Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

O, insanlara istəklər əsasında yaşamağı öyrədir.

Kapitalizmin əsas hədəflərindən biri insanlarda istehsal etdiyi məhsullara ehtiyac və bağlılıq yaratmaqdır. Misal olaraq muasir dünyada gənc nəslin və özlərini onlara oxşatmağa çalışan yaşlıların əsas problemlərindən biri onlara yaraşıb yaraşmadığına əhəmiyyət vermədən geyindiyi gündəlik geyim məhsullarıdır.

Kapitalizm insanlarda müxtəlif vasitələrdən istifadə edərək, məhsullarına bağlılıq və ehtiyac yaradır. Ən böyük siyasətlərdən biri insanlar arasında hər gün yeni bir mod yaratmaqdır. Gündəlik yaranan yeni modlar, yeni məhsulların istehsalına ağlasığmaz təkan verir, nəticədə dünya kapitalistlərinin siyasətinin uğurla və qısa bir zamanda həyata keçməyinə misilsiz kömək edir.

Yenilik bir çox məktəblər tərəfindən eləcədə İslam tərəfindən bəyənilmiş bir faktdır. Əgər bir yenilik ağıl və məntiq əsasında olmasa, insanlarda  aslılıq və bağlılıq yaradacaqdır. Ən əsası bir çox insanlar onlara yaraşıb yaraşmadığına, onların şəxsiyyətini sual altına aparıb aparmadığına əhəmiyyət vermədən, hər hansısa geyimləri mod olduğu üçün geyinəcəklər.

Mod siyasəti insanların gözündə bir çox şeyləri adiləşdirir. İnsanlar artıq istifadə etdikləri hər hansısa bir şeyi ağıl, məntiq və həqiqi ehtiyaclara əsasən deyil, mod olduğu üçün istifadə edirlər. Bəzən insanlar hər hansısa bir məhsula ehtiyacı olmadığı halda, mod olduğu üçün alırlar ki, buda onların ailə və fərdi həyatında bağlılıq yaradaraq əsas ehtiyaclarından məhrum edir. Kapitalizm Mod siyasətiylə istehsal gücünü hər gün dahada çoxaltmağla kifayətlənmir, O Mod siyasətiylə insanlara ağıl və məntiq əsasında deyil, istəklər əsasında yaşamağı öyrədir. Buda insanlıq üçün ən böyük faciədir. Çünki artıq insanlar gözündə onların şəxsiyyətinə və insani dəyərlərini sual altına aparacaq məsələlərə əhəmiyyət vermirlər. Yazımızı Kaptalizmin qorxunc siyasəti adlandırmağdan əsas hədəf bundan ibarətdir.

Bəşər Məmmədov

İslammektebi.org

 

 

 

 

About the Author

Bəşər Məmmədov

More articles from this author