Zülmə fərqli izah
Zülm dedikdə insan zehninə gələn ilk şey, əlinə silah götürüb kiminsə haqqını tapdalamaq başa düşülür. Amma zülmün bir başqa mənası, insanın tutduğu mövqeni düzgün ifa etməməsidir. Beləki insanlar fərdi və ictimai həyatlarında fərqli mövqelərdən çıxış edirlər. Misal olaraq müəllim, tələbə, dövlət xitmətçisi, dini alim vs mövqelərdən çıxış edirlər. Bir toplumun inkişafına maneə yaradacaq əsas amil, O toplumun fərdlərinin üzərlərinə düşənləri lazımınca ifa edə bilməməsidir. Bir müəllimin və yaxud valideyinin tərbiyə etdiyi insana qarşı laqeyd olması, öz üzərinə düşən öhdəlikləri lazımınca ifa etməməsi, tərbiyə olunacaq insana qarşı ən böyük zülm hesab olunur. Bir başqa misal iki dostun bir-birinə qarşı olan dostluq vəziflərini, ailə üzvlərinin bir-birlərini qarşı olan öhdəlikləri, elmi, siyasi, dini bir şəxsiyyətin öz üzərinə düşən öhdəlikləri düzgün ifa etməməsi, bir toplumun fərdlərinin bir-birlərinə qarşı edə biləcəkləri ən böyük zülmdür. İnsanların bir-birlərinin eyb və nöqsanlarını kəşf etməyə sərf etdiyi enerji və vaxtı, öz öhdəliklərini lazımınca ifa etməyə sərf etdiyi təqdirdə, sağlam bir toplumum formalaşmasından söz gedə bilər.
Zülmün başqa bir mənası isə insanlara layiq olduqları haqqı verməmək, onlara qarşı ədalətsizlik etməkdir. Zülmün ikinci mənasını isə bir neçə fərqli formada izah etmək olar. Beləki, bir nəfərin başqa birinin haqqını qəsb etməsi zülm və ədalətsizlikdir. Bu qəsb iki cür ola bilər. Birincisi bir zəhmətkeşin haqqını verməmək, ikincisi isə başqa birinin sənin tutduğun mövqeyə, daha layiqli və faydalı olacağını biləcəyin təqdirdə, bu mövqeyə yiyələnməkdir.
Dr. Məlikyan
Çevirdi: Bəşər Məmmədov
İslammektebi.org