Yazarlar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Uşaq
- Gösterim: 2335
Az yaşlı uşaqların məscidlərdə hazır olmaları barədə İslam dininin baxışı necədir?
Təcrübə sübut edib ki, uşaqların məscid, dini ayinlərin icrası və cəmiyyətdən təcrid olunması, onların gələcəkdə bu cür məsələlərə laqeyd və həvəssiz yanaşmaları ilə nəticələnmişdir. Buna görə də uşaqların məscid və məscid kimi mühitlərlə ünsiyyətdə olmaları və namaza öyrəşdirilmələri zəruri bir məsələdir.
Uşaqlıq çağları çox dəqiq və həssas dönəmlərdir. Əgər bu fürsətdən düzgün istifadə olunmazsa sonrakı dönəmlərdə uşaqları düzgün yola yönəltmək bir o qədər də asan məsələ olmayacaqdır.
Uşaqların məscid və namaz əhli olmalarında valideynlər böyük rol oynayırlar. Çünki insanların İslam əxlaqına və gözəl fərdi-ictimai adətlərə uyğun tərbiyələnməsi məhz uşaqlıq çağlarından başlayır. Dinimizdə vacib olan bir sıra əməlləri məxsusən namazı elə uşaqlıq çağlarında onlara öyrətmək lazımdır. Əgər kiçik vaxtlarından namaza adət edərsə, həyatının bütün mərhələlərində cismi inkişaflara baxmayaraq namaz qılmaq heç zaman ona yük olmayacaqdır.
Bu məqamda qarşıya belə bir sual çıxır, uşaqların məscidlərə öyrəşdirilmələrinin zəruri olmasını nəzərə alaraq, İslam dininin uşaqların məscidlərdə hazır olmaları barədə baxışı necədir?
Hədis və rəvayətlərə baxdıqda bu sualın cavabında iki cür cavabla rastlaşırıq:
1. Bir sıra hədislər uşaqların məscidə daxil olmalarını məkruh bilir.
2. Başqa bir qrup hədis uşaqların məsciddə hazır olmalarını caiz bilir və bu işə təşviq edir.
Uşaqların məscidə daxil olmalarını məkruh bilən cəmi iki-üç hədis vardır ki, müxtəlif yollar və ravilər vasitəsi ilə nəql edilmişdir. Bu hədislərin kəlmələrinin arasında bəzi ixtilaflar vardır. Rəsulullah (s) bu hədisdə belə buyurur: "Dəliləri və uşaqları məscidlərinizdən uzaq saxlayın."
Bu hədisə əsasən bir qrup alim uşaqların məscidə daxil olmalarını caiz bilməmişlər.
Bu hədislərin qarşısında bir çox qaynaqlarda Peyğəmbər (s) və onun səhabələrinin öz uşaqlarını məscidlərə apardıqlarına rast gəlirik. Təkcə üç-dörd yaşında uşaqlar deyil, bəlkə səhabələrin həyat yoldaşları hətta südəmər uşaqlarla belə camaat namazında məscidlərdə iştirak edirdilər. Bu hədislərdə İslam Peyğəmbəri (s) bir dəfə də olsun onlara uşaqları gətirdikləri üçün etiraz etməmişdir.
Bu iki qrup hədisi nəzərə aldıqda onların arasında zahiri ziddiyyət müşahidə olunur. Halbuki onların arasında heç bir ziddiyyət yoxdur. Uşaqların məscidə gəlmələrini qadağan edən hədislər bir sıra uşaqlara şamil olunur. Bəzi uşaqlar həddən artıq şuluğ və dəcəl olurlar. Bu surətdə onların məscidləri bulaşdırmaları və məsciddə nəzm-intizamı pozma ehtimalı daha coxdur. Keçmiş zamanlara nəzər saldıqda onların yaşadıqları şəraitdə uşaqların münasib geyimləri yox idi və bu halda onların məscid və məscidlərdəki insanları bulaşdırma ehtimalı daha çox idi. Ona görədə bu kimi hədislər uşaqların məscidə gəlmələrini məkruh bilir. Nəzərə almaq lazımdır ki, uşaqları məscidlərdən uzaqlaşdırmaq onların analarına da məscidə gəlməkdə məhdudiyyətlər yaradır. Uşaqların tərbiyəsi anaların öhdəsinə düşdüyü üçün onlar məscidə öz uşaqları ilə gəlmək məcburiyyətindədirlər.
Başqa bir tərərfdən də bir çox hədislər uşaqların məscidə gəlmələrini bəyənir və bu işə təşviq edirlər.
Bütün bu deyilənləri nəzərə alanda uşaqların məscidə gəlməsi caiz bilinir. Çünki bu işə qadağa qoyan hədislər müxtəlif şərtlər altında qeyd edilmişdir. Başqa bir tərəfdən uşaqların təlim-tərbiyə məsələsi daha əhəmmiyyətli olduğu üçün onların məscidə getmələrinə icazə verilir.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Uşaq
- Gösterim: 3934
Hazırda internetdən istifadə etmək insanların ən ümdə gündəlik fəaliyyətlərindən birinə çevrilib. Milyardlarla peşəkar və qeyri-peşakar istifadəçiləri olan bu beynəlxalq şəbəkədə istənilən mövzunu ən tez zamanda əldə etmək mümkündür. Habelə, internetin rəngarəngliyi, servislərin yüksək sürəti və asan istifadə qaydaları günü-gündən milyonlarla insanın bu şəbəkəyə cəlb olunmasına səbəb olur. Bütün bunlara əsasən, yaxın gələcəkdə bütün insanların məcburən beynəlxalq veb şəbəkəsinə qoşulacağını əminliklə qeyd etmək olar.
Hər bir halda, dünyanın müxtəlif ölkələrində mühafizəkar və ya modern ailələr artıq internetin dəyərini anlamış və onun səmərəliliyini etiraf etmişlər. Elmi və ixtisas mövzuları, sürətli və “online” xidmətlər, xərclərə qənaət, sağlam əyləncələr, elmi səviyyənin inkişafı üçün lazım olan digər zəngin informasiyalar bir düyməni basmaqla yaşından aslı olmayaraq hər bir ailə üzvünün şəxsi monitorunun önündə sıralanmaqdadır. İnternetin cazibəsi, sürət və asanlıqla ehtiyac duyulan informasiyaları əldə etmək imkanları insanları saatlarla monitorun önündə oturmağa məcbur edir.
Bir informasiya vasitəsi kimi internetin faydalı cəhətləri çoxdur. Belə ki bu şəbəkədə ölkə gündəmini izləmək, qəzet və jurnalları oxumaq, “online” fəaliyyət göstərən kitabxanalardan istifadə etmək, elektron poçtdan faydalanmaq, mədəni-ictimai, iqtisadi fəaliyyətlər aparmaq üçün münasib imkanların mövcudluğu heç kəsə sirr deyil.
Lakin danılmaz faktdır ki, internet faydalı olduğu qədər təhlükəli və zərərlidir. Uşaq və yeniyetmələr daha tez təsir altına düşdüklərindən bu təhlükə və zərərlər daha çox onlara yönəlməkdədir. Bütün bunları nəzərə alaraq, internetin bu yönü tam olaraq kontorol edilməlidir. Lakin, mövcud statiskalara əsasən, əksər valideynlər övladlarının internet fəaliyyətlərinə nəzarət etmir və ya bu məsələyə ciddi yanaşmırlar.
İnternetdən ən çox istifadə edənlər gənclərdir. İstifadə qaydasının asanlığına görə uşaqalar da çox rahat şəkildə bu şəbəkəyə qoşula bilirlər. Bu sahədə aparılan tədiqatlar göstərir ki, təkcə Amerikada 2005-ci ildə 77 milyon uşaq internet şəbəkəsinə daxil olmuşdur. Bəzi mütəxəssislərin fikrincə, ilk dəfə qeyri-əxlaqi saytlara daxil olan uşaqların yaş həddi 11 yaşdan 5 yaşa qədər düşmüşdür.
İnternetdə əxlaq soyqırımı
İnternetdə fəaliyyət göstərən hər bir sayt, qurum öz mənafelərini güdür. Əgər bir qrpup şəxs bu vasitədən istifadə edərək insanların maarifləndirilməsi, sağlam əyləncə, ictimai və ya iqtisadi yönlərdə fəaliyyət göstərirlərsə, başqa bir qrup da uşaq və gənclərin təcrübəsizliyindən sui-istifadə edərək, onları azğınlıqlara sürükləməyə can atırlar.
Öz otağında tənha olan uşaq çox rahat halda müxtəlif erotik, tanışlıq, çat saytlarına qoşulub, əxlaq və iffətə zidd şəkilləri görə, tanımadığı adamalarla ünsiyyət qura və onlarla əlaqə yarada bilirlər. Erotik foto və filmləri seyr edən və cinsi meylləri kəskinliklə qıcıqlanan uşaq və gəncin fəsad və əxlaqsızlığa sürüklənməsi qaçılmazdır.
Valideynlərin internet sahəsində az məlumatlı olduqlarına görə internetdən istifadə edən övladlarını kontrol etməmələri və müxtəlif qeyri-əxlaqi saytlara çox rahat şəkildə daxil olmaq imkanları internetdən sui-istifadə edilməyə səbəb olmuşdur. Cinsi pozğunluq qədim tarixə malik olsa da, günümüzdə internet onun həyata keçirilməsini asanlaşdırmışdır.
Əgər istənilən axtarış motorunda seksə aidiyyatı olmayan bir kəlməni axtarsaq, minlərlə sırf pornoqrafik saytlarla qarşılaşacağıq. Baxmayaraq ki, uşaqların uyğun saytlara girişi məhduddur, lakin bir çox internet qrupları tərəfindən bu kimi materiallar “səsli fayllar” formatında qaçaq edilir və internet istifadəçiləri müxtəlif vasitələrlə onları gizli saxlaya bilirlər. Hətta belə şəkillər elektron poçtu vasitəsi ilə də digərlərinə ötürülür.
Doktor Con Mani “Dostluq qanunları” kitabında yazır: “İnsan beyni uşaqlıq çağından cinsi meyllər yönündə formalaşır. Formasından asılı olmayaraq bütün cinsi pozğunluqların kökü uşaqlıq çağlarına qayıdır”.
Yalnız pornoqrafik səhnələr deyil, hətta qəzet və jurnallarda dərc edilən “təbii və normal” hesab etdiyimiz fotolar da uşaqlarda mənfi təsirlərini buraxmaqdadır. Doktor Cudis Rayzmen yazır: “Qəzet və jurnallarda dərc edilən “mötədil” fotolar pornoqrafik şəkillər qədər fəsadcıl və təklükəlidir”.
500 qabaqcıl və inkişaf etmiş şirkətlərdə aparılmış tədqiqatlar zamanı məlum olmuşdur ki, kişi işçiləri iş vaxtlarının 62 faizini monitor arxasında erotik saytlarını seyr etməklə keçirirlər.
Qeyd edilməsi lazım olan məqamlardan biri də budur ki, internetdən yalnız səmərəli istifadə etmək istəyənlər də təsadüfi olaraq pornoqrafik saytlarla qarşılaşa bilərlər. Misal olaraq, 8 yaşlı qız internetdə “Sindirla” əfsanəsini axtararkən, axtarış proqramında “Sindrla” kəlməsini yazdıqda bir çox versiyalarla qarşılaşır. Bu versiyalardan biri “Sindirlanı yalnız özünüz görün” başlığından ibarətdir. Bu linkin üzərinə tıklayan qızcığaz qəfildən lüt bir qadının öz cunsi orqanı ilə oynadığını görür. Belə halları cinsi soyqırım adlandırmaq lazımdır.
Məşhur tədqiqatçı Robert Friman ADL-dən istifadə edərək tədiqqat aparmışdır. O, bu axtarış proqramında “kontrol” və “valideyn nəzarəti” kəlmələrini qeyd edərək məhz cinsi yaxınlıq haqqında məlumat verən 12508 sayt tapmışdır.
İnternetdə minlərlə pornoqrafiyanı təbliğ edən reklam nümünələri vardır. Əksər bu reklam çarxları istifadəçilərin mütləq 18 yaşdan yuxarı olmalarını iddia etsələr də, bu saytların heç birində yaş həddi araşdırılmır. Çox rahatlıqla 10 yaşlı uşaqlar da bu saytlarda qeydiyyatdan keçib, göstərilən materiyallardan istifadə edə bilərlər.
Statistik göstəricilərə əsasən, 76 faiz uşaq və yeniyetmələr internetdən istifadə etmə məharətinə malikdirlər. Onlar əyləncə vasitəsi olaraq elektron poçtundan və ya çat otaqlarından istifadə edirlər. Yaxud da şəbəkədən əyləncəli axtarışlar, məktəbə aid tədqiqatlar və ya ümumi informasiyalar əldə etmək üçün “load down” vasitəsi ilə kitab, müsiqi, film və s. kimi fayllar öz kompyüterlərinə yükləyə bilirlər.
Günümüzdə valideynləri narahat edən məsələlərdən biri də internet pornoqrafiyasından öz övladlarını necə qoruyacaqlarıdır.
Bəzi tədqiqatçıların nəzərincə, internet pornoqrafiyasının qarşısını almağın yeganə yolu cəmiyyəti onun zərərlərindən xəbərdar etməkdir. Çünki, əgər insanlar internetin mahiyyətindən xəbərdar olsalar, pornoqrafiyanın qarşısını almağa çalışarlar. Ona görə də cəmiyyətdə bu istiqamətdə maarifçilik işinin aparılması zəruridir.
Tarix və ilahiyyat üzrə alim Filip Cenkins “Dözülməz məsələ: İnternetdə uşaqların pornoqrafiyası” kitabında uşaqların internetdə pornoqrafik materiallardan istifadə etməyin yolunu çətinləşdirmək məqsədi ilə bəzi çıxış yolları göstərmişdir. Onun fikrincə, internetdə pornoqrafiya ilə ən yaxşı mübarizə üsulu belə materialları təbliğ edən reklam çarxlarını məhv etməkdir. Reklam tablolarını məhv etmək hər ölkənin daxili qanunlarına əsasən həyata keçirilməlidir ki, tədriclə belə məlumatları əldə etmək çox çətin bir məsələyə çevrilsin.
İnternetin uyğun mövzuda təhlükə və zərərlərini nəzərə alaraq bir çox ölkələrdə, missal olaraq, İngiltərə, Misir və Türkiyədə pornoqrafik informasiyalar yayan saytlarla mübarizə aparmaq üçün qanun qəbul edilib.
İnternetdə “məhəbbət” macəraları
Bir çox gənclər çat vasitəsi ilə özlərinə dost və sevgili axtarmaqdadırlar. Çat vasitəsi ilə tanışlıqlar virtual olduğundan qarşı tərəflər bir-birilərini görmür və tanımırlar. Hətta bəzən kişi özünü qadın, qadın özünü kişi və yaxud heç bir ali təhsilli olmayan şəxs özünü təhsilli, işsiz özünü iş adamı kimi tanıtdırmağa çalışır.
İstənilən çat otağına daxil olarkən əksər oğlanların bir “sevgili” axtarışında olmasının şahidi oluruq. Bu otaqlarda söhbət tərzi demək olar ki, yalnız bu istiqamətə yönəlmişdir. Bu vasitə ilə tanış olanların məqsədi pak olmadığından və əksər tanışlıqlar səthi olduğundan bu kimi dostluqların ömrü də ani olur. Amma aylarla qarşı tərəfi özünün “ağ atlı oğlan”ı hesab edən, onun şirin vədələrinə inanan, ona bütün qəlbi ilə bağlanan yeniyetmə qız “sevgi”sində məğlubiyyətə uğrayanda şiddətli iztirab və stresslər burulğanına düşür. Qız uşaqlarına dəyən bu kimi mənəvi zərbələr onların həyatını alt-üst etməyə belə qadirdir.
Bəzən müşahidə edilir ki, oğlan qızı sədaqətlə, ülvi məhəbbətlə sevdiyini iddia edib onu aldadır, min bir hiylə ilə onun fotolarını ələ keçirir. Fotolar ələ keçdikdən sonra oğlan qızı şantaj edir, onu mənfur məqsədlərinə çatmaq üçün tabe etməyə çalışır.
İnternetdə missioner fəaliyyətləri
Qeyd edək ki, bir sıra missioner təşkilatları internet vasitəsilə yetərincə məlumatı olmayan gənclərə təhrifə məruz qalmış inaclarını təbliğ edirlər. Onlar internetin mövcud imkanlarından istifadə edərək qeyri-səhih informasiyalar, montaj edilmiş, bəzədilmiş foto və filmlərlə saf cavanları yoldan çıxarır, onları öz mənfur istəklərinə tabe edirlər.
Digər batil dinləri təbliğ edən missionerlərdən əlavə, satanizmi- şeytanpərəstliyi təbliğ edən saytların sayı da həddindən artıq çoxdur. Qeyd etmək lazımdır ki, belə firqələrin təhlükəsi olduqca böyükdür. Şeytanpərəstlərin əsas fəaliyyət mərkəzi elə internetdir. Onlar bu şəbəkə vasitəsi ilə yeni üzvlərini qeydiyyatdan keçirirlər. Fikir və düşüncəsi puç və batil olan bu firqəyə üzv olmaq üçün əsas şərtlər kəskin halda içki içmək, uyuşdurucu maddələr qəbul etmək, hər bir müqəddəs inancı, xüsusilə Allahı danmaqdır. Satanistlər bu minvalla hətta İran kimi bir İslam respublikasında onlara ciddi nəzarətin olmasına baxmayaraq, 70 batil firqə yaratmağa nail olmuşlar.
Bütün bu informasiyalarla üz-üzə olan yeniyetmə və gənclər çaşbaş qalırlar. Onlar düzgün istiqamətləndirilmədikdə haqq donuna girmiş batil inanc və yalanların qurbanlarına çevrilirlər.
Bildiyimiz kimi, İslam dinində insanları azğınlıq yoluna çəkən kitabların kütlə arasında paylanılması, satışı qadağandır. İslamın bu hökmü azad tədqiqata qarşı deyil. Əksinə İslam dini insanları ideoloji prinsplər haqqında dərin araşdırmalar aparılmasının tərafdarıdır və buna əməl etməyi hamıya vacib etmişdir. Lakin İslam bu sahədə məlumatı olmayan və ya bəsiti nformasiyası olan şəxslərin qeyri-səhih məlumatların qurbanı olmasını istəmir. Dərin dini savadı olmayan şəxsin haqq cildinə girmiş batili ayırd etməsi müşküldür. Belə şəxslərin batili haqq bilərək qəbul etmə ehtimalı çoxdur. Allah-Təala Qurani-Kərimdə buyurub ki, mömin şəxslər eşitdiklərinin ən yaxşısını qəbul edirlər. Amma hamımıza məlumdur ki, “ən yaxşısını” seçmək böyük elm və bacarıq tələb edir və bunun öhdəsindən heç də hamı gələ bilmir. Monitor önündə oturub, müxtəlif əqidə və fikirlərlə qarşı-qarşıya olan yeniyetmələrin haqqı seçib, yanlış düşüncələrdən amanda qalması ehtimalı çox azdır.
İnternet narkomanlığı
İnternetin çox cazibəli olması əksər istifadəçiləri özünə aludə edir. Bu şəbəkəyə qurşanan gənc artıq ondan ayrıla bilmir. Virtual aləm onun real həyatına çevrilir. Böyük vaxt itkisindən əlavə internetə qurşanmış şəxslər bir çox ruhi və psixoloji xəstəliklərə məruz qalırlar. Misal olaraq iztirab, pərişanlıq, qabalıq, qərarsızlıq yaradan müxtəlif fikirlər və s. kimi xəstəliklərin adlarını qeyd etmək olar. Bu internet xəstəliyini müalicə etmək üçün bir neçə metodu qeyd edirik:
1- İnternetə girş və çıxışlarınızı kontorol edin;
2- Əgər ay ərzində internetə 20 saat daxil olur və bu məkanlarda çat və veyillənməkdən başqa bir işiniz yoxdursa, tədriclə bu vaxtı azaltmalı və 3 aylıq proqram əsasında bu saatı yarıyacan qısaltmalısınız;
3- İnternetdən səmərəli istifadə etməyə çalışın. Məsələn, elmi-mədəni saytlardan da istifadə edin. İnternet əyləncə və vaxt tələf etmək məkanı yox, sürətlə iş görmək yeridir!
4- Gün ərzində 2 dəfədən çox e-mail yoxlamayın;
5- Başqalarına mane olmayın və onların şəxsi həyatı ilə oynamayın;
6- Həmişəlik olaraq pornoqrafik saytların üzərindən xət çəkin.
Valideynlərə məsləhətlər
Uşaqlarınıza nəzərət etmək üçün heç bir proqrama arxalanmayın
Nəzərə alınmalıdır ki, Filter və blok proqramları evinizdə internet təhlükəsizliyinin yalnız bir hissəsini təmin edir. Buna əsasən, bu proqramların mövcud olması, sizi uşaqlara nəzarət etməməyə arxayın etməməlidir. Bu məsələdə hər zaman ayıq-sayıq olun.
Uşaqlarla ünsiyyət qurun
Müxtəlif vasitələrlə uşaqlarınızla ünsiyyət qurmağa çalışıb, onları internet təhlükələrindən xəbərdar edin. Qeyd etmək lazımdır ki, uşaqlarınızla danışarkən heç vaxt tələsməməlisiniz. Səbrlə, arxayınlıqla onlarla maarifləndirmə işi aparın.
Diqqətli olun
Uşaqlarınızın yüklədikləri qrafik fayıllarını nəzarətə alın. Tif, gif, jpg formatlı faylların qeyri-əxlaqi məlumatlar daşıması mümkündür. Bu məsələyə də xüsusi diqqət yetirin.
İnternetdən istifadə edən uşaqlarınızla birgə olun!
İnternet xidmətləri və uşaqlarınızın istifadə etdiyi proqramlar haqqında mükəmməl məlumat əldə edin. Onlardan tələb edin ki, internet danışıq otaqlarında davranış tərzlərindən və ya “online” oyunlardan necə istifadə etdikləri haqqında sizə məlumat versinlər.
Öncədən planlaşdırın
Uşaqlarınızla qarşılaşa biləcəkləri “online” məsələlər haqqında söhbət edin. Uşaqları danlamaq əvəzinə, onlara öyrədin ki, internet xaricində olan həqiqi həyat dəyərləri həmişə internet dəyərlərinə hakimdir.
Uşaqların digər bacarıqlarını təşviq edin
Uşaqlarınızı internetdən həddindən artıq çox istifadə etməyə qoymayın. Çünki bu proses onların sağlamlığına zərərli ola bilər. Buna görə də onları digər fəaliyyətlər, misal olaraq, ev mühitindən xaricdə idmanla məşğul olmağa təşviq edin.
Onlara örnək olun
Əgər siz övladlarınıza qeyri-qanuni proqramların yüklənilməsinə icazə verirsinizsə, onların dərs oxumadığına, ev tapşırıqlarını yerinə yetirmədiklərinə görə təəccüblənməyin.
İnternetdən istifadə edilən zaman və məkana diqqət edin
Kompyüterinizi ümumi otaqda yerləşdirin ki, ona nəzarət edə biləsiniz. Yad şəxsləri uşaqların yataq otağına daxil olmasına və hətta onlara komyüterinizdən istifadə etməyə icazə verməyin. Yalnız siz evdə olduğunuz zaman uşaqlarınızın internetdən istifadə etmələrinə icazə verin.
Niyam Aqil
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Uşaq
- Gösterim: 3281
Hər bir uşaq soruşar: Allahı nə üçün görə bilmirəm? Allah nə qədər böyük, harada? Allahı kim yaratdı, necə bir varlıq? Allah nə üçün birdir? Təlaş etmək yersizdir. Hamısının cavabı var:
"Ağılı olmayanın dini də yoxdur" deyən Allahın qullarına ən böyük neməti şübhəsiz ki, ağıldır. Ağılı inkişafda saxlamanın tək yolu isə maraq duyğusu. Maraq duyğusunun ünvanladığı suallar ağılı inkişafda saxladığı kimi eyni zamanda imana da təsir edər. Amma hadisənin əhəmiyyətinin fərqinə varmadan "fazla maraq iyi deyildir" deyib, "hər şeyə əhəmiyyət vermək olmaz" düşüncəsinə sahib olanlar, suallardan qorxarlar. Hələ də bu suallar Yaradıcının mahiyyətini və varlığını təşkil edərsə və bir uşaq tərəfindən soruşularsa iş dəhşətlidir. Az qala hər uşaq başında bu sualları gəzdirər və bunlara cavab axtarar:
Allahı nə üçün görə bilmirəm?
Allah nə qədər böyük?
Allah harada?
Allahı kim yaratdı?
Allah necə bir varlıq?
Allah niyə birdir?
Allah, eyni anda bu qədər işi necə edir?
Allah, meyvə yaratmaq üçün, niyə ağac yaradır?
Allah yaradır, yaxşı təbiət nə edir?
Bu suallar valideynlərin bir qisimini qorxudar. Hələ cavab verməkdə çətinlik çəkən valideynlərdən çoxu belə sualları soruşmağı uşaqlarına qadağan da edərlər. Halbuki hər şeyi Yaradan, bu suallara da mütləq cavab yaratmışdır deyə rahat olub, uşaqların düşünəcəyi şəkildə suallara cavab vermənin yolunu axtarmaq daha məntiqli bir yol. Necə ki, yuxarıdakı sualları və sualların cavablarını ehtiva edən bir kitab hazırlayan pedaqoq yazar Özkan Element, "Suallardan əsla qorxmayın! Yapışın sualların quyruğuna və çəkə bildiyiniz qədər çəkin. Arxasından böyük bir cavab gələcəkdir. Yetər ki, doğru cavabları tapma yolunda, maneələri aşacaq qədər səy göstərin, araşdırın və oxuyun. Əgər ağılınıza bir sual gəlirsə, mütləq bir cavabı vardır" deyir. "Uğurböceği Nəşrləri"nin nəşr etdiyi "Allah`ı Merak Ediyorum" adlı kitabda, dərhal hər uşağın və hətta böyüyün Allah Haqqında cavab axtardığı suallara məntiq yoluyla necə cavab verilə biləcəyi ifadə edilir.
Yazarın oğulunun birdən "Allahı niyə görə bilmirəm ata?"deyə soruşmasından təəccüblənməsini dilə gətirərək, bu kitabı ona verəcəyi cavabları düşünərkən hazırladığını ifadə edən, xoş bir həyat xatirəsi ilə başlayan kitab, yaşı 9-dan çox olan uşaqlara xitab edir.
Budur sizə kitabdan ürək oxşayan iki nümunə:
Allah, eyni anda bu qədər işi necə edir?
Allah haqqındakı sualların bir çoxu, Allahı öz təfəkkür səviyyəmizdə düşündüyümüz üçün ağılımıza gəlir.
“Mən edə bilmirəm o zaman Allah necə edir?” deyərək soruşuruq:
“Mən bir anda iki işi edə bilmirəm, Allah necə saysız işləri eyni anda edir?”
Doğru! Sən eyni anda iki fərqli istiqamətə baxa bilmirsən. Eyni anda iki ayrı sözü söyləyə bilmir, sənə deyilən iki sözü eyni anda eşidə bilmirsən. Eşitsən də, anlamırsan. Bədəninin və ağılının sərhədləri var. Eyni anda birdən fərqli şeyi edə bilmir, hətta düşünə bilmirsən! Amma bahar gəldiyində, milyardlarla çiçək bir gecədə açır. Çiçəklər açarkən, saysız yumurtanın içindən saysız quş çıxır. Quşlar yumurtalarının içində yavaş-yavaş böyüyərkən, torpağın altına atılan milyardlarla toxum cücərir.Toxumlar, minicik minicik cücərərkən, səmadakı buludların qarınında yağış damlacıqları yaradılır.Yağışlar şirin tıppıltılarıyla yer üzünə düşərkən, minlərlə ana dünyaya minlərlə körpə gətirir. Minlərlə körpənin ilk qışqırığı analarının qulaqlarında əks-sədalandığı anda, günəşdə saysız işırtı meydana gəlir. Ayın səthinə minlərlə meteor düşür və uşaqlar sevinc içində, səmanın mavi bədənində açan rəngarəng bir göyqurşağını bir-birlərinə göstərirlər. Göyqurşağı, tərtəmiz gülümsəyərkən, dənizlərin metrlərcə dərinliyində, milyardlarla kiçik balıq, ilk dəfə üzgəclərini hərəkət etdirir.
Balıqlar, rəngli mərcan qayalıqlarından sürətlə uzaqlaşarkən; eyni anda bir ata, oğulunun ilk dəfə addım atışını sevinclə seyr edir.
Bir aslan kükrəyir, bir ceyranın ürəyi pıtır pıtır atır.
Bir sarıbülbül ilk dəfə ötür, bir fil meşənin dərinliklərində son nəfəsini verir.
Yaşlı və zarafatcıl bir qarğa, caynağına aldığı qozun qabığını qırmaq üçün çalışır.
Bir yerdə səhər olarkən, kənar yerdə gün batır.
Bir uşaq yuxu görür, bir başqası “Sabahınız xeyir anacan”!` deyir.
Bədənində milyardlarla hüceyrə ölərkən, milyardlarlası yaradılır.
Damarlarında qan axır, ürəyin atır, beyin hüceyrələrin bir-birlərinə mesaj göndərir..
Bir ulduz sürüşür...
Səmada, mələklər gülümsəyir!...
Və daha bunlar kimi milyardlarla milyardlarla milyardlarla və milyardlarla iş, Allahın etməsi və yaratmasıyla, bir-birinə qarışmadan və bir-birinə mane olmadan olub bitir.
Həm də, eyni anda...
Və sən soruşursan: “Allah bütün bu işləri eyni anda necə edir və yaradır?”
Ətrafına diqqətlicə baxsan, Allahın yaratdığı bəzi şeylərə, bir anda saysız işlər etdirildiyini görəcəksən.
O zaman da Rəbbimizin sonsuz qüvvət və qüdrətiylə, bir anda sonsuz şeyləri yaratması və etməsi, sənin üçün aydın ola bilməyəcək bir vəziyyət olmaqdan çıxacaq. Məsələn, Allahın günəşini düşün. Günəş doğulduğunda, hər kəsi və hər şeyi eyni anda işıqlandırar.
On minlərcə insanın qarşısında danışan bir adamın hər söylədiyi söz, eyni anda hər kəsin qulağına gedər.
Yer sürüşməsi, dünyanın üzərindəki hər şeyi eyni anda çəkər.
Bütün bu işlər, Allahın yaratdığı qanunlar ilə olar. Elə isə, Allahın bir anda sonsuz şeyi etməsi və yaratması günəşin hər kəsi bir anda işıqlandırması kimi; bir sözün minlərlə insan tərəfindən eyni anda eşidilməsi kimi; cazibənin eyni anda hər şeyi çəkməsi kimi asandır.
Allah “OL!” deyər və olar . ”Biz bir şeyi istədiyimizdə, sözümüz “OL”deməkdən ibarətdir; o da olar.`
(Nəhl Surəsi, 40)
Allah bir çiçəyi nə qədər asan yaradırsa baharı da bir o qədər asan yaradar.
Allah bir atomu nə qədər asan çevirirsə, planetləri də o qədər asan çevirər.
Allah bir insanı nə qədər asan yaşadırsa, bütün insanları da o qədər asan yaşadar.
Kiçik işlər asan, böyük işlər çətindir. Amma bu bizə görədir.
Allah üçün, kiçik də böyük də birdir.
Allah üçün az ilə çox eynidir.
Allah üçün bir ilə min heç fərqinə varmaz.
Allah üçün ağır ilə yüngül arasında fərq yoxdur.
Çünki Allah OL! deyər, hər nə diləsə olar!
İndi sənə bu sözlərimi daha yaxşı anlamağın üçün bir nümunə verəcəyəm.
Sən yazı yazmasını bilirsən. Yəni hərfləri yan-yana gətirərək, sözlər, cümlələr yaza bilirsən.
İndi mənə söylə, əlinə qələmi al götürüb BİR yazmaqmı daha asandır yoxsa MİN yazmaqmı?
“Nə fərq edər”mi dedin?
Canım, biri BİR; o biri isə MİN! Fərq etməzmi heç?
Əlbəttə fərq etməz! Yazı yazmasını bilən biri üçün BİR yazmaq ilə MİN yazmaq arasında tək bir hərfdən başqa heç bir fərq yoxdur.
BİR yazmaq, MİN yazmaqdan daha asan olmadığı kimi; MİN yazmaq, BİR yazmaqdan daha çətin də deyil.
Yaxşı, KİÇİK yazmaq ilə BÖYÜK yazmaq arasında fərq vardırmı?
KİÇİK, kiçik olduğu üçün asan da; BÖYÜK, böyük olduğu üçün çətindirmi?
Əlbəttə yazı yazmasını bilən üçün, KİÇİK yazmaq ilə BÖYÜK yazmaq arasında fərq yoxdur. İkisi də asandır.
İndi bu sadə məsələn pəncərəsindən bax, çox böyük bir gerçəyi görəcəksən:
Yoxdan yaradan Allah üçün kiçiyi yaratmaq ilə böyüyü yaratmaq arasında fərq yoxdur.
Yoxdan yaradan Allah üçün, bir tək şeyi yaratmaq ilə minlərlə şeyi yaratmaq arasında fərq yoxdur.
Ha bir atom, ha bir planet yaratmaq; ha bir çiçək ha minlərlə çiçək yaratmaq, Allah üçün eynidir.
Allah “OL!” dedikdən sonra, hər nə diləsə o olar. Allah diləsə bir dənə yaradar, diləsə min dənə.
Allah diləsə kiçik yaradar diləsə böyük.
Bir çiçək yaradar.
Bir ağac yaradar.
Bir bahar yaradar.
Bir cənnət yaradar.
Allah üçün hamısı birdir.
Bir atom yaradar.
Bir ağcaqanad yaradar.
Bir dağ yaradar.
Bir dünya yaradar.
Milyardlarla ağcaqanad yaratdığı kimi; milyardlarla ulduz da yaradar.
Allah üçün hamısı birdir.
Allah “OL!” dedikdən sonra, hər nə diləsə o olar.
Ardı var...
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Uşaq
- Gösterim: 4093

- Ayrıntılar
- Kategori: Uşaq
- Gösterim: 2925

Bu baxımdan da yeniyetmə və cavanlara müsbət və sağlam növlü əyləncə vasitələrini tanıtdırmalı, onların öz boş vaxtlarını şad və səmərəli şəkildə həyata keçirilməsinə çalışmalıyıq. Bu məqaləni yazmaqda hədəf, cavanların istirahət vaxtlarını dinin buyurduğu sağlam əyləncələr ətrafında həyata keçməsi üçün yönəldən bir addım atmaqdır.
İslam baxımından əyləncə
Qeyd edildiyi kimi, əyləncəyə maraq insanın təbii ehtiyaclarından sayılır. Və əlbəttə ki, insanın fitrətinə uyğun olan İslam dini, bu təbii ehtiyaca da laqeyd yanaşmamış və bir çox mənbələrdə bu mövzuya işarə etmışdir. Qurani-Kərimdə sırf əyləncəyə işarə edən bir ayə sezilmir. Amma «Yüsif» surəsinin 12-ci ayəsindən bu mövzuya aid mənanı əldə etmək olur. Ayədə Həzrət Yüsifin (ə) qardaşları, öz ataları Yaqub peyğəmbərdən (ə) Yüsifin də onlarla bərabər oynamaq və əylənməsi üçün göndərilməsini xahiş edirlər. Ayədə deyilir: «Sən onun (Yüsifin) bizimlə bərabər əyləncə və oynamaq üçün gəlməsinə icazə ver. Və həqiqətən biz onu qoruyacağıq».
Maraqlıdır ki, Yaqub (ə) övladlarının xahişinə cavab verməklə yanaşı, əməli şəkildə də Yüsifin onlarla getməsinə razı olur. Bu, heç bir sağlam təfəkkürün insanın fitri və təbii ehtiyaclarının ödənilməsini inkar edə bilməməsinə işarədir («Təfsiri-numünə» kitabından). Bu ayənin ətrafında bir neçə məqama işarə etmək münasib və zəruri olardı ki, bu da aşağıdakılardır: - uşaqların əyləncə etmələri valideynlərinin icazəsi (və göstərişi ) əsasında olmalıdır; - əyləncə və idman, eyni zamanda şeytanın insanları azdırmaq üçün istifadə etdiyi vasitələrdən biri olmuşdur. Necə ki, Yüsifin (ə) qardaşları əyləncə bəhanəsilə ona zərbə vurmaq istəyirdilər; - ayənin mənasından məlum olduğu kimi, bəzən cavanlar idman və əyləncə adı ilə haqq yolundan azdırılır, həqiqətdən uzaqlaşdırılırlar(«Təfsiri-nur» kitabından). Yəni, burada bir növ təhlili yanaşma zəruridir ki, meydana gələ biləcək fəsadlardan qorunmaq mümkün olsun. Bir çox rəvayət və hədislərdə də əyləncə və istirahət vaxtlarının şən keçməsinə işarə edilmişdir. Böyük İslam Peyğəmbəri (s) buyurur: «Əylənin və sevinin. Mən dinimin sizə ağır olmasını istəmirəm» («Nəhcul-fəsahət», səh. 105, səh. 531). İmam Əlidən (ə) olan bir hədis isə Rəsuli-Əkrəmin (s) bu kəlamını necə də gözəl mənada tamamlayır. Belə ki, o Həzrət (ə) buyurur: «Mömin bir şəxsin həyatı üç bölümdə xülasələşir - günün bir qismini mənəviyyatla keçirərək Rəbbinə ibadət edir, bir qismini gündəlik tələbatını təmin etmək üçün çalışır, bir qismini isə halal ləzzətlərə aid edir» («Nəhcul-Bəlağə», qısa kəlamlar, səh. 390).
Bəs səmərəli əyləncə vasitələri hansılardır? İslam maarifinə nəzər saldıqda, Rəsuli-Əkrəmin (s) və məsum İmamların (ə) öz davamçılarına sağlam əyləncə növlərini nişan verdiklərinin şahidi oluruq. Qısaca şəkildə bir neçə numünəyə işarə etmək olar: -
Könül oxşayan təbiəti seyr etmək.
Allah Təalanın təbiətə verdiyi xusüsi gözəllik hamını məftun edir. Şəffaf şəlalələr, yam-yaşıl meşələr, mavi dalğalı dənizlər və s. insana yeni ruh və fərəh bağışlayır. Bu gözəl təbiəti seyr etməkdə olan insan, xoş mənzərələrdən zövq almaqla yanaşı, bunları yaradan Allahı da yada salır və təşəkkürlər edir. Tarixdə oxuyuruq: Bir gün İmam Əli (ə), Süffeynə tərəf hərəkət etdikdə, gözəl mənzərəsi olan «Bəliq» məntəqəsi onun fikrini özünə cəlb edir. Bu zaman o Həzrət (ə) qoşunlarına bu səfalı məntəqədə bir müddət dayanmalarını və əsrarəngiz təbiət qoynunda istirahət etmək əmrini verir. İmam Əlini (ə) qarşıda mühüm bir döyüş gözləməsinə baxmayaraq, döyüşçülərinin daha da ruhlanıb, quvvət tapması üçün bu təbiət gözəlliyindən faydalanmalarına göstəriş verir (Futuh ibn Əsəm Kufi, səh 512). Digər bir rəvayətdə isə İmam Əlidən (ə) belə nəql edirlər: «Bir gün Mədinədə çoxlu yağış yağdı. Səhralarda cəmlənən sular xoş mənzərələr yaratmışdı. O zaman Peyğəmbərlə (s) birlikdə təbiəti seyr etməyə çıxdıq» («Mənaqəbul - Faxirə»).
- Şən zarafatlaşmalar
Etik normalara riayət etmək şərtilə gülmək və ya digərlərini güldürməyin heç bir nöqsanı yoxdur. Bəlkə də bu iş normal əyləncə vasitələrindən biri sayılır. İslam peyğəmbəri (s) buyurur: «Mən də (dostlarla) zarafat edirəm. Amma bu əməl yersiz və batil söz deyilməsinə səbəb olmur».
Digər bir hədisdə deyilir ki, «Peyğəmbərin (s) üzündə həmişə təbəssüm olar, möminlərlə şən zarafatlar edərdi» (Cameus-Sadat).
Allahın Rəsulu (s) bir qoca qadına üz tutub buyurdu: «Qoca olan kəslər cənnətə daxil olmazlar». Qadın narahat olaraq dedi: «Ya Rəsuləllah (s)! Mən cənnətə daxil olmaram?»
O Həzrət (s) üzündə təbəssüm olduğu halda buyurdu: «Hamı cavan olduğu halda cənnətə daxil olacaqdır».
İdman oyunları normal əyləncə vasitəsidir.
Cavan və yeniyetmələrin idman oyunlarına isti maraq göstərməsi və idman növləri ilə sıx əlaqəsi normal bir durumdur. Belə ki, idmanın insan sağlamlığında əvəzedilməz rolu danılmaz bir faktdır. Bir yöndən, sağlamlığın təminatçısı olan idman, digər baxımdan əsl əyləncə vasitəsidir. İslam dinində də idman və sağlamlıq böyük məqam kəsb etməkdədir. Qurani-Kərimdə də uşaqların idmana həvəsləndirilməsi tövsiyə edilmişdir. İslam Peyğəmbəri (s) və İmamlar (ə) tərəfindən xatırlanmış hədislərə diqqət yetirdikdə, onların necə də bu mövzuya əhəmiyyət verməsinin şahidi oluruq. Hədislərdə idman növlərindən üzgüçülük, ox atmaq, cıdır, ağırlıq qaldırma, güləş, qaçış və sairəyə işarə edilmişdir. Xatırlamaq lazımdır ki, günümüzdə idman növləri kimi tanınan bir çox oyunlar da (futbol, voleybol, baksetbol və s.) əyləncə vasitələri kimi faydalıdıir.
- Ayrıntılar
- Kategori: Uşaq
- Gösterim: 2936
Artıq bu günkü günümüzdə televiziya bir informasiya vasitəsi kimi, geniş formada evlərə nüfuz etmiş və ailələrin gündəlik vaxtının böyük bir hissəsini özünə həsr etmişdir. Belə ki, bir çox ailələrdə televizordan istifadə vaxtı altı saatı keçmiş və hətta bəzi ailələrdə bu informasiya vasitəsi ailələrin, xüsusən uşaq və yeniyetmələrin əyləncə vasitəsinə çevrilmişdir.
Televiziyanın bir çox cəhətdən faydaları barədə danışmaq zənnimcə yersizdir və bu bəhsimizdən kənardır. İstəyirik siz əzizlərə televiziyanın gələcəyimiz olan uşaqlarımıza, yeniyetmələrimizə hansı zərərlər vurduğunu imkan həddində açıqlayaq ki, sonradan peşmançılıq çəməyək.
Televizordan düzgün istifadə vaxtlarının müəyyən edilməməsi, bir çox mənfi təsirlərə səbəb ola bilər ki, bu məsələ valideynlərin diqqət mərkəzində durmalıdır. Uşaqların tez bir zamanda təsir altına düşmələri və televiziya vasitəslə yayımlanan proqramları düzgün təhlil edə bilməmələrini nəzərə aldıqda, onların bir çox yaşlarına uyğun olamayan psixoloji gərginliklərini inkar etmək olmaz. Beləliklə biz burada müəyyən qədər də olsa televiziya proqramlarının bəzi mənfi xüsusiyyətlərinə toxunacaq və yeri gəldikcə, bu problemlərdən çıxış yollarına da işarə edəcəyik.
Bəzi mütəxəssislərin fikrincə elmi məzmunu olmayan və sırf əyləncə xarakteri daşıyan verilişlər uşaqların zehni fəaliyyətlərini zəiflədir və onların yaradıcılıq duyğularını əllərindən alır. Həmçinin, televiziya çox vaxt qiymətli saatların bihudə keçməsinə gətirib çıxarır və uşaqların tərəqqisinə səbəb ola biləcək mütaliə, maraqlı oyunlar, idman və məktəbdən xaric fəaliyyətlərin qarşısını alır.
Los Ancels universitetinin müəllimi, professor Vaksmen deyir:
“Heç bir şübhə yoxdur ki, televizor ekranlarından yayılan elektoromaqnit dalğaları insan orqanizminə ciddi surətdə mənfi təsir göstərir. Bu qısa dalğalar televizor, radioqəbuledici və digər elektrik avadanlıqları vasitəslə yayılır. Bunun ilk təsirləri kimi baş ağrısı, baş gicəllənməsini göstərmək olar. Bu, tədricən insanda təfəkkür qüvvəsinin zəifləməsinə, qan təzyiqinin pozulmasına və iztirabların artmasına gətirib çıxarır. Bundan başqa, bu dalğalar əsəb sisteminə də mənfi təsir göstərir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”.
Doktor Karl isə yazır: “Radioqəbuledici, televizor və münasib olmayan idman növləri uşaqların ruhiyyəsini sarsıdır”.
Əgər bir şəxs 40 yaşından etibarən gün ərzində bir saat yarım televizior proqramlarına tamaşa edərsə, 60 yaşında kitab oxumaq bacarığını əldən verəcək, oxuduğu mövzular yaxşı yadında qalmayacaq və məlumatları təhlil və tətbiq edə bilməyəcək. Əgər bir uşaq 18 aylığından televizor tamaşaçısı olub 3 yaşınadək adət edərsə, məlumdur ki, bu ona nə kimi təsirlər göstərəcəkdir. 1975-ci ildə Qərbi Almaniyada müəllimlərin 80%-i vaxtından qabaq təqaüdə çıxmağa səy edirmiş. Buna səbəb şagirdlərdə ruhi pozuntuların çoxalması, diqqətsizlik və dərsi tam qavraya bilməməkləri olmuşdur.
Mənfi xarakterli filmlər
Televiziya vasitəslə yayımlanan namünasib filmlər (qətl, ölüm, oğurluq, başqalarına işgəncə və s.) tez bir zamanda uşaqların əxlaq və davranışlarında özünün mənfi təsirlərini əks etdirir.
İlk olaraq qeyd etmək lazımdır ki, belə filmlər uşaqların həssas, zərif ruhlarını güclü şəkildə təhrik edir və onlarda ruhi və cismi iztirablar yaradır, qəflətən qorxu və həyacan keçirirlər ki, bu kimi hallar bəzən uşaqların başağrı, başgicəllənmə, huşdangetmə kimi xəstəliklərə də tutulmalarına gətirib çıxarır.
Digər tərəfdən belə filmlərin ictimai zərərlərinə də biganə qalmaq olmaz. Pak və məsum uşaqlar belə filmlərə tamaşa etdikcə, filmin “qəhrəman”larına təqlid etməyə çalışır və hətta onlarda cinayətə əl atma hissləri də baş qaldırır.
Neçə il bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmuş 18 yaşlı kollec tələbəsi bir - çox cinayətlərə əl atmasının səbəbinin televiziyada göstərilən mənfi xarakterli filmlər olduğunu söylədi. Bir kino aktyorunun uşağını ölümlə hədələyib 150 min dollar istəyən bu müttəhim məhkəmə qarşısında belə etiraf etdi: “Kimisə ölümə hədələyib pul almağa maraq hissi məndə belə filmlərə tamaşa etməyim nəticəsində yaranmışdı”.
Polis də öz növbəsində cavanlar arasında bu sayaq filmləri seyr edib, müxtəlif cinayətlərə əl atmalarının çoxaldığını vurğuladı.
Fəsad və iffətsizliyi təbliğ edən filmlər
Artıq son zamanlarda dəb şəkilini almış, hətta bəziləri üçün adiləşmiş iffətə zidd olan film və seriyalar, eləcə də digər proqramlar təəssüf ki, az bir qrupdan savayı heç kəsi narahat etmir.
Çox zaman valideyn ailədə uşaqların yanında danışmaq istədikdə söhbətinə hədd qoyur və sözlərinin uşaqlara mənfi təsir bağışlamasından ehtiyatlanır. Bundan başqa biz gündəlik həyatımızda böyüklə kiçik arasında fərq qoyuruq. Bu səbəbdən “böyüklük çağı” uşaqlar üçün sirli, müəmmalı bir aləmə sayılır. Amma indiki zamanımızda isə bunlara riayət etməməyimiz ucbatından təəssüflər olsun ki, aradan həya pərdələrini götürür, böyüklərin tamaşa etdiyi film və seriyalara uşaqlar da çox asanlıqla tamaşa edirlər. Böyüklərin tamaşa etdiyi filmlər dedikdə məqsədim müsəlman əxlaqına zidd filmlər deyildir. Onların hökmü aydındır. Söhbət körpələrimizin yaş və dərk səviyyəsi ilə münasib olmayan verilişlərdən, filmlərdən gedir.
Telviziyadan efirə verilən əxlaqi normalara sığmayan bəzi filmlər uşaqların əxlaqına kəskin zərbə vurur, onlarda vaxtsız cinsi hisslərin oyanmasına gətirib çıxarır.
Əgər valideynlər övladlarının onlara hörmət etmələrini, tərbiyəli böyümələrini istəyirlərsə, ilk növbədə onları başa düşəcəkləri tərzdə, mehribanlıqla belə proqramlara baxmaqdan çəkindirməlidirlər.
Valideynlərə məsləhət
Əziz valideynlər, siz aşağıda sadalanan metodlardan istifadə etməklə uşaqlarınızı qeyd etdiyimiz təhlükələrdən amanda saxlaya bilərsiniz:
1. Uşaqlarınızın baxdığı filmlərə nəzarət edin və bu verilişlərin bəzilərinə onlarla birlikdə tamaşa edin. Belə olan halda siz onlarda yaranan suallara cavab verə biləcək və onların göstərilən proqramları düzgün şəkildə başa düşmələrinə kömək etmiş olacaqsınız. Xatırlayın ki, siz özünüz də bir zaman öz valideynlərinizdən bilmədiklərinizi öyrənmisiniz. Daha layiqli deyilmi ki, balalarımız bilmədikləri sualların cavabını özgələrdən deyil, məhz bizim özümüzdən öyrənsinlər?!
2. Televiziya proqramlarının vaxtını məhdudlaşdırın. Televizoru uşaqların yataq otağında yerləşdirməyin.
3. Uşaqlarınıza xatırladın ki, doğrudur ki, filmdə aktyor yaralanmır və ölmür, amma real həyatda belə hallar ağır hadisələr və bəzən ölümlə nəticələ bilər.
4. Televizorda ruhi gərginlik yaradan səhnələr göstərildikdə ya kanalı əvəz edin, ya da televizoru söndürün. Bu növ səhnələrin nə kimin problemlər yaratdığını uşaqlara onların qavraya biləcəkləri şəkildə başa salın.
5. Uşaqların yanında oğurluq, ölüm, qətl kimi hadisələrdən geniş söhbət açmayın və hər hansı bir çətinliyin həll olunmasında bu yolun ən pis vasitə olduğunu vurğulayın.
6. Uşaqlarınızı televiziyanın elmi, dini və idman verilişlərinə baxmağa təşviq edin və bu yolla uşaqlarınıza televiziyadan düzgün şəkildə istifadəni öyrədin.
7. Bir çox proqramların seçimində uşaqlarınıza kömək edin.
8. Birlikdə maraqlı bir filmə baxdıqdan sonra birgə əyləşib onun yaşına uyğun şəkildə həmin filmin zəif və güclü cəhətlərini təhlil edin. Bu onlarin təfəkkür qüvvəsinin güclənməsinə səbəb olacaqdır.
9. Uşaqlar televiziyaya tamaşa etdikləri zaman başqa bir işə məşğul olmamalı, həmçinin, mütaliə üçün də elə yer seçilməlidir ki, bir şey onların diqqətinin yayındırmasın. Yemək zamanı, ailənin bir-birinin kənarında oturduğu saatdır. Belə vaxtlarda televizoru söndürməyiniz gərəkdir.
10. Unutmayın ki, sizin rəftarınız uşaqlarınız üçün ən təsirli məktəbdir.
İstifadə edilmiş mənbələr:
“İslami mənbələrdə psixoloji inkişaf”
Suzan, “Uşaqların həyatında mütaliə və televizor”
“İslam məktəbi” birinci sayı
“İslam məktəbi” üçüncü sayı
“Posteman” jurnalı
“Ailə usulları” İ. Əmini
“familyrun.com” və “tebyan.org”
Niyam Aqil
- Ayrıntılar
- Kategori: Uşaq
- Gösterim: 2675
Artıq bu günkü günümüzdə televiziya bir informasiya vasitəsi kimi, geniş formada evlərə nüfuz etmiş və ailələrin gündəlik vaxtının böyük bir hissəsini özünə həsr etmişdir. Belə ki, bir çox ailələrdə televizordan istifadə vaxtı altı saatı keçmiş və hətta bəzi ailələrdə bu informasiya vasitəsi ailələrin, xüsusən uşaq və yeniyetmələrin əyləncə vasitəsinə çevrilmişdir.
Televiziyanın bir çox cəhətdən faydaları barədə danışmaq zənnimcə yersizdir və bu bəhsimizdən kənardır. İstəyirik siz əzizlərə televiziyanın gələcəyimiz olan uşaqlarımıza, yeniyetmələrimizə hansı zərərlər vurduğunu imkan həddində açıqlayaq ki, sonradan peşmançılıq çəməyək.
Televizordan düzgün istifadə vaxtlarının müəyyən edilməməsi, bir çox mənfi təsirlərə səbəb ola bilər ki, bu məsələ valideynlərin diqqət mərkəzində durmalıdır. Uşaqların tez bir zamanda təsir altına düşmələri və televiziya vasitəslə yayımlanan proqramları düzgün təhlil edə bilməmələrini nəzərə aldıqda, onların bir çox yaşlarına uyğun olamayan psixoloji gərginliklərini inkar etmək olmaz. Beləliklə biz burada müəyyən qədər də olsa televiziya proqramlarının bəzi mənfi xüsusiyyətlərinə toxunacaq və yeri gəldikcə, bu problemlərdən çıxış yollarına da işarə edəcəyik.
<CENTER><B>Televiziyanın mənfi təsirləri</B></CENTER>
Bəzi mütəxəssislərin fikrincə elmi məzmunu olmayan və sırf əyləncə xarakteri daşıyan verilişlər uşaqların zehni fəaliyyətlərini zəiflədir və onların yaradıcılıq duyğularını əllərindən alır. Həmçinin, televiziya çox vaxt qiymətli saatların bihudə keçməsinə gətirib çıxarır və uşaqların tərəqqisinə səbəb ola biləcək mütaliə, maraqlı oyunlar, idman və məktəbdən xaric fəaliyyətlərin qarşısını alır.
Los Ancels universitetinin müəllimi, professor Vaksmen deyir:
“Heç bir şübhə yoxdur ki, televizor ekranlarından yayılan elektoromaqnit dalğaları insan orqanizminə ciddi surətdə mənfi təsir göstərir. Bu qısa dalğalar televizor, radioqəbuledici və digər elektrik avadanlıqları vasitəslə yayılır. Bunun ilk təsirləri kimi baş ağrısı, baş gicəllənməsini göstərmək olar. Bu, tədricən insanda təfəkkür qüvvəsinin zəifləməsinə, qan təzyiqinin pozulmasına və iztirabların artmasına gətirib çıxarır. Bundan başqa, bu dalğalar əsəb sisteminə də mənfi təsir göstərir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”.
Doktor Karl isə yazır: “Radioqəbuledici, televizor və münasib olmayan idman növləri uşaqların ruhiyyəsini sarsıdır”.
Əgər bir şəxs 40 yaşından etibarən gün ərzində bir saat yarım televizior proqramlarına tamaşa edərsə, 60 yaşında kitab oxumaq bacarığını əldən verəcək, oxuduğu mövzular yaxşı yadında qalmayacaq və məlumatları təhlil və tətbiq edə bilməyəcək. Əgər bir uşaq 18 aylığından televizor tamaşaçısı olub 3 yaşınadək adət edərsə, məlumdur ki, bu ona nə kimi təsirlər göstərəcəkdir. 1975-ci ildə Qərbi Almaniyada müəllimlərin 80%-i vaxtından qabaq təqaüdə çıxmağa səy edirmiş. Buna səbəb şagirdlərdə ruhi pozuntuların çoxalması, diqqətsizlik və dərsi tam qavraya bilməməkləri olmuşdur.
<CENTER><B>Mənfi xarakterli filmlər</B></CENTER>
Televiziya vasitəslə yayımlanan namünasib filmlər (qətl, ölüm, oğurluq, başqalarına işgəncə və s.) tez bir zamanda uşaqların əxlaq və davranışlarında özünün mənfi təsirlərini əks etdirir.
İlk olaraq qeyd etmək lazımdır ki, belə filmlər uşaqların həssas, zərif ruhlarını güclü şəkildə təhrik edir və onlarda ruhi və cismi iztirablar yaradır, qəflətən qorxu və həyacan keçirirlər ki, bu kimi hallar bəzən uşaqların başağrı, başgicəllənmə, huşdangetmə kimi xəstəliklərə də tutulmalarına gətirib çıxarır.
Digər tərəfdən belə filmlərin ictimai zərərlərinə də biganə qalmaq olmaz. Pak və məsum uşaqlar belə filmlərə tamaşa etdikcə, filmin “qəhrəman”larına təqlid etməyə çalışır və hətta onlarda cinayətə əl atma hissləri də baş qaldırır.
Neçə il bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmuş 18 yaşlı kollec tələbəsi bir - çox cinayətlərə əl atmasının səbəbinin televiziyada göstərilən mənfi xarakterli filmlər olduğunu söylədi. Bir kino aktyorunun uşağını ölümlə hədələyib 150 min dollar istəyən bu müttəhim məhkəmə qarşısında belə etiraf etdi: “Kimisə ölümə hədələyib pul almağa maraq hissi məndə belə filmlərə tamaşa etməyim nəticəsində yaranmışdı”.
Polis də öz növbəsində cavanlar arasında bu sayaq filmləri seyr edib, müxtəlif cinayətlərə əl atmalarının çoxaldığını vurğuladı.
<CENTER><B>Fəsad və iffətsizliyi təbliğ edən filmlər</B></CENTER>
Artıq son zamanlarda dəb şəkilini almış, hətta bəziləri üçün adiləşmiş iffətə zidd olan film və seriyalar, eləcə də digər proqramlar təəssüf ki, az bir qrupdan savayı heç kəsi narahat etmir.
Çox zaman valideyn ailədə uşaqların yanında danışmaq istədikdə söhbətinə hədd qoyur və sözlərinin uşaqlara mənfi təsir bağışlamasından ehtiyatlanır. Bundan başqa biz gündəlik həyatımızda böyüklə kiçik arasında fərq qoyuruq. Bu səbəbdən “böyüklük çağı” uşaqlar üçün sirli, müəmmalı bir aləmə sayılır. Amma indiki zamanımızda isə bunlara riayət etməməyimiz ucbatından təəssüflər olsun ki, aradan həya pərdələrini götürür, böyüklərin tamaşa etdiyi film və seriyalara uşaqlar da çox asanlıqla tamaşa edirlər. Böyüklərin tamaşa etdiyi filmlər dedikdə məqsədim müsəlman əxlaqına zidd filmlər deyildir. Onların hökmü aydındır. Söhbət körpələrimizin yaş və dərk səviyyəsi ilə münasib olmayan verilişlərdən, filmlərdən gedir.
Telviziyadan efirə verilən əxlaqi normalara sığmayan bəzi filmlər uşaqların əxlaqına kəskin zərbə vurur, onlarda vaxtsız cinsi hisslərin oyanmasına gətirib çıxarır.
Əgər valideynlər övladlarının onlara hörmət etmələrini, tərbiyəli böyümələrini istəyirlərsə, ilk növbədə onları başa düşəcəkləri tərzdə, mehribanlıqla belə proqramlara baxmaqdan çəkindirməlidirlər.
<CENTER><B>Valideynlərə məsləhət</B></CENTER>
Əziz valideynlər, siz aşağıda sadalanan metodlardan istifadə etməklə uşaqlarınızı qeyd etdiyimiz təhlükələrdən amanda saxlaya bilərsiniz:
1. Uşaqlarınızın baxdığı filmlərə nəzarət edin və bu verilişlərin bəzilərinə onlarla birlikdə tamaşa edin. Belə olan halda siz onlarda yaranan suallara cavab verə biləcək və onların göstərilən proqramları düzgün şəkildə başa düşmələrinə kömək etmiş olacaqsınız. Xatırlayın ki, siz özünüz də bir zaman öz valideynlərinizdən bilmədiklərinizi öyrənmisiniz. Daha layiqli deyilmi ki, balalarımız bilmədikləri sualların cavabını özgələrdən deyil, məhz bizim özümüzdən öyrənsinlər?!
2. Televiziya proqramlarının vaxtını məhdudlaşdırın. Televizoru uşaqların yataq otağında yerləşdirməyin.
3. Uşaqlarınıza xatırladın ki, doğrudur ki, filmdə aktyor yaralanmır və ölmür, amma real həyatda belə hallar ağır hadisələr və bəzən ölümlə nəticələ bilər.
4. Televizorda ruhi gərginlik yaradan səhnələr göstərildikdə ya kanalı əvəz edin, ya da televizoru söndürün. Bu növ səhnələrin nə kimin problemlər yaratdığını uşaqlara onların qavraya biləcəkləri şəkildə başa salın.
5. Uşaqların yanında oğurluq, ölüm, qətl kimi hadisələrdən geniş söhbət açmayın və hər hansı bir çətinliyin həll olunmasında bu yolun ən pis vasitə olduğunu vurğulayın.
6. Uşaqlarınızı televiziyanın elmi, dini və idman verilişlərinə baxmağa təşviq edin və bu yolla uşaqlarınıza televiziyadan düzgün şəkildə istifadəni öyrədin.
7. Bir çox proqramların seçimində uşaqlarınıza kömək edin.
8. Birlikdə maraqlı bir filmə baxdıqdan sonra birgə əyləşib onun yaşına uyğun şəkildə həmin filmin zəif və güclü cəhətlərini təhlil edin. Bu onlarin təfəkkür qüvvəsinin güclənməsinə səbəb olacaqdır.
9. Uşaqlar televiziyaya tamaşa etdikləri zaman başqa bir işə məşğul olmamalı, həmçinin, mütaliə üçün də elə yer seçilməlidir ki, bir şey onların diqqətinin yayındırmasın. Yemək zamanı, ailənin bir-birinin kənarında oturduğu saatdır. Belə vaxtlarda televizoru söndürməyiniz gərəkdir.
10. Unutmayın ki, sizin rəftarınız uşaqlarınız üçün ən təsirli məktəbdir.
<B>İstifadə edilmiş mənbələr:</B>
“İslami mənbələrdə psixoloji inkişaf”
Suzan, “Uşaqların həyatında mütaliə və televizor”
“İslam məktəbi” birinci sayı
“İslam məktəbi” üçüncü sayı
“Posteman” jurnalı
“Ailə usulları” İ. Əmini
“familyrun.com” və “tebyan.org”
<B>Niyam Aqil</B>