Yazarlar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 4350
Sonuncu peyğəmbər Həzrət Muhəmmədə (s) nazil olan səmavi kitab, Qurani-Kərimdir. O insanların səadətini bu kitabın göstərişlərinə əməl etdikləri təqdirdə öz öhdəsinə götürmüşdür. Quranda ilahi təlimlərdən əlavə saleh və təqvalı insanlardan da ibrət almaq məqsədilə yad edilib. Bu barədə Allah-taala İslamdan öncəki dində olan saleh insanlardan da misal gətirmişdir. Buna görə həm saleh və təqvalı kişilərdən yad edilib və həm də iffətli və namuslu qadınların bəzisinin adı ibrət olaraq Qurani-kərimdə zikr olunmuşdur. Çünki Allah-taalanın nəzərində təqvasiz kişi və yaxud qadının heç bir dəyəri yoxdur. Buna görə ki, onları Allah-taala yanında ucaldan təqvadır. Quranda iffətli, namuslu, təqvalı və ibadətkar kimi yad edilən şəxslərdən biri də Həzrət Məryəmdir (ə). Həzrət Məryəm (ə) iki nümunəvi qadınlardan biridir ki, Allah-taala Quranda Fironun xanımını (Asiyə xanım) nümunə göstərdikdən sonra onu mömin insanlar üçün ülgü qərar vermişdir. Bu haqda Təhrim surəsində belə buyurulur:
“(Allah mömin qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.” (Təhrim surəsi, 12-ci ayə)
Həzrət Məryəm (ə) öz Allahını tanıyaraq ondan lazımınca itaət etdiyinə görə Allah-taala onu möminə və pak qadın kimi qələmə vermişdir. Ayəyə diqqət etsək O Həzrəti (ə) ancaq qadınlar üçün misal çəkməmişdir. Yad olunan ayədə ancaq qadınlara ibrət olsun deyə heç bir qeyd görünmür. Bəlkə bu xanım hər bir kişi və qadın üçün bir örnəkdir.
Bu xanım Allah-taala yanında o qədər əziz idi ki, Rəbbi onun üçün hazır yemək nazil edirdi. Necə ki, Quranda deyilir:
“Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” (Ali-İmran,37).
Məryəm xanım öz ibadət və itaəti hesabına elə bir məqamlara ucalmışdır ki, mələkləri görür, onlarla söhbət edir və lazım olan məslətləri əldə edirdi. Yenə də həmin surədə o xanım belə tanıtdırılıb:
“(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)”. (Ali-İmran, 42-43)
Həzrət Məryəm baxmayaraq ki, Allah-taala yanında insanlara məlum olmayan ali məqamlara yüksəlmişdir, lakin Rəbbi onu digər uca məqamlı insanlar kimi imtahana çəkdi. Allah-taala Cəbrail mələyi insan şəkilində Həzrət Məryəmin (ə) yanına göndərdi ki, Allah-taalanın əmrilə onun hamilə qalmasını söyləsin. Həzrət Məryəm (ə) onu yad bir kişi olduğunu gördükdə belə dedi:
“(Məryəm) dedi: “Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!” (Məryəm, 18)
Xəlvət bir məqamda və eyni zamanda şeytanın hazır olan bir yerdə Hz.Məryəm (ə) onu günahdan çəkindirməyə başlayır. Halbuki, o şəxs elə Allah-taalanın öz elçisi idi. Və buda onun təqvasından irəli gələn hərəkətdir.
Qurani-kərim Həzrət Məryəmi (ə) Maidə surəsinin 75-ci ayəsində Siddiqə ləqəbi ilə yad edir. (Həzrət İsanın Anası Siddiqədir.)
Bu ləqəb Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən və yaxud çox tamamilə düz danışan mənasındadır. Bu ləqəb İslam aləmində böyük məna daşıyır. Allah-taala siddiqlərin məqamını (Siddiq və yaxud Siddiqə eyni mənalardadır. Fərqləri ancaq kişi və qadına aid olmağındadır.) peyğəmbərlər, salihlər və şəhidlərin məqamının kənarında qərar veribdir. Hər bir kişi və qadın gündəlik namazlarında bu cürə deyir:
“Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə, 6-7)
Allah-taala başqa bir ayədə nemət verilən şəxsləri belə açıqlayır:
“Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa, 69)
Mübarək ayədən belə anlaşılır ki, uca Allah və onun rəsuluna itaət etmək, elə bir karvanla səfərə çıxmaq kimidir ki, o karvanın müsafirləri peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərdir. Şübhəsiz ki, belə bir ləyaqətli dostlar və müsafirlər öz dostunun ayağının ləngidiyi vaxt, ifrat və təfritə yol verdiyi zaman ona düz yol göstərər, acizlik və yorğunluq hiss etsə ona güc verər. Buradan məlum olur ki, Həzrət Məryəm (ə) öz Siddiqə ləqəbiylə nemət verilən şəxslərdən hesab olunur. Qiyamət günündə isə ən yaxşı şəfaətçilərdəndir. Çünki o, Həzrət yaşadığı müddətdə öz həyatını Allah-taalanın bəndəliyi yolunda həsr etmişdir. Həyatda ən doğru seçim elə budur. Buna görə də uca Allah onun yolunu düz yol hesab edərək hər gün namazlarımızda O, xanımın yolunu diləməyimizi istəmişdir. Çünki Həzrət Məryəm (ə) Allah və onun rəsulunun göstərişlərinə itaət etməklə bu məqama ucalmışdır. Rəbbinin yanında məqam uman və onun sevdiyi kəslərdən olmaq istəyən kəs gərək öncədən bu məqama yüksələn kəslərdən örnək götürsün.
Mahir Məmmədov
islammektebi.org
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 5434
Həzrət Höccətül-İslam vəl-müslimin hacı Şeyx Qulamriza Firuziyan buyurub:
Hicri şəmsi təqvimilə 1323-cü ilin yayında Vənək (müstəvfa) şəhərində minbərə gedirdim. Oranın məscidinin imam camaatı ali cənab bir seyid idi. Hazırda, 55 il keçdiyinə görə, onun adı yadımdan çıxıb.
Onunla danışıqlarımız arası mənə belə bir hadisə danışdı:
“Bir gün evin qapısı möhkəm səslə döyüldü. Gəlib qapını açdığım zaman, qarşımda yarıçılpaq, hicabsız, bəzənmiş və qolu və sinəsi açıq bir qadın gördüm. İstədim qapını bağlayım və ona etina göstərməyim. Fikirləşdim ki, bir ruhaninin evinə bu görünüşdə gəlməsinin səbəbi, ola bilsin hicabsızlığın eyiblərini bilmədiyinə görədir və bəlkə də ona nəsihət edə bildim.
Başımı aşağı saldım və dedim: “Buyurun.” Otağa girdi və oturdu. Məndən irs haqqında bir məsələ soruşdu. Mən dedim: “Xanım, mənim də sizdən bir sualım var. Əgər cavab versəniz, mən də sizə cavab verərəm.” Dedi: “Siz məndən?” Dedim: “Bəli.” Dedi: “Buyurun.”
Dedim: “Bir nəfər hardasa yemək yeməklə məşğul olsa, yemək də çox dadlı və gözəl ətirli olsa, bir nəfər ac adam da onun yanından keçən zaman ayaqları yer tutmur və onun qarşısında əyləşir ki, bəlkə ona yeməkdən təklif edər. Amma, yemək yeyən şəxs ona heç bir etina etmir.
Ac şəxs bir tikə yemək istəyir. O isə deyir: “Yemək mənə aiddir, vermirəm.” Ac yalvarır. Amma, o yeməyə davam edir.
Xanım, bu necə adamdır?”
Dedi: “O rəhimsiz adam, Şümürdən də pisdir.”
Dedim: “Ac iki cürdür. Biri qarın acı, o biri şəhvəti ac.
Qərbli və şəhvət acı olan bir cavan yarıçılpaq və gözəl bir qadını görür. Bu qadın ürəyə yatan müxtəlif ətirlər və bəzəklər işlədib. Onunla nə qədər yol gedir ki, bəlkə qadının diqqətini cəlb etsin və ona bir qədər gülər üz göstərsin. Qadın isə, ona etina etmir.
Cavan sevgisini bildirir. Qadın məhəl qoymur. Cavan xahiş edir. Qadın deyir: “Mən nəcabətli adamam və səninlə söhbət etmək istəmirəm.”
Cavan yalvarır. Qadın etina etmir. Bu qadın necə adamdır?”
Xanım bir az düşündü. Yerindən qalxdı və evdən çıxıb getdi.
Səhəri gün evin qapısı döyüldü. Gedib qapını açdım. Gördüm qapıda bir polkovnik dayanıb. Evə gəlməyə icazə istəyir. Otağa girdi və oturdu. Dedi: “Mən dünən bura gələn qadının əriyəm. Onunla evlənən zaman dindar ailə olduğumuz üçün, ondan hicablı olmasını istədim. O zaman dedi: “Evlənəndən sonra.” Amma, sonra ona nə qədər dedimsə, xahiş etdimsə, təhdid etdimsə faydası olmadı və qəbul etmədi. Amma, dünən gəldi və məndən İslami örtük və çadra istədi. Bilmirəm siz dünən ona nə dediniz?”
Hadisəni ona danışdım. O, özü ilə gətirdiyi əbanı mənə verdi, təşəkkür edib getdi.
Tərcümə etdi: M. Əhmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 3729
Həyanın dəyər və fəziləti məsum (ə) kəlamında:
İmam Sadiq (ə) buyurub:
« الْحَيَاءُ وَ الْإِيمَانُ مَقْرُونَانِ فِي قَرَنٍ فَإِذَا ذَهَبَ أَحَدُهُمَا تَبِعَهُ صَاحِبُهُ».
"İman və həya ayrılmaz dost və yoldaşdırlar. Biri gedərsə, o biri də gedər".[1]
İmam Əli (ə) buyurub:
«الْحَيَاءُ جَمِيلٌ»
"Həya gözəldir".
«الْحَيَاءُ تَمَامُ الْكَرَمِ وَ أَحْسَنُ الشِّيَمِ»
"Həya kamil kəramət və ən gözəl xasiyyətdir".
«الْحَيَاءُ قَرِينُ الْعَفَافِ»
"Həya iffətin ayrılmaz dostudur".
«الْحَيَاءُ خُلُقٌ جَمِيلٌ - الْحَيَاءُ خُلُقٌ مَرَضِيٌّ»
"Həya ən gözəl və bəyənilmiş əxlaqdır".
«الْعَقْلُ شَجَرَةٌ ثَمَرُهَا الْحَيَاءُ وَ السَّخَاءُ - ثَمَرَةُ الْحَيَاءِ الْعِفَّةُ»
"Ağıl bir ağacdır ki, meyvəsi həya və səxavətdir. Və həyanın meyvəsi iffətdir".
«الْإِيمَانُ وَ الْحَيَاءُ مَقْرُونَانِ فِي قَرْنٍ وَ لَا يَفْتَرِقَانِ»
"İman və həya biri-birindən heç vaxt ayrılmayan dost və yoldaşdırlar".
«أَعَفُّكُمْ أَحْيَاكُمْ»
"Ən iffətliniz ən həyalınızdır".
«أَعْقَلُ النَّاسِ أَحْيَاهُمْ»
"Camaatın ən ağıllısı ən həyalısıdır".
«سَبَبُ الْعِفَّةِ الْحَيَاءُ»
"Həya iffət yaradır".
«لَا إِيمَانَ كَالْحَيَاءِ وَ السَّخَاءِ»
"Həya və səxavət kimi iman yoxdur".
«أَفْضَلُ الْحَيَاءِ اسْتِحْيَاؤُكَ مِنَ اللَّهِ - «أَحْسَنُ الْحَيَاءِ اسْتِحْيَاؤُكَ مِنْ نَفْسِكَ»
"Ən gözəl həya Allah-Taaladan və özündən həya etməkdir (ki, bunun nəticəsində Allahın hüzurunda günah etməkdən utanasan)".
«الْحَيَاءُ مِفْتَاحُ كُلِّ الْخَيْرِ»
"Həya bütün xeyirlərin açarıdır".
«الْحَيَاءُ يَصُدُّ عَنْ فِعْلِ الْقَبِيحِ»
"Həya insanı pis işdən çəkindirir".
«الْحَيَاءُ مِنَ اللَّهِ يَمْحُو كَثِيراً مِنَ الْخَطَايَا - الْحَيَاءُ مِنَ اللَّهِ سُبْحَانَهُ وَ تَعَالَى تَقِي [يقي من] عَذَابَ النَّارِ»
" Allah-Taaladan həya etmək (və günah etməmək) insanın xətalarından çoxunu onun əməl dəftərindən silir və onu cəhənnəm əzabından qoruyur".
«مَنْ كَسَاهُ الْحَيَاءُ ثَوْبَهُ خَفِيَ عَنِ النَّاسِ عَيْبُهُ»
"Hər kəs həya paltarını geyinərsə, eyibləri camaatdan gizli qalar".[2]
Həya və izdivacın məsuliyyətləri:
Qadın müqəddəs izdivac əhd-peymanını bağladıqdan sonra, bir sıra vəzifə və məsuliyyətləri öhdəsinə götürür:[3]
* Layiqli, mehriban, sədaqətli və səmimi həyat yoldaşı, ömür sirdaşı olacaq.
* Ləyaqətli, mehriban, işgüzar bir ana olacaq və uşaqlarının düzgün tərbiyələnməsi üçün çalışacaqdır.
* Ömrünün axırına qədər ərinin sevincinə və qəminə şərik olacaqdır.
* O olmayanda onun qeyrətini, namusunu öz iffət, ismət və həyası ilə qoruyacaqdır.
* Öz gözəlliyini və sevgi hisslərini ərindən başqa bütün kişilərdən gizləyəcəkdir.
* Qadın ərindən başqa hamının yanında hicablı və həya paltarında görünməlidir ki, həya dünyanın ən gözəl paltarıdır. Həya, gözəllik, iffət, ismət və nəciblik mənbəyidir. [4]
* Qadın əri üçün geyindiyi paltarı başqalarının yanında geyinməməlidir.
* Əri ilə eşq və sevgi barədə danışdıqlarını, etdiyi zarafatları, ərinə təklikdə dediyi sözləri başqalarının yanında, hətta, ailə arasında da deməməli, ərinin xoşuna gəlməyən zarafatları etməməli və deyib-gülməməlidir. Bir sözlə, çox həyalı və utancaq rəftar etməli, ərinin qeyrətini coşdurmamalıdır.
Allahın Rəsulu (s) buyurub: “Qeyrət imandandır. Qeyrətsiz kişi Allahın düşmənidir”.
İmam Əli (ə) buyurub: “Həya azaldığı zaman ismət və namus divarı yerə çökür.”
Peyğəmbərimiz (s) yenə də buyurmuşdur: “Həyası olmayan kəs, hər cür əxlaqi xəstəlik və çirkinliyə düçar olacaqdır.”
Qadın o qədər həyalı, vüqarlı və mətanətli olmalıdır ki, görənlər onu lovğa və təkəbbürlü saysınlar.[5]
Kişi arvadını naməhrəmlər olan yerə aparmamalı və naməhrəmlərlə bir süfrə arxasında oturtmamalıdır.
Çox zarafat etmək qadının özünün və sözünün qiymətini azaldır.[6]
Əgər qadın çox zarafat edən və güləyən olarsa, onun ciddi sözlərini də zarafat sayacaqlar.
Narahatedici zarafatlar kin və düşmənçilik yaradır, həyatı acılıq və ayrılığa düçar edir. Amma qadın və kişi çalışmalıdırlar ki, həmişə sevgi-məhəbbət və mehribançılıqla yaşasınlar, ayrılıq və boşanmaya səbəb olacaq əməllər etməsinlər.
Doğrudur ki, İslam dinində boşanmaq haqqında qanunlar vardır, lakin bu iş Allah-Taala yanında bəyənilmiş, sevimli bir əməl deyil, mənfur iş sayılır.
İmam Sadiq (ə) buyurub: “Evlənin, amma boşanmayın. Çünki bu iş baş verdiyi zaman Allah-Taalanın ərşi titrəyir. Allah-Taala yanında heç bir iş boşanmaq qədər mənfur deyildir.”[7]
İmam Sadiq (ə) qadın üçün üç əsas vəzifə bəyan etmişdir:
* Qadın özünü bütün çirkin, pis, kobud işlərdən qorumalıdır ki, əri onun ismət və iffətinə inansın.
* Ərinin ehtiyaclarını başa düşüb ona qarşı diqqətli və qayğıkeş olsun ki, əri də onun bəzi xətalarına göz yuma bilsin.
* Əri üçün bəzənməli, gözəl geyinməli, ona öz eşq və məhəbbətini bildirməli, könül oxşayan sözlərlə onun qəlbini ələ almalıdır.[8]
Müəllif: Seyid Əliəkbər Hüseyni
Mütərcim: Mirməhəmməd Bəşirov
[1]. "Əl-Kafi", Şeyx Kuleyni, 2/106, babul-həya, hədis:4.
[2] . "Təsnifu ğürəril hikəm", Əbdulvahid Amudi, səh.256, "həyanın fəziləti" bölməsi, hədis:5431 - 5458.
[3] . Qeyd edək ki, bu öhdəliklərə kişi də əməl etməlidir.
[4] . "Təsnifu ğürəril hikəm", Əbdulvahid Amudi, səh.256, "həyanın fəziləti" bölməsi, hədis:5431 - 5458.
[5] . "Vəsailuş-şiə", Hürr Amuli, 14/bölmə:6
[6] . Ğürərul hikəm və dürərul kəlim
[7] . "Vəsailuş-şiə", Hürr Amuli, 15/267;
[8] . Töhəful-üqul;
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 3170
Allah-Taala Qurani-Kərimdə buyurur:
«وَ قُلْ لِلْمُؤْمِناتِ يَغْضُضْنَ مِنْ أَبْصارِهِنَّ وَ يَحْفَظْنَ فُرُوجَهُنَّ وَ لا يُبْدينَ زينَتَهُنَّ إِلاَّ ما ظَهَرَ مِنْها وَ لْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلى جُيُوبِهِنَّ وَ لا يُبْدينَ زينَتَهُنَّ إِلاَّ لِبُعُولَتِهِنَّ أَوْ آبائِهِنَّ أَوْ آباءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنائِهِنَّ أَوْ أَبْناءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوانِهِنَّ أَوْ بَني إِخْوانِهِنَّ أَوْ بَني أَخَواتِهِنَّ أَوْ نِسائِهِنَّ أَوْ ما مَلَكَتْ أَيْمانُهُنَّ أَوِ التَّابِعينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجالِ أَوِ الطِّفْلِ الَّذينَ لَمْ يَظْهَرُوا عَلى عَوْراتِ النِّساءِ وَ لا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ ما يُخْفينَ مِنْ زينَتِهِنَّ وَ تُوبُوا إِلَى اللَّهِ جَميعاً أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُون»
“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (baş, boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”.[1]
Allah-Taala öz əzəmət, cəlal və cəmalının şüasından bir qədər də insanlara və yaratdıqlarına bağışlamışdır. Allah-Taala kişini öz əzəmət və cəlal güzgüsü, qadını öz gözəllik və camalının parıltısı, cilvəsi kimi yaratmışdır. Bu iki varlığı bir-birinin tamamlayıcısı olaraq xəlq etmişdir. Həyata bu cütlüyün eşqi, məhəbbəti, dostluğu ilə ləzzət və şirinlik vermişdir. Hicabı isə bu şirinliyin əbədi olması, qadın gözəlliyinin şorgöz kişilərə yem olmaması, ailələrin möhkəmliyi, ismətsizliyin və qeyrətsizliyin yayılmaması, nəsillərin pak olması üçün vacib etmişdir.
Hicab bunun üçündür ki, dünyaya gələn uşaq atalı-analı böyüsün, ata-ana qayğısı, tərbiyəsi görsün, ailəsi və ictimaiyyət üçün faydalı bir şəxsiyyət kimi yetişsin.
Allah-Taala insanların pak və xoşbəxt həyat yaşamaları üçün onlara hikmətli və məsləhətli vəzifələr təyin etmişdir. Bunlardan da biri hicablı və ismətli olmaqdır ki, ailənin sağlamlığı üçün ən yaxşı müdafiəçidir.
İslami hicab və örtük nə cür olmalıdır?
Allah-Taala hicabı (bədəni və zinət əşyalarını örtmək) qadına vacib və naməhrəm kişilərin qarşısında bəzənib cilvələnməyi haram etmişdir.[2]
İslami hicab budur ki, qadın bütün bədənini, saçını və sinəsini naməhrəmlərdən örtsün. Əl və üz zinət əşyaları ilə bəzənilmədiyi halda istisna olunur. Dar, cazibədar, kişilərin diqqətini cəlb edəcək paltar geyinməməlidir. Paltar elə olmalıdır ki, bədən quruluşu və bədənin alçaq-hündürü bilinməməlidir.
Hicab və örpəyə riayət edən, naməhrəmlər qarşısında nazlanmayan qadın, öz iffət, ismət və analıq ləyaqətini qorumağa qadirdir. Qadın öz əri üçün bəzənməli, ona işvə-naz etməli və öz gözəlliyini ərinin ixtiyarında qoymalıdır. Hicab və iffətə riayət etməyən qadın, Allahı özündən narazı etmiş və özünü əzaba layiq bilmişdir.
Kamil örpək:
*Baş, saçların görünmədiyi şəkildə sadə, sıxma-boğmaya salınmadan münasib baş örtüyü ilə (yadları yamsılayan şəkildə deyil!) müsəlman qadına yaraşan şəkildə, boyun və qulaqlar açıq qalmayacaq həddə örtülməlidir.
*Bədəni örtən örpək bədənin çıxıntıları sezilməyəcəyi qədər gen olmalıdır.
*Eyni zamanda, libasın rənginə, tikiliş formasına, biçim və dəbinə diqqət edilsin ki, naməhrəmi cəlb etməsin.
*Bədənə geyilən paltar dar olmamasından əlavə, çox nazik də olmamalıdır.
*Həmçinin, geyim şöhrət geyimləri – "həddindən artıq bahalı, barmaqla göstərilən, lovğalıq və təkəbbür gətirən, özünü göstərmək üçün olan", geyimlər qismindən olmamalıdır.
*Həmçinin, boyalanıb çölə çıxmaq da örpəksizliyin başqa bir növündən hesab olunur.
Əziz bacı, Allahın sözünü əzizlə ki, sənin özünü dünya və axirətdə əzizləsin. Onun itaəti yolunda heç bir danlaq və tənqiddən çəkinmə, səbir və mücahidə et. Son aqibət və xeyirli sonluq təqvalılarladır.
«فاصبر إنّ العاقبة للمتقین»
"Səbr et ki, (həqiqətən gözəl və xeyirli) aqibət pərhizkarlarındır".[3]
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 2688
Ailənin təhlükəsizliyini, sağlamlığını və səmimiliyini qoruyub saxlamaq üçün ər və arvadın hər birinin vəzifələri vardır.
Qadının vəzifəsidir ki, naməhrəm kişilərlə üzləşdikdə hicablı, ismətli, iffətli, mətanətli olsun və öz gözəlliyini örtsün, naməhrəm qarşısında işvə, naz-qəmzə etməsin və bununla da öz əmanətdarlıq, vəfa və eşqini ərinə sübut etmiş olsun.
Kişinin vəzifəsidir ki, arvadına vəfadar olsun. Naməhrəm qadınlara baxmasın. Çünki naməhrəmə baxmaq ehtirası alovlandırır və bu da yoldan çıxmağa səbəb olur.[1] Çünki göz gözələ və gözəlliyə baxmaqdan doymur, gördüyü gözəlliyin onun olmasını istəyir. Nəticədə isə, namus, iffət, ismət yolundan kənara çıxır və xalqın namusuna xəyanət edir.
İmam Cəfər Sadiq (ə) buyurub:
«النَّظَرُ سَهْمٌ مِنْ سِهَامِ إِبْلِيسَ مَسْمُومٌ وَ كَمْ مِنْ نَظْرَةٍ أَوْرَثَتْ حَسْرَةً طَوِيلَة»
"Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır. Bu baxışlar çox vaxt insan üçün uzun həsrət gətirib (yəni insan bəlaya düşdükdən sonra həmişə vicdan əzabı çəkib ki, ey kaş, o cinayəti etməsəydim)".[2]
Bu oxlar sağlam bir ailənin səfa və sağlamlığını zəhərləyir, təhlükəsizlik divarlarını yıxır və yıxılmış divarlardan pislik, dava-dalaş, vəfasızlıq ailəyə hücum çəkir. Başqalarının dalınca baxan hərzə və həyasız gözlər daha öz ailə və övladlarının gözəlliyini görə bilməyəcəkdir. Öz həyat şəriki onun gözündə görünməyəcəkdir. O, nə qədər özünü bəzəsə və gözəl geyinsə yenə də ərinin həris və şəhvətpərəst gözləri onu çirkin görəcəkdir.
* "... Ərimlə bir-birimizi çox sevirdik... Amma bu yaxınlarda çox pis bir adət tapmışdır. Nə geyirəm bəyənmir. Deyir ki, filankəsin arvadı səndən gözəl geyinir və xoş səliqədir. Gözü başqa qadınların arxasıncadır. Həmişə başqalarının gözəlliyini mənim üzümə vurur... Hansı qonaqlığa və ya toya getsək, məni unudub başqa qadınlarla deyib-gülür və gözləri naməhrəm üzlərdə gəzir, elə bil ki, mən onun yanında deyiləm... Ürəyim odlu, gözlərim yaşlıdır... Artıq bunlara dözə bilmirəm... İki körpə balamı da götürüb getmək istəyirəm... Xahiş edirəm mənə bir yol göstərin... Mümkündürsə, ərimə də nəsihət edin... Axı, nə üçün başqalarının ardınca düşüb? Nə səbəbə mənim ürəyimə od vurur? Nə üçün gözəl həyatımızı məhv edir? Nə üçün vəfasızlıq edir?...".
? Həyatın şirin olması və həyat şərikinin, ömür-gün yoldaşının ürəyini kədərli, odlu etməmək üçün kişiyə vacibdir ki, öz ailəsini sevsin, onlara qiymət versin, həyat yoldaşına vəfalı olsun, ona xəyanət etməsin, onu başqa qadınların yanında aşağı tutmasın, naməhrəmlərlə deyib-gülüb, şəhvətpərəstliklə onlara baxmasın.
Həmçinin, arvadın da vəzifəsidir ki, öz analıq məsuliyyətinə qiymət versin, ailəsinin iffət, ismət və namusunu, həmçinin, öz gözəlliyini naməhrəmlərdən, yad gözlərdən qorusun. Naməhrəm kişilərlə deyib-gülməsin, gözəlliyini həvəsbaz gözlərə yem etməsin, İslami örtüyə riayət etsin.
Qadına ata, qayınata, qardaş və ərindən başqa bütün kişilər naməhrəmdirlər. Bəzən qadınlar yaxın qohumlardan olan kişilərdən çəkinmir, onlarla zarafat edib deyir-gülür və elə bilir ki, onlardan bir pislik gəlməz. Lakin həyatda görmüşük ki, bəzi qohumlar qadının təmizürəkli və pakqəlbli olmasından istifadə edib ona qarşı pis niyyətdə olublar. Qadının pakqəlbli, xoşniyyətli və sadə olması, ona bu cür adamların şeytan niyyətlərini görməyə qoymamış və açıq-saçıqlıqların axırı kədərli sonluqlarla nəticələnmişdir.
Buna görə də qadınlar, əmioğlu, dayıoğlu, bibioğlu, xalaoğlu və bacının, bibinin, xalanın ərləri və bunlar kimi kişilərin yanında hicablı dini örtükdə olmalıdırlar ki, bunlar həm naməhrəmdirlər və həm də bunlarla deyib-gülüb həddindən artıq zarafat etmək əksər hallarda ərə pis təsir edir və onun qadına qarşı meyilsizliyinə səbəb olur.
Buna görə də ailənin xoşbəxtliyini qorumaq üçün həm kişi və həm də arvad naməhrəmlərdən qorunmalıdırlar.
Həzrət Peyğəmbər (s) buyurmuşdur:
«النظر سهم مَسْمُومٌ مِنْ سِهَامِ إِبْلِيسَ فَمَنْ تَرَكَهَا خَوْفاً مِنَ اللَّهِ أَعْطَاهُ إِيمَاناً يَجِدُ حَلَاوَتَهُ فِي قَلْبِه»
"Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır. Hər kəs Allah qorxusundan onu (naməhrəmə baxmağı, göz zinasını) tərk edərsə, Allah-Taala ona elə bir iman nəsib edəcəkdir ki, (imanın) şirinliyini qəlbində hiss edəcəkdir".[3]
Kişilərin nəzərinə:
Kişilər mühüm bir nöqtəyə diqqət etməlidirlər. Qeyrətli olmaq yaxşı və bəyənilmiş bir sifətdir. Hər kişiyə öz namusunu, ailəsinin şərəf, iffət və ismətini qorumaq üçün tam qeyrətli olmaq lazımdır. Amma qeyrətin də həddi vardır ki, bu həddi aşmaq insanın zərər və ziyanınadır. İslam dininin hökmü budur ki, Allah-Taala və Peyğəmbərin (s) insanlardan istəmədiyini, siz də onlardan istəməyin. Əmr be məruf və nəhy əz münkər – yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək - etdikdə dost, mehriban və qayğıkeş olun və dediklərinizə özünüz də əməl edin.[4]
Allah-Taala Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!”.[5]
Həddindən artıq tələbkar olmaq, kobudluq nifrətə və insanların səndən uzaqlaşmasına səbəb olacaqdır. Müqəddəs İslam dininin doğru-düzgün, güclü qayda və üsulları vardır ki, bu qaydalardan kənara çıxmaq insanları hidayət yolundan azdırıb azğınlığa sürükləyəcəkdir.
[1] . "Vəsailuş-şiə", Hürr Amuli , 14/139;
[2] . "Əl-Məhasin", Əhməd bin Muhəmməd bin Xalid əl-Bərqi, 1/109, hədis: 101; "Əl-Kafi", Şeyx Kuleyni, 5/559, "ən-nəvadir" bölməsi, hədis:12.
[3] . "Cameul-əxbar", Əş-Şəiri, Muhəmməd bin Muhəmməd (6-cı hicri-qəməri əsri), 107-ci fəsl (Zina haqqında), səh.145.
[4] . "Misabahuş-şəriə", 7-ci hissə, səh.18 - (bu kitab İmam Sadiqə (ə) mənsub edilmişdir).
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 2522
Qadınla kişinin bir-birinə ehtiyacları vardır. Allah-Taala onları bir-biri üçün yaratmışdır. Amma qadın təbiətinə görə ərinin söhbətinə, ünsiyyətinə, sevgisinə, himayəsinə və nəzarətinə daha çox ehtiyaclıdır. Ərinin xoşəxlaq, mehriban, gülərüz və mülayim olması onu daha çox xoşhal və şad edir. Qadın ərinin, övladlarının səadət və sevgisini təmin etmək üçün yaşayır. Onun üçün ən böyük mükafat övladlarının və ərinin ona olan sevgiləri və onların həmişə şad olmalarıdır.
Kişinin alicənablığı və kəraməti budur ki, nikah zamanı ailəsinin idarə və yaşayışını öhdəsinə alır, arvad-uşağına qarşı qayğıkeş olmağı özünə vəzifə bilir.
Kişi qayğıkeş olmalı, ailəsini sevməli, onların hisslərinə hörmətlə yanaşmalı, işdən evə vaxtında qayıtmalı, öz ailəsi ilə birlikdə şam etməli, onların problemləri ilə maraqlanmalı və təlim-tərbiyələri ilə məşğul olmalıdır.
Allahın Rəsulu (s) buyurmuşdur:
«مَا مِنْ رَجُلٍ يَجْمَعُ عِيَالَهُ وَ يَضَعُ مَائِدَتَهُ فَيُسَمُّونَ فِي أَوَّلِ طَعَامِهِمْ وَ يَحْمَدُونَ فِي آخِرِهِ فَتُرْفَعَ الْمَائِدَةُ حَتَّى يُغْفَرَ لَهُمْ»
“Hansı kişi süfrə açıb ailəsini süfrəyə dəvət etsə, Allah-Taalanın mübarək adı ilə yeməyə başlayıb və onun şükrü ilə sona yetirsə, süfrə ortadan götürülməmiş Allah-Taala öz rəhmət və məğfirətini o ailəyə nazil edəcəkdir.” (“Vəsailuş-şiə”, Hürr Amuli, 24/263, 12-ci bab (hissə), hədis: 3-30499 (başqa bir çap nüsxəsində: 6-30758-ci hədis); “Biharul-ənvar”, Əllamə Məclisi, 63/351, 9-cu bab, hədis:4.)
Kişinin ailəsinin gözünü yolda qoyub evdən kənarda onunla-bununla yemək yeməsi və öz boş vaxtını yaramaz dostları ilə birgə keçirtməsi şərəf və alicənablığa yaraşmayan bir işdir.
Bir məktubun xülasəsini sizin diqqətinizə çatdırıram:
* “... İki il idi ki, evlənmişdik... Ərim işdən sonra evə gəlmir, dostlarına qoşulub gəzməyə gedir və gecə yarıdan sonra evə qayıdırdı... Mən həmişə süfrəni açıb birlikdə şam etmək ümidi ilə onu gözləyirdim. O isə evə gəldikdə tox olduğunu bildirib gedib yatırdı. Onun bu işlərinə etiraz etdikdə isə, əsəbləşib məni döyürdü... Ən xırda şeyin də üstündə mənə nalayiq sözlər deyir, məni yaramaz, dərdə dəyməz hesab edir və evi tərk etməyimi istəyirdi. Gecələr ən xırda tappıltıdan qorxurdum. Razı idim ki, o, məni döyüb-söysə də təki evdə olsun və evə gec gəlməsin... Amma o, həmişə məni “anlamaz və qorxaq” kimi sözlərlə təhqir edirdi... Nə qədər ağladım, yalvardım və nəsihət etdimsə, faydası olmadı. Deyirdim ki, axı nə üçün ailənin xərcini ona-buna yedirdirsən? Nə üçün özünü bədbəxt edirsən? Məsxərə ilə gülüb deyirdi ki, sən mənim və dostlarımın paxıllığını çəkirsən!... Yaşadığımız bu qərib şəhərdə mənə və ata-anama söyüş verirdi... Yalvarıb deyirdim ki, mənə dünya malı yox, sənin eşqin, məhəbbətin, sevgin və mənimlə ünsiyyətdə olmağın lazımdır. Mənim dərdlərimlə, istəklərimlə maraqlanmağın lazımdır.
Bəzən yumuşalır və söz verirdi ki, bundan sonra evə tez gələcək. Amma evə tez gəlmək istədiyi zaman, dostları ona gülüb deyirdilər ki, sən arvaddan qorxursan... O da öz qorxmazlığını göstərmək üçün evə həmişəkindən də gec gəlirdi... Axırda isə onun başına bir oyun açdılar ki, indi istəsə də evə gələ bilmir... Çünki o, artıq həbsdədir”.
Bəli, ailəni tərk edib yaramaz, səfil dostlarla gəzməyin axırı isə sonu bilinməyən bir uçurum və fəlakətdir.
Allah-Taala bütün cavanları həyatdakı qaranlıq uçurumlardan və pis dostlardan qorusun. Amin.
Müəllif: Seyid Əliəkbər Hüseyni
Mütrəcim: Mirməhəmməd Bəşirov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 2478
Harada idin? Nə üçün gec gəldin? Nə üçün gəlmədin? Kiminlə idin? O kim idi? Telefona nə səbəbə cavab vermirdin? Bu və bu kimi suallar qadınların həmişəki suallarıdır...
* “... İşləyirəm və işimlə fəxr edib onu müqəddəs sayıram. İşimlə əlaqədar olaraq evə gec gəlirəm. Amma evə çatan kimi arvadım başlayır sorğu-suala: “Haradaydın? Nə üçün gec gəldin? Bu nə vaxtın gəlməyidir? Hara getmişdin? ... Fikrim min yerə getdi?...”.
? Əziz qardaşım! Madam ki, arvadınız sizin evə tez və vaxtında qayıtmağınızı istəyir, siz də tez qayıdın. Onu çox intizarda qoymayın. Onun hiss və duyğularına qarşı sayqılı olun və mümkün qədər evə işdən tez, vaxtında qayıdın ki, onları nigaran edib təlaşlandırmayasınız. Ailənizin xoşbəxtliyi təkcə sizin çox işləməniz və ya işinizi sevmənizdə deyildir. Ailəni sevmək, onlar üçün xüsusi vaxt ayırmaq da lazımdır. Kişi bacardığı qədər gecələri ailəsinin yanında olmalı və onlarla birlikdə şam etməlidir.
Bəli, zəruri hallarda evə gec gələcəyinizi və mümkün olarsa bunun səbəbini məhəbbət və mülayimliklə ona izah edin ki, o da siz gec gəldiyiniz zaman çox təlaşlanmasın. Çalışın işdə olarkən doyunca yemək yeməyəsiniz ki, evə qayıdarkən ailənizlə bir süfrə arxasında oturub səfa və səmimiyyətlə yemək yeyə biləsiniz. Çünki ailəniz axşama qədər bu anı gözləmişdir. Onları süfrə başında qoyub yatmağa getmək, hörmətsizlikdir. Çalışın ki, evdə onlarla söhbət edib yaxın ünsiyyət yaradasınız və həmçinin, ev işlərində ailənizə köməkçi olasınız.
Seyid Əliəkbər Hüseyni
Mirməhəmməd Bəşirov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 2396
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Çadramın qara rəngi gözü rəngarəng və xoş rəngli qadınların dalınca olan kişiləri qəlbindən vuranda hansı ləzzəti aldığımı bilmirsiniz?!
Bilmirsiniz necə ləzzətlidir ki, mağazaya girib soruşuram: -"Cənab! Bunların qiyməti neçəyədir?" Satıcı cavabımı vermir. Yenidən soruşuram: -"Cənab! Bunlar neçəyədir?" Başqa bir qadının rənglənmiş, bəzənmiş saçlarına heyran olan satıcının halı təşvişlidir. O, qətiyyən mənə cavab vermir. Yenə də sualım cavabsız qalır. Mən isə, sevinclə mağazadan çıxıram.
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Elə ki, kişilər küçələrə çıxırlar ki, ləzzət alsınlar, sənə zərrə qədər məhəl qoymurlar.
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Küçələrdən şad və sevinclə keçirsiniz. Daha həyəcan keçirmirsiniz ki, bəlkə də gözəlliyinizin bir hissəsi silinib. Məcbur deyilsiniz ki, özünüzü həyəcanla ən yaxın təhlükəsiz yerə çatdırıb, olduqca tez müddətdə öz gözəlliyinizi kontrol edəsiniz. İtirilmiş gözəlliyinizi öz üzünüzə qaytarasınız və özünüzü bərpa edəsiniz.
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Küçədə, məktəbdə, universitetdə və ... gedərkən - daha yüz qafilə qara qəlbli sizinlə deyil.
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Daha siz öz şəhərinizin murdar baxışlı və çirkin fikirli kişilərinin qarşısında cövlangahda deyilsiniz.
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Artıq siz şəhərin kişilərini tələyə salmaq üçün şeytanın balıq tutmaq üçün qırmağa keçirdiyi qurdlar deyilsiniz?!
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Artıq görürsən ki, sən daha Allahına itaət edə bilərsən, nəfsi istəklərinə deyil.
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Küçə ilə yol gedən zaman; hərəkətdə olan bir gəlincik deyilsiniz; yoldan keçən bir insansınız!
Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var bu hicabın?!
İlahi! Ləzzətimi daimi et!
Müəllif: Zəhra Qədyani
Mənbə: Porseman
Çevirən: M. Əhmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 2497


* “... Mən çox tez inciyən, həssas və azdanışanam. Kimisə əziyyət və narahat etməyi sevmirəm. Amma bilmirəm ki, nə üçün həmişə qüssəliyəm. Ərimin yaxşı xüsusiyyət və cəhətləri çoxdur, gözəl insandır. Amma nədənsə kiçik bir xoşagəlməz şey üçün tez coşub əsəbləşir... Öz tikanlı sözləriylə qəlbimi qırır... Maaşımı alandan-alana ailədə mehriban olur və bizimlə yumuşaq rəftar edir... Müştərək həyatımızın məsələlərinin həllində mənə düşünmək, rəy vermək fürsətini verməmişdir. Evin bütün işlərinə diqqətlə nəzarət edir. Əgər evdə bir güldanın da yerini dəyişsən o qədər danışır ki, elədiyimə peşman oluram. Evin hər bir böyük-kiçik, xırda-para işinə də ona aidiyyatı oldu-olmadı dəxalət edir. Bu yersiz dəxalətlərinin də adını "ailəyə kömək" qoyur. Evin bütün işlərinə qarışmasında ifrata varması səbəb olur ki, özümü həyatda və uşaqlarımın tərbiyəsində gərəksiz adam hesab edəm... Mən, hətta, öz maaşımı da özümə və qızıma xərcləməyə qadir deyiləm. İstəyirəm özümə, ya qızıma bir şey alım, buna icazə vermir və deyir ki, bunlar artıq xərc, israfçılıq, bədxərclikdir. Öz pulumla özümə paltar almaq üçün də ondan icazə almalıyam... Artıq belə yaşamaqdan cana doymuşam...”.
? Sizin məktublarınızı oxuyub müqayisə etdikdən sonra belə qərara gəldim ki, sizə bəzi tövsiyə, məsləhətlərimi verim və bəlkə bu yolla sizin həyatınızdakı problemlərin həllində kömək etmiş olaram.
Əziz qardaşım! Evdə yemək-içmək kimi məsələlərlə yanaşı, insan ruhunun, sizin ailənizin mənəvi, maddi qidası olan - mənəvi, mədəni, tərbiyəvi və əyləncəli işlərlə də məşğul olmalısınız.
Uşaqlara kitab oxuyub və oxutdurmaq, şer, hekayə söyləyib və söylətdirmək, kinoya baxmaq, onların dərsləri ilə maraqlanmaq, onları istirahət, əyləncə parklarına, qohumlara baş çəkməyə aparmaq və deyib-gülüb əyləndirmək də ata-ananın və xüsusilə də, ailə başçısının vəzifələrindəndir.
Evin və ailə həyatınızın işlərində həyat yoldaşı və uşaqlarınızla məsləhətləşin və ən yaxşı və məqsədəuyğun yolu seçin. Bu seçim isə hamının sözünü dinləyib, fikrini öyrənib və onların razılığını cəlb etdikdən sonra olmalıdır. Belə etdikdə həm arvadınızın və həm də uşaqlarınızın şəxsiyyətinə qiymət verib hörmət etmiş olacaqsınız.
Ev işlərində yersiz müdaxilələr edib, ailənizin əl-ayağına dolaşmaqdansa yaxşı olardı ailənin və evin daxili müdiriyyətini arvadınızın öhdəsinə qoyub icazə verəsiniz ki, o, qadınlıq zövq və səliqəsiylə evi bəzəyib, ev işlərini qaydaya salıb, öz fikir və zəhmətinin nəticəsinə tamaşa etməkdən ləzzət alsın. Ona evi idarə etməkdə öz bacarığından istifadə etməyə icazə verin. O, sizdən kömək istəməyincə onun işlərinə müdaxilə etməyin.
Onun tez küsəyən və inciyən olduğunu nəzərə alıb onunla mehriban, yumşaq rəftar edin. Onun fikirləriylə kəskin, şiddətli müxalifət etməyib hörmətlə davranın. Çünki insanın qiyməti və dəyəri onu fikir və əməli ilə ölçülür. Siz işinə, düşüncəsinə dəyər vermədiyiniz bir insanla nə cür şad və xoşbəxt yaşaya bilərsiniz?
Həyat yoldaşınızın aldığı əməkhaqqı onun özünə məxsusdur. Siz onun icazəsi olmadan bu pulu evin xərci üçün istifadə edə bilməzsiniz. O, bu pulu öz meyli istədiyi yerdə xərcləyə, özünə, uşaqlarına paltar ala, istədiyi şəxsə bağışlaya və borc verə bilər...
Əlbəttə, əgər o, bu pulu könüllü olaraq ailə başçısının ixtiyarında qoyarsa, onda istədiyi kimi xərcləyə bilər.
? Amma siz, əziz bacım!
Həyatdan istədiyiniz həzzi almaq və yaşayışınızdan bezməmək üçün evdən xaricdə olan işinizi - əgər zəruri deyilsə - tərk edin və ya bu iş üçün ayırdığınız vaxtı azaldın. Bir əllə iki qarpız götürməyin. Çünki, düşərsə hər ikisi sınacaq. Ərinizin nöqtə-nəzər və fikirlərinə ehtiram qoyun. Onun fikirləriylə razılaşıb itaət edin. Yaxşı xüsusiyyətlərinə görə ona təşəkkür edib, öz sevgi və məhəbbətinizi bildirin. Heç vaxt küsməyin. Öz istək və umacaqlarınızı azaldın və bilin ki, insan həyatda müəyyən məhdudiyyətlərlə əhatə olunmuşdur. İnsanın bu dünyada bütün arzu və istəklərinə çatması qeyri-mümkün bir işdir. Nəzərə alın ki, hər insanın özünəməxsus xüsusiyyətləri vardır. Bunlardan bəziləri dəyişilə bilər, amma bəziləri dəyişilməzdir və onlarla uyğunlaşmaq lazımdır.
Allah-Taalaya sizə ruhi və cismi baxımdan sağlam övladlar bəxş etdiyi üçün təşəkkür edin. Ərinizlə köməkləşib onları gözəl təlim-tərbiyə edin. Onların oxuyub təhsil alması və elmlənməsində ciddi çalışın. Çalışın ki, həyatda şad və təravətli olun. Unutmayın ki, bəzi problemlərlə Allahın razılığı üçün razılaşmalı, səbirli olmalı və axirət savabına çatmaq üçün çalışmaq lazımdır.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 2827
Əvvəl tanı, sonra al!
Həyatda kimə etimad edir və inanırsınız? Hansı şəraitdə və hansı şərtlərlə? Sizcə başqalarının sözünə və iddialarına inanmaq, etimad etmək və razılıq vermək olar?
Heç vaxt. Çünki söz və əməl arasındakı fasilə çoxdur. Nə çoxdur o kəslər ki, sözlərinin ətri ürəkləri özünə cəzb edir, insanları heyrətə salır, lakin əməlləri murdar leş iyi verir. Buna görə də heç kimin (zahirdə olan) xoş rəftarına, cazibəli görünüşünə aldanmamalı və kimsəyə imtahansız inanmamalıyıq.
Çünki sınaqsız inanmaq və etimad etmək zəifliyin, gücsüzlüyün nişanəsidir. İmam Əli (ə) vəsiyyətində buyurur:
«الطُّمَأْنِينَةُ إِلَى كُلِّ أَحَدٍ قَبْلَ الِاخْتِبَارِ مِنْ قُصُورِ الْعَقل»؛
«لَا تَأْمَنْ صَدِيقَكَ حَتَّى تَخْتَبِرَهُ»؛
“Sınaqdan qabaq etimad etmək ağılın naqisliyini görstərir"
"Heç kəsə sınaqdan keçirtməmiş etimad edib arxayın olma”.[1]
Başqalarını yaxşı tanımaq və sınamaq üçün keçmişini yoxlamalı, dost-tanışlarını görməli və tanımalı, həyatda onunla birlikdə olmuş insanlarla maraqlanmalı – məsələn kiminlə ticarət etmiş, səfərə çıxmış, həmkar olmuşdur və s...
Ədalət, sədaqət, vəfa və imanını yoxlamalı və bundan sonra ona inanıb-inanmamaq barədə düşünməlisən.
Sınaqsız inansanız bilin ki, qaranlıq meşədə bataqlığa düşmüsünüz. Belə bir bataqlığa düşməmək üçün həyatın işlərini elm və yəqinə əsaslanaraq görməlisən. Allahın Rəsulu, həzrət Məhəmməd Mustəfa (s) sifarişlərinin birində buyurur: “... (Həyatda) etmək istədiyin hər işi elm və ağıla əsaslanaraq yerinə yetir. Məbada, hansısa bir işi məlumatsız, tədbirsiz, ehtiyatsız, bəsirətsiz və axırını fikirləşmədən yerinə yetirəsən”.[2] Çünki Allah-Taala Qurani-Kərimdə buyurur: “Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın”.[3]
Yəni əgər öz işlərinizi məlumat, diqqət və düşüncə ilə qurmasanız, onda əsassız və davamsız olacaq, açılıb-töküləcək və peşmançılıq gətirəcəkdir.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 5702
2010-cu ilin ən yadda qalan hadisələrindən biri də HİCAB QADAĞASIdır. Yeni il gəlsə də bu barədə yeni qərar dəyişikliyi hələ ki, yoxdur. Hicab qadası barədə minlərlə xəbər yayımlandı, mətbuatda onlarla məqalə yazıldı... Ziyalılar, qələm sahibləri buna münasibət bildirdilər. Bəziləri isə vicdansızcasına insanlarda hicaba və hicablılara qarşı ikrah oyatmaq üçün müxtəlif yollara əl atdılar. Onlar, kütləni hicaba qarşı qışqırtmaq üçün "Milləti çadraya bələmək" istəyirlər şuarları ilə əllərində çadralı qadın şəkilləri alıb hicabı gözdən salmaq istədilər... Hətta onlar, hicab üçün təhsil nazirliyinin qarşısında mitinq edənlərə böhtan da atdılar ki, onların istəyi çadradır, hicab yox. Halbuki çadra və hicab fərqli anlayışlardır. Və o mitinq edənlər də Quranın buyurduğu kimi hicab üçün mitinq etmişdilər, çadra üçün yox...
Hicab və Çadranın fərqli anlayışlar olduğunu İslam alimlərinin yazılarında da görmək olar. Bu məqsədlə Ayətulla Xameneinin bu barədə fikirlərini oxucuların diqqətinə çatdırırıq:
"Hicab qadının xar olması demək deyil!"
O, qadının isməti və qorunması üçündür; təkcə qadının yox, həm qadının və həm kişinin isməti və qorunması üçün. Hicab çadra demək deyil. Lakin çadra biz iranlılar üçün qədimdən xanımlarımızın istifadə etdiyi ən yaxşı hicab növüdür. Çadrasız da hicablı olmaq mümkündür. Hicab düzgün örtünmək deməkdir, örtünməməyin örtünməkdən yaxşı olması yox. Hədislərin təbirincə desək, “çılpaq örtünmüş”, yəni örtündüyü halda çılpaq insan kimidir. Belə örtünmək faydasızdır, hicab deyil. Sağlam örtünmək budur ki, qadının başını, saçını, boynunu, bədənini örtsün. Əlbəttə, fəqihlərin çoxu üzü və iki əli örtməyi istisna ediblər. Amma üz bəzəksiz və sadə olmalıdır. Hicab bu deməkdir. İranlı qadınlar çadraya üstünlük verirlər. Bu, çox yaxşı üsuldur. Həm gözəldir, həm qadının gözəlliyi ilə ziddiyyət təşkil etmir, həm də kamil hicab formasıdır. Hər halda, hicabı istər iranlı formasında, istər ərəb formasında, istərsə də başqa bir ölkədəki formada kamil sürətdə örtsələr, İslamın əmri yerinə yetirilmişdir. Çünki müsəlman ölkələrinin hər birində qadınlar xüsusi formada öz hicablarını qoruyurlar.
İslamın məqsədi
İslam hicab məsələsində geyim formasını müəyyən etməyib, məqsədi müəyyənləşdirib. Məqsəd budur ki, kişi və qadının görüşü və onların gündəlik həyatdakı təbii rastlaşması ehtirasları coşdurmasın. İslamın məqsədi budur. Müsəlman ölkələrində qadınlar Quranın dediyi hicabı qorumağa çalışırlar. Amma gördüyünüz kimi, onların hamısı hicaba eyni formada əməl etmirlər. Mən onların dindarlarını deyirəm. Onlar Şimali Afrika ölkələrində bir cür hicab örtürlər, şərq ölkələrində, məsələn Hindistanda və Pakistanda isə başqa cür. Siz bunlarla tanış deyilsiniz. Bu, onların ictimai və mədəni şəraitindən qaynaqlanır.
"Hicab tərki-dünyalıq deyil!"
Hicab məsələsi qadını tərki-dünya etmək və onu ictimai həyatdan təcrid etmək deyil. Əgər kimsə belə düşünsə, çox yanlış düşünüb. Hicab məsələsi cəmiyyətdə qadın və kişinin bir-biri ilə qeyd-şərtsiz qarışmasının qarşısını almaq üçündür. Çünki belə bir vəziyyət həm cəmiyyət üçün zərərlidir, həm də kişi və qadın üçün. Bu, xüsusən qadına daha çox zərərlidir.
“Qadının iffətini, paklığını və təqvasını qoruya bilən amil hicabdır!”
Biz həmişə hicab və iffətdən danışdıqda bəziləri deyirlər ki, hicabın iffətlə nə əlaqəsi var? Çoxlarının hicabı var, amma iffətləri yoxdur. Çoxlarının iffətləri var, lakin hicabları yoxdur. Halbuki bu, düzgün fikir deyil. İffət bir şeydir, hicab isə başqa bir şey. Lakin iffət insanda əlçatmaz, dəyişilməz və sınmaz bir şey deyil. İnsanın digər xarakterləri kimi, o da təsirə məruz qala bilər. Onu təsirlərdən uzaq saxlayan, qadının iffətini, paklığını, təqvasını və ismətini qoruyan amillərdən biri həyatda, işdə və cəmiyyətdə yanlış münasibətlərin olmamasıdır. Yanlış münasibətlər mədəni və əxlaqi münasibətlərin riayət olunmadığı məsələlərdir. Bu arada, bu qorunmaya kömək edə biləcək amil hicabır. Ən yaxşı şey hicabdır: qadın və kişinin hicabı. Kişinin hicabı baxmamaqdır. Hicab maneə deməkdir.
Qərb baxışından və Qərb mədəniyyətinə görə, qadının dəyərlərindən biri budur ki, digərlərinin ləzzət alması üçün şərait yaratsin. Ona görə də biz, İslam mədəniyyətinə əsasən, İslamın kişi və qadın əlaqələri üçün məhdudiyyət yaratdığını və onların qeyd-şərtsiz münasibətlərinə icazə vermədiyini dedikdə, bizi, qadına qarşı hörmətsizlikdə suçlayırlar. Halbuki hörmətsizlik və təhqir Qərb mədəniyyətinin qadın şəxsiyyətinə baxışında görünür.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 3293

ABNA-nın verdiyi məlumata görə, universitet müəllimi, təhqiqatçı və araşdırmaçı doktor Nəvabəxş deyir: “Qərbin gözündə qadın kapitalizm rejimində rol oynaya bildiyi müddətdə hörmətlidir. Bundan başqa hallarda isə, cəmiyyətin maraq dairəsindən çıxır və cəmiyyətdəki nüfuzunu itirir”.
Amerikalı qadın yazıçılardan biri, özünün “Regress” (tənəzzül) adlı kitabında bu irticaçılığı qəbul etmiş və yazmışdır: “Mən bir feminist olaraq elan edirəm ki, Amerika cəmiyyəti heç vaxt bu günkü kimi azad olmamışdır. Eyni halda, heç vaxt özünü bu qədər bədbəxt görməmişdir. Bu o deməkdir ki, azadlıq ona düzgün fikir və düşüncə öyrətməyib”.
O, kitabının başqa yerində yazır: “Lakin, hicabın həyat meydanına girməsilə, ana, hörmət, hətta ailə və iffətin mahiyyətinin nə olduğunu dərk etdik”.
Almaniyada vəkil olan professor xanım Yut Saşovski (Ute sashovsky) deyir: “Biz hansı əyalətdə yaşayırıqsa, həmin əyalətin qanunlarına riayət etməliyik, nəinki başqa əyalətlərin qanunlarına. Nəticə budur ki, bir əyalətin əhalisinin həmin əyalətin qanunlarına riayət etməsi, heç bir vəchlə başqa bir əyalət sakinlərinin hüquqlarının pozulması demək deyil. Bu tərtiblə, bir dinə inam bəsləyən bir şəxs, həmin dinin qanun və göstərişlərinə riayət etməyə borcludur. Onun bu əməli, başqa dinə inam bəsləyən şəxslərin hüquqlarının pozulması demək deyil. Əgər bir yerdə hicabın qadağan edilməsi qanununun qəbul edilməsini görürüksə, bu addım, başqa dinlərin lehinə olan bir dinin ardıcıllarına qarşı ayrıseçkilikdir”.
O, başqa yerdə deyir: “Mənim fikrimcə, kimsə öz dini etiqadı üzündən başını bağlayırsa, heç bir vəchlə, başqalarının hüququnu pozmur”.
Bu almaniyalı vəkil təkidlə qeyd edir: “Hicabın qadağan olunması qanunu əyalətin qanununa bənzəyir. Bu, ən böyük ədalətsizlik və qanunsuzluq sayılır. Qarşı tərəfdə isə, hicab, fəsad və cəmiyyətin dağılması önündə dayanan möhkəm maneədir. Həmcinsbazlıq kimi çirkin bir əməlin qanun vasitəsilə rəsmən tanındığı bir cəmiyyətdə, müsəlmanların öz dinlərinin ən adi buyruq və göstərişlərinə riayət etməsi nə üçün qadağan edilməlidir?!”
Fransalı mütəfəkkir, professor Neroje Qarudinin fikrincə, fransalı müsəlmanlara hicabın qadağan edilməsi ABŞ və sionistlərin İslam əleyhinə zəhərli təbliğatlarının nəticəsidir.
O deyir: “Hazırda, terrorizm əleyhinə müharibə İslamı dünyada zəiflətmə vasitəsinə çevrilib. ABŞ və sionist rejimi İslamın simasını dünyaya olduqca qəddar göstərməyə çalışırlar”.
Qarudi hicabın Fransada qadağan edilməsini qeyri-demokratik addım sayır və deyir: “Hicab təməl prinsip və dəyər sayılır”.
Levi adlı bir yəhudi vəkilin iki qızı olan, Alma və Lili İslam dinini qəbul etmiş və hicaba riayət etdikləri üçün məktəbdən çıxarılmışlar. Hicablarına riayət etməkdə israrlı olan bu iki bacı deyirlər ki; “Heç bir qarşılıq əvəzində öz hicablarından əl çəkmək fikrində deyillər”. Bu iki bacının yəhudi atası deyir: “Mən qızlarımın dininə hörmət edirəm, onları himayə edirəm və məhkəmədə də onları müdafiə edəcəyəm”.
Levi deyir: “Hicab Quranın buyruqlarından biridir. Bu, qadının cəmiyyətdəki əxlaqi dəyərini təyin edir. Hicab, qadının paklıq, azadlıq və ləkəli olmamasının göstəricisidir”.
Yaponiyalı yazıçı xanım Henula Nakata (Henula Nacata) deyir: “İslamı qəbul etmək mənim üçün olduqca böyük bir sınaq idi. Həmkarlarım, dostlarım və yaxınlarım mənə ləyaqətsiz sözlər dedilər, mənimlə pis rəftar etdilər və bunlardan əlavə məni çoxlu təhqir etdilər, hətta mənimlə əlaqəni də kəsdilər. Lakin, bir müddət sonra, mənim hicaba qarşı dözümlü olmağım bütün bu anlaşılmazlıqlara qələbə çalmağıma səbəb oldu. Onların hamısı mənimlə barışdılar. Mənim bu imtahanlar qarşısında dözməyim səbəb oldu ki, Allah onların hamısını mənə qaytarsın”.
Xanım Nakata hicablı olmaq barədəki öz hislərini belə açıqlayır: “Mən hicabla öz insanlığımı və qadınlıq dəyərlərimi hiss etdim. Hicab mənə öyrədir ki, başqalarının əli çatacaq yerdən yüksək məqamda olum. Hazırda, xüsusilə də cavanlar arasında hicaba gündən günə artan meyl müşahidə olunur. Bu, həm də İslamın inkişafının əlaməti sayılır. Nə qədər ki, mən sağam, İslam və hicabı təbliğ edəcəyəm. Çünki, hicab cəmiyyətdə rahatlıq və asayişin mənbəyidir”.
Fransalı keşiş Mişel Lalan deyir: “Mən bir xristian keşiş kimi, müsəlmanların hicabının mənəvi bir dəyər olaraq azad olmalı və cəmiyyətdə özünəməxsus mövqe tutmalı olduğuna inanıram”.
Xanım Rencer Exter Londonda “İslam hicabı ətrafında fikirlər” adlı seminar təşkil etdi. O deyir: “Mən bu seminarı təşkil etdim ki, hicablı xanımlar və hicab məsələsini müdafi edim. Belə ki, hicab mənim ölkəmdə azad olsun”.
O əlavə etdi: “Hicab bizim və ölkəmizin xeyrinədir. Belə seminarları ölkənin müxtəlif şəhərlərində təşkil etmək lazımdır ki, hicab məsələsini hamıya tanıtdıraq. Başa salmaq lazımdır ki, hicabın nəinki zərəri yoxdur, əksinə bu məsələ xalqın, cəmiyyətin və ölkənin xeyrinədir”.
İslam dinini qəbul etmiş və hicab bağlamış İngiltərənin məşhur yazıçı və jurnalisti xanım İvan Redli deyir: “Hicab mənim həyatımda və mənim təhlükəsizliyimin qorunmasında böyük rol oynadı. Mən hicaba sığınmaqla, özümü asayişdə hiss edirəm”.
Tərcümə etdi: M. Əhmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 14992

- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 3245

- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 7685

- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 3830

- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Qadın
- Gösterim: 3341
İnsan zatən ictimai varlıqdır. İnsanların bu ali xüsusiyyətini aktuallaşdıran ilk yer ailədir. Ailə insan mədəniyyəti və sivilizasiyası tarixində ən mühüm və əsaslı mərkəzdir. Bu müqəddəs ocaq insanın şəxsiyyət və ehtiramının, ruhi və fiziki sağlamlığının qorunması üçün düzgün qurulmalıdır. Cəmiyyətin davamı, insanların sağlam mühitdə yaşaması üçün ailə həyatının davamı zəruridir.
Ailə izdivac nikahı və dərrakəli, fikri formalaşmış, ictimai qabiliyyəti olan bir qadın və kişinin birləşməsi ilə qurulur. Bu cütlük cəmiyyətin ən əsaslı mərkəzinin-ailənin təməlini qurur.
İslam dinində izdivac və ailə qurmaqda əsas məqsəd ruhi rahatlığa çatmaq, inkişaf və tərəqqi yolunu adlamaq, insani kamala çatmaq və Allah-taalaya yaxınlaşmaqdır. Lakin şübhəsiz, təklikdən qurtulmaq, ailə sahibi olmaq, təbii cinsi tələbatları ödəmək, gəncliyin şən çağlarından bəhrələnmək, istiqlal qazanmaq, iffətli olub günahdan çəkinmək, nəsil artımı hər bir izdivacın zəruri nəticəsidir. Allah-taala Qurani-kərimdə buyurur: “rum, 21”
Demək, yeni ailə qurmuş cütlüyün ən ilkin və üstün xoşbəxtlik meyarı ruhi rahatlığa çatmaqdır. Ruhi rahatlıq gətirən ev kamala çatmaq üçün ən münasib yer, mənəvi təskinlik bəxş edən həyat yoldaşı isə ən yaxşı münis və dostdur. Bu xüsusiyyətlərə nail olmaq üçün isə ailədə məhəbbət, mehribanlıq və güzəşt hakim olmalıdır.
Beləliklə aydın olur ki, cəmiyyətin xoşbəxt və sağlam olması ailənin düzgün formalaşmasına bağlıdır. Ailədəki xoşbəxtlik isə qadın və kişi, valideyn və övlad münasibətlərinin yaxşı qurulmasından aslıdır.
Ailə ocağında hər bir ailə üzvünün bir-birilərinə nisbətdə bəzi vəzifələri vardır. Bu vəzifələrin qarşılıqlı riayət olunması nəticəsində ailədə sabitlik hökm sürəcək. Qadın və kişi arasında münasibətlər nə qədər sağlam, səmimi və cazibəli olsa, həyat daha şirin və səfalı olacaq və bu davranışlar sayəsində şən və müvəffəq uşaqlar ərsəyə gələcək.
Ailədə ünsiyyətin əhəmiiyəti
Hər bir insan digəri ilə ünsiyyət və əlaqə qurmağı lazım bilir. Qeyd etdiyimiz kimi, insan zatən ictimai varlıqdır və onun xoşbəxt yaşaması digərləri ilə səmərəli, faydalı və qarşılıqlı əlaqə yaratmasından aslıdır. Başqa ifadə ilə desək, insan cəmiyyətlə lazımi ictimai əlaqələr qurmadan arzu edilən inkişafa, şəxsiyyətinin formalaşmasına nail ola bilməz.
İnsanın istedad və bacarığının çiçəklənməsi, məsuliyyət qəbul etməsi və şəxsiyyətinin formalaşmasının böyük bir hissəsi ictimai həyat, şəxsi mülahizələri, ailələrarası münasibətlər, yiyələndiyi elm, əldə etdiyi təcrübələr əsasında həyata keçir. Habelə, digərləri ilə hər bir normal və məntiqi əlaqədən məhrumolma, aktiv ictimai həyatdan uzaqlaşmaq ruhi iztirablara və mədəni geriliyə səbəb olur.
İnsanlararası ilk ünsiyyət ailədə yaranır. Ailədaxili ünsiyyət böyük əhəmiyyətə malikdir. Bu ünsiyyətin necəliyi ailə üzvlərinin təfəkkürünün formalaşmasında, ictimai əlaqələrində, maharətlərinin çiçəklənməsində böyük rol oynayır. Konkret olaraq, ailədaxili daqvranış ailə üzvlərinin digərləri ilə ünsiyyət və onun davam etdirməsində böyük rol oynayır.
Ailədaxili əlaqələrin təməli kişi və qadının (ata-ananın) ünsiyyəti əsasında qurulur. Qadın və kişinin xoş və arambəxş davranışı uşaqların istedad və şəxsiyyətini formalaşdırmaqdan əlavə, onların vaideynləri ilə yaxşı münasibət qurmasına da səbəb olur.
Ünsiyyətin qurulması və onun davamlı olmasında təsirili amillər
Başqaları, xüsusi ilə ailə üzvləri ilə normal ünsiyyətin qurulması və onun davamlı olmasında təsirli olan bəzi amilləri qeyd edirik:
1- Ünsiiyət qurulan şəxsin fərdi xarakter və ruhi ehtiyaclarına diqqət yetirmək
Ünsiyyət psixologiyasında ilk addım ünsiyyət qurulan bütün şəxslərin, xüsusi ilə ailə üzvlərinin, qohumların, azyaşlı və yaşlı şəxslərin, uşaq və yeniyetmələrin fərdi xarakter və ruhi ehtiyaclarına diqqət yetirməkdir.
İnsan təbiətinə hakim olan bəzi xarakterlər:
Bütün insanlar təbiətcə sevgiyə müsbət, nifrətə isə mənfi nünasibət bəsləyir.
Bütün insanlar təşviqə müsbət, tənbihə mənfi münasibət bəsləyir.
Bütün insanlar təyidə müsbət, tənqidə mənfi münasibət bəsləyir.
Bütün insanlar ehtirama müsbət, təhqirə mənfi münasibət bəsləyir.
Bütün insanlar məhəbbət və yaddaşlarda qalmağı sevirlər.
Bütün insanlar rahatlıq və asudəlik istəyirlər.
Bütün insanlar səmimiyyət dolu bir məkanda olmağı istəyirlər.
Bütün insanlar davranış və sözləri ilə özlərini doğrultmaq istəyirlər.
Bütün insanlar uğura müsbət, uğursuzluğa isə mənfi münasibət bəsləyir.
Bütün insanlar müstəqil düşüncələrinə ehtiram qoyulmasını istəyirlər.
Bütün insanlar şəxsi xüsusiyyətlərinə iltifat göstərilməsini istəyirlər.
Bütün insanlar onlarla həkimanə, səmimi, təvazökar və şəfqətcəsinə söhbət olunmasını istəyirlər.
Bütün insanlar qərəzli, təkəbbürlü, hakim, tənbih və təhdidcəsinə olan davranışlara qarşıdırlar.
Bütün insanlar onlarla qurulan ünsiyyətin ilkin mərhələsinin təhdid və tənqiddən uzaq və onların yaxşı keyfiyyətlərini sadalamaqla başlamasını istəyirlər.
Başqa ifadə ilə desək, başqaları ilə ünsiyyət qurarkən ülvi məqsədə malik olmaq, xoş və məntiqli bəyanla danışmaq və qarşı tərəfin yaxşı cəhətlərini sadalamaq lazımdır. Habelə, başqalarını, xüsusilə uşaq və yeniyetmələri tərbiyə və islah edərkən qaşqabaqlı, əsəbi olmamalı və onların şəxsiyyəti aşağılanıb, təhqir edilməməlidir.
Şübhəsiz, ünsiyyət qurduğumuz insanlar arasında daha çox uşaq və yeniyetmələrin səmimi, dost münasibətə ehtiyacı var. Onlar bütün vücudları ilə böyüklərin təbəssümlü, xoş simalarının və məhəbbətamiz sözlərinin xiridarı olmağa hazırdırlar.
Belə olan halda, diqqət yetirmək lazımdır ki, yaxşı və pis, sakit və dalaşqan, əxlaqlı və əxlaqsız olan bütün insanlar başqalarının ehtiram və nəzakətinə ehtiyaclıdırlar. Məhəbbətamiz rəftar, iltifat, qayğı bir çox fərdi və ictimai azğınlıqların qarşısını ala bilər. Ona görə də həmişə ünsiyyət qurduğumuz şəxslərin ruhu və daxili ehtiyaclarına diqqət yetirməliyik.
2-Ünsiyyət qurarkən tərəf müqabilinin mesajının məzmununa diqqət yetirmək
İnsan başqası ilə ünsiyyət qurarkən, birbaşa və ya dolayı, nitq və ya hərəkət, bilərəkdən və ya səhvən tərəf müqabilinə müsaj ötürür. Bu müsaj müxtəlif yönlərdə, məsələn, hislərin inkişafı, dəyərlər anlamı, əxlaqi və ictimai meyarlar əsasında ola bilər. Hər bir halda mesajın məzmunu tərəf müqabilinin, xüsusi ilə ailə üzvləri, uşaq və yeniyetmələrin yaşı, dərrakəsi, meyil və istəkləri, zehni və psixi tələbatları ilə uyğunluq təşkil və onların diqqətini cəlb etməlidir.
3-Ünsiyyət qurulan zaman və məkanın əhəmiyyəti
Sağlam, aram bir ünsiyyət qurmaqda zaman və məkanın çox böyük rolu var. Səmərəli ünsiyyət qurmaq üçün tərəf müqabilinin normal əlaqə, səmimi söhbət üçün xatircəm, zehni və cismi təzyiqlərdən uzaq, rəğbətli, azad, agah və mənəvi baxımdan hazır olması lazımdır.
Bütün bunları nəzərə aldıqda ünsiyyət qurulan zaman və məkanən əhəmiyyəti aydın olur. Başqa ifadə ilə desək, tərəf müqabilimiz bizimlə xatircəm halda əlaqə qurmalıdır. O, həyacanlı, iztirablı, narahat və qorxu içində və ya aclıq, susuzluq, hövsələsizlik, fiziki yorğunluq, fikri dağınıqlıq ona hakim olarsa, biz onunla səmərəli ünsiyyət qura bilmərik.
Həftə sonu tətillər, yay tətilləri, səfər vaxtları, şəhərdaxili gəzintilər, dostluq görüşləri, bayram günləri və s. ünsiyyət qurmaq üçün ən uyğun vaxtlardır. Şübhəsiz, qarşılıqlı əlaqələr hər nə qədər səmimi, mənəvi və xoş atmasferdə qurularsa, bir o qədər səmərəli və faydalı olacaq.
4-Ünsiyyət metodunun əhəmiyyəti
Ünsiyyət qurmaq və onun davamlı olması üçün ən düzgün və münasib metoddan yararlanmaq lazımdır. Tərəf üqabilinin güclü cəhtləri, duyğu və düşüncələrindən agah olmaq, onunla səmimi və məntiqli davranmaq, şəxsiyyətinin müsbət yönlərini təsdiqləmək normal və aktiv bir ünsiyyət qurmaq üçün ən düzgün metodladan sayılır.
Bəzən tərəf müqabilinə onun könlünü oxşayan məktublar göndərmək, münasib hədiyyə vermək, faydalı və cəzbedici kitab bağışlamaq, lazımi yerlərdə onun üstün keyfiyyət və təlaşlarını tərifləmək məhəbbətamiz ünsiyyətin qurulması və nəzərdə tutulan mesajın ötürülməsi üçün ən gözəl metod ola bilər.
5-Cəmiyyətdəki örnəklərin üstün keyfiyyətlərinə diqqət
Diqqət etməliyik ki, yaşlı nəsillərin meyarları uşaqlar, yeniyetmələr, gənclər üçün böyük əhəmiyyətə malikdir. Cəmiyyətdə islahat aparmaq istəyən şəxsin özü islah və əxlaqi dəyərlərə malik olmalıdır. Necə deyərlər, yanılış yaşamaqla düzgün tərbiyə etmək olmaz.
Başqalarının ideal hesab etdikləri elə ali cənab şəxsiyyətlərdir ki, onların davranışlarına sədaqət, səmimiyyət, məhəbbət, fədakarlıq, güzəşt, məntiq, möhkəmlik və özünə güvənc hakimdir.
İnsanlar seçdikləri ideallarla gündəlik həyatlarında qarşılaşarkən onların müxtəlif anlarda rəftarlarını sınaqdan keçirir və onların səmimiyyət, doğruluq, ədalətinə inanırlar. Əgər həqiqətən əməl əhli və sədaqətli olsalar onlarla birləşəcək və onların istədiyi kimi düşünməyə və rəftar etməyə çalışacaqlar.
İslam Məktəbi
- Ayrıntılar
- Kategori: Qadın
- Gösterim: 2823
Kitab əhli olan (yəhidi, xaçpərəst) qadınlarla evlənmək olarmı?
Maidə surəsinin 5 - ci ayəsi -
(الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّباتُ وَ طَعامُ الَّذينَ أُوتُوا الْكِتابَ حِلٌّ لَكُمْ وَ طَعامُكُمْ حِلٌّ لَهُمْ وَ الْمُحْصَناتُ مِنَ الْمُؤْمِناتِ وَ الْمُحْصَناتُ مِنَ الَّذينَ أُوتُوا الْكِتابَ مِنْ قَبْلِكُمْ إِذا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ وَ لا مُتَّخِذي أَخْدانٍ وَ مَنْ يَكْفُرْ بِالْإيمانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَ هُوَ فِي الْآخِرَةِ مِنَ الْخاسِرين) – مائده/5؛
"Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!"
- və çox saylı səhih hədislərə görə, müsəlman kişinin digər səmavi dinlərdən olan qadınlarla evlənməyi İslam dininin qanunlarına uyğundur.
Bu məsələnin əleyhinə olan rəvayətlər isə bunu təsdiqliyən tərəfin rəvayətlərindən sayca çox az və sənəd və dəlalət baxımından zəifdirlər.
Amma bəzilərinin kitab əhlindən olan qadınlarla evlənməyin qadağan olunmasına dəlalət etdiyini hesab etdikləri Mümtəhənə surəsinin 10 – cu ayəsinə -
يا أَيُّهَا الَّذينَ آمَنُوا إِذا جاءَكُمُ الْمُؤْمِناتُ مُهاجِراتٍ فَامْتَحِنُوهُنَّ اللَّهُ أَعْلَمُ بِإيمانِهِنَّ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِناتٍ فَلا تَرْجِعُوهُنَّ إِلَى الْكُفَّارِ لا هُنَّ حِلٌّ لَهُمْ وَ لا هُمْ يَحِلُّونَ لَهُنَّ وَ آتُوهُمْ ما أَنْفَقُوا وَ لا جُناحَ عَلَيْكُمْ أَنْ تَنْكِحُوهُنَّ إِذا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ وَ لا تُمْسِكُوا بِعِصَمِ الْكَوافِرِ وَ سْئَلُوا ما أَنْفَقْتُمْ وَ لْيَسْئَلُوا ما أَنْفَقُوا ذلِكُمْ حُكْمُ اللَّهِ يَحْكُمُ بَيْنَكُمْ وَ اللَّهُ عَليمٌ حَكيم)- الممتحنه/10؛
"Ey iman gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" - (Mümtəhənə/10).
- gəldikdə isə, bu məsələdə bu ayəyə istinad etmək və əsaslanmaq iki dəlilə görə düzgün deyildir:
1) Birinci dəlil budur ki, bu ayə "maidə" surəsinin 5- ci ayəsindən qabaq nazil olmuşdur. Buna görə də bu ayə Maidə surəsinin 5- ci ayəsinin hökmünü nəsx edib qüvvədən sala bilməz.
2) İkinci dəlil budur ki, ayədəki (Mümtəhinə/10) "kəvafir – کوافر " sözü müşriklərə aiddir və kitab əhlinə şamil deyildir.
Görəsən rəvayətlər kitab əhlindən olan qadınlarla evlənmək haqqında nə deyir?
Bəzi rəvayətlərə əsasən kitab əhlindən olan qadınlarla evlənmək olar. Belə rəvayətlərdən bir neçəsinə nəzər salaq:
1. Əbi Vəlladın səhihəsi (sənədi səhih olan hədis):
«وَ رَوَى الْحَسَنُ بْنُ مَحْبُوبٍ عَنْ أَبِي وَلَّادٍ الْحَنَّاطِ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع يَقُولُ الْمُسْلِمُ يَرِثُ امْرَأَتَهُ الذِّمِّيَّةَ وَ هِيَ لَا تَرِثُه» (من لا يحضره الفقيه ج4، ص، 336، حدیث 5745؛ وسائل الشیعه ج26، ص 11، باب 11(من ابواب موانع الارث)، حدیث1؛)
Əbi Vəllad deyir:
İmam Sadiq (ə) buyurdu: "Müsəlman kişi özünün kitab əhlindən olan arvadından irs aparır, amma onun zimmi arvadı (kitab əhlindən olan) ondan irs aparmır". (Mən la yəhzuruhul fəqih, 4/336, hədis:5745; Vəsailuşşiə, 26/11 – bab:11, səh:11, hədis:1;).
Qeyd:
Bəzi alimlərin dediyinə görə, bu hədis o ər və arvadın barəsindədir ki, əvvəlcə hər ikisi kitab əhli olmuş və sonradan kişi müsəlmanlığı qəbul etmiş, lakin arvad öz dinində qalmışdır. Belə olan halda ər arvaddan irs aparır, amma kişinin irsi arvada çatmır. Buna görə də bu məsələdə məlum hədisə istinad etmək doğru olmaya bilər.
2. Əbdullah ibni Sənanın səhihəsi:
«قال: سأله ابی و انا اسمع عن نکاح الیهودیة و النصرانیة فقال علیه السلام : نکاحها احب الی من نکاح الناصبیة؛ ( وسائل الشیعه ج20 ص552، باب 10- از ابواب ما یحرم بالکفر، حدیث1)
.... ما احب للرجل المسلم ان یتزوج الیهودیة و لا النصرانیة مخافة ان یتهود ولده او یتنصر» (وسائل الشیعه، ج20، ص534، باب 1 – من ابواب ما یحرم الکفر – حدیث:5؛)
İbni Sənan deyir:
"Atam İmam Sadiqdən (ə) yəhudi və xaçpərəstlərlə evlənmək haqqında soruşdu. O həzrət (ə) cavabında buyurdu: "Onlarla evlənmək nasibilərlə evlənməkdən daha yaxşıdır". (Vəsailuşşiə, 20/552, bab:10, hədis:1.)
Həmçinin buyurdu: "Mənim xoşuma gəlmir ki, müsəlman kişi yəhudi və xaçpərəst qadınlarla evlənsin. Çünki qorxuram övladları yəhudi və ya xaçpərəst olsunlar". (Vəsailuşşiə, 20/534, bab:1, hədis:5;)
Amma bəzilərinin bu rəvayətlərin mütə qadınlar (müvəqqəti evlənmə) haqqında olması fərziyyəsi məntiqdən uzaqdır. Çünki nikah kəlməsi rəvayətlərdə qeydsiz və ümumi şəkildə işlədilərsə, burada məqsəd daimi nikah və evlənməkdir.
Burada bir mühüm məsələni də nəzərə almalıyıq ki, bu rəvayətlər müsəlman qadınların kitab əhlindən olan qeyri-müsəlman kişilərlə evlənməsinə, yox, müsəlman kişinin kitab əhlindən olan qeyri-müsəlman qadınlarla evlənməsinə icazə verir.
Həmçinin "Maidə" surəsinin beşinci ayəsi də daimi nikah haqqında olarsa, müsəlman kişinin əhli kitabdan olan qadınlarla evlənməsinə icazə verir, amma əhli-kitabdan olan qeyri-müsəlman kişilərin müsəlman qadınlarla evlənməsinə icazə vermir.
3. Müaviyə ibni Vəhəbin səhihəsi:
Bu səhihədə İbni Vəhəb İmam Sadiqdən (ə) belə nəql edir:
« عَنْ أَبِي عَبْدِ اللَّهِ ع فِي الرَّجُلِ الْمُؤْمِنِ يَتَزَوَّجُ الْيَهُودِيَّةَ وَ النَّصْرَانِيَّةَ قَالَ إِذَا أَصَابَ الْمُسْلِمَةَ فَمَا يَصْنَعُ بِالْيَهُودِيَّةِ وَ النَّصْرَانِيَّةِ فَقُلْتُ لَهُ يَكُونُ لَهُ فِيهَا الْهَوَى فَقَالَ إِنْ فَعَلَ فَلْيَمْنَعْهَا مِنْ شُرْبالْخَمْرِ وَ أَكْلِ لَحْمِ الْخِنْزِيرِ وَ اعْلَمْ أَنَّ عَلَيْهِ فِي دِينِهِ غَضَاضَةً » (الكافي ج 5 ؛ باب نكاح الذمية ؛ ص : 356)
"İmam Sadiqdən (ə) yəhudi ya xaçpərəst qadınla evlənən mömin və müsəlman kişi haqqında soruşdum (ki, bu iş şəriət baxımından doğrudur ya yox)?"
Həzrət (ə) sualımın cavabında buyurdu: "(Mömin kişinin) yanında müsəlman qadını olduğu (müsəlman qadınla evlənə biləcəyi) halda, yəhudi və xaçpərəst qadınlarla nə işi var?"
Dedim (Müaviyə ibni Vəhəb): "Onu (yəhidi və ya xaçpərəst qadını) sevir!"
Həzrət (ə) buyurdu: "Belə olan halda (əgər o qadınla evlənərsə) gərək onu şərab içmək və donuz əti yeməyə qoymasın, amma bunu bil, belə adamın dinində çatışmamazlıq və nöqsan var!". (Əl-Kafi, 5/356, bab: Nikahuz zimmiyyə; - Bəlkə də İmamın (ə) məqsədi budur ki, qeyri-müsəlman qadın müsəlman kişiyə xidmət edərkən şəriət qaydalarına əməl edə bilməyəcək. Bu zaman isə kişinin yemək-içmək və geyimlərində nöqsanlar olacaq. Belə olduqda isə ibadərlərində də problemlər ortaya çıxacaq.)
Başqa rəvayətlər də vardır ki, bu rəvayətlərə əsasən müsəlman qadınla evləndikdən sonra, yəhudi və ya xaçpərəst qadınla evlənmək caiz (icazəli) deyildir. Amma bunun əksi caizdir. Yəni əgər müsəlman kişi əvvəlcə yəhudi, ya xaçpərəst qadınla evlənərsə və sonradan müsəlman qadını ilə evlənmək istəyərsə bunun eybi yoxdur. Necə ki xaçpərəst qadınla evləndikdən sonra, yəhudi qadınla evlənməyin eybi yoxdur.
Müsəlman qadının əhli-kitabdan olan kişi ilə evlənməsi caiz deyildir və bu işin caiz olmasına dair Quran və rəvayətlərdə heç bir dəlil və sübut yoxdur.
Əlbəttə bəzi rəvayətlərə görə qadın və kişi hər ikisi qeyri-müsəlman olduqları zaman evlənərlərsə və sonradan qadın müsəlmanlığı qəbul edərsə bunun eybi yoxdur. Yəni həmin qeyri-müsəlman kişidə qala bilər. Amma bu rəvayətlər dəlalət və sənəd baxımından çox zəifdirlər. Bundan əlavə də yuxarıda dediyimiz rəvayətlər və bəzi başqa rəvayətlərlə ziddiyyət təşkil edir.
(Vəsailuşşiə, 20/544, bab:5-7-8-9; hədis: 1-4-5 (başqa çaplarda hədis:2630-26301-26302-26303-26304;
« وسائلالشيعة ج : 20 ص : 544 - 26300- عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ لَا تَتَزَوَّجِ الْيَهُودِيَّةَ وَ النَّصْرَانِيَّةَ عَلَى الْمُسْلِمَةِ»
"Yəhudi və xaçpərəst müsəlman qadını ilə evlənə bilməz!"
عَنْ سَمَاعَةَ بْنِ مِهْرَانَ قَالَ سَأَلْتُهُ عَنِ الْيَهُودِيَّةِ وَ النَّصْرَانِيَّةِ أَ يَتَزَوَّجُهَا الرَّجُلُ عَلَى الْمُسْلِمَةِ قَالَ لَا»
"Səmaə ibni Mehran deyir: O həzrətdən (ə) yəhudi və xaşpərəstlə müsəlman qadını evləndirməyin haqqında soruşdum? Həzrət (ə) buyurdu: Olmaz!"
26304- عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ لَا تَتَزَوَّجُوا الْيَهُودِيَّةَ وَ لَا النَّصْرَانِيَّةَ عَلَى حُرَّةٍ مُتْعَةً وَ غَيْرَ مُتْعَةٍ»
"Yəhudi və xaçpərəst kişiləri müsəlman qadın ilə evləndirməyin, istər daimi olsun, ya müvəqqəti!")
Hər halda əgər müsəlman kişinin əhli-kitabla evlənməsi caizdirsə, deməli sonradan müsəlman olan kişi qeyri-müsəlman arvadı ilə yaşaya bilər. Həmçinin müsəlmanlığı qəbul etmiş qadın yenidən müsəlmanlığı tərk edib, mürtəd olarsa (xaçpərəstlik və yəhudiliyə qayıdarsa) kafir əri ilə yaşamağına davam edə bilər. Bu hökmün dəlili "ürfi təəddi – تعدی عرفی"dir. Yəni müəyyən bir məsələyə aid olan şəriət hökmünün hamı tərəfindən qəbul olunan bir analogiya əsasında başqa bir məsələyə aid edilməsidir.
Məcuslarla evlənmək:
Rəvayətlərə əsasən məcusun hökmü müşrüklərin hökmü ilə birdir. Əgər məcus kişi müsəlmanlığı qəbul edərsə, amma arvadı məcusluqda qalarsa, onların nikahı "iddə"nin axırına qədər öz qüvvəsindədir. Yəni iddə çıxana qədər arvad o kişiyə halal sayılır. Amma iddə çıxmamışdan qabaq hər ikisi (ər-arvad) müsəlman olsalar onların nikahı öz qüvvəsində qalacaq.
Mənsur ibni Hazimin səhihəsində deyilir:
«عَنْ مَنْصُورِ بْنِ حَازِمٍ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِع عَنْ رَجُلٍ مَجُوسِيٍّ كَانَتْ تَحْتَهُ امْرَأَةٌ عَلَى دِينِهِ فَأَسْلَمَ أَوْ أَسْلَمَتْ قَالَ يُنْتَظَرُ بِذَلِكَ انْقِضَاءَ عِدَّتِهَا فَإِنْ هُوَ أَسْلَمَ أَوْ أَسْلَمَتْ قَبْلَ أَنْ تَنْقَضِيَ عِدَّتُهَا فَهُمَا عَلَى نِكَاحِهِمَا الْأَوَّلِ وَ إِنْ هِيَ لَمْ تُسْلِمْ حَتَّى تَنْقَضِيَ الْعِدَّةُ فَقَدْ بَانَتْ مِنْهُ» (وسائلالشيعة ج : 20 ص547 ، حدیث: 26308)
"Mənsur ibni Hazim deyir: İmam Sadiqdən (ə) ikisindən biri sonradan müsəlman olan məcus ər və arvadın barəsində soruşdum?
Həzrət (ə) buyurdular: "Kişi gərək arvadının iddəsinin tamam olmasını gözləsin. Əgər iddə tamam olmamışdan qabaq onlar müsəlman olsalar birinci nikahları öz qüvvəsində qalır. Əgər qadın iddə tamam olana qədər müsəlmanlığı qəbul etməzsə, kişi ondan "bayin" təlaqı ilə ayrılmalıdır". (Vəsailuşşiə, 20/547, hədis: 26308;)
Əhli-kitabla evlənməyi caiz bilən hədis və dəlillərin qarşısında bir ayə və bir-neçə rəvayət vardır ki, bəzilərinin fikrincə bu ayə və rəvayətlər əhli-kitabla evlənməyi caiz bilmirlər.
Allah-taala qurani-kərimdə buyurur:
«لا تمسکوا بعصم الکوافر» ( ممتحنه /10)
"Kafir qadınları öz kəbininiz altında saxlamayın". (Mümtəhənə/10).
Əhli-kitabla evlənməyi düzgün hesab etməyənlər bu ayədən belə nəticə çıxardırlar:
"Bəziləri belə başa düşüblər ki, bu ayə müşrük qadınlar barəsindədir. Amma deyə bilərik ki, ayənin mənası mütləq və ümumidir və əhli-kitabdan olan qadınlara da şamil olur.
Bundan əlavə əhli-kitabdan olan qadınlarla evlənməyi caiz bilməyən rəvayətlərimiz də vardır. Misal olaraq, Məhəmməd ibni Müslimin səhihəsini göstərmək olar.
«صحیحه محمد بن مسلم از امام باقر علیه السلام:
قال سألته عن نصاری العرب اتؤکل ذبائحهم ؟ قال علیه السلام: کان علی – علیه السلام – ینهی عن ذبائحهم و عن صیدهم و عن مناحکتهم» (وسایل الشیعه ج20 باب 1 از ابواب ما یحرم بالکفر؛)
"Məhəmməd ibni Müslim deyir: İmam Baqirdən (ə) məsihilərin (xaçpərəstlərin) kəsdiyi heyvanların ətinin yeyilməsinin halal və ya haram olduğu barədə soruşdum?
Həzrət (ə) cavabımda buyurdular: "Möminlərin Əmiri Əli (ə) (müsəlmanları) onların vasitəsilylə (yəhudi və ya xaçpərəst) kəslmiş və ya ovlanmış heyvanların ətini yeməkdən və həmçinin onlarla evlənməkdən nəhy edirdi". (Vəsailuşşiə, 20- ci cild, 1-ci bab – küfrlə haram olan şeylər babı);
Başqa bir rəvayətdə də əhli-kitabdan olan qadınlarla evlənmək bəyənilməmişdir.
«محمد بن مسلم: عن ابی جعفر – علیه السلام – فی حدیث، قال – علیه السلام - : لا ینبغی للمسلم ان یتزوج یهودیة و لا نصرانیة و هو یجد مسلمة حرة او امة» (وسایل الشیعه، 20/باب 2، حدیث 2 و 3؛)
Yenə də Məhəmməd ibni Müslim İmam Məhəmməd Baqirdən (ə) başqa bir hədisdə belə rəvayət edir:
" Azad və ya qul olmasından asılı olmayarq, müsəlman qadını olan yerdə, yəhudi və xaçpərəst qadınla evlənmək müsəlman kişi üçün yaxşı və bəyənilmiş bir iş deyildir". (Vəsailuşşiə, 20 – ci cild, küfrlə haram olan şeylər babından 2-ci bab, hədis: 3 -2);"
Əlbəttə ikinci hədisin sənədi naqis və natamamdır. Hər ikisinin sənədi tamam və səhih olduqda belə onlar kitab əhli ilə evlənməyə icazə verən çoxlu hədislər və dəlillər ilə qarşılaşa bilməzlər. Buna görə də bu hədisləri və kitab əhli ilə evlənməyi caiz bilən hədisləri bir yerə yığsaq bu nəticəyə çatarıq:
"Kitab əhlindən olan qadınlarla evlənmək olar və bu iş haram deyil, lakin müsəlman qadını olan yerdə qeyri-müsəlman qadını ilə evlənmək "məkruh" və xoşagəlməz haldır".
Kitab əhli ilə evlənməyi caiz bilməyən rəvayətlərin ən mühüm və əsasları o rəvayətlərdir ki, "Kəvafir - کوافر" kəlməsini "Mümtəhənə" surəsinin 10 – cu ayəsində - "La tumsiku biisəmil kəvafir – لا تمسکوا بعصم الکوافر - "Kafir qadınları öz kəbininiz altında saxlamayın" – elə təfsir ediblər ki, bu söz kitab əhlindən olan qadınlara da aid olub. Bu rəvayətlərə görə "kəvafir" ayəsi "Maidə" surəsinin 5 – ci ayəsinin – والمحصنات من الذین اوتوا الکتاب nasixidir, yəni onun hökmünü qüvvədən salaraq ləğv edib və yeni hökm olaraq qüvvəyə minib və icraya qoyulub.
Kitab əhli olan qadınlarla evlənməyə icazə verən rəvayətlərin çox olmasına baxmayaraq, bəziləri bu işin haramlığı fikrini irəli sürmüşlər. Buna isə dəlilləri "Kəvafir" ayəsidir. Çünki bu ayə nikahı haram edən rəvayətləri təsdiqləyir. Həmçinin kitab əhlindən olan qadınlarla evlənməyi haram bilən və icazə verən rəvayətlər bir-biri ilə ziddiyyət təşkil etdikdə, hər ikisi qüvvədən düşür. Bu zaman yeganə dəlil "kəvafir" ayəsi olur ki, o da bu işi haram bilir.
Bu dəlilə olunan irad isə budur ki, onlar ayədəki "kəvafir" sözünün heç bir qeydsiz gəlməsinə əsaslanaraq bu sözün kitab əhlinə də şamil olmasını güman etmişlər. Çünki ayədə "kəvafir" sözünün tamamlığı buraxılmışdır və nəyə küfr edənlərdən danışıldığı məlum deyildir. Əgər Allaha və onun təkliyinə küfr edənlərdən söhbət gedirsə, ayə yalnız dinsizlərə və müşrüklərə aid olar. Əgər İslam peyğəmbərinə (s) küfr edənlərdən söhbət gedirsə, həm dinsizlərə və müşriklərə və həm də kitab əhlinə şamil olar. Biz öz yerində sübüt etmişik ki, bu cür məsələlərdə hər hansı qeyd buraxılarsa, qəti məlum olan miqdara kifayətlənmək lazımdır və ümumi hökm çıxarmaq düzgün deyildir. Bu ayəd qəti məlum olan miqdar, Allaha və onun təkliyinə olan küfrdür. Buna görə də ayənin kitab əhlindən olan qadınlara da şamil olması məlum deyildir.
Digər tərəfdən də "kəvafir" ayəsini rəvayətlərin köməyi ilə kitab əhlinə də şamil etmək əslində ayəyə yox, sünnətə müraciət etmək deməkdir. Bu rəvayətlərin də çox saylı və sənəd və mətn baxımından möhkəm olan cəvaz (icazə verən) rəvayətləri ilə üzləşmək qüdrəti yoxdur.
"Kəvafir" ayəsinin nasix olmasına gəldikdə isə, tarixi faktlara əsasən bu ayə Hüdeybiyyə sülhü zamanı nazil olmuşdur. Və bilirik ki, Hüdeybiyyə sülhü hicrətin altıncı ilinin axırlarında baş vermişdir. Bir tarixi rəvayətə görə Məkkə əhlindən müsəlmanlığı qəbul etmiş bir qadın, peyğəmbərin (s) hüzurna gəldi. Məkkə kafirləri onu geri almaq üçün adam göndərdilər. Çünki Hüdeybiyyə sülhünün bəndlərindən biri bu idi ki, əgər Məkkəlilərdən kimsə Mədinəyə qaçarsa, Mədinəlilər onu geri qaytarmalı, amma Mədinəlilərdən biri Məkkəyə qaçarsa, Mədinəlilərin onu geri almaq hüququ yoxdur. (Biharul ənvar, 20/337; Sireye ibni Hişam, 3/340.)
Bu zaman "kəvafir" ayəsi nazil oldu və məlum bəndin bu məqama şamil olmadığını bildirdi. Çünki sülh müqaviləsinə əsasən Məkkədən qaçan kafirlər onlara qaytarılmalı idi və müqavilədə müsəlmanlığı qəbul edən şəxslərin də qaytarılması qeyd olunmamışdı.
Allah-taala bu ayədə buyurur: "Ey iman gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun! ". (Mümtəhinə/10-11;)
Amma "Maidə sirəsinin 5- ci ayəsinin (ki, bəziləri "kəvafir" ayəsini onun nasixi bilirlər) nazil olma zamanı haqqında ixtilaflar var.
Bəzi rəvayətlərə əsasən Maidə surəsi peyğəmbərin (s) ömrünün axır günlərində nazil olmuşdur. (Təfsirul Burhan, 1/430;)
Bəzi rəvayətlərdə də gəlmişdir ki, Maidə surəsi özündən qabaqkı bəzi hökmləri nəsx (Bir rəvayət və ya ayənin hökmünün başqa bir rəvayət və ya ayə ilə qüvvədən düşməsi və yeni hökmün ucraya qoyulması.) etmişdir. Amma onun heç bir ayəsi nəsx olunmamışdır.
İmam Baqirin (ə) böyük səhabələrindən olan "Zürarə" o həzrətdən (ə) belə nəql edir:
«قال سمعته – علیه السلام - یقول: جمع عمر ابن الخطاب اصحاب النبی (صلی الله علیه و آله و سلم) و فیهم علی – علیه السلام – و قال: ما تقولون فی المسح علی الخفین؟
فقام مغیرة بن شعبه فقال: رأیت رسول الله (ص) یمسح علی الخفین.
فقال علی – علیه السلام -: قبل المائدة أو بعدها؟
فقال: لا ادری.
فقال علی – علیه السلام: سبق الکتاب الخفین انما انزلت المائدة قبل ان یقبض بشهرین او ثلاثة» (التهذیب، ج1ص361، حدیث 1091؛)
"İmam Baqirin (ə) belə buyurduğunu eşitdim: Bir gün Ömər peyğəmbərin (s) səhabələrini ki, Əli (ə) da onlarla idi, bir yerə toplayıb, dedi: (Dəstəmaz alarkən) Ayaqqabının üstündən məsh etmək barədə nəzəriniz nədir?
Bu zaman Müğeyrə ibni Şöbə ayağa qalxıb dedi: Peyğəmbəri (s) ayaqqablarının üzərinə məsh edərkən görmüşəm.
Əli (ə) buyurdu: (Sən onu belə edərkən) Maidə surəsi nazil olandan sonra görmüşdün, ya ondan qabaq?
Müğeyrə dedi: Bilmirəm.
Həzrət Əli (ə) buyurdu: Qurani-kərim Maidə surəsində (ayə:6) ayaqqabının üzərinə məsh çəkməyi qadağan etmişdir. Və "maidə" surəsi də iki ya üç peyğəmbərin (s) vəfatından qabaq nazil olmuşdur."(Ət-təhzib, 1/361, hədis: 1091;)
Übeyd, Məhəmməd ibn Kəəbdən rəvayət edir ki, Maidə surəsinin bütün ayələri vida həcci zamanı (peyğəmbərin (s) son həcci) Mədinə və Məkkə yolunda nazil olmuşdur. (Əl-mənar təfsiri, cild 6, səh. 116;)
Başqa bir maraqlı məsələ Əbu Həmzə Sumalinin (əleyhir-rəhmə) rəvayətində vardır. O deyir:
"İmam Sadiqdən (ə) Maidə surəsinin bütün ayələrinin birlikdə (bir anda) yetmiş min mələklə nazil olduğunu eşitdim".( Kənzud-dəqaiq, 4/22;)
Bu məsələ (yetmiş min mələyin nazil olması) iki mühüm ayənin, yəni "ikmal" (maidə/3) və "təbliğ" (maidə/67) (vilayət) ayələrinin Maidə surəsində olduğuna görədir.
Hər halda Maidə surəsinin nazil olma tarixinə nəzər saldıqda bu nəticəyə çatırıq ki, "kəvafir" (Mümtəhinə/10) ayəsi ( Maidə surəsinin 5- ci ayəsinin nasixi ola bilməz.
Çünki yuxarıda qeyd etdik ki, "kəvafir" ayəsi Hüdeybiyyə sülhündə nazil olmuşdur. Amma Məkkənin fəthi barəsində nazil olmuş "Fəth" surəsi Hüdeybiyyə sülhündən sonra nazil olmuşdur.
Beləliklə də Maidə sursəinin 5- ci ayəsi bizim məsləyə (kitab əhli ilə daimi nikah) müxalifsiz olaraq dəlalət edir.
Allah-taala bu ayədə (Maidə/5) buyurur:
(الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّباتُ وَ طَعامُ الَّذينَ أُوتُوا الْكِتابَ حِلٌّ لَكُمْ وَ طَعامُكُمْ حِلٌّ لَهُمْ وَ الْمُحْصَناتُ مِنَ الْمُؤْمِناتِ وَ الْمُحْصَناتُ مِنَ الَّذينَ أُوتُوا الْكِتابَ مِنْ قَبْلِكُمْ إِذا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ وَ لا مُتَّخِذي أَخْدانٍ وَ مَنْ يَكْفُرْ بِالْإيمانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَ هُوَ فِي الْآخِرَةِ مِنَ الْخاسِرين) – مائده/5؛
"Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!"
Ayənin əvvəl hissəsinə diqqət etsək, görərik ki, mübarək ayənin məqsədi müsəlmanlarla kitab əhlinin əlaqələrini yemək-içmək və nikah zəminlərində yaxşılaşdırmaqdır.
Buna görədə bu hökmün müsəlmanlarla kitab əhlinin əlaqələrinin böhranlı və ziddiyytəli olduğu zaman, (Hüdeybiyyə sülhü ilə Xeybərin fəthinin arası) verildiyi ehtimalı məntiqə uyğun deyildir. Bu ayənin nazil olduğu zaman haqqında iki ehtimal vardır:
Birinci ehtimal:
Ayə Məkkənin fəthindən sonra, yəni hicrətin 8- ci ili və müsəlmanları müşrüklərə və kitab əhlinə tam qələbəsindən sonra nazil olmuşdur. Buna görədə Allah-taala istəyir kitab əhli və müşrüklərin arasında fərq qoysun. Belə ki müşrüklərlə heç cür mülayimlik və iltifat icazəli deyildir, amma kitab əhli ilə müəyyən həddə əlaqələrin yaradılmasının eybi yoxdur. Bu da müsəlmanlarla kitab əhlinin arasında olan müştərək xüsusiyyət, yəni tək Allaha inanmaq və səmavi kitaba əməl etməyə görədir.
İkinci ehtimal:
Bu ayə xeybərin fəthindən sonraya və müsəlmanların kitab əhlinə tam qələbəsindən sonraya aiddir. Allah-taala bu ayəni nazil etməklə müsəlmanlarla kitab əhlinin münasibətlərini və onların arasındakı çəkişmələri azaltmaq və yaxşılaşdırmaq istəyir ki, iki tərəfli əlaqələrin nəticəsində onların da İslam dininə hidayət olması üçün zəmin yaransın.
Başqa sözlə desək qələbədən sonra əvvəlki məhdudiyyətlərin qüvvədə qalmasına ehtiyac yox idi. (Təfsirul əmsəl, 3/539-540;)
Yuxarıdakı araşdırmalarımızın nəticələri olaraq, aşağıdakıları göstərmək olar:
1) Maidə surəsinin 5- ci ayəsi – «...و المحصنات من الذین اوتوا الکتاب...», "kəvafir" ayəsindən - - «و لا تمسکوا بعصم الکوافر» sonra nazil olmuşdur.
2) "Kəvafir" ayəsi Maidə surəsindən qabaq nazil olmuşdur və Maidə surəsinin 5- ci ayəsini nəsx edə bilməz.
3) Mümtəhinə surəsinin 10- cu ayəsindəki "kəvafir"dən məqsəd kitab əhli deyil, müşrüklərdirlər.
4) Kitab əhlindən olan qadınlarla evlənməyə icazə verən rəvayətlər sənəd və mətn baxımından müxalif rəvayətlərdən mötəbərdirlər.
5) Dəlillərə görə yəhudi və xaçpərətlərlə evlənmək caizdir. Amma müşrik və məcuslarla evlənmək caiz deyildir.
- Ayrıntılar
- Kategori: Qadın
- Gösterim: 3261
Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir:
"Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan?
Allahın rəsulu (s) buyrudu:
- Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:
1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı.
2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər.
3. Bir qadını sinəsindən asmışdılar.
4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı.
5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar.
6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı.
7. Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi.
8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi.
9. Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu.
10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular.
Həzrət Fatimə (s) atasından soruşdu :
- Ey Allahın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et.
Allahın rəsulu (s) buyurdu :
- Ey qızım, saçından asılmış qadın saçlarını naməhrəmdən örtmürdü.
Dilindən asılmış qadın həmişə ərini (pis sözlərlə) acılayırdı.
Sinəsindən asılmış qadın sinə və bədənini naməhrəm kişilərə göstərirdi.
Qıçlarından asılmış və odda yanan qadın ərindən icazəsiz evdən çıxırdı.
Bədəninin ətini yeyən qadın özünü naməhrəm kişilər üçün bəzəyirdi.
Əlləri ayaqlarına bağlanmış, ilan və əqrəblər bədəninə dolanmış qadın təmizliyinə diqqət etmirdi (qüsüllü halda qalırdı).
Kar , kor və lal olan qadın zinadan uşaq dünyaya gətirmiş və uşağı ərinin boynuna atmışdi.
Bədənini odlu qayçı ilə qayçılayan qadın, kişilər ona baxıb ləzzət alsınlar deyə, özünü bilərəkdən naməhrəm kişilərə göstərirdi.
Əl-üzü yanaraq bağırsaqlarını yeyən qadın naməhrəm qadın və kişiləri haram iş görmək üçün bir-birinə calayırdı.
Başı it başı, bədəni eşşək bədəni olan qadın söz gəzdirir və çox yalan danışırdı.
İt şəkilində olan, od onun arxasından girib ağzından çıxan qadın günah məclislərində haram mahnılar oxuyub, başqalarına həsəd aparırdı .
Sonra Peyğəmbər (s) buyurdu:
- Vay olsun o qadına ki, ərini qəzəbləndirər! Xoş o qadının halına ki, həmişə əri ondan razı olar".
Əziz müsəlman ana və bacılar, sizdən xahiş edirik ki, həzrət peyğəmbərin (s) Merac hədislərini oxuyub, əməl edəsiniz və onları başqalarına da çatdırasınız .
Əzim