Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

İnsan özünü nəvaxt tanıtdıra bilər.


İnsanın sosial münasibətlərinin tənzimlənməsinə dair  önə çəkilən məsələlərdən biri, özünü tanıtdırmasına aid olan təlimlərdir. Belə ki bir çoxları məşhurlarşmaq niyyətiylə reklam xarakterli addımlara əl atır. Bir halda ki həmin insanda başqaları üçün səmərəli ola biləcək hər hansı bir özəllik mövcud deyildir .Təbii olaraq bu  tip addımlar istər əqli, istərsə də dini göstərişlərdə pislənib, həmin insanlar başqalarını aldatmağa cəhd etdiyi üçün yalançı və ikiüzlü insan kimi tanınıb.
Başqa bir tərəfdən bir çox zaman insanın özünü tanıtdırması atıla biləcək ən yaxşı addım bilinib, bu addımı atmıyan insanlar tənqid edilib. Bir çox insanlar lazımi ixtisas və biligi üzrə peşəkarlıqına görə hər hansı bir sahədə özünü doğruldacaqını bildiyi təqdirdə özünü tanıtdırması, istər əqli, istərsə də dini baxımdan alqışlanıb, hətta zəruri bir addım kimi bilinir. Necə ki Yusif peyğəmbərə Misir hökümətinin xəzinadarlıq təklifi edilən zaman özünü əmanətdar bir şəxs kimi təqdim edərək, tapşırılan məsuliyyətinin öhdəsindən gələ biləcəyini bildirib , öz üstün cəhətləri Misir xalqına bəyan etdi. Çünki Misir hökməti və xalqı öz taleyini necə bir özəlliyi olan insana həvalə edəcəklərini bilməliydilər. Bu səbəbə özünü əmanətdar bir şəxs olaraq təqdim etdi.
Bir nəfər Hz Sadiq (ə)-a öz özəlliklərini başqalarına tanıtdırmaqın düzgün olub-olmadığa dair sual verən zaman, Hz Sadiq Yusif peyğəmbəri misal göstərərək, insanın hər hansı bir sahə üzrə bacarığı olduğu təqdirdə, öz özəlliklərini xalqa tanıtdırmasının gözəl bir addım kimi qiymətləndirib.( Təfsiri Nur-Səqəleyn, c2, s433)
Biz insan əgər yazıçılıq, müəllimlik, idarəçilik vs başqa sahələr üzrə bacarıq və bilgisi varsa, özünü tanıtdırması reklam xarakterli bir addım hesab oluna bilməz və bu insanlarında başqaları tərəfdinən pislənməsi səhv bir anlayışdır. Əksinə O insanın gizlənməsi, həmin mövqeyə başqa birinin təyin olunmasıyla bir çox xoşagəlməz nəticələr qarşısında da cavabdeh olmasıdır. Filosoflardan birinin diliylə desək, Dünyada olan pisliklərin  səbəbi pis insanlar çoxluqu deyil, yaxşı insanların susmasıdır.
Əlbətdə sonda qeyd etmək yerinə düşərdi ki, hər hansı bir sahə üzrə bilgisi olmuyan, özünü bu sahəyə layiq biri kimi tanıtdırması, insanlara qarşı edilə biləcək ən böyük zülm və xəyanətdir.
Bəşər Məmmədov
İslammektebi.org

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 Salam mədəniyyəti

Mədəniyyət insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi , insanın yaratdığı və nəsildən nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir.

Dünya mədəniyyətlərinin kəsişdiyi nöqtələrdən biri, salam mədəniyyətidir. Fərqli formalarda olsada, hər bir xalqın özünə xass salam tərzi mövcuddur.Bu fərqlilik hər bir xalqın etnik və dini çoxluğuna əsaslanır.

Salam lüğəvi mənada qüsursuzluq və kamillik anlamını verir. Bir başqa mənası isə sülh, barışıq və səfa anlamındadır.Tanrının qüsur və qeyri-kamil olan hər şeydən uzaq olduğu üçün, tanrı adlarından biri salamdır.  Salam mədəniyyətin İslam dünyasında banisidə tanrı özüdür. İlk dəfə məhz tanrı öz peyğəmbərini salamlayaraq, salam mədəniyyətinin əhəmiyyət və gözəlliyini bəyan etmişdir.

Salamın lüğəvi mənasını nəzərə alaraq deyə bilərik ki,  insanın hər hansı bir muxatəblə qarşılaşanda salamlaması, qarşılıqlı səmimiyyət, inanc və güvənc nişanəsidir. Bu səbəbdən salam verərkən, salam verməyin tərzidə olduqca əhəmiyyətlidir. Beləki, çalışıb laqeydcə və soyuqcasına salamlamamalıyıq. Qarşı tərəfin bizə göstərəcəyi reaksiya bizim ona qarşı sərgilədiymiz duyğu və davranlışarmıza bağlıdır. İnsanın ailə və ictimayyi həyatında salama xüsusi diqqət ayırması, ətrafındakı insanlarda ona qarşı inanc və güvənc yaradır

İnsanın salam verməsi üçün muxatəbi tanıması meyar deyildir. Tanımadıqmız bir insanla qarşılaşan zaman ona  verilən salam nəzakət və ədəb təzahürüdür, xüsusiylə rəsmi dəvətlərdə. Rəsmi dəvətlərdə başqalarını salamlamaq, onlara qarşı göstərilə biləcək ən gözəl  səmimiyyət və nəzakətdir. Və məhz bizimdə onlar tərəfindən necə qəbul olunub, sözlərmizin kəsərli olması göstərdiymiz nəzakətə  bağlıdır.

Tanrının misilsiz əzəmətiylə  peyğəmbərini salamlaması, bir insanın başqasını salamlasını üçün tutduğu mövqenin əhəmiyyətili olmamasının, salam verən insanın əzəmət və böyüklyünün dəlalət edir.

İnsanlara qarşı diqqətli yaşamaq, bir insan olaraq üzərimizə düşən qarşılıqlı öhdəlikdir. Bu səbəbə ,onlara  sərgilədiymiz duyğu və davranışlarmıza xüsusi diqqət ayırmağmız olduqca əhəmiyyətlidir.

Bəşər Məmmədov

İslammektebi.org

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

O, insanlara istəklər əsasında yaşamağı öyrədir.

Kapitalizmin əsas hədəflərindən biri insanlarda istehsal etdiyi məhsullara ehtiyac və bağlılıq yaratmaqdır. Misal olaraq muasir dünyada gənc nəslin və özlərini onlara oxşatmağa çalışan yaşlıların əsas problemlərindən biri onlara yaraşıb yaraşmadığına əhəmiyyət vermədən geyindiyi gündəlik geyim məhsullarıdır.

Kapitalizm insanlarda müxtəlif vasitələrdən istifadə edərək, məhsullarına bağlılıq və ehtiyac yaradır. Ən böyük siyasətlərdən biri insanlar arasında hər gün yeni bir mod yaratmaqdır. Gündəlik yaranan yeni modlar, yeni məhsulların istehsalına ağlasığmaz təkan verir, nəticədə dünya kapitalistlərinin siyasətinin uğurla və qısa bir zamanda həyata keçməyinə misilsiz kömək edir.

Yenilik bir çox məktəblər tərəfindən eləcədə İslam tərəfindən bəyənilmiş bir faktdır. Əgər bir yenilik ağıl və məntiq əsasında olmasa, insanlarda  aslılıq və bağlılıq yaradacaqdır. Ən əsası bir çox insanlar onlara yaraşıb yaraşmadığına, onların şəxsiyyətini sual altına aparıb aparmadığına əhəmiyyət vermədən, hər hansısa geyimləri mod olduğu üçün geyinəcəklər.

Mod siyasəti insanların gözündə bir çox şeyləri adiləşdirir. İnsanlar artıq istifadə etdikləri hər hansısa bir şeyi ağıl, məntiq və həqiqi ehtiyaclara əsasən deyil, mod olduğu üçün istifadə edirlər. Bəzən insanlar hər hansısa bir məhsula ehtiyacı olmadığı halda, mod olduğu üçün alırlar ki, buda onların ailə və fərdi həyatında bağlılıq yaradaraq əsas ehtiyaclarından məhrum edir. Kapitalizm Mod siyasətiylə istehsal gücünü hər gün dahada çoxaltmağla kifayətlənmir, O Mod siyasətiylə insanlara ağıl və məntiq əsasında deyil, istəklər əsasında yaşamağı öyrədir. Buda insanlıq üçün ən böyük faciədir. Çünki artıq insanlar gözündə onların şəxsiyyətinə və insani dəyərlərini sual altına aparacaq məsələlərə əhəmiyyət vermirlər. Yazımızı Kaptalizmin qorxunc siyasəti adlandırmağdan əsas hədəf bundan ibarətdir.

Bəşər Məmmədov

İslammektebi.org

 

 

 

 

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin

Zülmə fərqli izah


Zülm dedikdə insan zehninə gələn ilk şey, əlinə silah götürüb kiminsə haqqını tapdalamaq başa düşülür. Amma zülmün bir başqa  mənası, insanın tutduğu mövqeni düzgün ifa etməməsidir. Beləki insanlar fərdi və ictimai həyatlarında fərqli mövqelərdən çıxış edirlər. Misal olaraq müəllim, tələbə, dövlət xitmətçisi, dini alim vs mövqelərdən çıxış edirlər. Bir toplumun inkişafına maneə yaradacaq əsas amil, O toplumun fərdlərinin üzərlərinə düşənləri lazımınca ifa edə bilməməsidir. Bir müəllimin və yaxud valideyinin tərbiyə etdiyi insana qarşı laqeyd olması, öz üzərinə düşən öhdəlikləri lazımınca ifa etməməsi, tərbiyə olunacaq insana qarşı ən böyük zülm hesab olunur. Bir başqa misal iki dostun bir-birinə qarşı olan dostluq vəziflərini, ailə üzvlərinin bir-birlərini qarşı olan öhdəlikləri, elmi, siyasi, dini bir şəxsiyyətin öz üzərinə düşən öhdəlikləri düzgün ifa etməməsi, bir toplumun fərdlərinin bir-birlərinə qarşı edə biləcəkləri ən böyük zülmdür. İnsanların bir-birlərinin eyb və nöqsanlarını kəşf etməyə sərf etdiyi enerji və vaxtı, öz öhdəliklərini lazımınca ifa etməyə sərf etdiyi təqdirdə, sağlam bir toplumum formalaşmasından söz gedə bilər.
Zülmün başqa bir mənası isə insanlara layiq olduqları haqqı verməmək, onlara qarşı ədalətsizlik etməkdir. Zülmün ikinci mənasını isə bir neçə fərqli formada izah etmək olar. Beləki, bir nəfərin başqa birinin haqqını qəsb etməsi zülm və ədalətsizlikdir. Bu qəsb iki cür ola bilər. Birincisi bir  zəhmətkeşin haqqını verməmək, ikincisi isə başqa birinin sənin tutduğun mövqeyə, daha layiqli və faydalı olacağını biləcəyin təqdirdə, bu mövqeyə yiyələnməkdir.
Dr. Məlikyan
Çevirdi: Bəşər Məmmədov
İslammektebi.org

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 

 

 

 

Məsləhətləşmək

 

İnsan övladı fərdi və ictimai vəzifələrə malikdir. İlkin addımda fərdi vəzifəsi onu yaradan Allahını tanıyıb, ona itaət etməkdir. İctimai vəzifəyə gəldikdə isə fərdi görəvindən əlavə cəmiyyətin qayğısınada qalmalıdır. Çox vaxtlar bu iş fərdi olaraq yerinə yetirildikdə bir çox xətalarla üzləşə bilir. Buna görə də bu görəvin uğurlu olması üçün elə həmin cəmiyyətlə məsləhətləşmək daha məntiqə uyğundur. Necə ki, Allah-taala bu mövzuya belə toxunmuşdur: 

و الَّذينَ اسْتَجابُوا لِرَبِّهِمْ وَ أَقامُوا الصَّلاةَ وَ أَمْرُهُمْ شُورى‏ بَيْنَهُمْ

O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər  . (Şura, 38)

Buradan belə çıxır ki, cəmiyyətin maddi və mənəvi islahı yolunda məsləhətləşmək, bu yolun uğur tapmasında böyük rolu var. Qaldı ki, bu yol Allah-taala yolu olsun. Məlumdur ki, cəmiyyətin verdiyi məsləhətlərdən əlavə uca Allahın yardımı da təsirsiz olmayacaq. Bu barədə Ənkəbut surəsinin 69-cu ayəsində belə buyurulur:

وَ الَّذينَ جاهَدُوا فينا لَنَهْدِيَنَّهُمْ سُبُلَنا وَ إِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنينَ

Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!) 

Ayədə yer almış فينا  kəlməsi (bizim uğrumuzda), Allah-taalanın razılığı yolunda görülən bütün işlərə dəlalət edir. Və جاهَدُوا kəlməsi (cihad etdilər və yaxud cihad edənlər) cihad etmək mənasından əlavə Allah-taala yolunda çalışmaq mənasınada dəlalət edir. Yuxarıda qeyd olunan iki ayənin mənasından belə çıxır ki, hər kəs Allah-taalanın razılığı olan yolda məsləhətləşsə, uca Allah da onu öz yolunda hidayət etməkdən əlavə ona bu yolda uğur bağışlayar. Bu arada bunu da qeyd etmək lazımdır ki, bu işi həyata keçirən şəxs bilməlidir ki, Rəbbinin razılığını əldə etməkdən əlavə cəmiyyət içərisində vəhdət, sülh, əmin-amanlığa da səbəb olmuşdur. Bəndəliyin əsl mahiyyəti məhz elə bundan ibarətdir. Müsəlmanlar çalışmalıdırlar ki, bir-birinin sahib olduğu mükəmməl idea və istedadından yetərincə istifadə edə bilsinlər. Bunun özü insanda olan təkəbbürlük, bədgümanlıq, ehtiramsızlıq, özünü tanımamaqlıq və  yersiz  cəsarətin ortadan qaldırılmasında böyük təsiri ola bilər. Allah-taala bütün müsəlmanları öz vəzifəsini düzgün şəkildə yerinə yetirməsində yardımcısı olsun.