Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Ömür ən dəyərli investisiyadır


İnvestorun hər hansı bir layihəyə  yatırım yatızdırmaqdan hədəfi əlində olan dəyərləndirərək, ondan daha çox qazanc və gəlir  əldə etməkdir. Amma insan bir çox hallarda ən böyük investisiyası olan ömürdən qəflət edir. Ömür insan üçün əvəzolunmaz investisiya hesab olunur. Ömürü başqa investisiyalarla fərqləndirən cəhət, ondan bir dəfə istifadə etmək şansının olmasıdır. Başqa investisiyaları istifadə etmədiyin təqdirdə, yenidən mövcud olan imkanları dəyərləndirərək yeni bir yatırım etmək olar. Amma ömürdən istifadə etmədiyin təqdirdə artıq yenidən tələf olunmuş fürsəti qaytarmaq mümkün deyil.
Hz Muhəmməd (s) ömürün necə dəyərli bir investisiya olmasını çatdırmaq məqsədiylə, ona ən yaxın olan şəxsiyyətələrdən birinə, Əbuzər Qəffariyə tövsiyəsində, Ömürnə və keçən günlərinə qarşı paxıl olmaqı, mənasız xəyal və arzularla vaxtını tələf etməməyi, bugünü və bu anını lazımınca qiymətləndirməyi, sabah olub-olmayacağını qeyd edir.
İslam peyğəmbərinin dərin bir mənanı ifadə edən bu kəlamı, insanın ömürnə qarşı, yaşadığı günlər və saatlara xususi diqqət ayırmağa çağırır. Dahi filosof və riyaziyyatçı Nəsirəddin Tusinin şagirdilərindən biri öz xatirəsində, Nəsirəddin Tusinin ömürnə, yaşadığı saat və anlarına qarşı necə bir xususi diqqət ayırdığını, bir saniyəsini belə lazımsız, müvəffəqiyyətinə maneə yaradacaq işlərə sərf etmədiyini qeyd edir.
Bir insan istər fərdi və istərsə ictimai həyatında hər hansı bir şəxsiyyət olub, səmərəli bir mövqedən çıxış etmək istədiyi təqdirdə, gərək müəyyən hədəf üçün yaşasın və bu hədəfin reallaşması üçün ömürnü lazımınca qiymətləndirərək, hər saatından səmərəli bir formada bəhrələnsin.
Bəşər Məmmədov
Mənbə: Hikmət və məsləhətlər
İslammektebi.org

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

HƏR  ŞEY  FIRLANIR!

Həm Nyuton, həm də Kvant fizikləri deyir ki, kiçik zərrəciklər, yəni mikro cisimlər bir mərkəz ətrafında fırlanır; elektronlar nüvə ətrafında, həmçinin atomu təşkil edən həm elektronun, həm də protonun təşkil olunduğu hissəciklər də başqa bir mərkəz ətrafında fırlanır. Həmçinin bu mikro cisimlərdən əmələ gəlmiş makro cisimlər də müəyyən mərkəz ətrafında fırlanır. Yəni həm Yer kürəsi, həm də digər planetlər Günəş ətrafında fırlanır. Buna görə də Yer (həm də digər planetlər) üzərində olan başqa varlıqlar, yəni cansız cisimlər, hüceyrələr, bitgilər, heyvanlar və insanlar da Günəşin ətrafında fırlanır. Hətta Yerin həm təbii peyki (Ay), həm də süni peyki (kosmik gəmi) və buludlar da onun ətrafında fırlanır. Həmçinin Yerin özü də öz oxu ətrafında fırlanır. Buna görə də Yer üzərində olanlar Yerin oxu ətrafına da fırlanır. O cümlədən digər planetlərin peykləri də onların ətrafında fırlanır. Bununla bərabər, Günəşin özü həm öz oxu ətrafında, həm də başqa bir mərkəz ətrafında fırlanır. Günəşdən 10-larca, 100-lərcə, 1000-lərcə və s. daha böyük makro cisimlər, ulduzlar da vardır ki, onlar da həmçinin həm öz oxları, həm də müəyyən mərkəzlər ətrafında fırlanırlar. Amma bunlardan bizim xəbərimiz yoxdur. Sanki hər şey sükut içindədir.

Bir körpə ananın, ana isə atanın ətrafına fırlanır. Kiçik böyüyün, cavan ağsaqqalın, cahil alimin, alim elmin və məlumun ətrafına fırlanmalıdır. Xalq şahın, şah isə ədalətin ətrafına fırlanmalıdır. Amma kimsə bu gözəlliklərin fərqində belə deyil.

Aşiq məşuqun, arif də mərufum ətrafında fırlanır. Gül bülbülün, Məcnun Leylinin, Kərəm Əslinin, Fərhad isə Şirinin ətrafına fırlanır. Amma bu aşiqlərin də əsl eşqdən xəbəri yoxdur.

Gecə gündüzün, gündüzsə gecənin ətrafına fırlanır. Saatın əqrəbləri onların kəsişdiyi mərkəz, tarix isə hadisələrin ətrafına fırlanır. Amma sanki zaman keçməyəcəkmiş.

Bu qədər mərkəzlər ətrafındakı bu dövrlər sonsuza kimi davam edə bilməz. Elə isə bu mərkəzlərin mərkəzində ilkin əsas, başlanğıc, ən gözəl, əsl eşq olan bir mərkəz olmalıdır. Və bütün dövr eləyənlər bu həqiqi mərkəz ətrafında fırlanmalıdır.

Bütün insanlar övliyaların, övliyalar peyğəmbərlərin (ə), məsumların (ə), onlar da həzrət Rəsulallahın ətrafına fırlanır. Çünki hər şey naqisdir, dəyişməkdədir, hər an inkişafdadır. Bəs kamil və dəyişməz olan mərkəz Kimdir? O, elə bir Həqiqətdir ki, hər şey Onun ətrafına fırlanır, amma O Həqiqəti tanıyanlardan başqa kimsənin bundan xəbəri yoxdur.

Islammektebi.org

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Yeniyetmələrin beyinləri böyüklərdən nə ilə fərqlənir?

Nevrologiya üzrə alim Fransis Censen karyerası boyu insan beynini araşdırıb. Onun araşdırmasının nəticələri valideynlərə, müəllimlərə və yeniyetmələri anlamağa çalışan digər insanlara bəzi şeyləri daha yaxşı başa düşməyə yardım edir.

İnsan yetkinlik yaşına çatanda onların bədəni dəyişir və onlar daha çox böyük insanlara oxşamağa başlayırlar. Güman edilir ki, onların beyinləri də böyük insanların beyinləri kimi işləyir.

Amma Censen bunun belə olmadığını bildirir. “Beyin bədəndə yetişən ən son orqandır və onun yetişmə prosesi 20 yaşlarında tamamlanır. Yeniyetmələrin beyinlərinin strukturu beynin yekun formasının 80 faizini təşkil edir.

Censen bildirir ki, yeniyetmələrin beyinləri elə qurulub ki, onlar böyüklərdən daha yaxşı öyrənirlər.

“İnsanın beynində sinapsislər var və bu sinapsislər insanın necə öyrənməyini təyin edir. Bu sinapsislar vasitəsilə beyin hüceyrələri bir-birilərinə məlumat ötürür. Nə isə öyrənəndə sinapsislər böyüyür. Sinapsislərin böyüməsinə kömək edən protein və kimyəvi maddələr ən çox balaca uşaqlarda olur, yeniyetmələrdə biraz az, böyüklərdə isə çox az. Ona görə uşaqlar çox asanlıqla iki, üç dil öyrənə bilirlər, yeniyetmələr isə böyüklərdən daha sürətlə informasiya qəbul edə bilirlər."

Maraqlısı isə odur ki, yeniyetmələrin böyüklərə nisbətən daha yaxşı öyrənmək qabiliyyətləri olsa da, onların beyinlərinin müxtəlif sahələrindəki əlaqələr hələ də inkişaf etməkdədir.

Beyində ən son inkişaf edən və digər hissələrlə əlaqə yaradan beynin ön hissəsidir. Beynin ön hissəsi anlayış, qərar, nəbzin idarəsi və empatiya hissiyatına cavabdehdir. Ona görə də yenitmələrdə bu hisslər tam inkişaf etməmiş olur.

Censen bildirir ki, narkotik və spritli içki yeniyetmələrin beyinlərinə böyüklərin beynindən daha çox təsir göstərir. Censen bildirir ki, “13-17 yaşlar arası insanın IQ-su (İntelektual Keyfiyyəti) dəyişir. Bu yaşlar arasında insan nə qədər çox spirtli içki qəbul etsə, IQ bir o qədər azalır.” Spirtli içki və narkotik yeniyetmələrdə uzunmüddətli problem yaradır.

Son araşdırmada isə yeniyetmələrin qısamüddətli problemi araşdırılıb. Bu isə bir neçə işi eyni anda görməkdir. Belə bir həssas yüklənmə onların sözləri yada salma qabiliyyətlərinə mane olur.

Beynin inkişafına cinsin də təsiri var. Censen bildirir ki, beynin informasiyanı qəbul edən hissəsi uşaqlıq vaxtı genişlənir, daha sonra isə incəlir. Qızlarda genişlənmənin pik nöqtəsi 12-14 yaşlar arası olur, oğlanlarda isə bu, iki il sonra baş verir. “Təbii ki, istisnalar var, amma ümumilikdə qızlar daha plançı olur, daha çətin iş və ya dərs qrafikini idarə edə bilirlər, amma bu yaşda oğlanlar planlaşdırmada çətinlik çəkirlər,” deyə Censen bildirir.

Bilik və yaddaş üçün yuxu vacib olsa da, yeniyetmələr (həm qızlar, həm oğlanlar) kifayət qədər yatmırlar. Onlar gecə gec yatanda və səhər gec oyananda valideynləri yeniyetmələrin tənbəl olduqlarını düşünürlər. Amma Censen bunun reallıq olmadığını deyir. Onlar yenityetmə olduqları üçün belə edirlər. “Onların bioloji saatları böyüklərin yatmaq və oyanmaq saatlarından 2 saat daha gec vaxta uyğunlaşdırılıb,” deyə Censen qeyd edir.

Yeniyetmələrin beyinləri ilə bağlı yeni infromasiya valideyn və müəllimlərə uşaqları daha yaxşı anlamağa kömək edə bilər.

“Onlarla daha çox əlaqə qurun və daha səbirli olun,” deyə Censen valideyinlərə məsləhət görür.

Əqli xəstəliklər də yeniyetmə yaşlarında başlayır. Bunlara ikiqütblü (bipolar) pozuntular, depressiya və şizofreniya daxildir. Bu xəstəliklər 18-20 və bəzəndə 20-25 yaş aralarında başlayır. Ona görə də, bu xəstəliklərin əlamətlərini müşahidə etmək üçün yeniyetmələrlə əlaqə yaratmaq vacibdir.

Censen validenynləri bu informasiyanı uşaqları ilə paylaşmağa təşviq edir. “Yeniyetmə yaşlarında uşaqlar kim olduqlarını, şəxsiyyətlərini öyrənmək istəyirlər. Onların özləri barədə hər bir şeyə öyrənməyə təbii maraqları var. “Ona görə də siz onlara onların yetkinləşmələri ilə bağlı daha çox məlumat verdiyinizdə, bu məlumatın onlar üçün nə qədər maraqlı olduğunu müşahidə edəcəksiniz,” deyə Censen bildirir.

Mənbə

Amerikanın səsi 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

AXMAQ ŞAHLAR

Qədim zamanlarda məmləkətlərin birinə çox sakit bir şah hökmranlıq edirdi. O, zalım deyildi və camaatın işinə də yarıyırdı. Bir gün qara rüzgar əsdi və ona elə bir şillə vurdu ki, ağır yataqdaca canını tapşırdı.

Beləcə, günlər ötdü və yeni padşahlıq üstündə müzakirələr başladı. Biri dedi ki, filan vəzir olsun, biri dedi filan alim olsun və... Nəhayət qara bəxtli şahdan sonra hamının razı olduğu “Əddal” adında qoca bir alim olan vəziri şah seçdilər. Bu alim çox ədalətli idi. Hər kəsin dərdinə dəyər və hamıya kömək edərdi. Onun ədaləti dillər əzbəri idi. Hamı onu əvvəlki şahdan daha çox sevməyə başladı.

Amma camaat arasında “Qeys” adında bir nəfər var idi. O, həm ölən, həm də təzə şahın işlərinə gülürdü. Onları axmaq hesab edirdi. Öz-özünə həmişə belə deyərdi: “Bu şahlar necə də axmaqdır?! O biri ona müraciət edənə kömək edərdi. Bu da ondan geri qalmır. Hamının çətinliyini həll edir, camaatın dərdinə şərik olur, dövlətin malını camaatdan heç əsirgəmir. Dövlət mülkünü özü xərcləmir, camaata yedizdirir. Təbii sərvətlərə əl də vurmur, hamısını xalqa, millətə paylayır. Necə də axmaqdır?! Torpağın nemətlərini, xalqın öz malını özlərinə verir. Bunun camaatın öz malını özünə verməyinə bax! Belə də şey olar? Bu necə şahlıqdır, mən baş aça bilmirəm.”

Qeys həmişə düşünürdü ki, görəsən şahlıq nə olan şeydir? Axı şahlar niyə belə edir? Şah olanda nə olur? Bir gün o da şah olmaq arzusuna düşür. Öz-özünə belə deyir: “Bu şahlar axmaqdır, şahlığın qədrini bilmirlər. Camaatı başlı başına buraxmaq olmaz. Mən padşah olsam, Allah bilir neyləyərəm?! Qan tökərəm. Gözlər çıxararam. Əl-ayaq kəsərəm. .”

Camaatın bu şahda da bəxti gətirmədi. Onun da vaxtı uzun çəkmədi. Çünki onsuz da şahlıq taxtına qoca yaşlarında çıxmışdı. Buna görə də ömrünün yalnızca sonlarını camaata xidmətdə keçirə bildi. Şahlıq kürsüsü yenə də boş qaldı. Suallar, müzakirələr hamını təngə gətirmişdi. Camaat yenə də Əddal və ondan qabaqkı şah kimi bir şahın arzusunda idi. Qeys yetim bir cavan idi. Amma hamı onun böyük vəzir olan atasının necə müdrik bir ağsaqqal olduğunu bilirdi. O da şaha qoşular, camaatın işləri ilə məşğul olardı. O, öz oğlunu şahın icazəsi ilə həmişə yanında saraya aparardı. Xalq onu həmişə vəzirlərin içində görərdi.

Bir dəfə meydanların birində yeni şahlıq müzakirəsində böyük vəzirdən söz düşdü. Biri dedi ki, kaş vəzir yaşayaydı, elə onu da... Bu zaman hamının fikri böyük vəzirin oğlu Qeysə tərəf yönəldi. Hamının gözü onu axtardı. Bir küncdə camaat arasında əyləşmiş Qeys yenə də öz şahlıq xəyallarında idi. Birdən biri qışqırdı: “Hanı ədalətli vəzirimizin oğlu? Hanı şahların, vəzirlərin varisi? Hanı Qeys?”. Əvvəlcə Qeysin yaxınındakılar, yavaş-yavaş da o birilər onun ətrafından azacıq qırağa çəkildilər ki, o aydınca görünsün. Hamı ona baxırdı. Qoca vəzirlər Qeysin həmişə sarayda olduğunu nəzərə alıb, həmçinin atası kimi ola biləcəyinə ümid edib onu qabağa çəkdilər. Sükutdan anlaşılırdı ki, hamı onun şah olmasına razı idi. Qeysin gözü kəlləsinə çıxmışdı. Bu nədi? Dövlət quşu bu meydanda bu qədər camaat arasında, ancaq onun başına qonmuşdu? Onu heyrət bürümüşdü. Gözləri bərəlmiş halda camaatın təkidi ilə meydanın mərkəzinə tərəf irəliləyirdi. O, büdrəyə-büdrəyə nəhayət dayandı. Bir neçə ürək döyüntüsündən sonra qışqırıq qopdu: “Özüdür, özüdür ki, var... Axtardığımız budur... Eşq olsun...”. Xalqın səsi bir-birinə qoşuldu. Hamı bir nəfər kimi “Yeni şaha eşq olsun, eşq olsun...” deyirdi.

Qeysi elə oradanca saraya apardılar. Saraya daxil olarkən onun qəribə baxışlarını ancaq bəzi şəxslər anlayırdı. Allahdan və özündən başqa heç kim onun nə düşündüyünü bilmirdi. 

Qeys bir müddət sonra vəzirlərin birinin qızı ilə ailə qurdu. Çox xoşbəxt ömür sürürdü. O, öz işində idi. Camaat da sakitcə yaşayırdı. Hamı öz işi ilə məşğul olurdu. Qeys həmişə sarayda olardı. Vəziyyət yavaş-yavaş pisləşirdi. Qəribə bir xəstəlik yayılmışdı. Bəziləri əzab çəkirdi. Heç kim heç kimə kömək edə bilmirdi. Çünki bu xəstəliyə görə kiməsə kömək etmək, ölümlə nəticələnirdi. Əlbəttə, bu xəstəliyə çox adam tutulmamışdı. Amma hər halda, tutulanların vəziyyəti çox pis idi.

Yeni şah saraydan çıxmırdı. Hamı onun dalınca danışırdı. Heç kim ondan razı deyildi. Camaata ağır xəstəliklər üzrə mütəxəssis bir təbib xidmət edirdi. Bu xəstələrə əvvəlcə qan lazım oldu. Bir neçə nəfər qan verməklə yardıma qoşuldu. Amma bundan sonra xəstəlik bir neçə nəfərin daxili orqanlarını ağrıdan parçalayırdı. Biri qandan, biri böyrəkdən, biri ciyərindən, o birisi gözündən, əl-ayağından, ürəyindən dəhşətli əzablar içində qıvrılırdı. Amma ədalətli vəzirin oğlundan, yeni şahdan xəbər yox idi. Hamı ona lənət oxuyurdu.

Mütəxəssis təbib hardansa, bu xəstəliyə düçar olanların bir-ikisinə qan, böyrək, ciyər tapıb gətirmişdi. Heç kim belə bir yaxşılıq etməyə razı deyildi. Çünki bunun axırı ölüm idi. Bir neçə nəfər qan, böyrək, ciyər, hətta göz ilə təmin olunduqdan sonra, camaat arasında üsyan baş qaldırdı. Hamı canından bezmiş kimi sarayın qarşısına yığıldı. Saray darvazasının açılmasını tələb edən camaat daş-kəsəyi darvazaya tərəf tuşladı. Hamı bir nəfər kimi Qeysi səsləyirdi, darvazanın açılmasını istəyirdi. Darvaza isə açılmırdı. Birdən sarayın darvazası yavaş-yavaş açılmağa başladı. Hamını qorxudan sükut boğdu. Çünki onlar elə bilirdilər ki, zalım şahların davranışına uyğun olan adətə görə nə qədər qışqırsalar da qapı açılan deyildi. Qorxu içində qalmışdılar. İçəridən səs gəldi: “Hamınız içəri girin!”. Bir-birinə baxan camaat nə edəcəyini bilmirdi. Yenə səs gəldi: “Qorxmayın, içəri girin, şah sizi çağırır”. Camaat təəccüblə, səs-səmirsiz, qorxa-qorxa irəliləməyə başladı. Saraya daxil olub, şahın xüsusi otağı qarşısında izdiham yaratdılar ki, hamı bir yerdə olsun, birdən nəsə baş versə... Bir neçə andan sonra otağın qapısı açıldı. Onlar çarpayıya tərəf yaxınlaşdıqda, mütəxəssis təbibi əllərində bıçaq bir əli, bir ayağı olmayan, gözləri çıxmış, bədənində kəsiklərin tikişi, inildəyən, soyuq dəymiş adam kimi dərindən öskürən xəstə bir şəxsin başı üzərində dayandığını gördülər. Əvvəlcə onu tanımadılar. Sonra hamının gözündən yaş axmağa başladı. Onlar bu adamın həmişə yaşamasını arzuladılar. Amma daha gec idi, çünki bu adam əmr edərək bədəninin son üzvünü – “ürəyi”ni camaat içindəki həmin xəstələrdən birinə vermişdi. Buna görə də təbib onun əmrinə tabe olmaq üçün işə başlamışdı. Onlar isə bir daha belə bir axmaq şah görməyəcəklərinə əmin idilər.

İslammektebi.org

 

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Dəyərli sözlər.

Düşüncə insanı inkişafa doğru istiqamətləndirir.

Həzrət Əli (ə)

Elm ağılın gözəlliyidir, İman isə ruhun gözəlliyidir. Elm düşüncənin gözəlliyidir, İman isə hisslərin gözəlliyidir.

Filosof Şəhid Mutəhhəri

Çətinki dünyada mütəffəkkir insanların arasında dini hissləri olmayan bir insan tapasınız.

Albert Enişteyn

Layiqli işləri görmək üçün cəsarəti olan varlığın adına İnsan deyirlər.

Vilyam Şekisper

Həyata keçirməyinin lazım olmadığı şeylərin arzusunu etməyin.

Platon

Əgər məğlubiyyətdən sonra təbəssüm etmək gücün olsa, şücaətli bir insansan.

Abraham Linkoln

Bəşəriyyətin qazandığı uğurlar səbr və dözüm nəticəsindədir.

Vilyam Şekisper

Dünyada iki güc var. Tədbir və Qılınc. Amma çox zamanlar qılınc tədbirin qarşısında məğlub olur.

Platon

Başqasının qulu olma, Allah səni azad yaradıb.

Həzrət Əli (ə)

İnqilabdan əvvəl lazım olan əsas şey, insanların düşüncəsində və təfəkküründə inqilab etməyi bacarmaqdır.

Dr.Əli Şəriəti

Döyüşü başlamaq asandır, amma ona son vermək çətindir.

Sigmund Freud

İnsanlar adətən məğlubiyyətin qorxusundan məğlub olurlar.

Napalyon Bonapart

Yalançının ağacı bar verər, amma meyvə verməz.

Afriqa Məsəli

İnsanlar sevki, onlarda səni sevsinlər.

İmam Sadiq (ə)

Fəsad və pisliklərin əsas səbəbi işsizlikdir. Şeytan işsiz insan üçün iş yaradar.

Paskal

Qənaətçi ol ki, güclü olasan.

Həzrət Əli (ə)

Sakit və danışmaz durub insanların səni danışdırmasını gözləmək, lazımsız şeyləri danışıb insanlar tərəfindən susdurulmağdan daha yaxşıdır.

Sokrat

Başı uca yaşaya bilmirsənsə, ən azından başı uca öl.

Dostoyevski

Həyat çox sadədir, amma bizlər çalışır onu anlaşılmaz edək.

Konfisyus.

Allah gözəldir və gözəlliyi sevir.

Hədis Nəbəvi.

Qəlbini hədiyyə edərkən diqqətli ol.

Afriqa məsəli

Elm ağılın çırağıdır.

Həzrət Əli (ə)

Mənbə:Nəsimi Mərifət

Tərcümə etdi: Bəşər Məmmədov

İslammektebi.org

 

 

 

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Qaçaq Qarlı

Uşaqlıqda bir yerdə ora-bura qaçan, uzunqulaq belinə palan qoyan Azər ilə Alı böyüdükcə bir-birinə daha da bağlanırdılar. Onlar yaşlaşdıqca daha da güclənirdilər. 20 yaşına çatanda, artıq el-obada (Borçalı Dağlarında) at belində gəzərdilər. Camaatın dərdinə şərik olar, zalımın yaxasından yapışardılar.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil



Almaniyada  bir  haker  ölkənin Müdafiə Naziri Fon der Leyenin  barmaq izinin surətini çəkib.
 
Avropa.info  xəbər verir ki,  alman kompüter mütəxəssisləri dərnəyi  "Chaos Diskində Club"un (CCC) üzvü bir haker  Müdafiə Naziri  fon der Leyenin fotoşəkilindən barmaq izini köçürtdüyünü və qısa müddət ərzində internetdə yayacağını bildirilib.
 
CCC tərəfindən Hamburqda keçirilmiş konqresdə türkdilli Yan Krissler adlı haker, nazirin barmaq izinin  surətini almaq  ciddi çətinlik çəkmədiyini deyib.

Krissler, konqresdəki çıxışında tamamlanmamış bir rəsm göstərərək, barmaq izini xüsusi kompüter proqramına  köçürdüyünü  bildirib.
 
Haker  deyib ki,  adi vətəndaşların da barmaq izlərinin surətini  fotolarından  asanlıqla əldə etmək mümkündür.

Qeyd edək ki, son zamanlar göz rəsmi və barmaq izi təhlükəsizlik tədbiri kimi istifadə edilir. 

avropa.info

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Bəzən yorğunluğumuza səbəb elə fəaliyyətsizliyimizdir

Bir çoxları özünü yorğun hiss etsələr də, bu yorğunluğun nədən qaynaqlandığını bilmirlər. Halbuki bunun səbəbi heç ağlımıza gəlməyən səbəblər də ola bilər. 

ANS PRESS oxuculara həmin səbəbləri təqdim edir. Bu səbəblərdən biri uzun müddət eyni vəziyyətdə oturmaq ola bilər. Bu hal ən çox televizora baxanda və ya kompüter arxasında oturarkən olur. Belə ki, bədən hərəkətsiz qalmaqla yatmağı eyni cür qavrayır. Buna görə də, oturarkən tez-tez gərilin, qalxıb bir az hərəkət edin. 

Boşuna enerji sərf etdirən ikinci səbəb pis duruş vəziyyətidir. Belə ki, əgər insan önə əyilərsə, əyri durarsa, onurğanın tarazlığı pozular və əzələlər də bu tarazlığı bərpa etmək üçün enerji sərf edər. Buna görə, hərəkət edəndə, oturanda və ya ayaq üstə ikən düz durulmalıdır, baş önə əyilməməlidir, qulaqlar çiyinlərin üstündə olmalıdır. 

Üçüncü səbəb aşağı kalorili pəhrizlərdir. Gündəlik 850-dən az kalorili qidalarla pəhriz insanları daha yorğun edir, hətta sağlamlıqlarına da ziyan vura bilər. Buna görə, hazır və şəkərli qidalardan uzaq durun, həftədə 1 kilodan artıq çəki verməməyə çalışın. 

Qapalı yerlərdə çox olmaq da yorğunluğa səbəb olur, xüsusilə də "evdən işə, işdən evə" kimi həyat tərzi keçirənlərdə. Buna görə gündə ən azı 10 dəqiqə piyada gəzin ki, günəş işığından və təmiz havadan faydalana biləsiniz. 

Daimi narahatlıq və stress zamanı da əzələlər gərildiyindən bədəndə yorğunluq yaranır. Buna görə də günə başlayarkən işlərinizi sahmana salın ki, bütün gün eyni problem haqqında düşünməyəsiniz və baş verənlərə müsbət cəhətdən yanaşın.

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


Bəzən bizim gün ərzində etdiyimiz bəzi işlər və bəzi adətlər bizim üçün çox zərərlidir. Zaman keçdikcə insan sağlamlığına böyük zərər vurar.


1. Yaş paltarları evdə qurutmaq.
Yaş paltarları evdə qurutmaq havada olan rütubəti artırar, daha çox həşəratların artması üçün şərait yaradar. Rütubətin çox olduğu mühitdə göbələklər artar və immun sistemini zəiflədər. Bəzən də tənəffüs yollarını zədələyib, astma xəstəliyi üçün şərait yaradar.


2. Yeməkdən sonra fasilə vermədən dişləri sürtmək.
Bəziləri səhər yeməyini yeyəndən sonra dişlərini sürtərlər ki, nəfəsləri təravətli olsun. Bir çoxları gündə üç dəfə dişləri sürtməyə əməl edir və onu tərk etmirlər. Halbuki bu iş diş sağlamlığı üçün təhlükəlidir. Meyvə suları və meyvələrin bəzisi diş minasına ziyan vurar. Ona görə də dişləri əvvəlcə su ilə yaxalayıb yarım saatdan sonra sürtmək lazımdır. Dişləri səhər və nahar yeməklərindən sonra sürtmək yerinə saqqız çeynəyə bilərsiniz.


3. Maşının pəncərəsini aşağı salıb sürmək.
Aparılan tədqiqatlar göstərir ki, əgər sürücü maşında olan zaman pəncərəni açıq qoyarsa, ekoloji çirklənməyə daha çox məruz qalar. Bu vərdiş qulaq sağlamlığı üçün də zərərlidir.


4. Yeməyi plastik qabda mikro-sobada isitmək.
Plastik qabların tərkibində kimyəvi maddə vardır ki, hormonlarda dəyişiklik yaradar və insanı xərçəng təhlükəsi altında qoyar.


5. Mobil telefonu yanınızda saxlamaq.
Bir çoxları hətta yatan zaman belə mesajlaşırlar və mobil telefonu başlarının altına qoyarlar. Bu vərdiş yuxunun ritmini pozar. Əgər rahat yatmaq istəyirsinizsə, yatmaqdan əvvəl mobil telefonla məşğul olmayın. Telefonu yataq otağınıza qoymayın.


6. Yatmazdan bilavasitə əvvəl idman etmək.
Yatmazdan bilavasitə əvvəl idman etmək yaxşı fikir deyildir. Çünki yuxunu pozar və yorğunluq hissi gətirər. Ona görə də yatmazdan bir müddət əvvəl idman edin ki, yuxunuz aram olsun.


7. Yüksək səslə musiqiyə qulaq asmaq.
Cavanların bir çoxu müsiqiyə yüksək səslə qulaq asmağı sevirlər. Lakin bu adət qulaq və eşitmə sağlamlığına ziyan vurar.


8. Linzadan çox istifadə etmək.
Bəzi xanımlar eynək taxmağı sevmədiklərinə görə linzalardan istifadə edərlər. Lakin uzun müddət linzadan istifadə etmək göz üçün ziyanlıdır. Bu zaman göz yaşı az istehsal olar və gözlər quruyar.


9. Özgə vərdişlərinə təqlid etmək.
Dostun insana təsiri çoxdur. Belə ki, əgər dostunuz kökdürsə, ehtmal verilir ki, siz də çəkinizi artırarsınız. Əgər dostunuzla çox vaxt keçirirsinizsə, imkan verməyin ki, onun pis adətləri sizə də keçsin. Əgər idmanı sevirsinizsə, siz onu idman etməyə təşviq edin.


10. Dişləri təmizləməmək.
Bunu yadda saxlayın ki, dişləri sürtməklə təmiz olmaz. Diş fırçası dişlərin arasına girə bilmədiyi üçün, təmizləyə bilmir. Ona görə də diş sapından istifadə etmək lazımdır.


11. Bədəninizin verdiyi siqnallara laqeyd olmaq.
Bel ağrısı, yorğunluq, mədə ağrısı əksər insanların hiss etdiyi ağrılardandır. Lakin bu siqnallar bir çox ciddi xəstəlikləri bizə xəbər vermək istəyə bilərlər. Gizli stress kimi. /Deyerler.org/

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


Maraqlı xarakteri və aşağı qiymət verməsi ilə tələbələri arasında xüsusi bir «nüfuza» sahib olan fəlsəfə müəllimi, imtahan günü tələbələrə, əvvəl kağız və qələmlərini hazırlamalarını söylədi, sonra da stulu qaldırıb masanın üzərinə qoydu. Sonra:


"İmtahan sualını soruşuram" dedi. «Bu stulun var olmadığını isbat edin. »
Fəlsəfə müəllimi, imtahan kağızlarını oxuduqdan sonra, bu mövzudakı şöhrətinə kölgə salacağını bilməsinə baxmayaraq, həyatında ilk dəfə bir tələbəsinə ən yüksək qiyməti vermək məcburiyyətində qaldı.


Tələbənin imtahan kağızında təkcə bu iki söz var idi:
«Hansı stulun?»


Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Siqaret ömrün 10, içki 23 ilini yandırır

Siqaret çəkmək ömrün 10, spirtli içki isə 23 ilini yandırır. ANS PRESS-in məlumatına görə, bu şokedici məlumatları "The Daily Mail" yayıb. Mütəxəssislər xüsusi cədvəl hazırlayıblar. Cədvəlin hazırlanmasında ABŞ, İngiltərə və başqa ölkələrin hesabatlarından istifadə edilib.
ANS PRESS bu cədvəli təqdim edir.

1 siqaret - 13,8 dəqiqə
1 doza kokain - 5,1 saat
1 pay spirtli içki - 6,6 saat
1 doza metamfetamin - 11,1 saat
1 doza metadon - 12,6 saat
1 doza heroin - 22,8 saat

İlkin baxışdan bu 13 dəqiqə az kimi görünə bilər. Amma bu zaman keçdikcə sizə uzun illərinizin itirilməsi hesabına başa gələ bilər. Belə ki, orta hesabla bir gənc 17,8 yaşından siqaretə başlayır. Gündə 20 siqaret çəksə, o ğmrünün 10 ilini itirimiş olur.

İçki aludəçiləri isə bu işə 16 yaşdan başlasalar 23,1 illəri ilə vidalaşmalı olurlar.

Kokain 34,5, heroin 41,2, metamfetamin 41,9, metadon isə 38, 2 il həyatın itirilməsinə səbəb ola bilər.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Britaniyalı kosmetoloq həkim Maykl Preyge bu qənaətə gəlib

Britaniyalı kosmetoloq həkim Maykl Preyger hesab edir ki, sifətin vaxtından qabaq qocalmasının səbəblərindən biri kompyuter arxasında işləməkdir.

O qeyd edib ki, onun üzündə vaxtsız qocalma əlamətləri olan pasiyentləri arasında kompyuterin monitoru qarşısında oturan qadınların faizi yüksəkdir. Tibb işçiləri belə vəziyyəti “kompyuter siması” termini ilə ifadə edirlər. Simptomları: sifətdə sərt qırışlar, gözlərin altında şişkinlik, nisbətən cavan qadınlarda boyun dərisinin sallanması.

Həkimlər “kompyuter simasının” səbəbini kompyuter arxasında oturuş tərzində (başın aşağı sallanması) və gərgin işin doğurduğu qeyri-iradi mimiki hərəkətlərdə görürlər. Kosmetoloq qadınlara kompyuterin yanına qoyulan güzgünün köməyi ilə öz mimik hərəkətlərinə nəzarət etməyi və hər saat üz əzələlərinin gimnastikasını keçirməyi tövsiyə edir.

 

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Breivik hücumundan sağ xilas olan Norveçli Morten Abrahamsen , 'İbrahim' adını alaraq Müsəlman oldu.

"İslamda dincliyi tapdım" deyən Morten İbrahim Abrahamsen, 2011-ci ildə Norveçdə yaşanan Utoya hücumu əsnasında yaşadıqlarını və sonradan necə müsəlman olduğunu izah etdi. Tualetə gizləndiyini deyən Abrahamsen, "gizlənərkən 4 nəfəriydik. Yanımızda Müsəlman bir qız da varıydı. 'Dua edim mi?' Deyə soruşdu. Müsəlman qız Kenyalıydı. Ərəbcə dua etməyə başladı. Mən də birdən 'Allahu Əkbər' deməyə başladım və bir anda bunda bir mənanın olduqunu düşündüyünü açıqladı.

"İslamiyyətdən güc alıram"
Hücumdan xilas olduqdan sonra İbrahim, "Niyə mən xilas oldum? Niyə o qədər gəncə atəş edilərkən mən həyatda qaldım? "Suallarına cavab axtardığını ifadə etdi. Hücumun ardından psixoloji çətinliklər yaşadığını deyən İbrahim, hücumdan bir ay sonra müsəlman olduğunu və İslamiyyəti seçdiyini bəri psixoloji olaraq da rahatladığını açıqladı.
İslamiyyətdən güc aldığını yazan İbrahim, hücumu təşkil edən həddindən artıq radikal terroristin müvəffəqiyyətsiz olduğunu bildirdi. İbrahim, "Breivik (təcavüzkar) İslamiyyəti çökdürmək istəyərdi. Öz fikirlərinə qarşı olan hər kəsi yox etmək istəyərdi. Amma əslində tam tərsini bacardı. Onun sayəsində artıq daha düşüncəli və necə düşünməm lazım olduğu mövzusunda çox daha diqqətliyəm. Burada müsbət bir istehza var çünki mən Utoya qırğınından sonra İslamiyyəti tapdım. Bu terroristin başarmaqa çalışdığı şeyin tam tərsi "olduqunu açıqladı.

"İsalmiyyət qəlbimin dərinliklərində yer tapdı"
İslamiyyəti tapmadan əvvəl şübhəçi olduğunu ifadə edən İbrahim, "İslam birbaşa ürəyimə yerləşdi. İslamiyyət tək haqq din. Bunun səbəbi Quranın heç dəyişməmiş olmasıdır. Məni Peyğəmbərmiz Məhəmməd qədər təsir edən kimsə olmamışdı. O həyatın necə olmasıyla əlaqədar çox şey söyləyir. Buna ölümü qəbul etməkdə daxildir. Dünyanın bir imtahan olduğunu və bu imtahanın asan olmadığını söyləyir "dedi. Spirtli olmadığını amma yenə də əvvələr içki içdiyini açıqlayan İbrahim, əvvələr pis bir gün keçirsəydim içki içərdim. İndi İslamdan, qüvvət  və təssəli tapdıqını açıqladı.


"İsalmiyyət çətin bir din deyil"
Davamlı məscidə getdiyini, hər gün Quran oxuduğunu və beş vaxt namaz qıldığını dilə gətirən İbrahim, "İslamın çətin bir din olmadıqını açıqladı. Quran-ı Kərim sizi istiqamətləndirir. Artıq spirt çəkməyən və donuz yemirəm "dedi. Qərb dünyasının sandığının əksinə İslamın sülh və birlik dini olduğunu vurğulayan İbrahim, "Günahsız insanları öldürən terroristlər İslam dininin nümayəndələri olmadıqlarını qeyd etdi."


Breivik hücumunda nələr yaşanmışdı?
2011-ci ildə Norveçdə Behring Breivik adlı həddindən artıq radikal terrorist paytaxt Osloda bombalı hücum təşkil etdikdən sonra, Utoya Adasında gənclərin qatıldığı Norveç İctimai Demokrat Partiyanın yaz düşərgəsinə maşınlı silahlarla hücum təşkil etmişdi. Polis qılığında içərmisə girən Breivik, bölgədəki gənclərə pulemyotla təsadüfi atəş açaraq 69 adamın ölümünə, 100-dən çox adamın da yaralanmasına səbəb olmuşdu. Hücumdan sonra həbs olunan Breivik'e 24 il və daha sonra davamlı 5 il uzatılması mümkün olacaq şəkildə həbs cəzası verilmişdi.

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


Bir-birini çox sevən iki səmimi dost birlikdə yola düşürlər. Dağlardan, meşələrdən, çaylardan keçib bir səhraya çatırlar. Uzun yol dostlardan birinin ürəyini sıxmağa başlayır. Eyni açılsın deyə dostunun boynuna bir şillə çəkir.
Yorğunluqdan taqəti tükənən, üstəlik də durduğu yerdə şillə yeyən dost qumun üstünə " Bu gün ən yaxşı dostum mənə şillə vurdu " yazır və dostundan " məni niyə vurdun?" — deyə soruşmadan yoluna davam edir.
Dostların bitməz-tükənməz səyahəti səhrada davam edərkən şillə yeyib inciyən dost qəflətən bir qum girdabına düşür. Əvvəlcə ona şillə vuran dost dərhal köməyə gəlir. Qumlar dostunu girdaba çəkərkən əl uzadıb onu xilas edir.
Şillə vuran dostunun onu xilas etdiyini görən yolçu bu dəfə də bir daşın üstündə bıçaqla " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazır və belə bir dostu olduğuna görə Allaha şükür edir.
Bunu görən xilaskar dost isə sözlərin quma deyil, daşa yazılmasını heyrətlə qarşılayır və ona:
— Mən sənə şillə vuranda " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!" sözlərini qumda yazmışdın. Bu gün isə səni girdabdan xilas edəndə daşın üstünə " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazdın. Bunun səbəbini öyrənə bilərəm?  — deyə soruşur.
Dostu ona təbəssüm edib:
— Sən mənə şillə vuranda qəzəblənmədən quma " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!" sözlərini yazdım ki, əsən küləklər yazını silib aparsın. Məni girdabdan xilas edəndə isə" Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi" sözlərini daşlara yazdım ki, heç bir külək dostluğumuzu silib aparmasın. Dostluğumuz əbədi olsun, — deyir.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Sağlamlığın qeydinə qalmaq elə də çətin deyil

Xərçəng əsrimizin ən bəlalı xəstəliklərindən biridir. Ondan heç kim sığortalanmayıb. Ancaq müəyyən vasitələrlə - sağlam həyat tərzi, hərəkətlilik, sağlam qida və sairə ilə ondan qorunmaq mümkündür.
Uzun illər ərzində aparılan araşdırmalar təbii meyvə və tərəvəzin xərçəngdən qorumaqda əhəmiyyətli rol oynadığını üzə çıxarıb. Onların tərkibindəki vitamin və minerallar xəstə hüceyrələrin yaranmasına mane olur, maddələr mübadiləsi, qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir.
Qeyd edilən məhsullar ağciyər, süd vəzi, bağırsaq, prostat kimi xərçəng növləri ilə mübarizədə effetktivdirlər.
Bəs xəstəlikdən qoruyan meyvə tərəvəz hansılardır?
Quşburnu, kivi, qırmızı bibər, pomidor, yer kökü, ərik, albalı, fındıq, qoz, paxlalılar
gilas, moruq, gavalı, üzüm, alma, şaftalı, noxud, lobya, yaşıl çay, sarımsaq, turp,
zeytunyağı

Mənbə.Anspress

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Şərhsiz.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Maraqlı məlumatlar

1. Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.

2. Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.…

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

İnsan haqqında maraqlı məlumatlar

1. Siz açıq gözlərlə asqıra bilmirsiniz.
2. Ağızda Yer kürəsində insan sayı qədər bakteriyalar var.
3. Sizin saçınız bir teli almanın çəkisinə dözə bilər.
4. Sizin dilinizin izi — tamamilə unikaldır, bunu unutmayın .
5. Bədəndə dil-ən güclü əzələdi.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil


Amerikanın “Global Fire Power” Araşdırma Mərkəzi dünyanın ən güclü 10 ordusunun siyahısını açıqlayıb. Araşdırma zamanı əsas 40 amil nəzərə alınıb. Belə ki, burada müdafiə sahəsinə ayrılan vəsaitin məbləğı, şəxsi heyətin, limanın, hərbi birləşmənin və tankların sayı, eyni zamada maliyyə ehtiyatı və s. meyarlar nəzərə alınıb. Mərkəzin hazırladığı siyahını təqdim edirik./salamnews/

P.s. Çox maraqlıdır ki, silaha və orduya bu qədər pul xərcləyən dövlətlər bəzi insani dəyərlərdən dəm vururlar. O cümlədən: sülh, əmin-amanlıq, insan haqqları, azadlıq və.s

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Amerikanlar yenə can dərdində

ABŞ-ın Kanzas əyalətində müharibə dövründən qalan yeraltı anbarların yerində yaşayış binası inşa olunur.

Yerin 53 metr dərinliyində inşa ediləcək binanın 14 mərtəbədən ibarət olması planlaşdırılıb.

Layihəni həyata keçirən Larri Hall avqust ayı ərzində bütün mərtəbələrin satılacağına ümid etdiyini deyib. Binanın içərisində kinozal, hovuz, kitabxana və qalan 7 mərtəbəsinin ev kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Yerin altına enən lift isə barmaq izi ilə işləyəcək. 70 nəfərin tərəvəz və balıq yeyərək həyatda qala biləcəyi binanın bir mərtəbəsi 2 milyon dollardan satışa çıxarılıb.                                                                                                                                                                  

Hall, müharibə, günəşdəki partlayış, iqtisadi böhran, qida çətinliyi və terror hücumlarından qorxanların bu layihəyə maraq göstərdiklərini deyib.

Xezerxeber.com