Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Yaşadığmız gündəlik həyatda yaxşı pislə, doğru yalanla, haqqı batillə, düz səhvlə seçilməz bir vəziyyət alıb

Yaşadığmız gündəlik həyatda yaxşı pislə, doğru yalanla, haqqı batillə, düz səhvlə seçilməz bir vəziyyət alıb. Bunları bir birindən seçə bilmək insan həyatında həyati bir əhəmiyyəti vardır. Çünki istər ictimayyi və istərsə fərdi həyatda daima iki seçimlə üzləşirik.

Amma hamını maraqlandıran sual yuxarıda adı çəkilənləri bir birindən necə seçə bilməyin metod və yoludur. Bəzi insanlar bunlar birindən ayırmağın yolunu həyatın müxtəlif sahələriylə tanışlığ olduğunu göstərirlər. Həyatın müxtəlif sahələriylə tanışlığ bu yolda danılmaz əhəmiyyət kəsb edir, amma yenə kifayət deyil. Çünki hər nə qədər həyatın müxtəlif sahələriylə tanış olsaqda, iki seçim qarşısında (yəni doğru yalan, haqq batil və düz səhv) çıxılmaz vəziyyətə düşürük.

İslam dini şəriətlə kifayətlənən bir din olmadığı üçün həyatın bütün sahələrində olduğu kimi, bu sahəsindədə bizlər üçün bir işiq yolu göstərir. Allah-Təala Qurani Kərimidə buyurur: “ Ey iman gətirənlər, əgər təqvalı olub və gunahlardan uzaq olsanız, Allah sizə furqan (yəni haqqı batildən ayıra bilmək gücü) verəcəkdir.” (Enfeal 29)

Ayənin mənasına diqqət etdikdə çox bir dərin mənanı özündə əks etdirdiyinin görərik. Gunah insan həyatında çox böyük əhəmiyyətli bir rol oynayır. İnsan ruh və cismdən ibarət bir varlıqdır. Bu iki varlıq bir biriylə sıx qarşılıqlı əlaqədədir. Bəzən insanın bədənində nasazlıq olan zaman ruhuda inciyir və ruhi sıxıntı olanda isə insanın cismidə təsirlənir. Bu fakt ruh və cismin qarşılıqlı sıx əlaqəsinin göstəricidir.

Gunah insanın ruh və mənəviyyatına çox böyük təsir göstərir. Nəticədə cismdə bundan təsirlənir. Bu səbəbdən insan haqqı batildən, doğrunu yalandan və səhvi düzdən ayıra biləcək bir gücü əldən verir.

Gündəlik həyatımızda ən çox qarşılaşdığmız gunahlardan yalançılığı, insanlara qarşı hörmətsizliki, bədxahlığı, paxıllığı misal kimi göstərmək olar. Necəki Allah Quranda buyurur gunahlar insan üçün yaxşını pisdən, doğrunu yalandan və haqqı batildən seçmək üçün ən böyük maneədir. Əgər gündəlik həyatımızda çalışıb gunahlarda uzaq ola bilsək, dünya və axirət həyatında əvəzolunmaz xoşbəxtlik qazanarıq. Nəticədə sağlam bir cəmiyyət qurmağ imkanımız olar.

Bəşər Məmmədov

İslammektebi.org

 

 

 

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin

Ata qayğı göstərib hər şeyi yazıb.

Ata 3 övladını və həyat yoldaşını tərk edərək, uzaq bir şəhərə işləyib ailəsinin ehtiyaclarını düzgün və yaxşı təmin edə bilmək üçün səfərə çıxır. Övladları atalarını çox sevirdilər. Bir müddətdən sonra, Ataları birinci məktubu yazır. Məktub gəlib çatdıqda, onlar məktubu öpərək əzizləyib evin bir küncünə qoyurlar və bunun çox əziz bir insandan gəldiyinə inanırlar.

Bir müddət keçdikdən sonra Ata yenə məktub yazır. Övladlar bu dəfə yenə əvvəlki kimi məktubu əzizləyərək açmadan öpüb bir kənara qoyurlar.

Artıq 3-cü məktub gəlincə anaları çox xəstə bir vəziyyətdə olur. Onlar yenə eyni hərəkəti təkraralayaq məktubu əzizləyib bir kənara qoyurlar.

Bir neçə il sonra Ata qürbəti tərk edərək, öz elinə və ailəsinin isti ocağına qayıdır. Amma atanı gözlənilməz süprizlər qarşılayır. Atanı bir övladı qarşılayır.O, evə girərək həyat yoldaşını və övladlarını soruşur. 

Oğul Atasına ailənin maddi vəziyyətinin çətin olduğundan Anasını müalicə edə bilmədikləri üçün dünyasını dəyişdiyini deyir. 

Ata təəccüblə.!! Axı bəs mən sizə məktub yazaraq, məktubda pul göndərmişdim.

 Oğul: Biz  məktubu əzizlədik amma açmadığ.

Ata böyük oğlunu soruşur. Kiçik oğul cavabında qardaşına ailədə nəzarət edən və yol göstərən olmadığı üçün səfil insanlara qoşularaq evi tərk etdiyini deyir.

Ata kədərlənərək deyir.!! Bəs ikinci məktubda mən ona həyatı necə yaşamalı və kimlərlə dostluq etməli olduğunu yazmışdım. 

Oğul bu məktubuda açmadığıları deyir.

O, qızını soruşur. Kiçik oğul cavabında bacısının istədiyi oğlana qoşulub getdiyini , amma indi çox sefil və acınacaqlı bir həyat yaşadığını deyir.

Ata artıq başa düşür ki, onlar üçüncü məktubuda açmayıblar. Çünki ata axrıncı məktubda qızına O, oğlannan müxtəlif səbəbləri əsas göstərərək evlənməməyini məsləhət bilmişdi.

Bizlərin Allah-təalaya qarşı olan sevgimiz, övladların Ataya olan sevgisinə bənzəyir. Allah bizlərə qayğı göstərərək həyatı necə yaşamamız üçün lazım olan əsas məsələləri məktubunda göndərməyinə baxmayaraq, amma onun məktubunu (Quranı) əzizləyib evin bir kənarına qoyuruq.

Nəticədə..!!???

Bəşər Məmmədov

İslammektebi.org

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 

Qurani-Kərimin və müqəddəs hədislərin təkid etdiyi şeylərdən biri də budur ki, insan gərək hər bir maddi və mənəvi yönlərinə diqqət etsin. Maddi həyata tək yönlü bxmasın. Söhbət insanın  iqtisadi və mənəvi  yönündən gedir. Demək olar ki, insanların bir çoxunun bu haqda baxışı ancaq tək yönlüdür. Yəni iqtisadi və maddi yönünə daha çox əhəmiyyət verilir. İdmanla məşqul olan kəs ancaq bədənini möhkəmləndirmək fikrindədir. Lakin bu bədənin mənəvi yönünə əhəmiyət vermir. Axı insan bir tək cismdən təşkil tapmayıb. Bəlkə cismdən əlavə incə bir ruhada malikdir. Bu şəxs ruhun mənəvi qidası olan orucu  bədənin şəklini pozan bir səbəb kimi görür. Əks olaraq mənəviyyata dəyər verən şəxsləri misal çəkmək olar. Bunlar ancaq ibadətə diqqət yetirib bədənin ehtiyacı olan idmandan xəbərsizdirlər. bunlar çox keçmədən bədənin müxtəlif xəstəliyə düçar olduğunun şahidi olur. Buradan belə çıxır ki, fərdi və ictimai problemlərin bir çoxu elə insanların həyatlarına tək yönlü baxmasından qaynayır. Sözümüzə şahid olaraq  Qurani-Kərimin nəzərini bildirmək yerinə düşər.

Qurani-Kərimdə buyurulur:

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! ” (Zariyat, 56)

Allah-taala öz müqəddəs kəlamında ibadəti qeyd eləməklə insanın mənəvi yönünə işarə etmişdir. Bu səbəblədə ruhun rahatçılığı üçün ibadətin gərəkli olduğunu bildiribdir. Bu o demək deyil ki, həyatın başqa yönlərini unutmalıyıq. Bəlkə başqa bir ayədə həyatın maddi və iqtisadi yönünədə işarə olunub:

“Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür Verdi və ya oranın abadlığını sizə taapşırdı). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!””  (Hud, 61)

Burada Allah-taala insan yaranışından sonra onların yer üzərində abadlıqla məşqul olmalarından söz açır. Yer üzərində abadlıq etmək həyatın iqtisadi yönünə işarədir. Bu yöndə çalışmaq hər bir insanın görəvidir. Çünki bu yöndə  hər bir ailə və cəmiyətin nizamı iqtisadi böhrandan xilas olar. Bundan əlavə İslam hər iki yönü (maddi və mənəvi) də birləşdirərək eyni hədəfə qulluq etdiyini bildirib. Allah-taala hədis-qüdsidə əziz Peyğəmbərə (s) belə buyurub:

“Ey Əhməd! İbadət on hissədən ibarətdir. Onun doqquz hissəsi halal ruzi qazanmaqdır. Əgər yemək və içmələrin pak olsa mənim himayəm və pənahım altındasan. ”

Nəticə olaraq bunu demək olar ki, Qurani-Kərimin nəzərində xoşbəxt insan o kəsdir ki, həyatının maddi və mənəvi yönünə diqqət etsin. Onların dirçəlişi yolund gərəkli tapşırıqları yerinə yetirsin. Bu səbəblə eliyə bilər ən uca məqamlara yüksələrək səadət və kəmal qülləsini fəth etsin.