə yayılmasına 12-ci əsr hicri qəməri tarixiylə Şeyx Məhəmməd ibni Əbdul Vəhhab səbəb olmuşdur. Bu məzhəb özlərini Hənbəli məzhəbinin ardıcılları saymasına baxmayaraq əqidə və dünya görüşü nöqteyi nəzərindən həm şiə və həndə sünnü əhlinin dörd firqəsiylə muxalifdir. Şeyx Məhəmməd zahirdə Hənbəli məzhəbindən olmasına baxmayaraq heç kəsə təqlid etmir, özünü azad fikirli və din seçməkdə əqidə sahibi hesab edirdi. Onun bəzi fikirləri aşağıdakılardan ibarətdir:
1- bütün müsəlmanlar kafir və müşrikdir, lakin özü həqiqi müsəlmandır.
2- övliyaların məzarları kənarında qurban kəsib nəzir paylamaq haramdır.
3-künbəz, məqbərə və qəbirləri (hətta Allahın Rəsulunun (s) və İmamların (ə) qəbirlərini) ziyarət etmək haramdır.
4- Peyğəmbərləri, İmamları (ə) və əməli saleh insanları Allaha vəsilə qərar verib onlardan kömək istəmək haramdır.
5- Allahdan başqasına and içmək şirkdir.
6- bayramlarda məsələm, Peyğəmbərin (s) təvəllüdü günü mərasim təşkil edib bayram keçirtmək bidətdir.
Vəhabiyyət və təvəssül
Qeyd etdiyimiz kimi Vahabilərin batil əqidələrindən biri də Peyğəmbər (s) və övliyalara təvəssül etməyi şirk saymalarıdır. Onu da qeyd etmək lazımdır ki, təvəssül Peyğəmbərin (s) öz dövründə və həzrətin rehlətindən sonra da caiz olan məsələlərdən biri idi. Amma ibni Teymiyyə 8-ci əsrdə və dörd əsr ondan sonra Şeyx Məhəmməd ibni Əbdul Vəhhab təvəssülü inkar edərək övliyaları vəsilə tutmayı şirk elan etdilər. Amma biz Qurʾan və rəvayətlərə muraciət etsək görərik ki, təvəssül etmək heçdə şirk deyil, bəlkə Allah təbarək və təalanın əmrlərindən biridir“Təvəssül″ sözünün məʾnası vəsilə tutmaq, vəsilə qərar vermək deməkdir. Yəʾni insan Peyğəmbərləri (ə), İmamları (ə) və ya əməli saleh insanları vasitə tutub Allah dərgahına yaxınlaşaraq ondan yardım istəməsinə təvəssül deyilir. Allah taala Qurʾani Məciddə mübarək Maidə surəsinin 35-ci ayəsində buyurur:
يا يها الذين امنوا اتقوا الله وابتغوا اليه الوسيلة و جهدوا في سبيله لعلكم تفلحون
« Ey iman gətirənlər, Allahdan qorxun, Ona (onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə axtarın...»
Gördüyümüz kimi Allah taala bu ayədə vəsilə tutmayı əmr edir (ona vəsilə axtarın). Vahabilərin dediklərinə əsasən, əgər həqiqətdə təvəssül etmək şirk olsaydı, Allah heç vaxt bəndələrinə belə bir iş görməyi əmr etməzdi. Əgər yaşadığımız dövrün qanunlarına diqqət etsək görərik ki,vasitəçilik qanunu insanlar arasında hakim olub, insanlar əksər işlərini vasitə tutmaqla həll edirlər. Məsələn, biz xəstələnəndə həkimə muraciət edir, və sağlamlığımız üçün onun yazdığı dərmanları içməyi özümüzə vacib bilirik. Əgər vasitəçilik şirk olsaydı bəs niyə həkimə gedirik? Və ya dərman içirik? Məgər şəfa verən Allah deyilmi? Bəli təbii ki, şəfa verən Allahdır. Biz həkimə gedəndə və ya dərmanları içəndə nəzərimizdə bunları bir vasitə kimi tuturuq və bilirik ki, bizə şəfa verən Allahdır.
Təvəssül də eynilə bu cürdür, biz ‟ ya Əli köməyimdə dur ” deyəndə bilirik ki, Həzrət Əli (ə) Allahın izni ilə bizə kömək olur və Allah istəməsə imam Əli (ə) bizə kömək olmaz.
Təvəssül o zaman şirkdir ki, təvəssül edilərkən bir başa o şəxsin özünə təvəssül olunsun, yəʾni “ ya Əli kömək et ” deyəndə əqidəsi bu olsun ki, mənə yalnız imam Əli(ə) özü bir başa kömək edir, əslən Allahın qüdrəti və iradəsi bu işə daxil deyil.
Təvəssül haqqında müqəddəs Qurʾanda başqa ayələrdə movcuddur. Allah taala mübarək Yusif surəsinin 97,98- ci ayələrində buyurur:
قالوا يا ابانا استغفر لنا ذنوبنا انا کنا خطین*قال سوف استغفر لکم ربی انه هو الغفور الرحیم
‟ (oğlanları ona) Ata, bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğurdanda günahkar olmuşuq ” dedilər. (Yəqub (ə)) dedi: ‟ Mən rəbbimdən sizin bağışlanmanızı diləyəcəm. O həqiqətən bağışlayandır, rəhm edəndir ”.
Əgər bu ayəyə diqqətlə nəzər etsək görərik ki, Həzrət Yəqubun (ə) oğlanları atalarına təvəssül edib, onu Allahla öz aralarında vəsilə qərar verib atalarından istəyirlər ki, onlar üçün Allahdan bağışlanmaq istəsin və hz. Yəqub (ə) bu işə razı olur.
SUAL: Əgər hz. Yəqubun (ə) oğlanlarının bu işi (atalarını Allaha vəsilə tutmaları) şirkdirsə, bəs nəyə görə Allahın məʾsum və böyük peyğəmbəri bu işə razı oldu? Bir haldaki tarix boyu Allahın bütün peyğəmbərləri insanları şirkdən uzaqlaşdırmaq tövhidə, tekallahlığa dəvət ediblər. Ayədən nəticə almaq olar ki, hz. Yəqubun (ə) işə razı olması təvəssülün şirk olmamasını sübut edir.
Həmçinin Allah taala mübarək Nisa surəsinin 64-cü ayəsində buyurur: ″ onlar özlərinə zülm etdikləri zaman dərhal sənin (Peyğəmbərin (s)) yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər (s) də onlar üçün əfv istəsəydi əlbəttə Allahın tövbələri qəbul edən, mərhəmətlə olduğunu bilərdilər ”.
Vahabilər bu iki ayəyə irad tuturlar ki, Qurʾanda təvəssülü diri olan kəslərə etməyə icazə verilir. Çünkü oğlanları hz. Yəqubdan (ə) sağlığında onlara dua etməsini istədilər, həmçinin peyğəmbərin (s) sağlığında ona təvəssül edibdir. Öləndən sonra ona təvəssül etmək düzgün deyil və ölülərə təvəssül etmək şirkdir.
Sualın cavabı:
1- Qeyd etmək lazımdır ki, ölüm yoxluq, məhv olmaq deyil. Ölənin bədəni torpağa qarışıb aradan getsə də, onun ruhu yaşayır və insanın həqiqəti onun cismi yox, bəlkə ruhudur. Sağlığında Allah dərgahında məqamı olan insanın öldükdən sonra da bu məqamı hifz olunub saxlanır və onun ruhu öldükdən sonra da eşidir. Bunu tarix də isbat edir. Bədr döyüşündən sonra müsəlmanlar bir quyu qazıb, ölmüş müşrüklərin cəsədlərini onun içinə atmışdılar və Peyğəmbər (s) quyuya yaxınlaşıb belə xitab etdi: ″ Ey quyu əhli, öz rəbbinizin sizə verdiklərini həqq olaraq tapdınızmı? Həqiqətən də mən öz rəbbimin verdiyi vədəsinin həqq olduyunu gördüm ″. Soruşdular: Ey Rəsulallah, onlar eşidirlərmi? Buyurdu: ″ Mənim dediklərimi siz onlardan yaxşı eşitmirsiniz. ( yəni onlar da eşidir) amma bu gün cavab vermirlər[1]
2-Əgər mübarək Nisa surəsinin 64-cü ayəsinə diqqətlə baxsaq görərik ki, Peyğəmbərə (s) təvəssül etmək ümumi şəkildə qeyd olunub. Yəni yalniz Peyğəmbərin (s) sağlığında ona təvəssül etmək haqda ayədə heç bir qeyd olunmayıb.
3-Əgər insan öldükdən sonra eşitmirsə bəs nəyə görə Allah taala Qurʾani Kərimdə keçmiş peyğəmbərlərə salam deyir?
‟ İbrahimə salam olsun ”(Saffat 109)
“ Musaya və Haruna salam olsun ”( Saffat 120)
“ İlyasa salam olsun ”
‟ Peyğəmbərlərə salam olsun ”
4- Əgər Peyğəmbər (s) öldükdən sonra eşitmirsə və bizə cavab vermirsə, bəs nəyə görə Allah mubarək Əhzab surəsinin 56-cı ayəsində ona salam və salavat deməyimizi əmr edir?
‟ Həqiqətən Allah və onun mələkləri Peyğəmbərə (s) salavat göndərirlər ( xeyir- dua verirlər ). Ey iman gətirənlər, siz də ona salavat göndərib ( onun üçün salavat deyib ) layiqincə salamlayın ”.
5-Əgər Qurʾandan məqsəd yalnız peyğəmbərlərin diri olan zamanıdırsa, bəs bu dövrdə ki, artıq peyğəmbərlər dünyalarını dəyişiblər, bəs onda Qurʾan ayələri bizlərə aid deyil və gərək o ayələri oxumayaq çünkü o ayələr o zamana aiddirlər. Amma müsəlmanların etiqadı budur ki, Qurʾanın bütün ayələri hər zəmanəyə aiddir və hər zəmanəyə şamil olur.
Və həmçinin nəyə görə gündə beş dəfə namazın salamında Peyğəmbərə (s) xitab edərək ‟ əssəlamu ələykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkətuh ” deyirik?
Əgər qeyd olunan nöqtələr haqqında düşünsək görərik ki, insan ölməklə Allah yanında olan məqamını itirmir və eşitmə hissini və ya dua etmək qabiliyətini əldən vermir. Bir insana təvəssül etmək üçün onun bu dünyada olması şərt deyil. Əgər şərt olsaydı bəs nəyə görə hz. Adəm (ə) hələ dünyaya gəlməyən Məhəmməd və ali Məhəmmədi (s) Allah dərgahına vəsilə qərar tutur ? Cəlaləddin Siyuti Əddurul Mənsur kitabının 1-ci cildində yazir : Allahım, səndən Məhəmməd və ali Məhəmmədin (s) həqqinə istəyirəm, sən pak və münəzzəhsən,...məni bağışla həqiqətən sən bağışlayan və rəhimlisən. Və ya fəraidul semteyenin birinci cildində Əbu Hureyrə deyir: Peyğəmbər Əkrəm (s) hz. Adəm (ə) və onun təvəssülü haqqında belə buyurub: Allah taala Adəmə (ə) xitab etdi: ey Adəm, bunlar ( Peyğəmbərin (s) əhli beyti ) mənim seçdiklərimdir....hər vaxt bir hacətin olsa bunları vasitə qərar ver.
Əgər sünnü və şiə mənbələrinə muraciət etsək görərik ki, təvəssüllə bağlı sənədi səhih olan hədislər çoxdur. Bu hədislərin birində İbni Həcər Buxaridən ( səhih buxarinin müəllifi ) nəql edir ki, ikinci xəlifə Ömər ibni Xəttab quraqlıq illırində Peyğəmbərin (s) əmisi Abbasın yanında durub belə dua edirdi: İlahi biz sənin rəsulunun əmisinə təvəssül edib səndən yağış diləyirik.
Başqa bir hədisdə nəql olunub ki, kor bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi : Allaha dua edib mənə şəfa dilə. Peyğəmbər (s) buyurdu: Əgər istəyirsənsə dua edim, amma əgər səbr etsən daha xeyirlidir. O kişi dedi: Dua et. Peyğəmbər (s) ona diqqətlə dəstəmaz almayı və iki rəkət namaz qıldıqdan sonra bu cür dua etbəyi əmr etdi: ‟ Allahım səndən istəyirəm və rəhmət peyğəmbəri olan Məhəmmədin (s) vasitəsiylə sənə üz tuturam. Ya Məhəmməd Allah hacətimi yerinə yetirməsi üçün sənin vasitənlə ona üz tuturam. Allahım mənim haqqımda onun şəfaətini qəbul et ”.
Əziz oxucular gördüyümüz kimi yuxarıda qeyd olunan ayə və hədislərdə təvəssül etmək həm Allahın əmrlərindən biridir (maidə 35-ci ayə ) və həmdə caiz olan bir əməldir. Tam yəqinliklə qeyd etmək lazımdır ki, ayə və rəvayətlərdə caiz bir şeyə əməl etmək heçdə şirk deyil. Amma təəssüflə qeyd etmək lazımdir ki, zülmün əsas mənbələrindən biri olan vəhabilər batil və əsassız əqidələrinə arxalanaraq minlərlə insanı kafir və müşrük adlandırıb, onları qətlə yetirirlər. Bu məzhəb Allahın vəhyinin (Qurʾanın) və Peyğəmbərin (s) sünnəsinin caiz bildiyi hökmləri açıq-aşkar rədd edərək, öz batil əqidələrini müxtəlif vasitələrlə ( insanlara pul, iş və sair...təklif edərək ) təbliğ edirlər. Biz gərək düşmən qarşısında ayıq və güclü olaq, heç vaxt onların hiyləsinə aldanmayaq, öz müqəddəs dinimizi bir neçə dollar pula və s...dəyərsiz olan şeylərə satmayaq və ömrümüz boyu gərək zülmə qarşı öz əqidə, malımız və canımızla mübarizə edək. On dörd məʾsumu (ə) Allahın dərgahına vasitə tutaraq bu işdə bizlərə kömək olmasını diləyək !
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Aşura məktəbi
- Gösterim: 1236
Hicrətin 59-cu ilində, bəzi qərəzli şəxslərin fitnəsi nəticəsində nadan insanlar minbərlər üzərində Ali- Məhəmmədi (ə) və İmam Əlini (ə) təhqir edirdilər. Hər bir yerdə zülm, riyakarlıq, fitnə-fəsad, yalan və xəyanət artmışdı. Bütün bu qəmlər İmam Hüseynin (ə) qəlbini incidirdi. Elə bu çətin anlarda, Rüqəyyə (ə) adlı bir qız övladının dünyaya gəlməsi, İmam Hüseynin (ə) ailəsinə sevinc gətirdi. İmam qısa müddətə olsa, qızının dünyaya gəlməsinə görə sevinmişdi. Yorğun simasında təbəssüm görünmüşdü. “Rüqəyyə” sözünün mənası tərəqqi - inkişaf sözündən götürülmüşdür. Həzrət Rüqəyyə (onun başqa adının bəzən Fatimeyi-Suğra olduğunu da söyləyirlər,) elə bir ailədə dünyaya gəlmişdi ki, ailə üzvlərinin hamısı fəzilət əhli idilər. Böyük əxlaqi dəyərlərə və ali mənəviyyata malik idilər. O, elə bir ailədə böyümüşdü ki, orada hamı İmam Hüseynin (ə) ilahi mərifət bulağından bəhrələnmişdilər. Bu ailədə, Əbülfəzli-Abbas (ə), Əliəkbər (ə), Əli ibn Hüseyn (ə) böyümüşdü.
Rəvayətlərə əsasən həzrət Rüqəyyə Kərbəladakı zülmlərdən sonra hicrətin 61-ci ili səfər ayının 5-i Şam şəhərində əsirlikdə şəhadətə yetişmişdir. Dünyadan getdiyi zaman onun üç yaşı var idi. Həzrət Rüqəyyənin (ə) müqəddəs məzarı Şam şəhərində yerləşir. Burada İmam Hüseynin (ə) kiçik yaşlı bu məzlum qızının ilahi kəramətlərindən ikisinə işarə edirik:
1. Məsihi qadının Həzrət Rüqəyyəyə (ə) təvəssül edərək şəfa tapması
Höccətül-islam vəl müslimin Hacı Şeyx Məhəmməd Məhdi Tac Ləngərudi yazır: Məşhur vaiz və dəfələrlə həzrət Rüqəyyənin (ə) qəbrinin ziyarəti üçün Şama getmiş, dostlarımdan biri minbərdə deyirdi: Həzrət Rüqəyyənin (ə) hərəmində bir fransalı qadının müqəddəs ziyarətgahına hədiyyə ünvanı ilə iki qiymətli xalı gətirdiyini gördüm. Camaat onun fransız və xristian olduğunu bildikləri üçün, onun əməlinə çox təəccüb edir, öz-özlərinə deyirdilər ki, görəsən qeyri-müsəlmanın bura gəlib və qiymətli hədiyyələr gətirməsinə nə səbəb olub?! Camaatda o qədər maraq yarandı ki, onun bu işinin səbəbini soruşdular. O, cavabında dedi: Bildiyiniz kimi mən müsəlman deyiləm. Fransadan məmur ünvanı ilə bura (Suriyaya) gəlmişdim. Bu müqəddəs ziyarətgaha yaxın bir yerdə, ev kirayələdim. Birinci gecə, istirahət etmək istəyərkən ağlamaq səsi eşitdim. Ağlama səslərinə dözə bilmədiyim üçün soruşdum: Bu ağlamaq səsi haradan gəlir? Dedilər: Bu ağlamaq səsləri yaxınlıqda dəfn olunmuş bir kiçik qızın qəbrinin kənarından gəlir. Mən elə bildim ki, o qız bu gün ölüb və bu gecə dəfn olunub, onun ata-anası, yaxınları növhə oxuyurlar. Amma mənə dedilər ki, onun ölümündən və dəfnindən min ildən çox keçir. Mənim təəccübüm bir az da artdı və öz-özümə dedim ki, camaatın yüz illərdən sonra onu belə bir məhəbbətlə sevmələrinin səbəbi nədir?! Sonra məlum oldu ki, bu qız, adi qızlardan fərqlidir. Bu, imam Hüseynin (ə) qızıdır. Onun atasını müxalifləri və düşmənləri şəhid ediblər, övladlarını Yezid hökumətinin paytaxtı olan bu şəhərə əsir gətiriblər və bu qız da burada atasının ayrılığında canını tapşırıb və dəfn olunub. Bu əhvalatdan sonra, bir gün hərəmə gəldim. Camaat hər tərəfdən aşiqanə gəlir, nəzir edir və hədiyyələr gətirir, təvəssül edirdilər. Onun məhəbbəti qəlbimdə möhkəm yer aldı. Bir müddətdən sonra məni doğmaq üçün xəstəxanaya, doğuş yerinə apardılar. Müayinədən sonra mənə dedilər ki, sizin övladınız qeyri-təbii dünyaya gəlir və biz olduqca təhlükəli cərrahiyə əməli aparmağa məcburuq. Ölümlə üzləşdiyimi bildim. Allah nə edim, ilahi narahatam, çarə nədir? Fikirləşdim ki, təvəssüldən başqa çarəm yoxdur. Çarəsiz qalıb, əlimi bu qıza tərəf uzatdım və dedim: İlahi, səni and verirəm bu qızın haqqına ki, əsirlikdə döyüblər, İlahi, səni and verirəm bu qızın atasının haqqına ki, haqq imam və Sənin Peyğəmbərinin (s) nümayəndəsi olubdur, onu zülm yolu ilə öldürüblər, məni təhlükədən nicat ver. Onda üzümü hərəmə çevirib dedim: Əgər bu təhlükədən nicat tapsam, iki qiymətli xalımı bu hərəmə hədiyyə edərəm. Allah şahiddir ki, nəzir və təvəssül etdikdən sonra çox çəkmədi ki, həkimlərin gözlədiyinin əksinə olaraq, övladım təbii yolla dünyaya gəldi və mən ölümdən nicat tapdım. İndi öz əhdimə və nəzirimə əməl edib, xalıları o qızın müqəddəs hərəminə təqdim edirəm.
2. Məsihi qızın şəfa tapması
Məsihi bir qadın, öz iflic olmuş qızını Livandan Suriyaya gətirir. Çünki Livan həkimləri ona mənfi cavab vermişdilər. Qadın, xəstə qızı ilə həzrət Rüqəyyənin (ə) əzəmətli hərəminin yaxınlığında mənzil tutur ki, orada qızının müalicəsi üçün həkimə müraciət etsin. Aşura günü çatır və o, camaatın dəstə-dəstə həzrət Rüqəyyənin (ə) hərəmi olan məkana tərəf gəldiklərini görür. Şam camaatından bunun səbəbini soruşur. Deyirlər, burada həzrət İmam Hüseynin (ə) qızının hərəmi var. O da xəstə qızını evdə tənha qoyub, otağın qapısını bağlayır və həzrət Rüqəyyənin (ə) hərəminə gəlir. Orada həzrət Rüqəyyəyə (ə) təvəssül edir. O qədər ağlayır ki, qəşş edib huşdan gedir. Bu zaman sanki kimsə ona deyir: Ayağa dur və evinə get. Qızın təkdir və Allah ona şəfa veribdir. Ayağa qalxıb, evə tərəf hərəkət edir və gəlib evin qapısını açdığı zaman qızının sağ-salamat olduğunu görür.
Ana qızının vəziyyətini görür və onun halını soruşur. Qız ananın cavabında deyir: Sən getdikdən sonra yuxuda Rüqəyyə adlı bir qız otağa daxil oldu və mənə dedi: Dur, birlikdə oynayaq. O qız mənə dedi: Ayağa dura bilmək üçün "Bismillahir-rəhmanir-rəhim" de. Sonra mənim əlimdən tutdu və mən durdum, tamam bədənimin sağ-salamat olduğunu gördüm. O, mənimlə söhbət edirdi ki, sən qapını döydün. Mənə dedi: Anan gəldi.
Məsihi ana imam Hüseynin (ə) qızından bu kəraməti gördükdə müsəlman oldu.
Elçin Məmmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Aşura məktəbi
- Gösterim: 1212
Məqalənin adından da məlum olduğu kimi axır, son mənasındadır. Axır zaman dedikdə isə yer kürəsində həyatın sonu nəzərdə tutulur. Buradan belə çıxır ki, yer kürəsi məhdud bir zamana malikdir ki, müəyyən bir zamandan sonra öz sonunu tapacaq. Dünyanın sonu bir neçə dövrana malikdir ki, onların müddətini yalnız uca Allah bilir. Ümumiyyətlə axırzaman mövzusu iki dövrə aid edilib:
1.İslam peyğəmbərinin (s) yaşadığı dövr və bu dövrdən İmam Məhdinin (ə.c) qeybəte-soğrasınacan (kiçik qeybət) olan dövr.
2.İmam Məhdinin (ə.c) qeybəte-kobrasından (böyük qeybət) Allah-taalanın istədiyi vaxta kimi olan dövr.
Bu iki dövr axırzamanın yaranmasına səbəb olaraq görsədilir. İslam peyğəmbərinin (s) milad və besətindən öncə hər kəs axırzaman sözünü dilə gətirirdisə, məqsədi axırzaman (sonuncu) peyğəmbər və Allah-taalanın sonuncu elçisi idi. Lakin İslam peyğəmbərinin (s) və Əhli-beytin (ə) zamanında işlədilən axırzaman sözündən məqsəd İmam Məhdinin (ə.c) qeybəte-kobrasıdır. Bu məqalədə axırzamandan məqsəd hazırkı yaşadığımız dövr və Allah-taalanın istədiyi vaxta kimi davam edən dövrdür.
İslam peyğəmbəri (s) və onun on iki canişini olan İmamlar (ə) axırzaman camaatının xüsusiyyəti haqqında bir çox xəbərdarlıq veriblər. Bu kimi xəbərdarlıqlar həqiqətən bizlər üçün fərdi və ictimai səadət uğrunda nəsihətlər kimi ünvanlanmalıdır. Adı gedən xəbərdarlıqlardan bəzisi İmam Məhdinin (ə.c) zuhurunun nişanəsi kimi də görsədilibdir. Onlardan bəzisi bunlardan ibarətdir:
1.İnsanların bir-birinə qarşı hörmətsizliyi o qədər çoxalar ki, ağız suyunu bir-birlərinə atarlar;
2Şəxslərin nəzəri Quran hökümlərinin yerində qərar tapar;
3.Kişilər qadınlar kimi özlərini bəzəyərlər;
4.Aşkara Allah-taalaya küfr edərlər;
5.Haram musiqilər camaat arasında geniş yayılar;
6.Camaat arasında böyüklərə hörmət qalmaz;
7.Vacib işlər pulsuz görülməz;
8.İxtilaflar ancaq qanla susar; (İndiki ölkələr arasında tökülən qanlar)
9.Oğurluq yolla ailənin xarcı ödənər;
10.Camaat dini özlərinin inkişafı yolunda bir mane bilərlər;
11.Peyğəmbər və İmamların yolunu bəyənməzlər və onları qədimi və işə yaramayan bir yol sayarlar;
12.İslam praqramları camaata əksi olaraq çatdırılar;
13.Əmr be məruf və Nəhy əz münkər unudular. Bu işlə məşqul olan insanlar zəlil olar;
14.Haram musiqilərin çoxalması üçün hədsiz pullar xərclənər;
15.Tacirlər sələm yeməklə öz ticarətlərini sələmlə möhkəmləndirərlər;
16.Həmcins bazlıq çoxalaraq kişi kişi ilə, qadın isə qadınla evlənər;
17.Dində bidətlər çoxalar;
18.Bütpərəstlik çoxalar. Bundan məqsəd batil və dində olmayan şeylərə inanmaqdır;
19.Bədənlər bir-birinin yanında olmaqla, ürəklər ayrı olar;
20.Fəqirə yemək və sədəqə vermək minnət qoymaqla olar;
21.Qəzavət rüşvətlə olar;
22.Məclislər şərabla keçirilər;
23.Ata-anaya hörmətsizlik artar və onlara söyüş verilər;
24.Kafirlərin dili geniş yayılar;
25.Camaat qazancın halalına və yaxud haramına diqqət etməz;
26.Müsəlmanlar zahirdə müsəlman olarlar. Lakin Onlarda müsəlmançılıqdan bir əlamət olmaz;
27.Pis və çirkli işlər fəzilətli iş kimi hesab olunar;
28.Qohumlar arası əlaqə azalar;
29.Camaat arasında təqva və Allah qorxusu azalar;
30.Cansızlar danışar; (Televizor və radio kimi şeylər)
31.Allah-taala yalnız Ramazan ayında pərəstiş olunar;
32.Fahişəlik artar;
33.Pul camaatın dini sayılar;
34.Camaatın duası qəbul olmaz;
35.Qadınlar kişi paltarı geyinər;
36.Qadınlar yarım çılpaq və çılpaq camaat içində gəzər;
37.Alimlərin sözü kənara qoyularaq rəmlçilərin sözünə qulaq asarlar;
38.Başqasının arxasınca danışmaq və qeybət etmək yayılar;
39.Qumar oynamaq artaraq aşkarda oynanılar;
40.Şərab içmək eyb hesab olunmaz;
41.Namaz axır vaxt qılınar, camaat şəklində qılınmaz, riya üçün qılınar və sübh namazı tərk olunar;
42.Müsəlmanlar düşmənin yanında yer alar;
43.Camaatın fikr və zikri yemək olar;
44.Elmsiz fətva verilər;
45.Camaatın zahiri gözəl ancaq batini çirkin olar;
Sayılan xəbərlərin hamısını elə hazırkı dünyamızda görmək mümkündür.bu nümunələr axırzamanın xüsusiyyətlərindən bəzisidir ki, insanların necə mənəviyyatdan uzaq olmalarından xəbər verir. Görsəndiyi kimi elm və texnika insanları özünə cəlb edərək onları Allah-taalaya yaxınlaşdıracaq səbəbləri bihudə saymağa vadar edər. Həqiqətən yuxarıda qeyd olunan xüsusiyyətlər axırzamanın xəstəliklərinin nişanəsidir. Bu nümunələri görməklə özümüzü islah etməyə çalışmalıyıq. Bəlkə bu səbəblə mənəvi xəstəliyimizi müalicə edə bilək.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Aşura məktəbi
- Gösterim: 1038
Əzadarlıq və aşura məktəbindən götürülən səfv anlayış
İmam Hüseynə (ə) edilən zülmlərdən və məzlumiyyətindən belə nəticə götürülə ki, zülmü yaxşı qarşılamaq və qarşısında heç bir əksüləməl göstərmək lazımdır.
İfrat və təfrit
Bəzən əzadarlığı mərsiyə deyib sinə vurmaqla, bəzən də siyasi və ictimai məsələlər haqda danışmaqla keçirtmək ifrat və təxritə yol verməkdir. Bu əzadarlıq məclislərində gərək hər iki tərəfə eyni həddə qiymət verilsin. Çünki bu əzadarlıq məclislərini nə kərbəlanın faciəli yönlərini xatırlatmadan və o faciələr qarşısında əzadarlıq keçirmədən, nədəki ki, o məktəbin əsl hədəfi və ondan götürülən dərsləri insanlara düzgün şəkildə çatdırmadan keçirmək olmaz.
Xurafat
“Ələm” gəzdirmək yaxud sənədi zəif olan rəvayətləri insanlara demək. Gərək etdiyimiz hər bir əməlin qarşısında qane edici bir dəlilimiz olsun. Əks təqdirdə yanlız etdiyimiz əməl deyil eyni zamanda tutduğumuz yol belə sual altına gedir. Yuxarıda isə bu xurafatlardan ikisinə işarə olunub. Əgər ələm kərbəlada bayraq kimi istifadə olunubsa, bayrağı qapı-qapı gəzdirib diləndirmək harada görünüb? Ələm gəzdirməklə nəyi anlatmaq istəyirik? Təbiidir ki, bu suallara cavab tapmaq çətin məsələdir. Yaxud sənədi zəif olan rəvayətləri deyib faciəni daha da böyütmək. Bu isə təbiidir ki, tarixçilər tərəfindən qəbul olunmayan bir mövzudur.
İmam Hüseyn (ə) hərəkatı kitabından
Tərcümə etdi: Kövsər Əli
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Aşura məktəbi
- Gösterim: 1070
Kərbəla mərifət və mənəviyyət sərgisidir, bəşər cinayəti deyil
Yaşadığımız dövrdə ölkələr öz hasilatını reklam etməsi üçün bəzən sərgilər keçirməsi adi bir işdir. Bəzən isə bütün dünya ölkələri ümumi bir sərgi təşkil edirlər. Bu təqribən 60 ildən bir olur. Bu sərginin məqsədi bəşəriyyətin fikri və texniki işlərini insanlara göstərməkdir. Hər şeydən gətirirlər, iynədən tutmuş böyük bir fabrikin işlərinin nümunəsinə qədər. Kərbəla səhnəsini də bir sərgiyə bənzətmək olar. Amma elmi və texniki sərgiyə deyil, mənəviyyat və mərifət sərgisinə. Bu sərgidə insan, bəşərin əxlaqi, mənəvi və ruhi qüdrətinin əzəmətini anlaya bilər. Anlaya bilər ki, insan nə həddə fədakar, azad və Allaha itaət edən bir bəndə ola bilər.
Bəzən kərbəlanı böyütmək üçün onun faciəli yönlərinə diqqət edirlər, hətta bəzən olmayan faciəli hadisələri belə düzəldirlər. Tarixə nəzər saldıqda kərbəla hadisəsindən heç də geri qalmayan faciəli hadisələr baş verib, misal olaraq Mədinədə baş verən üç günlük qətliam hadisəsi. Məlum olur ki, kərbəla hadisəsinin əsas əzəmətinin başqa tərəfdə olduğunu anlamalıyıq.
Hürr ibni Riyah nə üçün tövbə etdi?
Tarixə əsasən Hürrün tövbə etməsinə səbəb onun uzun müddət imam Hüseynlə (ə) birgə olması və imamı yaxından tanıması oldu. Məlum olur ki, hər kəs imamı yaxından tanısaydı onun haqq yolunda qiyam etdiyini anlasaydı və nəfsinin istəklərinə qalib gələr imamın qoşununa qoşulardı. (Hürr ibni Riyah, ibni Ziyadın qoşun sərkərdələrindən biri idi. İmamın qoşunun ilk qarşısını kəsən də elə onun qoşunu idi.)
İmam Hüseynin (ə) şəhadətinin ən faciəli tərəfləri
İmamın şəhadətinin faciəli tərəfləri çoxdur, lakin bütün faciəli tərəflərin içində bir neçəsi daha çox faciəli idi. Amma nədənsə ona çox az diqqət olunur. O faciəli tərəf imamın övladlarını, qardaşını, yaxın qohumlarını və sədaqətli səhabələrini şəhid verməsi yaxud ailəsinin əsirliyə düşməsi deyildi. O faciəli tərəf bu idi ki, imamın qanı ilə Allaha yaxınlaşırdılar. İmamı şəhid etməklə Allahın əmrini yerinə yetirdikəlirini düşünürdülər.
Şəhid Mürtəza Mütəhhərrinin imam Hüseyn (ə) haqda olan qeydlərindən
Tərcümə etdi: Kövsər Əli
İslammektebi.org