Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Təvəkkül


Metafizik-dini göstərişlərdə insan həyatının maddi-mənəvi rifahının təmini üçün müxtəlif təlimlər mövcuddur. Diqqətalınası təlimlərdən biri təvəkküldür. Təvəkkül xaliq –məxluq arasında olan qarşılıqlı sevgi, bağlılıqın təzahürüdür.
Təvəkkül lüğəvi mənada “dözmək, güvənmək, bir iş üçün şəxsi vəkil seçmək, bir işi etibarlı adam həvalə etmək” anlamındadır. İnsan həyatın bir çox sahələrində  özündən daha güclü və məlumatlı birini, öhdəsindən gələ biləcəyi yaxud gələ bilmədiyi işlər üçün vəkil və həmdəm seçir. Bu səbəbdən yaxşı vəkilin 4 özəllikləri olmalıdır. Kifayətqədər məlumatlı olması, düzgünlük, güc, şəfqətli olması.
Hər hansı bir vəkili seçməzdən öncə həmin vəkildə bu özəlliklər nə dərəcədə yüksək olması olduqca əhəmiyyətlidir. Çünki bizim qarşılaşdıqmız yaxud qarşılaşacaqmız problemlərin öhdəsindən lazımınca gəlməmiz, inanc və güvənc duyduğmuz bir vəkilin bu özəllikləri nə dərəcədə yiyələnməsi, bizə daha çox güc və inanc qazandırır.
İslam fəlsəfəsinə əsasən Tanrının insanları yaradıb onlara özəlliklər verməsi, bəxş etdiyi özəllikləri daha mükəmməl formada olmalıdır. İnsanların maddi məhdudiyyətləri onların sahibi olduqları özəlliklərədə məhdudiyyət gətirməyə bilməz. Amma Tanrının nəhayətsiz-sonsuz bir varlıq olması, sahib olduqu hər bir özəlliklərində nəhayətsiz və məhdudiyyətsiz olması deməkdir .  Bu səbəbdən vəkil üçün saydıqmız özəlliklərin Tanrıda daha mükəmməl və nəhayətsiz bir formada mövcuddur. Verilən izahatla belə bir nəticə almaq olar ki,  Tanrıdan daha etibarlı və qüdrətli bir gücü  həmdəm seçmək ağılsızlıqdır.
Tanrıya təvəkkül etmək əl-qolunu bağlayıb oturub gözləmək və hər başqalarına qarşı biganələşmək anlamına verməz, əksinə nəhayətsiz bir gücə və inanca arxalanaraq həyatla daha dolğun mübarizə aparmaqdır. Həyatımızı daha çox səmərəli və ahəngdar olması üçün , Tanrının əvəzolunmaz məhəbbət və gücünə sıxınmaq əqli və dini baxımdan daha əlverişlidir.
Təvəkkülün insan həyatına bir sıra qatqıları vardır.
1.Təvəkkül edən şəxs üçün tənhalıq deyilən bir baxış artıq anlamını itirir.O, nəhayətsiz bir metafizik gücün zaman-məkandan asılı olmayaraq hər an onu müşayiət etməsinə inanaraq, həyatı ahəngdar bir yaşama çevirmək məqsədiylə, daha artıq inanclı və əzmkar addımlar atmağa cəhd edir.
2.Təvəkkülün bir başqa özəllikləri insanı qeyri-insani dəyərlərdən uzaqlaşdırmasıdır. Belə ki, özünə və bacarıqlarına inamı olmayan şəxsin daima həyata bədbin olması, ətrafındakı insanların sahib olduqlarına paxıllıq göstərməsinə və bir sıra çirkin addımlar atmasına gətirib çıxarır. Amma Tanrının sonsuz gücünə güvənən bir insan üçün adı çəkilən addımlar yol verilməzdir. Çünki o sonsuz bir gücü olan Xaliqə arxalandığı üçün, istədiyi hər şeyə sahib olacaqına inanır və bunun üçün çalışır .
3.Təvəkkül edən insanın mövcud problemlər həyatında durğunluq yaratmaz, əksinə sonsuz çıxış yollarının mövcduluğuna inanaraq, daha artıq güclə həyatının xoşbəxtliyinin və ahəngdarlığının təmini üçün çalışar. Tanrı diliylə desək “Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan başqa kim sizə kömək edə bilər. Bu səbəbə möminlər yalnız Allaha arxalansınlar, Ona təvəkkül etsinlər. (Ali-İmran surəsi 160)
Belə bir nəticəyə gəlmək olar ki,  Metafizik-dini göstərişlərdə təvəkkülə ayrılan xüsusi diqqətin səbəbi, insan həyatının daha artıq ahəngdər və hərtərəfli xoşbəxtliyinə ayırılan diqqət və önəmdir.
Bəşər Məmmədov
İslammektebi.org

About the Author

Bəşər Məmmədov

More articles from this author