Yazarlar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 5412
“Fatihə” surəsinin mənası
“Fatihə” “fəth” kökündən olub, mənası “açan”, “başlayan” deməkdir. Quran bu surə ilə başladığından onu “Fatihətul-kitab”, yəni “Allah kitabını başlayan” adlandırmışlar.
Surənin digər bir adı “həmd”dir. “həmd” dedikdə gözəl bir işi könüllü şəkildə görmüş kəsə təşəkkür edilməsi nəzərdə tutulur. Bütün nemətlər Allah-taala tərəfindən yaradıldığından, bütün gözəlliklər onun işi olduğundan bu surədə ”Həmd” ona ünvanlanmışdır.
Bismillahir-Rəhmanir-Rəhim cümləsində olan “İsm” kəlməsi nişanə, əlamət deməkdir. “Bismillah” yəni Allahın adı və nişanı ilə başlayıram. Burada “Bismillah” həm Quranın həm də surənin başlanğıcıdır. Allah-taala öz mübarək kəlamını, hidayət kitabını, eləcə də bütün surələri (“Tövbə” surəsindən başqa) həmin bu kəlmə ilə başlayır.
“Əllah” pərəstiş edilən kəs mənasını verən “Əl-ilah” kəlməsindən düzəlmişdir. “Əllah” varlıq aləmini yaratmış həqiqi və yeganə xaliqin adıdır.
“Rəhman” və “Rəhim” kəlmələrinin hər ikisi rəhmət kəlməsindən götürülmüşdür. “Rəhman Allah” dedikdə böyük rəhmət sahibi, “Rəhim Allah” dedikdə daimi rəhmət sahibi nəzərdə tutulur. Allah-taala rəhmandır. Onun rəhməti istər müsəlman, istər kafir, bütün insanları və mövcudları əhatə edir. Allah-taala həm də rəhimdir. Onun rəhməti sabit və davamlıdır. Onun rəhməti təkcə bu dünyaya yox, həm də axirətə aiddir. Amma axirətdəki rəhmət yalnız möminlərə aiddir.
“Əlhəmdu lillahi rəbbil-aləmin”, yəni bütün həmdlər və sitayişlər Allah üçündür. Çünki bütün nemətlər ondandır. Bütün gözəlliklərin və nemətlərin ilki Allahdır. Odur Aləmlərin Rəbbi.
“Ərrəhmanir-rəhim” növbəti dəfə Allahın böyük və daimi rəhmətini təkid edir.
“Maliki yəvmid-din” qiyamət gününü xatırladır və həmin gündə Allahın mütləq hökm sahibi olduğunu nəzərə çatdırır.
Bu surəni oxuyan şəxs “İyyakə nəbudu” kəlmələrinə çatdıqda özünü Allahın hüzurunda görür. Deyilir ki, Pərvərdigara, yalnız sənə ibadət edirik. “Və iyyakə nəstəin” deməklə insan yalnız Allahın dərgahından yardım gözləyir.
“İhdinəs-siratəl-mustəqim” Allah-taaladan istənilir ki, Allah öz bəndəsini durduğu hidayət mərhələsindən doğru yola daha çox yönəltsin və bu yolda möhkəmləndirsin.
“Siratəlləzinə ənəmtə ələyhim” surənin bu yerində ilahi göstərişlərə itaətdə yardım olunmuş, peyğəmbərlər (ə), siddiqlər, şəhidlər və nemət verilmiş salehlərin yolu istənilir. “Ğəyril-məğzubi ələyhim vələzzallin” deməklə Allah-taalanın rəhmətindən uzaq olanların, onun qəzəbinə gələnlərin və yolunu azanların yolundan uzaqlıq arzu olunur.
Surələr gülüstanından
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 4309
Qurani-Kərimlə qısa tanışlıq
Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim Allah-taala tərəfindən insanların hidayəti üçün Həzrət Muhəmmədə (s) qırx yaşında, peyğəmbərliyə seçilən zamandan nazil olmuşdur. Həqiqətdə Qurani-Kərim iki şəkildə dəfi (bütöv şəkildə Qədr gecəsində Peyğəmbərin qəlbinə nazil olub) və tədrici şəkildə (ayə və surələrin 23 il ərzində yavaş-yavaş nazil olması) nazil olub.
“Quran” kəlməsi oxumaq mənasındadır. Bu müqəddəs kitaba aid bir sıra adlar zikr olunubdur ki, aşağıdakılardan ibarətdir:
Quran, Furqan, Kitab və Zikr.
Sifətlərdən bəzisi isə bunlardan ibarətdir:
Bəşir, Həkim, Rəhmət, Şifa, Əziz, Kərim, Mübarək, Məcid, Moizə.
Qurani-Kərim 114 surə və 6236 ayəyə malikdir.
Ayə: lüğətdə nişan və əlamət mənasındadır. İstilahda isə kəlmə və yaxud kəlam (cümlə) mənasındadır ki, özündən qabaq və sonrasından ayrılmış və bir surə içində yer almışdır.
Məşhur nəzərə əsasən birinci nazil olan ayə “Ələq” surəsinin ilk ayələridir. Məşhur nəzərə əsasən sonuncu nazil olmuş ayə isə “Bəqərə” surəsinin 281-ci ayəsidir.
Surə: Surə kəlməsi Quranda 9 dəfə tək və 1 dəfə isə cəm halda işlənilib. Bu kəlmə lüğətdə iki mənada işlənilib.
1.Yeməyin yarımçığı və yarım qalmışı mənasındadır. Burada hər bir surə Quranın bir hissəsi mənasındadır.
2.Divar, uca və məqam mənasındadır. Burada surə Allah-taalanın sözü olduğuna görə uca məqama malik mənasındadır.
İstilahda isə surə toplum ayələrdən ibarətdir ki, məxsus qalıb və məzmunda bismillahla başlayıb və digər bismillahın nazil olması ilə tamamlanar.
Birinci kamil surətdə nazil olan surə “Fatihə” surəsidir. Ancaq ayə cəhətdən birinci nazil olan surə “Ələq” surəsidir. Məşhur nəzərə əsasən sonuncu nazil olan surə “Nəsr” surəsidir.
Surələrin bəzisinin adı surələrin içində olan mövzulara əsasən təyin olunmuşdur. “Nisa” surəsi mövzusu qadın olduğuna görə belə adlanıb. “Tuhid” surəsinin belə adlanması da elə bu şəkildə olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, surələrin bəzisinin adı İslam peyğəmbərinin (s) elə öz vaxtında təyin olunub, bəziləri isə O Həzrətin (s) zamanından sonra məxsus adlarla səslənmişdir. Diqqət etmək lazımdır ki, ayələrin hər hansı bir surədə yerləşməsi Peyğəmbərin (s) əli ilə yerinə yetirilmişdir. Surələrin necə tərtib olmasında alimlər arasında müxtəlif nəzərlər vardır. Məntiqli nəzərə gələn fikir budur ki, surələrin bəsizi əziz peyğəmbərimizin (s) əli ilə tərtib olunmuşdur, bəziləri isə səhabələrin fikrinə uyğun yerləşdirilmişdir.
Hal-hazırkı Osman-taha xətti ilə olan Quranların səhifələri ayə və surələri nəzərə almayaraq otuz cüzə bölünmüşdür. Hər bir cüz isə iyirmi səhifədən ibarətdir. Belə bir bölüm asan oxumaq üçün müsəlmanların əli ilə əncam tapmışdır.
Bunlardan Əlavə Qurani-Kərim hizblərə də bölünmüşdür. Bəzi Quranlarda hər bir cüz iki hizbə bölünüb, bəzisində isə dörd hizbə bölünmüşdür. Ancaq hizblərdə yerləşdirilmiş ayələrin sayı başqa hizblərə nisbətən eyni sayda deyildir.
Mahir Məmmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 4747
İstixarə insanın görəcəyi və ya görməyəcəyi işdə olan dünya və axirət məsləhətinə işarə edir və bu baxımdan insan istixarənin onun xeyirini aşkar edəciyni gözləməməlidir.
İstixarə mövzusunun cəmiyyət arasında şöhrətli olması və çoxlu sayda insanların istixarəyə müraciət etməsinə baxmayaraq bu məsələ yenə də sual dairəsinə çevrilib və bir çoxları üçün istixarənin mənası aydın deyil. Bu səbəbdən dini-əqidəti işlər üzrə ekspert hüccətul-İslam Əlirza Hüseyni ilə istixarə haqqında müsahibəni sizə təqdim edirik.
İstixarənin mənası nə deməkdir?
İstixarə əslində "xeyir istəmək" mənasınadır və dini termində isə Allah Taaladan xeyir istəmək mənasınadır.
Şiə və sünnü hədislərində də bu kəlmə iki mənada işlənib: biri ümumi məna kəsb edir yəni bütün işlərində Allah Taaladan xeyir istəmək, yəni yaxşı olar ki, mömin şəxs bütün işlərində Allahdan xeyir istəsin və hər bir işini Allahın öhdəsinə buraxsın, Allahdan istəsin ki, işlərini xeyirə mübəddəl etsin. İstixarə bu mənada məsləhətləşmə deyil həqiqətdə dua etmək mənasınadır.
Ikinci məna isə xas bir məna kəsb edir; belə ki, mömin müəyyən bir iş görmək istəyərkən bilmək istəyir ki, o gördüyü iş onun xeyrinədir ya yox, istixarə bu mənada Allah Taala ilə məsləhətləşmə və Allahdan məsləhət alma mənasını verir. Camaat arasında yayılan istixarə də elə bu mənayadır.
Hədislərimizdə istixarə etməyin necəliyi barədə bir çox növlər bəyan edilib, misal olaraq Quran ilə istixarə etmək barədə beşdən çox növ qeyd edilir, təsbeh ilə istixarə etmək barədə altıdan çox növ bəyan edilib, kağız ilə istixarə etmək barədə 9-dan çox növ bəyan edilib, namaz və dua ilə istixarə etmək barədə 5-dən çox növ bəyan edilib, xırda daş ilə istixarə etmək barədə 5-dən çox növ qeyd edilib və sair.
Ən tanınmış istixarə növü isə Quran və təsbeh ilə olan istixarə növüdür və şeyx Abbas Qummi (r.ə) də Məfatih kitabında bu barədə söz açıb.
İstixarənin müəyyən şərtləri varmı və hər bir işdə istixarə etmək olarmı?
Şübhəsiz ki, Allah Taalanın vacib və haram buyurduğu işlərdə istixarə etmək tam mənasız bir əməldir. Hətta məkruh sayılan işlərdə də istixarənin yeri yoxdur; hər bir dəyərsiz və əhəmiyyətsiz olan işlər də belədir. Həmçiin ağıl, məntiq, elm və məsləhət yolu ilə həll edilə bilən işlərdə də istixarənin heç bir dəyəri və yeri yoxdur. Bu əsasla, məsələ barədə tam düşünüb məsləhət alandan sonra və adi həl yollarını keçəndən sonra tərəddüddə qalan zaman istixarə etmək mümkündür.
Diqqət olunmalıdır ki, istixarə barədə olan hədislərdə əsasən, işin xeyirli olub olmaması və ya işin görülüb görülməmsi barədə söz açılıb və bundan artıq heç bir bəyan edilməyib. Bu əsasla, insan istixarənin onun xeyirini aşkar edəciyni gözləməməlidir və istixarə insanın görəcəyi və görməyəcəyi işdə olan dünya və axirət məsləhətinə işarə edir.
İstixarədən alınan cavaba əməl etmək vacibmidir?
İstixarədən alınan cavaba əməl etmək heç də vacib deyil və günah həm hesab edilmir sadəcə alimlər deyirlər ki, istixarə edilərsə şəxsin istixarədə verilən cavaba əməl etməsi daha yaxşıdır. /shabestan/
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 2984
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Təlbələrin Beynəlxalq Quran müsabiqəsinin 4-cü turunun qalibləri məlum oldu. İran İslam Respublikasından olan iştirakçılar Hifz və Qiraət üzrə birinci yeri qazandılar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Təbrizə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə Müsəlman Təlbələrin Beynəlxalq Quran müsabiqəsinin 4-cü turunda Qiraət üzrə İran İslam Respublikasının bu yarışlarda nümayəndəsi Məcid Fəqih birinci yeri qazandı.
Qiraət üzrə ikinci yeri Məhəmmədmehdi İzzuddin (Livan) və üçüncü yeri İnayətullah İsmət (Əfqanıstan) qazandılar.
Abbas Əli Seyid (Alman) 4-cü yeri, Abdullah Əhməd Həsən (Küveyt) 5-ci yeri və Qasim Əhməd Rəzi Həsən (Bəhreyn) 6-cı yerə çıxa biliblər.
Quranın Hifzi üzrə birinci yeri Əbuzər Kərəmi (İran), ikinci yeri Məhəmməd Mustafa Şeyx Əhməd (Mavritaniya), üçüncü yeri Məhəmməd Xəfaci Məhlavi (Misir), 4-cü yeri Ənsaruddin Ənsar (İndoneziya), 5-ci yeri Mühtədi Əbdulhəyov (Tacikistan), 6-cı yeri Faruq Əzəm (Qətər) və 7-ci yeri Əbubəkr Əli Mubəti (Uqanda) qazan biliblər.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 4426
Təcvid qaydalarında səhlənkarlıq edərkən namaz nə vaxt batil olur?
Bəzən Quranın xüsusilə də namazın bir kəlməsinin düzgün tələffüz edilməməsi onun batil olmasına səbəb olur. Misal olaraq “ علیم(əlim-bilən mənasına)” kəlməsi “الیم (əlim-dərdli mənasına)” kimi tələffüz edilərsə məna baxımından tamamilə dəyişir.
Namazda təcvid qaydalarının əhəmiyyəti o dərəcədə böyükdür ki, bəzi hallarda namazın batil olmasına gətirib çıxarır.
Qeyd etmək lazımdır ki, namazın qiraəti üçün qarilər səviyyəsində təcvid elminə yiyələnməyin zərurəti yoxdur, yalnız hərflərin düzgün tələffüzü öyrənmətə çalışmalıyıq.
Dillərdə həriflərin məxrəcinin fərqli olması
Məlum olduğu kimi fars əlifbasının çox hissəsi ərəb əlifbası ilə heç də fərqlənmir, ərəb dilində yalnız 10 hərifin məxrəci fars dilindən fərqlidir. Biz bu10 hərifin tələffüzünü yaxşı öyrənməliyik.
“ح-Ha” hərifinin tələffüzü
Hər bir hərf xüsusi tələffüz olunan məxrəcə malikdir. "ح-Ha" hərfi hülqumun ortasından tələffüz olunmalıdır. Deməli "ha" hərfinin məxrəci hülqumdur.
Bu hərf elə tələffüz edilməlidir ki, boğazın divarlarının daralması nəticəsində tutulmuş "ha" səsi icad olmalıdır.
Əsas məsələ budur ki, "ha" hərifi tələffüz ediləndə qalın formada tələffüz edilməməlidir. Həmçinin "ha" hərifini tələffüz edərkən ifrat dərəcədə boğazı sıxmaq onun "xa" hərifinə çevriməsinə səbəb olur və əgər zəif formada tələffüz edilərsə bu zaman başadüşülməz boş səs icad olur.
Bu hərfin tələffüzünü öyrənmək üçün ən asan yol budur ki, təsəvvür edin hava soyuqdur və siz də əllərinizi ağzınızla qızdırmaq istəyirsiniz belə bir formada "ha" hərifi təlffüz edilir.
Qeyd edək ki, "ha" hərifi ilə bağlı digər qaydalar da mövcuddur , biz məqalənin davamında bu barədə ətraflı söhbət edəcəyik.
B.M
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 6075
Allah-taala Qurani-kərimdə buyurur:
... “(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik”...[1]
Bütün səmavi kitablar, etiqadi məsələlərdə bir-birinə uyğundurlar və bütövlükdə bir məqsədə (insanların hidayəti və təkamülünə) doğru yönəliblər. Lakin bəşərin təkamülü tədrici olduğuna görə, müəyyən məsələlərdə bir-birilərilə fərqlənirlər. Hər din insanlar üçün müəyyən bir zamanda nazil olaraq daha geniş proqramlar gətirir. Bu kiçik yazıda Quranla İncil və Tövratın bəzi fərqlərinə işarə edirik:
1. Qurani-kərim peyğəmbərin (s) əbədi möcüzəsidir. Heç kəs ona bənzər bir kitab gətirməyib, heç vaxt gətirə də bilməz. Qurani-kərim bu barədə buyurur:
“Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahət və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz”...[2] Amma İncil və Tövrat möcüzə deyillər.
2. Qurani-kərim iki şəkildə nazil olmuşdur:
a) Allah-təala tərəfindən mübarək Ramazan ayının qədr gecəsində əziz İslam peyğəmbərinə (s) bir dəfəyə və tam şəkildə;
b) Tarixi hadisələr, şərait və insanların ehtiyaclarına cavab olaraq 23 il ərzində tədricən Peyğəmbərə (s) nazil olmuşdur. Lakin Tövrat və İncil məhz “bir dəfəyə” nazil olmuşdur.
3. Əlimizdə mövcud olan Quran əziz İslam peyğəmbərinə (s) nazil olan Allahın kəlamından fərqli deyil. Qurani-kərim o həzrətin xüsusi nəzarətilə artırıb-əskilmədən kitab şəklinə salınmışdır. Çünki, Quranı təhrifdən qoruyub saxlamağı Allah-taala öz öhdəsinə götürmüşdür:
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və dəyişiklikdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”[3]
Lakin hal-hazırkı İncil və Tövrat belə deyillər. Tarixi sənədlər və sair dəlillərə əsaslanaraq demək olar ki, əsil İncil və Tövrat aradan getmiş, o iki səmavi kitabın məhz bəzi hissələrini həzrət Musa (ə) və həzrət İsanın (ə) ardıcılları tərəfindən onlardan bir müddət sonra yazıblar. Təəssüflər olsun ki, sonradan yazılan bu iki kitab cürbəcür xurafatlar və saysız-hesabsız cəfəngiyatlarla qarışmışdır. Deməli hal-hazirkı İncil və Tövrat yəhudilər və xristianların vasitəsilə yazılan tarixi kitablar toplumudur və həzrət Musa (ələyhis-səlam) və həzrət İsaya (ələyhis-səlam) nazil edlmiş səmavi kitablar deyil.
4. Qurani-kərimin maarifi də Tövrat və İncilin maarifi ilə müqayisə olunmaz dərəcədə fərqlidir.
Birinci: ...“Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günah və savabı) izah etmək üçün, nazil etdik!”...[4] Quranda insan təkamülündə rol oynayan müxtəlif əqidələr, fikir çalarları, əsaslı nəzərlər, davranış qaydaları, fərdi, ictimai, maddi, mənəvi, dünya və axirət aid məsələlər və s. amillər açıqlanmışdır. Qurani-kərimin maarifi insanların ümumi fitrətilə uyğundur. Buna görə də hərtərəfli və bütün zaman və məkanları əhatə etmək xüsusiyyətinə malikdir.
İkinci: Qurani-kərimin maarifi ağıl və məntiqə əsaslanır. İslam dinin əsas təlimləri ağıl və təfəkkürü meyar götürərək cəhalət və kor-koranə olan təqlidi qadağan edir.
Üçüncü: Qurani-kərim xüsusi nəzərlə (ifrat və təfritdən uzaq) insan varlığının həqiqəti, onun fitrətilə uyğunluğuna vararaq insan həyatının hədəflərini mərhələlərindən asılı olaraq bəyan etmişdir ki, bütün istedadlar ərsəyə çıxaraq canlansın. Buna görə də dünyapərəstliyi və maddi istəklərə tabe olmağı məzəmmət etmişdir.
Dördüncü: Qurani-kərim ixtilaflı və ziddiyyət təşkil edən sözlərdən uzaqdır. Halbuki, qeyd etdiyimiz xüsusiyyətlərin heç biri hal-hazırkı Tövrat və İncildə mövcud deyil və əksinə xurafatlarla dolu olan bu iki kitab hətta peyğəmbərlərə də yaraşmayan ittihamlar söyləməkdən çəkinməmişlər. Nümunə olaraq onlardan bir neçəsinə işarə edirik:
a) Tövrat inək heykəli düzəldib və camaatı ona sitayiş etmək itthamını həzrət Musanın (ələyhis-səlam) canişini həzrət Haruna (ələyhis-səlam) mənsub edir. Halbuki, Bəni-İsraldən olan Samiri adlı bir şəxs bunu etmişdir və Quran bu iki peyğəmbəri şirk və bütpərəstlik kimi bütün nöqsanlardan pak və uzaq olaraq qeyd edir.
b) Qurani-kərim elm, təqva sahibi həzrət Süleyman peyğəmbəri (ələyhis-səlam) böyük hökuməti olmasına baxmayaraq heç vaxt məqam və dünya malının əsiri olmadığını bəyan edir. Lakin Tövrat müxtəllif yerlərdə ona qarşı ən pis ittihamları irəli sürür ki, onları nəql etmək belə, xəcalətə səbəb olar.
c) İncil Allahı təcəssümlə[5] (cism olmaqda) ittiham edərək deyir: “Allah-taala insan şəklində mücəssəm olub və...” Amma Qurani-kərim buyurur:
…
“...Ona (Allaha) bənzər heç bir şey (varlıq) yoxdur...”[6]
Seyyid Əli Haşimi.
Çevirən: Şəhriyar Əliyev
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 3656
Qurani-kərimin bəzi ayələrindən məlum olur ki, Allah-taala peyğəmbərlərə (ə) qeyb elmi verib. Allah-taalanın qeybə olan elmi müstəqil, peyğəmbərlərin (ə) elmləri isə qeyri-müstəqildir; yəni Allah peyğəmbərlərə (ə) qeyb elmi verməsəydi onları qeybi bilməzdilər.
Aşağıda qeyd etdiyimiz ayələrdən açıq-aydın məlum olur ki, peyğəmbərlərə (ə) qeyb elmi verilib:
“...Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər)....” (Ali-İmran, 179)
"Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi..."(Hud, 49).
"Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər)” (Cinn, 26-27).
Quran-kərim nümunə olaraq bəzi peyğəmbərlərə (ə) qeyb elminin verildiyini bəyan edir.
1-Həzrət Nuhun gələcək nəsillərin aqibətindən xəbər verməsi:
"Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər” (Nuh, 26-27).
Həzrət Nuhun bu elminin mənşəyi ilahi vəhy idi. Qurani- kərim bu barədə buyurur:
"Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq!)” (Hud, 36).
2- Həzrət Yaqub (ə) tam şəkildə həzrət Yusifin (ə) gələcəyindən xəbərdar idi. Həzrət Yusif yuxuda on bir ulduz, ay və günəşin ona səcdə etdiyini gördükdə yuxunu atasına danışdı. Yaqub peyğəmbər buyurdu:
“Ey oğul!Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. (Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” (Yusuf, 5-6).
Həzrət Yaqub (ə) bu sözlə bir neçə qeyblə bağlı məsələni yəqinliklə açıqlayır:
1. Həzrət Yusifin (ə) qardaşlarının hiyləsi;
2. Həzrət Yusifə (ə) yuxuyozma elminin verilməsi;
3. Yusifə (ə) peyğəmbərlik nemətinin verilməsi;
4. Həzrət İsanın (ə) qeyblə bağlı məlumatları.
Qurani-kərim həzrət İsanın (ə) iki qeybi xəbərini qeyd edərək buyurur:
a) Camaatın evlərində yığıb saxladığı şeyləri:
“...Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm...” (Ali-İmran, 49).
b) Sonunucu peyğəmbərin peyğəmbərliyini:
“...Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm...!” (Saff, 6).
Seyyid Əli Haşimi
Çevirən: Şəhriyar Əliyev
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 3162
İnsan yaranmışların ən üstünü olaraq həmişə Allah-taalanın lütf və mərhəmətindən ruzilənmişdir.

"Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)"(İsra surəsi, 70-ci ayə).
Buna görə də boynunda böyük məsuliyyəti var. Çünki, həm Allahın saysız nemətlərini qorumalı və həmdə ictimai yaşayışda sair insanlarla birlikdə olmalı və onlara kömək etməlidir. Deməli, əgər insan əməllərini göstərməlidirsə yaxşı olar ki, ən gözəl əməlləri etsin. Çünki, Allah yaxşı əməllərlə insanları imtahan və onlardan yaxşı əməlləri qəbul edər: "Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək"( Kəhf surəsi, 7-ci ayə).
"Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz... cənnət əhli içərisində olacaq kimsələrdir!"( Əhqaf surəsi, 16-cı ayə).
İnsanın şəxsi və ictimai əməlləri ilahi ölçülərlə və bəşərin saf qanunları ilə uyğunlaşdıqda Quran o əməlləri "saleh, həsən, səvab, haqq və xeyir" kimi kəlmələrlə vəsf edir.
"...və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər)."(1)
"Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar."(2)
"Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!"(3)
"Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu."(4)
İnsan əməli ilahi sünnətlə uyğun olmadıqda Quran baxımından o əməllərə "Səyyiat (pis), batil, münkər, xəta və şərr" deyilir.
"Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!"(5)
"Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!"(6)
"Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır."(7)
"Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar)"(8)
"Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)."(9)
Bəşərin hidayətini öhdəsinə götürən Quran insanı təkamülə çatdıracaq bəyənilən əməllərə tövsiyə edir və insanı alçaldan bəyənilməyən əməllərdən çəkindirir.
Quranın əmrlərinə itaət etmək dəyərli təsirlərlə nəticələnəcək və cəmiyyətdə böyük dəyişiklik yaranacaq. Bu kiçik yazıda Qurana əməl etməyin bəzi fərdi təsirlərinə işarə edirik:
1-Çətinliklərə dözmək
İnsan maddi yaşayışda müxtəlif acılıqlar və çətinliklərlə üzləşir. Onlara təhəmmül etmək hamı üçün asan deyil. Bəzən bu problemlər bəzi şəxslərdə psixoloji təsirlər yaradır. Lakin möminlər belə problemlərə dözməyə qadirdilər.
"Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!"(10)
2- Müsibətlərə səbr etmək
İnsan Quranla və Allah kitabına əməl etməklə öz imanını artıraraq, çətin müsibətlərə səbr etməyə hazır olur.
Ümmi Əqil səhralıqda yaşayan bir qadın idi. O islamı qəbul edib onun qanunlarına əməl edirdi. "Əqil" adlı bir oğlu var idi ki, dəvələrini otarardı. Bir gün iki qonağı gəlib evə daxil oldular. O, qonaqları qarşılayırdı ki, oğlunun ölüm xəbərini ona çatdırdlar. Ümmi Əqil məsələni qonaqlara demədən nökərinə üz tutub dedi: Miniyindən düş və bu qoyunu kəsib qonaqlar üçün təam hazırla. Xörək yedikdən sonra qonaqlar məsələdən agah oldular və bu qadının səbrinə təəccüb etdilər. Ümmi Əqil qonaqlara dedi: "Sizlərdən biriniz Allah kitabından bir şey bilir"? Onlardan biri dedi: "Mən Quran oxumağı bilirəm". Ümmi Əqil dedi: "Mənim üçün Quran ayələrindən oxu ki, ürəyim sakitləşsin".
O şəxs bu iki ayəni oxudu:
"(Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!"(11)
Müsibət görmüş bu qadın ayələri eşitdikdən sonra əllərini Allah dərgahına uzadaraq dedi: "İlahi! Bu ayələrdə buyurduğuna əsasən mən baş verən hadisəyə səbr etdim, sən də səbr edənlər üçün etdiyin vədəyə əməl et!"(12)
3- Günahlardan tövbə etmək:
Qurani kərim pak mənbədən qaynaqlandığına görə insanın cisminə və ruhuna təsir edərsə, onu çirkinliklərdən paklığa və zülmətdən nura hidayət edər.
Fuzeyl bin Əyaz mahir yol kəsən və oğru idi. Şərəxsin ətrafında karvanların qarşısına alıb onları qarət edərdi. Camaat onun adını eşidərkən canlarına qorxu düşərdi. Bir gün bir qızı görüb, ona aşiq oldu. O, qıza dedi: Bu axşam sizin evə gələcəm, valideynlərinə de, bir otaq hazırlasınlar!
Qız bu xəbəri valideynlərinə dedikdə, onlar qorxudan Fuzeylin dediklərini hazırladılar, sonra narahat olaraq Allah dərgahına üz tutaraq, dua və təvəssül etdilər ki, Fuzeylin şərrini onlardan uzaqlaşdırsın.
Gecə yarısı idi. Fuzeylin ayaq səsi evin damından eşidildi. Birdən Fuzeyl kiminsə Quran oxuduğunu eşitdi. O, bu ayəni oxuyurdu:
"İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!"(13)
Fuzeyl bu ayəni eşitdikdə qəflət və şəhvət hissini buraxdı. Onun batini gözü açıldı və bilinməsi lazım olan şeyi bildi. Üzünü Allah dərgahına tutdu və ixtiyarsız olaraq fəryad çəkdi və dedi: "Ey tanrım! İndi qəlblərin təvazökar olmasının vaxtıdır!" Həmin yerdən qayıtdı. Qızın yanına getməkdən vaz keçdi. Evdən qayıtdıqda bir xarabalığa çatdı. Orada bir karvanın istirahət etdiklərini gördü. Onların bəziləri getmək vaxtıdır deyirdilər. Bəziləri isə deyirdilər: İndi tezdir, sübh olsun sonra gedərik. Çünki, Fuzeyl yoldadır, indi getsək onula rastlaşacağıq.
Fuzeyl uca səslə dedi: "Arxayın olun Fuzeyl tövbə edib. Həmin Fuzeyl deyil, oğurluqdan və yol kəsməkdən əl çəkib!
Beləliklə, Fuzeyl tövbə etdikdən sonra ibadətlə ali məqamlara çatdı və öz dövrünün böyük ariflərindən olaraq, şagirdlər tərbiyə etməyə başladı.
Ömrünün axırlarında Məkkəyə gedib Kəbənin ətrafında yaşayırdı. Aşura günü həmin yerdə dünyadan getdi.(14)
4- Nəfsə qalib gəlmək
Məhəmməd bin Şirin məşhur yuxuyozanlardan idi.O həmişə səliqəli geyinərdi. Həmişə ondan yaxşı iy hiss olunardı. Bir gün bir şəxs bunun səbəbini ondan soruşdu. O dedi: "Bunun hekayəsi çox maraqlıdır". O şəxs çox israr etdikdə İbni Sirin dedi:
"Gənc yaşlarımda çox gözəl idim. Parça satışı ilə məşğul olurdum. Bir gün bir qadın kənizi ilə mağazaya gəlib parça aldı. Qiymətini dedikdə onlar pulu evdə verəcəklərini dedilər. Mən də mağazanı bağlayıb onlarla birlikdə evin qabağınadək getdim. Onlar evə daxil oldular, mən isə gözləyirdim. Bir müddətdən sonra qadın tək evdən çıxdı və məni evə dəvət etdi. Evə daxil olduqda evin bahalı xalçalar və qablarla bəzəndiyini gördüm. Qadın dedi: "Ey gənc! Mənim parçam var, səni buraya gətirməkdə başqa niyyətim var. Birdən Allah tərəfindən mənə ilham oldu. Elə bil ki, kimsə bu ayəni mənim qulağıma pıçıldadı:
"Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!"(15)
Bu ayə yadıma düşdükdə qərara gəldim ki, öz pak gəncliyimi günah çirkabına batırmayım. Qadın məni özünə cəlb etməyə çalışsa da mən ona əhəmiyyət vermədim. O, kənizlərinə əmr etdi ki, məni iplə bağlasınlar. Sonra məni bədənimdən qan çıxanadək vurdular. Onlardan xilas olmaq üçün plan çəkməli oldum. Dedim: "Vurmayın! Razı oldum". Onlar əl-qolumu açdılar. Soruşdum ayaqyolu haradadır? Mənə göstərdilər. Oraya gedib paltarlarımı nəcisə buladım və çıxdım. Onlar məni bu vəziyyətdə gördükdə qaçdılar. Bu vaxt fürsəti qənimət sayıb qapıya tərəf qaçdım. Qapı kilidli idi. Allahın lütfü ilə qapıya əl vurduqda açıldı. Evdən çıxıb özümü suya çatdırıb paltarlarımı və bədənimi yudum. Birdən bir şəxs peyda oldu. Mənim üçün gözəl paltar gətirib mənə geyindirdi. Sonra mənə gözəl ətri olan bir şey verib, dedi: "Ey təqvalı insan! Sən öz nəfsinə qalib gəldin, qiyamət günündən qorxub Allah əmrinin əksinə əməl etmədin. Bu imtahan üçün bir vasitə idi. Sənin paltarın heç vaxt çirkin olmayacaq. Bu xoşa gələn qoxu heç vaxt səndən getməyəcək".
Buna görə Allah ona yuxuyozma elmi verib. Onun dövründə heç kim onu kimi yuxu yoza bilmirdi.(16)
Əlavələr:
1- Fatir surəsi, 10-cu ayə.
2- Hud surəsi, 114-cü ayə.
3- Nəbə surəsi, 38-ci ayə.
4- Əraf surəsi, 118-ci ayə.
5- Furqan surəsi, 70-ci ayə.
6- Bəqərə surəsi, 188-ci ayə.
7- Mucadilə surəsi, 2-ci ayə.
8- Nisa surəsi, 112-ci ayə.
9- Zilzal surəsi, 8-ci ayə.
10- Fussilət surəsi, 30-cu ayə.
11- Bəqərə surəsi, 155-157-ci ayələr.
12- "Səfinətül-bihar" c.3, səh. 21.
13- Hədid surəsi, 16-cı ayə.
14- "Səfinətül-bihar" c.2, səh. 369.
15- Naziat surəsi, 40 və 41-ci ayələr.
16 - "Əl-kunye vəl-əlqab" c. 1, səh.313.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 3200
Təkamül təlimi və teologiya
Təkamül hipotezi və insanın mənşəyi
Antik dövrlərlə bağlı tədqiqat aparan bəzi arxioloqların fikrincə Yerdə həyat 500 mln. il bundan öncə başlamışdır. Məməlilər 80 mln. il, insan isə 3 mln. il öncə meydana gəlmişdir. Onların qənaətinə görə, bu (insanın yaradılışı) qədim Daş dövrünə (Paleolit) təsadüf edir.
Doktor Paknijad yazır:
“Məməlilərin nə zaman yaranması haqqında dəqiq məlumat əldə olunmamışdır. Bu gün onların tarixinin sürünənlər qədər qədim olduğu söylənilir. Onlardan bəziləri ağaclarda yaşayırdılar. Aralarında qəribə yaradılışa malik (baş barmaqlı) pişiyəbənzər, iri gözlü Samur adlanan heyvan cinsi var idi. Bunları meymuna qədərki canlılar adlandırırlar. Zaman keçdikcə onların burnu qısaldı və ilkin meymunlar şəklinə düşdü. Sonradan meymunlar bugünki dörd əsas tipdə formalaşdılar (qorilla, oranqutan, hibban, şimpanze - sonuncu, təkmilləşmə baxımından hamısından öndədir). Növbəti mərhələdə bir neçə meymun insanabənzər şəkilə düşməyə başladı. 1962-ci ildə Keniyada tapılan insan qalığının (kəllə və ətraf sümükləri) 14 mln. öncəyə aid olduğu müəyyən edilmişdir. Şərqi Afrikada (Tanzaniyada) tapılan digər insan qalığının (kəllə) 1,7 mln. il yaşı olduğu müəyyən edilmişdir. Digər qədim hominid isə Efiopiyada aşkar edilmişdir. Təyin edilmişdir ki, onların nitq ünsiyyəti ibtidai inkişaf mərhələsini keçirdi. Ehtimallara görə bir neçə yüz sözdən ibarət dildə danışırmışlar. Qəbilə şəklində yaşayır və 40 il ömür sürürmüşlər (alim və arexoloqlar digər insan növləri də aşkar etmişlər ki, bu haqda davamlı olaraq dövri mətbuatda oxuyuruq).
Qədim insanlar 500 min il tarixə malikdirlər. Lakin müasir insanın tarixi yalnız 50 min ildir. Ondan öncəki dövr haqqında isə hər hansı bir məlumat yoxdur. Ən məşhur qədim insanlar avstralopiteklər, titekantroplar, neoantroplar, və kromanyonlardır ki, ardıcıl olaraq 35, 150, 300, 550 min il öncəyə təsadüf edirlər. Onlar insan idilər və insan həyatı sürürdülər. İtiuclu, dəstəli kəsici alətlər düzəldir, oddan istifadə edirdilər. Neoantroplar öz ölülərini dəfn edirdilər. Onların arasında dini inanclar mövcud olmuşdur. Onlar 600 il öncə mağarada yaşadıqları, ölümdən sonrakı həyata etiqad bəslədikləri aşkar olunmuşdur.
Kamil insanlar 50 min il öncə geniş artımla müşayiət olunmuşlar. Lakin onların primatlardan, yoxsa digər insanabənzər meymunlardan əmələ gəlməsi məlum deyil. Bu insanların düzəltdiyi bəzi alətlər hələ də istifadə olunmaqdadır (tilov, ox, yay və s.). Onlar proqramlı dini ayinlər icra edirdilər. Lakin buna baxmayaraq hələ də mağarada yaşayırdılar. Təqribən 10 min il öncə mağaradan çıxaraq çıraq və geyimdən istifadəyə başladılar. Biologiyaya görə bu (mağaradan uzaqlaşmaq) bəşər sivlizasiyasının başlanğıcı olmuşdur.
Əlavələr:
1- “Təfsiri-nümunə”, c. 11, səh. 81-85
2- Doktor Paknijad insan və meymun orqanizmlərinin oxşar və fərqli tərəfləri haqqında geniş söhbət açmışdır. Misal üçün, onların qanı 4 qrupa – AB, O, B, A,- bölünür. Şimpanze meymunlarının qanını insana vurmaq olar. Lakin meymunların südünü uşağa içirmək olmaz (halbuki digər heyvanların südünü - inək və s. - uşağa içirmək olar). Bir kişinin beyni erkək meymun beynindən üç dəfə böyükdür. Meymunların boğazlıq dövrü insanda olduğu kimi 270 gündür (“İlk universitet, son peyğəmbər”, c. 1, səh. 171-174).
3- Yenə orada, c. 1, səh. 166-178.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 3077
Təkamül hipotezinin qısa tarixi və alimlərin baxışları
Burada Təkamül nəzəriyyəsinin qısa tarixinə nəzər salacaq, hər iki nəzəriyyənin izahını verəcək və dəlillərinə toxunacağıq.
Bəzi mütəfəkkirlər yazırlar:
“Təkamül nəzəriyyəsi hələ miladdan öncə mövcud olmuşdur. Miladdan sonra da ərəb alimləri, (sonralar İslam alimləri) bu haqda fikir yürütməyə başladılar. Müsəlmanlardan Farabi “İdeal cəmiyyət baxışları”, Qəzvini, “Əcaib əl-məxluqat” və “İxvan əs-səfa, İbn Misqəveyh “Təhzib əl-əxlaq” və “əl-Fəvz əl-əsğər” əsərlərində bu haqda söhbət açmışlar”. Təkamül nəzəriyyəsi elm tarixində müxtəlif formalarda mövcud olmuşdur. Lakin XIX əsrdə Lamark və Darvindən sonra təkamül haqqında müzakirələr daha da genişləndi.(1)
Təkamül nəzəriyyəsinin tərəfdarları əsasən iki katiqoriyaya ayrılırlar:
1. Təkamülü bütün varlıqlara, hətta maddə və enerjiyə aid edərək ümumiləşdirənlər;
2. Təkamülü yalnız canlı varlıqlara, üzvi aləmə (mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar) aid edənlər.
Birinci katiqoriyaya aid olan alimlər arasında da fikir ayrılığı mövcuddur. Bəziləri təkamülün hərəkətverici qüvvəsinin təbiətin fövqündə durduğu (materiyanın mütləq inert (təsirsiz) olub “canlanmaq” üçün hərəkət verilməsi lazım gəldiyi), bəziləri isə materiyaya hərəkət verilməsi lazım olmadığı qənaətindədirlər.
Təkamül və növlərin dəyişilməzliyi konsepsiyalarının izahı
Öncə də qeyd olunduğu kimi təbiətşünaslıq elmləri ilə məşğul olan alimlər arasında həyatın və insanın (canlı təbiətin) mənşəyi haqqında iki nəzəriyyə mövcuddur.
1. Növlərin təkamülü və ya transformizm nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmdə mövcud olan növlər sabit deyil. İndi yaşayan növlər əvvəl yaşayan növlərdən təbii yolla əmələ gəlmişdir. Deməli, indiki bütün üzvi aləm, bitkilər, heyvanlar və insan özü də milyon illər davam edən inkişaf prosesinin məhsuludur. Başlanğıcda ibtidai formalar, birhüceyrəlilər okeanlarda xüsusi şəraitdə (cansız varlıqdan) törəmişdir. Bu mikroskopik varlıqlar ibtidai həyati formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişməyə başladılar. Okeanlardan sahilə, sahildən havaya keçdilər. Təkamül prosesinin ən kamil nümunəsi bugünkü insanlardır. Onlar insanabənzər meymunların təkamülü nəticəsində meydana gəlmişlər.
2. Növlərin dəyişməzliyi nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmi təşkil edən növlər indiki şəkildə yaradılmış və dəyişməzdir. Heç bir növ digər növə çevrilməmişdir. İnsan da ayrıca yaradılmış və dəyişməmişdir.
Hər iki nəzəriyyənin tərəfdarları öz fikirlərini qətiyyətlə müdafiə etmiş və elmi dairələrdə dərin çəkişmələr müşahidə olunmuşdur. Lamark və Darvin Təkamül nəzəriyyəsini yeni dəlillərlə elmi ictimaiyyətə təqdim etdikdən sonra mövcud çəkişmələr daha da şiddətləndi.(2)
Şübhəsiz, təbiətşünaslıq elmi dairələrində Təkamül təlimini müdafiə edən elm adamları çoxluq təşkil edir.
Transformistlərin dəlilləri
Təkamül nəzəriyyəsini müdafiə edənlərin qarşıya qoyduğu dəlilləri aşağıdakı şəkildə qruplaşdırmaq olar.
Birinci dəlil: Təkamül nəzəriyyəsinin başlıca dəlili paleontoloji nailiyyətlər, qazıntı qalıqları üzərində aparılan tədqiqatlardır. Canlı varlıqların daşlaşmış skeletləri üzərində aparılan müqayisəli tədqiqatlar göstərir ki, canlılar (növlər) ibtidai formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişilmişdir. Qalıqların bu fərqliliyini yalnız Təkamül nəzəriyyəsi ilə izah etmək olar.
İkinci dəlil: Burada müqayisəli müşahidələr əsas götürülür. Müxtəlif heyvan skeletlərinin müqayisəli tədqiqatı nəticəsində növ əlamətlərində çox geniş dəyişkənlik olduğu üzə çıxmış və bəlli olmuşdur ki, heyvanların mənşəyi birdir.
Üçüncü dəlil: Burada embrioloji tədqiqatlar əsas götürülür. Hələ təkmilləşməmiş heyvan rüşeymlərini (embrionları) müqayisə etsək, onlarda böyük bənzərlik olduğunun şahidi olarıq. Bu, onların mənşəyinin ümumi olduğunun göstəricisidir.
Növlərin dəyişməzliyi təliminin tərəfdarlarının cavabları
Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edənlər bütün bu dəlillərə bir ümumi cavab verirlər. Onlara görə, bu dəlillər qənaətbəxş deyil. Qeyd olunan hər üç dəlil insanda təkamül haqqında ilkin təsəvvür (ehtimal, zənn) yaratsa da onu qəti şəkildə sübut etmir. Daha dəqiq desək, Təkamül nəzəriyyəsinin isbatı, onun bir hipotez (fərziyyə) şəklindən qəti elmi qanun şəklinə keçməsi konkret əqli (rasional) arqument və ya təcrübi, sensual fakt tələb edir. Lakin rasional biliklər, fəsəfə bu kimi mövcudlar haqqında fikir yürüdə bilmir. Təcrübələr isə kökü milyon illər öncəyə gedib çıxan məsələlər haqqında dəqiq nəticə əldə etməkdən acizdir. Bizim müşahidə etdiklərimiz zaman keçdikcə bitki və heyvanlarda baş verən qəfil dəyişkənlikdir (mutasiya(3)). Misal üçün, adi qoyun cinsindən qəflətən yeni qoyun tipi törəyir ki, yunu adi qoyunlarla fərqlənir. Yəni adi qoyun cinsinə nisbətdə daha zərif olur. Bu yeni törəyən qoyun tipindən merinos adlanan yeni qoyun cinsi formalaşır. Həmin mütasiyalar gözün, dırnağın rəngində, dərinin formasında da özünü göstərir. Lakin hələ başlıca bədən üzvlərində baş verən mühüm dəyişiklik və ya növdən növə keçid (çevrilmə) müşahidə olunmamışdır. Deməli, biz qəfil sıçrayışlar nəticəsində növ dəyişmələrinin, misal üçün, sürünən heyvanların uçuş qabiliyyətinə malik quşa çevrilməsini zənn etsək də bu, ehtimaldan başqa bir şey deyil. Çünki biz bunu təcrübi olaraq müşahidə etməmişik. Bütün bunlar göstərir ki, transformistlərin qarşıya qoyduğu dəlillər Təkamül təliminin yalnız bir hipotez (fərziyyə) olduğunu sübuta yetirə bilər. Buna görə də təkamül bir nəzəriyyə deyil, hipotez (fərziyyə) adlandırılmalıdır.
Əlavələr:
1- Fikrimizcə “Təkamül” termini bəzən dar mənada (birhüceyrəli orqanizmlərdən insana doğru təkamül və ya ibtidai həyatı formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişmə) işlənir. Bəzən isə geniş mənada (fiziki, psixi, mənəvi, elmi, ictimai, əxlaqi və s. təkamül) işlənir ki, birinci mənanı da əhatə edir. Lamark və Darvindən öncə təkamül sözün geniş mənasında, onlardan sonra isə dar mənada işlənməyə başladı.
2- Qeyd etmək lazımdır ki, Lamarkizm və Darvinizm təkamülü büsbütün bir-birinə əks olaraq şərh edir. Lamarkizm təkamülü uyğunlaşma (adaptasiya) ilə, darvinizm isə uyğunlaşmanı təkamüllə izah edir.
3- Genetik aparatda genlərin bir allel vəziyyətdən başqa vəziyyətə keçməsi, xromosomların sayının və quruluşunun müxtəlif dəyişilməsini birləşdirməklə qəflətən baş verən davamlı (sabit) dəyişkənliklər.
Ardı var...
Hazırladı: Maqsud Sayıl
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 4110
Yerdə Həyatın meydana gəlməsi və inkişafı (üzvi aləmin inkişafı)
Yerdə həyatın necə meydana gəlməsi daim bəşər övladını düşündürmüşdür. Bu haqda bir çox alimlər, ekspertlər rəy vermiş, fikir söyləmişlər. Quran da bu məsələdən yan keçməmiş, bəzi məsələlərə aydınlıq gətirmişdir. Bu, son qəti elmi nailiyyətlərlə üst-üstə düşdüyündən Quranın elmi möcüzəsi hesab olunur. Burada mövzu ilə bağlı ayələri və təfsirçilərin baxışlarını incələcəyik.
Elmi sirlər və şərh
1. Ayətullah Məkarim Şirazi Ənbiya surəsinin 30 (وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ) və Nur surəsinin 45-ci (وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاءٍ) ayələri haqqında üç ehtimal irəli sürür:
a) Ayədə “ماء” [ma`] ifadəsindən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma(1). Bu ehtimal bir çox rəvayətlərdə də təsdiqlənir.
b) Ayədə məqsəd yaradılan ilk varlıqdır. Çünki rəvayətlərə görə Allah ilk olaraq suyu yaratdı. İnsanları da sonradan sudan yaratdı. Son elmi araşdırmalar da göstərir ki, ilk həyat nişanələri suda (dənizlərdə) meydana gəlmişdir.
c) Ayədə məqsəd budur ki, hal-hazırda canlı varlıqları ayaqda saxlayan başlıca maddə sudur. Su olmadan heç bir canlı varlıq həyat sürə bilməz(2).
O, Hud surəsinin 7-ci ayəsini (وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ) izah edərkən Ənbiya surəsinin 30-cu ayəsi haqqında dördüncü ehtimalı qeyd edərək yazır:
“عرش” [ərş] sözü kök etibarı ilə tavan və ya tavanlı bir şey haqqında işlənir. “عرش” [ərş] sözünün digər mənası isə padşah taxtıdır. Sonradan iqtidar (qüdrət) mənasını kəsb etmişdir.
“ماء” [ma`] sözünün ilkin mənası sudur; lakin sonradan hər bir axıcı, maye haqqında işlənməyə başlanmışdır.
Yaradılış öncəsi obyektiv gerçəklik ərimiş vəziyyətdə (maye halında) idi. Deməli, varlıq aləmi öncə maye halında olmuşdur. Buna Ənbiya surəsinin 30-cu ayəsində də işarə vurulmuşdur"(3).
2. Əllamə Təbatəbai Hud surəsinin 7-ci ayəsini izah edərkən yazır:
“Gördüyümüz bütün canlı varlıqlar sudan yaranmışdır. İlkin həyat maddəsi sudur. Ayədə də məqsəd Allahın iqtidarının (yaradılış zamanı) suya hakim olmasıdır"(4).
3. Ayətullah Mərifət yaradılışla bağlı bir neçə rəvayət nəql edərək yazır:
“Şəri dəlillər göstərir ki, ilk yaranan varlıq su olmuşdur. Hud surəsinin 7-ci ayəsi də göstərir ki, hətta yer və səma yaranmazdan öncə su mövcud olmuşdur”. Digər ayələr də (Ənbiya, 30; Nur, 45; Furqan, 54) həyatın sudan başlanğıc aldığını bildirir"(5).
O, Ənbiya surəsinin 30-cu ayəsi haqqında yazır:
“Ayədə məqsəd suyun bütün canlı varlıqların inkişaf prosesində oynadığı mühüm roldur. Necə ki, digər ayədə “Allah hər bir canlını sudan yaratmışdır” (Nur, 45) deyə buyurur. Bunu elm də sübut edir"(6).
4. Müasir yazıçılardan biri Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini izah edərək yazır:
“Elmi nailiyyətlərə görə bütün canlı varlıqlar sudan başlanğıc almışlar. Quran isə buna əsrlər öncə bir neçə ayədə işarə vurmuşdur. Bu, Quranın əsrlər öncə bir neçə ayədə işarə vurduğu məsələdir. Bu, Quranın elmi möcüzələrindən biridir”(7)
5. Doktor Paknijad məlum ayəni izah edərkən yazır:
“Suda aminturşu molekulları və jelatin zərrəcikləri meydana gəlir və kimyəvi reaksiya yaranır. İki quru cismin biri-digərində heç bir təsir buraxmır. Başqa sözlə desək, kimyəvi reaksiya həyat mövcud olan yerdə gedir. Kimyəvi reaksiya olduqda suyun mövcudluğu zəruridir. Çünki su həyat mənbəyidir. Su canlı varlıqların ayrılmaz hissəsidir”.
O, ilk canlı maddə (aminturşu molekulları) haqqında yazır:
“Yaradılışın başlanğıcında dəhşətli ildırımlar çaxır, gur yağışlar yağır, dənizlər dolur, daşır və yavaş-yavaş meydana gələn molekullar bir-birinə qovuşurdu. Bu qovuşmaya səbəb cazibə qüvvəsi deyildi. Onları qovuşduran, bir-birinə doğru çəkən elektirik yükü və kimyəvi reaksiya idi(8).
Atomlar sıxlaşdı, molekullar əmələ gəldi. Dənizlər molekullarla doldu. Molekullar bir-birinə qovuşaraq yapışqan məhlula çevrildi və jelatin zərrəcikləri meydana gəldi. Zaman keçdikcə jelatin qatılaşdı (kristallaşdı), nəticədə qıtlıq yarandı və zərrəciklərin böyük əksəriyyəti funksiyasını itirərək ölgünləşdi. Onlarda yaşıl rəngli maddə (xlorofil) əmələ gəldi və günəş enerjisindən güc aldı. Bunlar ilk bitkilər idi. Araşdırmalar zamanı əldə olunan bəzi (daşlaşmış) bitki qalıqlarının yaşının 3 milyard olduğu təyin olunmuşdur.
İlk bitkilər, yəni xlorofil bir çox hallarda böyük jelatin zərrəsi tərəfindən yeyilirdi. Bu bitki yeyənlər yer üzündə ilk canlı heyvanlar hesab olunurlar”.(9)
6. Doktor Maurice Bucaille Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini qeyd edərək yazır:
“Ehtimal ki, ayədə məqsəd hər bir canlının ilkin maddə olaraq sudan yaranması və ya hər bir canlının əvvəlinin su olmasıdır. Hər iki halda elmi nailiyyətlərə tam uyğundur. Çünki həyat sudan başlanğıc almışdır”.
O, “ماء” [ma`] sözünün iki mənasına (su, maye) toxunaraq digər bir versiyanı da qeyd edir (heyvan mayası). Onun fikrincə, hər üç açıqlama elmi nailiyyətlərlə üst-üstə düşür və Quranda cahillik dönəmində həyatın yaranması haqqında yayılmış miflərə yer yoxdur.(10)
7. Seyid Qütb Nur surəsinin 45 və Ənbiya surəsinin 30-cu ayələrini qeyd edərək onlardan iki məqamın anlaşıldığını vurğulayır. Birincisi, həyat ilk olaraq sudan (dənizlərdən) başlamışdır. İkincisi, canlıların tərkibində başlıca ünsür sudur .(11)
8. Bəzi yazıçılar məlum ayələri izah edərkən insan orqanizminin su ilə əlaqəsindən söhbət açır və bildirirlər ki, insan orqanizminin 70%-ni su təşkil edir.
Yekun
İzah olunan ayələrdən (Ənbiya 30 və Nur 40) anlaşıldı ki, həyat ilk olaraq sudan (ماء) başlanğıc almışdır. “ماء” [ma`] ifadəsi haqqında ümumilikdə dörd ehtimal mövcuddur.
1. “ماء” [ma`] sözündən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma). Bu ehtimal Nur surəsinin 45-ci ayəsinə müvafiqdir. Çünki ayənin davamında deyilir: “Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir”. Ayədən məqsədin sürünənlər, dördayaqlılar və insanlar olduğu anlaşılır (hansı ki, nütfə yolu ilə çoxalırlar). Bu ehtimalı şübhə altına alan bütün canlıların nəsil artımının nütfə yolu ilə olmamasıdır. Ənbiya surəsinin 30-cu ayəsindən də göründüyü kimi ayə bütün canlıları əhatə edir .(12)
2. Canlıların təşkil olunduqları başlıca maddə sudur. Bu ehtimal Ənbiya surəsinin 30-cu ayəsinə uyğun olsa da Nur surəsinin 45-ci ayəsinə uyğun deyil. Nur surəsində yaradılışın başlanğıcından söhbət açılır.
3. İlk varlığın sudan yaranması. Bu ehtimal hər iki ayəyə uyğundur. Elmi nailiyyətlər də bunu təsdiq edir.
4. Məqsəd suyabənzər mayedir ki, dünya ondan yaradılmışdır.
Bu ehtimal “ماء” [ma`] sözünün hərfi mənası, eləcə də ayələrin ilkin zahiri mənası ilə uyğun gəlir. Lakin öncə də qeyd olunduğu kimi, yalnız Nur surəsinin 45-ci ayəsində ilkin zahiri məna etibarı ilə məqsədin nütfə olduğunu düşünmək olar.
Qeyd:Diqqətinizə çatdırdığımız ehtimalların hamısı ayələrin məqsədi ola bilər. Bəzi təfsirçilər də bu fikirdədirlər (13).
2. Sözügedən ayələrin fərqli izahları olduğuna görə, bu və ya digər ehtimalı qəti olaraq ayəyə aid edib, digər ehtimalları isə rədd etmək olmaz. Lakin ayələrdən məqsədin dörd ehtimaldan hansı olmasından asılı olmayaraq, Quranın elmi sirlərindəndir. Bu elmi işarələr Quranın əzəmətinin sübutudur. Lakin bu fikirlər antik yunan filosofları tərəfindən də səsləndiyinə görə elmi möcüzə hesab olunmur.
İlk insanın yaranması və təkamül hipotezi
Yer kürəsində ilk insanın (ondan öncə də bitki və heyvanların) mənşəyi daim sual doğuran məsələlərdən olmuşdur. Müqəddəs kitabda (Tövrat) və Quranda bu haqda söhbət açılmış və (suallara) cavab verilmişdir. Dövrümüzdə bioloji elmlərin inkişafı, Jan Batist Lamark (1744-1829) və Çarlz Robert Darvinin (1809-1882) nəzəriyyələri bu bəhsi daha da rövnəqləndirdi. Belə ki, din alimləri və təcrübi elmlər üzrə mütəxəssislər bir-birlərinin baxışlarını tənqid atəşinə tutdular. Bəzi müsəlmanlar təkamül nəzəriyyəsini (transformizm) qəbul edib bunun isbatı üçün müəyyən ayələrə istinad etdilər. Bəziləri isə Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edir və Quranın digər ayələrinə əsaslanırlar. Hətta (zahirən təkamül təlimi ilə uyğun gələn) bəzi ayələri Quranın ecazkarlığının sübutu kimi dəyərləndirmişlər. Biz burada Təkamül və ya Növlərin dəyişməzliyi nəzəriyyəsini rədd və ya isbat etməyi qarşımıza məqsəd qoymamışıq. Çünki bu bizim mübahisə obyektimiz xaricindədir.(14) Burada hər iki tərəfin Qurana istinadını diqqətinizə çatdıracaq və tənqidi yanaşacağıq.
Əlavələr:
1- “Ət-Təmhid”, c. 6, səh. 34-35.
2- Fikrimizcə “Təkamül” termini bəzən dar mənada (birhüceyrəli orqanizmlərdən insana doğru təkamül və ya ibtidai həyatı formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişmə) işlənir. Bəzən isə geniş mənada (fiziki, psixi, mənəvi, elmi, ictimai, əxlaqi və s. təkamül) işlənir ki, birinci mənanı da əhatə edir. Lamark və Darvindən öncə təkamül sözün geniş mənasında, onlardan sonra isə dar mənada işlənməyə başladı.
3- Qeyd etmək lazımdır ki, Lamarkizm və Darvinizm təkamülü büsbütün bir-birinə əks olaraq şərh edir. Lamarkizm təkamülü uyğunlaşma (adaptasiya) ilə, darvinizm isə uyğunlaşmanı təkamüllə izah edir.
4- Genetik aparatda genlərin bir allel vəziyyətdən başqa vəziyyətə keçməsi, xromosomların sayının və quruluşunun müxtəlif dəyişilməsini birləşdirməklə qəflətən baş verən davamlı (sabit) dəyişkənliklər.
5- “Təfsiri-nümunə”, c. 11, səh. 81-85
6- Doktor Paknijad insan və meymun orqanizmlərinin oxşar və fərqli tərəfləri haqqında geniş söhbət açmışdır. Misal üçün, onların qanı 4 qrupa – AB, O, B, A,- bölünür. Şimpanze meymunlarının qanını insana vurmaq olar. Lakin meymunların südünü uşağa içirmək olmaz (halbuki digər heyvanların südünü - inək və s. - uşağa içirmək olar). Bir kişinin beyni erkək meymun beynindən üç dəfə böyükdür. Meymunların boğazlıq dövrü insanda olduğu kimi 270 gündür (“İlk universitet, son peyğəmbər”, c. 1, səh. 171-174).
7- Yenə orada, c. 1, səh. 166-178.
8- “Quranda təkamül”, səh. 23-24.
9- “Fi zilal əl-Quran”, c. 6, səh. 111.
10- Əbd əl-Qəni əl-Xətib, “Quran və müasir elm”, səh. 129-130.
11- “Dünyanın gələcəyi və keçmişi”, səh. 39-42.
12- “İlk universitet və son Peyğəmbər (s)”, c. 1, səh. 150-154.
13- “Təfsiri-nümunə”, c. 14, səh. 508-509.
14-- “Ət-Təmhid”, c. 6, səh. 34-35.
Ardı var...
Hazırladı: Maqsud Sayıl
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 6245
İslam dini yarandığı gündən bəri qəddar düşmənlərlə üzləşmişdir. Onlar İslamı nabud etmək ücün fürsət axtarıb, bu yolda əllərindən gələni əsirgəməmişlər. Dəfələrlə bu müqəddəs dinə zərbə vurmaq istəmiş, amma bu işdə muvəffəq olmamışlar. Nəticədə İslam adı və İslam libası ilə bu dini yox etmək niyyətinə düşmüşlər. Özlərini müsəlman cilvələndirən bu İslam düşmənləri tarix boyu İslama güclü zərbələr endirmiş və İslamı kökündən məhv etmək arzusu ilə yaşamışlar.
Aşkar nümunə olaraq, "Əməvilər" sulaləsini və xüsusilə birinci dəfə bu qəbilədən xilafəti qəsb edərək, ələ keçirən Müaviyəni misal çəkmək olar. Mötəbər kitablarda qeyd olunmuş rəvayətlərə əsasən Müaviyə aşkar şəkildə Allahın Rəsuluna (s) olan nifrətini elan etmiş və Mutrif bin Muğeyrənin şiələri çox incitməməsi barəsində nəsihətinin cavabında belə demişdir: "Xəlifələr Əbu Bəkir, Ömər və Osman dunyadan getdikdən spnra, adları da unuduldu. Amma bu Peyğəmbərin (s) adı gündə beş dəfə Allahın adı ilə birlikdə çəkildiyi üçün, mən onu dəfn etmək istəyirəm. (Müaviyə və tarix, səh.173)
Gördüyünüz kimi Müaviyə Peyğəmbərin (s) canişini və bütün müsəlmanların xəlifəsi adı ilə İslama zərbə vurmaq , o həzrətin adını müsəlmanların zehnindən silmək, dəfn etmək niyyətində imiş.
Hicri tarixi ilə on ikinci əsrdə yaranmış vəhhabilik məzhəbinin davamçılarını da bu qəbildən hesab etmək olar. Çünki onlar da Quranın zahirini əsas tutaraq İslam adı və Tohid şüarı ilə İslamı məhv etmək, Peyğəmbərin (s) sunnəsini olduğu kimi davam etdirən yeganə məzhəb olan, şiə məzhəbinin gerçək və həqiqi etiqadatını sual altına aparmaq istəyirlər.
Vəhhabilər şiələrin bəzi etiqadatına irad tutaraq onları müşrik (Allaha şərik qoşan) adlandırır və buna görə qanlarını, mallarını halal hesab edirlər.
Bu müxtəsər məqalədə vəhhabilərin şiələri müşrik adlandırmasına səbəb olan, şiə etiqadatına əsasən düzgün və Allah tərəfindən əmr olunmuş bir əməlin , "təvəssül"ün Quran ayələrinə əsasən düzgünlüyündən söz açmaq istəyirəm. Vəhhabilər şiələrin hər hansı bir imamın və ya peyğəmbərin mübaərk türbəsinin yaninda durub ona salam verməsini, ondan öz hacətinin qəbul olumasında kömək istəməsini qəbul edə bilmirlər və günahlarının bağışlanması üçün Allahın sevimli bəndələrini Allahla öz arasında vasitə qərar verənləri, bütün müsəlmanların hidayət kitabı olan Quranın bu işi təsdiqləməsinə baxmayaraq, müşrik (Allaha şərik qoşan) adlandırırlar.
Yaxşı olar bu barədə olan Quran ayələrini nəzərdən kecirməzdən öncə, "təvəssülün" hansı mənanı daşıdığını araşdıraq.
Mötəbər lüğət kitablarında qeyd olunan mənalara əsasən "təvəssül", "hər hansı bir şeyə yaxınlaşmaq ücün vasitə qərar vermək" deməkdir.
Böyük dilçilik alimi İbni Mənzur Misri belə deyir: "Vəsilə və ya təvssül yaxınlaşma mənasındadır. Məsələn:"Filan şəxs Allaha tərəf vasitə qərar verdi" sözünün mənası "elə bir iş gördü ki, o işin vasitəsi ilə Allaha yaxınlaşdı"( mənəvi cəhətdən) deməkdir. (Lisanul ərəb,11-ci cild səh.724)
Həmçinin böyük lüğət alimi Fərahidi belə deyir: "Allaha tərəf vəsilə qərar verdim, yəni elə bir iş gördüm ki, onun vasitəsi ilə Allaha yaxınlaşdım (mənəvi cəhətdən)". (Kitabul Eyn, 3-cü cild, səh.1951)
Və yaxud görkəmli sunni alimi İbni Kəsir öz təfsirində belə yazır: "Təvəssül insanın Allahla öz arasında hacətlərinin qəbul olunması üçün vasitə qərar verməsinə deyilir". (1-ci cild,səh.532)
Bəs buna əsasən "təvəssül" insanın Allah-Taalanın əziz və müqərrəb olan bəndələrini, Allahla öz arasında günahlarının bağışlanması və hacətlərinin qəbul olunması üçün vasitə qərar verməsi deməkdir.
İndi gəlin öz vicdanımızı hakim qərar verib fikirləşək. Əgər bir şəxs Peyğəmbəri Allahla öz arasında vasitə qərar verib, O həzrətdən Allah dərgahına üz tutub onun günahlarının bağışlanması üçün dua etməsini istəsə, bu şirkdirmi? Sizcə bu işi şirk sayan şəxs "şirk" və "tohidin" həqiqi mənasını kamil şəkildə dərk etmişdirmi?!
"Təvəssül" haqqında bəzi ayələr
Allah tərəfindən nazil olan və bütün müsəlmanların qəbul etdiyi bu müqəddəs kitabda təvəssül barəsində bir neçə ayə mövcuddur. Onlardan bəzilərində "təvəssül" kəlməsi aşkar şəkildə qeyd olunub, bəziləri isə, təvəssül mənasını daşıyır.
Təvəssül kəlməsi qeyd olunan ayələrdən biri "Maidə" surəsinin 35-ci ayəsidir:
"Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!" Gördüyünüz kimi "vəsilə" kəlməsi bu ayədə mütləq və hec bir qeyd və şərtə bağlı olmayan şəkildə işlənilmişdir. Demək olar ki, hər növ vasitəyə, o cümlədən, Peyğəmbər(s) və imamı (ə) da vasitə qərar verməyə şamil olur.
Həmçinin "İsra" surəsinin 57-ci ayəsində buyurur:
"Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!"
Bu ayədən belə başa düşülür ki, Allahdan başqa bütün varlıqlar, istər mələklər, istər peyğəmbərlər, istərsə də məxluqatın başqa təbəqələri böyük və rəhimli Allahdan feyz və mənfəət kəsb etməkdə vəsilə axtarır, onun rəhmətini daha çox cəlb etmək, əzabını dəf etmək üçün müxtəlif vasitə və vasitəçilərdən istifadə edirlər.
İndi isə təvəssül kəlməsinin qeyd olunmadığı, lakin təvəssül anlamında olan bəzi ayələri nəzərinizə çatdırıram:
Allah-Taala "Nisa" surəsinin 64-cü ayəsində belə buyurur:"Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər".
Burada münafiqlərin Allahın ən əziz bəndəsi Peyğəmbəri (s) Allahla öz aralarında, özlərinə zülm etdikdən sonra günahlarının bağışlanması üçün vasitə qərar vermələri Allah tərəfindən bəyənilmiş olduğu göstərilir.
"Yusif" surəsinin 97 və 98-ci ayələrində isə Allah-Taala aşkar şəkildə Yəqubun (s) övladlarının o həzrəti Allahla öz aralarında vasitə qərar vermələrindən söz açır:
"(Oğlanları ona: ) "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!" dedilər. (Yə’qub) dedi: "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"Qurani-kərim "Tövbə" surəsinin 114-cü ayəsində buyurur:
"İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və’də görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi".
Bu ayədə də İbrahimin (s) öz atasi ücün bağışlanma diləməsi təvssülün düzgünlüyünə və Allah tərəfindən bəyənilən bir əməl olduğuna işarədir.
Gördüyünüz bu ayələrdə aşkar şəkildə başa düşürük ki, peyğəmbərlərə və Allah yanında əziz olan bəndələrə təvəssül edib, onları özümüzlə Allah arasında vasitə qərar vermək heç cür şirklə əlaqəsi olmayan və Allah tərəfindən bəyənilmiş bir işdir.
Bu həqiqətə sunni alimlərinin Qurana yazdığı təfsirlərdə də rast gəlmək olur. Misal olaraq böyük sünni alimi Alusini göstərmək olar. O, öz təfsir kitabında təvəssülün düzgünlüyünə dəlalət edən çoxlu hədis nəql etmiş və uzun araşdırmadan sonra bu əməlin düzgünlüyünə etiraf edərək belə deyir:
"Mən bu qədər araşdırmalardan sonra Peyğəmbərin məqamını istər yaşadığı dövrdə, istərsədə dünyadan gedəndən sonra Allah dərgahına vasitə qərar verməkdə heç bir mane görmürəm".
O sonra sözünü belə davam etdirir:
"Peyğəmbərdən başqalarınında məqamını Allah dərgahına vasitə qərar verməkdə heç bir eyb görmürəm, bu şərtlə ki, o şəxslərin Allah dərgahında həqiqətən də uca məqamları olsun". (Ruhul-məani, 3/128)
Əlbəttə bu əməlin düzgünlüyünə sübut olan dəlillər sünnü kitablarında olduqca çoxdur. Biz nümunə olaraq birini qeyd etdik. Çünki bizim hədəfimiz burada yalnız təvəssülü Quran baxımından qısaca olaraq araşdırmaq idi.
Hazırladı: Mirəli Vəlizadə
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 2772
Cənab ustad Nasir Sübhani buyurur:
"Əgər hər hansı bir jurnalist bütün dünya xalqalrı ilə müsahibə apara və onlardan bu sualı soruşa ki, dünyada nəyi axtarırsınız?
Ola bilsin verilən cavablar zahirdə müxtəlif olsunlar, amma həqiqətdə hamı bunu demək istəyəcək ki, bu dünyada səadət və xoşbəxtlik axtarırlar".
Amma hər kəs xoşbəxtliyi bir şeydə görür və o şeyin dalıncadır və istəyir ki, onu əldə etsin.
Biri xoşbəxtliyi qüdrətdə görür, digəri vəzifədə, başqa birisi dünya malını toplamaqda və bəzilərini də görürsən ki, şəhvətlərdə boğulmuş və bu dünyada heç nəyin fikrin etmir və nəyinsə qəmini yemir, məgər əyyaşlıq və sərxoşluq olmaya. Bəziləri xoşbəxtliyi özü istədiyi kimi evlənmək və yaxşı ailə sahibi olmaqda görür və s...
Hər kəs xoşbəxtliyi bir şeydə gördüyü üçün də, həmin şeyin arxasınca qaçır və onu hər quymətə olsada belə almağa hazırdır.
Amma göyləri və yerləri və onların arasındakıları yaradan xaliqə inanan insan, dünyanı əkin yeri hesab edir və o biri dünyaya qəlbən inanır və xoşbəxtliyi başqa bir şeydə axtarır.
Onun fikrincə həqiqi və əbədi xoşbəxtlik Allahın əzabından nicat tapmaq, onun razılığını qazanmaq və ilahinin vədə verdiyi cənnətə daxil olmaqdır.
Bu yazıda, Allah-taala bizi buna müvəffəq edərsə, mömin qardaş və bacılarımıza nicat və hidayətin ki, həqiqi səadət və xoşbəxtlikdir, şərtləri haqqında Qurani-kərimin ayələrinə əsasən söz açacayıq.
Bizə vacibdir ki, məscidlərin minarələrindən azan səsi səmanı nurlandırdığı, müəzzinin "Həyyə ələl-fəlah" – Tələsin nicata - çağırdığı və İlahi əzabdan nicat tapmağa və Allah-taalanın rizayətini qazanmağa dəvət etdiyi zaman , Allahın dəvətini qəbul edək və nicat və hidayətə doğru tələsək.
يا أَيُّهَا الَّذينَ آمَنُوا اسْتَجيبُوا لِلَّهِ وَ لِلرَّسُولِ إِذا دَعاكُمْ لِما يُحْييكُمْ وَ اعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ وَ أَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ (انفال 24(
"Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də’vət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də’vətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!" (Ənfal/24).
Həzrət Petğəmbər (s) də buna dəvət edir və buyurur:
"قولوا لا اله الا الله تفلحوا"
"Allahdan başqa Allah yoxdur deyin və - şirklə dolu həyatdan – nicat tapın!"
Indi isə birlikdə Qurani-kərimin nurlu və şəfa verici ayələrinin qarşısında baş əyib və onlarda düşünməklə xoşbəxtliyə çatmağın yolunu öyrənək.
اعوذ بالله من الشیطان الرجیم
بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحيمِ
الم (1)
ذلِكَ الْكِتابُ لا رَيْبَ فيهِ هُدىً لِلْمُتَّقينَ (2)
الَّذينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَ يُقيمُونَ الصَّلاةَ وَ مِمَّا رَزَقْناهُمْ يُنْفِقُونَ (3)
وَ الَّذينَ يُؤْمِنُونَ بِما أُنْزِلَ إِلَيْكَ وَ ما أُنْزِلَ مِنْ قَبْلِكَ وَ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ (4)
أُولئِكَ عَلى هُدىً مِنْ رَبِّهِمْ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (5)
1)- Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim.
2. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
3. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
4. O kəslərki, sənə göndərilənə (Qur’ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,
5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
6. (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
2)- (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali-Imran/104)
وَ لْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (104)
3) - Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! (Ali-Imran/130).
يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تَأْكُلُوا الرِّبَوا أَضْعافاً مُضاعَفَةً وَ اتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (130)
4) - Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! (Ali-Imran/200)
يا أَيُّهَا الَّذينَ آمَنُوا اصْبِرُوا وَ صابِرُوا وَ رابِطُوا وَ اتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (200)
5)- Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız! (Maidə/35).
يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ وَ جاهِدُوا في سَبيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ (35)
6)- Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maidə/90).
يا أَيُّهَا الَّذينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَ الْمَيْسِرُ وَ الْأَنْصابُ وَ الْأَزْلامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ (90)
7)- Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın ne’mətlərini yada salın ki, bəlkə, nicat tapasınız!" (Ə`raf/69).
أَ وَ عَجِبْتُمْ أَنْ جاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلى رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ وَ اذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ وَ زادَكُمْ فِي الْخَلْقِ بَصْطَةً فَاذْكُرُوا آلاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ (69)
8)- Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız! (Ənfal/45).
يا أَيُّهَا الَّذينَ آمَنُوا إِذا لَقيتُمْ فِئَةً فَاثْبُتُوا وَ اذْكُرُوا اللَّهَ كَثيراً لَعَلَّكُمْ تُفْلِحُونَ (45)
9)- Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!) (Həcc/77).
يا أَيُّهَا الَّذينَ آمَنُوا ارْكَعُوا وَ اسْجُدُوا وَ اعْبُدُوا رَبَّكُمْ وَ افْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ (77)
10)- O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Qur’anın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!" (Ə`raf/157).
الَّذينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذي يَجِدُونَهُ مَكْتُوباً عِنْدَهُمْ فِي التَّوْراةِ وَ الْإِنْجيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَ يَنْهاهُمْ عَنِ الْمُنْكَرِ وَ يُحِلُّ لَهُمُ الطَّيِّباتِ وَ يُحَرِّمُ عَلَيْهِمُ الْخَبائِثَ وَ يَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَ الْأَغْلالَ الَّتي كانَتْ عَلَيْهِمْ فَالَّذينَ آمَنُوا بِهِ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ وَ اتَّبَعُوا النُّورَ الَّذي أُنْزِلَ مَعَهُ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (157)
11)- Lakin Peyğəmbər və onunla birlikdə olan mö’minlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün ne’mətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır! (Tövbə/88).
لكِنِ الرَّسُولُ وَ الَّذينَ آمَنُوا مَعَهُ جاهَدُوا بِأَمْوالِهِمْ وَ أَنْفُسِهِمْ وَ أُولئِكَ لَهُمُ الْخَيْراتُ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (88)
12) - Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman mö’minlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! (Nur/51).
إِنَّما كانَ قَوْلَ الْمُؤْمِنينَ إِذا دُعُوا إِلَى اللَّهِ وَ رَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَنْ يَقُولُوا سَمِعْنا وَ أَطَعْنا وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (51)
13) - 1. Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
2. O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
3. O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;
4. O kəslər ki, zakat verərlər;
5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).
8. O mö’minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);
9. Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);
10. Onlardır (bilin) varis olanlar -
11. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar! (Möminin/1-11).
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ (1)
الَّذينَ هُمْ في صَلاتِهِمْ خاشِعُونَ (2)
وَ الَّذينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ (3)
وَ الَّذينَ هُمْ لِلزَّكاةِ فاعِلُونَ (4)
وَ الَّذينَ هُمْ لِفُرُوجِهِمْ حافِظُونَ (5(
إِلاَّ عَلى أَزْواجِهِمْ أَوْ ما مَلَكَتْ أَيْمانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومينَ (6(
فَمَنِ ابْتَغى وَراءَ ذلِكَ فَأُولئِكَ هُمُ العادُونَ (7(
وَ الَّذينَ هُمْ لِأَماناتِهِمْ وَ عَهْدِهِمْ راعُونَ (8(
وَ الَّذينَ هُمْ عَلى صَلَواتِهِمْ يُحافِظُونَ (9(
أُولئِكَ هُمُ الْوارِثُونَ (10(
الَّذينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فيها خالِدُونَ (11(
14) - (Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır! (Rum/38).
فَآتِ ذَا الْقُرْبى حَقَّهُ وَ الْمِسْكينَ وَ ابْنَ السَّبيلِ ذلِكَ خَيْرٌ لِلَّذينَ يُريدُونَ وَجْهَ اللَّهِ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُونَ (38)
15) - Tövbə edərək iman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat tapmaları mümkündür. (Qəsəs/67).
فَأَمَّا مَنْ تابَ وَ آمَنَ وَ عَمِلَ صالِحاً فَعَسى أَنْ يَكُونَ مِنَ الْمُفْلِحينَ (67)
16) - Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır. (Mücadilə/22).
لا تَجِدُ قَوْماً يُؤْمِنُونَ بِاللَّهِ وَ الْيَوْمِ الْآخِرِ يُوادُّونَ مَنْ حَادَّ اللَّهَ وَ رَسُولَهُ وَ لَوْ كانُوا آباءَهُمْ أَوْ أَبْناءَهُمْ أَوْ إِخْوانَهُمْ أَوْ عَشيرَتَهُمْ أُولئِكَ كَتَبَ في قُلُوبِهِمُ الْإيمانَ وَ أَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ وَ يُدْخِلُهُمْ جَنَّاتٍ تَجْري مِنْ تَحْتِهَا الْأَنْهارُ خالِدينَ فيها رَضِيَ اللَّهُ عَنْهُمْ وَ رَضُوا عَنْهُ أُولئِكَ حِزْبُ اللَّهِ أَلا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ (22)
17)- (Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir! (Həşr/9).
وَ الَّذينَ تَبَوَّؤُا الدَّارَ وَ الْإيمانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هاجَرَ إِلَيْهِمْ وَ لا يَجِدُونَ في صُدُورِهِمْ حاجَةً مِمَّا أُوتُوا وَ يُؤْثِرُونَ عَلى أَنْفُسِهِمْ وَ لَوْ كانَ بِهِمْ خَصاصَةٌ وَ مَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولئِكَ هُمُ الْمُفْلِحُونَ (9)
18)- 1. And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);
2. And olsun (günəşin) ardınca çıxan aya;
3. And olsun onu (günəşi) parlaq edən gündüzə;
4. And olsun onu (günəşi) örtən gecəyə;
5. And olsun göyə və onu yaradana;
6. And olsun yerə və onu döşəyənə;
7. And olsun nəfsə və onu yaradana (ona biçim verənə);
8. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
9. Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
10. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms/1-10).
وَ الشَّمْسِ وَ ضُحاها (1(
وَ الْقَمَرِ إِذا تَلاها (2)
وَ النَّهارِ إِذا جَلاَّها (3)
وَ اللَّيْلِ إِذا يَغْشاها (4(
وَ السَّماءِ وَ ما بَناها (5(
وَ الْأَرْضِ وَ ما طَحاها (6(
وَ نَفْسٍ وَ ما سَوَّاها (7(
فَأَلْهَمَها فُجُورَها وَ تَقْواها (8(
قَدْ أَفْلَحَ مَنْ زَكَّاها (9(
وَ قَدْ خابَ مَنْ دَسَّاها (10(
19)- O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!(Ə`raf/8).
وَ الْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَنْ ثَقُلَتْ مَوازينُهُ فَأُولئِكَ هُمُ الْمُفْلِحُونَ (اعراف/8)
20) - "Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar".(Möminin/102).
فَمَنْ ثَقُلَتْ مَوازينُهُ فَأُولئِكَ هُمُ الْمُفْلِحُونَ (مومنون/102)
Bu ayələri oxuyub, onların mənasında düşündüyümüz zaman bu nəticəyə çatırıq ki, əbədi xoşbəxtlik və səadətə çatmaq bu ayələrdə gələn və aşağıda sadalayacağımız sifətlərə sahib olmaqın nəticəsində mümkündür:
1. Allaha və qeyb aləminə inam, qəlbən iman gətirmək və müvəhhid olmaq.
2. Qurana və ondan əvvəlki səmavi kitablara inanmaq.
3. Axirət dünyasına inanmaq.
4. İslam Peyğəmbərinə (s) iman gətirmək və onun yolunu davam etdirmək.
5. Quranın əmrlərini yerinə yetirmək.
6. Namazı əda etmək.
7. Zəkat vermək.
8. Baqşqalarını Allahın dininə dəvət etmək və bu işdə məsuliyyətli olmaq.
9. Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək.
10. Həram mal və ribadan (sələm) qorunmaq.
11. Təqvalı olub, Allahın qəzəbindən qorxmaq.
12. Səbirli olmaq.
13. Dində və dini dövləti və dini əraziləri qorumaqda sabit və möhkəm olmaq.
14. Allaha yaxın olmaq üçün saleh əməllər etmək və Allahla öz aranda vasitə seçmək.
15. Həram içkilərdən qorunmaq.
16. Qumardan uzaq olmaq.
17. Şans yoxlamaq və qeybdən danışmaqdan (Latareya oynamaq və cindarlıq və ya falçılıq etməkdən) qorunmaq.
18. Allahın nemətlərini yada salmaq və onlar barədə düşünmək.
19. Allahın zikrini etmək və ondan qafil olmamaq.
20. İbadət, rüku və səcdə əhli olmaq.
21. Yaxşı işlər görmək üçün çalışmaq.
22. Mal və can ilə Allah yolunda cihad etmək.
23. Allahın və Rəsulunun (s) hikməti və tədbiri müqabilində təslim olmaq.
24. Faydasız və yersiz işlərdən çəkinmək.
25. İffətli və namuslu olmaq və zinadan qorunmaq.
26. Əmanətdarlıq.
27. Zəiflər, yoxsullar, kimsəsizlər və qohumların haqqını əda etmək.
28. Tövbə əhli olmaq və günahlardan peşmançılıq hissi keçirtmək.
29. Allahın və Rəsulunun (s) düşmənləri ilə dostluq etməmək, əgər qohumlardan olsalar da belə.
30. Bəxillikdən uzaq olmaq və ürəyi bu kimi rəzil sifətlərdən təmizləmək.
31. Ürəyi rəzilətlərdən təmizləmək və onu fəzilətlərlə zinətləndirmək.
Əziz mömin və müsəlman bacı və qardaşım bu ayələri güzgü olaraq ruhunun gözü önündə tut və gör ki, bu sifətlərdən hansılarını özündə doğrultmusan və dünya və axirətdə nə qədər xoşbəxtsən.
Allahın salam və rəhməti sizlərə olsun.
Mənbə: www. Tebyan.net
Müəllif: Rəuf İslahcu
Mütərcim: Mirməhəmməd Bəşirov.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: -Quran-Digər
- Gösterim: 3498
Bütün xalqlarda olduğu kimi bizim xalqımızın arasında da bir sıra qeyri-adi inamlar və əqidələr mövcuddur, misal üçün, hər bir insanın özünəməxsus qaraçuxasının olması, cin-şeytan, ruh və s. Bunlar elə şeylərdir ki, hamı onların varlığına bir növ inam bağlamışdır. Xüsusi ilə keçmiş nəsil bu kimi şeylərə daha çox inanırdılar. Deyirlər, filankəsin cinlərlə əlaqəsi var. Yaxud deyirlər məni qaraçuxam tutub və yaxud anamın ruhu tutub, ona görə də hökmən bir Yasin surəsi oxutdurmalıyam. Və yaxud hamımızın dilimizdə əzbər olan bir cümlə var: Allah şeytana lənət eləsin. Bunlar hamısı xalq tərəfindən qəbul edilib. Deyirlər, mənə cadu olunub, mən tilsimlənmişəm, bu cadunu açdırmaq lazımdır və başqa-başqa bu kimi inamlar.
Bu inamlardan bir çoxu başqa xalqlar arasında da var. Misal üçün, ruslar evlərdə "damavoy" adlı bir məxluqun olmasına inanırlar. Afrikada və bəzi qərb ölkələrində kiminsə ruhunu çağırıb onunla söhbət edirlər və s.
Bu növ inamlar metafizik inamlar sayılır. Bunların içində xurafat da var, həqiqət də. Belə deyil ki, insanlar tərəfindən qəbul edilən hər bir inam haqdır. Xeyr, onların arasında xurafat da var. Kimlərinsə tərəfindən xüsusi məqsədlərlə və yaxud cəhalət və nadanlıq üzündən yaranan inamlar da var, dinköklü həqiqi inamlar da.
Çox gözəl, amma indi biz haradan bilə bilərik ki, bunların hansı xurafat və qondarma, hansı isə həqiqətdir? Təbii ki, bunu nə ağlımızla, nə də geniş yayılmış təcrübi elmlərlə ayırd edə biləcəyik. Elm hər hansı məsələ barəsində danışmaq istəyirsə, əvvəl onu laboratoriyada təhlil edir və sonra yekun sözünü deyir. Metafizik məsələlər isə laboratoriyalıq olmadığından elm də bu məsələlərdə sakitdir. Bir sözlə, bu növ məsələlərdə ağıl heyran, elm isə acizdir.
Onların haqla batilini, xurafatla həqiqətini biri-birindən ayırmaq üçün yeganə bir yol qalır. O da dini mənbələrə müraciət etməkdir. Din metafizik məsələlərlə doludur, ona görə də dini mənbələrdə bunlardan geniş formada söz açılıb. Cin, şeytan, ruh, cadu və sair bu kimi mövzulardan Qurani-kərimdə də bəhs olunub. Bunların hər birini arayıb-araşdırmaq müstəqil bir kitab tələb edir. Ona görə, biz bu məqalədə Cin adlı mövcuddan azacıq danışıb əsas söhbətimizi şeytanın üzərinə yönəldəcəyik.
Əvvəla bunu bilmiləyik ki, bir şeyi görmürüksə, bu, onun yoxluğuna dəlalət etmir. Ona görə gözlə görə bilmədiyimiz hər bir şeyi inkar etmək zorunda deyilik. Təbiətşünas alimlərin fikrincə, insanın zahiri hissləri ilə dərk edə biləcəyi varlıqlar onun dərk edə bilməyəcəyi varlıqların qarşısında heç saya da gəlmir. Varlıqları yalnız görünənlərdə məhdudlaşdırmaq düzgün deyil.
Allah-taala Qurani-kərimdə də görünən və görünməyən varlıqlara and içmişdir. Belə ki, O, əl-Haqqə surəsində buyurur: فَلا أُقْسِمُ بِما تُبْصِرُونَ وَ ما لا تُبْصِرُون
"And olsun gördüklərinizə və görmədiklərinizə" (2)
Cin
Bu aləmin gözə görünməyən varlıqlarından biri də cindir. Bir çox Quran ayələrində cin adlı bir məxluqun varlığına və onun xüsusiyyyətlərinə rast gəlmək mümkündür. Bundan əlavə, bir çox insanların cinlərlə qurduğu əlaqə və dostluqlar bu iddia üçün ən mühüm praktiki dəlil hesab oluna bilər.
Cin sözünün lüğəvi mənası "örtülü" deməkdir. Buna əsasən, ərəb dilində bağa cənnət deyilirsə, məhz onun torpağının ağacalarla örtüldüyünə görədir. (3) Amma dini terminologiyada cin insanın zahiri hisslərindən gizlində qalan, iradə və şüur sahibi olan bir məxluqdur ki, Quran da belə bir məxluqun olmasını təsdiqləmişdir.(4)
Qurani-kərimdə Cinin insandan qabaq yaradılması qeyd olunur. (5) Hədislərdə isə cinlər bir neçə dəstəyə bölünürlər. Mərhum Səduqun "Xisal" kitabında İmam Sadiqdən (ə) belə bir hədis rəvayət olunur: "Cinlər üç dəstədir: Onların bir dəstəsi mələklərlə birgədir, bir dəstəsi havada uçmaqda, başqa bir dəstəsi isə itlər və ilanlar şəkilindədir”. (6)
Xalis cinlər yeyib-içməsələr də, qeyri-xalis cinlər həm yeyir, həm də içirlər. (7) Onların bir qismi insanlar kimi qidalanırlar, təbii ki, bu dəstənin ömrü az olur. Başqa bir qismi yalamaqla qidalanırlar, bunların ömrü bir az çox olur. Daha başqa bir qisim isə yalnız iyləməklə qidalanır, bunlarınsa ömrü min ilə qədər uzana bilir.
Qurani-kərimdə 24-cü surə Cin surəsi adlandırılmışdır. Bundan əlavə, cinlə bağlı konkret olaraq bu yerlərdə bəhs olunmuşdur: Ənam /100, 112, 128, 129, 130; Əraf / 38; İsra / 88; Kəhf / 50; Nəml/ 17, 39; Səbə / 12, 13, 14, 41; Əhqaf / 29-32; Rəhman / 15, 33, 39; Cin / 1-19.
Bir sözlə, bizə gülməli və inanılmaz gəlsə də, cin adlı bir məxluqun varlığı inkarolunmaz faktdır. Belə ki, onlar da eynilə insanlar kimi Allah tərəfindən təklifləniblər. Yəni, onlarda da vacib və haram anlamı var, onlara da din gəlmiş, İslam dini və Qurani-kərimin göstərişləri onlara da aid edilmişdir. Onların da içində möminləri və kafirləri var, saleh əməlliləri və zülmkarları var. Qurani-kərimdə Allah-taala dəfələrlə insanlarla birgə onlara da müraciət etmiş və onların da düz yola hidayət olunmalarını istəmişdir: يا مَعْشَرَ الْجِنِّ وَ الْإِنْسِ أَ لَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آياتي وَ يُنْذِرُونَكُمْ لِقاءَ يَوْمِكُمْ هذا
“Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?” (8)
Demək, biz insanlar bilməliyik ki, bu aləm təkcə zahirdə gördüyümüz aləm deyildir, əksinə, görmədiyimiz bir çox şeylər var ki, onların bəzilərini hətta ilahi və müqəddəs kitab olan Qurani-kərim də təsdiqləyir.
Bunun özü maddi aləmdə qərq olmuş insanlara həyəcan siqnalı ola bilər. Ey maddiyyatda məhv olan insan! Bu aləm təkcə görünən zahirdən ibarət deyil, pərdə arxasında bizə çox yaxın olub, amma görünməyən başqa bir aləm də var, bir az bunları da düşünmək lazımdır.
Şeytan isə...
Cinlər barədə az da olsa danışdıq, bu barədə geniş söz açmaq istəsəydik, ayrıca bir kitab yazmaq lazım gələrdi. Amma Şeytan nədir? Budamı həqiqətdir? Yoxsa insanların özlərindən uydurduğu hər hansı bir xurafatdır?
Gün ərzində hər birimiz dəfələrlə şeytana lənət oxuyuruq, yaxud bu şeytan əməlidir deyirik, kimisə göstərib şeytan onun qəlbinə girmişdir deyirik. Görəsən doğurdan da şeytan adlı bir məxluq varmı? Əgər varsa, onun insanla nə kimi əlaqəsi var? O, insana nə qədər yaxındır? Doğrudurmu ki, şeytan insanı azdırır? Bəs din necə, belə bir məxluqun varlığını qəbul edirmi? Bu sualların hamısının cavabını adətimiz üzrə, hər bir şeyə aydınlıq gətirən Qurani-kərimdə axtaracağıq.
İlk öncə, şeytanın kökü barədə bir az söhbət edək. Qurani-kərimdə açıq-aydın surətdə şeytanın əslində bir cin olması qeyd olunur: َ فَسَجَدُوا إِلاَّ إِبْليسَ كانَ مِنَ الْجِن ِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّه...
"...İblisdən başqa hamısı (bütün mələklər) səcdə etdilər, cin olan İblis isə öz Rəbbinin fərmanından boyun qaçırdı..." (9)
Nümunə təfsirində bu ayənin şərhində belə yazılır: “Şeytan mələklərdən deyildi, (əslində o, cinlərdən idi) amma ibadət və itaət etmək vasitəsilə onların cərgəsinə girib, hətta onların müəllimləri də olmuşdu. Amma bir dəfə təkəbbür və xudpəsəndlik etməklə elə gözdən düşdü ki, bütün olan-qalan mənəviyyatını əldən verib, Allah dərgahının ən nifrət olunmuş və qovulmuş bir bəndəsinə çevrilıdi”. (10)
Hiyləgər Şeytan
Qurani-kərim şeytanın bəzi xüsusiyyətlərini açıqlayır, bəzi ayələrdə şeytan, öz rəbbinə naşükür olan hiyləgər bir məxluq kimi qələmə verilir. Eyni zamanda bəzi ayələrdə də onun xüsusi bir firqəsi, necə deyərlər partiyasının olmasına işarələr vardır: وَ كانَ الشَّيْطانُ لِرَبِّهِ كَفُورا
"Şeytan öz Rəbbinə qarşı naşükür idi". (11)
فَقاتِلُوا أَوْلِياءَ الشَّيْطانِ إِنَّ كَيْدَ الشَّيْطانِ كانَ ضَعيفا
"O halda Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!" (12)
ِ أُولئِكَ حِزْبُ الشَّيْطانِ أَلا إِنَّ حِزْبَ الشَّيْطانِ هُمُ الْخاسِرُون
“Onlar Şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır! (13)
İnsanın ən böyük düşməni
Şeytan uzun illər Allah dərgahında ibadətlə məşğul ikən Allah-taala Adəmi yaradır. O, mələklərin sorğu-suallarına cavab olaraq Adəmin bəzi üstünlüklərini üzə çıxarır. Nəhayət, Ulu Tanrı təzim əlaməti olaraq şeytanla birgə bütün mələklərə Adəmin qarşısında səcdə etməyi əmr edir. Bu fərmanı eşitcək bütün mələklər səcdəyə düşürlər. Şeytan isə bu fərmandan boyun qaçırıb səcdə etmir. Şeytan etdiyi paxıllıq və təkəbbürə görə Allahın dərgahından qovulmağa məruz qalır. O, Allah dərgahından qovularkən Allahın izzətinə and içir ki, sənin bəndələrinin qəlblərinə girəcək və onları düz yoldan sapdıracağam. Beləliklə, şeytan insanın ən böyük düşməninə çevrilir. Bu macəranı Quranın dilindən eşidək:
“(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş qara palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (təzim məqsədilə) səcdə edin!” Bundan sonra mələklərin hamısı ona səcdə etdilər. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
(Allah buyurdu:) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
(Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
(Allah) buyurdu: “Buradan çıx. Sən qovulmuşsan.! Sən qiyamət gününə qədər lənətlənmişsən!” (İblis) dedi: “Ey Rəbbim! İnsanların diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!”
(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən” Ancaq məlum vaxtın gününə qədər
(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (insanlara pis əməllərini,) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!Yalnız Sənin sadiq bəndələrindən başqa!” (14)
O gündən etibarən qovulmuş şeytan insanın ən böyük düşməninə çevrildi. O, müxtəlif hiylələrlə, cürbəcür vəsvəsələrlə insanı da öz gününə salmağa çalışdı. Şeytanın ilk qurbanı bəşəriyyətin atası sayılan həzrət Adəm oldu, belə ki, şeytan onu nəhy olunmuş ağacın meyvəsindən yeməyə həvəsləndirərək bir növ İlahi göstərişə etinasızlıq göstərməyə vadar etdi. Bu etinasızlıqdan sonra həzrət Adəm Həvva ilə birlikdə cənnətdən yerə endirildi.
Şeytan və insan
Qurani-kərimin ayələrində bu böyük düşmənin insana etdiyi əməllər təfsilatı ilə açıqlanır, belə ki, təqribən 10-a yaxın iş şeytan əməli sayılır. Bu əməllərin bəzisi şeytanın insana etdiyi pisliklər, bəziləri isə onun insanı azdırması üçün işlətdiyi hiylələridir.
1. O, İnsanı yoldan çıxarır. وَ لا يَصُدَّنَّكُمُ الشَّيْطان
“Şeytan sizi yoldan çıxartmasın”. (15)
2. O, insanı alçaq işlərə həvəsləndirər. الشَّيْطانُ يَعِدُكُمُ الْفَقْرَ وَ يَأْمُرُكُمْ بِالْفَحْشاء
“Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər”. (16)
3. O, insanı zəlalətə sürükləyər. ِ وَ يُريدُ الشَّيْطانُ أَنْ يُضِلَّهُمْ ضَلالاً بَعيدا
“Şeytan isə onları çox uzaq olan zəlalətə sürükləmək istər”. (17)
4. O, insanların arasında kin və düşmənçilik yaradar. إِنَّما يُريدُ الشَّيْطانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَداوَةَ وَ الْبَغْضاءَ فِي الْخَمْرِ وَ الْمَيْسِرِ
“Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salar”. (18)
5. O, insana etdiyi pis əməllərini gözəl cilvələndirər. وَ زَيَّنَ لَهُمُ الشَّيْطانُ أَعْمالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبيل
“Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı”. (19)
6. O, Allahı insanın yadından çıxarar. ْ اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطانُ فَأَنْساهُمْ ذِكْرَ اللَّه
“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur”. (20)
7. O, insanı tək qoyar. وَ كانَ الشَّيْطانُ لِلْإِنْسانِ خَذُولاً
“Şeytan insanı (yoldan çıxartdıqdan sonra) yalqız buraxar”. (21)
8. O, insana yalan vədlər verər. وَ ما يَعِدُهُمُ الشَّيْطانُ إِلاَّ غُرُورا
“Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!” (22)
9. O, insana vəsvəsə edər. ْفَوَسْوَسَ إِلَيْهِ الشَّيْطانُ قال...
“Şeytan ona (Adəmə) vəsvəsə edib belə dedi...” (23)
Hər kəs öz daxilinə diqqət etsə, bu vəsvəsələri tamamilə hiss edəcəkdir. Biz bu daxili pıçıltıları təbii və adi bir ürəkdə danışmaq kimi qiymətləndiririk. Amma əslində o ürəkdə danışmaların böyük hissəsi şeytanın pıçıltı və vəsvəsələridir. Görürsünüz ki, hər hansı bir yaxşı iş görmək istədikdə onun əksi, yəni o işi görməmək fikiri də beyninizə gəlir. Kimsə bu beyinə gələn fikrə diqqət etmir və Allah şeytana lənət etsin deyib yaxşı işinə davam edir, kimisi isə o vəsvəsə və fikirlərə uyub işindən əl çəkir və beləliklə şeytanı sevindirir.
Qardaşlar! Şeytan yorulmur, o, həmişə çalışmaqdadır. Onun özünün xüsusi partiyası var və bu partiya günü-gündən qüdrətlənməkdədir. Şeytanın partiyasına üzv olanlar təkcə cinlərdən deyillər, O, insanları da özünə cəlb edib, partiyasının fəal üzvünə çevirir. Ona görə də, Qurani-kərimdə bəzi ayələrdə insan simalı şeytanlardan da söz açılıbdır. (24) İnsan o qədər şeytana uyur ki, artıq şeytan ona hakim olur, onu istədiyi tərəfə sürüyür, istədiyi çirkinlikləri onun əlilə həyata keçirir. Belə bir insan artıq insan simasından çixmış, əslində şeytan simalı olmuşdur. Şeytan nəinki, fərdi insanları hətta bəzi böyük dövlətləri belə özünə həmkar edə bilir. Böyük-böyük imperiyalar dünya səviyyəsində qeyri-insani və qeyri-ilahi siyasətlər yürüdürlərsə, əslində onlar da şeytanın tlisiminə məhkum olmuşlar.
Burada bir məsələ də var. O da budur ki, şeytan bütün insanlara vəsvəsə edir. Onun vəsvəsəsi hamıya tuşlanır. Amma kimsə ona qulaq asmayıb qalib gəlir, kimsə aldanıb məğlub olur. Elə isə onda biz nə edək ki, şeytanın vəsvəsəsi bizə təsir edib bizi yoldan çıxarmasın? Onun vəsvəsəsi ilə üzləşmənin yolu nədir? Şeytanla necə mübarizə etməliyik?
Şeytanla addımlama!
Bəqərə surəsində belə bir fərman var: ً وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطان
"Şeytanın addımlarıyla addımlamayın". (25)
Quran şərhçisi Məkarim Şirazi bu ayə ilə bağlı belə yazır: "Şeytanın addımları" ifadəsinin bəlkə də dəqiq bir tərbiyəvi nöqtəyə işarəsi var. O da budur ki, adətən azğınlıqlar insanda bir dəfəyə və birdən-birə deyil, tədricən yer edirlər. Misal üçün, bir cavanın narkotika və spirtli içkilərə qurşanmasının neçə mərhələsi var. Əvvəlcə o, belə məclislərdə adi bir tamaşaçı kimi iştirak edir, ikinci addımda maraq üçün özü də ondan istifadə edir, amma bu, sadəcə maraq üçündür. Üçüncü addımda deyir ki, bir az istifadə edim sonra tərk edərəm. Nəhayət, şeytan addım-addım bu cavanı aldadaraq əsl bir narkamana çevirir. Ona görə də, Allah-taala buyurur ki, elə həmin ilk addımdan şeytandan uzaq ol və onun addımlarıyla addımlama”. (26) Demək, şeytanla üzləşmənin ilkin yolu onun hətta ən ibtidai addımlarından belə uzaq olmaqdır.
Allaha sığın!
Qurani-kərimdə şeytanla mübarizə yollarından biri də Allaha sığınmaqdır. Əraf surəsində belə deyilir: وَ إِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَميعٌ عَليم
“Əgər sənə şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!” (27)
Əslində hər bir işi görəndə Allaha sığınmaq lazımdır. Allaha sığınmaq Ona arxalanamaq və ondan kömək istəmək deməkdir. Amma hər hansı bir problemlə üzləşdikdə bu ehtiyac özünü daha da qabardır, istər-istəməz insan sığınmağa bir qüvvə, bir kəs axtarır. Bu zaman Allah buyurur ki, uzağa getmə, mənə sığın, çünki, mən həm eşidənəm və həm də bilən. Allah demək istəyir ki, bu halda sən əgər mənə sığınsan və məndən çarə istəsən, sözsüz ki, cavab alacaqsan, çünki, mən eşidənəm. Sonra buyurur ki, sənə etdiyim çarə də düzgün və şəfabəxş olacaqdır, çünki, mən hər şeyi bilənəm. Sən məndən başqa hər hansı bir məxluqa sığınıb çarə istəsəydin, mümkün idi ki, o, səni başa düşməsin və ya sənə düzgün çarə bulmasın. Amma mən, səni yaradan xaliq, belə deyiləm, çünki, eçidən və bilənəm. Şeytanın şərindən Allaha sığınmaq o qədər mühümdür ki, Allaha-taala bu işi insandan Quran oxumağa başlayarkən belə tələb edir. Nəhl surəsində buyurur: فَإِذا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطانِ الرَّجيم
“Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın!” (28)
Quran oxuyarkən belə əgər şeytan insanın qəlbində olsa, oxunan ayələrdən şeytani nəticələr çıxardıla bilər. Əhsənül-hədis təfsirində bununla bağlı belə deyilir: "Nəzərə belə gəlir ki, Allahın insandan Quran oxuyarkən ona sığınmasını istəməsinin iki səbəbi var: Birincisi buna görədir ki, şeytanın insanı azdırma yollarından biri də onun insana unutqanlıq və qəflət gətirməyidir. (29) Demək şeytan Quran oxuyan insana qəflət və unutqanlıq gətirib o insanın Quranın ali məzmunlu ayələrinin kənarından sadəcə üzünü oxuyub, qafil halda keçməsinə və onların mənalarına diqqət etməməsinə səbəb olacaq və ona bu ayələrdə fikirləşməyə imkan verməyəcəkdir. İkinci səbəb isə budur ki, Quranda "mütəşabih" ayələr var, belə ki, bu ayələrin dəqiq mənalarını dərk etmək hər kəsə mümkün olmadığından azğın mənaların ortaya çıxma ehtimalı var. Şeytan da fürsətdən istifadə edib məhz bu ayələrin mənasında insana pis vəsvəsələr edib, onu azdıra bilər. Ona görə də Quran oxuyarkən Allaha sığınmaq lazım və zəruridir”. (30)
Sadiq bəndə ol!
Şeytanla mübarizənin yollarından birini də elə şeytanın özü Allah dərgahından qovularkən dilinə gətirir. O, Allahın izzətinə and içir ki, mən sənin sadiq və ixlaslı bəndələrindən başqa bütün bəndələrini düz yoldan sapdıracağam. قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعين
“(İblis) dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!” (31)
Asan təfsirində müəllif şeytanla mübarizənin bir neçə yolunu saydıqdan sonra belə deyir: “Nəhl surəsinin 99-cu ayəsindən belə aydın olur ki, şeytanın vəsvəsəsi həmçinin düzgün, imanlı və yalnız Allahahına təvəkkül edən bəndələrdə də təsir etmir. (32) Ayə belədir: إِنَّهُ لَيْسَ لَهُ سُلْطانٌ عَلَى الَّذِينَ آمَنُوا وَ عَلى رَبِّهِمْ يَتَوَكَّلُون
“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hakimiyyəti yoxdur!” (33)
Demək, şeytan düzgün imanlı, ixlaslı və sadiq, Allahına sığınıb yalnız Ona təvəkkül edən bəndələri azdıra bilmir. Elə isə O lənətlənmişin şərindən amanda qalmaq üçün çalışıb bu Allah deyən dəstədən olmaq lazımdır.
Mənbələr
1. Nümunə təfsiri, c. 25, s. 156.
2 . Haqqə / 38-39.
3 . Məcməül bəhreyn, c. 6, s. 226.
4 . Əlmizan, c. 17, s. 274.
5 . Hicr / 26-27.
6 . Xisal, Babüs səlasə, c. 164, s. 160.
7 . Bəharül ənvar, c. 60, s. 114.
8 . Ənam / 130.
9 . Kəhf / 50.
10. Nümunə təfsiri, c. 12, s. 462.
11. İsra / 27.
12. Nisa / 76.
13. Mücadilə / 19.
14. Hicr / 28-40.
15. Zuxruf / 62.
16. Bəqərə / 268.
17. Nisa / 60.
18. Maidə / 91.
19. Ənkəbut / 38.
20. Mücadilə / 19.
21. Fürqan / 29.
22. İsra / 64.
23. Taha / 120.
24. Ənam / 112.
25. Bəqərə / 168.
26. Nümunə Təfsiri, s. 573.
27. Əraf / 200.
28. Nəhl / 98.
29. Mücadilə / 19.
30. Əhsənül-Hədis təfsiri, c. 5, s. 502.
31. Sad / 82-83.
32. Asan təfsiri, c. 9, s. 292.
33. Nəhl / 99.