Həzrət Höccətül-İslam vəl-müslimin hacı Şeyx Qulamriza Firuziyan buyurub:
Hicri şəmsi təqvimilə 1323-cü ilin yayında Vənək (müstəvfa) şəhərində minbərə gedirdim. Oranın məscidinin imam camaatı ali cənab bir seyid idi. Hazırda, 55 il keçdiyinə görə, onun adı yadımdan çıxıb.
Onunla danışıqlarımız arası mənə belə bir hadisə danışdı:
“Bir gün evin qapısı möhkəm səslə döyüldü. Gəlib qapını açdığım zaman, qarşımda yarıçılpaq, hicabsız, bəzənmiş və qolu və sinəsi açıq bir qadın gördüm. İstədim qapını bağlayım və ona etina göstərməyim. Fikirləşdim ki, bir ruhaninin evinə bu görünüşdə gəlməsinin səbəbi, ola bilsin hicabsızlığın eyiblərini bilmədiyinə görədir və bəlkə də ona nəsihət edə bildim.
Başımı aşağı saldım və dedim: “Buyurun.” Otağa girdi və oturdu. Məndən irs haqqında bir məsələ soruşdu. Mən dedim: “Xanım, mənim də sizdən bir sualım var. Əgər cavab versəniz, mən də sizə cavab verərəm.” Dedi: “Siz məndən?” Dedim: “Bəli.” Dedi: “Buyurun.”
Dedim: “Bir nəfər hardasa yemək yeməklə məşğul olsa, yemək də çox dadlı və gözəl ətirli olsa, bir nəfər ac adam da onun yanından keçən zaman ayaqları yer tutmur və onun qarşısında əyləşir ki, bəlkə ona yeməkdən təklif edər. Amma, yemək yeyən şəxs ona heç bir etina etmir.
Ac şəxs bir tikə yemək istəyir. O isə deyir: “Yemək mənə aiddir, vermirəm.” Ac yalvarır. Amma, o yeməyə davam edir.
Xanım, bu necə adamdır?”
Dedi: “O rəhimsiz adam, Şümürdən də pisdir.”
Dedim: “Ac iki cürdür. Biri qarın acı, o biri şəhvəti ac.
Qərbli və şəhvət acı olan bir cavan yarıçılpaq və gözəl bir qadını görür. Bu qadın ürəyə yatan müxtəlif ətirlər və bəzəklər işlədib. Onunla nə qədər yol gedir ki, bəlkə qadının diqqətini cəlb etsin və ona bir qədər gülər üz göstərsin. Qadın isə, ona etina etmir.
Cavan sevgisini bildirir. Qadın məhəl qoymur. Cavan xahiş edir. Qadın deyir: “Mən nəcabətli adamam və səninlə söhbət etmək istəmirəm.”
Cavan yalvarır. Qadın etina etmir. Bu qadın necə adamdır?”
Xanım bir az düşündü. Yerindən qalxdı və evdən çıxıb getdi.
Səhəri gün evin qapısı döyüldü. Gedib qapını açdım. Gördüm qapıda bir polkovnik dayanıb. Evə gəlməyə icazə istəyir. Otağa girdi və oturdu. Dedi: “Mən dünən bura gələn qadının əriyəm. Onunla evlənən zaman dindar ailə olduğumuz üçün, ondan hicablı olmasını istədim. O zaman dedi: “Evlənəndən sonra.” Amma, sonra ona nə qədər dedimsə, xahiş etdimsə, təhdid etdimsə faydası olmadı və qəbul etmədi. Amma, dünən gəldi və məndən İslami örtük və çadra istədi. Bilmirəm siz dünən ona nə dediniz?”
Hadisəni ona danışdım. O, özü ilə gətirdiyi əbanı mənə verdi, təşəkkür edib getdi.
Tərcümə etdi: M. Əhmədov