Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

 

Qurani-Kərimin və müqəddəs hədislərin təkid etdiyi şeylərdən biri də budur ki, insan gərək hər bir maddi və mənəvi yönlərinə diqqət etsin. Maddi həyata tək yönlü bxmasın. Söhbət insanın  iqtisadi və mənəvi  yönündən gedir. Demək olar ki, insanların bir çoxunun bu haqda baxışı ancaq tək yönlüdür. Yəni iqtisadi və maddi yönünə daha çox əhəmiyyət verilir. İdmanla məşqul olan kəs ancaq bədənini möhkəmləndirmək fikrindədir. Lakin bu bədənin mənəvi yönünə əhəmiyət vermir. Axı insan bir tək cismdən təşkil tapmayıb. Bəlkə cismdən əlavə incə bir ruhada malikdir. Bu şəxs ruhun mənəvi qidası olan orucu  bədənin şəklini pozan bir səbəb kimi görür. Əks olaraq mənəviyyata dəyər verən şəxsləri misal çəkmək olar. Bunlar ancaq ibadətə diqqət yetirib bədənin ehtiyacı olan idmandan xəbərsizdirlər. bunlar çox keçmədən bədənin müxtəlif xəstəliyə düçar olduğunun şahidi olur. Buradan belə çıxır ki, fərdi və ictimai problemlərin bir çoxu elə insanların həyatlarına tək yönlü baxmasından qaynayır. Sözümüzə şahid olaraq  Qurani-Kərimin nəzərini bildirmək yerinə düşər.

Qurani-Kərimdə buyurulur:

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! ” (Zariyat, 56)

Allah-taala öz müqəddəs kəlamında ibadəti qeyd eləməklə insanın mənəvi yönünə işarə etmişdir. Bu səbəblədə ruhun rahatçılığı üçün ibadətin gərəkli olduğunu bildiribdir. Bu o demək deyil ki, həyatın başqa yönlərini unutmalıyıq. Bəlkə başqa bir ayədə həyatın maddi və iqtisadi yönünədə işarə olunub:

“Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür Verdi və ya oranın abadlığını sizə taapşırdı). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!””  (Hud, 61)

Burada Allah-taala insan yaranışından sonra onların yer üzərində abadlıqla məşqul olmalarından söz açır. Yer üzərində abadlıq etmək həyatın iqtisadi yönünə işarədir. Bu yöndə çalışmaq hər bir insanın görəvidir. Çünki bu yöndə  hər bir ailə və cəmiyətin nizamı iqtisadi böhrandan xilas olar. Bundan əlavə İslam hər iki yönü (maddi və mənəvi) də birləşdirərək eyni hədəfə qulluq etdiyini bildirib. Allah-taala hədis-qüdsidə əziz Peyğəmbərə (s) belə buyurub:

“Ey Əhməd! İbadət on hissədən ibarətdir. Onun doqquz hissəsi halal ruzi qazanmaqdır. Əgər yemək və içmələrin pak olsa mənim himayəm və pənahım altındasan. ”

Nəticə olaraq bunu demək olar ki, Qurani-Kərimin nəzərində xoşbəxt insan o kəsdir ki, həyatının maddi və mənəvi yönünə diqqət etsin. Onların dirçəlişi yolund gərəkli tapşırıqları yerinə yetirsin. Bu səbəblə eliyə bilər ən uca məqamlara yüksələrək səadət və kəmal qülləsini fəth etsin.