Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

 Salam mədəniyyəti

Mədəniyyət insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi , insanın yaratdığı və nəsildən nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir.

Dünya mədəniyyətlərinin kəsişdiyi nöqtələrdən biri, salam mədəniyyətidir. Fərqli formalarda olsada, hər bir xalqın özünə xass salam tərzi mövcuddur.Bu fərqlilik hər bir xalqın etnik və dini çoxluğuna əsaslanır.

Salam lüğəvi mənada qüsursuzluq və kamillik anlamını verir. Bir başqa mənası isə sülh, barışıq və səfa anlamındadır.Tanrının qüsur və qeyri-kamil olan hər şeydən uzaq olduğu üçün, tanrı adlarından biri salamdır.  Salam mədəniyyətin İslam dünyasında banisidə tanrı özüdür. İlk dəfə məhz tanrı öz peyğəmbərini salamlayaraq, salam mədəniyyətinin əhəmiyyət və gözəlliyini bəyan etmişdir.

Salamın lüğəvi mənasını nəzərə alaraq deyə bilərik ki,  insanın hər hansı bir muxatəblə qarşılaşanda salamlaması, qarşılıqlı səmimiyyət, inanc və güvənc nişanəsidir. Bu səbəbdən salam verərkən, salam verməyin tərzidə olduqca əhəmiyyətlidir. Beləki, çalışıb laqeydcə və soyuqcasına salamlamamalıyıq. Qarşı tərəfin bizə göstərəcəyi reaksiya bizim ona qarşı sərgilədiymiz duyğu və davranlışarmıza bağlıdır. İnsanın ailə və ictimayyi həyatında salama xüsusi diqqət ayırması, ətrafındakı insanlarda ona qarşı inanc və güvənc yaradır

İnsanın salam verməsi üçün muxatəbi tanıması meyar deyildir. Tanımadıqmız bir insanla qarşılaşan zaman ona  verilən salam nəzakət və ədəb təzahürüdür, xüsusiylə rəsmi dəvətlərdə. Rəsmi dəvətlərdə başqalarını salamlamaq, onlara qarşı göstərilə biləcək ən gözəl  səmimiyyət və nəzakətdir. Və məhz bizimdə onlar tərəfindən necə qəbul olunub, sözlərmizin kəsərli olması göstərdiymiz nəzakətə  bağlıdır.

Tanrının misilsiz əzəmətiylə  peyğəmbərini salamlaması, bir insanın başqasını salamlasını üçün tutduğu mövqenin əhəmiyyətili olmamasının, salam verən insanın əzəmət və böyüklyünün dəlalət edir.

İnsanlara qarşı diqqətli yaşamaq, bir insan olaraq üzərimizə düşən qarşılıqlı öhdəlikdir. Bu səbəbə ,onlara  sərgilədiymiz duyğu və davranışlarmıza xüsusi diqqət ayırmağmız olduqca əhəmiyyətlidir.

Bəşər Məmmədov

İslammektebi.org

 

About the Author

Bəşər Məmmədov

More articles from this author