Ata qayğı göstərib hər şeyi yazıb.
Ata 3 övladını və həyat yoldaşını tərk edərək, uzaq bir şəhərə işləyib ailəsinin ehtiyaclarını düzgün və yaxşı təmin edə bilmək üçün səfərə çıxır. Övladları atalarını çox sevirdilər. Bir müddətdən sonra, Ataları birinci məktubu yazır. Məktub gəlib çatdıqda, onlar məktubu öpərək əzizləyib evin bir küncünə qoyurlar və bunun çox əziz bir insandan gəldiyinə inanırlar.
Bir müddət keçdikdən sonra Ata yenə məktub yazır. Övladlar bu dəfə yenə əvvəlki kimi məktubu əzizləyərək açmadan öpüb bir kənara qoyurlar.
Artıq 3-cü məktub gəlincə anaları çox xəstə bir vəziyyətdə olur. Onlar yenə eyni hərəkəti təkraralayaq məktubu əzizləyib bir kənara qoyurlar.
Bir neçə il sonra Ata qürbəti tərk edərək, öz elinə və ailəsinin isti ocağına qayıdır. Amma atanı gözlənilməz süprizlər qarşılayır. Atanı bir övladı qarşılayır.O, evə girərək həyat yoldaşını və övladlarını soruşur.
Oğul Atasına ailənin maddi vəziyyətinin çətin olduğundan Anasını müalicə edə bilmədikləri üçün dünyasını dəyişdiyini deyir.
Ata təəccüblə.!! Axı bəs mən sizə məktub yazaraq, məktubda pul göndərmişdim.
Oğul: Biz məktubu əzizlədik amma açmadığ.
Ata böyük oğlunu soruşur. Kiçik oğul cavabında qardaşına ailədə nəzarət edən və yol göstərən olmadığı üçün səfil insanlara qoşularaq evi tərk etdiyini deyir.
Ata kədərlənərək deyir.!! Bəs ikinci məktubda mən ona həyatı necə yaşamalı və kimlərlə dostluq etməli olduğunu yazmışdım.
Oğul bu məktubuda açmadığıları deyir.
O, qızını soruşur. Kiçik oğul cavabında bacısının istədiyi oğlana qoşulub getdiyini , amma indi çox sefil və acınacaqlı bir həyat yaşadığını deyir.
Ata artıq başa düşür ki, onlar üçüncü məktubuda açmayıblar. Çünki ata axrıncı məktubda qızına O, oğlannan müxtəlif səbəbləri əsas göstərərək evlənməməyini məsləhət bilmişdi.
Bizlərin Allah-təalaya qarşı olan sevgimiz, övladların Ataya olan sevgisinə bənzəyir. Allah bizlərə qayğı göstərərək həyatı necə yaşamamız üçün lazım olan əsas məsələləri məktubunda göndərməyinə baxmayaraq, amma onun məktubunu (Quranı) əzizləyib evin bir kənarına qoyuruq.
Nəticədə..!!???
Bəşər Məmmədov
İslammektebi.org