Yazarlar

×

Uyarı

JUser: :_load: Unable to load user with ID: 62

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Müshəflərİn fərqlərİ

 

Müshəfləri toplayanlar fərqli insanlar idilər və bir-birləri ilə əlaqələri yox idi. Bu işi həyata keçirmək baxımından istedadları, məharətləri də bir deyildi. Buna görə də hər birinin topladığı nüsxə metod, ardıcıllıq, qiraət və s. cəhətlərindən bir-birindən fərqlənirdi. 

Müshəflərdə, qiraətlərdə fərqlilik, ixtilaf insanlar arasında parçalanmaya, mübahisəyə, ixtilafa yol açırdı. Bir çox hallarda bir-birindən uzaq məntəqələrin sakinləri döyüşdə iştirak etmək və ya digər səhabələrlə rastlaşdıqda öz etiqadlarına, fikirlərinə qarşı təəssübləri nəticəsində bir-birlərini məhkum edirdilər və bu, mübahisələrlə, çəkişmələrlə nəticələnirdi. 

İnsanların müshəflərlə bağlı ixtilaflarından, müshəf sahiblərinin qiraətlərinə qarşı təəssüblərindən bir neçə nümunəyə nəzər salaq:

1. Ermənistan döyüşündən qayıdarkən Hüzeyf Səid ibn Asa dedi: "Bu səfərdə bir şeyə rast gəldim. Əgər bu işlə ciddi məşğul olunmasa insanların Quran haqqında ixtilafa düşməsinə gətirib çıxaracaq. Belə olduqda ona heç vaxt çarə qılmaq mümkün olmayacaq". Səid soruşdu: "Məsələ nədən ibarətdir?". Hüzeyfə dedi: "Həms əhlindən bir qrup gördüm. Onlar qiraətlərinin başqalarının qiraətlərindən daha yaxşı olduğunu düşünürdülər. Onlar Quranı Miqdaddan öyrəniblər. Dəməşq əhalisi isə öz qiraətlərini digər qiraətlərdən daha yaxşı olduğunu deyirdi. Küfəlilər isə İbn Məsudun qiraətini qəbul etmiş və ona etiqad bağlamışlar. Bəsrəlilər isə Əbu Musa Əşərinin qiraətinə uyğun tilavət edir və onun müshəfini “Lübab əl-qülub” adlandırırdılar".

Hüzeyfə və Səid Küfəyə qayıtdıqda Hüzeyfə bu məsələni insanlarla bölüşdü. Onu narahat edən məsələ haqqında xəbərdarlıq etdi. Peyğəmbərin (s) səhabələri və bir çox tabein onunla razılaşdılar. İbn Məsudun tərəfdarları ona etiraz etdilər: "Bizə nə iradın var? Biz Quranı İbn Məsudun qiraətinə uyğun oxumaqdan başqa nə etmişik?" Hüzeyfə və onun müvafiqləri əsəbiləşdilər və dedilər: "Susun, yanılırsınız". O, dedi: "Allaha and olsun, əgər sağ qalsam, bu məsələni müsəlmanların xəlifəsi (Osman) ilə müzakirə edəcəm ki, bir çarə düşünsün". Hüzeyfə İbn Məsudla görüşdükdə onu məsələdən hali etdi. Lakin İbn Məsud onunla sərt danışdı. Səid əsəbiləşib məclisi tərk etdi. İnsanlar da dağılışdı. Hüzeyfə əsəbi halda Osmannın görüşünə tələsdi". 

2. Yezid Nəxəi deyir: "Vəlid ibn Əqəbə Osman tərəfindən Küfə valisi olduğu dönəmdə Küfə məscidinə getdim. Oraya bir dəstə insan yığılmışdı. Hüzeyfə ibn Yəman da onların içində idi. O zaman məscidin xadimləri yox idi. Kimsə fəryad çəkdi: Əbu Musa Əşərinin qiraətinin tərəfdarı olanlar qazılmış qapının yanındakı küncə, İbn Məsudun qiraətinin tərəfdarları isə Abdullahın evinə yaxın küncə toplaşsınlar. Bu iki qrup "Bəqərə" sürəsindəki bir ayə ilə bağlı mübahisə edirdi. Biri deyirdi: “وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلّهَ” olmalıdır. Digəri isə deyirdi: “وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلبیتَ” olmalıdır. Hüzeyfə çox narahat oldu və dedi: "Bu mübahisələr sizdən öncə də vardı. Gəlin, Osmana müraciət edək". 

İbn Əbu əş-Şəsanın nəql etdiyi rəvayətdə deyilir: "Hüzeyfə dedi: "İbn Ümmu-Əbdin qiraətçiləri! Əbu Musa Əşərinin qiraətçiləri! And olsun Allaha, əgər müsəlmanların xəlifəsi Osmanı görüncəyədək sağ qalsam, onu vahid qiraət tərtib etməyə vadar edəcəyəm". Abdullah (İbn Məsud) qəzəblənib dedi: "Bu ağır sözdür". Hüzeyfə isə susdu.

Digər rəvayətdə isə deyilir: Hüzeyfə dedi: Küfə əhalisi "Abdullahın (İbn Məsud) qiraəti", bəsrəlilər "Əbu Musanın qiraəti", - deyirlər. Allaha and olsun ki, Osmanın yanına gedə bilsəm, onu bu müshəfləri (suda) batırmağa vadar edəcəyəm". Abdullah ona dedi: "Əgər bu işi görsən, Allah səni sudan başqa yerdə (cəhənnəmdə) batıracaq". 

İbn Həcər nəql edir: İbn Məsud Hüzeyfəyə dedi: "Mənə xəbər çatıb ki, sən belə demisən". Hüzeyfə dedi: "Bəli, mən "filankəsin qiraəti", "filankəsin qiraəti" deyilməsini, insanların əhli-kitab kimi ixtilafa düşməsini istəmirəm".

3. İbn Əştə Ənəs ibn Malikdən nəql edir: "Osman dönəmində Küfədə insanlar Quranla bağlı ixtilafa düşmüşdülər. Bir müəllim Quranı müshəf sahiblərindən birinin qiraətinə, digər bir müəllim isə başqa bir qiraətə uyğun tədris edirdi. Bu ixtilaf gənclərin arasına sürüklənirdi. Bu ixtilaflar müəllimlərə çatdıqda hər biri digər qiraətin yanlış olduğunu iddia edirdi. Bu xəbər Osman ibn Əffana çatdı və o, dedi: "Mən aranızda olduğum bir halda Quranı təkzib edir, onu yanlış adlandırırsınız? Kim (bu problemi aradan qaldırmaqda) məndən uzaq gəzsə, daha böyük təkzib və yanlışlığa düçar olacaq".     

4. Məhəmməd ibn Sirindən nəql olunur: "Bəziləri Quranı qiraət edir, digərləri isə onu yanlış adlandırırdılar. Bu xəbər Osmana çatdı. Osman məsələ qaldırıb, Qüreyş və Ənsardan on iki nəfəri topladı ...

5. Bükeyr əl-Əşəcdən nəql olunduğuna görə, İraqda biri digərindən bir ayənin qiraətini soruşurdu. Qarşı tərəf ayəni qiraət etdikdə deyirdi: "Bu qiraət düzgün və məqbul deyil". Bu məsələ insanlar arasında yayıldı. Belə ki, Osmanla müzakirə olundu.

Quranla bağlı bu qəbil hadisələr, ixtilaflar Hüzeyfə ibn Yəman kimi ayıq şəxsiyyətlər tərəfindən ciddiyə alınmasaydı xoşagəlməz hadisələr, acı nəticələr törədəcəkdi.

 

Hüzeyfənİn Mədİnəyə daxİl olması

 

Hüzeyfə Ermənistan döyüşündən qayıdarkən insanların Quranla bağlı ixtilafını xoşagəlməz hal hesab edib, bu problem digər yerlərə  sirayət etməmiş onun həlli üçün Peyğəmbərin (s) Küfədəki səhabələri ilə məsləhətləşdi. Hüzeyfənin fikri bu idi ki, Osmanı müshəfləri eyniləşdirməyə, insanları vahid qiraətə məcbur etməyə vadar etsin. Abdullah ibn Məsuddan başqa bütün səhabələr bu fikrin düzgünlüyünü yekdilliklə qəbul edirdilər.

Hüzeyfə bacardıqca sürətlə Mədinəyə doğru hərəkət etdi ki, Məhəmməd (s) ümməti parçalanmamış Osmanı ayağa qaldırsın . 

Hüzeyfə Osmana dedi: "Ey müsəlmanların xəlifəsi! Mən ört-basdır etmədən xəbərdarlıq edirəm. Bu ümmətin yəhudi və xristianların düşdüyü ixtilafa düşməzdən öncə dadına yet". Osman soruşdu: "Məsələ nədən ibarətdir?" Hüzeyfə dedi: "Ermənistan döyüşündə iştirak etdim. Orada Şam əhalisi Quranı Übəyy ibn Kəbin qiraəti ilə oxuyurdu. İraq insanları onun bir çox detallarını eşitməyiblər. İraq əhalisi Abdullah ibn Məsudun qiraəti ilə gedir. Şam insanları onun bir çox xırdalıqlarından xəbərsizdirlər. Hər bir qiraət tərəfdarı digər qiraət tərəfdarını kafirlikdə ittiham edirdi. 


Müshəfləri toplayanlar fərqli insanlar idilər və bir-birləri ilə əlaqələri yox idi. Bu işi həyata keçirmək baxımından istedadları, məharətləri də bir deyildi. Buna görə də hər birinin topladığı nüsxə metod, ardıcıllıq, qiraət və s. cəhətlərindən bir-birindən fərqlənirdi. 

Müshəflərdə, qiraətlərdə fərqlilik, ixtilaf insanlar arasında parçalanmaya, mübahisəyə, ixtilafa yol açırdı. Bir çox hallarda bir-birindən uzaq məntəqələrin sakinləri döyüşdə iştirak etmək və ya digər səhabələrlə rastlaşdıqda öz etiqadlarına, fikirlərinə qarşı təəssübləri nəticəsində bir-birlərini məhkum edirdilər və bu, mübahisələrlə, çəkişmələrlə nəticələnirdi. 

İnsanların müshəflərlə bağlı ixtilaflarından, müshəf sahiblərinin qiraətlərinə qarşı təəssüblərindən bir neçə nümunəyə nəzər salaq:

1. Ermənistan döyüşündən qayıdarkən Hüzeyf Səid ibn Asa dedi: "Bu səfərdə bir şeyə rast gəldim. Əgər bu işlə ciddi məşğul olunmasa insanların Quran haqqında ixtilafa düşməsinə gətirib çıxaracaq. Belə olduqda ona heç vaxt çarə qılmaq mümkün olmayacaq". Səid soruşdu: "Məsələ nədən ibarətdir?". Hüzeyfə dedi: "Həms əhlindən bir qrup gördüm. Onlar qiraətlərinin başqalarının qiraətlərindən daha yaxşı olduğunu düşünürdülər. Onlar Quranı Miqdaddan öyrəniblər. Dəməşq əhalisi isə öz qiraətlərini digər qiraətlərdən daha yaxşı olduğunu deyirdi. Küfəlilər isə İbn Məsudun qiraətini qəbul etmiş və ona etiqad bağlamışlar. Bəsrəlilər isə Əbu Musa Əşərinin qiraətinə uyğun tilavət edir və onun müshəfini “Lübab əl-qülub” adlandırırdılar".

Hüzeyfə və Səid Küfəyə qayıtdıqda Hüzeyfə bu məsələni insanlarla bölüşdü. Onu narahat edən məsələ haqqında xəbərdarlıq etdi. Peyğəmbərin (s) səhabələri və bir çox tabein onunla razılaşdılar. İbn Məsudun tərəfdarları ona etiraz etdilər: "Bizə nə iradın var? Biz Quranı İbn Məsudun qiraətinə uyğun oxumaqdan başqa nə etmişik?" Hüzeyfə və onun müvafiqləri əsəbiləşdilər və dedilər: "Susun, yanılırsınız". O, dedi: "Allaha and olsun, əgər sağ qalsam, bu məsələni müsəlmanların xəlifəsi (Osman) ilə müzakirə edəcəm ki, bir çarə düşünsün". Hüzeyfə İbn Məsudla görüşdükdə onu məsələdən hali etdi. Lakin İbn Məsud onunla sərt danışdı. Səid əsəbiləşib məclisi tərk etdi. İnsanlar da dağılışdı. Hüzeyfə əsəbi halda Osmannın görüşünə tələsdi". 

2. Yezid Nəxəi deyir: "Vəlid ibn Əqəbə Osman tərəfindən Küfə valisi olduğu dönəmdə Küfə məscidinə getdim. Oraya bir dəstə insan yığılmışdı. Hüzeyfə ibn Yəman da onların içində idi. O zaman məscidin xadimləri yox idi. Kimsə fəryad çəkdi: Əbu Musa Əşərinin qiraətinin tərəfdarı olanlar qazılmış qapının yanındakı küncə, İbn Məsudun qiraətinin tərəfdarları isə Abdullahın evinə yaxın küncə toplaşsınlar. Bu iki qrup "Bəqərə" sürəsindəki bir ayə ilə bağlı mübahisə edirdi. Biri deyirdi: “وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلّهَ” olmalıdır. Digəri isə deyirdi: “وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلبیتَ” olmalıdır. Hüzeyfə çox narahat oldu və dedi: "Bu mübahisələr sizdən öncə də vardı. Gəlin, Osmana müraciət edək". 

İbn Əbu əş-Şəsanın nəql etdiyi rəvayətdə deyilir: "Hüzeyfə dedi: "İbn Ümmu-Əbdin qiraətçiləri! Əbu Musa Əşərinin qiraətçiləri! And olsun Allaha, əgər müsəlmanların xəlifəsi Osmanı görüncəyədək sağ qalsam, onu vahid qiraət tərtib etməyə vadar edəcəyəm". Abdullah (İbn Məsud) qəzəblənib dedi: "Bu ağır sözdür". Hüzeyfə isə susdu.

Digər rəvayətdə isə deyilir: Hüzeyfə dedi: Küfə əhalisi "Abdullahın (İbn Məsud) qiraəti", bəsrəlilər "Əbu Musanın qiraəti", - deyirlər. Allaha and olsun ki, Osmanın yanına gedə bilsəm, onu bu müshəfləri (suda) batırmağa vadar edəcəyəm". Abdullah ona dedi: "Əgər bu işi görsən, Allah səni sudan başqa yerdə (cəhənnəmdə) batıracaq". 

İbn Həcər nəql edir: İbn Məsud Hüzeyfəyə dedi: "Mənə xəbər çatıb ki, sən belə demisən". Hüzeyfə dedi: "Bəli, mən "filankəsin qiraəti", "filankəsin qiraəti" deyilməsini, insanların əhli-kitab kimi ixtilafa düşməsini istəmirəm".

3. İbn Əştə Ənəs ibn Malikdən nəql edir: "Osman dönəmində Küfədə insanlar Quranla bağlı ixtilafa düşmüşdülər. Bir müəllim Quranı müshəf sahiblərindən birinin qiraətinə, digər bir müəllim isə başqa bir qiraətə uyğun tədris edirdi. Bu ixtilaf gənclərin arasına sürüklənirdi. Bu ixtilaflar müəllimlərə çatdıqda hər biri digər qiraətin yanlış olduğunu iddia edirdi. Bu xəbər Osman ibn Əffana çatdı və o, dedi: "Mən aranızda olduğum bir halda Quranı təkzib edir, onu yanlış adlandırırsınız? Kim (bu problemi aradan qaldırmaqda) məndən uzaq gəzsə, daha böyük təkzib və yanlışlığa düçar olacaq".     

4. Məhəmməd ibn Sirindən nəql olunur: "Bəziləri Quranı qiraət edir, digərləri isə onu yanlış adlandırırdılar. Bu xəbər Osmana çatdı. Osman məsələ qaldırıb, Qüreyş və Ənsardan on iki nəfəri topladı ...

5. Bükeyr əl-Əşəcdən nəql olunduğuna görə, İraqda biri digərindən bir ayənin qiraətini soruşurdu. Qarşı tərəf ayəni qiraət etdikdə deyirdi: "Bu qiraət düzgün və məqbul deyil". Bu məsələ insanlar arasında yayıldı. Belə ki, Osmanla müzakirə olundu.

Quranla bağlı bu qəbil hadisələr, ixtilaflar Hüzeyfə ibn Yəman kimi ayıq şəxsiyyətlər tərəfindən ciddiyə alınmasaydı xoşagəlməz hadisələr, acı nəticələr törədəcəkdi.

 

Hüzeyfənİn Mədİnəyə daxİl olması

 

Hüzeyfə Ermənistan döyüşündən qayıdarkən insanların Quranla bağlı ixtilafını xoşagəlməz hal hesab edib, bu problem digər yerlərə  sirayət etməmiş onun həlli üçün Peyğəmbərin (s) Küfədəki səhabələri ilə məsləhətləşdi. Hüzeyfənin fikri bu idi ki, Osmanı müshəfləri eyniləşdirməyə, insanları vahid qiraətə məcbur etməyə vadar etsin. Abdullah ibn Məsuddan başqa bütün səhabələr bu fikrin düzgünlüyünü yekdilliklə qəbul edirdilər.

Hüzeyfə bacardıqca sürətlə Mədinəyə doğru hərəkət etdi ki, Məhəmməd (s) ümməti parçalanmamış Osmanı ayağa qaldırsın . 

Hüzeyfə Osmana dedi: "Ey müsəlmanların xəlifəsi! Mən ört-basdır etmədən xəbərdarlıq edirəm. Bu ümmətin yəhudi və xristianların düşdüyü ixtilafa düşməzdən öncə dadına yet". Osman soruşdu: "Məsələ nədən ibarətdir?" Hüzeyfə dedi: "Ermənistan döyüşündə iştirak etdim. Orada Şam əhalisi Quranı Übəyy ibn Kəbin qiraəti ilə oxuyurdu. İraq insanları onun bir çox detallarını eşitməyiblər. İraq əhalisi Abdullah ibn Məsudun qiraəti ilə gedir. Şam insanları onun bir çox xırdalıqlarından xəbərsizdirlər. Hər bir qiraət tərəfdarı digər qiraət tərəfdarını kafirlikdə ittiham edirdi. 


Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Übəyy ibn Kəəbə aid müshəfin xüsusiyyətləri aşağıdakılardır:

Übəyy ibn Kəbin müshəfində ayələrin düzülüşü təqribən İbn Məsudun müshəfində olduğu kimi idi. Lakin, o, "Ənfal" surəsini "Yunus" surəsindən sonra, "Bəraət" surəsindən qabaq yerləşdirmişdi. Həmçinin digər bəzi surələrin ardıcıllığında fərq var idi. İbn Kəbin müshəfinin İbn Məsudun müshəfindən fərqli cəhətlərindən biri də onda "Həmd", "Nas" və "Fələq" surələrinin olması idi.

Bu müshəfdə digər müshəflərdə olmayan "Xəl" və "Həfd" adlı iki surə var idi. Bunlar hər ikisi qunut duaları idi. Übəyy ibn Kəəb onları Quran ayəsi saymış və müshəfə yerləşdirmişdir.

"Xəl" duası:

"بسم الله الرحمن الرحیم. اللهمّ انّا نستعین بک و نستغفرک و نثنی علیک الخیر و لا نکفرک و نخلع و نترک من بفجرک".

"Həfd" duası:

"بسم الله الرحمن الرحیم. ایاک نعبد و لک نصلی و نسجد و الیک نسعی و نحفد، نخشی عذابک و نرجو رحمتک ان عذابک باالکفار ملحق".1

Bu müshəfdə "Fil" və "Qureyş" surələri arasında "Bismillahir-Rəhmanir-Rəhim" ifadəsi yox idi və bu iki surə bir surə hesab olunurdu.2

Əhli-beytdən (ə) gələn rəvayətlərdə də deyilir ki, namazda "Fil" surəsini oxuyan şəxs ardınca "Qureyş" surəsini də oxusun. Lakin iki surə arasında "Bismillahir-Rəhmanir-Rəhim" demək zəruridir.3 Yəni bu iki surə qiraət baxımından bir surə, Quranda yazılmaq baxımından isə iki surə sayılır. Bu rəvayət Übəyy ibn Kəbin müshəfinin əksini sübuta yetirir. Demək, Übəyyin müshəfi ümumilikdə 116 surədən ibarət idi. 

Bu müshəfdə "Zumər" surəsi “Ha-mim” )"حم"( "müqəttəə" hərfləri ilə başlayırdı. Nəticədə müshəfdə yer alan "Həvamim" surələri yeddi yox, səkkiz idi.4

Bu müshəf məşhur qiraətlə fərqli idi. Bəzi sözlər sinonimləri ilə dəyişdirilmişdi. "Yasin" surəsinin 52-ci ayəsi “قَالُوا يَا وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا” “مَن هَبّنَا مِن مَّرْقَدِنَا” şəklində verilmişdi.5 "Bəqərə" surəsinin 20-ci ayəsi “كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ” “مَروا فیه”, yaxud “سعوا فیه فیه” şəklində verilmişdi.6 "Bəqərə" surəsinin 196-cı ayəsinə (“Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində - ardıcıl olaraq - üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir”)  üç gün fasiləsiz oruc tutmağı bildirmək üçün “ardıcıl olaraq” (“متتابعات”) sözü artırılmışdır.7 "Nisa" surəsinin 24-cü ayəsinə (“İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin”) “Müəyyən vaxtadək” (“إلی أجل مسمی”) ifadəsi artırılmışdı.8 Bu nikahda məqsədin daimi yox, müvəqqəti nikah olmasını aydınlaşdırmaq xarakteri daşıyırdı. 

İbn Məsudun müshəfi ilə bağlı qeyd etdiyimiz kimi, səhabələrə aid müshəflərdə yer alan əlavə izahları təhrif, Qurana əlavə və ya mövcud Qurana şübhə kimi qəbul etmək olmaz. Əlbəttə ki, sonralar bu metod tərk olundu.

 

QEYRİ-MƏŞHUR MÜSHƏFLƏR

Bəzi qiraət kitablarından bəlli olur ki, səhabələrin qiraət fərqi onların topladıqları müshəflərdəki fərqdən doğurdu. Çünki Osman dönəmində müshəfləri eyniləşdirmək və qiraət fərqlərini aradan qaldırmaq üçün müshəflərin toplanması əmri verildi. İbn Xətib deyir: "Səhabələrdən nəql olunan müxtəlif qiraətlər onların müshəflərində öz əksini tapmışdı. İndi isə "Şəvazz əl-qiraət" kitabına istinadən bəzi qeyri-məşhur müshəfləri diqqətinizə çatdırırıq:

 Müshəflər Məşhur qiraət    

1. Aişənin müshəfi:*

حافِظُوا عَلَى الصَّلَواتِ وَ الصَّلاةِ الْوُسْطى‏ وَ صَلاَةِ العَصر.  (səh. 15).

  إِنْ يَدْعُونَ مِنْ دُونِهِ إِلَّا اوثاناً ...  (səh. 29).

 إِنَّكُمْ وَ ما تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ حَطَبُ جَهَنَّمَ (səh. 93).

 إِذْ تَلِقُونه ..(səh. 100). 

وَ الَّذِينَ يُأتُونَ ما اتَوا وَ قُلُوبُهُمْ وَجِلَةٌ ...  (səh. 9). 

 إِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيماً عَلیَ الَّذِینَ یُصَلُّونَ الصُّفُوفِ الأُوّل  (əl-İtqan, c. 3, səh. 73)

 

2. Məaz ibn Cəbəlin müshəfi:

إِلَّا أَنْ يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِنَ الْغَمامِ وَ الْمَلائِكَةُ وَ قضِاءِ الْأَمْر ... (səh. 13). 

وَ مَنْ يَكِسِّبْ خَطِيئَةً ...  (səh. 28)

إِنَّ الَّذِينَ يَكِسِّبُونَ الْإِثْم ...  (səh. 40)

وَ  بإللَّهِ لَأَكِيدَن ...‏  (səh. 65)

 وَ إِذا أُلْقُوا مِنْها مَكاناً ضَيِّقاً مُقَرَّنُونَ  (səh. 104)

يا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرشّاد   (səh. 132)

 

3. Əbu əd-Dərdanın müshəfi:

... لَوْ أَطاعُونا ما قُتّلوا ... (səh. 23)

 مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصّي بِها أَوْ دَيْنٍ ...  (səh. 25)

 قَلِيلًا ما تتَذَكَّرُون‏ ... (səh. 42)

 بِالْغُدُوِّ وَ الْأیصالِ ... (səh. 48)

ما كانَ لِلنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرى‏ ... (səh. 50)

لِیُخْرِجَ النَّاسَ مِنَ الظُّلُماتِ إِلَى النُّورِ (səh. 68)

ما كانَ يَنْبَغِي لَنا أَنْ نُتَّخَّذَ مِنْ دُونِكَ مِنْ أَوْلِياءَ (səh. 104)

مِنْ أَزْواجِنا وَ ذُرِّيَّاتِنا قُرَّاتَ أَعْيُنٍ  

ما أُخْفِيَ لَهُمْ مِنْ قُرَّات أَعْيُن‏ (səh. 118)

ما كَُذِّبَ الْفُؤادُ ما رَآى‏ (səh. 146)

... كَعَصْفٍ مَأْكُول‏ (səh. 180)

 

4. Osmanın müshəfi:

إِنَّ رَبَّكَ هُوَ الْخَالِقُ الْعَلِيمُ (səh. 71)

... وَ يُهَيِّالَكُمْ مِنْ أَمْرِكُمْ مِرفَقاً (səh. 78)

لِیَلا يَعْلَمَ أَهْلُ الْكِتابِ  (səh. 153)

وَ إِنْ كانَ ذُا عُسْرَةٍ فَنَظِرَةٌ إِلى‏ مَيْسَرَةٍ .. (səh. 17)

وَ إِنِّي خَفَّتِ الْمَوالِيَ مِنْ وَرائِي‏ ... (səh. 83)

 

5. Ənəs ibn Malikin müshəfi:

مَلِكِ يَوْمِ الدِّين‏ (səh. 1)

 فَلا جُناحَ عَلَيْهِ أَنْ لاَ يَطَّوَّفَ بِهِما (səh. 11)

وَ الْمُقِيمُونَ الصَّلاةَ (səh. 11)

حَتَّى يَطْهَّرْنَ فَإِذا تَطَهَّرْن‏ (səh. 14)

كَشَجَرَةٍ طَيِّبَةٍ ثابِتٌ أَصْلُها (səh. 68)

إِنِّي نَذَرْتُ لِلرَّحْمانِ صَوْماً وَ صَمتاً (səh. 84)  

 

حافِظُوا عَلَى الصَّلَواتِ وَ الصَّلاةِ الْوُسْطى‏ ...

(“Bəqərə”, 238)

إِنْ يَدْعُونَ مِنْ دُونِهِ إِلَّا إِناثاً ...  (“Nisa”, 117)

إِنَّكُمْ وَ ما تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ “ (Ənbiya”, 98)

إِذْ تَلَقَّوْنَه‏   (“Nur”, 15)

وَ الَّذِينَ يُؤْتُونَ ما آتَوْا وَ قُلُوبُهُمْ وَجِلَةٌ ... (“Muminun”, 60)

إِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيماً   (“Əhzab”, 56)

 

...  وَ قُضِيَ الْأَمْر ... (“Bəqərə”, 210)

وَ مَنْ يَكْسِبْ خَطِيئَةً ...  (“Nisa”, 112)

إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْم‏ ...  (“Ənam”, 120)

وَ تَاللَّهِ لَأَكِيدَن‏ ...  (“Ənbiya”, 57)

وَ إِذا أُلْقُوا مِنْها مَكاناً ضَيِّقاً مُقَرَّنِين‏ ...  (“Furqan”, 13)

  يا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشادِ (“Ğafir”, 38)

 

... لَوْ أَطاعُونا ما قُتِلُوا ... (“Ali-İmran”, 168)

َ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِها أَوْ دَيْنٍ ... (“Nisa”, 12)

 قَلِيلًا ما تَذَكَّرُون‏ ... (“Əraf”, 3)

 بِالْغُدُوِّ وَ الْآصالِ ... (“Əraf”, 205)

ما كانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرى‏ ... (“Ənfal”, 67)

لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُماتِ إِلَى النُّورِ (“İbrahim”, 1)

ما كانَ يَنْبَغِي لَنا أَنْ نَتَّخِذَ مِنْ دُونِكَ مِنْ أَوْلِياءَ  (“Furqan”, 18)

مِنْ أَزْواجِنا وَ ذُرِّيَّاتِنا قُرَّةَ أَعْيُنٍ ("“Furqan”, 74)

ما أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُن‏ (“Səcdə”, 17)

ما كَذَبَ الْفُؤادُ ما رَأى‏ (“Nəcm”, 11)

... كَعَصْفٍ مَأْكُولٍ‏  (“Fil”, 5)

 

إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ (“Hicr”, 86)

... وَ يُهَيِّئْ لَكُمْ مِنْ أَمْرِكُمْ مِرفَقاً  (“Kəhf”, 16)

لِئَلَّا يَعْلَمَ أَهْلُ الْكِتابِ   (“Hədid”, 29)

وَ إِنْ كانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلى‏ مَيْسَرَةٍ .. (“Bəqərə”, 280)

وَ إِنِّي خِفْتُ الْمَوالِيَ مِنْ وَرائِي‏ ... (“Məryəm”, 5)

 

مالِكِ يَوْمِ الدِّين (“Həmd”, 4)

 فَلا جُناحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِما (“Bəqərə”, 158)

وَ الْمُقِيمِينَ الصَّلاةَ (“Nisa”, 162)

حَتَّى يَطْهُرْنَ فَإِذا تَطَهَّرْن‏ (Bəqərə, 222)

كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُها ثابِتٌ  (“İbrahim”, 24)

إِنِّي نَذَرْتُ لِلرَّحْمنِ صَوْماً (“Məryəm”, 26)    

 

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Peyğəmbərin (s) vəfatından və İmam Əlinin  (ə) müshəfinin qəbul olunmamasından sonra Zeyddən başqa Abdullah ibn Məsud, Übəyy ibn Kəb, Miqdad ibn Əsvəd, Salim Mövla Əbu Hüzeyfə, Məaz ibn Cəbəl, Əbu Musa Əşəri kimi bir çox digər səhabələr də Quranı toplamağa başladılar.

Quran surələrini ilk tərtib edən Salim Mövla Əbu Hüzeyfə olmuşdur. Quran toplanıb vərəqələr üzərinə yazıldıqdan sonra bir yerə yığılıb ona nə ad veriləcəkləri haqqında məsləhətləşdilər. Bəziləri "sefr" ("سفر" – “kitab”) adını təklif etdilər. Salim və başqaları onu bəyənmədilər. Çünki yəhudi kitabları belə adlanırdı. Sonra Salim "müshəf" (“مصحف”) adını təklif etdi və dedi: "Həbəşədə bu kitab kimisini (toplanmış səhifələri) gördüm. Ona "müshəf" deyirdilər". İştirakçılar hamısı toplanmış səhifələrə "müshəf" adının verilməsi fikrini qəbul etdilər.3 Aşağıda bəzi səhabələrin müshəfləri və onların xüsusiyyətlərini diqqətinizə çatdırırıq.

İBN MƏSUDUN MÜSHƏFİ  

 

İbn Məsudun Müshəfi aşağıdakı xüsusiyyətlərə malik idi:

1.    Surələrin düzülüş ardıcıllığı belə idi: "Səbə tival", "Miəyn", "Məsani", "Həvalim", "Mümtəhinat", "Müfəssəlat".2.    Bu müshəf 111 surədən ibarət idi. Çünki orada "Həmd", "Nas" və "Fələq" surələri yox idi. O düşünürdü ki, surələrin yazıya alınması dağınıqlıqdan, itməkdən qorumaq üçündür. "Həmd" surəsi namazda çox təkrar olunduğundan heç vaxt itməz.1 Yaxud da düşünürdü ki, "Həmd" surəsi Qurana bərabərdir, Onu Quranın bir hissəsi kimi qələmə vermək olmaz. Amma "Nas" və "Fələq" surələrini  Quranın bir hissəsi yox, Allah tərəfindən Peyğəmbərə (s) İmam Həsən (ə) və İmam Hüseyni (ə) qorumaq üçün vəhy edilən gözdəymə duası (yaxud sehri batil edən dua) hesab etdiyindən müshəfə daxil etməmişdi. O, bu və ya digər müshəfdə sözügedən iki surənin yazıldığını gördükdə silir, "Qurandan olmayanı ona qatmayın", - deyir və onları heç  zaman namazda oxumurdu.23.    "Əl-İqna" kitabının müəllifinin nəql etdiyi bir rəvayətdə deyilir: "İbn Məsudun müshəfində "Bəraət" surəsinin əvvəlində də "Bismillahir-Rəhmanir-Rəhim" yazılmışdı". Sonra yazır: "Onu mötəbər hesab etmək olmaz”.34.    Bu müshəf əksər ayə və surələrdə məşhur (müshəflə) ziddiyyət təşkil edirdi. Çünki İbn Məsudun qənaətinə görə Quranın sözlərini sinonimləri ilə dəyişmək mümkün idi. O, deyirdi: "Nə vaxt bir söz sizin üçün çətin olsa, yaxud oxucu üçün anlaşılmaz olsa, onu mənası daha aydın olan sinonimi ilə dəyişmək olar". O, "زخرف" sözünü "ذهب" sözü ilə, "عهن" sözünü "صوف" sözü ilə dəyişmişdi. Çünki hər iki sözün mənası eynidir. O, "أثیم" sözünü tələffüz etməkdə çətinlik çəkən bir əcəmə həmin sözü "فاجر" sözü ilə dəyişməyə icazə verdi.45.    İbn Məsud öz müshəfində ayənin mənasını izah etmək üçün bəzi sözləri dəyişirdi. Misal üçün, Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin”5 ayəsini “sağ əllərini kəsin” şəklində dəyişmişdi. Çünki ayədə məqsədin hansı əl olduğu açıqlanmamışdı. Yaxud “Tərəzini düz tutun, çəkini əskiltməyin!” 6 ayəsini “Tərəzinin gözünü düz tutun” kimi qeyd etmişdi. Çünki o, ədalətin tərəzinin gözü ilə bərpa olunacağı qənaətində idi. “Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”[1] ayəsinin qarşısında “Həqiqətən, mən Rəhman üçün sükut nəzir etmişəm” sözlərini yazmışdı. Çünki həzrət Məryəm (ə) sükut orucu nəzir etmişdi.1 6.    O, bəzən cümlələrin, ifadələrin arasına izah üçün bəzi sözlər artırırdı. Keçmiş alimlərin də kəlamlarında rast gəldiyimiz bu növ əlavə izahlar Quranın mətni ilə qarışdırılmayacaq şəkildə verilmişdir. Misal üçün, "Bəqərə" surəsinin 213-cü ayəsində (“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları həll etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi”) فاختلفوا” (ixtilaf etdilər) sözü peyğəmbərlərin (ə) göndərilməsinin ixtilafdan sonra baş verməsini aydınlaşdırmaq üçün əlavə edilmişdir.2 Süyutinin İbn Mərdəveyhdən nəql etdiyinə görə İbn Məsud deyirmiş: "Peyğəmbər (s) zamanında "Maidə" surəsinin 17-ci ayəsini belə tilavət edirdik: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni - həqiqətən, Əlinin möminlərin mövlası olmasını - təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir insanları düz yola yönəltməz!” 3. İbn Məsudun müshəfində ayələrin anlaşılması üçün artırılan bu kimi əlavə izahlar çoxdur. Bu əlavələr təhriflə bağlı suallar meydana çıxarmışdır. Lakin (ona) isnad olunan bu nümunələrin bir çoxu qəti deyil. Siyasi məqsədlərin İbn Məsuda bu kimi nisbətlərin verilməsində təsirli olmasına böyük ehtimal var. Xüsusilə onun hakim dövlətə qarşı çıxması bu ehtimalları daha da gücləndirir. Digər tərəfdən isə bir çox hallarda bu əlavələr izah xarakteri daşımışdır. O dövrdə bu, çox geniş yayılmış üsul olmuşdur. Belə ki, səhabələr özlərinə aid müshəflərin haşiyələrinə əlavə izahlar yazır, başqalarına da izah edirdilər ki, ayənin anlamı xalq arasında qorunub-saxlansın.4 

 

ÜBƏYY İBN KƏBİN MÜSHƏFİ 

 

Übəyy ibn Kəbə aid müshəfin xüsusiyyətləri aşağıdakılardır:

1.    Übəyy ibn Kəbin müshəfində ayələrin düzülüşü təqribən İbn Məsudun müshəfində olduğu kimi idi. Lakin, o, "Ənfal" surəsini "Yunus" surəsindən sonra, "Bəraət" surəsindən qabaq yerləşdirmişdi. Həmçinin digər bəzi surələrin ardıcıllığında fərq var idi. İbn Kəbin müshəfinin İbn Məsudun müshəfindən fərqli cəhətlərindən biri də onda "Həmd", "Nas" və "Fələq" surələrinin olması idi.2.    Bu müshəfdə digər müshəflərdə olmayan "Xəl" və "Həfd" adlı iki surə var idi. Bunlar hər ikisi qunut duaları idi. Übəyy ibn Kəb onları Quran ayəsi saymış və müshəfə yerləşdirmişdir."Xəl" duası:"بسم الله الرحمن الرحیم. اللهمّ انّا نستعین بک و نستغفرک و نثنی علیک الخیر و لا نکفرک و نخلع و نترک من بفجرک"."Həfd" duası:"بسم الله الرحمن الرحیم. ایاک نعبد و لک نصلی و نسجد و الیک نسعی و نحفد، نخشی عذابک و نرجو رحمتک ان عذابک باالکفار ملحق".13.    Bu müshəfdə "Fil" və "Qureyş" surələri arasında "Bismillahir-Rəhmanir-Rəhim" ifadəsi yox idi və bu iki surə bir surə hesab olunurdu.2Əhli-beytdən (ə) gələn rəvayətlərdə də deyilir ki, namazda "Fil" surəsini oxuyan şəxs ardınca "Qureyş" surəsini də oxusun. Lakin iki surə arasında "Bismillahir-Rəhmanir-Rəhim" demək zəruridir.3 Yəni bu iki surə qiraət baxımından bir surə, Quranda yazılmaq baxımından isə iki surə sayılır. Bu rəvayət Übəyy ibn Kəbin müshəfinin əksini sübuta yetirir. Demək, Übəyyin müshəfi ümumilikdə 116 surədən ibarət idi. 4.    Bu müshəfdə "Zumər" surəsi “Ha-mim” )"حم"( "müqəttəə" hərfləri ilə başlayırdı. Nəticədə müshəfdə yer alan "Həvamim" surələri yeddi yox, səkkiz idi.45.    Bu müshəf məşhur qiraətlə fərqli idi. Bəzi sözlər sinonimləri ilə dəyişdirilmişdi. "Yasin" surəsinin 52-ci ayəsi “قَالُوا يَا وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا مَن هَبّنَا مِن مَّرْقَدِنَاşəklində verilmişdi.5 "Bəqərə" surəsinin 20-ci ayəsi “كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِمَروا فیه, yaxud “سعوا فیه فیه şəklində verilmişdi.6 "Bəqərə" surəsinin 196-cı ayəsinə (Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində - ardıcıl olaraq - üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir”)  üç gün fasiləsiz oruc tutmağı bildirmək üçün “ardıcıl olaraq” (“متتابعات”) sözü artırılmışdır.7 "Nisa" surəsinin 24-cü ayəsinə (İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin”) “Müəyyən vaxtadək” (“إلی أجل مسمی”) ifadəsi artırılmışdı.8 Bu nikahda məqsədin daimi yox, müvəqqəti nikah olmasını aydınlaşdırmaq xarakteri daşıyırdı. İbn Məsudun müshəfi ilə bağlı qeyd etdiyimiz kimi, səhabələrə aid müshəflərdə yer alan əlavə izahları təhrif, Qurana əlavə və ya mövcud Qurana şübhə kimi qəbul etmək olmaz. Əlbəttə ki, sonralar bu metod tərk olundu.


3  Bax: "Əl-Kamil fi ət-tarix", c. 3, səh. 55; "Əl-İtqan", c. 1, səh. 58; "Məsahifi-Səcistani", səh. 11-14.
1  İbn Qüteybə", "Təvil müşkil əl-Quran", səh. 48-49.
2  "Əd-Dürr əl-mənsur", c. 6, səh. 416-417; "Fəth əl-bari", c. 8, səh. 581.
3  "Əl-İtqan", c. 1, səh. 65.
4  Həməvi, Yaqut, "Möcəm əl-ürəba", c. 4, səh. 193; Razi, "Təfsir əl-kəbir", c. 1, səh. 213; "Təfsiri-Təbəri", c. 15, səh. 163 və c. 23, səh. 96; "Təvil müşkil əl-Quran", səh. 24.
5  "Maidə", 24.
6  "Ər-Rəhman", 9.
 [1] "Məryəm", 26.
1  Bax: "Təfsiri-Təbəri", c. 8, səh. 421; "Əl-Kəşşaf", c.1, səh. 459; Qəzzali, Əbu Hamid, "Ehya əl-ülum əd-din", c. 2, səh.77; Zəhəbi, Şəms əd-Din, "Təzkirə əl-hüffaz", c. 1, səh. 340; "Əl-İtqan", c. 1, səh. 47; Səhihi-Buxari", c. 6, səh. 228.
2  "Əl-Kəşşaf", c. 1, səh. 255.
3  "Əd-Dürr əl-mənsur", c. 2, səh. 298.
4  Bax: "Ət-Təmhid", c. 1, səh. 320-322.
1  "Əl-İtqan", c. 1, səh. 65.
2  Yenə orada, c. 1, səh. 64-65.
3  "Vəsail əş-şiə", c. 4, bab: 10.
4  "Əl-İtqan", c. 1, səh. 64.
5  "Təfsiri-Təbərsi", c. 8, səh. 428.
6  "Əl-İtqan", c. 1, səh. 47.
7  "Əl-Kəşşaf", c. 1, səh. 242.
8  "Təfsiri-Təbərsi", c .5, səh.9.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

            Məşhur Fransa filosofu və yazıçısı Volter deyir: “Mən əminəm ki, Quran və İncili tərəfsiz bir şəxsin müzakirəsinə versək o birincini qəbul edər.”[1]

            Fransalı alim doktor Krinye deyir: “Mən Quranın təbabətlə bağlı ayələrini araşdırdım. Körpə vaxtımdan onları əzbərlədim və dərk etdim. Anladım ki, bu ayələr bəşəriyyət üçün çox faydalıdır.[2]

            İsveç yazıçısı Bodli deyir: “Quran xüsusi prinsipiallıq və sağlamlığa malik bir kitabdır.”[3]



[1] Neqareşi bər ulumi təbii dər Quran, səh.151.

[2] Həmin mənbə, səh.153.

[3] Həmin mənbə, səh.153.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

    Bəzi tədqiqatçılar son dövrdə Quranla bağlı maraqlı hesabatlar dərc edir. Onlardan bəzilərini nəzərdən keçirək:
    Nisbət etibarı ilə “qaf” hərfi “Qaf” surəsində bütün digər surələrdəkindən çoxdur.
    Nisbət etibarı ilə “sad” hərfi “Sad” surəsində digər surələrdəkindən daha çoxdur.
    Nisbət etibarı ilə “nun” hərfi “Nun vəl-qələm” surəsində digər surələrdəkindən çoxdur.
    Quranda “dünya” və “axirət” sözlərinin hər biri 115 dəfə işlədilmişdir.
    Quranda “şəyatin” və “məlaikə” sözlərinin hər biri 68 dəfə işlədilmişdir.
    “Həyat” və “ölüm” sözlərinin hər biri 145 dəfə işlədilmişdir.
    “Ərrəhman” sözü 57 dəfə, “Ərrəhim” sözü 2 dəfə artıq yəni, 114 dəfə işlədilmişdir.
    “Cəza” sözü 117 dəfə “məğfirət” sözü 2 dəfə ondan artıq yəni 234 dəfə işlədilmişdir.
    “Füccar” sözü 3 dəfə, “əbrar” sözü 2 dəfə artıq yəni, 6 dəfə işlədilmişdir.
     “Əsr” sözü 12 dəfə, “yusr” sözü 3 dəfə artıq yəni 36 dəfə işlədilmişdir.
     “Qul” və “qalu” sözlərinin hər biri 332 dəfə işlədilmişdir.
     Həm “İblis” sözü, həm də “əstəizu billah” sözlərinin hər biri 11 dəfə işlədilmişdir.
     Həm “əl-musibət”, həm də “əşşukr” sözləri hər biri 75 dəfə işlədilmişdir.
     “Cəhr” və “əlaniyə” sözləri hər biri 16 dəfə işlədilmişdir.
     “Şiddət” və “səbr” sözləri hər biri 102 dəfə işlədilmişdir.

Əliəsğər Rizvani

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Quranın möcüzə olduğunu müxtəlif yollarla sübuta yetirmək olar:     Fəsahət və bəlağət; fəsahət (sözlərin gözəlliyi) iki qisimdir: Fəsih kəlmə (gözəl söz) və fəsih kəlam (gözəl cümlə). Allah-taala buyurur: “Dedilər ki, and olsun Allaha! Sən Yusifi o qədər yada salırsan ki, ya ölüm astanasındasan, ya da həlak olacaqsan.”[1] Ayədəki “təftəu” və “hərəzən” sözləri olduqca ağır əda edilir. Amma cümlənin gedişində uyğun sözlər heç bir çətinlik yaratmadan tələffüz olunur. Ayələrdə oxuyuruq: “Adəmin iki övladının əhvalatını onlara danış: Allaha yaxınlaşmaq üçün onların hər biri bir iş gördü. Amma birindən qəbul olundu, o birindən yox. (Qardaşlardan biri) Dedi: “Hökmən səni öldürəcəyəm.” (Digər qardaş) Dedi: “(Mənim günahım nədir ki?) Allah yalnız təqvalılardan qəbul edir.” Ağır hərflərdən sayılan “qaf” hərfi bu ayədə 11 dəfə təkrarlanır. Bu ayə olduqca mütənasibdir. Bəlağət dedikdə isə sözün gözəlliyi ilə yanaşı onun hala uyğun olması nəzərdə tutulur. “Ənam” və “İsra” surələrində vahid bir məzmun iki təbirlə ifadə olunur: “Övladlarınızı fəqirliyə görə öldürməyin, biz sizə və onlara ruzi verərik.”[2] “Övladlarınızı fəqirlik qorxusundan öldürməyin, biz onlara və sizə ruzi verərik.”[3] Birinci ayədə öncə atalar, ikinci ayədə öncə övladlar yada salınır. “Min imlaqin” və “xəşyətə imlaqin” təbirlərindən aydın olur ki, birinci ayədə hazırda yoxsulluq içində yaşayanlar, ikinci ayədə övladlar doğulacaq təqdirdə yoxsulluqdan qorxanlar nəzərdə tutulur.

                Quranda üslub və bəyan möcüzəsi; Qurani-kərim cəmi 23 il ərzində nazil olsa da, onun bütün surə və ayələrində eyni bir üslub izlənilir. Əgər Quran insan sözü olsaydı, bu ehtimal özünü üslublarda göstərməli idi. Axı insan dəyişkən ruhiyyəyə malik varlıqdır. O bəzən şad, bəzən qəmgindir. Əgər Quran insan sənəti olsaydı onun ruhiyyəsindəki təbəddülatlar Qurana sirayət edərdi.

                Qurandakı məzmun həmahəngliyi; Quranın digər möcüzəsi Quran ayələri məcmusunun məzmun, mahiyyət və məqsəd baxımından həmahəngliyidir. Quran çeşidli mövzularda danışır. Bu vaxtadək uyğun mövzuları sadalayıb qurtaran olmamışdır. Hansı ki, istənilən bir mövzudakı ayələr arasında zərrəcə ziddiyyət nəzərə çarpmır.

                Tarixi baxımdan Quranın möcüzə olması; Peyğəmbərlərin və səmavi kitabların Quran baxımından yetərincə uca məqamı var. Bununla belə, Quran qeyd edir ki, uyğun səmavi kitablar dəyişdirilmiş, insanlar öz mənafelərinə uyğun müdaxilələr etmişlər. Allah-taala buyurur: “Bəzi yəhudilər sözlərin yerini təhrif edir.”[4] Quran isə təhrifdən amanda qalmış yeganə İlahi kitabdır.

                Qanunçuluq baxımından Quranın möcüzə olması; İslam qanunlarındakı İlahiliyi dərk etmək üçün onun səciyyələrindən agah olmaq lazımdır.

a) İslam qanunları bəşər mədəniyyətinin bütün yönümlərinə uyğundur;

b) Quranın bütün göstərişləri insan fitrəti və mənəviyyatının tələblərinə əsaslanır;

c) Quran insanın bütün varlığını, həm cismini, həm də ruhunu nəzərə almışdır;

d) Quran qanunları bütün prizmalardan tənzimlənmişdir. İnsan xoşbəxtliyinə faydalı şeylər zəruri, zərərli şeylər isə haram sayılmışdır;

q) Quran qanunlarının icrası üçün zəmanət var;

e) İslam qanunları kompleks və əhatəlidir. Zaman ötdükcə bəşəriyyətin rastlaşdığı yeni problemlər İslam qanunlarının fövqünə qalxa bilmir. İslam qanunlarına əsasən istənilən bir mövzu ilə bağlı hökm çıxarmaq mümkündür.

6. Qeybi xəbərlər baxımından Quranın möcüzə olması; Ərəb dilində “qeyb” dedikdə örtülü və gizli mənası anlaşılır. İnsan hissiyyatından yuxarı nə varsa qeybdir. Quranın qeybi xəbərləri bir neçə sahəni əhatə edir: “Təbiət üstü aləm”; “yaranış sirləri”; “keçmiş insanların vəziyyəti”; “gələcək hadisələrlə bağlı xəbərlər”; “Quran misilsiz və əvəzolunmazdır”;[5] “Rum məğlub olduqdan az sonra qalib gələcək.”[6] “Quran Allah tərəfindən qorunur.”[7]İnsan öz ilkinə qayıdacaq.”[8] “Müsəlmanlar məscidul-hərama daxil olacaq”[9] “Bəşəriyyət İslamı qəbul edəcək.”[10] “Bu qarşıdurmada öldürülənlər və qaçanlar olacaq.”[11] “Əbu Ləhəbin ölüm xəbəri”[12] “Vəlid küfr halında ölər”[13] “Quran təhrif olunmayacaq.”[14]

7. Əqli maarif baxımından Quranın möcüzə olması; Quranın əqli maarifi geniş mübahisə pridmetidir. Bu məzhəbi ideoloji və dini fundamental mövzulardan bəzilərini nəzərdən keçirək:

a) Allahşünaslıq və fitrət məsələsi; Allah-taala buyurur: “Hənif (mötədil və haqq) dinə üz tut, fitrət ayinlərinə diqqət yetir. Həmin pak ayinlər ki, Allah bütün bəşəriyyəti bu fitrət ayinlərində yaratmışdır. Allahın xilqəti dəyişməzdir. Budur möhkəm, dəyişməz İlahi ayin, amma çoxları bilməz.”[15]

b) Təslisin (üç üqnumun) puça çıxarılması; Allah-taala buyurur: “Allah üçdən biridir deyənlər şübhəsiz kafir oldu.”[16] Başqa bir ayədə oxuyuruq: “Allaha və Onun peyğəmbərinə iman gətirin, Allah üçdür deməyin.”[17] Növbəti ayədə buyurulur: “Biz səndən öncə elə bir peyğəmbər göndərmədik ki, ona məndən başqa məbud yoxdur deyə vəhy etməyək. Yalnız Mənə pərəstiş edin.”[18]

v) Quran baxımından təkallahlıq; Allah-taala buyurur: “Ondan savay məbud yoxdur; əgər olsaydı hər məbud öz məxluqunu idarə edərdi, onlardan bəzisi bəzilərindən üstün olardılar.”[19] Başqa bir ayədə oxuyuruq: “Əgər göylərdə və yerdə Allahdan savay məbud olsaydı (varlıq nizamı) məhv olardı. Ərşin Rəbbi onların aid etdiyi sifətlərdən pakdır.”[20]

q) Allahın nəhayətsiz əhatəsi; Quranda buyurulur: “Əvvəl və son, aşkar və gizlin Ona məxsusdur.”[21] Başqa bir ayədə oxuyuruq: “Harada olsanız o sizinlədir.”[22] Növbəti ayədə oxuyuruq: “Biz ona boyun damarından da yaxınıq.”[23] Başqa bir ayə: “Haraya üz tutsanız Allah oradadır.”[24] Həzrət Əli (ə) buyurur: “Nəyi görürəmsə ondan öncə, ondan sonra və onunla yanaşı Allahı görürəm.”

ğ) Quranda Allahın sifətləri; Allah-taala buyurur: “Allahdan savay məbud yoxdur, aşkarı və gizlini bilir. O rəhman və rəhimdir.”[25] Növbəti ayədə buyurulur: “O yeganə məbuddur. Əsl hökm və mülk sahibidir. İstənilən bir eybdən pakdır. Kimsəyə sitəm qılmaz. Əmin-amanlıq verər. Hər şeydən muğayatdır. Qüdrətli və yenilməzdir. Onun icazəsi ilə hər iş islah olar və əzəmətə layiqdir. Allah ona şərik qoşulması sifətindən pakdır.”[26] Digər bir ayədə oxuyuruq: “O xəlq edən Allahdır. O misilsiz, oxşarsız yaradandır. Onun gözəl adları var. Göylərdə və yerdə olanlar ona təsbih deyir. O yenilməz və hikmət sahibidir.”[27]

d) Allahın elmi əhatəsi; Allah-taala buyurur: “Mövcudları yaradan onların halından xəbərdar deyilmi?! O xəbərdar və agahdır.”[28] Digər bir ayədə oxuyuruq: “Biz insanı yaratdıq və onun nəfsinin vəsvəsələrini bilirik. Biz ona boyun damarından daha yaxınıq.”[29] Növbəti ayədə oxuyuruq: “Yerə nazil olanı və yerdən xaric olanı, səmadan enəni və səmaya qalxanı bilir. Harada olsanız sizinlədir. Allah etdiyiniz əməlləri görür.”[30] Növbəti ayədə oxuyuruq: “De ki, əgər dəryalar Rəbbimin sözləri üçün mürəkkəb olsa, sözlər tükənməmiş dəryalar tükənər.”[31]

e) Allahın qüdrət və əzəməti; Allah-taala buyurur: “Sizi hamılıqla yaratmaq və (qiyamətdə) ayağa qaldırmaq bir nəfər (şəxsi) yaratmaq və ayağa qaldırmaq kimidir.”[32]

j) Allah cisim deyil, gözə görünmür. Qurani-kərimdə buyurulur: “Onun misli yoxdur.”[33] Başqa bir ayədə buyurulur: “Gözlər Onu görməz, amma O bütün gözləri görür.”[34]

8. Əsrin elm zirvəsindən Qurana baxış; Müsəlmanların Yunan elmi ilə tanışlığı, Quranın təcrübi elmlərlə tətbiqi yeni təfsirlərin ortaya çıxmasına səbəb olmuşdur. Bu təfsirlər sadəcə elmi təfsirlər adlanır. Son iki əsrdə qərbdə elmi-texniki tərəqqidən sonra uyğun təfsirlər daha çox yazılmışdır. Təcrübi elmlərlə izah edilən Quran ayələrini nəzərdən keçirək:

1) Yaranışın başlanğıcı; Dünyanın ilkin yaranışı həmişə bəşər düşüncəsini özünə məşğul etmişdir. Qurani-kərim bir çox ayələrində bu məsələyə işarə edir. Tarixçi və arxeoloqların da bu barədə maraqlı fikirləri var. Quranda buyurulur: “Sonra səmanın yaranışına başladı. Bir halda ki, (öncə) tüstü şəkilində idi.” Başqa bir ayədə oxuyuruq: “Yoxsa kafirlər görmürlər ki, göy və yer bitişikdi və biz onları bir-birindən ayırmışıq?!”[35]

Bəli, ilkin yaranışda səmalar qatı tüstü şəkilində olmuşdur. Son elmi nailiyyətlər əsasında uyğun mülahizələr təsdiqlənir. Alimlər bildirir ki, 20 milyona yaxın mövcud olduqca kiçik bir nöqtədə sıxılmış vəziyyətdə imiş. Böyük enerji sayəsində partlayış vermiş və işıq sürəti ilə hər şey dağılmışdır. Sonradan maddə və enerji ayrılmışdır. Bu gün müşahidə etdiyimiz bütün göy cisimləri həmin partlayış nəticəsində yaranmışdır. Hələ hazırda da kainatın ucqar nöqtələrində sıxılmış vəziyyətdə ulduz toplumları var.

2) Cazibə qüvvəsi; ümumi cazibə qüvvəsi dedikdə böyüklü-kiçikli cisimlərin bir-birinə təsiri nəzərdə tutulur. Bu qüvvə cismin kütləsi və cisimlər arasındakı məsafədən asılıdır. Yəni cisim nə qədər ağırdırsa, onun cazibə qüvvəsi də çox olur. Məsələn, günəş yerdən 330 min dəfə ağırdır. Buna görə də onun cazibə qüvvəsi Yerdən böyükdür. Bu səbəbdən Yer Günəş tərəfindən cəzb olunur və müəyyən orbitdə hərəkət edir. Ayın çəkisi Yerin çəkisindən 81 dəfə kiçikdir. Buna görə də Ay Yer tərəfindən cəzb olunub, onun ətrafında hərəkət edir. Mərkəzdən qaçma qanununa əsasən bir mərkəz ətrafında fırlanan cisim təbii şəkildə həmin cisimə cəzb olunur. Ulduz sistemlərindəki, xüsusi ilə günəş sistemindəki nizamlı hərəkəti yaradan cazibə və mərkəzdənqaçma qüvvələridir. Quran bu barədə buyurur: “Allah göyləri görə biləcəyiniz sütunlarsız yaradan kəsdir. Sonra ərşi hökmü altına aldı, günəş və ayı ram etdi.”[36] Başqa bir ayədə oxuyuruq: “Allah göyü və yeri saxlayır ki, öz nizamından çıxmasın.”[37] Növbəti ayədə buyurulur: “Səmanı saxlayır ki, Onun əmri olmadan yerə çökməsin.”[38]

Amma Nyuton əsrlərcə sonra ümumi cazibə qanununu kəşf etdi. Sonralar Qaliley cismin sərbəst düşməsi qanununu açıqladı. Amma bəzilərinin nəzərincə, Əbu Reyhan Biruni adı çəkilən şəxslərdən çox-çox əvvəl cazibə qanununu kəşf etmişdir. Sadəcə bu kəşf miladi XVII əsrdə Nyutonun adına yazılmışdır.

3) Günəşin hərəkət növləri; günəş Allah-taalanın Qurani-kərimdə and içdiyi ilahi nişanələrdəndir. Quranın bir sıra ayələrində günəşin hərəkətlərinə işarə olunur:

a) Uzununa hərəkət; bu hərəkət günəşin kəhkəşan daxilindəki hərəkətidir.

Allah-taala buyurur: “Günəş daim öz qərargahına doğru hərəkətdədir. Bu, qadir və bilən Allahın təqdiridir.”[39] Son dövrdə alimlər kəşf etmişlər ki, Günəşin uzununa hərəkəti günəş sistemi ilə birlikdə kəhkəşan arası ilə “Veqa” adlanan ulduza doğru istiqamətlənmişdir. Deyilənlər Quranın uyğun ayəsi üçün təsir ola bilər.

b) Dairəvi hərəkət; bu hərəkət günəşin kəhkəşanla birlikdə hərəkətidir. Quran buyurur: “Nə günəş aya çatasıdır, nə gecə gündüzü ötəsidir. Hər biri öz yolunda üzməkdədir.”[40] Günəşin fəzada üzməsi dedikdə onun günəş sistemi ilə kəhkəşanla yanaşı aram hərəkəti nəzərdə tutulur. Artıq kəşf olunmuşdur ki, günəş sistemi əzəmətli kəhkəşanın bir hissəsi olaraq öz ətrafında hərəkətdədir. Ayədən də belə bir nəticə alınır.

v) Günəşin öz oxu ətrafında hərəkəti; artıq sübuta yetirilmişdir ki, günəş öz oxu ətrafında hərəkətdədir. “Vəşşəmsu təcri li mustəqərrin ləha” təbirləri uyğun hərəkətə işarə ola bilər.

q) Günəşin daxili hərəkəti; “Vəşşəmsu təcri li mustəqərrin ləha” təbiri günəşin daxili hərəkətinə də işarə ola bilər. Alimlər kəşf etmişlər ki, günəşdə daxili bir hərəkət də var. Yəni günəş planetində, onun nüvəsində enerji istehsal edən partlayışlar baş verir. Bəzən bu partlayış nəticəsində ayrılmış hissələr uzaq məsafələrə sıçrayır.

d) Müəyyən zamanadək hərəkət; Quranda buyurulur ki, günəş və ay müəyyən zamanadək hərəkətini davam etdirər.”[41] Yəni elə bir gün gələsidir ki, o səmavi çıraqlar sönəsidir. Bəli, bu qiyamət gününə işarədir.

4) Yer kürəsinin hərəkəti; Allah-taala buyurur: “Dağları sakit və hərəkətsiz görürsən. Hansı ki, onlar da buludlar kimi hərəkətdədir.”[42] Yerin hərəkətini ilk dəfə Italiya alimi Qaliley kəşf etmişdir. O bu kəşfinə görə kilsə tərəfindən küfrdə suçlanmış, amma tövbə edərək canını qurtara bilmişdir. Bununla belə, uyğun kəşf Qalileyin adına yazılmışdır. Hələ Qalileydən öncə məşhur yunan  alimi Pifaqor yerin hərəkətini qeyd etmişdi. Amma bunu sübuta yetirə bilməmişdi. Bəs nə üçün bu hərəkət buludların hərəkətinə bənzədilir? Iki nöqtəni nəzərdən keçirmək lazım gəlir.

a) Buludlar da yerə yaxın bir sürətlə, dəqiqədə 30 km yol gedir.

b) Buludlar da yer kimi aram hərəkət edir.

Əlbəttə ki, yerə bitişik dağların ayrıca hərəkətindən danışmağa dəyməz. Demək, yer buludların sürəti ilə hərəkət edir. Bugünkü hesablamalara görə yer öz oxu ətrafında dəqiqədə 30 km hərəkət edir. Onun günəş ətrafında hərəkəti isə daha böyükdür. Hər halda hazırkı ayə Quranın möcüzələrindəndir. Bir daha qeyd edirik ki, yerin hərəkəti təqribən miladi XVII əsrdə Qaliley və Kopernik tərəfindən kəşf edilmişdir. Bəli, Quran min ildən də öncə bu barədə məlumat vermişdir. Quranda buyurulur: “Allah yeri sizin üçün aramlıq məhəlli qərar verdi.”[43] Quran yeri vəsf edərkən onu beşiyə bənzədir. Çünki yer eynən beşik kimi aram hərəkət edir.

5) Yerin kürə formasında olması; Allah-taala buyurur: “Yerin bərəkətli şərq və qərblərini zəifliyə düçar olunmuşlara həvalə etdik.”[44] Başqa bir ayədə oxuyuruq: “Göylərin və yerin, onlar arasında olanların Rəbbi və məşriqlərin Rəbbi.”[45] Başqa bir ayədə oxuyuruq: “And olsun məşriqlərin və məğriblərin Rəbbinə ki, biz qadirik.”[46] Seyyid Hibətullah Şəhristani deyir: “Şərq və qərb ifadələrinin cəm formada işlədilməsi yerin kürə şəklində olduğunu göstərir.”[47] Bəziləri qeyd edirlər ki, günəş hər gün yeni bir nöqtədən doğur və yeni bir nöqtədə qürub edir. Çünki ilin günləri sayda məğrib və məşriq var. Həzrət Əlidən (ə) nəql olunmuş rəvayətə əsasən, 360 şərq və qərb mövcuddur. Bu rəvayət də uyğun mənanı təsdiqləyir.[48]

6) Səmadakı canlı varlıqlar; səmada canlı varlıqların olub-olmaması bəşəriyyəti çoxdan düşündürən məsələdir. Quran səmada canlı varlıqların olduğunu bildirir: “Göylərin və yerin yaranışı və onlarda canlıların yayılması Allahın ayələrindəndir. O istədiyi vaxt hamısını bir yerə toplamağa qadirdir.”[49] “Dabbət” dedikdə ən kiçik canlılardan tutmuş ən nəhəng canlılaradək aləm nəzərdə tutulur. Bu ayə göylərdə canlı varlıqların olduğunu təsdiqləyir. İzak Amov yazır: “Dəqiq astronomik nəticələr əsasında ulduzlar tapılmalıdır. Biz yerə oxşar və üzərində canlılar gəzdirən planetləri kəşf etməliyik.”[50] Əksər astronomlar, o cümlədən Hersel bu əqidədədir ki, əksər planetlərdə əsrarəngiz bir həyat var. Əlbəttə ki, fərqli şəraitə görə canlılar da fərqlənir.

7) Dünyanın sonu; böyük qiyamət qopmamış varlıq aləmi dağılasıdır. Səmalar parçalanası, günəş tikə-tikə olası, yerdəki və göydəki canlılar öləsidir. . . Olsun ki, belə bir vəziyyət şiddətli bir zəlzələ və ya atom bombası nəticəsində yarana. Amma qiyamət günündən öncə varlıq aləmindəki parçalanma prinsipial bir məsələdir. Ayə və rəvayətlərdə deyilənlər təsdiqlənir: “Günəş və ay ram edildi ki, hər biri müəyyən vaxtadək hərəkət etsin.”[51] “O zaman ki, günəş parçalanar, o zaman ki, ulduzlar sönər.”[52] Həmin vaxt göylər də parçalanar və ulduzlar səpələnib tökülər.”[53] “Həqiqətən, qiyamət zəlzələsi dəhşətli bir işdir.”[54] “Dağlar yun kimi didilər.”[55] “O zaman ki, dəryalar kükrəyib coşar.”[56]

 

 Əliəsğər Rizvani



[1] Yusuf surəsi, ayə 85.

[2] Ənam surəsi, ayə 151.

[3] İsra surəsi, ayə 31.

[4] Nisa surəsi, ayə 46.

[5] İsra surəsi, ayə 88.

[6] Rum surəsi, ayə 1-3.

[7] Hicr surəsi, ayə 94 və 95; Maidə surəsi, ayə 67.

[8] Qəsəs surəsi, ayə 85.

[9] Fəth surəsi, ayə 27.

[10] Nəsr surəsi, ayə 1 və 2.

[11] Ənfal surəsi, ayə 7 və 8.

[12] Məsəd surəsi, ayə 1-5.

[13] Müddəssir surəsi, ayə 27.

[14] Hicr surəsi, ayə 9.

[15] Rum surəsi, ayə 30.

[16] Maidə surəsi, ayə 73.

[17] Nisa surəsi, ayə 171.

[18] Ənbiya surəsi, ayə 25.

[19] Muminun surəsi, ayə 91.

[20] Ənbiya surəsi, ayə 22.

[21] Hədid surəsi, ayə 3.

[22] Hədid surəsi, ayə 4.

[23] Qaf surəsi, ayə 16.

[24] Bəqərə surəsi, ayə 115.

[25] Həşr surəsi, ayə 22.

[26] Həşr surəsi, ayə 23.

[27] Həşr surəsi, ayə 24.

[28] Mulk surəsi, ayə 14.

[29] Qaf surəsi, ayə 16.

[30] Hədid surəsi, ayə 4.

[31] Kəhf surəsi, ayə 109.

[32] Loğman surəsi, ayə 28.

[33] Şura surəsi, ayə 11.

[34] Ənam surəsi, ayə 103.

[35] Ənbiya surəsi, ayə 30.

[36] Rəd surəsi, ayə 2.

[37] Fatir surəsi, ayə 41.

[38] Həcc surəsi, ayə 65.

[39] Yasin surəsi, ayə 38.

[40] Yasin surəsi, ayə 40.

[41] Rəd surəsi, ayə 2.

[42] Nəml surəsi, ayə 88.

[43] Taha surəsi, ayə 53.

[44] Əraf surəsi, ayə 137.

[45] Saffat surəsi, ayə 5.

[46] Məaric surəsi, ayə 40.

[47] İslam və heyət, səh.34 və 35.

[48] Təfsiri Safi, 5-ci cild, səh.229.

[49] Şura surəsi, ayə 29.

[50] İktişafati qərne bistom, səh.67 və 68.

[51] Təkvir surəsi, ayə 1 və 2.

[52] Təkvir surəsi, ayə 1 və 2.

[53] İnfitar surəsi, ayə 1 və 2.

[54] Həcc surəsi, ayə 1.

[55] Qariə surəsi, ayə 5.

[56] Təkvir surəsi, ayə 6.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 Peyğəmbər (s) Quranın toplanmasını vəsiyyət etmişdi ki, yəhudilərin Tövratı kimi tələf olmasın3. Həzrət Əli (ə) Peyğəmbərin (s) vəsiyyətinə əməl edib, bu mühüm məsələni həyata keçirtdi. Onu üzə çıxartdı, lakin müəyyən səbəblərdən qəbul olunmadı. Quran İslam dininin ilkin qaynağı, İslam cəmiyyətinin formalaşmasının təməl daşı idiş Bu səbəbdən dövrün xəlifələrinin digər vəhy katiblərindən yararlanaraq Quranı taxta, sümük parçalarından, hafizlərin zehnindən toplayıb yazıya almaları, Yəmamə döyüşündə yetmiş, digər versiyaya görə isə dörd yüz Quran hafizinin şəhadətindən yaranan boşluğu doldurmaları zəruri idi.1

Beləcə birinci xəlifə, Zeyd ibn Sabiti Quranı toplamağa dəvət etdi. Zeyd deyir: "Əbu Bəkr məni çağırtdırdı. Ömərlə (o da orada idi) məsləhətləşdikdən sonra dedi: "Qiraətçi və hafizlərin böyük əksəriyyəti Yəmamə hadisəsində öldürüldülər. Digər hadisələrdə başqaları da öldürülə bilərlər və Quranın ümdə hissəsi unudulardı. Sonra Quranın toplanmasından söhbət açdı". Mən dedim: "Peyğəmbərin (s) görmədiyi bir işi necə görmək istəyirsiniz?" Dedilər: "Bu iş zəruridir. Gerçəkləşməlidir". O qədər danışdılar, təkid etdilər ki,  mən onu qəbul etdim. Əbu Bəkr mənə dedi: "Görürəm ağıllı gəncsən. Biz sənin haqqında əsla pis düşünməmişik. Sən Allah elçisinin (s) vəhy katibi idin. Bu işin üstünə düş və onu layiqincə həyata keçir". Zeyd deyir: "Zorla mənim boynuma qoyulan bu  yük dağdan ağır idi. Lakin çarəsizlikdən onu qəbul etdim və Quranı daş, taxta parçaları üzərindən topladım".2

 

ZEYDİN QURANI TOPLAMAQ ÜSLUBU

 

Zeyd Quranı toplamaqla məşğul oldu və Quran dağınıqlıqdan çıxdı, bir yerə yığıldı. O, bu işi bir qrup səhabənin həmkarlığı ilə gördü. O, ilk olaraq elan etdi: "Kimdə Quranın (dağılmış) bir hissəsi varsa, gətirsin". Yəqubi yazır: "O, 25 nəfərdən ibarət bir heyət təşkil etdi".3 O, özü bu heyətə başçılıq edirdi. Bu heyət hər gün məsciddə toplanırdı. Quran ayəsi və ya surəsi ixtiyarında olanlar onlara müraciət edirdilər. Gətirdiklərinin Quran olmasına dair iki şahid göstərməyən heç kimin sözü qəbul olunmurdu. Birinci tələb olunan şahid əlyazma nüsxəsi, yəni vəhy olduğunu göstərən yazılı mətn olması idi. İkinci şahid isə hafizlərin şəhadəti idi. Yəni başqaları da təsdiq etməli idilər ki, onu Peyğəmbərin (s) dilindən eşitmişlər. Burada iki məqamı nəzərdən qaçırmaq olmaz.

1.    Xüzeymə ibn Sabit Ənsaridən4 "Bəraət" surəsinin son iki ayəsini şahidsiz qəbul etdilər. Çünki Peyğəmbər (ə) onun şahidliyini iki şəxsin şahidliyi kimi qəbul etmişdir.5

2.    Ömər ibn Xəttab "الشیخ والشیخة اذا دُنیا فارجموها البئة" ifadəsinin Quran ayəsi olduğunu güman edirdi. Lakin qəbul olunmadı. Ondan şahid istənildi, o, isə şahid göstərə bilmədi. Kimə üz tutdusa, inkar etdi və Peyğəmbərdən (s) belə bir şey eşitmədiyini söylədi. Ömər ömrünün sonunadək sözü üzərində təkid edir və deyirdi: "Əgər insanlar "Ömər Qurana bir şey artırdı", – deməsəydi, həqiqətən, bu ayəni Qurana əlavə edərdim".

Zeyd bu şəkildə Quran ayələrini, surələrini bir yerə topladı, onları dağınıqlıqdan, təhrif təhlükəsindən xilas etdi. Hər bir surə tam bitdikdə onu "rəbə" (“رَبعة”) adlanan dəri sandıqçaya qoyurdu. Beləcə surələrin toplanma işi bir-bir sona yetdi. Lakin hələ surələr arasında heç bir ardıcıllıq, tərtib yaratmadı.6

Quran surələrinin yazıldığı bu səhifələr sona yetdikdən sonra Əbu Bəkrə tapşırıldı. Bu məcmuə Əbu Bəkrdən sonra Ömərə ötürüldü. O öldükdən sonra isə qızı Həfsənin yanında saxlanıldı. Müshəflər eyniləşdirildikdə Osman onu alıb digər nüsxələrlə müqayisə etdi, sonra Həfsəyə qaytardı. Həfsə dünyasını dəyişdikdə Müaviyə tərəfindən Mədinəyə vali təyin olunmuş Mərvan onu Həfsənin vərəsələrindən alıb məhv etdi.7



3  "Təfsiri-Qumi", səh. 748.

1  "Fəth əl-bari", c. 7, səh.447.

2  "Səhihi-Buxari", c. 6, səh. 225; "Məsahifi-Səcistani", səh. 6; İbn Əsir, "Əl-Kamil fi ət-tarix", c. 2, səh. 247; c. 3, səh. 56; "Əl-Bürhan", c. 1, səh. 233.

3  "Təfsiri-Yəqubi", c. 2, səh. 113.

4  Xüzeymə ibn Sabitə "Zu əş-şəhadəteyn" (iki şəhadət sahibi) ləqəbi verilmişdi. Çünki o, Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmiş və İmam Əlinin (ə) yaxınlarından, vurğunlarından olmuşdur. O, "Siffeyn" və "Cəməl" döyüşlərində iştirak etmiş və Siffeyn döyüşündə "Əmmarı təcavüzkar dəstə qətlə yetirəcək" hədisini nəql etmişdi. O, Peyğəmbərin (s) köçəridən at aldığını görmədiyi halda, yalnız iddia tərəfinin Peyğəmbər (s) olduğuna və haqdan başqa bir şey demədiyinə görə şahidlik etmişdi. Buna görə də həzrət (s) onun şəhadətini iki şəhadət əvəzində qəbul edirdi ("Usd əl-ğabə", c. 2, səh. 225).

5  "Məsahifi-Səcistani", səh. 6-9; "Səhihi-Buxari", c. 6, səh. 225.

1  İbn Kəsir əl-Qurəşi əd-Dəməşqi, "Təfsiri-İbn Kəsir, c. 1, səh. 261; "Əl-Bürhan", c. 3 səh. 35; "Əl-İtqan", c. 1, səh. 58; "Fəth   əl-bari", c. 9, səh. 16; Zərqani, "Mənahil əl-ürfan", c. 1, səh. 254; Əhməd Əmin Misri, "Fəcr əl-İslam", səh. 195.

2  İbn Həcər Qəstəlani, "İrşad əs-Sari fi şərh əl-Buxari", c. 7, səh. 449; "Ət-Təmhid", c. 1, səh. 300.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Bu sahədə önə çəkilən iradlar əsasən şərqşünaslar tərəfindən irəli sürülmüşdür. Onlar Quranın mühitə və regiona hakim fəzaya tabe olduğunu, ondan təsirləndiyini iddia etmiş, onun ilahi rəngini azaltmağa çalışmışlar. Lakin mühitin təsiri altına düşməklə xalqa təsir göstərə bilmək üçün hakim fəza ilə ayaqlaşmaq arasında fərq olduğunu qeyd etmək lazımdır. Bu və ya digər mühitə təsir göstərmək istəyən öncə öz hərəkətini o mühitlə uyğunlaşdırmalı, mühitin gerçəkliklərini diqqətə almalı, uyğun addımlamalı, nəticədə isə xalqla danışa bilməli, mövcud metodlardan, ənənələrdən kömək olaraq öz ideyasını həyata keçirməlidir. Deməli, öz mühitinin vəziyyətini nəzərə almalı, onu tam tanımalı, ona təsir göstərə biləcək amilləri yaxşı öyrənməli, onlardan layiqincə yararlanmalıdır. Elə bir mədəniyyətlə meydana atılmalıdır ki, hakim mədəniyyətlə ziddiyyət təşkil etməsin. Əks təqdirdə onun metodu xalqın mədəniyyətindən fərqləndiyi üçün təsirli olmayacaq.

Demək, mühitin ona təsir göstərməsi, onu öz ardınca sürükləməsi ilə özünü mühitlə uyğunlaşdırıb, ona təsirli amilləri öyrənib ona təsir göstərə bilməsi arasında fərq var. Misal üçün, əgər bu və ya digər cəmiyyətə hakim mədəniyyət güclü ədəbiyyatdırsa, xalq şeirə, qafiyəli nəsrə meyllidirsə, şəxs öz dəvətini belə bir meylə nəzərən başlayırsa, öz fikirlərini qısa ədəbi cümlələr şəklində bəyan edirsə, mühitin sosiologiyasını nəzərə almış olur və (öz missiyasını) hakim fəza ilə yanaşı həyata keçirir.

Demək, eyib və nöqsan olan birinci versiyadır (mühitin təsiri altına düşmək). İkinci versiya isə (cəmiyyətin mədəniyyəti ilə ayaqlaşaraq mühitə təsir göstərmək) kamillikdir, bacarıqdır və öz məramını, ayinini ən yaxşı yolla həyata keçirə bilməkdir.

Bu kiçik müqəddimədən sonra olunan iradları diqqətinizə çatdırırıq:

1.    Məkkə surələrinin üslubu şiddət, sərtlik, kəskinlikdir. Halbuki Mədinə surələrinin üslubu dincliyə, sülhə meyillidir. Buna səbəb Məkkə camaatının kəskin, qəti mövqeyi, Mədinə camaatının isə sülhpərvər mövqeyi olmuşdur. Buna görə də Quran hər iki ziddiyyətli vəziyyətə qarşı bənzər mövqe sərgiləmiş və eyni ilə camaatın özü kimi davranmışdır. Demək, Quran mühitin xarici meyllərindən, hadisələrindən təsirlənmiş, özü müstəqil üslub ortaya qoymamışdır.

Bu irada cavab olaraq deməliyik ki, birincisi, hədə və kəskinlik yalnız Məkkə surələrinə xas deyil. Əksinə, bir çox Mədinə surələrində də qarşı tərəfə, xitab olunana uyğun olaraq, kəskin, sərt üslubdan istifadə olunmuşdur. Əgər Mədinədəki xitab olunanlar Məkkədəki xitab olunanlar kimi inadcıl, kəskin, haqdan qaçan olsaydılar, Quranın onlara qarşı da mövqeyi qəti və kəskin olacaqdı. Çünki hamıya qarşı öz işlətdiyi silahla cavab vermək lazımdır. Bu, Quranın zəifliyini yox, gücünü göstərir. "Bəqərə" surəsində oxuyuruq:

“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir”.1

“Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar![1]

“Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”[2]

Həmçinin Mədinədə münafiq və radikal əhli-kitabla bağlı nazil olan ayələrin ifadə tərzi Məkkədə müşriklərə qarşı nazil olan ayələrin ifadə tərzindən heç də mülayim deyil. Əksinə, daha çox kəskindir. Demək olar ki, Quranın ən sərt surəsi "Bəraət" surəsidir. Surə bütün müşriklərə, inadcıllara müraciətdir.

Bunun qarşılığında bir çox Məkkə surəsində mülayimlik, yumşaqlıq görürük. Bunlar kəskinliyə ehtiyac olmadığı vəziyyətdə nazil olmuşdur. "Zümər" surəsinin 53-cü ayəsində oxuyuruq: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”

"Hicr" surəsinin 87, 88-ci ayələrində oxuyuruq: “(Ya Peyğəmbər!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik. (Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma, onlardan (onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə, möminləri qanadın altına al!”

"Şura" surəsinin 36, 38-ci ayələrində oxuyuruq: “Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər; O kəslər üçün ki, böyük günahlardan, rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar; O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.

2. Məkkə ayə və surələrinin qısalığı, Mədinə ayə və surələrinin isə uzunluğu Məkkə və Mədinə cəmiyyətinin fərqindən irəli gəlir. Məkkə camaatı əsasən savadsız, mədəniyyətsiz, kobud, sivilizasiyadan uzaq idi. Bu baxımdan az demək, qısa danışmaq, ayələri müxtəsər şəkildə çatdırmaq zəruri idi. Lakin Mədinə xalqı nisbətən mədəni səviyyəyə malik, savadlı, sivilizasiya ilə tanış insanlar idilər və ətraflı danışmaq Mədinə mühitinə uyğun idi.

Bu irada cavab olaraq deməliyik ki, birincisi, mühitə uyğun danışmaq təcrübəli ritorların üslubu, bəlağətin şərtidir. Hər bir sözün öz yeri, öz məqamı var. İkincisi, bir çox uzun surələr var ki, Məkkədə nazil olmuşdur. Misal üçün, "Ənam" (ayə: 165), "Əraf" (ayə: 206), "İsra" (ayə: 111), "Kəhf" (ayə: 110), "Taha" (ayə: 135), "Məryəm" (ayə: 98), "Ənbiya" (ayə: 112) və "Muminin" (ayə: 118) surələri belə surələrdəndir. Habelə bir çox qısa və kiçik surələr var ki, Mədinədə nazil olmuşdur. Misal üçün, "Nəsr", "Zəlzələ" və "Bəyyinə" surələri belə surələrdəndir.

3. Məkkə surələrində şəriət hökmlərindən xəbər-ətər yoxdur. Şəriət hökmləri hamısı Mədinə surələrindədir.

Bir sıra hökmlərin Məkkə surələrində yer alması bu iradı rədd edir. Misal üçün, "Ənam" surəsinin 141-146 ayələri bəhər və davarların şəri hökmlərini, halal və haramını bəyan edir. 151-152-ci ayələr halal və haram əməlləri, malları açıqlayır. "Əraf" surəsinin 31-33-cü ayələrində halal, haram, zinətlər, pis əməllər və s. haqqında söhbət açılmışdır. "İsra" surəsində bir çox əxlaqi məsələlər, ilkin hökmlər izahlı şəkildə verilmişdir. Deməli, Məkkə surələrində də çoxlu sayda hökmlərə yer verilmişdir və sözügedən iddia əsassızdır.

4. Məkkə surələrində arqumentlərə, əsaslandırmalara rast gəlmirik. Lakin Mədinə surələrində isə əsaslandırmalara yer verilmişdir.

Bu iddia da yanlışdır. Çünki "Muminun" surəsinin 91-ci ayəsində Allahın övladı və şəriki olmaması belə əsaslandırılmışdır: “Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!”

"Ənbiya" surəsinin 22-24-cü ayələrində oxuyuruq: Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır! (Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər”.

"Ənkəbut" surəsinin 48-51-ci ayələrində peyğəmbərliyin isbatı ilə bağlı oxuyuruq: (Ya Peyğəmbər!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər). Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizin ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər. (Müşriklər: ) “Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) möcüzə nazil olmadı?” – dedilər. (Ya Peyğəmbər!) De: “Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır!”

"Qaf" surəsinin 9-11 və 15-ci ayələrində qiyamətlə bağlı oxuyuruq: Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik) – Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!

“Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!”

"Muminun" surəsinin 115-ci ayəsində buyurulur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”

"Casiyə" surəsinin 21-22-ci ayələrində oxuyuruq: “Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir (Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır)”.

Bir sözlə, Məkkə surələrində arqumentlər, sübutlar göstərilən bu qəbil ayələr çoxdur.

Yuxarıdakı iradlara və onların əks cavablarına nəzərən Quranın mühitdən təsirləndiyini demək olmaz. Lakin dəvət yolunu açmaq və İslamın yayılması üçün zəmin yaratmaq baxımından Məkkə və Mədinə surələri arasında fərqlər mövcuddur. (Təbii ki,) hər bir hərəkat başlanğıcda çoxsaylı problemlərlə qarşılaşır və öncə onların həlli yönündə çalışmalı, bütün səyini hərəkatın yolunu açmağa sərf etməlidir. (Qarşısındakı) yol açıldıqda isə özünü daha çox nəzərə çarpdırmalı, məqsəd və məramlarını aydın şəkildə üzə çıxarmalı və öz çağırışını şəriəti açıqlamaqla yanaşı önə çəkməlidir. Bütün bunlara əsasən yuxarıda qeyd olunan hər iki halda çağırış üslubu, ifadə tərzi bir-birindən fərqlənir. Belə bir vəziyyətdə sonda deyilməsi lazım olanı əvvəldə deməyi gözləmək yolverilməzdir.


1  "Bəqərə", 275.

[1] "Bəqərə", 278-279.

[2] "Bəqərə", 24.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 Sələflərimiz "tənzil" terminini nazilolma kimi nəzərdə tuturdular. Bu, bir xüsusi hadisə də ola bilər və həmin hadisə "səbəbi-nüzul"dur. Lakin "təvil" ayədən başa düşülən daha geniş anlayışdır və oxşar hadisələrə tətbiq oluna bilər. Bəzi ibarələrdə bu iki termini zahir və batin ifadələri əvəz edir. "Zahir" "tənzil", "batin" isə "təvil"dir. Çünki ayənin zahiri nazil olduğu vəziyyəti əhatə edir, batinində isə daha geniş məna yatmışdır. Füzeyl ibn Yəsar Peyğəmbərdən (s) nəql olunan məşhur "Quranda elə bir ayə yoxdur ki, onun zahir və batini olmasın" hədisi haqqında İmam Sadiqə (ə) sual verdi. Həzrət (ə) suala cavab olaraq buyurdu: "Onun zahiri tənzil, batini isə təvildir. "Batin" digər hadisələrə tətbiq oluna biləcək ayələri əhatə edir. Bəziləri keçmişdə baş vermiş, bəziləri isə hələ baş verməmişdir. Quran (daim canlı, əbədi və istifadə olunasıdır) günəş və ay kimi hərəkətdədir".[1]

Digər bir hədisdə isə buyurur: "Zahir ayənin haqlarında nazil olanlara şamil olur. Batin isə onlar kimi əməl edənlərə şamil olur".[2]

 

Şənİ-nüzul, tənzİl və təvİlİn fİqhdə yerİ

 

İslam fəqih və alimləri ayələrin səbəbi-nüzul, şəni-nüzul, zahir və batinlərinə nəzərən ümumi bir qayda əldə etmiş və ona əsaslanaraq şəriət hökmlərini başa düşməyə çalışmışlar. Qayda belədir: "Etibar vəziyyətin (hadisənin) xüsusiyyətləri yox, sözün genişliyi qədərincədir". Yəni, bilici, bacarıqlı fəqih hadisənin xüsusiyyətlərini bir kənara qoymalı, ifadənin, sözün ümumi tərəflərindən faydalanmalıdır. Əlbəttə, xüsusi tərəflər ifadənin dəlalətini başa düşmək üçün faydalıdır, lakin bu heç də onu inhisara salmır. Çünki ilahi hökmlər daim ümumi olmuş və bütün zamanlarda cərəyan etmişdir. Burada Quran ayələrindən iki nümunəni diqqətinizə çatdırırıq ki, rəvayətlərdə onun ümumi tərəfləri incələnmiş və istifadə olunmuşdur.

Birinci nümunə:

"Bəqərə" surəsinin 115-ci ayəsində oxuyuruq: Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, (O, hər şeyi) biləndir!”

Bu ayə zahir və batini mənası olan ayələrdəndir ki, məsum imamın (ə) bələdçiliyi ilə onun ümumi tərəfi aydın olmuşdur. Bu ayə zahirdə mütləq üzü Kəbəyə namaz qılınmasını gərəkdirən ayələrlə ziddiyyət təşkil edir. Lakin nazilolma səbəbinə müraciət etdikdə bu ziddiyyət aradan qalxır. Ayənin nazilolma səbəbi belədir:

Yəhudilər müsəlmanlara etiraz edərək deyirdilər: "Əgər "Beyt əl-müqəddəs"ə doğru namaz qılmaq bu günədək əməl etdiyiniz kimi haqq idisə, demək, Kəbəyə doğru çevrilmək batildir. Əgər Kəbəyə doğru namaz qılmaq haqdırsa, demək bu günədək qıldıqlarınızın batil olduğu sübuta yetmiş olur". Allah-taala bu ayədə cavab verir: “Hər iki iş haqq idi. Çünki namazın özü sabit bir həqiqətdir. Lakin üzü Kəbəyə, yaxud Beyt əl-müqəddəsə dayanmaq sırf şərti bir məsələdir. Bu, namaz qılanların sıralarında vəhdət yaratmaq üçün nəzərdə tutulmuşdur. Üzünü hara döndərsən Allah var və ona doğru dayanmış olacaqsan. Demək, namaz qılanların şərqə doğru dayanması Kəbənin (Məkkənin) Mədinənin şərqində olması, qərbə doğru dayanması isə Beyt əl-müqəddəsin Mədinənin qərbində olmasıdır. Hər biri Allaha məxsusdur və hansına doğru dayanılsa, Allaha doğru dayanılmışdır. Allah xüsusi bir məkan zəbt etməmişdir.  Şübhəsiz ki, Allah genişdir, (O, hər şeyi) biləndir!”  Rəvayətlərdə bu ayədən digər məsələlərin də başa düşüldüyü göstərilmişdir. Bu, müstəhəb namazları minikdəki vəziyyətdə, hərəkət etdiyimiz hər bir istiqamətə doğru qıla biləcəyimizdir.[3]

İkinci nümunə:

"Cin" surəsinin 18-ci ayəsində oxuyuruq: Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” "Məsacid" (məscidlər) məbəd və ibadətgah mənasını daşıyır. Bu fərzlə ayənin mənası belə olur: "Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Allahla birgə başqasını çağırmayın". Yaxud da məscəd sözünün cəm formasıdır. "Məscəd" məsdərdir və ibadət, pərəstiş mənasını ifadə edir. Yəni, Allahdan başqasına ibadət yaraşmaz. İbadət məqamında Allahın adı ilə yanaşı kimsənin adını çəkməyin. Lakin əlimizdə olan səhih rəvayətlərə görə ayədən digər mənalar da başa düşülür. Burada məscid səcdə yerlərinə aid edilir. Səid ibn Cübeyr, Züccac və Fərra kimi bir çox təfsirçilər demişlər: “Məsacid səcdə yerlərinə də (səcdə halında yerə dəyməli olan yeddi üzvə) şamil olur. Bu yerlər Allaha məxsusdur. Allah onları insana bəxş etmişdir və başqasına xidmət edə bilməz”.[4] İmam Baqirdən (ə) də  həmin təvil nəql olunmuşdur. Abbasi xəlifəsi Mötəsim Billahın hüzurunda bir oğrunun əlinin kəsilməsi ilə bağlı sual meydana çıxdı. Hərə öz fikrini söylədi. Bu zaman İmam (ə) buyurdu: "Barmaqların qatlandığı yerdən kəsilməlidir". İmamdan (ə) fətvanın dəlili soruşulduqda İmam (ə) buyurdu: "Əlin içi səcdə halında yerə dəyməli olan yeddi üzvdən biridir. Allaha məxsusdur və kəsilməməlidir".[5] Çünki oğru özünəməxsus şeylə cəzalandırılmalıdır.

 

 



[1] Əs-Səffar, "Bəsair əd-dərəcat", səh. 196, hədis: 7.

[2] "Təfsiri-Əyyaşi", c. 1, səh. 11, hədis: 4.

[3] Bax: "Vəsail əş-şiə", c. 3, "Qiblə" fəsilləri, 8 və 15-ci fəsillər.

[4] Bax: "Təfsiri-Təbəri", c. 10, səh. 372.

[5] "Vəsail əş-şiə", c. 18, "Əbvab hədd əs-sirqə", 4-cü fəsil.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Quran ilk gündən nə az, nə da çox, bugünkü 114 surə şəklində nazil olmuş, Peyğəmbər (s) vasitəsi ilə səhabə və tabeinin nəqli ilə bizə gəlib çatmışdır. Bu, mütəvatir rəqəmdir. Surələrin sayının bundan çox və ya az olmasına sübut yoxdur. Nəql olunduğuna görə Abdullah ibn Məsudun müshəfində "Nas" və "Fələq" surələri yox imiş. Onun qənaəti bu imiş ki, "Fatihə" surəsi Qurana tay və ondan ayrıdır. Necə ki, "Hicr" surəsinin 87-ci ayəsində “(Ya Peyğəmbər!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (“Fatihə” surəsini) və (böyük) əzəmətli Quranı verdik”. "Səbə məsani"də məqsəd "Həmd" surəsidir və Quranla yanaşı yer verilmişdir. "Nas" və "Fələq" surələrini də Quran surəsi yox, sehri batil edən dualar olduğunu düşünürdü. Onun fikrincə, "Nas" və "Fələq" Peyğəmbərə (s) vəhy olunmuşdur ki, onları oxuyub İmam Həsən (ə) və İmam Hüseyni (ə) gözdəymədən qorusun. Buna görə də o iki surəni hansı müshəfdə görsəydi silir və deyirdi: "Qurandan olmayanı Qurana qatmayın".

Übəyy ibn Kəbin müshəfi 115 surədən ibarət idi. O, "Fil" və "İlaf" surələrini bir surə hesab edir və aralarında "Bismillahir-rəhmanir-rəhim" demirdi. Bundan başqa, onun müshəfində "Həfd" və "Xəl" adlı iki surə artıq idi.

Ayələr arasındakı fasilələr Peyğəmbərin (s) göstərişi ilə təyin olunmuşdur. Bunlar hamısı o həzrətdən (s) nəql olunmuşdur (bu və ya digər alimin ictihadı, şəxsi fikri deyil). Buna görə də onun doğruluğu nəqlin doğruluğundan asılıdır. Fikrin bitməsi ilə ayə bitmir. Bir çox hallarda cümlənin ortasında, hələ fikir bitməmiş ayə sona yetir və növbəti ayədə fikir tamamlanır. Demək, ayənin uzun və ya qısa olmasının ifadə etdiyi fikrə aidiyyəti yoxdur. Sələflərimizin ayələrin miqdarı ilə bağlı kiçik mübahisələrinə səbəb Peyğəmbərin (s) ayələrin ortasında fasilə verməsi olmuşdur. Peyğəmbər (s) bəzən ayənin bir yerində dayanır, sonra tilavəti davam etdirirdi. Eşidənlər güman edirdilər ki, ayə bitib. Çox ola bilsin ki, digər tilavətlərində fasiləsiz oxumuşdur.

İbn Abbasdan nəql olunduğuna görə, bütöv Quran 6600 ayədir və Quranın hərflərinin sayı isə 320671-dir. Quranda yer alan sözlərin sayı ilə bağlı fikirlərdə haçalanma var. Bəziləri söz sayının 77277, bəziləri isə 77934, başqa bir qrup isə 77434 söz olduğunu daha doğru hesab edir.

Ayələrin dəqiq sayı ən düzgün, ən qəti rəvayət olan kufəlilərin rəvayətinə əsasən 6236-dır. Bu rəvayət İmam Əlidən (ə) nəql olunmuşdur[1]. İndi də Quranda ayələrin sayı bu rəvayətə uyğundur. Bu sayda "Bismillahir-rəhmanir-rəhim" cümləsi "Həmd" surəsinin əvvəlində bir ayə hesab olunur. Digər surələrdə isə ayrıca ayə sayılmır. Surələrin əvvəlindəki "müqəttəə" (qırıq-qırıq) hərflər bir ayə hesab olunur. Lakin hər surənin ayələrinin sayı başqalarına görə mübahisəlidir[2].

 

Kufəlilərin rəvayətinə görə surələrin* ayə sayı

 

 

Sıra

 

Surə

Ayə sayı

 

Sıra

 

Surə

Ayə sayı

 

Sıra

 

Surə

Ayə sayı

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35

36

37

38

“Həmd”

“Bəqərə”

“Ali-İmran”

“Nisa”

“Maidə”

“Ənam”

“Əraf”

“Ənfal”

“Tövbə”

“Yunus”

“Hud”

“Yusuf”

“Rəd”

“İbrahim”

“Hicr”

“Nəhl”

“İsra”

“Kəhf”

“Məryəm”

“Taha”

“Ənbiya”

“Həcc”

“Muminun”

“Nur”

“Furqan”

“Şuəra”

“Nəml”

“Qəsəs”

“Ənkəbut”

“Rum”

“Loqman”

“Səcdə”

“Əhzab”

“Səbə”

“Fatir”
“Yasin”

“Saffat”

“Sad”

 

7

286

200

176

120

165

206

75

129

109

123

111

43

52

99

128

111

110

98

135

112

78

118

64

77

227

93

88

69

600

34

30

73

54

45

83

182

88

 

39

40

41

42

43

44

45

46

47

48

49

50

51

52

53

54

55

56

57

58

59

60

61

62

63

64

65

66

67

68

69

70

71

72

73

74

75

76

 

“Zumər”

“Ğafir”

“Fussilət”

Şura

“Zuxruf”

“Duxan”

“Casiyə”

“Əhqaf”

“Muhəmməd”

“Fəth”

“Hucurat”

“Qaf”

“Zariyat”

“Tur”

“Nəcm”

“Qəmər”

“Rəhman”

“Vaqiə”

“Hədid”

“Mucadilə”

“Həşr”

“Mumtəhinə”

“Saff”

“Cumuə”

“Munafiqun”

“Təğabun”

“Talaq”

“Təhrim”

“Mulk”

“Qələm”

“Haqqə”

“Məaric”

“Nuh”

“Cin”

“Muzzəmmil”

“Muddəssir”

“Qiyamə”

“İnsan”

75

85

54

53

89

59

37

35

38

29

18

45

60

39

62

55

78

96

29

22

24

13

14

11

11

18

12

12

30

52

52

44

28

28

20

56

40

31

77

78

79

80

81

82

83

84

85

86

87

88

89

90

91

92

93

94

95

96

97

98

99

100

101

102

103

104

105

106

107

108

109

110

111

112

113

114

 

“Mursəlat”

“Nəbə”

“Naziat”

“Əbəsə”

“Təkvir”

“İnfitar”

“Mutəffifin”

“İnşiqaq”

“Buruc”

“Tariq”

“Əla”

“Ğaşiyə”

“Fəcr”

“Bələd”

“Şəms”

“Ləyl”

“Zuha”

“Şərh”

“Tin”

“Ələq”

“Qədr”

“Bəyyinə”

“Zəlzələ”

“Adiyat”

“Qariə”

“Təkasur”

“Əsr”

“Huməzə”

 “Fil”

“Qureyş”

“Maun”

“Kovsər”

“Kafirun”

“Nəsr”

“Təbbət”

“İxlas”

“Fələq”

“Nas”

 

50

40

46

42

29

19

36

25

22

17

19

26

30

20

15

21

11

8

8

19

5

8

8

11

11

8

3

9

5

4

7

3

6

3

5

4

5

6

 

* Bütöv Quranın ayə sayı 6236-dır ki, bu da kufəlilərin İbn Əbu Leylidən, onun Əbd ər-Rəhman Süləmidən, onun da İmam Əlidən (ə) nəql etdiyi rəvayətə uyğundur.

 



[1] Bax: "əl-İtqan", c. 1, səh. 189-190, 197.

[2] Yenə orada, səh. 190-195

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin

“Surə” ("سوره") sözü "Bələd" (şəhəri əhatə edən hündür hasar) sürəsindən  götürülmüşdür. Çünki hər bir surə evləri əhatə edən şəhər divarları tək ayələri əhatə edir.

Bəziləri onu yüksək şərəf, ülvi, məqam kimi izah etmişlər. Çünki İbn Farisin dediyinə görə "surə" sözünün mənalarından biri ülvilik, yüksəklikdir. Binanın hər mərtəbəsinə də surə deyilir.

Əbu əl-Fütuh Razi deyir: "Bil ki, "surə" sözünün mənası məqam - şərəf məqamıdır. Buna sübut Zibyaninin beytidir.

الم ترا ان الله اعطاك سوره                       تري كل ملك دونها يتدبدب

(Ələm təra ənnəllahə ətakə surə       Təra kullə mulkin dunəha yətəzəbzəbu)

Tərcümə: "Görmürsənmi ki, Allah sənə şərəf, məqam vermişdir və hər bir padşah onun yanında kiçikdir".

Şəhər divarına da uca, hündür olduğu üçün "sur" deyilir.[1]

Bəziləri onun "sur" (("سؤر" sözündən götürüldüyünü və bir şeyin qalığı, bir parçası mənasını daşıdığını önə çəkmişlər. Əbu əl-Fütuh bu haqda deyir: "Amma Məhmuzun dediyinə gəlincə, o, "sur əl-ma" ("سؤر الماء" - suyun artıq qalanı) mənasını daşıyır. Ərəblər qabda artıq bir şey qaldıqda deyirlər: “اسارت في الاناء

Buna görə də ərəb şairi Ə`şə ibn Sələbə deyir:

فبانت و قد اسارت في الفؤاد                                صدعاً علي نايها مستطيراً

(Fəbanət və qəd əsərət fi əl-fuad       Sədən əla nəyiha mustətirən)

Tərcümə: "O qadın məndən ayrıldı, ürəyimdə dərin bir yara qoyub getdi və bu hər an genişlənməkdədir".[2]

Demək “surə” sözü öncə "سؤره" olmuş, tələffüzü asanlaşsın deyə “həmzə” ("ؤ") “vav” ("و") hərfinə çevrilmişdir. Bütün qiraətçilər yekdil olaraq onu “vav” ("و")  hərfi ilə oxumuşlar. Quranda doqquz yerdə işləndiyindən başqa heç kim onu həmzə ilə qiraət etməmişdir.

“Ayə” ("آیة") əlamət, nişanə mənasını ifadə edir. Çünki Quranın hər bir ayəsi Allahın sözünün haqq olmasının əlamətidir. Yaxud da hər bir ayə şəriət hökmlərini və ya öyüd-nəsihəti ehtiva edir ki, onlara dəlalət edir:

(Ya Peyğəmbər!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər”[3]

“(Ya Peyğəmbər!) Bunlar (bu söylənilənlər) Allahın ayələridir (qüdrət nişanələridir) ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, (Allah tərəfindən seçilərək insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən”[4].

“Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz”[5].

Cahiz deyir: "Allah öz kitabına - həm bütövlükdə, həm də ayrı-ayrılıqda - ərəblərin  üslubunun əksinə ad vermişdir. Ərəblər bir şairin şeirlərinin külliyyatına divan dedikləri bir halda Allah öz kitabını Quran adlandırdı. Onun bir hissəsini divanda yer alan qəsidə tək surə adlandırdı, surənin bir hissəsini isə qəsidədə yer alan beyt tək ayə adlandırdı. Hər bir ayənin sonunu qafiyə tək nəzmə saldı".[6]

Rağib İsfahani deyir:

"Ola bilər ki, "ayə" ("آیة") sözü "əyyin" ("أیّ" – “hansı” mənasını ifadə edir) kökündən törəmişdir. Çünki hansının hansından olduğunu, nəyin nədən olduğunu ayə üzə çıxarır. Lakin düzgün versiya "təəyyi"  ("تأیّی") kökündən götürülməsidir. Çünki "təəyyi" təsbit olmaq, möhkəmlənmək mənasını ifadə edir. "Təəyyə" ("تأیّ") yola get, aram ol mənasını ifadə edir. "Əviyyə iləyh" ("أویّ إلیه") sığınmaq, əvəz etmək sözündən də törəyə bilər. Hər bir hündür tikiliyə ayə deyilir. Quranda deyilir: “Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?[7] Quranın hər hökmə dəlalət edən cümləsinə ayə deyilir. İstər tam surə olsun, istər bir neçə fəsil olsun, yaxud istər bir surənin bir fəsli olsun, istər digər kəlamlardan ayrı tam bir kəlam olsun. Bu baxımdan surələrin ayələri sayıla bilir və hər bir surə bir neçə ayə ehtiva edir".[8]

Qısaca xatırlatmaq lazımdır ki, hər bir surənin ayələrə bölünməsi Allah tərəfindəndir. Ən kiçik surə üç ayədən ibarət "Kovsər" surəsidir. Ən böyük surə 286 ayədən ibarət "Bəqərə" surəsidir. Hər halda hər surənin ayələrinin sayının az və ya çox olması Peyğəmbərin (s) xüsusi göstərişi ilə həyata keçmişdir. Bu günədək də dəxalət olunmadan qalır. Bu məsələdə Quranın ecazkarlığı və ayələrin bir-biri ilə səsləşməsi baxımından bir sırr yatmaqdadır.



[1] "Ər-Rəvz əl-cinan", c. 1, səh. 9.

[2] Yenə orada.

[3] "Bəqərə", 99.

[4] "Bəqərə", 252.

[5] "Bəqərə", 266.

[6] "Əl-İtqan", c. 1, səh. 147.

[7] "Şüəra", 128.

[8] "Əl-Müfrədat", "Əyy" ("أیّ") sözünün izahı.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Nazilolma səbəbləri rəvayət nəqli ilə əldə olunur. Keçmişdə isə çox təəssüf ki, hadisələr qeydə alınmırdı. Bu səbəbdən (eniş səbəbləri ilə bağlı) nəql olunan rəvayətlər etimad olunası deyil. Vahidi "Əsbab ən-nüzul" kitabında yazır: "Ayələrin eniş səbəbləri ilə bağlı bir şey demək icazəli deyil. Bu, yalnız səhih və etibar olunası rəvayətə əsaslandıqda mümkündür. Rəvayət o adamdan nəql olunmalıdır ki, özü o dövrdə baş verənlərin şahidi olmuş olsun. Gümana, əsassız sözlərə dayanaraq söz deyənlərə istinad etmək olmaz". Sonra İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Düzgün şəkildə bilmədiyiniz halda hədis nəql etməkdən çəkinin. Çünki mənim və Quranın adından yalan danışan cəhənnəm odunda öz yerini hazırlamış olur". Buna görə də saleh sələflər Quranla bağlı istənilən sözü deməkdən çəkinmişlər. Məhəmməd ibn Sirin deyir: Görkəmli tabei Übeydədən bir ayənin təfsiri haqqında soruşdum. O, dedi: "Quranın hansı yöndə (hansı səbəbdən) nazil olduğunu bilənlər getdilər (vəfat etdilər)”. Yəni nazilolma səbəblərini bilənlər artıq dünyadan köçmüşlər. Vahidi deyir: "Bu dövrdə bu sahədə yalan uyduranlar çoxalmışdır. Buna görə də Quran gerçəklərinə vaqif olmaq üçün ehtiyat yolunu getmək lazımdır.[1] İmam Əhməd ibn Hənbəlin bu haqda fikrini öncə də xatırlatmışdıq. "Üç şeyin əsası yoxdur: döyüşlər, fitnələr və təfsirlə bağlı rəvayətlərin". Cəlal əd-Din Süyuti bu sahədə malik olduğu bütün gücünü sərf etməsinə baxmayaraq, səhih və zəif də daxil olmaqla 25-dən çox hədis toplaya bilməmişdir.[2] Lakin xoşbəxtlikdən Əhli-beyt (ə) məzhəbində Əhli-beyt (ə) yolu ilə gəlib çıxan düzgün hədislər çoxdur. İndiyədək bu haqda dörd mindən çox rəvayət toplanmışdır.[3]

Bu gün nazilolma səbəblərini əks etdirən qaynaqlar müəyyən həddə etibarlıdır. Bu qaynaqlara misal olaraq Təbərinin "Came əl-bəyan", Süyutinin "əd-Dürr əl-mənsur", Təbərinin "Məcmə əl-bəyan", Şeyx Tusinin "Tibyan" kitabının adını çəkmək olar.

Bunlardan başqa bir sıra kitablar da vardır ki, xüsusi olaraq nazilolma səbəbləri haqqında yazılmışdır. Misal üçün, Vahidinin "Əsbab ən-nüzul", Süyutinin "Lübab ən-nüzul" və s. Əlbəttə, bu qaynaqlarda səhih və zəif rəvayətlər bir-birinə qarışmışdır. Bu səbəbdən onlara tədqiq gözü ilə yanaşmaq lazımdır. Düzgünü yanlışdan, (xüsusilə ziddiyyətli hədislərdə) aşağıdakı yollarla ayırmaq mümkündür:

1. Rəvayətin sənədi, xüsusilə sənəd silsiləsinin gedib çıxdığı son şəxs etibarlı olmalıdır. Yəni, ya məsum olmalı, ya Abdullah ibn Məsud, Übəyy ibn Kəb və İbn Abbas kimi Qurandan xəbərdar olan, ümmət tərəfindən qəbul olunan etibarlı səhabə olmalı, ya da Səid ibn Cübeyr, Səid ibn Müsəyyib kimi əsla özündən bir şey uydurmayan, yalan deməsinə səbəb olmayan dəyərli tabeilər olmalıdır.

2. Rəvayətlərin mütəvatirliyi və ya çoxlu (vasitələrlə) nəql olunması sübuta yetrilməlidir. Fərqli ibarələrlə olsa belə məzmunu bir olmalı, məzmunu fərqli olduqda isə fərqi aradan qaldırmaq mümkün olmalıdır. Bu halda nəql olunan rəvayətin səhih olması ilə bağlı xatircəmlik yaranır. Misal üçün, qiblənin dəyişilməsi və əlaqəli ayələrin nazilolma səbəbi ilə bağlı rəvayətlər bu qəbildəndir.

3. Ayələrin eniş səbəbləri ilə bağlı rəvayətlər hədisşünaslığa görə "səhih" və ya "həsən" hədis olsa belə qəti olaraq iradı aradan qaldırmalı, anlaşılmazlığı həll etməlidir. Tarixi hadisələrin əksəriyyəti bu qəbildəndir. Yəni bir neçə hadisəni əlaqələndirməklə birinin doğruluğunu üzə çıxarır və qəbul edirik. Əks təqdirdə sənəd baxımından qəbul etmək mümkün deyil. "(Haram ayları) gecikdirmək"lə bağlı ayədə məsələ bundan ibarətdi.

"Tövbə" surəsinin 37-ci ayəsində oxuyuruq: Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şəbana və ya zilqədə, zilhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bəzən halal, halal olan bir ayı da bəzən haram hesab edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!”

Haram aylarda döyüş yasaq idi. Buna səbəb zilqədə, zilhiccə, məhərrəm və rəcəb aylarında yarımadanın ən ucqar nöqtələrindən ümrə məqsədi ilə Məkkəyə gələnlərin yol təhlükəsizliyini təmin etmək olmuşdur. Lakin ərəb qəbilələrinin güc sahibləri digər qəbilələr üzərində qələbə çalmaq ərəfəsində haram aylardan biri başladıqda o ayın yerini digər aylarla dəyişirdilər. Misal üçün, deyirdilər ki, hələlik şəban ayını qabağa salırıq və bu yolla özlərinə haqq qazandırır, döyüşü davam etdirirdilər. Bu yanlış üsul hicri doqquzuncu ildə bütünlüklə yasaq oldu.[4]

Demək, ayənin nazilolma səbəbi ilə bağlı nəql olunanlar ayənin özü ilə üst-üstə düşür. Digər şahidlər də bunu təsdiq edir və beləcə sənəd baxımından zəif olsa da ayədəki anlaşılmazlığı aradan qaldırır. Digər nümunələri də bu qaydaya uyğun izah etmək olar.

  

Nazİlolma səbəbİnİ nəql edənİn özünün şahİd olması

 Nazilolma səbəbini nəql edənin özünün hadisəyə şahid olması şərtdirmi? Əksər alimlər ilk nəql edənin hadisəyə şahid olmasını şərt hesab etmişlər ki, rəvayətin sənədinin hadisə ilə əlaqəsi kəsilməsin və sənəd onadək gedib çıxmış olsun. Vahidi nəql edənin hadisəyə şahid olduğunu şərt hesab edən alimlərdəndir.[5]  Lakin başqaları isə nəql edənin nazilolma səbəbini qəti bilməsini yetərli hesab etmiş və hadisə zamanı orada olmasını şərt hesab etməmişlər. Hakim Nişapuri "Elm əl-hədis" kitabında yazır: "Əgər vəhy zamanı yaşayan, Quranın nazil olmasına şahid olan bir səhabə "filan ayə filan hadisə zamanı nazil oldu, - desə, bu, müsnəd hədis kimi qəbul olunur". Yəni hədis Peyğəmbərdən (s) nəql olunmuş kimi qəbul olunur.[6] Bu versiya daha doğru nəzərə çarpır. Çünki nəql edənin şahid olması şərti ədalətli olması, öz sözlərində doğruçu olması qeydi ilə nəzərdə tutulmur. Burada yalnız onun etibarlılığı əsas götürülür. Buna görə də məsum imamlardan Quranla bağlı nəql olunan rəvayətlər bizim üçün etibarlı və qəbul olunandır.



[1] "Əsbab ən-nüzul", səh. 4.

[2] Bax: "əl-İtqan", c. 4, səh. 215-257.

[3] Bu rəvayətlər Bürhan tərəfindən toplanmış və on cilddə çap olunmuşdur.

 [4] Bax: "Təfsiri-Təbəri", c. 5, səh. 29.

[5] "Əsbab ən-nüzul", c. 4.

[6] "Əl-Müstədrək", c. 2, səh. 258, 263;  "Mərifə ülum əl-hədis", səh. 19-20.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

"Əsbabi-nüzul" və ya "şəni-nüzul"u bilməyin əhəmiyyəti haqqında demək lazımdır ki, bildiyimiz kimi Quran tədricən və müxtəlif hadisələr zamanı nazil olmuşdur. Təbii olaraq əgər bir hadisə baş verərdisə, yaxud müsəlmanlar problemlə qarşılaşardılarsa, problemin həlli üçün bir və ya bir neçə ayə, bəzən bir surə nazil olurdu. Məlumdur ki, hər bir hadisə münasibəti ilə nazil olan ayə (ilk növbədə) həmin hadisəyə aiddir. Demək, ayənin mənası ilə bağlı anlaşılmazlıq, yaxud irad meydana gələrsə, həmin hadisəni araşdırmaqla problemi aradan qaldırmaq olar. Nəticədə hər bir ayənin tam mənasını, təfsirini bilmək üçün nazilolma səbəbinə müraciət etmək lazımdır. Nazilolma səbəblərini nəzərə almadan ayə anlaşılmaz olaraq qalacaq. Demək, hər bir ayənin nazilolma səbəbi ayənin dəlalətini təkmilləşdirəcək kontekst rolunu oynaya bilər və təbii ki, o, olmadıqda ayənin dəlaləti tam olmayacaqdır. Misal üçün, (Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir”[1]ayəsi ilə bağlı bir irad mövcüddur ki, Səfa və Mərvə dağları arasında “səy” (yüngül qaçış) həcc və ümrənin rüknlərindən olduğu bir halda nə üçün "heç bir günah yoxdur" ifadəsi işlənilmişdir.

Ayənin zahiri mənası belədir: "Səfa və Mərvə dağları arasında “səy” etməkdə (yüngül qaçışda)  heç bir günah yoxdur". Bu ifadə sözügedən əməlin vacib yox, icazəli olmasını göstərir. Lakin nazilolma səbəbinə müraciət etdikdə məlum olur ki, bu ibarə günah təsəvvürünü aradan qaldırmaq məqsədi daşıyır. Çünki hicri altıncı ildə Hüdeybiyyə sülhündən sonra Peyğəmbər (s) və səhabələrinin ümrə mərasimi üçün Məkkəyə getməsi qərara alındı. Bu razılaşmada müsəlmanların öz ayinlərini sərbəst, rahat həyata keçirmələri üçün müşriklərin üç gün ərzində öz bütlərini Kəbə ətrafından və eləcə də Səfa və Mərvə dağlarının üzərindən yığışdırmaları nəzərdə tutulurdu. Bəzi müsəlmanlar müəyyən səbəblərdən hələ “səy” mərasimini həyata keçirməmişdilər və bütlərin çevrilməsinə baxmayaraq, orada qaldıqları halda Səfa və Mərvə arasında “səy”in günah olduğunu güman edirdilər.

Bu zaman sözügedən ayə nazil oldu ki, müsəlmanlar ibadətdən qalmasınlar. Çünki Səfa və Mərvə arasında qaçış Allahın əlamətlərindəndir, bütlərin orada mövcüd olması isə sonradan meydana gəlmiş haldır və ona ziyan vurmur.[2]

Gördüyünüz kimi ayə nazilolma səbəbinə müraciət etdikdə tam aydın olur və məlum olur ki, burada Səfa və Mərva arasında qaçmağın vacib və ya icazəli olmasından söhbət getmir. Əksinə, yasaq təsəvvürü aradan qaldırılır. Yəni bildirilir ki, bütlərin orada olması "səy" əməlinə mane olmur. Deməli, nazilolma səbəblərini bilmək ayələrin mənasını üzə çıxartmaqda, başa düşməkdə başlıca rola malikdir.[3]

Nazilolma səbəblərini əldə etmək olduqca çətindir. Çünki keçmiş alimlər bu haqda lazımi qədər məlumat verməmişlər. Bu haqda çox az məlumat vardır və bu az bilgi çarə qılmır. Bəlkə də nazilolma səbəbləri ilə bağlı məlumatların yazıya alınmamasına səbəb özlərinin vəziyyətlə tanış olmaları olmuşdur. Buna görə də öz məlumat və müşahidələrini gələcək nəsillər üçün sənəd olaraq qeydə almağa ehtiyac duymamışlar.

Sonradan bu haqda rəvayətlər toplansa da sənəd baxımından (etibar olunmayacaq dərəcədə) zəif rəvayətlər çoxluq təşkil etdi. Bir çox hallarda isə rəvayətlərə qərəzli şəkildə dəxalət edilmişdir. Xüsusilə Bəni-Üməyyə hakimiyyətinin qaranlıq dövrlərində qərəzli məqsədlər üzündən bir çox ayələr uydurma nazilolma səbəbləri ilə təfsir və təvil olundu. İmam Əhməd ibn Hənbəlin bu haqda belə söylədiyi nəql olunur: "Üç şeyin doğru-düzgün əsası yoxdur: İslamın erkən çağları ilə bağlı rəvayətlərin; axirüzzaman fitnələri ilə bağlı rəvayətlərin; Quranın təfsir və təvili ilə bağlı rəvayətlərin". İmam Bədr əd-Din Zərkeşi bəzi tədqiqatçılardan nəql edir: "Məqsəd bu haqda nəql olunan rəvayətlərin hamısının yox, böyük əksəriyyətinin etibarsız olmasıdır".[4]

Bu haqda məlumat toplayan ən görkəmli şəxs Əbu əl-Həsən Əli ibn Əhməd Vahidi Nişapuri (vəfat-468) olmuşdur.

Cəlal əd-Din Süyuti (vəfat-911) ona irad tutaraq bildirir ki, zəif rəvayətləri toplamağa vaxt sərf etmişdir. Rəvayətlərin zəif və səhihini bir-birinə qarışdırmışdır. Rəvayətlərin böyük əksəriyyətini Kəlbi və Əbu Saleh vasitəsi ilə İbn Abbasdan nəql etmişdir. Bu, həqiqətən, zəif vasitədir”.[5] Sonradan Süyuti özü də bu haqda "Lübab ən-nüqul" (Nəql olunanların seçilmişləri) adlı kitab yazdı və o özü də rəvayətlərin seçimində zəif rəvayətlərdən amanda qala bilmədi. Misal üçün, (Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da günahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir. (Ya Peyğəmbər! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ürəyini qısma!” [6] ayəsi haqqında yazır: "Peyğəmbər (s) Həmzənin cənazəsi üzərində dayandı, Onu acınacaqlı vəziyyətdə görüb buyurdu: "Mütləq onların yetmiş nəfərinin başına sənin başına gətirdiklərini gətirəcəyəm (qulaqlarını, burunlarını kəsəcək, qarınlarını yırtacağam)". Bu zaman Cəbrail sözügedən ayələri nazil edib onu bu işdən çəkindirdi.[7]  Halbuki "Nəhl" surəsi Məkkə surələrindəndir. Hicrətin dördüncü ilində Mədinədə baş vermiş Ühüd döyüşündən illər öncə nazil olmuşdur. Bundan başqa, bu növ ədalətsiz düşüncə İslam dinin tərbiyə etdiyi, həyatı boyunca daim ədalət və insaf yolunu tutan Peyğəmbərin (s) uca məqamından uzaqdır. Sözügedən ayə Məkkədə, müsəlmanlar kafirlər tərəfindən işkəncəyə məruz qaldıqda nazil olmuş, onlara həddi aşmamağı, daha yaxşısı səbirli olmaq olduğunu bildirmişdir.[8]

   Səbəbi-nüzul, yoxsa şəni-nüzul?

 Bu iki ibarənin nə fərqi var? Əksər təfsirçilər bu iki anlayış arasında heç bir fərq qoymamış, ayə və ya bir neçə ayənin nazil olmasını gərəkdirən vəziyyətə bəzən səbəbi-nüzul, bəzənsə şəni-nüzul demişlər. Halbuki bu iki ibarə arasıda fərq var. Fərq bundadır ki, şəni-nüzul səbəbi-nüzuldan daha geniş məna ifadə edir. Belə ki, bir hadisə münasibəti ilə bir şəxs və ya hadisə haqqında istər keçmişdə, istər indiki zamanda, istərsə də gələcəkyə aid olsun, yaxud şəriət hökmləri barəsində nazil olmuş ayə və ya ayələrin hamısına "şəni-nüzul" deyilir. Misal üçün, filan ayə peyğəmbərlərin (ə) məsumluğu, yaxud mələklərin məsumluğu haqqında və ya İbrahim (ə), Nuh (ə), Adəm (ə) haqqında nazil olmuşdur, - deyirik. Bütün bunlar ayənin "şəni-nüzulu"dur. Amma səbəbi-nüzul isə ardınca ayə nazil olan hadisədir. Başqa sözlə, o hadisə ayənin nazil olmasına səbəbdir. Buna görə də "şəni-nüzul" daha geniş məna ifadə edir.



[1] "Bəqərə", 158.

[2] "Təfsiri-Əyyaşi", c. 1, səh. 70.

[3] Bax: "ət-Təmhid", c. 1, səh. 243.

[4] "Əl-Bürhan", c. 2, səh. 156.

[5] Bax: "Lübab ən-nüqul", c. 1, səh. 11. 

[6] "Nəhl", 126-128.

[7] Bax: "Lübab ən-nüqul", c. 1, səh. 213.

[8] Bax: "ət-Təmhid", c. 1, səh. 247-253.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 

Surələrin nazilolma ardıcıllığı ilə bağlı əlimizdə çoxlu sayda rəvayətlər mövcuddur ki, elm adamları tərəfindən etimad göstərilmiş, qəbul olunmuşdur. Bu rəvayətlər əsasən İbn Abbasdan nəql olunmuşdur. Buna misal olaraq, İbn Vazih Yəqubi (vəfat-292) kimi şöhrət qazanmış Əhməd ibn Əbu Yəqub Katibin öz tarix əsərində Məhəmməd ibn Saib Kəlbi və Əbu Saleh vasitəsi ilə İbn Abbasdan nəql etdiyi və ya İbn Nədim (vəfat-385) kimi şöhrət qazanmış Məhəmməd ibn İshaq Vərraqın "əl-Fihrist" əsərində nəql etdiyi rəvayəti göstərmək olar.

Bundan başqa, təfsir müəllifi Əllamə Təbərsi öz şeyxi (hədis nəql etdiyi ustadı) Əbu Məhəmməd ibn Nizar Hüseynidən, o da beşinci əsr əllaməsi, böyük hafiz "Şəvahid ət-tənzil" kitabının müəllifi Hakim Həskani kimi şöhrət qazanmış Übeydullah ibn Abdullah ibn Əhməddən, o da İbn Abbasdan "eniş ardıcıllığı" hədisini nəql etmişdir. Həmçinin ustad Əhməd Zahidin "əl-İzah" kitabından da bir rəvayət nəql etmişdir. Quran məsələləri üzrə ilk tədqiqatçı Bədr əd-Din Zərkeşi (vəfat-794) 773-cü ildə qələmə aldığı "əl-Bürhan fi ülum əl-Quran" kitabında "eniş ardıcıllığı" rəvayətlərinə geniş yer vermiş və demişdir: "Bu, Quranın nazilolma (ardıcıllığıdır) və etibarlı (rəvayətçilərdən nəql olunan) rəvayətlər də bunu təsdiq edir". Dövrünün əllaməsi Cəlal əd-Din Süyuti (vəfat-911) məşhur "əl-İtqan" əsərində bu rəvayətləri bir yerə toplamışdır. O, Əbu əl-Həsən ibn Həssardan məsələ ilə bağlı bir şeir də nəql etmişdir ki, onun "ən-Nasix vəl-mənsux" kitabında öz əksini tapmışdır. Süyuti "eniş ardıcıllığı" hədisini Cabir ibn Zeyddən də nəql etmişdir ki, İbn Abbasın rəvayətinin təkmilləşdiricisi hesab olunur.

Əllamə Təbərsi və digər böyük mütəxəssisləri xatırladırlar ki, surələrin ardıcıllığının qurulması hər bir surənin başlanğıcına nəzərən riayət olunmalıdır. Əgər bir surə bir neçə ayəyədək nazil olsa, sonra başqa bir surənin enişi başlansa, o surə bitdikdən, hətta bir neçə digər surə bitdikdən sonra ilk surənin qalan ayələri nazil olsa, ardıcıllıq hər bir surənin enişinin başlanğıcı ilə əsas götürüləcək. Misal üçün, "Ələq" surəsinin ilk beş ayəsi besətin əvvəlində, digər ayələri isə illər sonra nazil olmuşdur. Habelə "Müzzəmmil", "Müddəssir" və digər surələrin də enişi bu şəkildə olmuşdur. Bu səbəbdən "Ələq" surəsi ilk nazil olunmuş surə hesab olunur.

Surələrin ardıcıllığı İbn Abbasın rəvayətlərinə və onu təkmilləşdirən Cabir ibn Zeydin çoxsaylı etibarlı nüsxələrin üzündən təshihlə götürülmüş rəvayətinə uyğun olaraq aşağıdakı şəkildədir:

 

Məkkə surələri (86 surədir)

 

Nazilolma ardıcıllığı

Mövcud ardıcıllıq

 

 

Surənin adı

Nazilolma ardıcıllığı

Mövcud ardıcıllıq

 

 

Surənin adı

Nazilolma ardıcıllığı

Mövcud ardıcıllıq

 

 

Surənin adı

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

 

97

68

73

74

1

111

81

87

92

89

93

94

103

100

108

102

107

109

105

113

114

112

53

80

97

91

85

95

106

“Ələq”

“Qələm”

“Muzzəmmil”

“Muddəssir”

“Fatihə”*

“Məsəd”

“Təkvir”

“Əla”

“Leyl”

“Fəcr”

“Zuha”

“Şərh”

“Əsr”

“Adiyat”

“Kovsər”

“Təkasur”

“Maun”

“Kafirun”

“Fil”

“Fələq”

“Nas”

“İxlas”

“Nəcm”

“Əbəsəs”

“Qədr”

“Şəms”

“Buruc”

“Tin”

“Qureyş”

 

30

31

32

33

34

35

36

37

38

39

40

41

42

43

44

45

46

47

48

49

50

51

52

53

54

55

56

57

58

 

101

75

104

77

50

90

86

54

38

7

72

36

25

35

19

20

56

26

27

28

17

10

11

12

15

6

37

31

34

“Qariə”

“Qiyamət”

“Huməzə”

“Mursəlat”

“Qaf”

“Bələd”

“Tariq”

“Qəmər”

“Sad”

“Əraf”

“Cin”

“Yasin”

“Furqan”

“Fatir”

“Məryəm”

“Taha”

“Vaqiə”

“Şuəra”

“Nəml”

“Qəsəs”

“İsra”

“Yunus”

“Hud”

“Yusuf”

“Hicr”

“Ənam”

“Saffat”

“Loqman”

“Səbə”

 

59

60

61

62

63

64

65

66

67

68

69

70

71

72

73

74

75

76

77

78

79

80

81

82

83

84

85

86

 

39

40

41

42

43

44

45

46

51

88

18

16

71

14

21

23

32

52

67

69

70

78

79

82

84

30

29

83

“Zumər”

“Ğafir”

“Fussilət”

“Şura”

“Zuxruf”

“Duxan”

“Casiyə”

“Əhqaf”

“Zariyat”

“Ğaşiyə”

“Kəhf”

“Nəhl”

“Nuh”

“İbrahim”

“Ənbiya”

“Muminun”

“Səcdə”

“Tur”

“Mulk”

“Haqqə”

“Məaric”

“Nəbə”

“Naziat”

“İnfitar”

“İnşiqaq”

“Rum”

“Ənkəbut”

“Mutəffifin”

 

 

*  Süyutinin nəqlində İbn Abbasın rəvayətində mövcud "Fatihə" surəsi deyil. Buna görə də onu Cabir ibn Zeyd və eləcə də "Tarixi-Yəqubi"də mövcud mətnə uyğun olaraq təshih etdik7.

 

Mədinə surələri (28 surədir)

 

 

Nazilolma ardıcıllığı

Mövcud ardıcıllıq

 

 

Surənin adı

Nazilolma ardıcıllığı

Mövcud ardıcıllıq

 

 

Surənin adı

Nazilolma ardıcıllığı

Mövcud ardıcıllıq

 

 

Surənin adı

87

88

89

90

91

92

93

94

95

96

 

 

“Bəqərə”

“Ənfal”

“Ali-İmran”

“Əhzab”

“Mumtəhinə”

“Nisa”

“Zilzal”

“Hədid”

“Məhəmməd”

“Rəd”

 

97

98

99

100

101

102

103

104

105

 

 

 

“Rəhman”

“İnsan”

“Talaq”

“Bəyyinə”

“Həşr”

“Nəsr”

“Nur”

“Həcc”

“Munafiqun”

106

107

108

109

110

111

112

113

114

 

 

“Mucadələ”

“Hucurat”

“Təhrim”

“Cumuə”

“Təğabun”

“Saff”*

“Fəth”

“Maidə”*

“Təvbə”

 

 

* Zərkeşi "Saff" surəsini "Maidə" surəsindən öncə yerləşdirmiş, "Maidə" surəsini son surə hesab etmişdir.

 

1  "Tarixi-Yəqubi", c. 2, səh. 26-35.

2  İbn Nədim, "əl-Fihrist", səh. 43-47.

3 "Təfsiri-Təbəri", c. 10, səh. 405-406.

4 "Əl-Bürhan", c. 1, səh. 193.

5 Cabir ibn Zeyd məşhur Bəsrə fəqihlərindən, böyük tabeilərdəndir. İbn Abbas və Əkrəmədən rəvayət nəql etmişdir. Onun vəfatı 103-cü ilə təsadüf etmişdir. Onun vəfat günü Qətadə dedi: "Bu gün İraq əhlinin ən bilicisi vəfat etdi".

6   Bax: "Təfsiri-Təbəri", c. 10, səh. 405. Ustad Əhməd Zahidinin "əl-İzah" əsərindən sitat gətirilmişdir.

7  "Əl-İtqan", c. 1, səh. 25; "Tarixi-Yəqubi", c. 2, səh. 26.

 




Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
Bəzi keçmiş alimlərin əsərlərində deyilir ki, bəzi surələrdə bütöv surənin əksinə olan ayələr var. Yəni əgər surə Məkkə surəsidirsə, onun bəzi ayələri Mədinə ayələridir. Yaxud əgər surə Mədinə surəsidirsə, bəzi ayələri Məkkədə nazil olmuşdur. Lakin bizim tədqiqatlarımız bu fikrin əksini göstərir. Məkkə surələri tam olaraq Məkkə surəsi, Mədinə surələri də tam olaraq Mədinə surələridir8.

Burada qısaca bir neçə nümunəni diqqətinizə çatdırırıq:

 

Birinci nümunə:

“Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”.

 İddiaya görə "Maidə" surəsinin 3-cü ayəsi Peyğəmbərə (s) Ərəfatda nazil olmuşdur9. Lakin bu ehtimal Məkkə və Mədinə surələrini ayıran cəhətin məkan meyarı olmasına əsaslanır. Yəni hicrətdən sonra belə Məkkədə nazil olan surələr Məkkə surələridir dediyimiz zaman bu fikri doğru hesab etmək olar. Halbuki burada meyar hicrət zamanıdır. Məkkə və Mədinə surələri hicrətdən öncə, hicrətdən sonra nazil olan ayələrin təsnifidir.

 

İkinci nümunə:

“Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi”.

İddiaya görə "Tovbə" surəsinin 113-114-cü ayələri Məkkədə ƏbuTalibin vəfatı zamanı nazil olmuşdur. Halbuki Peyğəmbər (s) ona bağışlanması üçün dua edəcəyini vəd etmişdi.[1]

Təbərsi öz təfsir əsərində qeyd edir ki, Məkkənin fəthindən sonra bir qrup müsəlman Peyğəmbərdən (s) müşrik ata-babalarının bağışlanmasını diləmələri üçün icazə istədilər. O zaman bu ayə nazil oldu və bu işi açıqca yasaq etdi.[2]

 

Üçüncü nümunə:

“Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir! Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız. (Ya Peyğəmbər!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin”.

İddiaya görə "Yusuf" surəsinin ilk üç ayəsi Mədinə ayələridir. Cəlal əd-Din Süyuti bu nəzəriyyənin əsassız olduğunu bildirir. Lakin qəribə burasıdır ki, Əbu Əbdullah Zəncani onu qəbul etmişdir.[3]

Bu bir neçə ayənin Mədinə ayələri olduğunu əsaslandırarkən deyirlər: Məkkə kafirləri yəhudilərdən Mədinədə Peyğəmbərdən (s) həzrət Yusif (ə) haqqında soruşmalarını istədikdə bu üç ayə nazil oldu.

Əhvalat öncə tam olaraq Məkkədə nazil olduğu bir halda onun müqəddiməsinin Mədinədə nazil olmasının nə mənası var? Ola bilər ki, bunun tam əksi baş vermiş olsun. Yəni yəhudilər Məkkə kafir və müşriklərindən Yusifin (ə) əhvalatı haqqında soruşmalarını istəmişlər. Onlar soruşmuşlar və bu surə nazil olmuşdur.



8  Bax: "ət-Təmhid", c. 1, səh. 169-237.

9  "Tarixi-Quran", səh. 27.

[1]  "Səhihi-Buxari", c. 2, səh. 119; c. 6, səh. 87.

[2]  "Təfsiri-Təbəri", c. 5, səh. 76.

[3]  Bax: "əl-İtqan", c. 1, səh. 15; "Tarix əl-Quran", səh. 28.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

 Məkkə və Mədinə surələrinin eniş ardıcıllığı ilə bağlı qeyd olunanlar İbn Abbasın rəvayətinə uyğun olaraq verilmişdir. Sözügedən rəvayəti Zərkeşi və Təbrəsi nəql etmişlər və Cabir ibn Zeydin rəvayəti ilə təkmil və təshih olunmuşdur. Buna baxmayaraq, otuz surədən çoxunun Məkkə və ya Mədinə surəsi olması ilə bağlı mübahisəli fikirlər mövcuddur. Aşağıda mübahisəli surələri diqqətinizə çatdırırıq:

            1.   "Fatihə" surəsi. Mücahid bu surəni Mədinə surəsi hesab edir. Halbuki Məkkədə nazil olmuş "Hicr" surəsinin 87-ci ayəsində oxuyuruq: (Ya Peyğəmbər!) Biz sənə təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik”. Qurandan yeddi ayə "Həmd" surəsinə işarədir. İmam Əli (ə) buyurmuşdur: “"Həmd" surəsi Məkkədə, ərşin altındakı bir xəzinədən nazil olmuşdur”. Hüseyn ibn Fəzl1 deyir: "Bu, Mücahidin bulaşdığı çox böyük bir yanlışdır. Çünki alimlərin yekdilliklə qəbul etdiklərinin əleyhinə çıxmışdır"2.

            2.       "Nisa" surəsi. Əbu Ümeyr İsa ibn Məhəmməd Nuhhas (vəfat-256)3 bu surəni 58-ci ayəsinə[1] əsaslanaraq Məkkə surəsi hesab edir. Çünki bu surə Məkkədə, fəth ilində nazil olmuşdur. Bu versiya doğru deyil. Çünki birincisi, bir ayə bütöv bir surə üçün meyar ola bilməz. İkincisi hicrətdən sonra nazil olması Mədinə surəsi olmasının göstəricisidir.

            3.       "Yunus" surəsi. Bəziləri İbn Abbasa görə bu surənin Mədinədə nazil olunduğunu bildirmişlər. Halbuki ondan nəql olunan çoxsaylı rəvayətlər bunun əksini sübut edir.

            4.       "Rəd" surəsi. Qədim alimlərdən Məhəmməd ibn Saib Kəlbi, müasirlərdən isə Seyid Qütb onu Məkkə surəsi hesab etmişdir. Çünki surənin məzmunu və ifadələrinin sərtliyi Məkkə surələrinə xas şəkildədir. Lakin eniş ardıcıllığı ilə bağlı rəvayətlər yekdilliklə onun Mədinə surəsi olduğunu göstərir. Bundan başqa sərt ifadə tərzinə digər bir çox Mədinə surələrində də (misal üçün, "Bəqərə" surəsi) rast gəlirik.

            5.       "Həcc" surəsi. Əbu Məhəmməd Məkki ibn Əbu Talib bu surəni Məkkə surəsi hesab etmiş, buna dəlil olaraq, "Qəraniq əfsanəsi"nə cavab kimi nazil olan 52-ci ayəni göstərmişdir. Bu fikir iki səbəbə görə düzgün deyil. Birincisi, "Qəraniq əfsanəsi" uydurma hadisələrdəndir. İkincisi, surənin məzmunu Məkkə surələrinə uyğun deyil.

            6.       "Furqan" surəsi. Bu surəni yalnız Zəhhak "eniş ardıcıllığı" hədislərinin və təfsirçilərin yekdil rəyinin əksinə olaraq, Mədinə surəsi hesab etmişdir.

            7.       "Yasin" surəsi. Bəziləri bu surəni Mədinə surəsi hesab etmişlər. Lakin bu versiyanın kimə aid olduğu bəlli olmamış və aydın dəlil də göstərilməmişdir.

            8.       "Sad" surəsi. Nadir və kimin tərəfindən irəli sürüldüyü bəlli olmayan bir versiyaya görə bu surə Mədinə surəsi hesab olunmuşdur.

            9.       "Muhəmməd" surəsi. Bəziləri yekdil fikir mövcud olmasına baxmayaraq, ona qarşı çıxmış və bu surəni Məkkə surəsi hesab etmişlər.

          10.     "Hucurat" surəsi. Bəziləri yekdil fikrin əksinə olaraq, bu surəni Məkkə surəsi hesab etmişlər.

          11.     "Rəhman" surəsi. Seyid Qütb bu surənin ifadə tərzini və ahəngdarlığını əsas götürərək, Cəlal əd-Din Süyuti isə biri "Müstədrəki-Hakim", digəri isə "Müsnədi-Əhməd"də yer alan iki rəvayətə əsaslanaraq, Məkkə surəsi hesab etmişdir. Bu nəzəriyyə bir neçə səbəbdən yanlışdır. Birinicisi, ifadə tərzi və ahəngdarlığı bu və ya digər surənin Mədinə və ya Məkkə surəsi olmasını sübut etmək üçün yetərli dəlil deyil. İkincisi, Hakimin rəvayəti surənin Məkkə surəsi olmasını aydın şəkildə bildirmir. "Müsnədi-Əhməd"in rəvayəti isə sənəd baxımından zəifdir1. Üçüncüsü nazilolma ardıcıllığını göstərən rəvayətlər yekdilliklə bu surəni Mədinə surəsi hesab etmişlər.

          12.     "Hədid" surəsi. Bəziləri bu surəni Məkkə surəsi hesab etmişlər. Çünki Ömər onu bacısının evindən tapdığı yazıdan oxumaqla İslamı qəbul etdi2. Bu fikirdə fərqli nəqllər olduğundan mübahisə doğurur. Çünki bəzi rəvayətlərə görə "Taha" surəsi, bəzilərinə görə isə "Haqqə" surəsi (əksər təfsirçilər bu versiyanı qəbul etmişlər)3 Ömərin İslama gəlişinə səbəb olmuşdur.

          13.     "Saff" surəsi. İbn Həzm bu surəni məşhur versiyaya, eləcə də eniş ardıcıllığı ilə bağlı rəvayətlərə zidd olaraq Məkkə surəsi hesab etmişdir.

          14.     "Cumuə" surəsi. Təfsirçilərin yekdil rəyinin və eləcə də eniş ardıcıllığını göstərən rəvayətlərin əksinə olan və kim tərəfindən irəli sürüldüyü bilinməyən bir nəzəriyyəyə görə bu surə Məkkə surəsi hesab edilmişdir.

          15.     "Təğabun" surəsi. İbn Abbasa aid edilən bir versiyaya görə bu surə Məkkə surəsi hesab olunmuşdur. Əlbəttə, bu fikir İbn Abbasdan nəql olunan rəvayətlərə ziddir.

          16.     "Mülk" surəsi. Bəziləri bu surəni Mədinə surəsi hesab etmişlər. Lakin bu alimlərin yekdil rəyinə ziddir.

          17.     "İnsan" surəsi. Abdullah ibn Zübeyr və Əhli-beytin (ə) fəzilətlərini danan bir çoxları bu surəni Məkkə surəsi hesab etmişlər ki, Əhli-beytin (ə) miskinə, yetimə yemək verməsi hadisəsini inkar etsinlər. Seyid Qütb də ayədəki ümumi vəziyyəti nəzərə alaraq onu Məkkə surəsi hesab etmişdir. Lakin Hakim Həskani deyir: "Bəzi nasibilər Əhli-beytin (ə) fəzilətini inkar etmək üçün demişlər: "Təfsirçilərin yekdil rəyinə görə, bu surə Məkkə surəsidir". Bunu necə iddia edə bilərlər? Bir halda ki, əksər alimlər onu Mədinə surəsi hesab edirlər4. Əllamə Təbərsi sözügedən surənin Mədinə surəsi olmasını dəqiq tədqiq etmişdır5. Başlıca dəlil sələflərin rəvayətidir. Onlar hamısı yekdilliklə bu surənin Mədinə surəsi olduğunu təsdiqləyirlər.

          18.     "Mutəffifin" surəsi. Yəqubi deyir: "Bu surə Mədinədə nazil olan ilk surədir. Bəziləri onun Məkkə və Mədinə yolu arasında nazil olduğunu bildirmişlər. Lakin nazil olma ardıcıllığını göstərən rəvayətlər yekdilliklə onu son Məkkə surəsi hesab edirlər.

          19.     "Əla" surəsi. Bəziləri bu surənin Mədinədə nazil olması fikrini irəli sürmüşlər. Buna sübut olaraq, bayram namazı ilə əlaqədar nazil olan 14 və 15-ci ayələrini göstərmişlər: (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!” Lakin ayə geniş mənadadır və bu, bəzi rəvayətlərin onu bayram namazına tətbiq etməsi ilə ziddiyyət təşkil etmir.

          20.     "Leyl" surəsi. Bəziləri bu surəni nazilolma səbəbi ilə bağlı rəvayətlərə əsaslanaraq Mədinə surəsi hesab etmişlər6.

          21.     "Qədr" surəsi. Bəziləri bu surəni Mədinə surəsi hesab etmişlər. Çünki onun nazilolma səbəbində deyilir: "Peyğəmbər (s) yuxuda minbərinin üzərinə meymunların çıxdığını gördü1. Halbuki Peyğəmbərin (s) Məkkədə minbəri yox idi.

Bu istinad olduqca əsassızdır. Çünki yuxuda minbər görməyin zəruri şərti minbəri olmaq deyil.

          22.     "Bəyyinə" surəsi. Məkki ibn Əbu Talib bu surəni Məkkə surəsi hesab etmişdir2. Halbuki nazilolma ardıcıllığını göstərən rəvayətlər yekdilliklə onun Mədinədə nazil olduğunu təsdiq edir.

          23.     "Zilzal" surəsi. Bəziləri bu surəni onun sərt ifadəsi səbəbi ilə Məkkə surəsi hesab etmişlər. Lakin eniş ardıcıllığı ilə bağlı rəvayətlər bunun əksini göstərir.

          24.     "Adiyat" surəsi. Qətadə bu surəni Mədinə surəsi hesab etmişdir. Onun sübutu etimad olunmayan zəif rəvayətdir3.

          25.     "Təkasur" surəsi. Cəlal əd-Din Süyuti bu surəni nazilolma səbəbini əsas götürərək (yəhudilər haqqında nazil olmuşdur) Mədinə surəsi hesab etmişdir4. Lakin nə surənin məzmunu, nə də nəql olunan rəvayətlər onun yəhudilərə məxsus olduğunu göstərmir.

          26.     "Maun" surəsi. Zəhhak onu Mədinə surəsi hesab etmişdir. Lakin eniş ardıcıllığı ilə bağlı rəvayətlər bunun əksini göstərir.

          27.     "Kovsər" surəsi. Bəziləri deyirlər: "Bu surə Peyğəmbərə (s) Mədinədə yuxuda nazil olmuşdur"5. Bu doğru deyil. Çünki heç bir surə və ya ayə Peyğəmbərə (s) yuxuda nazil olmamışdır. Yalnız bu ola bilər ki, öncədən nazil olmuş surə və ya ayəni yuxuda onun üçün təkrar etsinlər.

          28.     "İxlas" surəsi. Süyuti bu surənin Mədinə surəsi olması fikrinə üstünlük vermişdir6. Lakin onun istinad etdiyi rəvayət sübuta yetirilməmişdir.

          29.     30. "Muəvvəzətəyn" ("Fələq" və "Nas" surələri). Yəqubi bu iki surəni Mədinədə nazil olan son surələr hesab etmişdir7. Lakin bir çox rəvayətlər bunun əksini sübut edir.

 

 



1 Hüseyn ibn Fəzl əllamə, təfsirçi, öz zamanında hamının öndəri olmuşdur. Nişapurda İbn Tahirin 217-ci ildə onun üçün aldığı evdə fiqh və Quran tədris edir və xalqa fitva verirdi. O, 282-ci ildə 104 yaşında vəfat etdi və məzarı ziyarətgaha çevrildi.

2   "Əl-İtqan", c. 1, səh. 130.

3   Əbu Ümeyr İsa ibn Məhəmməd Nuhhas (vəfat-256) böyük alim və hədisşünas olmuşdur.

[1] Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir”.

1  "Əl-İtqan", c. 1, səh. 33.

2  Əndəlusi, İbn Həzm, "ən-Nasix vəl-mənsux fi əl-Quran", c. 2, səh. 197.

3  Bax: "Sirə İbn Hişam", c. 1, səh. 370; "Usd əl-ğabə", c. 4, səh. 54, "əs-Səhabə", c. 2, səh. 519; "Təfsiri-Təbərsi", c. 9, səh. 277; "Əsbab ən-nüzul", c. 2, səh. 94.

4  "Şəvahid ət-tənzil", səh. 310-315.

5  "Təfsiri-Təbərsi", c. 10, səh. 405.

6  Bax: "əd-Dürr əl-mənsur", c. 6, səh. 357; "Təfsiri-Təbəri", c. 10, səh. 501.

1  "Əl-Müstədrək", c. 3, səh. 171.

2  Əbu Məhəmməd Məkki ibn Əbu Talib, "əl-Kəşf ən vücuh əl-qiraat əs-səb", c. 2, səh. 501.

3  Bax: "əd-Dürr əl-mənsur", c. 6, səh. 383; "Təfsiri-Təbərsi", c. 10, səh. 527; "Təfsiri-Təbəri", c. 30, səh. 177.

4  "Əl-İtqan", c. 1, səh. 14.

5  "Təfsiri-Təbərsi", c. 10, səh. 548.

6  Bax: Süyuti, Cəlal əd-Din, "Lübab ən-nüzul", c. 2, səh. 147; "əl-İtqan", c. 1, səh. 14.

7  "Tarixi-Yəqubi", c. 2, səh. 35.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Əmir əl-Möminin Əlinin (ə) topladığı müshəfin digər müshəflərdə olmayan xüsusiyyətləri var idi. Birincisi, bu müshəfdə ayə və surələrin nazil olduğu kimi dəqiq ardıcıllığına riayət olunmuş, Məkkə surələri, Mədinə surələrindən öncə verilmişdir. Burada ayələrin enişinin tarixi axarı və mərhələləri tam olaraq məlum idi. Beləcə şəriət hökmlərinin xronologiyası, xüsusilə Quranda nasix və mənsux məsələsi tam başa düşülürdü.

İkincisi, burada ayələrin oxu variant (qiraəti) ən orijinal variant, Peyğəmbər (s) qiraəti əsasında verilmişdi. Buna görə də ayələrin məzmununu başa düşmək, düzgün təfsir əldə etmək yolu açıq idi. Bu məsələ çox böyük əhəmiyyətə malik idi. Çünki bir çox hallarda qiraət ixtilafı təfsirçilərin yanılmasına gətirib çıxarır ki, bu müshəfdə bu növ yanılma amilləri yox idi.

Üçüncüsü, bu müshəf tənziltəvili əks etdirirdi. Yəni müshəfin haşiyəsində ayə və surələrin nazil olmasına səbəb olan hadisələr haqqında məlumat verilirdi. Bu çıxarışlar Quranın mənalarını başa düşmək, bir çox anlaşılmazlıqların aradan qalxması üçün ən yaxşı yol idi. Haşiyələrdə nazilolma səbəblərindən başqa təvillər də verilmişdi. Bu təvillər ayələrdən ümumi və əhatəli çıxarışlar idi və ayələrin anlaşılmasına çox böyük göstərirdi. Həzrət Əli (ə) özü buyurur: "Sizə elə bir kitab gəlmişdir ki, həm tənzili, həm də təvili əhatə edir".[1] Həmçinin buyurur:  "Peyğəmbərə (s) elə bir ayə nazil olmadı ki, mənə oxumasın, mən onu öz xəttimlə yazmayım və hər ayənin təfsirini, təvilini, nasixini, mənsuxunu, möhkəmini, mütəşabihini mənə öyrətməsin. O, (s) mənim üçün dua etdi ki, Allah onu (Quranı) başa düşməyi, yadda saxlamağı mənə inayət etsin. O gündən bu günədək heç bir ayəni unutmamışam, mənə öyrətdiyi, yazdığım heç bir biliyi əldən verməmişəm".[2] Demək, əgər Peyğəmbərdən (s) sonra ayələrin dəqiq izahını, təfsir və anlamını əks etdirən bu müshəf müsbət qarşılansaydı, bu gün bir çox Quranın anlaşılması problemləri aradan qalxmış olardı.

 

İMAM ƏLİ (Ə) MÜSHƏFİNİN AQİBƏTİ

 

Əmr əl-Möminin Əlinin (ə) xüsusi səhabələrindən olan Süleym ibn Qeys Hilali (vəfat-90) Salman Farsidən nəql edir: "Əli (ə) xalqın ona qarşı sevgisizliyini hiss etdi. Evdə oturdu və Quranı tam toplamayınca evdən qırağa çıxmadı. Həzrət (ə) Quranı toplamazdan öncə o, kağız parçaları, nazik taxtalar və vərəqələr üzərində dağınıq şəkildə yazılmışdı". Yəqubinin rəvayətinə görə həzrət (ə) işi bitirdikdən sonra onu dəvəyə yükləyib məscidə gətirdi. Camaat Əbu Bəkrin başına toplaşmışdı. O, camaata dedi: "Peyğəmbərin (s) vəfatından indiyədək Quranı toplamaqla məşğul idim. Onu bu parça üzərində toplamışam. Peyğəmbərə (s) nazil olunanların hamısını toplamışam. Elə bir ayə yoxdur ki, Peyğəmbər (s) onu mənə oxumasın, təfsir və təvilini öyrətməsin. Məbada sabah deyəsiniz ki, ondan xəbərimiz olmayıb". Bu zaman qəbilə başçılarından biri ayağa durub, Əlinin (ə) yazılarına baxıb dedi: "Gətirdiklərinə ehtiyac yoxdur. Bizdə olan bizə kifayətdir". Əli (ə) dedi: "Artıq, heç bir zaman onu görməyəcəksiniz". Sonra öz evinə daxil oldu və bundan sonra kimsə onu (müshəfi) görmədi.1

Osman dönəmində səhabələrin və tərəfdarlarının müshəfləri arasında ciddi ixtilaf baş verdi. Təlhə ibn Zübeyr Əmir əl-Mömininə (ə) dedi: "Yadındadı, bir gün müshəfini camaata verdin, qəbul etmədilər? Bu gün onu gətirsən nə olar? Bəlkə ixtilaf aradan qalxar". Həzrət (ə) cavabdan yayındı. Təlhə öz sualını təkrar etdi. Həzrət (ə) buyurdu: "Bilərəkdən cavabdan yayındım. Bu gün camaatın əlindəki Quran bütöv Qurandırmı? Yoxsa Qurandan başqa bir mətn də daxil edilmişdir? Təlhə dedi: "Əlbəttə ki, bütöv Qurandır". Həzrət (ə) buyurdu: "İndi ki, belədir, onu əsas götürsəniz, ona əməl etsəniz nicat tapacaqsınız". Təlhə dedi: "Əgər belədirsə, demək, (hazırki Quran) bizə kifayətdir?" Və artıq bir şey demədi.2 Həzrət (ə) bu cavabla vəhdəti qorumaqdan əlavə Quranın mətinliyini, səbatını qorumağa çalışdı.



[1] Bəlaği, Məhəmməd Cavad, "Ali ər-Rəhman", c. 1, səh. 257.

[2] "Təfsiri-Bürhan", c. 1, səh. 16, say: 257.

1  "Əs-Səqifə", səh. 82.

2  Yenə orada, səh. 124.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Quranşünaslıqda ən mühüm yer tutan məsələlərdən biri də Məkkə və Mədinə surələrinin müəyyənləşdirilməsidir. Onları müəyyənləşdirmək aşağıdakı dəlillərə görə zəruridir:

1.    Ayə və surələrin tarixi axarını, xüsusilə onların arasındakı silsiləvarilik, tədriclə nazilolma Məkkə və Mədinə surələrini müəyyən etmək yolu ilə müyəssər olur və mühüm mədəni məqsədlərdəndir. İnsan daim hər bir tarixi hadisəni araşdırmaq, hansı zamanda, harada baş verdiyini, onu törədən səbəbləri bilmək marağındadır. Tarix elmi bu minvalla meydana gəlmişdir. Bu baxımdan Məkkədə nazil olan ayə və surələri tanımaq, onları Mədinədə nazil olanlardan ayırmaq böyük əhəmiyyət daşıyır.

2.    Fiqhi istinadlarda, şəriət hökmlərinin əsaslandırılmasında ayənin məzmununun başa düşülməsi böyük rol oynayır. Çox ola bilsin ki, bu və ya digər ayə ilkin zahiri məna etibarı ilə şəriət hökmünə aiddir. Lakin Məkkədə nazil olduğundan və nazil olduğu zaman həmin hökmün hələ çıxarılmadığından, ya ayəni təvil etmək, ya da başqa şəkildə izah etmək lazım gəlir. Misal üçün, şəriət hökmlərinin kafirlərə (bir dini vəzifə olaraq) aid olub-olmaması fəqihlər arasında mübahisə doğuran məsələlərdəndir. Əksər fəqihlər kafir olduqları halda şəriət hökmlərinin onlara aid olmadığı qənaətindədirlər. Məsələ ilə bağlı çoxlu sayda hədislər mövcuddur. Lakin qarşı tərəf (şəriət hökmlərinin kafirlərə də vacib olduğu fikrinin üzərində dayananlar) "Fussilət" surəsinin yeddinci ayəsini[1] əsas götürürlər. Ayə müşrikləri zəkat əmrinə uymadıqları üçün pisləyir. Lakin unudurlar ki, "Fussilət" surəsi Məkkədə nazil olmuş, zəkat əmri isə Mədinədə verilmişdir. Yəni sözügedən ayə nazil olunduqda zəkat, hətta müsəlmanlara belə vacib deyildi. Elə isə necə olur ki, müşrikləri məzəmmət edir? Bu ayənin iki təvili var:

Birincisi, burada zəkatdan məqsəd sədəqədir. Hansı ki, müşriklər ondan məhrumdurlar.

İkincisi, məqsəd sədəqə verməkdən məhrum olmalarıdır. Onların kafir olmaları buna mane olur. Əgər iman gətirsəydilər bu feyzdən məhrum olmazdılar. Çünki sədəqənin düzgünlüyünün şərti Allaha yaxınlaşmaq məqsədi (qəsdi-qürbət) ilə verilməsidir. Lakin kafirlər bundan məhrumdurlar1.

3.    Sxolastik istinadlarda əsas götürülən ayələr, xüsusilə Əhli-beytin (ə) fəziləti ilə bağlı ayələr daha çox Mədinədə nazil olan ayələrdir. Çünki bu məsələlər Mədinədə meydana gəlmişdir. Bəziləri həmin ayələri Məkkə ayələri hesab etmişlər. Təbii ki, bu halda onlara əsaslanmaq olmaz. Buna görə də Məkkə və Mədinə surə və ayələrini dəqiq müəyyən etmək sxolastikanın imamət məsələsində olduqca zəruri addımdır. Misal üçün, bəziləri "Dəhr" surəsini bütünlüklə Məkkə surəsi hesab etmiş, bəziləri 24-cü ayədən[2] başqa hamısının Mədinədə nazil olduğunu bildirmiş, digərləri isə surənin əvvəlindən 22-ci ayəyə qədərini Mədinə, qalanını isə Məkkə ayələri hesab etmişlər. Bu surə ilə bağlı mübahisələr çoxdur. Amma biz onu tamamilə Mədinə surəsi hesab edirik.

 “Onlar elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır”.2

Yuxarıdakı ayələrin nazilolma səbəbi ilə bağlı deyirlər: İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstə idi. Peyğəmbər (s) və bir qrup ərəb ağsaqqalları onlara baş çəkməyə gəldilər. Onlar İmam Əliyə (ə) təklif etdilər: "Əgər övladlarının şəfa tapması üçün nəzir etsən, Allah tezliklə şəfa mərhəmət qılacaq". Həzrət (ə) bu təklifi qəbul edib, övladlarının sağalacağı təqdirdə üç gün oruc tutacağını nəzir etdi. Həsən (ə) və Hüseyn (ə) şəfa tapdıqda İmam (ə) nəzrini həyata keçirməyi qət etdi. İftar üçün çörək hazırladı. İlk gün iftar zamanı qapıya bir miskin gəldi və kömək dilədi. Həzrət (ə) tədarük gördüyü cörəkləri ona verdi. İkinci gün (iftar zamanı) qapıya bir yetim gəldi və o gün üçün tədarük görülmüş çörəyi alıb getdi. Üçüncü gün bir əsir gəldi və cörək ona verildi.

Həzrət (ə) bu üç gün ərzində özü bir az quru çörək, azca da su ilə iftar etdi. Təbərsi bu sahədə əhli-sünnə və Əhli-beyt (ə) yolu ilə nəql olunan çoxsaylı rəvayətləri toplamış və təqribən onları təfsirçilər tərəfindən yekdilliklə qəbul edildiyini bildirmiş, sonra isə bütöv surənin Mədinədə nazil olduğunu, nazilolma ardıcıllığını göstərən mötəbər sənədli rəvayətləri (hansı ki, bu rəvayətlərdə "Dəhr" surəsi Mədinə surələri cərgəsinə aid edilmişdir) qeyd etmişdir1. Bu fəzilətin Əhli-beytə (ə) məxsus olduğunu qəbul edə bilməyən Abdullah ibn Zübeyr kimilər isə məlum surəni tam olaraq Məkkə surəsi kimi qələmə verirlər2. Lakin unudurlar ki, Məkkədə əsir olmamışdır. Tabeilərdən olan Mücahid və Qətadə bildirirlər ki, "Dəhr" surəsi tamamilə Mədinədə nazil olmuşdur. Başqaları isə surənin bəzi ayələrini Məkkə, bəzi ayələrini isə Mədinə ayələri hesab etmişlər. Müasir alimlərdən Seyid Qütb konteksti nəzərə alaraq surənin Məkkədə nazil olduğu qənaətinə gəlmişdir3.

4.   Quranla bağlı bir çox problemlər öz həllini yalnız surə və ya ayələrin Məkkə, yaxud Mədinədə nazil olduğunu müəyyən etməklə tapır. Misal üçün, Quranın Quranla nəsx olunması (qüvvədən düşməsi) məsələsində bir çoxları ifrat yolunu tutmuş, iki yüz iyirmi ayənin nəsx olunduğu (qüvvədən düşdüyü) iddiası ilə çıxış etmişlər. Bir halda ki, belə böyük bir rəqəm həqiqətə uyğun ola bilməz. Digər bir qrup isə əks mövqedən çıxış etmiş, ümumiyyətlə Quranı nəsx olunmaz hesab etmiş, xüsusilə Quranın Quranı qüvvədən salmasını mahal adlandırmışlar. Çünki nəsxin gerçəkləşməsinin şərti iki ayə arasındakı ziddiyyətdir. Bu növ ziddiyyət ziddiyyəti rədd edən digər ayə ilə səsləşmir4. Ayədə deyilir: “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” 5. Üçüncü tərəf isə daha mötədil yol tutmuş, nəsxin mövcudluğunu qəbul etmiş, nəsx olunmuş ayələrin sayı baxımından mötədil davranmışlar. İfratçıların nəsx olunduğunu iddia etdikləri ayələrdən biri də “(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz” 6 ayəsidir. Ayə müvəqqəti nikah haqqında nazil olunmuşdur. İmam Şafeinin (Məhəmməd ibn İdris) iddiasına görə “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”7 ayəsi onu nəsx etmişdir.

Yuxarıdakı versiyanı iki səbəbdən qəbul etmək olmaz. Birincisi, müvəqqəti nikah nəticəsində alınan qadın daimi nikahın bəzi hökmlərindən fərqli olsa da kəbinli qadın hesab olunur. Əks təqdirdə nikah doğru olmayacaq. İkincisi, nəsx edən hesab etdikləri ayə "Muminun" surəsindədir. Bu surə tamamilə Məkkə surəsidir. Kimsə sözügedən ayəni istisna etməmişdir. Halbuki adətən nəsx edən ayə nəsx olunandan sonra nazil olmalıdır. Yuxarıdakı iradı ustad Zərqani də xatırlatmışdır.8

 



[1] “O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!”

1  Bax: "Təfsiri-Təbəri", c. 9, səh. 4-5; "əl-Mizan", c. 17, səh. 383-384.

 [2] “Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə!”

2  "Dəhr", 7-12.

1  Bax: "Təfsiri-Təbəri", c. 10, səh. 404-406; Hakim Həskani, "Şəvahid ən-tənzil", səh. 299-315.

2  "Əd-Dürr əl-mənsur", c. 6, səh. 297.

3  "Fi Zilal əl-Quran", c. 29, səh. 215.

4  Xoyi, Əbu əl-Qasim, "əl-Bəyan fi təfsir əl-Quran", səh. 206.

5  "Nisa", 82.

6  "Nisa", 24.

7  "Muminun", 5-7.

8  Zərqani, Məhəmməd Əbd əl-Əzim, "Mənahil əl-ürfan" c. 1, səh. 195.

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdə bildirilir ki, son nazil olan surə "Nəsr" surəsidir. Bu surədə zahirən şəriətin mütləq qələbəsi, onun təməllərinin möhkəmlənməsi, insanların dəstə-dəstə onu qəbul etməsi müjdəsi verilir:

Bismillahir-Rəhmanir-Rəhim! (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!”

 Bu surə nazil olduqda səhabələr sevindilər. Çünki surə İslamın küfr üzərində mütləq qələbəsini, dinin özüllərinin sabitəşməsini müjdə verdi. Lakin Peyğəmbərin (s) əmisi Abbas bu surə nazil olduqda çox kədərləndi və göz yaşlarını saxlaya bilmədi. Peyğəmbər (s) ona buyurdu: "Ey əmi, niyə ağlayırsan?" O dedi: "Zənnimcə, sənin işinin sonundan xəbər verir". Peyğəmbər (s) buyurdu: "Döğru düşünürsən". Peyğəmbər (s) ondan sonra iki ildən çox yaşamadı.

İmam Sadiq (ə) buyurmuşdur: "Son surə "Nəsr" surəsidir"1. İbn Abbasdan da nəql olunmuşdur ki, son surə "Nəsr" surəsidir2. Həmçinin nəql olunmuşdur ki, son surə "Bəraət" (“Tövbə”) surəsidir. Onun son ayələri hicrətin doqquzuncu ilində nazil oldu və Peyğəmbər (s) Əlini (ə) onu müşriklərə oxumaq üçün (Məkkəyə) göndərdi3.

Bir çox rəvayətlərdə deyilir: Peyğəmbərə (s) nazil olan son ayə bu idi: “Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!” Cəbrail onu nazil edib dedi: "Onu "Bəqərə" surəsinin "sələm"  ayələri ilə "borc" ayələrinin (ayə: 280) arasına yerləşdir". Bu enişdən sonra Peyğəmbər (s) iyirmi bir gün, digər versiyaya görə isə yeddi gün yaşadı4.

İbn Vazeh Yəqubi kimi şöhrət qazanmış Əhməd ibn Əbu Yəqub (vəfat - 292-ci ildən sonrakı illər) öz tarix əsərində yazır: "Nəql olunduğuna görə, Peyğəmbərə (s) nazil olan son ayə budur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim”5. Bizim də fikrimizcə bu versiya daha doğrudur. Ayənin enişi Əmir əl-möminin Əli ibn Əbu Talibin (ə) Qədr-Xumda xəlifə təyin olunduğu günə təsadüf etmişdir"6.

Bəli, "Nəsr" surəsi "Bəraət" surəsindən öncə nazil olmuşdur. Çünki "Nəsr" surəsi Məkkənin fəth olunduğu il (am əl-fəth), yəni hicrətin səkkizinci ili nazil olmuşdur. "Bəraət" surəsi isə fəthdən sonra hicrətin doqquzuncu ilində nazil olmuşdur. Bu rəvayətləri bir yerə toplamağın yolu budur ki, son tam surənin "Nəsr", son başlanğıc ayələri nazil olan surənin isə "Bəraət" surəsi olduğunu deyək. Amma “Allaha tərəf qaytarılacağınız gündən qorxun!” ayəsi isə Mavərdinin nəql etdiyi rəvayətə əsasən “Həcc əl-vida” ilində, Minada nazil olmuşdur7.  Demək, bu, son ayə ola bilməz. Çünki "İkmal" ayəsi Peyğəmbər (s) Vida həccindən qayıtdıqda, yolda nazil olmuşdur. Belə olduqda İbn Vazeh Yəqubinin versiyası daha düzgün nəzərə çarpır. "Bəraət" surəsi Məkkənin fəthindən sonra hicrətin doqquzuncu ilində, "Maidə" surəsi isə hicrətin onuncu ilində (Vida həcci ilində) nazil olmuşdur. Bundan başqa "Maidə" surəsi bir sıra şəriət hökmlərini ehtiva edir ki, döyüşün sonundan, İslamın möhkəmlənməsindən xəbər verir. Xüsusi ilə "İkmal" (“Maidə”, 3) ayəsi peyğəmbərlik missiyasının sonundan xəbər verir və son surənin son ayəsinə daha uyğundur. Nəticə etibarı ilə son tam surə "Nəsr" surəsidir və "Am əl-fəth"də (Məkkənin fəth olunduğu ildə) nazil olmuşdur. Peyğəmbərlik missiyasının bitdiyini göstərən son ayə isə "İkmal" ayəsidir. Təbii ki, əhkam ayəsi olaraq son nazil olan ayə “Allaha tərəf qaytarılacağınız gündən qorxun!” ayəsi ola və "Bəqərə" surəsində yerləşdirilə bilər.

 

 



1  "Təfsiri-Bürhan", c. 1, səh. 29.

2  "Əl-İtqan", c. 1, səh. 27.

3  "Təfsiri-Safi", c. 1, səh. 680.

 4 "Bəqərə", 281.

4  "Təfsiri-Şübbər", səh. 83.

5  "Maidə", 3.

6  Yəqubi, İbn Vazeh, "Tarixi-Yəqubi", c. 2, səh. 95.

7  "Əl-Bürhan", c. 1, səh. 210.

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin
İlk nazil olan ayə və surə haqqında üç nəzəriyyə mövcuddur:
1.    Bəzilərinin fikrincə, ilk ayələr "Ələq" surəsinin ilk üç və ya beş ayəsi olmuş və Peyğəmbərin (s) besəti zamanı nazil olmuşdur. Mələk nazil olub Peyğəmbəri (s) peyğəmbər olaraq səslədikdə dedi: "Oxu!" Peyğəmbər (s) dedi: "Nə oxuyum?" Onu (s) öz əhatəsinə aldı və dedi: “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”.1
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Peyğəmbərə (s) ilk nazil olan ayə “Bismillahir–Rəhmanir-Rəhim! (Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...” və son nazil olan ayə isə “(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman…” ayəsi olmuşdur"2.
2.    Bəziləri ilk nazil olan surənin "Müddəssir" olduğunu düşünürlər.
İbn Sələmədən nəql olunan bir rəvayətdə deyilir: Cabir ibn Abdullah Ənsaridən soruşdum: "İlk dəfə hansı surə və ya ayə nazil olmuşdur?" Dedi: “Ey (libasına) bürünüb sarınan!” ayəsi. Dedim: "Bəs,  “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...” ayəsi necə?" Dedi: Peyğəmbərdən (s) eşitdiyim sözü sizin üçün deyirəm. Onun (s) belə dediyini eşitdim: "Bir müddət (vaxtımı) Həra dağında keçirtdim. Sonda dağdan endim və vadinin ortasına yetdim. Bu zaman bir səs eşitdim. Hər tərəfə baxdım. Kimsə görmədim. Sonra başımı səmaya qaldırdım. Birdən onu (Cəbraili) gördüm. Məni titrətmə tutdu. Xədicənin yanına gəldim. Məni örtməsini istədim. Bu zaman “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!” ayəsi nazil oldu3. Bəziləri bu hədisi əsas götürərək vəhyin başlanğıcında Peyğəmbərə (s) nazil olan ilk surənin "Müddəssir" surəsi olduğunu bildirmişlər4.
Lakin hədisin mətnində bu surənin nazil olan ilk surə olmasına hər hansı bir işarə vurulmur. Bu, yalnız Cabirin özünün hədisdən başa düşdüyüdür. Güman ki, bu hadisə besətdən bir müddət sonra (fətrət - fasilə) baş vermişdir. Çünki besətdən sonra bir müddət vəhyin enişində fasilə yarandı və sonar yenidən nazil olmağa başladı. Aşağıdakı hədis bu müddəanı sübuta yetirir.
Cabir ibn Abdullahdan nəql olunan digər rəvayətdə Peyğəmbərin (s) vəhyin enişində yaranmış fasilədən söhbət açdığı məlum olur. Peyğəmbər (s) buyurur: "Yoluma davam etdikdə birdən səmadan bir səs eşitdim. Həra dağına da gəlmiş mələyi gördüm. Onu görüb qorxuya düşdüm. Dizi üstə çökdüm. Sonra yoldan qayıdıb evə gəldim və dedim: "Üstümü örtün". Məni bürüdülər. Bu zaman aşağıdakı ayələr nazil oldu: “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)”  Sonra vəhy ardıcıl olaraq, fasilə yaranmadan nazil oldu1.
3.    Bəziləri ilk nazil olan surənin "Fatihə" surəsi olduğunu bildirmişlər. Zəməxşəri deyir: "Əksər təfsirçilər nazil olan ilk surənin "Fatihə" surəsi olması qənaətindədirlər.
Əllamə Təbərsi "İzah" kitabında ustad Əhməd Zahidin Səid ibn Müsəyyib vasitəsilə ilə İmam Əlidən (ə) nəql etdiyi bir rəvayəti qeyd edir. Rəvayətə görə, İmam buyurur: Peyğəmbərdən (s) Quran oxumağın savabı haqqında soruşdum. O həzrət (ə) nazilolma ardıcıllığı ilə hər bir surənin savabını açıqladı. Məkkədə nazil olan ilk surə kimi "Fatihə" surəsini saydı. Sonra "Ələq", daha sonra isə "Qələm" surələrinin adını çəkdi.  Vahidi Nişapuri "Əsbab ən-nüzul" əsərində besətin başlanğıcı haqqında yazır: "Bəzən Peyğəmbər (s) tənha olduqda səmadan səs eşidirdi və bu onun qorxmasına səbəb olurdu. Sonuncu dəfə mələk onu səslədi: "Ey Məhəmməd!" Həzrət (s): "Bəli!" – deyə cavab verdi. Mələk dedi: "De: “Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd Allaha – aləmlərin Rəbbinə məxsusdur”.
Əlbəttə, Peyğəmbər (s) besətin əvvəlindən az ətrafı ilə (Əli (ə), Cəfər, Zeyd, Xədicə) namazı İslam sünnəsinə uyğun qılırdı və təbii ki, "Fatihə"siz namaz olmazdı. Hədisdə deyilir: "Cəbrailin Peyğəmbərə (s) öyrətdiyi ilk şey dəstəmaz və namaz idi". Bu, besətin "Həmd" surəsinin nazil olması ilə eyni vaxta təsadüf etməsini zəruriləşdirir. Cəlal əd-Din Süyuti deyir: "Heç bir zaman İslamda namaz "Fatihə"siz olmamışdır" .
Sözügedən üç versiyanı müəyyən şəkildə bir yerə toplamaq olar. Çünki "Ələq" surəsinin ilk üç yaxud beş ayəsinin besət zamanı nazil olmasına şübhə yoxdur. Bu, yekdil versiyadır. Sonra "Müddəssir" surəsinin əvvəlindən bir neçə ayə nazil olmuşdur. Lakin Peyğəmbərə (s) nazil olan ilk bütöv surə "Həmd" surəsidir. Besətin əvvəlində "Ələq" və ya "Müddəssir" surələrinin bir neçə ayəsi surə olaraq nazil olunmamışdır. Onlar yalnız digər ayələri də tam nazil olduqdan sonra surə adını almışlar. Bu baxımdan ilk nazil olmuş surənin "Həmd" olduğunu desək, yanılmarıq. Bu surə "Fatihə əl-kitab" (kitabı açan) adlanır. Onun namazda oxunmasının vacibliyi əhəmiyyətinin göstəricisidir. Belə ki, bu xüsusiyyət onu Qurana tay olmaq ləyaqətinə yüksəldir . "Səbən min əl-məsani" (Qurandan yeddi ayə) adlanan surə bir nəqlə görə yeddi ayədən ibarət olan "Həmd" surəsidir. Deməli, surələrin eniş ardıcıllığını onların başlanğıcı etibarı ilə nəzərə alsaq, ilk surə "Ələq", 5-ci surə isə "Həmd" surəsi olacaq. Əks təqdirdə, yəni enən tam surəni meyar hesab etsək, ilk nazil olmuş surə "Həmd" surəsi olacaq.