Yazarlar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Hədis
- Gösterim: 2028
Ustad Cavad Mühəddisinin 40 qüdsi hədisə qısa izahları.
1. Xilqətin sirri
Allah-taala buyurur:
-"Mənim bəndəm! Bütün şeyləri sənə görə yaratdım və səni Özümə görə yaratdım. Dünyanı ehsan üzündən və axirəti imana görə sənə bağışladım".
"Əl-Cəvahir əs-səniyyəh", səh. 284.
***
Öz vücudunun dəyərini bilən və kainatda öz məqamını tanıyan şəxs, nə ömrünü qəflətdə keçirər, nə də günaha təslim olar.
İnsan yaranmışların ən şərəflisidir. Allah bütün kainatı ona ram etmiş və dünyanı onun üçün yaratmışdır. Buludu, küləyi, ayı, günəşi və fələkləri işə salmışdır ki, insan mərifət və iman əldə etsin, varlıq fəlsəfəsindən qafil olmasın və Allaha çatsın.
Bütün aləm insan üçündür, insan isə Allah üçün!
Bundan üstün hansı məqam ola bilər? Allahın əta etdiklərinin hamısı Onun fəzl və ehsanındandır. Nəinki bəşərin ləyaqətindən. Belə ki, dünyada iman sərmayəsilə axirətin səadətini əldə etsin. Buradan o əbədi ev üçün azuqə götürsün.
2. Sirli qəlb
Allah-taala buyurur:
-"İxlas mənim sirlərimdən bir sirdir. Onu sevdiyim bəndələrin qəlbinə əmanət qoyuram".
"Əl-Muhəccət əl-bəyza", c. 8, səh. 125.
***
Əməllərin dəyər meyarı "niyyət" və "şövq"dür.
İbadət, ehsan, infaq və cihad edən şəxs, Allahın razılığına görə deyil, bəndələrin görüb onu tərifləməsinə görə bu əməlləri etsə, öz işini dəyərsiz bir qiymətə satmışdır.
"İxlas" mərhələsinə çatmaq çətin bir işdir. Allaha məxsus olmaq, Allah üçün yaşamaq, Onun razılığı üçün dostluq və düşmənlik etmək, qəlbi riyadan paklamaq, ibadəti yalnız Allah üçün etmək, özünüislah və nəfsi paklamanın uca məqamlarındandır.
İxlaslı əməli Əlidən (ə) öyrən...
Əməllər qiymətləndirilən zaman, qəbul qiyməti o şəxsə çatacaq ki, əməlində ixlas rəngi olsun.
Əməl və mükafat bazarında riya ilə olan işlərin heç bir qiyməti yoxdur və əcr və mükafat verilməyəcək.
Buna görə də, ixlas nəfis bir cəvahirdir və Allahın xüsusi bəndələrinin qəlbində əmanət qoyulur.
3. Allahı zikr etmək
Allah-taala Davud (ə) peyğəmbərə buyurdu:
-"Məni öz xoş günlərində xatırla ki, Mən də sənə çətin günlərində cavab verim".
"Bihar əl-ənvar", c. 14, səh. 37.
***
Çətinlik, narahatlıq və xəstəliklər zamanı hamı Allahı yad edir.
Bədbəxt hadisələr zamanı hamı bir nicat nurunun ardıncadırlar və Allaha tərəf əl açır və Ondan işlərinə fərəc və düyünlərin açılmasını istəyirlər.
Yalnız əlacsızlıq və çətinlik günlərində Allahı yad edən və Onun sorağına gedən şəxs mərifət sahibi deyil. Məsələn, dənizin dalğası və təhlükə zamanı Allahı çağırsın, amma, ayağı quruya çatan və təhlükə sovuşan kimi, yenə də Allahdan qafil olsun və Onun əmrlərinə itaət etməsin. Bəndəliyin şərti budurmu?
O həmişə bizim intizarımızdadır. Elə ki, möminin qəlbi Onu yad etdi, hacət əli Allaha doğru ucaldı, Öz bəndəsinin ibadət və itaəti ilə mələklər qarşısında fəxr edir.
Biz onun dəvətinə "oldu" deyirikmi?
4. Ehtiyac miqdarında azuqə və itaət
Tövratda deyilmişdir:
-"Ey Adəm övladı! Mənə ehtiyacınız qədər Mənə itaət edin. Cəhənnəm oduna səbriniz qədər Mənə günah edin. Dünya üçün orada qalacağınız müddət üçün çalışın. Axirət üçün orada qalacağınız müddət üçün azuqə toplayın".
"Əl-Cəvahir əs-səniyyəh", səh. 166.
***
Dünya və axirətdə bizim işimiz Allahladır.
O bizim mövlamızdır və biz Onun möhtac bəndələriyik. O nə qədər ehtiyacsızdırsa, biz də bir o qədər Ona möhtacıq.
Öz fəqirliyimizdən bir zərrə aşkar edək,
Necə ki, Allah varlıdır, biz ehtiyaclıyıq.
Onda, olduqca çox olan ehtiyacımız qədər Ona itaət edək və İlahi əzaba dözmə qüdrətimiz qədər günah edək. Yəni, heç bir dözümümüz olmadığı üçün, heç bir günah da etməyək.
Dünya keçid yeridir və daimi deyil. Axirət isə əbədi və daimi yerdir.
Ağıllı kimdir? O şəxs ki, "keçid"dən "qərargah" üçün azuqə götürür və fani və vəfasız dünyaya bel bağlamır. Bizim əsil evimizin axirət olduğu üçün, onun abadlığı üçün çalışmalıyıq. Öz dünyamızı axirətə çevirməliyik.
Axirət bir-iki gün ya bir-iki il deyil. Əksinə, həmişəlikdir.
Həm cəhənnəm əhli odda əbədi qalacaqlar, həm də cənnət əhli ali cənnətdə daimi qalacaqlar. Onda, elə iş görmək lazımdır ki, əbədi səadət və cənnəti qazanaq. Bu, dünyadan axirətə azuqə götürməkdir.
5. Allahı sevməyin yolu
Allah Davuda (ə) buyurdu:
-"Məni sev və Məni Öz məxluqlarımın yanında da sevimli et!"
Həzrət Davud (ə) buyurdu: -"İlahi! Oldu. Mən Səni sevirəm. Amma, Səni yaratdıqlarının yanında necə sevimli edim?"
Buyurdu: -"Onların yanında mənim nemətlərimi say. Həqiqətən sən Mənim nemətlərimi onlara saysan, onlar mütləq Məni sevəcəklər".
"Bihar əl-ənvar", c. 14, səh. 38.
***
Ehsan və yaxşılıq cazibə və məhəbbətin amilidir.
Kim bizə yaxşılıq etsə, onu sevirik. Ehsan nə qədər çox olsa, məhəbbət də daha çox olur.
Nə edək ki, qəlblərdə İlahi məhəbbət vücuda gəlsin, yaxud, əgər varsa artsın və davamlı olsun?
Onun yolu İlahi nemətləri xatırlamaqdır. Allah Quranda Öz nemətlərini bəşər üçün saymışdır. Habelə, tövsiyə etmişdir ki, İlahi nemətləri yad edin.
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ
"Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!" ("Zuha" surəsi, 11-ci ayə)
İlahi nemətlərə diqqət Onun dərgahına şükr etməyə zəmin yaradır.
Biz İlahi nemətlərdə qərq olmuşuq. Zahiri və batini, maddi və mənəvi, kiçik və böyük, hiss olunan və hiss olunmayan nemətlər. Bizim varlığımız Allahın nemətidir. Bizim vücudumuzda qoyulmuş sərmayə və qüvvələr Onun lütflərindəndir.
Onun nemətlərini özümüz və başqaları üçün yad edək ki, bizim qəlblərimizdə İlahi məhəbbət yaransın. Əgər ibadət də ediriksə, aşiqcəsinə və məhəbbət üzündən olan ibadət olsun.
6. Allahla dostluq və həmnişinlik
Ey Davud!
-"Yer əhlinə çatdır! Mən o şəxsi sevirəm ki, məni sevir. O şəxslə oluram ki, mənimlədir. Mənim zikrimlə ünsiyyətdə olanın munisiyəm. Mənimlə söhbət edənlə söhbət edirəm. Məni seçəni seçirəm. Mənə itaət edənə itaət edirəm".
"Əl-Məcalis əs-səniyyə", səh. 77.
***
Bizim Allahla əlaqəmiz necə olsa, O da bizimlə elə olacaq.
Allahla qarşılıqlı dostluq böyük bir hədiyyədir. O şəxs Allahın sevimlisidir ki, Allahı da sevsin. Allahın ünsiyyəti, qonşuluğu və birliyindən o şəxs faydalanacaq ki, Allahın munisi olsun, yaxşılıq və yaxşıların həmdəmi olsun və həmişə qəlbi və dili ilə Allahı zikr etsin.
Kim Allahın seçilmişi olur?
O şəxs ki, Allahı seçsin və əsil seçimi Allah və Onun razılığı olsun.
Allah kimin duasını qəbul edir?
Bütün ömrü boyu Allahın əmrlərinə qulaq asan, Ona bəndəliyi özünə iftixar sayan və üsyankarlıq barədə şeytanın vəsvəsələrinə qulaq asmayan şəxsin.
Kim bu dünyada allahtanıyan olsa, Allah da axirətdə onu tanıyacaq və Öz lütfünə şamil edəcəkdir. Kim bu dünyada Allahı tanımasa və onunla küsülü olsa, qiyamətdə də İlahi rəhmət və inayətdən məhrum olacaqdır. Kim "Allahın əmri"nə itaət etsə, Allah da "bəndənin duasına" cavab verən olacaqdır.
7. Mələk xislətli cavan
Allah-taala buyurur:
-"Mənim təqdirimə iman edən, Mənim yazdığıma razı olan, Mənim verdiyim ruziyə qane olan və Mənə görə öz şəhvət və istəklərini tərk edən cavan Mənim yanımda bəzi mələklərim kimidir".
"Kənz əl-ummal", c. 15, səh. 786.
***
Cavanlıqda pak olmaq peyğəmbərlər yoludur
Yoxsa, hər dinsiz qocaldıqda pəhrizkar olur.
Allah cənnəti itaət və bəndəlik qarşılığında verir. Allahın həqiqi bəndəsi o şəxsdir ki, Allahın istəyini öz ürəyinin təmənnasından üstün tutur, Allahın müqəddəratı qarşısında razı olur, səmavi məktəb qarşısında müti və təslim olur, hərislik, tamah və acgözlükdən uzaq olur, qənaət sərmayəsinə sahib olur, "Allah"a görə "öz" istəklərindən keçir və Axirətin əbədi ləzzətini dünyanın ani şəhvətilə dəyişmir.
Mələklər pak, məsum və fərmana itaətkardırlar.
İtaətkar insanlar da mələk xislətli, hətta, mələkdən də üstündürlər.
İnsanın mənəvi inkişafı üçün yol nə bağlıdır nə də məhdud. Sədi Şirazi demişkən: "Gör insanın uçuşu nə həddədir".
Xoş olsun pak, imanlı və iffətli cavanların halına ki, onları Allah sevir.
8. Mömini ziyarət, Allahı ziyarət
İmam Sadiqin (ə) belə buyurduğu rəvayət olunub:
-"Kim Allah xətrinə öz din qardaşını ziyarət etsə, Allah buyurar: -"Məni ziyarət etdin. Sənin mükafatın Mənim öhdəmədir. Mən sənin üçün cənnətdən az mükafata razı olmaram".
"Əl-Cəvahir əs-səniyyəh", səh. 264.
***
Dini mədəniyyətdə "mömini ziyarət" bir sünnədir. Din qardaşlarını ziyarət müstəhəb sayılır və İlahi razılağa səbəb olur.
Müsəlmanı sevmək bir dəyərdir. Sevgi və rəğbəti bildirmək bir başqa dəyərdir. Onun görşü və ziyarətinə getmək isə bu qəlbi sevginin göstəricisidir.
Vəhdətdə olan qəlblər İlahi rəhmətin nazil olma yeridir.
Ülfət və birliyi qıran hər bir şey bəyənilməzdir. Məhəbbət, səmimiyyət və bağlılığı artıran hər bir şey xoşa gələn və bəyəniləndir.
Allah Öz mömin bəndəsini elə sevir ki, onu ziyarət etməyi Allahı ziyarət etmək kimi sayır. Bu sünnəni yerinə yetirməyə savab da verir. Bu savab, "cənnət"in özüdür.
"Qovuşdurucu" ola biləcəyimiz halda, nə üçün "qırıcı" olaq?
Dini əlaqələri gücləndirmək və İslami qardaşlığı möhkəmləndirməklə Allahın razılığını əldə etmək olursa, nə üçün ixtilaf və ayrılığın ardınca olaq?
9. Rəhmət kölgənəcəyi
Allah-taala buyurur:
-"Mənə itaət edənlər Mənim ziyafətimdədirlər. Mənə şükr edənlər Mənim ziyarətimdədirlər. Məni zikr edənlər Mənim nemətimdədirlər. Mənə günah edənləri Öz rəhmətimdən naümid etmirəm. Əgər tövbə etsələr, Mən onların sevimlisiyəm. Əgər xəstələnsələr, Mən onların təbibiyəm. Onları çətinlik və müsibətlərlə müalicə edərəm ki, onları günah və eyblərdən paklayım".
"Əl-Cəvahir əs-səniyyəh", səh. 286.
***
Allahın dərgahı ümumi rəhmət və sonsuz razılığın mərkəzidir.
Hər kəs bir yolla bu kandara baş vurur və Allahın lütflərindən bəhrələnir. Şükr edən nemətin artmasına ümid edir. Xəstə Allahın şəfasına göz dikir. Fəqir Allahın kərəm və bəxşişinin intizarındadır. Günahkar bağışlanma ümidindədir. Yaxşı əməllər sahibi Allahın Axirətdə verəcəyi mükafata ümidvardır.
Yer üzü Onun ümumi süfrəsidir
Bu rəhmət süfrəsində nə düşmən var nə dost.
Bəzən də, ağrı və bəlalar möminin ruhunu paklamaq və hadisə və əziyyətlər kürəsində onun xalisləşməsi üçündür.
Azad bəndələr Onun nemətinə şükr edir və Onun bəlalarına səbr edirlər. Heç vaxt şikayət üçün ağız açmırlar. Dost tərəfindən gələn hər bir şeyi yaxşı sayırlar.
Bu bəndənin kamilliyi, ixlası, razılıq və təslim olmasının son zirvəsidir.
İnsan bu ruhiyyə ilə hər bir halda olur-olsun, özünü Allahın feyz və rəhmətinin sayəsində görür və Ondan razı olur.
10. Müjdə və xəbərdarlıq
Allah-taala Həzrət Davuda (ə) buyurdu:
-"Ey Davud! Günahkarlara müjdə ver və siddiqləri qorxut!"
Soruşdu: -"Günahkarlara necə müjdə verim və siddiqləri necə qorxudum?"
Buyurdu: -"Ey Davud! Günahkarlara müjdə ver ki, Mən tövbələri qəbul edirəm və günahları əfv edirəm. Siddiqləri də qorxut ki, öz əməllərilə məğrur olmasınlar. Çünki, Allah hansı bəndəni hesaba çəksə, o bəndə həlak olar".
"Usul əl-kafi", c. 2, səh. 314.
***
Əgər Allah bəndələrilə ədalətlə rəftar etsə, kim onun əzabından qurtula bilər?
Və əgər fəzl və rəhmətilə rəftar etsə, bir çoxlarını Öz alicənablıq və mehribanlığına şamil edəcəkdir.
Belə olan halda, nə günahkarlar məyus olmalıdırlar, nə də yaxşı əməl sahibləri qürurlanmalıdrlar. Həm İlahi rəhmətdən məyusluq bir bəladır, həm də Allahın lütf və bağışlamasına məğrur olmaq.
Allah-taala bəndələrinin üzünə tövbə adlı bir qapı açmışdır ki, özlərini çıxılmaz vəziyyətdə hiss etməsinlər və əməl namələrini möhürlənmiş görməsinlər. Bundan üstün hansı lütf ola bilər ki, bağışlayan Allah günahkar bəndələrinə də bir daha möhlət verir ki, günahkar bəndə öz əməl naməsinə yenidən baxsın və tövbə və yalvarışla xəta və günahlarının yerini doldursun.
Əməli saleh olan və sədaqətli şəxslər də ücbə (özünü bəyənmə hissinə) mübtəla olmamalı və özlərini Allah dərgəhına yaxın saymamalıdırlar. Əgər Allah ədalətlə rəftar etsə və bəndələrini dəqiq hesaba çəksə, kim imtahandan üzü ağ çıxa bilər?
Mənbə: "Hekməthaye-qodsi".
Müəllif: Cavad Mühəddisi
Çevirən: M. Əhmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Hədis
- Gösterim: 5449
Şiə və Əhli-sünnənin hədis tarixini araşdıranda Peyğəmbərin (s) hədislərinin yazılması ilə bağlı müxtəlif fiklər, nəzəriyyələr, ideyalar və hadislərlə qarşılaşırıq. Əhli-beyt tərəfdarları Peyğəmbərin (s) və İmamların buyuruq və göstərişlərinə əməl edərək, bütün dövrlərdə hədislərin yazılmasına xüsusi diqqət göstərmiş və Peyğəmbərin(s) dövründən İmam Zamanın (ə.c) qeybət dövrünə qədər nəql olunan hədisləri yazılı şəkildə bizə çatdırmışlar. Peyğəmbər (s) hədis yazmaq haqda belə buyurub: "Ümmətimdən hər kəs qırx hədis hifz etsə, qiyamət günü ona şəfaət edəcəm."
Amma Əhli-sünnədə bunun tam əksi müşahidə olunur. Onlar Peyğəmbərin (s) vəfatından Ömər ibn Əbdüləzizin hakimiyyətinə qədər ki, dövürdə Peyğəmbərin (s) hədislərini yazmağı qadağan etdilər.
Bu işi ilk dəfə Əbubəkr etdi. O, xəlifə olandan sonra Peyğəmbərin (s) hədislərin yazmağı qadağan etdi.Əbubəkr Peyğəmbərin (s) vəfatından sonra müsəlmanları topladı və onlara dedi: Siz Peyğəmbərdən (s) sonra ixtilafa düşəcəyiniz hədislər nəql edirsiniz. Sizdən sonra insanlar da ixtilafa düşəcəklər. Buna görə də Peyğəmbərdən (s) hədis nəql etməyin. Hər kim sizdən bu haqda soruşsa deyin: Allahın kitabı bizim və sizin aramızdadır. Onun halalını halal, haramını haram bilin. (Təzkirətul-huffaz,c1,s3; Əzvaun ələs-sunnətil-muhəmmədiyyə, s.46)
Tarixdə qeyd olunur ki, Əbubəkrin yanında Peyğəmbərdən (s) 500- hədis var idi.Onların hamısını yandırdı. ( Tədvinus-sunnətiş-şərifə,s246)
Əbubəkrdən sonra Ömər də onun yolun davam etdirdi. Zəhəbi bu haqda yazır: Ömər üç nəfəri İbn Məsud, Əbul-dərda, Əbu Məsudu həbs etdi və onlara dedi:Peyğəmbərdən çox hədis nəql edirsiniz. (Təzkirətul-huffaz,c1,s27)
Əbubəkr və Ömər kimi Osman da bu qadağanı davam etdirdi.
Onlar öz etdiklərini izahında süst və əsassız dəlillər gətirirlər. Amma işin həqiqətinə varanda onların qadağasının əsas məqsədinin tamamilə başqa bir şey olduğu dərk etmək olar.
Hədisin yazılma qadağası yüz ilə yaxın davam etdi. Bu yüz ildə İslama böyük və ağır zərbələr dəydi. Bunun nəticəsində böyük ixtilaflar və kəçişmələr yarandı.Məsələn: Rəy və qiyas məktəbinin yaranması,saxta və İsrail hədislərinin hədislərimizin arasına yol tapması. Saxta və İsrail hədisləri daha çox Əhli-sünnə mənbələrində müşahidə olunur. Buna misal olaraq Cənnətlə müjdələnmiş on şəxs, Əbuhüreyrənin nəql etdiyi soğan hədisi Həzrət Yusifin(ə) Züleyxa ilə zinaya cəhd etdiyi hədisi və s. göstərmək olar.
Onların kitablarında belə hədislərin çox olmasının əsas səbəbi Əhli-beytdən uzaq düşmələri idi.Çünki Əhli-beyt bu məsələyə çox həssas idi və həmişə tərəfdarlarına zəif hədisləri tanıtdırır ya da onları tanımağın yolun öyrədirdilər.
Xəlifələrin bu hərəkəti saxta hədislərin geniş şəkildə yayılmasına səbəb oldu. Bu hadisə əhli-sünnənin kitablarında ixtilafa və çaşqınlığa səbəb olan hədislərin çoxalmasına imkan yaratdı.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Hədis
- Gösterim: 3585

“Həyatdan yaxşı o şeydir ki, əlindən getdiyi zaman həyata nifrət edirsən. Ölümdən pis o şeydir ki, başına gəldiyi zaman ölüm arzulayırsan”.
2. Oturmaqda təvazökarlıq
“Hər kəs məclisin aşağısında oturmağa sevinsə, Allah və mələkləri o məclisdən qalxana qədər ona rəhmət göndərərlər”.
3. Bağışlanmayan günah
“Bağışlanmayan günahlardan biri budur ki, (bir insan) deyə ki, kaş mənə bu günahdan başqa bir günahla əzab verməyələr”. Sonra buyurdu: “İnsanların içində şirk, qaranlıq işində qara parçanın üzərində olan qarışqadan daha gizlidir”.
4. Yaxşılarla dostluq və pislərlə düşmənlik
“Yaxşılarla yaxşıların dostluğu, yaxşılar üçün savabdır. Pislərin yaxşılarla dostluğu, yaxşılar üçün fəzilətdir. Pislərin yaxşılarla düşmənliyi, yaxşılar üçün zinətdir. Yaxşıların pislərlə düşmənliyi, pislər üçün rüsvayçılıqdır”.
5. Yersiz gülüş
“Yersiz gülüş nadanlıqdandır”.
6. Pis qonşu
“Bel sındıran bəlalardan biri o qonşudur ki, əgər yaxşı rəftar görsə, gizlədər, pis rəftar görsə, aşkar edər”.
7. Allahın işində fikirləşmək
“İbadət yalnız namaz və oruc deyil. İbadət, həm də Allahın işlərində fikirləşməkdir”.
8. Qəzəbin çirkin bir əməl olması
“Qəzəb hər növ şər və pisliyin açarıdır”.
9. Möminin vücudu
“Mömin mömin üçün bərəkət, kafir üçünsə höccəti tamamlamaqdır”.
10. Axmaq və hikmətli insanı tanımaq
“Axmaq insanın qəlbi onun ağzında, lakin hikmətli insanın ağzı qəlbində olar”.
11. Nadan dost
“Nadan dost çətinliyə səbəb olar”.
12. Ən yaxşı xüsusiyyət
“İki xüsusiyyətdən daha yaxşı və daha üstünü yoxdur: Allaha iman gətirmək və qardaşlarına xeyir yetirmək”.
13. Bağlılıq və xar olmaq
“Mömin üçün o şey pisdir ki, ona bağlı olmağı xar olmasına səbəb olur”.
14. Bəla neməti
“Hər bir bəlada Allahın bir neməti var”.
15. İfratsız hörmət etmək
“Heç kəsə elə hörmət etmə ki, onun üçün ağır olsun”.
16. Nadana tərbiyə vermənin çətinliyi
“Nadana tərbiyə vermək və bir şeyə adət etmişi adətindən çəkindirmək, möcüzə kimidir”.
17. Yersiz şadlıq
“Qəmli insanın yanında şadlanmaq, ədəbsizlikdəndir”.
18. Günahların açarı
”Günahlar elə bir evdədir ki, o evin açarı yalan danışmaqdır”.
19. Səhvə göz yumub yaxşını yada salmaq
“Sənin ən yaxşı qardaşların o kəslərdir ki, xətalarına göz yumub, yaxşılıqlarını yada salarlar”.
20. Nalayiq insanı tərifləmək
“Nalayiq insanı tərifləyən insan, ittiham olunar”.
21. Gecə namazı
“Allaha qovuşmaq elə bir səfərdir ki, gecə ibadət etməkdən başqa bir şeylə əldə olunmaz”.
22. Bəyənilmiş ədəb
“Ədəbli olmaqda sənə bu qədəri kifayətdir ki, başqaları üçün bəyənmədiyin şeylərdən özünü çəkindirəsən”.
23. Səxavət
“Səxavətin müəyyən bir həddi var, əgər onu keçsə, israf olar”.
24. İzzət
“Haqqı tərk edən izzətli şəxs, zəlil, haqqa əməl edən zəlil isə izzətli olar”.
25. Salam vermək - təvazökarlıq əlaməti
“Təvazökarlıq, yanından keçdiyin hər kəsə salam vermək və məclisin aşağı hissəsində oturmaqdır”.
26. Möminin nişanəsi
“Möminin beş nişanəsi var: 1. Əlli bir rükət namaz qılmaq (17 rükət vacib namaz, 11 rükət gecə namazı, 23 rükət nafilə namazları); 2. Sağ əlində üzüyün olması; 3. Səcdə əsərlərinin alnında olması; 4. Namazda Bismillahı hündürdən demək; 5. Ərbəin ziyarətini oxumaq”.
27. Dost tapmağın yolu
“Günahdan çəkinmək - vərdişi, bağışlamaq - təbiəti və səbir etmək - xasiyyəti olan şəxsin dostları çox olar”.
28. Allahla həmsöhbət olmaq
“Allahla həmsöhbət olan camaatdan uzaq gəzər”.
29. Həsəd aparılmayan nemət
“Təvazökarlıq elə bir nemətdir ki, ona həsəd aparmazlar”.
30. Düşmənçilik edənin narahatlığı
“Camaatın ən rahatsız olanı düşmənçilik bəsləyən insandır”.
31. Zəmanət olunmuş ruzi
“Zəmanət olunmuş ruzi səni vacibləri yerinə yetirməkdən saxlamasın”.
Tərcümə edən: Kamran Məmmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Hədis
- Gösterim: 2657

1. Ağılla düşünmək və İlahi mərifət
3. Səbr və dünya əhlindən uzaqlaşma
6. Allaha xatir möminlərlə görüşmə
7. Mürüvvət, ağıl və insanın dəyəri
9. Allaha yaxınlaşma səbəbləri
10. Ağıllı yalan danışmaz
11. Az danışmaq və sükutun hikməti
12. Boş danışma və həyasızlıq
13. Təkəbbürlü şəxs cənnətə daxil olmayacaq
14. Gündəlik işləri bölmək
1. Bir hissə Allahla münacat üçün;
2. Bir hissə ruzi əldə etmək üçün;
3. Bir hissə qardaşlar və etimad olunan şəxslərlə keçirmək üçün. O şəxslər ki, sizin eyblərinizi sizə başa salır və qəlblərində sizə qarşı ixlaslıdırlar.
4. Bir hissə isə halal ləzzətlər (sağlam istirahət). Bu hissəni yerinə yetirməklə siz qalan üç hissədəki vəzifələri yerinə yetirməyə qadir olursunuz.
15. Dindar və xeyirxah aqillə ünsiyyət
16. Camaatla çox ünsiyyətdə olmaqdan çəkinmək
17. Dünyaya məhəbbətin nəticəsi
18. Tamahdan pərhiz və təvəkkülə etimad
19. Əmanətdarlıq və düzdanışmağın nəticələri
20. Üstünlük istəyənin süqutu
21. Haqq demək və batillə mübarizə
22. İbadətlərin ən üstünü
23. Hakimlərə xidmətin kəffarəsi
24. Nafilə və Allaha yaxınlaşma
25. İslah və güzəşt
-“Agah olun! Kimin Allah üzərində bir haqqı varsa, qalxsın”.
Güzəşt edən və camaat arasında islah edən şəxslərdən başqası qalxmayacaq. Onların mükafatı Allahın öhdəsindədir.
26. Ən fəzilətli sədəqə
27. Nahaq söz
28. Yeni günahlar, yeni bəlalar
29. Bəsirətin açarı
30. Dünya ən gözəl vasitədir
-“Kim dünyası üçün dinini və ya dini üçün dünyasını tərk etsə, bizdən deyil”.
31. İbadətlərin ən üstünü
32. Camaatla mehribançılıq
33. Qəzəbdən pərhiz
34. Camaatın ən qüvvətlisi
35. İnkişaf etmək və bir yerdə dayanmamaq
36. Başqalarına xeyir vermək
37. Zarafatdan pərhiz
38. İbrət dolu dünya
39. Əziyyət çəkməyən yaxşılığın qədrini bilməz
40. Əməllərin mühasibatı
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Hədis
- Gösterim: 6645
Allah tərəfindən Peyğəmbərə (s) nazil olan İslam elmləri, dini maarif, din üsulları, əxlaq, şəriət hökümləri və digər elm və əsərlər o Həzrətin (s) vasitəsi ilə cəmiyyətə iki yolla gəlib çatı: 1) Kitab 2)Sünnət

1. Kitab (Quran)
Həm sözləri və həm də mənası Allah tərəfindən nazil olmuşdur. Peyğəmbərin əsas möcüzəsidir. Nazil olunduğu gündən qiyamətə qədər bütün hökmləri qüvvədədir. Onun "Kitab", "Quran", "Fürqan" və s... kimi adları vardır.
"Şübhəsiz ki, bu (Qur’an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilinə". (Şüəra surəsi, 192-195-ci ayələr).
2. Sünnət (Peyğəmbərin kəlamı, əməli və təsdiqi):
Sünnət iki hissəyə bölünür:
1- "Hədisul-qüdsi" ya "Müqədəs hədis"lər.
Bu hədislərin mənası Allah-taala tərifindən Peyğəmbərə nazil olunmuş və O həzrət bu mənanı öz sözləri ilə bəyan etmişdir. Başqa sözlər desək, Peyğəmbər burada ravidir (rəvayətçi). Yəni Allah-taalanın ona nazil etdiyi mənanı insanlara nəql edir. "Hədisi-qüdsü" əvvəlki peyğəmbərlərə də nazil olmuşdur.
2- Sünnət (hədis, xəbər, əsər):
Sünnət bu mənada üç şeyə tətbiq olunur:
1) Peyğəmbərin buyurduqları 2) Peyğəmbərin etdikləri (əməl) 3) O həzrətin təsdiq etdikləri. Yəni əgər müsəlmanlar O həzrətin gözləri önündə hər hansısa bir iş görmüşdürlərsə və peyğəmbər onları bu işdən çəkindirməmişdirsə, bu o deməkdir peyğəmbər həmin əməli bəyənmiş və təsdiq etmişdir.
"Hədisi-qüdsü"dən fərqli olaraq, peyğəmbər burada müfəssir sayılır. Yəni əslinə baxsan sünnətin də mənası Allah tərəfindəndir. Çünki Peyğəmbərin əsas vəzifəsi Quranda gələn ümumi hökmləri xırdalıqları ilə açıqlamaqdır ki, bu da sünnət şəkilində təzahür tapmışdır.
Kitab və sünnət peyğəmbər tərəfindən cəmiyyətə çatdırılmalıdır ki, onlara əməl olunsun. Nəsillər boyunca "Kitabın" (Quran) bu günə qədər insanlara çatmasında heç bir problem olmayıb. Allaha şükür olsun ki, onun kitabı nazil olduğu kimi və heç bir təhrif və dəyişiklik olmadan bizə çatmışdır.
Amma yazımızın mövzusu olan "sünnət" və "hədis" barəsində bir neçə mübahisə var:
Birinci: İslamın əvvəlindən bu günə qədər Peyğəmbərin sünnəti İslam ümmətinə hansı keyfiyyətdə çatıb?
İkinci: Şiə və süüni məzhəbləri arasında "sünnət"in ələ gətirilməsi qaydalarında hansı fərqlər var?
Bu barədə bir neçə nöqtəyə işarə olunur:
1-Şiələrin əqidəsinə əsasən sünnət və hədis sünnilərin inandığı sünnət və hədisdir. Hər iki məzhəbin sünnətdən məqsədi peyğəmbərin (s) dediyi sözlər və ilahi maariflərin bəyanıdır. Amma sünnilərdən fərqli olaraq şiələr "12 məsum imam"ında söz, əməl və təsdiqlərini sünnət sayırlar. Buna sübut olaraq "Səqəleyn" hədisini və digər hədisləri göstərmək olar.
Hişam bin Salim, Hamid və başqaları deyirlər:
"İmam Cəfər Sadiq (ə) buyurdu: Mənim hədisim atamın hədisi, onun hədisi babamın hədisi, babamın hədisi imam Hüseynin hədisi, imam Hüseynin hədisi imam Həsənin hədisi, imam Həsənin hədisi Möminlərin əmiri Əlinin hədisi, onun hədisi Peyğəmbərin hədisi və peyğəmbərin hədisi də Allah-taalanın sözüdür.
Cabir Ənsari deyir:
"İmam Baqirə (ə) dedim ki, sizdən hədis nəql etdikdə onun ravilərini də deyim? O həzrət buyurdu: Əgər məndən bir hədis söyləsən onu mənə nisbət ver. Çünki mənim hədisim atamın, onun hədisi babamın və babamın (İmam Hüseyn) hədisi Peyğəmbərin və onun da hədisi Cəbrailin və onun da hədisi Allahdandır. Bizim sizə dediklərimizin hamısının sənədi belədir".
2- Bizimlə sünnilər arasında olan başqa fərq, sünnət və hədisin sənədindədir. Bizə çatan "Peyğəmbərin (s) sünnəti" Allah tərəfindən təyin olunan 12 xəlifənin (məsum imamların) vasitəsilədir. Bütün müsəlmanların əqidəsinə əsasən onlar möhtərəm və pak insanlardır. İmamiyyə şiələrinin əqidəsinə əsasən onlar hər bir səhv və günahdan uzaqdırlar.
Şiənin əqidəsincə məsum imamların yaşadıqları müddət 260-cı hicri ilinə (axırıncı imamın qeybətinədək) qədərdir. Peyğəmbərin (s) hədisləri və sünnəti qeyd olunan ilə qədər hər bir səhv və xətadan amandadır. Əgər düşmənlər tərəfində hansısa təhriflərə can atılsa da, bu hücum imamlar tərəfindən susdurulmuşdur. Bizim hədislərin sənədində olan qeyri-məsum ravilər axırıncı imamla bizim zaman arasındakı fasiləyə adiddir.
Lakin sünni hədis toplularındakı qeyri-məsum ravilərin silsiləsi peyğəmbərin (s) vəfatından sonra başlayır. Başqa sözlə şəriətin bəyanı, ilahi hökümlərin, İslami maarifinin və şəriətin səhv və xətadan amanda olması sünnilərin fikirincə peyğəmbərin (s) besətindən vəfatına qədərdir. Şiənin fikirincə isə bu müddət 270-ildən çox, yəni peyğəmbərin (s) besətindən 12-ci imamın böyük qeybət dövrünə qədərdir. Nəticədə İslami maarifi və məsumdan çatan elmlər şiənin baxışı ilə kəmiyyət baxımından daha çox, keyfiyyət baxımından isə məsum dövürünə yaxındır. Sünni mənbələrində nəql olunan bütün hədislər fasiləli və məsum dövründən daha uzaq olaraq 23-ilə məhdudlaşır. Eyni halda şiə inanır ki, Peyğəmbər cəmiyyətə lazım olan hər şeyi öz məsum xəlifələrinə öyrədib və onlara nəql edib. Bizə çatan hədislərə və o cümlədən peyğəmbərin (s) "həccətül-vida" xütbəsində dediyi sözlərə əsasən peyğəmbər (s) dəfələrlə bu mövzuya işarə edib:
"Ey camaat! Sizi cənnətə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran bütün şeylərə əməl etməyi və sizi cənnətdən uzaqlaşdıran və cəhənnəmə yaxınlaşdıran hər şeydən çəkinməyi sizə əmr etmişəm".
3-Peyğəmbərin hədislərini bizə nəql edənlərin möhkəmliyi və onlara olan etimad şiə əqidəsinə əsasən 260-cı hicri ilinə qədər sabitdir. Sünnilər isə bunu qəbul etmirlər. Məsələni aydınlaşdırmaq üçün deyilməlidir ki, peyğəmbərin əhli-beytindən olan 12 nəfəri imam kimi qəbul etməsəkdə, onlar peyğəmbərin əhli-beyti olaraq ən doğru və pak insanlardırlar. "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"(Əhzab/33).
Peyğəmbəır (s) buyurur: "Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Allahın kitabı və əhli-beytim".
Peyğəmbər burada əhli-beytini Quranla bir sırada qərar vermişdir. Buda onların Quran kimi doğru, yenilməz və hidayətçi olduqlarını göstərir. Deməli kitab (Quran) və sünnət əhli-beytin (ə) sözlərinin doğruluğuna zəmanət vermiş və hökmləri almaq üçün onlara müraciət etməyin lüzumunu izah etmişdir.
Əgər Peyğəmbər səhabələrinin və tabeinlərin arasında tətqiqat aparsanız, onların arasında nə qədər iyrənc, yalançı və hoqqabazların olduqlarını görəcəksiniz. Sünni kitabların müraciət etdikdə isə bu kitabların belə adamların hədisləri ilə dolu olduğnun şahidi oluruq. Və görürük ki, bu cür insanlar Peyğəmbərin sünnətini necə təhrif etmiş və tanınmaz hala salmışdırlar. Bu bulanıq sudan ən çox balıq tutan isə islamın düşmənləridir. Siz qərb şərqşünaslarının ərəb dilindən qərb dillərinə tərcümə etdikləri kitablara baxsanız, bu barədə heç bir şübhəniz qalmayacaqdır. Onlar İslamı gözdən salmaq üçün sünni qardaşlarımızın məhz belə kitablarını müxtəlif dillərə tərcümə edir və qərb cavanlarını əsl İslam mədəniyyətindən uzaqlaşdırırlar. Siz şərqşünaslar tərəfindən xarici dillərə tərcümə olunmuş bir ədəd də olsa belə şiə kitabı tapa bilməzsiniz.
4- Hər bir şəxs peyğəmbərdən (s) bizə çatan hədislərə diqqət etsə aydın olar ki, "sünnət" tarix boyunca hədisin deyildiyi vaxtdan bu günə qədər sünnilərdə rastlaşdığı problemlərlə, şiə aləmində üzləşməmişdir. Çünki, sünnilərin vasitəsilə nəql olan sünnətin yazılması uzun müddət (100) qadağan edildi. Sünnət həmin vaxtlarda məhz dil vasitəsilə keçmişdən gələcəyə ötürüldü. İkinci xəlifə peyğəmbərin vəfatından sonra hədislərin yazılmasını qəti qadağan etdi. Hətta hədis yazdıqlarına görə bəzilərinə şallaq vurdu. Bu da Əməvi xəlifəsi Əmr bin Əbdül-Əzizin dövrünədək davam etdi. Əlbəttə aydındır ki, bir zehindən digər zehinə köçürülmüş məsələlər müxtəlif insanların vasitəsilə hansı söz və məna təhrifinə və dəyişikliyinə məruz qalacaq. Amma "sünnət"in tarixi şiə arasında başqa şəkildə olub. Peyğəmbərin buyurduğuna əsasən- "Elmi yazmaqla zəncirləyin" onun bütün dediklərini həzrət Əli (ə) yazırdı. Buna görə də Əhli-beytdə (ə) bir kitab olub ki, bəzi hallarda onu yaxın səhabələrinə göstəriblər. O, peyğəmbərin (s) imlası və həzrət Əlinin (ə) yazdığıdır.
Həzrət Zəhranın (s) imlası və həzrət Əlinin yazdığı başqa bir kitab da var ki, həzrət Zəhranın (s) peyğəmbərdən (s) öyrəndiyi və Allahın ilhamı ilə qəlbində olan elmləri əhli-beytin yanında idi.
Həmçinin əhli-beytdən nəql olan hədislərdə gəlib: "Bütün eşitdiklərinizi yazın! Çünki, tezliklə onlara ehtiyacınız olacaq" ya "Yazın! Çünki, yazmadan qoruya bilməyəcəksiniz".
Yunis bin Əbdür-Rəhim deyir: "Fəraiz" bölməsinə aid mənə həzrət Əlidən (ə) bir kitab çatmışdı. Onu səkkizinci imama Əli bin Musa Rizaya göstərdim. O buyurdu : Düzdür".
Həmçinin Ömər Mütəbbəb deyir: "Zərif bin Nasihin "Diyat" kitabını imam Sadiqə (ə) göstərdim. İmam onu təstiq etdi".
Həsən bin əl-Cəhm də nəql edir ki, həmin "Diyat" kitabını imam Rizaya (ə) göstərdim o da təstiq etdi.
Qeyd olan dəlillərdən əlavə peyğəmbərin (s) Xif məscidində söylədiyi xütbədir ki, buyurdu: "Allah-taala şad (nurani və xalis) etsin o şəxsi ki, məndən eşitdiklərini qoruyub saxlaya, hifz edə və baçqalarına çatdıra".
Bu xütbə hədislərin yazlmasının lüzumuna açıq-aydın bir dəlildir. Çünki, qoruyub saxlamağın ən gözəl yolu yazmaqdır.
Deməli Şiə baxımından peyğəmbərin sünnəti (s) (az bir hissəsindən başqa) ilk dövürdən olduğu kimi qorunub saxlanılmışdır.
Sünnilərdə isə vəziyyət belə deyildir. Buna görə də Şafei Malikdən, o, Nafidən o da ibni Ömərdən rəvayət etdiyi hədis silsiləsi "silsilətüz-zəhəb" (qızıl zincir) hədisi kimi məşhurdur. Lakin şiə alimlərinin məsumlardan rəvayət olunan (həzrət Əlidən imam zamana qədər) hər bir hədis silsiləsinə "silsilətüz-zəhəb" deyirlər. Bundan əlavə məsumlarla bizim alimlər arasında olan fasilədə Zürarə, Məhəmməd bin Müslim, Əban, ibni Əbi Üməyr, Yunis və başqaları kimi bəzi rəvayət edənlər də var ki, onların rəvayət etdikləri hədis silsiləsi də silsilətüz-zəhəbdir. Deməli "həqiqi sünnət əhli", "əhli sünnət" adı ilə məşhur olanlar deyil, 12 imamçı şiələr və Cəfəri məzhəbidir. Sünni alimləri həmişə hədis cəhətdən çatışmamazlıqlarla üzləşmiş və və öz şəxsi fikirlərini Quran və sünnətlə yanaşı mənbə və dəlil kimi cilvələndirmişlər. Lakin insafla desək sünni alimləri hədis topluları yazmaqda və onların nizama salınmasında bizdən çox zəhmət çəkiblər. Əlbəttə onları buna da məcbur edən İslamın yaranmasının ilk günlərindən vəhy mənbəsini itirməkləri olub. Şiələr isə İmamlardan faydalandıqları üçün müxtəlif hədis toplularına ehtiyacları olmamışdır.
Bütün təmənnasız nemətlərinə görə, o cümlədən pak həyata istiqamətləndirən sünnətə və əhli-beyt vilayətinə qovuşmağımız üçün Allaha şükür edirik.
İstifadə olunmuş ədəbiyyat:
1. Uyunu əxbarur-Riza (ə), Şeyx Səduq (r).
2. Biharul-ənvar, Əllamə Məclisi (r).
3. Əl-Kafi, Kuleyni (r).
4. Vəsailuş-şiə, Şeyx Hürr Amili.
5. Əmali, Şeyx Müfid (r)
6. Əl-Müstədrək ələs-səhihəyn, Hakim Nişapuri (r)
7. Bəsairud-dərəcat, Məhəmməd Səffar.
- Ayrıntılar
- Kategori: Hədis
- Gösterim: 3447
Bəziləri İmam Əlinin (ə), İmam Sadiqin (ə) şiəsi olduqlarını iddia edir, lakin əməldə onlara tabe olmurlar. Digər din və məzhəblərdən olan müxaliflər isə şiəlik iddiasında olanların əməllərini görür və bunun həqiqi şiəlik olduğunu güman edib ikrah hissi ilə yanaşırlar. İmamlardan (ə) nəql olunan rəvayətlərdə şiələrin bir çox xüsusiyyətləri öz əksini tapmışdır ki, bunların bəzilərinin onun müsəlman olmasında rolu var, bəziləri isə sadəcə kamilli rəmzidir. Həqiqi şiə o şəxsdir ki, bütün əxlaqi sərvətləri özündə cəmləsin və bu baxımdan nümunə olsun.
Şiənin nişanələri
1. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim şiələrimiz təqvalı, çalışqan, vəfalı, əmanətdar, zahid və ibadətkardırlar. Onlar gün ərzində əlli bir rəkət namaz qılırlar (yəni vacib namazlardan başqa müstəhəb namazları da qılırlar). Onlar gecəni ibadətlə məşğul olar, gündüzləri oruc tutarlar. Zəkatlarını verər, həccə gedər və hər növ çirkin əməldən çəkinərlər” (“Bihar əl-ənvar”, c. 65, səh 167).
2. “Bizim şiələrimiz yaxşı işlərdə qabaqcıl olar, pis işlərdən çəkinərlər. Onlar yaxşılıqları üzə çıxarar (canlandırarlar), Allah əmrinin icrasına tələsərlər. Bu, Allahın rəhmətinə meyilli olmalarından doğur. Bu xüsusiyyətlərə malik olan (şəxs) bizdəndir, bizə mənsubdur və harda olursaq olaq bizimlədir” (Yenə orada, c. 65, səh. 169).
3. İmam Baqir (ə) buyurur: “Bizim şiələrimiz yalnız Allahdan qorxan və ona itaət edənlərdir. Onlar təvazö, xüşu, əmanətdarlıq və Allahı çox yad etməklə məşhurdurlar” (“Tuhəf əl-uqul”, səh. 295).
4. “Həqiqətən, şiə o kəsdir ki, qarnını və şəhvətini kontrol etsin, cihadda sabitqədəm olsun. Yalnız yaradanı üçün iş görsün, onun savabına ümid bəsləyib, cəzasından qorxsun. Belələrini görsən, onlar Cəfəri şiəsidirlər” (“Üsul əl-kafi”, c. 2, səh. 233).
5. “Bizim şiələrimiz bir neçə xüsusiyyətlə tanınırlar; səxavət, qardaşlarına qarşı əliaçıqlıq və gün ərzində əlli yeddi rəkət namaz qılmaqla” (“Tövhəf əl-üqul”, səh. 303).
6. “Müxtəlif məzhəblər sizi çaşdırmasın. And olsun Allaha, bizim şiələrimiz yalnız Allaha itaət edənlərdir” (“Üsul əl-kafi”, c. 2, səh. 73).
7. İmam Əli (ə) buyurur: “Bizim şiələrimiz vilayətimiz yolunda əliaçıqlıq edənlər, sevgimiz yolunda biri-birini sevənlərdir. Onlar bizim tapşırıqlarımızı yaşatmaq üçün bir-birlərinə baş çəkməyə gedər, qəzəbləndikdə kimsəyə zülm etməz, razı olduqları halda israf etməz, qonşularına bərəkət, yoldaşlarına əmin-amanlıq, səmimiyyət gətirərlər” (“Üsul əl-kafi”, c. 2, səh. 236).
8. “Şiələrimiz Allahı tanıyanlar, əmrlərinə tabe olanlardırlar. Onlar fəzilət sahibi, düz danışanlardırlar. Geyimləri ortadır və (xalq arasında) təvazökarlıqla davranarlar” (“Bihar əl-ənvar”, c. 78, səh. 29).
9. Abdullah ibn Ziyad deyir: “Minada İmam Sadiqi (ə) gördüm. Salamdan sonra dedim: “Biz həmişə sizi görmək şərəfinə nail olmayan bir qövmük. Bizə tövsiyələrinizi bildirin”. Həzrət (ə) buyurdu: “Təqvalı olun, düz danışın, əmanətdar olun. Həmsöhbət olduğunuz adamla yaxşı davaranın. Bir-birinizə salam verin, (ac olanınızın qarnını) doyurun. Onların (əhli-sünnənin) məscidlərinə gedin. Xəstələrinə baş çəkin. Dəfn mərasimlərində iştirak edin. Çünki atam mənə buyurmuşdur: “Həqiqətən, biz Əhli-beytin (ə) şiələri insanların ən yaxşılarıdırlar. Fəqihlər onlardan olar, rəhbər onlardan olar. Siz də belə olun. Elə yaşayın ki, insanların sevgisi bizə cəlb olsun. Xalqda bizə qarşı kin oyadacaq şəkildə həyat sürməyin” (“Müstədrək əl-vəsail”, c. 8, səh. 313).
10. İmam Kazim (ə) buyurur: “Həqiqətən, Əli (ə) şiəsi əməli sözünü təstiq edən şəxsdir” (“Üsul əl-kafi”, c. 8, səh. 228).
11. İmam Sadiq (ə) buyurur: “Əgər bizim şiələrimiz ( imanda, əməldə) möhkəm olarlarsa, mələklər onlarla qol-boyun olar, buludlar üzlərinə kölgə salar, gündüzləri İlahi nurun şuaları altında belə nemətlə əhatə olunar, Allahdan istədikləri hər dilək həyata keçər” (“Tuhəf əl-üqul”, səh. 302).
12. Zeyd Şəhham deyir: “İmam Sadiq (ə) mənə buyurdu: “Mənə tabe olanınıza, məndən göstəriş alanınıza salamımı çatdır. Mən sizi təqvaya, pəhrizkarlığa, Allah yolunda çalışmağa, düzgün danışmağa, əmanətdarlığa, davamlı səcdəyə və qonşulara xoş münasibətə dəvət edirəm. Peyğəmbər (s) bunlar üçün göndərilmişdi. Sizi etibarlı hesab edib əmanət tapşıranların yaxşı və ya pis olmasından asılı olmayaraq haqqını ödəyin. Peyğəmbər (s) daim (hətta əmanət) sap və parçanın belə qaytarılmasını əmr edərdi. Qohumlarınızla əlaqə saxlayın. Onların dəfn mərasimlərində iştirak edin. Xəstələrinə baş çəkin. Haqlarını ödəyin. Hansınız dinində təqvalı, düz danışan, əmanətdar, səmimi olsa, “Bu, Cəfəri şiəsidir” deyilər. “Bu Cəfəri ədəb-ərkanlıdır” deyilməsi məni razı salar. Allaha and olsun, atam mənə buyurdu: “Əli (ə) şiələrinin öz qövmü arasında zinət olanı hamıdan çox əmanətdar olan, düz danışan, digərlərinin hüquqlarına hörmətlə yanaşanıdır. Xalqın vəsiyyətləri, əmanətləri onlara etibar edilər. Qövmləri arasında onlar haqqında soruşular: “Kim filankəs kimidir? O, hamıdan əmanətdar, sözündə düzdür” (“Üsul əl-kafi”, c. 2, səh. 636.
ŞİƏ VƏ DİN QARDAŞLARINA YARDIM
1. Bir nəfər İmam Baqirin (ə) yanında şiələrin çoxluğundan söhbət açdıqda həzrət (ə) buyurdu: “Onların imkanlısı yoxsuluna mərhəmət edirmi? Əməlisalehi günahkarının xətasından keçirmi? Bir-birlərinə qarşı bərabərhüquqludurlarmı? Rəvayətçi “Xeyr” deyə bildirdiyini deyir. Bu zaman Həzrət (ə) buyurur: “Onlar şiə sayılmırlar. Şiə bu xüsusiyyətlərə malik insanlardır” (“Bihar əl-ənvar”, c. 74, səh. 313).
2. Məhəmməd ibn Əclan deyir: “İmam Sadiqin (ə) yanında idim. Bir şəxs daxil olub salam verdi. Həzrət (ə) ondan soruşdu: “Qardaşların necədirlər?”. O, onları tərifləməyə başladı. Həzrət (ə) buyurdu: “İmkanlıların yoxsullara baş çəkməyi necədir? - Azdır.- İmkanlıların yoxsulları nəzərə alması necədir?- Azdır.- İmkanlıların yoxsullara bəxşişi necədir?- Siz elə bir şey haqqında soruşursunuz ki, onlar bizim xalqın arasında çox azdır. - Bəs sən onların şiə olduqlarını necə düşünürsən?”(“Üsul əl-kafi”, c. 2, səh. 173).
BUNLAR HƏQİQİ ŞİƏ DEYİLLƏR
1. İmam Sadiq (ə) buyurur: “Dili ilə bir söz deyib, əməli ilə onun əksini göstərən bizim şiələrimizdən deyil” (“Bihar əl-ənvar”, c. 68, səh. 164).
2. “Ey Məhəmməd (ə) ailəsinin şiələri! Qəzəbləndikdə qəzəbini cilovlamayan, ünsiyyətdə olduğu adama xoş rəftar göstərməyən, xoş dillə danışmayan, qarşı tərəf sülh istədikdə sülhə boyun qoymayan bizdən deyil” (“Tuhəf əl-üqul”, səh. 380).
3. “Bir şəhərdə minlərlə ondan daha təqvalısı olan kimsə bizim şiələrimizdən deyil” (“Bihar əl-ənvar”, c. 68, səh. 164).
4. “Bir qrup insan mənim onların imamı olduğumu düşünürlər. Allaha and olsun, mən onların imamı deyiləm. Allah onlara lənət etsin. Hansı örtüyü saldımsa yırtdılar. Mən “belə” deyirəm, onlar isə mənim fikrimin “elə” olduğunu deyirlər. Mən o şəxsin imamıyam ki, mənə itaət edir” (“Bihar əl-ənvar”, c. 68, səh. 164).
5. İmam Həsən Əsgəri (ə) buyurur: “Bir kişi Peyğəmbərə (s) dedi: “Filankəs qonşusunun evinə baxır. Haram vəziyyət yarandıqda gözünü çəkmir. Peyğəmbər (s) narahat oldu və buyurdu: “Onu mənim yanıma gətirin”. Məclisdə iştirak edən başqa birisi dedi: “Ey Allahın Rəsulu! O, sizin şiələrinizdəndir. Sizin və Əlinin (ə) vilayətinə etiqadı olan, düşmənlərinizə nifrət bəsləyən biridir”. Həzrət (s) buyurdu: “O, bizim şiələrimizdəndir demə. Bu yalandır. Bizim şiələrimiz bizə tabe olanlar, yolumuzu davam etdirənlərdir” (“Tənbih əl-xəvatir”, c. 2, səh. 105).
ŞİƏNİN XALQLA DAVRANMA VƏZİFƏLƏRİ
1. İmam Sadiq (ə) buyurmuşdur: “Ey şiələr! Siz bizə mənsubsunuz. Bizim zinətimiz olun. Elə bir iş görməyin ki, camaat bizə qarşı pis fikirdə olsun” (“Mişkat əl-ənvar”, səh. 67).
2. “Allah rəhmət etsin xalq arasında bizi sevdirən, xalqın bizə qarşı düşmən mövqeydə olmamalarına səbəb olan bəndəyə. And olsun Allaha, camaat bizim sözlərimizin üstün cəhətlərini görsələr (hər keçən gün) daha məğlubedilməz olacaqlar. Heç bir zaman kimsə onlara yetə bilməz” (“Mişkat əl-ənvar”, səh. 180).
3. “Ey Əbu əl-Ə`la! Allahın salam və rəhməti bizim şiələrimizə çatdır və mənim tərəfimdən onlara de: “Allah mərhəməti yaxşıya dəvət, pisə qadağa ilə xalqın sevgisini özünə və bizə cəlb edən bəndənin üzərindən əskik olmasın” (“Bihar əl-ənvar”, c. 2, səh 77).
4. “Ey şiələr! Bizə zinət olun. Abrımızın aradan getməsinə səbəb olmayın. Camaatla gözəl sözlərlə danışın. Dillərinizi qoruyub çox danışmaqdan, dilinizə pis sözlər gətirməkdən çəkinin” (“Əmali”, səh. 327).5. İmam Hadi (ə) şiələrinə müraciətlə buyurur: “Təqva qazanın. Bizə zinət olun. Abrımızın aradan getməsinə səbəb olmayın. Dostluğu sevgini bizə doğru çəkin. Hər bir qəbahəti bizdən uzaq edin” (“Tuhəf əl-üqul”, səh. 488).
Çevirən: Maqsud Sayıl
- Ayrıntılar
- Kategori: Hədis
- Gösterim: 2952
Sual: “Mənim səhabələrim ulduzlar kimidir, onların hansına iqtida etsəniz, hidayət olarsınız”! hədisi doğrudurmu?
CAVAB:
Əhli sünnənin çoxlu hədis, təfsir, üsul, fiqh mənbələrində habelə elmi və ümumi bəhs və müzakirələrində səhabələrin mərcə (istinad edilməsi lazım olan şəxs) olduqlarını isbat etmək və xəlifələrin xilafətinə şəri don geyindirmək üçün istifadə etdikləri hədislərdən biri də “Mənim səhabələrim ulduzlar kimidir, onların hansına iqtida etsəniz, hidayət olarsınız!” hədisdir. Biz sualı iki üsulla (xülasə və ətraflı) cavablandıracağıq!
XÜLASƏ CAVAB:
1. Bu rəvayətin sənədi səhih deyil!
2. Misirin əl-Əzhər universitetinin bir qrup əhli sünnə alimi bu hədisin səhih olmadığı barədə fətva vermişlər.
3. Bu hədis məsum və pak olan Əhli-beyt (ə) haqqında nəql olunmuş məşhur və mütəvatir hədislərə qarşılıq olaraq uydurulub.
4. Səhabələrin səhabələrə iqtida etməsinin əmr olunmasını ağıl qəbul edirmi?
5. Necə ola bilər ki, istənilən səhabəyə iqtida etmək insanı hidayətə aparsın.
ƏTRAFLI CAVAB:
HƏDİSİN SƏNƏDİNƏ BAXIŞ:
Əhli sünnənin mötəbər saydığı mənbələrdə tədqiqat apardıqda, bu hədisin mötəbər olmadığı məlum olur.
Bu hədisi zəif sayan və onun batil olduğunu bildirən alimlərin adları belədir:
1. Darqutninin Musu`ə kitabında oxuyuruq:
وفيه (أصحابي كالنجوم ، بأيهم اقتديتم اهتديتم) ، أخرجه الدارقطني في (غرائب مالك) ، والخطيب ، في الرواة عن مالك ،... قال الدارقطني لا يثبت عن مالك ، ورواته مجهولون .[1]
“Mənim səhabələrim ...” hədisini əl-Darqutni ravisi məlum olmayanlar sırasında zikr edib və əl-Xətib onu ravisi məlum olanlar sırasında zikr edib ... Sonra Darqutni deyib: Bu rəvayət müəyyən bir raviyə istinad olunmur (onun maliki yoxdur) və onun raviləri naməlumdur [2].
2. Fətəni “Təzkirə” kitabında yazır:
ان اصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم " من نسخة نبيط الكذاب .[3]
“Mənim səhabələrim ...” hədisi Nəbit Kəzzabın (yəni, yalançı Nəbit) rəvayətlərindəndir[4].
3. İbn Qəyyim Cəvziyyə yazır:
وَأَمَّا مَا يُرْوَى عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ { أَصْحَابِي كَالنُّجُومِ بِأَيِّهِمْ اقْتَدَيْتُمْ اهْتَدَيْتُمْ } فَهَذَا الْكَلَامُ لَا يَصِحُّ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ[5] .
“Mənim səhabələrim ...” Allahın rəsuluna (s) istinad olunmasına baxmayaraq səhih olmayan sözdür[6].
4. Şəvkani yazır:
روي عنه صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أنه قال: "أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم" فهذا لم يثبت قط، والكلام فيه معروف عند أهل هذا الشأن، بحيث لا يصح العمل بمثله في أدنى حكم من أحكام الشرع .[7]
“Mənim səhabələrim ...” hədisi qətiyyən sübuta yetməyib. Lakin onun barəsində bu söz məşhurdur ki, ona şəriətin ən sadə hökmlərində belə əməl etmək olmaz[8].
5. Ziəli “Təxric əl-əhadis vəl- asar əl-vaqiə fi təfsir əl-kəşşaf” kitabında yazır:
هَذَا حَدِيث مَشْهُور وَأَسَانِيده كلهَا ضَعِيفَة لم يثبت مِنْهَا شَيْء .[9]
Bu hədis məşhurdur və onun sənədlərinin hamısı zəifdir, heç biri (sənədlərdən) sübuta yetməyib[10].
6. İbn Qüdamə Müqəddəsi yazır:
قول النبي (صلى الله عليه وسلم): "أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم"لا يصح هذا الحديث .[11]
Peyğəmbərin (s) buyurduğu (ona istinad olunan) “Mənim səhabələrim ...” hədisi səhih deyil[12].
7. İbn Həzm bu rəvayət barədə deyir:
ان اصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم .، وأما الحديث المذكور فباطل مكذوب .[13]
Qeyd olunan hədis batil və yalandır[14].
Başqa yerdə isə belə deyib:
وأما قولهم: " أصحابي کالنجوم بأيهم اقتديتم اهتديتم " ، فحديث موضوع .[15]
Hədis uydurmadır[16].
8. İbn Həcər deyir:
ان اصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم أخرجه الدارقطني في غرائب مالك و قال لا يثبت عن مالك. ورواته مجهولون .[17]
“Mənim səhabələrim ...” hədisini Darqutni “Sahibi tanınmayanlar silsiləsindən” saymış və demişdir: “Bu rəvayətin ravisi sabit deyil”. (Sonra İbn Həcr əlavə edir:) “Onun raviləri naməlumdur”[18].
9. Əbul-`izz Hənəfi yazır:
ما يروى عن النبي صلى الله عليه وسلم أنه قال : " أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم فهو حديث ضعيف، قال البزار: هذا حديث لا يصح عن رسول الله صلى الله عليه وسلم، وليس هو في كتب الحديث المعتمدة"( باطل ) [19]
Peyğəmbərdən (s) nəql olunan “Mənim səhabələrim ...” hədisi zəifdir. Əl-Bəzzaz deyib: “Bu hədisi peyğəmbər (s) buyurmayıb”! Bu hədis etimad olunası hədis kitablarında gəlməyib (batildir)[20].
10. Səxavi bu rəvayəti zəif sayıb və yazıb:
إن أصحابي بمنزلة النجوم في السماء، فأيما أخذتم به اهتديتم... ضعيف جداً ،[21]
“Mənim səhabələrim ...” hədisi olduqca zəifdir[22].
11. Əcluni bu hədis barədə deyir:
إن أصحابي بمنزلة النجوم في السماء فأيما أخذتم به اهتديتم ، ومن هذا الوجه أخرجه الطبراني والديلمي بلفظه وفيه ضعيف .[23]
Təbərani və Deyləmi bu hədisi belə yazıblar: “Mənim səhabələrim göydəki ulduzlar kimidir, onların hansından yapışsanız hidayət olarsınız”. Lakin bu hədis zəifdir[24].
12. Mubarəkfəvri yazıb:
ان اصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم... ضعيف جدا .[25]
“Mənim səhabələrim ...” hədisi olduqca zəifdir[26].
13. İbn Əbdül-birr “Camiul-bəyan” kitabında yazır:
ان أصحابي كالنجوم فبأيهم اقتديتم اهتديتم وهذا مذهب ضعيف عند جماعة من أهل العلم وقد رفضه أكثر الفقهاء وأهل النظر ونحن نبين الحجة عليه .[27]
“Mənim səhabələrim ...” hədisi elm əhli yanında zəif sayılır və fəqihlər və nəzər sahibləri tərəfindən rədd olunub. Biz də onun rəddinə aid dəlil gətiririk[28].
Başqa yerdə yazır:
وهذا الكلام لا يصح عن النبي صلى الله عليه وسلم ... والكلام أيضا منكر عن النبي صلى الله عليه وسلم ... وهذا إسناد لا يصح ... ولم يأمر أصحابه أن يقتدي بعضهم ببعض ... هذا اسناد لا تقوم به حجة لأن الحرث بن غصين مجهول [29].
Bu sözü peyğəmbər (s) buyurmayıb ... və peyğəmbərin (s) onu buyurması inkar olunub ... onun sənədləri də zəifdir ... və peyğəmbər (s) öz səhabələrini birinin digərinə iqtida etməsini əmr etməyib ... bu peyğəmbərə (s) isnad verilib, onun heç bir dəlili yoxdur, çünki Hərs ibn Ğissin naməlumdur[30].
14. Məhəmməd ibn Yusuf Əbu Həyyan “Əl-bəhrul-muhit” təfsirində “Nəhl” surəsinin 84-89-cu ayələrinin təfsirində yazır:
عن النبي صلى الله عليه وسلم: إنما مثل أصحابي كمثل النجوم أو كالنجوم ، بأيها اقتدوا اهتدوا . وهذا كلام لم يصح عن النبي صلى الله عليه وسلم ، رواه عبد الرحيم ...عن ابن عمر عن النبي صلى الله عليه وسلم . وإنما أتى ضعف هذا الحديث من قبل عبد الرحيم ، لأن أهل العلم سكتوا عن الرواية لحديثه . والكلام أيضاً منكر عن النبي صلى الله عليه وسلم ولم يثبت .[31]
“Mənim səhabələrim ...” hədisini peyğəmbər (s) buyurmayıb. Onu Əbdürrəhim ... ibn Ömərdən və peyğəmbərdən (s) rəvayət edib. Bu hədisin Əbdürrəhim tərəfindən rəvayət olunması onun zəif olmasına dəlalət edir. Çünki elm əhli onun hədislərini rəvayət etməkdən çəkiniblər. Habelə peyğəmbərin (s) bu sözü buyurması inkar edilib və sübuta yetməyib[32].
15. Şənqiti “Əzvaul-bəyan” təfsirində yazır:
وأما ما يروى عن النبي صلى الله عليه وسلم: «أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم» فهذا الكلام لا يصح عن النبي صلى الله عليه وسلم.وضعف الحديث المذكور معروف عن أهل العلم .[33]
“Mənim səhabələrim ...” hədisini peyğəmbər (s) buyurmayıb və qeyd olunan hədisin zəifliyini elm əhli qəbul etmişdir[34].
16. Əbdül-əziz Racihi yazıb:
حديث (أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم) .هذا ما يذكره أهل الأصول يستدلون به، والحديث باطل ليس بصحيح سندا ومتنا أما من جهة السند فليس في شيء من دواوين السنة فهو حديث ضعيف، قال البزار: هذا حديث لا يصح عن رسول الله صلى الله عليه وسلم وليس هو في كتب الحديث المعتمدة فلا يحتج به أصلا، وأما معناه فمعناه فاسد .[35]
“Mənim səhabələrim ...” hədisi üsul alimlərinin zikr etdiyi və ona istidlal etdikləri hədisdir. Halbuki bu hədis batil, mətn və sənədi səhih olmayan, mötəbər kitablardan heç birində gəlməmiş və zəifdir. Bəzzaz deyib: Bu hədisi Rəsulullah (s) buyurmayıb və etina olunası mötəbər kitabların heç birində gəlməmişdir. (Sonra Əbdül-Əziz Racihi əlavə edir:) Buna görə qəti olaraq bu hədisi höccət olaraq qəbul etmək və onunla bəhs etmək olmaz. Məna baxımından isə, mənası fasiddir (qüsurlu, yanlışdır)[36].
17. 804-cü h. q. tarixində vəfat etmiş ibn əl-Muləqqin yazır:
رُوِيَ أنَّه ، صَلَّى الله عَلَيْهِ وَسلم ، قَالَ : «أَصْحَابِي كَالنُّجُومِ بِأَيِّهِمْ اقْتَدَيْتُمْ [ اهْتَدَيْتُمْ ] » .هَذَا الحَدِيث غَرِيب لم يروه أحد من أَصْحَاب الْكتب الْمُعْتَمدَة .[37]
“Mənim səhabələrim ...” hədisi tanınmamış hədisdir və onu mötəbər kitabların müəllifləri rəvayət etməyiblər[38].
18. Əhli sünnə, sələfi və vəhhabilərin məşhur alimi Albani deyir:
( أصحابي كالنجوم فبأيهم اقتديتم اهتديتم ) لا يصح : واه جدا وموضوع .[39]
“Mənim səhabələrim ...” hədisi səhih deyil və puç və uydurma bir hədisdir[40].
19. H.q. tarixi ilə 728-ci ildə vəfat etmiş İbn Teymiyyə demişdir:
(أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم) ضعيف باطل [41]
“Mənim səhabələrim ...” hədisi zəif və batildir[42].
20. “İbtihac” kitabında yazılıb:
قوله أصحابي كالنجوم بايهم اقتديتم اهتديتم وهو حديث ضعيف .[43]
“Mənim səhabələrim ...” hədisi zəifdir[44].
21. Məkkə Hədis Elmləri Universitetinin müəllimi Məhəmməd Cəmil Zinu deyib:
( أصحابي كالنجوم بأيهم اقتديتم اهتديتم ) قال عنه المحدثون: إنه موضوع .[45]
“Mənim səhabələrim ...” hədisi barədə hədis alimləri deyib ki, o saxtadır[46].
Habelə əl-Əzhər universitetinin alimlərinin fətvaları ensiklopediyasında da yuxarıdakı hədis rədd edilmişdir ki, onların bəzisini aşağıda gətiririk:
1 . قول النبى صلى الله عليه وسلم "أصحابى كالنجوم بأيهم اقتديتم اهتديتم " وهو أيضا ضعيف وقيل موضوع،رواه الدارمى وغيره،وأسانيده ضعيفة .[47]
“Mənim səhabələrim ...” hədisi zəifdir və belə deyiblər ki, o saxtadır və Darəmi və başqaları onu rəvayət ediblər, lakin onun sənədi zəifdir[48].
2 . السؤال : هل من الحديث ما يقال : أصحابى كالنجوم بأيهم اقتديتم اهتديتم ؟
الجواب : هذا حديث ضعيف وقيل موضوع .[49]
Sual: “Mənim səhabələrim ...” hədisdirmi?
Cavab: Zəif hədisdir və belə deyilib ki, o saxtadır[50].
3. Müqəddəs Məkkə şəhərinin müftisi və (Səudiyyə Ərəbistanında) İslam Qaziləri və Nüfuzu İdarəsinin sədri Məhəmməd ibn İbrahim ibn Əbdül-lətif Aləş-şeyx yazır:
أصحابي كالنجوم المعروف عند أَهل الحديث حقاً أَنه لا يثبت سنده ولا يصلح للاحتجاج فلا تقوم به حجة .[51]
Hədis əhli tərəfindən tanınmış olan “Mənim səhabələrim ...” hədisinin sənədinin düzlüyü sübuta yetməyib, dini bəhslərdə dəlil kimi istifadə olunmağa layiq deyil və ona heç bir höccət arxalanmır (onunla dini və şəri hökm vermək olmaz)[52].
RƏVAYƏTİN QONDARILMASININ SƏBƏBİ
Yuxarıdakı rəvayətin sənədinin araşdırılmasından və onun zəif və saxta olması barədə əhli sünnə alimlərinin dediklərini vurğuladıqdan sonra bir neçə məsələ ilə üzləşirik:
1. Görəsən bu rəvayət nə üçün uydurulmuşdur?
Cavab: Bu rəvayət məsum və pak olan Əhli-beyt (ə) haqqında zikr olunmuş məşhur və mütəvatir hədislərə qarşılıq olaraq uydurulmuşdur.
1-Cİ HƏDİS:
قال رسول الله صلي الله عليه وآله : النجوم امان لاهل الارض و اهل بيتي امان لامتي .[53]
Rəsulullah (Allahın salavat və salamı ona və Əhli-beytinə olsun) buyurub: Ulduzlar yer əhli üçün aman (təhlükəsizlik, sığınacaq) mənbəyi olduğu kimi, mənim Əhli-beytim (ə) də mənim ümmətim üçün aman mənbəyidir[54].
2-Cİ HƏDİS:
قال رسول الله صلي الله عليه وآله : اهل بيتي کالنجوم بايهم اقتديتم اهتديتم .[55]
Rəsulullah (s) buyurub: “Mənim Əhlibeytim (ə) ulduzlar kimidir, onların hansına iqtida etsəniz hidayət olarsınız[56].
Əhli sünnənin özlərinin mötəbər kitablarında qeyd olunan bu hədisdən açıq-aydın görünür ki, peyğəmbər (s) bu hədisi səhabələr haqqında deyil, Əhli-beyt (ə) haqqında buyurmuşdur.
3-CÜ HƏDİS:
قال رسول الله صلي الله عليه وآله :النجوم امان لاهل الارض من الغرق و اهل بيتي امان لامتي من الاختلاف فاذا خالفتهم قبيله من العرب اختلفوا فصارو حزب ابليس .[57]
Rəsulullah (s) buyurub: Ulduzlar yer əhlini yolda (dənizdə) azmamaları üçün aman (hidayət) mənbəyi olduğu kimi, mənim Əhli-beytim (ə) də ümmətimin ixtilaflarda aman (hidayət) mənbəyidir. Əgər ərəblərdən bir tayfa (qövm) onlarla müxalifət etsə, şeytanın dəstəsindən olar (onun dəstəsinə çevrilər)[58].
2. Saxta hədis qondarmaq dəb halını aldıqdan sonra, elə bir vəziyyət yarandı ki, belə bir hədis qondardılar:
Xazin öz təfsir kitabında yazır:
وروى البغوي بسنده عن الحسن قال إن رسول الله صلى الله عليه وسلم قال : « مثل أصحابي في أمتي كالملح في الطعام لا يصلح الطعام إلاّ بالملح »[59]
Bəğəvi sənədi ilə rəvayət edir ki, Həsən deyib: Həqiqətən peyğəmbər (s) buyurub: “Mənim səhabələrim ümmətim arasında yeməkdəki duz kimidirlər. Duzsuz yemək, dadlı olmaz”[60].
HƏDİSƏ İRADLARIMIZ:
Qeyri-mümkün olsa belə gəlin fərz edək ki, sözü gedən hədis doğrudur və həzrət Rəsulullah (Allahın salavat və salamı ona və Əhli-beytinə olsun) onu buyurub. Amma bir halda ki bu rəvayətin xitab olunduğu şəxslər səhabələrdirlər, necə mümkün ola bilər ki, o həzrət (s) səhabələrin səhabələrə iqtida etməsinə əmr etsin?
Əgər tabe olub belə bir fərzi qəbul etsək, yenə də səhabələrə xitab olunmuş bu əmrə əsasən, səhabələr peyğəmbərin (s) Əhli-beytinə (ə) tabe və təslim olmalıdırlar. Çünki çoxlu mötəbər rəvayətlərimiz var ki, o həzrət (s) səhabələri öz Əhli-beytinə (ə) tabe olmağa əmr edir. Necə ki, məşhur “səqəleyn” hədisində belə buyurmuşdur: “İqtida və hidayət olunmaq üçün peyğəmbər (s) Əhli-beytindən (ə) hansı ulduzlar daha üstün və yaxşıdırlar? (yəni, yoxdur)”.
Bu rəvayət əqli baxımdan da nöqsanlıdır. Çünki necə ola bilər ki, istənilən bir səhabəyə iqtida etmək hidayətə səbəb olsun? Səhabələrin bəzisi qatil, bəzisi qətldən zərərçəkmişdir, bəzisi zalım, bəzisi məzlumdur, bəzisi lənət edən, bəzisi lənət olunmuşdur və xüsusən də xəlifələr arasında olan bir çox ixtilaflı məqamlarda biz hansı səhabəyə iqtida etməliyik???
Yeri gəlmişkən Əli ibn Əbutalib (ə), Əbubəkr, Ömər və Osmanın arasında olan bir çox ixtilafda biz onların hansına iqtida etməliyik?
Çünki Əli ibn Əbutalib (ə) və peyğəmbərin əmisi Abbas, Əbubəkr və Öməri yalançı, günahkar, əhdə vəfa etməyən və xain sayırdılar.
Müslimin öz Səhih kitabında nəql etdiyi bu hədisə diqqət edin:
فلمّا توفّي رسول اللّه صلى اللّه عليه وسلم ، قال أبو بكر: أنا ولي رسول اللّه ، ... فقال أبو بكر: قال رسول اللّه صلى الله عليه وسلم : نحن معاشر الأنبياء لا نورث، ما تركناه فهو صدقة، فرأيتماه كاذباً آثماً غادراً خائناً ،... ثمّ توفّي أبو بكر فقلت: أنا وليّ رسول اللّه صلى اللّه عليه وسلم و ولي أبي بكر، فرأيتماني كاذباً آثماً غادراً خائناً .[61]
İkinci xəlifə Ömər deyib:
Allahın rəsulu (s) dünyadan getdikdən sonra, Əbubəkr dedi: -“Mən Allahın peyğəmbərinin (s) vəlisiyəm (xəlifəsiyəm). Əbubəkr dedi: Allahın rəsulu deyib: -“Biz peyğəmbərlər (ə) irs qoymuruq. Bizdən sonra qalan bütün şeylər sədəqədir”. Sizin nəzəriniz bu idi ki, Əbubəkr sözlərində yalançı, günahkar, əhdə vəfasız və xaindir. Sonra Əbubəkr dünyadan getdi, (onun ölümündən sonra) mən dedim: Mən Allahın peyğəmbərinin (s) və Əbubəkrin vəlisiyəm (xəlifəsiyəm). Siz məni də Əbubəkr kimi yalançı, günahkar, əhdə vəfasız və xain saydınız[62].
Səhih Buxaridə isə belə oxuyuruq:
ولكنّك استبددت علينا بالأمر وكنّا نرى لقرابتنا من رسول اللّه صلى اللّه عليه وسلم نصيباً حتّى فاضت عينا أبى بكر... [63]
Əmirəl-möminin Əli (ə) Əbubəkrə dedi: -“Sən xilafət məsələsində bizimlə zülmkarcasına rəftar etdin və biz Allahın rəsuluna (s) yaxın və qohum olduğumuz üçün (peyğəmbərdən (s) sonrakı xilafətdə) haqqımızın olduğuna inanırıq! Əbubəkrin gözlərindən yaş axmağa başladı... [64]
Müslim isə öz Səhihində yazılıb:
استبددت علينا بالأمر وكنّا نحن نرى لنا حقّاً لقرابتنا من رسول اللّه صلى اللّه عليه وسلم... [65]
Əmirəl-möminin Əli (ə) Əbu Bəkrə dedi: Sən xilafət məsələsində bizimlə zülmkarcasına rəftar etdin. Lakin biz Rəsulullaha (s) yaxın olduğumuz üçün xilafət haqqının bizə məxsus olmasını bilirik[66].
İndi isə səhabələrlə imam Əli (ə) arasında olan ixtilafları nəzərə alaraq, “Siffeyn” müharibəsində meydanın bir tərəfində olan Müaviyə və Əmr-Asa iqtida edək və onun qoşununda olaq, yaxud meydanın digər tərəfində olan imam Əliyə (ə) iqtida edib onun ordusunda olaq??? Hal bu ki, onların hamısı səhabə idilər, (əgər biz bu hədisin səhih olmasını qəbul etsək) daha burda haqq və batil dəstəsi qalmır. Çünki istər haqq qoşununda olsan, istərsə də batil qoşununda olsan, hər iki halda cənnət əhlindən olacaqsan!!!
Əgər səhabələrdən olan Müaviyə, Əmr-As, Təlhə və Zübeyrə iqtida etsən, gərək Əmirəl-möminin Əli (ə) ilə müharibə edəsən və onun iki məsum övladı, cənnət cavanlarının ağası, imam Həsən və imam Hüseyni (Allahın salamı onlara olsun) öldürüb şəhid edəsən. Ən maraqlısı isə budur ki, ölən də öldürən də, zalım da məzlum da hər ikisi cənnətdə yer alacaqlar!!!(???)
Bəzən səhabələrə iqtida etməklə bəzi haram işlər də halala çevriləcək, məsələn; səhabələrdən olan Xalid ibn Vəlid, mömin bir səhabə olan Malik ibn Nüveyrəni öldürdü və həmin gecə onun arvadı ilə zina etdi. Səhabələrdən olan Həkəm ibn Əbil-As Allahın peyğəmbərini (s) məsxərəyə qoyub ələ saldı. Səhabələrdən olan Mərvan ibn Həkəm və Büsr ibn Ərtaha iqtida etsək isə camaatı kütləvi şəkildə öldürmək bizə icazəli (caiz) olacaq. Səhabələrdən olan Səmərət ibn Cündəb və Qüdamə ibn Məz`una iqtida etsək şərab içmək və əyyaşlıq bizə hala olacaq. Əgər qalan səhabələrin hamısına iqtida etmək istəsək, onda müqəddəs islam şəriətində haram buyurulmuş minlərlə əməl bizə halal olacaq. Hər halda sən Peyğəmbər (s) səhabəsinə iqtida etmisən, hidayət yolunu tutub səadətə çatmısan və cənnət əhlisən. (BƏLKƏ DÜŞÜNƏK)!!!
Mənbələr:
1موسوعة أقوال الدارقطني ، ج10 ، ص82 جمع وترتيب : السيد أبو المعاطي النوري المتوفى سنة 1401 ـ 1981 الدكتور محمد مهدي المسلمي ، أشرف منصور عبد الرحمان ، أحمد عبد الرزاق عيد أيمن إبراهيم الزاملي ، ومحمود خليل ، مصدر الكتاب : ملتقى أهل الحديث
2. Musuətu əqvali əl-Darqutni, c-10, s-82.
3. تذكرة الموضوعات ، الفتني ، ص 98.
4 Təzkirətu əl-muzu`at, əl-Fətəni, s-98.
5 إعلام الموقعين عن رب العالمين ، ج2 ص 361 المؤلف : محمد بن أبي بكر أيوب الزرعي أبو عبد الله ابن القيم الجوزيه مصدر الكتاب : موقع الإسلام
6 “E`lamu əl-muqinin `ən rəbbil-aləmin”, c-2, s-361.
7 إرشاد الفحول إلي تحقيق الحق من علم الأصول ، ج2 ، ص 188، المؤلف : محمد بن علي بن محمد الشوكاني (المتوفى : 1250هـ) المحقق : الشيخ أحمد عزو عناية ، دمشق ، الناشر : دار الكتاب العربي ، الطبعة الأولى 1419هـ ، 1999م مصدر الكتاب : موقع المكتبة الرقمية
8“İrşadul-fuhuli ila təhqiqil-həqqi min ilmil-usul”, c-2, s-188.
9 تخريج الاحاديث ج2ص230 محقق:عبد الله بن عبد الرحمن السعد ، ناشر:دارابن خزيمة – الرياض ، الطبعة : الأولى ، 1414هـ
10 “Təxricül-əhadis”, c-2, s-230.
11 المنتخب من علل الخلال لعلل للخلال ج1 ص12للإمام العلامةموفّق الدين عبدالله بن أحمد بن محمّدالشهير بـ:ابن قدامة المقدسي ملتقى أهل الحديث
12 “Əl-müntəxəbu min iləlil-xilal li-iləli lil-xilal”, c-1, s-12.
13 الاحكام ، ابن حزم، ج 5 ، ص 642 ، 643
14 “Əl-əhkam”, İbn Həzm, c-5, s-642, 643.
15 رسائل ابن حزم الأندلسي – ج3 ص 96 المؤلف : ابن حزم المحقق : إحسان عباس الناشر : المؤسسة العربية للدراسات والنشر مصدر الكتاب : موقع الوراق
16 “Rəsailu ibn həzm əl-əndulusi”, c-3, s-96. Müəllif: İbn Həzm.
17 سان الميزان ، ابن حجر ، ج 2 ، ص 137 ، 138، مصدر الكتاب : موقع الوراق
18 “Lisanul-mizan”, İbn Həcər, c-2, s-137 və 138.
19 شرح الطحاوية في العقيدة السلفية ، المؤلف : صدر الدين علي بن علي بن محمد بن أبي العز الحنفي تحقيق أحمد محمد شاكر ، الطبعة : الأولى ، الناشر : وزارة الشئون الإسلامية والأوقاف والدعوة والإرشاد ، المملكة العربية السعودية ، تاريخ النشر : 1418هـ
20 “Şərhut-təhaviyyə fil-əqidətis-sələfiyyəh”.
21 المقاصد الحسنه – سخاوي ، ج1 ص14 ،
22“Əl-məqasidul-həsənəh Səxavi”, c-1, s-14.
23 كشف الخفاء ، العجلوني ، ج 1 ، ص 64 ، 65
24 “Kəşful-xəfa”, c-1, s-64-65.
25 تحفة الأحوذي ، المباركفوري ، ج 10 ، ص 155 ، 156
26 “Tuhfətul-əhvəzi”, c-10, s-155 və 156.
27 جامع بيان العلم وفضله ، ابن عبد البر ، ج 2 ، ص 78
28 “Camiu bəyanul-ilmi və fəzlih”, c-2, s-78.
29 جامع بيان العلم وفضله ، ابن عبد البر ، ج 2 ، ص 90 ، 91
30 Həmin mənbə, c-2, s-90 və 91.
31 تفسير البحر المحيط، أبو حيان محمد بن يوسف بن علي بن يوسف بن حيّان – ذيل آيه 84 تا 89 سوره نحل
32 “Əl-bəhrul-muhit” təfsiri, “Nəhl” surəsinin 84-89-cu ayələrinin təfsiri.
33 تفسير اضواء البيان ، شنقيطي ج14 ص25
34 “Əzvaul-bəyan” təfsiri, c-14, s-25.
35 شرح العقيدة الطحاوية الشيخ عبدالعزيز الراجحي ج1 ص364،
36 “Şərhul-əqidətut-təhaviyyə”, Əl-Şeyx Əbdül-Əziz əl-Racihi, c-1, s-364.
37 البدر المنير في تخريج الأحاديث والأثار الواقعة في الشرح الكبير،ج9 ص584 ، المؤلف : ابن الملقن سراج الدين أبو حفص عمر بن علي بن أحمد الشافعي المصري (المتوفى : 804هـ) المحقق : مصطفى أبو الغيط و عبدالله بن سليمان وياسر بن كمال ، الناشر : دار الهجرة للنشر والتوزيع ، الرياض،السعودية ، الطبعة : الاولى ، 1425هـ،2004م
38 “əl-Bədrul-muniru fi təxricil-əhadisi vəl-asaril-vaqiəti fiş-şərhil-kəbir”, c-9, s-584.
39 صفة صلاة النبي صلى الله عليه وسلم ج1 ص49 ، المؤلف : محمد ناصر الدين الألباني ، الناشر : مكتبة المعارف للنشر والتوزيع ، الرياض
40 “Sifətu səlatun-nəbi (s)”, c-1, s-49.
41 صفة الفتوى ، أحمد الحراني الحنبلي ج1 ص55 الكتاب : صفة الفتوى والمفتي والمستفتي ، المؤلف : الإمام أحمد بن حمدان الحراني الحنبلي ، الناشر : المكتب الإسلامي – بيروت الطبعة : الرابعة – 1404 تحقيق: محمد ناصر الدين الألباني
42 “Sifətul-fətva” Əhməd əl-Hərrai əl-Hənbəli, c-1, s-55.
43 کتاب الابهاج في شرح الابهاج قسم الفقفه الشافعي ج2 ص232
44 “Kitabul-əbhac fi şərhil əbhac qismul-fiqhiş-şafi`i”, c-2, s-232.
45 مؤلفات الشيخ محمد بن جميل زينو، ج5 ص36
46 “Muəlləfatu əl-şeyx Muhəmməd Cəmil Zinu”, c-5, s-36.
47 فتاوى الأزهر ج8 ص209 المصدر : موقع وزارة الأوقاف المصرية
48 “Əl-Əzhər fətvaları” c-8, s-209.
49 فتاوى الأزهر – ج8 ص209 المصدر : موقع وزارة الأوقاف المصرية
50 “Əl-Əzhər fətvaları” c-8, s-209.
51 فتاوى و رسائل الشيخ محمد بن إبراهيم آل الشيخ ج2 ص7 .
52 “Fətava və rəsailu əş-şəyx Muhəmməd ibn İbrahim Aləş-şeyx” c-2, s-7.
53 مستدرک حاکم ج3 ص 149
54 “Mustədrəku Hakim”, c-3, s-149.
55 مستدرک حاکم ج3 ص 149
56 Həmin mənbə.
57 مستدرک حاکم ج3 ص 149
58 Həmin mənbə.
59 تفسيرلباب التأويل في معاني التنزيل، الخازن ، أبو الحسن علي بن محمد بن إبراهيم بن عمر الشيحي، ذيل آيه 59 سوره نساء .
60 “Təfsiru lubabut-tə`vili fi mə`anit-tənzil”, Əl-Xazin, Əbul-Həsən Əli ibn Muhəmməd ibn İbrahim ibn Ömər əl-Şeyxi, Nisa surəsinin 59-cu ayəsinin şərhi.
61 صحيح مسلم ج 5 ص 152، كتاب الجهاد باب 15 حكم الفئ حديث 49، فتح الباري ج 6 ص 144.
62 “Səhih Müslim”, c-5, s-152.
63 صحيح البخارى: ج 5 ص82، كتاب المغازي، باب غزوة خيبر.
64 “Səhih Buxari”, c-5, s-82.
65 صحيح مسلم : ج 5 ص 154، باب قول النبي صلى الله عليه وسلم لا نورث ما تركنا فهو صدقة
66 “Səhih Müslim”, c-5, s-154, Bab: “Qəvlun-nəbi (s) La nuvərrisu, ma tərəkna fəhuvə sədəqə”