Yazarlar

×

Uyarı

JUser: :_load: Unable to load user with ID: 62

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Giriş
"Biz vəzifəmizi yerinə yetirməyə əmr olunmuşuq, nəticəyə yox!" İyirminci əsr İslam dünyasının dahi liderlərindən və təqlid müctəhidlərindən olan İmam Xomeyninin bu sözü son zamanlar bizdə də tez-tez səsləndirilir. Fərqinə varmasaq da, bizim özümüz də vaxtaşırı "vəzifə, yoxsa nəticə" dilemması qarşısında qalırıq. Bu seçimin həyatımızın xüsusən taleyüklü məsələlərindəki həlledici təsirini nəzərə alaraq, bu barədə bir qədər düşünmək və düşündürmək qərarına gəldim.

Mövzunun izahı
Mövzu kimin üçünsə aksiom, kimin üçünsə mürəkkəb fiqh mövzusu kimi görünə bilər. Qəti olan və bütün fəqihlərin də qəbul etdiyi budur ki, nəticə bəzi yerlərdə vəzifəyə təsir gücünə malikdir; vəzifə nəticədən asılı olaraq bu və ya digər şəkildə dəyişə bilir. Məsələn günəşin doğmasına az qalır, amma insan hələ sübh namazını qılmayıb. Təbii ki, namazın qəza olmaması üçün onu cəld qılmaq vacibdir. Bu zaman onun yanında xəstə bir insan birdən-birə huşunu itirib yerə yıxılır. Belə yerdə şəriət hökm edir ki, insan namazı saxlayıb xəstəyə ilkin tibbi yardım göstərsin və yaxud həkim çağırsın. Deməli, namazı vaxtında qılmaqdan ibarət olan vəzifə insan canı üçün təhlükə yaranmasından ibarət olan nəticəyə qurban verilir. Başqa sözlə desək, bu nəticə onun vəzifəsini dəyişdirir.
Əgər diqqət yetirdinizsə, əslində burada iki vəzifə bir-biri ilə toqquşur: 1. Namazı vaxtında qılmaq; 2. Ağır xəstəyə təcili tibbi yardım. Onların hər ikisi təcili vacibdirsə, bəs bu beşdəqiqəlik vaxtda hansına əməl olunmalıdır? Şəriətdə həm namazı vaxtında qılmağa, həm də ağır xəstəyə təcili tibbi yardıma dair dəlil vardır və burada həmin dəlillər arasında ziddiyyət yaranır. Çünki insan namaza başlasa, bir insan üçün can təhlükəsi yaranacaq; yox, əgər xəstə ilə maraqlansa, namazı qəza olacaq. Buna fiqh metodikasında dəlillərin toqquşması deyilir.
Bu da aydın məsələdir ki, hər bir nəticə vəzifəyə təsir edə bilməz. Biz deyə bilmərik ki, namazı vaxtında qılsam, xörəyim soyuyar, yaxud filmin maraqlı yerinə baxa bilmərəm, yaxud ziyarətgahı ziyarət edə bilmərəm, yaxud aşura günü yaxşı əzadarlıq edə bilmərəm və s. Yəni vacib əməl olan vəzifə yalnız vacib və ya haram əməl olan nəticə ilə toqquşduqda və onların hər ikisinə əməl etməyin mümkün olmadığı təqdirdə həqiqi təzad yaranır.
Məsələnin həllinə keçməzdən öncə bir məqamı da xatırlatmaq yerinə düşər. O da budur ki, İslam fiqhində birinci və ikinci hökmlər vardır. Kənar təsirləri və şəraiti nəzərə almadan hər bir əməlin öz-özlüyündəki ibtidai hökmü Birinci hökmdür; məsələn murdar su içmək haramdır. Bəzi təsir, şərait və nəticələri nəzərə aldıqdan sonra təyin olunan hökm isə İkinci hökmdür; məsələn pak su tapmayan və susuzluqdan ölmək təhlükəsi ilə üz-üzə qalmış insan üçün murdar su içmək haram deyil. Namaz üçün çox az vaxtın qaldığı qabaqkı misalda da birinci hökm namaz qılmaq, ikinci hökm isə onu tərk etməkdir. Diqqət yetirmək lazımdır ki, ağıl və şəriət dəlilləri ilə isbat olunan ikinci hökm də Allah hökmüdür və İslam hüququnu dəyişdirmək sayılmır.

Məsələnin həlli
Sözügedən təzadı aradan qaldırmaq və nəticəni nəzərə aldıqdan sonrakı vəzifəni müəyyən etmək üçün şəriət dəlillərinə müraciət edirik:

1.    Ağıl
Şəriətdə birinci dəlil mənbəyi ağıldır və təbii ki, ayrı-ayrı insanların ağlına gələn hər bir şey yox, heç bir normal insanın etiraz etmədiyi qəti əqli məsələlər; məsələn ədalətin yaxşı, zülmün, oğurluğun və təcavüzün pis olması, iki ziddin bir yerdə cəm olmasının qeyri-mümkünlüyü və sair. Əgər hər hansı əməl bu yolla isbat olunsa, kifayət edir, o barədə deyilən ayə və hədislər isə yalnız təkid xarakteri daşıyır. Bəzi rəvayətlərə görə Allah-Taala ağıldan üstün bir şey yaratmamışdır.
İki dəlilin həqiqi ziddiyyəti zamanı ağlın qəti şəkildə göstərdiyi çıxış yolları vardır. Bunlara misal olaraq Mühüm və daha mühüm qaydasını, Vacibin müqəddiməsinin də vacib olması qaydasını, Çarəsizlik qaydasını, Məcburilik qaydasını, Zərəri dəf etməyin vacib olması və digər qaydaları göstərmək olar. Burada nümunə üçün geniş qaydalardan olan Mühüm və daha mühüm qaydasının qısa izahı ilə kifayətlənirik:
Mühüm və daha mühüm qaydası
İki mühüm əməlin – bir vaciblə başqa bir vacibin, bir haramla başqa bir haramın, yaxud bir vaciblə bir haramın ziddiyyəti zamanı ağıl daha mühüm olanı hökm edir. Birinci misalda insan canını xilas etmək namazı vaxtında qılmaqdan daha mühüm olduğu üçün ağıl insan canını xilas etməyi əmr edir. Başqa misallar: Yanan evin içində qalmış uşağı xilas etmək üçün ev sahibinin icazəsini gözləmədən evə girmək nəinki olar, hətta vacibdir; Doğru danışacağın təqdirdə iki nəfər bir-biri ilə dalaşacaqsa, belə yerdə doğru danışmaq haramdır və yaxşı olar ki, susmağa üstünlük verəsən, amma bu zaman da eyni təhlükə yaransa, yalan danışıb tərəfləri sakitləşdirmək vacibdir.

2.    Qurani-kərim
Qurani-kərimdə nəticəni nəzərə aldıqdan sonra vəzifənin dəyişməsinə dair çoxlu nümunələr tapmaq olar. Misal üçün, müsəlmanların azlıqda və çox zəif olduqları Məkkə dövründə Peyğəmbərə (s) və müsəlmanlara müşriklərlə keçinmək, səbir etmək və hər hansı konfliktdən uzaq durmaq əmr olunurdu. Buna həsr olunan Kafirun surəsinin son ayəsi belədir: "Sizin dininiz sizə, mənim dinim də mənə!" Müsəlmanların qüdrətləndiyi və çoxaldığı Mədinə dövründə isə İslam və müsəlmanları məhv etməyə çalışan kafirlərə qarşı cihad ayələri nazil olur; iqtidarın zirvə dövründə Bəraət ayəsi nazil olur və bütün müşriklərin Məkkəni tərk etməsi əmr olunur.
Buna başqa bir misal kimi şərab ayələrini göstərmək olar. Bəlli olduğu kimi şərab Quranın üç ayəsində pisləndikdən sonra dördüncü ayədə qəti şəkildə haram buyurulmuşdur. Təbii ki, şərab ilahi meyarlara əsasən elə əvvəldən haram və fəsad amili olmuşdur, lakin o zaman İslamın insan resursuna ciddi ehtiyacını və ərəblərin bu işə güclü vərdişini nəzərə alsaq, onun tədricən qadağan olunmasının nəticədən irəli gəldiyni söyləmək olar.

3.    Sünnə
Peyğəmbər (s) və imamların sözlərində bəzi nəticələrə görə vəzifənin dəyişməsinə dair çoxlu nümunələr tapmaq olar. Məsələn Peyğəmbərin (s) İmam Əliyə (ə) tövsiyələrində göstərilir ki, Allah islah üçün danışılan yalanı sevir, fəsad üçün danışılan doğruya isə qəzəblənir (Hürr Amili. "Vəsail əş-şiə". Alul-beyt, 30 cilddə, Qum, 1414 h. q., c. 12, səh. 252). Lakin uyğun mövzuya sünnə dəlili kimi məsumların sözlərindən çox, onların rəftarına, əməllərinə nəzər yetirmək daha məqsədəuyğundur. Belə ki, biz Peyğəmbərin (s) və təxminən bütün imamların həyatında buna çoxlu misallar göstərə bilərik. Misal üçün, həzrət Əlinin (ə) imamlığını elan etməsi əmr olunan Peyğəmbər (s) nəticəni nəzərə alaraq bu işi təxirə salır və münasib şərait gözləyirdi. Nəhayət Maidə surəsinin 67-ci ayəsi nazil olur: "Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Əgər (bunu) etməsən, (Allahın) risalətini (peyğəmbərlik missiyasını) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq!" Yaxud ömrünün sonunda xəstə yatarkən kağız və qələm gətirilməsini söyləyən Peyğəmbər (s) qalmaqal yarandığını görür və gözlənilən nəticələri nəzərə alıb sözügedən işdən vaz keçir.
İmam Əli (ə) məhz nəticəni nəzərə alaraq Peyğəmbərin (s) vəfatından sonra səbir eləməyə üstünlük verir, hətta özündən öncəki xəlifələrlə beyət edir. Bu nəticə İslamı və müsəlmanların birliyini qorumaq, yaxud uğursuz sonucdansa canını qorumaq da ola bilər, bunların hər ikisi də.
İmam Həsənin (ə) vəzifəsi Müaviyə kimi zalım bir tiranla vuruşub İslamı və məzlumları xilas etmək idi, amma məhz nəticəni nəzərə alıb sülh müqaviləsi bağladı, döyüşü bitirdi. Bu qərarına görə İmam Əlinin (ə) ən sadiq səhabələrindən olan Hücr ibn Ədinin ona "ey möminləri xar edən" – deyə müraciət etməsi də nəql olunur, amma dəlillər toqquşduqda İmam Həsən (ə) vəfasız sərkərdələrlə məğlubiyyətli döyüşə girməkdənsə daha mühüm olanı, yəni özünün, İmam Hüseynin (ə), digər Peyğəmbər (s) yadigarlarının və vəfalı səhabələrin canını qorumaq dəlillərini önə keçirir.
İmam Hüseyn (ə) Müaviyənin dövründə səbir edərkən nəticəni nəzərə alırdı, qiyam edəcəyi təqdirdə qanının, zəhmətinin hədər gedəcəyini və heç bir müsbət nəticənin hasil olmayacağını bilirdi. Yezid hakimiyyət başına keçdikdən sonra da gözünü yumub "bizim vəzifəmiz pis işlərdən çəkindirməkdir", yaxud "zalıma qarşı çıxmaq tövhidin şərtidir" – demədi, atacağı addımı, onun xeyir, zərər və nəticələrini ölçüb-biçdikdən sonra uyğun yolu seçdi. Onun şanlı şəhidliyindən sonra da vəzifə, yoxsa nəticə seçimi əsasında iki böyük qiyam baş verdi: biri qarşısında heç bir ciddi plan və məqsədi olmayan və sonucda çoxlu möminin qətlə yetirildiyi Təvvabin (tövbə edənlər) qiyamı, biri də özü üçün qısamüddətli və uzunmüddətli məqsədlər tərif edən, düşünülmüş şəkildə koordinasiya olunan və uğurla sonuclanan Muxtar qiyamı.
Bu misalları uzatmaq olar. İmam Hüseyndən (ə) sonra imamların tutduğu əsas xətt heç kimə sirr deyil. Xilafətin daha zəif, şiə qiyamlarının isə daha güclü olduğu dövrdə - yəni İmam Baqirin (ə) imamlığının sonlarında və İmam Sadiqin (ə) imamlığı dövründə də məhz nəticənin nəzərə alındığına görə eyni xətt davam etdirildi, daha davamlı, daha təsirli və daha strateji işlərə üstünlük verildi.

Söz arası
Bu sözləri yazmaqda məqsəd nədir? Yəni İmam Hüseynin (ə) seçdiyi yol yalnız ona aiddir və başqa heç kimə örnək deyil? Təbii ki, yox; İmam Hüseynin (ə) yolu ilə gedib zalımlara qarşı vuruşmaq, məzlumlara dayaq olmaq, Allah üçün candan keçmək insana ən böyük fəxrdir. Həm də bu sözlər heç kimə ünvanlanmır, konkret hansısa hərəkətə görə deyilmir, onda heç bir eyham da yoxdur. Bizim məqsədimiz sadəcə olaraq vəzifə, yoxsa nəticə mövzusunu, eləcə də İmam Xomeyninin bəlli sözünü qısaca araşdırmaqdır.

İmam Xomeyni və uyğun mövzu
Qayıdaq İmam Xomeyninin sözünə. Təbii ki, belə bir müctəhidin yuxarıda deyilənləri unutması qeyri-mümkündür. Onun özü də bir vaxtlar İran şahına yazdığı məktubu "Əlahəzrət Hümayuninin mübarək hüzuruna!" (Nur səhifəsi, c. 1, səh: 78) sözləri ilə başlayanda yəqin ki, nəticəni nəzərə almışdı. Elə isə bu sözdə məqsəd nədir? Məhz bundan ötrü həmin sözün kontekstinə nəzər salmaq qərarına gəldik. Görək bu söz nə zaman, harada, kimə və necə deyilib.
İmam Xomeyninin bütün çıxış, məktub, müsahibə və müraciətlərinin toplandığı Nur səhifəsi kitabını – təbii ki, elektron versiyasını – axtarıb sözügedən cümləni tapdıq (c. 21, səh: 284). Bizim axtardığımız qədərincə o, bu sözü yalnız bircə dəfə - 1989-cu ilin fevralında ruhanilərə müraciətində deyib. Bu tarix İraq-İran müharibəsinin bitdiyi zamana təsadüf edir. İranda Kərbəla eşqi ilə vuruşanlar, peyğəmbər və imamların məzarlarını və digər müqəddəs məkanları zalım Səddamın kölgəsindən xilas etmək istəyənlər az deyildi. Lakin İran tərəfinin BMT Təhlükəsizlik Şurasının atəşkəs barədəki 598 saylı qətnaməsini qəbul etməsindən sonra bu arzular nakam qaldı, hər bir uğurlu əməliyyatdan sonra Kərbəlaya neçə kilometr yolun qaldığını qeyd edən komandirlər və çoxlu ruhanilər də etirazçıya çevrildilər. Qarşı tərəfdən müharibənin davam etdirilməsinin nəinki məsləhətə, hətta dinə zidd olduğunu söyləyənlər də vardı. İş o yerə çatdı ki, quruluşun yüksək rütbəli müctəhidlərindən biri səkkizillik müharibə dövründə həlak olanların qanının hədər getdiyini vurğuladı. Belə olan təqdirdə İmam Xomeyni sözügedən müraciətdə – bəlkə də digər çıxışlarda da – bu yanlış fikirlərə görə şəhid ailələrindən və müharibə əlillərindən rəsmən üzr istədi, müdafiənin Allah əmri olduğunu vurğulayıb qeyd etdi ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirdik, əgər gözlədiyimiz son amal – onun işlətdiyi ifadələr dəqiqliklə belədir: son amal, bütün məqsədlər - hasil olmadısa da, gördüyümüz işlərə və çəkdiyimiz zəhmətlərə görə peşman olmamalıyıq. Yəni insan dərk etdiyi vəzifəsini yerinə yetirməlidir, ondan sonra istədiyi nəticə hasil olmadıqda isə peşman olmamalı, vəzifəsini yerinə yetirdiyinə görə yaxşı hisslər keçirməlidir. Məsələn siz yolda yaralı bir insan görür və ona kömək etməyin vacib əməl olduğunu düşünərək ilkin tibbi yardım göstərirsiniz, onu xəstəxanaya aparırsınız və s. Lakin bütün bu səylər heç bir nəticə vermir və həmin insan dünyasını dəyişir. Bu zaman siz özünüzü qınamalı, yaxud etdiyiniz yaxşılığa görə peşman olmalısınız? Təbii ki, yox. Çünki siz əlinizdən gələni etmiş, vəzifənizi yerinə yetirmisiniz, nəticə isə sizlik deyil.

Nəticə
İslama görə, insanın üzərinə düşən ilkin dini vəzifə - fiqh termini ilə desək, birinci hökm bəzi şəraitlərdə, o cümlədən daha əhəmiyyətli nəticəni nəzərə alaraq dəyişə bilər. İmam Xomeyninin söylədiyi "Biz vəzifəmizi yerinə yetirməyə əmr olunmuşuq, nəticəyə yox!" cümləsi isə uyğun mövzu xaricindədir və ikinci hökmlərin inkarına dəlalət etmir. Bu cümlədə məqsəd o deyil ki, hər yerdə birinci hökmlərə əməl olunmalı, kənar amillər, şərait və nəticələr nəzərə alınmamalıdır.
Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, insan şəxsi xarakterlərindən irəli gələrək, yaxud şeytan təhrikləri ilə özünə bəhanələr tapıb birinci hökmdən qaçmamalıdır. Necə ki, ikinci hökmün qəti şəkildə bilindiyi yerdə də birinci hökmə əməl etmək düzgü sayılmır.

Vüsal Hüseynzadə

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin

Namazın sənədi

"Ğüfeylə" sözü ərəb dilində "ğəflət" (qəflət) sözünün kiçik anlamındadır, yəni, kiçik qəflət. İmam Sadiq (ə) öz ata-babası vasitəsilə Peyğəmbərdən (s) bu müstəhəb namaz haqqında belə nəql edir:

"Qəflət saatında heç olmasa iki rəkət namaz qılın. Bu iki rəkət sizi cənnətə salacaq[1]".

Başqa bir rəvayətdə belə buyurur:

"Qəflət saatında müstəhəb namaz qılın. Baxmayaraq ki, bu iki rəkət namaz asan namaz olsun. Çünki, bu iki rəkət sizi cənnətə salacaq. Sual verdilər: -Ey Allahın Rəsulu (s)! Qəflət saatı nə vaxtdır? Buyurdu: -Məğrib və İşa namazları arası[2]".

İmam Sadiq (ə) Peyğəmbərin (s) dilindən belə nəql etmişdir: -Məğrib və İşa namazları arasında olan iki rəkət "Ğüfeylə" namazını qılmağı tərk etməyin[3]".

Ğüfeylə namazının qaydası

Bu namazın qılınma qaydası barədə İmam Sadiq (ə) buyurmuşdur:

-Məğrib və İşa namazları arasında iki rəkət namaz qılmaq istəyən şəxs, birinci rəkətdə "Fatihə" surəsindən sonra bu ayəni desin:

"وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغاضِـباً فَـظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَیْهِ فَنادی فِی الظُّـلُماتِ أَنْ لا إِلـهَ إِلاّ أَنْتَ سُبْحانَکَ إِنِّی کُنْتُ مِنَ الظّالِمِـینَ * فَاسْتَجَبْنا لَهُ وَنَـجَّیْناهُ مِنَ الغَمِّ وَکَذ لِکَ نُـنْجِی المُـؤْمِنِـینَ"[4]

Oxunuşu: "Və zən-nuni iz zəhəbə muğaźibən fə ənnə əl-lən nəqdirə ələyhi, fənada fi-ulumati əlla ilahə illa əntə, subhanəkə inni kuntu minə-alimin. Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nuncil-mu`minin".

Tərcüməsi: "Zün-Nunu (Yunisi) da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”, -deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!"

İkinci rəkətdə "Fatihə" surəsindən sonra bu ayəni desin:

"وَعِنْدَهُ مَفاتِحُ الغَیْبِ لا یَعْلَمُها إِلاّ هُوَ وَیَعْلَمُ ما فِی البَرِّ وَالبَحْرِ وَما تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلاّ یَعْلَمُها وَلا حَبَّةٍ فِی ظُلُماتِ الأَرْضِ وَلا رَطْبٍ وَلا یابِسٍ إِلاّ فِی کِتابٍ مُبِـینٍ"[5]

Oxunuşu: "Və `indəhu məfatihul-ğəybi la y`ələmuha illa huvə, və y`ələmu ma fil-bərri vəl-bəhr, və ma təsquu min vərəqətin illa y`ələmuha, və la həbbətin fi ulumatil-ərźi, və la rəbin və la yabisin illa fi kitabin mubin".

Tərcüməsi: "Qeybin açarları Onun (Allahın) yanındadır. Onları ancaq O bilir. Suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!"

Qiraəti qurtarandan sonra isə, qunut tutsun və desin:

"اَللّهُمَّ إِنّی اَسْئَلُکَ بِمَفاتِحِ الْغَیْبِ الَّتی لا یَعْلَمُها اِلاّ اَنْتَ اَنْ تَصَلِّیَ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بی کَذا وَ کَذا"

Oxunuşu: "Əllahummə inni əs`əlukə bi məfatihil-ğəybil-ləti la y`ələmuha illa əntə, ən tusəlliyə `əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi kəza və kəza".

Tərcüməsi: "İlahi Səndən Özündən başqasının bilmədiyi qeybin açarlarına xatir istəyirəm ki, Məhəmməd və onun ailəsinə salavat göndərəsən və mənimlə "belə" (kəza və kəza) rəftar edəsən".

"Kəza və kəza" sözlərinin yerinə öz hacətini istəsin. Sonra isə desin:

"اَللّهُمَّ اَنْتَ وَلِیُّ نِعْمَتی وَالْقادِرُ عَلی طَلَبَتی تَعْلَمُ حاجَتی فَأَسْئَلُکَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ عَلَیْهِ وَ عَلَیْهِمُ السَّلامُ لَمّا قَضَیْتَها لی "

Oxunuşu: "Əllahummə, əntə vəliyyu n`iməti, vəl-qadiru `əla əlibəti, t`ələmu hacəti, fə`əsəlukə bi-həqqi Muhəmmədin və ali Muhəmmədin, `ələyhi və `ələyhimus-səlam, ləmma qəźəytəha li".

Tərcüməsi: "İlahi, Sən mənə çatan nemətlərin vəlisisən, mənim istədiklərimə qadirsən, mənim hacətimi bilirsən. Belə isə, Məhəmməd və Məhəmmədin ailəsi (ona və onlara salam olsun) haqqına səndən istəyirəm ki, onları mənə verəsən".

Allah onun istəklərin (əgər məsləhət olsa) əta edər[6].

Mərcəi-təqlidlər bu namazı müstəhəb namazlardan biri saymışlar. Onun qılınma vaxtını –məğrib namazından sonra, qərb tərəfdəki qırmızılığın çəkilməsinə qədər- təyin etmişlər[7]. İmam Sadiqin (ə) nəzərinə uyğun fətva vermişlər.

Tərcümə etdi: M. Əhmədov



[1] "Fəlah əs-sail", Seyyid ibn Tavus, s-244.

[2] Həmin mənbə, s-245.

[3] Həmin mənbə, s-246.

[4] "Ənbiya" surəsi, 87 və 88-ci ayələr.

[5]"Ən`am" surəsi, 59-cu ayə.

[6] "Fəlah əs-sail", s-245.

[7] "Tozihul-məsaile şeş mərcə", s-292.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Mal-dövlətin tələf olması

Imam Sadiq (ə) buyurub: “Quruda və dəryadakı malın heç biri, zəkatın verildiyi üçün tələf olmaz.”[1] O Həzrət (ə) digər bir hədisdə isə buyurur: “Öz malınızı zəkat verməklə sığortalayın. Əgər zəkatı verilmiş mal tələf olsa, mən ona zaminəm.”[2]

 

İki bərabər xərclənir

Rəvayətdə belə oxuyuruq: “Allahın haqqını verməyən, öz malını haqq yolunda xərcləməyən kəs, onun iki bərabəri qədər batil yolda xərcləyəcək.”[3]

 

Sərvətin şər (adamlar üçün) yolda zəruri xərclənməsi

Həzrət Rəsulullah (s) buyurub: “Hər kəs sərvətini öz ixtiyarı ilə yaxşı adamların yolunda xərcləməsə, Allah onun sərvətini şərr adamların yolunda məcburi xərclədəcək.”[4]

 

Var-dövlətin günah yolda xərclənməsi

İmam Sadiq (ə) buyurub: “Agah olun! Hər kəs öz malını Allaha itaət yolunda xərcləməsə, onun Allaha məsiyət yolunda xərclənməsinə giriftar olacaq. Hər kəs Allahın vəlisinin çətinliyinin həlli üçün bir addım belə atmasa, Allah onu, Allahın düşməninin çətinliyinin həlli yolundakı səy və hərəkət etməsinə giriftar edər.”[5]

 

Qıtlıq

Həzrət Rəsulullah (s) buyurub: “Mənim ümmətim madam ki, bir-birlərini çox sevsələr, namaz qılıb və zəkat versələr, xeyir və səadət içində olacaqlar. Ancaq əgər belə olmasalar, qıtlıqda giriftar olacaqlar.”[6]

 

Dini mərkəzləri təmir etməkdən məhrum qalmaq

Tövbə surəsində oxuyuruq: “Müşriklər məscidləri təmir etməyə haqları yoxdur. Məscidləri yalnız namaz qılıb zəkat verən və şücaətli kəslər təmir edə bilərlər.”[7]

 

Bərəkətsizlik

Həzrət Rəsulullah (s) buyurub: “Zəkat verilməyən zaman torpaq öz bərəkətini camaatdan alar.”[8] Digər bir hədisdə isə oxuyuruq: “Əgər dövlətli adamlar öz malının zəkatını verməsələr, Allah öz rəhmət yağışını camaata yağdırmaz.”[9] İmam Baqirdən (ə) olan digər bir hədisdə oxuyuruq: “Əgər zəkat verilməsə, bərəkət əkinçilikdən, meyvələrdən və mədənlərdən götürülər.”[10]

 

Yoxsulluğun artması

Hər zaman zəkat verməsələr camaatın ehtiyacı görsənər[11] və yoxsulların halı pisləşər.[12]

 

Heyvanların ölümü

Imam Riza (ə) buyurub: “Hər zaman zəkat verilməsə heyvanlar ölər.”[13]

 

Allahın rəhmətindən məhrumluq

İmam Sadiq (ə) buyurub: “Hər kəs öz malından Allahın haqqını verməsə, Allahın ona nazil olan rəhmətinin kəsilməsinə layiqdir.”[14]

 

Məsciddən qovulmaq

İmam Baqir (ə) buyurur: Bir gün Həzrət Rəsuli Əkrəm (s) məscidə daxil oldu və “Ey filankəs qalx, ey filankəs qalx, ey filankəs qalx!” cümləsi ilə beş nəfəri məsciddən qovdu və buyurdu: “Siz zəkat vermirsiniz, məsciddən çıxın!”[15]

Bəli, həqiqi namaz qılan şəxs xəsis olmaz.

 

Nifaq əlaməti

Allah-taala “Tövbə” surəsinin 67-ci ayəsində münafiqlərin simasını bəyan edir və buyurur: “Onlar başqalarına kömək etmək üçün öz əllərini bağladılar və (bu cür) Allahı unutdular. Allah da həmçinin onlarla unudulmuş adamlar kimi rəftar edər.”[16]

 

Namaz və ibadətlərin qəbul olunmaması

Rəvayətdə oxuyuruq ki, bütün əməllərin qəbul olması namazın qəbul olmasına bağlıdır. Namazın da qəbul olması zəkat verməyə bağlıdır.[17]

İmam Riza (ə) buyurub: “Allah namaz və zəkatı bir-birinə yaxın və həmtay qərar verib. Zəkatsız namaz qəbul deyil.”[18]

Həzrət Musa (ə) cavan bir oğlanın eşqlə (həvəslə) namaz qıldığını gördü. Allah-taalaya buyurdu: Necə də gözəl namaz qılır! Ona vəhy oldu: Onun namazı gözəldir. Ancaq bu cavan oğlan xəsisdir və zəkat verməyir. Zəkat verməyənə kimi onun namazı qəbul deyil.[19]

Həzrət Rəsulullah (s) buyurub: “Zəkat verməyən kəsin namazı köhnə paltar kimi bükülüb, namaz qılan kəsin üzünə vurular.”[20]

 

Sələm yeyənlərin sırasında

Həzrət Əli (ə) buyurub: “Zəkat verməyən, sələm yeyən kimidir.”[21]

Zəkat verməmək bir növ oğurluqdur. Hədisdə buyurulur: Üç növ oğru vardır. Onlardan biri zəkat verməyəndir.[22] Zəkat verməmək Allaha şirk və xəyanətdir.[23]

Möhsün Qiraəti



[1] Camiul-əhadis, 9-cu cild, səh.50.

[2] Camiul-əhadis, 9-cu cild, səh.50.

[3] Vafi, 10-cu cild, səh.22; Camiul-əhadis, 9-cu cild, səh.58.

[4] Bihar, 96-cı cild, səh.130.

[5] Vəsail, 6-cı cild, səh.25.

[6] Camiul-əhadis, 9-cu cild, səh.48.

[7] Tövbə surəsi, ayə 18.

[8] Camiul-əhadis, 9-cu cild, səh.52.

[9] Camiul-əhadis, 9-cu cild, səh.52.

[10] Kafi, 2-ci cild, səh.374.

[11] Camiul-əhadis, 9-cu cild, səh.58.

[12] Camiul-əhadis, 9-cu cild, səh.43.

[13] Camiul-əhadis, 9-cu cild, səh.53.

[14] Camiul-əhadis, 9-cu cild, səh.57.

[15] Camiul-əhadis, 9-cu cild, səh.31.

[16] Tövbə surəsi, ayə 67.

[17] Camiul-əhadis, 9-cu cild, səh.30.

[18] Camiul-əhadis, 9-cu cild, səh.30 və 33.

[19] Camiul-əhadis, səh.30 və 33.

[20] Camiul-əhadis, səh.30 və 33.

[21] Camiul-əhadis, səh.63.

[22] Təhzib, 10-cu cild, səh.153; Vəsail, 21-ci cild, səh.268.

[23] Bihar, 96-cı cild, səh.29; Mustədrək, 7-ci cild, səh.24.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Yoxsullara kömək etmək üçün çoxlu qayda-qanunlar deyilibdir. Onlara riayət etmək bu işin dəyərini artırır. O cümlədən:

 

Siyasi qaydası

Maddi köməklər gərək imamət və vilayətin nəzarəti altında (nəinki özbaşına və istədiyi kimi) olsun. Həzrət Əli (ə) buyurur: “İslam hakimindən zəkatı məxfi saxlamaq, bir növ nifaqdır.”[1]

Burada məxfi saxlamağın mənası, onu ödəməkdən boyun qaçırmaqdır, nəinki məxfi ödəməsi.

 

Psixoloji qaydası

Zəkatı vermək gərək qəlbən razılıq və xatircəmliklə olsun. Həzrət Rəsulullah (s) buyurur: “Hər kəs öz malının zəkatını eşqlə (könüllü) ödəsə, hər bir buğda, arpa və . . . dənəsinin müqabilində Cənnətdə onun üçün bir qəsr verəcəklər.”[2]

Həzrət Əli (ə) buyurub: “Zəkatı vermək əgər qəlbin razılığı ilə olmasa, insan uzun peşimançılığa, mükafatını əldən verməyə və azğın əmələ giriftar olacaq.”[3]

Digər bir məsələ budur ki, zəkat verən diqqət etməlidir ki, onun hər nəyi vardısa Allahdandır və zəkatı vermək onu eqoistliyə və əməlinin nabüdlüyünə səbəb olan qürura çəkib aparmasın. Buna görə də Quran məscidləri təmir edən namaz və zəkat əhli barəsində buyurur: “Məhz onların doğru yolu tapa bilənlərdən olacağına ümid vardır.”[4] Burada “ümid vardır” kəlməsi bəlkə də bəzən insanın ibadətlərinin qürur və təkəbbürünə görə məhv olub, lazım olan kamala çatdırmamasına görə qeyd olunubdur.

 

İctimai qaydası

Əgər zahirdə zəkat yoxsula verilirsə, ancaq həqiqətdə isə onu təhvil alan Allahdır.[5]

Bəli, peyğəmbər, imam və yoxsul şəxs Allahın nümayəndəsi və əlidir. Buna görə də onlara kamil şəkildə ehtiram olunmalıdır.

Imam Sadiq (ə) öz əshablarından birindən (Ishaqdan) soruşdu: “Öz malının zəkatını nə edirsən?” O dedi: “Yoxsul adamlar mənim yanıma gəlirlər və mən də onlara verirəm.” İmam (ə) buyurdu: “Sənin bu işin yoxsulların alçalmasına səbəbdir. Hər kəs Allahın dostunu alçaltsa, elə bil ki, ona qarşı döyüş pusqusunda oturubdur.”[6]

Bəli, yoxsulların zəkatı almaq üçün sənin evinə gəlməsinin əvəzində, gərək zəkatı sən onların mənzilinə aparasan. Digər bir hədisdə oxuyuruq: “Əgər zəkatı alan şəxs zəkat sözünü eşidəndə əziyyət çəkirsə, zəkatı ona verin, ancaq deməyin ki, bu zəkatdır və yoxsul mömini alçaltmayın.”[7]

Başqa bir hədisdə isə oxuyuruq: “Əgər bir şəxs hiss etsə ki, yoxsula pul verməyin əvəzinə onlar üçün paltar və başqa şey alsalar daha yaxşı olar, nağd pulun əvəzində onlar üçün paltar və sair şeylər ala bilər.”[8]

İslam dini yoxsul şəxsin abır-həyasının qorunması üçün buyurur: “Ona beş dirhəmdən az pul verməyin.”[9]

İmam Xomeyni (rəh.) buyurur: “Əgər bir şəxs zəkatı almaqdan utanarsa, müstəhəbdir ki, onu verən zaman qəlbində zəkat niyyəti etsin, ancaq əməldə onu hədiyyə kimi qələmə versin.”[10]

Yoxsul şəxsin abır və heysiyyətini təkcə zəkat verən zaman riayət etmək lazım deyil, əksinə onu ödəyəndən sonra da gərək minnət qoymaqla zəkat alan təhqir olunmasın. Çünki Quran buyurur: “Minnət qoymaq və əziyyət vermək, mükafatın batil olmasının səbəbidir.”[11]

Əgər bilsək ki, yoxsul şəxs bizim malımızı təmizləyib və onu qiyamət gününə kimi öz öhdəsinə götürən İlahi bir məmurdur, onunla səxavətlə rəftar edərik.

İslam dinində yoxsullara ehtiram qoymaq o qədər mühüm sayılır ki, tarixdə oxuyuruq: Həzrət Peyğəmbərin (s) hüzuruna az bir miqdarda mal gətirdilər. Həzrət (s) həmin az miqdarı yoxsulların bəzisinə verdi. Ancaq nigaran oldu ki, məbada digərlərinin qəlbində kin-küdurət yaranar. Onların yanına gəldi və rəsmi şəkildə üzürxahlıq etdi ki, az olduğuna görə hamısına çatmadı və buyurdu: “Mən bunu həssasiyyəti çox olan adamlara verdim.”[12]

 

Vaxt qaydası

Həzrət Rəsulullah (s) Əliyə (ə) buyurub: “Zəkatı tez ödəmək möminlərin əxlaqındandır.”[13]

Zəkatı verməyə tələsməyin bir neçə bərəkəti vardır. O cümlədən:

a) İlahi təklifə olan eşq və məhəbbətin nişanəsidir.

b) Zəkatı gecikdirəndə, yoxsul şəxs bir şey tələb etməklə öz abır-həyasını aradan aparmaz.

v) Zəkatı ödəməyə mane olan qabağa gəlmiş hər bir hadisənin, xəsis adamların və şeytan vəsvəsələrinin üzünə yolu bağlayır.

q) Yoxsullar iztirabdan, nigarançılıqdan və pərişanlıqdan daha tez nicat taparlar.

İmam Sadiq (ə) “Yığım günü haqqını (zəkatını) ödəyin.”[14]ayəsi barəsində buyurur: “Səxavətliyə yaxınlaşmaq üçün məhsulları evə aparmamışdan qabaq zəkatını ödəyin.”[15]

 

Aşkarda ödəmək

Zəkat verməyin qaydalarına aid digər bir məsələ də budur ki, onları alan yoxsulların abır-həyalarını qorumaq üçün xalis niyyət əlaməti kimi verilən məxfi köməklərdən əlavə, başqalarının da bu işə həvəslə yanaşması, başqalarına kömək etmək cəmiyyətdəki mədəniyyətin bir hissəsi olması və həm də insanın xəsisliklə, etinasızlıqla müttəhim olmaması üçün gərək bəzi vaxtlar zəkatların verilməsi aşkar şəkildə olsun.

İmam Sadiq (ə) buyurur: “Allahın vacib etdiyi hər bir işi aşkar yerinə yetirin.”[16]

 

Əlini öpmək

Həzrət Əli (ə) buyurur: “Hər zaman öz əlinlə bir yoxsula kömək etsən həmin əlinizi öpün. Çünki həqiqətdə Allah sizin köməyinizi almışdır.”[17]

 

Yoxsul şəxsdən dua etməsini diləmək

Rəvayətdə oxuyuruq ki, yoxsulun, ona kömək edən kəsin haqqında etdiyi duası qəbul olduğu üçün ondan sizin haqqınızda dua etməsini istəyin.[18]

 

Öz malınızın hamısını verməyin

İmam Sadiq (ə) “Yığım günü haqqını (zəkatını) ödəyin, lakin israf etməyin. . . “ ayəsinin təfsirində buyurur: “Peyğəmbərin (s) əshabından bir şəxs öz malının hamısını Allah yolunda verdi. Lakin öz, həyat yoldaşı və övladları hər şeydən məhrum qaldılar. Allah-Taala da bu qaydada kömək etməyi israf bilir.”[19]

 

Zəkat verilən məkan

Həzrət Rəsullahın (s) əshabının malları nisab həddinə çatanda, zəkatlarını məscidə gətirərdilər və Həzrət (s) həmin məkanda toplanmış zəkatı yoxsulların arasında bölərdi.[20]

 

Zəkatı verəndən sonra

Həzrət Rəsulullah (s) buyurur: “Hər həs öz malının zəkatını yoxsula versə, namazını müəyyən olunmuş şəraitdə və həddə qılsa, namazdan və zəkatdan sonra əməlini batil edəcək günah etməsə, qiyamət günü hamı ona qibtə edəcək.”[21]

 

Zəkat halal maldan olsun

Allah-Taala pak və təmizdir. O təmiz maldan başqa heç bir şeyi qəbul etmir.[22]

İslamdan öncə bir dəstə adamın nahaq qazanılmış gəlirləri var idi. Onlar İslam dinini qəbul edəndə qeyri-şəri yolla qazanılmış malları sədəqə vermək istədilər və İslam dini buna icazə vermədi.[23]

İmam Hüseyn (ə) buyurub: “Ən yaxşı sədəqə o sədəqədir ki, insan onu alın təri və üzünə qonmuş tozla qazansın və yoxsullara versin.”[24]

 

Zəkat keyfiyyətli maldan olsun

Quran buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda infaq etməyincə savaba çatmazsınız.”[25]

Quran öz mallarının keyfiyyətsiz hissəsini bölüb Allahın payı qərar verən müşrikləri tənqid atəşinə tutur.[26]

Bəli, bu əməl Allahın məqamına bir növ ədəbsizlik sayılır.[27]

Quran buyurur: “Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin ən pak və yaxşılarından başqalarına infaq edin və heç vaxt pis və yaramaz şeylərdən infaq etmək fikirində olmayın.[28]

Hədisdə deyilir: “Həzrət Rəsulullahın (s) zamanında bir dəstə adam xurmanın[29] ən pis növünü yoxsullara verirdilər. Quran “pis və yaramaz şeylərdən vermək fikrində olmayın” cümləsi ilə onları bu əməldən çəkindirdi.”[30]

 

Məhsul camaatın gözü önündə yığılsın

İmam Sadiq (ə) buyurur: “Öz əkdiyinizin məhsulunu axşam yığmayın.” Sonra Həzrət (ə) bu ayəni oxudu: “Yığım günü haqqını (zəkatını) ödəyin.”[31] Yəni məhrum insanların haqqını məhsul yığımı günü verin. Daha sonra Həzrət (ə) buyurdu: “Əgər siz öz məhsulunuzu axşam yığsanız, yoxsullar xəbərsiz olub ac qalarlar və siz də zəkat verməyin bərəkətindən məhrum olarsınız.”[32]

Möhsün Qiraəti

[1] Bihar, 96-cı cild, səh.27.

[2] Camiul-əhadis, 9-cu cild, səh.32.

[3] Camiul-əhadis, 9-cu cild, səh.34.

[4] Tövbə surəsi, ayə 18.

[5] Tövbə surəsi, ayə 104.

[6] Camiul-əhadis, 9-cu cild, səh.351.

[7] Camiul-əhadis, 9-cu cild, səh.351.

[8] Vəsail, 6-cı cild, səh.115.

[9] Bihar, 96-cı cild, səh.79.

[10] Təhrirul-vəsilə, 1-ci cild, səh.391.

[11] Bəqərə surəsi, ayə 264.

[12] Camiul-əhadis, 9-cu cild, səh.312.

[13] Camiul-əhadis, 9-cu cild, səh.49.

[14] Ənam surəsi, ayə 141.

[15] Camiul-əhadis, 9-cu cild, səh.195.

[16] Camiul-əhadis, 9-cu cild, səh.240.

[17] Muhəccətul-bəyza, 12-ci cild, səh.93.

[18] Zəkat dər əndişeha, səh.22.

[19] Camiul-əhadis, 9-cu cild, səh.200.

[20] Camiul-əhadis, 9-cu cild, səh.86.

[21] Camiul-əhadis, 9-cu cild, səh.33.

[22] Muhəccətul-bəyza, 3-cü cild, səh.89.

[23] Camiul-əhadis, 9-cu cild, səh.184.

[24] Camiul-əhadis, 9-cu cild, səh.186.

[25] Ali-İmran surəsi, ayə 92.

[26] Nəhl surəsi, ayə 62.

[27] Muhəccətul-bəyza, 2-ci cild, səh.89.

[28] Bəqərə surəsi, ayə 267.

[29] O elə bir xurma idi ki, onun toxumu çox böyük əti isə az olardı.

[30] Camiul-əhadis, 9-cu cild, səh.184.

[31] Ənam surəsi, ayə 141.

[32] Camiul-əhadis, 9-cu cild, səh.196.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

1. Valideyn

Quranda buyurulur: "Malınızdan verəcəyiniz şeydə hər kəsdən öncə valideynizi və (yoxsul) qohumlarınızı nəzərdə saxlayın."[1]

Hətta əgər vəsiyyət də etsəniz belə, hər kəsdən qabaq valideynizin və öz qohumlarınızın xeyirinə vəsiyyət edin.[2]

Islamın şüarı budur ki, "Əgər qohumlarınızdan ehtiyac içində olanı varsa, sizin başqalarına köməyinizin faydası yoxdur."[3]

 

2. Əhli-beyt (ə) məktəbinin tərəfdarı

Imam Sadiqdən (ə) soruşdular: "Zəkat kimin haqqıdır?" Həzrət (ə) buyurdu: "Bizim tərəfdarlarımızın." Soruşdular: "Əgər çox olsa necə?" Həzrət (ə) buyurdu: "Həmin adamlara artıq verin." Bu sualı bir neçə dəfə təkrarladılar və Imam (ə) yenə də buyurdu: "Əhli-beyt (ə) məktəbinin tərəfdarlarına artıq verin." Sualı təkrar soruşdular. Imam Sadiq (ə) "Yox, and olsun Allaha!" kəlməsi ilə təkrar edib buyurdu: "Bizim tərəfdarlarımızdan qeyrisinə verməyin, əgər həssas şərait yarandıqda ciddi ehtiyacı olan olsa, bu halda az bir miqdar verməklə kifayətlənin." Sonra Imam (ə) az miqdarı bəyan etmək üçün öz baş barmağını dörd barmağının üzərinə qoydu.

Əlbəttə, az miqdarla kifayətlənmək o yerdədir ki, müxaliflər Əhli-beytin (ə) müqabilində inadkardırlar. Ancaq onların müxalifətçiliyi inadkarlıq əsasında olmasa, ya onları Əhli-beyt (ə) məktəbinə sövq və cəzb etmək ehimalı olsa, bəlkə də zəkatdan onlar üçün "muəllifəti-qulubuhum" ünvanı kimi çox miqdarda vermək olar.

Eləcə də zəkatın əsil xərclənəcəyi yer, Əhli-beyt (ə) məktəbinin tərəfdarlarıdır və onlardan qeyrisi barəsində isə gərək fəqihlərin nəzəriyyəsi və prinsipləri çərçivəsində əməl olunsun.

 

3. Iman, ağıl və təqva

Rəvayətdə deyilir: "Möminlərə on minə (dirhəm və dinar) qədər bağışlanılsın. Lakin ləyaqəti olmayan və fisq-fücur əhlinə isə ən az miqdarda verilsin. Çünki mömin şəxs ona verilən pulu Allaha itaət yolunda və fisq-fücur əhli isə Allaha məsiyət yolunda xərcləyir."[4]

Islam Peyğəmbəri (s) buyurur: "Sənin yeməyini təqvalı adamlardan başqa heç kəs yeməsin."[5]

Bəli, təqvalı adamlara kömək etmək, xeyir və bərəkətin yayılması üçün atılmış bir addımdır. Ləyaqəti olmayan adama isə kömək etmək fəsadın yaylıması üçün atılan addımdır. Insan öz zəkatını verməklə acları doyuzdurmaqdan əlavə gərək haqq və islah yolu məktəbinə vüsət versin. Elm əhlinə kömək etmək mədəniyyətin vüsət tapması deməkdir.

Imam Baqirdən (ə) soruşdular: "Öz malımdan başqalarına necə verim?" Həzrət (ə) buyurdu: "Dini düşüncə, ağıl və hicrətdə öndə olmaq əsasında."[6]

4-Ehtiyaclarını bildirməkdən xəcalət çəkən həyalı adamlar

Quran buyurur: “(Sizin (infaq etdiyiniz) köməkləriniz gərək) Allah yolunda imkanı olmayan (onlar Allahın dininə xatir öz vətənlərindən didərgin düşmüş, cihad meydanında iştirak etmək və buna oxşar hadisələr onlara öz dolanışıqlarını təmin etmək üçün icazə vermir ki, al-verə, ticarətə əl atsınlar), yer üzündə hərəkət edə bilməyən ehtiyaclı kəslər üçündür. Belə şəxslər səbirli və həyalı olduqlarına görə nadanlar onları dövlətli hesab edirlər. Amma sən onları üzlərindən tanıyırsan. (Onlar öz üzlərini sillə vurmaqla qırmızı saxlayırlar.) Onlar heç kəsdən israrla bir şey istəməzlər.”[7]

Buna əsasən təqlid mərcəələrinin risaləsində deyilir:

“Zəkatı paylayanda ehtiyac üzündən bir şey diləməyən kəsləri, ehtiyacını tələb edən kəslərdən öndə qərar vermək müstəhəbdir.”

Imam Sadiq (ə) buyurur: “Cəmiyyətdəki görkəmli, əziz və yaxşı xasiyyətli yoxsullara inək, qoyun və dəvəni (zəkat niyyəti ilə) hədiyyə edin. Amma adi yoxsullara dirhəm-dinarı zəkat kimi verin.”

O Həzrətdən (s) soruşdular: “Bu fərqə dəlil nədir?”

Həzrət (ə) buyurdu: Cəmiyyətdə elə yoxsullar vardır ki, onların gözəl yaşayışları olubdur və onlar zəkat almağa utanırlar. Beləliklə zəkatı paylayanda gərək onlarla daha yaxşı şəkildə rəftar olunsun. “Camaatın nəzərində görsənən ən gözəl şəkildə onlara verilsin.”[8]

Mühüm və diqqəti cəlb edən nöqtə budur ki, Imam (ə) buyursa da şəxsiyyətli adamlar üçün inək və dəvə göndərin, lakin hədisin sonunda işin ən yaxşılığını camaata tapşırdı. “Camaatın nəzərində görsənən ən gözəl şəkildə.” Çünki mümkündür ki, bəzi şəraitdə və məntəqədə inək və qoyun hədiyyə etmək pis, qızıl və gümüş hədiyyə etmək isə daha yaxşıdır.

Beləliklə zəkatı paylamaqdakı meyar və ölçü budur ki, biz zəkat alan şəxsin şəraitini, cəmiyyətə və camaatın ümumi fikirinə hakim olan şərait ilə birlikdə nəzərə almalıyıq və hansı daha gözəl olsa onu hədiyyə edək.[9]

5-Daha çox ehtiyaclı olan şəxslər

Həzrət Rəsulullah (s) öz verdiklərini adamların ehtiyacı həddində nəzərdə tutardı.[10]

6-Dünənin varlıları

Keçmişdə zəkat verən, bəxşiş və ehsan əhli olanlar, bu gün zəkat almağa möhtacdırlar. Yaxşı olar ki, onları zəkat almaqda birinci nəzərə alsınlar.[11]

7- Hər məntəqənin zəkatını öz əhlinə

Rəvayətdə oxuyuruq ki, Həzrət Rəsulullah (s) səhra sakinlərinin zəkatını səhrada yaşayanların və şəhər sakinlərinin zəkatını da şəhərdə yaşayanların arasında bölərdi.[12]

Imam Sadiq (ə) buyurub: “Nə mühacirlərin sədəqəsi ərəblərə halaldır və nə də ərəblərin sədəqəsi mühacirlərə.”[13]

Əlbəttə bu o zamandır ki, əgər həmin məntəqədə yoxsul olarsa. Amma əgər bir məntəqədə yoxsul olmasa, zəkatın başqasına verilməsinin eybi yoxdur.[14]
Möhsün Qiraəti

[1] Bəqərə surəsi, ayə 215.

[2] Bəqərə surəsi, ayə 180.

[3] Biharul-ənvar, 77-ci cild, səh.59.

[4] Camiul-əhadis, 9-cu cild, səh.266.

[5] Muhəccətul-bəyza, 2-ci cild, səh.90.

[6] Vafi, 10-cu cild, səh.203.

[7] Bəqərə surəsi, ayə 273.

[8] Vafi, 10-cu cild, səh.205.

[9] Təbliğ üçün bir kəndə getməyimi unutmuram. Oranın camaatı öz heyvanlarının südünü Aşura günü kəndin küçələrinin ortasındakı böyük qazanlara tökürdülər və Aşura gününün südünü məntəqənin ruhanisi və imam camaatına hədiyyə edərdilər. Sonra həmin çoxlu südləri qatıq və pendir edib, Aşura günündən sonra pulun yerinə ona verərdilər. Mən o zaman təzə evlənmişdim və pula ehtiyacım vardı, pendir qablarını kənddən şəhərə gətirdim və şəhərin yolunun kənarında pulsuz olduğuma görə satmağa başladım. Bu acı xatirəni otuz ildən sonra hələ unutmamışam. Əgər həmin məntəqənin camaatı Imam Hüseynin (ə) aşiqi olub, ixlaslı idilərsə və bu əməli xidmət məqsədi ilə yerinə yetirirdilərsə, yuxarıdakı hədisə də diqqət yetirərdilər və o xalis niyyət rəftarla (əməllə) birlikdə olardı. Camaatın yardımını qəbul edən şəxs də əziyyətə düşməz və təzə evlənmiş ruhani də yolun qırağında pendir satmağa məcbur olmazdı.

[10] Muhəccətul-bəyza, 2-ci cild, səh.91.

[11] Muhəccətul-bəyza, 2-ci cild, səh.91.

[12] Bihar, 100-cü cild, səh.20.

[13] Vafi, 10-cu cild, səh.202.

[14] Camiul-əhadis, 9-cu cild, səh.385.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
1-Müvəqqəti imkanlar zəkat almağa mane deyil. Bir neçə hədisə diqqət yetirin:
Bir şəxs Imam Sadiqə (ə) dedi: “Filan kəsin dörd min dirhəm qiymətində evi vardır. Dəvəsi də vardır ki, yemindən əlavə hər gün iki dirhəmdən dörd dirhəmə qədər xeyir götürür. Bundan əlavə həyat yoldaşı və qulu da vardı.”
Imam (ə) buyurdu: “İstəyirsən ki, mən, onun izzətinə səbəb olan doğulduğu mənzilini, ya dolanışıq vasitəsi olan dəvəsini və qulunu ona satmağa məcbur edəm? Heç vaxt! O zəkatı ala bilər. Evini, dəvəsini və qulunu lazım deyil satsın.”
2-İmam Sadiqə (ə) dedilər: “İsa ibn Əyun ehtiyaclı bir şəxsə dedi: Sənin ət və xurma aldığını gördüm və sən yoxsul deyilsən. Hərçənd ki, verməyə zəkatım vardır, sənə verməyəcəm. Yoxsul şəxs ət və xurmanın daimi olmadığı üçün hər nə qədər üzr gətirdisə, İsa ibn Əyuna təsir bağışlamadı.” İmam (ə) mübarək əlini bir neçə dəqiqə alnına qoydu və sonra başını qaldırdı və buyurdu: “Allah-taala varlıların mallarına lütf buyurmuş və yoxsulların da mallarına diqqət yetirmişdir. Varlıların mallarında yoxsullar üçün kifayət olan bir pay vardır.”
3-İmam Sadiqdən (ə) soruşdular: Zəkatdan yüz dirhəmə qədər yoxsul şəxsə verimmi?
İmam (ə) buyurdu: Bəli.
Soruşdular: Zəkatdan iki yüz dirhəmə qədər yoxsul şəxsə verimmi?
İmam (ə) buyurdu: Bəli.
Soruşdular: Zəkatdan dörd yüz dirhəmə qədər yoxsul şəxsə verimmi?
İmam (ə) buyurdu: Bəli.
Yenə də soruşdular: Zəkatdan beş yüz dirhəmə qədər yoxsul şəxsə verimmi? Həzrət Imam (ə) buyurdu: Bəli, onu ehtiyacsız edənə qədər ver.
4-Imam Sadiq (ə) Həzrət Əlidən (ə) nəql edib buyurur: Zəkat hökumətdə vəzifəsi, evi, var-dövləti, ticarəti olmayan, sənəti olan halda muzdlu iş görmək üçün dostu və sadə işlər üçün bədəninin gücü olmayan kəslər aiddir. Allah-taala varlıların mal-dövlətindən bir qismini bu şəxslər üçün vacib buyurmuşdur ki, onların yaşayışı iflic vəziyyətinə düşməsin və öz ayaqları üstündə dura bilsinlər.
İmamdan (ə) soruşdular: Bir şəxsin yaşayışı atası, ya əmisi və ya qardaşı tərəfindən sadə şəkildə təmin olur. Yaşayışının yaxşılaşması üçün zəkat ala bilərmi?
İmam (ə) buyurdu: Eybi yoxdur.
Digər bir hədisdə oxuyuruq ki, hətta evlənmək üçün də zəkat ala bilər.
Başqa bir hədisdə də gəlibdir ki, sədəqə verməyə imkanı olana qədər zəkat ala bilər.  
Rəvayətlərdən bəzisində də oxuyuruq ki, yoxsul şəxs öz dolanışığını da təmin etmək üçün zəkat ala bilər və hətta əgər həccə getməyibdirsə, onunla Məkkəyə də gedə bilər.
Əlbəttə nəzərə almalıyıq ki, yoxsul şəxs, dolanışığı adi həyat tərzinə qayıdana kimi zəkatdan istifadə edə bilər və o zamanda Mədinədən həccə getməyin xərci o qədər mühüm hesab olunmurdu.
Möhsün Qiraəti

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

İslam alimləri zəkatı dinin zəruriyyətlərindən saymış və onu inkar edəni kafir bilmişlər.

Bir gün imam Sadiq (ə) “Nəhcül-Bəlağə”nin 25-ci məktubunda gəlmiş zəkat almağın qayda-qanunları haqda həzrət Əlinin (ə) dilindən nəql etdi. Sonra ağladı və buyurdu: “And olsun Allaha! Hörmətləri tapdaladılar, Allahın kitabına, Peyğəmbərinin (s) sünnəsinə əməl etmədilər.”[1]

Zəkat cəmiyyətin iqtisadi dərdlərinin dərmanıdır. İnsan bədəninin üzvlərindən birində narahatlıq yarananda onu hərəkətdən saldığı kimi cəmiyyətin də həmçinin bir dəstəsi çətinliklə üzləşəndə o cəmiyyətin hərəkəti iflic vəziyyətinə düşür. Zəkat cəmiyyətin çətinliklərini həll etmək üçündür.

İmam Riza (ə) buyurur: “Allah-taala mənə nemətlər vermişdir. Allahın onlarda mənim üçün təyin etdiyi haqları ödəməyə görə daimən nigaranam.”

Həzrətdən (ə) soruşdular: “Bu cür böyük məqama sahib olmaqla yanaşı, siz də zəkatın təxirə düşməsinə görə Allahdan qorxursunuz?”

Həzrət (ə) buyurdu: “Bəli.”[2]

İmam Sadiq (ə) buyurub: “Allah-taala bu ümmətə zəkat kimi daha çətin olan bir şey vacib etməyibdir. Ümmətlərin əksərinin həlak olmaları onu ödəmədiklərinə görədir.”[3]

Həmçinin Qurani-kərim buyurur: “Salehlər hökumət başına çatdığı zaman onların ilk planı namaz qılmaq, zəkat vermək, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyə qadağa qoymaqdır.”[4]

Həzrət Rəsulullah (s) and içdi ki, müşrikdən başqa heç kəs zəkat vermək barəsində xəyanət etməz.[5] Həmçinin buyurub: “Ya Əli! Mənim ümmətimdən on dəstəsi kafir olarlar. O dəstələrdən biri zəkat verməyən kəslərdir.”

Həzrət Rəsulullah (s) öz xütbəsinin axırında buyurdu: “Ey camaat! Öz mallarınızın zəkatını verin. Əgər hər kəs zəkat verməsə, onun üçün nə bir namaz vardı, nə həcc və nə də ki cihad.”[6]

Zəkat müxtəlif rəvayətlərdə İslam dininin bünövrələrindən biri kimi sayılıbdır və belə buyurublar ki, İslam dininin bünövrəsi beş şey üzərində möhkəmlənibdir: Namaz, həcc, zəkat, oruc və vilayət (imamət).

Möhsün Qiraəti 



[1] Vafi, 10-cu cild, səh.156.

[2] Camiul-əhadis, 9-cu cild, səh.42.

[3] Vafi, 10-cu cild, səh.33.

[4] Həcc surəsi, ayə 41.

[5] Bihar, 96-cı cild, səh.29.

[6] Mustədrək, 1-ci cild, səh.507.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Zəkat lüğətdə inkişaf və təmizlik mə`nasındadır. Bəli, imkansız adamlara ürək yandırmaq və onlara kömək, mə`nəvi inkişafa səbəbdir. Zəkatı ödəmək həm malın imkansız adamların haqqından təmizlənməsinə və həm də ruhun xəsislikdən, tamahdan, çox var-dövlət toplamaqla fəxr etməkdən paklanmasına səbəbdir.
Zəkat fiqh terminində maldan müəyyən bir hissənin ödənməsidir.
Zəkat Qur`anda ümumi bir mə`nanı əhatə edir, vacib və müstəhəb köməklərə deyilir. Bə`zən də imkansız adamlara kömək etmək üçün zəkat sözünün yerinə, infaq, sədəqə, maldan vermək sözü gəlmişdir. Eləcə də zəkat kəlməsi təmizlik mə`nasında da gəlibdir.
Allah-Taala buyurur: “Biz həm də həzrət Yəhyaya öz dərgahımızdan bir mərhəmət, məhəbbət, (əməl və ruhda) paklıq bəxş etdik. O, çox təqvalı idi.”(Məryəm/13)

İSLAMDAKI ZƏKATIN DİGƏR DİNLƏRDƏKİ ZƏKATLA FƏRQİ
Ayə və rəvayətləri araşdırdıqdan sonra aydın olur ki, İslam dinindəki zəkat, digər ilahi dinlərdəki kimi bir növ vəsiyyət, əxlaqi sifariş, moizə, camaatın yalnız yaxşılığa rəğbət göstərib xəsislikdən çəkinməsi kimi deyil. Əksinə, İlahi bir fərizədir (vacibdir) və ona e`tinasız yanaşmaq fisq və günahdır. Onun vacibliyini inkar edən kafir hesab olunur.
İslamda onun nisab həddi, miqdarı, məsrəfi, zəkatın ödənməsinin zaman və şəraiti, onu ödəməyin keyfiyyəti dəqiq şəkildə müəyyən olunubdur. Onu təhvil almağın məs`uliyyəti İslam dövlətinin öhdəsindədir. İslam dövləti zəkat ödəməkdən imtina edən kəslər üçün cəza tə`yin etmişdir və onu ödəməyənlərlə əgər dinin zəruriliyinin inkar edilməsinə səbəb olarsa, döyüşə bilər. (“Fiqhuz-zəkat”, doktor Yusif əl-Qərzavi, 1-ci cild, səh. 85 və 86)

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

1. Zəkat təkcə İslam dininə məxsus deyil. Əksinə, bundan öncəki dinlərdə var idi. Zəkat ( namaz) bütün səma dinlərindəki müştərəklərdəndir.

Həzrət İsa (ə) beşikdə dilə gəldi dedi: “O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”[1]

Həzrət Musa (ə) Bəni-İsrailə xitab edib buyurdu: “Namaz qılın zəkat verin.”[2]

Quran həzrət İsmail (ə) barəsində buyurur: “O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi.”[3]

Həmçinin bütün peyğəmbərlər barəsində belə gəlibdir: “Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı zəkat verməyi vəhy etdik.”[4]Halbuki onlara əmr edilmişdi ki, Allaha ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”[5] ayəsinə əsasən də aydın olur ki, bütün səma dinlərində namaz zəkatın bənzəri vardı.

2. Mərhum Əllamə TəbatəbaiZəkatmövzusu haqda etdiyi bəhslərinin birində deyir: “İctimai qanunlar özünün kamil formasında ilk dəfə olaraq İslam dini tərəfindən təyin edilmişdir. Lakin onların bünövrəsi İslamdan qabaq da mövcud olmuşdur. Çünki insanın fitrəti həmin qanunların bütövlüyünü bütün zamanlarda düşünmüş dərk etmişdir. Məhz buna görə İslamdan öncə gələn dinlərdə, habelə qədim yunan qanunlarında cəmiyyət barədə bəzi fəlsəfi fikirlərin şahidi oluruq. Hətta deyə bilərik ki, tarix boyu yaşamış bütün cəmiyyətlər arasında insanların əmlak hüquqları qorunmuşdur. Deməli, formasından asılı olmayaraq, bütün cəmiyyətlər öz inkişafında, tərəqqi təkamül yolunda iqtisadi amillərdən asılı olur."

Məkkə surələrində zəkat məsələsinə çox işarə olunubdur. O cümlədənƏ`rafsurəsi, ayə 156; “Nəmlsurəsi, ayə 3; “Loğmansurəsi, ayə 4; “Fussilətsurəsi, ayə 7 . . . Təfsir alimlərinin arasında bu ayələrin ətrafında fikir ayrılığı vardır. Bəziləri bu ayələri müstəhəb zəkata məxsus bilirlər.[6] Digərləri isə deyirlər ki, zəkat hökmü Məkkədə nazil olub. Amma müsəlmanların azlığı zəkat pulunun olmamasına görə, camaat özləri zəkatı verirdilər.[7]

Mədinədə İslam hökuməti təşkil olunandan sonra camaatdan zəkatın alınması, onun beytül-mala qatılması İslam hakiminin ixtiyarında olması məsələsi müzakirə olundu.

“(Ya Məhəmməd!) Onların mallarından sədəqə (zəkat) al.”[8]

Bu ayə, hicrətin 2-ci ilində mübarək ramazan ayında Mədinədə nazil oldu. Peyğəmbər (s) tapşırdı nida etsinlər ki, Allah-Taala zəkatı da namaz kimi vacib etdi.[9]

İslam hökumətinin təşkilindən beytül-mal təsis olandan sonra zəkat müəyyən plan əsasında icra edildi. Onun üçün müəyyən miqdarlar hədlər təyin olundu.[10]

Bəziləri bu əqidədədirlər ki, Peyğəmbərə (s) zəkatın alınması əmr olunanda, onun sərf olunması (xərclənmə yerləri) “Tövbəsurəsinin 60- ayəsində dəqiq şəkildə bəyan olundu. Təəccüblü deyil ki, zəkatın alınması həmin surənin 103- ayəsində xərclənməsi 60- ayədə hicrətin doqquzuncu ilində nazil olubdur. Çünki, yaxşı bilirik ki, Quran ayələri, nazilolma tarixi əsasında toplanmayıb. Onların hər biri Peyğəmbərin (s) fərmanıyla müəyyən bir yerdə qoyulub.[11]

 

 



[1] Məryəm surəsi, ayə 31.

[2] Bəqərə surəsi, ayə 43.

[3] Məryəm surəsi, ayə 55.

[4] Ənbiya surəsi, ayə 73.

[5] Bəyyinə surəsi, ayə 11.

[6] Təfsiri-Nümunə, 8-ci cild, səh.9.

[7] Nur təfsiri, “Tövbəsurəsində 60- ayənin şərhi.

[8] Nur təfsiri, 5-ci cild, səh.87.

[9] Nur təfsiri, 5-ci cild, səh.137.

[10] Təfsiri Nümunə, 14- cild, səh.19.

[11] Təfsiri Nümunə, 8-ci cild, səh.9.

 

                                                               Möhsün Qiraəti

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
İranın ali-dini rəhbəri Ayətullah Xameneinin İslam Peyğəmbərinin (s) həyat yoldaşı Ayişəni təhqir etməyin haram olması haqqında fətvası dünyada müsbət əks-səda doğurmuşdur.
 Bu fətvaya əsasən, sünni qardaşlarımızın inandığı dini əsasları və ehtiram etdiyi dini şəxsiyyətləri hər hansı bir yolla təhqir etmək haramdır. İslam Peyğəmbərinin (s) və digər peyğəmbərlərin həyat yoldaşlarına qarşı təhqir ifadəli hər növ söz və ittiham qadağandır.
 Bu fətva Küveytin şiə ruhanisi Yasir əl-Həbibin həzrət Ayişəyə təhqirindən sonra sadir olmuşdur. Əl-Həbibin bu hərəkəti Küveyt dövləti tərəfindən birmənalı qarşılanmamış, böyük qalmaqala səbəb olmuşdu. Bu əməli onun Küveyt vətəndaşlığından çıxarılması ilə nəticələndi. Bunun nəticəsi Fars körfəzi ölkələrində yaşayan şiələrin təzyiqlərə məruz qalmaları oldu.
 Bu fətva Mehr xəbər saytında yayımlanmışdır. Adıçəkilən internet saytının ərəb bölməsində belə yazılmışdı: “İnqilab rəhbərinin fətvası, şiə ölkəsində Yasir əl-Həbibin Peyğəmbərin (s) həyat yoldaşı olan Ayişə xanıma olan təhqirinə qarşı ən yeni və ən böyük reaksiyadır. Ərəbistanda, İranda və digər Fars körfəzi ölkələrində yaşayan onlarla tanınmış şiə alimi bu əməli şiddətli surətdə pisləmişlər.
 Bu fətvanın xəbəri ərəb televiziya şəbəkələrində, xüsusən də “əl-Cəzirə” kanalında mütəxəssislər tərəfindən müzakirə obyektinə çevrilmişdir. Mütəxəsislər bu fətvanın İslam məzhəbləri arasında vəhdət rolunu oynadığını söyləmişlər. Həmçinin “əl-Cəzirə” kanalının Tehrandakı xüsusi müxbiri Məhəmməd əl-Bəhrani Ayətullah Xameneinin yeni fətvalar toplusu olan kitabını göstərərək bu fətvanın mövcudluğunu təsdiqləmişdir. Bundan əlavə, dini rəhbərin vəhdət yönlü olan, şiələrin sünni bir pişnamaza iqtidasına və sünni cəmiyyətinin camaat namazında iştirakının caiz olması fətvalarına işarə etmişdir.
 Bu fətva ərəb televiziya kanalları və qəzetlərində öz əksini tapmışdır. Buna misal olaraq, Küveytin “əl-Ənba” qəzetinin çoxsaylı oxucu kütləsinə malik internet saytını, Livanın “əl-Həyat” qəzetini, İngiltərənin “əl-Həyat” qəzetini və Misirin radio və televiziya saytını qeyd etmək olar. Amma təəssüflər olsun ki, Ərəbistanın ifratçı vəhhabilərinə bağlı olan “əl-Ərəbiyyə” televiziya kanalı bu barədə sükut etməyi üstün tutmuşdur.

Misrin əl-Əzhər universitetinin rektoru: “Bu fətva təqdirə layiqdir”.
Əl-Mənar televiziya kanalının verdiyi xəbərə əsasən, əl-Əzhər universitetinin rektoru Əhməd ət-Təyyib öz çıxışlarının birində bu fətvanın tam zamanında, böyük parçalanmanın və fitnənin baş verəcəyi zamanda verildiyini demişdir. “Mən İmam Seyid Əli Xameneinin səhabə və Peyğəmbərin (s) həyat yoldaşlarına qarşı olan təhqirin haram olması haqqında mübarək fətvasını sevinclə qarşıladım. Bu fətva dərin düşüncə və uzaqgörənliyin nəticəsi və müsəlmanların vəhdətinə olan sevginin təzahurudur. Bu fətvanın başqa əhəmiyyəti və üstünlüyü, onun böyük müsəlman alimlərindən biri, ən böyük şiə mərcələrindən olan və İran İslam Respublikasının ali rəhbəri tərəfindən verilməsidir”.
 Əl-Əzhər universitetinin rektoru əlavə edərək bildirmişdir ki, müsəlmanlar arasında vəhdətin yaranmasında çalışmanı özümə şəriət vəzifəsi bilirəm, müsəlmanlar arasında fitnə alovunu yandıranlar günahkar, ilahi əzaba düçar və insanlar tərəfindən cəmiyyətdən xaric olunanlardır. O, eyni zamanda müsəlmanları Allahın buyurduğu vəhdət ipindən yapışmağa çağırmış və qeyd etmişdir ki, Misir bu yolda həmişə öncüllərdən olmuşdur.
 Xaş millətinin nümayəndəsi, bu fətvanı əhli-sünnəyə olan ürək yanğısı və məhəbbət kimi qiymətləndirmişdir. Onu da qeyd etmişdir ki, bu fətva Böyük İslam inqilabının geniş və dəqiq dünyagörüşünə söykənir. Mən də həmişəki kimi rəhbərin ardıcılı və əsgəri olaraq ona təşəkkür edir və həmişə onun fərmanına hazır olduğumu bildirirəm. Belə bir rəhbərimin olmaısından fəxr hissi duyuram.
 Rəhbərin bu fətvası Londonda yerləşən İslam yaxınlaşdırma mərkəzi tərəfindən keçirilən beynəlxalq konfransda müzakirə obyektinə çevrilərək dəstəklənmişdir.
 İslam dünyası tələbələr birliyində öz növbəsində İran İslam İnqilabının dəyərli fətvası haqqında öz fikrini və İslam dünyasında qoyduğu təsiri vurğulanmışdır: “Rəhbərin bu fətvasının bu ümmətin əməli vəhdətinin nişanəsidir”.
 Fars xəbər agentliyinin yaydığı xəbərə görə, İslam dünyası tələbələr birliyi rəhbərin bu alimanə fətvasını İslam dünyasında təfriqənin qarşısını alaraq düşmənlərin “parçala, hökm sür!” planlarını puça çıxardığını düşünür. Onlar bu fətvanı İslam ümmətinə düşmənlər tərəfindən hazırlanmış planların xəbərdarlığı kimi qiymətləndirmişlər. Bu birlik eyni zamanda bəzi radikal islamçıları pisləmişlər: “Onlar özləri də bilmədən İslam düşmənlərinin İslam əleyhinə muzdurlarına çevrilmişlər”.
 Sözügedən bu birlik bütün İslam alimlərini bu yolda bir olmağa çağırmış və İslam ümmətinin birliyi yolunda çalışan böyük şəxsiyyətlərə Allahdan yardım istəmişlər.
 Xatırladaq ki, müsəlman məzhəbləri arasında təfriqə salan "ruhani"lər bütün məzhəblər arasında mövcuddur və bəlkə də onları hansısa bir məzhəbə aid etmək ümumiyyətlə düzgün deyil. Çünki təfriqəçinin məzhəbi olmur!
Hazırladı: Fariz İsmayılov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
    İnsan təbiətində onu yaxşı işlər görməyə həvəsləndirib,  çirkin əməllərdən çəkindirən səltənət qüvvəsi və səmavi gücə malik bir xüsusiyyət var.
   Milliyyət və irqindən asılı olmayaraq bütün insanlar öz batinlərində bu qüvvəni hiss edirlər və o qüvvəyə tabe olmağı kamal və fəzilət hesab edirlər. Sədaqət, ədalət, və əmanət kimi müsbət xüsusiyyətləri məhz qeyd etdiyimiz qüvvəni daxilində dirildən və ayıq-sayıq saxlayan şəxslərdən gözləmək mümkündür və yalnız belə insanlardan faydalanmaq və yaxşılıqlarına ümid bəsləmək olar. Əgər bir insan batinindəki bu ilahi nuru söndürərsə daha o şəxsdən şərəf, fəzilət və bir sözlə insanlıq gözləmək sadəcə əbəs olar.
   Əxlaq elmində bu qüvvəyə “vicdan” deyilir. Əlbəttə bəzi alimlər bu quvvəyə qəlb də deyirlər. Bu qüvvənin buyuruğuna əməl etmək sevinc və səadət amilidir. (məsələn, öhdəsindəki ağır məsuliyyəti yerinə yetirən adam qəlbən rahatlıq və asayiş hissi keçirir) Günah və  yaxud bəyənilməyən bir iş gördükdə isə sanki həmin qüvvə insanı danlayır. O gördüyü işdən peşiman olur və  peşimanlıq  onun çöhrəsində açıq-aydın hiss olunur. Onun siması “kaş bu işi etməyəydim!” cümləsini ifadə edir.
   Qurani-kərimdə “ləvvamə nəfs” adlanan vicdan nidası insanı qorxudaraq  ondan etdiyi nalayiq əməllərin  əvəzedilməsini tələb edir.
    Hamımız dəfələrlə vicdanın təsirindən fəsad, zülm, xəyanət və günahla dolu həyatını dəyişdirən insanları müşahidə etmişik.  Onlar ömürlərini pak, xeyirxah və şərəflə keçirməklə Allahpərəst insanlara çevriliblər.
   Bu ilahi qüvvəyə tabe olmaq və onu çalışdırmaq həmin qüvvənin inkişafına səbəb olur. Eləcə də ona qarşı etinasızlıq həmin qüvvənin zəifləməsinin başlıca amilidir. Buna görə də insan ilk dəfə bu qüvvəylə müxalifətçilik etdikdə narahat olaraq vicdan əzabına qərq olur. Əgər vicdanla müxalifətçilik davam edərsə,  insanın vicdanı tədricən zəifləyir və insan öz təbiətində pis və nalayiq işlərə qarşı heç bir əksüləməl hiss etmir. Belə olduqda bu ayənin bariz nümunəsinə çevrilir:
   “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!”(1)
   Dini proqramların əsas hədəflərindən biri də məhz bəşərin vicdanını daim diri və aktiv halda saxlamaq və onun zəifləməsinin qarşısını almaqdan ibarətdir.
   Namaz, həcc, dua, Quran tilavəti, nəsihətlər və s. kimi tərbiyəvi əməllər bir sözlə şəriətin əmrlərinə itaət etmək və qadağan etdiklərindən çəkinmək bu qüvvəni inkişaf etdirərək insana ali  dini vicdan və məsuliyyətlilik hissi  bəxş edir. Belə bir vicdan  İlahi xofun nişanəsidir.
   Dini vicdandır şeytan vəsvəsə edərkən insanın köməyinə tələsib onu günaha bulaşmaqdan qoruyan. Qurani-kərim bu barədə buyurur:
   “Allahdan qorxanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar”(2).
   Orucun tərbiyəvi faydalarından biri də vicdanın tərbiyələnməsidir. Oruc, dini vicdana tabe olmaqla pak və səmimi niyyətlə (ixlasla) yerinə yetirilən ibadətlərdəndir. Riyakarlıq kimi batil məqsədlər heç vaxt ona yol tapa bilmir. Çünki, səbr və “imsak”dan ibarət olan bu əməl Allaha itaət və vicdanın nidasına cavab vermək məqsədilə, pak niyyətlə yerinə yetirilmədikdə  oruc hesab edilmir. Belə şəxslər xəlvətcə yeməyə və insanların hüzurunda yeməkdən çəkinməyə qarirdirlər.
   Şübhəsiz məhz xəlvətcə və insanların hüzurunda imsak edənlər orucdurlar və həqiqi itaətə yiyələniblər. Həzrət Əli (ə) bu barədə buyurur:
   “Allah, imanı (bəndələrinin qəlblərini) şirkdən təmizləmək, namazı təkəbbür və məğrurluqdan paklaşmaq, zəkatı (yoxsullara) ruzi vasitəsi olması, orucu insanların (Allaha olan) sədaqət və səmimiyyətlərini sınamaq, həcci dinin güclənməsi, cihadı İslamın izzəti, “əmr be mərufu” (yaxşılıqlara dəvəti) adi xalq kütləsinin islahı, “nəhy əz münkəri” (pisıiklərdən çəkindirməyi) ağlı az olanların (itaətsizlik və günahlarının) qarşısını almaq, qohumluq tellərini birləşdirməyi saylarının çoxalması, qisası qanların qorunması, şəri cəza növlərinin icrasını haram və qadağan edilmiş şeylərə əhəmiyyət verilməsi, şərab içilməməsini ağılları qorumaq , oğruluqdan uzaqlığı paklaşmağı gerçəkləşdirmək , zina etməməyi soy və nəsillərin düzgün qalması, livatı (həmcinsbazlığı) tərk etməyi nəsil və övladların çoxalması, ........ salamı qorxulu yerlərdən xatircəmlik , imamət və rəhbərliyi xalqın nizam-intizamı və rahatlığı və itaət və tabeçiliyi imamətin böyük hesab edilməsi üçün vacib edib.”(3)
  Belə oruc tutan şəxs inkişaf etmiş dini vicdana yiyələnmişdir. Əminliklə demək olar ki, belə oruc insanda vicdanın qüvvətlənməsinə və məsuliyyət hissinin artmasına səbəb olacaq. Deməli vicdan inkişafının ardınca olan bütün insanlar oruc tutmalı və İslam dininin beş(4) əsasından biri olan bu əmələ etinasız yanaşmamalıdırlar.
                                                Allah orucunuzu qəbul etsin! Amin!

İstifadə olunan ədəbiyyat:
1. “Bəqərə surəsi”, 7-ci ayə.
2. “Əraf surəsi”, 201-ci ayə.
3. “Nəhcül-bəlağə”, 252-ci hikmət.
4.” Məhiccətül- bəyza”, 2-ci cild, səh: 122.
 
Ayətullah Safi Gülpayiqani:
"Mahe mübarəke rəməzan, məktəbe aliye tərbiyət və əxlaq"
Tərcümə etdi: Şəhriyar

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin
Müqəddəs İslam dinində namaz böyük əhəmiyyət daşıyır. Dinimizdə hər hansı vaxt, yer və ya şəraitdə namazın tərk olunmasıına icazə verilmir. Hər hansı bir şəxs diqqətsizlik, məsuliyyətsizlik, səhlənkarlıq üzrü ilə namazı tərk edə bilməz.
 Qurani-kərim namaza etinasız yanaşanı, səhlənkarlıq edib şəri səbəb olmadan onu təxirə salanı şiddətli şəkildə məzəmmət edir:
“Namazlarından qafil olanarın (səhlənkarlıq üzündən namazı vaxtında qılmayanların) vay halına! (1)
 Namaz istisnasız olaraq yerinə yetirilməsi vacib olan yeganə ibadətdir. Yəni namaz hətta insan ölənədək hər bir şəraitdə ona vacibdir. Çünki, o, insanı çirkin əməllərdən, pisliklərdən qoruyan güclü amildir. Quran bu barədə buyurur:
 “(Ey Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtlı-vaxtında) namaz qıl. Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir.”(2)
Allah-taala Qurani-kərimdə namazın islahedici təsiri haqqında buyurub:
 “Həqiqətən insan (sərvətə) çox həris (tamahkar və hövsələsiz) yaradılmışdır!  Ona bir pislik üz verdikdə fəryad qoparır,  bir xeyir nəsib olduqda isə xəsis olur. Daim namaz qılanlar isə istisnadır!”(3)
 Oruc, həcc və s. kimi vacib əməllər bu ilahi hökmdən müstəsnadır; məsələn səfər zamanı oruc vacib deyil. Namaz isə səfərdə də vacib olaraq qalır. Əlbəttə bəzən namaz da kəmiyyət və keyfiyyət baxımdan fərqli olaraq qılınır. Deməli namaz qılmaq üçün olan çoxlu təkidlər onun əhəmiyyətinə dəlalət edir. Ona görə də namaz dinin sütunu hesab olunur. Əlbəttə başqa bir hədisdə namaz (müfəqqəti məskulaşmaq üçün qurulan) çadırın dirəyinə də bənzədilib. İslam Peyğəmbəri (s) buyurub:
 “Namaz çadırın dirəyi kimidir. Dirək sabit qalarsa örtük, mıx və kəndirlər faydalıdır. Əks-təqdirdə heç birinin faydası yoxdur, çadırdan da əsər-əlamət qalmayacaq”.(4)
  Namaz Allah dərgahında qəbul olarsa bəndənin digər əməlləri də qəbul olacaq. Qiyamət günü namaz qılanın sorğu-sualı asan olacaq. Onu yüngül sayanın sorğu-sualı isə çətin olmaqla yanaşı, heç bir şəxsin şəfaətindən yararlna bilməyəc.
İmam Sadiq (ə) buyurub: “Bizim şəfaətimiz heç vaxt namazı yüngül sayanlara şamil olmaz”(5)  
 İmam Əli (ə) namaz barədə buyurur:
 “Namaza riayət edin! O, möminin meracı, dinin sütunudur. Qiyamətdə bəndədən öncə soruşulan sorğu da namaz haqqında olacaq. Bəndənin namazı qəbul olduğu təqdirdə, digər əməllər də qəbul olur. Qəbul edilməyib hesaba alınmadıqda isə heç bir əməl insan üçün faydalı olmaz. Onu qoruyun (onu vaxtında qılmaq fəzilətlindən xəbərsiz olmayın). Çoxlu namaz qılın! Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki, Quranda buyurulduğu kimi:
كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا
“Namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir.”(6)
Quranda buyurulub:
Cəhənnəm əhlindən
مَا سَلَكَكُمْ فِي سَقَرَ قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ
“Nə üçün cəhənnəmə düşdünüz” deyə soruşulduqda, belə cavab verəcəklər: “Biz namaz qılanlardan deyildik”.(7)
  Namaz, (ağacdan) yarpaqların  töküldüyü kimi günahları tökür, maddi və mənəvi porblemləri həll edir - düyünləri açır. Allahın Peyğəmbəri (s) beşlik təşkil edən namazı, insanın qapısının kənarında olan su çeşməsində beş dəfə yuyunmağa bənzədib. Belə olduğu təqirdə namaz qılanın bütün çirkinlikdən paklanacağı aydın olur. Dünya sərvətinin parıltısı namazın dəyərini bilən möminin gözünü bağlamaz, onun üçün mal-dövlət və övlad eşqi namazdsan önə keçməz. Eyb və nöqsanlı sifətlərdən pak və uzaq olan Allah buyurur:
 رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ
  “O kəslər ki, ticarət, alış-veriş onları Allahın zikrindən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.”(8)
 Allahın Peyğəmbəri (s) Cənnətlə müjdələnməsinə baxmayaraq, özünü namaz üçün çətinliyə salırdı (çox namaz qılırdı). Onun çolxu namaz qılmasına səbəb, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın buyuruğu
وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْها
“Əhli-beytinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et”(9) ayəsi idi. Buna görə də o həzrət (s) yaxınlarını namaza çağırır, özü də onu səbrlə yerinə yetirdi.”(10)
Yuxarıdakı ayənin sonunda (Taha surəsinin 132-ci) Allah taala buyurub: “...(Gözəl) aqibət təqva sahiblərinindir”. Məlum olur ki, təqvalı olmaq üçün namaza diqqət yetirmək lazımdır. Bu məsələyə hədislərdə də işarə olunub:
“Hər bir təqvalı şəxs namaz qılmaqla Allaha yaxınlaşır”.(11)
 Namaz problemləri, çətinlikləri aradan qaldıran mənəvi amildir. Allahın Peyğəmbəri (s) bir müşküllə üzləşdikdə namaza üz tutar, ondan kömək istər və namaz barədə deyərdi : “Ümmətimə vacib olan ilk şey, birinci növbədə qəbul olunacaq və ilk olaraq barəsində soruşulacaq əməl namazdır”(12)
 Həzrət Əli (ə) buyurur: “ Hər bir şeyin siması olduğu kimi sizin dininizin siması da namazdır.”(13)
Bəli, namaz dinimizin siması olduğu kimi həm də o, təqvalıların vəsfi, möminlərin saleh bəndələri tanıdan xüsusiyyət və ilahi əmrdir.(14)
 Elə isə Qurani-kərimin namaz haqqında əmrinə tabe olmalıyıq. Vaxtlı-vaxtında, lazımınca namaz qılmalı Allahdan kömək diləməliyik.(15)
 
Namazın maddi və dünyəvi təsiri
 Bəzi insanlar maddi ehtiyaclarını, problemlərini aradan qaldırılmaq üçün namaz qılmağa başlayır. Belə şəxslərin namazı müvəqqəti olur. Problemlər öz həllini tapdıqdan sonra onlar namazdan uzaqlaşır. Halbuki, bizim namaza olan ehtiyacımız daimidir. Yəni insan həddi-büluğ yaşından dünyasını dəyişənədək namaz qılmalıdır. Allah taala buyurub:
 “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (16) İbadətlərin fəlsəfi təhlili ondan ibarətdir ki, insanı təkamülə, mənəvi tərəqqiyə doğru aparır.  Əlbəttə insan ibadət vasitəsi ilə Allah taaladan kömək istəyib maddi problemlərini də aradan qaldıra birər. Allah taala insanları buna dəvət edib: “(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyil.”(17)
 Ehtiyacları aradan qaldırmaq üçün dini ədəbiyyatda tövsiyə olunan xüsusi müstəhəb namazlar var. Əbu Ubeyd Xədda deyir: İmam Baqirlə (ə) birlikdə idim. Dəvəm itmişdi. İmam buyurdu: “İki rikət namaz qıl, sonra de: Ey Allahım! Sən hər itəni qaytaransan, mənim də itirdiyimi mənə qaytar! Sonra İmam (ə) buyurdu: “Yaxın gəl, mənim miniyimə süvar ol! O həzrətin miniyində gedirdik. Gözümə bir qaraltı göründü. İmam (ə) buyurdu: Bu sənin dəvəndir. Diqqət etdikdə öz dəvəmi gördüm”(18)
İmam Rza (ə) buyurub: “Namaz insanı təvazökar etdiyi üçün vacib olub, onunla dini və dünyəvi istəklər həyata keçir”.(19)
 İmam Rza (ə) bu kəlamda namazı dini və dünyəvi nemətlərin artmasının amili hesab edir. İnsan namaz qılmaqla o nemətləri əldə edə bilər.
 Deməli insan namaz qılmaqla həm ilahi əmrə itaət edir, həm də məhz onun vasitəsilə istəklərini Allahdan diləyir. Bəndənin namazı dərgahda qəbul odluqda, Allah taala onun maddi - mənəvi ehtiyaclarını ödəyir. Namaz, əbədi səadətə çatmaq üçün insanın yardımçısına çevrilir.
 “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”(20)


İstifadə olunan ədəbiyyat:                       
1- “Maun” surəsi, 4-5-ci ayə.
2- “Ənkəbut” surəsi, 45-ci ayə.
3- “Məaric” surəsi, 19-22-ci ayələr.
4- “Mən la yəhzurul fəqih”, c:1 s:639.
5- “Vəsailüş-şiə”, c:3, s: 17.
6- “Nisa” surəsi, 103-cü ayə.
7- “Muddəssir” surəsi, 42-43-cü ayələr.
8- “Nur” surəsi, 37-ci ayə.
9- “Ta-ha” surəsi 132-ci ayə.
10- “Nəhcül-bəlağə”, 199-cu xütbə.  
11- “Biharül-ənvar”, c:10, s:99.
12- “Kənzül-əmal”, c:7, s:1885.
13- “Biharül-ənvar”, c:82, s:227.
14- “Bəqərə”- 3, “Tövbə”- 71, ”Həcc”- 78.
15- “Bəqərə” surəsi, 45-ci ayə.
16- “Əraf” surəsi, 205-ci ayə.
17- “Bəqərə” surəsi, 45-ci ayə.
18- “Məkarimül-əxlaq”, c:1, s:552.
19- “Vəsailüş-şiə”, c:3, s:5; “Mən la yəhzurul fəqih”, c:1, s:70.
20-  “Rəd” surəsi, 28-ci ayə.




                                                                                 Hazırladı: Şəhriyar

                    





Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


"Zimmə" əqdinin oxunma qaydası və şərtləri


"Zimmə" əqdi, digər əqdlər kimi mehriban və bağışlayan Allahın adı ilə başlayır, iki tərəfin razılığı ilə yerinə yetirilir, sonda isə şahidlərin imzası ilə bitir. "əhli-kitab" "zimmə" hökmünün vasitəsi ilə özlərinə İslam torpaqlarında sığınacaq tapır, özlərini orada asudə və azad hiss edirlər. Amma əqdi oxumazdan öncə bir neçə şərt var ki, bunlara "əhli-kitab"ın əməl etməsi vacibdir:


1. Cizyənin (vergi) ödənməsi.
2. İslam qanunlarının ziddinə əməl etməkdən çəkinməli.
3. Müsəlmanlara əziyyət etməkdən çəkinməli,
4. İslam dövlət qanunlarına ehtiram etməli,
5. İslam düşmənlərinə kömək etməmək.


Mərhum Şeyx Tusi "əl-Xilaf" kitabında belə yazır:
Əgər "zimmə əhli" İslam şəriətində günah sayılan bir iş görərsə (zina, oğurluq, qətl), ona İsalmi hədd (cəza) tətbiq etmək vacibdir. Çünki "zimmə" əqdi oxunan zaman onlara İslam qanunları xatirladılıb və onlar tam məsuliyyətlə bunu qəbul ediblər. Amma öz şəriətlərində halal və doğru sayılan bir iş görərlərsə (donuz əti yemək ya şərab içmək), onları cəzalandırmaq vacib deyildir. Əlbəttə əgər onlar bu günahı aşkara və ictimai yerlərdə etsələr, cəzalanmalıdırlar.


"Cizyənin" ödənməsi


Cizyə İslam dini terminologiyasında bir növ hədiyyədir. Yəni İslam dövləti onlar üçün əmin-əmanlığın və toxunulmamazlığın təmin edir və onlar da bunun müqabilində İslam dövlətinə hədiyyə verir.


Cizyənin miqdarı.


"Cizyə"nin miqdarının təyin olunmasında aşağıdakı şərtlər var:
1) "Cizyə"nin miqdarı yalnız İslam dövləti tərəfindən təyin olmalıdır.
2) "Cizyə" hər ilin axırında ödənilməlidir. Ödəyə bilməyənlərə ödəmək üçün vaxt verilir.
3). Yoxsul "cizyə" ödəmir. Uşaqlar və qadınlar "cizyədən" azaddır.
4) "Cizyə"nin miqdarı az olmalıdır.


"Zimmə" müqaviləsindən sonra "əhli-kitab"ın bütün məsuliyyəti İslam dövlətinin öhdəsində olur. İslam dövləti onların hüquqlarının qorunmasında məsuliyyət daşıyır. Eyni halda da "əhli-kitab" öz hüquqlarından tam istifadə etmək hüququna malik olurlar. İmam Səccad (ə) buyurub: "Allah–taala bu haqqı onlar üçün qərar verib. Onlar "zimmə" müqaviləsinin şətlərinə əməl etdiyi zaman, heç bir əziyyətə məruz qalmamalıdırlar.
İslam dininin "əhli-kitab"ın təhlükəsizliyini qorumaq üçün nəzərdə tutduğu bəzi qanunları sizin nəzərinizə çatdırırıq:


1. Toxunulmamazlıq.


Bu qanun onları iki halda qoruyur:
a) Heç bir müsəlmanın "əhli-zimmə"nin canına və malına zərər vurmaq haqqı yoxdur.
b) İslam dövləti onların canı və malını bütün düşmənlərindən qorumalıdır.
Böyük İslam Peyğəmbəri (s) bu haqqda buyurub:
"Hər kəs "əhli-zimmə"yə zərər yetirsə, qiyamət günü özüm onların haqqını təcavüzkardan tələb edəcəm".
İmam Həzrət Əli (ə) byurub:
"Bizimlə əhd-peyman bağlamış və bizə cizyə verən insanların, namusu namusumuz, canı canımız və əmlakı əmlakımız olmalıdır".


2. Din azadlığı.


"Kitab-əhli"nin Allaha, Peyğəmbərə və qiyamət gününə imanları vardır. Buna görə də İslam dini onları bütpərəstlərdən ayırıb və onların əqidəsinə ehtiram qoyur. Allah-taala Qurani-kərimin Bəqərə surəsinin 136-cı ayəsində buyurur:
"(Ey mö’minlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə də’vət etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə, İshaqa, Yə’quba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (mö’cüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!".


3. "Əhli-zimmə"nin məhkəmə hüququ.


a) Əgər "əhli-zimmə" ilə hər hansı bir müəlman arasında dartışma olarsa, "əhli zimmə"nin İslam məkəməsinə müraciət və hüquqlarından müdafiə etmək haqqı vardır.
b).Əgər bu hal iki "əhli-zimmə" arasında baş verərsə, yenə də islam məhkəməsindən istifadə etmək hüququna malikdirlər.
Allah-taala Maidə surəsinin 42-ci ayəsində buyurur:
"Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!".
s) "Əhli-kitab" zimmə qərarından sonra İslam torpağının hər bir guşəsində özləri üçün yaşayış məntəqəsi qura bilərlər.


4. Ticarət haqqları.


"Əhli-kitab" üçün İslam dövlətində ticarət baxımından heç bir çətinlik və qadağa yoxdur. Müsəlmanlar və "əhli-kitab" bir –birləri ilə alver edə və bir-birlərindən borc alıb verə bilərlər. "Əhli-kitab" zimmə qanunundan sonra müsəlmanlar üçün zamin, vəkil və şahid ola bilərlər. Onlar müsəlman bazarlarında sərbəst ticarətlə məşğul ola bilərlər.


Allah–taala Maidə surəsinin 5-ci ayəsində buyurur:
" Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!".


5. Ailə qurmaq haqqı.


Allah-taala yuxarıda qeyd etdiyimiz ayənin ardınca müsəlmanların onlarla və ya onların müsəlmanlarla ailə qurmasına icazə verir.
Müqəddəs İslam dini 1400 il bundan qabaq, bu və digər məsələlərdə onların ehtiramını saxlamışdır. Onlarla İslam qanunları çərçivəsində rəftar etməyi qərarlaşdırmış və onları heç də müsəlmanlardan ayırmamışdır.
İslam onlar üçün elə bir hüqular nəzərdə tutmuşdur ki, hətta onlar bir-birləri üçün belə bir hüquq tanımırlar.
1658-ci ildə Fransada Protestant məzhəbi rəsmi şəkildə qadağan olunaraq, protestant rəsmiləri həbsə göndərildi və bunula bərabər bütün hüquqları əllərindən aliıdı. 1715-ci ildə də belə bir qanun qəbul olundu ki, hər kəs Katolik dinində olmasa onlarla hər bir əlaqə qurmaq qadağandır (hətta ailə qurmaq). Amma bunun müqabilində əziz İslam Peyğəmbəri (s) öz müqəddəs əməlləri ilə dünya insanlarına, insanlığın nə olduğunu sübut edir. Böyük İslam Peyğəmbəri həm müsəlmanların, həmdə "əhli-kitab"ın qayğısına qalır və onların dəfn mərasimlərində iştirak edir, xəstələrinə baş çəkir və fəqirlərinə yemək aparırdı.
Həzrət Əli (ə) "əhli-kitab"ın fəqirlərinə yemək paylayardı.
Belə misallardan yüzlərlə yazmaq olar. Çünki, İslam dininin ən böyük gözəlliklərindən biri də, bütün səmavi dinləri qəbul etməsidir.
İmam Əli (ə) Misrin valisi Malikə yazdığı məktubdan bir hissə ilə bu məqaləni sona yetirirəm:
"Ey Malik! Vilayətində yaşayan insanları əsla incitmə və onlara əziyyət etmə! Çünki o insanlar, səninlə ya həmdindirlər ya da həmcins. Əgər həmdin olsalar sənin mömin qardaşın, əks halda isə Allahın yaratdığı bəndələrdirlər".


Əlavələr:


1. İslamda sülh və döyüş, 266
2. Azlıqların hüquqları, 9-15
3. İslam və hüquq, 137
4. Beynəlxalq İslam hüquqları
6. Əl-Məbsut fil-fiqh, 448
7. Əl-Xilaf, 5/539
8. Vəsayiluş-şiə, 11/96
9. Furu əl-kafi, 1/161
10. Təhrirul-vəsilə, 2/448
11. Mərifət jurnalı, 9/36


Hazırladı: Emil

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Dünyada azlıq təşkil edən dinlərin hüququnun qorunması və onlara hüquq verilməsi beynəlxalq təşkilatların daim proqramında var. Amma təəssüflər olsun ki, bu günə kimi hələ bu məsələ barədə bir qərar çıxarılmayıb.

İslam qanunları, azlıq təşkil edən dinləri ehtiramla qarşılayır və qanun çərçivəsində onalara xüsusi yer ayırır. İslam baxımından azlıq təşkil  edən dinlər xiristianlıq, yəhudilik və məcusluq (atəşpərəstlik) nəzərdə tutulur. İslam dini terminalogiyasında bunlara "əhli-kitab" deyilir. Onlar İslam dini qanunlarında "zimmə" adı altında müsəlman torpaqlarında yaşaya bilərlər.

 "Zimmə" qanununun həqiqəti nəinki onların məqamını aşağı salmaq, bəlkə onların İslam torpaqlarında asudə və azad yaşamaları üçün bir qanundur. İlk dəfə bu qanunu Həzrət Peyğəmbər (s) icra edib və bizim üçündə bu bir sünnət və qanun olaraq qalmaqdadır. Bunu da qeyd edək ki, İslam dinində ən çox səs–küylə qarşılanan qanunlardan biri də "zimmə" qanunudur. Bəzi nadan insanlar bu qanunun necə icra olmasından xəbərsiz  olduqları üçün İslam qanunlarına qarşı çıxır və İslam dinini ayrı-seçkilik salmaqda ittiham edirlər. Amma bilməliyik ki, bu qanun səmavi dinlərin içində yalnız İslam dinində mövcuddur. Başqa dinlərdə bu qanunun olmaması, xristianlarla yəhudilərin tarix boyunca qüdrətə çatdıqda bir-birlərinə qarşı soyqırımlar törətməsinə səbəb olmuşdur. Misal olaraq: Yəmən yəhudiləri nəcranlıları (xristian) diri-diri yandırıblar və ya yəhudilər Rum xristianları tərəfindən öldürülərək o, torpaqlardan çıxarılıblar. Bir çox xristian dövlətlərində yəhudilərin heç bir hüququ olmayıb. Xristianlar hətta öz içərilərində də firqələr arası bir- birlərini öldürüblər. 1636- cı ildə İngiltərə parlamenti belə bir qanun çıxarır ki, hər kəs kilsəyə qarşı çıxsa və onun qanunlarına əməl etməsə, edam olunacaq. 1688-ci ildə Protestantlıq İngiltərənin rəsmi dini elan olunur və qanun çıxarılır ki, heç bir katolikin haqqı yoxdur özünə aid olan dini mərasim keçirsin. 17-ci əsirdə katoliklər Fransada hakimiyyətdə olanda protestantların bütün hüquqları əllərindən  alınmış və hətta öz ölülərini dəfn etməyə belə haqları olmamışdır. 17-ci əsirdə olan bir çox hadisələr dünya xalqlarının sanki yuxudan ayılmasına səbəb oldu. İkinci dünya savaşından sonra "BMT", milli və dini azlıqların hüquqlarının bərpası haqqında qərar qəbul etdi. Hətta "milli və dini azlıqların əzab-əziyyətinə son qoyulsun" şüarını da səsləndirdilər. Bunun ardınca 1946-cı ildə azlıq təşkil edən millətlərin və dinlərin müdafiəsi üçün kommisiya təşkil olundu. Kommisiya 1952-ci ildə bu məsələ barəsində ciddi təhqiqatlar və mütaliələr aparmağa başladı. 1956-cı ildə təhqiqatlar sona çatdı. Bundan sonra isə 1960-cı ildə "Yuneska" cəmiyyəti meydana gəldi və bu işlə ciddi məşğul olmağa başladı...

Bütün bu sayılanlara baxmayaraq konkret (mütləq) şəkildə elə bir təşkilat və ya cəmiyyət olmadı ki, o insanların qayğısına qalsın və onlarla xüsusi qanun çərçivəsində rəftar etsin. Bütün səylər siyasi hədəflər üçün yerinə yetirilirdi. Hətta 20-ci əsrin "rabitələr və danışıqlar əsri" adlandırılmağına baxmayaraq yenə də bu məsələyə toxunan olmadı. Toxunanar da qeyd etdiyimiz kimi öz siyasi hədəf və maraqları  üçün  çalışırlar (Amerikanın insan haqqları və onun qorunması şüarı kimi).

Yuxarıdakı qeydləri mövzuya giriş olaraq siz əzizlərin nəzərinə çatdırdıq...

 Amma baxaq görək müqəddəs İslam dinində bu məsələ necə qiymətləndirilir?

İslam dinində kimə yadelli (biganə) deyilir?

Yadelli termininin hər sahədə xüsusi mənası var. Məsələn: "yadelli" həmvətən sözünün antonimidir. Amma müqəddəs İslam dinində müsəlman olmayanlara yadelli deyirlər. Deməli bir dövlətdə yaşayan insanlar həm vətən sayılırlar, amma bu insanlar müxtəlif dinlərə qulluq edirlərsə, dini baxımdan bir-birlərinə yad hesab olunurlar. Buna görə də İslam dini sərhəd tanımır. Hər kəs hər millətdən İslam dinini qəbul edirsə, o şəxs, İslam ailəsinin bir üzvü hesab olunur. Buna görə də Allah–taala Quranda İslam ümmətindən danışmış və insanların arasında milliyyətinə görə fərq qoymamışdır. İslam ictimaiyyətində yaşayan insanlar yalnız təqva və dindarlıqları ilə bir-birindən fərqlənirlər. Böyük İslam mütəfəkkiri, filosof və Quran təfsirçisi Əllamə Məhəmməd Hüseyn Təbatəbayi Təbrizi bu məsələyə işarə edərək belə deyir: "İslam ictimaiyyətinin sərhədlərini etiqad təyin edir və bu işdə torpaq, millət və irsiyyətin heç bir rolu yoxdur. Ümmət sözü bir millət, həmvətən, yerli ya həmşəhər mənasına deyil, bəlkə əsaslı və köklü mənəvi birliyi çatdırır. Müsəlmanlar arasında bu birlik 19-cu əsrə qədər davam gətirə bildi. Elə ki, Qərb aləmi dünyada özünə xüsusi yer tutdu, millətpərəstlik , millətlər arasında hakim oldu.Və hər kəs öz doğulduğu yerlə tanındı və şəxsiyyət tapdı. Bu gündə müsəlman dövlətləri arasında bu qanun hakimdir. Belə olan halda kafir və müsəlman həmvətən və eyni hüquqa malik olur.
 
Bunu da qeyd edək ki, həmvətən olmaq iki yerə bölünür "ümmi" və "milli".
"Ümmi" yəni heç bir milliyət nəzərə alınmır və fəqət din nəzərdə tutulur. "Milli" də bunun əksinə olaraq, yəni heç bir din nəzərdə tutulmur. Əgər bir nəfər bir məkanda doğulubsa və o məkanın dilində danışırsa və orada yaşayanların millətindəndirsə o şəxs orada yaşayanlarla həmvətən sayılır. Müqəddəs İslam dinində həmvətən deyəndə, həm din və həm əqidə nəzərdə tutulur. İslam dininin nəzəri daim "ümmidir" nə "milli".

"Əhli-kitab" ya "zimmə" kimə deyilir?

"Əhli-kitab" ya "zimmə" o şəxslərə deyilir ki, İslam torpaqlarında yaşamaları üçün icazəli olalar və dinləri xristian, yəhudi, ya da məcus (atəşpərəst) olsun. İslam dini hökmlərinə əsasən fəqət "əhli kitab"ın "zimmə" müqaviləsi bağlamaq hüququ var. Bu müqavilə "Əhli-kitab" üçün başqa dinlərə nisbətən bir üstünlükdür. İlk dəfə İslam Peyğəmbəri (s) bu müqaviləni Allahın lütfi ilə icra edib. Hər vaxt "Əhli-kitab" İslam torpaqlarında yaşamaq istəsə bu qanundan istifadə edib öz hüququnu əldə edə bilər. Belə olan halda İslam dövlət orqanları da onları müdafiə edəcəkdir. Bu müqaviləni bağlayanlar digər dövlətlərlə də iqtisadi və ya digər əlaqələr qura bilər. Onlar öz işlərində azaddırlar və İslam dövləti də onların hüququnu qoruyur. Bu qanun İslam dininin sülhsevərliyini və millətlər arası sülhün və azadlığın tərəfdarı olmasına dəlildır. Bunu da qeyd edək ki, bir çox əhli sünnə alimləri "zimmə" qanununu fəqət "Əhli-kitab"a aid olmadığını deyirlər. Onların nəzərincə hər kəsin bu qanundan istifadə etmək hüququ var.

"Zimmə" qanununun faydası:

Müqəddəs İslam dininin bu qanundan əsl məqsədi dövlətdə əmin-əmanlığın qorunması və İslam dövlətində yaşayan azlıq təşkil edən insanların özlərini tənha və kimsəsiz hiss etməməsidir. "Zimmə" qanunu onlara icazə verir ki, yaşadıqları dövlətdə, dövlət qanunlarına dəxalət etsinlər və dövlətin xeyrinə olan işləri dövlətdən əsirgəməsinlər.

Ardı var...

Mənbə: Mərifət jurnalı, 9-cu say, səh.;7

Tərcümə etdi: Emil

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Hədd

İslamda, dində təsis edilmiş qanunlardan biri də "həddir". Misal üçün; bir nəfər spirtli içki içərsə və bu iş, "lazımı" yollarla sübut olunarsa, içki içən şəxsə 80 şallaq vurulmalıdır. Eləcə də bir insan oğurluq edərsə müəyyən şərtlər çərçivəsində onun əli kəsilməlidir və s.

Insan zina, homoseksuaaaalizm, içki içmə, oğurluq və bu kimi işlər üçün hansı cəzaların nəzərdə tutulduğunu bilsə, bu işlərə çox az meyl göstərər. Nəticə etibarı ilə yuxarıda qeyd olunan işlərin pis təsirlərinə və xəstəliklərinə düçar olmaz. Hədd, qisas, diyə və İslam dininin bir çox qanunlarından əhəmiyyəti, belə cəzaları olmayan ölkələrin cinayət və cinsi ya qeyri-cinsi xəstəliklərin statiskasına müraciət edib bu statiskanı belə cəza qanunlarını layiqincə yerinə yetirən ölkələrlə müqayisə etdikdə aydın olur.

             

Diyə

Islam dininin qanunlarından biri də, "Diyədir"

Diyənin bariz nümunələrindən biri qərəzsiz qətl, yaxud bir şəxsin bədən üzvülərindən birini sıradan çıxarmaqdır. Belə bir vəziyyətdə bu qanunun cismani, ictimai və axirət ziyanlarındakı profilaktik rolu tamamilə aydın olur. Ölkədaxili və ölkədənkənar cismi zərərlərin statistikasını müqayisə etməklə, döyülmə nəticəsində baş vermiş yaraların və bədən üzvülərinin naqisliyinin ölkəmizə nisbətən xaricdə daha çox olduğunu müşahidə etmək olar. Bunun ən başlıca səbəbi, "diyə" qanununun olmamasıdır.

 

 

Qisas  

 

"وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَاْ أُولِيْ الأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ"

(Bəqərə surəsi, 179.)

"Ey ağıl sahibləri, qisas sizin üçün həyat deməkdir. Bəlkə bununla pis işlərdən çəkinəsiniz."

Bir nəfər qəsdən qətl törədərsə və ya bir nəfərin bədənini zədələyərsə, öldürülmüş insanın qan sahibinin, həmçinin zədələnmiş insanın qisas almağa haqqı vardır. Qeyd etmək lazımdır ki, bu işlər məhkəmə yolu ilə görülməmişdir. Islam dininin bu qanunu, bir tərəfdən cəmiyyətin hər bir insanlarının təhlükəsizliyinə səbəb olur. Ona görə ki, qisas hökmü olmasaydı daşürəkli insanlar cinayət törətməkdə özlərini sərbəst hiss edərdilər və beləliklə günahsız insanların canı təhlükədə olardı. Qisas hökmü olmayan ölkələrdə qətl və cinayətin sayının sürətlə artması buna əyani sübutdur. Digər tərəfdən, qətl törətmək istəyən insanın öz canı da amanda qalır, çünki qisas qanunu onun fikrini insan öldürməkdən və yaralamaqdan bir az da olsa çəkindirir. (Bu halda şəxs öldürülmüş insanın qohumları tərəfindən intiqam olunmaq, vicdan əzabı, yaralanmaq qisas və sair kimi ağır nəticələrə düçar olmaz. Beləliklə qətl törətmək istəyən şəxs qisası və onun sonunu düşündükdə bu işdən çəkinər). Üçüncü bir cəhətdən isə, qisasdakı bərabərlik prinsipi (öldürülən bir şəxsin müqabilində yalnız bir şəxsin (qatilin) qisas olunması) ardıcıl qətillərin qarşısını alır və bir qətlin ardınca bəzən bir neçə qətl yaranmasına səbəb olan cahillik adət-ənənələrinə son qoyur. Bu yolla da cəmiyyətin həyatının sərmayəsi təmin edilir. Qeyd etmək lazımdır ki, qisas hökmü yalnız qatilin bağışlanmadığı surətdə icra olunur və bununla da şərti bir həyata başqa bir qapı açılır.

 

Qisasla insanların sağlamlığı və uzunömürlülüyü  arasında ziddiyət yoxdurmu?

Doğrudur, ilk baxışdan qisas almaqla bir nəfər öz canını itirir. Amma bəzən cəmiyyətdə hər bir insanın sağlamlığını təmin etmək üçün bu işin görülməsi zəruri olur. Belə ki, cəmiyyətin dərrakəli insanları öz yersiz təssübkeşliklərini kənara qoysalar, bu işi qəbul edərlər. Qisas, alaq otlarını biçməyə bənzəyir. Bu otlar biçilməzsə meyvə və sair bitkilərə zərər vurarlar.

Bir caninin canını qorumaq üçün bütöv bir cəmiyyətin canınının təhlükəyə salınması ağılla düz gəlmir.

Qisas, bədən üzvlərindən birinin qaralması ilə onun başqa üzvülərə keçilməməsi üçün kəsilib atılmasına bənzəyir.

 

Ustad Şəhid Mütəhhərinin bu barədə sözü

 

O deyir: "Sədi Şirazidən bir şer oxuyuram:

İti dişli yırtıcıya mərhəmət

Mal-qaraya insafsızlıqdır, əlbət.

Yüzlərlə ya minlərlə qoyun parçalamış bir canavarı tutub öldürmək istəyərkən kiminsə mərhəmət hissi oyanmamalıdır. Bilmək lazımdır ki, bu cür mərhəmət qoyunlara qarşı qəddarlıq deməkdir. Bu bir misaldır. Sədinin məqsədi budur ki, "zalım insana rəhm etmək, məhrum insanlara qəddarlıqdır" deməkdir. Zəif insanlar sitəmkarlara rəhm edərlər. Eynilə bu mövzu bu gün də müzakirə olunur. Əksər insanlar deyirlər: "Edam hökmüylə cəzalandırmaq nə deməkdir?! Edam cəzası insaniyyətdən uzaq bir hökmdür. Bu insan haqlarının pozulması və humanizmin ziddinədir. Bir sözlə cani hansı cinayət törədirsə törətsin, edam edilməməlidir. Belə insanlar öz sözlərini necə izah edirlər? "Canini islah etmək lazımdır" - deyirlər.

Qəribə sofistikadır. Şübhəsiz ki, insanları islah etmək lazımdır. Amma cinayət törətməmişdən öncə islah olunmalıdırlar. Cinayət törətməyə icazə vermək olmaz.

Biz bu gün cinayətkarları islah etmək bəhanəsilə cinayət üz verdikdən sonra onları islah etsək, cinayət etmək istəyənlərə yaşıl işıq göstərmiş olarıq. Bizim bu işimiz cinayətkarları cinayətə həvəsləndirmək olar. Cinayətkar (öz özünə) deyər: indiyədək cəmiyyət məni islah etmək fikrində olmayıb. Uşaqlıqdan atam mənə düzgün tərbiyə verməyib. Böyüdükdən sonra heç kəs məni islah etməyib. Gedək cinayət edək bizi zindana salsınlar, bəlkə orada bizi tərbiyə etdilər və adam olduq. Deməli islah olmağımız üçün cinayət etməliyik.

 

Adil Əhmədov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

   Azan bütün müsəlmanlar tərəfindən qəbul edilən ən böyük İslami şüarlardan biridir. Təəssüflər olsun, İslam peyğəmbəri (s) zamanında hər gün dəfələrlə elan olunan bu əzəmətli şuar o Həzrətin (s) vəfatından sonra baş vermiş məlum hadisələrə əsasən ixtilaf və təhriflərə məruz qaldı. Peyğəmbərdən (s) nəql edilən hədislərin nəşr və yazılmasının qadağan edilməsi, Bəni-üməyyənin Əhli-beyt (ə) ilə müxalifət edib dini şuarları zəifləşdirməsi hesabına “Həyyə əla xəyril əməl” zikrini ləğv edib, əvəzinə “Əssəlatu xəyrun minən nəvm” zikrini əlavə etməsi və s. məsələlər İslamın dəyanət və birlik simvolu olan azanın müsəlmanlar arasında ixtilaf məsələlərdən birinə səbəb oldu.
Əhli-sünnət “Həyyə əla xəyril əməl” zikrinin ləğv edilməsinə və “Əssəlatu xəyrun minən nəvm” zikrinin deyilməsinə təkid edərkən, bu arada Əhli-beyt (ə) davamçıları təkidlə “Əssələtu xəyrun minən nəvm” zikrinin ləğvini və “Həyyə əla xəyril əməl”-lə Peğyəmbərə (s) şəhadət verdikdən sonra Vilayətə şəhadət verməklə azanı İslam və Əhli-beyt (ə) məktəbinin şuarı qərar verdilər. Tarix boyu bu iki məsələ (“Həyyə əla xəyril əməl”və vilayətə şəhadət vermək) şiə və onun hakimiyyətinin əlamət və nişanəsi olmuşdur. Misal olaraq qeyd edək ki, 122-ci hicri ilində baş vermiş Zeyd ibn Əliyyuş Şəhid qiyamında göstəriş verdi ki, azançı “Həyyə əla xəyril əməl” desin. (əl - əzan Şəhristani, səh 352). Habelə onun şəhid oğlu Yəhya ibn Zeyd də bu göstərişi vermişdir.
Habelə təqiyyə şiənin üzərindən götürüldükdən sonra üçüncü şəhadət “Əşhədu ənnə Əliyyən Vəliyyullah” da rəsmiləşdir. Muhəmməd Təqi Məclisi deyir: “Şiənin əməli əvvəl dünlərdən belə olmuşdur.” (Rovzətul muttəqin, cild 2, səh 245).
Şeyx Səduqun dediklərindən məlum olur ki, bir dəstə üçüncü şəhadəti (“Əşhədu ənnə Əliyən Vəliyyullah”) daima demişlər. (“Mən la yəhzuruhul fəqih” cild 1, səh 290). Tarixdə qeyd olunmuşdur ki, Əhməd ibni Əbdullah 291-ci ildə Həms şəhərinə daxil olarkən, “Əşhədu ənnə Əliyən Vəliyyullah” (Şəhadət verirəm ki, həqiqətən Əli Allahın vəlisidir) və “Həyyə əla xəyril əməl” (Əməllərin ən yaxşısına tələsin) bu iki cümlənin deyilməsinə göstəriş verdi. (“Bəqiyyətut-talib”, cild 2, səh 944, müəllif: ibni Qədim.)
İbn Bətutə öz səfərnaməsində 729-cu ildə Bəhreynin Quteyf şəhərinin sakinləri haqqında məlumat verərkən belə qeyd etmişdir: Şəhərin azançısı ikinci şəhadətdən sonra (“Əşhədu ənnə Əliyyən Vəliyyullah”) – deyərdi. (əl əzan Şəhristani, səh 413)
Şiə alimləri qədim zamanlardan bu günə kimi azanda vilayətə şəhadət verməyin müstəhəb və ya caiz olmasına hökm vermişlər.

Üçüncü şəhadətə aid dəlilləri bir neçə qrupa bölmək olar;
1. Birinci dərəcəli dəlillər.
2. İkinci dərəcəli dəlillər.
Birinci dərəcəli dəlillər: Azan və iqamə üçüncü şəhadətin dayilməsi barədə xüsusi və ümumi rəvayətlər vardır ki, gələn mövzularda onlar barədə qüyd olunacaqdır.
İkinci dərəcəli dəlillər: Şuarlara ehtiram. Biz burada “Qurani kərimə” ehtiram olaraq ikinc i dərəcəli dəlilləri öncə qeyd edirik.
Allah-təala Qurani kərimdə buyurmuşdur:
من یعظم شعار الله فانها تقول القلوب
Hər şəxsin qəlbinin təqvalı olması Allahın nişanələrini böyük saymağı ilə ölçülür. Bilirik ki, yəqinən bu gün vilayətə şəhadət vermək və “Həyyə əla xəyril əməl” demək İlahi və həqiqi dinin şuarlarındandır və Quranın hökmü ilə onlara riayət etmək və böyük saymaq təkid olunmuşdur. Necə ki, azanın özü böyük şuarlardandır. Biz gələcəkdə bu nişanələrin İslamdan qabaq yaranışın əvvəlində olduğunu görəcəyik.
<B>Xüsusi dəlillər</B>
1. Şeyx Səduq (vəfat: 381) və Şeyx Tusi (vəfat: 460) azanda üçüncü şəhadət haqqında hədis zikr etmişlər:
Şəhadət verirəm həqiqətən Əli (ə) möminlərin əmiridir və Peyğəmbər (s) itrəti yaranmışların xeyirlisidir. (ən Nihayə, cild 61, əl Məsbut cild 1, səh 99, Mən la Yəhzuruhul fəqih, cild 1, səh 290).
Mərhum Şeyx Tusi bu xəbəri “nadir xəbər” adlandırıb. Onun nəzərinə görə, bu xəbərin düzgün olmasının mümkünlüyünə baxmayaq, məşhur buna əməl etməyib. (Təhzib, cild 1, səh 18, 158, 218, və cild 2, səh 212, 271, 272, 350).
Şübhəsiz məşhurun bu rəvayətə əməl etməməsi ya şərayitin olmaması nəticəsində, ya da bunun vacib yox, müstəhəb olması üzündən irəli gəlmişdir. Ümümiyyətlə böyük şiə alimləri şərait yaranandan sonra buna əməl etmişlər.
2. 7-ci əsrin sünnu alimlərindən olan Şeyx Abdullah Məraği Misri özünün “əl Səlafi fi əmr xilafə” kitabında yazır: bir gün bir kişi peyğəmbər (s)-ın yanına gəlir və deyir: Ey Allahın rəsulu mən bu gün əvvəllər heç eşitmədiyim bir söz eşitmişəm.
Peyğəmbər buyurdu: O, nə sözdür? Kişi dedi: Salman azanda risalətə şəhadət verdikdən sonra Əlinin (ə) vilayətinə şəhadət verdi. Həzrət buyurdu: “خیرا”
Yaxşı bir şey eşitmisən. (Müstədrək Səfinətul Bihar, cild 6, səh 85)
3. Həmən şeyx öz kitabında qeyd etmişdir ki, bir kişi Peyğəmbərin (s) yanına gəlib deyir ki, Peyğəmbərə şəhadət verdikdən sonra Əlinin (ə) vilayətinə şəhadət verirlər. Həzrət buyurdu: Bəli elədir.Qədir xumda mənim sözümü “mən kimin ağasıyam, Əli (ə) də onun ağasıdır” yaddan çıxarmısan? Hər kəs əhd-peymanı sındırsa öz əhdini sındırmışdır.

BU HƏDİSLƏR NƏ ÜÇÜN MƏŞHUR OLMAYIBLAR?
Nə üçün bu hədislər şöhrət tapmayıblar
Mümkündür deyilsin ki, rəvayətlər düzgün olsaydı, ancaq kitabda yazılmazdı. Məsələn səhabələr arasında yayılar və tarixdə də yazılardı. Bu şübhəni belə cavablandırmaq olar ki, Peyğəmbərin (s) vəfatından sonra onun ailəsinə olan kəskin münasibətin və Əliyə (ə) olan kinin nəticəsində onlar (?) buna mane oldular.
İmam Əli (ə) buyurur: Qureyş tayfasının Peyğəmbər (s) kin-küdürətləri mənim üçün və məndən sonra övladlarım üçündə olacaq. (şərhi Nəhcul-bəlağə, ibni Əbil Hədid, cild 20, səh 328).
Hadisələrin yazılmasının və deyilməsinin qadağan olunması ikinci və üçüncü xəlifənin, xüsusilə də Muaviyənin hakimiyyəti dövründə geniş şəkildə yayılmış və Əhli-beytin (ə) fəsilətinə aid olar bütün yazıların nəşrinin qarşısı alınmışdır.
İmam Sadiq (ə) buyurmuşdur: Əli (ə) və Fatimənin (s) adını zikr etməkdən çəkinin, həqiqətən insanlar onların adlarının zikr olunmasından qəzəblənirlər.
Buna görə onlar təkcə Əhli-beytin (ə) fəzilətindən yox İslam dinindən də uzaqlaşdılar. Şafei Vəhəb ibni Keysandan nəql edir: Allahın rəsulunun bütün sünnətlərini namazda əvəz etdilər. (Əlinum kitabı, cild 1, səh 269,).
Həsən Bəsri bu barədə deyir: Əgər Peyğəmbərin (s) səhabələri bu gün qəbirdən çıxsalar, sizin qiblənizdən başqa bir şey tanımazlar! (Cameul bəyan, cild 2, səh 264).
Ümumi dəlillər
Qasim ibni Muaviyə imam Sadiqə (ə) dedi: “Bunlar hədisa nəql etmişlər ki, peyğəmbər (s) Meracda görmüşdür ki, ərşə yazılıb “La İlahı illallah, Muhəmmədən Rəsulallah, Əbu Bəkr Siddiq” (Allahdan başqa Allah yoxdur, Muhəmməd onun rəsuludur, Əbu Bəkr düz danışandır). Həzrət təəccüblə buyurdu: Sübhanəllah!
Bütün şeyləri əvəz etdikdən sonra bunu da əvəz etdilər?!
Sonra buyurdu: Allah-təala ərşi, suyu, İsrafili və Cəbraili (ə), göyləri və yerləri yaradan zaman onların hər birinə “La ilahə illallah, Muhəmmədən Rəsulullah, Əliyyən əmirəl möminin” ( Allahdan başqa Allah yoxdur, Muhəmməd onun rəsuludur, Əli möminlərin əmiridir). (əl-ehtiyac Təbərsi, cild 1. Səh 230).
Sünnü alimlərinin bir çox bu hadisə istinad edərək azanda üçüncü şəhadətin deyilməsini qəbul etmişlər.
Sənədə irad və onun cavabı:
Ola bilsin ki, bu hadislər haqqında deyilsin ki, hədislər mürəsildir ( Dirasyə elmində hədislərin sonunda bir və ya bir neçə rəvayəti nəql edənin adı silinmişdir bunlara mürsəl hədislər deyilir).
Mübahilə ayəsi:
Mübahilə ayəsinin hökmünə görə Əli (ə) Allah Rəsulunun (s) canı sayılır. Əhli sünnə alimlərindən olan Fəxri Razi bu hökmün bəyanından sonra Əlinin (ə) başqa səhabələrdən üstün və fəzilətli olmasını qeyd edir. (Məfatihul ğeyb, cild 2, səh 471, Bihar, cild 21, səh 283).
Mübahilə ayəsinin hökmünə görə Əlinin (ə) bütün fəzilətləri Peyğəmbərlə (s) bərabərdir. Risalətə şəhadət vermək Peyğəmbərin (s) fəzilətindən sayılır ki, Allah-təala o həzrətə əta etmişdir. Necə ki, buyurur: “Biz sənin adını ucaltdı”. İbni Cuzi “Zəbul Məsir” kitabında yazmışdır: Peyğəmbər (s) Cəbraildən (ə) bu ayə barəsində soruşmuşdur. O, demişdir: Allah-təala buyurur: “Hər vaxt mən yad olundum sən də mənimlə birlikdə yad olunacaqsan”. Bu hökümdən çıxış edərək bildiririk ki, Həzrət Əli (ə) fəzilətdə Püyğəmbərlə (s) birdir, buna görə də O, həzrətin adı azanda Peyğəmbərlə (s) birlikdə çəkilir. ( əl Əzan Şəhristani, səh 112).
4. Məhəmməd ibni Muslim İmam Sadiqdən (ə) nəql etmişdir ki, həzrət buyurur: “İmamlar Allah Rəsulunun məqamındadırlar.” (Üsuli Kafi, cild 1, səh 270, Bihar, cild 27, səh 50).
Bu hədisin hökmü, xüsusi ilə yenidən təkrar olunması onu göstərir ki, Əhli-beytin (ə) bütün xüsusiyyətləri və fəzilətləri Peyğəmbərlə (s) birdir.
Əllamə Məclisi də onların adlarını azanda zikr etmişdir.
5. “Gayətul Məram” kitabında Əli ibni Babaveyh Bərqidən, o isə Feyz ibni Muxtardan, o da İmam Baqirdən (ə) və o Həzrət də Peyğəmbərdən (s) nəql edərək buyurmuşdur: “Ey Əli! Allah məni əziz tutduğu kimi səni də əziz tutmuşdur.” (Üçüncü şəhadət, səh 140).
6. İmam Baqir (ə) buyurmuşdur: “Bizi zikr etmək Allahı zikr etməkdir və bizim düşmənlərimizi xatırlamaq şüytanı zikr etməkdir. (Üsuli Kafi, Dua kitabı, bütün Allahın vacib zikri babı, cild 4, səh 254).
Hələbi İmam Sadiqdən (ə) nəql edərək yazır: “Həqiqətən Allahı bütün halətdə zikr etmək yaxşıdır”. (Üsuli Kafi, Əda kitabı, cild 4, səh 256).
Əbu Həmsə də İmam Baqirdən (ə) bu məzmunda rəvayət nəql etmişdir. (Həmin mənbə, cild 8).
Nəticədə qeyd etmək olar ki, imamları bütün hallarda zikr etmək yaxşıdır, o cümlədən azanda).
7. Əli (ə) barədə məclislərdə çoxlu hədislər deyilmişdir, onlardan bidi də azandır, Peyğəmbər (s) buyurmuşdur: “Əli ibni Əbu Talibi (ə) zikr etməklə məclislərinizi zinətləndirin. (İbni Məğazi Şafei, Mənaqib kitabında, səh 211), (Əllamə Məclisi, Biharul ənvar, cild 38, səh 199).
Yenə o Həzrət buyurmuşdur: “Məclisinizdə Əli ibni Əbu Talibi zikr edin. Həqiqətən onu zikr etmək məni zikr etməkdir, məni zikr etmək isə Allahı zikr etməkdir. (Camei Məsail, Ayətullah Fazil Lənkərani (r), cild 2, səh 127).
Peyğəmbər (s) buyurmuşdur: “Allah-təala qardaşım Əli ibni Əbu Talibi (ə) fəzilətli etmişdir. Ondan başqa heç kəs onu sayını bilməz, hər kəs onun fəzilətlərini zikr etsə və onu təsdiq etsə, Allah-təala onun günahlarını bağışlayar. (Bihar, cild 38, səh 196, Xarəzmi, Mənaqib və Ərbəin kitabında)
Eləcə də buyurmuşdur: “Əlini zikr etmək ibadət sayılır”.
(Bihar, cild 38, səh 313 və 318).
Bütün bu sadaladıqlarımız azana aid edilmirmi? Yalnız azanda şəhadətlər açıq deyildir.
Üçüncü şəhadətin hökm və mövzuya münasib olması
Bilirik ki, azan, tənhalıqda namaz vaxtının elan olunması və camaatın namaza cəm olmaları üçün deyilir. Bu işi başqa vasitələrlə də etmək olar, məsələn: o zamanlar geniş yayılmış şeypur çalmaqla və s...
Azan, dinin şuarı, İslam həqiqətinin elan olunması və onun əsasıdır. Həzrət İmam Səccad (ə) buyurur: “Azan sizin dininizin nişanəsidir”. (əl Azan, səh 157).
İmam Rza (ə) hədisdə azanın hikmətini İslamın və imanın aşkar olunmasında görərək, bildirir ki, onun da əsası Allah və onun Rəsuludur. (əl Azan, cild 1, səh 299).
Bilirik ki, Əhli-beyt (ə) vilayəti, xüsusi ilə də Əlinin (ə) vilayəti Əhli-beyt (ə) məktəbində İslam dininin əsasıdır. Peyğəmbər (s) və Əli (ə) olmadan din kamil olmaz və Allah insanlardan razı qalmaz. Əlimizdə olan Əhli sünnət və Şiə rəvayətləri təsdiq edir ki, hər kəs zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlərdən sayılır.
İmam Rza (ə) özünün məşhur “Silsilətuz zəhəb” (qızıl silsilə) hədisində Allah-təalanı zikr etdikdən sonra buyurur: “La İlahə İllallaah bir qaladır, hər kim o qalaya daxil olsa, əzabdan amanda olar. Bu “La İlahə İllallah” şəhadəti o zaman qəbul olar ki, onunla birlikdə şərtləri də qəbul olsun və mən o şərtlərdən sayılıram.” (ət-Tovhid, mərhum Şeyx Səduq, səh 25.)

Üçüncü şəhadətin ikinci şəhadətlə uyğun olması barədə
Diqqət olunası məsələlərdən biri də vilayətə şəhadət verməyin risalət əmri ilə bir yerdə olmasıdır. İmamət və risalət məsələsi Əhli-beytin (ə) nəzərində risalətlə birgə araşdırılması gərəkən mühüm işlərdən biridir.
Əhli sünnə ədalət və icmanı imama dair zəruri sayırlar. Onlardan bəziləri ictihad sözünü “məvaqif” kitabının müəllifi onun şərhində (cild 8, səh 349) ixtisar etmişdir. Bəziləri isə “Ədalət” sözünü ixtisar etmişdir. Qeyd etmişlər ki, imamət döyüşmək yolu ilə əldə edilir, hətta imamın fasiq və nadan olması belə mümkündür. (Əsfərayin Şafii dər cinayət, bax, dəlayilus sidq cild 4, səh 244).
İmama şərab içdiyinə görə şəllaq vurulmamalıdır. Ona görə ki, o Allahın naibidir. (həmin mənbə, səh 255). Nəsfiyyənin əqaid şəhrində deyilmişdir: “İmam fəsad və zülm etdiyinə görə öz fəzifəsindən çıxarıla bilməz.”
İmam Nudi (sünnü alimi) demişdir: “Əhli sünnə alimlərinin yekdil fikrinə görə sultan və xəlifə fəsad işlərinə görə xilafətdən uzaqlaşdırıla bilməz. (Şərh Səhih Muslim, cild 12, səh 229, Şiə şünasi, səh 560).
Əhli sünnə alimlərindən olan Baqelani deyir: “Hədis alimlərini çoxlasrının fikrincə imam etdiyi zülmə, malı qarət etdiyinə, şillə vurmağına, əziyyət etdiyinə, və bu kimi işlərə görə imamlıqdan uzaqlaşdırıla bilməz və onun əleyhinə çıxmaq düzgün deyildir. (ət Təmhid baqelani, bax: Şiə Şunaslıq, səh 562).
Bəli, Əhli sünnə alimlərinin nəzəriyələrinə isə, görə imamətin risalətlə heç bir əlaqəsi yoxdur. Şiəliyə görə heç bir əməl, istər mühüm istər qeyri - mühüm imaməti qəbul etmədikdən sonra qəbul olunmaz. (Vəsailus şiə, bab 29, Müqaddəmeye ibadət, cild 1, 2...)
İmam bütün fəzilətlərdə (el, ismət və təqva) peyğəmbər kimidir. İmam Sadiq (ə) buyurmuşdur: İmamlar Allah Rəsulunun məqamındadır. Agah olun həqiqətən onlar peyğəmbər deyildirlər. (Üsuli Kafi, cild 1, səh 270).
İmam Rza (ə) həmçinin imamətin böyük məqam olmasından bəhs edib buyurur: “İmamlar peyğəmbərlərin məqamındadır. Fərq yalnız bundadır ki, onlara yalnız vəhy olunmaz. İmam Allahın və Rəsulun xəlifəsidir. İmamət İslamın əsasıdır, çünki imam nur saçan günəşdir, heç göz və əl ona çatmaz. İmam hər günah və eybdən uzaqdır. İmam öz zəmanəsinin yeganəsidir. Heç kim onun kimi ola bilməz. Və onu əvəz edən yoxdur. Heç kəs onu özü seçə bilməz. (Üsuli kafi, kitab Höccət, cild 1, səh 283).
Yaranışın ilk mərhələsində imamətə şəhadət vermək
İmam Sadiq (ə) buyurmuşdur: “Allah-təala ilk dəfə bizim ailəmizi uca səslə çağırmışdır və göstəriş vermişdir ki, nida edən üç dəfə nida etsin: Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Şəhadət verirəm ki, Məhəmməd (s) Allahn rəsuludur. Şəhadət verirəm ki, Mö`minlərin əmiri olan Əli (ə) haqdır.” (Üsuli kafi, cild 1, səh 441).
İndi isə vilayətə şəhadət verməyi qısa şəkild zikr edirik:
1. Ərşdə ikinci şəhadətdən sonra yazılmışdır: “Əli (ə) Məhəmmədin (s) çanişinidir.” (Biharul ənvar, cild 27, səh 11).
2. Ərşin ətrafında ikinci şəhadətdən sonra yazılmışdır: “Əli (ə) möminlərin əmiridir.” (Həmən mənbə, cild 27, səh 11).
3. Cənnətin qapılarına ikinci şəhadətdən sonra yazılmışdır: “Əli (ə) Allahın vəlisidir.” (Həmən mənbə, səh 113).
4. Cəbrailin (ə) qanadlarına ikinci şəhadətdən sonra yazılmışdır: “Allahdan başqa Allah yoxdur və Əli (ə) Məhəmmədin (s) vəlisidir.”
5. Yeddi təbəqəli göydə ikinci şəhadətdən sonra Əbu Talib oğlu Əlinin (ə) möminlərin əmiri olması yazılmışdır. (Biharul ənvar, cild 18, səh 304).
6. Allah-təala dağları yaratdığı zaman yazmışdır: “Əli möminlərin əmiridir. (Əl ehityac, cild 1) Bunlardan əlavə Allah-təala suyu, ayı, günəşi, və digər varlıqları yaradarkən Əlinin (ə) möminlərin əmiri olmasını yazmışdır. (Həmin mənbə).
Üçüncü şəhadət fitrətdə
Vilayətə şəhadət vermək fitri göstərişdir. Allah-təala insanları vilayətə şəhadət verməyə görə yaratmışdır. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Allah insanı fitrət əsasında yaratmışdır. Fitrət dedikdə yəni tovhidin (Allahın birliyini qəbul etmək) Peyğəmbərin risalətini və Əlinin (ə) möminlərin əmiri olmasının qəbul olunması nəzərdə tutulur (ət-Tovhid,səh.329 ). Həmçinin bu mübarək ayədə buyurmuşdur: ”Sənin pərvərdigarın Adəm övladlarından əhd-peyman almışdır. ” O əhd-peyman Allahın təkliyi, Məhəmmədin (s) peyğəmbərliyi, və Əlinin (ə) möminlərin əmiri olması və ondan sonra gələn imamların imam olmasıdır. (Bihar, cild 15, səh 17 və 280).
İmam Sadiq (ə) buyurmuşdur: “Əlinin (ə) vilayəti bütün Peyğəmbərlərin kitabında yazılmışdır. (Bəsairul dərəcat, səh 92).
Heyvanlar, bitkilər və sair məxluqların şəhadəti
Məsumların bir çoxunun kəramət və möcüzələri, heyvanlar, ağaclar, daşlar və hətta çınqıllar belə Allahın təkliyini, Məhəmmədin (s) Allahın rəsulu olmasını və Əlinin (ə) möminlərin əmiri olmasını təsdiq etmişlər. Ayrı-ayrılıqda onların bəzilərini qeyd edirik:
Əli (ə) quşların təsbih və namazı barədə Allahın kitabından buyurmuşdur: “Quşların hamısı zikr deməyi bacarırlar”. Həzrət buyurmuşdur: “Allah-təala mələkləri müxtəlif simalarda xəlq etmişdir. Onlardan biri də xoruz şəklindədir ki, onun bir qanadı şərqdə, bir qanadı isə qərbdədir. O namaz vaxtı qanadlarını çırparaq səs edir və bu cümləni zikr edir: Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın bəndəsi, rəsulu və peyğəmbərlərin ağasıdır. Və həqiqətən İslam Peyğəmbərinin canişini, canişinlərin xeyirlisidir. Pak və müqəddəs Allah mələklərin və ruhların pərvərdigarıdır. Ondan sonra bütün xoruzlar qanadlarını çırparaq həmin sözləri təkrar edirlər”. (əl-ehtiyac, cild 1, səh 228). Bu hədis ikinci şəhadətdən sonra vilayətə şəhadət verməyi, xüsusi ilə namaz vaxti vurğulamağı təsdiq edir.
Hədisdə buyurulmuşdur: Həzrəti Fatimə (s) doğulduqdan sonra tovhidə və atasının risalətinə şəhadət verməklə yanaşı öz həyat yoldaşının bütün insanların ağası, övladlarının isə cavanların ağası olması barədə şəhadət vermişdir. (Məcalisi Şeyx Səduq, səh 476, 87-ci məclis).
Mərhum şeyx Tusi rəvayət nəql etmişdir ki, həzrət imam Məhdi (ə.c.) anadan olan zaman ikinci şəhadəti dedikdən sonra buyurmyuşdur: “Həqiqətən möminlərin əmiri olan Əli (ə) haqdır” (Biharul ənvar, cild 1, səh 20, əz qeybəti şeyx Tusi, İstabul vəsiyyə Məsudi, səh 220).
Ölüm ayağında üçüncü şəhadəti demək
“Fiqhi Rza” kitabında qeyd olumuşdur ki, bir şəxsin ölüm vaxtı yaxınlaşdıqda ona həmin halda deyin: “Allahdan başqa Allah yoxdur, Məhəmməd (s) Allahın rəsuludur, Əli (ə) möminlərin əmiridir. Sonra isə məsum imamların adlarını bir-bir sadalayın.” (Camei əhadis şiə, cild 3, səh 195).
Bu məsələ şiəliyin şəriətindən sayılır. Hədislərin birində buyurulmuşdur ki, imam Baqir (ə) Əkrəməni ölüm ayağında olarkən vilayətə dəvət etmək istədi, lakin buna nail ola bilmədi. Çünki artıq i keçinmişdi. (həmin mənbə, səh 197).
Tarixdə qeyd olunmuşdur ki, Əhli beytin (ə) misilsiz şairlərindən olan seyid Himyərinin ölüm vaxtı şiələr və nasibilər (Əhli beyti təhqir edənlər) toplanmışdır. Onun üzü gözəl, nurani idi. Birdən üzündə qara nöqtə müşahidə olundu və yavaş-yavaş böyüyüb bütün üzünü tutdu. Şiələr bu mənzərəni görüb narahat olmağa başladılar, nasibilər isə əksinə çox şad oldular. Lakin çox çəkmədi ki, şairin üzündə ağ nöqtə göründü və tədricən böyüyüb bütün üzünü əhatə etdi. Seyyid güldü və dedi: “Allahdan başqa Allah yoxdur, və o haqdır. Şəhadət verirəm ki, Allahın rəsulu olan Məhmməd (s) haqdır. Şəhadət verirəm ki, möminlərin əmiri olan Əli (ə) haqdır” . Şəhadəti dedikdən sonra gözlərini yumub əbədiyyətə qovuşdu.
Üçüncü şəhadət Allahın iradəsi ilə
Hədislərin birində buyurulmuşdur: Peyğəmbər (s) üzüyü Əliyə (ə) verdi ki, üzərində Abdullahın oğlu Məhəmmədin adını həkk etdirsin. Həkk edən səhvən Məhəmməd Allahın rəsuludur sözünü həkk etdi. Peyğəmbər (s) bunu qəbul etdi. Sabahı günü gördü ki, üzüyün üzərində yazılmışdır: Əli Allahın vəlisidir. Həzrət təəccübləndi. Cəbrail (ə) həzrətin yanına gəlib dedi: “Ey Məhəmməd (s)! Sən öz istədiyini yazdın, bizdə öz istədiyimizi”. (Misbahul Huda, cild 1, səh 299)
Bu məzmunda olan başqa hədisi Seyyid Rəzi özünün “Mənaqibi Faxirə” kitabında yazmışdır. Cəbrail buyurmuşdur: “Ey Məhəmməd! İzzət sahibi olan Allah sənə salam göndərir və buyurur: (Sən öz istədiyini göstəriş verdin. Əli (ə) də öz istədiyini göstəriş verdi. Mən də öz istədiyimi yazdım: Əli (ə) Allahın vəlisidir.” (Mədineye müaciz, bax: əl Şəhadətussalisə, səh 335).
Hər halda bütün bunların zikr olunması açıq şəkildə Allah-təala bu işdən razı qalmasını çatdırır.
Şübhələrə cavab:
1. Sadalanan hədislər sənəd baxımından dəlil deyildirrlər.
Cavab: Müstəhəb əməl üçün sənədin kamil şəkildə zikr olunmasına ehtiyac yoxdur.
2. Azanda muvalat (bir-birinin ardınca fasiləsiz icra olunması) lazımdır. Çünki şəhadət demək ardıcıllığı pozur.
Cavab: Azanda muvalat ürfidir, salavat demək kimi bu miqdar fasilə muvalatı pozmur.
3. Peyğəmbər (s) zamanında azanda ikinci şəhadətə bir şeyin əlavə olunması haram və bidət sayılmşdır.
Cavab: Yeni bir şey mənasına olan bidət bütün hallarda haram deyildir. Məlumdur ki, dində nə isə azaltmaq ya çoxaltmaq haramdır. Üçüncü şəhadətin müstəhəb olunması təsdiq olunduqdan sonra bidətə bir yer qalmır.
4. Üçüncü şəhadər dində hərc–mərcliyə gətirib çıxara bilər. Yəni avam adamlar istədikləri müstəhəb və mubah əməlləri dinə daxil edə bilərlər. Bu da şəri əməllərin məhvinə gətirib çıxara bilər.
Cavab: Bir çox şəri və qeyri şəri əmrlər vardır ki, onların əməl olunmasında diqqətli olmaq lazımdır və onları cahil adamların öhdəsinə qoymaq olmaz. Namazda hər zikr və duaya icazə verilmişdir, əkbəttə Quran ayələri, hədislər və mrəvayətlər sübut edir ki, azanda üçüncü şəhadətin deyilməsi başqa müstəhəb əməllərlə müqayisə edilə bilməz.
5. Azanda üçüncü şəhadətin deyilməsi müsəlmanlar arasında ixtilafa gətirib çıxarır. Bu nöqteyi nəzərdən düzgün deyildir.
Cavab: Şiə başqa məzhəblərdən fərqli olaraq müsəlmanların vəhdtə və birliyinə daha çox əhəmiyyət verir. Əsas hədəflərindən biri də həmin məsələdir. Şübhəsiz bəzi hallarda üçüncü şəhadətin deyilməsi münasib olmazsa təqiyyə halında götürülən digər dini vəzifələr kimi bu da insanın öhdəsindən götürülür. Amma bu nadir olan zəruri məsələlər heç vaxt düşmənlərin və dostların əllərinə bəhanə verməsin. Şiə məzhəbi düşmənlərinin tələsinə düşməmək üçün qərara almışdır ki, Əhli beyt məktəbinin böyük şuarını itirməsin.
6. Nə üçün üçüncü şəhadət Peyğəmbərin (s) dövründə olmamışdır?
Cavab: Bu sualın cavabını öndə qeyd etmişdik.
Birinci; Bu işin icra olunması bəzi hadisələrdə Səlman və Əbuzərin vasitəsi ilə nəql olunmuşdur.
İkinci; Bu şəhadətin aşkar olunması bəlkə də həzrət Əlinin (ə) fəzilərinin bəyan olması məqamında olduğu üçün daha çox həssasiyyətə səbəb olardı ki, Peyğəmbər (s) onu münasib saymırdı, necə ki, “Təbliğ” ayəsi və “Yovmul-xəmis” hadisəsi bunun nişanələrindəndir.
Üçüncü; İlahi adət məsləsini və yaranmışların imtahanını nəzərdən qüaçırmaq lazım deyildir. Buna görə də Həzrət Əlinin (ə) imaməti Allahın böyük nişanələrindəndir ki, qəlblərində bəhanə axtarmaq xəstəliyi onların xəstəliyini aradan qaldırır. Buna görə də Quranda “Mütəşabeh” ayələr yazlmışdır. Həzrət Əli (ə) haqqında hansı əzəmətli xəbərdir ki, onun barəsində ixtilaf salmamış olsunlar. Qısası əgər bu məsələ minarələrdə açıq şəkildə bəyan olunsaydı, Allahın adəti ilə müxalifətçilik olacaqdır. Bu diqqət olunması mühüm oln bir məsələdir.

 

Müəllif: Seyid Məhəmməd Nəcəfi

Tərcümə etdi: Seyid Nazim Ocaqov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

   Kitab əhli olan (yəhidi, xaçpərəst) qadınlarla evlənmək olarmı?

Maidə surəsinin 5 - ci ayəsi -
(الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّباتُ وَ طَعامُ الَّذينَ أُوتُوا الْكِتابَ حِلٌّ لَكُمْ وَ طَعامُكُمْ حِلٌّ لَهُمْ وَ الْمُحْصَناتُ مِنَ الْمُؤْمِناتِ وَ الْمُحْصَناتُ مِنَ الَّذينَ أُوتُوا الْكِتابَ مِنْ قَبْلِكُمْ إِذا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ وَ لا مُتَّخِذي أَخْدانٍ وَ مَنْ يَكْفُرْ بِالْإيمانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَ هُوَ فِي الْآخِرَةِ مِنَ الْخاسِرين) – مائده/5؛
"Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!"
- və çox saylı səhih hədislərə görə, müsəlman kişinin digər səmavi dinlərdən olan qadınlarla evlənməyi İslam dininin qanunlarına uyğundur.
Bu məsələnin əleyhinə olan rəvayətlər isə bunu təsdiqliyən tərəfin rəvayətlərindən sayca çox az və sənəd və dəlalət baxımından zəifdirlər.
Amma bəzilərinin kitab əhlindən olan qadınlarla evlənməyin qadağan olunmasına dəlalət etdiyini hesab etdikləri Mümtəhənə surəsinin 10 – cu ayəsinə -
يا أَيُّهَا الَّذينَ آمَنُوا إِذا جاءَكُمُ الْمُؤْمِناتُ مُهاجِراتٍ فَامْتَحِنُوهُنَّ اللَّهُ أَعْلَمُ بِإيمانِهِنَّ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِناتٍ فَلا تَرْجِعُوهُنَّ إِلَى الْكُفَّارِ لا هُنَّ حِلٌّ لَهُمْ وَ لا هُمْ يَحِلُّونَ لَهُنَّ وَ آتُوهُمْ ما أَنْفَقُوا وَ لا جُناحَ عَلَيْكُمْ أَنْ تَنْكِحُوهُنَّ إِذا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ وَ لا تُمْسِكُوا بِعِصَمِ الْكَوافِرِ وَ سْئَلُوا ما أَنْفَقْتُمْ وَ لْيَسْئَلُوا ما أَنْفَقُوا ذلِكُمْ حُكْمُ اللَّهِ يَحْكُمُ بَيْنَكُمْ وَ اللَّهُ عَليمٌ حَكيم)- الممتحنه/10؛
"Ey iman gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" - (Mümtəhənə/10).
- gəldikdə isə, bu məsələdə bu ayəyə istinad etmək və əsaslanmaq iki dəlilə görə düzgün deyildir:
1) Birinci dəlil budur ki, bu ayə "maidə" surəsinin 5- ci ayəsindən qabaq nazil olmuşdur. Buna görə də bu ayə Maidə surəsinin 5- ci ayəsinin hökmünü nəsx edib qüvvədən sala bilməz.
2) İkinci dəlil budur ki, ayədəki (Mümtəhinə/10) "kəvafir – کوافر " sözü müşriklərə aiddir və kitab əhlinə şamil deyildir.
Görəsən rəvayətlər kitab əhlindən olan qadınlarla evlənmək haqqında nə deyir?
Bəzi rəvayətlərə əsasən kitab əhlindən olan qadınlarla evlənmək olar. Belə rəvayətlərdən bir neçəsinə nəzər salaq:
1. Əbi Vəlladın səhihəsi (sənədi səhih olan hədis):
«وَ رَوَى الْحَسَنُ بْنُ مَحْبُوبٍ عَنْ أَبِي وَلَّادٍ الْحَنَّاطِ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع يَقُولُ الْمُسْلِمُ يَرِثُ امْرَأَتَهُ الذِّمِّيَّةَ وَ هِيَ لَا تَرِثُه‏» (من لا يحضره الفقيه ج‏4، ص، 336، حدیث 5745؛ وسائل الشیعه ج26، ص 11، باب 11(من ابواب موانع الارث)، حدیث1؛)
Əbi Vəllad deyir:
İmam Sadiq (ə) buyurdu: "Müsəlman kişi özünün kitab əhlindən olan arvadından irs aparır, amma onun zimmi arvadı (kitab əhlindən olan) ondan irs aparmır". (Mən la yəhzuruhul fəqih, 4/336, hədis:5745; Vəsailuşşiə, 26/11 – bab:11, səh:11, hədis:1;).
Qeyd:
Bəzi alimlərin dediyinə görə, bu hədis o ər və arvadın barəsindədir ki, əvvəlcə hər ikisi kitab əhli olmuş və sonradan kişi müsəlmanlığı qəbul etmiş, lakin arvad öz dinində qalmışdır. Belə olan halda ər arvaddan irs aparır, amma kişinin irsi arvada çatmır. Buna görə də bu məsələdə məlum hədisə istinad etmək doğru olmaya bilər.
2. Əbdullah ibni Sənanın səhihəsi:
«قال: سأله ابی و انا اسمع عن نکاح الیهودیة و النصرانیة فقال علیه السلام : نکاحها احب الی من نکاح الناصبیة؛ ( وسائل الشیعه ج20 ص552، باب 10- از ابواب ما یحرم بالکفر، حدیث1)
.... ما احب للرجل المسلم ان یتزوج الیهودیة و لا النصرانیة مخافة ان یتهود ولده او یتنصر» (وسائل الشیعه، ج20، ص534، باب 1 – من ابواب ما یحرم الکفر – حدیث:5؛)
İbni Sənan deyir:
"Atam İmam Sadiqdən (ə) yəhudi və xaçpərəstlərlə evlənmək haqqında soruşdu. O həzrət (ə) cavabında buyurdu: "Onlarla evlənmək nasibilərlə evlənməkdən daha yaxşıdır". (Vəsailuşşiə, 20/552, bab:10, hədis:1.)
Həmçinin buyurdu: "Mənim xoşuma gəlmir ki, müsəlman kişi yəhudi və xaçpərəst qadınlarla evlənsin. Çünki qorxuram övladları yəhudi və ya xaçpərəst olsunlar". (Vəsailuşşiə, 20/534, bab:1, hədis:5;)
Amma bəzilərinin bu rəvayətlərin mütə qadınlar (müvəqqəti evlənmə) haqqında olması fərziyyəsi məntiqdən uzaqdır. Çünki nikah kəlməsi rəvayətlərdə qeydsiz və ümumi şəkildə işlədilərsə, burada məqsəd daimi nikah və evlənməkdir.
Burada bir mühüm məsələni də nəzərə almalıyıq ki, bu rəvayətlər müsəlman qadınların kitab əhlindən olan qeyri-müsəlman kişilərlə evlənməsinə, yox, müsəlman kişinin kitab əhlindən olan qeyri-müsəlman qadınlarla evlənməsinə icazə verir.
Həmçinin "Maidə" surəsinin beşinci ayəsi də daimi nikah haqqında olarsa, müsəlman kişinin əhli kitabdan olan qadınlarla evlənməsinə icazə verir, amma əhli-kitabdan olan qeyri-müsəlman kişilərin müsəlman qadınlarla evlənməsinə icazə vermir.
3. Müaviyə ibni Vəhəbin səhihəsi:
Bu səhihədə İbni Vəhəb İmam Sadiqdən (ə) belə nəql edir:
« عَنْ أَبِي عَبْدِ اللَّهِ ع فِي الرَّجُلِ الْمُؤْمِنِ يَتَزَوَّجُ الْيَهُودِيَّةَ وَ النَّصْرَانِيَّةَ قَالَ إِذَا أَصَابَ الْمُسْلِمَةَ فَمَا يَصْنَعُ بِالْيَهُودِيَّةِ وَ النَّصْرَانِيَّةِ فَقُلْتُ لَهُ يَكُونُ لَهُ فِيهَا الْهَوَى فَقَالَ إِنْ فَعَلَ فَلْيَمْنَعْهَا مِنْ شُرْب‏الْخَمْرِ وَ أَكْلِ لَحْمِ الْخِنْزِيرِ وَ اعْلَمْ أَنَّ عَلَيْهِ فِي دِينِهِ غَضَاضَةً » (الكافي ج 5 ؛ باب نكاح الذمية ؛ ص : 356)
"İmam Sadiqdən (ə) yəhudi ya xaçpərəst qadınla evlənən mömin və müsəlman kişi haqqında soruşdum (ki, bu iş şəriət baxımından doğrudur ya yox)?"
Həzrət (ə) sualımın cavabında buyurdu: "(Mömin kişinin) yanında müsəlman qadını olduğu (müsəlman qadınla evlənə biləcəyi) halda, yəhudi və xaçpərəst qadınlarla nə işi var?"
Dedim (Müaviyə ibni Vəhəb): "Onu (yəhidi və ya xaçpərəst qadını) sevir!"
Həzrət (ə) buyurdu: "Belə olan halda (əgər o qadınla evlənərsə) gərək onu şərab içmək və donuz əti yeməyə qoymasın, amma bunu bil, belə adamın dinində çatışmamazlıq və nöqsan var!". (Əl-Kafi, 5/356, bab: Nikahuz zimmiyyə; - Bəlkə də İmamın (ə) məqsədi budur ki, qeyri-müsəlman qadın müsəlman kişiyə xidmət edərkən şəriət qaydalarına əməl edə bilməyəcək. Bu zaman isə kişinin yemək-içmək və geyimlərində nöqsanlar olacaq. Belə olduqda isə ibadərlərində də problemlər ortaya çıxacaq.)
Başqa rəvayətlər də vardır ki, bu rəvayətlərə əsasən müsəlman qadınla evləndikdən sonra, yəhudi və ya xaçpərəst qadınla evlənmək caiz (icazəli) deyildir. Amma bunun əksi caizdir. Yəni əgər müsəlman kişi əvvəlcə yəhudi, ya xaçpərəst qadınla evlənərsə və sonradan müsəlman qadını ilə evlənmək istəyərsə bunun eybi yoxdur. Necə ki xaçpərəst qadınla evləndikdən sonra, yəhudi qadınla evlənməyin eybi yoxdur.
Müsəlman qadının əhli-kitabdan olan kişi ilə evlənməsi caiz deyildir və bu işin caiz olmasına dair Quran və rəvayətlərdə heç bir dəlil və sübut yoxdur.
Əlbəttə bəzi rəvayətlərə görə qadın və kişi hər ikisi qeyri-müsəlman olduqları zaman evlənərlərsə və sonradan qadın müsəlmanlığı qəbul edərsə bunun eybi yoxdur. Yəni həmin qeyri-müsəlman kişidə qala bilər. Amma bu rəvayətlər dəlalət və sənəd baxımından çox zəifdirlər. Bundan əlavə də yuxarıda dediyimiz rəvayətlər və bəzi başqa rəvayətlərlə ziddiyyət təşkil edir.
(Vəsailuşşiə, 20/544, bab:5-7-8-9; hədis: 1-4-5 (başqa çaplarda hədis:2630-26301-26302-26303-26304;
« وسائل‏الشيعة ج : 20 ص : 544 - 26300- عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ لَا تَتَزَوَّجِ الْيَهُودِيَّةَ وَ النَّصْرَانِيَّةَ عَلَى الْمُسْلِمَةِ»
"Yəhudi və xaçpərəst müsəlman qadını ilə evlənə bilməz!"
عَنْ سَمَاعَةَ بْنِ مِهْرَانَ قَالَ سَأَلْتُهُ عَنِ الْيَهُودِيَّةِ وَ النَّصْرَانِيَّةِ أَ يَتَزَوَّجُهَا الرَّجُلُ عَلَى الْمُسْلِمَةِ قَالَ لَا»
"Səmaə ibni Mehran deyir: O həzrətdən (ə) yəhudi və xaşpərəstlə müsəlman qadını evləndirməyin haqqında soruşdum? Həzrət (ə) buyurdu: Olmaz!"
26304- عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ لَا تَتَزَوَّجُوا الْيَهُودِيَّةَ وَ لَا النَّصْرَانِيَّةَ عَلَى حُرَّةٍ مُتْعَةً وَ غَيْرَ مُتْعَةٍ»
"Yəhudi və xaçpərəst kişiləri müsəlman qadın ilə evləndirməyin, istər daimi olsun, ya müvəqqəti!")
Hər halda əgər müsəlman kişinin əhli-kitabla evlənməsi caizdirsə, deməli sonradan müsəlman olan kişi qeyri-müsəlman arvadı ilə yaşaya bilər. Həmçinin müsəlmanlığı qəbul etmiş qadın yenidən müsəlmanlığı tərk edib, mürtəd olarsa (xaçpərəstlik və yəhudiliyə qayıdarsa) kafir əri ilə yaşamağına davam edə bilər. Bu hökmün dəlili "ürfi təəddi – تعدی عرفی"dir. Yəni müəyyən bir məsələyə aid olan şəriət hökmünün hamı tərəfindən qəbul olunan bir analogiya əsasında başqa bir məsələyə aid edilməsidir.
Məcuslarla evlənmək:
Rəvayətlərə əsasən məcusun hökmü müşrüklərin hökmü ilə birdir. Əgər məcus kişi müsəlmanlığı qəbul edərsə, amma arvadı məcusluqda qalarsa, onların nikahı "iddə"nin axırına qədər öz qüvvəsindədir. Yəni iddə çıxana qədər arvad o kişiyə halal sayılır. Amma iddə çıxmamışdan qabaq hər ikisi (ər-arvad) müsəlman olsalar onların nikahı öz qüvvəsində qalacaq.
Mənsur ibni Hazimin səhihəsində deyilir:
«عَنْ مَنْصُورِ بْنِ حَازِمٍ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ‏ع عَنْ رَجُلٍ مَجُوسِيٍّ كَانَتْ تَحْتَهُ امْرَأَةٌ عَلَى دِينِهِ فَأَسْلَمَ أَوْ أَسْلَمَتْ قَالَ يُنْتَظَرُ بِذَلِكَ انْقِضَاءَ عِدَّتِهَا فَإِنْ هُوَ أَسْلَمَ أَوْ أَسْلَمَتْ قَبْلَ أَنْ تَنْقَضِيَ عِدَّتُهَا فَهُمَا عَلَى نِكَاحِهِمَا الْأَوَّلِ وَ إِنْ هِيَ لَمْ تُسْلِمْ حَتَّى تَنْقَضِيَ الْعِدَّةُ فَقَدْ بَانَتْ مِنْهُ» (وسائل‏الشيعة ج : 20 ص547 ، حدیث: 26308)
"Mənsur ibni Hazim deyir: İmam Sadiqdən (ə) ikisindən biri sonradan müsəlman olan məcus ər və arvadın barəsində soruşdum?
Həzrət (ə) buyurdular: "Kişi gərək arvadının iddəsinin tamam olmasını gözləsin. Əgər iddə tamam olmamışdan qabaq onlar müsəlman olsalar birinci nikahları öz qüvvəsində qalır. Əgər qadın iddə tamam olana qədər müsəlmanlığı qəbul etməzsə, kişi ondan "bayin" təlaqı ilə ayrılmalıdır". (Vəsailuşşiə, 20/547, hədis: 26308;)
Əhli-kitabla evlənməyi caiz bilən hədis və dəlillərin qarşısında bir ayə və bir-neçə rəvayət vardır ki, bəzilərinin fikrincə bu ayə və rəvayətlər əhli-kitabla evlənməyi caiz bilmirlər.
Allah-taala qurani-kərimdə buyurur:
«لا تمسکوا بعصم الکوافر» ( ممتحنه /10)
"Kafir qadınları öz kəbininiz altında saxlamayın". (Mümtəhənə/10).
Əhli-kitabla evlənməyi düzgün hesab etməyənlər bu ayədən belə nəticə çıxardırlar:
"Bəziləri belə başa düşüblər ki, bu ayə müşrük qadınlar barəsindədir. Amma deyə bilərik ki, ayənin mənası mütləq və ümumidir və əhli-kitabdan olan qadınlara da şamil olur.
Bundan əlavə əhli-kitabdan olan qadınlarla evlənməyi caiz bilməyən rəvayətlərimiz də vardır. Misal olaraq, Məhəmməd ibni Müslimin səhihəsini göstərmək olar.
«صحیحه محمد بن مسلم از امام باقر علیه السلام:
قال سألته عن نصاری العرب اتؤکل ذبائحهم ؟ قال علیه السلام: کان علی – علیه السلام – ینهی عن ذبائحهم و عن صیدهم و عن مناحکتهم» (وسایل الشیعه ج20 باب 1 از ابواب ما یحرم بالکفر؛)
"Məhəmməd ibni Müslim deyir: İmam Baqirdən (ə) məsihilərin (xaçpərəstlərin) kəsdiyi heyvanların ətinin yeyilməsinin halal və ya haram olduğu barədə soruşdum?
Həzrət (ə) cavabımda buyurdular: "Möminlərin Əmiri Əli (ə) (müsəlmanları) onların vasitəsilylə (yəhudi və ya xaçpərəst) kəslmiş və ya ovlanmış heyvanların ətini yeməkdən və həmçinin onlarla evlənməkdən nəhy edirdi". (Vəsailuşşiə, 20- ci cild, 1-ci bab – küfrlə haram olan şeylər babı);
Başqa bir rəvayətdə də əhli-kitabdan olan qadınlarla evlənmək bəyənilməmişdir.
«محمد بن مسلم: عن ابی جعفر – علیه السلام – فی حدیث، قال – علیه السلام - : لا ینبغی للمسلم ان یتزوج یهودیة و لا نصرانیة و هو یجد مسلمة حرة او امة» (وسایل الشیعه، 20/باب 2، حدیث 2 و 3؛)
Yenə də Məhəmməd ibni Müslim İmam Məhəmməd Baqirdən (ə) başqa bir hədisdə belə rəvayət edir:
" Azad və ya qul olmasından asılı olmayarq, müsəlman qadını olan yerdə, yəhudi və xaçpərəst qadınla evlənmək müsəlman kişi üçün yaxşı və bəyənilmiş bir iş deyildir". (Vəsailuşşiə, 20 – ci cild, küfrlə haram olan şeylər babından 2-ci bab, hədis: 3 -2);"
Əlbəttə ikinci hədisin sənədi naqis və natamamdır. Hər ikisinin sənədi tamam və səhih olduqda belə onlar kitab əhli ilə evlənməyə icazə verən çoxlu hədislər və dəlillər ilə qarşılaşa bilməzlər. Buna görə də bu hədisləri və kitab əhli ilə evlənməyi caiz bilən hədisləri bir yerə yığsaq bu nəticəyə çatarıq:
"Kitab əhlindən olan qadınlarla evlənmək olar və bu iş haram deyil, lakin müsəlman qadını olan yerdə qeyri-müsəlman qadını ilə evlənmək "məkruh" və xoşagəlməz haldır".
Kitab əhli ilə evlənməyi caiz bilməyən rəvayətlərin ən mühüm və əsasları o rəvayətlərdir ki, "Kəvafir - کوافر" kəlməsini "Mümtəhənə" surəsinin 10 – cu ayəsində - "La tumsiku biisəmil kəvafir – لا تمسکوا بعصم الکوافر - "Kafir qadınları öz kəbininiz altında saxlamayın" – elə təfsir ediblər ki, bu söz kitab əhlindən olan qadınlara da aid olub. Bu rəvayətlərə görə "kəvafir" ayəsi "Maidə" surəsinin 5 – ci ayəsinin – والمحصنات من الذین اوتوا الکتاب nasixidir, yəni onun hökmünü qüvvədən salaraq ləğv edib və yeni hökm olaraq qüvvəyə minib və icraya qoyulub.
Kitab əhli olan qadınlarla evlənməyə icazə verən rəvayətlərin çox olmasına baxmayaraq, bəziləri bu işin haramlığı fikrini irəli sürmüşlər. Buna isə dəlilləri "Kəvafir" ayəsidir. Çünki bu ayə nikahı haram edən rəvayətləri təsdiqləyir. Həmçinin kitab əhlindən olan qadınlarla evlənməyi haram bilən və icazə verən rəvayətlər bir-biri ilə ziddiyyət təşkil etdikdə, hər ikisi qüvvədən düşür. Bu zaman yeganə dəlil "kəvafir" ayəsi olur ki, o da bu işi haram bilir.
Bu dəlilə olunan irad isə budur ki, onlar ayədəki "kəvafir" sözünün heç bir qeydsiz gəlməsinə əsaslanaraq bu sözün kitab əhlinə də şamil olmasını güman etmişlər. Çünki ayədə "kəvafir" sözünün tamamlığı buraxılmışdır və nəyə küfr edənlərdən danışıldığı məlum deyildir. Əgər Allaha və onun təkliyinə küfr edənlərdən söhbət gedirsə, ayə yalnız dinsizlərə və müşrüklərə aid olar. Əgər İslam peyğəmbərinə (s) küfr edənlərdən söhbət gedirsə, həm dinsizlərə və müşriklərə və həm də kitab əhlinə şamil olar. Biz öz yerində sübüt etmişik ki, bu cür məsələlərdə hər hansı qeyd buraxılarsa, qəti məlum olan miqdara kifayətlənmək lazımdır və ümumi hökm çıxarmaq düzgün deyildir. Bu ayəd qəti məlum olan miqdar, Allaha və onun təkliyinə olan küfrdür. Buna görə də ayənin kitab əhlindən olan qadınlara da şamil olması məlum deyildir.
Digər tərəfdən də "kəvafir" ayəsini rəvayətlərin köməyi ilə kitab əhlinə də şamil etmək əslində ayəyə yox, sünnətə müraciət etmək deməkdir. Bu rəvayətlərin də çox saylı və sənəd və mətn baxımından möhkəm olan cəvaz (icazə verən) rəvayətləri ilə üzləşmək qüdrəti yoxdur.
"Kəvafir" ayəsinin nasix olmasına gəldikdə isə, tarixi faktlara əsasən bu ayə Hüdeybiyyə sülhü zamanı nazil olmuşdur. Və bilirik ki, Hüdeybiyyə sülhü hicrətin altıncı ilinin axırlarında baş vermişdir. Bir tarixi rəvayətə görə Məkkə əhlindən müsəlmanlığı qəbul etmiş bir qadın, peyğəmbərin (s) hüzurna gəldi. Məkkə kafirləri onu geri almaq üçün adam göndərdilər. Çünki Hüdeybiyyə sülhünün bəndlərindən biri bu idi ki, əgər Məkkəlilərdən kimsə Mədinəyə qaçarsa, Mədinəlilər onu geri qaytarmalı, amma Mədinəlilərdən biri Məkkəyə qaçarsa, Mədinəlilərin onu geri almaq hüququ yoxdur. (Biharul ənvar, 20/337; Sireye ibni Hişam, 3/340.)
Bu zaman "kəvafir" ayəsi nazil oldu və məlum bəndin bu məqama şamil olmadığını bildirdi. Çünki sülh müqaviləsinə əsasən Məkkədən qaçan kafirlər onlara qaytarılmalı idi və müqavilədə müsəlmanlığı qəbul edən şəxslərin də qaytarılması qeyd olunmamışdı.
Allah-taala bu ayədə buyurur: "Ey iman gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun! ". (Mümtəhinə/10-11;)
Amma "Maidə sirəsinin 5- ci ayəsinin (ki, bəziləri "kəvafir" ayəsini onun nasixi bilirlər) nazil olma zamanı haqqında ixtilaflar var.
Bəzi rəvayətlərə əsasən Maidə surəsi peyğəmbərin (s) ömrünün axır günlərində nazil olmuşdur. (Təfsirul Burhan, 1/430;)
Bəzi rəvayətlərdə də gəlmişdir ki, Maidə surəsi özündən qabaqkı bəzi hökmləri nəsx (Bir rəvayət və ya ayənin hökmünün başqa bir rəvayət və ya ayə ilə qüvvədən düşməsi və yeni hökmün ucraya qoyulması.) etmişdir. Amma onun heç bir ayəsi nəsx olunmamışdır.
İmam Baqirin (ə) böyük səhabələrindən olan "Zürarə" o həzrətdən (ə) belə nəql edir:
«قال سمعته – علیه السلام - یقول: جمع عمر ابن الخطاب اصحاب النبی (صلی الله علیه و آله و سلم) و فیهم علی – علیه السلام – و قال: ما تقولون فی المسح علی الخفین؟
فقام مغیرة بن شعبه فقال: رأیت رسول الله (ص) یمسح علی الخفین.
فقال علی – علیه السلام -: قبل المائدة أو بعدها؟
فقال: لا ادری.
فقال علی – علیه السلام: سبق الکتاب الخفین انما انزلت المائدة قبل ان یقبض بشهرین او ثلاثة» (التهذیب، ج1ص361، حدیث 1091؛)
"İmam Baqirin (ə) belə buyurduğunu eşitdim: Bir gün Ömər peyğəmbərin (s) səhabələrini ki, Əli (ə) da onlarla idi, bir yerə toplayıb, dedi: (Dəstəmaz alarkən) Ayaqqabının üstündən məsh etmək barədə nəzəriniz nədir?
Bu zaman Müğeyrə ibni Şöbə ayağa qalxıb dedi: Peyğəmbəri (s) ayaqqablarının üzərinə məsh edərkən görmüşəm.
Əli (ə) buyurdu: (Sən onu belə edərkən) Maidə surəsi nazil olandan sonra görmüşdün, ya ondan qabaq?
Müğeyrə dedi: Bilmirəm.
Həzrət Əli (ə) buyurdu: Qurani-kərim Maidə surəsində (ayə:6) ayaqqabının üzərinə məsh çəkməyi qadağan etmişdir. Və "maidə" surəsi də iki ya üç peyğəmbərin (s) vəfatından qabaq nazil olmuşdur."(Ət-təhzib, 1/361, hədis: 1091;)
Übeyd, Məhəmməd ibn Kəəbdən rəvayət edir ki, Maidə surəsinin bütün ayələri vida həcci zamanı (peyğəmbərin (s) son həcci) Mədinə və Məkkə yolunda nazil olmuşdur. (Əl-mənar təfsiri, cild 6, səh. 116;)
Başqa bir maraqlı məsələ Əbu Həmzə Sumalinin (əleyhir-rəhmə) rəvayətində vardır. O deyir:
"İmam Sadiqdən (ə) Maidə surəsinin bütün ayələrinin birlikdə (bir anda) yetmiş min mələklə nazil olduğunu eşitdim".( Kənzud-dəqaiq, 4/22;)
Bu məsələ (yetmiş min mələyin nazil olması) iki mühüm ayənin, yəni "ikmal" (maidə/3) və "təbliğ" (maidə/67) (vilayət) ayələrinin Maidə surəsində olduğuna görədir.
Hər halda Maidə surəsinin nazil olma tarixinə nəzər saldıqda bu nəticəyə çatırıq ki, "kəvafir" (Mümtəhinə/10) ayəsi ( Maidə surəsinin 5- ci ayəsinin nasixi ola bilməz.
Çünki yuxarıda qeyd etdik ki, "kəvafir" ayəsi Hüdeybiyyə sülhündə nazil olmuşdur. Amma Məkkənin fəthi barəsində nazil olmuş "Fəth" surəsi Hüdeybiyyə sülhündən sonra nazil olmuşdur.
Beləliklə də Maidə sursəinin 5- ci ayəsi bizim məsləyə (kitab əhli ilə daimi nikah) müxalifsiz olaraq dəlalət edir.
Allah-taala bu ayədə (Maidə/5) buyurur:
(الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّباتُ وَ طَعامُ الَّذينَ أُوتُوا الْكِتابَ حِلٌّ لَكُمْ وَ طَعامُكُمْ حِلٌّ لَهُمْ وَ الْمُحْصَناتُ مِنَ الْمُؤْمِناتِ وَ الْمُحْصَناتُ مِنَ الَّذينَ أُوتُوا الْكِتابَ مِنْ قَبْلِكُمْ إِذا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ وَ لا مُتَّخِذي أَخْدانٍ وَ مَنْ يَكْفُرْ بِالْإيمانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَ هُوَ فِي الْآخِرَةِ مِنَ الْخاسِرين) – مائده/5؛
"Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!"
Ayənin əvvəl hissəsinə diqqət etsək, görərik ki, mübarək ayənin məqsədi müsəlmanlarla kitab əhlinin əlaqələrini yemək-içmək və nikah zəminlərində yaxşılaşdırmaqdır.
Buna görədə bu hökmün müsəlmanlarla kitab əhlinin əlaqələrinin böhranlı və ziddiyytəli olduğu zaman, (Hüdeybiyyə sülhü ilə Xeybərin fəthinin arası) verildiyi ehtimalı məntiqə uyğun deyildir. Bu ayənin nazil olduğu zaman haqqında iki ehtimal vardır:
Birinci ehtimal:
Ayə Məkkənin fəthindən sonra, yəni hicrətin 8- ci ili və müsəlmanları müşrüklərə və kitab əhlinə tam qələbəsindən sonra nazil olmuşdur. Buna görədə Allah-taala istəyir kitab əhli və müşrüklərin arasında fərq qoysun. Belə ki müşrüklərlə heç cür mülayimlik və iltifat icazəli deyildir, amma kitab əhli ilə müəyyən həddə əlaqələrin yaradılmasının eybi yoxdur. Bu da müsəlmanlarla kitab əhlinin arasında olan müştərək xüsusiyyət, yəni tək Allaha inanmaq və səmavi kitaba əməl etməyə görədir.
İkinci ehtimal:
Bu ayə xeybərin fəthindən sonraya və müsəlmanların kitab əhlinə tam qələbəsindən sonraya aiddir. Allah-taala bu ayəni nazil etməklə müsəlmanlarla kitab əhlinin münasibətlərini və onların arasındakı çəkişmələri azaltmaq və yaxşılaşdırmaq istəyir ki, iki tərəfli əlaqələrin nəticəsində onların da İslam dininə hidayət olması üçün zəmin yaransın.
Başqa sözlə desək qələbədən sonra əvvəlki məhdudiyyətlərin qüvvədə qalmasına ehtiyac yox idi. (Təfsirul əmsəl, 3/539-540;)
Yuxarıdakı araşdırmalarımızın nəticələri olaraq, aşağıdakıları göstərmək olar:
1) Maidə surəsinin 5- ci ayəsi – «...و المحصنات من الذین اوتوا الکتاب...», "kəvafir" ayəsindən - - «و لا تمسکوا بعصم الکوافر» sonra nazil olmuşdur.
2) "Kəvafir" ayəsi Maidə surəsindən qabaq nazil olmuşdur və Maidə surəsinin 5- ci ayəsini nəsx edə bilməz.
3) Mümtəhinə surəsinin 10- cu ayəsindəki "kəvafir"dən məqsəd kitab əhli deyil, müşrüklərdirlər.
4) Kitab əhlindən olan qadınlarla evlənməyə icazə verən rəvayətlər sənəd və mətn baxımından müxalif rəvayətlərdən mötəbərdirlər.
5) Dəlillərə görə yəhudi və xaçpərətlərlə evlənmək caizdir. Amma müşrik və məcuslarla evlənmək caiz deyildir.
Müəllif: Seyid Kazim Hairi
Mütərcim: Seyid Məhəmməd Bəşirov

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

   İbadət dedikdə Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması anlaşılır.

Aləmin yaranışı və peyğəmbərlərin be’sətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir. Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”
Aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir.
Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə də’vət etmək olub: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” –deyə peyğəmbər göndərmişdik.”
Demək, aləmin yaranışı və peyğəmbərlərin be’sətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı mə’lumdur. “Həqiqətən, Allah sizə əsla möhtac deyildir.” İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllim yox, onların özü üçün faydalıdır.
İbadətin əsasları
İnsanı Allaha pərəstişə vadar edən işləri sadalayaq:
1. Allahın əzəməti
İnsan özündən asılı olmayaraq ilahi əzəmət qarşısında xüzu və kiçiklik hiss edir. Necə ki, böyük şəxsiyyətlərin və ya alimlərin yanında özünü kiçik sayır, ona tə’zim edir.
2. Fəqirlik və asılılıq hissi
İnsan təbiətən asılı və ya ehtiyaclı olduğu kəsin qarşısında təvazökar olur. Bizim vücudumuz Allahın iradəsinə bağlıdır və bütün işlərdə Ona ehtiyaclıyıq. Bu acizlik və ehtiyac hissi insanı Allaha pərəstişə aparır. O Allaha ki, kamil və ehtiyacsızdır! Bə’zi hədislərdə bildirilir ki, əgər fəqirlik, xəstəlik və ölüm olmasaydı, bə’ziləri Allah qarşısında heç zaman boyun əyməzdilər.
3. Ne’mətlərə diqqət
İnsan daim ne’mətlərdən bəhrələnərək, sitayiş edir. Allahın saysız ne’mətlərini yada salmaq Allahı düşünmək və ibadət üçün güclü amil ola bilər. Mə’sum imamların münacatlarında adətən öncə (hətta insanın təvəllüdündən əvvəl) Allahın ne’mətləri yada salınır. Bu yolla insan Allaha məhəbbətini dirildir, sonra isə ehtiyaclarını Ondan istəyir. Allah-təala buyurur: “Bu evin Rəbbinə ibadət etsinlər! Bir Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.” Başqa bir ayədə buyurulur ki, sizi yaratdığı üçün Allahınıza bəndəlik edin.
4. Fitrət
Pərəstiş insan vücudunun bir hissəsi və onun fitri istəyidir. İnsan fitrətində olan pərəstiş ruhu bə’zən düzgün yolunu tapır və insan Allaha pərəstiş edir. Bə’zən isə cahillik və azğınlıq səbəbindən insan daşa, taxtaya, günəşə, inəyə, pula, maşına, qadına və tağutlara pərəstiş edir.
Peyğəmbərlərin gəlişi pərəstiş hissi yaratmaq üçün deyil. Onların be’səti bu fitri meylin düzgün yola hidayət olunması üçündür. Həzrət Əli (ə) buyurur: “Allah Məhəmmədi (s) haqq olaraq göndərdi ki, bəndələrini bütpərəstlikdən allahpərəstliyə də’vət etsin.”
Qur’anda ibadətə aid ayələrin əksəri insanları ibadətə yox, ibadətdə tövhidə çağırır. Çünki hər bir uşaqda yeməyə meyl olduğu kimi, insanda da ibadət ruhu mövcuddur. Lakin insan hidayət olunmasa yemək əvəzinə torpaq yeyib, ləzzət alasıdır!
Əgər peyğəmbərlərin rəhbərliyi olmasaydı bu meyl azğın yola istiqamətlənər və Allah əvəzinə yalançı mə’budlara pərəstiş olunardı. Necə ki, həzrət Musanın (ə) yoxluğunda və 40 günlük qeyb dövründə xalq Samirinin hiyləsi ilə onun qızıl buzovuna pərəstiş etdi.
İbadətin rolu
İbadət həyatın bütün sahələrində Allahın razılığını düşünməkdir. İşlərə ilahi rəng verməyin insan həyatında mühüm tə’sirləri var. Bunlardan bə’zilərinə nəzər salaq:
1. Faniləri əbədiləşdirmək
İnsan və onun bütün işləri fanidir. Lakin Allaha aid olan və Onun razılığı üçün görülən bütün işlər axirət azuqəsidir və əbədidir. Qur’an buyurur: “Sizin yanınızda olan tükənər, Allah dərgahında olan isə əbədidir.” “İlahi rəngdən məhrum hər bir şey məhvə məhkumdur.”
2. Maddiyyatın mə’nəviyyata çevrilməsi
Əgər insan öz işlərində Allahın razılığını qazanıb ona bəndəlik edərsə, hətta yemək, geymək, səfər, görüş, evdarlıq, təhsil kimi gündəlik işlər mə’nəviyyata çevrilər. Lakin bə’zən dünyəvi məqsədlərlə görülən müqəddəs işlər öz dəyərini itirir. Birinci vurğuladığımız nəhayət faydalanma, ikinci isə nəhayət ziyana uğramaqdır.
3. Fərdi və ictimai quruculuq
Allaha ibadət dünyəvi meyllərə göz yummaqla, nəsil, geyim, dil və məkan fərqinə görə öyünməməklə, Onun sonsuz qüdrətinə qəlbən bağlanmaqla və ne’mət sahibinə təşəkkürlə yanaşıdır. Buna görə də ibadət ictimai və fərdi yaşayışın, düşüncənin formalaşmasında rol oynayır. İbadət düzgün ilahi yolla hərəkətdir: “Mənə ibadət edin, bu, doğru yoldur!” İbadət yük yox, hərəkət vasitəsidir: “Səbr və namazdan kömək alın.”
İbadət insanı fərdi şəkildə nəfsin, günahların və şeytanın köləliyindən xilas edir. Eyni zamanda, Allaha pərəstiş edən cəmiyyət zülmkarlara və tağuta pərəstişdən azad olur. İqbal Lahuri deyir:
İnsana əyildi qəlbi kor insan,
Tapdığı gövhəri itirdi, aman!
İt itə əyilmir –həqiqətdi bu,
Əyilən itdən də dəyərsiz oldu.
İbadət həm fərdləri, həm də cəmiyyəti fomalaşdırır. Allahdan qeyrisinə pərəstiş cəmiyyətdə fəsad yaranmasına səbəb olur.
İbadətin yönümləri
İslamda “ibadət” sözü namazla orucdan daha əhatəli mə’na daşıyır. Xalqın xeyrinə olan bütün yaxşı işlər də ibadət hesab olunur. İslamda ibadət sayılan bə’zi işləri yada salaq:
1. İlahi işlər barədə təfəkkür
İmam Sadiq (ə) buyurur: “İbadət çox namaz qılıb, çox oruc tutmaq deyil. Həqiqətən, ibadət ilahi işlər barədə düşünməkdir.” İnsanı Allaha yaxınlaşdıran və Onu tanımasına səbəb olan təfəkkür ibadət hesab olunur.
2. Ruzi qazanmaq
Allahın rəsulu (s) buyurur: “İbadət 70 hissədir. Onların ən üstünü halal ruzi ardınca getməkdir.”
3. Elm öyrənmək
İslam peyğəmbəri (s) buyurur: “Batildən uzaqlaşıb, azğın bir şəxsi hidayət etmək üçün elm arxasınca evdən çıxan şəxsin işi qırx ilin ibadətinə barəbərdir.”
4. Xalqa xidmət
Rəvayətlərdə xalqa kömək etməyin müstəhəb həcc kimi bir çox ibadətlərdən daha dəyərli olduğu göstərilir. Şair deyir:
Xalqa xidmətdədir əsil ibadət,
Dərvişlərin zikri deyil şücaət.
5. Ədalətli hakimiyyət intizarında olmaq
Peyğəmbər (s) buyurur: “İbadətlərin ən üstünü fərəc (imam Zamanın (ə) gəlişi) intizarında olmaqdır.” Aydındır ki, həzrət Mehdinin (ə) ədalət dövlətinə zəmin hazırlanması, təlaşla müşayiət olunan müsbət və qurucu intizar nəzərdə tutulur.
Demək, işlərə ilahi rəng vermək onların dəyərini artırır, onları ibadət, bə’zən isə ibadətdən də üstün edir. Doğru niyyət dəmiri qızıla çevirir. Allaha yaxınlaşmaq üçün görülən bütün işlər ibadətdir. Bu hesabla demək olar ki, ibadətin nümunələri saya gəlmir. Hətta ata-anaya, alimlərə, Qur’ana, Kə’bəyə, ədalətli rəhbər və din qardaşlarına məhəbbətli baxış ibadət sayılır.
Necə ibadət edək?
İbadətin üsulunu Qur’an və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Qur’an ayələri və mə’sumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Qur’an və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:
1. Agah ibadət
Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.”
Allahın rəsulu (s) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.”
Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün. Peyğəmbər (s) buyurur: “Diqqət ilə qılınan iki rəkət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür.”
Qur’an buyurur: “Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!”
İmam Sadiq (ə) buyurur: “Hər kəs iki rəkət namaz qılıb, kiminlə danışdığını və nə danışdığını düşünərsə, günahları bağışlanar.”
2. Eşqlə ibadət
Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi həvəssiz ibadət edənlər də heç bir ləzzət almır. İbadət sönüklük, halsızlıq, yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.
Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər mə’rifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: “Məcburən ibadət etməyin.”
Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və mə’sumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər. (Sonrakı mövzularda bə’zi nümunələr qeyd olunacaq.)
3. Xalis ibadət
İxlas gövhəri ibadətlərə dəyər və e’tibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur. Qur’an buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”
İmam Riza (ə) buyurur: “Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun.”
Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir. Qur’an buyurur: “Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb.”
4. Xüşu ilə ibadət
Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır. Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır. Qur’an mö’minlərin sifətlərini “namazda xüşu” ilə bəyan edir: “O kəslər ki, namazlarında müt’i olub boyun əyərlər!” İbadət edən şəxsin vücudunu müt’ilik (xüşu) əhatə etməlidir. Bu halı əldə etmək üçün namaz qılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür. Namaz qılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən.” Başqa bir hədisdə buyurulur: “Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən.”
5. Gizli ibadət
İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özünü nümayişlə puç olur. Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır. Allahın rəsulu (s) buyurur: “Gizli ibadətin mükafatı daha böyükdür.” Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir. Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür. Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.
İBADƏTİN BƏLALARI
İnsanın qədim və and içmiş düşməni şeytan daim onun ibadətlərini puç etməyə çalışır. O, ibadətləri puç etmək üçün bu yollardan istifadə edir:
1. Riya
Allah-təalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qazanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür. Bu şəxsin ibadətləri hədər olur. Şeytan vasitəsi ilə yaranmış riya bə’zən əməldən öncə niyyətdə özünü göstərir və “Allaha yaxınlıq məqsədini” məhv edir.
2. Təkəbbür
İbadət zamanı şeytan insanı özünü və ibadətlərini bəyənməyə vadar edir. Allahın adı ilə başlayan iş yarıda şeytan vasitəsi ilə puç olur. Şeytan insanı təkəbbürə düçar edir.
3. Günah
Şəksiz ki, günahlar ibadətin yaxşı tə’sirlərini məhv edir. Aylarla zəhmət çəkdikdən sonra qəflət nəticəsində xırmanı oda verən əkinçinin bütün zəhmətləri məhv olur. Günahlar ibadət tarlasını yandıran oddur.
Xülasə, şeytan insan qəlbinə axan zülal suyun yolunu kəsir, ya da qəlbə daxil olmuş suyu bulaşdırıb dağıdır.
İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, məni özünə bəndə et, ibadətlərimi təkəbbürümlə məhv etmə. Məni əziz et, təkəbbürə düçar etmə.”
İbadət sayılan sədəqə minnət qoyulduqda puç olur: “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.”
Yeni ağac əkmək o qədər də vaxt aparmır. Lakin onu qoruyub inkişaf etdirmək çətindir. Bə’zən günahlar bütün yaxşılıqları və ya bəyənilmiş mə’nəvi halları bərbad edir. Hədisdə oxuyuruq: “Atəş, odunu yandırdığı kimi həsəd də yaxşılıqları məhv edir.”
Rəvayətdə deyilir: Qürurlu abid və xəcalət çəkən fasiq məscidə daxil olur. Fasiq tövbə və peşmançılığına görə dəyişib saleh mö’min olur, lakin abid təkəbbürünə görə yolunu azır.
İbadətlərimizlə Qürrələnməyək
Qürur və təkəbbür ibadətin böyük bəlalarındandır.
Bu bəladan necə uzaqlaşmalı?
Aşağıdakı nöqtələrə diqqət yetirib namaz və sair ibadətləri puç edən bu bəlanın qarşısını almaq olar:
1. Həqiqətən ibadət etmişikmi?
Bə’zən insan boş-boş işləri qiymətli zənn edib Allaha ibadət etdiyini düşünür. Bə’zən nalayiq bir iş insanın gözündə yaxşı iş kimi cilvələnir. Bütün bunlar İblisin fəaliyyətidir. Qur’an bə’zi ayələrdə pis əməli bəzəmək məsələsinə işarə edir: “Pis əməli gözündə bəzənmiş insan onu yaxşı sayır.” “O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini zənn edirlər.” “Pis əməlləri onlara gözəl görünmüşdür.”
2. İbadətlərimiz qəbul olurmu?
“İbadətin qəbul şərtləri və nişanələri” mövzusunda oxuyacaqsınız ki, ibadət və namazın ən mühüm dəyəri onların qəbul olmasıdır. Allah təqvalı və saleh bəndələrdən ibadətləri, infaq və sədəqələri qəbul edir.”
İbadətin qəbuluna əmin olmayan insan ibadətlərlə qürrələnə bilərmi?!
3. İbadətlərimiz puç olmayıbmı?
Bə’zi günahlar bir ömür namaz və ibadətləri puça çıxarır. Bununla da insanlar əməl bazarından əliboş qayıdırlar. Günahla yanaşı olan namaz və ibadətlər puç olmayıbmı?! Biz bu ibadətlərlə razılaşa bilərikmi?!
4. Aqibətimiz gözəl olacaqmı?
Pis aqibətə düçar olanlar çoxdur. Gözəl aqibət ilahi övliyaların daim Allahdan istədikləri böyük ne’mətdir. Həzrət Yusif (ə) Allahdan istəyir ki, onu müsəlman öldürsün: “Mənim canımı müsəlman olaraq al.”
Ağıl sahibləri Allahdan istəyirlər ki, onları yaxşılarla birlikdə öldürsün: “Canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al.”
Bu yolda əbədi qalmaq üçün doğru yola hidayət istənilməlidir. Qur’an bir neçə yerdə bildirir ki, aqibət müttəqilərindir. Şeytan bir o qədər ibadətlə Allahın hüzurundan qovulmadımı?!
Bir ömür namaz və ibadətlərdən sonra azğın halda dünyadan gedənlər olmadımı?! Demək, hazırkı vəziyyətimizlə qürrələnməməliyik!
5. İbadətlərlə ne’mətləri müqayisə etmək
Hər bir şeyimiz Allah tərəfindəndir. Sağlamlıq, imkanlar, ruzi və hər bir ne’mət Allahın lütflərindəndir. İbadət tövfiqi də ilahi ne’mətdir. Allahın ne’mətlərinə qərq olmuşuq. O bizi səadətə çatdırmaq üçün də’vət edir, elçi göndərir, həvəsləndirir, vasitə verir, istənilən yaşda və istənilən şəraitdə qəbul edir. O, qaçanları da qəbul edir, təkrar dönüşlər və hacətlərdən yorulmur, layiq olmayan ibadətləri qəbul edir, ucuz əməlləri baha alır, eybləri örtür və başqa-başqa yüzlərlə ne’mətlər verir. İbadətlərimizi ilahi ne’mətlər qarşısında necə böyük sayaq?!
6. İbadətlərlə günahların müqayisəsi
İbadətlərimiz, yoxsa günahlarımız çoxdur? Qur’an dəfələrlə deyir: “Hara gedirsiniz?!” Hansı namaz və ibadətimiz günahlarımızın, üsyanımızın, səhlənkarlıq və e’tinasızlığımızın qarşısını ala bilər?
İmam Səccad (ə) bir duada deyir: “Pərvərdigara! Mən bir bunca günahlardan, qəflətdən və həddi aşdıqdan sonra nafilələr və müstəhəbbatlarla Sənə necə yol tapım?”
7. İbadətlərlə ehtiyacların müqayisəsi
İbadətlər axirət yolunun azuqəsidir. Qabaqda uzun və çətin yol durub. Görən bu ibadətlər uzun axirət yoluna kifayət edib, ehtiyaclarımızı ödəyəcəkmi? Həzrət Əli (ə) uzaq yol üçün az miqdar azuqəyə görə ah çəkmirdimi?!
Allaha və Onun ne’mətlərinə dünyadan çox qəbirdə, bərzəxdə, məhşər və axirətdə ehtiyaclı olacağıq. Görən ibadətlərimiz bu qədər ehtiyacları ödəyəcəkmi?
Əbu-Dərda deyir: Peyğəmbər məscidində Rizvan və Bədr əhlinin əməlləri barəsində söhbət gedirdi. Mən dedim: “Əlinin (ə) təqvası və ibadəti hamıdan çoxdur.” Bu söz onlara xoş gəlmədi və mən şahid olduğum bir xatirəni nəql etdim:
Bir gecə həzrət Əlinin (ə) xurmalıqda gizləndiyini gördüm. Onu izlədim, lakin gözdən qaçırdım. Evə getdiyini fikirləşdim. Lakin ah-nalə səsi eşitdim. O deyirdi: “Ah, o günahlara görə ki, mən Səni unutdum, lakin Sən mənə tövbə yazdın... Ah, o yandırıcı oda görə və...” O qədər ağladı ki, huşunu itirdi. Dünyadan getdiyini fikirləşdim. Xəbər vermək üçün Zəhranın (s) evinə getdim. Buyurdu: “Əlinin (ə) bu halı Allah qorxusundandır.” Sonra su gətirdim və Əli (ə) huşa gəldi. Mən də ağladım. Özünə gələn kimi dedi: “Ey Əbu-Dərda! Qiyamətdə hesaba çağrılacağım və günahkarların ilahi əzaba yəqin edəcəkləri gün məni necə görürsən?”
Bəli, böyük ehtiyaclar qarşısında layiqsiz ibadətlərlə qürrələnmək bir daha Allahın rəhməti müqabilində qəflətdir.
8. İlahi övliyaların ibadətləri ilə müqayisə
Bizim ibadətlərimiz Allahın övliyalarının ibadətləri ilə müqayisədə çox naqisdir. Onlar mə’sum olmalarına, ibadət və bəndəlikdə bütün dövrlərin qabaqcılları hesab olmalarına baxmayaraq daim Allahı düşünüb, Onun dərgahında ibadət edirdilər. Bizim kimi günahkar və ehtiyaclı insanlar daha çox ibadət etməlidir. İlahi övliyaların ibadətlərini araşdırıb, onlar haqqında düşünmək bizi namaz və dualarımızla qürrələnməkdən saxlayır. İndi isə bir neçə nümunəyə işarə edirik (mə’sumların namazları mövzusunda başqa nümunələrə də işarə olunub):
Allahın rəsulu (s) çox ibadət edib özünü əziyyətə saldığı üçün bu ayə nazil oldu: “Ta, ha! Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”
İmam Həsən Müctəba (ə) buyurur: “Dünyada həzrət Fatimədən (s) çox ibadət edən kəs yoxdur. O qədər ibadət edirdi ki, ayaqları şişirdi.”
İmam Baqir (ə) buyurur: “İmam Zeynəl-abidin (ə) Əmirəl-mö’minin (ə) kimi gecə və gündüz min rəkət namaz qılırdı. Onun 500 cavan xurma ağacı vardı. Hər ağacın yanında iki rəkət namaz qılırdı.”
İmam Baqir (ə) nəql edir: “Yanına daxil olduqda atamın rənginin dəyişdiyini, ayaqlarının şişdiyini, gözlərinin saraldığını və alnında səcdə izi qaldığını görüb ağladım. Məni görən kimi buyurdu: Filan yazını gətir! Yazıda həzrət Əlinin (ə) ibadətlərindən bir az oxuyub buyurdu: Əli (ə) kimi kim ibadət edə bilər?!”
İmam Kazimin (ə) zindanda bə’zən bir səcdəsi sübhdən günortayadək çəkirdi. Həzrət (ə) bir parça tək yerə sərilirdi. Əgər uca mə’sumlar daim ibadətlərinin naqisliyini e’tiraf edirlərsə, bizim ibadət adlandırdığımız əməllərimizlə qürrələnməyimizin yeri yoxdur. Bizim ibadətlərimizlə ilahi övliyaların ibadətləri arasında yerlə göy arası fərq var. Beləsə, nə üçün qürrələnək?
Batil ibadətlər
Dediyimiz kimi, bəndəlik, itaət və ibadət yalnız aləmlərin yaradanı qarşısında layiqli və rəvadır. Başqa istənilən bir varlığa pərəstiş batildir. Peyğəmbərlərin hidayətindən uzaqlıq və cahillik batil ibadətlərə səbəb olur.
Allah-təala Qur’anda batil ibadətlərin dəlilsiz, faydasız olduğunu bildirir və bu ibadətləri rədd edir:
Əgər kömək üçün Allahdan qeyrisinin sorağına gedirsinizsə, bilin ki, bütün qüvvət və qüdrət Allaha məxsusdur.
Əgər izzət axtarırsınızsa, izzət Allahın əlindədir: “Bütün izzət Allaha məxsusdur.”
Əgər ruzi axtarırsınızsa, bilin ki, batil mə’budlar ruzi verməyə qadir deyillər.
Əgər başqa mə’budlar vasitəsi ilə xeyir qazanıb ziyandan uzaqlaşmaq istəyirsinizsə, bilin ki, onlar xeyir verib zərəri uzaqlaşdırmağa qadir deyillər: “De ki, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?!”
Əgər tağutları özünüzdən üstün hesab edirsinizsə, bilin ki, onlar da sizin kimidir. “Sizin kimi bəndələrdir.”
Əgər bütlərə pərəstişdə babalarınıza təqlid edirsinizsə, bilin ki, onlar azğınlardan olublar: “Siz də, atalarınız da açıq-aşkar azmısınız.”
Əgər qiyamət günü fəryadınıza çatacaqlarını fikirləşirsinizsə, bilin ki, onlar ibadətlərinizə göz yumub sizinlə düşmən olacaqlar: “Xeyir, tanrıları tezliklə onların ibadətini danacaq və onlara düşmən olacaq.”
Bu şəxslər heç bir səbəb və dəlil olmadan başqa mə’budların sorağına getmişlər. Etdikləri ibadət üçün heç bir dəlilləri yoxdur: “Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, Allah ona heç bir dəlil nazil etməmişdir.” Allahdan savay heç kim və heç nə pərəstişə layiq deyil. Çünki bu batil mə’budlar ya xarici vücuda malik olmayan təxəyyüldür, ya xaraktersiz və acizdir, ya da fəal olmasına baxmayaraq, müvəqqəti, məhdud, minnətçi və alçaldıcıdır. İnsan heç bir mövcuda Allaha itaətsizlik bahasına pərəstiş etməməlidir. İmam Cavad (ə) buyurur: “Hər kim başqa birinin sözünə qulaq assa ona pərəstiş etmişdir!” Demək, haqq söz dedikdə haqqın bəndəsi, batil söz dedikdə batilin bəndəsi oluruq. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Hər kəs hansısa bir mövcuda itaət edib Allahın əmrindən çıxarsa, həmin mövcuda pərəstiş etmişdir.”
Demək, batil ibadət yalnız daş, taxta, günəş və ulduzlara pərəstişlə məhdudlaşmır. Hər bir qeyri-ilahi hökumətə, qüdrətə, sözə və fikirə bağlanmaq batil ibadətdir. Hətta qeyri-ilahi ideologiyaların qəbulu da batil ibadətlərdən sayılır.
İbadət yox, bəndəlik
Qəlbən qəbul edilməyən zahiri ibadətlər dəyərsizdir. Bəndə Allahın göstərişləri qarşısında qeyd-şərtsiz təslim olmalı, şəxsi istəklərini kənara qoymalı və xalqın xoşuna gəlib-gəlməyəcəyinə e’tina göstərməməlidir. Bu nə üçün-niyəsiz təslim olma ibadətin fəlsəfəsi olan bəndəlikdir.
İblis keçmiş ibadətlərinə baxmayaraq bəndəlik ruhiyyəsi olmadığından Adəmə (ə) səcdə etmədi, Allahın göstərişindən boyun qaçırıb kafir oldu.
Xalqın peyğəmbərlərin də’vətindən boyun qaçırıb təkəbbür göstərmələrinin səbəbi onlarda bəndəlik və təslimçilik ruhiyyəsinin olmaması və nəfslərinə tabe olmaları idi. Qur’an buyurur: “Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi?!” “Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim tə’yin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam bir itaətlə Allahın hökmünə təslim olmayınca (həqiqi surətdə) iman gətirmiş olmazlar.”
Demək, insanın razılığı, təslimçilik və bəndəliyindən qaynaqlanan ibadət dəyərlidir. İbadət özünə bəndəlik və nəfsə tabeçilik yox, Allaha bəndəlikdir.
İlkin İslam dövründə müsəlmanlara cihad hökmü gələrkən bə’ziləri deyirdilər: “Nə üçün bu göstəriş bir müddət tə’xirə salınmayıb, indi gəldi?” “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın...” Qiblənin Beytül-müqəddəsdən Kə’bəyə doğru dəyişilməsi hadisəsində bə’ziləri dedilər: “Niyə? Qur’an belə cavab verir: “Kimin peyğəmbərə itaət edəcəyini və kimin geri qayıdacağını (ağız əyəcəyini) bilmək üçün.”
Təslimçilik və bəndəliyin kamil nümunəsini İbrahim və İsmailin əhvalatında görürük. Həm ata Allahın göstərişinə tam itaət edib, övladını qurbangaha aparır, boğazına bıçaq çəkir; həm də İsmail deyir: “Ey ata, göstəriş veriləni yerinə yetir.”
İbrahim (ə) müt’i və təslim bəndənin kamil nümunəsidir. İstər övladını qurban etməkdə, istər Hacər və İsmaili Məkkənin susuz çöllərində tənha buraxmaqda, istər Nəmrudun oduna atılmağa hazır olmaqda!
İBADƏTLƏRİN DAVAMLILIĞI
Yolçu o deyil ki, qaçıb yorula,
Haqq yolçu yol gedir asta, aramla.
İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qur’an deyir: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!”
Allahın rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bə’zən əməl edib, bə’zən tərk etməkdir.”
Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!”
Tövsiyə edilir ki, başlanan hər bir iş ən aşağısı bir il davam etdirilsin.
Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühümdür. Bə’zən məscid, dua və ibadət halına düşüb, bir müddət sonra bu işlərə tamamilə biganə yanaşmaq səmərəsizdir.
İbadətin fürsəti
Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə həzrət Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.”
Gecə və gündüz xərclədiyimiz ömür sərmayəsindən nə əldə edirik? Allahın rəsulu (s) buyurur: “Dünya bir saat və bir andan çox deyil. Onu Allaha itaət yolunda sərf edin.”
Əgər bə’zi şəraitlərdə ibadət imkanı azdırsa çalışmaq, imkan tapmaq daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!”
İbadətin çətinliklərinə dözmək
Allahpərəstlik yolunda çətinliklər də mövcuddur. İstər xalqı Allah düşüncəsindən çəkindirən tağutlar, istər dindarları məsxərəyə qoyan dinsizlər, istər insanı ibadətdən çəkindirməyə çalışan nəfs və şeytan, istər maneçilik törədən hər bir amil tərəfindən çətinliklər yaranır.
Yoxsa, İslam Peyğəmbərini (s) namaz zamanı Kə’bədə incitmirdilər?!
Yoxsa, mübariz müsəlmanlar allahpərəstlik xatirinə tağut işgəncələri altında can verməyiblər?!
Yoxsa Bilal Həbəşilər kimilərə Allah yolunda şallaq vurulmadı?!
Allah adamları heç bir halda Allaha pərəstişdən və dinin icrasından əl çəkmədilər. Həzrət Zeynəb (ə) gördüyü bütün müsibət və şəhadətlərə baxmayaraq Kufə və Şama səfər zamanı gecə namazını tərk etmədi. Baxmayaraq ki, halsızlıqdan ayağa qalxa bilmirdi!
Ümmətin imamı (r) ömrünün axırıncı gecəsi ölüm yatağında ikən müstəhəb namazlardan əl çəkmədi.
Haqq yolun can bahasına keçilən çətinlikləri vardır. Bu yolda düşmənlərdən qorxmaq lazım deyil. Həzrət Əli (ə) buyurur: “Haqq yolunda yolçuların azğınlığına görə qorxmayın.” Bə’zən nə isə almaq, yemək-imək və ya başqa bir məqsədlə israr edir, avtobusu saxlatdırırıq. Amma namazın vaxtı çatdıqda maşını saxlamaq üçün cəhd göstərmirik!
İbadətin Tövsiyəsi
Allahpərəst mö’min öz namaz və ibadəti ilə kifayətlənməyib, başqalarını da Allaha pərəstişlə tanış etməli, ibadət mədəniyyətinin genişlənməsi üçün çalışmalıdır. Haqqa çağırış və təbliğ hər bir mö’minin vəzifəsidir. Allah iman və saleh əməldən sonra insanı haqqa və səbrə də’vət edir: “...O kəslər ki, iman gətirib, yaxşı əməllər etdilər, haqqa çağırdılar və səbri tövsiyə etdilər.”
On nəfər siqaret çəkən bir yerə daxil olsalar, az vaxt ərzində bir çox insanları tüstü ilə tanış edəcəklər. Bir neçə günahkar bütöv bir şəhəri fəsada bürüyür. Nə üçün bir dəstə ibadət və namaz əhli xalqa Allahı tanıtdırıb, mühiti Allaha pərəstiş məkanına çevirməsin?!
Bütün qüvvəmizlə evdə, küçədə, məktəbdə, idarədə, şəhər və kəndlərdə ilahi hədəflərimizi tövsiyə edib, bacarığımızı göstərməliyik.
“Namazın sirləri” Kitabından