İnsan özünü nəvaxt tanıtdıra bilər.
İnsanın sosial münasibətlərinin tənzimlənməsinə dair önə çəkilən məsələlərdən biri, özünü tanıtdırmasına aid olan təlimlərdir. Belə ki bir çoxları məşhurlarşmaq niyyətiylə reklam xarakterli addımlara əl atır. Bir halda ki həmin insanda başqaları üçün səmərəli ola biləcək hər hansı bir özəllik mövcud deyildir .Təbii olaraq bu tip addımlar istər əqli, istərsə də dini göstərişlərdə pislənib, həmin insanlar başqalarını aldatmağa cəhd etdiyi üçün yalançı və ikiüzlü insan kimi tanınıb.
Başqa bir tərəfdən bir çox zaman insanın özünü tanıtdırması atıla biləcək ən yaxşı addım bilinib, bu addımı atmıyan insanlar tənqid edilib. Bir çox insanlar lazımi ixtisas və biligi üzrə peşəkarlıqına görə hər hansı bir sahədə özünü doğruldacaqını bildiyi təqdirdə özünü tanıtdırması, istər əqli, istərsə də dini baxımdan alqışlanıb, hətta zəruri bir addım kimi bilinir. Necə ki Yusif peyğəmbərə Misir hökümətinin xəzinadarlıq təklifi edilən zaman özünü əmanətdar bir şəxs kimi təqdim edərək, tapşırılan məsuliyyətinin öhdəsindən gələ biləcəyini bildirib , öz üstün cəhətləri Misir xalqına bəyan etdi. Çünki Misir hökməti və xalqı öz taleyini necə bir özəlliyi olan insana həvalə edəcəklərini bilməliydilər. Bu səbəbə özünü əmanətdar bir şəxs olaraq təqdim etdi.
Bir nəfər Hz Sadiq (ə)-a öz özəlliklərini başqalarına tanıtdırmaqın düzgün olub-olmadığa dair sual verən zaman, Hz Sadiq Yusif peyğəmbəri misal göstərərək, insanın hər hansı bir sahə üzrə bacarığı olduğu təqdirdə, öz özəlliklərini xalqa tanıtdırmasının gözəl bir addım kimi qiymətləndirib.( Təfsiri Nur-Səqəleyn, c2, s433)
Biz insan əgər yazıçılıq, müəllimlik, idarəçilik vs başqa sahələr üzrə bacarıq və bilgisi varsa, özünü tanıtdırması reklam xarakterli bir addım hesab oluna bilməz və bu insanlarında başqaları tərəfdinən pislənməsi səhv bir anlayışdır. Əksinə O insanın gizlənməsi, həmin mövqeyə başqa birinin təyin olunmasıyla bir çox xoşagəlməz nəticələr qarşısında da cavabdeh olmasıdır. Filosoflardan birinin diliylə desək, Dünyada olan pisliklərin səbəbi pis insanlar çoxluqu deyil, yaxşı insanların susmasıdır.
Əlbətdə sonda qeyd etmək yerinə düşərdi ki, hər hansı bir sahə üzrə bilgisi olmuyan, özünü bu sahəyə layiq biri kimi tanıtdırması, insanlara qarşı edilə biləcək ən böyük zülm və xəyanətdir.
Bəşər Məmmədov
İslammektebi.org