Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Muasir insan üçün təlim- tərbiyə


Muasir insan təlim- tərbiyəyə fərqli izahatla yanaşsa da , onu insan üçün zəruri hesab edir. O, muasir- çağdaş olmaqa, daha fərqli - azad düşünməyə rəğbət göstərir. Bu səbəbdən onun üçün təlim- tərbiyə, elmə- biliyə və azadlıqa aparan yol anlamını verir. Onun üçün mənəvi tərbiyə yad bir anlam daşıyır. Muasirlik-çağdaşlıq  dedikdə,  tanrıdan, dindən - müqəddəs anlam verən hər şeydən qoppağı başa düşür. Buna səbəb isə, tanrının onu məhdudlaşdırılmasını, elm-biliyin tanrı anlayışla ziddiyət təşkil etməsini düşünməsi və tanrı anlayışının ona düzgün təqdim olunmamasıdır. Bir halda ki, azadlığını təmin edərək,  dolğun maddi-mənəvi  aləmi vəd edən, tanrının yer üzərində xəlifəsi və nümayəndəsinə çevirəcək gücün təminçisinin, tanrı anlayışı olduğundan qəflət edir. Tanrıdan yadlaşdıqca, özünə hər şeyə  yadlaşdırmağa, hər şeyə şübhə doğuran baxışlarla baxmağa başlayır, zamanla isə istədiyi və qanedici bir həqiqəti tapmadıqca, tənəzzülə doğru istiqamət alır. Amma o heç vaxt təlim- tərbiyəni fərqli izahatla yanaşsa da, özünə yad  bilmir. Necəki başqa canlıların, o cümlədən bitkilərin səmərəli olması üçün xususi qayğı - diqqətə zəruri olduğu kimi, insanında bir şəxsiyyət kimi yetişməsi üçün, xususi qayğı göstərlilərək təlim-tərbiyəsi qaçınılmaz bir reallıq olaraq qəbul edilir.
Mümkündür bir çox məlumatsız-sadədüşüncəli insanlar, şübhə doğuran etirazla insan üçün təlim-tərbiyənin lazımsız olduğunu, xususi qayğı göstərilərək təlim-tərbiyə verilməsini heyvanlara və bitkilərə gərəkli olduğunu bəyan etsin. Necəki, keçmiş qəbilə icmasında, qəbilə başçısının övladlarının təlim-tərbiyə verilməsi, onlara qarşı hörmətsiz-təhqiredici bir addım kimi qəbul olunardı.
Amma muasir-çağdaş insan, özünü ən üstün varlıq hesab etdiyi üçün, onun ən mükəmməl bir varlıq kimi yetişə biləcəyini düşünərək, insanın təlim-tərbiyəsini zəruri bilir. Bir canlıya təlim-tərbiyə verilməsi heçdə o canlı üçün qüsur deyil, əksinə onun dahada mükəmməl ola biləcəyinin göstəricidir.
İnsan üçün təlim-tərbiyənin zəruri olduğunu düşünənləri isə iki qurupa bölmək mümkündür . Bir qurup, insana yalnız başqaları tərəfindən təlim-tərbiyə verilə biləcəyini düşünür. Bu səbəbdən daima insan üçün bir müəllimi-tərbiyəçini zəruri hesab edir. Necəki, bir bitkinin yetişməsi üçün daima qayğı-diqqət lazımdır. Amma bir başqa qurup isə, təlim- tərbiyə üçün məsuliyyətin əsas hissəsinin insanın öz üzərinə düşən bir fakt bilirlər. Buna səbəb başqa canlılardan fərqli olaraq, insan ağıl və iradə sahibi olmasıdır.
Ağıl və iradə insanı başqa canlılardan fərqləndirərək, tam başqa birinin nəzarəti altında təlim-tərbiyəsini özü üçün təhqir və alçadılmış bir addım kimi qəbul edir. İnsanın müəyyən bir mərhələdən başlaması üçün, müəllimi gərəkli bilsədə, məsuliyyətin əsas hissəsi onun öz üzərinə tapşırır.  Dini göstərişlərdə qeyd olunur.”Bir insan öz-özünə qayğı göstərmədiyi təqdirdə, başqalarının göstərəcəyi qayğı-diqqət  hər hansı bir səmərə verməz. Əlbətdə bu göstərişin izahatında diqqətə alınacaq məqam,  başqalarının insana qarşı göstərdiyi qayğı- diqqəti əbəs bilinməməsidir. Əksinə yararlı-gərəkli ola biləcək hər bir şeyin, hər kəsdən öyrənilməsi təqdirə layiqdir. Hz Əli kəlamlarından birində, söz deyəni deyil, deyilən sözü diqqətə almağı qeyd edir.
Sonda belə bir nəticə çıxarmaq olar ki, muasir-çağdaş insanın özünə göstərəcəyi ən əsas qayğı, dolğun - mənalı bir həyat yaşamasını təmin etməsidir. Bu səbəbdən təlim- tərbiyənin qaçınılmaz olması, bunun üçünsə əsas amil insanın fərdi qayğı və öhdəlikləridir.
Bəşər Məmmədov
Mənbə: Hikmətlər və məsləhətlər
İslammektebi.org

About the Author

Bəşər Məmmədov

More articles from this author