Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


 

Dünya şöhrətli fizik və nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteynlə (1879-1955) İslam dünyasının böyük müctəhidlərindən biri olan Ayətullah əl-Üzma Seyid Hüseyn Təbatəbai Bürucerdi (1875-1961) arasında olan elmi yazışmaların nüsxələri aşkara çıxarılıb.
Eynşteyn "İnformasiya"başlıqlı araşdırmasını 1954-cü ildə ABŞ-da alman dilində yazmışdır. O, araşdırmada İslamı yüksək qiymətləndirərək onun özünəməxsus və rassional bir din olduğunu qeyd etmişdir.
Eynşten, araşdırmasında məşhur nisbilik nəzəriyyəsini Quran ayələri, Nəhc əl-bəlağə və Əllamə Məclisinin müəllifi olduğu "Bihar əl-Ənvar"kitabında qeyd olunan hədislərlə əsaslandırmağa çalışmışdır.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


 Bəşər övladının anası olan qadın, tarix boyu müxtəlif ağrı-acılı müsibətlərə tab gətirmək məcburiyyətində qalmışdır. İstər ruhi və istərsə də fiziki cəhətdən təzyiqlərə məruz qalmış,  çəkdiyi zəhmətlər və əziyyətlərin müqabilində təşəkkürə layiq görülmək əvəzinə, çox vaxt əzilmiş, sui-istifadə olunmuş, təhqir edilmiş və bəzi cəmiyyətlərdə utanc simvoluna çevrilmişdir. İlahi dinlərin və məsum rəhbərlərin daim qadının dəyəri və ailədəki, cəmiyyətdəki mühüm rolu haqda dəfələrə insanları maarifləndirməsinə baxmayaraq, bir müddət sonra, yenə insanlar öz yanlış düşüncələrinə və əməllərinə davam etmişdir. İslamın yeni yarandığı dövrdə də, dünya ictimaiyyətinin nəzərində qadına qarşı iki ümumi fikir mövcud idi:
 1. Bəziləri qadını insan saymır və onlara görə qadın cəmiyyətin üzvü hesab olunmurdu.  Lakin müxtəlif işlərlə əlaqədar olaraq kölə kimi saxlanılır, istismar olunurdu. Misal üçün nəslin artımında, əyləncələrdə və sair işlərdə onlara ehtiyac duyulurdu
2. Birinci qrupa nisbətən, guya mədəni sayılan başqa qrupun fikrincə isə, qadın cəmiyyətin natamam üzvü hesab edilirdi. Qadına hətta şüursuz uşaq, yaxud bir əsir kimi baxılırdı və onun bütün hüquqları kişilərin ixtiyarında idi. Qadını ilk dəfə dünyada cəmiyyətin kamil üzvü sayan və onu həqiqi mənada qiymətləndirən məhz islam dini olmuşdur.
Burada istərdik ki, islamın qadına verdiyi dəyəri və onun hüquqlarını nə həddə tanımasını əziz peyğəmbərimiz  Həzrət Məhəmmədin (s) kəlamlarında araşdıraq: