Yazarlar
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 3145
Şərqdə doğub düynyaya nur saçan günəş.
İnsan azad yarandı. Qadağan olunmuş meyvədən yeməklə öz azadlığını təmin edə bilməyəciyini etiraf edərək, inancsız yaşa bilməyəciyini anladı. İnancın onun ayrılmaz bir parçası olduğunu dərk etdi. Xaliq insan azadlığının və inancının təmini üçün ona din göndərdi. Dinin ilkin əsas hədəfi insanı özündən azad edərək, dünyanı azadlığa doğru apara bilməsini təmin etməkdir. Bu hədəfinin icrası üçün Xaliq kamil bir insanı bu ideologiyanın qoryucusu seçdi. İnanc insanın ayrılmaz bir parçası olduğu üçün, bir çox əsirlərdə insanların inanclarından istifadə edərək, onları özlərinin məqsədlərini təmin etmək üçün əsirə çevirən quruplarda formalaşmağda idi. Ən acılı əsirlərdən biri orta əsirlərdi. Orta əsirlər dünyanın şərqi və qərbi üçün qaranlıq bir həyatla doluydu. Hər iki qitədə insanlar bəndəlik həyatından azad olmaq eşqiylə yaşayırdılar. Qərbdə Kilsə hakimiyyəti, şərqdə bütpərəstlərin hakimiyyəti. Hər iki qurup yaxşı bilirdilər ki, insanlar inanc olmadan yaşaya bilməzlər. Bu səbədən özlərini insanların inanclarının təminçisi kimi tanıtdırdılar. Başqa adlar və formalarda olsalarda ortaq bir məqsəd və çıxarları vardı. Kilsə özünü insanların azadlığ və nicat qapısı kimi tanıtdırsada, bu şuarla insanları həqiqi mənada öz quluna çevirmişdi. Şərqdə isə bütlərin hakimiyyəti şərqin böyük qəbilə başçılarının çıxarlarına xidmət edirdi. Dünyanın iki böyük qitəsinin qaranlıq bir həyat sürməkdə idi.
Xaliqin yaradıınış fəlsəfəsi insanların azadlığı idi. Bu hədəfin təmini üçün Şərqdə bir günəş doğdu. Bu günəşin doğması bir çoxlarının həyatına işiq saçsada, böyük güclərin heçdə sevindirmədi. Doğan günəşin hədəfi insanların həyatına işiq saçaraq, onlara həyatın görünməyən tərəflərini göstərməklə azadlıqlarının təmini idi.
Onun adı Muhəmməd (s) idi. O, şərqin ən böyük Qəbiləsində dünyaya göz açsada onun üçün yeganə məqsəd insanların azadlıqının təmini idi. 23 il ömürnü bu məqsədə həsr etdi. Onun 23 illik çağırışı artıq sərhəd tanımırdı. Şərqdə doğan günəş artıq dünyaya günəş saçmağa başlamışdı. İnsanlar artıq dünyanın müxtəlif diyarlarından onun səsinə səs verərək, bu ideologiyanın yaşaması üçün yaşayırdılar. Çünki bu ideologiya insanların yeganə xilaskarı olacağını hər kəs, hətta buna qarşı mübarizə aparanlarda yaxşı bilirdi.
Amma O , 23 il yorulmadan insanlığın qurtuluşu üçün çalışsada 63 yaşında Xaliqinin görüşünə yola düşmək məqsədiylə, gözlərini əbədi olaraq yumdu.
İslammektebi.org
Bəşər məmmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2296
Zulqərneynin İmam Zamanla (ə) oxşarlığını bilmək üçün öncə Zulqərneyn haqqında məlumatımız olmalıdır.
Qurani-Kərimdə Zülqərneyn haqqında Kəhf surəsinin 83-cü ayəsindən 98-ci ayəsinə qədər Zülqərneyn haqqında söhbət açılır. Onun kimliyi haqqında Peyğəmbərdən (s) soruşulduqda bu ayə nazil olur: "(Ya Peyğəmbər!) Səndən Zülqərneyn barəsində soruşurlar, de: «Tezliklə sizin üçün onun barəsində ayələr oxuyacağam»" (Kəhf/83).
İmam Baqir (ə) buyurur: “Zül-Qərneyn peyğəmbər olmamışdır. Amma bu saleh şəxsi Allah sevirdi. O öz qövmünü təqvaya çağırırdı. Bir dəfə başından zərbə alan Zül-Qərneyn müəyyən müddət gözə dəymir. Sonradan qayıdıb yenidən xalqı təqvaya dəvət edir. Bu dəfə ikinci zərbəni alır.” Bu məqamda İmam buyurur: “Sizin aranızda da bu xüsusiyyətlərə malik şəxs var." (Nurus-Səqəleyn; Kəmalud-Din, Şeyx Səduq").
Zülqərneyni İskəndər kimi də tanıtdıranlar var amma bu İskəndərin kimliyində də, ixtilaflar vardır ki, bəziləri onu Makedoniyalı İskəndər bəziləri isə başqa İskəndər adında bir nəfərin olduğunu deyir. Nümunə Təfsirində isə onun böyük İran şahı Kuroş olması bildirilir. Ümumiyyətlə Zülqərneynin kimliyi tam olaraq məlum deyil və bu haqda müxtəlif fikirlər mövcuddur.
İndi isə Zülqərneynin imam Zamanla (ə.c) oxşar xüsusiyyətlərindən bir neçəsini sayıram.
1- Yer üzünə sahib olacaq
Quran buyurduğu kimi Zülqərneyn bütün yer üzünə hakim idi.
Həqiqətən Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında (istədiyi) hər bir şeydən səbəb və vasitələr qoyduq (Kəhf / 84) .
Hədisə əsasən həzrət Mehdi (ə.c) də, bütün yer üzünə hakim olacaq.
Rəvayət olunub ki, dünyanın tam sahibləri dörd nəfər olub. İkisi mömin ikisi kafir. Mömin olan o iki nəfərdən biri Süleyman ibn Davud digəri isə İskəndər (Zülqərneyn) idi. Lakin kafir olan o iki nəfərdən biri Nəmrud, o biri isə Bəxtənsər idi. Həmçinin bu ümmətdən də, beşinci şəxs bütün dünyaya sahib olacaq o da Mehdidir (ə). Çünki Allah buyurubdur: bu dini başqa dinlərə üstün edəcək.
Əhli-sünnə alimlərindən olan Səxavi də, öz Əşratus-Saət kitabının 56-cı səhifəsində Kəbul Əhbardan belə nəql edir: Mən Mehdini görürəm ki, onun adı bütün peyğəmbərlərin kitabında gəlib və onun hökumətində (qurduğu dövlətdə) heç bir nöqsan yoxdur. Zülqərneynin və Süleyman ibn Davud (ə) kimi dünyaya sahib olacaq.
2- Ona qeyb vasitələri verilmişdi
İmam Zaman (ə) haqqında da, qeyb vasitələrindən o həzrətə köməkçi olacağı bildirilir.
3- O bütün yür üzünü gəzəcək
Əmirəl-möminin imam Əlidən (ə) imam Mehdi (ə.c) haqqında hədis var ki, buyurub: Hər tərəfə üz çevirər. Yer üzündə Zülqərneynin girdiyi bütün şəhərlərə Mehdi (ə.c) də, girəcək və həmin şəhərləri düzəldəcək. (İlzamun-Nasib 2-ci cild səh-261).
4- Zülqərneyn əvvəlcə uzun qeybət keçirəndən sonra camaat arasında aşkara çıxdı
Ey Əhməd ibn İshaq! Bu ümmət arasında onun macərası Xızırın (ə) və Zülqərneynin macərası kimidir. Allaha and olsun o elə bir qeybət edəcək ki, Allahın, onun imamətliyinə olan etiqadını qoruduğu və o zamanda zühurunun tezləşməsi üçün dua etməyə müvəffəq etdiyi şəxsdən başqa heç kim nicat tapmaz. (Mucəmul-Əhadis əl-imam Mehdi; cild-4 səh-267).
5- Zülqərneynin uzun ömrü var idi
Bir dəstə möminlrdən bizə xəbər çatıb ki, Zülqərneyn 3 min il ömür edib (Tarixun mədinətud-Dəməşq cild-17 səh-361).
Tövratda gəlib ki, Zülqərneyn 3000 il ömür edib və müsəlmanlar onu 1500 il bilirlər (Təzkirətul-xəvas Sibt ibn Cuzi; səh-364).
Yuxarıda saydığlarımız, imam Zamanın (ə.c) Zülqərneyn ilə oxşar xüsusiyyətlərinin olduğunu deməyə bizə əsas verir.
Rəsul Mahmudov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 3403
Qurani-Kərimin dörd surəsində həzrət Əyyubun (ə) adı çəkilib. Əyyub peyğəmbər səbr və dözümdə nümunəvi peyğəmbərdir. Həzrət Əyyub haqqında Quranın təkcə bir surəsində soz açılsa da əslində, onun yaşadıqları müsibətlər, bəlalara düçar olan çox sayda insanlar üçün örnək sayıla bilər. Quran və dini ədəbiyyata əsaslanaraq tam qətiyyətlə demək olar ki, Allah taala ona çoxlu mal-dövlət, qüdrətli övladlar və sağlam bədən bəşx etmişdi. Onun, məhsuldar əkin sahələri və çox sayda mal-qarası var idi. Güzəranı yaxşı keçirdi. Allah onu sınamaq üçün o nemətləri onun əlindən aldı; əkin sahələri yararsız, mal-qarası tələf oldu və övladları da vəfat etdi. Özü isə ağır xəstəliklərlə üzləşdi. Bütün ağır günlərdə, daima Allaha şükür etdi və heç vaxt şikayət etmədi. Allahdan başqa heç kimə sığınmadı. Allahın izni olmadığı üçün, hətta Ondan bütün bu bəlaların çözümünü diləmədi. Sınaq və bəla dövrü bitdi. Bu müddət ərzində Əyyub, heyrətamiz səbr nümayiş etdirdi. Ona görə də Allah taala onun itirdiklərini - hətta ondan da çox ona qaytardı. Bundan əlavə onun yaşadıqları və hədsiz dözümünü başqalarına nümunə hesab etdi. “Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq”(1) Allah tərəfindən dua etməyə izinli olduğu vaxt acizanə bir qul kimi Allahdan bəlaların dəf olmasını istədi: “…Şeytandan mənə bəla və əzab toxunub…!”(2) Əlbəttə Şeytanın peyğəmbərlərin ruh və iradələrinə yol tapması mümkünsüzdür. Amma onlara fiziki aspektən təsir etməsi (müxtəlif bəlalara düçar etməsi) mümkündür.(3)
Allah onun istəyinin cavabında buyurdu: “Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi). …Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.(4) Həzrət Əyyubun səbri müxtəlif müsibətlərə düçür olan insanlar üçün örnək ola bilər. Müxtəlif bəlalara düçür olan şəxs ilk baxışda həlli mümkünsüz olan işləri mümkünsüz saymamalıdır. Allahın qüdrətli olduğuna inanmalı hər zaman onun qeybibdən gələcək lütfkarlığına etiqad bəsləməlidir. Bəli, Allah insanı xəstəliklər və müsibətlərdən xilas edə bilər. Aqil insan “(Allahdan) başqa heç bir sığınacağın olmadığını bilməlidir. (Pənah yalnız Allahadır!)”.(5) Allah həzrət Yunusun zikrini qəbul etdiyi kimi həzrət Əyyubun duasını da qəbul etdi. Ona görə də Alah Quranda buyurur: “(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et!...”(6) Allahın bəndələri də bu yolu qorumalıdır. Yəni səbr etməli, Allahdan üz döndərməməli və duaların müstəcab olmağına inanmalıdır. Əyyub şəfa tapdıqdan sonra Allaha - “ Sən rəhmlilərin ən rəhmlisisən!”- deyə müraciət etdi.(7) Çünki Onun mərhəməti hər şeyi ehtiva etmişdi.(8) Bu da Allahın bəndələri üçün örnək sayılır. Quran buyurur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…”(9)
Şübhəsiz hər bir insan dünyaya göz açandan bəri müxtəlif bəlalar və müsibətlərə düçar olur. Həm fərdi həm də ictimai həyatda müxtəlif çətinliklərlə üzləşir. Heç kəs bu sayılanlardan müstəsna deyil. Bu müsibətlər ölüm anına qədər davam edə bilər. Elə isə bu bəlaları yaradan amillər nədən ibarətdir? Bu məqalədə o bəlaları yaradan bəzi amilləridən söz açacağıq.
Müsibətlərin amilləri:
1-İlahi sınağın ehtivası genişdir. Hətta o sınaq, peyğəmbərləri də əhatə edə bilər. Bunun üçün Əyyubu misal çəkmək kifayətdir. İmam Sadiq (ə) buyurur: “Peyğəmbərlər adi insanlardan daha çox müsibətlərə düçar olur...”
Ümumiyyətlə bəndələri sınamaq Allahın yer üzərindəki ümumi qanunudur; “İnsanlar (möminlər) yalnız: “iman gətirdik” - deməklə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!”(10)
2- Quran buyurur: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək, eləcə də naümid olmaq lazım deyil!) (11) Çətinliklər insanlarda olan istedadları üzə çıxarır. Nəticədə onlar müəyyən problemləri həll etməyə qadir olur.
3- Bütün həqiqi möminlərə səbr dərsi verən bəlalar, nəhayət Allah dərgahında “bəyənilmiş məqam”a nail olmağa zəmin yaradır. Dini mətnlərdə müsibətlərə dözümlülər üçün böyük əcr nəzərdə tutulub; “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə sınaqlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!”.(12) Həmmam deyilən bir abid həzrət Əliyə (ə) dedi: Ey Əmirəl-möminin, pərhizkarların sifətlərini mənə elə vəsf et ki, onları görmüş kimi olum. Həzrət təqvalı şəxsləri yüzdən artıq sifətlə vəsf edir. O xüsusiyyətlərdən biri bu yazıda yer ala bilər: “Pərhizkarlar çətinlik zamanı başqalarının asayiş və rahatlıqda olduqları kimidirlər. ( Yəni ilahi təqdirə boyun əyərək Allahın istədiyinə razıdırlar və onlar üçün çətinliklə rahatlıq birdir)”.(13)
4- Hər hansı bir insan müsibətə düçar olduqda onun ətrafında olan insanların sədaqəti və vəfadarlığı da sınağa çəkilir. Əyyub peyğəmbər bütün mal-dövlətini və sağlamlığını itirdikdə dostları- hətta ailəsi də ondan üz döndərdilər. Dar günlər dostların tanınmasında çox önəmlidir.
5- Maddi həyatdakı dəyişikliklər insanın Allah sevgisinə əngəl yaratmamalıdır. Həqiqi mömin, Allahı nemətlərin bol olduğu vaxt sevir eyni halda müsibətlərə düçar olduqda imanı zərrə qədər azalmır.
6- Maddi imkanların əldən çıxması və bəlalarla üzləşmək Allahın bəndələrinə qarşı rəhimsizliyinə dəlalət etmir. Eləcə də problemsiz həyat Allahdan uzaq olmaq mənasını daşımır. Əgər insan vəzifə, övlad və mal-dövlət əsiri olmasa istənilən şəraitdə Allahın xüsusi bəndələrindən ola bilər.
7- Müsibətlər, insanları tövbə etməkdə və qəflət yuxusundan oyanmaqda böyük təsirə malikdir. Çətinliklərlə üzləşməyən insanlar Allahı və məadı unudur nəticədə böyük günahlara mürtəkib olurlar. Quran buyurur: “Səndən əvvəl də ümmətləri müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar”. “İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar...” “Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!”(14) Dünya əzabı dünyada baş verən bəlalar, müsibətlər, xəstəliklər və sair acı hadisələrdir.
8- Bəzi hadisələr günahkarların günahı ucbatındandır. Allah onları cəzalandırmaq üçün bu dünyada onları müxtəlif müsibətlərə düçür edir; “ Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”(15) İmam Sadiq (ə) buyurur: “Bəndənin günahları çoxaldıqda və o günahlara kəffarə olacaq əməli olmadıqda bu dünyada bağışlanması üçün Allah ona bəlalar göndərər.” (çünki axirət əzabı daha şiddətli və dözülməzdir)(16)
9- Çətinliklərə dözən insanın imanı daha möhkəmdir. ”…(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik.”(17) Həzrət Əli (ə) müxtəlif çətinliklər görmüş insanı səhrada bitən ağaclara bənzədərək buyurur: “...Bilin ki, səhrada olan ağacın taxtası daha möphkəmdir. Amma (suyu çox olan bağlarda əkilmiş) yaşıl ağacların qabıqları daha nazikdir…”(18) Yəni çətinliklərlə mübarizə edib uğur qazanan insanın imanı güzəranı xoş keçən insanların imanından daha çox və möhkəmdir.
Hazırladı: Şəhriyar
Qeydlər:
1-“Sad” surəsi, 43-cü ayə.
2- “Sad” surəsi, 41-ci ayə.
3- “Sireye peyambəran dər quran”, səh 75.
4- “Sad” surəsi, 42-44.
5- “Kəhf” surəsi, 27-ci ayə.
6- “Sad” surəsi, 41-ci ayə.
7- “Ənbiya” surəsi, 83-cü ayə.
8- “Əraf” surəsi, 156-cı ayə.
9- “Əraf” surəsi, 180-cı ayə.
10- “Ənkəbut” surəsi, 2-3.
11- “İnşirah” surəsi, 5-6.
12- “Bəqərə” surəsi, 155-157.
13- “Nəhcül-bəlağə” 160-cı xütbə.
14- “Ənam” -42; “Zümər” -8; “Səcdə” -21.
15- “Şura” surəsi, 30-cu ayə.
16- “Üsuli kafi”, c3, səh 44.
17- “Ənbiya” surəsi, 35-ci ayə.
18- “Nəhcül-bəlağə” 45-ci məktub.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 3348
Şəriət insanların əməllərinin və cəmiyyətin tənzimi üçün nəzərdə tutulmuş qanunlar və hökmlər məcmusudur. Nuh, İbrahim, Musa, İsa və İslam peyğəmbəri (s) kimi böyük peyğəmbərlər şəriət sahibi olmuşlar. Allah qarşısında təslimçilik, Allaha itaət, qeyb və məada iman bütün İlahi dinlərin müştərək prinsipləridir. Bu prinsiplər İslam və din adı ilə tanınır. Amma ümmətlər istedadca fərqləndiyindən onların şəriətinə uyğun qanunlar tənzimlənmişdir.
Həzrət İsanın şəriəti elə Musanın şəriətidir. Tənbeh məqsədi ilə həzrət Musanın şəriətində müəyyən istisnalar mövcud olmuşdur. Amma İsa şəriətində uyğun qadağalar aradan qaldırılmışdır. Bu səbəbdən də bəziləri düşünürlər ki, həzrət İsanın şəriəti Musa şəriətindən fərqlidir.
Müqəddəs kitabın müəyyən məqamlarında Musa şəriətinin və Tövrat hökmlərinin hifzi tapşırılır. Məsələn, Matta İncilində deyilir: “Göy və yer durduqca Tövratdan bir nöqtəni dəyişmək sizə ünvanlanmış daimi bir tapşırıqdır. Ən kiçik hökmü pozan kəs göy aləmində ən kiçik sayılar. Amma əməl edib öyrədən ərş aləmində böyük olacaq.”[1]
Həzrət İsa və onun həvariləri Musa şəriətini qoruyurdular. Hər gün məbədə gedir, digər yəhudilər kimi Musa ayinlərini yerinə yetirirdilər. Onların dinini qəbul edənlərə uyğun göstərişləri yerinə yetirməyi tapşırırdılar. Onları yəhudilərdən fərqləndirən yalnız bir cəhət vardı. Məsihilər inanırdılar ki, həzrət İsa zühuru Bəni-İsrail peyğəmbərlərinin kitabında vəd olunmuş şəxsdir.”[2]
Matta İncilində deyilir: “Bir şəxs gəlib dedi: “Ey yaxşı ustad! Əbədilik tapmaq üçün nə iş görüm?” O dedi: “Nə üçün məni yaxşı çağırırsan? Hansı ki, Allahdan savay yaxşı yoxdur. Yox əgər əbədiyyət istəyirsənsə, hökmlərə əməl et.”[3]
Eyni İncildə həzrət İsadan belə nəql olunur: “Güman etməyin ki, Tövrat və ya müqəddəs səhifələri aradan götürməyə gəlmişəm. Gəlişim batil etmək yox, tamamlamaq üçündür.”[4] Miladın əvvəllərində də bir qrup məsihi mühafizəkar (“əbiyyun” adlanırdılar) Musa şəriətini qorumaq əzmində idi. Onlar müqəddəs yazıları qoruyur, həftənin 7-ci gününü şənbə sayırdılar. Onların nəzərincə, Məsih imanı Musa şəriəti ilə birləşməli idi.[5]
HAZIRKI MƏSİHİLİKDƏ ŞƏRİƏTDƏN UZAQLIQ
Məsihilik fəlsəfəsində gündəmə gəlmiş şəriətdən uzaqlıq məsələsi heç vəchlə qəbul olunası deyil. Əgər güman etsək ki, Allah-taala insanların imkansızlığını görüb şəriəti pərəstişlə əvəz etmişdir, şübhəsiz, yanılmış olarıq. Çünki Məsih özü şəriətin aradan qaldırılmasını batil saymışdır. Bu barədə Matta İncilində deyilir: “Bəli, məsihiyyətdə şəriəti aradan qaldıran Pavlos oldu. O aşkar dedi: “Artıq şəriət zərurətindən azad olmuşuq.”[6]
Pavlos deyir: “Şəriətə əməl etməklə kimsə Allah qarşısında kamil sayılmaz. Yalnız İsa Məsihə imanla ucalmaq olar. Biz özümüz də İsa Məsihə iman gətirmişik. Şəriət yox, İsaya inam yolu ilə yaxşı sayılmışıq. Təkcə biz yox, heç bir insanı şəriətə itaət ucaltmaz.”[7]
Hansı ki, Məsihin qardaşı Yaqub deyir: “İnsan təkcə imanla yox, əməllə adil olur.”[8]
Bəli, şəriət Pavlos və onun tərəfdarları vasitəsi ilə ortadan götürülmüşdür. Pavlosun risalələri şəriətə qarşı çıxışlarla doludur. O bu yolda çox cihad etmiş, üsul və şəriət tərəfdarlarını məğlub etmişdir.[9] Pavlos inanırdı ki, uşaq xətnə (sünnət) olunmamalı, ayinlər yerinə yetirilməməlidir.[10]
Pavlos həvariləri inandıra bildi ki, şəriəti qorumaq şüarlarından əl çəkmək lazımdır. Amma şəriət tərəfdarları da yerində oturmamışdı. Miladi 140-cı ildə Markiyun Pavlosun işini başa çatdırmaq üçün məsihiliyi yəhudilikdən ayırmaq məqsədi ilə Ruma gəldi. O dedi: “Pavlosa tabe olub yəhudi şəriətindən çıxanlar doğru yoldadır.”[11]
Miladi 5-ci əsrdə şəriəti dəstəkləyən və məsihilikdə şəriətin qorunması tərəfdarı olan Plaqiyus müxalif mövqedə dayanmış Aqustinlə üzbəüz gəlməli oldu. Nəhayət, miladi 231-ci ildə əfsəs şurasında Plaqiyus məhkum edildi.[12]
MUSA ŞƏRİƏTİNİN ARADAN GÖTÜRÜLMƏSİ
“Sifri əmali-rusul” kitabında deyilir: “Elçilərin müjdələri nəticəsində bir çox bütpərəstlər və Barnaba həzrət Məsihə iman gətirdi. Belə ki, yəhudilik ayinləri aradan qaldırıldı. Çünki Məsihə sonda qoşulanlar arasında da xətnə (övladın sünnəti) məsələsi yox idi.”[13]
Antakiyada Pavlos və Barnaba arasında bir tərəfdən, məsihə iman gətirmiş yəhudilər digər tərəfdən çaxnaşma yarandı. Tərəflərdən biri Musa şəriətindəki xətnə məsələsi üzərində dayanırdı. Bildirilirdi ki, bu ayini icra etmədən nicat tapmaq mümkünsüzdür.[14] Amma Pavlos onlara qarşı çıxdı və məsihiliyə yenicə qoşulmuş bütpərəstlərin müdafiəsinə qalxdı.[15]
Onlar qərara gəldilər ki, Yerusəlimdəki elçi və şeyxlərin yanına gedib onların fikrini öyrənsinlər. Yerusəlimdə onlara bildirildi ki, qeyri-yəhudilər də Musa şəriətinə əməl edib xətnə (sünnət) ayinini yerinə yetirməlidir.”[16]
Pavlos təkid edirdi ki, şəriət hökmlərinə əməl etməkdən danışan bütün insanlar məlundur.[17] Pavlos düşünürdü ki, şəriət Allah tərəfindən olsa da, mələklər vasitəsilə göndərilmişdir və bu onun zəifliyini göstərir.[18] Başqa bir məqamda deyir: “Ey mənim qardaşlarım! Əməli olmayanın imanlıyam deməsinin nə faydası?!”[19] Doğrusu, əgər insan şəriətə əməl etməklə nicat tapmırsa, bəs Məsihdən öncəki peyğəmbərlərin və onların ardıcıllarının işi nədir? Əgər onlar Allaha imandən əlavə göstərişlərə əməl etməklə, iman və saleh əməl yolu ilə nicat tapmadılarmı?
Pavlosun təlimi məsihiləri əməldən çəkindirdi, əmələ münasibət zəiflədi. Əlbəttə ki, əməl olmayan yerdə avaralıq səhnəyə gəlir. Buna görə də məsihilik dünyasında yaranmış fəsada görə Pavlos ittiham edilməlidir. Belə bir məsuliyyət xüsusi ilə məzhəb başçısı üçün yetərincə ağırdır.
Bu gün də məsihi dünyasını ağuşuna almış fitnə-fəsad, əxlaqsızlıq Pavlosun fəlsəfəsindən qaynaqlanır. Çünki əksər günahkarlar İsa Məsihin Allahın oğlu olduğuna inanır, ona məhəbbətini bildirir, əməldə isə Məsihin göstərişlərindən boyun qaçırırlar. Onlar ümid edirlər ki, keşiş qarşısında günahları etiraf etməklə bağışlanacaqlar. Guya keşiş qarşısında etiraf insanın vicdanını rahatlaşdırır və yeni günahlar üçün yol açır.
[1] Matta, 5-18.
[2] “Tarixi ədyan”, Can Binas, səh.611.
[3] Matta, 19-16.
[4] Matta, 5-17.
[5] Matta, 5-17.
[6] Nameyi Pavlos be rumiyan, bab 7, say 6.
[7] Nameyi Pavlos be Ğəllatiyan, bab 2, say 16.
[8] Nameyi Yaqub, bab 2, say 24.
[9] Tarixi ədyan, səh.614.
[10] Tarixi təməddun, 3-cü cild, səh.686.
[11] Tarixi təməddun, 3-cü cild, səh.708.
[12] Cəhani məzhəbi, səh.744.
[13] Əmali-ğəsl, 11-2.
[14] Həmin mənbə, 15-1.
[15] Məcməul-lahutil-kitabi, səh.446.
[16] Əmali rəsulan, 15-5.
[17] Ğəlatiyan, 3-10.
[18] Məcməul-lahutil-kitabi, səh.446.
[19] Nameyi-Yaqub, bab 2, say 14.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2753
Əhd kitablarına müraciət etdikdə bu kitabların təhrif olunmasına baxmayaraq, orada İslam Peyğəmbərinin (s) zühuru ilə bağlı müjdələr müşahidə olunur.
a) Əhdi-qədim: “Sifri-təkvin” kitabında yazılır: “Mən səni İsmaillə dinlədim və onu mübarək buyurdum. Onu artırıb, həqiqətən əzəmətə çatdırdım. Ondan dünyaya on iki böyük şəxsiyyət gələcək. Mən onu böyük bir ümmət üçün qərar verirəm.”[1]
Tövratda “Sifri təsniyyə” hissəsində deyilir: “Turi-Sina tərəfdən gəldi, tərəfindən nur saldı, Farandan varlığı elan etdi.”[2] Bildiyiniz kimi, Turi-Sinaya gəliş dedikdə Tövratın Musaya, Nurun enməsi dedikdə İncilin İsaya, Faranda vücuda gəlmə dedikdə Quranın İslam peyğəmbərinə (s) göndərilməsi nəzərdə tutulur. Çünki Faran elə Məkkə özüdür.
“Sifri əşiyya” kitabında oxuyuruq: “Əşiyya dedi: Mənə əmr olundu ki, ayağa qalx və nəzər sal. Nə görürsən? Dedim: İki süvari görürəm. Onlardan biri ulağa, digəri dəvəyə süvar olub. Onlardan biri o birinə deyir: “Babil süquta uğradı . . . “[3] Ulağa süvar olanın həzrət Məsih, dəvəyə süvar olanın həzrət Məhəmməd (s) olduğu anlaşılır. Bildiyimiz kimi, Babil girami peyğəmbərin (s) besəti dövründə süquta uğradı.
b) Əhdi cədid: Matta İncilində deyilir: “Sizə deyirəm: Allahın ərşi tezliklə sizdən alınar və digər bir ümmətə tapşırılar. Onun səmərəsini götürərlər.”[4]
Yuhanna İncilində oxuyuruq: “Əgər siz bizi dost bilirsinizsə, vəsiyyətimizi qoruyun. Mən atadan istəyirəm ki, sizə digər bir farqlit göndərsin və o sizinlə əbədi qalsın. O haqq bir ruhdur. Dünyada hələ onu qəbul etmək gücü yoxdur.”[5] Başqa bir məqamda oxuyuruq: “Həqiqətən, farqlit, haqq ruh atanın mənim adımla göndərəcəyi kəsdir. O sizə hər şeyi öyrədər və sizə dediklərimizi xatırladar.”[6] Başqa bir məqamda deyilir: “Ata tərəfdən göndərəcəyim farqlit yanınıza gələr. O ata tərəfdən haqq bir ruhdur. O mənə şəhadət verər.”[7] Yenə qeyd olunur: “Həqiqətən, mənim getməyim sizə xeyirdir. Çünki mən getməsəm, farqlit gəlməz. Mən gedəndən sonra o göndərilər. O dünyanı günahına görə məzəmmət edər. Məndə sizin dözə bilməyəcəyiniz çox sözlər var. Amma haqq ruh gələndə sizə doğru yolu göstərər. Çünki o öz tərəfindən danışmaz. Yalnız eşitdiyini deyər. Ata üçün olan hər şeyi sizə tanıtdırar.”
Əliəsğər Rizvani
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2536
Biz müsəlmanlar bu inacdayıq ki, həzrət Məsih dara çəkilməyib, qətlə yetirilməyib. Onun ruhu və cəsədi səmaya çəkilib və hazırda sağdır. Allah-taala buyurur: “Deyirlər ki, biz Məryəm oğlu İsa Məsihi, Allahın peyğəmbərini öldürdük. Hansı ki, o nə öldürülüb, nə də dara çəkilib. Sadəcə, bu iş onlara qaranlıq qaldı. Onun qətli ilə bağlı ixtilafda olanlar, şəkkə düşmüşlər, xəbərsiz qalmışlar və yalnız zənn-gümana uyanlardır. Şübhəsiz, onu öldürmədilər. Allah onu özünə doğru yüksəltdi. Allah yenilməz və hikmət sahibidir.”[1]
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2497
Biz müsəlmanlar bu inacdayıq ki, həzrət Məsih dara çəkilməyib, qətlə yetirilməyib. Onun ruhu və cəsədi səmaya çəkilib və hazırda sağdır. Allah-taala buyurur: “Deyirlər ki, biz Məryəm oğlu İsa Məsihi, Allahın peyğəmbərini öldürdük. Hansı ki, o nə öldürülüb, nə də dara çəkilib. Sadəcə, bu iş onlara qaranlıq qaldı. Onun qətli ilə bağlı ixtilafda olanlar, şəkkə düşmüşlər, xəbərsiz qalmışlar və yalnız zənn-gümana uyanlardır. Şübhəsiz, onu öldürmədilər. Allah onu özünə doğru yüksəltdi. Allah yenilməz və hikmət sahibidir.”[1]
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2849
Həzrət Məsihin peyğəmbərliyi dövründə baş vermiş hadisələrdən biri səmavi İncil kitabının Allah tərəfindən nazil edilməsidir. Girami İslam Peyğəmbəri (s) belə buyurur: “İncil ramazan ayının 13-cü gecəsi nazil oldu.”[1] Ayələrdən məlum olur ki, İncil həzrət İsaya birdəfəyə nazil olub. Quran buyurur: “(Öncəki peyğəmbərlərin) Ardınca Məryəm oğlu İsanı göndərdik. O özündən öncə gəlmiş Tövratı təsdiq etdi. Ona İncil verdik və bu kitabda hidayət və nur var. O (İncil) özündən öncə gəlmiş Tövratı təsdiq edir, təqvalılar üçün hidayət və moizədir.”
Qurandan aydın olur ki, əgər İncil göstərişləri həyata keçərsə, insanları və cəmiyyəti səadətə çatdıra bilər. Buyurulur: “Əgər onlar Tövrata, İncilə və Rəbləri tərəfindən nazil olana (Qurana) əməl etsələr, göydən və yerdən ruzi yeyərlər. Onlardan bir dəstəsi mötədil, orta həddi gözləyəndir. Amma çoxları pis işlər görür.”[2]
Qurani-kərimin digər bir ayəsində məsihilər İncilə əməl etməyə çağırılır: “İncil əhli də Allah tərəfindən nazil olan əsasında hökm etsin. Allahın nazil etdiyi əsasında hökm etməyənlər fasiqlərdir.” Ayələrdən birində oxuyuruq: “De ki, ey kitab əhli! Sizin heç bir düzgün ayininiz yoxdur. Yalnız Tövrat, İncil və Rəbbiniz tərəfindən nazil olana əməl edin. Amma Rəbbin tərəfindən sənə lazım olan onların çoxunun tüğyan və küfrünü artırır. Bu kafir qövmə görə qəmgin olma.”[3] İncildə Allah yolunda cihada çağırılır. Quranda oxuyuruq: “Allah möminlərdən onların canlarını və mallarını satın alır ki, behişt onların olsun. Allah yolunda vuruşurlar, öldürürlər və öldürülürlər. Bu onun üçün haqq bir vəddir. Bu vəd Tövratda, İncildə və Quranda zikr olunub.”[4]
Quran ayələrindən aydın olur ki, İncil İslam peyğəmbərinin zühuru ilə bağlı müjdə vermişdir: “Allahın rəsuluna və məktəb görməmiş peyğəmbərə tabe olarlar. Bu peyğəmbərin kimliyini əllərindəki Tövrat və İncildə taparlar. Onları yaxşı işlərə çağırır və pislikdən çəkindirir. Paklar onlar üçün halal, qeyri-paklar onlar üçün haram sayılır. Üzərlərindəki ağır yük və zəncirlər götürülür. Ona iman gətirib yardım göstərənlər ona nazil olmuş nura tabe olar və onlardır nicat tapanlar.”[5]
Əllamə Təbatəbai buyurur: “Bəzi ayələrin zahirindən belə görünür ki, əsl Tövratdan yəhudilərin, əsl İncildən məsihilərin əlində var. Ayədə buyurulur: “Səni necə mühakiməyə çağırırlar?! Bir halda ki, Tövrat əllərindədir və onda Allahın hökmü var.”[6] Başqa bir ayədə oxuyuruq: “Məsihilik iddiasında olanlardan əhd aldıq. Amma onlar edilən xəbərdarlıqların mühüm hissəsini unutdular.”[7]
HƏZRƏT MƏSİHİN MÖCÜZƏLƏRİNƏ ETİQADIMIZ
Möcüzəsi olmayan heç bir peyğəmbər yoxdur. Allah-taala göndərdiyi elçinin peyğəmbərliyini təsdiq etmək üçün onu möcüzələrlə silahlandırır. Möcüzə verilmiş peyğəmbərlərdən biri də həzrət Məsihdir. Allah-taala həzrət Məsihin möcüzələri haqqında buyurur: “(Onu) Rəsul və elçi olaraq Bəni-İsrailə doğru göndər. (Onlara desin ki) Mən Rəbbiniz tərəfindən sizin üçün bir nişanəyəm. Gildən quş formasında bir şey düzəldirəm. Onu üfürürəm və Allahın əmri ilə quşa çevrilir. Allahın izni ilə anadangəlmə koru, cüzamı sağaldıram, Allahın izni ilə ölüləri dirildirəm, yedikləriniz və evlərinizdə topladıqlarınız haqqında sizə xəbər verərəm. Əgər imanınız olsa, bütün bunlarda sizin üçün nişanələr var.”[8]
Başqa bir ayədə oxuyuruq: “(Xatırlayın) Bir zaman Allah İsa ibn Məryəmə buyurdu: “Sənə və anana bəxş etdiyim neməti yada sal; beşikdə olduğun vaxt səni Ruhul-qüdslə gücləndirdim, insanlarla danışdın; bir zaman sənə kitab, hikmət, Tövrat və İncil öyrətdim; bir zaman Mənim əmrimlə gildən quş düzəltdin; onu üfürdün və Mənim əmrimlə quş oldu. Sən Mənim əmrimlə anadangəlmə koru və cüzam xəstəsini sağaldırdın; ölüləri Mənim əmrimlə dirildir, onlara aşkar dəlillər gətirirdin. Amma kafirlərdən bir dəstəsi dedi: “Bütün bunlar yalnız aşkar bir sehrdir.”[9]
Həzrət İsanın möcüzələri yuxarıda sadalananlarla başa çatmır. Onun Quranda zikr olunmamış möcüzələri də vardır. Quranın xatırladığı möcüzələrdən biri də həzrətin duası ilə ilahi süfrənin açılması idi. Quran bu barədə buyurur: “İsa ibn Məryəm ərz etdi: “Xudavənda, bizə səmadan süfrə endir, əvvəl və axırımız üçün bayram və Səndən nişanə olsun. Bizə ruzi ver, Sən ən üstün ruzi verənsən.”[10]
Əliəsğər Rizvani
[1] Biharul-ənvar, 14-cü cild, səh.283.
[2] Maidə surəsi, ayə 46.
[3] Maidə surəsi, ayə 68.
[4] Tövbə surəsi, ayə 111.
[5] Əraf surəsi, ayə 157.
[6] Maidə surəsi, ayə 43.
[7] Əl-Mizan, 3-cü cild, səh.308.
[8] Ali İmran surəsi, ayə 49.
[9] Maidə surəsi, ayə 110.
[10] Maidə surəsi, ayə 114.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2457
Peyğəmbərin (s) bütün müdafiə döyüşləri müxtəlif şərtlərlə məhdudlaşırdı. Müdafiəyə başlamazdan öncə qarşı tərəf həqiqi tövhidə, ədalətə, zülmdən çəkinməyə, vəhşilikdən əl götürülməsinə, sülhə, sakitliyin qorunmasına və əhd bağlamağa də`vət olunurdu. Sonda isə ədalətin, tövhidin və də`vətin qəbulu, yaxud düşmən tərəfindən sülh istənilməsi ilə məhdudlaşırdı.
Həzrət (s) bütün döyüşlərdə qadınların, uşaqların, aciz qocaların və guşənişin rahiblərin öldürülməsinə qadağa qoyurdu. O çalışırdı ki, rəhmət göstərməklə öz sahibləri arasında hüquq bərabərliyi yaratsın. Həzrət səhabələrini əsirləri azad etməyə rəğbətləndirirdi. Bə`zi hallarda isə qul azad etmək ibadi vacibatlardan hesab olunurdu.
Bu həzrətin (s) döyüş, əslində isə müdafiə siyasəti idi. O zamanlar ərəblər üsyankar, davakar və döyüşgən xalq idi. Heç bir hökumət və qanun onların qarşısını ala bilmirdi. Lakin İslamın gəlişi və peyğəmbərin (s) orta siyasəti onların təcavüzlərinin və üsyanlarının qarşısını aldı. Beləliklə, ərəblər orta xəttə düşdü.
İtaliyalı yazıçı xanım Lora Feşiya yazır: “İslam yalnız özünü müdafiə etmək üçün savaşa icazə verir. İslam təcavüzü qəti şəkildə haram etmişdir. . . “ (“Difa ənil-İslam”, Lora Feşiya, səh.11, 12)
Əliəsğər Rizvani
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2339

Peyğəmbər xalqı imana də`vət edir və bütlərlə mübarizə aparırdı. Onlar isə bu vəziyyətə dözməyib savaşa əl atırdılar. Beləcə, həzrət onlarla savaşa məcbur olurdu. Peyğəmbər əvvəlcə xalqı İslama də`vət etməyə başladı. Camaatın bir qismi ona iman gətirdi. Lakin bu insanlar düşmənlər tərəfindən müxtəlif işgəncələrə mə`ruz qaldılar. Bu işgəncələrdən Allahın rəsulu da amanda deyildi.
Peyğəmbər səcdə halında idi. Onun ətrafına bir dəstə Qüreyş camaatı toplanmışdı. Onlar dedilər: “Kim qoyun və ya dəvənin bağırsağını Məhəmmədin üstünə atar?” Üqbə ibn Əbu Muid gəlib onu həzrətin üstünə atdı. (“Əlamul-vəra”, səh. 57)
Peyğəmbər səhabələrindən Bilal, Əmmar və onun ata-anası Məkkədə müxtəlif işgəncələrə mə`ruz qaldılar. Lakin peyğəmbər onlara səbirli olmağı tapşırıb, silaha əl atmadı.
Allahın rəsulu yaranmış vəziyyətə görə onlara Həbəşə torpağına hicrət etməyi göstəriş verdi və buyurdu: “Orada zülm etməyən saleh bir padşah var və heç kəsə zülm olunmaz. O diyara gedin ki, Allah sizə orada kömək hasil etsin.”
Bu vəziyyət davam edirdi. İslam peyğəmbəri həcc ziyarəti üçün Məkkəyə gələn qəbilələrlə görüşürdü. Beləliklə, mərasimlərdən birində həzrət Mədinə əhalisinin bir hissəsi ilə görüşdü. Onları İslama də`vət etdi və Qur`andan ayələr oxudu. Onlar da peyğəmbərin də`vətini qəbul edib öz şəhərlərinə qayıtdılar. Növbəti il Əqəbədə həzrətlə görüşüb ona bey`ət etməyi qərara aldılar.
Bir il sonra Yəsrib müsəlmanlarının bir hissəsi həcc əməllərini yerinə yetirmək üçün Mədinədən xaric oldu. Onlar Məkkəyə çatan zaman Əqəbədə peyğəmbərlə görüş tə`yin etdilər; oradaca həzrətə gizli bey`ət etdilər ki, onu himayəyə alıb kömək göstərəcəklər.
Qüreyşilər xəbər tutan kimi silahlanıb gəldilər. Peyğəmbər ətrafındakılara buyurdu: “Dağılışın.” Onlar dedilər: “Ey Allahın rəsulu, əgər göstəriş versən onlarla savaşarıq.” Həzrət buyurdu: “Mən hələ ki, belə bir göstəriş almamışam. Allah mənə onlarla döyüşməyə icazə verməyib.” (“Biharul-ənvar”, 19-cu cild, səh. 13)
Qüreyşin bütpərəstlik yolunda inadkarlığı və verilən işgəncələrdən sonra Allah onlarla döyüşməyə icazə verdi: “Savaşa mə`ruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda döyüşməyə) icazə verilmişdir. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq “rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından çıxarıldılar.” (“Həcc” surəsi, səh.39, 40)
Bu ayə nazil olan zaman ənsar qəbilələrindən biri İslamın və müsəlmanların köməyinə gəlib həzrətə bey`ət etdi. Bu zaman peyğəmbər öz səhabələrinə Məkkədən Mədinəyə hicrət etmək göstərişi verdi ki, fürsət yaranan kimi özü də onlara qovuşsun.
Qüreyş kafirləri hicrət barəsində xəbər tutub hər Qüreyş qəbiləsindən bir nəfər tə`yin etdi. Onlar münasib vaxtda peyğəmbəri öldürməyə hazırlandı. Bu zaman peyğəmbər (s) Mədinəyə doğru hicrət əmri aldı.
Müsəlmanların bey`əti və Mədinəyə hicrətdən sonra kafirlərə qarşı çıxmağa zəmin yarandı. Bu səbəbdən həzrətlə Qüreyş kafirləri və digər şəxslər arasında savaş başlandı. Lakin döyüşləri təhlil edib araşdırdıqda bütün döyüşlərin hücum yox, müdafiə yönümündə olduğunu müşahidə edəcəyik.
Mərhum Şeyx Cavad Bəlaği bu barədə yazır: “Peyğəmbər döyüşlərindən danışan tarix döyüşlərlə yanaşı onların səbəblərindən də söz açır. İnsan bu səbəbləri müşahidə etdikdə həzrətin döyüşlərinin İslama də`vətsiz baş vermədiyini görür. Bəli, din və mədəniyyətin islahı, ədalət qanunlarının sabitləşməsi, zülm və vəhşiliyin aradan götürülməsi üçün bu işə icazə verilir. Lakin peyğəmbərin (s) gözəl də`vətində belə bir üsul yox idi. O, hikmət, moizə və gözəl mübahisə ilə Allah yoluna də`vəti üstün tuturdu. Həzrət (s) bu gözəl üsulu davam etdirdi. Buna görə də onun bütün döyüşlərin müdafiə yönümündə idi və müşriklərin təcavüzlərinə, tövhid, islahçı şəriət və müsəlmanların müxaliflərinə qarşı yönəlmişdi. Həzrət eyni zamanda müdafiədə ən gözəl üsuldan istifadə edir və sülhə daha yaxın olan yolu seçirdi. Həzrət (s) öncə moizə edib, sülhə çağırırdı. Onlar sülh təklif etdikdə qəbul edirdi. Baxmayaraq ki, arxalı və qalib olduğunu bilirdi. Tarixə müraciət edib savaşların səbəblərini araşdırmaqla deyilənləri müşahidə edə bilərsiniz.” (“Ərrihlətul-mədrəsiyyə”, səh. 196, 197)
Şəhid Mütəhhəri buyurur: “Cihad müdafiə, əslində bir növ təcavüzlə mübarizədir, eyni zamanda qanunidir.” (“Cihad”, səh. 39)
O cihad məfhumundan götürülmüş yanlış fikirləri rədd edərək deyir: “İslamın cihadda məqsədi bə`zi qərəzli şəxslərin dediyi kimi kafirlərin başı üzərində qılınc çəkərək ya İslamı qəbul etdirmək, ya da öldürmək deyil.” (“Cihad”, səh.37)
Əliəsğər Rizvani
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 4181

Həzrətə qəbul etdirilən ilk döyüş Bədr döyüşü idi. Bu döyüşün səbəbi Qüreyş müşriklərinin müsəlmanlara şiddətli işgəncələr verməsi idi. Onlar hicrət etmək istəyən, dinlərini və canlarını qorumaq üçün qaçan şəxsləri həbs edib, işgəncələr verir, şirk və bütpərəstliyə qaytarmaq istəyirdilər. Müşriklər Peyğəmbərin səbr əmri aldığını savaş və qan tökməyi xoşlamadığını düşündüklərindən daha çox üsyankarlıq göstərir, hətta müsəlmanların karvanlarına hücum etmək istəyirdilər.
Peyğəmbər (s) onları bu işlərdən çəkindirmək üçün öz gücünü göstərib qorxutmaq istədi. Belə ki, çəkindirici plan cızıldı. Onların Şama doğru hərəkət edən ticarət karvanına hücum etmək qərara alındı. Məqsəd bu idi ki, müşriklər müsəlmanlara qarşı işgəncələrdən çəkinsinlər və onlara Məkkədən hicrət etməyə icazə versinlər.
Həzrət (s) 313 nəfərdən ibarət səhabələrinin Şamdan Məkkəyə doğru gedən Qüreyş karvanı ilə qarşılaşmasını istədi. Qəbilənin rəisi Əbu Süfyan bu işdən xəbər tutan kimi xalqı xəbərdar edib karvanı müsəlmanların əlindən qurtarmaq üçün Məkkəyə adam göndərdi. Onlar (at, qılınc, zireh) kamil döyüş vasitələri və min nəfərlik qoşunla müsəlmanlarla savaş üçün Məkkədən xaric oldular.
Qüreyş döyüşçüləri Peyğəmbər (s) səhabələrinin qabağından qaçdılar. Lakin Qüreyş bununla kifayətlənməyib Allah rəsulu ilə döyüşmək qərarına gəldi. Peyğəmbər də, onlarla savaşa hazırlaşdı. Həzrət öncə onlarla döyüşdən daşındı və onların savaşmadan Məkkəyə qayıtmasını arzuladı. Həzrət Ütbə ibn Rubəy`ənin savaşda tərəddüd etdiyini bilib buyurdu: “Xeyirli bir şəxs varsa, o, qırmızı dəvənin sahibidir; Yə`ni Ütbə! Ona itaət etsəniz doğru yola çıxacaqsınız.” (“Biharul-ənvar”, 19-cu cild, səh.224)
Peyğəmbər (s) tə`kidlə insanların qanının qorunmasını istəyirdi. O, öz səhabələrinə buyurdu: “Həqiqətən, mən bildim ki, Bəni-Haşimdən olan bir dəstə kişi və digərləri Məkkədən zorla xaric ediliblər. Onların bizimlə döyüşə heç bir marağı yoxdur. Buna görə də hər kim Bəni-Haşimdən bir nəfər görsə, onu öldürməsin. Eyni zamanda hər kəs Əbül-Bəxtər ibn Haşimi görsə qətlə yetirməsin . . . “ (“Biharul-ənvar”, 19-cu cild, səh.301)
Maraqlıdır ki, Peyğəmbər (s) və onun səhabələri Qüreyş karvanına hücum etmədi, karvandakı mallar qarət olunmadı. Beləliklə, onlar sağ-salamat Məkkəyə qayıtdılar. Bu isə həzrətin (s) yalnız onları qorxutmaq məqsədində olduğuna sübutdur.
2. Bəni-Qinqa döyüşü
Həzrət Məhəmməd (s) Mədinəyə hicrət etdikdə İslama və müsəlmanlara qarşı yəhudi təhlükəsi ilə rastlaşdı. Öncə peyğəmbər (s) onlarla (Bəni-Nəzir, Bəni-Qurəyzə və Bəni-Qinqa qəbilələri) sülh müqaviləsi bağladı. Belə şərt kəsildi ki, hiylə qurulmasın və müsəlmanlara qarşı düşmənlərlə həmkarlıq edilməsin. Lakin Bəni-Qinqa qəbiləsi Bədr döyüşündən sonra həzrətə (s) hiylə qurdu. Onlar müşriklərə məktublar yazdılar. Peyğəmbər (s) onlarla savaşdı və qalib gəldi.
Onlar şəhərlərindən köçmək üçün həzrətdən (s) icazə istədilər. Həzrət (s) onlara icazə verdi. (“Ərrihlətul-mədrəsiyyə”, səh.198) Xəyanət etdiklərinə görə onları qətlə yetirməyə haqqı olmasına baxmayaraq peyğəmbər (s) onların heç birini öldürmədi.
3. Ühüd döyüşü
Müşriklər Bədr döyüşündə məğlub olub, atalarını, övladlarını və qardaşlarını itirdikdən sonra, Əbu-Süfyan və Qüreyş sərmayədarlarından Mədinəyə hücum edib intiqam almaq və adamlarını geri götürmək üçün onlara kömək etmələrini istədilər. Əbu Süfyan və sərmayədarlar bu savaşla razılaşıb, üç min nəfərlə Mədinəyə doğru hərəkət etdilər. . .
Bu döyüşdə də müsəlmanlar yalnız İslamı və özlərini müdafiə etmək üçün savaşdılar; Çünki savaşa başlayan müşriklər oldu.
4. Əhzab döyüşü
Bu döyüşün səbəbi Bəni-Nəzir yəhudilərinin bir hissəsinin Mədinədən Məkkəyə hərəkət edib Qüreyş Allahın rəsulu ilə döyüşə də`vət etməsi idi. Onlar Qüreyşə dedilər: “Biz tezliklə müsəlmanların kökünü kəsmək üçün sizin yanınzda olacağıq . . . “
Yəhudi və müşriklərin gücü müqabilində peyğəmbər (s) Salmanın təklifi ilə Mədinənin ətrafında xəndək qazılmasını göstəriş verdi.
Bu arada savaş olmadı, qan tökülmədi. Yalnız Qüreyşdən bir neçə atlı, o cümlədən Əmr ibn Əbdəvid xəndəyi keçib müsəlmanlardan mübariz istədi. Bu zaman Əmr ibn Əbdəvidin qarşısına çıxmağa cür`ət edən yeganə kəs imam Əli (ə) oldu. Həzrət Əli (ə) onu qətlə yetirdi. Bundan sonra isə bütün müşriklər baş götürüb qaçdılar. (“Irşadi mufid”, səh.54)
Bu döyüş də müdafiə yönümlü idi.
5. Bəni-Qureyzə döyüşü
Xəndək döyüşü Qüreyşin məğlubiyyəti, Əhzab qoşununun qaçması və yəhudilərin kənara çəkilməsi ilə başa çatdı, peyğəmbər (s) və müsəlmanlar Mədinəyə qayıtdılar. Həzrət (s) Bəni-Qurəyzə yəhudilərini əhdlərini pozub, hiylə qurduqlarına görə ədəbləndirməyi qərara aldı. Çünki onlar Bəni-Nəzir qəbiləsi ilə əhd bağlamışdılar ki, Əhzab döyüşündə peyğəmbərə (s) xəyanət edib, müşriklər tərəfindən peyğəmbərlə (s) döyüşə başlasınlar. Onlar öz alçaq niyyətlərini həyata keçirib əhdlərini pozandan sonra müsəlmanlara hücum edib, Mədinədəki evlərində qarətə əl atdılar.
Buna görə peyğəmbər (s) onları mühasirəyə aldı. Bəni-Qurəyzə qəbiləsinin adamları Xəzrəcin rəisi Sə`d ibn Məazın hakimlik etməsini istədilər. Çünki onlar İslamdan öncə onunla birlikdə and içmişdilər və Sə`d ibn Məazın asan hökm verəcəyini güman edirdilər. Peyğəmbər (s) Sə`din hakimlik etməsi ilə razılaşdı və onlarla savaşmadı. Lakin Sə`d onlara ölüm hökmü verdi. Əgər peyğəmbərdən (s) Mədinədən e`tibarlı bir yerə köçmək üçün icazə istəsəydilər, Həzrət (s) onlara icazə verərdi. Necə ki, Bəni-Qinqa və Bəni-Nəzir qəbiləsinə icazə verdi. Əgər Sə`d onlar üçün şəfaət istəsəydi, peyğəmbər (s) onları azad edəcəkdi. Çünki həzrət (s) (fəsad yaranmadıqda və bağışlamaq zəiflik hesab olmadıqda) Bəşərin xeyirini, bağışlamağı və sülhü üstün tuturdu. (“Ərrihlətul-mədrəsiyyə”, Bəlaği, səh.199)
6. Bəni-Mustəliq döyüşü
Allah rəsuluna xəbər çatdı ki, Bəni-Mustəliq qəbiləsi Haris ibn Əbi-Zirarın rəhbərliyi ilə müsəlmanlara qarşı döyüşə hazırlaşırlar. Həzrət (s) qoşunla birlikdə onlara tərəf hərəkət etdi. Düşmənlərə məxsus Morəysi adlı bulağın kənarında onlarla qarşılaşdılar. Döyüş başlandı. Bir dəstənin ölümündən sonra düşmənlər qaçdılar.
Bu savaşda Haris ibn Əbi Zirarın qızı əsir götürüldü. Atası onu azad etmək üçün fidyə ünvanında peyğəmbərə (s) bə`zi şeylər gətirdi. Lakin həzrətin (s) hikmətli rəftarını və mövqeyini müşahidə etdikdən sonra Haris, iki övladı və qövmünün bir hissəsi İslamı qəbul etdilər. (“Biharul-ənvar”, 20-ci cild, səh.289, 290)
Bu döyüş də müdafiə nümunələrindən hesab olunur.
7. Hüdeybiyyə sülhü
Hicrətin 6-cı ili ziqə`də ayında İslamın Girami peyğəmbəri (s) 700 nəfər kişidən ibarət olan səhabələri ilə həcc və Allah evini təvaf etmək üçün Məkkəyə doğru hərəkət etdi. Həzrət Məkkə camaatını onların sülh məqsədi ilə gəlişinə əmin etmək üçün qurbanlıq nişanəsi olaraq 70 dəvəni karvanın qarşısında yerləşdirdi.
Məkkə əhalisi onların gəlişindən xəbər tutan kimi həzrətin qarşısını kəsib, savaşa hazırlaşdı. Onlar həzrətdən (s) Mədinəyə qayıtmalarını istədilər. Həzrət onlarla müdara edib istəklərini qəbul etdi. Şərt kəsildi ki, gələn il Məkkəyə gələ bilsinlər. Beləliklə, həzrət göstəriş verdi ki, həmin yerdə dəvələri qurban kəsib qayıtsınlar. (“Ərrihlətul-mədrəsiyyə”, səh.200) Baxmayaraq ki, həzrət (s) zorla Məkkəyə daxil ola bilərdi!
8. Xeybər döyüşü
Bəni-Nəzir qəbiləsi Mədinədən köçdükdən sonra Xeybərdə məskunlaşdı. Lakin onlar sakit oturmayıb, daim peyğəmbərlə (s) döyüşmək, onu öz təsəvvürlərinə uyğun məhv etmək üçün plan cızırdılar. Onlar Əhzab döyüşündə müşriklərə və kafirlərə kömək edib fitnə törədirdilər. Buna görə də peyğəmbər hicrətin 6-cı ilinin arxırlarında onlarla döyüşdü. Həzrət onların qalalarını (Naim, Qəmus-Bəni Əbil-Həqiq, Səb ibn Məad və digər Xeybər qalalarını) fəth etdi. Yalnız Vətih və Səlaləm qalasının əhalisi peyğəmbərdən (s) həyatlarının qorunmasını və kömək üçün icazə istədilər. Həzrət (s) də onlara icazə verdi. (“Ərrihlətul-mədrəsiyyə” səh.200; “Biharul-ənvar”, 21-ci cild, səh.3)
9. Məkkənin fəthi
Hüdeybiyyə sülhündə Xəzaə qəbiləsi peyğəmbərlə (s) əhd bağladı. Bəni-Bəkr qəbiləsi isə Qüreyşlə əhd bağladı. Bəni-Bəkr və Qüreyş namərdcəsinə Xəzaə qəbiləsinə hücum etdi. Bu qəbilənin adamlarından biri kömək məqsədi ilə peyğəmbərin (s) yanına gəldi. Həzrət (s) hicrətin 8-ci ilində Bəni-Bəkr və Qüreyşin bu əməlinə qarşı və müdafiə məqsədi ilə on min nəfərlik qoşunla Məkkəyə doğru hərəkət etdi. Qüreyş və onlarla birlikdə əhd bağlayanlar bu hadisədən qorxub, həzrətlə savaş üçün zəif olduqlarını anladılar. Beləliklə, savaşdan əl çəkib, geri qayıtdılar. Lakin onların pis rəftarlarına görə həzrət intiqam almadı. Əksinə, Məkkəyə daxil olandan sonra onlarla mehriban rəftar edildi. (“Ərrihlətul-mədrəsiyyə”, səh.200; “Biharul-ənvar”, 21-ci cild, səh.104)
10. Mutə və Təbuk döyüşü
Peyğəmbərin (s) Bilqada, Ərəb və Rum qoşunları ilə döyüşmək üçün Şam tərəfə qoşun göndərməsi və Təbuka doğru ordunun hərəkəti onların Allahın peyğəmbəri və İslamla düşmənçilik edib hörmət saxlamalarına görə idi. Eyni zamanda onlar peyğəmbərin (s) tövhidə də`vət məktublarını gətirən elçiləri öldürürdülər. Baxmayaraq ki, məktub gətirən elçilərin toxunulmazlığı daim qorunan adətlərdən idi. Bu işə yalnız elçi göndərənə qarşı üsyan edənlər əl atırdı. Buna görə də peyğəmbər (s) müdafiəyə hazırlaşıb, tövhid və doğru yola də`vəti hədələyən üsyançılarla vuruşurdu. (“Ərrihlətul-mədrəsiyyə”, səh.201) Tam arxayınlıqla demək olar ki, peyğəmbərin (s) bütün döyüşləri müdafiə yönümündə olmuşdur. Həzrət düşmənlərin hiylələrini puça çıxarmaq üçün və onunla savaşanlarla vuruşurdu. Eyni-zamanda həzrət (s) heç bir döyüşdə savaşa birinci başlamamışdır. Bu isə tarixin şəhadət verdiyi gerçəklikdir.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2374
Uill Dürant
Amerikalı filosof, sosioloq və tarixçi Uill Dürant yazır:
Əgər dahiliyi böyük şəxsiyyətlərin cəmiyyətə təsirində görsək, Məhəmmədin (s) tarixin ən dahi şəxsiyyəti olduğunu etiraf etməliyik. O, havanın istisindən və səhranın yorğunluğundan vəhşilik girdabına yuvarlanmış qövmün etik və mənəvi durumunu yüksəltmək fikrində idi. Bəli, o, bu zəmində digər islahatçılardan daha çox ugur qazanmışdır. Onu da deməliyik ki, Məhəmməddən (s) başqa bütün arzularına çatan çox az adam tapmaq olar. O dini olduğu kimi həyata keçirdi, çünki dinə inanırdı.
İslam peygəmbəri (s) bütə tapınan, səhrada dağınıq şəkildə yaşayan qəbilələri bir araya gətirərək vahid ümmətə çevirdi. Hansı ki, daim yəhudilik və xristianliqdan üstün olmuş və yüksəkdə dayanmaqdadır. Ərəbistanda sadə, aydın və insana güc verən dinin banisi də o idi. O, öz mənəviyyatı ilə elə bir qövmün sücaət və izzəti-nəfsini formalaşdırdı ki, bir dövrdə yüz döyüşdən qələbə ilə çıxdı və bir əsrdə böyük bir imperatorluq yaratdı. Bu, günümüzdə dünya əhalisinin yarısına nüfuz edən real gücdür.
Bernard Şou
Bernard Şou öz “Qara qızcığaz Allah sorağında” kitabında yazır:
Həzrət İsadan (s) sonra həzrət Məhəmməd (s) İslam dinini bəşəriyyətə təqdim etdi və tövhidə doğru böyük bir addım atdı. İnsanları ibadət etdikləri daş və taxda bütlərdən döndərərək yeganə Allaha ibadət etməyə yönəltdi.
Orta əsr kilsəsi ya nadanlıq, ya da təəssüb üzündən İslamı anlaşılmaz din kimi qələmə vermişdi. Onlar camaata Məhəmmədin (s) İsanın (ə) əleyhinə olduğunu göstərir və insanlarda İslama qarşı nifrət oyatmağa çalışırdılar.
Mən Məhəmmədin (s) həyat və fəaliyyətini mütaliə etmişəm. Mənim fikrimcə o, nəinki təkcə İsanın (s) əleyhinə deyil, əksinə, onu bəşəriyyətin xilaskarı hesab etmək lazimdir.
Mən inanıram ki, əgər Məhəmməd (ə) kimi bir nəfər müasir dünyanın mütləq hakimiyyətini ələ keçirsə, dünya məsələlərinin dünyanın ehtiyac duyduğu əmin-əmanliği təmin edəcək şəkildə həllinin öhdəsindən gələ bilər.
Doktor Marks
Fəlsəfə müəllimi Doktor Marks deyir:
Məhəmməd (s) bütün söyləmləri qeyd edilmiş yeganə peyğəmbərdir. Bu, onun yetgin və əhatəli şəxsiyyətinin, hədislərinin xüsusi diqqətlə söylənilmiş doğru kəlamlar olmasının göstəricisidir. Danılmaz həqiqətdir ki o, dünyaya yeni din gətirmək üçün gəlmişdir. Onun dini keçmiş dinləri də özündə toplayan kamil din və dünyanın dəyişməz qanunudur.
Müasir düşüncə Məhəmmədin (s) gətirdiklərini tam olaraq qəbul edir.
Voltaire
Böyuk Fransa alimi Voltaire yazır:
“Şübhəsiz, Məhəmməd dahi şəxsiyyət idi və öz fəziləti, kamilliyi ilə böyük şəxsiyyətlər yetişdirmişdi. O, müdrik qanunverici, ədalətli rəhbər, təqvalı peygəmbər idi və yer üzünün ən böyük inqilabını həyata keçirmişdi.
İslam dini varlığını öz banisinin mərdlik və fəthlərinə borcludur. Bir halda ki, xristianlar öz dinlərini qılınc gücünə digərlərinə sırımışlar.
Pərvərdigara! Kaş bütün Avropa millətləri müsəlmanları örnək olaraq qəbul edəydilər.
Şəksiz Məhəmmədin (s) gətirdiyi din xristianliqdan üstündür. Onun dinində heç vaxt bir yəhudi kişisini Allah və ya yəhudi qadınını Allahın anası adlandırmayıblar. Məhəmmədin (s) dininin əsas prinsipi yeganə Allaha iman gətirməkdir.
Voltaire böyük hörmət bəslədiyi dahilərdən biri haqqında deyir: O Məhəmmədin (s) ayaqqabısının bağını belə bağlamağa layiq deyildir.
Markudar
Görkəmli yaziçı Markudar yazır:
Məhəmməd (s) yoxsul və zəngin arasında fərq qoymurdu. O, həqiqətən Allahın bəşəriyyət üçün göndərdiyi müqəddəs və uğur gətirən peyğəmbərdir.
K. Emil
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2798
Allahın rəhmət və mehribanlıq elçisi, vəhyinin əmanətçisi, peyğəmbərlərin sonuncusu, cənnət müjdəçisi, əzabdan qorxudan, doğru yol bələdçisi, bəndələrin başçısı həzrət Muhəmməd (s) Quranla bütün peyğəmbərlərdən sonra göndərilərək vəhyə xitam verdi. Allah onu elm və peyğəmbərlik nuru ilə göndərərək bütün yaranmışlardan üstün etdi. O həzrət məmur olduğu əmri bəyan edib Rəbbinin göstərişlərini bəşəriyyətə çatdırdı. Həzrət Muhəmməd (s) nəsihət, doğru yol, hikmət, bilik və gözəl öyüdlərlə camaatı Allaha itaət etməyə, Ona tabe olmağa dəvət etdi. Xalq arasında əmanətdarlıq və səxavətlə tanındı. Ömrünün sonunadək bəşəriyyətin ondan gördüyü təkcə yaxşılıq oldu. Allahın dini uğrunda cihad edib onun düşmənlərinə qalib oldu. Bu kiçik yazıda o həzrətin təbliğ üslubu və maarifləndirmə üsulunu tanıdan bəzi Quran ayələrinə işarə edirik:
İlk olaraq qohum-əqrəbadan başladı; “Və ən yaxın qohumlarını qorxut!”(1) Öz ailəsi xüsusən zövcələrini dinin əsaslarını qorumağa əmr etdi; “Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar... Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik... Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq danışmayın..., evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin.”(2)
Tohid kimi mühüm məsələləri tutarlı dəlillərlə isbat edirdi; “Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı...“(3) Bəzi vaxtlar sual şəklində əsas gətirməklə insanları ruhi saflaşma, ruhi kamilləşmə, qüsurlardan azad olma və bir sözlə fitrətlərini oyatmağa sövq etdirirdi; “... Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”(4) Məsəl çəkmək də peyğəmbərin təbliğ üslubundan idi; “Biz bu Quranda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər!”(5)
Təbliğ edərkən dözümlü və səbirli idi; “(Ya Rəsulum!) “Sənə əmr edildiyi kimi, düz (yolda) ol....”(6); “Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et...”(7) Heç vaxt münafiqlərin istehzasından narahat olmadızdı; “Biz sizdən əvvəlkilərə də neçə-neçə peyğəmbərlər göndərmişdik. Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!”(8) Əksinə insanların iman gətirməyində israrlı idi; “(Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin dəvətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir...”(9); “Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran!(10); “Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər.”(11); “Ya Peyğəmbər! Ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin...”(12)
O gözəl əxlaqa yiyələnmişdi; “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!”(13); “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə...!”(14); “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”(15)
Camaatla birgə olmaq, mehribanlıq və qayğıkeşlik göstərmək, bütün təbəqələrlə ünsiyyət yaratmaq və insanları tərbiyə etmək o həzrətin xüsusiyyətlərindən idi; “(Ya Rəsulum!) De: “Mən də ancaq sizin kimi bir insanam”.(16); “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar”.(17); “O qulaq sizin üçün bir nemətdir”.(18)
Peyğəmbər nümunəvi insan idi. Dediklərinə əməl edərdi və camaat üçün ömrünün sonunadək əbədi örnək olaraq yaşadı; “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”(19)
Xalqı maarifləndirməyə xüsusi iltifat buyurardu və bunun üçün müxtəlif təbliğ vasitələrindən istifadə etməyə əmr olunmuşdu; “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.”(20); “İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...!”(21)
Müjdəçilik və qorxutmaq da peyğəmbərin risalətində önəmli rol oynayırdı. Belə ki, o həm dünyəvi və axirət nemətlərinə müjdəçi idi, həm də dünya və axirət bəlaları ilə xalqa nəsihət verərdi; “(Möminlərin) Ona qovuşacaqlarını gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya Allahın onlara verəcəyi xeyir-dua) “salam”dır! (Allah) onlar üçün çox qiymətli (tükənməz, gözəl) mükafat hazırlamışdır. Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik!”(22); “Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır”(23); “… Mən isə ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”(24); “Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!”(25); “Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bəzi möminlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur!”(26); “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.”(27); “... Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”(28)
Peyğəmbərin camaata çatdıracaqlarından biri də bizdən qabaq yaşayan ümmətlərin əhvalatlarını ibrət almaq üçün deməsi idi; “(Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu (surə) sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!”(29)
Şübhəsiz bütün bunlar çox dəyərli (qiymətli) və batil ona yol tapa bilməyən bir kitabla (Quranla) müvafiq olmalı idi və Peyğəmbər (s) əsassız (vəhyə isnad etmədən) heç bir şey deməzdi; “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”(30); “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq!”(31) Çünki peyğəmbərin vəzifəsi Quranı təbliğ etmək idi; “(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et...”(32) Amma insanlar haqq yoldan çıxdıqları və Qurana əməl etmədikləri təqdirdə Peyğəmbər Allaha şikayət edər: “Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək”(33)
Qeydlər:
1- “Şüəra” surəsi, 214-cü ayə.
2- “Əhzab” surəsi, 30-33-cü ayələr.
3- “Ənbiya” surəsi, 22-ci ayə.
.4- “Yunus” surəsi, 35-ci ayə.
5- “Zumər” surəsi, 27-ci ayə.
6- “Hud” surəsi, 112-ci ayə.
7- “Əhqaf” surəsi, 35-ci ayə.
8- “Zuxruf” surəsi, 6-7-ci ayələr.
9- “Şura” surəsi, 48-ci ayə.
10- “Tövbə” surəsi, 73-cü ayə.
11- “Ənfal” surəsi, 64-cü ayə.
12- “Maidə” surəsi, 41-ci ayə.
13- “Nun” surəsi, 4-cü ayə.
14- “Ali-İmran” surəsi, 159-cu ayə.
15- “Tövbə” surəsi, 128-ci ayə.
16- “Fussilət” surəsi, 6-cı ayə.
17- “Ənbiya” surəsi, 107-ci ayə.
18- “Tövbə” surəsi, 61-ci ayə.
19- “Əhzab” surəsi, 21-ci ayə.
20- “Ali-İmran” surəsi, 164-cü ayə.
21- “Nəhl” surəsi, 125-ci ayə.
22- “Əhzab” surəsi, 44-45-ci ayələr.
23- “Rəd” surəsi, 7-ci ayə.
24- “Mulk” surəsi, 26-cı ayə.
25- “Hud” surəsi, 52-ci ayə.
26- “Təğabun” surəsi, 9-cu ayə.
27- “Şura” surəsi, 30-cu ayə.
28- “Maidə” surəsi, 72-ci ayə.
29- “Hud” surəsi, 120-ci ayə.
30- “Nəcm” surəsi, 3-4-cü ayələr.
31- “Haqqə” surəsi, 44-46-cı ayələr.
32- “Hicr” surəsi, 94-cü ayə.
33- “Furqan” surəsi, 30-cu ayə.
Hazırladı: Şəhriyar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2647

“Yer üzündə Allah əzabından pənah aparılacaq iki sığınacaq var idi. Onlardan biri əldən çıxdı. Digəri isə sizin aranızdadır. Ona görə də ondan yapışın (onu qoruyub əməl edin). Əldən çıxmış sığınacaq Allahın peyğəmbəri idi. Qalan sığınacaq isə istiğfardır (günahlar üçün əfv diləməkdir).(1) Allah-taala Ənfal surəsinin 33-cü ayəsində buyurur:
“Nə qədər ki, sən onların arasındasan Allah onlara əzab verən deyildir.(Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!”
Yoxarıda o həzrətin (s) haqqında yazılan gözəl xüsusiyyətlər hikmətlə dolu “Nəhcül-bəlağə”-də görmək olar . Bu kiçik yazıda həmin xüsusiyyətlərin bir qisminə işarə edirik:
1. “Allah-taala (yaxşı və pis əməl sahiblərinə) şahid və sübut olmaq, (yaxşı insanlara əməllərinin mükafatına görə) müjdə vermək, (günahkarları ilahi əzabdan) qorxutmaq üçün Muhəmmədi (s) peyğəmbərliyə seçdi. Uşaqlıqda və kiçik yaşlarında yaradılmışların ən yaxşısı, ixtiyar çağında (qırx yaşında) onların ən səxavətlisi və seçilmişi, təbiəti və xilqəti bütün paklardan daha pak (Adəmdən (ə) Abdullaha qədər həmişə peyğəmbərlərin və onların vəsilərinin belində olmuşdur) və bəxşişi rəhmət yağışını istəyənlərin təvəqqisində daha çox idi.”(2)
2. “Böyük Allah həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, «Bəthanın» (Məkkənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.”(3)
3. “Böyük Yaradan həzrət Mustafanı məxluqları Allahın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Allahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.”(4)
4. “Allah-təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə (möcüzələrlə), aydın yolla (İslam dini) və yol göstərən kitabla (Qurani-Kərim) seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi (o Həzrətin ata-babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları birbaşa və düz, (o böyük şəxsin əhli-beyti haqq işdə ifrat və azlıqdan-yəni, həddi aşmaq və təqsirdən uca və təmizdir) meyvələri yerə dağılmışdır. (Elmlərinə və maarifinə hamının əli çatandır). Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs-sədası yayılmışdır. (Oranın «ənsarlar» adlanan sakinləri kafirlərlə döyüşlərdə və düşmənləri məğlub etməkdə həzrətə kömək etmişdir). Allah-taala onu kifayət edən dəlil (o həzrətin digər möcüzələrindən əlavə Qurani-Kərim də peyğəmbərliyini sübut etmək üçün kifayətdir) və şəfa verən nəsihətlə, (qəlblərin xəstəliklərinə şəfa bəxş edən o Həzrətin sünnəsi və ehkamları ilə) və (İslama doğru) tədarük görən dəvətlə göndərdi. (Cahiliyyət dövründə aradan getmiş din və dünya işlərini bərpa etdi.) O həzrətin vasitəsilə məlum olmayan şəriət hökmlərini aşkarladı, (cahiliyyət dövrünün) nadürüst bidətlərini məhv etdi və (Quran və sünnədə) bəyan etdiyi hökmləri üzə çıxardı...”(5)
5. Həzrət Əli (ə) buyurur: “Şəhadət verirəm ki, Muhəmməd (s) onun bəndəsi, seçilmiş elçisi və saleh əməlli sevimlisidir…Allah onu (insanların qəbul etmələri labüd olan və dəlil gətirmək məqamında kifayət edən) vacib və lazımi dəlillər, aşkar qələbələr və açıq-aydın yol ilə göndərdi. Buna görə o həzrət…insanları, nümayəndəsi olduğu doğru yola apardı, həmçinin İslamın kəndirlərini möhkəmləndirdi, iman və yəqinin dəstəklərini bərkitdi”(6)
6. O həzrət başqa bir xütbədə buyurub: “Allahın Peyğəmbəri (s) başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu, o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük və türbət kimi) əlimi üzümə çəkdim. O həzrətin (s) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər.”(7)
7. İmam Əli (ə) Allahın Peyğəmbərini (s) qüsl verib kəfənləyərkən buyurduğu kəlamlarındandır:
“Atam-anam sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Həqiqətən sənin ölümünlə başqalarının (digər peyğəmbərlərin) ölümü ilə kəsilməyən şey (peyğəmbərlik), ilahi hökmlər və səma xəbərləri kəsildi. (Sən öz müsibətində) tək və yeganəsən. Belə ki, digər müsibətlərə təsəlli verənsən. (Çünki sənin müsibətin bütün müsibətlərdən böyükdür.) (Öz vəfatınla dünyadan köçməyinlə isə) ümumisən. Belə ki, insanlar səndə (sənin matəmində) yeksandırlar. (Bu müsibətdə heç kəs kədərsiz deyil.) Əgər səbrliliyə əmr edib nalə, fəryad və fəğan qoparmaqdan çəkindirməsəydin, (sənin ayrılığına görə çox ağlamaqla) həmişə göz yaşlarımın bulaqlarını qurudardım və dərd-qəm daimi və hüzn və kədər həmişə bərqərar olardı. Sənin müsibətində göz yaşının quruması, hüzn və kədərin daimi olması azdır. Amma ölüm elə şeydir ki, onu aradan qaldırmaq mümkün deyil və onu dəf etmək imkansızdır. Atam-anam sənə fəda olsun, bizi Rəbbinin yanında yada sal və öz yadında saxla (bizi unutma və Allah-taaladan günahlarımızın bağışlanmasını istə).”(8)
İmam Əli )ə( Allahın Peyğəmbərini (s) dəfn edən zaman o həzrətin qəbrinin üstündə (onun vəfatının böyük itki olması barəsində) buyurmuşdur:
“Səbr gözəldir, amma səndən (ayrılmaqdan) başqa şey üçün, dözümsüzlük pisdir, lakin sənin (ölümün) üçün yox! Sənə görə (sənin vəfatın səbəbindən) yaranmış qəm-kədər böyükdür; səndən qabaqkı və səndən sonrakı kədər (sən həzrətin qəminə nisbətdə) asan və kiçikdir.
Allah Onun və həzrət Əlinin şəfatini biz müsəlmanlardan əsirgəməsin! Amin!
Əlavələr:
1- Nəhcül-bəlağə, 88-ci hkmət.
2- Nəhcül-bəlağə, 105-ci xütbə.
3- Nəhcül-bəlağə, 108-ci xütbə.
4- Nəhcül-bəlağə, 116-cı xütbə.
5- Nəhcül-bəlağə, 161-ci xütbə.
6- Nəhcül-bəlağə, 185ci xütbə.
7- Nəhcül-bəlağə, 197-ci xütbə.
8- Nəhcül-bəlağə, 235-ci xütbə.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2617

Hər hansı bir insan məsum rəhbərləri vəsf edərkən bəzən mübaliğə edir. Yəni məsumları ifrat həddində mədh edir, yaxud öz həddindən az miqdarda vəsf edir. Nümunə olaraq həzrət İsanı (ə) misal çəkmək olar. Hazırda da bəzi insanlar o həzrətə Allaha olan etiqadları kimi baxırlar. Bəzi Əhli-sünnə alimləri xəlifələrin məqamı tənəzzülə uğramasın deyə Peyğəmbəri də onlar kimi müctəhid hesab edirlər. Məsum insanı məhz məsum insan layiqincə vəsf edə bilər. Buna görə də O həzrətin vəsisi və canişini olan həzrət Əlinin (ə) Peyğəmbəri (s) mədh etdiyi kəlamlarına işarə edirik:
1. Allah Rəsulunu (s) peyğəmbərliyə seçdi (çünki o böyük insanı sonuncu Peyğəmbər seçdiyini əvvəlki Peyğəmbərlərə vəd etmişdi). Peyğəmbərlərdən əhd-peyman almışdı, onun əlamət və nişanələri məşhurlaşdı. Doğulduğu vaxt əziz və bəyənilmiş (vaxtların ən yaxşısı) idi və o vaxtlar camaat arasında dağınıq məzhəblər, çoxsaylı bidətlər, müxtəlif təriqətlər yayılmışdı... Beləliklə, Allah-təala o Həzrətin vasitəsilə həmin insanları azğınlıqdan xilas etdi və onun şəxsiyyətinə görə onlara nadanlıqdan nicat verdi. Sonra (o Həzrət xalqı doğru yola yönəltdi, onları ilahi maariflə tanış etdi və xeyir-ziyanlarını bəyan etdi) Allah o böyük şəxsiyyətə öz yaxşılıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi.(1)
2. Allah onu, şöhrəti bütün dünyanı bürümüş dinlə, çatan nişanələrlə (möcüzələrlə), gətirdiyi kitabla, parlaq nur və işıq saçan aydınlıqla, haqla batili bir-birindən ayıran fərmanla batil şübhələri (küfr və şirki) aradan götürüb, xalqla dəlillər əsasında söhbət etmək, öz möcüzələrini göstərmək, onları Quran ayələrilə tənbeh edərək əvvəlki ümmətlərə verilmiş əzablarla (ibrət götürərək günah və itaətsizlikdən əl çəkmələrindən ötrü) qorxudmaq üçün göndərdi.(2)
3. Həqiqətən böyük Allah dünya əhlini ilahi əzabdan qorxudan və özünə nazil edilənə əmin olan Məhəmmədi (s) göndərdi. Siz, ey ərəb qövmü, sizlər o vaxt ən pis (şirk və bütpərəstlik olan) dinə etiqad edir, ən pis yerdə (Hicazda) yaşayırdınız (oralar quraqlığın, fitnə-fəsadın çox olduğu bir yer idi). Daşlıq torpaqlarda və sanki karmış kimi səsdən ürkməyən çox zəhərli ilanların arasında həyat sürür, qara çirkab suyu içir, bərk xörəklər (ələnməmiş arpa unu, xurma çərdəyinin unu və kərtənkələ) yeyir, bir-birinizin qanını tökür, qohum-əqrabanızdan uzaq gəzərdiniz (güzəranızın ağırlığına və əxlaqınızın pisliyinə görə qohumlarla əlaqə saxlamırdınız). Aranızda bütlər asılmışdı və günahlardan çəkinib uzaqlaşmırdınız.(3)
4. Allah Həzrət Məhəmmədi (s) aralarında bir nəfər kitab oxumağı və … bacarmayan ərəblərin içinə göndərdi. (Onların arasında nə peyğəmbər, nə də kitab var idi.) Sonra o həzrət, onlar öz məqamlarına çatana, rahatlığa yetişənə qədər yol göstərdi (çirkin söz və əməlləri qadağan etdi) və (onları) bədbəxtlikdən xilas etdi. Beləliklə, onların nizələri düzəldi (müstəqilliyə və həyatlarında nizam-intizama çatdılar) və onların titrəyən böyük daşı sakitləşdi (əmniyyətsizliyə görə çəkdikləri iztirab və narahatlıq aradan götürüldü). Agah olun, Allaha and olsun, mən elə insanların arasında idim ki, düşmənin bütün qoşunu arxa çevirib qaçana qədər onlar doğru yola və nicata sövq edirdilər.(4)
5. Şəhadət veririk ki, Məhəmməd (s) Onun bəndəsi və elçisidir. Onu əmr və fərmanlarını aşkar edib (bəyan edib) Allahı xatırlatması (Allahı tanıtması) üçün göndərdi. O da əmanət və düzlüklə risaləti təbliğ etdi. Dünyadan yol göstərən kimi getdi və bizim aramızda Haqqın bayraq və nişanəsini (Allah yolunu göstərən Quranı və müqəddəs imamları) qoyub getdi. O bayraqdan önə keçən (Onun hökmlərinə nəyisə artırıb azaldan dindən) xaric oldu, müxalif olub itaət etməyən (o həzrətin əməllərinə etinasız olan) həlak oldu. Onunla birlikdə olan isə Haqqa qovuşdu (səadət tapdı).(5)
6. Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik və nübuvvət mənsəbi Həzrət Məhəmmədə (s) yetişdi. O həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahimdən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O həzrət bütün peyğəmbərlərdən üstündür) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə boy atmışdır. (Məkkədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki imam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür. O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu.(6)
7. Onun olduğu məkan (peyğəmbərlik verildiyi yer - Məkkə) ən yaxşı məkan, yetişdiyi yer (ilahi hökmləri yaydığı Mədinə) ən şərafətli yerdir. (O böyük şəxsiyyət) Kəramət və alicənablıq mədənlərində (ali məqamlı bellər və pak bətnlərdə meydana gəlmiş) və (hər cür zahiri və batini eybl və nöqsanlardan təmiz, uca) sağlam mühitlərdə (böyümüşdür). Yaxşı əməl sahiblərinin qəlbləri Onun vurğunudur və (ağıllı insanların) gözlərinin bəbəyi heyranlıqla Ona dikilib (ki, bütün dünyanı başına almış azğınlıq və cəhalətdə nə etdiyini görsünlər. Gördülər ki,) Allah-təala o həzrətin vasitəsilə çoxdankı kinləri aradan qaldırdı və düşmənçilik atəşini söndürdü. (Əli (ə) ilə Salman kimi) İman qardaşları arasında ülfət və dostluq yaratdı, özününkülər (Həmzə ilə Əbu-Ləhəbin) arasına (İslama və küfrə görə) ayrılıq saldı. O böyük insanın zühuru və ərsəyə çatması ilə möminlərin zillət və çarəsizliyini başucalığına, şadlıq, üstünlük və böyüklüyə çevirdi, kafirləri isə bədbəxtliyə düçar etdi. Sözlərinin bəyanı və susmağının (da) dili var idi.(7)
Allah Onu o vaxt göndərdi ki, qurtuluş nişanələri viran olmuşdur. Belə olan halda, O, haqqı aşkar edib, mötədil yolu tutmağı əmr edib, hökmləri təbliğ edib, ümməti və ardıcıllarını İlahi əzabla qorxudub öyüd-nəsihət verdi və onları müjdələyərək Behiştə dəvət etdi. Həzrət Əli (ə) buyurub: “Öz peyğəmbərinizin hidayəti və göstərdiyi yolla gedin ki, onun yol göstərməyi hidayətlərin ən üstünüdür. Onun sünnəsi və yoluna uyğun rəftar edin. Çünki onun yolu ən doğru yol göstərən sünnə və yoldur.(8) Fəzlinin və böyüklüyünün tayı-bərabəri yoxdur. Yoxluğunu heç nə əvəz etməz…(9) Belə bir insan tabe olan üçün itaətə ən layiqli şəxsdir. Allah yanında ən sevimli bəndələr öz peyğəmbərlərinə tabe olub onun nişanələrinin ardınca gedənlərdir. Quran bu barədə buyurur:
(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”(10)
Sonda həzrət Əlinin (ə) Peyğəmbər (s) üçün etdiyi duaların bəzi hissələrini qeyd edirik:
“Allahım! Öz rəhmət və ehsan kölgəndə onun üçün geniş bir yer aç. Ona (haqq olan elmi və maarifi yaymaq yolunda çəkdiyi əziyyətlərin müqabilində) fəzl və kərəmindən yaxşı mükafat ver. Allahım, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfi olduğu peyğəmbərlərin dinindən) uca (zəfərli) et. Onun məqamını yanında əziz et, nurunu (haqq yolda yandırdığı çırağını bütün dünya əhalisinin ondan bəhrələnməsi üçün) tamamla. Onun risalətinin mükafatı olaraq şahidliyini qəbul edilən, sözlərini bəyənilən et ki, o, düz danışan və haqla batili bir-birindən ayıran idi. Allahım! Bizlərlə onu yaşayışı gözəl, nemətləri əbədi, istəkləri bəyənilən və yerinə yetirilən, çox asayişli, gözəl ərməğan və töhfələrlə istirahət məkanı olan yerdə qovuşdur!”(11)
Əlavələr:
1- Nəhcül-bəlağə, 1-ci xütbə.
2- Nəhcül-bəlağə, 2-ci xütbə.
3- Nəhcül-bəlağə, 26-cı xütbə.
4- Nəhcül-bəlağə, 33-cü xütbə.
5- Nəhcül-bəlağə, 101-ci xütbə.
6- Nəhcül-bəlağə, 94-cü xütbə.
7- Nəhcül-bəlağə, 96-cı xütbə.
8- Nəhcül-bəlağə, 197-ci xütbə.
9- Nəhcül-bəlağə, 151-ci xütbə.
10- Ali-İmran surəsi, 30-ci ayə.
11- Nəhcül-bəlağə, 72-ci xütbə.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 6238
Peyğəmbərlər haqqında
Peyğəmbərlərin dillərinə gətirdikləri ən gözəl cümlə nə olmuşdur?
1- Peyğəmbərlərin ən gözəl cümləsi “La ilahə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur) cümləsidir.
Hansı peyğəmbərin xəstəliyi 40 il çəkmişdir?
2- Əyyub Peyğəmbərin xəstəliyi 40 il sürmüşdür.
Hansı peyğəmbərlərin iki adı olmuşdur?
3- Bəzi peyğəmbərlərin iki adı olmuşdur: Məhəmməd (s) - Əhməd, Yunus – Zunnun, İsa – Məsih, Xızr – Məliqa, Yəqub – İsrail, Yuşə ibni Nun – Zulkufl.
Ən uzun ömülü peyğəmbər (ə) kimdir?
4- Peyğəmbərlər arasında ən çox ömür sürən Nuh (ə) peyğəmbərdir.
Hansı peyğəmbərlər həyatı boyu evlənməyiblər?
5- Həzrət İsa (ə) və Həzrət Yəhya (ə) subay dünyalarını dəyişiblər.
Hansı peyğəmbərlər yer üzünün hökmdarı olmuşlar?
6- Yerin üzünün şahı olmuş peyğəmbərlər, Həzrət Süleyman və Zülqərneyndir (ə).
Həzrət Musanın (ə) qəbrini kim qazmışdır?
7- Musa peyğəmbərin (ə) qəbrini Əzrayıl (ə) qazmışdır.
Hansı peyğəmbər 6 aylığında dünyaya gəlmişdir?
8- Həzrət Yəhya (ə) altı aylığında dünyaya göz açmışdır.
Allah-təala Bəni İsraildən neçə peyğəmbər seçmişdir?
9- 600 peyğəmbər Bəni İsraildən seçilmişdir.
Neçə peyğəmbər ərəbdilli olmuşdur?
10- Dörd peyğəmbər ərəbdilli olubdur: Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət Şüeyb (ə), Həzrət Məhəmməd (s).
Həzrət Nuhun (ə) peyğəmbərliyi nə qədər olmuşdur?
11- Həzrət Nuhun (ə) peyğəmbərliyi min ilə yaxın olmuşdur.
Qul kimi bazarda satılan peyğəmbər kimdir?
12- Qul kimi bazarda satılan peyğəmbər, Həzrət Xızr (ə) olmuşdur. (Beləki, bazarda bir dilənçi Həzrət Xızrdan (ə) kömək istəyir. Həzrət pulum yoxdur söyləsədə dilənçi israr edir. Həzrət dilənçiyə buyurur: Məni apar qul adı ilə bazarda sat. Dilənçi Həzrət Xızrı (ə) qul adı ilə 400 dirhəmə satır).
Hansı peyğəmbərin başı kəsilib?
13- Başı kəsilən peyğəmbər, Həzrət Yəhyadır (ə).
İmam Hüseynə (ə) Kərbəlada əza saxlayan peyğəmbərlər hansılardır?
14- Altı peyğəmbər Kərbəlada İmam Hüseynə (ə) ağlayıblar. Onlar Həzrət Adəm (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsmayıl (ə), Həzrət Nuh (ə) və Həzrət İsadır (ə).
Sonuncu cənnətə daxil olacaq peyğəmbər kimdir?
15- İmam Sadiqin (ə) buyuduğuna əsasən peyğəmbərlər arasında sonuncu cənnətə daxil olan peyğəmbər, Həzrət Süleyman ibni Davuddur (ə). Buna səbəbsə, Həzrət Süleymana (ə) dünyada səltənət və sərvət verilməsidir.
Hal-hazırda yaşayan peyğəmbər kimdir?
16- Hal hazırda sağ olan peyğəmbər, Həzrət İsadır (ə).
Müqəddəs Quran kitabında neçə peyğəmbərin adı çəkilmişdir?
17- 25 peyğəmbəril adı Qurani-kərimdə zikr olunmuşdur: Adəm, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmayıl, İdris, İshaq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Yunus, Süleyman, Davud, Əyyub, İlyas, Zəkəriyyə, Əlyəsə, İsa, Zulkufl, Yəhya, Məhəmməd (s).
Hansı peyğəmbərlər xalaoğlu olmuşlar?
18- Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) xalaoğlu olmuşdur.
Məsumlar haqqında
İmam Əlinin (ə) şəhadət anında canı bədənindən çıxanadək təkrar etdiyi cümlə nə idi?
1- “La ilahə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur)
Kərbəla hadisəsində İmam Baqir (ə) neçə yaşında idi?
2- Dörd yaşında idi.
Hansı imamın daha çox övladı olub?
3- İmam Musa Kazımın daha çox övladı olmuşdur. Onun (ə) 18 oğlu, 19 qızı var idi.
Neçə imamın anasının adı Fatimə idi?
4- Dörd imamın anasının adı Fatimə olmuşdur: İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Bagir (ə).
Həzrət Əlinin (ə) qəbrini kim qazmışdır?
5- Həzrət Əlinin qəbrini Həzrət Nuh (ə) qazmışdır.
Həzrət Məhəmməd (s) hansı imamları “ərşin sırğaları” kimi tanıtmışdır?
6- İmam Həsənlə (ə) İmam Hüseyni (ə) Peyğəmbərimiz “ərşin sırğaları” adlandırmışdır.
Hansı imam 6 aylıq dünyaya gəlmişdir?
7- İmam Hüseyn (ə) 6 aylıq dünyaya gəlmişdir.
Hansı imamın qızı olmamışdır?
8- İmam Həsən Əskərinin (ə) tək bir oğlu olmuşdur.
“Zülfiqar” qılıncı Həzrət Əliyə (ə) kim hədiyyə etmişdir?
9- “Zülfüqar” qılıncı Allahın İmam Əliyə (ə) hədiyyəsidir.
Həzrət Əlinin (ə) Peyğəmbərin (s) yerində yatdığı gecəni necə adlandırırlar?
10- Həzrət Əlinin (ə) Peyğəmbərin canını qorumaq üçün Onun yerində yatdığı gecəni “Leylət-ül-Məbit” adlandırırlar.
Cənnəti qismlərə bölən kimdir?
11- Həzrət Əli (ə).
Allah-təala aləmləri kimlərə xatir yaratmışdır?
12- Allah-təala aləmləri beş nəfərə, “Ali-əba”ya xatir yaratmışdır.
Bayram paltarı iki imam tərəfindən cənnətdən gətirilmişdir. O imamlar hansılardır?
13- İmam Həsənlə (ə) İmam Hüseynin (ə) bayram paltarı uşaqlarında Cənnətdən gətirilmişdir.
Həzrət Zəhranın (ə) nikah mərasimi harda təşkil olunmuşdur?
14- Həzrət Fatimənin (s) nikah mərasimi məsciddə olmuşdur.
Hansı imam xalq arasında Quran qiraəti üzrə ən gözəl və məlahətli səsə sahib idi?
15- İmam Zeynal-Abidin (ə).
Cəbrayıl Həzrət Məhəmmədə (s) neçə dəfə nazil olmuşdur?
16- 24000 dəfə Cəbrayıl Həzrət Məhəmmədə (s) nazil olmuşdur.
İki şeyi Həzrət Məhəmməd (s) ümməti üçün yadigar qoyub. Onlar nədir?
17- Quran və İtrət (Əhli-beyt)
Məhəmməd peyğəmbərin (s) təvəllüdü, vəfatı, peyğəmbərliyə seçildiyi gün və hicrəti həftənin neçənci günü baş vermişdir?
18- Bazar ertəsi günü.
Fatimə Zəhra (s) hansı döyüşdə cəbhəyə gəlir və Peyğəmbərə (s) bir miqdar çörək gətirir?
19- “Ühüd” döyüşündə.
Həzrət Mehdi (ə) neçə yaşında imamlıq məqamına çatır?
20- 5 yaşında.
İmam Səccad (ə) hansı imamın yeznəsi idi?
21- İmam Səccad (ə), İmam Həsənin (ə) yeznəsi idi.
Qeydlər:
1- “Hezar sual” Ayətullah Dəstğeyb
2- “Quran qissələri” Mərhum Mustafa Zamani
3- “Xisal” Şeyx Səduq
4- “Danestehaye Quran” Seyyid Mehdi Şəmsəddin
5- “Üsuli-Kafi” Mərhum Kuleyni
6- “14 məsumun həyatı” İmadzadə
7- “Müntəh-ul-Amal” Mərhum Mühəddis Qummi
Çevirən: Xəyal Tofiqoğlu
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 4004
Miladi tarixi ilə yüz altıncı ildə Roma qoşunları İordaniya torpaqlarını yerlə yeksan etdilər. Nəbətilər dövləti süquta uğradı.
Roma imperatorunun adı Təracan idi. O bütpərəst və çox təəssübkeş bir insan idi. İmanlı insanları, xüsusən də Həzrət İsa Məsihin ardıcıllarını təqib edirdi.
Suriya, Fələstin və İordaniya ölkələri bu hərbi hücumdan əvvəl bir növ muxtar hökumətə malik idi. Roma paytaxt kimi bu ölkələrdən yalnız vergi almaqla kifayətlənirdi. Bunun səbəbi romalı qüvvələrin həmin ölkələrdən tanış olmamaları idi.
Beləliklə romalılar ora hərbi hücum edib, öz işğal əməliyyatlarını bitirdilər. Onları birbaşa Roma dövlətinin nüfuzu və hakimiyyəti altına gətirdilər.
Miladi tarixi ilə yüz on ikinci ildə Roma imperatoru Təracan belə bir bəyanat verdi:
«Məsihin ardıcıllarından hansı birisi allahlara ibadətdən boyun qaçırsa, dövlətə xəyanət etmiş şəxs kimi mühakimə olunacaqdır. Bu zaman isə özünü ölüm və həlakətə sürükləmiş olacaqdır».
FİLADELFİYA
O zaman İordaniyanın paytaxtı Ammana Filadelfiya deyirdilər. Ora çox gözəl şəhər idi. Amma, şəhəri bəzəyən heykəllər yalnız zinət məqsədi daşımırdı. Onlar Allahın yerinə mə`bud kimi ibadət olunurdular.
Orada sağ əlində nizə olan və sol əli ilə boynundan asılmış qalxanı tutan müharibə allahı Əsniyanın heykəli vardı. Orada həmçinin indi də Ammanın qədim əsərlər muzeyində saxlanılan xoşbəxtlik allahı və şəhəri qoruyan Taykin allahının heykəli gözə dəyirdi.
Filadelfiya bu günkü Amman şəhərinin şərqində yerləşirdi. O zaman həmin şəhər böyük maddi mədəniyyətə malik idi. Amma, o diyarın möminləri qorxu içərisində yaşayırdılar. Xüsusilə, Roma qoşunları Təracanın zamanında oranı işğal etdikdə və birbaşa öz hökumətlərinə tabe etdikləri zaman.
Yüz on ikinci ildə Təracan bir fərman verməklə Məsihin bütün tərəfdarlarını dövlətə xəyanətkar hesab etdi. Xristianlar ya allahlara ibadət etməli, ya da ölümə hazır olmalı idilər.
YEDDİ CAVAN
Bir çox insanlar qorxudan zahirdə allahlara ibadət edirdilər. Dövlət mə`murları ölkə əhalisinin əqidə və inamlarını yoxlamağa başladılar. Camaat qorxuya düşdü. O şəhərdə tarixdə adları belə qeyd olunan yeddi cavan yaşayırdı:
1-Maksimilyanus
2-Təlmixa
3-Dinasiyus
4-Martinus
5-Yəmanis
6-Antonyos
7-Klityo
Bu mömin cavanlar nə edəcəkləri barədə fikirləşirdilər. Onlar necə qərara gəlsinlər?
Onların qarşısında iki yol vardı: Ölüm və küfr.
O taleyüklü anlarda onlar müəyyən bir qərara gəldilər. O qərar şəhərdən qaçmaq idi. Amma, necə?
Səhər çağı təftiş və axtarış dəstəsi möminləri tə`qib etdikləri zaman gözətçilər, yanlarında bir it olan və şəhərdən çıxan yeddi cavan oğlana rast gəldi. Gözətçilər soruşdular:
-Hara gedirsiniz?
Onların biri cavab verdi:
-Ova gedirik.
-Çox yaxşı. Amma, gərək qayıdıb, rəsmi bayram mərasimində iştirak edəsiniz.
MAĞARAYA DOĞRU
O cavanlar öz itləri ilə birlikdə şəhərin şərq tərəfindən səkkiz kilometr aralı və Rəqim adlı bir kəndin yaxınlığında yerləşən mağaraya doğru yollandılar. Onlar dağlıq yerə çatıb, təpələrlə yuxarı qalxdılar və qabaqca nəzərdə tutduqları mağaraya getdilər.
Mağara dağın cənub ətəyində yerləşirdi. Mövqe cəhətindən bənzərsiz idi. Sağ və sol tərəfdə açılan yarıqlarına görə normal havası var idi. Amma, onun qapısı cənub qütbünə sarı açılırdı.
Mağaranın sahəsi 7,5 kv. metr idi. Cavanlar gizlənmək üçün ondan istifadə etmək qərarına gəlmişdilər. Cavanlar insanlardan uzaqlaşmaq və bu məkanda gizlənib, Allahın lütf və mərhəmətini gözləmək istəyirdilər. Çünki, onların bütpərəst romalılara qələbə çalmaq ümidləri yox idi.
Onlar bütpərəstliyin qatı düşmənləri idilər. Onlar inanırdılar ki, yerləri və göyü yaradan Allahdır. Digər allahlara ibadət etmək varlıq aləminin ən böyük həqiqətini inkar etməkdir.
O zaman insanların Qiyamət gününə əqidələri yox idi. Onlar belə güman edirdilər ki, insan dünyadan köçdükdə onun ruhu başqa bir insanın və ya hansısa heyvanın bədəninə keçir.
UZUN YUXU
Cavanlar yorğun halda mağaraya çatdılar. Romalıların onları təqib etmələrindən və gizləndikləri yeri tapmalarından qorxurdular.
Onlar əvvəlki gecəni yatmadıqlarından çox yorulmuşdular. Ona görə də yuxuladılar. Kirpikləri yuxusuzluqdan bir-birinə dəydi. Onlar yaxşı sabah yuxusunun fikri ilə yatdılar.
Allah-təala ölüləri diriltməkdə öz qüdrətini göstərmək, insanların onun qüdrətinə inanmaları və yalnız onu elm və qüdrət mənbəyi bilmələri üçün həmin cavanlara ağır bir yuxunu hakim etdi. Onların qulaqlarına yuxu pərdəsini vurdu.
Onlar nə qədər yatdılar? Yuxuları uzun müddət davam etdi. Günəş hər gün doğub-batırdı, onlarsa eləcə yuxuda idilər.
Mə`murlar hər yeri gəzib, onları axtarırdılar. Amma, zəhmətləri faydasız idi. Onların macəraları dillərə düşdü. Camaat öz-özlərinə deyirdilər:
«Ov üçün şəhərdən çıxmış yeddi cavandan heç bir xəbər yoxdur».
Beləliklə, illər bir-birinin ardınca ötüb, keçdi. O mağarada nə baş verdiyini isə heç kəs bilmirdi.
Onların itləri əllərini mağaranın ağzına qoyub, ağır və uzun yuxuya getmişdi. Mağaranın havası normal idi. Çünki, onun qapısı cənub qütbünə tərəf açılırdı. Onun iki tərəfində yarığın olmasına görə günəş doğduğu və batdığı zaman ora saçırdı.
Onlar yuxuda idilər və ətraflarında nələr baş verdiyini bilmirdilər.
On illər keçdi. Onlar hələ də yuxuda idilər.
O mağara ilə rastlaşan hər hansı bir çoban və ya yağışdan ora sığınan yolçu gördüyü dəhşətli mənzərədən qorxub, cəld qaçırdı. Niyə? Çünki, o, açıq gözləri yuxarıya dikilmiş kişilərin orada yuxuya getdiklərini görürdü. Həmçinin, orada cansız heykəl kimi yuxuya getmiş bir ov iti var idi. Onlar dərin və rö`yasız yuxuya qərq olmuşdular.
Bəs görəsən mağaranın bayırında nələr baş verirdi? Ölkənin şəhər və kəndlərində hansı hadisələr yaşanırdı?
TƏRACANIN ÖLÜMÜ
Roma imperatoru Təracan (Miladi tarixi ilə 98-117-ci illərdə Romada hakim olmuşdur) dünyadan köçdü. Ondan sonra başqa zalım hökmranlar iş başına gəldilər. 285-305 -ci illərdə hökmranlıq edən Deqyanus da dünyasını dəyişdi.
O zaman, Miladi tarixi ilə 110-cu ildə Tudmər şəhəri süqut etdi. Amma, o, yenidən bərpa olundu. Bu şəhər 278-ci ildə romalıların dağıdıcı hücumlarla Zənubiyaya yürüşlərindən sonra tamamilə tənəzzülə uğradı.
SALEH PADŞAH
Miladi tarixi ilə 408-ci ildə Tiyodosyos Roma imperatoru taxtına əyləşdi. O, Məsihin dinində idi. Ona görə də Roma imperiyası xristianlıq dininə üz gətirdi.
Miladi ilə 412-ci ildə Allahın iradəsi ilə həqiqət aşkar olundu. O öz lütf və mərhəməti ilə qüdrətini insanlara göstərdi.
O cavanların qaçmasından üç əsr keçirdi. Mağaranın içində nə baş vermişdi? Heç kəs bilmirdi.
O cavanlar itləri Kiltiyonun hürməsi ilə tarixin ən uzun yuxusundan oyandılar. Yalnız bir neçə saat yatdıqlarını güman edən birisi soruşudu:
-Nə qədər yatmısınız?
Onlar hələ də yuxulu idilər. Günəşin qüruba doğru getdiyini və onun qızılı rəngli şüasının mağaranın kiçik bir hissəsinə düşdüyünü gördülər. Ona görə də bəziləri belə fikirləşdilər ki, bütün günü yatmışlar. Onlar elə bilirdilər ki, günəşin batmasını və yenidən doğmasını hiss etmədən yuxuda olmuşlar. İndi ayılmışlar və günəş yenə də qürub vaxtındadır. Ona görə də dedilər:
-Biz ya bütün bir günü ya da günün çox hissəsini yatmışıq.
Bə`ziləri isə belə dedilər:
-Allah daha yaxşı bilir ki, burada nə qədər yubanmısınız.
Yuxunuzun nə qədər davam etdiyini yalnız Allah bilir. Qeybi elmləri bilən yalnız odur. İnsan yuxuya getdikdə bütün dünyadan ayrılır. Məsələn, əgər bir şəxs payızın əvvəlində yatsa, oyandıqda gözü qara və yarpaqsız ağaclara düşdükdə üç aydan artıq yatdığını anlayır. Niyə? Çünki, o, payız fəslini yuxuda olmuşdur. İndi isə qış gəlmişdir.
Yuxudan ayılan bu yeddi cavan günəşin qüruba yaxınlaşdığını gördülər. Onlar bilmədilər ki, yalnız bir neçə saatmı yatıblar, yoxsa artıq. Çünki, günəşin qurub edib, yenidən doğduğunu indi quruba doğru getdiyini, yoxsa başqa bir şəkildə olduğunu bilmirdilər.
Onlar doğrudan da imanlı insanlar idilər. Ona görə də dedilər:
«Bizim nə qədər yuxuda olduğumuzu yalnız Allah bilir».
Onlar belə güman edirdilər ki, bir gün və ya bir gündən bir qədər az yatmışlar.
TƏHLÜKƏLİ TAPŞIRIQ
Sonrakı gün səhər acmağa başladılar. Onların birində qızıl sikkələr vardı. O dedi:
-Bizim birimiz bu pulları götürüb, yemək dalınca getməlidir. Amma, gərək ehtiyatlı olsun ki, onu görən olmasın. Əgər biz onların əllərinə keçsək mütləq bizi öldürəcəklər.
Başqası dedi:
-Həqiqətən onlar allahlara ibadət etməyənlər üçün daşqalaq hökmü tə`yin etmişlər.
Başqa birisi dedi:
-Onlar bizi allahlara səcdə etmək üçün məcbur edəcəklər.
Başqa birisi isə belə dedi:
-Bu zaman hamımız bədbəxt olacağıq.
BAZARDA
Onların biri şəhərə gedib, yemək almaq işini öhdəsinə götürdü. O, mağaradan çıxıb, dağdan endi. Şəhərə necə girməyi barədə fikirləşirdi. Əgər kimsə ondan bir şey soruşsa necə cavab verməli, romalı gözətçi və əsgərlərə nə deməlidir.
Üç əsrdə yağışların, sellərin və küləklərin təsiri ilə vücuda gələn dəyişiklərə və yeniliklərə diqqət yetirmirdi.
Qorxurdu və nigaran idi. Çünki, o nə ova getmişdi və nə də istirahətə. O öz yoldaşları ilə birlikdə mağaraya qaçmışdı. İndi isə yeməyə bir şey əldə etmək üçün qayıdırdı. O, qorxu içində idi.
O hər şeyin dünənki vəziyyətdə olduğunu güman edirdi. Şəhərə çatdı. Oranın bina və hasarlarına nəzər salıb, heyrətə gəldi. O, yolu azıb, başqa bir şəhərə girdiyini güman etdi.
Şəhərə daxil olduqda heç kəs ona əhəmiyyət vermədi. O, allahların heykəllərini də görmədi. Özünü tamamilə yad bir şəhərdə hiss etdi. İnsanlar ona baxır və təəccüblə deyirdilər: «Bu şəxsin əynində qədimi paltar var. Bu gün heç kim onu geyinmir. Buranın əhalisi yeni paltarlar geyinirlər».
O, insanları zülmə məruz qoyan və onların əqidə və inamlarını yoxlayan məmurları da görmürdü.
Oranın insanlarının təhlükəsiz və rahat yaşadığını müşahidə etdi. Onlar işləyib, çalışır və əkinçilik edirdilər. Onlarda heç bir qorxu və nigaranlıq müşahidə olunmurdu.
O cavan bazara getdi. Bir nəfərdən bazarın yerini soruşdu. Ona yolu göstərdi. Cavan onların danışıq tərzinə də təəccüb etdi. İnsanların ləhcəsi çox dəyişilmişdi. Onlar yeni ləhcə ilə danışırdılar.
Çox qəribə idi.
Cavan öz-özünə dedi: «Deyəsən, yolu səhv gəlib, başqa bir şəhərə çatmışam».
BÖYÜK HƏQİQƏT
Özünə gəlib, öhdəsinə götürdüyü işi yerinə yetirmək barədə fikirləşdi. O, yeməyə bir şey almalı və özlərinin dağdakı sığınacaq yerlərinə qayıtmalı idi.
Ona görə də özünü çox adi və şəhər sakinlərindən biri kimi göstərməyə çalışdı.
Camaat onun qərib bir insan olduğunu və hansısa ucqar bir dağ kəndindən gəldiyini güman edirdilər.
Cavan qabaqca yeyinti məhsulları satan saleh bir kişini axtarırdı. Amma, onu tapa bilmədi. Əvəzində zahiri görünüşləri onların yaxşı insan olduqlarından xəbər verən çoxlu satıcılarla rastlaşdı.
O cavan tapşırılmış bəzi yeməliləri aldı. Onların pulunu satıcıya verəndə isə gözlənilən hadisə baş verdi.
Satıcı pulları aldıqda mat-məəttəl ona baxıb, öz-özünə dedi: «Bu pullar imperator Təracanın zamanına aiddir. Bu pulların vaxtından üç əsr keçir».
Satıcı cavana təəccüblə baxdı. O öz-özünə fikirləşdi: «Bəlkə də bu, xəzinə tapmışdır». Ona görə də ona dedi:
-Olmaya xəzinə tapmısan?
-Nə demək istəyirsən?
-Nə demək istəyirəm? Bu qızıl sikkələr on illər bundan əvvələ aiddir.
-Bu pullar mənimdir. Mən bunlarla yemək almağa gəlmişəm.
Satıcı həmin zamana aid olan pulu göstərib, dedi:
-Bax, biz bu pullarla alver edirik.
Cavan o vaxta qədər görmədiyi pul sikkələrinə nəzər saldı. Öz-özünə dedi: «İlahi! Bu nə deməkdir?»
Satıcı dedi:
-Əgər məni də öz xəzinənlə şərik etsən heç kimə xəbər verməyəcəyəm.
-Hansı xəzinə? Bu pullardan başqa mənim heç nəyim yoxdur.
Elə isə mən də mə`murlara xəbər verəcəyəm. Satıcı cavanın paltarından yapışıb, qışqırdı. Camaat onların ətrafına toplaşdılar. O, üzünü çevirib, dedi:
-Xahiş edirəm məni burax. Əgər məni tutsalar öldürəcəklər. Təracanın əsgərləri heç kəsə rəhm etmirlər.
-Təracan?!
İnsanlar təəccüblə və gülərək dedilər:
-Təracan yüz illər bundan qabaq ölmüşdür... Ey cavan sən dəlimi olmusan?
Cavan soruşdu:
-Bəs indi şəhərin hakimi kimdir?
-Tiyodosyos... O saleh bir padşahdır. İki-üç ildir ki, Məsihin dininə inam gətirmişdir.
Cavan soruşdu:
-Demək istəyirsən ki, onlar daha Məsihin ardıcıllarını öldürmürlər?
-Nə danışırsan? Bütün insanlar Allahın dininə iman gətirmişlər. Zülm və işgəncə zamanı keçmişdir.
Alnını ovan qoca bir kişi dedi:
-Aman Allah! Uşaq vaxtı nənəm mənə bəzi cavanların sərgüzəşti haqqında danışardı. Onlar imperatordan qorxduqları üçün şəhərdən qaçmışdılar. Heç kəs onları tapa bilməmişdi.
O cavan özünü itirdi. Eşitdiyi sözlərin həyəcanından az qalırdı yerə yıxılsın. Görəsən, bütün bu illər ərzində onların yuxuda olması ağılla uyğundurmu? Görəsən, insan üç əsr müddətində yuxuya gedə bilərmi? O heç nəyi xatırlamırdı. Elə bilirdi ki, dünən yatıb, bu gün oyanmışdır. Gözlərini ovdu. Olmaya bu da yuxudur. Amma, yox, yox. Onun gördükləri həqiqət idi; çox böyük bir həqiqət.
ƏHVALATIN SONU
İsti və həyəcanlı xəbərlər şəhərin hakiminə çatdı. O imanlı insan idi. Cavanı gətirmələrini əmr etdi. Hakim böyük bir həqiqətin qarşısında olduğunu anladı. Allah-təala ölüləri diriltməyinə, qiyamətin və məadın haqq olmasına və insanların bir gün Allahın dərgahında duracaqlarına aid öz qüdrətinə əlamət və nişanə göstərmək istəmişdi.
Hakim cavandan onları həmin mağaraya aparmasını istədi. Beləliklə, o cavan yola düşdü. İmanlı hakim və əsgərlər onun ardınca hərəkətə başladılar. Mağarada olan cavanlar qorxdular. Çox nigaran oldular. Çünki, qardaşları gecikmişdi. Onların biri dedi:
-Bəlkə də tutulmuşdur.
O birisi dedi:
-Bəlkə də şəhərə girərkən gecikmişdir. Siz ki, gözətçilərin nə qədər diqqətli olmalarını bilirsiz.
O an onların biri mağaradan çıxdı. Dağın yuxarısına qalxıb, zirvəyə çatdı. Oradan şəhərə gedən yola nəzər saldı. O, öz gözləri ilə onu qorxudan bir şey gördü.
Budur, uzaqdan Roma qoşunu gəlir.
Cəld qayıdıb, dostlarına xəbər verdi. Onlara dedi:
-Bir qoşunun bizə tərəf gəldiyini gördüm. Deməli, dostumuz tutulmuş və bizim yerimizi onlara göstərmişdir.
Başqa birisi dedi:
-Məncə belə deyil. Gözləyərik. Bəlkə də qoşun başqa bir yerə gedir.
Həyəcanlı anlar keçirdi. Birdən şəhərə getmiş cavan mağaraya daxil oldu. O, həqiqəti onlara söylədi.
Onlar bir gün və ya bir neçə saat yatmamışdılar. Həqiqətən yuxuları üç əsrə qədər uzanmışdı. Allah-təala onları öz qüdrət nişanələrindən biri etmişdi.
O ölüləri dirildir. Yenidən ruhu bədənə qaytarır.
O dövrdə bə`ziləri belə deyirdilər:
-Ruh bir bədəndən çıxdıqdan sonra bir daha geri qayıtmayıb, başqa bir bədənə daxil olur. Lakin, imanlı insanlar Allahın hər şeyə qadir olmasına inanırdılar. Bilirdilər ki, insanları yaradan, onların ruhlarını öldürən və Qiyamət günü yenidən qaytaran odur.
Cavan dostlarının yanına tək qayıtmaq üçün hakimdən icazə istədi. Çünki, onlar zülm və haqsızlıqdan qaçır, hansı hadisənin baş verdiyini isə bilmirdilər.
Cavanlar məsələdən xəbərdar olarkən Allahın qorxusundan və onun görüşünün şövqündən ağladılar. Onun dərgahına münacat edərək öz ölümlərini istədilər. Çünki, onlar keçmişə - üç əsr öncəyə bağlı insanlar idilər.
Allah-təala onların duasını eşidib, ağır bir yuxunu onlara hakim etdi. Ruhları xeyir və bərəkətlə dolu olan rahat və uzaq bir aləmə qanad çaldılar.
Hakim gözləyirdi, lakin heç bir faydası yox idi. Odur ki, şəxsən mağaraya girmək qərarına gəldi. O və ətrafındakılar mağaraya daxil olduqda çox qəribə bir mənzərəylə rastlaşdılar. Yeddi cavan öz itləri ilə birgə dünyadan köçmüşdülər. Hələ bədənləri isti idi.
Hakim və möminlər böyük Allaha səcdə etdilər.
O zaman camaat arasında ruh barəsində söhbət və mübahisələr gedirdi. Bəziləri ruhun Qiyamətdə yenidən bədənə qayıdacağını və bəziləri isə onun digər bədənə daxil olduğunu söyləyirdilər. Lakin, öz gözləri ilə Əshabi-kəhfi və ruhun onların bədəninə qayıtmasını gördükdə Allahın qüdrətini dərk etdilər.
Müşriklər bu məsələyə hələ də tərəddüdlə yanaşırdılar. Odur ki, dedilər:
-Onların olduğu yerdə bir ev tikin. Rəbləri onların vəziyyətinə daha agahdır.
İmanlı insanlar isə dedilər:
-Orada məscid tikəcək və Allahın, qüdrətini göstərdiyi yerdən bərəkət istəyəcəyik.
Möminlər qələbə çalıb, həmin yerdə yalnız Allahın ibadət olunacağı bir məscid tikdilər.
DOQQUZ İL ARTIQ
Bu gün İordaniyanın paytaxtı olan Amman şəhərinə səfər edən bir insan öz yolunu şəhərin cənub-şərqinin 8 km.-liyinə, Rəqim və Əbu Ələnda kəndlərinin arasında yerləşən Əshabi-kəhf mağarasına sala bilər.
İnsan orada Bizans daş tabutları formasında olan bir neçə qəbir müşahidə edir. Bu daş tabutların sayı yeddidir. Bunlardan əlavə orada kiçik bir tabut da vardır. Çox güman ki, o, Əshabi-kəhfin itinin dəfn olunduğu yerdir.
Bu kəşf arxeoloq alim Rəfiq Vəfa əl-Dəcaninin səylərinin nəticəsidir. O, 1964-cü ildə öz arxeoloji qazıntılarının nəticələrini elan edərək sübut etmişdir ki, bu, Qurani-kərimdə yad edilən mağaradır. Avropalı tarixçilərin iddia etdikləri kimi Türkiyənin Urfa vilayətinin Tarsus şəhərində yerləşən mağara isə həqiqətdən uzaqdır.
Bu qrupun heyrət və təəccübünə səbəb olan məsələ isə Əshabi-kəhfin yuxularının müddətidir: 300, yoxsa 309 il?
Qurani-kərim buyurur:
«Onlar 300 il mağarada qaldılar və ona 9 il artırdılar.»
Cavab budur ki, onların yuxuları Günəş (Şəmsi) ili ilə 300, Ay (Qəməri) ili ilə isə 309 il uzanmışdır. İndi hesablayırıq:
Günəş ili 365 gündür. Buna görə də 300 Günəş ili 109500 gün (365 x 300 = 109500) olacaqdır. Lakin, Ay ili 354 gün 8 saat 48 dəqiqədir. Demək olar ki, bir Ay ili 354 və 30/11 gündür.
Əgər 309 Ay ilinin neçə gün olduğunu bilmək istəsək 309-u 354-ə vurar və 109386 gün nəticəsini alarıq.
300-ü 30/11-ə vurmaqla isə 110 rəqəmini əldə edirik. 9-u 30/11-ə vuraraq Qəməri təqviminə uyğun olaraq 4 gün hesablanacaq və bunların cəmi (109386+110+4=)109500 gün olacaqdır. Göründüyü kimi bu rəqəm 365 günlük 300 Günəş ilini və 354 və 30/11 günlük 309 Ay ilini göstərir.
Seyyid Kamal
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2653

İbadətgahdan çıxıb, təpələrə doğru getdi. Çobanlar öz qoyunlarını otlaqdan qaytarırdılar. Günəş qüruba yaxınlaşmışdı. Məsih Bəni-İsrail barəsində fikirləşir və öz-özünə deyirdi:
“Yollarını azan bu insanları necə yola gətirə bilərəm?”
Günəş batdı. Çobanlar evlərinə, qoyunlar tövlələrinə, quşlar yuvalarına, uşaqlar analarının qucaqlarına qayıtdılar. Amma, Məsih qayıtmadı. Niyə? Çünki, onun evi yox idi.
O, çöllərdə yatırdı. Qar və yağış yağdıqda dağların mağaralarına gedirdi. Acdıqda yerdə bitən ot və ələflərdən yeyib, özünü doyururdu.
Beləliklə, Məsih azad və tərki-dünya idi. Allahdan başqa heç kəsdən qorxmurdu. O, başı uca yaşayırdı. Çünki, bu dünyanın heç bir şeyinə bağlı deyildi.
Gecə çatdı. Yatmaq vaxtı gəldi. İsa bir daşı başının altına qoydu və yatdı. O, böyük səmaya, ulduzla dolu asimana baxırdı.
Birdən bir mələk zahir oldu. Nuru hər yeri doldurmuşdu. Mələk dedi:
-Allah sənə risaləti təbliğ etməyə fərman verir.
Məsih Allahın fərmanını icra etmək üçün ayağa qalxdı. Müqəddəs ruh onun köməyi idi. Allah onunla və onun yardımçısı idi.
Bazar insan kütləsi ilə dalğalanırdı. İsa səmavi xəbəri elan etmək üçün orada dayandı. O, şücaətlə elan etdi:
-Ey Bəni-İsrail! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Məndən qabaq gələn kitabı təsdiq edir və məndən sonra gələcək Əhməd adlı peyğəmbər barəsində sizə şad xəbər verirəm.
O zaman Fontius Flatus Fələstinin hakimi idi. Orada hökumət padşahlıq idi. O, vilayət hakimlərini məmur etmişdi ki, böyük imperiyanın təhlükəsizlik və asayişinə xələl gəlmədən, onlara tabe olan şəhərlərdəki insanların istək və çətinliklərini həll etsinlər.
Hakim, şəhərlərində baş verən hadisələri yaxından izləyirdi. Bir gün ölkəsinin vəziyyəti barəsində ona bir məlumat verdilər. Ona dedilər ki, İsa adlı bir cavan Allahın elçisi olduğunu iddia edir. İnsanları Allahın verdiyi və ruhun bulaşmasına səbəb olan şeylərdən uzaq olan fitrətlərinə qayıtmağa dəvət edir.
Yəhudi keşişlər Məsihin dəvətindən narahat olan ilk insanlar idilər. Niyə? Çünki, Məsih insanları kasıb və yoxsullara qayğıkeşliyə, acları doyurmağa də`vət edirdi. Çünki, Məsih buyururdu: «Keşişlər Tövratı dəyişiblər». Çünki, keşişlər məhrum insanları aldadır, onların mallarını nəzir adı ilə alırdılar.
O dövrdə yəhudilərin bəziləri qiyamət gününə və ölümdən sonrakı yaşayışa inanmırdılar. Hesab, cəza və savaba imanları yox idi. Amma, onu açıq surətdə və pərdəsiz demirdilər. Onlar zahirdə özlərini dindar göstərir, amma, ürəklərində azğın idilər. Zahirdə imanlı olduqlarını göstərir, lakin, öz küfrlərini gizlədirdilər.
Keşişlər İsa əleyhinə öz mübarizələrinə başladılar. Onlar şayiə yaymaqla həzrəti kafir olmasında ittiham edirdilər.
Qəzəblə fəryad edib, deyirdilər:
-Əgər o peyğəmbərdirsə, bəs möcüzəsi hardadır? Musanın çoxlu mö`cüzələri var idi. Amma, İsa heç bir möcüzə gətirməmişdir.
Məryəm barəsində də pis sözlər deyirdilər. Pak qəlbli və iffətli olduğu halda, onu pis töhmətlərlə ittiham edirdilər.
İsa Bəni-İsraili maddi-maraqların əsarətindən qurtarmaq üçün mənəviyyata də`vət edirdi.
Onların biri dedi:
-Ruh bizim damarlarımızda axan qanlardır.
Məryəm oğlu İsa buyurdu:
-Ruh Allahın yaratdığıdır.
Onlar deyirdilər:
-Ey İsa! Biz sənin nə dediyini anlamırıq.
Məsih əyildi. Bir ovuc palçıq götürdü və dedi:
-Bunlar nədir?
Bir ovuc palçıqdır.
-Onda ruh varmı?
-Yox.
-İndi mən bu palçıqdan bir quş düzəldəcəyəm. Ona üfürdükdə Allahın izni ilə bir quşa çevriləcəkdir.
Onlar təəccüblə dedilər:
-Məqsədin nədir?
-Məqsədim budur ki, mən ona üfürüb, Allahın izni ilə onu quşa çevirə bilərəm. Çünki, həyat bağışlayan Allahdır. O hər bir işə qadirdir.
O anda İsa bir ovuc palçıqdan quşa oxşar bir qəlib düzəltdi. Qəlib tamamlandı. Həzrət o palçıq qəlibə üfürdü. Birdən bir ovuc palçıq ağ bir göyərçinə çevrildi. Qanad çaldı və mavi səmada uçmağa başladı.
Məsihin vücudu qüdrətli Allah və yaradıb təsvir edən Xaliq qarşısında təzim etdi.
Görəsən Bəni-İsrail İsaya iman gətirdimi? Onlar Allaha təslim oldularmı? Yox. Keşişlərin kinləri daha da artdı. Onlar sadəlövh insanlar arasında şayiə yayır və İsanı kafir bir cavan adlandırırdılar.
Onlar o həzrətin qətl planını hazırladılar. İsa (ə) hiss etdi ki, onların gözlərindən küfr yağır. Ona görə də fəryad edib buyurdu:
-Allah yolunda kim mənim köməyim ola bilər?
On iki həvari ayağa qalxıb dedilər:
-Biz Allahın köməkçiləriyik. Allaha iman gətirdik. Sən də şahid ol ki, biz Allahın əmrinə təslimik. Sonra isə üzlərini göyə tutub, dedilər:
«İlahi! Sənin nazil etdiyinə iman gətirdik. Elçinə itaət etdik. Bizi azğın insanlar sırasına salma!»
İsanın Azir adlı bir dostu vardı. Onu çox sevirdi. O, imanlı bir cavan idi. Bir gün İsa əhvalını soruşmaq üçün Azirin evinə getdi. Anası ağlayaraq çıxdı və dedi:
-Azir dünyadan köçüb və üç gün qabaq torpağa tapşırılmışdır.
İsa buyurdu:
-Onu görmək istəyirsənmi?
O cavanın imanlı anası dedi:
-Hə, ey Allahın Ruhu!
-Sabah gələrəm və Allahın izni ilə onu dirildərəm.
Səhər tezdən İsa gəlib, o cavanın anasına buyurdu:
-Mənimlə oğlunun qəbrinin başına gəl.
Məryəm oğlu İsa qəbrin qarşısında dayandı. Başını göyə qaldırıb, həyat bağışlayan Allahın dərgahına ağladı və sonra ürək yanğısı ilə səslədi:
-Ey Azir! Yuxudan oyan!
Birdən torpaqlar kənara çəkildi. Qəbir yarıldı. Azir torpağın içindən çıxdı. Ana övladını qucaqladı. Gözlərindən sevinc yaşları axdı.
Məsih o cavana buyurdu:
-Ananla qalmaq istəyirsənmi?
Azir dedi:
-Bəli, ey Allahın seçilmiş məxluqu.
Məsih buyurdu:
-Allah-təala sənə yenidən ömür əta etmişdir. Tezliklə, evlənəcəksən. Allah sənə saleh övladlar verəcəkdir.
Allah-təala həvarilərə vəhy etdi ki, mənə və mənim elçimə iman gətirin. Dedilər:
«İman gətirdik. Sən də şahid ol ki, biz Allahın əmrinə təslimik».
Həvarilər Məryəm oğlu İsanın ətrafına toplaşıb, onu təsdiq etdilər. Onlar peyğəmbəri müdafiə etmək üçün hazır oldular. Onlar kiçik bir qoşun, lakin çox güclü və qüdrətli idilər.
Məsih dünya və axirətdə dəyərli məqama malik idi. O, iman cəhətindən elə bir məqamda idi ki, Allahdan nə istəsəydi, duası qəbul olardı.
İsanın istəkləri insanların Allaha iman gətirməsi və Allahın verdiyi öz fitrətlərinə qayıtmaları üçün idi.
O, çox səylə qoyunlarının bir-birindən ayrılmamasına çalışan pak qəlbli və mehriban bir çobana bənzəyirdi. Olmaya canavar onları yeyələr! Bəni-İsrailin yoxsul və məhrum insanları itmiş qoyunlara bənzəyirdilər. Münafiq kişilər isə canavar kimi idilər. Kasıb və yoxsulları oğurlayıb, ruh və canlarında Məsihin risalətinə olan iman nurunu məhv edirdilər.
Bir gün Məsih həvarilərlə birgə yaxınlıqdakı təpələrin yanından keçirdi. O, Allaha imanı insanların arasında yaymaq istəyirdi.
Bir su bulağının yaxınlığında oturdu. Həvarilər də onunla oturdular. Məsih onların ayaqlarını yumağa başladı. Həvarilər onun bu qəribə işinə təəccübləndilər. O həzrətə dedilər:
-Ey Allahın elçisi! Niyə belə edirsən?
Məsih çox təvazökarlıqla buyurdu:
-Sizdən istəyirəm ki, insanlarla belə rəftar edin! Mənim sizinlə rəftar etdiyim kimi. Mən sizə xidmət göstərdiyim kimi siz də insanlara xidmət göstərin.
Həvarilər acmışdılar. Amma, Məsih acdığı zaman bir qədər çöl otlarından yeyir və aclığı dəf edirdi.
Amma, həvarilər bu işi görə bilmirdilər. Yalnız Məsih dünyaya rəğbətsiz insan idi. O özünü, nəfsi istəklərinə hakim olmağa alışdırmışdı.
Həvarilər öz aralarında danışırdılar. Palçıqdan quş qəlibi düzəldən, sonra ona üfürüb, quşa çevirən, Azirin qəbri başında dua edib, onu dirildən Məsih Allahdan bizim üçün səmadan yemək göndərməsini istəyə bilər. Ona görə də dedilər:
-Ey Məryəm oğlu İsa! Sənin Rəbbin bizim üçün göydən yemək göndərə bilərmi?
İsa çox narahat oldu. O dedi:
-Bunlar Allahın qüdrətinə şübhəmi edirlər?
Onlara xəbərdardlıq edərək buyurdu:
-Əgər imanınız varsa Allahdan qorxun.
Dedilər:
-Biz istəyirik o yeməkdən yeyək. Bilirik ki, sən bizə doğru deyirsən. Biz bu işə şahidik. Amma, bizim qəlblərimiz daha çox arxayın olsun deyə bu istəyi etdik. İnsanların qarşısında bu möcüzəyə şəhadət verəcəyik. Bu özü, sənin risalətinin doğruluğu üçün yeni bir sübut olacaqdır. Həm də səmavi yeməkdən yeyib, bərəkət götürmək istəyirik.
İsa sakit oldu. Amma, nurani çöhrəsi kədərləndi. Gözlərindən səmavi nur parlayırdı. Məsih asimanların Rəbbinin dərgahına səcdə etdi. Sonra başını göyə qaldırdı. O pak vücudunun dərinliklərindən səsləndi:
«İlahi! Bizim üçün səmavi yemək göndər ki, əvvəlimiz və axırımız üçün bayram və həmçinin səndən bir nişanə olsun. Bizə ruzi əta et! Sən ən yaxşı ruzi verənsən.»
Göydə bir nur parlayıb, o məkanı bürüdü. İsa və həvarilər ürəklərinin dərinliklərinə gedən dəhşətli bir səs eşitdilər. O, ilahi vəhyin səsi idi. Onlara buyurdu:
-Mən bu yeməyi sizin üçün göndərirəm. Amma, əgər bundan sonra sizin biriniz kafir olsa ona elə əzab edəcəyəm ki, heç kəsə belə əzab etməmişəm.
Səmavi yemək nazil oldu. Onda ürək açan ruzi və bərəkət vardı. Çörək və ətlə dolu idi. Yeməyin ətri fəzanı bürümüşdü. Aclar və yeməyi üçün heç bir şeyi olmayanlar Məryəm oğlu İsanın yanına gəldilər ki, onlara da yemək yedirsin. Onlar da ləzzətli və ətirli yeməkdən yesinlər. Yedilər və doydular.
O gün bütün camaat ən dadlı və ləzzətli yemək yedilər.
Bir gün Məsih məhrum və yoxsul insaların görüşünə getdi. Balıqçı o həzrəti görərək qışqırdılar:
-Müəllim gəldi!
Onlar nigaran yaşayırdılar. Çünki, öz torlarını dənizə salsalar da onlara heç bir şey nəsib olmamışdı.
Onların bəzisi sahilin yanında oturmuşdular. Bəzisi balıq ovlayan qayıqlarda məyus halda dənizə baxır, bəziləri isə yelkənləri dolayırdılar. Ümidsizlik hər yeri bürümüşdü.
İsa qayıqların birinə mindi. Ovçulara yenidən ov üçün hazır olmalarını tapşırdı. Yelkənlər yenidən qaldırıldı. Qayıqlar Məsihin qayığının arxasınca hərəkətə gəldilər.
Qayıqlar dənizin bir nöqtəsində dayandılar. Məsih ovçulara işarə etdi ki, öz torlarını suya atsınlar. Gözlənilmədən torlar balıqla doldu. Yenidən atdılar. Yenidən balıqla dolu torları çölə çıxartdılar. Beləliklə qayıqlar balıqla doldu.
Ovçular şən mahnılar oxuya-oxuya qayıdıb, verdiyi ne`mətlərinə görə Allaha şükür etdilər.
Bir gün həvarilərin biri Həzrət Məsihi öz evinə dəvət etdi. Həzrət onun dəvətini qəbul edib, onlara getdi. Yolda Məsih hərəkət edən və camaatın məsxərə etdiyi bir cavanı gördü. O cavan kar idi. Heç bir eşitmədiyindən bir söz də deyə bilmirdi. Heyrətlə insanlara baxırdı. Onlarsa ona gülürdülər.
Məsih əllərinin içini məhəbbətlə onun başına və qulaqlarına çəkdi. Möcüzə baş verdi. O cavan ilk dəfə olaraq eşitməyə başladı.
Camaatın istehza dolu sözləri bu macəraya təəccüb edən ifadələrlə əvəz olundu. Bə`ziləri Məsihə iman gətirib, o həzrətin adamlarına qoşuldular.
Məsih dostunun evinə gedən yolunu davam etdirdi.
Səhər çağı Məsih qapısının döyüldüyünü eşitdi. Daşlar dayanmadan qapıya vurulurdu.
Həzrət çölə çıxdı. Dəri xəstəliyinə düçar olmuş bir kişini gördü. Camaat ona daş ataraq şəhərdən çıxmağa məcbur edirdilər.
Uzaqdan ona daş atırdılar. Ona olan nifrətlərini bildirirdilər. Məsih mübarək əlini onu üzünə çəkdi. Duzun suda əridiyi kimi dəri xəstəliyinin əlamətləri də ondan getdi. O cavanın çöhrəsində sevinc göründü. Camaat Həzrət Məsihə tərəf qaçıb, ondan bərəkət götürdülər.
Məsih kasıb və yoxsul, məhrum və yazıq insanlara görə belə yaşayırdı. O, insanları nura doğru çağırırdı. O, mübarək Məhəmməd peyğəmbərin (s) gəlişini onlara xəbər verirdi. Onu Müəzzi (İzzət verən, mö`minləri əsarətdən qurtaran) adı ilə yad edərək deyirdi:
«Tezliklə atanın («ata» sözü təhrif olunmuş incillərə sonradan əlavə olunmuşdur – tərcüməçi) mənim adımla göndərəcəyi müqəddəs ruhun Mü`əzzisi hər şeyi sizə öyrədəcək. O mənim sözlərimi sizin yadınıza salacaqdır».
O həzrət Allah-təalanın Tövratda Musaya buyurduğunu onlar üçün oxuyurdu:
«Sənin kimi onların arasından bir peyğəmbəri seçəcək və sözümü onun dili ilə bəyan edəcəyəm. O sifariş etdiyim hər şeyi onlara deyəcəkdir».
Ona görə də yəhudilər düşmənçilik edirdilər. Onlar camaatı Məsihi öldürmək üçün təhrik edirdilər. Onun bərəsində şaiyə yayıb, deyirdilər:
-O cadugərdir və həzrət Musanın dinindən çıxmışdır.
Bir gün yəhudilər ibadətgaha tərəf getdilər. Məsih həvarilərlə orada idi. Onlar Məsihi öldürmək istəyirdilər.
Hökumət məmurları işə qarışdılar. İsanı tutmaqda hakim Filatosun məqsədi fasiq yəhudiləri himayə etmək, İsanın fikir və peyğəmbərliyi barəsində araşdırma aparmaq idi.
Məsih məmurlar tərəfindən saraya gətirildi. Onun arxasınca səs-küy qalxdı. Filatos nigaranlıq və qəzəbləri barəsində onlarla söhbət etmək üçün saraydan çıxdı. Onlar hər tərəfdən qışqırırdılar:
-O kafirdir.
-Dinsizdir.
-Xəyanətkardır.
Gözətçilər sarayın qapılarını bağladılar. Filatos diqqətlə Məsihin çöhrəsinə baxdı. İsanın gözlərindən səfa və səmimiyyət yağırdı. Öz-özünə dedi: «Belə bir cavan mütləq parlaq düşüncələrə sahib olmalıdır».
Buna görə də Filatos üzünü həzrətə tutub dedi:
-Bəziləri deyirlər ki, sən camaatı hökumətin əleyhinə təhrik edirsən.
Məsih özünə etimadla dedi:
-Mən camaatı ruhlarına qayıtmalarına dəvət edirəm. Dəvət edirəm ki, insan öz qardaşına ehsan və yaxşılıq etsin, yeganə Allaha ibadət etsin.
Filatos yunan fəlsəfələrinin bəzi məzhəbləri barəsində mə`lumata malik idi. Ona görə də İsanın fikir və düşüncələrində Roma hökumətinə təhlükə yaradacaq bir şey görmədi. O, sarayın qapılarını açıb, Məsihi azad etdi.
Amma, yəhudilər şayiə yaydılar ki, hakim Məsihin fikirlərinin təsiri altına düşmüşdür. O, padşaha xəyanət etmək istəyir.
Onlar çirkin və nanəcib insanlar idilər. Onlar təkcə şayiə yaymırdılar, həm də məktublar yazıb, Romaya göndərir və padşahdan o hakimi vəzifəsindən uzaqlaşdırmağı xahiş edirdilər.
Beləliklə, hərc-mərc bütün ölkəni bürüdü. Hakim işlərin onun əleyhinə başa çatacağından qorxaraq, yəhudilərlə razılığa gəldi və onları Məsihin barəsində azad buraxdı.
Kin və düşmənçilikdə yanan yəhudi və keşişlər canavar kimi Məsihin axtarışında idilər. Onlar dişləri ilə onu parçalamaq istəyirdilər. Amma, günahına görə yox, onun insaniyyətinə görə. Allahın Musaya nazil etdiyi dinə bənzər həqiqi bir din gətirdiyi üçün.
Yəhudi keşişlər hay-küylə Məryəm oğlu İsanı tutmaq barəsində söhbətə başladılar.
Casuslar hər yerdə o həzrəti axtarırdılar. Məsihin gizlənməsi onların nigaranlığına səbəb olmuşdu. Çünki, o həzrətin vücudu onların mənafeləri üçün çox böyük təhlükə sayılırdı.
Keşişlər həzrət Məsihi tapan və onu tutmaq üçün onlara məlumat verən adamlara hədiyyə və mükafatlar təyin etdilər.
Məsih və anası çox əzab-əziyyətlərə dözdülər.
Yəhudilər İsanın doğulduğu ilk günlərdən Məryəmə əziyyət verirdilər. Onların ürəkləri Allahın möcüzəsi ilə dirilmək əvəzinə Məryəmi pis işlərlə ittiham edir və deyirdilər: «İsanın atası Yusif Nəccar adlı bir kişidir».
İsa böyüdükdən və Allahın risalətini öhdəsinə götürdükdən sonra hər yerdə onu təzyiq altında saxladılar. Onlar indi hökuməti onu öldürməyə təhrik etmişdilər. Onlar hakimi padşaha xəyanət etməsində ittiham edirdilər.
Yəhudilər o həzrəti öldürməkdə yaşıl işıq aldılar. Hər yerdə onu axtarmağa başladılar. Roma hakimi də onu tutmaq və dar ağacından asmaq üçün əsgərlərdən ibarət bir dəstə təyin etdi. Bəs İsa harada idi?
Məsih bəzi həvarilərlə bağda gizlənmişdi. Yemək yedikdən sonra həzrət ayağa qalxdı ki, öz ardıcıllarına təvazö və təvazökarlıq barəsində dərs versin. Onların əllərini yudu və buyurdu:
-Mən bu işi etdim ki, sizin üçün nümunə olsun. Siz də insanlarla təvazökarcasına rəftar edin.
O gecə Məsih xəyanət hiss etmişdi. Buyurdu:
-Sizə xəbər verirəm. Tezliklə çoban gedəcək və qoyunlar tənha qalacaqlar. Xoruz üç dəfə banlamazdan əvvəl sizin biriniz mənə kafir olacaqdır.
Həvarilər bir-birlərinə nəzər saldılar. Yəhuda Esxəryutinin gözlərindən xəyanət qığılcımı saçırdı.
O qış gecəsində hava çox soyuq idi. Hamı yuxuya getdikdə Yəhuda yavaş-yavaş çölə çıxdı. O, qızıl və ləl-cəvahirat barəsində düşünürdü. Tezliklə əlinə yetişəcək mükafat barəsində fikirləşirdi. Ona görə də keşişlərin xəbər gözlədikləri ibadətgaha doğru getdi.
Yəhuda böyük keşişin qulağına yavaşca nə isə deyib, bir ovuc qızıl sikkə aldı. Xoruz üç dəfə banladı. Kahinlər romalı əsgərlərə fərman verdilər ki, Yəhuda Esxəryutiylə birgə getsinlər.
Yəhuda üzünü örtmüşdü ki, heç kəs onu tanımasın. O hərəkət etdi. Əsgərlər də onun ardınca hərəkət etdilər. Camaat məsələdən xəbərdar oldular. Hay-küy qalxdı. Onlarla mə`mur bağa daxil oldu.
Həvarilər o yan bu yana qaçdılar.
Allah iradə etdi ki, xaindən intiqam alsın. Ona görə də Məsihin oxşar sifətini Yəhudanın üzünə saldı. Yəhuda Məsihə oxşadı. Allah-təala Məsihi göylərə, onlardan uzaqlara apardı. Onu yəhudilərin çirkin hiylələrindən xilas etdi.
Romalı məmurlar Məsihi tuta bilmədilər. Onlar onu öncədən tanımırdılar. Çünki, qabaqca onu görməmişdilər. Amma, hay-küy və qalmaqal arasında gözləri Yəhudaya düşdü. Gördülər ki, Məsihin bütün əlamət və nişanələri onda vardır. Onu tutub, apardılar.
Yəhudilər Məsihin əlindən çox tez rahat olmaq istəyirdilər. Ona görə də cəld onu Cəlcələ təpəsinə apardılar.
İsanın sərgüzəştləri unudulsun deyə orada həmin İsaya oxşayan adamı dardan asdılar. Görəsən doğrudanmı məsələ bununla sona çatdı.
Yox! Onun zühuru barəsində çoxlu şayiələr yayıldı. Bəlkə onu çox sevən yoxsul və kasıblar bu şayiələri yayırdılar.
Bununla belə yəhudilər qorxu ilə yaşayırdılar. Çünki, Məsihin ölməsinə əmin deyildilər. Buna görə şayiə yayırdılar ki, Məryəm oğlu İsa öldürülmüş və dardan asılmışdır. Amma, həqiqət başqa cür idi. Allah-təala Qurani-kərimdə buyurur:
«Onlar İsanı nə öldürdülər, nə də dardan asdılar. Lakin, məsələ onlar üçün dəyişildi. Şübhəsiz ki, onu öldürmədilər. Allah onu özünə tərəf ucaltdı. Allah qüdrətli və hikmətlidir».
Məsih bir gün qayıdacaqdır... Nə vaxt? Vəd olunmuş gün. Əhli-beytin on ikinci imamı Məhəmməd Məhdinin (ə) qiyam edəcəyi gün. Məsih həzrət Məhdinin (ə) sözlərinə və ona şəhadət verəcək, haqq batilə qələbə çalacaq və hər yeri əmin-amanlıq və asayiş bürüyəcəkdir.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 4145

“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!”(1)
İmam Hüseyin (ələyhis-səlam) buyurur:” Atam Əmirəl-möminindən Peyğəmbərin əxlaqı barəsində soruşdum, buyurdu: Peyğəmbər, ətrafındakılarla münasibətdə daim gülərüz və mülayim idi. Heç vaxt qəzəbli, daşürəkli, kobud, yalançı, nəzakətsiz danışan, eyb axtaran və eyib açan deyildi. Heç kəs ondan naümid olmadı və hər kəs onun evinə getdikdə ümidlə qayıdardı. Mübahisə etmək, çox danışmaq və ona aid olmayan işə qarışmağı sevməzdi. Heç kimi danlamaz, gizli eyblərini axtarmaz və acı danışmazdı. Elə əzəmətə yiyələnmiş idi ki, danışarkən camaat tərpənmədən, sakit onu dinləyərdilər. Onu tanımayan yad adamlar qəzəblə danışdıqda səbr edərdi. Səhabələrinə, ehtiyaclı adamların ehtiyaclarını təmin etmələrini deyərdi. Heç vaxt başqasının sözünü kəsməzdi və...”(2)
Peyğəmbər (səlləllahu ələyhi və alih) buyurur: “Mən əxlaqi dəyərləri və fəzilətləri kamilləşdirmək üçün peyğəmbərliyə seçilmişəm”(3)
Qurani-kərimdə Peyğəmbərin bəzi əxlaqi sifətlərini mədh edən ayələr var. Bu ayələrdən bir neçəsini qeyd edirik:
1. Mülayim rəftar
“(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!”(4)
2. Mərhəmətli
“Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”(5)
3. Hamını səbrlə dinləyən və möminlərə inanandır.
“(Münafiqlər içində) Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”,- deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!”(6)
4. Ürək yandıran və başqalarının dərdinə şərik olandır.
“(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!”(7)
“(Ya Rəsulum! Məkkə müşrikləri) İman gətirməyəcəklər deyə, bəlkə, özünü həlakmı edəcəksən?! Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.”(8)
5. Möminlərlə təvazökar idi.
“Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)”(9)
Allah-taala belə bir əxlaqa yiyələnən insanla, möminləri xüsusi tərzdə davranmağı əmr edir. Nümunə olaraq bəzi ayələrə işarə edirik:
“Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhəmməd, nə deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!” – deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!”(10)
“Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.”(11)
Başqa ayədə Peyğəmbərin hüzurunda ədəblə rəftar etməyi təqva əlaməti sayaraq buyurur:
“Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!”(12)
Əlbəttə İslam Peyğəmbəri həzrət Məhəmmədin (səlləllahu ələyhi və alih) əxlaqını işarə etdiklərimizlə xülasələşdirmək olmaz. Lakin bu kiçik yazıda o həzrətin əxlaqına aid Quran ayələrini nəzərdən keçirdik. Buna baxmayaraq o həzrət, Allahın qüdrətilə, heç bir kəsi öldürmədən və qan tökmədən Məkkə şəhərini fəth etdikdən sonra dövründə yaşayan təəssübkeş müşriklər və münafiqlər intiqam qəsdiylə hər an xoşagəlməz arzularını həyata keçirmək istəyirdilər. Təəssüflər olsun ki, bəzən öz məqsədlərinə çatmaq üçün müxtəlif yollara əl atırdılar. Məsələn, Peyğəmbərin ünvanına sehrbaz, dəli, qulaq və sair kimi nalayiq ifadələr deməklə, daş vurub mübarək dişini sındırmaqla və hətta bəzi vaxtlar, fürsət olduqda terror planlarıyla ona və əhli-beytinə qarşı olan kin-küdurətlərini dəfələrlə üzə çıxarmışlar.
1- Qələm surəsi, 4-cü ayə.
2- Məanil-əxbar, səh: 83, (xülasə).
3- Biharul-ənvar, c:16, səh: 287.
4- Ali-İmran surəsi, 159-cu ayə
5- Tövbə surəsi, 128-ci ayə.
6- Tövbə surəsi, 61-ci ayə.
7- Kəhf surəsi, 6-cı ayə. .
8- Şüəra surəsi, 3-4-cü ayələr
9- Şüəra surəsi, 215-ci ayə
10- Nur surəsi, 63-cü ayə.
11- Hucurat surəsi, 2-ci ayə.
12- Hucurat surəsi, 3-cü ayə.
Hazırladı: Şəhriyar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Peyğəmbər
- Gösterim: 2766

"İmam Rizadan (ə) həzrət Cəfər Təyyar (r.ə) namazı barədə soruşdular, həzrət buyurdu:
Niyə həzrət Məhəmməd (s) peyğəmbərin namazından xəbərsizsən? ..... Sual verən şəxs dedi:
Ey Rəsulullahın (s) övladı! Həzrət Peyğəmbərin (s) namazını mənə öyrət! Həzrət buyurdu:
İki rəkət namaz qılırsan: hər rəkətdə 1 dəfə Həmd surəsini və 15 dəfə Qədr surəsini oxuyursan. Sonra rükuda, 15 dəfə rükudan qalxdıqdan sonra qiyamda 15 dəfə, 1-ci səcdədə 15 dəfə, 1-ci səcdədən qalxıb oturduqda 15 dəfə, 2-ci səcdədə 15 dəfə və 2-ci səcdədən qalxdıqdan sonra oturaq vəziyyətdə 15 dəfə Qədr surəsini oxuyursan. Sonra (ikinci rəkətdə, ikinci səcdədən sonra oturaq vəziyyətdə 15 dəfə Qədr surəsini oxuduqdan sonra) təşəhhüd və salamı deyirsən. Elə ki, namazı qurtardın səninlə Allah Təala arasında olan bütün günahlar bağışlanar və Allah Təaladan hər hansı hacəti istəsən rəva olar. Sonra isə bu duanı oxuyursan:
Duanın ərəbcəsi:
La ilahə illəllahu rəbbuna və rəbbu abainəl-əvvəlin. La ilahə illəllahu ilahən vahidən və nəhnu ləhu muslimun. La ilahə illəllah, La nə`budu illa iyyah. Muxlisinə ləhud-dinə, və ləv kərihəl-muşrikun. La ilahə illəllahu vəhdəhu, vəhdəhu, vəhdəh. Əncəzə və`dəhu və nəsərə ə`bdəh. Və əə`zzə cundəh, və həzəməl-əhzəbə vəhdəh. Fələhul-mulku və ləhul-həmd. Və huvə əla kulli şəyin qədir. Əllahummə əntə nurus-səmavati vəl-ərzi və mən fihinn. Fələkəl-həmd. Və əntə qəyyamus-səmavati vəl-ərzi və mən fihinn. Fələkəl-həmd. Və əntəl-həqqu və və`dukəl-həqq. Və qəvlukə həqqun və incazukə həqq. Vəl-cənnətə həqqun, vən-narə həqq. Əllahummə ləkə əsləmtu və bikə aməntu. Və ələykə təvəkkəltu. Və bikə xasəmtu və iləykə hakəmtu. Ya rəbbi, ya rəbbi, ya rəbb. İğfir li ma qəddəmtu və əxxərtu. Və əsrərtu və ə`ləntu. Əntə ilahi, la ilahə illa ənt. Səlli əla muhəmmədin və ali muhəmməd. Vəğfir li, vərhəmni və tub ələyy. İnnəkə əntət-təvvabur-rəhim.
Duanın tərcüməsi:
Allahdan başqa məbud yoxdur! Bizim və bizdən öncəki ata-babalarımızın Rəbbidir. Allahdan başqa məbud yoxdur! İbadətə layiq məbud və vahiddir. Biz ona təslim olmuşuq (islam gətirmişik). Allahdan başqa məbud yoxdur! Ondan başqasına ibadət etmirik. Dinimizi ona xalis (ixlaslı) etmişik. Baxmayaraq ki, müşriklərin xoşu gəlməsin. Allahdan başqa məbud yoxdur! O vahiddir, vahiddir, vahiddir. Öz vədəsinə vəfa etdi. Öz bəndəsinə yardım etdi. Öz qoşununu izzətli etdi. Təkbaşına düşmən ordusunu məğlub edir. Bütün mülklər və bütün həmd və sitayişlər ona məxsusdur. O hər şeyə qadirdir. İlahi, Sən göylərin, yerin və onlarda olanların (varlıqların) nurusan! Bütün həmd və sitayişlər sənə məxsusdur. Sən göyləri, yeri və onlarda olanları bərpa edənsən! Bütün həmd və sitayişlər sənə məxsusdur. Sən haqsan və Sənin vədən də haqdır. Sənin sözün haqdır və Sənin əməlin haqdır. Cənnət haqdır və cəhənnəm haqdır. İlahi Sənə təslim oldum və Sənə iman gətirdim. Sənə təvəkkül etdim və Sənin üçün (pislərlə) düşmənçilik etdim. Sənin üçün mühakimə etdim. Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim. Mənim keçmişdə etdiyim və gələcəkdə edəcəyim günahlarımı, gizlində və aşkarda etdiyim günahlarımı bağışla! Sən mənim Allahımsan! Səndən başqa məbud yoxdur! Məhəmməd və ali Məhəmmədə salavat göndər! Məni bağışla və mənimlə mehriban davran! Mənim tövbəmi qəbul et! Həqiqətən də Sən tövbələri qəbul edən və rəhmlisən!
Əllamə Məclisi (r.ə) buyurmuşdur:
Bu namaz məşhur namazlardandır və əhli-sünnə və şiə məzhəbi onu öz kitablarında rəvayət etmişlər. Alimlərdən bəziləri bu namazı cümə gününün namazlarından hesab etmişlər, lakin rəvayətdə bu məsələyə toxunulmayıb və zahirən bu namazı cümə günündən başqa günlərdə də qlmaq olar. (Məfatihul-cinan, s-74).