Yazarlar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2024
Həzrət Fatimeyi-Məsumə (ə) hicri tarixi ilə 173-cü ildə, zil-qədə ayının birində, müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. O Həzrətin atası, yeddinci imam Həzrət Musa Kazim (ə) və anası Nəcmə Xatundur. Xanım Fatimənin (ə) valideynləri əzəmətli əxlaqi fəzilətlərlə zəngin olmuşdur. O cümlədən; ibadət, zahidlik, iman, təqva, sadiqlik və səbirlilik, bağışlamaq, məsumluq, həmçinin Allahı daim xatırlamaq və sair kimi dəyərli üstünlüklər, bu pak ailənin misilsiz xüsusiyyətlərindən hesab olunurdu. Xanım Məsumə (ə) məhz belə bir ailədə dünyaya göz açmış və tərbiyə almışdır. Onun babaları (nəsilləri) hidayət yolunun günəşləri, peyğəmbərlik və imamət məqamının sahibləri olmuşdur.
Bu xanımın adı və ləqəbləri:
Xanımın adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. "Kərimeyi-Əhli-beyt" kitabında verilən mötəbər sənədlərə əsasən, bu ləqəb, ona günahsız və məsum olduğu üçün verilibdir. Digər ləqəbləri isə aşağıdakılardan ibarətdir: Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə və Üxtür-Rza.
Yeddinci əsrdə yaşamış sünni alimi İbn Cövzi, İmam Kazimin (ə) övladları arasında Fatimə adı ilə dörd qız övladını qeydə alıb:
1.Fatimeyi-Kubra
2.Fatimeyi-Suğra
3. Fatimeyi-Üxra
4. Fatimeyi-Vüsta
Qeyd etmək lazımdır ki, Fatimeyi-Kubra həmin Həzrət Məsumədır (s.ə). Onun müqəddəs məzarı İranın Qum şəhərində yerləşir və müsəlmanların ziyarətgahına çevrilib.
Fatimeyi-Suğra "Bibi Heybət" adı ilə tanınır. Onun məzarı Azərbaycanın Bakı şəhərinin cənub girəcəyindədir və hər gün yüzlərlə insan həmin məzarı ziyarət edirlər.
Fatimeyi-Üxra, tarixdə "İmam bacısı" ləqəbi ilə məşhurlaşıb. O, İranın Rəşt şəhərində dəfn olunub və müqəddəs məzarı xalqın ziyarətgahıdır.
"Sitti-Fatimə" ləqəbi ilə tanınan, Fatimeyi-Vüsta isə İranın İsfahan şəhərində dəfn edilib və onun məzarı da ziyarətgahdır.
Fəzilətlər məzhəri:
Həzrət Məsumənin (ə) əzəmətli əxlaqi, mənəvi və elmi xüsusiyyətləri bütün qadınlar üçün dəyərli örnəkdir. Məsumlardan (ə) nəql olunan rəvayətlər, bu xanımın nə qədər yüksək fəzilət və məqam sahibi olduğunu daha da aydınlaşdırır. Necə ki, Həzrət Peyğəmbər (s) buyurub: "Hər kəs, vəfatımdan sonra məni ziyarət etsə, sanki məni diriliyimdə ziyarət edib! Fatiməni (ə) ziyarət edən, sanki məni ziyarət edib! Əli İbn Əbi Talibi (ə) ziyarət edən, sanki Fatiməni (ə) ziyarət edib! Həsən (ə) və Hüseyni (ə) ziyarət edən, sanki Əlini (ə) ziyarət edib! Onların övladlarını ziyarət edən, sanki Həsən (ə) və Hüseyni (ə) ziyarət edibdir!" ( Biharül-ənvar, c. 44, səh. 287)
Başqa bir hədisdə, İmam Sadiq (ə) belə buyurur:"Agah olun ki, Allahın hərəmi Məkkə, Peyğəmbərin (s.) hərəmi Mədinə, Əmirəl-möminin Əlinin (ə) hərəmi Kufədir! Bilin ki, mənim və məndən sonrakı övladlarımın hərəmi Qum şəhəridir. Agah olun ki, Qum şəhəri bizim kiçik Kufəmizdir. Mənim övladlarımdan Musanın (ə) qızı Fatimə adlı bir xanım, orada (Qum şəhərində) dünyasını dəyişəcək. Onun şəfaəti vasitəsilə bizim bütün (ləyaqət sahibi olan) şiələrimiz behiştə daxil olacaqlar." ( Müstədrək, c. 10, səh. 368, hədis. 12196)
Elmi məqamı:
Qeyd etdiyimiz kimi, Həzrət Fatimə (ə) elm , təqva və əxlaqi fəzilətlərin ən ali şəkildə hökm sürdüyü bir ailədə böyüyüb boya-başa çatmışdır. O, kiçik yaşda ikən, atası İmam Kazim (ə) Bağdadda Harun ər-Rəşidin əmri ilə zindanda şəhid edildikdən sonra, oğlu İmam Rza (ə) öz qardaş və bacılarının təlim və tərbiyəsini, həmçinin ailəni maddi cəhətdən idarə etməyi öhdəsinə götürdü. Həzrət Rzanın (ə) nəzarəti altında, İmam Kazimin (ə) hər bir övladı uca məqamlara nail olub, üstünlükləri dillər əzbəri oldu. İbn Səbbağ Maliki belə nəql edir: "İmam Rza (ə) dan sonra, İmam Kazimin (ə) övladları arasında ən elmli və ən əxlaqlısı xanım Məsumədir (s)."
Nəql olunubdur ki, bir gün, bir qrup şiə İmam Musanı (ə) görmək və ona olan suallarını soruşmaq üçün Mədinə şəhərinə gəldilər. İmam Kazım (ə) səfərdə olduğuna görə, öz suallarını kiçik yaşlı Məsuməyə (ə) verdilər ki, İmama (ə) çatdırsın. Ertəsi gün, yenidən İmamın evinə gəldilər, amma İmam Kazım (ə) hələ də səfərdən qayıtmamışdı. Naçar qalıb, xanım Məsumədən (ə) sualları qaytarmasını istədikləri zaman, Həzrət Məsumənin (ə) sualların cavabını yazdığını gördülər. Sevincək halda təşəkkür edib, Mədinə şəhərini tərk etdilər. Təsadüfən yolda İmam Musa (ə) ilə rastlaşdılar və hadisəni İmama (ə) danışdılar. İmam Musa Kazim (ə) sualların cavabını oxudu və üç dəfə belə buyurdu: "Atası fəda olsun ona".
Bu bir həqiqətdir ki, məsum imamların (ə) xanım Məsumə (ə) barədə bəyan etdikləri təriflər və onun sahib olduğu əzəmətli xüsusiyyətlərdən aydın our ki, o, Həzrət Zeynəb (ə) kimi oxumamış alimə olmuşdur.
Qum şəhərinə gəlişi:
Hicri-qəməri tarixi ilə 200-cü ildə İmam Rza (ə) xəlifə Məmunun israr və təhdidindən sonra qohum-əqrəbalarından ayrılıb Mərvə tərəf getməyə məcbur olur. Qardaşından ayrı düşən Məsumə (ə) həsrətə dözə bilməyib, bir müddətdən sonra, onu görmək üçün bacı-qardaşları və yaxınlarından ibarət bir dəstə ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün şəhər və məntəqələrdə camaat onları təntənə ilə qarşılayır, məhəbbət göstərirdilər. Karvan Savə şəhərinə çatdıqda, qabaqcadan hazırlanmış bir dəstə xəlifə məmuru karvana hücum edib, bütün kişiləri şəhadətə yetirirlər. Bir rəvayətə əsasən, hətta xanım Məsuməni (ə) zəhərləyirlər. Hər halda, bu xanım, ya çoxlu qəm-qüssə, yaxud da, zəhərlənmə nəticəsində xəstələnərək, Xorasana gedə bilmədi. Xorasana gedə bilmədiyini görən Məsumə (ə), ətrafındakılardan onu Qum şəhərinə aparmasını istədi. Çünki, atası İmam Kazimdən (ə) eşitmişdi ki, Qum şəhəri şiələrin məskənidir. Nəhayət, onu Qum şəhərinə gətirdilər. Orada on yeddi gün yaşadıqdan sonra, Allahın dəvətinə ləbbeyk deyib behiştə tərəf qanad açmışdır. Onun kim tərəfindən dəfn edildiyi barədə dəqiq bir məlumat əldə olunmayıb. Belə nəql edirlər ki, xanımın müqəddəs məzarını hazırladıqdan sonra, qiblə tərəfindən üzlərinə niqab bağlamış iki atlının sürətlə onlara tərəf yaxınlaşdığı görülüb. Onlar cənazəyə namaz qıldıqdan sonra, biri qəbrin içərisinə daxil olub, o birisi isə cənazəni götürüb ona vermişdir. Hər ikisi dəfn mərasimini başa çatdırıb, kimsə ilə danışmadan atlarına minib, oradan uzaqlaşmışlar.
Həmin iki nəfərin kimliyi oradakılara məlum olmasa da, onların İmam Rza (ə) və İmam Cavad (ə) olması ehtimal edilir. Bunun ardınca, Həzrət Məsumənin (ə) müqəddəs məzarı şiələrin və müsəlmanların ziyarətgahına çevrilmişdir.
Həzrət Məsuməni (ə) ziyarət etməyin savabı:
Həzrət Məsuməni (ə) ziyarət etməyin fəziləti barədə Məsumlardan (ə) çox sayda hədislər bu günə qədər gəlib çatmışdır. O cümlədən, Qum şəhərinin məşhur hədis ravilərindən olan Səd ibni Səd İmam Rzanın (ə) hüzurunda olduğu zaman, İmam (ə) ona buyurdu: "Ey Səd! Bizdən (bizim nəsildən) sizin şəhərdə bir məzar vardır. Səd soruşdu: Canım fəda olsun sənə! İmam Musanın (ə) qızı xanım Fatimənimi (ə) deyirsiniz ? İmam buyurdu: "Bəli. Onu məqamı ilə tanıyıb ziyarət edən şəxsə, behişt vacib olar." Sonra buyurdu: "Onun qəbri kənarına çatdıqda, baş tərəfində üzü qibləyə dayanıb, 34 dəfə " Allahu əkbər ", 33 dəfə " Subhənallah ", 33 dəfə " Əlhəmdulilləh " deyəndən sonra, ziyarətnaməni oxuyun." ( Biharül-ənvar, c. 48, səh. 316)
İmam Rza (ə) buyurub: "Qum şəhərində Məsuməni (ə) ziyarət edən, sanki məni ziyarət edib!" ( Nasixüt-təvarix, c. 3, səh. 68)
Başqa bir hədisdə İmam Cavad (ə) buyurub: "Qum şəhərində bibimin qəbrini ziyarət edən, behiştə daxil olar ". ( Kamilüz-ziyarət, bab. 106, səh. 338)
Xanım Məsumənin (ə) elmi, əxlaqı, fəziləti, şəfaəti və sair sifətləri barədə çox sayda hədislər nəql olunmuşdur. Onun barəsində deyiləsi çox sözlər vardır, amma biz bununla kifayətlənirik və bəhsimizi sona yetiririk. Allah-taala, xanım Fatimeyi-Məsumənin (ə) bu dünyada ziyarətini, axirətdə şəfaətini hamımıza nəsib etsin! Amin!
Natiq Abbasov
Islammektebi.org
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 1790
"Ey Peyğəmbər, (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” ."(1)
“Mübahilə” hadisəsi İslam tarixinin mühüm hadisələrindəndir. Məkkənin fəthindən sonra müxtəlif yerlərdən dəstə-dəstə insanlar İslamı qəbul etmək və ya münazirə (elmi mübahisə) etmək üçün həzrət peyğəmbərin (s) yanına gəlirdilər. Onlardan biri də Nəcran xristianları idi.
Allah-taala peyğəmbəri (s) xristianlarla mübahisə etməyə rəğbətləndirdi. Beləki o, haqq peyğəmbər kimi Allahın təkliyinə dəvət etməli, həzrət İsanın (ə) isə məxluq olmasını xristianlara bildirməli idi. Ona görə də Allah-taala o həzrətə, xristianlarla mübahilə etməyə əmr etdi. Təbii ki, peyğəmbər, sözü gedən mövzunu sübut etmək üçün təbliğin müxtəlif üslublarından istifadə etsə də, nəticə hasil olmamışdı.
“(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...” (2)
Peyğəmbər (s) iddia edirdi ki, İsa Məsih (ə), Allah bəndəsidir və onu Allah, peyğəmbərliyə seçib. Onlar isə İsanı (ə) “Allah oğlu” adlandırırdılar. Bu iki iddiadan hansının doğru olması artıq məlum olmalı idi. Peyğəmbərin (s), öz iddiasında əsaslı dəlilə söykəndiyi “Mübahilə” ayəsində müşahidə olunur. Allah-taala, həzrət İsanın xilqətini həzrət Adəmin yaradılışına bənzədib buyurur: “Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi də) Adəm kimidir...”(3) Peyğəmbər, onları moizə vasitəsi ilə də haqqa dəvət etmişdi; “Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaq!” İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir...” (4)
Bütün bunlara baxmayaraq, Nəcran xristianları haqqı qəbul etmirdi. O zaman, peyğəmbər (s) “mübahilə” –yə əl atamalı olur. Çünki, problem məhz möcüzə yolu ilə həll ola bilərdi.
Qurani-kərimdə bir şəxs və ya qövmün həm lehinə həm də əleyhinə dua edilib; Məsələn həzrət İsa (ə) yalvarışla Allahdan bir süfrə diləyir və möcüzə olaraq Allah onun istədiyini verir; “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm...” (5)
Bu ayədə isə insanlar Allaha yalvarmaqla əzab istəyir; “Bir zaman da: “Ya Allah, bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər”. (6)
“Mübahilə” də dua vasitəsi ilə Allahdan möcüzə istəməkdir. Mübahilə hadisəsini müxtəlif cəhətlərdən araşdırmaq mümkündür. Bu məqalədə o mühüm hadisə, Əhli-beytin (ə) fəzilətinə açıq-aşkar bir dəlil olması isbat olunacaq:
Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) yüksək fəziləti haqqında qalaq-qalaq kitablar yazmaq olar. Onların Allah yanında məqamının göstərən hadisələrdən biri də “mübahilə” hadisəsədir.
İlk baxışda “Mübahilə” hadisəsi, İslamın həqiqi və xristianlığın batil olmasını göstərsə də mahiyyət etibarı ilə həzrət Əli (ə), Zəhra (ə.s), İmam Həsən (ə) və İmam Hüseynin (ə) şəxsiyyətlərini xüsusi olaraq səciyyələnidirir. Əslində mübahilə üçün uca məqamlı Peyğəmbərin hüzuru kifayət idi. Diqqət olunası nöqtə budur ki, o dövrdə Peyğəmbər, mübahilədə iştirak etmək üçün zövclərini və adlı-sanlı səhabələri deyil, məhz Əhli-beytini (ə) o məqsədlə təyin olunmuş məkana apardı.
Əhli- sünnə təfsirçiləri mübahilə ayəsini Əhli-beytin yüksək məqamına dəlalət etdiyinə etiraf ediblər. Zəməxşəri yazır: “Bu ayə Əhli-beytin yüksək məqamına dəlalət edir və ondan tutarlı bir dəlil yoxdur” (7)
Nizamuddin Nişaburi yazır: “Şübhəsiz bu ayə Əhli-beytin üstünlüyünə dəlalət edir. Ona görə də Peyğəmbər onları özü ilə gətirdi...” (8)
Alusi “Ruhul-məani” kitabında yazır: “Heç bir mömin o ayənin Əhli- beytin fəzilətinə dəlalət etməsinə şəkk etmir...” (9)
Fəxri-Razi yazır: “ Həm keçmişdə, həm də indinin özündə Şiələr bu ayəyə istinad edərək, Əlini (ə) Peyğəmbərin (s) özü kimi bilirlər. Belə ki, bu ifadə onun peyğəmbərin bütün xüsusuyyərlərinə malik olduğunu və bütün səhabələrdən üstünlüyünü göstərir. Buna əsasən, Əli (ə) hamıdan fəzilətli sayılır”. (10)
Əhli-beytin mübahilə meydanına gəlməsi çox əhəmiyyətli idi. Peyğəmbər onlara buyurmuşdu: “Mən dua etdikdə, siz də “amin” deyin!” (11)
Deməli Əhli-beytin oraya gəlib “amin” deməsi Peyğəmbərin duasının qəbul olmasında təsirli idi. Peyğəmbər (s) duasının Allah dərgahında qəbulu üçün onlara təvəssül etdi. Xristianların başçısı da Əhli-beytin adi şəxslər olmadığını yaxşı bilirdi. Ona görə də üzünü peyğəmbərə tutub dedi: “Ey Muhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunur: “Ey Xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!” (12)
Şiə alimləri də bu ayəni, Əhli-beytin məqamının üstünlüyünə və həzrət Əlinin (ə) Peyğəmbərdən sonra ümmətə rəhbərlik etməsinə dəlalət etdiyini yazır. Onlardan bəzilərinə işarə edirik:
Şeyx Müfid “Əl-İrşad” kitabında “Mübahilə” əhvalatını nəql etdikdən sonra yazır: “Allah-taala mübahilə ayəsində Əlini (ə) Peğəmbərin özü kimi tanıtdırıb. Bu da onun ən üstün insan, ismət və başqa sifətlərdə peyğəmbərlə bərabər oduğunu aydın edir”. (13)
Əllamə Hilli yazır: “Bütün təfsir kitablarında (ayədə qeyd olunun) “əbnaəna” (oğlanlarımız) sözü imam Həsən (ə) və imam Hüseynə (ə), “nisaəna” (qadınlarımız) sözü Fatiməyə (ə.s) və “ənfusəna” (özümüz) sözü isə həzrət Əliyə (ə) aid olduğunu yazırlar. Allah onu Peyğəmbərin özü kimi tanıtdırır. Bu isə iki şəxsin bərabərliyinə işarədir. Deməli həzrət Əli (ə) də Peyğəmbər kimi ən kamil insandır”. (14)
Əllamə Məclisi yazır: “Aydın olduğu kimi, ayədəki “özümüz” sözünün Həzrət Əlinin (ə) varlığına dəlalət etməsi həqiqi deyil. Ayə iki şəxsin kamal sifətlərində müştərəkliyi, həzrət Əliyə (ə) itaətin vacibliyi, onun bütün müsəlmanların rəhbərliyi və üstünlüyünə dəlalət edir. Məhz peyğəmbərlik o sifətlərdən istisnadır”. (15)
Peyğəmbərdən “Kmlərin vasitəsi ilə bizimlə mübahilə edəcəksən?” soruşduqda buyurdu: “Yer üzünün ən yaxşı insanları və Allah yanında ən əziz şəxslərin vasitəsi ilə mübahilə edəcəm. Sonra Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynə (ə) işarə edərək buyurdu: “Bunların vasitəsi ilə...” (16)
Xristianların başçıları peyğəmbərdən soruşdu: “Bunların vasitəsi ilə mübahilə edəcəksən?” Peyğəmbər yenə də Əhli-beytə işarə edib buyurdu: “Bəli. Bunlar yer üzündə və Allah yanında ən sevimli simalardır. Allah dərgahına ən yaxın vasitələrdir. Mən yer üzünün ən möhtərəm şəxsləri və ən yaxşıları ilə sizinlə mübahiləyə gəlmişəm”. (17) Beləliklə mübahilə mərasimi mübahiləsiz qurtardı. Orada olan xristianlar, yəhudilər və müsəlmanlar Əhli-beytin üstünlüyünü bir daha müşahidə etdilər. Peyğəmbər duanın qəbulu üçün onlara təvəssül etdiyini gördülər. Bir daha həzrət Əlinin (ə) fəzilətini peyğəmbərin dilindən eşitdilər.
Əllamə Təbatəbai: “Mübahilə canlı və əbədi möcüzədir. Mübahilə üçün ən layiqli şəxslər Peyğəmbərin Əhli-beytidir. Lakin hər bir şəxsin, dini anlayıb bilərəkdən qəbul etməyənlərlə mübahilə etmək hüququ var. Bunun tarixdə də nümunələri var”. (18)
Mübahilə hadisəsində peyğəmbər çox insaflı idi. O, xristianları mübahiləyə dəvət etdikdə; “(Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”- buyurdu. “Allah sizə lənət etsin”- demədi. (19)
Peyğəmbər (s) Əhli-beyti və camaatla birlikdə məscidə qayıtdılar. Cəbrail (ə) peyğəmbərə nazil olub dedi: “Ey Muhəmməd! Allah səni salamlayıb buyurur: Bəndəm Musa Harunla öz düşmənləri ilə (Qarun ilə) mübahilə etdi. Mən Qarunu mal-dövləti və dostları ilə birlikdə məhv etdim. (Qarun öz sərvətinə arxalanaraq həzrət Musaya dedi: “Mən səndən üstünəm”. Musa (ə) bunu gördükdə “Gəl səhraya gedək və mən sənə qarğış edim, sən də mənə qarğış et. Allah yanında kimin üstün olması aydın olsun. Bu mübahilə başa çatdıqda Allah yerə “Qarunu bütün sərvəti ilə birlikdə ud” əmrini verdi. (20)
Allah-taala peyğəmbərə xitab etdi:“Ey Muhəmməd! İzzət və cəlalıma and olsun əgər Əhli-beytinin (ə) vasitəsi ilə bütün yaranmışlarla mübahilə etsəydin, asiman tikə-tikə olardı, dağlar yerindən qopar, Mən iradə etmədən yer heç vaxt sakitləşməzdi”. (21) Peyğəmbər bunu eşidən kimi mübarək simasında sevinc yarandı. Sonra Allaha səcdə edib şükr-səna etdi. Sonra buyurdu: “Mənim Əhli-beytimə zülm edənlərə qiyamət gününə qədər Allahın əbədi lənəti olsun” Sonra Peyğəmbər bu ayəyə- “...(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!...”(22) işarə edərək buyurdu: “Əhli-beytimə məhəbbət bəsləməyənlərə Allah lənət etsin!”
Hədisə əsasən (23) mübahilə edən şəxs, üç gün mənəviyyatını təməzləməli, nəfsani istəklərdən çəkinməlidir. Mübahilə üçün səhraya (müəyyən yerə) gedib sağ barmağını düşmənin barmağına qoyaraq xüsusi mübahilə duasını oxumaq lazımdır. Bəzi hədislərə əsasən o dua, 70 dəfə oxunmalıdır.
"Fəcr" ilə, günəşin doğması arasında olan zaman fasiləsi mübahilə üçün xüsusi vaxt sayılır.(24)
Qeydlər:
1- “Ali İmran” surəsi, 61-ci ayə.
2- “Nəhl” surəsi, 125-ci ayə.
3- “Ali İmran” surəsi, 59-cu ayə.
4- “Ali İmran” surəsi, 56-57-ci ayə.
5- “Maidə” surəsi 114-115-ci ayə.
6- “Ənfal” surəsi, 32-ci ayə.
7- “Kəşşaf” təfsiri, c 1, səh 397.
8- “Gəraibul-Quran”, c 2, səh 179.
9- “Ruhul-məani”, c 3, səh 294.
10- “Kəbir” təfsiri, c 8, səh 81.
11- “Kəbir” təfsiri, c 8, səh 80.
12- “Məcməül-bəyan”, 1-2-ci cild, səh.762
13- “Əl-İrşad”, c 1, səh 170.
14- “Nəhcul-həqq və kəşfus-sidq”, səh 177.
15- “Biharul-ənvar”, c 35, səh 268.
16- “Biharul-ənvar”, c 21, səh 321.
17- “Ehqaqul-həqq”, c 14, səh 133.
18- “ƏL-Mizan” təfsiri, c 6, səh 9.
19- “Təsnim” təfsiri, c 14, səh 453-456.
20- “Biharul-ənvar” c 13, səh 2543.
21- “Biharul-ənvar” c 21, səh 355.
22- “Şura” surəsi, 23-cü ayə.
23- “Usuli-kafi”, c 2, səh 514.
24- "fəcr", şəfəq sökülərkən, dan yeri ağararkən.
Hazırladı: Şəhriyar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 1669
Peyğəmbər (s) xütbəyə ilk öncə Allah-Taalaya həmd-səna ilə başladı. Allahın qüdrət və rəhmət sifətlərini zikr etdikdən sonra onun müqabilində öz bəndəliyinə şəhadət verdi.
Sonra Peyğəmbər (s), İmam Əli (ə) ilə bağlı çox mühüm bir məsələni xalqa çatdırdı. Peyğəmbər (s), onu da bildirdi ki, bu xəbəri xalqa çatdırmasa, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş sayılacaq. O həzrət, buna görə Allahın əzabından qorxduğunu dedi. Qədir-Xum hadisəsinin ən önəmli məqamı da məhz bundan ibarətdir.
Daha sonra O həzrət (s), “imamlıq” məqamı haqqında məlumat verib özündən sonra gələcək on iki imamın imamət və vilayət sahibi olacaqlarını bəyan etdi.
Həzrətin buyurduqlarında, on iki imamın vilayətinin bütün zaman, məkan və insanlara aid olması, digər bir mühüm məsələ kimi gözə çarpır. Əhli-beytin (s) sözü və qərarı, həyatın bütün sahələrində qəti dəlildir. Onlar, peyğəmbərdən (s) sonra Allahın həqiqi nümayəndələri, Onun halal-haramını açıqlayan yeganə mötəbər şəxslərdir.
Peyğəmbər (s), xütbə əsnasında Həzrət Əlini (ə) camaata belə təqdim etdi:
"من کنت مولاه فهذا علی مولاه اللهم وال من والاه و عاد من عاداه و انصر من نصره و اخذل من خذله"
"Mən kimin rəhbəriyəm (əmr sahibi) Əli (ə) də onun rəhbəridir. İlahi! Onun dostları ilə dost, düşmənləri ilə düşmən ol və onu xar etmək istəyənləri xar et".
Dinin tam və kamilliyini imamların vilayəti ilə əlaqələndirdi. Sonra Allah, mələklər və camaatı şahid tutdu.
Xütbənin davamında həzrət peyğəmbər (s) buyurdu: “İmamların vilayətini inkar edənlərin əməlləri qəbul olmaz və o şəxslərin yeri cəhənnəmdir”.
Həzrət sonra imam Əlinin (ə) bəzi fəzilət və dəyərlərini açıqlayaraq (s) bildirdi ki, Əhli-beytə düşmən olan hər kəsə Allahın qəzəbinə tuş gələcək.
Sonra Qurani-kərimdən bəzi əzab ayələrini tilavət edib “Bu ayələrdə məqsəd mənim bəzi səhabələrimdir” deyərək özündən sonra Əhli-Beytin (ə) məqam və haqqını qəsb edənləri lənətlədi.
Peyğəmbər (s) xütbəsində Əhli-beytin məhəbbət və vilayətinin təsirlərini açıqladı; Həmd surəsində deyilən “doğru yol”un Əhli-beytin (ə) tərəfdarı olmaqda xülasə etdi.
Peyğəmbər (s), Quranda cənnətdən bəhs edən əyələri, məhz Əhli-Beyt (ə) tərəfdarlarının məqamı haqqında nazil olduğunu bildirdi.
Sonda Peyğəmbər (s), 12-ci imam barədə mühüm məsələlərə işarə etdi. İmamın xüsusiyyətlərini açıqladı. Həzrət (ə) müjdə verib bildirdi ki, məhz onun vasitəsi ilə dünyada ədalət bərpa olacaq. Peyğəmbər (s), camaatı özü və imam Əli (ə) ilə "beyət" etməyə dəvət edərək bu beyətin Allahın əmri ilə olduğunu dedi.
Peyğəmbər (s) ilahi əhkam barədə danışdı: “Mən halal və haramı imamların vasitəsi ilə qiyamətə qədər bəyan edirəm. Onların elm və əməlləri haqqdır.”
Həzrət peyğəmbər (s) on iki imama itaət etməyi və bu mühüm hadisəni gələcək nəsillərə çatdırmağı əmr etdi.
Xütbədən sonra camaat İmam Əliyə (ə) beyət etdilər.
Həzrət peyğəmbər (s) sonda əmrlərini inkar edənlərı qarğıdı və onu təsdiqləyənlər üçün dua etdi. Xütbə, Allaha həmd-səna ilə başa çatdı.
"الا و انّی قد بایعت الله و علیٌّ قد بایعنی و انا آخذکم بالبیعة له عن الله عزّ و جلّ انّ الذین یبایعونک انّما یبایعون الله، ید الله فوق ایدیهم. فمن نکث فانّما ینکث علی نفسه و من اوفی بما عاهد علیه الله فسیؤتیه اجراً عظیماً"
"Agah olun ki, mən Allaha beyət etmişəm, Əli (ə) də mənə beyət etmişdir və mən sizdən onun üçün Allahın əmri ilə beyət alıram. Onunla beyət edənlər Allaha beyət etmişdir. Allahın (qüdrət) əli bütün əllərdən (qüdrət və güclərdən) üstündür. Hər kəs zülm etsə özünə edib və hər kəs əhdinə vəfa etsə ona böyük əcr və savab veriləcəkdir.
Hazırladı: Şəhriyar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2327
Azərbaycan dünyanın ikinci şiə ölkəsi olduğu bir halda dünyanın ən gözəl qızını tanımaq üçün müsabiqə keçirir. Azərbaycan tarixinin məşhur alimi Əllamə Cəfəridən bir xatirə yada düşür. AranNews - Mənbəmiz "Veblaqistani-məşriq"-ə istinadla nəql edir ki, İran və Azərbaycanın məşhur alimi Əllamə Məhəmməd Təqi Cəfəri öz tələbəlik dövründən bir xatirə danışaraq məsumların (ə) ona diqqətinin sirrini izah etmiş və hər nəyi varsa ilahi bir imtahandan keçdikdən sonrakı kəramətin ardınca olduğunu açıqlamışdır: "Biz Nəcəfdə "Sədr" mədrəsəsində qalırdıq. Bayramlarda və şad günlərdə şadlıq məclisi keçirməyə çox riayət edirdik. Qəmli günlərdə də matəm məclisləri təşkil edirdik. Bir gecə həzrət Fatimeyi-Zəhranın (ə) mövludu (doğum günü) idi. Əvvəl məğrib və işa namazlarını qıldıq. Şərbət içdikdən sonra şadlıq məclisinin tədbirləri ilə məşğul olduq. Şeyx Heydər Əli İsfahani adında bir yoldaşımız var idi. Nəcəfabad şəhərindən idi. Olduqca zövqlü adam idi. Məclisə daxil olan kimi bütün məclisi ələ alırdı. Belə münasibətlərin birində bayram Bağdad, Bəsrə və Nəcəfin ən isti günlərinə düşmüşdü. Hətta, istidən ölənlər var idi. Biz gecə oturduq, şərbət hazırlayıb içdik. "Şünasnamei-xər" kitabının sahibi Şeyx Heydər Əli İsfahani də gəldi. Mədrəsəmizin müdiri mərhum Seyid İsmayıl İsfahani də orada idi. O, Şeyx Heydər Əliyə dedi: -Ağa, gecə keçmir, sözün varsa de. Şeyx Heydər Əli bir qəzet parçası çıxartdı. Üstündə bir qız şəkili var idi və şəkilin altında yazılmışdı: "Əsrimizin ən gözəl qızı". Sonra dedi: -Ağalar, mən bu şəkil barədə sizdən bir sual soruşmaq istəyirəm. Əgər sizi bu qızla şəri və qanuni olaraq izdivac etmək – görüşün ilk anından da əqd oxunsa, burada bir an da olsun şəriətin xilafına bir iş olmasa – min il də onunla xoş və qüssəsiz yaşamağınızla, həzrət Əlinin (ə) camalını müstəhəb ziyarət etməkdə seçim arasında qoysalar, hansını seçərdiniz? Sual çox dəqiq idi. Qız tərəf halal idi, həzrət Əlini (ə) ziyarət etmək müstəhəb. Şeyx Əli dedi ki, həqiqəti deyin və canamaz suya çəkməyin, tələsməyin, düzgün cavab verin. Kağızı əvvəl mədrəsənin müdiri aldı. Şəkilə baxıb, yanında oturan oğluna isfahan ləhcəsi ilə dedi: - Seyid Məhəmməd, biz bir söz desək, gedib anana deməyəsən?! Artıq ağanın nəzəri məlum oldu. Bizim əlaçı şagirdimiz qiymətini aldı! Hamı gülməyə başladı. Kağızı ikinciyə verdilər. O da kağıza baxıb dedi: - Şeyx Əli, ixtiyarınız var. Bizim müdirimiz belə deyəndə biz onun əskinə bir söz deyə bilmərik. Daha ağa nəzərini dedi. Dostlar yenə güldülər. Növbə üçüncüyə çatdıqda dedi: - Şeyx Heydər, həzrət Əlidən (ə) hədis nəql olunub: "Ey Haris, hər kim ölsə məni görəcək". Bəs biz vaxtında həzrət Əlinin (ə) camalını görəcəyik. Yenə hamı gülməyə başladı. Doğrudan da çətin sual idi. Yodaşlardan biri dedi: - Şeyx Heydər, dedin ki, (seçimdə) həzrət Əli (ə) ilə görüş müstəhəbdir? Amma o birisi (qızla izdivac) yüz faiz şəri? Şeyx Heydər: - Daha nə deyim? Yenə hamı güldü. Beşinci adam mən idim. Kağız mənim əlimə çatdı. Gödüm ki, baxa bilmirəm. Kağızı özümdən sonrakı adama ötürdüm və dedim: - Mən, Əli (ə) ilə bir anlıq görüşü min illər boyu bu qızla yaşamağa dəyişmərəm. O an halımın dəyişdiyini hiss etdim. O vaxta qədər belə bir hala düşməmişdim. Yuxulu və huşsuzluq kimi bir halda ayağa qalxdım. Gecənin əvvəlindən hücrəmə daxil oldum. Özümü qeyri-adi bir halda hiss edirdim. Hücrəm də üzü günçıxana tərəf idi. Artıq heç nə başa düşmürdüm. Birdən daha başqa bir hala düşdüm. Onda gördüm, böyük bir otaqdır və bir nəfər məclisin başında əyləşib. Şiə və əhli-sünnənin həzrət Əli (ə) barəsində yazdıqları bütün əlamətlər bu şəxsdə var idi. Mənim sağ tərəfimdə bir gənc oturmuşdu. Soruşdum, bu ağa kimdir? Dedi: - Bu ağa, Əlinin (ə) özüdür. Mən doyunca ona baxdım. Sonra çölə çıxıb, həmin məclisə getdim. Artıq kağız doqquzuncu, ya onuncu şəxsə çatmışdı. Rəngim qaçmışdı. Bilmirəm, bəlkə də mərhum Şəmsabadi idi, mənə xitab edərək dedi: - Ağa Şeyx Məhəmməd Təqi, siz hara gedib-gəldiniz? Macaranı demək istəmirdim. Çünki əgər desəydim kefləri pozulacaqdı. Lakin onlar təkid etdilər. Nəhayət, mən macaranı danışdım. Onların halı dəyişdi. Allah rəhmət etsin, ağa Seyid İsmayılı (mədrəsənin müdiri). Şeyx Heydərə dedi: - Bir də belə zarafat etmə. Bizi çox pis imtahana çəkdin. Bu mənim ömrümün ən gözəl xatirəsidir". Qeyd edək ki, dünyanın ən gözəl çılpaq qızı pozğun müsabiqəsi dünyanın ən "sivil ölkə"lərindən 24 ölkəsinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasında keçirilir.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 1706
Ali Dini Lider Həzrət Ayətullah İmam Xamənei:
İslam Peyğəmbərinin (s) təhqir olunması cinayətinin əsas müttəhəmi Sionistlər və Amerikadır
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah İmam Xamənei əziz İslam Peyğəmbərinin (s) düşmənlər tərəfindən təhqir olunmasının ardınca böyük İslam ümmətinə və İran millətinə ismarıc verərək bu utandırıcı və mənfur cinayətin pərdə arxasında sionistlərin və Amerikanın düşmənçi siyasətlərinin durduğunu vurğuladı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Liderin dəftərxanasının məlumat bürosuna istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah İmam Xamənei əziz İslam Peyğəmbərinin (s) düşmənlər tərəfindən təhqir olunmasının ardınca böyük İslam ümmətinə və İran millətinə ismarıc verərək bu utandırıcı və mənfur cinayətin pərdə arxasında sionistlərin və Amerikanın düşmənçi siyasətlərinin durduğunu vurğuladı.
O, bu ismarıcda onların İslama və Qurana qarşı kinələrinin səbəbini açıqlayraq dedi: Amerika siyasətçiləri əgər öz iddialarında sadiqdirlərsə və əgər həqiqətən bu işdə rola malik deyillərsə, müsəlman xalqların ürəklərini ağrıdan bu çirkin cinayətin amilləri və onları maliyyələşdirənləri, bu böyük cinayətə uyğun formada cəzalandırmalıdırlar”.
İslam İnqilabının Böyük Rəhbəri sonra belə vurğulayıblar:” Əgər beynəlxalq imperializm bu çirkin silsilə hərəkətlərin keçmiş halqalarını yəni Salman Rüşdi, danimarkalı karikaturaçı və Quran yandıran amerikalı keşişi himayə və sionist sərmayə sahiblərinə bağlı mərkəzlərində onlarla anti-İslam filminin düzəldilməsini sifariş etməsə idi, hazırda iş bu yerə, bu çox böyük və bağışlanmaz günaha çatmazdı”.
Həzrət Ayətullahülüzma Xamenei sonra belə buyurublar:” Bütün dünyadakı müsəlman bacı və qardaşlar bilməlidirlər ki, İslami Oyanış qarşısında düşmənlərin bu alçaq və acizcəsinə hərəkətləri, İslami Oyanışın əzəməti və əhəmiyyətinin nişanəsi və onun gün daha artıq çiçəklənməsindən müjdə verir”.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2230
Son dövrdə tarixşünaslıqda yaranan dönüş
Demək olar, qacarlardan bu tərəfə ilkin İslam tarixinə dair yazılan əsərlərdə heç bir dəyişiklik görünmür. Tarixə olan maraq daha çox avam və ümum camaatın tələblərilə ölçülür və məzhəbi mərasim və adət-ənənələrin təmini əhəmiyyət kəsb edirmiş. Cəmiyyətdə mövcud məzhəbi adət-ənənələrin dərinliyi və tarixçilər tərəfindən də xalqın diqqətini cəlb etmələri kimi səbəblər tarixə münasibətdə tənqid və təhlillərin qarşısını almışdır. İmamların tarixinə, hətta tarixin özünə belə digər fənlərin kənarında elmi münasibət aşağı səviyyədə idi və tarix sırf moizə, nəsihət və minbər vəsaitinə çevrilmişdi. Doğrusu, elmi hövzələrdə də ona bir ixtisas kimi yanaşılmırmış və bu sahədə yalnız minbər əhli mövcud mənbələrlə kifayətlənirmiş.
Artıq son yarım əsrdə tarixə münasibət tamamilə dəyişilib. Onun mühüm səbəbləri, ola bilsin, bunlardır: Birincisi, İranda baş verən siyasi hadisələr və burada din alimlərinin başlıca rolu onların tarixlə yaxından tanışlığını, o cümlədən, İslam tarixilə ciddi maraqlanmalarını tələb edirdi. İkincisi, ərəb ölkələrindən, xüsusən, İraq, Misir, Suriyadan ölkəyə tarixi əsərlərin daxil olması idi. həqiqətdə, İslam tarixi ilə əlaqədar bir çox nəqli elmlərin əhli-sünnə arasında meydana gəlməsi və onların digər fənlərə nisbət daha çox dəyərləndirilməsi İranda da öz müsbət təsirini qoymaya bilməzdi. Üçüncüsü, müasir ziyalı təbəqə tərəfindən atılan şübhə və iradların bir qismi də tarixin üzərinə düşürdü. Məsələn, Kəsrəvinin əsərlərində İslam və şiəliyə qarşı ittihamlar din alimlərinin çoxunu yenidən tarixə cəlb etdi. Həmçinin “İyirmi üç il” əsəri də Peyğəmbərin həyatı və tarixi ilə bağlı tədqiq və araşdırmaları bir daha ciddiləşdirdi. Dördüncüsü, qərb və marksizmin tarixə və şərqə birtərəfli mövqeyi olmuşdur. Bu məsələ, xüsusən, şiəlikdə inqilabi-tarixi təfəkkürün təhlilində daha çox diqqət mərkəzində durur və bunun çevrəsini biz tarixin ən həssas yeri sayılan və hər il böyük təlatümlə qeyd olunan Aşura hadisəsində müşahidə edə bilərik. Şiəlikdə bu hadisənin rolu və onun siyasi əhəmiyyəti bais olmuşdur ki, hər dövrdə daha çox diqqəti cəlb etsin və bu zəmində əsərlər meydana çıxsın.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 1938
Səfəvilər və Qacarlar dövründə "Məqtəl" yazma ənənəsi
Deməliyik ki, şiə aləmində son neçə yüzillikdə “məqtəl” yazma tarixşünaslığın böyük bir hissəsini özünə həsr edib. Hələ səfəvilərdən qabaq İranın şərqində İmam Hüseynə (ə) əzadarlıq və yas saxlama tamamilə adi bir hal idi və Kaşifi “Rövzətüş-şühəda”nı Herat və Xorasan vilayətləri üçün nəzərdə tutub yazmışdı. O zaman İranın qərbində təzəcə qurulan səfəvi dövləti həmin ərazilərdə bir qüdrətə malik deyildi. Onların hakimiyyətilə aşura mərasimləri daha da şiddət aldı və bu sahədə yeni əsərlər yazılmağa başladı. Bu vəziyyət bütün qüvvəsi ilə qacarların süqutuna qədər davam etdi və hər il keçmiş irsin üzərinə ardıcıl nəzm və nəsr əsərləri artdı. Təəssüflər olsun ki, əksər hallarda tarixi dəqiqlik gözlənilməmiş və qeyd etdiyimiz kimi, istinadlarda mənbələr qətiyyən araşdırılmamışdır. Mövcud şəraitə uyğun olaraq yazılan əsərlərdə yalnız dramatiklik əhəmiyyət kəsb etdiyindən qəm, kədər və hüznə daha çox yer verilmiş və mənbələrdə etibarlılığa diqqət yetirilməmişdir. Hətta onların əksəriyyəti əza məclisləri üçün yazılmış və əsas etibarilə ağlama, hədsiz hüzn yaratmaq üçün imiş. Aşağıda bu qəbildən olan və çoxu da qacarların dövrünə düşən əsərlərin bir qədərini qeyd edirik:
“İbtilaul-övliya” (“Tarixe ədəbiyyate farsi”, Üsturi, səh. 993); “İzalətül-övham fil-buka” (“əz-Zəriə”, c. 11, səh. 61); “İksirül-ibadət fi əsrariş-şəhadət”, Molla Ağa Dərbəndi (“Tarixe ədəbiyyate farsi”, 986); “Əmvacul-buka” (“Tarixe ədəbiyyate farsi”, 979; “Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 7175); “Bəhrul-buka fi məsaibil-məsumin” (“əz-Zəriə”, c. 26, səh. 84); “Bəhrul-hüzn” (“Tarixe ədəbiyyate farsi”, 990); “Bəhrud-dümu” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 6582); “Bəla və ibtila dər ruydade Kərbəla” (“Tarixe ədəbiyyate farsi”, 960); “Beytül-əhzan” (həmin, 986); “Xülasətül-məsaib” (həmin, 1017); “Dastane ğəm” (“Tarixe ədəbiyyate farsi”, 964; “Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 2916); “Dəmul-eyn əla xəsaisil-Hüseyn” (“Tarixe ədəbiyyate farsi”, 995); “Əd-dəmətüs-sakəbə fil-musibətir-ratibə” (“əz-Zəriə”, c. 8, səh. 264); “Riyazul-buka” (“əz-Zəriə”, c. 1, səh. 6); “Rövzeye Hüseyniyyə” (“Tarixe ədəbiyyate farsi”, 951; “Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 6224, 6545); “Rövzətül-xəvas” (həmin, əlyazma nömrəsi 3001); “Rövzətüş-şühəda” (həmin, əlyazma nömrəsi 156); “Riyazul-əhzan” (“Tarixe ədəbiyyate farsi”, 972); “Riyazul-əhzan” (Qum, “Məscid-əzəmin mündəricatı”, səh. 215); “Riyazüş-şəhadə fi zikri məsaibis-sadəh” (“Tarixe ədəbiyyate farsi”, 957); “Sirrul-əsrar fi musibəti əbil-əimmətil-əthar” (həmin, 996); “Təriqul-buka” (“əz-Zəriə”, c. 15, səh. 164); “Tufanul-buka” (“Tarixe ədəbiyyate farsi”, 967); “Ümmanul-buka”, (həmin, 982); “Eynul-buka” (həmin, 941); “Eynüd-dümu” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 440); “Feyzüd-dümu” (“Tarixe ədəbiyyate farsi”, 988); “Qəbəsatul-əhzan” (həmin, 989); “Kənzul-bakin” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 455); “Kənzul-mihən” (“Tarixe ədəbiyyate farsi”, 991); “Kənzul-məsaib”, (həmin, 929, 987); “Lübb eynil-buka” (həmin, 942); “Lisanuz-zakirin”, (həmin, 970); “Matəmkədə” (həmin, 963, 975); “Məbkəl-üyun” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 5006); “Məcalisül-müfəcciə” (“Tarixe ədəbiyyate farsi”, 945); “Məcrəl-buka” (“əz-Zəriə”, c. 2, səh. 40); “Məcməul-məsaib fi nəvaibil-ətaib” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 3369, 6643) “Məcməul-məsaib”, Mazəndərani (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 6572); “Muhriqül-qülub” (“Tarixe ədəbiyyate farsi”, 943); “Muhitül-əza” (həmin, 945); “Məxazinül-əhzan fi məsaibi seyyidi şəhabi əhlil-cinan” (“Məxzənül-buka”) (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 1645; “Tarixe ədəbiyyate farsi”, 929); “Mədənül-buka fi məqtəli seyyidiş-şühəda” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 3017); “Məfatihu-buka fi musibəti xamisi Ali-əba” (həmin, əlyazma nömrəsi 2363); “Miftahul-buka” (“Şəhid Mütəhhəri adına kitabxana”, sıra 5, nömrə 921); “Mənahilul-buka” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 3455); “Mənbəul-buka” (“əz-Zəriə”, c. 22, səh. 358); Muhəyyicül-əhzan” (“Tarixe ədəbiyyate farsi”, 959); “Nicatul-asin” (həmin, səh. 1000); “Nurul-eyn fi cəvazil-buka” (“əz-Zəriə”, c. 24, səh. 372); “Vəsilətul-buka” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 5500); “Vəsilətun-nicat” (“Tarixe ədəbiyyate farsi”, 961); “Yənbuud-dümu” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 3083); “Həmm və ğəmm fi şəhril-mühərrəm”, Molla Hüseyn ibn Əli Həsən (həmin, əlyazma nömrəsi 5627); “Növhətül-əhzan və səyhətül-əşcan”, Məhəmməd Yusif Dehxarqani (həmin, əlyazma nömrəsi 1731); “Əbsarul-əbkar lintisari seyyidil-əbrar” (“Məclis”, c. 9, səh. 12); “Riyazul-kovneyn fi məsaibil-Hüseyn” (“Şəhid Mütəhhəri adına kitabxana”, sıra 5, nömrə 77).
Kitabların adlarından göründüyü kimi, onlarda ağlama, bəla, dərd, hüzn, müsibət ifadələri tamamliə diqqəti cəlb edir. Demək, o dövrdə Kərbəla faciəsinə daha çox həmin perspektivdən yanaşılmış və tarixi fakt və dəqiq mənbələr nəzərə alınmamışdır. Bu əsərlərdə təəccüb doğuran digər məsələ odur ki, bir tərəfdən imam Hüseynin (ə) əshabının məğlubiyyəti göstərilir, digər tərəfdən düşmənin öldürülənlərinin sayının artıqlığı nəzərə çarpır. Misal üçün, Molla Ağa Dərbəndinin “Əsraruş-şəhadət” və Molla Həbibullah Kaşaninin “Təzkirətüş-şühəda” əsərlərində hadisə ilə bağlı elə say və rəqəmlər göstərilir ki, tarixlə qətiyyən uyğun gəlmir. Bu qəbil əsərlər həqiqətdən o qədər uzaq imiş ki, özü əxbari olan böyük alim Mirzə Hüseyn Nuri belə şəxsən (etibarsız ravilərin böyük bir qismini “Müstədrəkül-vəsail”də qeyd edib) “Lölö (ləl) və mərcan” əsəri ilə baş alıb gedən ifrat “məqtəl” ənənəsinə qarşı çıxmağa məcbur olur.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2321
SƏFƏVİLƏRİN HAKİMİYYƏTİ ASTANASINDA TARİXŞÜNASLIQ
6-7-ci əsrlərə (h.q.) qədər özünün elmi-mədəni sahələrində intibah dövrünü keçirən İslam mədəniyyəti yeni mərhələyə keçidlə əksər sahələrdə tənəzzülə məruz qalır. Əlbəttə, bəzən nadir olan və olmayan halları istisna etməliyik. Məsələn, monqolların zamanında tarix yenə öz mövqeyini saxlaya bilibmiş. “Camiüt-təvarix”, Cüveyninin “Cahan qoşa” və Hafiz Abrunun əsərləri bunun nümunələrindəndir. Bundan belə Şam və Misirin Zəhəbi, Səfədi, İbn Həcər, İbn İmad Hənbəli, Salehi Şami, Məqrizi, Kutbi və bir sıra alimlərini çıxmaq şərti ilə şərqdə heç bir yenilik görünmür. Nə sünni, nə də şiələr tərəfindən o zaman yazılan “Tarixe Nişapur”, “Tarixe Beyhəq”, “Tarixe Curcan”, “Tarixe Rey” və sair kimi əsərlərdən xəbər yoxdur. Yazılan əsərlər də bir sıra yerli hakimiyyətlərin tarixinə toxunur və İslam tarixinə dair heç bir iş görülmür. O zamanın şərqdə geniş yayılan sufiliyin təsiri nəticəsində 9-cu əsrdə İslam tarixi və imamların həyatını özündə cüzi də olsa əks etdirən silsilə “pir” və “mürşid”lərə dair əsərlər daha çox müşahidə olunur. Sufilikdən təsirlənən bu əsərlərin əksəriyyətində tarixə baxışda təcrübəsizlik hökm sürür və daha çox şəxsiyyətlərin tərcümeyi-halına əhəmiyyət verilirmiş. Bunu biz hələ o dövrdən neçə əsr qabaq yazılmış “Təbəqatül-övliya” və bu kimi əsərlərdə müşahidə edirik. Mürşidlərin və xaneqahlarda yaşanılan həyat tərzinin insanların keçirdiyi adi mühitdən tamamilə fərqləndiyindən və qeyri-təbii hallara gedib çıxdığından onlara həsr olunan tarixi əsərlərdə elmi dəyəri aramaq çox çətindir. Sufiliyin aradan getməsi ilə onların da qiymətini itirməsi təbii görünür. Onların əksəriyyətinin adları Üsturinin “Tarixe ədəbiyyate farsi” əsərinin tarix bölməsində qeyd edilib. Burada biz əhli-sünnə içərisindən də həmin dövrə təsadüf edən əsərlərin bir neçəsini qeyd edirik: “Əl-məqsədül-əqsa fi tərcəmətil-mustəqsa” (onun ərəbcə əsli əldə yoxdur və 9-cu əsrdə yaşamış Kəmaləddin Hüseyn Xarəzmi tərəfindən tərcüməsi qalıb), “Əl-müctəba min kitabil-müctəba fi siyrətil-Mustəfa”, “Siyərun-nəbiyy”, “Mövlude Həzrət Risalətpənah Məhəmmədi”, “Şəvahidun-nübuvvə li təqviyəti yəqini əhlil-fütuvvə” (son üç mənbə Camiyə mənsubdur və sonuncusu daha məşhurluğuna görə, yüzlərlə əlyazması mövcuddur), “Bəyane həqaiqe əhvale seyyidil-mursəlin” (Pircamal sufi kimi tanınan Cəmalləddin Əhməd Ərdistaniyə mənsubdur), “Məaricun-nübuvvə fi mədaricil-fütuvvə” (Muinəddin Fərahi, vəfatı: 907 h.q., bu da məşhur mənbələrdən biridir), “Rövzətül-əhbab fi siyərin-nəbiyy vəl-al vəl-əshab” (Əmir Cəmaləddin Ətaullah ibn Fəzlullah Hüseyni Dəştəki Şirazi, 900 hq-də yazılan bu əsər də məşhur mənbələrdən biridir), “Töhfətül-əhibba fi mənaqibi Alil-əba” (həmin müəllif), “Seçilmiş əsərlər” (Əhməd ibn Tacəddin Həsən ibn Seyfəddin Əstərabadi, on iki imama mötəqid sünnilərdən) və s.[1] O dövrə mənsub müqəddəs nəzərlə qələmə alınan “Nadirəl-merac və Bəhrəl-əsrar”, “Həmleye Heydəri”, “Müharibeye Qəzənfəri” və s. sufiməslək mənsur və mənzum əsərlərin sayı olduqca çoxdur. Burada onlara toxunmaqda məqsəd şiənin tarixi ədəbiyyatına göstərdiyi təsirlərini xatırlamaqdır. Bu iki məzhəb arasındakı ədəbi rabiyə biz Molla Hüseyn Kaşifinin “Rövzətüş-şühəda”sını misal göstərə bilərik. Bu tanınmış əsər o zaman böyük Herat vilayətinə hakim əqidəvi baxışın bütün İranda şiə atmosferinin artmasına səbəb olur və neçə yüz il xalq arasında öz nüfuzunu qoruyur.
SƏFƏVİLƏR DÖVRÜNDƏ ŞİƏ TARIXŞÜNASLIĞI
Bilməliyik ki, səfəvilərin dövründə yazılan əsərlərin bir qismini mövcud hakimiyyətə və sonrakı quruluşlara dair dövlət səviyyəli hadisələri əks etdirən materiallar təşkil edir. Bizim də burada həmin qəbil dövri dövlət tarixi nümunələri şərh etmək qəsdimiz yoxdur.[2] Məqsədimiz o zaman şiələrin islamın ilkin tarixinə dair, istər Peyğəmbərin, istərsə də imamların tərcümeyi-halı və həyatını araşdıran əsərləri gözdən keçirməkdir. Məlum olduğu üzrə, birinci qisim əsərlər din alimlərinin yox, dövrün hakimiyyətlə əlaqəli ziyalılarına, mirzələr, katiblər və ya şairlərə mənsubdur. Burada səfəvilərlə qacarların zamanı bir-birindən elə də fərqlənmir. Tarixə əsasən, səfəvi dövlətinin banisi şah İsmayılın keşməkeşli dövründən sonra hakimiyyətin dayaqlarının möhkəmləndirilməsi vəzifəsi şah Təhmasibin öhdəsinə düşür. Yeni dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri özünə təməl saydığı şiəliyin ölkədə formalaşması idi. Şah Təhmasib də bunu gözəl dərk edərək həmin cərəyanın İran ərazisində dərinləşməsi üçün atdığı müxtəlif addımları ilə qırx il çalışır. O zaman şiə baxımından İslam tarixinə yönələn marağın ardında ölkə boyu xalqı imamların həyatı və onların müxalifləri ilə tanış etmə dururdu. Bu hərəkat İran boyu, xüsusən, şərq vilayətləri üçün yeni olmasa da, amma onun ölkə səviyyəsində genişlənməsinə böyük təkan verirdi. Hətta şah Təhmasibin üç dəfə dəyərli “Kəşfül-ğümmə” əsərinin farscaya tərcüməsi haqda verdiyi sərəncamları şiəliyin yayılması naminə atdığı addım və məqsədlərini bir daha təsdiqləyir. Onun mütərcimlərindən olan Nemətullah ibn Rəzəvi öz tərcüməsinin müqəddiməsində yazır: “O böyük fəxr sahibini (şah Təhmasib) həmişə düşündürən məsələlərdən biri də “təvəlla” və “təbərra”nın xalq arasında müşahidə olunmaması, onların məsum imamların həyatı, səciyyə və fəzilətlərindən xəbərsizliyi idi. Mən onun fərmanını olduğu kimi qeyd edirəm: Bu sahədə geniş “Kəşfül-ğümmə” əsərini imamlarla tanışlıq üçün kifayət bilirəm. Onu farscaya tərcümə edən olsa, faydası hamıya dəyər və xalqın da imamlar barədə məlumatı kamil və tamam olar. Bu özü böyük nemət, hədsiz bərəkətdir.” Mütərcim qeyd edir ki, onu bu işə cəlb edən də elə bu olmuşdur.[3]
O dövrdə İslam tarixinə artan marağın başqa bir səbəbi də “əxbari”–hər şeyi hədislə əsaslandırma təfəkkür tərzinin inkişafı idi. Elə əhli-sünnə arasında da ictihaddan tamamilə uzaqlaşma və əxbarilik meyli fiqh və əqli-fəlsəfi dünyagörüşün qarşısını alsa da, amma tarix və “rical” elminin üzünə geniş imkanlar açır. Bir zaman Şeyx Müfiddən sonra tarix və “rical”a maraq azalıb, fiqhdə ictihadın və kəlam və fəlsəfənin inkişafı ilə əxbariliyin bağlı qalan qapısı səfəvilərin dövründə özünü büruzə verməyə başlayır və yenidən tarixə maraq artır. Bu vəziyyətin etiqadi-kəlami bəhslərə elə də təsiri olmasa da, imamətlə bağlı mövzularda az da olsa özünə yer aça bilir. Həmin araşdırmalar eynilə üçüncü əsrlərə təsadüf edən “Əl-istiğasə fi bidəis-səlasə” kimi kitablarda gözə çarpır. Səfəvilərin zamanında İran və ondan xaricdə, hətta Bəhreyndə belə yazılan əsərlərdə müşahidə olunan əsas xüsusiyyətlərdən biri geniş şəkildə tarixi mənbələrə müraciətin mümkünsüzlüyüdür. İbn Tavus və Ərbilinin dövründə İraqda əhli-sünə kitablarının yayılmasına və şiələrin də onlardan rahat istifadəsinə baxmayaraq bu zamanda belə bir şərait yox idi. “İsbatul-huda”, “Bihar” və sairdə görünən əhli-sünnə mənbələrinin adları da İbn Bitriqin, İbn Tavusun, Ərbilinin və o dövrün əsərlərindən nəql olunur. Əlbəttə, bir neçə sayda lüğət və bu qəbildən olan kitabları istisna etməliyik. Məsələn, Təbərinin, Zəhəbinin və ya İbn Kəsirin əhli-sünnə arasında geniş yayılan tarixi əsərləri şiə alimlərinin əllərində əsla yox idi. Hətta Ayətullah Mərəşi Nəcəfinin böyük kitabxanasında iyirmi cildliklərin siyahısında Təbərinin “Tarix”i müşahidə olunmur və təkcə Məsudinin “Mürucuz-zəhəb”i gözə dəyir. Müəllifi şiə olan Yaqubinin “Tarix”i də orada yoxdur və onun əlyazmasının bir nüsxəsi belə İranda mövcud deyil. Maraqlı orasıdır ki, hətta Şeyx Müfidin “əl-Cəməl” kitabının bir nüsxəsi belə Əllamə Məclisinin əlində olmamışdır. Bütün bunlar göstərir ki, səfəvilərin dövrü, geniş yayılan tarix mənbələr bir yana qalsın, hələ güman edilən “Ənsabul-əşraf” və ona bənzər nadir kitablar baxımından qat-qat kasad olmuşdur. Məsələn, o dövrdəki əsərlərdə Əbu Müslim kimi bir kəsin şiə və ya abbasilərin tərəfdarlarından olduğu məlum deyil. Bir yazıçının da onu Məsudinin “Mürucuz-zəhəb”inə istinadən abbasilərin müdafiəçisi kimi göstərərkən, sanki, bir inci tapdığını güman etməsi maraqlı hallardan biridir.[4]
Bununla belə o dövrdə imamların həyatına dair fars və ərəbcə yazılan çoxlu kitabların içərisində heç biri nəzm və əhatəlilik baxımından Əllamə Məclisinin “Biharul-ənvar”ına tay ola bilməz. Məsələn, “Bihar”ın 11-14-cü cildləri peyğəmbərlərin tarix və əhvalatlarına həsr olunub. Bura aid şiə mənbələrindən nə varsa Quran ayələri, onların təfsiri və bəzən də müəllifin öz izahları ilə birgə məharətlə sintez edilib və peyğəmbərimiz həyatına da 15-22-ci cildlərdə nisbətən geniş yer ayrılıb. Burada müşahidə olunan bölgüdəki dəqiqlik diqqətəlayiqdir. Belə ki, 15-ci cild Peyğəmbərin (s) əcdadlarından başlayaraq o həzrətin cavanlığını, 16-cı cild xanım Xədicə ilə izdivacından başlayaraq onun əxlaq və rəftarı ilə bərabər şəxsi işlərinə qədər fərdi obrazını, 17-ci cild peyğəmbərlikdə ismət və səhvə dair şübhələri, eləcə də onun möcüzələrini, 18-ci cild möcüzələrin davamı, besət və meracla bağlı xəbərləri, 19-cu cild yenə besət dövrü xəbərləri və “bədr” döyüşünü, 20-ci cild “hüdeybiyyə” sülhünə qədərki döyüşləri və şah və hökmdarlara yazdığı məktubları, 21-ci cild həccətül-vidaya qədər hadisələri, 22-ci cild onun (s) yaxınlarını, xüsusən, zövcələri, bəzi səhabə və yaxın şəxsləri və sonda vəfatını, 23-27-ci cildlər imamətlə bağlı bəhsləri, 28-31-ci cildlər xəlifələrin tarixini və 32-cidən ta 53-cü cildə qədər isə bəzən bir, bəzən isə neçə cilddə imamların tarix və həyat tərzini özündə əks etdirir. Qabaqda qeyd edildiyi kimi, dövrə uyğun Əllamə Məclisi özü də bütün şiə mənbələrinə (məsələn, Şeyx Müfidin “cəməl”i və s.) müraciət edə bilməsə də, yerdə qalanlarını əldən buraxmamışdır. Əllamənin bu əsərinə bənzər o zaman yazılan kitablardan biri də “Əvalimül-ülum”dur. Onun “Cəlaul-üyun” adlı on dörd məsumun tarixi ilə bağlı ayrıca bir əsəri də vardır ki, son neçə yüzillikdə bu barədə yazılan kitablara nisbət ən çox müraciət edilən mənbələrdən olmuşdur. Başqa bir nümunə kimi Şeyx Hürr Aamilinin imamətlə bağlı “İsbatul-hidayət” əsəri də öz növündə kamil və bənzərsizdir. Möcüzələrlə bağlı bir toplunu da seyid Haşim Bəhrani (vəfatı: 1107 və ya 1109-cu h.q.) “Mədinətül-məaciz” kitabında əks etdirib. O dövrdə yazılan bu qəbil əsərlərin sayı olduqca çoxdur və onların əksəriyyətinin də mənbə etibarilə elmi dəyəri yoxdur. Bu vəziyyət qacarların zamanında da dəyişməmiş və getdikcə İranın xarici münasibətlərinin yaxşılaşmasına, xüsusən, həccə və digər yerlərə səfərlərin artmasına baxmayaraq, milli kitabxanamızın inkişafında heç bir təsiri olmamış və bu sahədə əsaslı dönüşlər baş verməmişdir. Xatırladırıq ki, qacarların zamanında təkcə din alimləri deyil, hökumət mirzələri də İslam tarixinə, xüsusən “məqtəl” yazı ənənəsinə əhəmiyyət vermişlər. Buna Bədaye Neqarın “Feyzud-dümu” əsərini, uzun illər İranın cənub-fars vilayətlərinə hakimlik edən Abbas Mirzənin oğlu Fərhad Mirzə Mötəmidəd-dövlənin İmam Hüseynin (ə) tarixi ilə əlaqədar yazmış “Qəmqam zexaz və səmsam betar”[5] kitabını və o dövrün ən böyük tarixi əsəri sayılan və qacarların tarixindən başqa heç bir dəyəri olmayan Məhəmməd Təqi Sepehrin “Nasixut-tarix”ini misal göstərmək olar.
[1] “Tarixe ədəbiyyate farsi”, Üsturi, 775-dən 819-a qədərki səhifələr.
[2] Şahənşahlığa dair dövlət materialları.
[3] “Səfəvilərin süqutu səbəbləri” (səfəvilər zamanı dini mətnlərin farscaya tərcümə məqaləsi), səh. 386. Həmin mənbədə əlavə iki tərcümə də qeyd edilmişdir.
[4] “Mirase islamiye İran”, (Ayətullah Mərəşi Nəcəfi adına kitabxanası nəşriyyatı), ikinci dəftər, Əbu Müslim və Əbu Müslimlər barədə üç risalə.
[5] “Tarixe ədəbiyyate farsi”, Üsturi, səh. 860.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2440
Ricali-Tarixi mövzuda yazılan kitablar
İslam tarixində “rical” elmi mühüm şöbələrdən birini təşkil edir. Şiələrin də bu sahədə payı az deyil və demək olar, dəfələrlə imamların səhabələrinin, müəllif və hədis ravilərinin siyahısı qeydə alınsa da, çoxları bizim əlimizə gəlib çatmayıb. Bununla belə, şiənin tarixində bir növ ensiklopedik rola malik Kəşşinin “İxtiyaru mərifətir-rical” əsərini son dərəcə qiymətli hesab etməliyik. Burada Nəcaşinin “Rical” əsərinin mövzusu və ondakı kitabşünaslıqla bağlı dəyərli məlumatlar rəğmən şiənin mədəni tarixinə dair materiallarını qənimət bilməliyik. Sonrakı dövrlərdə belə əsərlərə az rast gəlinsə də, onların da tarixi əhəmiyyəti nəzərə alınmalıdır. Buna İbn Nədimin “Əl-fehrest”, Şeyx Tusinin “Rical” və Əllamə Hillinin “Rical” əsərlərini misal göstərmək olar. Təəssüflər olsun ki, 7-ci əsr başqa bir şiə alimi İbn Əbu Təyyin (vəfatı: 630 h.q.) “Təbəqatul-imamiyyə” əsəri əlimizə çatmayıb. Sünni alimi İbn Həcər Əsqəlani “Əl-isabə”də Yəğus Səhabinin tərcümeyi-halında bu haqda məlumat verir və onun digər qiymətli “Tarix” əsərinin də olduğunu qeyd edir. Hələ “ənsab” (nəsəblər) kitablarının da tarixi rolundan yayınmaq olmaz. Bu fənnin də elə qədimdən şiələr arasında ənənəsi var imiş və buna Əbülhəsən Əli ibn Məhəmməd ibn Əli ibn Məhəmməd Umərinin “Əl-Məcdi” (yazılma tarixi 443 h.q.),[1] Əbu Nəsr Buxarinin “Sirrus-silsilə” əsərlərini misal göstərmək olar. Son dövrdə Ayətullah Mərəşi Nəcəfi Beyhəqinin “Lubabul-əlqab” əsərinə yazdığı müqəddiməsində bir çox nəsəb alimlərinin siyahısını qeyd edib. Səfəvilərin və sonra qacarların zamanında belə əsərlərin külliyyatının rəvac tapdığı ərəfələrdə yazılan “Riyazül-üləma” və “Rövzatül-cənnat” kimi əsərlər tarixi məlumatlarla bərabər bizi dövrün ictimai-mədəni vəziyyəti ilə də yaxından tanış edir.
MƏSUM İMAMLARIN TARİXİ HAQDA YAZILAN KİTABLAR
Hal-hazırda əlimizdə 3-cü əsrə mənsub “Tarixül-əimmə”, “Tarixül-məvalid və vəfəyatu əhlil-beyt” və ya buna oxşar adlarla İmam Baqirin (ə), İmam Sadiqin (ə), İmam Rzanın (ə) və İmam Həsən Əsgərinin (ə) öz dili ilə məsum imamların təvəllüd və vəfatları qeyd edilən İbn Xişaba, Nəsr ibn Əli Cəhzəmiyə, Əhməd ibn Məhəmməd Fəryabiyə, yaxud da İbn Əbis-Səlcə nisbət verilən qədim bir əsər vardır.[2] İbn Tavusun əsərlərində mənbə kimi qeyd edilən “Zöhrətul-mühəc və təvarixul-hucəc” adlı daha başqa bir əsər müşahidə olunur ki, onun haqqında əldə heç bir məlumat yoxdur.[3] İmamların tərcümeyi-halı barədə yazılan kitabların sayı məhduddur və onların ən qədim nümunələrindən biri Şeyx Müfidin “İrşad” əsəridir. O, bu əsərdə İmam Əliyə (ə) daha çox yer vermiş və Peyğəmbərin (s) “siyrə”sini də onun (ə) mövqeyi ətrafında araşdıraraq, daha sonra imamlar barədə də bir sıra tarixi-əqidəvi məlumatlar vermişdir. Əsərin hər yerində mənbələrin adlarını qeyd etməsə də, istinad etdiyi sənədlərdən məlum olur ki, o dövrün mötəbər kitablarına əsaslanıbmış. Hər halda Şeyx Müfid özü o dövrün İraq tarixçiləri və mövcud kitablardan xəbərdar idi. Onun imamların barəsində yazdığı “Məsaruş-şiə” əsəri də mövzumuzla bağlı əhəmiyyət kəsb edə bilər. Burada Əbu Əli Fəzl ibn Həsən Təbərsinin (vəfatı: 548 h.q.) “Əlamul-vəra” əsəri elmi baxımdan daha dəqiq və etibarlı nəzərə çarpır. Bu əsərdə də Peyğəmbərin (s) və imamların “siyrə”sini, o cümlədən imamların canişinliyini isbat edən tarixi etiqadi məlumatlar öz əksini tapmışdır. Onun etibarını qaldıran da mənbələrinin dəqiq qeyd edilməsidir. Peyğəmbərin (s) “siyrə”si barədə qiymətli əsərlərdən biri də Təbərsinin elə bu kitabda mühüm fəsillərini ayrıca qeyd etdiyi Əban ibn Osmanın “siyrə”sidir. Amma daim adı zirvədə duran Məhəmməd ibn Əlinin (ləqəbi İbn Şəhraşub Sərvi Mazandarani) “Mənaqib” əsərinin yerini başqası tuta bilməz. Bu böyük həcmli əsərdə müəllif yüzdən çox mənbəyə müraciət etmiş, onların adları və müəllifləri barədə dəqiq məlumat vermişdir. Əsərin böyük bir hissəsini sünni mənbələrinə istinadən İmam Əli (ə) və onun fəzilətləri fəsli təşkil edir. Bununla belə Peyğəmbərin (s) “siyrə”si, eləcə də imamların tarixinə dair məlumatlar da kifayət qədərdir. Bu qismə aid daha neçə əsərin adını qeyd edirik: Fəttal Nişapurinin (vəfatı: 508 h.q.) “Rövzətül-vaizin”, Şeyx Raşid ibn İbrahim ibn İshaq Bəhraninin “Müxtəsərü əhvalin-nəbiyy vəl-əimmətil-isna əşər (ə)”, adı “Əl-fehrest”də qeyd edilən Şəmsul İslam Həsən ibn Hüseyn ibn Babəveyh Qumminin “Siyərül-ənbiya vəl-əimmə” (əsli mövcud deyil),[4] yenə orada adı çəkilən Seyid Əbülqasim Zeyd ibn İshaq Cəfərinin “Əl-məğazi vəs-siyər”, Əbülhəsən Əli ibn Hibbətullah ibn Osman ibn Əhməd Musilinin “Əl-ənvar fi tarixil-əimmə fi mərifətil-əimmə”[5], Şeyx Yusif ibn Hatəm Şaminin (mühəqqiq Hillinin şagirdlərindən) “Əd-dürrun-nəzim fi mənaqibil-əimmətil-ləhamim”[6] və s. əsərləri misal göstərmək olar.
Bu dövrdə aşura hadisəsini əks etdirən “məqtəl” ənənəsi də müşahidə olunur. İbn Tavusun (vəfatı: 664 h.q.) “Lühuf” və “Əl-misrəuş-şin fi qətlil-Hüseyn (ə)” əsərləri bu qəbildəndir və Əbu Mixnəfə mənsub edilən “Məqtəl” də çox güman ki, İbn Tavusun özünün imiş.[7]
COĞRAFİ-İCTİMAİ MÖVZUDA YAZILAN KİTABLAR (4-8-Cİ ƏSRLƏR)
Bu sahədə də şiələrin payı az deyil. Burada ən qədim nümunələrdən biri Məhəmməd ibn Bəhr Rəhəninin “Nihəlul-ərəb” əsəridir[8] ki, bu haqda yalnız “Möcəmül-büldan”da məlumat verilib. “Əl-büldan vəl-məsahə” və ya “Ət-tibyan fi əhvalil-büldan” adları ilə qeyd edilən bu mənbənin müəllifi Əhməd ibn Məhəmməd ibn Xalid Bərqidir. “Qumun tarixi”[9] kitabında hər iki mənbənin adlarına istinad edilsə də, çox güman ki, eyni bir kitab nəzərdə tutulurmuş və bu ehtimal “Kəşfüz-zünun”da qeyd edilib.[10] Hələ “Əl-büldan vəl-məsahə” adı ilə bir əsər də onun atası Məhəmmədə nisbət verilir.[11] Eyni bu adda 3-cü əsrdə yaşamış Əbu Cəfər Məhəmməd ibn Abdullah ibn Cəfər ibn Hüseyn ibn Came Himyərinin də bir əsəri olduğu qeyd edilir. Deyilənlərə görə, o özü Əhməd Bərqinin həmin əsərinin ardınca Bağdad, Rey və Qumu gəzib-dolandıqdan sonra heç nə əldə etmədiyindən, özü bu haqda kitab yazmışdır.[12] Adı qeyd edilən mühüm kitablardan biri də Həsən ibn Məhəmməd ibn Həsən Qumminin “Tarixe Qum” (387-ci h.q.-də yazılıb) əsəridir. Qədim islam mədəni-ictimaiyyətini əks etdirən bu kitab elmi-tarixi baxımdan böyük etibara malikdir. Bu mövzuda yazılan əsərlərdə, adətən şəhər və məntəqə üzrə şəxsiyyətlər araşdırılsa da həmin kitabda tarixi-coğrafi məlumatlara daha çox yer verilir. Müəllif əsərin müqəddiməsində onu iyirmi fəsilə böldüyünü qeyd etsə də, təəssüflər olsun ki, bizə çatan farsca nüsxəsində yalnız beş fəsil mövcuddur və onun ərəbcə əslindən də xəbər yoxdur. Onun farscaya tərcüməsi 805-ci h.q.-də Həsən ibn Əli ibn Həsən ibn Əbdülməlik Qummi tərəfindən yerinə yetirilib. Əsərdə Qumun tarixindən əlavə ictimai durum və xərac haqda dəyərli məlumatlar vardır. Yeri gəlmişkən o, Yəmənin əşəri qəbiləsinə, onların Peyğəmbərə (s) qoşulmasına, sonralar İraqa, daha sonra Quma mühacirətlərinə, o cümlədən, İranın bir çox məntəqələrində İslam qoşunlarının fəthində iştirakına qədər hadisələrə toxunur. 6-cı əsrdə yaşamış böyük alim Müntəxəbüddinin “Tarixi Rey” adlı bir əsəri də olmuşdur ki, bizim əlimizə çatmayıb. İbn Həcər “Lisanul-mizan”da onun bir sıra məlumatlarına istinad etdiyini qeyd edib. Eyni bu adda “Nəsrud-dürr”ün müəllifi Əbu Səd Mənsur ibn Hüseyn Abinin də bir əsəri olduğu məlumat verilir.[13] Biz özümüz də yeri gəldikcə Bərqinin, Rəhəninin, Əbu Səd Abinin və Müntəxəbüddinin coğrafi əsərlərinə toxunacağıq. Burada çox qiymətli əsərlərdən biri də 6-cı əsrdə yaşamış İbn İsfəndiyarın “Təbəristanın tarixi”dir. Mövlana Övliyaullah Amulinin “Tarixi royan” əsəri də bu qəbildən olan kitabların sırasındadır.
M.B – Q.M
[1] “Əl-məcdi”, səh. 157.
[2] Bu kitab yeni redaktə ilə “Tarixe Əhlil-beyt” ünvanı ilə çap edilib.
[3] “Kitabxaneyi İbn Tavus”, səh. 604.
[4] “Əl-fehrest”, Müntəxəbüddin, səh. 47.
[5] “Əl-fehrest”, Müntəxəbüddin, səh. 76.
[6] “Əz-zəriə”, c. 8, səh. 86.
[7] “Kitabxaneye İbn Tavus”, səh. 78-80.
[8] “Möcəmül-üdəba”, c. 18, səh 31; “Əl-vafi bil-vəfayat”, c. 2, səh. 244; “Əz-zəriə”, c. 24, səh. 83.
[9] “Kitabşinasiye asare mərbut be Qum”, səh. 18; Rafeinin “Ət-tədvin”ində də (səh. 44-48) “Ət-tibyan”dan nəqllər vardır.
[10] “Əz-zəriə”, c. 3, səh. 145, rəqəm 497.
[11] “Əz-zəriə”, c. 3, səh. 145.
[12] “Rical”, Nəcaşi, səh. 355.
[13] “Əz-zəriə”, c. 3, səh. 254.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2136
“QƏSƏSÜL-ƏNBİYA” MÖVZUSUNDA YAZILAN KİTABLAR
Müsəlmanların tarixi əsərlərində peyğəmbərlərin əhvalatları adətən “kitabul-məbdə” fəslində araşdırılır və bu bir termin kimi ilkin insandan son peyğəmbərə qədərki dövrü əhatə edir. Əban ibn Osmanın qeyd edilən əsəri göstərir ki, şiələr də bu məsələyə biganə yanaşmırlarmış. Bununla belə onların da mətnlərində ara-sıra “israiliyyat” adlanan təhrif edilmiş məlumatlar görünür ki, etibarsız sayılır. Şiələr tərəfindən bu sahədə yazılan əsərlər içrə, demək olar, müəyyən bir tərtib qəti müşahidə olunmur. Onların əksəriyyəti Əllamə Məclisinin “Biharül-ənvar” kitabının 11-14-cü cildlərini özünə həsr edib və Şeyx Səduqun əsərlərində, Əli ibn İbrahim Qummi, Əyyaşi, Təbərsi və digər təfsirçilərin təfsirlərində böyük yer alıb. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, onların nəqllərində sünni mənbələrindən əxz edilən “Kəbül-əxbar”, Abdullah ibn Salam, məxsusən Vəhəb ibn Münəbbəh kimi şəxslərin xəbərləri də müşahidə olunur. İbn Tavus da “Fərəcül-məhmum” əsərində Xalid ibn Əbdürrəhman Bərqinin “Qəsəsül-ənbiya” kitabından sitatlar gətirir ki, zahirən onun haqqında dəqiq məlumat yoxdur.[1] Bütün bunların arasından bizə kamil surətdə gəlib çatan əsər Qütbəddin Ravəndinin “Qəsəsül-ənbiya”sıdır ki, peyğəmbərlərin tarixi, o cümlədən bizim Peyğəmbərimizin (s) möcüzələri və tərcümeyi-halına dair maraqlı mövzuları əhatə edir. O da öz əsərində dəqiq mənbələr qeyd etmir və çox güman ki, Əli ibn İbrahim Qumminin “Təfsir”inə istinad edirmiş. Ondan sonra “qəsəsül-ənbiya” mövzusuna xüsusi araşdırılan əsər Nemətüllah Cəzairinin “Ən-nurul-mubin fi qəsəsul-ənbiya”sıdır.
DÖRDÜNCÜ ƏSRDƏN ALTINCI ƏSRƏ QƏDƏRKİ DÖVRLƏRDƏ YAZILAN “DƏLİLLƏR” KİTABLARI
Şiənin tarixində özünə yer ayıran fəsillərdən biri də İmamlardan görünən möcüzə və ya qeyri-adi halların isbatına dair yazılan “dəlail” (dəlillər) kitablarıdır ki, istər-istəməz bu mövzularla yanaşı onların həyat və tərcümeyi-hallarına da toxunulurmuş. Buna misal, 3-cü əsrin sonu və 4-cü əsrin əvvəllərində yaşamış Səmərqənddə yaşayan şiə alimi Məhəmməd ibn Məsud Əyyaşinin “Dəlailul-əimmə” kitabıdır ki, İbn Nədim onun bir çox əsərlərinin adlarını qeyd etmişdir[2] və bu əsərin əsli əldə yoxdur. (Qüluv)luqda ittiham olunan Əbülqasim Kufinin də bu mövzuda yazılan “Əd-dəlail vəl-möcüzat” kitabı vardır və onun başqa bir əsəri də “Təsbitu nübuvvətil-ənbiya” kitabıdır.[3] Bu haqda yazılan Əhməd ibn Yəhya ibn Həkim Əvədi Sufi Kufinin “Dəlailun-nəbi”[4], İsmail ibn Əli ibn İshaq ibn Əbu Səhl ibn Nobəxtinin “Kitabul-ehticac linubuvvətin-nəbiyy”[5], Əbül Abbas Abdullah ibn Cəfər Himyəri və Əbu Abdullah Məhəmməd ibn İbrahim ibn Cəfər Nömaninin “Əd-dəlail” (bunlar İbn Tavusun bəzi əsərlərində mənbələr kimi istifadə olunub)[6], 6-cı əsrin alimlərindən sayılan Əbu Məhəmməd Əbdül Baqi ibn Məhəmməd Bəsrinin “Dəlail” və “Əl-hucəc vəl-bərahim fi imaməti Əmirəl-möminin və...,[7] Şeyx Tusi ilə həmmüasir olan Məhəmməd ibn Cərir Təbərinin “Dəlailul-İmamət”, Qütbəddin Ravəndinin “Əl-xəraic vəl-cəraih” (vəfatı: 573-h.q.), İbn Həmzə ləqəbli Əbu Cəfər Məhəmməd ibn Əlinin (vəfatı: 552) “Əs-saqib fil-mənaqib” (Hakim Nişapurinin “Məfaxir ər-Rza” əsəri onun mənbələrindən sayılır) və s. kitablarıdır.
Əhli-sünnənin də içərisindən bu haqda yazılan Beyhəqi və Əbunəim İsfahaninin “Dəlailun-nübuvvət” və nisbətən əqidəvi bəhslərlə əlaqələndirilən Qazi Əbdül Cabbar Həmədaninin “Təsbitu dəlailin-nübuvvət” əsərlərini misal göstərmək olar.
ƏQİDƏVİ-TARİXİ MÖVZUDA YAZILAN KİTABLAR
Şiənin əqidəvi kəlamı əsərlərində də imamət məsələsi ilə bağlı yeri gəldikcə müəyyən bəhslər istər-istəməz tarixi faktlara tərəf yönəlmişdir. İmamətlə bağlı bəhslər iki qismə ayrılır:
1. Məlum imamın vücudunun zəruriliyinə dair əqli dəlillər və onun isbatı yolları.
2. Bu məsələni isbat edən tarixi və şəri dəlillər. Bununla bərabər bir çoxlarının bu məsələyə etinasızlığı və böyük səhabələri təşkil edənlərin tənqidinə dair məsələləri əhatə edir. Demək, əqidəvi əsərlərdə irəli sürülən tarixi bəhslər “mətain” adı altında adətən xilafət və ilkin xəlifələrin tənqidinə həsr edilir. Özlərini gah əqidəvi tarixi, gah da tarixi əqidəvi formada göstərən bu əsərlərdə bu mövzular daha çox hədislərə əsaslandırılır. Bu qəbildən olan kitablara Əbülqasim Kufinin “Əl-istiğasə fil bidəis-səlasə”ni, bəzi hədislərindəki şübhələrə göz yumaraq ən qədim tarixi əqidəvi əsərlərdən sayılan “Kitabu Səlim ibn Qeysi”i, Məsudinin “İsbatül-vəsiyyət”ini, Səd Abadinin “Əl-muqni fil-imamət”ini, Seyid Murtəzanın “Kitabuş-şafi”sini (Şeyx Tusinin “Təlxisuş-şafi”si də mövcuddur), Şeyx Müfidin “Qədir hadisəsi və vilayət”lə bağlı əsərlərini, o cümlədən, mötəzilə və digər əqidəvi cərəyanların müqabilində şiənin mövqeyini elmi tarixi yolla açıqlayan “Əl-Cəməl”i və daha çox əqidəvi xarakter alan Əllamə Hillinin “Kəşfül-yəqin” əsərlərini misal göstərmək olar.
Şiə firqələrinin formalaşmasını əhatə edən kitablarda adətən əqidəvi tarixi mövzulara daha çox əhəmiyyət verilirmiş. Onların arasında çox qiymətli möhtəvaları ilə bir-birinə oxşar iki əsər–Nobəxtinin “Firəquş-şiə” və Səd ibn Abdullah Əşərinin “Əl-məqalat vəl-firəq” əsərləri şiənin tarixi ilə əlaqədar diqqəti özünə cəlb edir. Təbərsinin “Əl-ehticac” əsəri də bu barədə təqdirə layiqdir və qarşı məzhəbə tənqidi nöqtəyi nəzərdən yanaşan “Ət-təraif fi mərifətil-məzahib” əsəri də tarix və hədis baxımından qiymətli məlumatları ilə seçilir.
HƏDİS VƏ TARİXİ MÖVZUDA YAZILAN KİTABLAR
Məlum olduğu kimi elə o zamandan hədis elmi ilə tarixşünastlıq arasında yaxın əlaqə var imiş və hər əsərin gedişatından asılı olaraq birində tarixə, digərində isə hədisə daha çox əhəmiyyət verilirmiş. Misal üçün, əhli-sünnədə olduğu kimi şiələrin 3-cü və 4-cü əsrlərdə yazıldığı hədis kitablarında tarixi hadisələr daha çox gözə çarpır. Məsələn, “Üsuli-kafi”nin “imamət və höccət” fəslində imamların həyatından tarixi məlumatlar vardır və etibar baxımından qədimliyinə görə demək olar, onun bənzəri yoxdur. “Bəsairud-dərəcat”da da az-çox tarixə yer verilir. İmam Rza (ə)-ın həyatı və tərcümeyi halını tamam əhatə edən Şeyx Səduqun “Üyuni-əxbarir-Rza” əsəri o zamanın ən qiymətli mənbələrindən biri kimi İmam (ə) və şiələrin vəziyyəti barədə dəyərli açıqlamaları ilə yeganədir. Demək olar, Şeyx Səduqun bütün əsərlərində, “İləlüş-şəraye”nin özü və “Əmali”də belə tarixi məlumatlar az deyildir. Şeyx Səduqun dövrü İslam dünyasında geniş səviyyədə təlif və təhqiqat işlərinin başlanğıcı və ilkin kiçik həcmli əsərlərin sıradan çıxdığı zamana təsadüf etdiyindən onun bütün kitabları mənbə etibarı ilə qiymətli hesab edilməlidir.
İmam Zamanın (ə) qeybə çəkilməsi və ondan sonrakı dövrdə (3-cü əsr) şiələrin vəziyyəti ilə bağlı üç mühüm əsər mövcuddur ki, hər birində yetərli məlumatlar gözə dəyir. Bunlar Şeyx Səduqun “Kəmalud-din”, Şeyx Tusinin “Əl-qeybət” və Nömaninin “Əl-qeybət” əsərləridir. O dövrdə bir çox əsərlər yazılsa da heç biri əlimizə çatmamış və Məhəmməd ibn Bəhr Rəhəniyə mənsub iki əsərin bəzi hissələri də “Kəmalud-din” də dərc edilmişdir.
Hədis kitablarının kənarında “mənaqib”lə bağlı yazılan əsərlər də özünəməxsus yer alır. Çünki bu əsərlərdə də az-çox tarixə yer verilir. Məsələn, ən qədim mənbələrin sırasında Məhəmməd ibn Süleyman Kufi Qazinin[8] (3-cü əsr) “Mənaqibul-imam Əmirəl-möminin” əsərinin xüsusi yeri var.
1. Bu kitabda Peyğəmbərin (s) “siyrə”si və İmam Əlinin (ə) həyatı barədə çox qiymətli tarixi məlumatlar vardır. Müəllif özü zeydi məzhəbli olmasına baxmayaraq İmam Baqir (ə)-dan çoxlu hədislər nəql edir. Həmin kitabın bənzərini ismaili məzhəblilərin arasında Fatimilərin hökmranlığı zamanı yaşamış Qazi Nöman ibn Məhəmməd Təmimi Məğribinin (vəfatı: 363 h.q.) “Şərhul-əxbar” adlı çox qiymətli əsərini görə bilərik. Bu kitab bir sıra fəzilətlərə dair yazılsa da onun tarixi məlumatları çox qiymətlidir. Misal üçün, birinci cildin ikinci və üçüncü fəsillərində İmam Əlinin (ə) Peyğəmbərlə (s) yaxınlığı, onun Bədr, Ühüd və Xəndək döyüşlərində iştirakı, dördüncü və beşinci fəsillərdə Cəməl və Siffeyn müharibələrinə və sonrakı fəsillərdə İmam Əlinin (ə), Həzrət Fatimənin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə), İmam Səccadın (ə), İmam Sadiqin (ə) və Əhli-beytə mənsub böyük şəxsiyyətlərin fəzilət və müsibətlərilə əlaqədar dəyərli faktlar, Mötəzid Abbasinin dövrünə qədər şiələr arasındakı parçalanmalara, Mehdi Fatiminin ayağa qalxmasına, on beşinci fəsildə İmam Mehdinin (ə) xüsusiyyətlərinə və on altıncı sonuncu fəsildə şiələrin fəzilətlərinə dair ətraflı məlumatlar görünür. Əhli-beytin tarixini tamamilə ehtiva edən bu əsər müəllifin ismaili məzhəbliliyini nəzərə almayaraq qədimliyinə və dövrünə görə çox qiymətli və bənzərsizdir. Müəllif bu əsərdə mənbələrinin adlarını qeyd etməsə də, əgər “əl-Qədir” hadisələrini Təbərinin “Kitabul-vilayət”indən iqtibas etmiş olsa, o dövrdə əlində olan və sonralar sıradan çıxan bir çox qiymətli kitablardan istifadə etməsi onun (Şərhul-əxbar) qiymətini daha da artıracaqdır. Burada İbn Bitriqin də “Əl-umdə” əsərini də həmin qəbildən hesab etməliyik.
[1] “Kitabxaneyi İbn Tavus”, səh. 486.
[2] “Əl-fehrest”, səh. 245.
[3] “Rical”, Nəcaşi, səh. 266.
[4] “Rical”, Nəcaşi, səh. 81.
[5] “Rical”, Nəcaşi, səh. 32.
[6] “Kitabxaneye İbn Tavus”, səh. 27-28; “Kəşful-ğummə”, səh. 109, Əli ibn İsa Ərbili, səh. 109
[7] “Əl-fehrest”, “Muntəxəbud-din”, səh. 76.
[8] “Tarixut-turasil-ərəbiyy”, “ət-tədvinut-tarixiyy”, səh. 208-209; “Mənaqib”, Əllamə Məhəmməd Baqir Mahmudi.
[1] “Kitabxaneyi İbn Tavus”, səh. 486.
[2] “Əl-fehrest”, səh. 245.
[3] “Rical”, Nəcaşi, səh. 266.
[4] “Rical”, Nəcaşi, səh. 81.
[5] “Rical”, Nəcaşi, səh. 32.
[6] “Kitabxaneye İbn Tavus”, səh. 27-28; “Kəşful-ğummə”, səh. 109, Əli ibn İsa Ərbili, səh. 109
[7] “Əl-fehrest”, “Muntəxəbud-din”, səh. 76.
[8] “Tarixut-turasil-ərəbiyy”, “ət-tədvinut-tarixiyy”, səh. 208-209; “Mənaqib”, Əllamə Məhəmməd Baqir Mahmudi.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 1957
Birinci əsrdə sünnə ilə baqğlı yazılan şiə əsərləri
Sünnə haqda yaranan şiə və sünni arasında mövcud təfavütü belə izah etmək olar ki, adətən, şiələr Peyğəmbərin (s) həyatına daha müqəddəs gözlə baxaraq onun bütün guşələrini ismətlə qiymətləndirirdilər. Sünni tarixyazarlığında o həzrətin (s) həyatında qeyri-adiliklər tam qabarıqlığı ilə göstərilsə də, onu hər yerdə ismətlə əlaqələndirmirdilər. Məsələn, Seyid Murtəzanın “Tənzihul-ənbiya”nın (Peyğəmbərlərin isməti) müqabilində yazdığı sünni alimi Əbülfəzl Məşşatın[1] “Zəllətül-ənbiya” (Peyğəmbərlərin xətaları) onun bir nümunəsidir.[2] İki əndişə və məzhəb arasındakı təfavütü biz 7-ci əsrdə yazılmış “Mötəqidül-imamiyyə” kitabında müşahidə edə bilərik.[3] Hətta 3-cü əsrdə yaşamış sünni bir alimin “Məasil-ənbiya” (Peyğəmbərlərin günahları) kitabı gözə dəyir ki, əlbəttə, məşhur səmərqəndli “kəlam” alimi Əbu Mənsur Maturidinin tərəfindən rədd edilir.[4]
Demək, Peyğəmbərin həyatında “siyrə” və ya “məğazi” adı ilə nəzərə çarpacaq mühüm hadisələr imamlar tərəfindən təlim verilir və tarix kimi qeydə alınırdı. Misal üçün, imam Səccaddan (ə) nəql edilən bir hədisdə belə deyilir: “Biz Peyğəmbərin (s) mübarizə və müharibələrini Quranın surələri kimi xalqa təlim veririk.”[5] İmam Baqir (ə) və imam Sadiqdən (ə) bu barədə bizə çatan nəqllər çoxdur və əldə tarixi məxəzlər mövcuddur. Misal üçün, İbn İshaqın “Siyrə”sində imam Baqirdən (ə) bu barədə mühüm xəbərlər gözə dəyir və onun nümunələrini İbn Sədin “Təbəqat” kitabında da müşahidə etmək olar. Şiə əsərləri içrə Əli ibn İbrahim Qumminin “Təfsir”inin təxminən 4-də biri peyğəmbərlərin “siyrə” və tarixi ilə bağlı xəbərləri təşkil edir. Elə bu təfsirin bütövlükdə möhtəvasını da 3-cü və 4-cü əsrlərdə mövcud olan mötəbər məxəzlər təşkil edirdi ki, Əban İbn Osmanın “Əl-məbəs” və “Əl-məğazi” kitablarını misal göstərmək olar. Demək olar, bu təfsirin “siyrə” fəsli imam Baqir (ə) və imam Sadiqlə (ə) əlaqədar xəbərlərə həsr olunur ki, bütün xəbərləri imam Baqirdən (ə) nəql olan Əbül-Carudun “Təfsir”inin onun daxilində yerləşdirilməsi buna dəlildir və ayələrin nazilolma səbəblərinə mütənasib onda imamın “siyrə”sindən faktlar gətirilir. Əbül-Carudun xəbərləri, demək olar, həmin təfsir kitabının bütün fəsillərindən özünəməxsusluğu ilə seçilir və onların hamısını Əllamə Məclisi “Biharül-ənvar” kitabının “Tarixu Nəbiyyina” cildlərində əks etdirib. Daha digər bir nümunəsi Abdullah ibn Məymun Qəddahın “Məbəsun-Nəbiyy və əxbaruhu” əsərinə istinad edilməsidir.[6] Hər halda, bu faktlar imamlarla bərabər şiələrin “siyrə” məsələsinə daha çox diqqət yetirdiklərini göstərir. Bununla belə, onlar ümumi şəkildə İslam tarixinə qarşı da biganə deyildilər.
“Siyrə” və “xəbər” yazarlara dair çoxlu nümunələr göstərmək olar. Misal üçün, şiənin İmam Hüseynin (ə) şəhadəti ilə bağlı “Məqtəl” yazanların içərisində ən qədim müəlliflərindən sayılan Əsbəğ ibn Nöbatəni[7], “Əl-Mübəyyizə fi əxbari məqatili Ali Əbi Talib”, “Fi-təfzili Bəni-Haşim və zəmmi Bəni-Üməyyə və ətbaihim” kitablarının müəllifi Əhməd ibn Übeydullah Səqəfini[8], Nəcaşinin tərtiblə nəql etdiyi “Əl-cəməlul-kəbir”, “Əl-cəməlul-muxtəsər”, “Siffeynul-kəbir”, “Məqtəlul-Hüseyn” (Məhəmməd ibn Süleyman Kufiyə görə, bu kitab zeydi məzhəblilərə mənsub imiş. “Mənaqibül-imam Əmirəl-Möminin”, c. 1, səh. 12.) “Kitabun-Nəhrəvan”, “Məqtəlu Əmirəl-Möminin”, “Əxbaru Zeyd“ və “Əxbaru Fatimə” kitablarının müəllifi Məhəmməd ibn Zəkəriyya ibn Dinarı[9], “Əl-məbdə vəl-məğazi vər-riddə”, “Əxbaru Ömər”, “Əxbaru Osman”, “Kitabud-dar”, “Əl-ğarat” (hal-hazırda bu əsər mövcuddur, “Əxbaru Zeyd”, “Əxbaru Məhəmməd və İbrahim” (Nəfsi-Zəkiyyə və qardaşı haqda) kitablarının müəllifi əvvəl zeydi məzhəbli olub sonra cəfəri şiəliyini qəbul edən İbrahim ibn Məhəmməd Səqəfini,[10] “Kitabul-Cəməl”, “Kitabul-Siffeyn”, “Kitabun-Nəhrəvan”, “Kitabu məqtəli Əmirəl-Möminin”, “Kitabu məqtəlil-Hüseyn” əsərlərinin müəllifi Cabir ibn Yəzid Cöfini[11], “Əl-dəlail”, “Əl-ənbiya, “Əl-bəşarat”, “Əl-Kufə” kitablarının müəllifi Əli ibn Həsən ibn Əli ibn Fəzzalı[12], “Kitabul-Cəməl”, “Kitabul-Siffeyn”, “Kitabul-həkəməyn”, “Kitabul-ğarat”, “Kitabul-xəvaric”, “Kitabu zikri Əli (ə) fi hurubin-nəbiyy”, “Kitabu məaliş-şiə bədə Əli (ə)”, “Əxbarut-təvvabin” və “Eynil-vərdə”, “Əxbarul-Muxtar”, “Əxbaru Əli ibn Hüseyn (ə)”, “Əxbaru Əbi Cəfər Məhəmməd ibn Əli (ə)”, “Əxbaru Ömər ibn Əbdul-Əziz”, “Əxbaru mən əşəqə minəş-şüəra”, “Kitabu rəsaili Ömər”, “Kitabu rayatil-Əzd” və “Kitabu munazirati Əli ibn Musa ər-Rza (ə)” əsərlərinin müəllifi və Bəsrə şəhərinin alimi kimi tanınan Əbdül-Əziz Cəludi Əzdini[13], özü Qumdan olub tarixi əsərləri ilə seçilən “Kitabul Abbasi”nin müəllifi Əhməd ibn İsmail ibn Abdullah Bəcəlini (Nəcaşi bu kitab haqda belə yazır: “Bu, xəlifələrin və Abbasilərin tarixini əhatə edən on min səhifəlik böyük həcmli bir əsərdir. Mən onda Məmunun qardaşı Əminin sərgüzəştlərini belə müşahidə eləmişəm.” Bu kitabın bir nüsxəsi Məhəmməd ibn Həsən Qumminin əlində mövcud imiş və o, “Qumun tarixi” kitabında ondan dörd yerdə sitat gətirmişdir[14]), “Əxbaru sahibi-fəxx” və “Əxbaru Yəhya ibn Abdullah ibn Həsən” əsərlərinin müəllifi Əli ibn Əhməd Cəvvanini,[15] “Kitabul-məğazi”, “Kitabuş-şer vəş-şuəra”, “Kitabul-buldan vəl-məsahə”, “Kitabut-tarix”, “Kitabul-ənsab” və s. əsərlərinin müəllifi böyük mühəddis Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi Qummini[16] misal göstərmək olar.
Hələ məsum İmamların (ə) zamanında böyük tarixşünas kimi tanınan Əban ibn Osman Əhmər Bəcəlinin peyğəmbərlərin tarixi, o cümlədən həzrət Rəsulullahın (s) “siyrə”sinə dair qiymətli əsəri daim diqqət mərkəzində olmuş və təəssüflər olsun ki, onun bir hissəsi bizə gəlib çatmışdır. Şeyx Tusi bu haqda yazır: “Onu xüsusi olaraq tanıdan bu əsər “məbdə”, “məbəs”, “məğazi”, “vəfat”, “səqifə” və “riddə” mövzularını əhatə edir. Onun nisbətən qısa həcmli nüsxəsi də mövcuddur ki, qumlulardan nəql edilir.”[17] Bu kitab Əli ibn İbrahim Qumminin əlində olmuş və öz “Təfsir” əsərində dəfələrlə ondan sitatlar gətirmişdir. Nəcaşi də bunu gizlətmir və yazır: “Onun böyük həcmli qiymətli əsəri vardır ki, “məbdə”, “məbəs”, “məğazi”, “vəfat” və “riddə” mövzularını əhatə edir.”[18] Hər halda, bu əsər o zaman mühüm məxəzlərdən biri sayılırmış. Başqa alimlərə nisbətən ondan ən çox sitatları Şeyx Tusi “Əlamul-vəra”da qeyd etmişdir.
Biz aşağıda Peyğəmbərin (s) tarix və “siyrə”silə bağlı xarakterik cəhətləri əhatə edən bir sıra əsərlərin adlarını qeyd edirik:
“Sifatun-nəbiyy”, Vəhəb ibn Vəhəb (Ricali-Nəcaşi, səh. 430);
“Vufudul-ərəb ilən-nəbiyy”, “Kitabul-cəməl”, “Kitabu siffeyn”, “Kitabun-nəhrəvan”, “Kitabul-qarat”, Munzər ibn Məhəmməd ibn Munzər (Ricali-Nəcaşi, səh. 418);
“Məsələtun fi imami abain-nəbiyy”, Əbu Yəla Məhəmməd ibn Həsən ibn Həmzə Cəfəri (Ricali-Nəcaşi, səh. 404);
“Məsələtun fi mərifətin-nəbiyy”, Şeyx Müfid (Ricali-Nəcaşi, səh. 402);
“Zuhdin-nəbiyy”, “Ovsafun-nəbiyy”, “Kitabun fi mərifəti fəzlin-nəbiyy və Əmirəl-möminin vəl-Həsən vəl-Hüseyn (ə)”, “Kitabun fi Əbdil-Muttəlib və Əbdillah və Əbi Talib”, Şeyx Səduq (Ricali-Nəcaşi, səh. 389-391);
“Əl-bəyan ən xiyərətir-rəhman fi imani Əbi Talib və abain-nəbiyy”, Əli ibn Bilal Əzdi (Ricali-Nəcaşi, səh. 265);
“Kitabu məbəsin-nəbiyy və əxbarihi”, Abdullah ibn Məymun Qəddah (Ricali-Nəcaşi, səh. 213);
“Vəfatun-nəbiyy” Sələmə ibn Xəttab Bəravustani Uzdurqani (Ricali-Nəcaşi, səh. 187);
“Ər-rədd əla mən zəəmə ənnən-nəbiyyə kanə əla dinih qovmih qəblən-nübuvvəh”, Cəfər ibn Əhməd ibn Əyyub Səmərqəndi (Ricali-Nəcaşi, səh. 121);
“Ər-rədd əla mən zəəmə ənnən-nəbiyyə kanə əla dinih qovmih qəblən-nübuvvəh”, Hüseyn ibn Əşkib Xorasani (Ricali-Nəcaşi, səh. 44);
“Əxbarun-nəbiyy”, “İmanu Əbi Talib”, Əbu Əli Əhməd ibn Məhəmməd ibn Əmmar Kufi (Ricali-Nəcaşi, səh. 95);
“Zikrun-nəbiyy vəs-səxrə vər-rahib və turuqu zalik”, Əhməd ibn Məhəmməd ibn Səid Səbii Həmdani (Ricali-Nəcaşi, səh. 94);
“Fəzlun-nəbiyy”, Əhməd ibn Məhəmməd ibn İshaq Əşəri (Ricali-Nəcaşi, səh. 81);
“Siyrətun-nəbiyy vəl-əimmə (ə) fil-muşrikin”, Hüseyn ibn Əli ibn Süfyan Buzufəri (Ricali-Nəcaşi, səh. 68);
“Kitabul-vufud ələn-nəbiyy”, Hüseyn ibn Məhəmməd ibn Əli Əzdi (Ricali-Nəcaşi, səh. 65);
“Kitabu nəsəbin-nəbiyy”, “Kitabu kutubin-nəbiyy”, “Kitabu əxbaril-vufud ələn-nəbiyy”, Əbdüləziz Cəludi Əzdi (Ricali-Nəcaşi, səh. 241-244);
“Kitabu əsmai alati Rəsulillah və əsmai silahihi”, “Kitabu vəfatin-nəbiyy”, Əli ibn Həsən ibn Əli ibn Fəzzal (Ricali-Nəcaşi, səh. 258);
“Kitabul-məğazi”, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi (Ricali-Nəcaşi, səh. 76);
“Əl-munbi ən zuhdin-nəbiyy”, Əbu Məhəmməd Cəfər ibn Əhməd ibn Əli Qumi İbnur-Razi (İbn Tavusun bir çox əsərində bu kitabdan nəqllər vardır)[19]
“Kitabu əsmai rəsulillah”, Həsən ibn Xərzad (Ricali-Nəcaşi, səh. 44).
Peyğəmbərin (s) “siyrə”si sonralar da şiələrin nəzərindən yayınmamış və daha çox “kəlami” düşüncə və mövzularla əlaqədar diqqət mərkəzində olmuşdur. İbn Əbil-Hədid mötəzili yazır: “608-ci (h.q.) ilində Bağdadın “Dərbüd-dəvab” nahiyəsində yaşayan şiə alimi Məhəmməd ibn Muidd Ələvinin evinə getmişdim. Orada bir şəxs ondan Vaqidinin “Məğazi” əsərini təlim alırdı. Əsərdə bir yerdə Ühüd döyüşündən qaçanların adları sırasında neçəsi filankəs-filankəs olaraq qeyd edilir. O, mənə dedi ki, bunlar Əbu Bəkrlə Ömərdir. Mən inkar etdikdə, dedi ki, səhabələrin arasında elə mühüm şəxslər yoxdur ki, adlarını filankəs kimi qeyd etməyə məcbur olsunlar. Mən yenə qəbul etmədikdə, onun məndən bərk incidiyini hiss etdim.”[20]
[1] “Kitabu nəqz”, səh. 11.
[2] “Kitabu nəqz”, səh. 244.
[3] “Mutəqədul-imamiyyə”, səh. 47.
[4] “Ədəbiyyati farsi Üsturi”, səh. 725.
[5] “Əl-camiu li əxlaqir-ravi”, c. 2, səh. 288; “Əl-bidayə vən-nihayə”, c. 3, səh. 242; “Subulil-huda vər-rəşad”, c. 4, səh. 20.
[6] “Rical”, Nəcaşi, səh. 213
[7] “Tənqihul-məqal”, Əllamə Mamqani, c. 1, səh. 150.
[8] “Əl-fehrest”, İbn Nədim, səh. 166.
[9] “Rical”, Nəcaşi, səh. 347.
[10] “Rical”, Nəcaşi, səh. 18; “Lisanul-mizan”, c. 1, səh. 102-103; “Mucəmul-udəba”, c. 1, səh. 233.
[11] “Rical”, Nəcaşi, səh. 129
[12] “Rical”, Nəcaşi, səh. 258, rəqəm 676.
[13] “Rical”, Nəcaşi, səh. 241-244.
[14] “Rical”, Nəcaşi, səh. 97, rəqəm: 242; “Tarixi-Qum”, səh. 145, 236-237.
[15] “Rical”, Nəcaşi, səh. 263.
[16] “Rical”, Nəcaşi, səh. 76, rəqəm 182.
[17] “Əl-fehrest”, səh. 18-19.
[18] “Rical”, Nəcaşi, səh. 13.
[19] “Kitabxaneye İbn Tavus”, səh. 449-450
[20] “Şərhi Nəhcül-bəlağə”, c. 15, səh. 23-24.
Q.M
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2094
"Tədvin" əsrinin əvvəllərində şiə tarixşünaslığı
İslami elmlərin sistemləşdirildiyi zamandan şiələr də digər müsəlmanlarla bərabər uyğun sahələrdə işə başlamışlar. Onlardan biri də tarix elmidir ki, o zaman İraqda geniş yer alan tarixşünaslıq hərəkatında şiələrin də özünəməxsus fəaliyyətləri və həmkarlıq payları vardır. Əbu Mixnəf, Hişam Kəlbi, yaxud İraqa hakim şiə atmosferindən təsirlənən İbn İshaq kimi İraq şiələri[1] adı ilə tanınan şəxsləri nəzərə almayaraq İslam tarixşünaslığında “Cəfəri” məzhəbinin (on iki imam şiələri) nümayəndələrinin rolu az deyildir. Peyğəmbərin (s) sünnəsi və İraqda baş verən tarixi hadisələrlə əlaqədar şiələr mühüm rol oynayır və heç vaxt bu hadisələri özlərindən ayrı hiss etmirdilər. Təbii olaraq, o zaman şiə aləmində baş qaldıran siyasi hərəkatlar, hətta Əməvi sülaləsinə qarşı etiraz və üsyanlar onlara Peyğəmbərin (s) sünnəsindən artıq əhəmiyyət kəsb edirdi. Çünki onlar bilirdilər ki, Peyğəmbərin (s) sünnəsi tarixə yazılır və bu işlə məşğul olanlar vardır, amma Ələvilərin keçirdiyi etaplar və şiə hərəkatları unudulacaq və ya təhrif ediləcəkdir. Hətta xilafət və xəlifələrin tarixi belə, onların diqqətini cəlb etmirdi. Həqiqətdə, onları bu məsələyə bağlayan mühüm bir amil də yox idi və ona daha çox mənfi münasibət bəsləyirdilər.
İslamın ilkin əsrlərində sünni və şiələr arasında hadisələrlə bağlı özəl tarix yazanlar barmaqla sayılırdı və bu hələ tarix kimi ənənə formasını almamışdı. Lakin o zaman sünni tarixçilərindən Təbəri yeni üslub seçərək mühüm bir addım atdı və üst-üstə qalaqlanan kiçik və böyük həcmli əsərlərin tərtiblə külliyyatını hazırladı. Şiələrdə isə bununla maraqlananlar olmadığından, demək olar, onların İslam mədəniyyətində silsilə tarixi it-bat olaraq naməlum qaldı. Əlimizə çatanlardan 3-cü əsrin əvvəllərində Nəsribi Müzahimin “Siffeyn vaqiəsi” və Səqəfinin “Əl-ğarat” əsərləridir ki, bütün bunlar o zaman hadisələrin ciddi izlənilməsini göstərir. Deməliyik ki, birinci əsrdən sonra şiə tarixyazarlığı müxtəsər surətdə sünnəni imamların həyatı və imamətlə bağlı bir sıra məsələləri əhatə edirdi. Bu vəziyyət şiənin yenidən dövlət qurub onun tarixinin araşdırılıb yazılmasına qədər davam etdi.
[1] - Tarixi əsərlərdə İraq şiələri kimi qeyd olunanlar: İmam Əlini (ə) Osmandan üstün bilirlər, Əhli-beyti möhtərəm sanırlar, imamların (ə) Peyğəmbər tərəfindən canişinliyinə mötəqid deyillər, Əhli-beytin fəzilətlərini nəql edirlər, Əbu Bəkr və Ömərin xilafətini qəbul edirlər, cəfəri və ya zeydi məzhəb deyillər. Onlara nümunə olaraq, tarixçi Məsudini və Əbül-Fərəc İsfahanini misal göstərmək olar.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2608
Kilsə məsihiliyinə əsasən yalnız insan əli ilə toxunmamış, tam etiqad göstəriləsi kitablar müqəddəs kitab adlandırıla bilər. Belə bir kitab Ruhul-qüds tərəfindən ilham edilməlidir. Amma bizim nəzəriyyəmizcə, yalnız həqiqi İncildə belə bir müqəddəslik olmuşdur. Öncə işarə etdiyimiz kimi, hazırda ixtiyarımızda müqəddəs kitabların əsil nüsxəsi yoxdur. Yeni əhd və Qədim əhd müqəddəs kitablarının həqiqi nüsxələrinin qalmadığını etiraf etməliyik.
Əldə olunan İlahi kitabların təhrif olunub-olunmaması məsihi və qeyri-məsihi alimlər tərəfindən neçə əsrlərdir ki, araşdırılır. Uyğun kitabı qələmə alanlar haqqında heç bir mötəbər sənəd yoxdur. Digər bir tərəfdən mətnlərin məzmunu arasında rabitəsizlik diqqəti çəkir. Vil Dorant yazır: “İnanmaq olmur ki, dördüncü Yuhanna İncili və Mükaşifə kitabı eyni bir şəxs tərəfindən yazılmışdır. Mükaşifə kitabı yəhudi şerindən, dördüncü İncil yunan fəlsəfəsindən qaynaqlanır.”[1] Professor Velon yazır: “Heç şübhəsiz Yuhanna İncili başdan-başa hansısa İsgəndəriyyə mədrəsəsinin tələbəsi tərəfindən dəyişdirilmişdir.”[2]
Miladi 384-cü il Papa Damasius göstəriş verdi ki, Yeni əhd və Qədim əhd kitablarının tərcüməsi latın hərfləri ilə yazılsın. Belə ki, bu kitablar kilsələrdə qanun şəklində istifadə edilsin. Uyğun tərcümələr “fulqana” adı ilə tanındı. Bu kitabı tərtib etmiş Hirunimus İncilləri imkan həddində uyğunlaşdırmaq üçün 3500 cümləni islah etməyə məcbur oldu.[3]
QURAN BAXIMINDAN İKİ ƏHD (YENİ VƏ QƏDİM) KİTABLARININ TƏHRİFİ
Ayə və rəvayətlərə müraciət etdikdə məlum olur ki, bir çox müqəddəs kitablar təhrif edilmişdir. Bu kitablara sözlər artırılmış, bəzi sözlər çıxarılmış, bəzən məna dəyişikliyi aparılmışdır. Başqa sözlə, müqəddəs kitablar yanlış şəkildə yozulmuşdur. Mövcud kitabların da əksəriyyəti dəyişdirilmişdir. Yazıçılar öz sözlərini müqəddəs kitab, Allahın göndərişi adı ilə xalqa təqdim etmişlər. Ayə və rəvayətlər əsasında bu təhrifi bir neçə yolla sübuta yetirmək olar:
1. Bəzi ayə və rəvayətlər uyğun kitabların təhrif olunduğunu aşkar şəkildə bildirir. Allah-taala buyurur: “Onlar (yəhudilər) arasında elələri var ki, (ilahi) kitabı oxuyarkən dillərini dolaşdırır, kitabın müqəddəsliyi ilə bağlı təsəvvür yaradırlar. Hansı ki, kitab (ilahi) deyil. (Qətiyyətlə) Deyirlər: “Bu Allah tərəfindəndir. Hansı ki, Allah tərəfindən deyil və bilərəkdən Allaha iftira yaxırlar.”[4] “Vay olsun, bir şeyi öz əli ilə yazıb sonra “bu Allah tərəfindəndir” deyənə.”[5]
Həzrət Əli (ə) buyurur: “Musa və İsadan sonra Tövrat və İncil dəyişdirildi. İfadələr və sözlər əvəz olundu. Allah da onların qəlbini kor etdi. Qəlbləri kor edildiyindən artırılmış və təhrif olunmuş sözlər qoyub getdilər. İşi dolaşığa salmaları, həqiqəti gizlətmələri onları rüsvay etdi.”[6]
2. Müqəddəs kitablarda təhrifə yol verildiyini başqa ayələr də təsdiqləyir. Allah-taala buyurur: “Bir vaxt Allah Məryəm oğlu İsaya buyurdu: “Sənmi xalqa demisən ki, səni və ananı Allahdan əlavə iki məbud seçsinlər?!”[7] Başqa bir ayədə oxuyuruq: “Allahın göndərdiklərindən “Ümmiy” (məktəb görməmiş) peyğəmbərə tabe olarlar. O peyğəmbərin kimliyi onların əlində olan Tövrat və İncildə bildirilib. . . “[8]
Ayələrdən aydın olur ki, Yeni əhd və Qədim əhd kitablarında İslam peyğəmbərinin sifətləri aşkar şəkildə bəyan olunmuşdur. Hansı ki, bugünkü müqəddəs kitablarda uyğun ifadələrlə rastlaşmırıq.
Yeni əhd və Qədim əhd kitablarında təkcə Qurani-kərimlə yox, ümumiyyətlə ağıl və fitrətlə bir araya sığmayan müddəalar var. Məsələn, təslis (üç məbud), çarmıx və fəda, tənasüx . . .
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2686
Həzrət Məsih təbliğ və hidayət məqsədi ilə Bəni-İsrailə doğru göndərildi. Amma Bəni-İsrail bu dəvətə münasibətdə iki dəstəyə bölündü: azlıq ona iman gətirdi, çoxluq küfrə uğradı. Qurani-kərim hər iki dəstə haqqında danışır, onların mövqeyini açıqlayır:
a) Məsihi inkar edənlər: Allah-taala buyurur: “Bəni-İsrailin sənə yönəlmiş zərərinin qarşısını aldığımız vaxt onlara aşkar dəlillər göstərdim. Amma kafirlərdən bir dəstəsi o birilərinə dedilər: “Bunlar yalnız aşkar bir sehrdir.”[1]
Digər bir ayədə oxuyuruq: “Bəni-İsrail kafirləri həzrət Davud və Məryəm oğlu İsanın dili ilə lənətləndi. Çünki, günaha yol verib, həddi aşırdılar. Onlar gördükləri pis işdən bir-birlərini çəkindirmirdilər. Necə də pis iş görürdülər! Onlardan çoxunun kafirləri dost tutduğunu görərsən. Nəfsləri (öncədən) belə pis əməllər göndərdi ki, nəticədə Allahın qəzəbi nazil oldu. Onlar əbədi əzabda qalacaq. Əgər Allaha, peyğəmbərə və ona nazil olana iman gətirsəydilər (kafirlərlə) dostluq yolunu seçməzdilər. Amma onların çoxu fasiqlərdir.”[2] Başqa bir ayədə oxuyuruq: “Ey iman gətirənlər! Alimlərin və rahiblərin çoxu xalqın malını haqsız olaraq yeyir və onları Allahın yolundan çıxarır. Qızıl və gümüşdən xəzinə toplayanlar və Allah yolunda infaq etməyənləri ağrılı əzabla müjdələ.”[3]
Quranda oxuyuruq: “Vay olsun öz əlləri ilə yazıb sonra “Bu Allah tərəfindəndir.”-deyib onu ucuz satanlara. Vay olsun öz əlləri ilə yazdıqlarına görə. Vay olsun bu yolla əldə etdiklərinə görə.”[4]
b) Həzrət Məsihə iman gətirənlər (həvariyyun)
Allah-taala buyurur: “İsa onların kafirliyini hiss edib dedi: “Allaha doğru mənə yardımçı kimdir? Həvarilər dedilər: “Biz Allahın yardımçılarıyıq, Ona iman gətirdik. Sən şahid ol ki, biz təslim olmuşuq.”[5] Başqa bir ayədə buyurulur: “Ey iman gətirənlər! Allaha yardımçı olun. Necə ki, İsa ibn Məryəm həvarilərə “Allah yolunda kimdir mənə yardımçı” dediyi vaxt həvarilər cavab verdilər: “Biz Allahın yardımçılarıyıq.” Bu məqamda Bəni-İsraildən bir dəstəsi iman gətirdi, bir dəstəsi kafir oldu. İman gətirənləri onların düşmənləri qarşısında möhkəmləndirdik, sonda onlar qalib oldu.”[6]
Ayələrdə oxuyuruq: “(Xatırla) Bir zaman həvarilərə vəhy etdik ki, Mənə və Mənim elçimə iman gətirin. Onlar dedilər: “İman gətirdik, şahid ol ki, biz təslim olanlardanıq.”[7]
Səmavi süfrənin nazil olması ilə bağlı istək haqqında bildirilir: “Həmin vaxt həvarilər dedilər: “Ey Məryəm oğlu İsa! Sənin Rəbbin bizə səmadan süfrə nazil edə bilərmi?” O dedi: “Əgər imanlısınızsa Ondan qorxun.” Dedilər: “(Bizim pis fikrimiz yoxdur) Həmin süfrədən yemək istəyirik. Qəlblərimiz isə (sənin peyğəmbərliyinə əmindir. Bilək ki, bizə doğru deyirsən və ona şahid olaq.” İsa ibn Məryəm ərz etdi: “Pərvərdigara! Bizə səmadan süfrə endir, əvvəlimiz və axırımız üçün bir bayram, Səndən nişanə olsun. Bizə ruzi ver, Sən ən üstün ruzi verənsən.” Allah-taala buyurdu: “Mən sizin üçün onu nazil edərəm. Amma hansınız bu işdən sonra kafir olsa onu elə cəzalandıraram ki, cəhənnəm əhlindən bir nəfərini onun kimi cəzalandırmamış olam!” Həzrəti Məsihin ardıcılları haqqında buyurulur: “Heç şübhəsiz, yəhudi və müşrikləri möminlərə ən qatı düşmən görəcəksən; möminlərə “biz məsihiyik” deyənləri ən yaxın dostlar görəcəksən. Çünki onların arasında alimlər, dünyanı tərk edənlər var. Onlar təkəbbür göstərmirlər.”[8]
Əliəsğər Rizvani
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 3981

Miladi tarixi ilə 535-ci ildə Yəmən hakimi Əbrəhə Həbəşi, Həbəşstan imperatorluğundan ayrılıb, öz ölkəsinin müstəqilliyini e’lan etdi. O, digər imperatorlar kimi başqa yerləri işğal edib, ölkəsinin ərazisini genişləndirmək fikrinə düşdü.
O zaman İran imperiyası ilə Roma imperiyası arasında çox ciddi qarşıdurma var idi. Romalılar Əbrəhəni təhrik edir və onunla əlaqələrini möhkəmlədirirdilər. Lakin, farslar Əbrəhə hökumətinə zidd olan xristianları və həmçinin Yəmən yəhudilərini himayə edirdilər.
Yəmənin həbəşilər tərəfindən işğal olunmasında yəhudilərin də rolu var idi. Belə ki, onlar Zunəvası təhrik edirdilər ki, Nəcran xristianlarını təzyiq altında saxlasın və nəticədə Həbəşə, Yəməni işğal etmək üçün qüvvə göndərsin.
QÜLLEYS
Əbrəhə Həbəşi düşünərək belə qərara gəldi ki, Hicaz torpaqlarını əldə edib, qurudan keçən ticarət yoluna hakim olsun və bununla da Roma imperiyasına qoşulsun.
Romalılar onun bu işini alqışladılar. Çünki, bununla onlar İran imperiyasının sərhəd zonalarında öz hakimiyyətlərini daha da möhkəmlənlirmək imkanı əldə etmiş olardılar. Ona görə də ora xristian dinini yaymaq üçün təbliğatçılar göndərdilər.
Əbrəhə orada çox böyük bir mə’bəd düzəltmək istəyirdi. Bu işdə onun məqsədi ərəblərin nəzərini cəlb etmək, onları həcc və Kə’bə ziyarətlərindən ayırıb, xristianlaşdırmaq idi.
Böyük mə’bədin tikintisi sona çatdı və Əbrəhə ərəbləri ora də’vət etdi. Lakin, ərəb karvanları hələ də müqəddəs Kə’bəyə üz tuturdular.
Əbrəhə Kə’bəni viran edəcəyini e’lan etdi. O, bütün qüvvələrini toplayaraq, qarşıda tə’lim görmüş Afrika filləri olmaqla hərəkətə başladı. Əbrəhə böyük qoşunun önünə keçərək Sən’adan xaric oldu və Məkkəyə tərəf hərəkətə başladı.
Yəmənin ətrafında olan bə’zi ərəb qəbilələri həbəşilərin hücumunun qarşısını almaq istəsələr də məğlub oldular. Bu minvalla Həbəşstan ordusu Məkkəni işğal etmək və Kə’bəni dağıtmaq üçün onlara tərəf irəlilədi.
Həbəşstan qoşunu öz yolunda rastlaşdığı bütün şeyləri mənimsəyirdi. Onlar Məkkə yaxınlığındakı dərələrin birində Haşim oğlu Əbdül-müttəlibin dəvələrini görüb, onları da qarət etdilər.
Qoşunun hücum xəbəri Məkkəyə çatdı. Məkkə sakinləri şəhərdən çıxıb, dağın zirvələrinə çəkildilər. Həzrət Məhəmməd peyğəmbərin (s) babası Əbdül-müttəlibdən başqa şəhərdə heç kim qalmadı.
KƏ’BƏNİN ALLAHI
Məkkənin böyüyü Həbəşə əsgərlərinin hücumuna mə’ruz qalmasınlar deyə sakinlərə şəhərdən çıxmağı tövsiyə etdi.
Əbdülmüttəlib hamının hörmət etdiyi bir insan idi. Miladi ilə 540-cı ildə o, zəmzəm quyusunu qazdırmışdı və o vaxtdan da bütün camaat ona hörmət edib, rəhbər kimi qəbul etmişdilər.
Əbdülmüttəlib Kə’bəyə üz tutaraq Allah dərgahına raz-niyaz etdi ki, öz şərafətli evini qorusun. O, qəlbinin səmimi sözlərini belə ifadə etdi:
-İlahi! Hamı öz evini qoruyur, sən də evini qoru! Hər bir insan düşmənlərin hücumuna mə’ruz qalan evini müdafiə edir. İlahi! Sən də evini həbəşilərin hücumundan qoru və müdafiə et!
Həbəşə qoşunu Məkkəyə yaxınlaşdı. Şəhəri işğal etmək üçün hazırlıq məqsədi ilə orada düşərgə saldı. Əbrəhə soruşdu:
-Məkkənin böyüyü kimdir?
Ona xəbər verdilər ki, şəhərin böyüyü İbrahim Xəlilin (ə) nəvələrindən olan Əbdülmüttəlib adlı qoca bir kişidir. Əbrəhə onunla danışmaq istədi. Əbrəhənin əmri ilə himyərli bir kişi Əbdülmüttəlibin yanına gedib, ona dedi:
-Padşah deyir ki, müharibə fikrim yoxdur, təkcə Kə’bəni dağıtmaq üçün bura gəlmişəm. Əgər onlar orduya müqavimət göstərməsələr, ordu da Məkkə camaatına hücum etməyəcək.
Əbdülmüttəlib cavab verdi:
-Biz də döyüş istəmirik. Həbəşə qoşunu ilə müharibə etməyə qadir də deyilik.
Əbdülmüttəlib Kə’bəyə tərəf işarə edərək dedi:
-Bu, Allahın hörmətli evidir. Bu, onun dostu İbrahimin (ə) evidir. Yalnız Allah öz evini müdafiə etməyə qadirdir. Onu qorumaq üçün bizim kifayət qədər qüvvəmiz yoxdur.
Əbrəhənin göndərdiyi kişi dedi:
-Əgər sizin müharibə etmək fikriniz yoxdursa, onda padşah sizinlə danışmaq istəyir.
Əbdülmüttəlib həbəşəli Əbrəhə ilə müzakirə etmək və söhbətləşmək üçün Məkkədən çıxdı.
Əbrəhə öz taxtında əyləşmişdi. Onun üçün qiymətli xalılar sərilmişdi.
Əbrəhə Əbdülmüttəlibi gördükdə onun vüqar və heybəti ürəyinə oturdu. Hörmət əlaməti olaraq yerindən qalxdı. Gülərüzlə onu qarşıladı. Onu öz yanında taxtın üzərində əyləşdirib, söhbətə başladı. Ona başa salmaq istəyirdi ki, o, bura yalnız bir məqsədə görə gəlib və o da Kə’bə evini dağıtmaqdır. Əbrəhə tərcüməçiyə üzünü tutaraq dedi:
-Ondan soruş, gör bir istəyi varmı?
Əbdülmüttəlib dedi:
-Həbəşə qoşunu mənim iki yüz dəvəmi götürüb. Mən onları istəyirəm.
Əbrəhə onun sözlərinin tərcüməsini eşitdikdə çox təhqiramiz nəzərlə Əbdülmüttəlibi süzərək dedi:
-Səni gördükdə çox hörmətli bir şəxsə bənzətdim, lakin görürəm ki, elə deyilsən. Sənin və ata-babalarının hörmət etdiyi evi qoyub, məndən öz dəvələrinin qaytarılmasınımı istəyirsən?
Əbdülmüttəlib Əbrəhəyə baxaraq cavab verdi:
-Mən dəvələrin sahibiyəm, Kə’bə evinin isə onu qoruyacaq sahibi vardır.
Əbrəhə məsxərə ilə dedi:
-Məncə yox.
Əbdülmüttəlib isə çox möhkəm iman və arxayınlıqla dedi:
-Tezliklə görəcəksiniz.
Əbrəhə narahat oldu və müzakirəni sona çatdırmaq üçün yerindən qalxdı. Əbdülmüttəlib də ayağa durdu. O, Kə’bəyə yollandı. Kə’bənin müqəddəs qapısının dəstəyini tutub, tərpətdi və ağlayaraq dedi:
-İlahi! Hər bir insan təhlükəni və düşməni evindən uzaqlaşdırır. Sən də düşmənini evindən uzaqlaşdır!
HÜCUM
Səhərin ilk saatlarında Həbəşə qoşunu Kə’bəyə tərəf irəliləməyə başladı. Kə’bəni dağıtmaq üçün ayrılmış ağ fil qoşunun önündə hərəkət edirdi.
Əbrəhə təpənin başından öz qoşununun irəliləməsinə baxırdı. O inanırdı ki, ərəblərin hörmət etdiyi Kə’bəni tezliklə viranəyə çevirəcəkdir.
Onlar belə qərara gəlmişdilər ki, öncə ağ fil Kə’bəni titrədib ilk zərbəni vursun və sonra əsgərlər külüng və nizələrlə onu yerlə yeksan etsinlər.
Məkkə camaatı Kə’bə ətrafındakı dağların başından tamaşa edib, orada baş verən hadisələri görmək istəyirdilər. Onlar İbrahim Xəlilin (ə) tikdiyi evə artıq ümidsizliklə baxırdılar.
Əbdül-müttəlib hamıdan çox nigaran idi. Məkkə tacirləri də qəm-qüssə içində idilər. Lakin, onların qəm-qüssələri öz şəxsi mənafelərindən ötrü idi. Çünki, Məkkə hələ qədimdən çox böyük bir ticarət mərkəzinə çevrilmişdi.
Ədül-müttəlibin oğlu Abdullah Şama səfər etmiş, həyat yoldaşı Amənəni isə Əbdül-müttəlibin evində qoymuşdu. İndi Amənə də Məkkə camaatının yanında idi və hamilə olduğu uşaq barəsində fikirləşirdi.
FİLİN HƏRƏKƏTİ
Ağ fil Kə’bəyə yaxınlaşdı. Gözlənilmədən qəribə bir hadisə baş verdi. Fil öz sahibinin sözünə baxmayaraq dayandı. Geri qayıtmaq istəyirdi, lakin, fili sürən onu qamçıyla möhkəm vururdu. Amma, bunun da faydası olmadı. Baş sərkərdə olan Əbrəhə təəccüblə macəraya baxır və qəzəblə öz mə’murlarının başına qışqırırdı.
Fili minən şəxs mümkünsüz işi görməyə çalışırdı. O çalışırdı ki, fili Kə’bəyə tərəf hərəkət etməyə vadar etsin. Lakin, fil bir addım da irəli getmirdi.
Qəribə bir hadisə baş verdi. Fil dizi üstə yerə çökdü. Əmr icrasız qaldı. Çünki, fil itaətsizlik göstərdi və heç kəs onu hərəkətə gətirməyə qadir olmadı.
Əgər Əbrəhənin bir zərrə imanı olsaydı, odlu qamçı zərbələri altında olan filin nəyə görə belə etməsi barədə fikirləşərdi. Lakin, o, qürurlu idi və öz hakimiyyət və böyüklük istəyindən başqa bir şey düşünmürdü.
CƏHƏNNƏM YAĞIŞI
Qəfildən üfüqdə buluda oxşar bir qaraltı göründü. Lakin, o, qaraltı deyildi. Onlar quş dəstələri, özləri ilə kiçik daşlar gətirən Əbabil quşları idilər. Bu daşlar alov şö’lələri tək isti idilər.
Quşlar Həbəşə əsgərlərinin başları üzərinə uçub cəhənnəm yağışına başladılar. Quşlar bir-birinin ardınca dəstə-dəstə hücumlar edirdilər. Bir dəstə öz daşlarını atır və digər dəstə gəlirdi.
Həbəşə əsgərləri arasında hərc-mərclik düşdü. Daşlar düz hədəfə dəyir və işğalçılar milçək kimi yerə sərilirdilər.
Əbdülmüttəlib hadisəyə tamaşa edirdi. Təvazökarlıq halı onu bürümüşdü və gözlərindən iman parlayırdı. Bəli, bu, Allahın qüdrəti idi.
Əbrəhə qaçan vaxt qamçı ilə atının arxasını qana buladı. Amma, Əbabil quşları öz odlu güllələri ilə onu tə’qib edirdilər. Əbrəhə öz ölkəsinin paytaxtı Sən’aya çatdı. O, şəhərin qapısı yanında atından yıxıldı. Onun bərəlmiş gözləri qorxu və həyəcanından xəbər verirdi.
CANSIZ CƏSƏDLƏR
Əbdülmüttəlib Kə’bəyə gəldi. Kə’bənin ətrafına diqqətlə baxdıqda orada çoxlu yanmış bədən müşahidə etdi. Ora çox qorxulu bir döyüş meydanına çevrilmişdi.
NURUN DOĞULMASI
Hələ Əbdülmüttəlib Kə’bənin xilas olma müjdəsini və Allahın işğalçılardan intiqam alması xəbərini Məkkə camaatına verməmiş, mübarək bir övladının doğulma xəbərini aldı. Bəli, Amənədən bir uşaq doğulmuşdu.
Sevincindən Əbdülmüttəlibin üzü güldü. Çünki, bir tərəfdən Allah-təala öz evini qorumuş və digər tərəfdən Amənə dünyaya xeyir və bərəkətli bir uşaq gətirmişdi.
Əbdülmüttəlib nəvəsini qucağına aldı və dedi:
-Adını Məhəmməd qoyuram.
Camaat təəccüblə ondan soruşdular:
-Niyə bu adı ona qoyursan?
Əbdülmüttəlib dedi:
-İstəyirəm yer və göylərdə tə’rif olunsun.
AMUL-FİL (FİL İLİ)
Məkkə camaatı sevincək öz evlərinə qayıtdılar. Əbdülmüttəlibsə Kə’bəni işğalçıların murdar bədənlərindən təmizləmək üçün ora yollandı.
Bu xəbər ərəb qəbilələri arasında yayıldı. Kə’bənin hörməti daha da artdı. Camaat o ili «Fil ili» adlandırdılar.
Həzrət Məhəmməd peyğəmbər o ildə dünyaya göz açdı. Qırx ilə yaxın bir müddətdən və Həzrət Məhəmməd peyğəmbərin (s) şərafətli ömründən qırx bahar keçdikdən sonra Cəbrayıl nazil olaraq ona peyğəmbərliyə çatmasını müjdə verdi. Mübarək «Fil» surəsi, ilk surələrdən olub, fil ilində baş verən hadisəni Məkkə camaatının yadına salır:
«Ya Peyğəmbər! Məgər Rəbbinin fil sahiblərinə (Kə`bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
Onların üstünə əbabil quşları göndərdi.
(O quşlalr) onlara siccil (cəhənnəm daşları) atırdı.
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına döndərdi!»
Əbdülmüttəlib cəddi İbrahim Xəlilin (ə) dini olan Hənif dininin ardıcılı idi. Allah-təala Kə’bəni həbəşilərin hücumundan xilas etdikdə, camaat Əbdülmüttəlibin məqamına və Sübhan Allahın yanında onun dəyərinə vaqif oldular. Əbdülmüttəlib Hübəl, Lat və Üzza kimi bütlərdən kömək istəmədi. O, yalnız Allahın dərgahına ağlayaraq üz tutdu.
TİCARƏT
Məkkə şəhəri çox mühüm bir ticarət mərkəzinə çevrildi. Qüreyş karvanları yayda Şama, qışda isə Yəmənə ticarət səfərlərinə gedirdilər. Qüreyş tacirləri yolda digər qəbilələrin hücumundan amanda idilər və bu, bütün ərəblərin hörmət bəslədiyi Kə’bəyə görə idi.
Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçiləndə Allah-təala Kə’bəni hücumdan xilasetmə lütfünü xatırlatdı. O, özünün Qüreyşin rahat və təhlükəsiz səfərlərinə aid olan lütfünə də işarə edib, buyurmuşdur:
“1.(Allah fil sahiblərini belə etdi) ki, Qüreyş (tayfası) bir-birləri ilə ülfət etsinlər.
2.Elə bir ülfət ki, qış və yay səfərlərində bərqərar olsun.
3.Belə isə (bu dostluğun şükrünü yerinə yetirmək üçün) gərək Kə`bənin yeganə olan Allahına sitayiş edəsiniz ki,
4.Onlara aclıq vaxtı yemək verdi və qorxu və təhlükədən amanda saxladı.”
Öz gündəlik namazlarımızda Allah-təalaya üz tutduğumuz zaman Kə’bəni yad etməliyik. Kə’bə Allahın möhtərəm evi, İbrahim (ə) və İsmayılın (ə) tikdiyi evdir. Diqqət yetirmək lazımdır ki, bu əzəmətli ev bizim qüdrət, izzət və iftixar nişanımızdır. Kə’bə islamın yeganə gövhəridir. Kə’bə islam dünyasının ürəyi və bütün müsəlmanların qibləsidir.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2276

Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır.
Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir.
Tarixi əsərlər:
• Əbdüləzimə aid türbə sandığı; istehsal tarixi 1335 miladi.
• İki taxta kitabələri lövhəsi; yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü il.
• Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Teymur dövrü üslublarındandır./www.tebyan.net

- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 3269

İmam Hüseyn (ə) həqiqətdə bilirdi ki, hərbi gücü ilə düşmənin qüdrətli və sayca çox olan qoşununu məhv edə bilməz, amma İmam Hüseyn (ə) ali hədəfə çatmaqdan ötrü başqa plan cızmışdı. Onun planı karvandakıların fədakarlıq və şücaətlərini nümayiş etmək idi. Bu karvandakıların bir şüarı vardı: “Zillət bizdən uzaqdır!”
Əgər qadınlar əzizlərinin müsibətlərini müşahidə edərkən səbirsizlik etsəydilər, ər və övladlarını candan keçənə qədər İmamı himayə etməyə hər tərəfli (dildə və əməldə) çağırmasaydılar, aşura qiyamının sonu necə olacaqdı?
Həqiqətən xanım Zeynəbin (s) rəşadət, şücaət və səbrini nəzərə almadan Aşura hadisəsini necə vəsf etmək olar?
Xanımların ər və övladlarına ruhiyyə bağışlamalarını, onlara mehriban şəfqət bacısı olmalarını, söz və nalələri ilə düşmənin canını lərzəyə salmalarını görməməzliyə vurmaq olmaz.
Mən bu məqalədə, Kərbəla tarixinin səhifələri arasında qadınların bu qiyamda rolunu çox araşdırdım. Məqsədim bu idi ki, bəlkə bu işimlə Aşura qadınlarının izzət və məqamını dərk edim və bununla iftixar edim.
Bəni-üməyyənin mənfi təbliğatının təsirləri nəticəsində xalq bu qiyamı, ərəblər arasında olan adi qiyamlardan biri sayardılar. Qiyam nətcəsində baş verən oyanış sədalarını tez bir zamanda yatırdardılar. Nəticədə hökumət kürsüsü yenə Bəni-üməyyənin ixtiyarında qalacaqdı. Amma xanımların bu qiyamda iştirakı imkan vermədi ki, Bəni-üməyyə öz mənfur planı əsasında hərəkət etsin. Mərhum Ayəti israrla bildirir ki, Əhli beyt qadınları və Əli ibn Hüseynin (ə) müxtəlif fürsətlərdə çıxışları Kərbəla hadisəsinin (sözdə və əməldə) təhrif olunmamasından ötrü idi.
Ölüm və şəhadət Hüseyn (ə) planının əsasını təşkil edir, əgər Kərbəlada insanı lərzəyə salan səhnələr olmasaydı Zeynəb (s) və Zeynəl-abidin (ə) nəyin vasitəsilə ilə təbliğ edəcək və hansı təbliğat silahı ilə əməvilərin zülmünə son qoyacaqdı?
Hüseyn (ə) öz şəhadətilə bu vasitəni yaradır, özü getsə də bir təbliğat silahını Zeynəb (s) və qalanların ixtiyarında qoyur. Bu əsasla o bu yolu tənha deyil, xanımlarla, uşaqlarla və qohumları ilə gedir.
İmam Hüseynə (ə) dedilər:” Ey Hüseyn! Niyə bu təhlükəli səfərə qadın və uşaqları da aparırsan?”
Məhəmməd Hənəfiyyə, Hüseynin (ə) qadın və uşaqları səfərə aparmamasından ötrü, ağlayaraq dəfələrlə israr edirdi. Lakin Hüseyn (ə) hamıya bir cavab verirdi:” Yox, Onlar da gərək mənimlə səfər etsinlər, Allah ailəmdən, onları əsarət libasında görməsini istəyib.”
Bəli, əsirlər karvanı yola çıxmalı, əsir paltarında İmam Hüseynin (ə) qətlini insanlara çatdırmalı, Kufə və Şam şəhərlərində inqilab yaratmalıdır.
İmam Hüseynin (ə) Məkkədən Kufəyə qiyam üçün səfəri “Bəni üməyyə” ilə döyüşdən ötrü deyil, bəlkə pisliklərdən çəkindirmək, bidətləri aradan qaldırmaq, xalqın işlərini islah etmək və haqq və həqiqəti tanıtdırmaqdan ötrü idi. O zamanın təbii amillərini və vəziyyətini nəzərə alsaq, aydın olur ki, Hüseynin (ə) Hicazdan İraqa hərəkətinin səbəbi Kufə böyüklərinin ona yazdıqları çoxsaylı məktublar idi. Qadınların bu səfərdə olmaları onu göstərir ki, Həzrət (ə) Kufəlilərin dəvətini səmimi qəlbdən qəbul edib, ailəsilə birlikdə onlara tərəf gedir.
2. Allah yolunda fədakarlığın həddini təyin etmək
Bəzi ayə və rəvayətlərlə əsasən müsəlman gərək dinin qorunması yolunda mal və canından keçsin. İmam Hüseyn (ə) əməli surətdə bunu müsəlmanlara öyrətdi. İnsan təbiəti elə yaradılıb ki, çox vaxt özünün yaralanması və ölməsindən dəhşətli dərəcədə qorxmur. Amma bilsə ki, təslim olmadığı surətdə ailəsinə zərər vuracaqlar, çox vaxt düşmən qarşısında təslim olmağı seçir.
İmam Hüseyn (ə) Kərbəlada çətin mövqedə yer almışdı. O və ailəsi, az bir qoşunla susuz və azuqəsiz halda, otuz min düşmən qoşunun mühasirəsində idi. Bir tərəfdən xanımların və qızların naləsi Hüseynə (ə) təsir edir, o biri tərəfdən düşmən dəfələrlə onu təslim olmağa çağırır. Bütün bunlara baxmayaraq Hüseyn (ə) son nəfəsinə kimi izzətini qorudu, düşmənə təslim olmadı.
3. Nalə və göz yaşları
İmam Hüseynin (ə) ailəsi müxtəlif səhnələrdə ağlayır və nalə edirdilər. Bu nalələr o qədər təsirli idi ki, düşməndə belə təsir qoyur, onların ruhiyyəsində dəyişiklik yaradırdı. Hüseyn (ə) və yoldaşlarının şəhadəti xalqa o qədər təsir etmədi. Amma qadınların nalələri səbəb oldu ki, xalq bundan təsirlənsin. Aşura günü qadınların göz yaşı və nalələri İbn Ziyad və Yezid kimilərin qurduqları şadlıq məclislərini çökəldir, hər yerdə bu qiyamı dirildir və imkan vermirdi ki, Bəni-üməyyə bu qiyamın təsirlərini məhv etsin. Kufədə, Şamda, Mədinədə və yol boyu canyaxan göz yaşları və nalələr Aşura qiyamını elə təcəssüm etdirirdi ki, sanki camaat bütün olanları müşahidə edirdilər.
4. Xanımların əsarəti
Məhəmməd ailəsnin əzizlərini şəhadətə yetirəndən sonra onların özlərinin də Bəni-üməyyə tərəfindən əsir edilməsi, bütün müsəlmanların nəzərində dinin məntiqinə və Qurana zidd bir əməl idi. Bəni-üməyyə yol boyu əsirlərə verilən işgəncələrə haqq donu geyindirə bilmədi. Nəticədə Peyğəmbər (s) və ailəsi ilə olan düşmənçilikləri xalqa aşkar oldu.
Xanımlar əsarət dövründə “Bəni üməyyənin” işlərinə etiraz edir, insanlara həqiqəti çatdırırdılar. Şam camaatı, əsirlərdən soruşanda ki, Siz kimsiniz Hüseynin (ə) qızı Səkinə buyururdu:” Biz “Ali- Məhəmmədin” əsirləriyik.”
Yezidin məclisində Hüseynin (ə) qızı Fatimə səsləndi:” Ey Yezid! Məhəmmədin (s) ailəsi əsir olmalıdır?”
Bu sözün təsirindən məclisdəkilər və Yezid ailəsi ağlamağa başladı. Şübhəsiz ki, “Ali Məhəmmədin” əsir edilməsi və bu cür sözlər xalqda əməvilərə qarşı nifrət yaratdı və onların hökuməti xalqın gözündən düşdü. Əsirlərin təbliğatı əməvilərə qarşı ən gözəl təbliğ idi.
Şeyx Bəhai yazır:” Əsir qadınlar saraya daxil olan zaman “Ali Əbu Sufyanın” qadınları ağlar gözlərlə onları qarşıladılar və onların əllərindən öpdülər.”
- Qadınların cihadda iştirakı
Aşura qiyamında qadınların cəbhədəki iştirakı və həmkarlığı müxtəlif şəkildə cilvələnir. Bu həmkarlıq Kufədə, Müslümün qiyamında, Kərbəlada şəhidlərin zövcələrində və Kufə qoşununun cinayətlərinə etiraz edən qadınlarda özünü doğruldur.
- Səbr dərsi
Kərbəlada müsibətlər müqabilində qadınların müqaviməti və səbri, Kərbəla dərslərindən biridir. Səbrin ən üstün mərtəbəsi Zeynəbin (s) rəftarında və ruhiyyəsində cilvələnirdi.
- Xəbər gətirmək
Kərbəla qadınlarının vəzifələrindən biri də istər əsarətdə olarkən, istər Mədinəyə dönəndə xəbər gətirmək idi. Xanımlar nitqlərində, fərdi dialoqlarında əməvilərin cinayətlərini ifşa edirdilər.
- Şəfqət
Kərbəlada xəstələrə və yaralılara şəfqət bacısı olmaq qadınların vəzifərindən biri idi. Zeynəbin (s) İmam Səccada (ə) şəfqəti və onu qoruması buna nümunədir.
- İdarəçilik
Çətinliklər istedadların zühur etməsinə səbəb olur. Zeynəbin (s) Aşurada rolu, böhranlı şəraitdə idarəçiliyi öyrətdi.
- Zeynəbi-Kübra (s) - O, Əli ibn Əbutalibin qızı, İmam Hüseyn və Həsənin (ə) bacısı, Abdullah ibn Cəfər Təyyarın xanımıdır. Həzrəti Zeynəb (s) “Ümmül məsaib” (Müsibətlər anası) ləqəbi ilə məşhurdur. Onun qardaşına möhkəm əlaqəsi vardı. Səbrdə İmam Həsən (ə), şücaətdə isə Hüseyn (ə) kimi idi. Cəbrayıl Peyğəmbərə (s) nazil olub xəbər gətirdi ki, bu qızın adını Zeynəb qoy! Sonra ağladı. Peyğəmbər (s) Cəbrayıldan ağlmağının səbəbini soruşanda, dedi:” Bu qız ömrünün əvvəlindən axırınadək çətinlik və əziyyət içində olacaq. Həm sənin müsibətinə, həm atasının qəminə, həm də Həsənin (ə) ayrılığına mübtəla olacaq. Bunlardan əlavə Kərbəla müsibətinə düçar olacaq. Bu müsibət qamətini əyəcək, saçlarını ağardacaq. Bu an Fatimə (s) buyurdu:
“Ey Ata! Qızım Zeynəbə ağlayanın savabı nədir?”
Peyğəmbər (s) buyurdu: “Onun savabı qardaşı Hüseynə (ə) ağlayanın savabı kimidir.”
Deyirlər Zeynəb (s) yoldaşı ilə şərt qoymuşdu ki, hər gün Hüseynin (ə) ziyarətinə getsin.
- Ümmi-Vəhəb (Vəhəbin anası) – Ümmi-Vəhəb İmam Hüseynin (ə) vaxtında müsəlman olan məsihilərdəndir. O, Kufədən gəlib Hüseynin (ə) dəstəsinə qoşulan Əbdullah ibn Umeyr Kəlbinin xanımı idi. Aşura günü Vəhəbin anası onu meydana göndərdi. “Muntəhəl-amaldakı” rəvayətə görə Vəhəb yeddi, səkkiz nəfəri öldürəndən sonra əsir düşdü. Ömər ibn Sə`din əmri ilə başını kəsib Hüseyn (ə) qoşununa tərəf atdılar. Anası Vəhəbin qılıncını götürüb düşmənlə mübarizə etdi. İmam (ə) buyurdu:” Əl saxla, Vəhəbin anası! Allah qadınlara cihad əmr etməyib, sən və oğlun cəddimlə cənnətdə olacaqsınız.”
- Ümmil-Bənin - “Ümmil-Bənin” ləqəbi ilə tanınan Fatimə binti Həzam, Əbəlfəzlin (ə) anası idi. Özü Kərbəlada olmasa da dörd övladı Aşura qiyamında şəhid oldu. Övladlarının şəhadət xəbərini ona çatdıranda, dedi:” Mənə İmam Hüseyndən (ə) xəbər verin, övladlarım Hüseynə (ə) fəda olsun. Niyə ilk olaraq mənə Ondan xəbər vermirsiniz?”
- Fatimə Kübra - İmam Hüseynin (ə) qızı Fatimə Kübra elmdə, ibadət və mənəviyyatda böyük məqama sahib idi. Həmçinin mücahid və nümunəvi qadınlardan sayılırdı. O, yoldaşı Həsəni müsənna (İmam Həsənin (ə) oğlu) ilə Kərbəlada iştirak edirdilər.
Əməvilərin xeymələrə vəhşicəsinə hücumu zamanı, Fatimənin sırğalarını qulağından amansızcasına dartıb çıxarırlar. O, Ubeydullahın qüdrətə çatdığıı Kufə şəhərində öz xütbəsi ilə Bəni–üməyyənin zülmünü ifşa etdi. Dünyapərəstlərə başa saldı ki, Hüseyn (ə) qanı, Fatimənin (s) damarlarından axan qandır. Aşuradan sonra Vəlid ibn Əbdül-Məlik və Mərvan, Fatimənin həyat yoldaşını zəhərləyib şəhid etdilər. Ərinə vəfalı Fatimə xanım onun qəbri üstündə məskən salıb, bir il əza saxlayır.
- Şəhribanu - Əsli İranlı olan Şəhribanu Hüseynin (ə) xanımlarındandır. O, körpəsi Kərbəlada şəhid olan qadınlardandır. Övladı Hani ibn Səbit tərəfindən qətlə yetirilib. Bu xanım Zeynalabidinin (ə) anası Şəhrubanu deyil.
- Ümmi-Xələf - Müslim ibn Oscənin xanımıdır. Deyirlər Müslimin oğlu, atasının şəhadətindən sonra meydana getmək istədi. İmam Hüseyn (ə) buyurdu:” Ey cavan! Atan şəhid oldu. Səndə şəhid olsan anan nə edəcək?”
Bu sözdən sonra Müslimin oğlu qayıtmaq istədi. Bu anda anası onun yolunu kəsib dedi:” Ey oğul! Salamatçılığı Peyğəmbərin oğluna köməkdən üstün tutursan? Şəhid olmağını görməyincə səndən razı olmaram. Oğlu şəhid olarkən isə fəryad etdi: Ey oğul! Şad ol ki, Kövsər hovuzunun saqisinin əli ilə sirab olacaqsan.”
- Rübab - O, Böyük ərəb şairi Əmr Əl Qeysin qızı, Seyyidüş-şühədanın (ə) xanımlarından idi. O, Səkinə və Əbdullahın (Əli Əsğərin) anasıdır. Kərbəla hadisəsindən sonra əsir olaraq Şama aparıldı, oradan da Mədinəyə döndü. Mədinəyə qayıdandan sonra ona bir çox ərəb böyükləri elçilər göndərdi. Amma Rübab bunların hamısına rədd cavabı verdi. Deyirlər Hüseynin (ə) qəbri kənarında bir il əza saxladı. Rübabın iftixarlı ölümü Kərbəla hadisəsindən bir il sonra baş verdi.
- Ümmi-Ömər - Kərbəla qadınlarından olan Ümmi -Ömər oğlunu şəhidlik şərbəti içmək üçün meydana yolladı. Oğlunun başını kəsib Hüseynin (ə) qoşununa tərəf atanda Ümmi Ömər başı ağuşuna alıb, öpəndən sonra dedi:”Afərin sənə! Gözümün nuru, oğlum!”
- Sonra oğlunun başını düşmənə tərəf atdı. Düşmənə hücum edib Sə`din qoşunundan iki nəfəri qətlə yetirdi. Sonra İmamın əmri ilə geri döndü.
- Fəkihə - Fəkihə, Abdullah ibn Əriqətin xanımı idi. Onun Qarib adlı oğlu Kərbəlada şəhid oldu. Özü isə əsir olub digər əsirlərlə Şama getdi.
- Ümmi-İshaq - O, Təlhə ibn Abdullahın qızı, İmam Həsənin (ə) həyat yoldaşı idi. Oğlanları, Həsən ibn Həsən (ə) və Təlhə ibn Həsən (ə) Kərbəlaya gələnlərdəndirlər.
- Ümmi-Gülsüm - O, Əli ibn Əbutalibin (ə) qızı, Müslüm ibn Əqilin xanımı və Abdullah və Məhəmmədin anası idi. Ümmi-Gülsüm Kərbəlada olan xanımlardandır. Deyirlər Müslümün ölüm xəbəri İmam Hüseynə (ə) çatanda, Müslümün qızı Həmidəni çağırdı və nəvazişlə başına sığal çəkdi.
- Ümmus-Səğr - Ömərin qızı və Əqil ibn Əbutalibin yoldaşı idi. Həmçinin Cəfər ibn Əqil onun oğludur. Hər üçü Kərbəlada iştirak edirdilər.
- Ümmu-Gülsüm - Abdullah ibn Cəfər Təyyar və Zeynəbin (s) qızıdır. O, Qasım ibn Məhəmməd ibn Cəfər ibn Əbutalibin xanımıdır.
- Fatimə- Suğra - Hüseynin (ə) qızı Fatimə azyaşlı idi.
- Leyli binti-Məsud - Məsudun qızı Leyli Əmirəlmöminin (ə) əyalından idi. Oğlu Abdullah Əsğər Kərbəlada şəhid oldu.
Məhərrəm ayının on ikinci günü əsirlər şeypur və təbil sədaları altında Kufəyə gətirilir. Müqəddəs başlar nizələrdə onların önündə aparılır. Zeynəb bu səhnədə də öz mövqeyini tanıyır və ona işarə edir. Tarixdə belə yazılır:” İnsanların səs-sədası kəsildi, sanki nəfəslər sinədə həbs oldu. İyirmi il əvvəl Əli (ə) Kufədə xəlifə idi. Hələ də insanlar arasında Əlinin (ə) xütbə oxuması zərbül-məsəl idi. Ravi deyir: Sanki Əli (ə) dirilmiş, sözləri Zeynəbin (s) dilindən cari olurdu. Zeynəb (s) Kufədə xütbə oxudu: “ Ey Kufə əhli! Üzünüz qara olsun! Hüseynin (ə) qiyamından əl çəkmənizə, özünü şəhid və malını qarət etmənizə nə səbəb oldu? Vay olsun sizə! Pak qan axıtdığınızı, hamıdan üstün olan kəsi öldürdüyünüzü bilirsinizmi? Ananız yasınıza otursun! Sönməsi mümkün olmayan atəşə görə tezliklə cəzalandırılacaqsınız. Mən nə qədər sağam, qardaşıma deyirəm bundan sonra gözlərimdən yaş sel kimi axacaq, qurumayacaqdır.”
Sonra Kufə əhlinə xitab etdi:” Sədəqə bizlərə haramdır. Ey Kufə əhli! Kişiləriniz kişilərimizi öldürürlər, qadınlarınız bizə ağlayırlar. Sabah, qiyamətdə Allah-taala bizlə sizin aranızda hökm edəcək.” Bu, yanan ürəkdən gələn sözlər eşidənlərə o qədər təsir etdi ki, əllərini ağızlarına qoydular. Ravi nəql edir:” And olsun Allaha! O gün Kufə camaatı göz yaşları tökür, qəm və kədərin şiddətindən əllərini ağızlarına qoyub barmaqlarını gəmirirdilər. Kərbəla macərasında Zeynəbin (s) rolu böyükdür. Ən mühüm rolunui üç mövzuda xülasə etmək olar:
1. Qardaşı Hüseyn (ə) olduğu surətdə, onun yeganə mühafizi idi. Ondan sonra isə Allahın höccəti imam Səccadı (ə) mühafizə etdi. Bir neçə yerdə imamın qətlə yetirilməsinə mane oldu.
2. O, yetimlərin və başsız xanımların sərpərəsti idi. Son nəfəsinə kimi onları himayə etdi. Hətta öz su payını uşaqlara verirdi. Bütün bunlarla yanaşı gecə namazını tərk etmirdi.
3. O, şəhid qanlarını batmağa qoymadı. Kufədə, Şamda və Mədinədə bütün fürsətlərdə şəhidlərdən söz açırdı. İmam Hüseyn (ə) qiyamının hədəfini onlara bəyan edir, insanlarda oyanış yaradırdı. Onun “ğərrai” xütbəsi Kufə və Şamda səs-küyə səbəb oldu. Xanım Zeynəb (s) cəmiyyət qarşısında təsirli bəyanatla Yezidi məhkum etdi. Bir halda ki, Yezid etdiyi cinayətləri Abdullah ibn Ziyadın üstünə yıxaraq peşiman olduğunu izhar etdi.
Çevirən : Xəyal Tofiqoğlu
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Tarix
- Gösterim: 2567
Bu ay hicri-qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Bu ay bərəkətli və müqəddəs aydır. Hətta cahiliyyət dövrünün ərəbləri də bu aya ehtiram edib, bu ayda müharibə etməz və qan tökməzmişlər. Bu ayda oruc tutmaq savabdır. Bu ayda Allah-taala bəndələrini öz rəhmətinə qərq edir. Möminlərin ağası həzrət İmam Əli (ə) bu ayı oruc tutardı. O həzrət bu ayın barəsində buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı və Ramazan Allah-taalanın ayıdır”.
Rəvayətdir ki, həzrət Əli (s) ilin dörd gecəsini yalnız ibadətlə keçirər və bu gecələri ibadət etməyi özünə vacib etmişdi:
1- Rəcəb ayının birinci gecəsi; 2- Şəban ayının 15-ci gecəsi; 3- Fitr bayramının gecəsi; 4- Qurban bayramının gecəsi;
Rəcəb ayında baş vermiş mühüm hadisələr
1) İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə minmiş və öz qövminə bu günü oruc tutmağı əmr etmişdir. Bəs hər kəs bu günü oruc tutarsa od ondan bir illik yol məsafəsində uzaqlaşacaqdır.....”
2) İmam Baqir (ə) hicrətin 57-ci ili, Rəcəb ayının biri və cümə günü anadan olmuşdur.
3) Hicri-qəməri tarixinin 254- cü ili Rəcəb ayının üçündə İmam Əbul-Həsən Əli bin Məhəmməd Hadi (ə) 41 yaşında ikən vəfat etmişdir.
4) Bəzi rəvayətlərə əsasən İmam Əbul-Həsən Əli bin Məhəmməd Hadi (ə) bu ayın ikinci günü anadan olmuşdur. Bəziləri isə O həzrətin Rəcəbin beşinci günü dünyaya gəldiyini qeyd etmişlər.
5) Əbu Cəfər əs-Sani İmam Məhəmməd bin Əli hicrətin 195- ci ili Rəcəb ayının onunda anadan olmuşdur. O həzrətin qırxdan çox ləqbi vardır ki, bunlardan ən məşhurları: Təqi və Cavaddır.
6) İmam Əli (ə) "Amul-fil"in (Fil ili) 30-cu ili, bu ayın 13-də, cümə günü, hicrətdən 23 il və Peyğəmbərin risalətindən 12 il qabaq Kəbədə dünyaya göz açmıdır.
Atası Əbu-Talib və anası Fatimə bint Əsəddir. O həzrətin otuza yaxın övladı olmuşdur ki, onlardan beş nəfəri (Həsən, Hüseyn, Zeynəb, Ümmü-Gülsüm) həzrət Zəhranın (s) övladlarıdır.
İmam Əlinin (ə) Ümmül-bənin adlı xanımından da dörd oğlu (Abbas (Əbəlfəzl), Cəfər, Osman, Abdullah) olmuşdur ki, hər dördü Kərbəlada şəhid olmuşdur.
7) Rəcəb ayının 15-ci günü Peyğəmbər Əbi-Talib dərəsindəki iqtisadi mühasirədən çıxdı.
8) Hicrətin 15-ci ili Rəcəb ayının 15-cü günü Peyğəmbər Əli ilə (ə) həzrət Fatiməni (s) evləndirdi. Bəzi rəvayətlərə görə bu zaman həzrət Zəhranın (s) 13 və bəzi rəvayətlərə görə isə 9 ya 10 yaşı olmuşdur.
9) Bu ayın on səkkizinci günü Peyğəmbərimizin (s) oğlu İbrahim vəfat etmişdir.
10) Bu ayın iyirmi birinci günü Müaviyə bin Əbu-Süfyan cəhənnəmə vasil olmuşdur.
11) Xeybər qalalarının həzrət Əlinin (ə) əli ilə fəth olunması hicrətin yeddinci ili bu ayın iyirmi dördünə təsadüf edir.
12) Doqquzuncu məsum, yeddinci imam Əbul-Həsən Musa bin Cəfər əl-Kazim hicrətin 183- cü ili, bu ayın iyirmi beşində 55 yaşında ikən, Əbbasi xəlifəsi Harun ər-Rəşidin tərəfindən Bağdad şəhərinin zindanlarının birində zəhərlənərək, şəhid edilmişdir.
O həzrətin müqəddəs məzarı İraqın Kazimeyn şəhərindədir.
İmam Kazım (ə) hicrətin 128-ci ili Səfər ayının səkkizi Mədinə şəhərində dünyaya göz açmışdır. Atası İmam Sadiq (ə) və anası Həmidə adlı bir xanım olmuşdur.
Tarixçilərin yazdığına görə O həzrətin 37 övladı olmuşdur. Bəziləri bu rəqəmi hətta 60 da çatdırmışlar. Onlardan ən məşhurları İmam Rza (ə) Məşhəddə, Həzrət Məsumə (s) Qum şəhərində və Həzrət Həkimə (s) Bakı şəhərinin girəcəyində (Bibiheybət) dəfn edilmişlər. Rəvayətdir ki, hər kəs bu günü oruc tutarsa, bu oruc onun iki yüz illik günahlarının kəffarəsi sayılacaqdır.
13) İbni Əyyaşın fkirincə Peyğəmbərin (s) əmisi və imam Əlinin (ə) atası həzrət Əbi Talib (ə) bu ayın iyirmi altısında vəfat etmişdir.
14) Hicrətdən 13 il öncə, bu ayın iyirmi yeddisi həzrət Məhəmməd bin Abdullah (s) peyğəmbərliyə seçilmişdir.
15) Peyğəmbərin (s) əmisi Abbas bin Ədül-Müttəlib hicrətin 32-ci ili bu ayın 12- ci günü vəfat etmişdir.
16) Hicrətin 62-ci ili Rəcəb ayının 15- cü günü Həzrət Zeynəb (s) vəfat etmişdir.
Mənbə:
1) Təqvime ibadiye Şiə (Şiənin ibadi təqvimi), Mehdi Mehrizi.
2) Bəharul-ənvar, Əllamə Məclisi.
3) Əl-İrşad, Şeyx Müfid.
4) Əl-Ğədir, Əllamə Əmini.
5) Müntəhəl-amal, Şeyx Abbas Qumi.
6) "Nurul-Cinan" dua və əxlaq elektiron kitabxanası
Hazırladı: Mirmhəhəmməd Bəşirov.
- Ayrıntılar
- Kategori: Tarix
- Gösterim: 2493
Əgər elmin bünövrəsi şərqdə qoyulubsa, bəs, nədən bugünkü şərq iqtisadi və texnoloji baxımdan Qərbdən geridə qalır və çoxları tərəfindən də bu, müsəlmançılıqla əlaqələndirilir?
Məlumdur ki, elm, mədəniyyəti və texnologiya şərqdən başlanıb və elmin təməlini də elə müsəlmanlar qoymuşlar “Ey Mühəmməd! İnsanı laxtalanmış qandan yaradan Allahın adı ilə oxu! Qələmlə yazmağı öyrədən, insana bilmədiyi şeylərdən xəbər verən Rəbbin ən böyük kərəm sahibidir!” – deyə, xitab etmiş uca Allahın bəşəriyyətə ilk buyurduğu elm olmuşdur.
Islama görə, fəzilət üç şeydə qərar tutub: TƏQVA, CİHAD, ELM. Elmin fəzilətinə, alimin cahildən üstünlüyünə işarə edən Quran ayələrindən savayı Peyğəmbərlərimizdən bir çox hədislər də gəlmişdir:
“Ya elm öyrən, ya öyrət, ya elm öyrədənləri dinlə, ya elm əhlini sev. Bunlardan başqa yana getsən, özünü məhv etmiş olarsan”.
“Elm öyrənmək kişili-qadınlı, bütün müsəlmanların borcudur”.
“Mən elmin şəhəriyəm, Əli (ə) isə bu şəhərin qapısıdır” və s.
Imamlarımızın da həyatı ilə tanış olduqda, onların elm və mədəniyyət sahəsində xüsusi diqqət göstərdiklərinin şahidi olursan. Xüsusilə, İmam Baqir (ə) və İmam Sadiq (ə) dövründə ictimai-siyasi şərait əlverişli olmuş və İmam Sadiq (ə) məktəbinin şagirdlərinin sayı dörd minə çatmışdı. Bu məktəbdə Hişam ibn Həkəm, Mühəmməd ibn Müslim, Əban ibn Təğlib, Hişam ibn Salim, Mömin Ət-Taq Müfəzzəl ibn Ömər, Cabir ibn Həyyam kimi görkəmli elm xadimləri yetişmişdi. Misal üçün, Hişam ibn Həkəm dəqiq təbiət elimləri üzrə 31 cild, Cabir ibn Həyyan o dövrdə geniş yayılmış kimya sahəsində 200 cilddən artıq kitab yazmış, buna görə də “kimyanın atası” ləqəbini almışdı. Cabirin kitabları orta əsrlərdə Avropanın bir çox dillərinə tərcümə edilmişdir.
Tibb elmində kimyadan istifadə olunması müsəlman alimlərinin sayəsində mümkün oldu. Bu gün istifadə etdiyimiz kafur, distillə edilmiş su, məlhəm və dərmanların çoxu ərəblərin mirasından nümunələrdir. Sənayedə böyük faydaları olan barıt, pambıqdan kağız istehsalı texnologiyası, kətan, bez emalı da onlara aiddir.
Fizika, mexanika və astronomiya sahəsində müsəlmanların istifadə etdikləri cihazlar deməyə əsas verir ki, elmin bu sahələrində də müsəlman alimləri irəlidə olmuşlar.
Riyaziyyat sahəsində rəqəmlər və sayların şərqdə icad olunub, sonra qərbə getdiyi məlumdur. Loqarifm, alqoritm Mühəmməb ibn Musa əl-Xarəzminin ixtirası və adı da “Əl-Xarəzmi”nin təhrif olunmuş formasıdır.
Kubun hesablanması da bir çox cəbr məsələlərinin qurucusu Məhəmməd ibn Kərəciyə aiddir. Bir çox həndəsi qanunlar, Ay və Günəş tutulmalarının hesablanması, hidrostastika, memarlıq, körpü qayırma, yol və kanal çəkmə, hündür binaların inşası və s. şərqlilərə, xüsusilə, müsəlmanlara aiddir.
Bu və ya sadalamağı unutduğum digər elm sahələrinin tarixinə diqqət etdikdə, istər-istəməz, qarşıya belə bir sual çıxır: Əgər elmin bünövrəsi şərqdə qoyulubsa, bəs, nədən bugünkü şərq iqtisadi və texnoloji baxımdan qərbdən geridə qalır və çoxları tərəfindən də bu, müsəlmançılıqla əlaqələndirilir?
Bu sualın cavabını İslam düşmənlərinin tarixən müsəlmanların vəhdətini və güc-qüdrətini sarsıtmağa yönəltdikləri hərbi müdaxilə, ideoloji fəaliyyət və planlarında və İslam dünyasında baş vermiş firqələşmə və bu firqələr arasındakı çəkişmələrdə axtarmaq düzgün olardı.
Son 100 ildə biz müsəlmanların başına gətirilən oyunları təhlil etdikdə, məlum olur ki, düşmənlər bizi iqtisadi və siyasi cəhətdən zəiflətmək üçün əvvəlcə İslamdan, insani dəyərlərdən ayırmış, məhv olunması mümkün olan ənənələrimizi məhv etmiş, mümkün olmayanlarını isə təhrif etmiş, unutdurmuş və yayındırmışlar. Müstəmləkəçiliyin düşməni olan, panislamizm və sonradan isə fundementalizm adlandıraraq qorxduqları mübariz İslamı həyat cəhətindən silmək üçün çox hiylələrə əl atmış və onun mübarizə ruhunu söndürüb ölü, zərərsiz bir dinə çevirmək üçün “din siyasətdən ayrıdır” fikrini ortaya atmış və təəssüf ki, çox şeyə də nail olmuşlar. Öz xeyirlərinə olmadığı üçün müsəlmanları Allaha, Peyğəmbərə və ümmətçilik Əbu Əli ibn Sina: “Bəşəriyyətin peyğəbərlərə, din mübəlliğlərinə və ideologiyaya olan ehtiyacı onun qaş tüklərinə və ayaqda olan çökək lərə ehtiyacından daha çoxdur”.
pirinsiplərinə olan bağlılıqdan ayırmaqla diqqətlərini millət sevgisi, irq sevgisi kimi aldadıcı amillərə yönəltmişlər.
XIX əsrdən qərb imperializminin bəzi zəif dövlətləri talan etmək məqsədilə həyata keçirdiyi təcavüzkar və mənfur siyasət olan nasionalizm XX əsrdə İslam dünyasına yeridilmişdir.
Türk, ərəb, fars müsəlmanlarından təşəkkül tapmış qüdrətli Osmanlı imperiyasının Yaxın Şərqdə müstəmləkəçi qərbə maneçilik törətdiyindən, məhz millətçilik fəsadı ilə parçalanıb süqut etdiyini yadımıza salaq. Bu millətlərin birinin digərindən üstün olması iddiasını qaldırmaqla, onların qardaşlıq bağlarını qırmış, gələcəkdə özlərinin qəsbkar planlarının icrası üçüm zəmin yaratmışdılar.
“Parçala, hökm sür!” siyasətinin icrasında düşmənlərimizin yerli, qərbə rəğbətli, dinsizləşdirilmiş ziyanlarından istifadə etməklə öz silahımızı öz üstümüzə çəkmişlər. Dinsiz ziyalı isə mövcud olduğu cəmiyyət üçün böyük təhlükədir.
Ötən əsrin əvvəllərində Azərbaycanda ziyalı təbəqə kütləvi şəkildə repressiyaya məruz qaldı. Xalqın dinini, tarixini, mədəniyyətini adət-ənənələrini bilən insanların kökü kəsildi. Nəticədə cəmiyyətdə yaranan mənəvi boşluqdan düşmənlər bizi məhv etmək üçün istifadə etməyə çalışdılar. Əvəzində yetişdirdikləri ateist ziyalı təbəqəsi vasitəsilə məqsədlərinə çatmaq istədilər. Materialist ideilogiya isə insani meyarları nəzərə almadığından, çox yaşaya bilmədi. Əsrin sonunadək ideal cəmiyyət quruculuğu xülyası ilə yaşayan kommunist təfəkkürlü ziyanların qalıqları bir şeyə nail ola bilmədiklərindən bu gün qurtuluşu qərbə inteqrasiyada görürlər. Bu gün İslami dəyərlərə qayıdışın zəruliliyindən çox danışılsa da, öz dinini öyrənən və təbliğ edən ziyalılara az rast gəlinir.
Səni talamaqdan, yerüstü, yeraltı sərvətlərinə sahib çıxıb, üzərində hegamonluqdan başqa niyyəti olmayan şeytani qüvvələrdən nicat gözləyən sadəlövh, ziyasız ziyalı! Üzünü qərbə yox, maddi və mənəvi rifahın üçün ilahi proqram olan İslama tut, Onu öyrən! Bəs olmadımı Ondan uzaq düşdüyümüz üçün başımıza gələnlər?! Gör, sənin bəyənmədiyin dinin haqqında rəğbət bəslədiyin Höte nə deyir:
Höte: “Heç kim Həzrət Mühəmmədin (s) prinsiplərindən daha irəli bir addım ata bilməyəcək. Avropaya nəsib olan uğurlara baxmayaraq, bizim qoyduğumuz bütün qanunlarımız İslam mədəniyyətinə nisbətdə aşağıdır. Biz. Avropa millətləri mədəni imkanlarımıza baxmayaraq, Həzrət Mühəmmədin (s) son pilləsinə çatmış olduğu nərdivanın hələ ilk pilləsindəyik. Şübhə yox ki, heç kim bu yarışda onu keçə bilməyəcəkdir”.
“Heç kim Həzərt Mühəmmədin (s) prinsiplərindən daha irəli bir addım ata bilməyəcək. Avropaya nəsib olan uğurlara baxmayaraq, buzim qoyduğumuz bütün qanunlarımız İslam mədəniyyətinə nisbətdə aşağıdır. Biz Avropa millətləri mədəni imkanlarımıza baxmayaraq, Həzərt Mühəmmədin (s) son pilləsinə çatmış olduğu nərdivanın hələ ilk pillə sindəyik. Şübhə yox ki, heç kim bu yarışda onu keçə bilməyəcəkdir”.
Əbu Əli ibn Sina özünün “Nicat” adlı kitabında bəşəriyyətin ilahi dinə olan ehtiyacını belə izah edir: “Bəşəriyyətin peyğəmbərlərə, din mübəlliğlərinə və ideologiyaya olan ehtiyacı onun qaş tüklərinə və ayaqda olan çökəklərə ehtiyacından daha çoxdur”.
Yəni insanları yaşayışı üçün lazımlı ən cüzi ehtiyaclar belə təmin olunduğu halda, şübhəsiz ki, onların həyati məsələləri unudula bilməz.
Demokratik adlandırdığımız bugünkü qərb imperializminin sütunlarının tarixən zəif xalqları məruz qoyduqları zülm, qarət və təcavüzlərə dayandığını unutmusunuzmu? Bəs, dünyanın müxtəlif nöqtələrində müsəlman qardaşlarımızın başına aşdıqları oyunlardan da xəbəriniz yoxdurmu? Özünü müsəlman sayan şəxs bunlara biganə qala bilməz.
Hər bir müsəlmana məlumdur ki, İslam dünyasının bugünkü mənzərəsini yaradan subyektiv səbəb onun daxilində mövcud olan firqələşmə problemidir. Bu problem peyğəmbərin vəfatından sonra üzə çıxmış, hakimiyyət, şəri məsələlər, imamət və s. məsələlərdə özünü göstərmişdir.
Peyğəmbərdən sonra hakimiyyət öz həqiqi sahiblərinə çatmadığından İslamın yayındırılması baş verdi.
Hər bir həqiqi müsəlman bilir ki, Əməvi və Abbasi xəlifələrinin islamı, Peyğəmbərimizin gətirdiyi, təbliğ etdiyi İslam yox, hakimiyyət üçün bir alət olmuşdur. Cəhalət, mövhumat, fanatizm, dinə zidd bidətlər onlardan qalma mirasdır. Öz şəxsi mənafelərini hər şeydən üstün tutan həmin xəlifələrin dövründə yaşanmış tarixi ixtilaf və çəkişmələrin İslamın zəifləməsində və onun həqiqi simasının pərdələnməsində düşmənlərimizində az rolu olmamışdır.
Bu tarixi həqiqətlərdən dərs alaraq Allahın biz müsəlmanlara “Allah və Onun Rəsuluna itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir” xəbərdarlığını ciddi qəbul edərək, şeytanın bizə həm xaricdən, həm də daxildən etdiyi müdaxilələrinə qarşı sayıqlığımızı itirməməliyik. Bunu etməsək, yazıqlar olsun bizə!
Salampress qəzeti - Moskva
- Ayrıntılar
- Kategori: Tarix
- Gösterim: 5292
İslam peyğəmbərinin (s) təvəllüdündən İmam Mehdinin (əc.) qeybinə qədər İslam tarixinin xronologiyası
(571-874-CÜ İLLƏR)
571− Həzrət Məhəmmədin (s) təvəllüdü (20 аprel).
595− Həzrət Məhəmmədin (s) Xədicə ilə evlənməsi.
608− Kə`bənin yenidən tikilməsi.
610− Sаsаni pаdşаhı Іİ Xosrov tərəfindən ərəblərin məğlub edilməsi, İslаm Peyğəmbərinin Məkkə əhаlisini İslаmа də`vət etməyə bаşlаmаsı.
619− Xədicənin vəfаtı.
614− Həzrət Fаtimeyi-Zəhrаnın vilаdəti.
620− Həzrət Məhəmmədin (s) Mədinə əhаlisi ilə müttəfiqlik bаrədə ilk müzаkirələri (Əqəbə əhdi).
BIRINCI HICRI ƏSRI
622−Həzrət Məhəmmədin (s) Məkkədən Mədinəyə hicrəti (16 iyun). İlk İslаm məscidinin tikilməsi. Hicri tаrixin bаşlаnğıcı.
623−Qiblənin Qüdsdəki Beytül-Müqəddəs məscidindən Məkkədəki Kə`beyi-müəzzəməyə doğru dəyişdirilməsi. Rаmаzаn аyı orucunun vаcib edilməsi. Nаmаzdаn əvvəl аzаn verilməyə bаşlаnmаsı.
624− Bədr döyüşü.
625− Ühüd döyüşü. İmаm Həsənin (ə) doğulmаsı.
626− İmаm Hüseynin (ə) doğulmаsı.
628− Xəndək döyüşü və Hüdeybiyyə sülhü.
628− Xeybər döyüşü. Sаsаni pаdşаhı Xosrov Pərvizin öldürülməsi.
629− Bizаns ilə müsəlmаnlаr аrаsındа ilk döyüş. Mutə mühаribəsi.
630− Müsəlmаnlаr tərəfindən Məkkənin fəth edilməsi. Hüneyn və Təbuk döyüşləri.
630-631−Bütün Ərəbistаn yаrımаdаsının İslаm Peyğəmbərinə tаbe edilməsi.
632−Vidа həcci. İslаm Peyğəmbərinin vəfаtı (8 iyun). Əbu Bəkrin xəlifə seçilməsi.
633−Həzrət Məhəmmədin (s) vəfаtını eşidən ərəb qəbilələrinin qiyаmı. Ərəbistаn yаrımаdаsındаkı qаrışıqlığın yаtırılmаsı. İrаqın cənubunun fəth edilməsi. Ərəblər və bizаnslılаr аrаsındа döyüşə müsəlmаnlаrın Əcnаdeyndə qələbə çаlmаsı.
634−Əbu Bəkrin vəfаtı. Ömərin xilаfətə tə`yin olunmаsı.
635−Müsəlmаnlаr tərəfindən Şаmın fəth edilməsi.
636−Yərmuk döyüşü. Suriyаnın fəthi. İrаnlılаr ilə Qаdisiyyə döyüşü.
637−Bəsrə və Kufə şəhərlərinin sаlınmаsı. Cəlulаdа Sаsаni pаdşаhının məğlubiyyəti. 636-cı ildə müsəlmаnlаrın ixtiyаrınа keçmiş Beytül-Müqəddəs şəhərinin Ömərə təslim olmаsı. Əl-Əqsа məscidinin tikintisinə bаşlаnmаsı.
638−Аntаkiyа və Hələbin fəthi. Məscidül-Əqsа tikintisinin tаmаmlаnmаsı.
639−Üqbə ilə Fərqədin bаşçılığı аltındа ərəblərin Rey və Qəzvini tutmаqlа Аzərbаycаnın cənubunu fəth etmələri. Ərdəbil yаxınlığındа Аzərbаycаn mərzbаnı İsfəndiyаrlа sülh bаğlаnmаsı.
639-642−Ərəblər tərəfindən Misrin fəth edilməsi və İsgəndəriyyənin ələ keçirilməsi. Müаviyənin Suriyа vаlisi tə`yin edilməsi.
641−Müsəlmаnlаr tərəfindən Urfа, Hərrаn və Mosulun fəthi.
642−Ərəblər ilə irаnlılаr аrаsındа Nəhаvənd döyüşü. Sаsаnilər dövlətinin süqutu. Əmr ibn Аs tərəfindən Fustаt şəhərinin sаlınmаsı və orаdа ilk məscid tikintisinə bаşlаnmаsı.
642-643−Bükeyr ibn Аbdullаh, Əbdürrəhmаn ibn Rəbiə və Sürаqə ibn Əmrin bаşçılığı аltındа ərəblərin Dərbəndə yürüşü, Dərbənd mərzbаnı (Şirvаnşаh) Şəhriyаrlа sülh bаğlаnmаsı. Hezeyfə ibn Yəmаn tərəfindən Muğаn və Gilаnın fəthi, bu vilаyətlərlə sülh bаğlаnmаsı.
643−Qərbi Tripolinin müsəlmаnlаrın əlinə keçməsi. Qüdsdə Qübbətüs-Səxrə məscidinin tikilməsi.
644−Ömərin öldürülməsi və Osmаnın xəlifə seçilməsi.
646−Ərəblərin İrаn və Türküstаnı ələ keçirərək Аnаdolunu fəth etmələri (Əskişəhərə qədər). Vəlid ibn Üqbənin sərkərdəliyi ilə müsəlmаnlаrın Təbriz, Tаlış və Muğаnа yürüş edərək, burаnın əhаlisi ilə sülh bаğlаmаsı. Sаlmаn ibn Rəbiənin Bərdə və Beyləqаnlа sülh imzаlаmаsı.
647−Ərəblər tərəfindən Şimаli Аfrikа ölkələrinin fəthinə bаşlаnmаsı.
649−Müаviyə tərəfindən Kipr аdаsının ələ keçirilməsi.
651−Sаsаnilərin sonuncu pаdşаhı Іİİ Yəzdigerdin ölümü. Ərəblər tərəfindən İrаnın tаmаmilə fəth edilməsi.
651-652−Herаt və Bəlxin ərəblər tərəfindən fəth edilməsi.
653−Osmаn tərəfindən Qur`аn аyələrinin toplаnmаsı və nizаmа sаlınmаsı. Аnkаrаnın fəthi.
654− Müаviyə tərəfindən Rodos аdаsının ələ keçirilməsi.
655−Likiyа sаhillərində Bizаns donаnmаsının müsəlmаnlаr tərəfindən məhv edilməsi. Misirdə Osmаn əleyhinə qiyаm qаlxmаsı.
656−Osmаnın öldürülməsi. Həzrət Əlinin (ə) xəlifə seçilməsi. Müаviyənin qiyаmı. Həzrət Əlinin (ə) Kufəyə köçməsi. Cəməl döyüşü.
657−İrаqdа həzrət Əli (ə) və Müаviyə tərəfdаrlаrı аrаsındа Siffeyn döyüşü.
658−Əbu Musа Əş`ərinin münsifliyə tə`yin və münsiflər vаsitəsilə Həzrət Əlinin (ə) xilаfətdən kənаrlаşdırılmаsı. Xаricilərin məğlub edilməsi (Nəhrəvаn döyüşü). İmаn Zeynülаbidinin (ə) doğulmаsı.
660-750−Əməvilər sülаləsinin xilаfəti.
660−Bəsrədə Kufi xətti ilə ilk İslаm sikkəsinin (pulunun) kəsilməsi. Müаviyənin Qüdsdə xəlifə e`lаn edilməsi.
661−Həzrət Əlinin (ə) şəhаdəti. Xilаfət pаytаxtının Şаmа (Suriyаyа) köçürülməsi.
661-667−Müsəlmаnlаrın Hindistаnа ilk yürüşlərinin bаşlаnmаsı.
668−Ərəblərin Türkiyəyə yürüşləri və Konstаntinopulun (indiki İstаmbulun) bir il dаvаm etmiş fəthi.
670−Ərəblərin Şimаli Аfrikаnı (Misirdən Əlcаzаirə kimi) fəth etmələri. Qeyrüvаn şəhərinin sаlınmаsı. İmаm Həsənin (ə) şəhаdəti.
670-675−Qeyrüvаn məscidinin tikilməsi.
674-679−Ərəblər tərəfindən İstаmbul şəhərinin yenidən ələ keçirilməsi.
677−İmаm Bаqirin (ə) doğulmаsı.
678−Peyğəmbərin (s) həyаt yoldаşı Аyişənin vəfаtı.
680−Müаviyənin ölümü. İ Yezidin xilаfətə keçməsi. Kərbəlа fаciəsi və İmаm Hüseynin (ə) şəhid edilməsi.
682−Mədinə əhаlisi Yezidin xilаfətini rəsmən qəbul etmədiyi üçün şəhərin tаlаn olunmаsı. Yezidin əmriylə Məkkənin mühаsirəsi və Kə`bənin dаğıdılmаsı.
684-692−Xilаfət üstündə Аbdullаh ibn Zübeyr ilə Əbdülməlik аrаsındа döyüşlər.
685−Mərvаn ibn Həkəm öz qаdını tərəfindən öldürüləndən sonrа oğlu Əbdülməlikin xilаfətə gəlməsi.
685−687− İrаqdа Muxtаrın qiyаmı.
691−Əbdülməlik ibn Mərvаn tərəfindən Əl-Əqsа məscidinin tə`mirinin bаşа çаtdırılmаsı.
692−Həccаc ibn Yusifin Məkkəni tutmаsı və Аbdullаh ibn Zübeyrin öldürülməsi.
702− Qüteybənin sərkərdəliyi аltındа müsəlmаnlаrın Qərbi Türküstаnı ələ keçirmələri. İmаm Sаdiqin (ə) doğulmаsı.
705− Şаmdа Əməvi məscidinin və ilk minаrənin tikilməsi.
706−Türküstаnı xilаs etməyə gəlmiş Çin ordusunun Xorаsаn vаlisi Qüteybə tərəfindən məğlub edilməsi. Müsəlmаnlаrın Dərbənd və Аzərbаycаnı ələ keçirmələri. Məkkədə Yusif ibn Ömər tərəfindən ilk dəfə pаmbıqdаn kаğız düzəldilməsi.
708-715− Ərəblərin Sind və Pəncаb düzənliklərinə yiyələnməsi.
709−Ərəblərin Аtlаntik Okeаnın sаhillərinə qədər bütün Şimаli Аfrikаnı və həmçinin Buxаrаnı fəth etmələri.
710− Xəlifə Vəlid tərəfindən Şаmdа Böyük Məscidin inşаsı.
710-711−Klikiyаnın fəthi.
711−Tаriq ibn Ziyаdın sərkərdəliyi аltındа ərəblərin Аfrikаdаn İspаniyаyа keçmələri. Əndəlos düzənliyinin fəthi.
712−Müsəlmаnlаrın Səmərqəndi fəth etmələri və həmin şəhərdə kаğız düzəltmə qаydаsını öyrənmələri. İmаm Zeynülаbidinin (ə) şəhаdəti.
713−Musа ibn Nəsirin sərkərdəliyi аltındа ərəblərin Pireney dаğlаrını аşаrаq Frаnsаnı hədələmələri. Ərəblərin Kаşğаrа yаxınlаşmаlаrı və Çin sərhəddinə çаtmаlаrı.
715−İslаm məmləkətlərində yunаn dili hаkimliyinin məhv edilməsi. Dini binаlаrdа ilk minаrələrin tikilməsi. Ərəblərin Qərbi Аnаdolunun Аmuryum (hаzırkı Аsаrköy və Əskişəhər ətrаfı), Bərqаmа və Sаrd bölgələrində irəliləyişləri. Fərqаnədə Qüteybənin xəlifə əleyhinə qiyаm etməsi və öz əsgərləri tərəfindən öldürülməsi (təvəllüdü− 670-ci il).
716-717−Müsəlmаnlаr tərəfindən Bаleаr аdаsının tutulmаsı. Müsəlmаnlаr tərəfindən İstаmbulun üçüncü dəfə fəth edilməsi.
717-718−Qаlаtаdа ərəb məscidinin tikilməsi. Ömər ibn Əbdüləzizin xilаfəti və mаliyyə sistemində islаhаtlаr.
717-720−Peyğəmbərin (s) sonuncu səhаbəsi Əbu Tüfeyl ibn Аmirin vəfаtı.
İKINCI HICRI ƏSRI (719-816)
721−Müsəlmаnlаr tərəfindən Tuluzun fəth edilməsi.
722−Müsəlmаnlаr tərəfindən İstаmbulun dördüncü dəfə fəth edilməsi.
723− Kiçik Аsiyаdаkı Konyа və Kəmаx şəhərlərinin müsəlmаnlаrın əlinə keçməsi.
723-724−Hişаm qoşunlаrı tərəfindən Xəzərilərin məğlub edilməsi. Müsəlmаnlаr tərəfindən Gürcüstаnın fəth edilməsi.
725− Mö`təzilə məzhəbinin yаrаnmаsı.
726−Əbdürrəhmаn Qаfiqi tərəfindən Kordovаnın ələ keçirilməsi.
728−Mö`tizəlilərin rəisi Vаsil ibn Ətаnın ustаdı Həsən Bəsrinin vəfаtı (təvəllüdü− 642-ci il).
732−İspаniyа vаlisi Əbdürrəhmаn Qаfiqi tərəfindən Frаnsаnın Tur şəhərinin işğаlı. Puаtye döyüşü gedişində Əbdürrəhmаn Qаfiqinin ölümü ilə ərəblərin Şаrl Mаrtel ordusunа məğlub olub geri çəkilmələri.
733−Şаir Fərəzdəqin ölümü (təvəllüdü− 641-ci il).
735−Şаir Cəririn ölümü (təvəllüdü− 653-cü il). İmаm Bаqirin (ə) şəhаdəti.
740−Müsəlmаnlаrın Şərqi Аfrikаdаkı Zəngibаr (Tаnzаniyа) ölkəsinin qonşuluğundаkı Kilvаdа yerləşmələri.
743-744−Xəlifə İİ Vəlid tərəfindən Şаm ətrаfındа Mişəttа qəsrinin tikilməsi.
745−İmаm Kаzimin (ə) doğulmаsı.
746− Əbu Müslim Xorаsаninin qiyаmı. Suriyаdа Kəlb qəbiləsinin və İrаqdа xаricilərin qiyаmlаrı.
748−Əbu Müslimin Nişаburа dаxil olmаsı. Bəni-Аbbаs tərəfdаrlаrının bаşındа durаn Qəhtəbə tərəfindən Əməvilərin ilk dəfə məğlub edilməsi.
749−Əməvi qoşunlаrının İsfаhаndа Qəhtəbə tərəfindən məğlub edilməsi və onun Əmbаr yаxınlığındаkı döyüşdə öldürülməsi. Bəni-Аbbаs qüvvələrinin Kufəyə dаxil olmаsı və ilk Аbbаsi xəlifəsi Əbdül-Аbbаs Səffаhа Kufə məscidində cаmааtın bey`ət etməsi.
750-1258−Аbbаsi xəlifələri.
750−Böyük Zаb çаyı kənаrındа məğlubiyyət nəticəsində Əməvi sülаləsinin süqut etməsi. Bəni-Аbbаs hökumətinin təşkil edilməsi və Əbül-Аbbаs Səffаhın xilаfəti. Xilаfət mərkəzinin Kufəyə köçürülməsi. Əbül-Аbbаs Səffаhın аdınа sikkə kəsilməsi. Əməvi sülаləsinə mənsub şəxslərin аrаdаn götürülməsi.
751−Mərkəzi Аsiyа əsirlərinin təcrübəsindən istifаdə edərək ərəblərin kаğız istehsаl etmələri. Birinci Аbbаsi xəlifəsi Səffаhın göstərişi ilə pаytаxtın Kufədən Əmbаr şəhərinə köçürülməsi.
754-775−Mənsurun xilаfəti.
754−Bəni-Аbbаs xilаfətini hаkimiyyətə gətirmiş Əbu Müslim Xorаsаninin xəlifə Mənsur tərəfindən hiylə və riyаkаrlıqlа öldürülməsi.
756 (15 mаrt)− Əməvi sülаləsindən yegаnə sаlаmаt qаlmış Əbdürrəhmаn аdlı şəxsin Kordovаdа müstəqil hökumət təşkil etməklə bütün İspаniyаnı vаhid hаkimiyyət аltındа birləşdirməsi.
757−“Kəlilə və Dimnə” kitаbını pəhləvi dilindən ərəbcəyə tərcümə etmiş ibn Müqəffə`nin ölümü.
758−Müsəlmаn donаnmаsının Çin sаhillərində yerləşən Kаnton şəhərini fəth etməsi. İslаmın Çinə nüfuzunun bаşlаnmаsı. Müsəlmаnlаrın Cənubi Аnаdolunu yenidən ələ keçirmələri və Mаlаtyа şəhəri ətrаfındа Bizаns əleyhinə istehkаmlаr yаrаdılmаsı.
759−Ərəblərin Frаnsаdаn qovulmаsı.
762−Mənsurun göstərişi ilə xilаfət pаytаxtının Bаğdаdа köçürülməsi, Əli (ə) tərəfdаrlаrının İrаqdа və Mədinədə qiyаmlаrı.
765−İlk frаnsız səfirinin Bаğdаdа gəlməsi. İmаm Rizаnın (ə) vilаdəti və İmаm Sаdiqin (ə) şəhаdəti.
767−Hənəfi məzhəbinin bаnisi Əbu Hənifənin (Nö`mаn ibn Sаbit) ölümü.
773−Ərəb ədəd və rəqəmlərini yаrаnmаsı.
774−Tаnınmış mühəddis və tаrixçi Mühnəfin və fiqh аlimi Övzаinin vəfаtı.
775-785−Fаrs ədəbiyyаtının ərəb dili və ədəbiyyаtınа nüfuzunu аrаdаn qаldırmаq uğrundа xəlifə Mehdinin mübаrizəsi.
776−Məşhur kimyаçı Cаbir ibn Həyyаnın vəfаtı.
777−Hаrun-ər-Rəşidin vаli kimi Аzərbаycаn və Ermənistаn əyаlətlərinə göndərilməsi.
778-780−Mərvə əhаlisindən Müqənnənin qiyаmı və onun аllаhlıq iddiаsı etməsi. Müqənnənin öz sаrаyındа ələ keçərək qətl edilməsi. Livаn dаğlаrındа Mаrun аdlı keşiş tərəfindən Mаruni məzhəbinin tə`sis edilməsi. Əndəlos xəlifəsi İ Əbdürrəhmаn tərəfindən Sаroqossа аdаsının Kordovа hökumətinə birləşdirilməsi.
782−Dəniz yolu ilə Qаlаtiyаnın (Kiçik Аsiyаnın şimаl hissəsi) işğаlı. Müsəlmаnlаrın Uskudаrа qədər irəliləyişi. Bizаns imperаtorunun xərаc verməyə məcbur edilməsi.
786-809−Hаrun-ər-Rəşidin xilаfəti.
786−Dilçi və nəhv аlimi Əbu Əbdürrəhmаn Xəlil ibn Əhmədin vəfаtı (təvəllüdü− 711-ci il). Əndəlosun Əməvi xəlifəsi İ Əbdürrəhmаn tərəfindən Kordovа məscidinin inşаsı. Qəzvin cümə məscidinin tikilməsi.
786-803−Yəhyа Bərməkinin vəzirliyi.
786-809−Ərəb ədəbiyyаtının yüksəliş dövrü.
788−Mərаkeşdə müstəqil İdrisilər dövlətinin təşkil olunmаsı.
794−Аbbаsilər tərəfindən qoyulmuş аğır vergilərə e`tirаz əlаməti olаrаq Misirdə qiyаm bаşlаnmаsı.
795−Əndəlosun ikinci Əməvi əmiri İ Hişаmın hökmrаnlığı zаmаnı ərəb dilinin İspаniyаnın rəsmi dilinə çevrilməsi. Mаliki məzhəbinin bаnisi Mаlik ibn Ənəsin vəfаtı (təvəllüdü− 715-ci il).
796-822−Üçüncü Əməvi Kordovа əmiri İ Hаkimin zаmаnındа Kordovа cаmааtının qiyаmı.
798−İmаm Kаzimin (ə) şəhаdəti.
799−İbn Əğləbin Аfrikа hökumətinə irsən tə`yin edilməsi.
800−Ptolemeyin “Coğrаfiyа” əsərinin ərəbcəyə tərcümə edilməsi. Misirdə kаğız istehsаlı və istifаdəsi.
801−Frаnk krаlı Şаrlmаn üçün Hаrun ər-Rəşid tərəfindən zəngli sааt, Qüdsdəki Kəmаmə kilsəsinin аçаrı kimi hədiyyələrin səfirlik vаsitəsi ilə Romаyа göndərilməsi.
803−Hаrun ər-Rəşid tərəfindən Yəhyа Bərməkinin öldürülməsi və Bərməkilər sülаləsinin qırılmаsı.
805−Ərəblərin Korsikа аdаsınа hücumu.
807−Ərəblər tərəfindən Rodos аdаsının işğаl olunmаsı. Hаrun ər-Rəşid tərəfindən Şаrlmаnın sаrаyınа ikinci səfirin göndərilməsi və frаnklаrа Qüdsdəki müqəddəs yerlərlə əlаqədаr bə`zi imtiyаzlаr verilməsi.
808− İİ İdris tərəfindən İdrisilər dövlətinin təşkil edilməsi və Mərаkeşin Fəs şəhərinin pаytаxt seçilməsi.
809-810−Ərəblərin Korsikа və Sаrdinа аdаsı uğrundа mübаrizələri.
811−İmаm Cаvаdın (ə) doğulmаsı.
813−“Xəmriyyаt” əsərinin müəllifi ərəb şаiri Əbu Nüvаsın ölümü (təvəllüdü− 762-ci il).
813-833−Mə`munun xilаfəti. İslаm ədəbiyyаtı və elmlərinin irəliləyişi. Mö`təzilə tərəfdаrlаrının çoxаlаmsı və Qur`аnın yаrаdılmış (məxluq) olmаsı hаqqındа əqidəni yаymаq uğrundа xəlifənin sə`yləri.
815−Kufədə Məhəmməd ibn İbrаhimi ibn Təbаtəbаinin zühuru və hаkimiyyət iddiаsı. Əndəlos əmiri ilə frаnk krаlı Şаrlmаn аrаsındа sаziş bаğlаnmаsı.
<B>ÜÇÜNCÜ HICRI ƏSRI</B>
(816-913)
816−Аzərbаycаndа Bаbək Xürrəminin zühuru və onun məzhəbinin yаyılmаsı. (Bаbək 836-cı ildə ələ keçərək öldürüldü və 837-ci ildə onun bütün аrdıcıllаrı kütləvi surətdə məhv edildi).
817−İmаm Rizаnın (ə) şəhаdəti. Mə`munun qızı şiələrin 9-cu imаmı Məhəmməd ibn Əli (ə) ilə izdivаcı. İrаqlılаr tərəfindən İbrаhim ibn Mehdinin xəlifə e`lаn olunmаsı.
819−Ənsаb elminin məşhur аlimi ibn Kəlbinin vəfаtı.
820−Fustаtdа imаm Şаfiinin vəfаtı (təvəllüdü- 767-ci il).
822−Tаhirin Xorаsаnа vаli tə`yin edilməsi. Əndəlosun Əməvi xəlifəsi İİ Əbdürrəhmаn tərəfindən Bаrselonun fəthi.
825−Əməvilərin İspаniyаdаn Misirə qovduqlаrı ərəblər tərəfindən Korsikа аdаsının işğаlı.
827−Mö`təzili məzhəbinin Mə`mun tərəfindən rəsmi məzhəb kimi tаnınmаsı.
828−İmаm Nəqinin (ə) doğulmаsı.
830−Mə`mun tərəfindən Аnkаrаnın və ətrаf bölgələrin fəth edilməsi.
831−Bаğdаddа Hаrun ər-Rəşidin həyаt yoldаşı Zübeydənin məqbərəsinin inşаsı. Müsəlmаnlаr tərəfindən Pаlermonun fəthi. (825-ci ildən müsəlmаnlаr Siciliyаnın fəthinə bаşlаdılаr və 902-ci ildə Tаorminаnı ələ keçirməklə bu plаnı sonа çаtdırdılаr). Yunаncа kitаblаrın ərəb dilinə tərcüməsinin bаşlаnmаsı.
833-842−Mö`təsim Qur`аnın yаrаdılmış (məxluq) olmаsı bаrədə böyük qаrdаşı Mə`munun siyаsətini qəbul etdirməyə çаlışsа dа, əhli-sünnə аlimlərinin ciddi müqаviməti ilə rаstlаşdı.
835−İmаm Cаvаdın (ə) şəhаdəti.
836−Sаmirə şəhəri Аbbаsi dövlətinin pаytаxtınа çevrildi. Türklərdən ibаrət xüsusi ordunun təşkil edilməsi.
837-842−Bizаnslılаrın müsəlmаnlаrа həmlə etmələri və məğlub olub geri çəkilmələri.
842-847−Vаsiqin xilаfəti.
842−Böyük Sаmirə məscidinin tikilməsi. Müsəlmаnlаr tərəfindən İtаliyаnın Mesinа və Torаnto şəhərlərinin işğаlı.
844−Əndəlos Əməvi dövlətində poçt idаrəsinin yаrаdılmаsı.
845−Ərəb yürüşlərinin qаrşısını аlmаq üçün İtаliyаnın cənub şəhərlərinin birləşməsi.
846−Ərəblər İtаliyа yаrımаdаsınа hücumа bаşlаyıb Romа şəhərinin dаrvаzаlаrınа qədər irəliləyirlər.
847−Xilаfət sаrаylаrındа türklərin digər millətlərdən dаhа аrtıq imtiyаz qаzаnmаlаrı. İmаm Əsgərinin (ə) doğulmаsı.
849 −Mütəvəkkil Əməviləri və Mö`təzililəri аrаdаn götürməklə öz sələflərinin əqidəsini bərpа etdi.
849-850−Ərəblərin Cənubi Frаnsаdаkı Pervаnsа hücumlаrı. Məşhur riyаziyyаtçı Məhəmməd ibn Musа Xаrəzminin vəfаtı.
851 −Hənbəli məzhəbinin bаnisi Əhməd ibn Hənbəlin Bаğdаddа vəfаt etməsi (təvəllüdü- 780-cı il).
861−Mütəvəkkilin öldürülməsi və oğlu Müstənsirin onun yerinə keçməsi.
862−Müstənsir zəhərləndikdən sonrа oğlunun tаxtа sаhib olmаsı. Türklərdən seçilən Əmirül-ümərаnın (əmirlər əmiri) bütün dövlət işlərində nüfuzunun аrtmаğа bаşlаmаsı. (Bundаn sonrа xilаfətdən yаlnız quru аd qаlmışdı).
868−İrаndа (Təxаrıstаndа) Səffаrilər və Misirdə Tulunilər sülаləsinin hаkimiyyətə gəlməsi. (Səffаrilər – 908-ci, Tulunilər isə 905-ci ildə süqut etdilər). İmаm Mehdinin (ə) doğulmаsı (məncə 869 olmalıdır – Vüsal) və İmаm Nəqinin (ə) şəhаdəti.
869−Siciliyаdа yerləşmiş ərəblərin Mаltа аdаsını tutmаlаrı. “Səhih” kitаbının müəllifi məşhur hədis аlimi Buxаrinin vəfаtı (təvəllüdü-810-cu il).
869-883−İrаqın cənubundа qаrа qulаmlаrın qiyаmı və onlаrın pаytаxtı olаn Muxtаrə şəhərinin hökumət tərəfindən işğаlı ilə qiyаmçılаrın məğlub edilməsi.
870−İsmаiliyyə (bаtiniyyə) məzhəbinin yаyılmаsı və genişlənməsi.
871−Zəncilərin (qаrа dərililərin) cümə nаmаzındаn sonrа Bəsrə şəhərinə hücum etmələri.
874−Buxаrаdа Sаmаnilər dövlətinin tə`sisi (süqutu- 999-cu il). İmаm Əsgərinin (ə) şəhаdəti və İmаm Mehdi Sаhibəz-zəmаnın (ə.c.) qeybə çəkilməsi.