Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil



Beynəlxalq İmam Xomeyni Universitetinin müəllimi, İlahiyyat üzrə fəlsəfə doktoru Tofiq Əsədovla müsahibə.
 
Hər birimiz fərqliyik, o fərqlilik ki, onunda içində də fərq var. Bəs, nədən fərqli olduğumuzun fərqində deyilik? Nə maneə olur bizə?
 
- Bəli, hər birimiz eyni modelli insan olaraq yaransaq da, hər birimizin fərqli istedadlarımız var. İstedadlarımızın çiçəklənməsində müxtəlif maneələr rol oynasa da, fərqliliyimizə varmamaq da ən mühüm maneə, potensialımızı kəşf etmək yerinə, məhz başqalarının nail olduğu yerə can atmağa çalışmaq cəhdimizdir. Bu da səbəb olur ki, heç vaxt özümü tapa bilməyək.
 
Sizcə dünyanın yuvarlaq olduğunu söyləyənlərmi uğurlu, yoxsa düz olduğunu deyənlərmi?
 
- Məncə dünyanın yuvarlaq olduğunu deyənlər yanılmır, amma əsas odur ki, bu yuvarlaq dünyada düz yolu tapıb, yuvarlanmadan onun üzərində hərəkət edə biləsən.
 
Bəs dünya dönməzsə nə olar?
 
- Dünya dönməzsə hərəkət olmaz, hərəkət olmayan yerdə də bərəkət olmaz!

Günəş doğarmı, yoxsa batarmı?
 
- Optimist insanlar üçün Günəş daim doğur və heç bir zaman batmır, amma pessimist insanlar həmişə onun batdığını düşünürlər.

Bəs doğan arzularımız nə zaman batar? Niyə qayaya dəyir bəzən arzularımız? 

- Arzularımıza yetişmək üçün Allaha ümid bəsləyərək səy göstərməliyik, qayaya dəyən isə ümidlərimiz deyil, həvəslərimizdir.
 
Yeri gəlmişkən acının sevinci varmı? Varsa özümüzü necə hazırlamalıyıq acı günlərə ki, acımız da sevinc olsun?
 
- Əslində, Allahın hikmətinə inanan insan üçün dünyanın acısı da şirindir, çünki Allah belə istəmişdir. Uca Allah da hər zaman insanın xeyrini istər. Necə ki, Qurani - Kərimdə oxuyuruq: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə, 116)
 
Nədən melodiyaya uyğun rəqs etməyi bacarmırıq çox zaman? Ümumiyyətlə, həyatın ritmini tuta bilirikmi?
 
- Həyatın ritmini tutmaq üçün, həyatın nəğməsinə doğru qulaq vermək lazımdır. Həyatın nəğməsi, müqəddəs ahəngdir. Dinləmək qabiliyyəti olmayan insanlar, hər zaman yanlış ritm eşidib, yanlış rəqs edirlər.
 
Həmişə müsbət nəticələr əldə etməyimiz üçün nə isə etməyimiz lazımmı?
 
- Doğru düşünüb, perspektivləri düzgün tənzimləyib, Allaha təvəkkül edərək, proqramlaşmış şəkildə çalışmaq lazımdır.
 
Çox zaman ölüm üçün yaşadığımızın da fərqinə varmırıq. Elə hər birimiz cənnəti istəsək də kimsə ölümü istəmir. Sizə elə gəlirmi ki, arzularımız da belədir, yəni onu istəyirik, amma uğurunda nə isə etmirik. Razısınızmı?
 
- Əslində biz ölüm üçün yaşamırıq, kamilliyə yetişmək üçün yaşayırıq. Ölüm isə buna son qoyur, amma yeni bir həyat üzümüzə açır. Deməli, ölüm çatmamışdan öncə, özümüzü ondan sonrakı həyata hazırlamalıyıq. O zaman Cənnət də bizi özü tələb edər. Arzularımıza gəldikdə isə belə deyərdim: çalışmaq, çalışmaq, çalışmaq!
 
Deyir, getmə, gəl. O-na doğru gəl, ALLAHa doğru gəl. Getməkmi, yoxsa gəlməkmi?
 
- Yüksəlmək daha doğrudur!
 
Sizcə, uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür?
 
- Hər zaman demişəm "halva-halva deməklə ağız şirin olmur", amma təsirsiz də ötüşmür. Bir şeyi istəmək, özünü o şeyə yaxın hiss etməkdir. Nə qədər ürəkdən çox istəsən, o qədər də yaxın olarsan... Və bir gün istəyinə çatarsan.
 
Bəs, sizcə, uğurlu olmamızı kim müəyyənləşdirir?
 
- Hər kəsdən öncə uğurlu olub-olmamağımızı özümüz müəyyənləşdirməliyik, özümüzü aldatmamaq şərti ilə. Təəssüf ki, bəzən insan bir ömür “özünü kimlərəsə sübut etmək” üçün yaşayır, bəzən isə bütün zamanını uğursuzluqlarına haqq-bəraət qazandırmaq üçün sərf edir. Halbuki insan heç kimə nəyisə sübut etmək məcburiyyətində deyil. İnsan yalnız dəyərli həyat üçün yaşamalı, dəyərli ölüm üçün ölməlidir.
 
Sizə görə, insanın ən ali uğuru nədir?
 
- Özünü kəşf etməsi.
 
Deyirlər, yanlışlar olmadan doğrular tapılmaz. Uğursuzluq yanlışlardanmı doğar sizcə? Apardığınız mübarizədə uğursuzluqlarla üzləşəndə nə edirsiniz?
 
- Hərdən belə də olur ki, bir işi görmək üçün özümüzə inanırıq, lakin bu iş alınmır. Biz gərək məğlubiyyəti təcrübə kimi düşünək. Əgər mən bir işi bacarmadımsa, ilk mərhələdə alınmadısa, gərək “məndə heç nə alınmır” deməyim. Əksinə, alınmayıbsa, bundan bir təcrübə almalıyam, bunu məğlubiyyət sayıb həvəsdən düşməməliyəm.
 
Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?
 
- Bunu bacarmayan insan, heç bir işi sona çatdıra bilməz. Qarşısındakına əhəmiyyət verməyən, əslində özünə hörmət qoymağı bacarmır.
 
Uğura götürən yolda Sizcə insanların ən güclü silahı nədir?
 
- Normal düşüncə və normal addım. İfrat və radikallıq heç bir sahədə bəyənilmir, hər bir şey öz miqdarında, təyin olunmuş məntiqi dərəcədə gözəldir. Bu yerdə, unutmayaq ki, okeanın suları bir kiçik qayığı belə üzərində daşımağa məhkumdur, əlbəttə ki, qayıq da xarablıq olmasa, öz-özünü batırmasa… Bir çox hallarda başqaları deyil, məhz insan özü-özünə qənim olur.
 
İnanmaq asandır, yoxsa inandırmaq?
 
- İnandırmaq. Məxsusən son zamanlar insanları rahat şəkildə hər bir şeyə inandıra bilirlər.
 
Əgər Sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, nəyi dəyişərdiniz?
 
- Heç bir şeyi, çünki hər şey gərəkli olduğu kimi xəlq olunub.
 
Bəs, Siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə Sizin kimi bir dost istəyərdinizmi?
 
- Yenə də təzə bir dost istərdim.
 
Həyat təcrübələrinizə söykənərək, həyatda uğurlu olmaq istəyənlərə nə kimi tövsiyələriniz var?
 
- Bilməlidirlər ki, adətən müvəffəq insanlar fantastik talanta sahib deyillər, onlar sadəcə hər kəsdə olan mövcud potensiallardan maksimal şəkildə bəhrələnirlər. Əgər dəyişməklə özünə güvəncin artacaq, özünü yaxşı hiss edəcəksənsə, dəyiş! Əgər dəyişməklə özünü azad, xoşbəxt və müvəffəq hiss edəcəksənsə dəyiş! Dəyiş, müsbət yöndə dəyiş! Bir çox hallarda başqaları "filankəs dəyişib" deməsinlər deyə, dəyişməkdən qorxuruq. Əslində dəyişmək, kamilləşmək üçün qaçılmazdır.
 
Təbliğ etdiyiniz gerçəklər hansılardır, sevginin təbliğata ehtiyacı varmı?
 
- İslamın əsas prinsipləri: insana hörmət, təfəkkürə dəvət, mənəviyyat, estetika, elm, inkişaf, ədalət, sədaqət, səxavət, sevgi, iffət, səmimiyyət, ətraf mühiti qorumaq, ailə, dost, qohum və qonşu ilə səmimi davranışlar və bu qəbildən olan əxlaqi dəyərlər. Həmçinin İslamın mübarizə apardığı ilkin sahələri: zülm, təcavüz, yalan, böhtan, sözgəzdirmə, lovğalıq, xəyanət, haram tikə, bədbinlik, kiminsə eybini axtarmaq, birinin eybini faş etmək, qeybət, rişxənd və bir insanın mənliyinə qarşı olan hər hansı hörmətsizliyə qarşı mübarizə.
Sevgi fitridir, təbliğata ehtiyacı yoxdur. Amma bəzən xatırlatmağa da ehtiyac duyulur.
 
Cəfər Mənsimi
azadinform.az

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

İmad Müğniyənin qızı “İxtisasi” xəbər portalına verdiyi xüsusi müsahibədə şəhid atası haqqındakı fikirlərini bildirmiş, ailənin məxfi həyatı və Şəhid Müğniyənin xüsusiyyət və xatirələrinə toxunub.
Otelin salonu konfransda iştirak etmək üçün İrana gəlmiş şəxslərlə doludur. Hər stolda bir neçə nəfər oturmuş və bir-birlərilə söhbət edirlər. Sanki, bir-birlərini bu fəzada tapmışlar. Danışmağa da sözləri çoxdur. Salonun bir küncündə manto geyinmiş iki xanım əyləşib. Onların paltar və simalarından livanlı olduqları məlum olur.
Məni Fatimə Müğniyə ilə görüşdürəcək yoldaşa zəng etdim. Məlum oldu ki, o Fatimə ilə birgədir və onunla söhbət edir. İrəli gedən kimi, məni o iki xanıma tanıtdırdı. Sonra isə dedi ki, bu İmad Müğniyənin qızıdır, o biri isə, İmad Müğniyənin bacısı.
İlk baxışda çöhrəsindəki təbəssümü ilə atası İmad Müğniyəni yadıma saldı. Onunla əyləşib saatlarla atası haqqında eşitmək istəyirdim. Amma, üzündən məlum olan yorğunluq və Fatimənin öz atası haqqında məlumatının az olması, məni öz müsahibəmi qısa etməyə vadar etdi. Maraqlı məqam budur ki, o da sətir altı olaraq dedi ki, mən də öz atamı daha çox tanımaq istəyirəm. Bu məsələ onu çatdırır ki, Şəhid Hacı İmad Müğniyə öz ailəsi arasında da az tanınmışdır.
Aşağıdakı müsahibə Hacı Rizvanən (İmad Müğniyənin) qızı Fatimə Müğniyə ilə müsahibədir.

-Salamun ələykum.
-Ələykum salam.

-Əvvəlcə sizin İrana gəlişinizə xoş gəldin deyir və xahiş edirik ki, İran haqqında fikirlərinizi bildirəsiniz.
-Təşəkkür edirəm və minnətdaram. Bu mənim İrana ilk gəlişim deyil. Buna görə də, İran haqqında fikirim aydındır. Mən və hər bir livanlının İrana xüsusi rəğbəti var.

-Hacı İmadın neçənci övladısınız?
-Birinci mənəm. Məndən sonra iki oğlan və bir qız.

-Neçə yaşınız var?
-27 yaşım var. İki övladım var. Biri oğlan, biri də qız.

-Nə vaxt ailə qurmusunuz?
-Təqribən 11 ildir. İlk övladımın da 11 yaşı var.

-Təzəlikcə dünyaya gələn İmad Müğniyə sizinlə necə qohumdur?
-Mənim qardaşım oğludur. Yəni böyük qardaşımın oğlu.

-Sizin atanızın şəhadəti öz dostlarınızla əlaqənizə necə təsir etdi.
-Mənim dostlarım və həmkarlarımın bir çoxu bilmirdi ki, mən İmad Müğniyənin qızıyam. Atamın şəhadətindən sonra bu məsələni aşkar edə bildim. Onlar məni danlayırdılar ki, nə üçün daha öncə onlara deməmişəm. Həqiqətdə, biz atamın şəhadətindən qabaq təqribən bir məxfi həyatda idik.

-Sizin şəhidlə münasibətiniz necə idi? Ondan bir xatirəni bizim üçün nəql edərsinizmi?
-Mənim atamla münasibətim ata-övlad münasibətindən çox, dostluq münasibətinə bənzəyirdi. Hətta, bir çox cüzi məsələlərdə də ondan məsləhət alırdım. Hacı İmad evdə mehriban və məsuliyyətli bir ata, mənim üçün həqiqi və xeyirxah bir dost və övladları üçün ürəyiyanan bir müəllim idi. Onun şəhadətindən öncə mən politologiya imtahanlarına hazırlaşırdım. Atam kitablarımdan birini mənim üçün xülasə və bəzi yerləri izah etdi. Ondan bir sual soruşduqda, çox hövsələli şəkildə mənə izah edirdi.

-Hacı İmadın əlyazmaları da varmı?
-Bəli. Çoxdur. Əlbəttə, Hizbullahın təhlükəsizlik və əməliyyat məsələlərinə aid olanlar bizim ixtiyarımızda deyil. Əksinə, onun ürək sözlərindən ibarət yazılar bizdədir.

-Yaxşı, sizin “Cavanlar və İslam oyanışı” konfransı haqqında fikriniz nədir?
-Əminliklə deyə bilərəm ki, bu konfrans kəmiyyət və keyfiyyət baxımından və orta yaş tərkibinə görə öz növündə misilsizdir. Ümid edirəm ki, bu gediş davamlı olacaqdır. Eyni halda onun nöqsanları aradan qalxsın. Ümumiyyətlə isə, yaxşı konfrans idi.

-Xanım Müğniyə! Biz daha çox Hacı İmad Müğniyənin mübarizə şəxsiyyətilə tanışıq. Müqavimətin bu rəşadətli komandanının məzlumcasına şəhadəti günlərinə yaxınlaşmağımıza rəğmən, onun ailədəki əxlaqi keyfiyyətləri haqqında da məlumat verərdiniz.
-Atam Hacı İmad Müğniyənin ailə həyatında nəzərə çarpan aydın xüsusiyyətlərdən biri də onun təvazökarlığı idi. O ailə üzvlərilə çox mehriban idi. O evdə olan zaman biz asayiş hiss edirdik. Əlbəttə bu rəftar yalnız ailə üzvlərinə aid deyildi. Əksinə, hətta onu tanımayan şəxslər, kənardan bizim evimizə gələn və onunla ünsiyyətdə olanlar, atamla münasibətdə qəriblik hiss etmirdilər. Şəhid Müğniyə mübariz bir şəxs olmasına baxmayaraq, eyni halda onun təvazökarlıq xüsusiyyət çox nəzərə çarpırdı.

-Bu günlərdə İslami oyanış dalğası bir çox ərəb və İslam ölkəsini öz ağuşuna  almışdır. Sizin fikrinizcə, livanlı cavanların müqavimətinin və görkəmli şəhid, Hacı İmad Müğniyənin şəhadətinin bütün İslam dünyasındakı cavanların oyanışına nə kimi təsiri olmuşdur?
-Fikrimcə Hacı İmad Müğniyənin şəhadəti İslam dünyasındakı cavanlara böyük təsir etmişdir. Onun qanı İslami oyanış hərəkatını bu yerə çatdırmışdır. Livan və Fələstindəki İslami müqavimətin İslami oyanışda çox böyük təsiri olmuşdur. Atamın şəhadəti bir  çox müsəlman cavanların öz məzlumluğu ilə tanış olması və İslam ölkələrində zülm və diktatura ilə mübarizəyə təşviq olunması ilə nəticələndi. Bu gün Livan və Fələstindəki müqavimətin qanlarının səmərəsini bütün İslam dünyasında görürük.

-Xanım Müğniyə! Siz Livan İslam Müqavimətinin görkəmli şəhidlərindən birinin övladı kimi “İslami oyanış” konfransında iştirak etmisiniz. Ali məqamlı rəhbərin görüşündə olmuş və onun hüzurunda çıxış etmisiniz. Lütfən bu konfrans və dünya müsəlmanlarının rəhbəri haqqında öz nəzərlərinizi bildirərdiniz.
-Fikrimcə bu konfrans çox gözəl bir fürsət idi. Mən bu konfransda iştirak etməyimə çox sevindim. İslam İnqilabının rəhbərilə görüş mənim üçün çox mənəvi və yaxşı bir görüş idi. Bu görüş məndə fövqəl-adə gümrahlıq və ruhiyyə yaratdı. İslam dünyasına və İslami oyanışa qarşı daimi dərin baxışı olan Ali məqamlı rəhbər hamıya ruhiyyə verdi. Həm mən, həm də başqa qonaqlar bu iclasdan və onun dəyərli bəyanlarından çox istifadə etdik. Bu görüşdən o qədər xoşhalam ki, sözlərlə bəyan edə bilmirəm. İran İslam Respublikası bizim evimizdir. Biz hamımız Ali Məqamlı Rəhbər, Həzrət Ayətullah Xaməneinin fədailəriyik.

-Atanızın şəhadətindən sonrakı və onun sizin yanınızda olmadığı vaxtdakı öz hislərinizdən bizə danışın.
-Atanın şəhadətindən sonra və onun bizim aramızda olmadığı vaxtda biz onun üçün darıxırıq. Çünki, onun varlığı bizim üçün asayişi təmin edirdi. Amma, şəhadətindən sonra da hiss edirik ki, onun qanı bizim üçün asayiş gətirir. Bizim etiqadımıza görə atamız Hacı İmad Müğniyə vətən və İslamı müdafiə etmək üçün sionist rejim qarşısında mübarizə etmişdir. Müqavimət yolunda şəhadətə çatmışdır. Belə bir atanın övladı olduğumuz üçün fəxr edirik.

-Bu görkəmli şəhidin təfəkkür və şəxsiyyətini tanıtdırmaq üçün xüsusi proqramınız varmı?
-Onun haqqında bir kitab yazmaq istəyirik. Amma, bu məsələ müxtəlif səbəblərə görə çətindir. Eyni halda, onun şəxsiyyətinin görünməmiş çoxlu məqamları var. Bu ərsədə mədəni müəssisə də təsis edilmişdir.

-Son sual olaraq, sizin fikrinizcə Hacı İmad Müğniyə İranda nə qədər diqqət mərkəzindədir?
-Bu neçə il ərzindəki görüşlərimdə, xüsusilə də atamın şəhadətindən sonra İran xalqının Hizbullaha, habelə Hacı İmada olan rəğbəti, gördüyüm qədərilə İmam Xaməneinin onun şəhadəti münasibətilə verdiyi başsağlığı məktubunu aşkar nümunəsidir. Bu konfransda da gördüm ki, çoxlu şəxslər şəhid atama lütfkarlıq göstərdilər. Hətta, konfransda iştirak edən dostlardan birindən eşitdim ki, Hacı İmadın şəhadətindən sonra, iranlıların bir çoxu öz övladlarına İmad və Rizvan adları qoymuşlar.

-Sonda bizim üçün vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Mən də sizə təşəkkür edirəm.

Mənbə: ekhtesasi.ir

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

İdman müzakirələri qızğın idi. Rəqiblərin başı qarışıq və tamaşaçılar həyəcanda.
Dedim: -Qədim oyunları sevirsən ya müasir oyunları?
Dedi: -Əgər qeyrət alovu və himmət tüstüsü varsa, "qədim idmançılarda" daha çoxdur.
Dedim: -Səbəb?
Dedi: -Onlar daha köklüdürlər. Dillərinin zikir "Ya Əli!"-dir. "Mövla"ları var. "Əhli-beytə (ə)" eşq kəbbadəsini[1] sinələrinə çəkirlər və s.
Dedim: -Müasirlər daha təəccüblü işlər görürlər. "Everest" zirvəsini fəth edirlər. "Himalay" sıra dağlarını ayaq altında qoyurlar.
Dedi: -"İnsaniyyət zirvəsini" fəth etmək daha mühüm və daha çətindir! Mənim fikrimcə "zorxana çuxuru" "fəxri kürsü"dən daha ucadır.
Dedim: -Əgər dünya çox geniş yarış meydanı olsa, hansı idmançılar qalib olarlar?
Dedi: -"Azadlıq zirvəsini" fəth edənlər. "Şəhvət qarınına" yumruq vuranlar. Öz nəfsini "torpaq" edənlər. Təqva və iffət zalına gedənlər. Məsuliyyətin ağır yükünü qaldıranlar. "Ruhun bədəninin" gözəlliyi üçün məşq edənlər.
Dedim: -Mənim bədən tərbiyəsinə marağım var.
Dedi: -Boğazı yırtmaq şücaət deyil
Kişilik oradadır ki, qəlbini paklayasan
"Təqva" zalına getdiyin zaman
Ey kaş! Rəqibin nəfsi yerə vurasan
Dedim: -Qaçmağı da sevirəm. Kaş ki, daha böyük meydan olaydı ki...
Dedi: -Bu qədər qaçırsan, bir yerə çatırsan? "Canın tərbiyəsi" necə? Ona da marağın varmı?
Dedim: -Qaçmağın özü bir idmandır. "Hara qədər" olması mühüm deyil.
Dedi: -Dünyadan axirətə olan uzun yolda "iki istiqamətə" olduqca möhtacıq. Onsuz rəqiblərdən geri qalarıq və finaldan məhrum olarıq.
Dedim: -Onda qaçanların hamısı çatır?
Dedi: -Məqam buradadır. Çoxları qaçır, amma çatmır!
Dedim: -Bu kəndirbazlar qəribə adamlardırlar! Biz düz yerin üstündə düzgün yeriyə bilmirik, amma onlar...
Dedi: -Mühüm olan yarışın son dövrəsindəki müvəffəqiyyətdir. Bəzən ən peşəkar kəndirbazlar da "Sirat" körpüsündən keçə bilmirlər.
Dedim: -Siratdan keçmək də məşq istəyir? Kim məşq etsə, nə fərqi var ki, ip və kəndir olsun yaxud Sirat körpüsü.
Dedi: -Üzgüçü üçün nə fərqi var ki, çay olsun ya göl ya dəniz. Əsas "keçmək" qüdrətidir.
Dedim: -Bizim dünyamız bir göl kimidir. Həm dayaz yeri var, həm də dərin. Amma bir çoxları "dünya gölündə" boğulurlar! Nə üçün bir çoxlarını yaşam çayında və həyat dənizində "dalğa" özü ilə aparır?
Dedi: -Çünki, "xilasedicilərin" xəbərdarlıqlarına diqqət etmirlər və canlarının qulağına "qəflət pambığı" salmışlar.
Dedim: -Sənin fikrincə, bu üzgüçülükdə müvəffəqeiyyət amili nədir? "Ayıqlıq sahilinə" necə çatmaq olar?
Dedi: -Əvvəlcə "ruhun bədənini" ibadət hərəkətləri ilə qızdırmaq lazımdır. Kim altımış-yetmiş illik ömrünün eni və uzununu müvəffəqiyyətlə ötsə, mükafata layiqdir. Fitnə və fəsad dalğaları indiyə qədər bir çoxlarını qərq etmiş və məhvin dərinliyinə çəkmişdir.
Dedim: -Yarışların şirin anı mükafat vaxtıdır. İndiyə qədər medal almısan?
Dedi: -Bəli. Amma, çoxlu zəhmət və səy ilə.
Dedim: -Qızıl, gümüş ya...?
Dedi: -Heç biri. Mən "şərəf medalı" almışam.
Dedim: -Hakim kim idi? Hansı yarışda idi və tamaşaçılar kim idi?
Dedi: -Həqiqət budur ki, mənim əqidəmə görə həyat səhnəsi elə bir yarışdır ki, "mələkut aləmindən olan peyklərlə" səma əhlinə "ötürülür". Bir gün də Qiyamətdə son hakimlik və qalib şəxslərə hədiyyələr vermək üçün yenidən yayımlanacaq. Əlbəttə bəziləri "danlaqnamə" alacaqlar. Şəxslərin özü də bu yenidən yayımda tamaşaçı olacaqlar.
Dedim: -Əcəb çətin yarışdır!
Dedi: -Bəli. Bu yarışlarda o xüsusi və dəqiq hakimlərlə qəhraman adını əldə etmək, həqiqətən də çətindir.
Dedim: -Dopinq istifadəçiləri ilə nə edəcəklər?
Dedi: -Həyatda olduqları vaxtda mühüm məsələ deyil. Amma, ölümlə həmişəlik rəqabətlər dövrü və xallar səhnəsindən silinirlər.
Dedim: -Nəticəsi neçə qatdır?
Dedi: -"Ey kaş"ın "əfsus"a və "həsrət"in "qəflət"ə.
Dedim: -Mükafatı almaq kimi, qol vurmaq anı da həyacanlı və şövqlüdür. Qolsuz oyun da cazibəsizdir.
Dedi: -Qolsuz həyat ondan daha da maraqsız.
Dedim: -Həyatın "qol"u nədir?
Dedi: -Bizim ömrümüz bir yarış meydanıdır. Bizim əlimizə düşən hər bir fürsət, bir "pas" kimidir. Əgər qol vura bilməsək, bizim bacarıqsızlığımızdandır.
Dedim: -Deməli, bu hesabla biz çox pasları yarıtmamışıq və qol vura bilməmişik. O qədər qəşəng paslara və qızıl fürsətlərə heyif olsun!
Dedi: -Doğrudur. Ömrü hədər vermək pası yarıtmamaqdan daha da pisdir. Bizə çox pas verirlər. Amma biz "ofsaydçı" deyilik ki, pasları yarıtmayaq. Hər bir neməti hədər etmək bir pası hədər etmək kimidir.
Zaman keçdi, bir işə əl vurmadın
Anların boynuna bir yüyən salmadın
Yüz top vurdun, hamısını "aut" etdin
Yüz pas aldın, bir çərçivəyə vurmadın!
Dedim: -Sən Sən getdin voleybola...
Dedi: -Oyun oyundur. Daha nə fərqi var? Orada qol vururlar, burada ???. Əsas əlimizdə olan pasları yarıtmamaqdır.
Dedim: -Dünya həqiqətən oyuncaqdır.
Dedi: -Amma, həyat oyun deyil. Əgər oyun olsa belə, "ciddi oyun"dur.
Dedim: -İndiyə qədər özünə uduzmusan?
Dedi: -Sən necə? İndiyə qədər özünü udmusanmı?
Dedim: -Mən adətən öz rəqibim olmuram. Özümə gücüm çatmır və uduzuram.
Dedi: -İxlas bir qələbədir. "Fateh o şəxsdir ki, öz reaksiyasını kiməsə göstərmir və həmişə onu Allahın albomunda saxlayır". Riya rüsvayçı bir məğlubiyyətdir.
Dedim: -Uzun müddətdir ki, bir qələbənin həsrətindəyəm. Bu da həyatmı oldu? Hamısı uduzmaq, uduzmaq, yenə də uduzmaq.
Dedi: -Medal almaq peşkəş, "nəfs"Ə məğlub olmaq isə utanc gətirir. Bəziləri bir adəti tərk edə bilmirlər. Bu qədər əsarətlə azadlıq iddiası da edirlər.
Dedim: -Bəziləri də bir medalla qürura düçar olurlar. Bir "titul"la özlərini itirirlər.
Dedi: -Bu da uduzmağın bir növüdür. Bəziləri özlərinə uduzur, bəziləri də özlərini uduzur.
Dedim: -Bilmirəm ki, bəzi idmançıların nə üçün sərt və daşqəlbli olurlar?
Dedi: -Əgər idmançı olsaydılar, belə olmazdı. Qəhrəman o şəxsdir ki, pəhləvanlığı şəfqətlə öyrənsin və onun göz yaşı bulağı qurumasın.
Dedim: -Bir qəhrəmanı tanıyıram ki, bir yetimin göz yaşı qarşısında "Balaca Mirzə" olur.
Dedi: -O "Böyük Ağa"dır. Onlar balacalıqda da böyükdürlər... Bəzən böyük olmaq üçün kiçik olmaq lazımdır. Yuxarı çıxmaq üçün, aşağı düşmək lazımdır. Bu dəyərlər yarışında qəhrəman olmağın fənlərindən biridir. "Purya Vəli"ni[2] təvazökarlıq və ictimai əxlaqları ucaltdı.
Dedim: -İdman qruplarında özünüz nəçisiniz?
Dedi: -Qəlbimin qapıçısı.
Dedim: -Bu da iş oldu? Hücumçu ol.
Dedi: -Qapıdan xəyalım aram deyil. Qəlbim bir qapıdır. Əgər kontrol etməsəm, görəcəksən ki, mənə ardıcıl qol vurulur.
Dedim: -Məsələn, hansı qollar?
Dedi: -Günah qolu, həvəs qolu, qürur qolu, hesabsız dostluq qolu, gələcək və axirətdən qəflət qolu.
Dedim: -Toplanıb "İblisin komandası" ilə yarışmağımız və onu məğlub etməyimiz necə fikirdir?
Dedi: -Bu şərtlə ki, qapıçı özüm olum. Çünki, "günah topunu" hansı bucaqlardan qəlblərin darvazasına vurulduğunu bilirəm.
Dedim: -Qəbul. Amma, bu təcrübəni haradan əldə etmisən?
Dedi: -İblisin hücum bucağı "qəflət"dir və qürur. "Xatırlama" çırağı sönən zaman, qürur düşmənə "səmt" verir. Bu zaman günah qolu qəlbin qapısını açır. Şeytan qəza-qədər rəqibidir. Onu elə-belə saymaq olmaz.
Dedim: -Onda sən "müdafiə xətti"ni daha çox sevirsən?
Dedi: -Əgər adamın yaxşı müdafiəsi olmasa, yaxşı hücumçu olmaz.
Dedim: -Başqa hansı bucaqlar qorunmalıdır?
Dedi: -Əgər İblisin komandasına məğlub olmaq istəmirsənsə
Gərək qəlb və gözü müdafiə edəsən
Elə ki, qəlbə doğru günah topu vuruldu
Qəlb qapısını onun üzünə bağlamalısan
Dedim: -Qapıçılığın da əcəb ləzzəti var!
Dedi: -Bu şərtlə ki, qol almayasan və şeytanın hücumunu dəf edəsən. "Nəfslə cihad" buna görə mübarizələrin ən üstünüdür.


Qeydlər:
[1] Kəbbadə; İran milli yüngül atletika idmanında işlədilən alət.
[2] İranda nəfsinə qalib gəlməklə məşhur olmuş güləşçi.


Müəllif: Cavad Mühəddisi
Mənbə: Porseman
Tərcümə etdi: Əhmədov Mirməhəmməd

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
AYB üzvü gənc yazar Qismətin Kulis.az-a müsahibəsi

Dosye: Qismət Rüstəmov (03.15.1986) şair, tərcüməçi və esseistdir. 1992-ci ildə Bakı şəhəri Nizami rayonundakı 70 saylı pilot məktəb-liseyin birinci sinfində təhsilə başlayıb. 2003-2007-ci illərdə Odlar Yurdu Universitetinin jurnalistika fakultəsində oxuyub, bakalavr dərəcisini alıb, həmin universitetin magistraturasını bitirib. Hazırda Odlar Yurdu universitetində müəllim işləyir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

- Ədəbi mühitə necə gəldiniz? Harda çap olunurdunuz ilk vaxtlar?

- Odlar Yurdu Universitetinin jurnalistikasında oxumuşam. Tələbəlik vaxlarımdan yazmağa başlamışam. O vaxtdan mətbuatı izləyirdim. Sonralar internetdə ədəbiyyat saytları yaranmağa başladı. Biz də bu saytlara yazılar göndərməyə başladıq. Yəni ilk olaraq qəzetdə yox, saytlarda dərc olunmuşam. O vaxt “Bizimki”, “Mədəniyyət.net” saytları var idi. Sonralar Yazıçılar Birliyinin “Ulduz” jurnalına getdik. Maraqlandıq ki, orda necə çap olunmaq olar. Ordakı proses necədir? “Ulduz” jurnalında bir neçə şeirim çap olundu. Belə başladım.

- Niyə daha çox gənclərin toplaşdığı Azad Yazarlar Ocağı deyil? məhz AYB sizi cəlb etdi?

- Biz o vaxt axtarıdaşdayıq. Konkret bilmirdik Rasim Qaraca kimdir, Elçin Hüseynbəyli kimdir? Bu qovğalar niyə var ? Jurnallar hansı prinsiplərlə çıxır? Bilmirdik. O vaxt Zahir Əzəmətin də qəzetdə kitab əlavəsi vardı. Həmin vaxt bu yerlərin çoxunda çap olunduq. AYO-ya mən öz adıma deyə bilərəm ki, baş tutmamış eskperiment kimi baxırdım. Ciddi görünmürdü. Yazıçılar Birliyi isə o vaxt da, indi də mənfisi-müsbətiylə yeganə rəsmi ədəbiyyat mərkəziydi. Seçimim buna görə oldu. 2009-cu ildə Yazıçılar Birliyinə üzv olduq.

- “Olduq” deyəndə kimləri nəzərdə tutursan?

- Təxminən 50-ə yaxın gənc üzv oldu. Onların hamısını tanımıram. Heç hamısının yazılarını da oxumamışam, istedadlarının səviyyəsi ilə tanış deyiləm. Tanıdığım, oxuduğum barmaqla sayılacaq qədərdi. Məktəb yaranandan sonra tanıdıqlarıma çox az imza əlavə olundu. Tutaq ki, Qaraqanı tanıdım, Cavidi tanıdım. Zatən həmişə belə olub 50-100 nəfər olmalıdır ki, maksimum 10-15 imza görünə bilsin. Çap olunmaq məsələsinə davam edək. Sonradan mən Yazıçılar Birliyinin dərgilərində çap olunmadım. Daha çox “525-ci qəzet”də yazılarım çıxdı. Çünki profil bir qədər dəyişdi. İlkin dövrlərdə adam elə bilir ki, hər gün şeir yazmalısan, məhsuldar olmalısan. Ancaq başa düşdüm ki, poetik təffükürdən, prozaik təfəkkür keçmək lazımdır. Bəlkə də buna özünü nəsrdə sınamaq da demək olar. Bu vaxtdan başlayaraq “525”-də yazmağa başladım. Yaradıcılığımı esseistika istiqamətində davam etdirdim. Yəqin ki, jurnalistika fakültəsində müəllimlik fəaliyyətinə başlamağımın da bu işə nəsə dəxli var.

- Anar AYB-nin qurultayında sizin şeirinizi oxumuşdu?

- Yox. AYB-nin 75 illiyi ilə bağlı beynəlxaq poeziya festivalı keçirilirdi. Müxtəlif ölkələrdən şairlər gəlmişdi. Mən orda “Vitrin” adlı şeirimi oxudum. Xeyli alqış aldım. Gözlədiyimdən də effektli oldu. Orda xalq şairləri var idi. Məndən əvvəlki titullu, ordenli xalq şairləri şeir oxudular və zal nədənsə onalra reaksiya vermədi. Sonra Anar çıxışında bu hadisədən danışdı. Məni təriflədi. Sonuncu kitabı “Əsrin əsiri”ndə həmin çıxışı var. Yeri gəlmişkən, o kitabı məsləhət görürəm oxuyun. Orda Anar müəllimin müxtəlif yerlərdə etdiyi çıxışlar, məktubları, qovğaları və s. var. Çox mozaik və ləzzətlə oxunan kitabdır.

- AYO-da nə xoşunuza gəlməmişdi?

- Qədim bir düstur var: xaos-kosmos qarşıdurması. AYO-nun funksiyası xaos yaratmaq idi. O zamanlar mən fikirləşirdim ki, bu davamlı bir axın deyil. Məqsəd nələrisə silkələmək, katalizator rolunu icra etmək idi. Adama çox aqressiv, dalaşqan görünürdü. Onlar yaradıcı enerjini mətn yazmağa yox, polemikaya sərf edirdilər. Çünki çox cüzi mətnləri çıxmaq şərtiylə, ortada ancaq süstlüyü dinamikayla əvəz etdiyi üçün AYO-nu qiymətləndirmək olur. Amma AYO-nun gördüyü işləri də danmaq olmaz. Maraqlı tərcümə kitabları, “Alatoran” jurnalı və s. Alternativ düşüncə kimi göründülər, amma estetika məsələlərində, məncə, axsadılar. Bu dağıdıcı düşüncə adamların beynində çox klişerləri darmadağın etdi. Köhnə nə varsa silkələndi, amma özləri ortaya nəsə qoymalıdı olanda AYO-nun, məncə, funksiyası bitdi. İndi düzən sanki qaydasına düşüb. O vaxt elə bir aqressiya var idi ki, sanki AYO-çular və AYB-çilər hətta bir-birləri ilə çay da içə bilməzlər. Belə bir atmosfer var idi. İndi bu artıq yoxdur.

- Qurultay qabağı gənclərlə bağlı sənin AYB-də məruzən oldu. Bundan sonra həmkarınız Kəramət Böyükçöl sizi himayədə yaşamaqda ittiham etdi. O, yazırdı ki, guya bu məruzədə Əsəd Cahangir barmağı olub.

- Orda Əsədin bir cümləsi yoxdur, əksinə, çıxartdığı cümlələr var. Redaktədə mənə kömək edib. Əsəd müəyyən cümlə quruluşu ilə bağlı redaktə edib. Fikirlərimə müdaxilə etməyib. Narazılar həmişə olur. Ola bilər ki, Kəramət yazdığım yazıda özü haqda, öz yaradıcılığı haqda təntənəli fikirlər gözləyirdi. Məruzə gününün axşamı Kəramət dostlarla Şirzadın kafesində oturub mənə sağlıq deyirdi. Bu isə ayrı bir, həm də lüzumsuz məsələdir.

- Bir də “Ən yeni ədəbiyyat” seriyasında çıxan kitablara ötəri yanaşmağın irad tutulur.

- Maraqlı əsərlər var. Aqşinin romanın dili yaxşıdır. Koloritlidir. Amma onu roman hesab etmirəm. Sanki uzun bir essedir. Nərmin Kamalın “Aç, mənəm” romanı da yaxşıdır. Hiss olunur ki, o, postmodernizm nəzəriyyəsini yaxşı mənimsəyib. Amma bu roman həmin nəzəriyyəyə nümuna ola bilməz. Sevinc Pərvanin “Şəhər” romanında yaxşı həyat materialları var. Amma dili çox pisdir. Strukturu, sujeti yerində deyil.

- Bəs, MKM birincisi olan Pərvizin “Yad dildə” romanı necə?

- Pərviz onlara nisbətən çox peşəkardır. Ancaq onun yazdığı üslubla, bu metodologiya ilə roman yazmaq gülüncdür. Tematikası aktualdır. Üslub köhnədir. Bu üslubla adamları təəccübləndirmək mümkün deyil. Bu 30 il qabaq Mirzə İbrahimovun, Mehdi Hüseynin qarışığı üslubudur, heç bəlkə də onlar da deyil. Nəsə anlaşılmaz bir üslubdur. İstənilən mövzu ona həm də adekvat mövzu tələb edir. Məsələn, Əkrəm Əylislinin üslubunda dedektiv əsər yazmaq olmaz.

- Bu seriyada AYB-dən təkcə İlqar Fəhminin əsəri çıxıb. Bu durum sizi narahat edirmi? Siz də bu seriyada çap olunmaq istəyirsinizmi?

- Olar. Niyə olmasın. Əlimdə hazır, bitirdiyim roman olsa, çap olunaram. Buna çox normal baxıram. Hərə öz kitabına, öz əsərinə cavabdehdir. Mən fikirləşmirəm ki, Şahbaz Xuduoğlu ancaq AYO-çuları çap edir. Bəlkə AYB-dən heç ora əsər təqdim edən yoxdur. Deyəsən, Şərif Ağayarın o seriyadan romanı çıxacaq. Bu nə Şərifin romanını zəiflədir, nə də Şahbaz Xuduoğlunun markasından heç nə itmir. Bəlkə də qiyməti qalxır. Şərifin romanını elektron variantda oxumuşam, çox gözəldi. Son illərdə bəlkə də bu qədər peşakarca yazılmış mətn oxumamışdım.

- AYB-nin ədəbi orqanlarında çox görünmürsünüz. Səbəb nədir? Bu qəzet və jurnalların keyfiyyətindən razı deyilsiniz?

- “Ulduz” jurnalının iki nömrəsini çıxartmağı bizə tapşırmışdılar. İki nömrə buraxdıq. Ondan sonra çap olunmuram. “Ədəbiyyat qəzeti”ndə isə çap olunmağı arzulamazdım. “Ulduz” və “Azərbaycan” jurnalında modernləşməyə, yeniləşməyə ehtiyac var. Bu jurnalda çap olunmaqda problem yoxdur. Əsərin varsa, Elçin Hüseynbəyli çap edir. Amma bu jurnalın ədəbi mühitə, yazıçılara, oxuculara yayılması, təsir qüvvəsi nə qədər ki, insanlar burda çap olunmaq istəsinlər. Mənə elə gəlir ki, bu yoxdur.

- Niyə yoxdur?

- Görünür baş redaktorun, onun müavinlərinin günahı çoxdur.

- “Ədəbiyyat qəzeti”nə ildə nə qədər pul ayrılır. AYB isə 80 illik böyük bir təşkilatdır. Bəs problem nədədir? Qəzet və jurnallar niyə belə çıxır?

- Məsələn, Elçin Hüseynbəyli bir baş redaktor kimi “Ulduz” jurnalını idarə edə bilmir. Onu çıxardıb “Azərbaycan” jurnalına da qoysalar yenə eyni effekt olacaq. Çünki məncə o, çağdaş ədəbiyyatı duymaq, hiss etmək qabiliyyətindən məhrumdur. Yaşla bağlı məsələdi görünür. Bu jurnalda yaşı 35-dən aşağı olan gənclər işləməlidir. Elçin Hüseynbəylinin isə 50 yaşı var. Sovet vaxtı jurnal bundan daha dinamik idi. Orda şeiri çıxan gənc tezliklə bütün ölkədə tanınırdı. İndi kim burda çap olundana hadisəyə çevrilir? Məncə, heç kim.

- “Ədəbiyyat qəzeti” haqda...

- Orda da eyni problemdir. Ayaz Vəfalı bu qəzeti şəxsi mirası, dədəsindən qalma mülkü bilir. Sanki ona bu qəzet vərəsəliklə keçib. Yenə digər jurnallarda maraqlı nəsə tapmaq olur. Bu qəzetdə isə son 10 ildə maraqlı heç nə çıxmayıb. Başdan ayağa nekroloqlardan, ad günü təbriklərindən ibarət qəzetə çevrilib. Hətta qəzetin loqosu da, dizaynı da köhnədir. Çox ciddi kadr islahatına ehtiyac var. Orda diktator tipində bir adam oturursa, nəticə necə olacaq?

- Amma AYB “Ədəbiyyat qəzeti”nin rəhbərliyini dəyişə bilər.

- Ehtiyac var dəyişməyə. Son məruzəmdə qeyd etmişdim ki, bu qəzet son 5 ildə ancaq nekroloqlarla yadda qaldı. Anar müəllim dedi ki, bu qeyd doğrudur. Tapşırdı ki, məruzənu olduğu kimi qəzetdə versinlər. O qeydi çıxartmadılar. Baxmayaraq ki, qəzetin nümayəndələri də ordaydılar və bundan narazıydılar. Deyəsən, son 10 ildə “Ədəbiyyat qəzeti”ndə bu qəzeti tənqid edən yaganə adam mənəm.

- AYB-lə bağlı tənqidlərdən daha hansılarla razısınız?

- Səlim Babullaoğlunun “Dünya ədəbiyyatı” dərgisi var. Ona maddi-texniki dəstək verilmir ki, çıxsın. “Qobustan” jurnalının çıxmasındansa, “Dünya ədəbiyyatı” dərgisini çıxması şəxsən mənim üçün daha maraqlıdır. Çünki burda dünya ədəbiyyatı tərcümə olunur. İndi “Qobustan” dərgisinin varlığı ilə yoxluğu heç bilinmir. Qan dəyişməsi baş verməlidir. Yeni təfəkkürlü, alternativ düşüncəni qəbul edəcək insanlar gəlməlidir. Bu ancaq xeyir gətirər. Bu AYB olmasın, “İks” olsun. Bu gedişlə, bu cür təfəkkürlə ədəbiyyat inkişaf edə bilməz.

- AYB-də narazılar çoxdur. Qarşıdan qurultay gəlir. Nəyinsə dəyişəcəyini gözləmək olarmı?

- Bilmirəm olacaq ya olmaycaq? Bizim nəsə söz demək, iştirak etmək imkanımız olsa, mən öz sözümü deyəcəm. Ən azı “Ədəbiyyat qəzeti” haqda deyəcəm. Amma necə olacağın proqnoz verə bilmirəm.

- Kimə səs verəcəksiniz?

- Bu haqda düşünməmişəm. Amma düşünməliyəm.

- Anara səs verəcəksiniz?

- Bu haqda da düşünməliyəm.

- Ürəyinizdə namizəd var?

- Yox.

- Rəşad Məcidlə Anar namizəd olsa kimə səs verərsiniz?

- Rəşad Məcidə.

- Bəs, Elçin Hüseynbəylini də bu siyahıya qatsaq?

- Yenə Rəşad Məcidə səs verərəm.

- Çingiz Abdullayevi də üstünə gəlsək?..

- Yenə də Rəşad Məcid.

- Niyə məhz o?

- Mən fikirləşirəm ki, katiblikdə Rəşad Məciddən tolerant, alternativ düşüncəyə açıq adam yoxdur. Həm də məntiqi sual olar. Elçin Hüseynbəyli “Ulduz” jurnalını hansı səviyyədə ictimailəşdirə bildi ki, indi də sədr olsun!? Rəşad Məcid “Gənc ədiblər məktəbi”ni yaratdı. Onlarla gənc ortaya çıxdı. Əgər seçim olsaydı, mən ona səs verərdim. Amma bu barədə yenə də düşünmək lazımdır. Hələ buna çox var. Belə deməyimə baxmayın, bəlkə nə Anar müəllim, nə Rəşad müəllim namizəd olmadı. Burda oturub proqnoz vermək anlamsızdır, amma könül hər zaman istəyər ki, modern, açıq fikirli və gənc biri sədr olsun.

- AYB-də belə insanlar var?

- Var.

- Çoxdur?

- Yox azdır. Rəşad Məcid, Əsəd Cahangir, Səlim Babulloğlu, Qulu Ağsəs, İlqar Fəhmi... Bunlardan artığını saya bilmərəm. Bu imzalar açıq fikirli adamlardır.

- Yaradıcılığın haqda danış zəhmət olmasa. Kitab buraxmaq fikrin varmı?

- “525-ci qəzet”in buraxdığı seriyada “Vitrin” adlı balaca şeirlər kitabım çıxıb. İndi fikirləşirəm ki, böyük bir şeir kitabı buraxım. Ondan sonra şeirlə yollarım bir qədər aralanacaq. İndi şeir haqda əvvəl düşündüyümdən fərqli düşünürəm. Bir il boyunca bir şair 2-3 yaxşı şeir yaza bilər. Esseistika ilə məşğul olmaq istəyirəm. Gələcəkdə bunları da dərc etmək istəyirəm. Dünya ədəbiyyatında ədəbi cərəyanlar haqda araşdırma aparıram. 2 ildir ki, yazıram. Bitirəndə çap etmək fikrindəyəm.

- Bəs roman?

- Roman enerjisini özümdə hiss etmirəm. Bir qədər vaxt keçməlidir.

Elmin HƏSƏNLİ

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
   Son ikinci və üçüncü onilliklərdə beynəlxalq müstəvidə bir çox dəyişikliyi müşahidə etmişik. Bu dəyişikliklərin ən mühüm təsirlərindən biri də, nəsillər arasındakı əlaqənin formasındakı dəyişiklik olmuşdur. Bu səbəb olub ki, dəyərlərin ötürülməsi daha ailələr vasitəsilə baş verməsin. Yəni, ailə cavanların cəmiyyətə uyğunlaşması mənbəyi sayılmır. Ənənəvi cəmiyyətlərdə ailə insanların cəmiyyətə uyğunlaşma mənbəyi sayılır. Həqiqətdə belə olub ki, insanlar öz ailə həyatlarını təkrar edirdilər.
   Doktor Cəfərzadəpur Cavanların Evlənməsinə aid Məsələlərin Tədqiqatı Mərkəzinin (SAC) suallarını cavablayarkən, nəsillər arasındakı fərqlərin səbəblərini izah etmişdir.
   -Xanım Cəfərzadəpur, sizin nəzərinizdə müasir cavan nəslin ən mühüm xüsusiyyəti nədir?
   -Cavan nəslin xüsusiyyətləri barədə söhbət etməzdən öncə, keçmişdə baş vermiş və hazırkı nəslin bu xüsusiyyətlərə sahib olmasına səbəb olmuş hadisə və fundamental dəyişikliklər barədə söhbət etməliyik.
Son ikinci və üçüncü onilliklərdə beynəlxalq müstəvidə bir çox dəyişikliyi müşahidə etmişik. Bu dəyişikliklərin ən mühüm təsirlərindən biri də, nəsillər arasındakı əlaqənin formasındakı dəyişiklik olmuşdur. Bu səbəb olub ki, dəyərlərin ötürülməsi daha ailələr vasitəsilə baş verməsin. Yəni, ailə cavanların cəmiyyətə uyğunlaşması mənbəyi sayılmır. Ənənəvi cəmiyyətlərdə ailə insanların cəmiyyətə uyğunlaşma mənbəyi sayılır. Həqiqətdə belə olub ki, insanlar öz ailə həyatlarını təkrar edirdilər.
   Amma, bu günkü müasir cəmiyyətdə cəmiyyətə uyğunlaşmanın fərqli mənbələri müşahidə olunur. O cümlədən, KİV-lər, təlim və tərbiyəm müəssisələri və yaşıd qrupları göstərmək olar ki, bunlar dəyərləri ötürürlər. Buna görədir ki, biz hazırkı cavanların xüsusiyyətlərinin ötən nəslin cavanlarındakı xüsusiyyətlərdən fərqli olduğunu görürük. Bu dəyişikliyin təsirinə məruz qalmış dəyərlərdən biri də, həyat yoldaşı seçimi və evlilikdir. Keçmişdə ailələr öz övladlarının evlənməsində olduqca fəal rol oynayırdılar. Amma, tədricən görürük ki, bu rol dəyişmişdir və indi daha çox bu məsələ fərdi seçim vasitəsilə həyata keçir.
   -Yəni, bu nəzər nöqtəsindəki fərqlər səbəb olub ki, cavanlar valideyn, müəllimlər, məsul şəxslər və ümumiyyətlə ötən nəsillə ünsiyyət yaratmaq və əlaqə qurmaqda bu həddə problemlə üzləşsinlər?
   -Bəli. Cavan nəslin baxışlarında baş vermiş dəyişikliklərin, ötən nəsilin dəyərlər sistemi ilə fərqlənməsinə səbəb olması şübhəsizdir. Buna görə də, cavan nəsil daha çox öz dəyərlərini yürütməyə çalışırlar.
   -Cavanların özlərindən əvvəlki nəsillə, xüsusilə də valideynlərlə, ortaq dil tapmasına, həqiqətdə öz nəzərlərini valideynlərə çatdırmaqları üçün hansı yollar var?
   -Burada bir məqama toxunmağı zəruri sayıram. Belə ki, İmam Əli (ə) buyurmuşdur: -“Camaat atalarının dövründən çox, öz dövrlərinə oxşayırlar”. Görün bu hədisdə necə də dərin baxış var. Yəni, valideynə deyir ki, siz öz dəyərlərinizi övladlarınıza yükləməyə çalışmayın. Əksinə, onları dərk etməyə çalışın.
   Buna əsasən, valideyn və övlad arasında qarşılıqlı dərk etmə olmalıdır.
   Bu səbəb olur ki, iki nəsil arasında yaxşı anlaşma yaransın. Həqiqət budur ki, nəsillərin hər hansı tərəfindən fikirlərin məcburi yüklənməsi fasilə və yarıqları daha da artırır.
   -Hazırda evlənmə yaşının artmasını, xüsusilə də şəhər yerlərində müşahidə edirik. Sizin fikrinizcə, nəsillər arasındakı baxış və səliqə fərqlərinin ailə qurma yaşının çoxluğuna nə kimi təsiri var?
   -Bilirsiniz, şəhər həyat tərzi, şəhər həyatına uyğun tələb və təvəqqelərə və qarşı tərəfdən olan istəklərə uyğun olaraq, evlilik yaşına təsir qoymuşdur. Lakin, biz deyə bilmərik ki, yalnız nəzərlər arasındakı fərqlər evlilik yaşının artmasına səbəb olmuşdur. Amma deyə bilərik ki, cəmiyyətdəki dəyişikliklər ümumi olaraq elə olmuşdur ki, əlaqələrə öz təsirini qoymuşdur. Bu da, əlaqənin qarşılıqlı anlaşma halətindən çıxıb, qarşılıqlı ziddiyyətə çevrilməsinə səbəb olmuşdur.
   -Doktor, sizin fikrinizcə, iki nəsildən biri özlərinin bütün istəklərinə göz yumub, başqa nəslin hörmətinə öz dəyərlərini qurban verməsi məntiqidirmi? Yoxsa hansısa bir məqamda bərabərliyə çatmalıdılar?
   -Cəmiyyətdəki məsələlərə daha ümumi bir nəzər saldıqda görürük ki, cavan və valideynlər sayılan orta yaşlı nəsil arasındakı fərqlər qırılma həddində deyil. Hələ də elə bir məqama çatmamışıq ki, nəsillərdən biri öz dəyərlərini başqa bir nəslə qurban versin. Əksinə, iki nəsil arasında ortaq məxrəc yaratmaqla, hər ikisinin öz istəklərinə çatması mümkündür.
   Övladlar öyrənməlidir ki, valideynlərin baxış bucağını nəzərə almalıdırlar. Onların məhəbbət və təcrübələrini qarşılıqlı ziddiyyət kimi hesaba almamalıdırlar. Buna uyğun olaraq, valideyn də bilməlidirlər ki, cavan nəslin baxışları onların baxışları ilə fərqlidir.
   Bu təlimlər müəyyən bir məqamda qarşılıqlı anlaşma əldə etmək üçün hər iki nəslə lazımdır.
   -İxtiyarımızda qoyduğunuz vaxta görə, sizə təşəkkür edirik.
   -Çox sağ olun.
Mənbə: Saj.ir
Tərcümə etdi: M. Əhmədov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
   Eşq öndədir ya mərifət?
   Başqa sözlə, əvvəl sevirik sonra tanıyırıq, yoxs əvvəl tanıyır və mərifət əldə edirik və bundan sonra rəğbət və məhəbbət bəsləyirik?
   Bu sual zahirdə sadə nəzərə çarpır. Lakin hər iki nümunədən xəbərdar olduğum üçün, bu məsələ mənim üçün mübhəm idi.

   Dedim: -Mən belə düşünürəm ki, əgər rəğbətimiz olsa, bu bizi mərifətin ardınca getməyə sövq edəcək.
   Dedi: -Əgər tanımasaq, məhəbbət necə vücuda gələcək?
   Dedim: -Bəzən ümumi fəzadan, mühitdən, adətdən, ictimai ruhiyyədən, bilmirəm başqa yollardan, müəyyən bir şeyə qarşı şövq və məhəbbət vücuda gəlir. Bu cazibə bizi bir məsələ ya şəxs yaxud da hadisə ilə baş-başa qoyur. Onun sorağına yollanırıq.    Yaxınlaşdıqca daha yeni şeylər görürük və öz məhəbbətimizin daha da artmasını başa düşürük.
   Dedi: -Bəlkə də daha dərin və daha köklü olur.
   Dedim: -Bəlkə də mübhəmlikdən şəffaflığa çatır və o məhəbbətin sərhədi və çərçivəsi daha aydın görünür.
   Dedi: -İcazə ver, mən də öz dəlilimi deyim. Biz nə üçün bir şeyə və ya bir şəxsə məhəbbət bəsləyirik? Şeylərin bizi cəzb etməsinin rəmzi nədir? O “məhəbbət bəsləniləndə” gördüyümüz kamillik, gözəllik, yaxşılıq, hərtərəflilik, fayda, əbədiyyət və xeyirdən ibarət əlamətlərdən başqa şeyə görəmi ona məhəbbət bəsləyirik? Bizim fitrətimiz yaxşı, gözəl və xeyirli olan şeyə doğru çəkilir. Buna “cəzb və cəzbi qəbul etmə qanunu” deyilir.
   Dedim: -Misal üçün, biz ata və anamızı sevirik, yaxud valideyn öz övladlarına məhəbbət bəsləyirlər. Onlarda nə görüblər ki, belə məftun olmuşlar?
   Dedi: -Məgər valideyn övladın atifə və ruhi ehtiyaclarını ödəyən deyillər? Məgər atalar və analar öz vücudlarının davamını “övladların aynasında” görmürlərmi? Bundan gözəl xeyir və cazibə nə ola bilər?
   Dedim: -Amma mən belə düşünürəm ki, bu məhəbbət onların təbiətində mövcuddur. Bu eşqin sayəsində bir-birlərinə yaxınlaşır və bir-birlərinin yaxşılıq, fayda və gözəlliklərini dərk edirlər.
   Dedi: -Heç olub ki, siz tanımadığınız adama rəğbət bəsləyəsiniz? Yaxud barəsində heç bir məlumatınız olmayan şəhər və ölkəyə getməyə müştaq olmusunuzmu?
   Dedim: -Yox. Barəsində heç bir məlumatım olmayan şeyə ürək bağlamaq üçün bir dəlil yoxdur.
   Dedi: -Yavaş-yavaş fikirlərimiz yaxınlaşır. Bəzən tanımadığın bir şəxsin yanından ötürsən, yaxud sənin üçün təkcə bir insan olan şəxsin yanında əyləşirsən və onun fikirləri, ruhiyyəsi, keçmişi, xüsusiyyəti, ictimai mövqeyi və xüsusi məqamından xəbərsizsən.    Onunla rəftarın da quru və adidir. Amma, elə ki yanında oturan və ya qarşından keçən şəxsin filan alim, filan sənətkar, filan qəhrəman, filan fədakar, filan xeyriyyəçi olduğunu bildikdə hiss edirsən ki, ona tərəf meyl edir, rəğbətin artır, ehtiram hissin çoxalır və onunla söhbət etmək və ya onun da səni tanımasını və səninlə ünsiyyət qurmasını istəyirsən. Bu hiss haradan qaynaqlanır? Bu hiss onu tanıdıqdan sonra yaranır.
   Dedim: -Bunu qəbul edirəm. Bir dəfə səfərə çıxan zaman mənim yanımdakı oturacaqda əyləşmiş şəxslə tanış oldum. Təsadüfi olaraq onun məşhur və mühüm ustadlardan olduğunu başa düşdüm. Çox sevindim. Onun haqqında əvvəlcədən bəzi şeylər eşitmişdim. Amma, bir neçə saatlıq yoldaşlıq, birgə söhbətimiz və onun danışdığı xatirələr vasitəsilə onun haqqında olan məlumatım neçə qat çoxaldı. Ona qarşı olan məhəbbətim də buna uyğun olaraq artdı.
   Dedi: -Deməli, bu arada bir şey “qayda” olaraq aydın olur. O da bundan ibarətdir ki, bizim bir şeyə, ya şəxsə, ya müəyyən mövzuya rəğbətimizin artmasının yolu o barədə məlumatımızın artmasıdır.
   Dedim: -Mən uzun müddət öncədən eşidirdim ki, Allaha eşq bəsləmək belədir, elədir. İstəyirdim ki, mən də bəzi arif və təqvalılar kimi Allahı sevim. Bu məhəbbətin ləzzətini dadım və onun səmərəsini həyatımda hiss edim. Doğurdan, bu məhəbbəti əldə etməyin yolu necədir? Nə üçün bəzilərinin ona nisbətdə məhəbbət hisləri yoxdur?
   Dedi: -Bu rəğbətsizliyin səbəbi mərifətin olmaması və ya az olmasındandır. Nə qədər Allahı, Onun cəlal və cəmalını, Onun nemətlərini, sənə etdiyi ehsanları, sənin barəndə etdiyi yaxşılıqları tanısan, Onu daha çox sevəcəksən. Yeri gəlmişkən, bu məsələ Allah və Onun peyğəmbərlərindən birinin arasındakı söhbətdə açıq-aşkar bəyan edilmişdir.
   Dedim: -Yəni, Allaha necə aşiq olmaq və Onu sevmək yolu barədə?
   Dedi: -Bəli. Allah bir gün Həzrət Davuda (ə) belə vəhy etdi: -“Ey Davud! Məni sev və camaatı da məni sevənlərdən et!” Davud (ə) peyğəmbər Allaha ərz etdi: -“Özüm Sənə məhəbbət və rəğbət bəsləyirəm. Camaatı necə Səni sevənlərdən edim?” Allah buyurdu: -“Mənim onlara olan nemətlərimi xatırlat. Əgər mənim tərəfimdən onlara verilmiş nemətləri bilsələr, Məni sevəcəklər”.
   Dedim: -Bu məhəbbətin bizə nə kimi təsiri var?
   Dedi: -Məhəbbət itaət yaradır və dostluq yoldaşlıqla sonlanır.
   Dedim: -Bir az da izah et. Allahı sevən insanların Allahı tanımayan və ya sevməyən şəxslərlə fərqini də bilmək istəyirəm.
   Dedi: -Heç olub ki, bir şəxsi çox sevəsən və xatirini əzizləyəsən?
   Dedim: -Bəli. Bu çox olub.
   Dedi: -Olub ki, dostuna və ona bəslədiyin məhəbbətə görə öz proqramını dəyişəsən və ürəyin istəyən şeydən vaz keçəsən?
   Dedim: -Bəli, bu da qarşıma çıxıb.
   Dedi: -Bu eşq və məhəbbətin təsirindəndir. Yəni, məhəbbət və rəğbət insanı “özündən” çıxarır və başqasına bağlayır. Əgər eşq olsa, məşuqunun nəzərinə zidd söz deməyə və ya onun razılığı olmayan işi görməyə razı olmursan.
Özün bütün çətinliklərə dov gəlirsən ki, o səndən inciməsin. Bu məhəbbətin tələbidir. Əlbəttə, məhəbbətin şüar və iddia deyil, həqiqət olduğu zaman.
   Dedim: -Belə düşünürəm ki, Babatahir Üryanın məşhur şeiri də bu məqama işarə edərək deyir:
   Biri dərd, digəri dərman istəyir
   Biri vüsal, digəri hicran istəyir
   Mən dərd, dərman, vüsal və hicrandan
   Onu istəyirəm ki, canan istəyir
   Dedi: -Doğurdan da yerində dedin. Yəni, Babatahir yerində və gözəl deyib. Əgər bizim məhbub və cananımız Allah olsa, bizə qarşı olmuş və hazırda da olan bu qədər diqqət, yaxşılıq və lütfünə görə Onu sevəcəyik. Bu dostluğa görə, Onun dedikləri və istəklərinin əleyhinə əməl etməyə hazır olmayacayıq. Əgər Allaha aşiq olduğumuzu deyib, amma sözə də baxmırıqsa, aydın olur ki, bizim eşqimiz həqiqi deyil. Buna görə dedim ki; “Məhəbbət itaət yaradır və dostluq yoldaşlıqla sonlanır”.
   Dedim: -Əgər səhv etmirəmsə, ərəbcə və İmam Sadiqə (ə) istinad edilən bir şeir eşitmişdim ki, belə bir məzmunu var idi: “Allaha məhəbbət və rəğbət iddia edirsən, hal bu ki, günaha batırsan? Canıma and olsun ki, bu çox təəccüblü işdir. Əgər sənin məhəbbətin həqiqi olsa, Ona itaət edərsən. Çünki, sevən şəxs öz sevdiyi şəxsə mütidir.
   Dedi: Elədir. İmam Sadiqin (ə) də gözəl sözü bu mənaya işarə edir. Bəlkə də, Quranın Allah rəsulunun (s) zəmətləri və risalətinin əcr və qarşılığı olaraq Əhli-beyti (ə) sevməyi buyurmasının rəmzi də budur. Bu, Rəsulullahın (ə) ailəsini sevənlərin həyatında bu məhəbbətin təsir qoyması üçündür. Əgər Əhli-beytə (ə) olan eşq də şüar deyil həqiqət olsa, bu əlaqə onların yolunu getməyə və onlarla uyğunlaşmağa sövq edəcəkdir. Bu zaman, İmam Hüseynə (ə) qarşı eşq iddiasında olan şəxsin namazı tərk edənlərdən olması mümkün deyil. Çünki, İmam Hüseyn ibn Əli (ə) namaza görə öldürüldü. İmam Əlinin (ə) vilayətində olmasını iddia edən şəxs haqsızlıq və zalımlıq edə bilməz. Çünki, onun mövlası Əli (ə) ədalət və haqqın məzhəri idi. Məgər ola bilərmi ki, bir qadın Həzrət Zəhraya (s.ə.) aşiq olsun, amma hicaba riayət etməsin?!
   Dedim: -Əgər bu məhəbbət olsa, Əhli-beytin (ə) aşiqi həmişə onları xatırlayır. Onların matəmində qəmli, onların şad günlərində sevinclidir. Yəni, onun nəbzi o ailənin nəbzi ilə döyünür. Onların ziyarətinə gedir və onların ad və xatirələrini əzizləyir. Onları tanıdığı üçün, onlara ürək verir və onların xətrini istəyir.
   Dedi: -Ah... Yenidən birinci məsələnin üzərinə qayıtdın. Yəni, məhəbbət və mərifətin əlaqəsi və hansının o birinə təsir qoyması və hansının öndə olması məsələsi.
   Dedim: -Nəhayət hansının öndə olması məlum oldu?
   Dedi: -Bu qədər söz-söhbətin nəticəsi bu oldu ki, Bu ikisi biri birində və biri birinə qarşılıqlı təsir göstərir. Həm mərifət məhəbbət gətirir, həm də məhəbbət və eşq insanı daha çox, daha yaxşı və daha dərin mərifət və tanımağa çatdırır.
Müəllif: Cəvad Muhəddisi
Mənbə: Porseman
Çevirən: M. Əhmədov

Kullanıcı Oyu: 4 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin değil

“Ermənilər Mübarizə Rembo deyirdilər”.
Mübariz İbrahimov:
“Biz ömürlük burada qalacağıq!
“Əsgərlərimiz mömin-namazqılan olsa daha yaxşıdır. Çünki...”

    Azərbaycanın milli qəhrəmanı şəhid Mübariz İbrahimov haqqında mətbuatda çoxlu məlumatlar verilib. Onun şəhid olmasından, uşaqlıq xatirələrindən geniş yazılar yazılıb. Biz isə bu müsahibədə onun haqqında  deyilməyən məqamlara, yazılmayan nöqtərə toxunacağıq. Beləliklə müsahibimiz Mübarizin cəbhə yoldaşı, dostu, onunla şəxsən yaxından tanış olmuş və onun haqqında yayılan məlumatların canli iştirakçısı Rəşad Həsənlidir. Siz Mübariz haqqında ən doğru məlumatları onun dilindən eşidəcəksiniz...

-Salam, Rəşad.
-Salam.
Coşqun: Əvvəl başlayaq bundan ki, şəhid Mübariz İbrahimovla ilk dəfə harda və necə tanış oldunuz?
Rəşad Həsənli: Şəhid Mübarizlə ilk tanışlığım cəbhə bölgəsində baş tutdu. Onu ilk dəfə ön cəbhədə tanıdım. İlk dəfə idi ki, bir şəhidin şəhidlikdən öncəki cəbhə həyatını müşahidə etmək mənə nəsib olurdu və yenə də ilk dəfədir ki, bir şəhidlə bağlı xatirələrimi sizlərlə bölüşürəm.
Emil: Hansı bölgədə xidmət edirdiniz?
Rəşad Həsənli: Borsunluda.
-Mübarizin dəqiq şəhid olduğu gün hansı gündür?
-Mübariz 18 iyulda şəhid oldu.
- Bəs cəsədi düşmən tərəfdə nə qədər qaldı ?
- Dörd ay.
Coşqun: Sizin xəbəriniz olmadı Mübariz gedəndə? Niyə tək getdi bəs?
Rəşad Həsənli: Yox, o gedəndə bizim xəbərimiz olmadı. Tək, heç kimin xəbəri olmadan keçmişdi hücuma.
- Bəziləri Mübarizi qınayırlar ki, komandirin icazəsi olmadan bu addımı niyə atıb, buna cavabınız?
- Bəli, bu barədə mətbuatda mənim də gözümə bəzi yanlış məlumatlar sataşdı. Amma qeyd edim ki, bu cür düşünənlər bir məsələyə diqqət etsinlər ki, o gün atəşkəs dəfələrlə ermənilər tərəfindən pozulmuşdu. Mübariz də bu atəşkəsi pozanlara cavab olaraq getdi və şəhid oldu... Yəni burda icazə lazim deyildi.

Emil: Bəs Mübarizin şəhid olmasından haçan xəbər tutdunuz?
Rəşad Həsənli: Şəhid olan gecənin sabahı.
Coşqun: Bəs vəsiyyətnaməsini hardan tapdınız?
Rəşad Həsənli: O, öz paltarını qoyub getmişdi. Vəsiyyətnaməsi də öz paltarının cibindən çıxdı.
Emil: Mübariz təqribən günün hansı saatlarında hücuma keçmişdi? Atəşkəs haçan pozulmuşdu?
Rəşad Həsənli: Mübariz axşam namazını qılmışdı. Bu arada atəşkəs dəfələrlə düşmən tərəfindən pozulmuşdu. O isə özünün də vəsiyyətnaməsində qeyd etdiyi kimi vətənin dar günündə dözmədi. Və cavab vermək üçün getdi...
-Onunla aranızda ilk dəfə daha yaxın münasibət necə yarandı?
-Mübariz namaz qılan idi. Borsunluda xidmətə gəldiyi gün ona bələdçilik edən səngər yoldaşına da yolda bu sualı vermişdi:”Ön xətdə namazlarımı qılmağa şərayit olacaqmı? Çox istəyirəm ki, orada da namazlarımı qılım!”
İlk dəfə görüşəndə də mənə verdiyi sual namazla bağlı idi. Sonra da namaz qılmaq üçün münasib yer göstərməyimi xahiş etmişdi. Elə münasibətimiz də beləcə yarandı. Arada oturub söhbət edərdik.  Elə son namazını da həmin yerdə qılıb getdi.
Coşqun: Mütaliə necə, kitab oxuyurdu?
Rəşad Həsənli: Bəli, oxuyurdu. Mütaliəni sevirdi. Çox vaxt qapını arxadan bağlayar tənha qalar, özünə çəkilərdi.
Emil: Dini dünya görüşü necə idi?
Rəşad Həsənli: Dərin dini dünya görüşə malik olmasa da Allah haqqında düşüncələri qeyri-adi idi. Həmişə deyirdi:”Allah gör nə qədər böyükdür ki, bizim özümüz üçün etdiklərimizi savaba yazir...”
Coşqun: Düşmənlə fasiləniz nə qədər idi?
Rəşad Həsənli: Düşmənlə aramızda 25 metr fasilə vardı. Düşmən atəşkəsi pozdu. Yarim saat atışdıq...
- Mübariz təqribən neçə nəfər erməni öldürmüşdü?
-50-yə yaxın.
Emil: Yalnız avtomatdan istifadə etmişdi?
-Bəli. Gecə ilə heç gözləmədikləri bir vaxtda hücuma keçib 50 nəfər ermənini cəhənnəmə vasil eləmişdi.
Coşqun: Bəs sonradan ermənilər intiqam almadılar sizdən? Mübariz 50 nəfər öldürmüşdü bunun intiqamını almadılar?Hücuma keçmədilər?
Rəşad Həsənli: Niyə hücum etdilər. Mübarizin öldürdüyü 50 nəfərin intiqamı olaraq başqa bir bölgədən, Füzulidən hücuma keçdilər və bir azərbaycanlı əsgər şəhid oldu.
- Fərid necə qərara gəldi bəs hücum etmək üçün?
- Ermənilər Mübarizin cəsədini vermirdilər. Bir neçə ay sonra Mübarizin cəsədini gətirmək üçün Fərid digər bir dostu ilə hücuma keçdi.
Emil: Və o da şəhid oldu?
-Bəli.
- Fərid müvəffəq olmadı, bəs sonradan cəsəd necə alındı?
- Daha sonra atəşkəs pozulanda ermənilərdən də Azərbaycan tərəfə keçən olmuşdu. Həmin ermənin meyidini verib Mübarizin cəsədini aldılar.
- Mübariz sıravi bir əsgər idi, yoxsa?
-Yox, o gizir idi... Əsgərlikdə yaxşı nüfuzu vardı.
- Bəs gizirin əsgərlərlə davranışı necə idi? İncitmirdiki onları?
-Yox, o çox mehriban idi. Deyirdi mən sizi incidə bilmirəm. Mübarizin ən böyük arzusu səngərdə namaz qılanların olması idi. O məhz sərhəddi namaz qılanların qorumasını arzulayirdi.
Coşqun:- Görəsən, niyə məhz namaz qılanlar?
- Deyirdi ki, namaz qılanlar konkret düşməni taniyirlar, kiminlə döyüşüdüklərini bilirlər. Vətəni ürəyi Allah eşqi ilə döyünənlərə etibar eləmək olar...
Mətbuatda gedən yazılarda Mübarizin boksla məşğul olduğunu yazırlar...
- Bəli, o həm də boksyor idi. Ermənilər Mübarizə Rembo deyirdilər. Qeyd etdiyim kimi səngərlə aramız 25 metr idi. Bir-birimizin səsini eşidir, danışdıqlarımızı duyurduq. Mübarizin şəhid olmasından sonra ermənilər səslənib bizə acıq verirdilər ki, Rembo bizdədir...
Emil: Mübariz həm də könüllü əsgər idi...
Rəşad Həsənli: Bəli. O, əsgərliyini çəkib bitirmişdi. Sonradan könüllü olaraq əsgər yazılmışdı. Təzə tanış olanda ondan soruşmuşdum ki, xidmət müddətin nə qədərdir. Burda nə qədər qalmaq istəyirsən? Gözlərini süzüb cavab vermişdi ki, “Biz ömürlük burda qalacağıq”!
- Mübariz heç dünyəvi arzulardan danışırdı? Axı hər bir gəncin öz arzuları olur. Evlənmək, ailə, oğul-uşaq sahibi olmaq və s. Mübariz necə, belə arzuları yox idi?
-Yox heç bu barədə danışmırdı. Bu mövzular sanki ona yad idi.
Coşqun: Səni yorduq Rəşad, gərək bizi bağışlayasan. Sonuncu sualımı soruşuram. Bu sual məni doğurdan da maraqlandırır. Görəsən onun hər hansı bir yaxını, yaxud qohumu ermənilər tərəfindən şəhid olmuşdumu? Yəni doğurdanmı onu şəhid olmağa sırf Allah, vətən eşqi sövqləndirirdi? Bəlkə hansısa yaxınlarından birini öldürüblərmiş ermənilər? O da intiqam üçün gedib şəhid olub?
Rəşad Həsənli: Əvvəllər mən də belə düşünmüşdüm. Bayaq da dedim, mənə ömürlük burdayam demişdi. Mən də düşünmüşdüm yəqin hansısa qardaşı, yaxını ermənilər tərəfindən şəhid olub, onların intiqami üçün belə deyir. Axı onun əsgərliyi bitmişdi. O könüllü olaraq gəlmişdi əsgərliyə. Sonradan məlum oldu ki, yox heç də belə deyil. Mübarizin iki qardaşı var sağ-salamatçılıqdır. Onlar Biləsuvar rayonundandırlar. Və müharibədə heç bir yaxınları şəhid olmayib. Mübariz bütün Azərbaycan oğullarını özünə qardaş bildiyi üçün şəhid oldu. Onların intiqamını almaq üçün. Vəsiyyəti bunları deməm üçün bir sübutdur.
- Maraqlı müsahibə üçün sağ olun Rəşad. Doğurdan da bizlərə maraqlı məlumatlar verdiniz. Məlum olmayan məqamlara toxundunuz...
- Sizlər də sağ olun, Mübariz öz vəzifəsini yerinə yetirdi, şəhid oldu, onun qəhrəmanlıqlarından danışmaq bizim borcumuzdur.
Emil: Bəli həqiqətən də elədir. Doktor Əli Şəriyətinin bir gözəl cümləsi var. Onu Mübariz haqqında da demək lap yerinə düşər. Beləki Mübariz, Hüseynlik elədi, biz isə gərək Zeynəb olaq. Yəni bu şəhadətin əsas hədəflərini dünyaya yayaq...
Coşqun: Doğrudan da Qarabağın xilası Mübariz kimi şəhadət ruhunda tərbiyələnmiş, vətənpərvərlik duyğularını bu ruhda formalaşdirmiş gənclərimizin varlığındadır...
Emil: Bizə yüzlərlə Mübariz lazımdır ki, vətən düşmənləri ilə mübarizəyə tam qələbə ümidi ilə başlaya bilək!

                Müsahibəni hazırladı: Coşqun Cəfər
                                            Emil Kələyev

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
   Gözləri bahalı və yaraşıqlı maşına və ya cah-cəlallı evə sataşdıqda, çalışırdı ki, gözlərini yumsun və baxışları onda donmasın.
   Ondan soruşdum: -“Niyə belə edirsən? Baxmağın nə iradı var?”
   Cavab verdi: -“Göz və qəlbin əlindən fəryad
   Gözün gördüyünü qəlb edər yad”
   Mən: -“Eşitmişəm, bir gün Peyğəmbər (s) evə daxil oldu və gördü ki, xanımlarından biri qapıya təzə və qəşəng pərdə asıb. Buyurdu: “Onu mənim gözümdən uzaqlaşdır. Qorxuram ki, onu görmək mənim qəlbimdə dünya məhəbbəti yaratsın”.
   O: -“Düzdür. İnsan dolaşıq və təəccüblü varlıqdır. Bəzən göz, bəzən də qulaq vasitəsilə daxilində təlatümlər yaranır. Yəni göz və qulaq, insanın daxili aləminə girmək üçün iki pəncərədir. Çox vaxt görmək və eşitmək bizi təsir altında saxlayır. Görülməsi yaxşı və eşidilməsi faydalı olanlar bizə müsbət təsir qoyur. Əgər pis və zərərli olsa, təsirləri mənfidir.
   Mən: -“Onda “özünü senzura” etməli və bəzi şeyləri görməyi və eşitməyi özünə “qadağan” etməlisən!”
   O: -“Tamamilə doğrudur. Qeybətə qulaq asmaq, niyə qeybət etmək kimi haramdır? Çünki, biz bir müsəlmana qarşı eşitmək vasitəsilə bədbin və qəlbi ləkəli oluruq. Bizim ona qarşı olan qəlbimizin səfası itir. Ola bilsin ki, ömrümüzün sonuna qədər qəlbimiz saflaşmasın”.
   Mən: -“Maraqlıdır, Allah Rəsulunun (s) da həyatında belə bir məqam var. Həzrət (s) səhabələrinə buyurdu: -“Heç kəs mənim yanımda səhabələrim barədə pis danışmasın. Onlardan mənim üçün mövzu, məqam və s. nəql etməsin. Çünki, istəyirəm ki, səhabələrimin yanına gələndə qəlbim onlara qarşı saf və küdurətsiz olsun”.
   O: -“Bu qulaq və göz yolu ilə bizim qəlbimizə girmək istəyənləri “filtrləmək” adlanır. Bu o deməkdir ki, zehn və qəlbimizin girişində “yoxlama” qoymaq və qəlb və beyinin hərcmərclik şəhərinə çevrilməsinin qarşısını almaq. Belə ki, hər bir şey qanunsuz, icazəsiz və vizasız onlara daxil olmasın və istədiyi təsiri qoymasın”.
   Mən: -“Qəlbin yolunu bağlamaq olarmı?”
   O: -“Bəli, olar. İnsanın öz əlindədir. Görkəmli şəxslərdən birinə dedilər: -“Belə uca irfani məqama necə çatdın?” Dedi: -“Qəlbimin qapıçısı idim”. Yəni, ağıl, fikir və ruhumun xeyir və məsləhətinə olmayan şeylərin qəlbimə girməsinə icazə vermirdim. Qəlb evini yad, qarətçi, oğru və əcnəbilərin ixtiyarına vermirdim”.
   Mən: -“Xaricin daxilə təsirindən danışırdınız”.
   O: -“Əlbəttə. Bu təsir iki başlı və qarşılıqlıdır. Yəni, daxil də xaricə təsir qoyur”.
   Mən: -“Necə? Bir misal çəkin”.
   O: -“Misal çoxdur. Siz qorxduğunuz vaxt rənginiz ağarır. Xəcalət çəkdiyiniz vaxt isə rənginiz qızarır. Qorxu və xəcalət iki daxili hisdir. Lakin onun təsiri üzün rəngində hiss olunur”.
   Mən: -“Üzün rəngi, daxili sirlərdən xəbər verir”.
   O: -“Şücaət və qorxu, insanın səsində təsir qoyur. Şəkk və yəqin də belədir. Yəqini olan şəxs elə danışır ki, tərəddüddə və iki fikirli olan şəxsin danışığından seçilir. Deməli, şəkk və yəqin, qorxu və şücaət insanın daxili hissi olmasına baxmayaraq, onun zahirinə təsir qoyur”.
   Mən: -“Əgər bu “daxil və xaricin qarşılıqlı təsirləri” mütləq və ciddidirsə, onda insanların daxili ya xarici şəraitini dəyişməklə, onlarda xüsusi hallar yaratmaq olar. Yəni, bu məqamdan tərbiyə, islah və mədəniləşdirmədə bəhrələnmək olar”.
   O: -“Niyə də yox? Sadə həyat insana sağlam ruhiyyə verir, nəinki təmtəraqlı və kübar həyat. Digər tərəfdən gen-bol, təmtəraqlı və lüks həyat da insanın ruhiyyəsini başqa vadilərə sürükləyir. Sarayda oturmaq, tədricən insanın əxlaqını da sarayda oturanların əxlaqına sövq edir. Paltar barədə bizim dinimizdə o qədər məqam var ki, demə, soruşma. Niyə çox uzun paltar geyinmək qəbahətdir? Çünki, bir növ qürur və təkəbbür gətirir. Cahiliyyət adət-ənənələri haqqında yazıblar ki, bəzi şəxslərin paltarının ətəyi o qədər uzun imiş ki, bir nökər sahibinin paltarının yerlə sürünməməsi üçün, onun paltarının uzun hissəsini səbətə yığıb arxasınca gəlirmiş. Kişilərin ipək paltar geyinməsi və qızıl zinət istifadə etməsi niyə haramdır? Çünki, belə bəzəklər qadınlara aiddir. İslam dini istəmir ki, kişilər qadın xislətli olub, özlərini ipək və qızılla bəzəsinlər. Kişinin bəzəyi başqa şeydir!”
   Mən: -“Özünün zahiri və xarici görkəmlərinə çox fikir verən şəxslər, daxili görkəmlərindən qafil olurlarmı?”
   O: -“Bəlkə də, daxili çatışmazlıqları örtmək üçün zahirlərini bəzəyirlər. Əgər belə olmasaydı, kiminsə uca, zəngin və güclü mənəviyyatı olsaydı, özündə çatışmazlıq hiss etməzdi. Belə olan halda, həyat, maşın, mebel, bəzənmək və sairi təmtəraqlı etməklə onu örtbasdır etməyə qalxmazdı”.
   Mən: -“Xaricin daxilə təsirlərindən tərbiyəvi istifadəsi haqqında danışın”.
   O: -“Məsciddə olmaqla meyxanada olmaq birdirmi? Xeyir. Bir hərəm və məscid insana elə bir təsir qoyur ki, bir qumarxana, qəlyanxana və disko-bar onun əks təsirini qoyur. Deməli, tərbiyəvi məslələrdə “fəza” mühümdür. Məsumların viladət və ya şəhadət günlərində zinətləndirilən və ya qara geyinən şəhər, belə günlərdə başqa günlərdən seçilməyən şəhərə nisbətdə, öz əhalisinə təsir edir.
   Mən: -“Mən dəfələrlə əza günlərində bir evin qapısı üzərində qara bayraq gördükdə xüsusi hislərlə üzləşmişəm. Mövlud və bayram günlərində bir evin qapısı üzərində bir çırağın, lampanın yanmasını gördükdə, o evin, yaxud da mağazanın sahibinə afərin demişəm”.
   O: -“Bu əməlin o evin ya mağazanın da sahibinə təsir qoyması mütləqdir. Yəni, həm bunu göstərir ki, onların bu münasibətlə sıx əlaqəsi var, həm də vəhdət hissini gücləndirir”.
   Mən: -“Bizim hədislərdə belə gəlib: “Bizim şiələr, bizim qəm və hüzn günlərimizdə kədərli və bizim şad günlərimizdə sevinclidirlər”.
   O: -“Ümumiyyətlə imamların göstərişi budur ki, sizin bayram günləriniz sizin başqa günlərinizdən fərqli olsun. Qədir Xum bayramı haqqında buyurulub ki, mərasim təşkil edin, şadyanalıq edin. Yaxşı paltarlar geyinin. Qohumlara baş çəkin. Bir-birinizə töhfə və hədiyyələr verin. Yaxşı yemək hazırlayın. Belə ki, bu günün başqa günlərdən fərqli olduğu bilinsin. Matəm günləri ilə bağlı da, İlahi şüarların uca tutulması üçün belə tövsiyələr verilmişdir”.
   Mən: -“Əzadarlıqdan söhbət etdiniz, “ağlansınma” məsələsi yadıma düşdü. Deyirlər ki, İmam Hüseynə (ə) həm ağlamağın savabı var, həm də ağlansınmağın. Yəni, özünü ağlama halına gətirməyin. Bunun nə təsiri var?
   O: -“İndiyədək kiminsə evinə başsağlığı və ya əza məclisinə getmisən? Başqalarının sinəsi dağlı, qara paltar geyindiyi və əzizlərini itirdikləri üçün əzaya əyləşdikləri vaxt, əgər bir şəxs onların qarşısına gəlib lətifə danışsa, zarafatlaşsa nə qədər pis çıxar?! Adətən, özlərini əza sahibinin qəminə şərik kimi göstərirlər. Qəm-qüssə görkəmi almalıdırlar. Əgər əza sahibləri göz yaşı tökürlərsə, başqaları da heç olmasa, qəmgin görkəm almalıdırlar ki, ən azı bu həddə həmdərd olmalıdırlar. İmam Hüseynin (ə) əza məclislərində, o həzrət üçün ağlamsınma da bu mənadadır. Ağlayanlarla bir növ yoldaşlıq, həmdərdlik və eyni ruhiyyədə olmağı göstərir. Çox güman ki, bu ağlamsınma ağlamağa çevrilər və bu da xaricin daxilə təsiridir”.
   Mən: -“Mən çox görmüşəm ki, bir şəxs ziyarətə gedib, ziyarətdən sonra çölə çıxdıqda gözəl və bəyənilmiş hala sahib olub. Özündə yüngüllük və ruhi ləzzət hiss edib. Bu təsir haradan qaynaqlanır?”
   O: -“Bu məsələdə çoxlu amillərin rolu var. Lakin, işarə olunan həmin fəza və xarici zəmin də təsirsiz deyil. Bu məqamdan belə bəhrələnmək olar ki, ruhiyyənin lətafətli olması, psixi sabitlik və mənəvi hiss əldə etmək üçün, uşaqları imkan daxilində belə yerlərə daha çox aparmaq və bu fəzada saxlamaq lazımdır. Əlbəttə, sağlam əyləncə, idman, gəzinti və səyahət öz yerində. Lakin onların ruhi ehtiyaclarını təmin etmək və mənəvi boşluqlarını doldurmaqdan qafil olmaq olmaz”.
   Mən: -“Camaat namazında sözü gedən “ictimai hissin” xarici təsir olaraq daxilə də təsir etməsi haqqında nə düşünürsünüz?”
   O: -“Bir şəxsin cəmiyyətdə qaynayıb-qarışması bundan üstün hisdir ki, bu da camaat namazı və ümumi duaların nailiyyətlərindəndir”.
   Mən: -“Məsciddə olmağın bu qədər savabının olması, yəqin ki, onun müsbət təsirlərinə görədir”.
   O: -“Məscidin fəzası, namaz qılan şəxsdə təsir qoyur. Camaat namazında iştirak insanda ictimailik formalaşdırır. Camaat namazında ilk sırada durmağa təkid edilməsi, qabaqcıl, öncül və təşəbbüskarlığa ilham verir. Namazda sıraların intizamlı olmasına göstəriş verilməsi, daxili ittifaq yaradır. Namaz zamanı səcdə yerinə baxılmasına edilən tövsiyə fikri cəmləmə və qəlbin hazırlığını göstərir. Bir şəkilin, açıq pəncərənin və insanların girib-çıxdığı qapının qarşısında namaz qılmağın məkruh olması buna görədir ki, bunlar Allaha diqqəti və qəlbi hazırlığı yox edir. Namaz üçün təmiz paltar geyinməyin, ətirlənməyin, saç-saqqalı daramağın və namazdan öncə ətirlənməyin və ... müstəhəb olması ona görədir ki, bütün bunlar ibadətə münasib ruhiyyə yaratmaq üçündür. Bütün bunlara baxdıqda deyə bilərik ki, “daxili halın” yaranması üçün “zahiri amillərdən” bəhrələnilib. Belə ki, insan hazırlıq, diqqət, xatırlama və münacatla ibadətə məşğul olsun”.
   Mən: -“Deməli, deyə bilərik ki, namazda müstəhəb və məkruh olan şeylərin çoxu ya hamısı, namazda bu halın yaradılmasını təmin edir”.
   O: -“Əlbəttə bu təsirə malikdir. Amma, ən mühüm olanı budur ki, “mühərrik” daxildən işə düşsün. Nəinki, itələməklə işə düşsün”.
   Mən: -“Məqsədini yaxşı anlamadım”.
   O: -“Namaz “zikr” deyilmi?”
   Mən: -“Bəli, namaz Allahı yad etməkdir”.
   O: -“Əgər bir qəlb namaz zamanı diqqətli olsa, istər-istəməz əl və bədənin hərəkətləri, duruş tərzi, baxış, namazın qılınması və ... bu “diqqətə” əsasən tənzimlənəcəkdir. Bu “qəlbi hazırlıq” adlanır. Əgər namazlarımızda olmalı olduğumuz vəziyyətdə olmasaq, bu mühərrikin zəifləməsinə təsir edir. Üzümüzün Qibləyə, amma, qəlb üzümüzün digər yerə yönəlməsinin nə faydası var?
Müəllif: Cavad Mühəddisi
Mənbə: Porseman
Tərcümə etdi: M. Əhmədov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Birinci hissəyə keçid

   Livanın Sayda şəhərinin imam cüməsi, həmçinin cavanlıqdan sionist rejimlə mübarizə aparan Şeyx Mahir Həmud ilə müsahibə zamanı o, şiə, İmam Xomeyni, Amerika və həmçinin Ərəbistan barəsində maraqlı mətləblər  bəyan etdi. Müsahibənin ikinci hissəsini siz hörmətli oxucularımıza təqdim edirik.

     -Sizcə müsəlmanlar arasında vəhdətin yaranması üçün hansı işlər görülməlidir?

     -Əhli-sünnə ilə baxış fərqlərinə baxmayaraq, şiələr səhabələrə hörmət etməlidirlər. Həmçinin əhli-sünnə də, ağamız Əlinin (ə) məqamına hörmətlə yanaşmalıdırlar. Çünki bu zəmində şiənin dəlilləri güclüdür və burada ehtiram mübadiləsi olacaqdır. Həmçinin iki tərəf arasında razılıq əldə olunmalıdır. Əhli-sünnə İmam Hüseynin (ə) şəhid olmasından ötrü fərəhlənmir. Bəzən məsələlər elə izah olunur ki, şiələr əhli-sünnənin Yezidin tərəfdarı oluğunu və həzrət Hüseynin (ə) şəhadətinə sevindiyini güman edirlər. Halbuki tarix və əhli-sünnə kitabları bunun tam əksini yazırlar.
     -Müsəlmanlar arasında vəhdətin yaranmasında şiə dövləti olan İranın rolunu necə görürüsünüz?
     -Açığı, ötən bu otuz il ərzində İran İslam Respublikası bütün müsəlmanların nümayəndəsi olmuş, İslam şüarlarını və dünya hegemonlarına qarşı mübarizəni dirçəltmişdir. Mən inanıram ki, bu ölkənin imkanları bu gün şahidi olduğumuzdan daha çoxdur və bizim İrandan gözlədiklərimiz əl-Əzhərdən, ya Ərəbistandan, yaxud da Hindistan və Pakistandan gözlədiklərimizdən daha çoxdur. Çünki onların ixtiyarları tam olaraq öz əllərində deyil.
     Təəssüflər olsun ki, Səudiyyə Ərəbistanının hökumət qərarları, siyasi cəhətdən İslami birliyin tam olaraq əleyhinə olan Amerikaya tabedir. Bu heç kəsə gizli deyil ki, Peyğəmbər (ə) məscidinin imamı şiə əleyhinə olan sərt mövqeyinə görə dəfələrlə mükafatlandırılıb. Deməli, o, hakimlərin əmrini icra edir. Əlbəttə, bu münasibətlər bəzən yaxşılaşsa da, çox vaxt dediyim kimi olmuşdur. Amma indi Misir Ərəbistanı ötmüş, Amerika siyasətini Ərəbistandan çoxaltmışdır və Qəzzə ilə əlaqədar çirkin işlər görməkdədir.
     -Əhli-sünnənin bir qrupu sizin İran, Hizbullah və şiə müqabilində olan fikirlərinizi ittiham edirlər. Sizin onlara nə cavabınız var?
     -Bir sünni məzhəbçisi olaraq onlara bildirirəm ki, mən öz məzhəbimin mədəniyyət və fiqhini sizlərdən çox yaxşı tanıyıram, amma bu, İslam cümhuriyyətinin və şiənin əldə etdiyi nailiyyətləri görməyə mane ola bilməz. Onlara deyirəm: Siz cəmiyyəti siyasətdə və cihadda bir araya gətirə bilmədiniz, amma şiə buna nail oldu. Əhli-sünnə şiənin nailiyyətlərinə hörmətlə yanaşmalıdır. Təəssüflər olsun ki, sünni məzhəbinin bəzi dindarlarının siyasi cəhətdən sıfr həddində olduğunu görürük. Bəziləri isə siyasi məsələlərdən xəbərdardır, amma yürütdükləri siyasət sıfr həddindədir.
     Yenə deyirəm əhli-sünnə şiənin nailiyyətlərinə hörmətlə yanaşmalı və onlar kimi nailiyyət əldə etməyə səy göstərməlidir. Qəzzədə nələrin baş verdiyini gördünüzmü? 33 günlük müharibədən öncə dağınıq və əzilmiş vəziyyətdə idik. Amma müharibədən sonra düşmənə hücum etdik və bu, ötən altmış il ərzində əldə etdiyimiz ən böyük birlik idi. Məgər bu qələbə İranın, Hizbullahın və şiənin köməyilə deyildimi?! İran, Fələstin xalqını müdafiə etməklə Amerikanın qəzəbinə düçar olmuşdur, amma Səudiyyə Ərəbistanı hazırlıqlı İslam dəstələrinin onlara (şiələrə) qoşulmamasını istəyirdi.
     Ərəbistan yalan danışır. Onlar iddia edirlər ki, Hizbullah icazə vermir əhli-sünnə müqavimət başçılarından olsun. Lakin mən onlara deyirəm Ərəbistan yalan danışır və buna əsas maneə Ərəbistanın özüdür. Onlar cəmiyyətin birləşməsini istəmirlər. Həmçinin Hizbullahın müqavimətçi olmasının istəmirlər, amma mümkün olmayan bir işdir. Məhz buna görə onlar dedilər ki, Hizbullah bizi müqavimət göstərməyə qoymur. Hizbullah qanun çərçivəsində fəaliyyət göstərmək istəyir. Təbii ki, fələstinlilər müstəqil qrup şəklində müqavimət göstərə bilmirlər. Onlara deyirəm: "Sizinlə Hizbullahın birliyinə mane olan, sizin Ərəbistanınızın himayəçiləridir".
     -Sionist rejiminin müqabilində Ərəb ölkələrinin vəzifələri nədir?
     -Təəssüflər olsun, hal-hazırda Suriyadan başqa Ərəb ölkələrinin bütün səyləri İsraili himayə etməkdir. Onlar Amerika və İsrailin mənafelərini qorumaq əhdi bağladıqları üçün bizim onlara heç bir ümidimiz yoxdur. Əlbəttə, gün gələcək bu xalqlar özlərinin muzdur hökumətlərini dəyişəcəklər.
     -Bu zəmində din alimlərinin vəzifələri nədir?
     -Onların vəzifələri çox böyükdür. Onlar hakimlərə nəsihət və məsləhət verməlidirlər. Mümkün qədər ziyalı və dindar nəslin yaranması, həmçinin fitnə alovlarını söndürmək üçün "əmr be məruf" və "nəhy əz munkər" etməlidirlər. Onlar həmişə tarixin böyük hadisələrində əsas rol oynayıblar.
     -Siz müsəlman alimlərini bir yerə toplamaqda bani sayılırsınız. Bu toplantı nədən irəli gəldi?
     -Bu qrupu təsis etmək fikri Tehranda olduğum zaman ağlıma gəldi. Livanın işğalının ilk günlərində biz beş təyyarə ilə Livandan çıxdıq. Tehrana çatdıqda düşmənin Beyrutun qapılarına çatdığını eşitdik.
     -İrana səfərinizin səbəbi nə idi?
     -Həzrət Mehdinin (ə) təvəllüdü münasibətilə imkansızların yığıncağında iştirak etməyi qərara almışdıq. Tehranda olduğumuz zaman dostlardan bir dəstəsi, düşmənlə mübarizə aparmaq üçün bir qrup yaratmaq təklifini irəli sürdü.
     -Burada kimlər mühüm rol oynayırdı?
     -Şeyx Abbas Musəvi. O hələ o vaxtlar Hizbullahın üzvündən sayılmırdı və həmçinin Şeyx Raqib Hərb və Şeyx Əhməd Al Zeyn. Əlbətə, başqaları da var idi ki, sonralar bu dəstədən ayrıldılar və mən onların adlarını demək istəmirəm.
     -Bu birliyə necə üzvlər seçilir?
     -Onlar din alimləri olmalı, şəxsiyyət və ictimai məqamından faydalanmağı bacarmalıdır.
     -Sizcə Livanda qərbin muzdurları öz hədəflərinə çatacaqlarmı?
     -Heç vaxt.
     -Niyə?
     -Çünki camaat arasında mübarizəyə böyük bir istək vardır və onlar nə qədər hücuma məruz qalsalar, bir o qədər güclənəcəklər.
     -Müqavimət fəaliyyətlərini kiçik saymağın nəticələri nədir?
     -Mənim nəzərimcə, tarix onlara heç vaxt rəhm etməyəcək və müqavimətin həqiqəti aşkar olandan sonra artıq onlar üçün işləmək asan olmayacaqdır. Onlar müqaviməti inkar etməklə həqiqətdə özlərini, Livanı və həqiqəti inkar edirlər. Bu elə bir məsələdir ki, insan onda uzun müddət qala bilmir.
     -Sizcə İmam Xomeyninin İslama və tarixə etdiyi ən mühüm xidməti nədir?
     -İlk öncə şiələri dünyanın siyasi planına saldı, halbuki onlar yaddan çıxmışdı. İkinci, icra olunması üçün çoxlu zaman sərf edilmiş İslami hədəfləri düzəltdi. İmam Xomeyni sübut etdi ki, İslam dövlət dinidir və həmçinin dini tiryek topası bilənlərin nəzəriyyələrinin əksinə olaraq sübut etdi ki, İslam bütün əsrlərin, bütün zamanların dinidir. Həmçinin İslamın müstəqil din olub, şərqə və qərbə bağlı olmadığını sübuta yetirdi.
     -Ayətullah Xameneinin rəhbərliyi və şəxsiyyəti haqqında nəzəriniz nədir?
     -Mən onu sevirəm və çoxdandır onu tanıyıram. Güclü ixlasa və ruhi cəhətdən böyük şəxsiyyətə malik insandır. Seyid Həsən Nəsrullah onun heç kəsin təsəvvür edə bilmədiyi uzaqgörənliyi haqqında dəfələrlə mənimlə söhbət edib. Məslən 2000-ci ildə İsrailin geri çəkilməsindən 1 il qabaq bir məclisdə Seyid Həsən Nəsrullahla birgə onun hüzurunda idik. İsrailin geri çəkilməyəcəyinə hamının yəqini olduğu halda, o üzünü məclisdə olanlara tutaraq buyurdu: "Tezliklə İsrail geri çəkiləcək və siz hamınız bunun şahidi olacaqsınız".
      Bəzi sirlərin üstünün açılmasına səbəb olar deyə, mən başqa mətləbləri demirəm. Amma onun güclü ruha və yüksək mənəviyyata malik olmasına heç bir şəkk yoxdur.
     -Vaxtınızı bizə ayırdığınız üçün sizə öz təşəkkürümüzü bildiririk
     -Mən də, Qum elmi hövzənin bu zəminədə fəaliyyət göstərməsinə sevindim.
 
www.hawzahnews.net      Tərcümə etdi: Rəsul Mahmudov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
    Livanın Sayda şəhərində əhli-sünnə məzhəbinin imam cüməsi ilə müsahibə
    "Əlinin (ə) imanı heç bir səhabənin imanıyla ölçülməzdir". 
   Özünün Seyid Həsən Nəsrullahla olan şəklini, fəxrlə otağının ən yaxşı yerində qoymuşdu və Rəhbərə olan xüsusi məhəbbətindən söhbət açdı.
   Livanın Sayda şəhərinin imam cüməsi, həmçinin cavanlıqdan sionist rejimlə mübarizə aparan Şeyx Mahir Həmud ilə müsahibə zamanı o, şiə, İmam Xomeyni, Amerika və həmçinin Ərəbistan barəsində maraqlı mətləblər  bəyan etdi. Müsahibənin tam mətnini siz hörmətli oxucularımıza təqdim edirik.
   -Siz sionist rejimilə müqavimətçilərin köməkçilərindən sayılırsınız və ümidvarıq bu müsahibədə yaxşı nəticələrə çataq.
   Habelə ümidvar olduğum kimi fəxr edirəm ki, sionistlərin evini yıxmaqda aşkar mövqem olub. Bəzi böyük alimlər istədikləri o nəticələrə çatmayıb və buna görə də ümidi azalıb, amm İmam Xomeyni bizə, hədəfə çatmaq üçün dözümlü olmağı öyrətdi.
   -Livanda, məxsusən Saydada şiə və sünnilərin bir-birinə münasibətlərini necə görürsünüz?
   Sayda bu cəhətdən çox yaxşıdır. Ola bilsin buna səbəb onun Livanın cənubuna yaxın olması və şiələrin də, orada çoxluq təşkil etməsidir. İndinin  özündə şiələr heç bir problemsiz Saydada yaşayırlar və hətta birlikləri də vardır. Amma misal üçün, Tripoli (Trablos) şəhərində bu cür deyil və orada şiələr çox azdır. Məhz buna görə, əgər orada bir nəfər şiələr barəsində yanlış mətləb desə, şiələrin fikirlərindən xəbərdar olmadıqlarından ona inanmaqları mümkündür. Amma Saydada şiələr onların arasında yaşadığından, heç kəs şiələr haqda yalan danışmır və həmçinin şiələrin demədikləri şeylərə inana bilmirlər. Müqavimət cəhətdən də Sayda həmişə öndə olub.
   -Müsəlmanların əlaqəsində və həmçinin məzhəblərin birləşməsində əsas maneələri nədə bilirsiniz?
   Bir məzhəbin get-gəlinin və əlaqəsinin olmaması böyük bir maneədir. İnsan şiənin nə dediyini bilmədikdə, bəzi yanlış mətləbləri də təsdiq edir. Misal üçün, bir dəstə deyir ki, şiələr peyğəmbərlik vəhyinin gərək həzrət Əliyə (ə) nazil olmasına etiqadlıdırlar. Nəzərimcə, gərək ixtilaflar yaxşıca sərhədə alınsın ki, bu keçiddə yanlış mətləblər bir-birinə qarışmasın və təbii ki, bu birləşmə, şiə və sünninin bir yerə yığışıb fikir mübadiləsi apardıqları və bir-birlərinin dəlillərindən xəbərdar olduqları zaman baş verəcək.  Digər bir məqam da siyasi əhdin olmasıdır ki, böyük əhəmiyyətə malikdir.
   -Necə?
   Məsələn İran Səudiyyə Ərəbistanıyla ixtilaf, yaxud qarşılıqlı razılaşma əldə edirsə, bu, öz əksini Livanda göstərir. Ona görə ki, İran Livanda olan şiələri, Ərəbistan isə sələfi müəssisələrini himayə edir. Beləliklə, Ərəbistanla İran ixtilafları Livanda öz əksini tapır. Sionistlər və dünya siyasətçiləri məzhəb ixtilaflarını yaratmaq üçün  pərdə arxasında bu ixtilafları fərasətlə idarə edirlər. Mustafa Səd partlayışların birində ölənlərdəndir. O deyirdi: “Həyatımda şiə və sünni olduğumu məndən soruşan ilk şəxs İsrailin gömrük işçisi idi”. İndi sionistlər qətiyyətlə müsəlmanlar arasında məzhəb ixtilaflarını şiddətləndirmək dalıncadırlar.
   İşarə olunası digər bir maneə də, bəzi təəssübkeş şiə və sünni alimləridir. Təəssüflər olsun ki, din böyüklərindən bəziləri İmam Xomeyninin ucaltdığı vəhdət şüarını şəriətin əksinə bilirlər, hətta bəziləri onu dinində təqsirkar da hesab edirlər. Yaxud Xamenei də, Xomeyni kimi fətva verdi ki, əhli-sünnənin camaat namazında iştirak etmək olar, amma bir dəstə onu həqiqətləri dəyişməkdə  müttəhim etdilər. Eynilə bunun əksi əhli-sünnənin dini şəxsiyyətləri arasında da vardır. Nəticədə, müsəlmanların vəhdətini istəyən şəxslərin ayaqları, ümmətin birliyə doğru irəliləməsinə mane olan təəssübkeşlərə görə zəncirlidir. 
   Başqa bir mühüm nöqtə də budur ki, təəssüflər olsun məzhəblərin ardıcılları, özündən başqa məzhəblərin onların dəlillərini bilmədən fiqhi fikirlərini ələ salırlar. Hər biri namazda, dəstəmazda, ismətdə, imamətdə, rəcətdə və s. məsələlərdə digərlərin nəzərlərini ələ salırlar.
   Əgər dəlillərlə irəliləsək, istər-istəməz bir-birimizin fikirlərinə ehtiram qoyacağıq. Çünki insan güclü dəlillərə hörmət qoymağa məhkumdur. Məsələn, Qədir-Xum hədisi şiələrin ən güclü dəlilidir. Əhli-sünnənin altı səhih kitabında da mövcuddur və heç kim onu inkar etmir. Ancaq müxtəlif təfsirlərlə təqdim olunur. Zənnimcə, bu şiə üçün ən güclü nöqtə və üstünlükdür. İmam Əli (ə), düşüncə, natiqlik, ədəbiyyat, poblemlərə baxış, fəzilət və iman cəhətindən səhabələrin heç birilə müqayisəolunmazdır. Əhli-sünnə kitablarında Əlinin (ə) fəzilətləri bütün səhabələrdən daha çoxdur.
   Nəsai adında bir alim Peyğəmbərin (s), səhabələrin fəzilətləri haqqında buyurduqlarından bir kitab yazmışdır. Tarixdə bu hadisə məşhurdur ki, xəlifələrdən biri ondan Müaviyənin fəzilətləri haqqında da yazmasını istəyir. Bir ildən sonra qayıdaraq həzrət Əlinin (ə) fəzilətləri haqqında bir kitab gətirir. Xəlifə ondan soruşur bəs Muaviyənin fəzilətləri hardadır. Deyir bir hədis var, amma mən onu sizə necə deyim? Peyğəmbər buyurur: “La yəşbəullahu bətnəhu” -Allah onun qarnını heç vaxt doyurmasın. Sonra onu vururlar və ola bilsin buna görə də öldürülür.
 
Ardı var           
Tərcümə etdi: Rəsul Mahmudov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Höccətül-İslam Təhriri ilə müsahibə

    İslamda, qadın ailənin əsasıdır. Ailənin ideal yaşayış tərzinə çatması üçün xanımın rolu danılmazdır. Həzrət Ayətullah Behcətin xüsusi şagirdlərindən olan Höccətül-İslam Təhriri ilə müsahibəmiz məhz bu barədədir.
  -  Cənab Təhriri, söhbətimizin əvvəlində xahiş edirik İslamda, qadının məqamı barədə məlumat verin.
    Qurani-kərimin qadınlara xüsusi bir baxışı var və həqiqi kamillik əldə etmək üçün onunla kişi arasında heç bir fərq qoymayıb. Bu da əsl İslam və Əhli-beyt (ə) maarifidir. Həmçinin uca Allah da, Peyğəmbərimizə (s) həzrət Zəhranı (s) verməklə, ona xüsusi lütf göstərmişdir.
   İslam dini, qadına şəxsiyyət verərək insanın nəslini qız tərəfindən olmadığı əqidədə olan cahilliyi rədd edir. Ola bilsin Peyğəmbərin (s) nəslinin həzrət Zəhra (s) vasitəsilə davamının sirri bunda olsun. Başqa bir məsələ də budur ki, Allah bütün insanları uca bir məqsədə çatmaq üçün yaradıb. Bütün insanlar da o hədəfə çatmaqda bərabərdirlər və kişi ilə qadın bu mənada eynidir. Başqa məxluqlarda olduğu kimi, insanın da cüt olması və kişinin qadınla cinsi cəhətdən ayrılığı yalnız nəslin davamı və artması üçündür. Allah kişiyə verdiyi ağılı eyni miqdarda qadına da verib, amma xüsusiyyət və vəzifə nöqteyi-nəzərndən qadın, ülfətin şiddətindən və hissiyyatların çoxluğundan faydalanır. Bu da onun üçün nəinki nöqsan deyil, əksinə qadının kamillik yolunda istifadə etdiyi ən yaxşı vasitələrdən biridir. Allahın qadın üçün qoyduğu zahiri məhdudiyyətlər, yalnız onun kamilliyinə istiqamətlənib və onun bu xüsusiyyətlərə uyğun vəzifələri də vardır.
     Bir qrup qadın Peyğəmbərdən (s) soruşur ki, nə üçün kişilər cihadın fəzilətindən faydalanırlar, amma qadınlar bundan məhrumdurlar? Həzrət (s) suala gorə bu qadını tərifləyir və buyurur: “Bunun əvəzində başqa vəzifələr vardır, əgər qadınlar onu yaxşı yerinə yetirsələr, həmin cihadın fəzilətinə nail olarlar. Onlardan biri ərinə xidmət göstərməkdir.
  -  Müsəlman bir qadının ailəyə və İslam cəmiyyətinə qarşı vəzifəsi nədir?
    Qadın ailədə bir özüldür və ailənin fikri ixtilaflarının tənzim olunması onun öhdəsindədir. Baxmayaraq ki, evin daxili vəzifələri bir növ ona vacib deyil, amma ailə başçısının vəzifələri bu kiçik cəmiyyətin idarəsidir və əgər düzgün yerinə yetirilməsə bu sistem dağılar.
    Əgər deyilibsə “kişilər qadınlar üzərində ixtiyar sahibidirlər”, bu, ailənin vahid mərkəzdən idarə olunmasından ötrüdür. Bu, kişinin zülm etməsi mənasında deyil, əksinə, kişinin vəzifəsidir ki, düzgün müdiriyyəti olsun və öz başçılığında şəriətin qoyduğu hədlərdən  kənara çıxmasın. Həmçinin qadının ehtiyaclarını təmin etmək də, onun öhdəsindədir və bu elə yerinə yetirilməlidir ki, qadın həqarət hiss etməsin. İslam dini, dünya həyatını və maddi yaşayış tərzini ideal səviyyəyə çatdırmaq üçün bir müqəddimə qoyub. Əgər kişi qadına zülm edərsə və ya qadın kişiyə nisbətən mehribansızlıq göstərərsə, hər ikisi həqiqi kamilliyə çatmaqdan məhrum olarlar.
  -  Qadın özünün və cəmiyyətin pak həyatına və mənəvi kamalına çatmaq üçün hansı üsullardan istifadə etməlidir?
    Pak həyata çatmaq tədricidir. Müqəddəs İslam şəriəti hamının pak həyat yolunda olmasından ötrü onlar üçün vacibləri və haramları təyin etmişdir. Hər bir qadının pak həyat tərzinə çatmasından ötrü ilk növbədə gərək bu göstərişlərə əməl etsin və ikinci mərhələdə özünü ən yaxşı əxlaqla zinətləndirsin.
  -  Hal-hazırda çoxlu işlər qadınlar tərəfindən görülür sizcə dində qadınların məşğuliyyəti barədə xüsusi bir göstəriş varmı?
    İslam mədəniyyətində qadının evdən bayırda işləməsi xüsusi hallardan başqa çox da geniş yayılmamışdır. Qadının evdən çöldə işləməsi qərbdən gələn bir mədəniyyətdir və dinə diqqətsizlik nəticəsində inkişaf etmişdir. İslam ailəni cəmiyyətin əsası bilir ki, onun nizam-intizama düşməsi çox vaxt qadının evdə olmasıyla həyata keçir. Həmçinin İslam dini ev daxilində qadının fəaliyyətinə və onun evdarlıq məsuliyyətinə böyük dəyər verir. Amma qadın bekar olduğu zaman və evdən bayırda məşğuliyyət axtardıqda ona qiymət və dəyər verilmir. Ümumiyyətlə qadın məşğuliyyəti məsələsi, onun bekar olduğunu bildiyimiz zaman ortaya çıxır. Qadının ən mühüm vəzifəsi düzgün övlad tərbiyə etmək və onun yaxşı həyat yoldaşlığıdır ki, cihaddan üstün sayılıbdır. İmam Xomeyni buyurub ki, kişi qadının ətəyindən meraca gedir. Yəni ailə üzvlərinin səadəti, evdə qadının düzgün əməl etməsindədir. Qadının ən böyük işi  saleh övlad böyütmək, cəmiyyətə və İslama fayda verməkdir.
  -  Məsumların buyurduqlarını hansı hallarda bugünkü cəmiyyətimizdə qadın məsələləri barəsində işlədə bilərik?
    Gərək proqramlarda çox dəqiq olaq və İslamın əsl fikirlərini gundəlik həyatımızla uyğunlaşdıraq. Bizim  səyimiz, məsumların buyurduqlarını gündəlik məsələlərimizdə düzgün icra etməyimiz olmalıdır. Əlbəttə, bu işin alimanə olmasına ehtiyac vardır və kiçik məsələ deyil. Əziz rəhbərimiz bu işin zəruriliyini dəfələrlə vurğulayıb və indi elmi hövzələrin vəzifələridir ki,  ciddi bir işə daxil olaraq geniş şəkildə bu günün məsələlərinə aid alimanə bir nəzər versinlər. Allahın və dinin göstərişlərində səhvə düşməməkdən ötrü, hövzəçilər səthi məsələləri deyil, günümüzün dərin məsələlərini araşdırmalıdırlar.
   -  Bizə vaxt ayırdığınız üçün minnətdarlığımızı bildiririk.
     Mən də sizə təşəkkür edirəm və inşallah İslama xidmət yolunda müvəffəq olasınız.

 

 Hazırladı: Rəsul Mahmudov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
   Sizə təqdim olunan bu müsahibə “əl-Ərəbiyyə” telekanalının Səudiyyə Ərəbistanı Jurnalistlər Birliyinin rəisi Turki əs-Sudeyri və “ər-Riyaz” qəzetinin baş redaktoru ilə apardığı müsahibədir.
   Səudiyyə Ərəbistanı Jurnalistlər Birliyi və “ər-Riyaz” qəzetinin baş redaktoru birgə bəyanat vermişlər: Jurnalistləri “Şeytanın əsgərləri” adlandıran, İmam Məhəmməd ibn Səud universitetinin keçmiş müəllimi, Şeyx Əbdürrəhman əl-Bərrak və onun kimilər “əl-Əzhər” universitetinin şeyxinin ağılı, agahlığı və dünyaya baxışının 2 %-inə belə malik deyillər.
   Səudiyyə Ərəbistanı Jurnalistlər Birliyinin rəisi Turki əs-Sudeyridən əlavə Ərəbistanın qanuni və mətbuat orqanları da bu şeyxin sözlərini pisləmiş və bu əqidəni, şeyxin dar düşüncəli olması kimi dəyərləndiriblər.
   Əl-Bərrak deyib: Qadınların qadınlar qarşısında tüklərini, boyunlarını və üzlərini açması şeytanın nüfuz yolarındandır və caiz deyil. Bu fətva jurnalistləri mənim üstümə qaldıracaq. Çünki, üzünü örtən qadınlardan onların xoşları gəlmir.
   Əl-Bərrak dərslərinin birində demişdir: Mən təqvalı bacılara tövsiyə edirəm ki, qadınlar olan məclislərdə saçları açmaq adətinə qarşı müqavimət göstərsinlər və müxalifət etsinlər. Özlərini toy mərasimlərində və qızlar məktəbində belə niqab geyinməyə adət etdirsinlər. Onlar belə etdikdə, “şeytanın əsgərləri” olan jurnalistlərin bu məsələyə diqqət etməkdən başqa çarələri olmayacaq. Çünki, qadınların niqab geyinməsi, onların kədərlənməsinə səbəb olacaqdır.
   Şeyx əl-Bərrak niqabı götürməyi və saçları açmağı, yalnız qohum qadınların qarşısında və xüsusi məclislərdə caiz olduğunu bildirir.
   S. Ərəbistanı Mətbuat Nazirliyi Şeyx əl-Bərrakın jurnalistlər barədə bəyanatını böhtan adlandırmış, lakin bildirmişdir ki, bu bəyanat əsasında onu məhkəməyə vermək olmaz.
   Səudiyyə Ərəbistanı Jurnalistlər Birliyinin rəisi “əl-Ərəbiyyə” telekanalına müsahibədə əl-Bərrakın bəyanatına etiraz olaraq deyib: Bu əqidə təkcə ona aid deyil. Əksinə, bu Ərəbistanın bağlı fəzasının göstəricisidir ki, illər öncədən nəzarətdən kənarda qalmışdır.
   T. əs-Sudeyri deyib: Ərəbistanlıların heç biri öz dini mədəniyyətlərini tanımırlar və Ərəbistan ictimaiyyəti də heç bir izah və qane edici tədbir olmadan dini təzyiqə məruz qalırlar.
   “Ər-Riyaz” qəzetinin baş redaktoru bildirib: Müxtəlif mədəniyyətlərin yayılması bunu göstərir ki, Səudiyyə Ərəbistanı İslamın həqiqətlərindən illərlə arxada qalmışdır.
   O əlavə etdi: Əl-Əzhər şeyxinin mövqeyinə və sözlərinə diqqət etdikdə, Şeyx əl-Bərrak və onun kimilər Əl-Əzhər şeyxinin ağılı, agahlığı və dünyaya baxışının 2 %-inə belə malik deyillər.
   Səudiyyə Ərəbistanı Jurnalistlər Birliyinin rəisi deyib: Şeyx əl-Bərrakın jurnalistləri “şeytanın əsgərləri” adlandırması bunu göstərir ki, o tamamilə bağlı mühitdə, dini maarifdən, rabitə dünyasından və məlumatlandırmadan kənar söz deyir.
   Əs-Sudeyri deyib: Şeyx əl-Bərrakın bu sözləri elə bir zamanda deyilir ki, bir milyard müsəlman dostluq şəraitində yaşayır və əlbəttə ki, bu İslam dininin müsbət cəhətlərindəndir.
   “Ər-Riyaz” qəzetinin baş redaktoru bildirib: Onun sözlərinə görə, səhih İslamı yalnız 200,000 daşlaşmış səudiyyəli dərk edir və qalan müsəlmanlar səhv və azğınlıqdadırlar. Onun bu iddiası, batil və puç təfəkkürdür.
   O deyib: Bu töhmət vurmaq və böyük səhvlər, İslam dini nəzərindən, bu dinin mütərəqqi əqidələrindən xaric olmuş Ərəbistan ictimaiyyətindən uzaqlaşdırlımalıdır.
   Əs-Sudeyri deyib: Mətbuat nəinki ictimaiyyətə xidmətdə böyük rol oynamış, hətta İslama, ictimai həyatın maneələrini və xurafatların aradan qaldırmağa da böyük xidmətlər etmişdir. Buna misal olaraq S. Ərəbistanının “Yaxşıya dəvət və pisdən çəkindirmə” heyətilə əməkdaşlığı misal göstərmək olar.
   Səudiyyə Ərəbistanı Jurnalistlər Birliyinin rəisi deyib: Şeyx əl-Bərrak ümid edir ki, biz bu gün keçmişdə olduğu kimi gildən tikilmiş evlərdə yaşayaq, lakin İslamın həqiqi maarifindən xəbərsiz olaq.
   “Ər-Riyaz” qəzetinin baş redaktoru ərəbistanlı jurnalistlərin dini örtük və hicabın əleyhinə olmadıqlarını bildirərək deyib: Əgər istənilən jurnalistdən soruşsanız ki, müsəlman ərəb qadının qeyri-islami ictimaiyyətlərdə olmasını istəyirsinizmi? Onun cavabı mənfi olacaqdır. Çünki, bizim əqidəmizə görə, qərbdəki azadlıq həddini aşıb və qadınlar sağlam olmayan mühitdədirlər.
   O əlavə edib: Müsəlman qadın öz hüquqlarına yiyələnməli və yenidən İslamın ilk əsrlərinin dəyərlərinə qayıtmalıdır. Eyni halda ictimai həyatdan da geri qalmamalıdır. Çünki, İslam onlar üçün çoxlu müsbət məqamlar nəzərdə tutmuşdur.
   Əs-Sudeyri deyib: Ərəbistan mətbuatının nümayəndələrinin əl-Bərrak kimi bəzi səudi şeyxlərilə əlaqələri qədimdən böhranlı olmuşdur. Mətbuat nümayəndələri heç vaxt qapalı mühitlərdə olmayıblar və həmişə ictimaiyyətin bir hissəsi olmuşlar.
Tərcümə etdi: Əhmədov M.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

   Həmid Herisçi: “Qərb psixotexnoloqları Azərbaycan teleməkanını özəl telekanallar vasitəsi ilə nəzarətdə saxlayır”

      Tanınmış yazıçı telekanallarla bağlı şok faktlar açıqlayacağını vəd edir
      ANS telekanalının “Yüzüncü baxış” verlişinin aparıcısı, şair, yazıçı publisist Həmid Herisçi qəzetimizə müsahibəsində olduqca maraqlı məqamlara toxunub. O, teleməkandakı hazırki durumu dəyərləndirib, problemlərin səbəblərini açıqlayıb. Xatırladaq ki, Həmid Hersçinin verlişi sentyabr ayında başqa tərzdə efirə çıxacaq.


- ANS telekanalında apardığınız “Yüzüncü baxış” verilişinizi böyük maraqla izləyirdim - əla seçilmiş qonaqlar, əsl peşəkar montaj ustalığı,  tamaşaçının “saqqızını” ( yox, qulağını!) oğurlayan musiqi tərtibatı, dərin fəlsəfi-ədəbi fikirlər, üstəgəl sizin aparıcılıq məharətiniz, unutmaqda olduğumuz köhnə filmlərə verdiyiniz yeni “dirilik suyu”...bəli, bütün bunlar düz dörd ay bütün ölkə tamaşaçılarının diqqətini sizə yönəltdi. Dediklərimə daha nə əlavə edərdiniz? Özü də, üzümüzə gələn seçki günlərində siz deyəcəklərinizin çox əhəmiyyəti var-nə gizlin, TV-lər bu yarışmada axı sonuncu yerdə deyillər.

- Bəli. Ancaq mən istərdim ki, bu “seçki ili” daha çox “seçim ili” kimi yadda qalsın. Razısız?

- Bəli.

- Keçək əsas sualınıza. Mən televiziya ekranlarında yad birisi deyiləm. Üç-dörd il “Space”kanalının ən baxımli “Gecə kanalı” layihəsinin aparıcısı, müəllifi olmuşam, layihə xəyanət nəticəsində qapandıqdan sonra isə onun qəzet, yəni yazılı versiyasını “Gündəlik Azərbaycan” qəzetində oxucularımın diqqətinə çatdırmışam. Bu yazılı verilişlər 600 səhifəlik “Gecə kanalı” kitabımda çap olunub, oxucu kütləsi tərəfindən sevilib. Azərbaycan teleməkanından bax bu yeni dəvəti alarkən, artıq bilirdim nə edəcəyəm...Hamı bilir ki, bayağı-şit zarafatlar, əttökən müğənnilər artıq hamını yorub. Sovet teatrını bizdə kim yıxdı, hə, soruşuram?

- Kim?

- Necə bəyəm kim? - Akademik Azdramanı, bəli, bayağılığı əlində bayraq etmiş Muzkomediya yıxıb böyrü üstə qoydu. “Azərbaycanfilm”in anasını kim ağlatdı?

- Kim?

- Satirik “Mozalan” verilişi. SSRİ çökən zaman ordakı “rejissor”lar hoppandılar irəli, bayağı, şit “film”ləriylə ilə kino sənətimizin “fatehə”sini verdilər. Yəni bax bu məzhəkəçilər bütün akademizmin, peşəkarlığın, elmin-helmin gizli-açıq düşmənidirlər, vəssəlam. Teatr, kinomuzun kərə yağını götürüb marqarin eləyəndən sonra, deyirsiz bu tayfanın nəfs qazanı soyudu? Yox! Gördülər SSRİ artıq yoxdur, dərə xəlvət, özəl telekompaniyalar bəy, hə, girişdilər musiqiyə, TV məkanına. Belə yerdə adamın yadına Lenin ordenli Süleyman Rüstəmin “Oxuma tar, oxuma tar, səni sevmir proletar” şeri düşür, fəqət indi məqam gəlib o yerə çatıb ki, biz gərək mütləq bu şerin bir az “üz-göz”ünü dəyişib salaq onu “Oxuma Azəristar, oxuma Azəristar, səni sevmir proletar” şəklinə.

- Siz belə bir şer yazacaqsız, yaxud yazıbsız artıq?

-Hə, deyəsən, nə qədər gülməli görünsə də! Süleyman Rüstəmə nəzirə yazmağın vaxtı yetişib...

- Kino ustalarımızın bir sözü düşür yadıma. “Filminizin yalançılığı Nizami kinoteatrının 24-cü sırasından da görünür!” Ancaq, işin kreativ tərəfi teletamaşaçı üçün tam başqadır, o həmişə ekran qarşısında birinci sırada oturur. 24-cü sırada oturan tamaşaçıya yoxdur teleməkanda-orda hamı birinci sırada oturur, elə ordan da ekrandakı bütün abırsızlıqları izləyir-“kor kor, gör-gör!”

- Mövzumuzu icazə versəydiz davam etdirərdim...TV-lərdəki əsl faciələrdən biri görüntüylə deyil, səslə bağlıdır. Fikir verin: ekrandakı əksər kişi aparıcılar cır, bir növ qadın səsiylə qımıldanır. Qadın aparıcılar isə öz səsləriylə daim zəngulə vurur, zilə qalxır, diqqət etsəz, kişi, bəli, məhz kişi səsiylə “konuşmağ”a meyillənirlər. Bəli, bu gün qadın aparıcıların sayı day öz həddini  keçib, qalxıb kəlləçarxa. Bircə məqsədləri var-kişi qonaqları mətbəxə dartsınlar, əyinlərinə önlük keçirib yemək bişirmək öyrətsinlər bu bədbəxtlərə. Bəli, TV-lərdə qender bölgüsü, qadın-kişi bərabərliyi kobud, həyasızcasına pozulub. Ən vacibi isə burda kişi səsinin, Levitanın “davudu” (tenor) səsinin ekranlarımızdan eşidilməməyidir. Bilirsiz, belə bir anlayış var radio, TV-lərdə-səslə gipnoz! Məsəlçün, Hitler Almaniyası öz müharibə siyasətində buna çox güvənirdi: aparıcıların səsi opera səhnəsində sınanır, Vaqner ariyalarını oxumağı bacarmayanlar efirə buraxılmırdılar.

- Yaxşı biz hansı ariyaları onlara oxutmalıyıq sınaq dövründə?


- Koroğlunun ariyasını...Bu çox vacibdir, inanın mənə. Azərbaycan öz Levitanını yetişdirməyənə qədər Şuşanın dağları bizimçün həmişə dumanlı qalacaq,- görərsiz!

- 19-cu əsr rus maarifçi-inqilabçısı məktəbinin aparıcı imzası sayılan Çernışevskinin sualına gəlib yetişdik sanki: “Nə etməli?”

- Bəzən “Nə etməli?” yox, “Nə etməməli?” demək, vallah, daha düzgün olar. Məncə, zaman göstərir ki, Azərbaycanda özəl telekanallar olmasa yaxşıdır. Bir-iki dövlət telekanalı, sonra “Mədəniyyət” kanalı, üstəgəl “İctimai kanal”, vallah, bəsimizdir. Kommersiya telekanalları tamaşaçıya amansız zərbə vurur. Ordan xalqa qarşı əsl “psixotron” müharibə aparılır. Bəli, xarici yad qüvvələr bizi hələ düşmən “postsovet insanı” kimi qəbul edir, tamaşaçımızı “müstəqil kommersiya telekanalları” vasitəsiylə zombiləşdirmək istəyir. Bunu bir sıra kreativ üsullarla həyata keçirirlər. Məsəlçün, Sovet vaxtlarında telekadr, fikir verin, ağıl-zəkanın “qavrama xronometrajı”nı nəzərə alırdı. Bu səbəbdən o vaxtkı telekadrın “standart ömrü” indikindən dəfələrlə sürəkliydi. İndi qəbul olunmuş “Qərb standartı” qısa ömürlüdür. Cəld dəyişən kadrların məqsədi ondadır ki, tamaşaçının beynini yox, şüuraltısını, şəhvətini tərpətsin. Onu nəinki dərrakəyə, instinktə doğru yönəltsin. Əfsuslar olsun ki, biz artıq sovet telestandartını itirməkdəyik.

- Başqa nümunələr göstərə bilərsinizmi?

- Fikir verin, indiki telekanallar nədənsə öz verilişlərini həmişə ingilisdilli “xəbər bülliteni” ilə bitirirlər. Ən son verilişin necə, hansı dildə, hansı üsulda getməsi teletamaşaçını sözün əsl mənasında hipnoz edir, onun yuxusunu, “gecə nağılını”, şüuraltısını təyin edir. İngilisdilli son veriliş, tamaşaçımızın şüuraltısını, yuxusunu  bayağı, standart Qərb təfəkkürünə yönləndirmək məqsədi daşıyır özündə.  Azərbaycan teleməkanını “özəl” telekanallar vasitəsiylə nəzərdə saxlayan Qərb psixotexnoloqları, məhz buna görə ən son verilişləri ingilisdilli xəbər büllitenləriylə bitirirlər. Bu onların xüsusi sifarişidir!
Yaxud həmişə bir Hollivud “kino”su (mən deyərdim “Hollivud hipnozu”) təqdim edirlər bizim gecə tamaşaçılarına. Bəli, onlar məhz oyaq “gecə tamaşaçı”sından qorxurlar. Axı o narahatdır, yatmır! Hə, bax bu “yatmayan” tayfanı məhv etmək, bizdəki Qərb psixotexnoloqlarının əsas məqsədidir.

- “Space”- də “Gecə kanalı”nı apararkən bunu hiss edirdinizmi?

- Bəli. Mən, Qərb psixotexnoloqlarının  teleməkanımızda hansı şər əməllərlə məşğul olduğunu çox yaxşı bilirəm. Bu sahəni çoxdan tədqiq edirəm, əlimdə ciddi sənədlər var. İnşallah onlar tezliklə mətbuatda öz əksini tapacaq. Bəli, postsovet insanına qarşı ekranlarda əsl “psixotron” müharibə aparılır. Qanun məcəlləmizdə bu cinayətə görə məsuliyyət maddəsi yoxdur, ancaq mən deyərdim artıq bunun vaxtı gəlib çatıb. Xalqımıza qarşı aparılan bu müharibə, inanın, odlu silahla aparılsaydı, vallah yaxşıydı...O teleməkanda aparılır. Axı 21-ci əsrin müharibəsi odlu deyil, psixotron silah vasitəsiylə keçirilir, evlərimizi yıxır, ailələri dağıdır, gender bərabərliyini pozur...
Bu yaxınlarda Səməd Seyidovun çox maraqlı “Yaradıcılığın fenomenologiyası” kitabını oxudum. Orda qeyd olunur ki, Amerikada indi gedən elmi araşdırmaların mütləq əksəriyyəti psixoloji sahəylə bağlı olub əsasən qapalı xarakterlidir. Bəli, Qərb bizə qarşı “psixoloji silah”lardan istifadə edir - ayılın! Özü də ilk olaraq reklam çarxları, şit, səs-küylü verilişlər yoluyla teleməkanda bunu edirlər. Qərb psixotexnoloqlarının hədəfi, yadda saxlayın, şüur deyil, şüuraltımızdır ilk növbədə. Onlar bu hədəflərini-yəni, şüuraltını, daha önəmli bilir, ilk növbədə onu dəyişmək istəyirlər. Şüur, dərrakə, zəka aləmi onları o qədər də maraqlandırmır. Xarici reklam çarxlarının kommersiya məqsədi yoxdur. Məqsəd başqadır! Şüuraltımızı dağıdıb sonra şüurumuzu heçə endirmək!

- Siz bunu necə hiss etdiz?

- “Yüzüncü baxış”da köhnə sovet filmlərimizi təqdim etdiyim vaxt. Bilin, xalqımızın şüurunu, altşüurunu ən çox məhz “Azərbaycanfilm” kinostudiyasıda çəkilən gözəl kinolentlərimiz təyin edib. Sovetlər, bəli, psixoloji layihələrini məhz kino vasitəsiylə həyata keçirirdilər. Bax, Bakıdakı Qərb “mütəxəssisləri”, xarici agentura, “qrantgəmirici həşaratlar” məhz bunu həzm edə bilmədi. Axı sovet “kinostandartı”, kinokadrı elə bircə adi nəfəsiylə, Azərbaycan teleməkanında onların törətdiklərini yox edirdi.

- Sizin dediklərizdən belə çıxır ki, bizim telekanalları Prezident Administrasiyası, Əli Həsənov, Nuşərəvan müəllim deyil, xarici “mütəxəssislər”, Qərbin beynəlxalq, şübhəli mərkəzləri gizlincə idarə edir, eləmi? Nəyə söykənirsiz bu iddianızla?

- Sənədlərə. Onları əldə etmişəm. “Yüzüncü baxışla” axtarış aparıb qənaətimin, şübhələrimin düz olduğunu görmüşəm. Tezliklə bu haqda çap etdirəcəyim məqalə mətbuatı silkələyəcək. Xüsusən bəzi, reklam çarxları gənc tamaşaçılarçün təhlükəlidir - gənclərin şüurunu, şüuraltısını dağıdan “psixoloji gəmiricilər, həşaratlar” xüsusi gizli kodlarla ordan beynimizə yedizdirilir.
- “Dəli Kür”, “Dağlarda döyüş”, “Sehirli xalat”, “Qatır Məmməd”, “Bizim küçə”, “İşarəni dənizdən gözləyin, “İstintaq davam edir”, “Bir qalanın sirri”, “Sevil”, “Bakıda küləklər əsir”, “Ögey ana”, “Bir cənub şəhərində”, “İstintaq”, “Uzaq sahillərdə”, “Şərikli çörək” kimi filmlərdə “Yüzüncü Baxış”la nələr tapdınız daha?

- Məsəlçün, götürək “İşarəni dənizdən gözləyin” filmini. O 1987-ci ildə rejissor, aktyor Ceyhun Mirzəyev tərəfindən çəkilib. 1920-ci il 28 aprel hadisələrində inqilabçı Çingiz İldırımın fəaliyyətinə həsr olunan bu filmdə mən möcüzəylə rastlaşdım.

- Nəydi bu möcüzə?

- Bəlli oldu ki, üç rəngli bayrağımız 1920-ci ildən sonra ilk dəfə 1988-ci il Meydan hadisələri zamanı deyil, məhz bu filmdə rejissor Ceyhun Mirzəyev tərəfindən dalğalandırılıb, özü də, 1987-ci ildə.
Filmin müzakirəsi vaxtı qonaq çağırdığım alimlərə sual verdim - “1920-ci ilin aprelində Azərbaycanda daha hansı üsyan baş verib?” Cavab gəlmədi onlardan. Dedim ki, 1920-ci ilin 14 aprelində Təbriz fədailəri, başda Şeyx Xiyabani olmaqla, qırmızı fədai bayrağını Ərk qalasına sancıblar. Sonra başqa bir dəlil də gətirdim: 1920-ci ilin baharında Cəlil Məmmədquluzadə Təbrizə gedib. Orda Nərimanovun tapşırığıyla Xiyabani ilə məxfi əlaqələrdə vasitəçi olub. Bütün bunlar Cəlilin həyat yoldaşı Həmidə xanımın xatirələrində qələmə alınıb.

- Belə çıxır ki, 1920-ci ilin aprelində ölkəmizin hər iki paytaxtında qırmızı bayraq dalğalanıb? Demək, bu, bir böyük gizli planın bir başqa məxfi tərəfiymiş? 11-ci Qızıl Ordu Təbrizə də girməliymiş, hə? Demək, Təbriz o vaxt Bakıdan da cəld tərpənibmiş? Demək, vətənimizin vəhdəti hələ 1920-ci ildə də həyata keçə bilərmiş? Cəmil Həsənlinin bu vəhdəti ancaq 1941-46-da axtarması səhvdir?

- Əlbətdə. Həmin filmdə Çingiz İldırım, hakimiyyəti devirmək üçün iki tərəfdən sifariş alır  - ingilislərdən və bolşeviklərdən. Yəni o vaxt Britaniya da bizim milli-demokratik hökuməti devirmək, əvəzində diktatura qurmaq istəyirdi. Polşa diktatoru Pilsudski kimi o da bolşeviklərin qənimi olmalıymış. Demokratik cümhuriyyət sözdən əmələ keçməyən bir qurum kimi özünü doğrultmayırmış...
Bir sözlə, o veriliş çox xoşuma gəlir. “Dəli Kür”, “Sehirli xalat”, “İstintağ”ın müzakirələri də çox gözəl idi.

- Neynək. Boynumuza alaq-siz bizim teleməkanda çox nadir elmli peşəkarlardansız. Siz həm də akademik Ramiz Mehdiyevin son,-televiziya sahəsinə həsr olunmuş məqaləsinə də çox maraqlı şərh vermişdiniz. Bu məqaləniz hətta Rusiya saytlarına da gedib çıxıbmış. Sizin teleməkana qayıdışınız bununla əlaqədər deyildimi?

- Bilmirəm. Dəvət etdilər, getdim. O məqalədə yazdıqlarımı indi də təsdiqləyirəm. Bizim teleməkana dövlət müdaxilə etmirsə, bu yaxşı deyil, pisdir. Bu halda həmin müqəddəs yerə özəl şirkətlər, kapital akulaları qonur. Sovet dövründəki müdaxilə nə qədər həddini aşırdısa, indiki “müdaxiləsizlik” də bir o qədər qorxuludur. Ortadakı qırmızı xətt tapılmasa, heç, teleməkanımızın qara günləri davam edəcək.

- Çıxış yolu varmı?

- Var. Akademik Ramiz Mehdiyevin bu mövzuya həsr olunmuş son məqaləsi indi lap aktualdır. Ordakı fikirlərlə tam razıyam. Dövlət teleməkana qayıtmalıdır. Yoxsa özəl telekanallar bizim tamaşaçının sonucu nəfərinə qədər məhv edəcək. Az.TV-yə biz hələ çox şükürlər oxuyacağıq. Bir sözlə, tezliklə mətbuatda çap edəcəyim o məqaləmi gözləyin. Bu söhbətimiz sadəcə onun anonsu idi.

Elmar

bizimyol.az

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

   İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemin İsrail ordusunun Qəzza sektoruna yardım aparan gəmilərə basqın etməsi, qətliam törətməsi və yaranmış vəziyyətlə bağlı APA-ya eksklüziv müsahibə verib. Səfirin açıqlamalarıyla bağlı “Yeni Şərq” Araşdırmalar Mərkəzinin direktoru Elşən Mustafaoğlunun fikirlərini öyrəndik. E.Mustafaoğlu ilə müsahibəni oxucularımıza təqdim edirik.

   - Elşən müəllim, İsrail səfiri Qəzza zolağına yardım aparan gəmilərə İsrail Silahlı Qüvvələrinin hücumunu təxribat kimi qiymətləndirib. Özü də guya bu, gəmidəkilərin təxribatı imiş.
   - İşğalçı rejimi təmsil edən bir səfirin öz cinayətlərini ört-basdır etməyə çalışması təbiidir. Bəli, bu bir təxribatdır. Amma bu təxribatın müəllifi İsrail rejimidir! Əli on minlərlə günahsız insanın qanına bulaşmış, özgə ərazilərdə özlərinə dövlət qurub, digərlərinin bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmağa çalışan işğalçı qurumun təxribatıdır baş verənlər! Səfir humanitar yardım aparan əliyalın insanların dünyanın gözü qarşısında qətlə yetirilməsinə don geyindirməyə çalışır. Bunun özü böyük bir rəzalətdir!
Bu adam yalan xəbər yayıb, bildirir ki, guya günah elə humanitar yardım aparanlardaymış. Həqiqət budur ki, məhz İsrail hərbçiləri onlara hücum edib. Sübh çağı İsrailin xüsusi təyinatlı əsgərləri vertolyotlardan düşərək altı mülki gəmidən ibarət donanmadakı Türkiyə gəmisinə hücum edib və atəş açmağa başlayıb. Dinc insanlara qarşı silah işlədilib və ən azından, 16 nəfər qətlə yetirilib. Xeyli sayda adam yaralanıb.
   - İsrail səfiri humanitar yardımların guya terrorçuluğu dəstəkləyən İHH adlı bir fond tərəfindən Qəzzaya aparıldığını iddia edir.
   - İHH – İnsani Yardım Vakfı, yəni Humanitar Yardım Fondudur. Bu qurum 15 ildir qardaş Türkiyədə və dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən tanınmış yardım təşkilatlarından biridir. Səfir ağ yalan danışıb deyir ki, guya bu qurum “turistik təşkilatdır” və “terrorçuları dəstəkləyir”. Sözü gedən Fond dünyanın hər yerində kimsəsizlərə, aclara, fəlakətə uğramış, evindən-eşiyindən didərgin düşmüş və s. ehtiyacı olan insanlara humanitar yardımlar edir. Bəli, bu təşkilat fələstinlilərə də yardım edir. Axı milyonlarla fələstinli İsrail işğalına məruz qalıb, hər şeyini itirib. Niyə fələstinli məzluma yardım göstərənə “terrorçuları dəstəkləyir” deyilsin ki? Məgər fələstinlilər kiminsə ərazisini işğal ediblərmi? Onlar öz evlərinin içində ikən, təcavüzkar sionistlərin işğalına məruz qalıblar. Onların torpaqları işğal olunub. Onlar doğma yurdlarından didərgin salınıb. Onların qanı axıdılıb və axıdılmaqdadır. İndi bu təcavüzkarlığa qarşı mübarizə aparan, işğala qarşı müqavimət göstərən İslam Müqavimət Hərəkatını (HƏMAS) terrorçu adlandırırlar, amma işğalçı sionistlərə gözün üstə qaşın var demirlər. Bu nə iyrənc siyasətdir?! Bu hal torpağının 20 faizi erməni təcavüzkarları tərəfindən işğal edilmiş Azərbaycanımıza da tanışdır. İndi səfir deyir ki, “Qəzza zolağı HAMAS tərəfindən idarə edilir, hətta Fələstin özü indiyə kimi oranın HAMAS-ın idarəçiliyində olduğunu qəbul etmək istəmir.” Bu da ağ yalandır! HƏMAS Fələstində keçirilən azad parlament seçkilərində inamla qələbə qazandı. Fələstinlilərin mütləq əksəriyyəti bu hərəkatı dəstəklədi və seçkilərdə ona səs verdi. HƏMAS Fələstində qanuni hakimiyyətə gəldi. Lakin bu vəziyyət təcavüzkar İsraili qane edə bilməzdi və sionistlər marionet qüvvələrin əlilə HƏMAS-ın qanunu hakimiyyətini Qəzza istisna olmaqla, digər Fələstin ərazilərində devirdi. Təsəvvür edirsizmi, hətta hücum çəkib Fələstin parlamentini ələ keçirdi, spiker də daxil olmaqla, bütün tanınmış fiqurlarını oğurlayıb, İsrail zindanlarına atdı. İndi səfir Fələstinin qanuni hakimiyyətini terrorçu adlandırır. Fələstin xalqına və onun dəstəklədiyi İslam Müqavimət Hərəkatına simpatiya bəsləyənləri isə “terrorçuları dəstəkləyənlər” kimi qələmə verir. Bu, acınacaqlı haldır!
   - İsrail Silahlı Qüvvələrinin bu gəmiləri saxlamağa hər hansı bir haqqı var idimi?
   - Əlbəttə ki, heç bir haqqı yox idi! Bu gəmilər İsrailə aid sularda üzməyiblər ki, İsrail onları saxlasın. Hadisə beynəlxalq sularda baş verib. Yəni gəmilər beynəlxalq sularda Qəzzaya doğru üzüblər. Lakin İsrailin növbəti təcavüzkarlığı ilə üzləşiblər. 6 gəminin hamısına dayanmaq əmri verilib. Sən kimsən beynəlxalq sularda humanitar yardım daşıyan gəmiləri saxlayırsan?! Bu, dəniz quldurluğudur! 21-ci əsrdə yaşayırıq, sülhdən, insan haqlarından danışırıq, amma dünyanın gözü qarşısında quldur bir rejim gəlib milyonlarla fələstinlini, qəzzalını mühasirəyə alıb, onları blokadada saxlayır. Dinc sakinlər aclıq-susuzluq içində, dərman yox, yaşamaq üçün ən ibtidai şərait yox və günlərin bir günü səfalət içində inildəyən bu insanlara humanitar yardım aparılır, bu yardımın da qarşısı qan tökməklə alınır. Bu quldurluq deyil, bəs nədir? Buna kim və hansı adla haqq qazandıra bilər?
   - Səfir hesab edir ki, bunu yardım adlandırmaq olmaz. Guya bunun yardım adlandırılması “ağlasığmazdır”…
   - Bəli, bu insanlara yardımdır! Qəzzada aclıq içində, səfalət içində əziyyət çəkən milyon yarımlıq əhaliyə yardım. Amma insan qatillərinə, dinc sakinləri aclıq içində boğmağa, öldürməyə çalışan təcavüzkar bir rejim üçün əlbəttə bunun yardım adlandırılması “ağlasığmazdır”! Axı bu yardımlar sionistlərin blokadada saxlayıb məhv etməyə çalışdığı insanlara ünvanlanıb. Səfir “yardım adlandırmaq olmaz” dedikdə, öz məntiqini, öz dünyagörüşünü, təmsil etdiyi rejimin mövqeyini ortaya qoyub. Əslində isə Qəzzaya 10 tonluq humanitar yardım, o cümlədən sement, sutəmizləyici qurğular, yığma evlər, 20 ton kağız və s. kimi qəzzalılar üçün həyati mahiyyət daşıyan mallar aparılırdı. İsrail bu malların Qəzzaya çatdırılmasına imkan vermir.
   - Sizcə, İsrail humanitar missiya ilə Qəzzaya yollanan insanları qətlə yetirməklə öz imicinə zərbə vurmuş olmadımı?
   - Bilirsizmi, İsrail 60 ildən artıqdır işğalçılıq siyasəti həyata keçirir. Bu rejimin mahiyyəti işğalçılığa, özgə torpaqların mənimsənilməsinə yönəlib. Bu isə qan tökmək, insanları ev-eşiyindən didərgin salmaq deməkdir. Bunlar Qarabağda ermənilərin törətdiyi cinayətkarlığın sələfləridir. İndiyədək BMT-nin onlarla qətnaməsini İsrail ayaqlar altına atıb. Heç kəsin sözünün bunlar üçün əhəmiyyəti yoxdur. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu? Onsuz da bütün dünya sionizmin iç üzünə bələddir. Hamı bu cinayətkar rejimi yaxşı tanıyır. Amma nə yazıqlar ki, bu gün sionistlər dünyada söz sahibidirlər. Dünyanın böyük dövlətlərini ram edib, öz təcavüzkar siyasətlərini beləcə davam edirlər. Cinayətkar cəzasız qalanda, yeni cinayətlərə əl atır. Vaxtıyla İsrail törətdiyi cinayətlərə görə layiqli cəzasını alsaydı, indi humanitar missiya ilə üzən gəmilərə silahlı hücum edib, dinc insanları qətlə yetirməyə cürət etməzdi. Əlbəttə, Allah bu haqsızlıqları cəzasız qoymaz! Zülm ilə abad olanın aqibəti bərbad olar. Hələ Qəzzada dinc insanlara, o cümlədən günahsız körpələrə qarşı törətdikləri qətliam səhnələri gözümüz önündən getməyib. Şübhəsiz ki, İsrail bununla növbəti rüsvayçılığına imza atdı. Artıq bu rejim əli silah tutanlarla döyüşməkdə acizdir! 33 günlük Livan və 22 günlük Qəzza savaşları bunu göstərdi. Artıq bunlar silahsızlara öz güclərini nümayiş etdirirlər. İndi bir daha bütün dünyada rüsvay oldular. İsrail ordusunun humanitar yardım daşıyan gəmiyə hücumundan sonra demək olar ki, təkcə İslam aləmində deyil, dünyanın hər yerində etiraz aksiyaları dayanmaq bilmir. Hamı bu rəzaləti pisləyir. Azərbaycanımızda siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətimizdə nüfuz sahibi olan bütün ictimai-siyasi xadimlər açıqlamalar verərək, İsrailin bu cinayətini qətiyyətlə qınayıb. Bununla İsrail növbəti dəfə özünü rüsvay etdi. Ən əsası isə, Allah var! O, tökülən bu günahsız qanları yerdə qoymayacaq!

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
    Məlum olduğu kimi, 23 may 2010-cu il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçı-işğalçı rejimi tərəfindən keçirilən qondarma “parlament seçkilərini” 113 “beynəlxalq müşahidəçi” izləyib. Onlar arasında iranlı “müşahidəçi” Mirqasim Mömini də olub. Məsələ ilə bağlı “Yeni Şərq” Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə doktoru Elşən Mustafaoğlunun fikirlərilə bölüşdük. Müsahibəni oxucularımıza təqdim edirik.
   - İşğal olunmuş ərazilərimizdə kiçirilən qondarma “seçkiləri” izləmək üçün İrandan müşahidəçilərin “Dağlıq Qarabağa” səfər etməsini necə qiymətləndirmək olar?
   - Əvvəla qeyd edək ki, “müşahidəçilər”, o cümlədən iranlı Mirqasim Mömini qeyri-qanuni olaraq Azərbaycan Respublikası ərazisinə - işğal altında olan bölgəmizə daxil olublar. Üstəlik, orada cinayətkar işğalçı bir qurumun keçirdiyi qanunsuz “seçkiləri” müşahidə ediblər. Bu, açıq şəkildə Azərbaycan xalqının heysiyyatına toxunmaq, xalqımızı təhqir etmək deməkdir. İran vətəndaşının bu sırada yer alması isə xüsusilə təəssüfdoğoran bir haldır. Axı bu adam müsəlmandır, üstəlik, azərbaycanlıdır. Neçə il Bakıda yaşayıb. Yeri gəlmişkən, başqa heç bir müsəlman dövlətindən bu qondarma seçkiləri izləməyə heç kəs gəlməyib. İranla Azərbaycan arasında müştərək tarixi və mədəni kökləri, bizim dini və milli bağlılıqlarımızı nəzərə alaraq bunu qardaşın qardaşa xəyanəti, həm də böyük xəyanəti kimi qiymətləndirə bilərik. Bunun başqa adı yoxdur!
   - 24 may tarixində “SalamNews”da gedən xəbərdə bildirilir ki, M.Mömini İranda “azərbaycanpərəst” kimi tanınır. Bildirilir ki, o, Bakıda ali təhsil alıb və s. Belə bir fikir irəli sürülür ki, erməni mətbuatı qəsdən onu qaralayıb...
   - Mirqasim Mömini ən böyük ermənipərəstdir! Əvvəla bu adam İran-Ermənistan Dostluq Assosiasiyasının rəhbərlərindəndir. Dəfələrlə Ermənistana səfər edib, ən yüksək səviyyəli görüşlərdə, dövlətlərarası danışıqlarda, nazirlərlə görüşlərdə iştirak edən az adamlardan biridir. Bunlar haqda internetdə fars, ingilis və erməni dillərində xeyli məlumatlar mövcuddur. İran mətbuatı da bu haqda yazıb. Belə bir adam necə “azərbaycanpərəst” hesab edilə bilər? Azərbaycanı azca sevən birisinin İran-Ermənistan Dostluq Assosiasiyasında nə işi ola bilər? Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib, 30 mindən artıq vətəndaşını amansızlıqla qətlə yetirib, Xocalı soyqırımı kimi qanlı cinayətlər törədib, 1 milyon insanı ev-eşiyindən didərgin salıb, Mömini isə bu cinayətkar dövlətlə dostluq sevdası ilə yaşayır. Ən əsası, qeyri-qanuni olaraq işğal olunmuş ərazilərimizə səfər edib...
   - Amma xəbərdə bildirilir ki, o, “Dağlıq Qarabağa” qondarma seçkiləri izləmək üçün deyil, İranın bir proqnozlaşdırma İnstitutu qrupunun üzvü kimi layihələrlə bağlı Qarabağa səfə edib.
   - Hər nə adla olursa olsun, o və onun səfər yoldaşları işğal olunmuş ərazilərimizə qeyri-qanuni gəliblər. Bu, xəyanət olmaqla bərabər, həm də cinayətdir. Üstəlik, İranın Ali Dini Rəhbərinin fətvasına əsasən, həm də haramdır. Bu adamın istənilən layihə çərçivəsində işğal olunmuş ərazilərə səfər etməsi qanunsuzdur. İndi o yalandan deyir ki, “seçkilərlə” heç bir əlaqəsi olmayıb. Ola bilsin ki, doğrudan da onun “Dağlıq Qarabağda” olması təsadüfən seçkilər vaxtına təsadüf edib. Amma Mömini həqiqətən də qondarma seçkilərdə müşahidəçilik edib və bu haqda bir neçə informasiya agentliyinə müsahibə də verib. O, bildirib ki, “Stepanakert”, yəni Xankəndi və ətraf rayonlardakı bir neçə seçki məntəqəsində müşahidələr aparıb. Necə deyərlər, həm ziyarət, həm ticarət. Bu adam KİV-lərə müsahibə verərək seçkilərin “düzgün və yüksək səviyyədə” keçirilidiyini bəyan etməkdən belə, çəkinməyib. Bunları necə dana bilər?
   - Məlum olduğu kimi, ilk dəfə deyil ki, iranlı müşahidəçilər qondarma “Dağlıq Qarabağda” keçirilən “seçkilərdə” müşahidəçilik edirlər.
   - Tamamilə haqlısız. İran rəsmi şəkildə bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ölkəmizi dəstəkləyir. Bu, İranın rəsmi mövqeyidir. Bundan irəli gələrək, biz İran prezidenti cənab Əhmədinejada müraciət ünvanladıq. Ona da bildirdik ki, məgər İrandan kimsə gedib İsraildəki seçkilərdə müşahidəçi qismində iştirak edə bilərdimi? İştirak edəni hansı aqibət gözləyərdi? Bax, Mömini kimi adamları da həmin aqibət gözləməlidir. Biz Prezident Əhmədinejaddan xahiş edirik ümumi İslam maraqlarına və qardaş ölkələrimiz arasında olan səmimi münasibətlərə zərbə vuran, İslam Respublikasının tutduğu ideoloji xətt ilə uzlaşmayan bu kimi halların qarşısının alınması üçün qəti tədbirlər görüb, işğalçı-separatçı rejimlə əlaqə quran şəxslərin cəzalandırılmasına göstəriş versin. Gələcəkdə bir daha belə halların baş verməməsi üçün bu, olduqca zəruridir. Əks halda, bu rüsvayçılıq davam edəcək. Ümid edək ki, Mömini layiqli cəzasını alacaq. Dövlət də onu cəzalandırmasa, o torpaqlarda şəhidlərimizin qanı tökülüb, Allah onu mütləq cəzalandıracaq!

“Yeni Şərq”

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Fatimə (s), qeyrət nişanəsi

    Bəzi rəvayətlərə əsasən hicri qəməri tarixiylə 13 cəmadiul-əvvəl İslam Peyğəmbərinin (s) əziz qızı, həzrət Zəhranın (s) şəhadətinin ildönümünə təsadüf edir. Bu münasibətlə İmam Zaman (ə.f) və onun aşiqlərinə başsağlığı verir və bu barədə höccətül-islam cənab Nəzəri ilə olan müsahibəni sizlərə təqdim edirik.
1) Əhli-beytin (ə) nəzərində hazrət Zəhranın (s) mənəvi məqamı necə dəyərləndirilir?
Bismillahir-rəhmanir-rəhim
Həzrət Zəhraya məxsus (s) olan əza günlərini yaşayırıq. Bu münasibətlə  başda İmam Zaman (ə) olmaqla bütün dünya müsəlmanlarına başsağlığı veririk. Ümidvarıq ki, bu əziz xanımın həyatı hamımıza örnək olacaq.
Həzrət Zəhranın (s) şəxsiyyəti yalnız qadınlar üçün örnək deyil, əksinə bütün insanlar bu xanımdan örnək götürə bilər. Xanımın (s) bərəkətli ömrünün az olmasına baxmayaraq, bu qısa müddətdə cəmiyyətin istifadəsi üçün çox mühüm məqamlar vardır. 
Həzrət Siddiqeyi-Kubranın (s) məqamı, Əhli-beytin (ə) nəzərində uca və xüsusidir. Belə ki, həzrət Əli (ə) xanım Zəhradan (s) sonra bir quyu qazdı. Əli (ə) Zəhra üçün vəqfnamə yazmaq qərarına gəldi və həzrət Zəhranın (s) övladlarını onun ardıcılları kimi tanıtdırdı. Həmçinin “Cəməl” və “Siffeyn” döyüşündə İmam Həsən (ə) və İmam Hüseynə (ə) döyüş meydanına getməyə icazə vermirdi. Səhabələr bunun səbəbini soruşanda Həzrət (ə) buyurdu: “Bu iki nəfəri qoruyun ki, Peyğəmbərin (s) nəsli sona çatmasın. İmam Hüseyn (ə) də, Aşura günü bir rəcəz oxuyaraq analarının həzrət Zəhra (s) olduğu üçün iftixar etdiyini bildirdi. Amma həzrət Zəhranın (s) Əlinin (ə) yanında uca məqamı olmasının ən mühüm dəlili, Xanımın (s) qəbri kənarında Peyğəmbərə (s) xitabən buyurduğu xütbəsidir. Xütbədə belə buyurulur: “Ey Allahın rəsulu! Artıq dözümüm məhbubundan uzaq düşdüyüm üçün azaldı və səbirim dünya qadınlarının sərvərindən ayrıldığım üçün bitdi ...”
2) Allahın o xanımın vücudunda qərar verdiyi xüsusiyyətlərdən biri də, ismət və məsumluq sifətidir. Bu barədə nə deyə bilərsiniz?
Həzrət Zəhranın (s) ismətini təsdiq edən ən mühüm kəlam, “Təthir” ayəsidir. Belə ki, Peyğəmbərin (s) qırxdan çox səhabəsi bu kəlamın həzrət Zəhra (s), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Əmirəl-möminin Əli (ə) barəsində olmasını təkidlə vurğulayıblar. Bu ayə nazil olandan sonra Peyğəmbər (s) gəlib xanım Zəhranın (s) evinin qarşısında durub buyurarmış: “Salam olsun sizə ey Əhli-beyt (ə). Ey Əhli-beyt! Həqiqətən, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” Ayənin bu pak vücudlara aid olması, elm əhlinə aydındır. Belə ki, bu ayədəki iradə təşrii (ümumi) iradə deyil. Çünki Allahın paklaşdırmaq üçün təşrii iradəsi hamıya aid olur amma ayənin əvvəlində “innəma” kəlməsi Allahın iradəsini paklıqdan nişan verməsinə həsr edir və bu təşrii iradədən başqa iradədir ki, Allah onu bu pak ailəyə əta etmişdir.
Bu barədə dah çox izah verməyinizi istəyirik
Bəli dediyimiz kimi, xanım Zəhranın (s) isməti Quran baxımından sübut olunmuş bir ismətdir. Fərz edək ki, əgər bu ayə olmasaydı belə məzhəblər arasında Peyğəmbərdən (s) nəql olunan hədislər həzrət Zəhranın (s) məsum olmasına şəhadət verərdi. Məsələn, Peyğəmbərin (s) buyurduğu “həqiqətən Fatimənin (s) qəzəbi Allahın qəzəbi, razılığı isə Allahın razılığıdır” hədisi, Xanımın (s) məsum olmasına aydın dəlildir. O Həzrət (s) həmişə və səhvlərdən uzaq idi. Peyğəmbər (s) onun barəsində buyurub: “Fatimə (s) dünya xanımlarının xanımıdır”. Bəs əgər o, məsum olmasaydı heç vaxt bu məqama çatmazdı.
3) Həzrət Zəhra (s) üçün çoxlu ləqəblər ünvanlanıb. Hətta bəziləri bu xanım üçün 50-ə qədər ləqəb sayıbdır. Bu ləqəblərdən biri “mühəddəsə”dir (onunla danışılan qadın). Bu barədə danışmağınızı istəyirik.
Mühəddəsə kəlməsini o kəsə deyirlər ki, başqa birisi onun üçün söhbət etsin. Hədisdə qeyd edilir ki, mələklər onunla söhbət edirmişlər. Həmçinin “Kafi” kitabında mötəbər hədislərin birində buyurulur ki, “Peyğəmbərdən (s) sonra Fatimənin (s) qəm-qüssəsi o qədər çoxaldı ki, Allah onun ruhunu sakitləşdirməkdən ötrü Cəbraili onun yanına göndərərdi: “Cəbrail onun yanına gələr və onunla söhbət edərdi.”
4) Mümkündür bir nəfər desin ki, Cəbrail yalnız Peyğəmbərlərə (ə) nazil olub. Bu şübhənin cavabını necə vermək olar?
Onların cavabında gərək deyilsin: “Cəbrail (ə) həzrət Məryəmə (s) də, nazil olardı və onunla söhbət edərdi. Necə ki, Məryəm surəsində oxuyuruq: “... (Cəbrail) Ona (Məryəmə) kamil bir insan simasında göründü”. Bəs bu ayədən məlum olur ki, Cəbrail təkcə Peyğəmbərlərə (ə) nazil olmurdu. Cəbrail (ə) həzrət Zəhraya (s) nazil olaraq gələcəkdə baş verəcək hadisələri ona deyər, həzrət Əli də (ə) deyilənləri qələmə alardı. Bu kitab Fatimənin (ə) “müshəfi” adlanır. Bəzən imamlarımız (ə) bu kitaba istinad edərmişlər.
5) Həzrət İmam Kazimdən (ə) nəql olunmuş rəvayətlərdən birində buyurulur: “Həqiqətən də Fatimeyi Zəhra (s) “siddiqeyi-şəhidədir” (doğru şəhiddir)”. Bəziləri o Həzrətin (s) şəhadətində şübhə yaradaraq şəkk edirlər. Bu barədə sözünüz varsa buyurun.
Əvvəla demək lazımdır ki, hədisin sənədi düzgün və etibarlıdır. “Siddiqə” kəlməsi xanımın ismət məqamını sübuta yetirir. Çünki siddiq (doğru) olmayan şəxs məsum da ola bilməz və bu kəlmə həzrət Fatiməyə (s) aiddir. Həmçinin “şəhidə” kəlməsi barəsində də, demək lazımdır ki, “Şəhid” Quranda zikr olunan Allahın ləqəblərindəndir “innəhu əla kulli şəyin şəhid”. Amma rəvayətlərdə, ürfdə və lüğətdə Allah yolunda canını əldən verənə “şəhid” deyillər. Bu kəlmə ərəb dilində Peyğəmbərin (s) zamanında da, var idi. Misal üçün, Bədr şəhidləri, Ühüd şəhidləri və s... Elə o zaman da, şəhidləri qüslsuz dəfn edirdilər. İndi sual oluna bilər ki, bəs Əli (ə) həzrət Zəhraya (s) qüsl verib dəfn edib. Buna nə cavab verərcəksiniz? Bunun cavabında demək lazımdır ki, yalnız müharibə zamanı döyüşdə şəhid olanlara qüsl vermək lazım deyil. Nəzərimcə döyüş zamanı şəhidə qüsl vermək imaknı olmadığından, Allah bu hökmü götürüb. Amma döyüşdə yaralanıb, ondan sonra şəhid olanı həqiqi şəhid olmasına baxmayaraq qüsl verilirdi. Çünki Allah yolunda canını əldən verib. Həzrət Zəhra (s) da, “şəhidə”dir. Çünki Allah yolunda fədakarlıq edərək dünyadan köçdü.
Əbu-Bəsir nəql edir: “Bu xanım vilayəti müdafiə etdiyi üçün ona vurulan zərbələrin təsirindən şəhid oldu.” Əbu-Bəsir əlavə edir: “Qunfuz qılıncın qınıyla xanım Zəhraya zərbə endirdi. Nəticədə həzrət Möhsün (ə) siqt oldu və Peyğəmbər (s) balasının qolu şiddətli yaralandı. Beləliklə bu hadisə onun şəhadətinə səbəb oldu.
Harda həzrət Zəhraya (s) zərbə vurdular? O evdə ki, Peyğəmbər (s) onun qarşısında durar, onlara salam verər və “Təthir” ayəsini oxuyardı. Onlar belə bir evə hücum etdilər və xanımı şəhadətə yetirdilər. Bu qədər izahlarla elə bilirəm ki, artıq həzrət Zəhranın (s) şəhadəti üçün qaranlıq nöqtə qalmadı.
6)  Peyğəmbərin (s) vəfatından sonra həzrət Zəhradan (s) hüququndan müdafiə etməsi üçün fəsahət və bəlağətdə eyni olan xütbə vardır ki, orada tövhid, ədalət və hökümlərin fəlsəfəsi barəsində nöqtələr buyurubdur. Xütbənin bu hissəsi barəsində izah verməyinizi istəyirik.
Onun xütbəsi bütün müsəlmanlar üçün bir növ ensiklopediyadır. Belə ki, xütbə etməyə başlayır, öz möcüzələrindən birini göstərir. İnsan, yaxşı xütbə etəmək üçün gərək illərlə çalışsın ki, yaxşı söhbət etməyi bacarsın. Amma o nə keçmişdə söhbət etmişdi nə də, hansısa bir məktəbdə təhsil almışdı. Buna baxmayaraq o əvvəldən axıra qədər dərin və dəqiq nöqtələri özündə cəmləyən elə bir xütbə söylədi ki, o Həzrətdən (s) fəsahət və bəlağətin zirvəsində duran bir möcüzə idi.
Bu xütbənin bir hissəsində Həzrət (s) hökümlərin fəlsəfəsindən söz açır:  Allah sizə şirkdən nicat vermək üçün imanı, təkəbbür və qürurdan nicat vermək üçün namazı, dini möhkəmləndirmək üçün Həcci, ixlasınızın artması üçün orucu və cəmiyyətin islahı üçün əmr be məruf və nəhy əz münkəri vacib etmişdir.
Həzrət Zəhra (s) xütbənin ardında açıqlayaraq ki, Allah, cəmiyyətin və İslam ümmətinin nizamlı olmasından ötrü imaməti öz tərəfindən təyin edir. İmam cəmiyyətin təmayülü və pərakəndəliyin qarşısını alandır. Əgər imamı cəmiyyət seçsə mümkündür ki, ikidəstəlik meydana gəlsin. Əgər Allah Peyğəmbərləri (s) seçdiyi kimi imamı da təyin etsə, artıq heç kəs narazılıq etməz.
Beləliklə, həzrət Zəhranın (s) bəyan etdiyi yoldan başqa İslam heç bir sifətlə nizam-intizam tapmaz.
7) Nəzərinizcə bu cür xütbə Həzrətin (s) ilahi elmindənmi xəbər verir?
Hamı bilir ki, hökümlərin sirrini yalnız Allah bilir və Onun elminin mədəni olanlar ibadətin sirlərindən agahdır. Məlum oldusa xanım hökümlərin fəlsəfəsindən agahdır. Deməli, onun ilahi elmi var ki, bunları bilir.
8) İslamda bu əziz xanımının örnək olması barəsində danışın.
İnsan örnəyi gündəlik işləri üçün, müxtəlif zəminələrdə qərar verir ki, səhv etməsin. Həmçinin kamilliyə çatmaq üçün gərək örnək olsun. Məhz buna görə Allah Peyğəmbəri (s) insan üçün ən yaxşı örnək qərar verib. Quranda buyurulduğu kimi: “Sizin üçün ən yaxşı örnək Allahın rəsuludur”. Həmçinin həzrət Zəhra (s) da, Peyğəmbəri (s) tam göstərən bir güzgüdür. Hədisdə vardır ki, “Əgər gözəlliyi göstərmək mümkün olsaydı, (o gözəllik) Fatimə (s) idi. O, hər bir halda bəşər cəmiyyətinin kişi və qadınları üçün ən yaxşı örnəkdir. Dəqiqliyiylə belədir ki, həzrət Mehdi (ə) buna əsasən onu özünə örnək bilir.

Mənbə: www.hawzah.net                              Tərcümə etdi: Rəsul Mahmudov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

         Qərbin xəyaldakı vəd verilmişindən şiənin həqiqi xilaskarınadək
  Qərbin (mövudu) vəd verilmişinin gözləmə arzusu, şiənin dərin mədəniyyəti müqabilində rəqabətlik istiqamətindədir və onların vəd verdikləri şəxs yalnız xəyali bir şəxsdir və yayımladıqları filimlərindən ibarətdir.
 Hicri qəməri tarixi ilə rəbiul-əvvəl ayının doqquzu şiənin yenidən həyata başladığı və dünyanın yeganə vəd olunmuş şəxsi, xilaskar həzrət İmam Mehdinin (əc) imamətliyinin başlanğıcı gününün ildönümü münasibətiylə Məhdəviyyət  mərkəzinin müdiri höccətul-islam cənab Müctəba Kolbasi  ilə müsahibə.
 1. Düşmənlərin məhdəviyyət mövzusunda və nicat verici yeni zuhur məktəblərini yaratmaqda məqsədləri nədir?
-Bu gün İslam düşmənləri hesablanmış və dəqiq plan cızmaqla dünyaya mehdiçilik və nicat verici arzusunda olan firqələr və məktəblər tanıtdırırlar. Nicat verici zühuru mövzusu, dünyadakı bütün dinlərin mövzularından olduğu üçün mehdiçilik  əqidəsini müxtəlif dinlərdə genişləndirmək, nəzərdə tutulmuş tam təbii bir işdir.
  2. Dünyada nicat vericiyə arzu dalğasının böyüməsi haradan qaynaqlanır?
-İbrahimi dinlərinin yolunun İslam dinindən ayrılması və İslamı sonuncu din kimi qəbul etməməkləri və onların vasitələriylə səhv yol seçmələri, məsihiyyətin, yəhudilərin hətta zərdüştilərin (sözsüz həqiqəti olmayan)  özlərinə məxsus nicat verici və vəd verilmişin zühurunun iddiasına düşməsinə səbəb olub və dünyada bu sahədə həyata keçirtdikləri geniş təbliğatlarla nicat vericinin arzusu dalğasını öz məqsədlərinə yönəldirlər.
 3. Təmayülçü firqələrin, nicat verici zühuru məsələsini müzakirə etməkdə və Mehdiçiliyə aid məsələlərin araşdırmalarında hədəfi nədir?
-Yəqinliklə, təmayülçü firqələrin bu meydana daxil olması müstəmləkəçilik hədəfləri ilə həyata keçir. Misal üçün yüz il bundan qabaq qadağan olunmuş azdırıcı Bəhai firqəsi, İslamı aradan aparmaq və yeni dinin zühur etməsi hədəfi ilə həmçinin  xatəmiyyət və Mehdiçilik məsələsini sual altına aparmaqdan ötrü meydana ayaq atdı və müstəmləkələşdirmənin köməyi ilə firqə düzəltməkdə, şübhə yaratmaqda, müsəlmanlar, məxsusən şiələr arasında ayrılıq salmaqda səy edirdilər.
  Həmçinin Babit və Bəhaiyyət kimi azğın firqələrin təbliğçiləri və bu dinlərin sponsorlarının hədəfləri,  şiənin möhkəm amalında ayrılıq salmaq və azğınlığa çəkmək, gələcəyə ümidsiz etmək, həzrət Məhdinin (əc) zühuruna etiqadı zəiflətmək, mədəniyyətin inkişafının qarşısını almaq idi və bu metod, həmişə müstəmləkəçi dövlətlər tərəfindən şiddətlə himayə olunaraq yayılıb və gücləndirilmişdir.
 4. Müstəmləkəçi dövlətlər, hansı istiqamətlərdən şiəni hədəfə alıblar?
-Şiənin düşmənləri, bu məzhəbin fikirlərinin iki ünsürünü şəhadət və intizar məsələsini möhkəm bilirlər. Məhz buna görə şiələrin təfəkküründə əsas azdırıcı təbliğatlarını bu iki ünsürün zəifləməsi sahəsində həyata keçirirlər. Onlar bu iki bünövrəni zəiflətməyi əsas götürərək başqa sahələrdə müvəffəq olacaqlarını bilirlər.
 5. Hollivud  kinolarında vəd arzusu, qərblilərin geniş diqqət mərkəzinə çevrilib. Bəs bu iş hansı hədəflə həyata keçir?
-Həmişə, hər bir insanın fitrətində vəd verilmişin arzusuna xüsusi yer olub. Həmçinin insan fitrətən bəşəriyyətin zülmətlərdən, dərdlərdən bir sözlə giriftarçılıqlardan azad olması üçün bir nicat vericinin intizarında olub. Məhz buna görə, bu təfəkkürün təsirlərini, qərbin kino rejissorlarında, yazıçılarında, alimlərində və s. görmək olar. Baxmayaraq bu təfəkkürün kökü insanın fitrətində vardır, amma İslam dinindən, xüsusilə şiə məzhəbindən başqa dünyanın heç bir dini, bu məsələnin xırdalıqlarına qədər dəqiq və aydın söz deyə bilmir. Həmçinin şiədən başqa heç kim vəd verilmiş şəxsin zühur tərzini, hədəflərini, planlarını və s. aydınlatmağa qadir deyildir. Məsihiyyət və yəhudiyyət dinləri kimi bütün dinlər bu məsələnin birinci pilləsində durublar. Həmçinin sadə vəd verilmişlərində və naməlum nicat vericilərində dayanaraq heç bir dəlil gətirə bilmirlər və öz nəzərlərinə uyğun axirəz-zaman nicat vericilərini tanıtdırmaq üçün müxtəlif  vasitələrdən istifadə edirlər ki, gerçəkliklərin həqiqətlərini öz fikirlərinə əsasən təhrif etsinlər.
6.  Bəs qərbin xəyali nicat verici yaratmağında məqsədi nədir?
-Qərb, Allahı itirdiyinə görə və feyz mənbəyi, əbədi qüdrət və bəşəriyyətin ümüdbəxşindən ayrıldığı üçün dünyaya nicat verə biləcək bir kəsin arxasıncadır. Buna görə də filimlər çəkərək orada qərbin yaxud başqa bir kürədən bir varlıq gələrək bəşəriyyətə nicat verməsi təsvir olunur. Əlbəttə bu fikirlər, adi bir insann dünyanın vəziyyətini nizam-intizama sala biləcəyinə ümüdsüz olmasından xəbər verir.
 7. Nə üçün həzrət Mehdinin (əc) zühurunun nişanələrinə aid olan rəvayətlər daha çox orta şərqin diqqətini cəlb edib?
-Mühüm İbrahimi dinlərinin orta şərqdə olduğundan vəd verilmişin zühurunun da, bu məntəqədə baş tutması təbiidir. Buna görə ola bilsin zühur zamanında qərbin və şərqin bir neçə vəziyyətlərinə diqqət olunmayıb. Əlbəttə yəhudilər, məsihilər və xüsusən sionist rejimiylə olan müharibələr barəsində olan nişanələr bəzi rəvayətlərdə açıqlanıb. Zühurdan qabaq da, təkcə orta şərqə deyil dünyaya aid olunan başqa müharibələrə və  müxtəlif  hadisələrə işarə olunub. Həmçinin Şamat məntəqəsindən  “Sufyaninin”  zühuru və qərbin ona dəstək olması, həzrət Məsihin zühuru və ondan sonrakı olaylar, həzrətin zühuruna yaxın və hətta zühurdan sonrakı dövrdə qərbin bütün ifa etdiyi rollarına işarə olunub. Baxmayaraq zühurun əsas nişanələri orta şərqdə baş verəcək.
 8. Qeybət zamanında imamət və vilayətdən təqlid etmə nə mənadadır?
-İmamət və vilayətdən təqlid etmə Peyğəmbər (s) və imamlardan (ə) təqlid etmə mənasındadır. Yəni Peyğəmbərin (s) göstəriş və əmrlərinə əməl etmək vacib olduğu kimi, əqli və nəqli dəlillərə əsasən mərcə və din alimləri olan təcrübəli Quran və sünnət mütəxəsislərindən də İslam göstərişlərini bildikləri üçün təqlid edilməlidir. Hazırki əsrin İmamına (əc) tabe olmaq Peyğəmbərə (s) tabe olmaq demekdir. Həmçinin qeybət zamanında İmama (ə)  əl çatmırsa gərək müctəhidlərə müraciət olunsun. İmamın (ə) hökümlərini onlardan almaqla ona əməl etmək lazımdır.
9. Mehdiçiliyə etiqad bəsləməyin cəmiyyətin ictimai, siyasi, mədəni və mənəvi həyatına hansı təsirləri vardır? 
-Mehdiçilik məsələsi fikri cəhətdən şiə cəmiyyəti üçün çox ümidverici olmasıyla yanaşı, insan ruhunu və fikrini çətin vəziyyətdən azad edir. Həmçinin siyasi cəhətdən hərəkətvericidir. İqtisadi cəhətdən isə İslam iqtisadiyyatının  formalaşmasına səbəb olur. Həmçinin dünyanın gələcəyini şiələrin gözündə parlaq edərərək gələcəyə ümidlə baxmağı sövq edir.
 Məhz bu iş səbəb olur ki, insan öz barəsində dünyaya müsbət baxışla baxaraq maddiyat və mənəviyyatının çoxalması üçün çalışsın.
10. İslam inqilabının qələbəsində, mehdiçiliyə etiqad bəsləməyi necə qiymətləndirirsiniz?
-Şiə cəmiyyətinin üstünlüklərindən biri də onların həyat və sevinclərinin ümumi olmasıdır. Bu başqa məzhəblərdə və İbrahimi yaxud qeyri İbrahimi dinlərdə  görünmür. Bu sevinc və gələcəyə ümüd intizar məsələsinə diqqət təsirlərindən doğaraq İmam Mehdinin (ə) zühuruna imandan nəşələnir. Qətiyyətlə demək olar ki, intizar mədəniyyəti və İmam Zamana (ə) diqqət İran cəmiyyətində böyük dəyişikliklər yaradıb. Həmçinin mehdiçilik bünövrəsinə əsasən İslam inqilabının qələbəsiylə dünya dəyişildi və bu dəyişikliklərin İslam aləmində həyatverici təsirləri oldu.  Hətta İraq və Misir ölkələlərini də,  mədəniyyət və fikir cəhətdən dəyişdirdi.
 11. Şiənin böyük düşüncəsi, dərin fikri və mədəniyətinə sahib olmasına baxmayaraq, niyə islam və şiə ölkələri hələ də dünyanın üçüncüsüdürlər?
  Əlbəttə bir sıra maneələr və təsirlər, müsəlmanların dünyanın üçüncüsü olmalarına səbəb olub. Belə maneələrdən biri, əsrlər boyu mütəmadi olaraq zamana uyğun hakimlər vasitəsiylə İslam təlimlərinin unudulması habelə İslam həyatından və Əhli-beyt (ə) məktəbindən ayrılması olmuşdur ki, bu da bu gün bizim dünyada üçüncü olmağımıza səbəb olub. Məhz buna görə də əgər biz bu gün Quran hakimiyyətini və İslam vəhdətini cəmiyyətdə yaratsaq mütləq müsəlmanlar dünyada özlərinin uca məqamına çatar və İslam əsasında hakimiyyət qura bilərlər.

Mənbə:  www.hawzahnews.com                               Tərcümə etdi: Rəsul Mahmudov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

            Bismillahir-Rəhmanir-Rəhim
    Şiə aləminin böyük alimlərindən olan və bu məzhəbin düzgün şəkildə dünyaya yayılmasında çoxlu xidmətləri olan, həmçinin 1500 vəhhabi şübhələrinə cavab verən həzrət Ayətullah Hüseyni Qəzvini ilə müshibə. Müsahibə, bu azəri alimin İran İslam Respublikasının Sistan və Bəluçistan şəhərinə səfəri zamanı keçirilib. Müsahibədə vəhhabilərin batil əqidələrini yayılmasını pisləyən alim belə deyir: “Hər kəs az da olsa vəhhabilərə tərəf meyilli olsa, biz onu Amerikaya və dünya hegemonlarına tərəf meyilli olduğunu sanırıq”. Həmçinin buyurur: “Onlar, Şəhid və qəhrəman Səddam” adlı disklərin cəmiyyət arasında paylayaraq yaydığlarına görə şəhidlərin ailələrindən rəsmi şəkildə üzr istəməlidirlər. Əgər üzr istəməsələr, biz bu hadisələri bütün saytlarımızda, peyk antennalarında və xüsusi məclislərimizdə deyəcəyik.
  1. Salam. Bir neçə sualımız vardır ki, onlara cavab verməyinizi xahiş edirik. Əvvəlcə xahiş edirik özünüzü təqdim edəsiniz.
-Mən Qəzvində dünyaya gəlmişəm və qırx ildir Qum elmi hövzəsindəyəm. İyirmi il bundan qabaq böyük alimlərdən ictihad dərəcəsi almışam və inqilab mədəniyyətinin ali şurasının təsdiq etdiyi Qum elmi hövzəsinin müdiriyyət mərkəzindən aldığım dokturantura sənədim var. Həmçinin xarici işlər nazirliyinin və məhkəmə qüvvəsini təsdiqlədiyi, London İslam Elmləri Universitetindən tələb olunan risələnin sənədini, bir neçə günə göndərəcəklər. İyirmi ildir ki, hövzədə tədris edirəm və Vəhhabilərin ən yeni şübhələrinə cavab verirəm. İndiyə qədər 27, 28 kitab yazmışam ki, onlardan bəziləri ilin kitabı kimi tanınır.
  2. Sistan və Bəluçistan şəhərinə gəlməyinizdə məqsədiniz şəxsi hədəf daşıyır yoxsa hər hansı bir işdən ötrüdür?
 -Bu şəhərə gəlməyimizdə məqsədimiz, şəhərin mədəniyyət işlərində çalışan əzizlərimizin, bizim tələbələrlə məclis quraraq meydana çıxan bəzi şübhələrə və suallara cavab verməkdir. Ürək xəstəliyimin olmasına və Kermanşah, İsfahan, Əhvaz, Şiraz və Xorasan kimi şəhərlərdən dəvət olunmağıma baxmayaraq, hamısına yox cavabı verdim. Amma Sistan və Bəluçistan strateji bir yerdir və bir qrup vəhhabi burada cövlan edir. Şiə və sünnilərdən də, bəziləri təsir altına düşərək elə düşünürlər ki, vəhhabilərin də, fikirləri islami fikirdir. Biz də, bu mədəniyyət işcilərinin məclisində olmaqla sünnilərin mənbələrindən vəhhabi fikirlərinin anti İslami və anti Quran fikir olduğunu isbat etdik. Bura gəlməkdə əsl hədəfimiz bu idi.
  3. Bu şəhərin etiqadi vəziyyətini, başqa şəhərlərlərlə müqayisə etdikdə necə görürsünüz?

-Biz təqribən Sistan və Bəluçistanın vəziyyətini Xuzistan, Kürdüstan, Qərbi Azərbaycan kimi vilayətlərdə olan sünni və şiələrdə olan vəziyyət kimi görürük bir fərq var ki, hara vəhhabilər nüfuz edir və fəaliyyət göstərirlərsə, sünni və şiə arasında, yaxud özləri ilə sünnilər arasında ixtilaf yaradırlar. Əgər edə bilsələr özləriylə şiə arasında da, ixtilaf  yaradıllar. Biz bu şəhərin 95%-i İslam inqilabının və İslam ölkəsinin tərəfdarı görürük. Yerdə qalan 5%-i isə, daha şəffaf desək, vəhhabilərə aldanaraq Səudiyyə Ərəbistanı ilə onlar arasında olan rabitə körpüsündən qidalananlardır ki, onların kitablarını saytlarına yerləşdirirlər və yaxud bəzi ekstremist və dindən uzaq düşmüş vəhhabiləri xütbə etmək üçün bu şəhərə dəvət edərək, təvəssül və şəfaəti caiz bilən musəlmanları məsxərə edir və onlara gülürlər.
  Əgər onlar öz oyunlarından əl çəksələr yaxud özlərini düzəltsələr ya harda olur olsun söhbət etməyə hazır olsalar biz də, hazırıq. İstər elmi hövzələrdə, istər universitetlərdə ya telviziya ekranlarında. Onlar da, dəlilləriylə gəlsin biz də. Əgər onların dəlilləri qane edici olsa biz qəbul etməyə hazırıq əks təqdirdə gərək Quran və İslam ziddinə  olan vəhhabi təfəkküründə giriftar olanlar öz etdiyi əməllərindən tövbə etsinlər və camaatdan da, üzr istəsinlər. Həmçinin “Şəhid və qəhrəman Səddam” adlı disklərin cəmiyyət arasında paylayaraq yaydığlarına görə şəhidlərin ailələrindən rəsmi şəkildə üzr istəməlidirlər. Əgər üzr istəməsələr biz bu hadisələri bütün saytlarımızda, peyk antenalarında və xüsusi məclislərimizdə deyəcəyik. Necə ki, İmam Xomeyni buyurub: "Vəhhabilər Amerika islamının təbliğatçılarıdır". Həmçinin hazırkı dini liderimiz Ayətullah Xamenei buyurub: "Vəhhabi həqiqətlərini ifşa etməkdə heç bir zəiflik göstərməyin!"

  Beləliklə hər kəs az da olsa vəhhabilərə tərəf meyilli olsa, biz onu Amerikaya və dünya hegemonlarına tərəf meyilli olduğunu sanırıq.  
  4. Sünni alimləri, şiə məzhəbindən danışarkən ya bu məzhəbə hücüm edərək şübhə yaradan nəzəriyyələr irəli sürdükdə, şiə alimləri və mütəxəssislərinin nəzərlərində bu şübhələr qəbul olunurmu?
 -Sünnülərdən bir dəstə vardır ki, birbaşa həqiqətləri müzakirə edir. Misirin əl-Əzhər universitetində, hətta Ərəbistanın özündə belə elələri də, vardır ki, şiə mədəniyyətini açıq-aşkar müdafiə edirlər. İki il bundan öncə dünya yığıncağında “Feqhe Cedde”-də keçirilən məclisdə, səkkiz məzhəbi, İslam məzhəbi kimi təqdim etdilər. Onlardan beşi əhli sünnə məzhəbi idi ki, ibarət idi: maliki, şafei, hənəfi, hənbəli, əbazi və üçü isə şiə məzhəbi olan, on iki imamiyyə, ismaili və zeydi idi. Məclis bu cür trəşkil olunanda, bir tənqid şiə və sünnü arasında olarsa məlumdur ki, həmin tənqid sünnünün öz arasında da, olar. Mən hiss edirəm ki, sünnülərin öz aralarında olan ixtilafları, şiələrlə olan ixtilaflarından daha çox və daha şiddətlidir.
   Eləki deyillər: hənbəli olmayan müsəlman deyil yaxud kim Quranın təbiətinə qaildirsə, kafir və mürtəddir. Tarix boyu o dörd məzhəb arasında fitnə atəşinin yaranmasına səbəb bu məsələ olmuş və bir-birlərinə hücum ediblər. İsfahan şəhərində də, bir-birlərinin evlərini xarab edərək bazarlarını yandırdılar. Eləcə Gilan, Nişabur və.s  şəhərlər də bu şəkildə. Həmçinin başqa ölkələrdə də, bu ixtilaflar olub və təkcə sünni və şiəyə aid deyil, əksinə əhli sünnənin öz arasında da, bu ixtilaf olub. Biz gərək bu ixtilafın elmi olmasında diqqətli olaq (yəni bir-birimizə kin bəsləyərək aramızda ixtilaf yaratmayaq) və danışıq yolu ilə həll edək. Əgər danışıq məzhəblər arasında xüsusiylə də, sünni və şiə arasında dostcasına olarsa, biz hər cür bəhs və munazirələrə hazırıq və bunu dəfələrlə də, elan etmişik.
 5. Əgər sizi universitetlərdən, ya müəssisələrdən rəsmi dəvət etsələr qəbul edərsinizmi?
  Dərs vermək mənim üçün çətindir. Çünki həm kürəkağrım var, həm də, ürəyim ağrıyır. Başqa yerlərdən də, məni dəvət etmələrinə baxmayaraq, qəbul etmədim. Amma univerisitet, yaxud mədəniyyət mərkəzlərində keçirilən hər cür yığıncağa və ya munazirə məclislərinə dəvət etsələr, bütün cismi ağrılarımın olmalarına baxmayaraq, ürəkdən bu dəvəti qəbul etməyə hazıram. Lakin tədris məsələsinə gəlincə hətta Qumda belə, dərs verə bilmərəm.  
 
   Suallarımıza diqqətlə və kamil şəkildə cavab verdiyiniz üçün təşəkkür edirik. 
           

   Mənbə: www.valiasr-aj.com              Tərcümə etdi: Rəsul

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 Zaman: 1979-cu il
 Məkan: Fransa, Paris.

 İrana nə vaxt getməyiniz haqda düşünürsüz ?
-Nə vaxt qadağalar götürülsə və hava limanları açılsa mən İrana gedəcəyəm, hətta əgər bilsəm ki, qanımı tökəcəklər! Əgər dostlarımın və İran cavanlarının yanında qanımızı axıtsalar belə bizim bundan heç bir qorxumuz yoxdur və biz İranın və İslamın dirçəlişini istəyirik.
 Siz  tövsiyə edirsinizmi camaat silah götürməklə qayıtmağınız üçün hava limanını açsınlar?
-Hələlik silah götürməyə əmr etmək fikrim yoxdur, məsləhət olan vaxt bu əmri edərəm və onlara nə etməyi anladaram.
 Təsəvvür edirsiniz ki, Küveyt, Türkiyə kimi İranla qonşu olan bir ölkəninin hava limanına gələrək oradan da İrana gələsiniz?
-Gərək tədqiq olunsun.
  Sizin İrana qayıtmağınızla mümkündür çoxlu qanlar tökülsün, buna baxmayaraq yenə is İrana qayıdacağınızı israr edirsiz?
-Mən gərək qardaşlarımın yanında olam.
 Bu başlanğıcı yeni bir cihad hesab etmək olarmı?
-Mümkündür.
İki  gün sonra Karlo radiosu və 18 Cənubi Fransa qəzetləri:
Getməyiniz təxirə düşdü. Dünənki mitinqdə ağır döyülmələr oldu və belə nəzərə çarpır ki, şahın getməsi  təyin edici deyil. Məgər siz İslam hüquqlarını təmin etməkdə tərəddüdəmi düşdünüz?
-Nəzərimizdə olduğu kimi, gərək şah və şahlıq rejimi həmçinin ona mənsub olan hökumət aradan gedsin və bunula da təyin olunmuş İslam hökuməti bərqərar olsun. Vəziyyəti ləngidən isə, dövlət və onun bəzi əlaltılarından olan qoşunudur. Dəfələrlə demişəm qoşun bizimlədir. Amma xalqa qarşı olan bütün bu kobudluqlar, məğlubiyyətlə üzləşməyə məcbur qalan bir neçə komandirlərdən irəli gəlir.
 Məhdud bir İslam ölkəsində ordu necə olar? Görəsən ən müasir vasitələrdən istifadə olunarmı?
-Əlbəttə bizə ordu lazımdır və İslam ölkəsi qurmaq üçün güclü ordu olmalıdır. Əlbəttə xalqın tərəfində olan ordu. Ordu milləti sakitləşdirmək üçün əcnəbilərin yox, millətin xidmətində olmalıdır. İndiyədək ordunu milləti sakitləşdirməkdən ötrü seçmişdilər. Amma xain komandirlərdən bir neçəsi əcnəbilərə işləyirdilər. Bunlar kənara çəkilsələr ordu millətə tərəf gələr və ən müasir vasitələrdən istifadə olunar. Əlbəttə ordunun dərdinə dəyən müasir vasitələr. Amerika müşavirlərinin dərdinə dəyən vasitələr yox!.
 Fransanın kapital qurucuları və onlarla müqavilə bağlayanların müqabilində necə rəftar edəcəksiniz?
- Bu işlər gələcək dövlət barəsindədir. Əlbəttə millətin xeyrinə olan müqavilələrə hörmətlə yanaşılacaq, zərərinə olanlar isə ləğv olunacaq. Elə fikirləşməyin ki, mən Fransada olduğum üçün millətimizin zərərinə və Fransanın xeyirinə olan addım atacam. Fransa da başqa ölkələr kimidir. Mən öz mübarizəmə harda olsam davam edərəm. Fransa olmur hara olur olsun. Əlbəttə şəxsən hələlik Fransadan razıyam.
                                      
                                                                                                                       Çevirdi: Rəsul Mahmudov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
        Bu müsahibədə Ayətullah Məkarim Şiraziylə, onun uşaqlıq dövründən bu gününədək elmi-mədəni maarif sahələrində göstərdiyi xidmətlərdən həmçinin müsahibənin sonunda isə ziyarətə gedən zavvarlar barəsində söhbət olunub. O, zəvvarlar barəsində belə buyurur:  "İmamların ziyarətinə gedən hər bir zəvvar ziyarətinin qəbul olub-olmadığını bilmək istəyirsə hamının anlaya biləcəyi bir nişanəyə diqqət etməlidir. O nişanə, ziyarətdən sonra vətəninə qayıtdıqda yaranan halını əvvəlki halıyla müqayisə etdikdə bilinir."
 -Dəyərli vaxtınızdan müsahibəmizə ayırdığınız üçün sizə minnətdarıq. Xahiş edirik həyatınızın elmi maarif sahəsindən qısaca söhbət açasınız.
-Bismillahir-Rəhmanir-Rəhim. Mənim təhsil həyatımın uzun hekayəsi var. Xülasəsi isə budur ki, indiyədək ata və bəbalarımdan ruhanisi olmayıb. Amma dini elmlərə bağlanmağımın səbəbi, daxilimdə bu məsələyə olan eşqdən əlavə, Rzaxanın zamanında hövzənin, məhdudiyyətdə və təzyiq altında olması idi. O vaxtlar biz Şirazda orta məktəbdə yeddinci sinifdə oxuyurduq. Şirazın alimlərindən olan Ayətullah Seyid Nurəddin Hüseyni bir elan yayaraq bildirdi ki, biz hövzələri diriltmək istəyirik; böyük, kiçik, yoxsul, tacir, savadlı, savadsız kim istəyir hövzədə oxumaq üçün adını yazdıra bilər. Biz  istəyirik Misirin Əl-Əzhərini titrədək. Qəbul edənlər çox oldu, o cümlədən 500 nəfər adlarını yazdırdırdı. Bu rəqəm o zaman üçün çox böyük idi. Mən də, yeddidə oxumağıma baxmayaraq adımı yazdırdım və dərs oxumağa başladım. Hiss edirdim ki, elə bil öz itirdiyimi tapmışam. O qədər dini dərslərə eşqim artmışdı ki, yuxu və istirahətim yox idi. Ürəyim istəyirdi iki dərs əvəzinə on dərs oxuyam amma ustadım duydu ki, gərək yükümüzü çox ağır etməsin, ola bilsin biz ağır yük altında qalaq və istedadımız zəifləyə. Məhz buna görə mən “Syutinin” əvvəlindən “Kifayənin” axırına qədər cəmi dörd il dərs oxudum. Başqa sözlə desək on ilə oxumalı olduğum dərsləri dörd ilə qurtardıq. Bu vaxt mənim 18 yaşım var idi. Qum şəhərinə gələrək, böyük usatdların dərslərində iştirak etdim. Onlardan Ayətullah Üzma Burucerdi, Ayətullah Üzma Gülpayiqani, mərhum Ayətullah Höccət, Ayətullah Mühəqqiq və s. alimləri misal çəkmək olar. Bundan sonra Nəcəfin hövzələrindən xəbər tutmaqdan ötrü ora getdim. Orada Ayətullah Həkimin, Ayətullah Xoyinin, Mirza Haşem Amolinin, Ayətullah  Seyid Əbdulhadi Şirazinin dərslərində iştirak etdim. Təqribən 24 yaşımda Nəcəfdən qayıtdım. Çünki oranın havası mənə düşmürdü. Amma qayıdanda 24 yaşım olmasına baxmayaraq, artıq Nəcəf böyüklərinin ikisindən ictihad icazəsi almışdım. Quma gələndən sonra dərs verməyə başladım. Səthi dərslərdən başlayaraq, yavaş-yavaş xaric dərsləri tədris etdim. O cümlədən dörd kurs yarım “usulun” xaric dərsini dedim ki, hər kurs 5-6 il çəkdi. Dərslərimin izahatları çap olunandan sonra bu tədrisimi buraxaraq “Fiqh”in xaric dərslərini tədris etməyə başladım. Indinin özündə də bunu davam etdirirəm və “Ənvarul-Fuğahə” kimi xaric dərslərindən çoxlu kitablar çap olunub.
  Bu mənim təhsil dövrümün xülasəsi idi.
 -Siz, qələmiylə cəmiyyətə İslam və Əhli-beyt (ə) maarif və mədəniyyətini tanıtdırmaq üçün çalışanlardansınız. Bu barədə danışmağınızı istəyirik.
-İlk dəfə 20 yaşımda kitab yazmaqdan ötrü əlimə qələm almışam. Şirazda sufi firqəsinin fəaliyyəti güclənmişdi və çox cavanları azdıraraq geniş təbliğata başlamışdılar. Orada alimlərin çox olmasına baxmayaraq bizim də üzərimizə məsuliyyət gəldiyini hiss etdim. Buna görə əlimə qələm alaraq sonralar “Haqq cilvəsi” adında nəşr olunan kitab yazdım. İkinci yazdığım kitam “Filosofnamə” oldu. Buna səbəb koministlərin təbliğatının çoxalması idi. Onların təbliğatları o qədər zəhərli idi ki,  çox cavanları xüsusu ilə universitet tələbələrini özünə cəzb etmişdi. Yenə də öhdəmizə məsuliyyət düşdüyünü hiss etdik. Marksistlər və komunistlərlə mübarizə etməkdən ötrü bir neçə dostlarla, o cümlədən İmam Musa Sədr və o dövrün mərcələriylə birlikdə yığıncaq təşkil etik. Beləliklə bu tərtiblə araşdırmalar başladı və mən dostlara yığıncaqda olan söhbətləri yazmaq istədiyimi bildirdim. Əlavə edərək dedim ki, əgər çatışmamazlıq olsa gətirərəm siz buyurarsınız mən də, onu tamamlayaram. Sonralar bu söhbətlər “Filosofnamələr” adında kitab şəkilində nəşr olundu və otuz neçə dəfə çap olundu. Dilləri fars dili olduğundan Əfqanıstan, Pakistan kimi ölkələrə də yayıldı və ilin kitabı adıyla tanındı. Sonra da  kitab yazmağa davam etdim və indiyə qədər yazdığım 100-110 cild kitab nəşr olunub. Onlar da 27 cildli “Təfsire-Nümunə” adlı kitabdır ki, dostlarla birlikdə yazdıq. İndi də “Nəhcül-bəlağəyə şərh” yazırıq. “Quran xəbərləri təfsiri” yazdıq, hal-hazırda “Quranda əxlaq” adlı kitab yazmaqdayıq.
  Bütün elm əhlinə tövsiyə edirəm ki, iki silah: qələm və bəyanla silahlansınlar. Əks halda İslamın qarşısında borclarını əda edə bilməzlər.
 -İmam Xomeyninin rəhbərliyi ilə baş verən İslam inqilabından sonra camaatın Əhli-beyt (ə) mədəniyyətinə üz tutmasına baxmayaraq yenə də, bu barədə ehtiyaclar mövcuddur. Bu ehtiyaclar barəsində hansı cavablarınız vardır?
-İşarə etdiyiniz kimi, bizim zamanımızda Əhli-beyt (ə) məktəbinin xəbərini dinləməkdən ötrü çox eşidən qulaqlar vardı. Dəlili də, İmam Xomeyninin rəhbərliyi ilə baş verən həmin İslam inqilabıdır. Şiə məzhəbinin saxta işdən başqa bir şey olmadığını təsəvvür edən insanlar gördülər ki, şərqin və qərbin edə bilmədiyi inqilabı həmin bu məzhəb etdi, hökümətin 2500 illik səltənətini məhv etdi. Həmçinin dünyanın böyük qüdrətləri qarşısında durdu, hər tərəfdən düşmənlərin təzyiqinə baxmayaraq səkkiz illik müharibəni arxada qoyaraq qələbə qazandı. Bundan sonra dünya bu məzhəbdə gizli bir qüdrət olduğunu və bu qüdrətin mütləq aşkara çıxmasını başa düşdülər. Məhz buna görə İslam və şiə haqqında  öyrənməyə hazır oldular. Zatən əgər bu xəbəri hamı eşidsə böyük bir dəstə ardımızca gələr və bizə bağlanar. Buna görə indi ən yaxşı fürsət əlimizdədir. Digər tərəfdən insanlar dünyanın maddi rejimindən yorğun və məyus olub, problemlərinin bu rejimdə həll olmadıgını gördükdə mənəvi rejimə pənah gətirdilər. Məhz buna görə əsrimizin bu zamanında dindarların qaynar bir bazarı vardır. O isə İslam və Əhli-beyt (ə) məzhəbidir ki, zəngin mədəniyyətə malikdir. Buna görə də, biz gərək bu fürsətdən istifadə edərək Əhli-beyt (ə) xəbərini hər yerə çatdıraq. Mən belə düşünürəm ki, bu xəbəri çatdırmaq üçün gərək uşaqlar və ibtidai siniflərdən başlayaraq universitetlərədək və hövzələrdən, kütləvi infarmasiya vasitələrinədək istifadə etməliyik ki, bizi hədəfimizə yaxınlaşdırsın. Bu vasitələrdən batil yolda istifadə olunduğu kimi eləcə də doğru yolda, istifadə etmək olar.
  Bu sahədə Qumun və hövzələrin rolu necədir? Onlar məlumatlandırmaq üçün KİV-dən lazımı qədər istifadə edə bilirlərmi?
-Bu suala verəcəyim cavabdan əlavə, İmam Sadiqdən (ə) məhşur bir hədis deyim. Həmişə onu oxuduğum zaman sevinc və ləzzətə qərq oluram, çünki, bu hədis əbədi möcüzədir. Həzrət buyurur:” Gün gələr dəlillərə əsasən elm Kufədən Quma ötürülər. Bundan sonra elm Qumdan dünyaya nur saçar həmçinin Qum və onun alimləri vasitəsiylə bütün dünyaya höccət tamamlanar". Təqribən 1400 il bundan qabaq bu cümləni buyuran şəxs bu günü görməyib, amma biz görürük. Lakin bir şərtlə ki, necə deyəllər kəmərləri bağlayaq, qollarımızı çırmalayaq, iş və çalışmaqdan ötrü meydana daxil olaq. Gərək  elmi hövzələr də, İslamın müxtəlif elmləri üçün bir mərkəz olsun və Əhli-beyt (ə) mənbələrini diri saxlasınlar. Təbliğ sahəsində elə təbliğçilərimiz  olmalıdır ki, dünyanın müxtəlif dillərinə sözlərini desinlər və bu məktəbin sözünü dünyaya çatdırsınlar. İnşallah, daxildə və xaricdə, İmam Sadiqin (ə) hədisinə əsasən Qum alimlərinin vasitəsiylə bütün dünyaya höccət tamam olsun.
- Nəzərinizcə Əhli-beyti (ə) tanımaqda xüsusi ilə cavanlar üçün ən yaxşı kitab hansıdır?
-Çox kitablar yazılıbdır, amma ən yaxşı kitablar Quran təfsirlərində və Nəhcül-bəlağənin şərhində yazılan müasir kitablardır. Həmçinin cavanlarımızı İslamın əsası olan Quranla tanış edən kitablar ən yaxşı kitablardır, amma Əhli-beytin (ə) nəzəriylə təfsir olunan Quran və Nəhcül-bəlağənin şərhindən söz gedir. Bu kitablar düzgün məlumat çatdırıb, cavanlarımızı Əhli-beytlə (ə) tanış edə bilər.  
-Həzrət Məsumənin (s) zəvvarlarına tövsiyəniz vardırsa buyurun.
-İmam Rzanın (ə) qəbri yanında dediyim cümləni burda da, deyirəm. İmamların ziyarətinə gələn hər bir zəvvar ziyarətinin qəbul olub-olmadığını bilmək istəyirsə hamının anlaya biləcəyi bir nişanəyə diqqət etməlidir. O nişanə, ziyarətdən sonra vətəninə qayıtdıqda yaranan halını əvvəlki halıyla müqayisə etdikdə bilinir. Əgər indiki halı əvvəlki halından fərqlənməzsə ziyartinin qəbul olmasına ümidvar olmasın. Əgər onun ziyarəti qəbul olsa da naqis ziyarət olar. Amma İmam Rzanın (ə), həzrət Məsumənin (s) yaxud başqa imamların və övliyaların ziyarətindən sonra özlərində səfa, nuraniyyət və mənəviyyat, günahdan həqiqi tövbə, işlərində düzgünlük,  hiss edərlərsə bu onlar üçün ziyarətlərinin qəbul olmasının ən yaxşı nişanəsidir. Ümidvaram bu meyara əsasən şiələrin ziyarətləri qəbul olsun.