Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Kimə uzun ömür versək, onu xilqətini dəyişib tərsinə çevirərik (qüvvəsini alar, uşaqlıq dövrünə qaytararıq ) bunun haqqında düşünmüsünüzmü?”


    Bu ayənin İmam Məhdinin “ə.c” uzun ömrlü olması ilə nə bağlılığı var?

    Məlum ayə bir İlahi qanundan bəhs edir. İnsanlar tədricən qüdrətlərini itirib zəif və qüdrətsiz olurlar . Sanki anadan olan ilk çağlarına qayıdırlar : Necə ki, insan dünyaya gələn çağda zəif olur, böyüdükcə fiziki gücə yiyələnir. Qocalığa doğru getdikcə yenidən qüvvəsini əldən verir. Hər bir canlı zəiflik mərhələlərinə çatır.( “Məzhəb haqqında suallara cavab”, Ayətullah Məakarim Şirazi, Ayətullah Cəfər Subhani, səh. 216-218.)

    İmam Məhdi “ə.c” 255-ci hicri qəməri ili, şaban ayının 15-i, Cümə günü sübh vaxtı Samira şəhərində dünyaya gəlmiş və hazırkı çağa qədər 1100 – dən artıq yaşı var. İmam Mehdinin uzun ömrü haqqında oxuduqda zehində bəzi suallar yaranır: “Görəsən insan bu qədər ömür sürə bilərmi?”

Bir şəxsin bu qədər ömrə malik ola biləcəyinin mümkünlüyünü din, elm təsdiq edirmi  ?

   

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


Bu mövzu ətrafında olan ayə və hədisləri iki dəstəyə bölmək olar:


1.    Birinci dəstəyə daxil olan ayə və hədislər:


 Bu dəstə ayə və hədislərdə İmamın zühuru zamanı qeyri müsəlmanların olacağına işarə olunur. Misal olaraq maidə surəsinin 64 cü ayəsində Allah-taala buyurur: "Yəhudilər dedilər: Allahın əli bağlıdır... və biz kin və düşmənçiliyi qiyamət gününə kimi onların arasında yaratdıq."
Yuxarıda qeyd olunan ayənin oxşarı xristianlar haqqında da zikr olunub. (Maidə 14)
Bu növ ayələr yəhudilər və xristianların qiyamət gününə qədər öz dinlərində qalacaqlarına işarədir. 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
    
 
 
 
 
 
 
 
 
 
İmam Mehdinin (ə) zühurunun tezləşməsi üçün edilən duanının, yəni fərəc duasının faydaları, xüsusiyyətləri və təsirləri haqda məsumlardan bir çox hədislər nəql olunub. Fərəc duası adətən namazlardan sonra, yaxud iki namazın arasında oxunur.  Burada biz o hədislərdən alınan faydalardan bir neçəsini siz oxucuların nəzərinə çatdırmaq istəyirik.
1.    Zühur üçün dua edilməsi İmam Mehdinin (ə) əmridir;
2.    Bu dua nemətlərin çoxalmasına səbəb olar;
3.    Qəlbdə olan məhəbbəti izhar etməkdir;
4.    İmamın müntəzirlərinin nişanəsidir;
5.    Şeytanın narahat olmasına səbəb olar;
6.    İnsanın axır zamanın fitnələrindən amanda qalmasına səbəb olar;
7.    O həzrətin haqlarından bir qismini əda etməkdir;
8.    Allaha və dininə təzim etməkdir;
9.    İmam Mehdi (ə) o insanın haqqında dua edər;
10.    Qiyamətdə imamın şəfaətinə nail olar;
11.    Duanın qəbul olmasına səbəb olar;
12.    Peyğəmbərin (s) əcrini əda etməkdir;

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
      Salam olsun dərdimə məlhəm olan ağama! Salam olsun əməlimlə illər boyu dərdli qəlbini bir az da ağrıtdığım ağama!
      Ey Mövlam! Sən, mənə heç bir pislik etmədiyin halda mən sənə zülm edir və hər gün özümün pis əməllərimlə səni kədərləndirirəm. Sənin mənim işlərimdən xəbərdar olduğunu bilə-bilə özümü bilməzliyə vurub, günahlarıma davam edirəm. Mövlacan! Deyirlər həsrətin vüsalı şirin olur, amma görəsən biz də dadacağıqmı bu şirinliyi? Hey deyirik “yəbnəl-Həsən, ağa, tez gəl!” Amma görəsən elə bu cümə gəlsən, mən səni qəbul edərəmmi?! Mövlacan, özün məndən yaxşı bilirsən cəddin Rəsulullah (s) Mədinə şəhərinə hicrət etməzdən öncə orada olan yəhudilərə zülm olunardı və onlar da bu zülmün müqabilində zalımlara “Tezliklə bu şəhərdə Allahın peyğəmbəri zühur edəcək və biz ona iman gətirərək sizdən qisas alacağıq” - deyirdilər. Elə ki, cəddin Rəsulullah (s) Mədinəyə hicrət etdi, onunla ilk mübarizə aparanlar və onu təkzib edənlər, həsrətlə yolunu gözləyən yəhudilər oldu. İndi mənim də qorxum bundandır. “Allahım, ağamız Höccət ibnil-Həsənin zühurunu tezləşdir!” – deyirəm, amma sən gələndən sonra mən də o yəhudilər kimi səninlə mübarizə aparacağam bəlkə. Mənim bu vəziyyətdə olmayacağıma kim zəmanət verə bilər?!
      Mövlacan! Özün bizim necə yaşadığımızı görür və başımıza hansı oyunların açıldığını yaxşı bilirsən. Biz nə edək? Yenə “ağamız gəlib sizdən haqqımızı alacaq” - deyərək susaqmı? Sonda sən gəlib haqqımızı almaq istəyəndə özümüz sənə mane olaqmı? 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 

 

 

 

  

İmam Zamanın (əc) əxlaqi xüsusiyyətlərini iki şəkildə vəsf etmək olar:
   1. Peyğəmbəri (s) vəsf edən ayə və hədislər əsasında. Çünki, o həzrət (əc) insanlar içində Peyğəmbərə (s) ən çox oxşayan şəxsdir.
   2. O həzrətin (əc) şəxsən özünün əxlaqı haqqında gəlmiş hədislər əsasında.
Quran müxtəlif ayələrdə Peyğəmbəri (s) vəsf etmiş və o həzrəti (s) yüksək və özünəməxsus əxlaqi sifətlərinə görə tərifləmişdir. Biz bu ayələrdən bəzisinə işarə edirik:
   1. Allah-taala Peyğəmbərin (s) mülayim əxlaqını yad edir və buyurur; Əgər belə olmasaydın, camaat sənin ətrafından dağılardı:
(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. [1]