Yazarlar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 3210
"Ey Peyğəmbər, (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” ."(1)
“Mübahilə” hadisəsi İslam tarixinin mühüm hadisələrindəndir. Məkkənin fəthindən sonra müxtəlif yerlərdən dəstə-dəstə insanlar İslamı qəbul etmək və ya münazirə (elmi mübahisə) etmək üçün həzrət peyğəmbərin (s) yanına gəlirdilər. Onlardan biri də Nəcran xristianları idi.
Allah-taala peyğəmbəri (s) xristianlarla mübahisə etməyə rəğbətləndirdi. Beləki o, haqq peyğəmbər kimi Allahın təkliyinə dəvət etməli, həzrət İsanın (ə) isə məxluq olmasını xristianlara bildirməli idi. Ona görə də Allah-taala o həzrətə, xristianlarla mübahilə etməyə əmr etdi. Təbii ki, peyğəmbər, sözü gedən mövzunu sübut etmək üçün təbliğin müxtəlif üslublarından istifadə etsə də, nəticə hasil olmamışdı.
“(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...” (2)
Peyğəmbər (s) iddia edirdi ki, İsa Məsih (ə), Allah bəndəsidir və onu Allah, peyğəmbərliyə seçib. Onlar isə İsanı (ə) “Allah oğlu” adlandırırdılar. Bu iki iddiadan hansının doğru olması artıq məlum olmalı idi. Peyğəmbərin (s), öz iddiasında əsaslı dəlilə söykəndiyi “Mübahilə” ayəsində müşahidə olunur. Allah-taala, həzrət İsanın xilqətini həzrət Adəmin yaradılışına bənzədib buyurur: “Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi də) Adəm kimidir...”(3) Peyğəmbər, onları moizə vasitəsi ilə də haqqa dəvət etmişdi; “Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaq!” İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir...” (4)
Bütün bunlara baxmayaraq, Nəcran xristianları haqqı qəbul etmirdi. O zaman, peyğəmbər (s) “mübahilə” –yə əl atamalı olur. Çünki, problem məhz möcüzə yolu ilə həll ola bilərdi.
Qurani-kərimdə bir şəxs və ya qövmün həm lehinə həm də əleyhinə dua edilib; Məsələn həzrət İsa (ə) yalvarışla Allahdan bir süfrə diləyir və möcüzə olaraq Allah onun istədiyini verir; “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm...” (5)
Bu ayədə isə insanlar Allaha yalvarmaqla əzab istəyir; “Bir zaman da: “Ya Allah, bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər”. (6)
“Mübahilə” də dua vasitəsi ilə Allahdan möcüzə istəməkdir. Mübahilə hadisəsini müxtəlif cəhətlərdən araşdırmaq mümkündür. Bu məqalədə o mühüm hadisə, Əhli-beytin (ə) fəzilətinə açıq-aşkar bir dəlil olması isbat olunacaq:
Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) yüksək fəziləti haqqında qalaq-qalaq kitablar yazmaq olar. Onların Allah yanında məqamının göstərən hadisələrdən biri də “mübahilə” hadisəsədir.
İlk baxışda “Mübahilə” hadisəsi, İslamın həqiqi və xristianlığın batil olmasını göstərsə də mahiyyət etibarı ilə həzrət Əli (ə), Zəhra (ə.s), İmam Həsən (ə) və İmam Hüseynin (ə) şəxsiyyətlərini xüsusi olaraq səciyyələnidirir. Əslində mübahilə üçün uca məqamlı Peyğəmbərin hüzuru kifayət idi. Diqqət olunası nöqtə budur ki, o dövrdə Peyğəmbər, mübahilədə iştirak etmək üçün zövclərini və adlı-sanlı səhabələri deyil, məhz Əhli-beytini (ə) o məqsədlə təyin olunmuş məkana apardı.
Əhli- sünnə təfsirçiləri mübahilə ayəsini Əhli-beytin yüksək məqamına dəlalət etdiyinə etiraf ediblər. Zəməxşəri yazır: “Bu ayə Əhli-beytin yüksək məqamına dəlalət edir və ondan tutarlı bir dəlil yoxdur” (7)
Nizamuddin Nişaburi yazır: “Şübhəsiz bu ayə Əhli-beytin üstünlüyünə dəlalət edir. Ona görə də Peyğəmbər onları özü ilə gətirdi...” (8)
Alusi “Ruhul-məani” kitabında yazır: “Heç bir mömin o ayənin Əhli- beytin fəzilətinə dəlalət etməsinə şəkk etmir...” (9)
Fəxri-Razi yazır: “ Həm keçmişdə, həm də indinin özündə Şiələr bu ayəyə istinad edərək, Əlini (ə) Peyğəmbərin (s) özü kimi bilirlər. Belə ki, bu ifadə onun peyğəmbərin bütün xüsusuyyərlərinə malik olduğunu və bütün səhabələrdən üstünlüyünü göstərir. Buna əsasən, Əli (ə) hamıdan fəzilətli sayılır”. (10)
Əhli-beytin mübahilə meydanına gəlməsi çox əhəmiyyətli idi. Peyğəmbər onlara buyurmuşdu: “Mən dua etdikdə, siz də “amin” deyin!” (11)
Deməli Əhli-beytin oraya gəlib “amin” deməsi Peyğəmbərin duasının qəbul olmasında təsirli idi. Peyğəmbər (s) duasının Allah dərgahında qəbulu üçün onlara təvəssül etdi. Xristianların başçısı da Əhli-beytin adi şəxslər olmadığını yaxşı bilirdi. Ona görə də üzünü peyğəmbərə tutub dedi: “Ey Muhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunur: “Ey Xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!” (12)
Şiə alimləri də bu ayəni, Əhli-beytin məqamının üstünlüyünə və həzrət Əlinin (ə) Peyğəmbərdən sonra ümmətə rəhbərlik etməsinə dəlalət etdiyini yazır. Onlardan bəzilərinə işarə edirik:
Şeyx Müfid “Əl-İrşad” kitabında “Mübahilə” əhvalatını nəql etdikdən sonra yazır: “Allah-taala mübahilə ayəsində Əlini (ə) Peğəmbərin özü kimi tanıtdırıb. Bu da onun ən üstün insan, ismət və başqa sifətlərdə peyğəmbərlə bərabər oduğunu aydın edir”. (13)
Əllamə Hilli yazır: “Bütün təfsir kitablarında (ayədə qeyd olunun) “əbnaəna” (oğlanlarımız) sözü imam Həsən (ə) və imam Hüseynə (ə), “nisaəna” (qadınlarımız) sözü Fatiməyə (ə.s) və “ənfusəna” (özümüz) sözü isə həzrət Əliyə (ə) aid olduğunu yazırlar. Allah onu Peyğəmbərin özü kimi tanıtdırır. Bu isə iki şəxsin bərabərliyinə işarədir. Deməli həzrət Əli (ə) də Peyğəmbər kimi ən kamil insandır”. (14)
Əllamə Məclisi yazır: “Aydın olduğu kimi, ayədəki “özümüz” sözünün Həzrət Əlinin (ə) varlığına dəlalət etməsi həqiqi deyil. Ayə iki şəxsin kamal sifətlərində müştərəkliyi, həzrət Əliyə (ə) itaətin vacibliyi, onun bütün müsəlmanların rəhbərliyi və üstünlüyünə dəlalət edir. Məhz peyğəmbərlik o sifətlərdən istisnadır”. (15)
Peyğəmbərdən “Kmlərin vasitəsi ilə bizimlə mübahilə edəcəksən?” soruşduqda buyurdu: “Yer üzünün ən yaxşı insanları və Allah yanında ən əziz şəxslərin vasitəsi ilə mübahilə edəcəm. Sonra Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynə (ə) işarə edərək buyurdu: “Bunların vasitəsi ilə...” (16)
Xristianların başçıları peyğəmbərdən soruşdu: “Bunların vasitəsi ilə mübahilə edəcəksən?” Peyğəmbər yenə də Əhli-beytə işarə edib buyurdu: “Bəli. Bunlar yer üzündə və Allah yanında ən sevimli simalardır. Allah dərgahına ən yaxın vasitələrdir. Mən yer üzünün ən möhtərəm şəxsləri və ən yaxşıları ilə sizinlə mübahiləyə gəlmişəm”. (17) Beləliklə mübahilə mərasimi mübahiləsiz qurtardı. Orada olan xristianlar, yəhudilər və müsəlmanlar Əhli-beytin üstünlüyünü bir daha müşahidə etdilər. Peyğəmbər duanın qəbulu üçün onlara təvəssül etdiyini gördülər. Bir daha həzrət Əlinin (ə) fəzilətini peyğəmbərin dilindən eşitdilər.
Əllamə Təbatəbai: “Mübahilə canlı və əbədi möcüzədir. Mübahilə üçün ən layiqli şəxslər Peyğəmbərin Əhli-beytidir. Lakin hər bir şəxsin, dini anlayıb bilərəkdən qəbul etməyənlərlə mübahilə etmək hüququ var. Bunun tarixdə də nümunələri var”. (18)
Mübahilə hadisəsində peyğəmbər çox insaflı idi. O, xristianları mübahiləyə dəvət etdikdə; “(Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”- buyurdu. “Allah sizə lənət etsin”- demədi. (19)
Peyğəmbər (s) Əhli-beyti və camaatla birlikdə məscidə qayıtdılar. Cəbrail (ə) peyğəmbərə nazil olub dedi: “Ey Muhəmməd! Allah səni salamlayıb buyurur: Bəndəm Musa Harunla öz düşmənləri ilə (Qarun ilə) mübahilə etdi. Mən Qarunu mal-dövləti və dostları ilə birlikdə məhv etdim. (Qarun öz sərvətinə arxalanaraq həzrət Musaya dedi: “Mən səndən üstünəm”. Musa (ə) bunu gördükdə “Gəl səhraya gedək və mən sənə qarğış edim, sən də mənə qarğış et. Allah yanında kimin üstün olması aydın olsun. Bu mübahilə başa çatdıqda Allah yerə “Qarunu bütün sərvəti ilə birlikdə ud” əmrini verdi. (20)
Allah-taala peyğəmbərə xitab etdi:“Ey Muhəmməd! İzzət və cəlalıma and olsun əgər Əhli-beytinin (ə) vasitəsi ilə bütün yaranmışlarla mübahilə etsəydin, asiman tikə-tikə olardı, dağlar yerindən qopar, Mən iradə etmədən yer heç vaxt sakitləşməzdi”. (21) Peyğəmbər bunu eşidən kimi mübarək simasında sevinc yarandı. Sonra Allaha səcdə edib şükr-səna etdi. Sonra buyurdu: “Mənim Əhli-beytimə zülm edənlərə qiyamət gününə qədər Allahın əbədi lənəti olsun” Sonra Peyğəmbər bu ayəyə- “...(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!...”(22) işarə edərək buyurdu: “Əhli-beytimə məhəbbət bəsləməyənlərə Allah lənət etsin!”
Hədisə əsasən (23) mübahilə edən şəxs, üç gün mənəviyyatını təməzləməli, nəfsani istəklərdən çəkinməlidir. Mübahilə üçün səhraya (müəyyən yerə) gedib sağ barmağını düşmənin barmağına qoyaraq xüsusi mübahilə duasını oxumaq lazımdır. Bəzi hədislərə əsasən o dua, 70 dəfə oxunmalıdır.
"Fəcr" ilə, günəşin doğması arasında olan zaman fasiləsi mübahilə üçün xüsusi vaxt sayılır.(24)
Qeydlər:
1- “Ali İmran” surəsi, 61-ci ayə.
2- “Nəhl” surəsi, 125-ci ayə.
3- “Ali İmran” surəsi, 59-cu ayə.
4- “Ali İmran” surəsi, 56-57-ci ayə.
5- “Maidə” surəsi 114-115-ci ayə.
6- “Ənfal” surəsi, 32-ci ayə.
7- “Kəşşaf” təfsiri, c 1, səh 397.
8- “Gəraibul-Quran”, c 2, səh 179.
9- “Ruhul-məani”, c 3, səh 294.
10- “Kəbir” təfsiri, c 8, səh 81.
11- “Kəbir” təfsiri, c 8, səh 80.
12- “Məcməül-bəyan”, 1-2-ci cild, səh.762
13- “Əl-İrşad”, c 1, səh 170.
14- “Nəhcul-həqq və kəşfus-sidq”, səh 177.
15- “Biharul-ənvar”, c 35, səh 268.
16- “Biharul-ənvar”, c 21, səh 321.
17- “Ehqaqul-həqq”, c 14, səh 133.
18- “ƏL-Mizan” təfsiri, c 6, səh 9.
19- “Təsnim” təfsiri, c 14, səh 453-456.
20- “Biharul-ənvar” c 13, səh 2543.
21- “Biharul-ənvar” c 21, səh 355.
22- “Şura” surəsi, 23-cü ayə.
23- “Usuli-kafi”, c 2, səh 514.
24- "fəcr", şəfəq sökülərkən, dan yeri ağararkən.
Hazırladı: Şəhriyar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 2952

Bеləcə, qərara gəldik ki, İslam pеyğəmbərinin (s) müdafiəsi ilə bağlı silsiləni müхtəsər şəkildə həqiqət aşiqlərinin хidmətinə çatdıraq. Böyük haqq cənablarının razılığı üçün! Оlsun ki, Allahın razılığı əldə еdilə.
İslam rəhmət, güzəşt və əfv dinidir. İslam ülfət, kömək, sülh və əmin-amanlıq dinidir. Bu iki məsələnin (döyüş, yохsa sülh) hansının əsas, hansının ikinci dərəcəli оlmasında iхtilaf var. Bəziləri Quran ayələri, hədislər və məsumların əməli yоlunu nəzərə alaraq müхaliflərlə döyüşü birinci dərəcəli hеsab еdirlər. Lakin sülh və əmin-amanlıq barəsində rəvayətlərə və Quran ayələrinə nəzər yеtirən şəхslər sülh, əmin-amanlıq və insan həyatının qоrunmasını birinci dərəcəli, döyüş və qan tökməyi isə хüsusi hallarda zəruri оlan ikinci dərəcəli iş hеsab еdirlər.
Sünnə və kitabdan məlumatı оlan şəхslər İslamın хalqı müharibəyə çağırmadığına və müharibəni birinci əsas prinsip kimi tanımadığına inanırlar. Savaş hökmünün səbəbi, qan tökməyə mеyl və rəğbət dеyil. Еyni zamanda bütün хalq yürüşləri, birinci və ikinci dünya müharibələrində оlduğu kimi, nеmətlər əldə еtməyi və ya ölkələrə hakimiyyəti bu hökmün səbəbi izah еtmək оlmaz.
İslamın savaşda məqsədi оnun yüksəlişi qarşısındakı manеələri aradan götürmək və din düşmənlərinin məhv еtmək istədikləri əхlaqi dəyərlər və İslam məfhumlarını müdafiə еtməkdir.
Tariхə müraciət еtsək, İslamda baş vеrmiş bütün savaşların müdafiə хaraktеrli оlduğunu və bu savaşların həqiqi və ya еhtimal оlunan düşmənin qarşısının alınması üçün təşkil еdildiyini görərik. Хüsusi ilə İslamın əvvəlində və girami pеyğəmbərin dövründə baş vеrmiş savaşlar! İndi isə Quran və rəvayətlərdə göstrilmiş savaş amilləri və məqsədlərini araşdırırıq.
SAVAŞ MƏQSƏDLƏRI
Savaş məqsədlərini bir nеçə cəhətdən хülasələşdirmək оlar:
1. Düşmənlərin dəf еdilməsi.
Allah-Taala buyurur: “Sizinlə vuruşanlarla siz də Allah yоlunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sеvməz!” (“Bəqərə” surəsi, ayə 190)
Bеləcə, İslamda savaş dеdikdə müdafiə nəzərdə tutulur və bu müdafiə insanların şəri hüquqlarını hifz еdir. Difa (müdafiə) zatən məhdudsa da, həddi aşmamaqla mütləq оlur. Savaş və cihad məqsədində оlan kəs müəyyən şərtlərə əməl еtməlidir. Məsələn, haqq yоla dəvət еtmədən döyüşməməlidir və bu döyüşə birinci başlamamalıdır. Qadın və uşaqları öldürməməli və düşməni sоnadək təqib еtməməlidir . . . (“Əl-mizan”, 2-ci cild, səh.61, iхtisarla)
Başqa bir ayədə охuyuruq: “Savaşa məruz qaldıqlarına görə vuruşanlara izn vеrilmişdir. Allah оnlara kömək еtməyə əlbəttə qadirdir. О kəslər ki, haqsız yеrə, ancaq “Rəbbimiz Allahdır” dеdiklərinə görə yurdlarından çıхarıldılar.” (“Həcc” surəsi, ayə 39 və 40)
2. Zəiflərin müdafiə оlunması və məzlumlara kömək:
Allah-Taala buyurur: “Sizə nə оlub ki, Allah yоlunda “Еy Rəbbimiz, bizi əhalisi zalım оlan şəhərdən kənara çıхar, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yоlla”, dеyə dua еdən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (“Nisa” surəsi, ayə 75)
Başqa bir yеrdə Allah-Taala bеlə buyurur: “. . . İman gətirib hicrət еtməyənlər qarşısında isə оnlar hicrət еtməyənədək öhdəçiliyiniz yохdur. Lakin, əgər оnlar din yоlunda sizdən kömək istəsələr aranızda saziş оlan bir tayfa əlеyhinə yardım istisna оlmaqla, оnlara kömək göstərmək sizə vacibdir. Allah nə еtdiklərinizi görəndir!” (“Ənfal” surəsi, ayə 72)
3. Əhdi pоzanlarla savaş:
Allah Taala buyurur: “Məgər siz andlarını, əhdlərini pоzan, pеyğəmbəri çıхarıb qоvmaq niyyətində оlan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınızmı?” (“Tövbə” surəsi, ayə 13)
“Əhdi pоzan” dеdikdə kimin nəzərdə tutulması ilə bağlı iхtilaf var. Bəziləri dеyirlər: “Burada Əhzab döyüşündə əhdi pоzan və Məkkə müşriklərinin yоlunu gеdib pеyğəmbəri Mədinədən хaric еtmək istəyən yəhudilər nəzərdə tutulur. Bəziləri isə hеsab еdirlər ki, bu şəхslər birinci dəfə əhdi pоzan Məkkə əhalisi və qürеyş kafirləri idi. (“Məcməul-bəyan”, 5-ci cild, səh.22)
4. Fitnənin qarşısının alınması.
Allah-Taala buyurur: “Müşriklərin fitnəsi aradan qalхanadək və din ancaq Allaha məхsus еdilənədək оnlarla vuruşun, əgər оnlar (bu cür hərəkətlərə) sоn qоyarlarsa, (siz də оnlarla vuruşmaqdan vaz kеçin!), çünki düşmənçilik yalnız zülm еdənlərə qarşı оlur.” (“Bəqərə” surəsi, ayə 193)
Digər bir yеrdə Allah-Taala bеlə buyurur: “Əgər bir tayfanın sənə хəyanət еdə biləcəyindən qоrхsan, ədalətli şəkildə оnlara еlan еt ki, əhdləri pоzulmuşdur; çünki Allah хainləri sеvməz!” (“Ənfal” surəsi, səh.58)
Bu və digər ayələrdən məlum оlur ki, savaş хüsusi hallarda hökm оlunan bir istisnadır. Başqa bütün hallarda İslam öz müхaliflərini yaхşılıq və ədalətə dəvət еdir. Bu isə sülhün ən uca mərtəbəsi və dinlər arasında əmin-amanlıqdır. Allah-Taala buyurur: “Allah din yоlunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıхarmayan kimsələrə yaхşılıq еtməyi və оnlarla ədalətlə rəftar еtməyi sizə qadağan еtməz. Allah ədalətli оlanları sеvər!” (“Mumtəhinə” surəsi, ayə 8)
İslam müsəlmanları sülh məsələsinə yеnidən baхmağa və birinci fürsətdə müхaliflərlə savaşdan əl çəkməyə çağırır: “Əgər оnlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif еtsələr, о zaman Allah sizin üçün оnların əlеyhinə çıхmağa hеç bir yоl qоymaz.” (“Nisa” surəsi, ayə 90)
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 7162
Əhli-beytin (ə) imamətini göstərən ayələr
Belə ayələrə misal olaraq أولى الأمر (ixtiyar sahibləri) ayəsini göstərmək olar:
Allah-taala Qurani-Kərimdə buyurur:
يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ أَطِيعُواْ اللَّهَ وَ أَطِيعُواْ الرَّسُولَ وَ أُوْلىِ الْأَمْرِ مِنكم
Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar
sahiblərinə itaət edin! (“Nisa”, 59)
Ayədə “ixtiyar sahibləri”ndən məqsəd itaətləri Allah və Peyğəmbərin (s) itaəti kimi mütləq şəkildə vacib olan məsumlardır (Əlbəttə, məlum on iki imamdan başqa heç kəsin məsumluğu iddia edilməmişdir).
Başqa sözlə desək, ixtiyar sahibləri on iki xəlifədir. Hansı ki, Peyğəmbər (s) “On iki xəlifə” hədisində onlara işarə etmişdir. Qədir-Xum hədisindən aydın görünür ki, məlum on iki nəfər Əli (s) ilə başlanır. “Səqəleyn” hədisinə görə isə həmin on iki nəfərin hər biri Peyğəmbərin (s) əhli-beytindəndir (s).
Peyğəmbər (s) buyurmuşdur: “Mənə itaət edən Allaha itaət etmiş, mənə asi olan Allaha asi olmuşdur. Əliyə (ə) itaət edən mənə itaət etmiş, Əliyə (ə) asi olan isə mənə asi olmuşdur”[1].
ƏHLİ-BEYTİN (Ə) DİNİ İDEALLAR OLDUĞUNU GÖSTƏRƏN AYƏLƏR
Bir çox ayələr Əhli-beytin (ə) dini ideallığını və məsumluğunu aydın şəkildə önə çəkir.
1 “Təthir” ayəsi.
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكمُْ تَطْهِيرًا
“Siz ey (Peyğəmbərin) əhli-beyti! Allah sizdən çirkinliyi yox etmək və sizi
tərtəmiz, pak etmək istəyir! (“Əhzab”, 33)
Məsumluğu açiq şəkildə ifadə edən bu ayənin Peyğəmbərin (s) əhli-beyti haqqında nazil olduğu şübhəsizdir. Ayənin bu məqsədlə nazil olduğu on üç nəfər səhabə və onlarla əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.
Tirmizi öz “Səhih” əsərində Ömər ibn Əbu Sələmədən nəql edir:
“Təthir ayəsi Ümmü-Sələmənin evində nazil olduqda Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyn əleyhis-salamları çağırtdıraraq əbanı onların üstünə cəkib buyurdu: “İlahi! Bunlar mənim əhli-beytimdir. Cirkinliyi bunlardan uzaq et”[2].
2. “Hidayət” ayəsi.
Allah-təala buyurur:
إِنَّمَا أَنتَ مُنذِرٌ وَ لِكلُِّ قَوْمٍ هَاد
“Sən yalnız (insanları Allahın əzabı ilə) qorxudansan. Hər bir tayfanın bir hidayət edəni (doğru yol göstərəni) vardır”[3].
Təbəri səhih sənədlə Peyğəmbərdən (s) nəql edir: “Mən (insanları Allahın əzabı ilə) qorxudan, Əli isə hidayət edəndir (doğru yol göstərəndir). Ey Əli, hidayət olanlar (olmaq istəyənlər) səninlə hidayət olsunlar”[4].
Abdullah ibn Əhməd ibn Hənbəl səhih sənədlə Əlidən (ə) bu ayənin təfsiri haqqında belə nəql edir: “Peyğəmbər (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə Bəni-Haşimdən olan hidayətçiyəm (doğru yol göstərənəm)”[5].
Hibri səhih sənədlə İbn Abbasdan nəql edir: إِنَّمَا أَنتَ مُنذِرٌ ayəsində məqsəd Peyğəmbər (s), وَ لِكلُِّ قَوْمٍ هَاد ayəsində isə məqsəd Əlidir (ə)[6].
Hakim Nişapuri məlum ayəni izah edərkən səhih sənədlə Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Allahın rəsulu (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə hidayətçiyəm (doğru yol göstərənəm)”[7].
Eyni məzmunlu hədisi doqquz səhabə, eləcə də iyirmi dörd əhli-sünnə alimi qeyd etmişdir.
FƏZİLƏT AYƏLƏRİ
Burada bir necə ayəni qeyd edirik.
1. “Dəhr” surəsi.
Allah-taala Quranda buyurur:
وَ يُطْعِمُونَ الطَّعَامَ عَلىَ حُبِّهِ مِسْكِينًا وَ يَتِيمًا وَ أَسِيرًا إِنمََّا نُطْعِمُكمُْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكمُْ جَزَاءً وَ لَا شُكُورً
“Onlar öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda (və ya Allahın rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə, əsirə yedirərlər. (Və sonra da yedirdikləri kimsələrə belə deyərlər): “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən bu (ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik” (“Dəhr”,8,9).
Otuz bir əhli-sünnə aliminin etirafına görə, bu ayə Peyğəmbərin (s) əhli-beyti (ə) haqqında nazil olmuşdur. Fəxr Razi “ət-Təfsir əl-kəbir” əsərində sözügedən ayəni şərh edərkən, Qazi Beyzavi “Ənvar ət-tənzil”, Syuti “əd-Dürr əl-mənsur” kitablarında, Əbu əl-Fida[8] və Bağdadi[9] öz tarix əsərlərində məlum ayəni həmin şəkildə izah etmişlər.
2. “Şira” ayəsi.
Allah-taala Quranda buyurur:
وَ مِنَ النَّاسِ مَن يَشْرِى نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَ اللَّهُ رَءُوفُ بِالْعِبَاد
“İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allahın rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! (“Bəqərə”, 207)
İbn Abbas deyir: “Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Ayənin nazil olması Peyğəmbərin (s) müşriklərin əlindən qaçıb Əbu Bəkrlə mağaraya sığındıqlarında Əli (ə) onun (s) yatağında gecələdiyi zamana təsadüf edir”.
İbn Əbu əl-Hədid deyir: “Bütün təfsircilər bu ayənin Əli (ə) haqqında nazil olduğu haqqında yekdil rəyə gəlmişlər. Ayə o həzrətin (ə) Peyğəmbərin (s) yatağında geçələdiyi zama n nazil olmuşdur”[10].
On dörd əhli-sünnə alimi məlum ayənin Əli (ə) haqqında nazil olduğunu etiraf etmişdir. Belə elm adamlarindan aşağıdakılarını göstərmək olar. Zeyni Dehlan[11], Fəxr Razi[12], İbn Əsir[13], Diyarbəkri[14] və başqaları.
3. Mubahilə ayəsi.
Allah-taala buyurur:
فَمَنْ حَاجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءَنَا وَ أَبْنَاءَكمُْ وَ نِسَاءَنَا وَ نِسَاءَكُمْ وَ أَنفُسَنَا وَ أَنفُسَكُمْ ثُمَّ نَبْتهَِلْ فَنَجْعَل لَّعْنَتَ اللَّهِ عَلىَ الْكَذِبِين
“İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən bilikdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa, onlara de ki: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də özümüzü, siz də özünüzü; biz də qadınlarımızı,
siz də qadınlarınızı (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara
Allahın lənət etməsini diləyək!” (“Ali-İmran”,61)
Təfsirçilərin yekdil rəyinə görə, ayədə sözü kecən “özümüz”dən məqsəd Əlidir (ə). Belə ki, ayədə Əli (ə) Peyğəmbərin (s) özü ifadəsi ilə anılmışdır.
Əhməd ibn Hənbəl nəql edir: “Bu ayə nazil olduqda Peyğəmbər (s) Əli (ə) , Fatimə (ə) , Həsən (ə) və Hüseyni (ə) cağırtdıraraq buyurdu: “İlahi, bunlar mənim əhli-beytimdirlər”[15].
Müslümün nəql etdiyinə görə, Müaviyə ibn Əbu Süfyan Səd ibn Əbu əl-Vəqqası cağırtdıraraq dedi: “Sənin Əbu Turabı (Əlini) söyməyinə mane olan nədir?” Səd dedi: “Peyğəmbər (s) Əlinin (ə) üç fəzilətini dilə gətirmişdir. Bu üç fəziləti bildiyim halda heç bir zaman Əliyə (ə) qarşı nalayiq sözlər söyləmərəm. Əgər həmin fəzilətlərin biri məndə olsaydı (mənim haqqımda deyilsəydi) mənim üçün qırmızı (bahalı) dəvələrdən daha qiymətli olardı. Bu ayə فَقُلْ تَعَالَوْاْ nazil olduqda Peyğəmbər (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) çağırtdıraraq buyurdu: “İlahi, bunlar mənim əhli-beytimdirlər”.
Bu ayənin əhli-beyt (ə) haqqında nazil olduğunu eyni məzmunlu hədislə nəql edən iyirmi dörd səhabə və tabei, üçüncü əsrə qədər isə əlli əhli-sünnə alimi mövcuddur.
4. Məvəddət ayəsi.
Allah-təala buyurur:
قُل لَّا أَسَْلُكمُْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فىِ الْقُرْبى
(Ya Peyğəmbər) de ki: “Mən sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir çey istəmirəm (“Şura”, 23).
Əhli-sünnə elm adamlarının yekdilliklə nəql etdiklərinə görə, sözügedən ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) soruşdular: “Ey Allahın rəsulu! Bizə məhəbbəti vacib olan yaxınların (qohumların) kimlərdirlər?” Həzrət (s) buyurdu: “Əli, Fatimə, Həsən və Hüseyn”.
Hakim Nişapuri özünəməxsus sənədlə Əli ibn Hüseynin (ə) belə buyurduğunu nəql edir: “Həsən ibn Əli atasının vəfatından sonra xütbə oxuyaraq Allaha həmd və səna etdikdən sonra buyurdu: “Bu gecə elə bir şəxs dünyasını dəyişib ki, özündən öncə yaşamın insanlar əməl baxımından onu üstələməmiş, özündən sonra gələnlər isə onun kimisini görməyəcəklər. Peyğəmbər (s) bayrağı Əliyə (ə) verər, o da döyüşə yollanardı. Bir halda ki, Cəbrayıl onun sağ tərəfində, Mikayıl isə sol tərəfində addımlayırdı. Allah ona fəth və qələbə nəsib etmədən qayıtmazdı. Özündən sonrakılar üçün altı yüz dirhəmdən başqa heç bir sarı və ağ (qızıl və gümüş) qoyub getmədi. Payladıqlarından artıq qalan bu miqdar isə ailəsi üçün xidmətçi tutulsun deyə ayrılmışdı. Ey insanlar! Məni tanıyanlar tanıyır. Məni tanımayanlar isə bilsinlər ki, mən Həsən ibn Əliyəm (ə). Mən, Peyğəmbər (s) övladı, vəsi oğluyam. Mən hidayət çırağının oğluyam. Mən o əhli-beytdənəm (ə) ki, Cəbrayıl bizə nazil olar və bizim yanımızdan yüksələrdi. Mən o əhli-beytdənəm (ə) ki, Allah çirkinliyi onlardan uzaq tutaraq onları tamamilə pak etmişdir. Mən o əhli-beytdənəm (ə) ki, Allah onları sevməyi hamıya vacib etmişdir. Allah-taala buyurur: (Ya Peyğəmbər) de ki: “Mən sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir çey istəmirəm” (“Şura”, 23).Yaxşılığı əldə etmək biz əhli-beytə məhəbbət bəsləməkdir”.
Bu hadisəni iyirmi dörd səhabə və tabei, altımışa yaxın əhli-sünnə alimi nəql etmişdir. Belə alimlərə misal olaraq aşağıdakıları göstərmək olar:
Syuti[16], Təbəri[17], Əhməd ibn Hənbəl[18] və başqaları.
İbn Həbban və digərləri isə bu hədisin doğruluğunda hec bir şəkk-şübhə olmadığını xüsusilə vurğulamışlar.
[1] “İmam Əli “, İbn Əsakir, c.1, səh. 364.
[2] “Səhihi-Tirmizi “, c. 5, səh. 327.
[3] “Rəd”, 7.
[4] “Came əl-bəyan”, məlum ayəni izah edərkən.
[5] “Müsnədi-Əhməd”, c. 1, səh. 126.
[6] “Təfsiri-Hibri”, səh. 281.
[7] “Müstədrəki-Hakim”, c. 3, səh. 129.
[8] “Tarixi-Əbu əl Fida”, c. 1, səh. 126.
[9] “Tarixi-Bağdadi”, c. 13, səh. 191.
[10] “Şərhi-İbn Əbu əl-Hədid , “c. 13, səh. 262.
[11] “Əs-Sirə əl-Hələbiyyə”, c. 1, səh. 306.
[12] “Təfsir əl-kəbir”, c. 5, səh. 223.
[13] “Əsəd əl-ğabə”, c. 4, səh. 25.
[14] “Tarix əl-xəmis”, c. 1, səh. 325.
[15] “Müsnədi-Əhməd”, c. 1, səh. 185.
[16] “Dürr əl-mənsur”, c. 6, səh. 7.
[17] “Cami əl-bəyan” c. 25, səh. 14-15.
[18] “Müsnədi-Əhməd”, c. 1, səh. 199.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 3900
Qurbanlıq
Allah-taala İbrahimi (ə) çox böyük və bənzərsiz imtahanla qarşılaşdırdı. Belə ki, Quran bu imtahan haqqında buyurur: “Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi”(“Saffat”, 106). Hansı ki, İbrahim (ə) və övladının Allah fərmanına tam mənada təslim olduğunu aşkara çıxartı. Allah ömrünün ixtiyar çağında ona İsmail və İshaq adlı iki oğul nəsib etdi. Həzrət İbrahim (ə) bu haqda deyir: “İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!” (“İbrahim”, 39). İsmail işləyə biləcək yaşa çatdıqda bu imtahan baş verdi. Yaxşısı budur bunları vəhy dilindən eşidək: (İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!” Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər: ) “İbrahimə salam olsun!” (“Saffat”, 99 -109).
Burada üç məqama diqqət yetirmək zəruridir:
1. “Biz ona böyük bir qurbanlıq əvəz verdik” (“Saffat”, 107) ayəsində böyük qurbanlıqda məqsəd İsmailin qurban verilməsinin əvəzidir. Yəqin ki, burada böyük və hər il keçirilən qurban bayramı nəzərdə tutulur. Çünki Həcc mövsümünün qurbanlıq mərasimində məqsəd İbrahimin (ə) fədakarlığının xatirəsnini yaşatmaqdır. Şeyx Səduqun “Xisal” və “Uyuni əxbar ər-Rza” kitablarında İmam Rzadan (ə) nəql olunan bir rəvayətdə deyilir: “Minada qiyamər gününədək kəsilən bütün qurbanlar İsmailin (ə) fidyəsidir. (“Bihar əl-Ənvar”, c. 12, səh. 123). “Uyuni əxbar ər-Rza (ə) kitabında əlavə olunur ki, Həcc mövsümündən qeyri vaxtlarda kəsilən qurbanlar da İsmailin (ə) fidyəsidir.
2. Rəvayətlərdə deyilir ki, İbrahim (ə) o gün bir qoç kəsdi. Fikrimcə, bu o həzrətin əli ilə böyük qurbanlığın başlancığı idi. Yəni Allah İsmaili (ə) böyük və davamlı həcc qurbanlığı ilə əvəz etdi.
Bəzilərinə görə, böyük qurbanlıqda məqsəd İmam Hüseyn (ə) və fədailərinin şəhadətidir. Onlar bu fikri rəvayətlərlə əsaslandırırlar. Biz bu məzmunda rəvayət tapa bilmədik. Hədislərdə sadəcə İmam Hüseynin (ə) şəhid olacağı Allah tərəfindən İbrahimə (ə) bildirildi və o həzrət hüznləndi, –deyə bildirilir. Bu zaman Allah buyurdu: “Bu kədərinin savabı İsmaili (ə) qurban kəsib, Allah yolunda kədərlənib savab qazanmaq istədiyin kədərin savabı qədərdir”. Bu, yuxarıda qeyd olunan ehtimalla tam fərqlidir. Burada İmam Hüseyn (ə) və fədailərinin şəhid olması İsmailin (ə) əvəzi idi.
3. Burada (bəzilərinin geniş söhbət açdığı kimi) göstərişin, əmrin qüvvədən düşməsindən danışmağa, yəni öncə İbrahimə (ə) İsmailin (ə) başını kəsmək əmr olunmuşdu, sonra isə qüvvədən düşdü şəklində izah etməyə lüzum yoxdur. Çünki diqqət yetirdikdə əmrin qüvvədən düşmədiyini, ləğv olunmadığını görürük. İbrahim (ə) yuxuda gördüyünü eynilə həyata keçirdi. O, oğluna: “Mən yuxuda gördüm ki, sənin başını kəsirəm”, - dedi. “Gördüm ki, Sənin başını kəsdim” demədi. Başqa sözlə, həzrət (ə) yuxuda işin bitmiş tam halını görməmişdi. “أَرَى أَذْبَحُكَ” və “أَرَى ذبَحتكَ” ifadələri arasında fərq var. O, yuxuda gördüyünə əməl etdi və işini sona yetirəcəyini güman edirdi. Lakin açıq-aşkar vəhy bu gümanı aradan apardı. Bu qurbanlıq Tövratda da (“Yaradılış” kitabı, 22-ci fəsil) nəql olunmuşdur.
Kəbənİn İnşası
Kəbə Allahın evi olmaqla yanaşı camaatın da evidir və camaat üçündür. “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (“Ali-İmran”, 96). Ayələrə diqqət yetirdikdə aydın olur ki, Kəbə həzrət İbrahimdən (ə) öncə inşa edilmişdir. O həzrət (ə) dağıldıqdan sonra onu bərpa etdi. Arvadını və oğlunu abadlıqdan əsər-əlamət qalmayan çöllükdə məskunlaşdırdı. Get-gedə abadlaşdı və insanlar oraya toplaşdılar. Həzrət İbrahimin (ə) Kəbəni inşa etməkdə öz ailəsini oraya yerləşdirməkdə Allahın razlığından başqa məqsəd güdmürdü. Bu hadisələr “Bəqərə”, “İbrahim” və “Həcc” surələrində geniş verilmişdir (“Kəbə” sözünü izah edərkən ətraflı söhbət açacağıq).
Həccin hazırkı əməl və ayinləri həzrət İbrahimin (ə) əhkamıdır ki, səmavi vəhy vasitəsi ilə onun övladı həzrət Məhəmməd ibn Abdullaha (s) göndərilmişdir.
Quranda İbrahimlə (ə) bağlı başqa hadisələrdən də xəbər verilmişdir. Bunlardan biri dörd quşun Allahın əmri ilə hərzrətin məada əminliyi artması üçün dirilməsidir. Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” – buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!” (“Bəqərə”, 260)
“Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” ibarəsindən aydın olur ki, İbrahimin (ə) məqsədi hansı şəkildə diriltmək idi. Misal üçün, kimsə sizdən Bağdad şəhərinin necə şəhər olduğunu soruşduqda onun üçün şəhəri təsvir edirsiniz. Soruşan əslində Bağdad adlı şəhərin mövcudluğundan əmindir. Lakin onu gözü ilə görmək, marağını öldürmək istəyir.
“Səhihi-Müslimdə” (c. 2, İbrahimin (ə) fəzilətləri fəsli) Əbu Hüreyrənin Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə deyilir: “Biz şəkk etməyə İbrahimdən (ə) daha haqlıyıq. O, Allaha: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” – buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi (“Bəqərə” 260).
Maraqlıdır, Allah İbrahimin (ə) imanlı olduğuna şahidlik edir, Əbu Hüreyrə isə onun axirətə şübhə ilə yanaşdığını söyləyir və bunu Peyğəmbərə (s) isnad edərək deyir: “O (Peyğəmbər), şəkk etməyə ondan (İbrahimdən) daha haqlı idi”.
Əbu Hüreyrənin sözü İslam ölçüləri və “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər” (“Bəqərə”, 285) ayəsi ilə necə uyuşur? Peyğəmbər (s) axirət mövzusunda şəkk-şübhədə idimi?
Tövratın “Yaradılış” kitabında (fəsil 17, ayə 24) deyilir: “ İbrahim (ə) özünü doxsan yaşında sünnət etdi”.
“Səhih Müslim”də ( c. 2, İbrahimin (ə) fəzilətləri fəsli) və “Səhihi-Buxari”də (c. 4, “Nisa”, 125 ayəsi fəsli) Əbu Hüreyrənin Peyğəmbərə (s) isnad etdiyi hədisdə deyilir: “İbrahim (ə) həştad yaşında (özünü) sünnət etdi. Çox güman ki, Əbu Hüreyrə bu məlumatı Kəb əl-Əhbardan almış və Peyğəmbərə (s) aid etmişdir.
Əgər “Ənam” surəsinin 84-85-ci ayələrinə diqqət yetirsək görərik ki, Həzrət İbrahimin (ə) qövmü ilə bütlər haqqında söhbətləri, ulduzlara, Aya, Günəşə baxıb “Bu mənim rəbbim”dir deməsi və sonra bunun yanlış olduğunu bildirməsi hamısı onun vətənidə, Babilistandan çıxmazdan öncə baş vermişdir. Bu, “Tarixi-Yəqubi”, “Tarixi-Kamil”, “Məcmə əl-bəyan” və “Muruc əz-zəhəb”də də qeyd olunmuşdur.
Hörmətli alim Sədr Bəlaği və Məhəmməd Əhməd Cad əl-Mövlanın “Quran qissələri” kitabında bu söhbətin Hərran şəhərində oranın ulduzpərəstləri ilə olması qeyd olunmuşdur. (Güya) o həzrət öz şəhərindən çıxmış, Hərrana gəlmişdir. Bu məlumatın haradan götürüldüyü bəlli deyil və Quranın verdiyi məlumatlarla ziddiyyət təşkil edir.
Mr. Haks “Qamuse-kitabe-Müqəddəs” (səh. 4) kitabında yazır: “İbrahim (ə) yəhudi tayfasının, Bəni-İsmail və digər tayfaların banisi, yaradıcısı, böyük başçısıdır.
Qeyd etməliyik ki, yəhudilər haqq olduqlarını göstərmək üçün “İbrahim (ə) bizdən idi, yəhudi idi”, - deyirlər. Xristianlar isə deyirlər: “İncilin gəlməsi ilə din xristianlara qayıtdığı üçün İbrahim (ə) xristiandır və bizdəndir”. Lakin hər iki iddia yanlışdır. Çünki Yəhudilik və xristianlıq Tövrat və İncil nazil olduqdan sonra meydana gəlmişdir. İbrahim (ə) isə onların hər ikisindən öncə yaşamışdır. Quranda bu haqda oxuyuruq: Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz? Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz! İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi (“Ali-İmran”, 65-67). Sözügedən kitabın müəllifi yəhudiliyin yaranmasını İbrahimə (ə) nisbət verməkdə yanılmışdır.
Burada İbrahim (ə) haqqında deyilənlər hamısı Qurandan iqtibas edilmişdir. Peyğəmbərlərin (ə) həyatının Quranla araşdırılmasında israrlıyıq.
Fikrimizcə, müsəlmanlar Peyğəmbəri (s) tanımaqda diqqətli olmalı saxta hədislərə (İsrailiyyat) yox, tam əminliklə qəbul olunan hədislərə müraciət etməlidirlər. Quranda İbrahimlə (ə) bağlı digər nadir hadisələr də nəql olunmuşdur. Son olaraq bildirmək istəyirik ki, Tövrat və Əbu Hüreyrələrin peyğəmbərlər (ə) haqqında söylədiklərinin Quran və düzgün hədislərlə üst-üstə düşmədiyi təqdirdə heç bir elmi etibarı yoxdur.
Əli Əkbər Qurəşi
Çevirən: Maqsud Sayil
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 3253
Bütlərİn sındırılması
Quranın bu böyük insan (İbrahim peyğəmbər) haqqında nəql etdiyi nadir hadisələrdən biri də bütləri sındırması, parça-parça etməsidir. Bu, o dövr üçün çox böyük və təhlükəli addım idi. Camaatın, özü də avam camaatın müqəddəs sandıqları ilə oyun oynamaq asanmıdır? Hər halda Həzrət (ə) bütləri sındırdı və insanlara bildirmək istədi ki, bu durğun bütlər özlərini belə müdafiə etməyə qadir deyillər.
“(İbrahim) atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman. Onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər. (İbrahim onlara: ) "And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!" - demişdi. Onlar: "Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)" - deyə soruşduqda (İbrahim) belə cavab vermişdi: "Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!” (“Ənbiya”, 52 -56).
“(İbrahim) ulduzlara bir nəzər saldı və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: "Mən xəstəyəm!" (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: "Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz? Sizə nə olub ki, danışmırsınız?" Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi” (“Saffat”, 88-93).
“(Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır). (Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) dedilər: "Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!" (Müşriklərin bəziləri:) "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!" - dedilər. (Qalanları: ) "Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!" - dedilər. (Müşriklər İbrahimi tapıb gətirərək:) "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?" - deyə soruşdular. (İbrahim sındırmadığı iri bütü göstərib:) "Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi. Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)", - dedilər. Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski etiqada) qayıdaraq (İbrahimə): "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər. (İbrahim) dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?" (Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: "Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq” (“Ənbiya”, 58 -70).
Beləcə İbrahimin (ə) haqq olduğu üzə çıxdı.
“Üfüqdə gəzinti” və “Bütlərin sındırılması” başlığı altında qeyd olunanlar tam olaraq Qurandan iqtibas olunmuşdur. Ətraflı izah üçün üç məqamı diqqətnizə çatdırırıq:
1. İbrahim (ə) Azərə müraciət etdi. Azər onun atası, yoxsa ana babası idi? Bu, Azər sözünü izah edərkən aydınlaşacaq.
2. “Saffat” surəsinin 88-89-cu ayəsini tərcümə edərkən dedik:
﴾ فَقَالَ إِنِّي سَقِيمٌ النُّجُومِ فَنَظَرَ نَظْرَةً فِي ﴿ “(İbrahim) ulduzlara bir nəzər saldı və dedi: "Mən xəstəyəm!"
Hərfi məna etibarı ilə ﴾ سَقِيمٌ ﴿ [səqim] qorxulu məkana, kinə dolu ürəyə, “səqim” yer, yaxud “səqim” ürək deyilir. Ayədə “səqim” sözünü yalnız xəstə kimi başa düşmək lazım deyil. Burada məqsəd pərişanlıq da ola bilər. Şübhəsiz İbrahim (ə) o zaman narahat və pərişan idi. Eləcə də digər ayədə ﴾ فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌ ﴿ (“Saffat”, 145) rast gəldiyimiz “səqim” sözü də pərişan mənasında işlənmişdir. Yəni “Nəhayət, o (Yunus), pərişan olduğu halda onu (balığın qarnından) boş bir yerə (sahilə) atdıq”. Məqsəd onun xəstə, qızdırmalı olması yox, pərişan olmasıdır. Belə olan halda sözügedən ayə haqqında çoxsaylı ehtimallara da yer qalmır. Bu haqda tədqiqat apararkən Mərhum Əllamə Məclisinin də ayə haqqında irəli sürdüyü dördüncü ehtimalın fikrimizlə üst-üstə düşdüyünü gördüm (“Bihar əl-ənvar”, həzrət İbrahimin (ə) həyatı).
3. ﴾ قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَذَا ﴿ "Bəlkə, onların bu böyüyü bunu etmişdir”. Bu ayə haqda da çoxlu ehtimallar verilmişdir. “Əl-Mizan”da oxuyuruq: “Hamısı parça-parça olmuş, böyükləri isə salamat qalmışdır. Bütün bunlar göstərir ki, bu işi böyükləri etmişdir. Bu sözlər sonra “özündən soruşun” deməsi üçün bir müqəddimə, giriş idi. Lakin bu izah düzgün deyil. Burada (həzrət İbrahimin sözləri) tərəf muqabilini haqqı qəbul etməyə məcbur etmək məqsədi daşıyır”.
Bəli, şübhəsiz, bu şəkildə danışmaq qarşı tərəfi susdurmaq, haqq qarşısında çıxılmaz vəziyyətdə qoymaq, haqqı sübut etmək məqsədi daşıyırdı. Yalan qəbahətdir. Yalan danışan Allahın qəzəbinə gəlmişdir. İbrahim (ə) isə “Xəlilullah”dır. “Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!” (“Nisa”, 125). “Rəbbi İbrahimə : "(Əmrimə) təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!" - deyə cavab vermişdi” (“Bəqərə”, 131). "İbrahimə salam olsun!" (“Saffat”, 109).
Quran özü də İbrahimin (ə) bilərəkdən bu planı hazırladığı, ona müraciət etsinlər deyə böyüklərini sındırmadığını buyurur: “(Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər” (“Ənbiya”, 58). Əhli-beytdən (ə) gələn rəvayətlərdə də sözü gedən ayə haqqında deyilir: “And olsun Allaha ki, İbrahim (ə) yalan söyləmədi”.
“Səhihi-Buxari” (c. 4, Allahın “Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!” kəlamı fəsli; c. 6, “Bəni-İsrail” surəsinin təfsiri fəsli; c. 7, “İttixaz əs-sərasi” fəsli), “Sunəni-Əbu Davud” (“Talaq” kitabı, 16-cı fəsil), “Səhihi-Müslim” (c. 2, İbrahimin (ə) fəzilətləri fəsli) və “Səhihi-Tirmizi”də (“Ənbiya surəsinin təfisiri kitabı, hədis, 3) Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: “İbrahim (ə) yalnız üç yerdə yalan danışdı. Bunlardan ikisini Allaha görə, birini isə həyat yoldaşı Saraya görə danışdı. O, bütpərəstlərə cavab olaraq dedi: "Mən xəstəyəm!" Bütləri sındırdıqdan sonra isə dedi: "Bəlkə, onların bu böyüyü bunu etmişdir”. Zülmkar padşaha isə dedi: “Sara mənim bacımdır. İbn Əsir “Nihayə” əsərində “səqm” sözünü izah edərkən "Mən xəstəyəm!" ayəsi haqqında bir neçə versiyanı qeyd edərək yazır: “Düzgün versiya budur ki, bu, İbrahimin (ə) üç yalanından biridir. İkincisi "Bəlkə, onların bu böyüyü bunu etmişdir” ayəsidir. Üçüncüsü isə “Sara mənim bacımdır deməsidir”.
İbn Əsir “Kamil” əsərində də (c. 1, İbrahimin (ə) hicrəti fəsli) həmin hədisi Əbu Hüreyrədən nəql edir. Bu xurafatın qəhrəmanı Əbu Hüreyrə Dusidir. Onun rusvayçılığı və yalançılığı o qədər aydındır ki, açıqlamağa ehtiyac yoxdur. O, Kəb əl-Əhbarla birgə əyləşib onun yalanlarını Peyğəmbərə (s) aid edirdi. Təəccüb doğuran sözügedən kitabların müəllifləridir. Nəql etdikləri hədisin “Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!” ayəsi və onlarla bu kimi həzrət İbrahimin (ə) yüksək məqamını göstərən ayələrə zidd olduğunu sezə bilməyiblərmi?. Allah bir tərəfdən “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar” (“Nəhl”, 105) buyurur, digər tərəfdənsə, İbrahimi (ə) yalançımı adlandırır? Lakin Əbu Hüreyrə deyib deyə dərinə getməmək, Qurana zidd olsa belə qəbul etmək gərək. Qəribədir?!!!
Tövratda “Yaradılış” kitabında (fəsil 12) İbrahimin (ə) Misirə səfəri nəql olunmuşdur. İbrahim (ə) orada deyir: “Bu (Sara) mənim bacımdır”. Quranda bu səfər və bu söz haqqında heç bir məlumat verilmir. “Muruc əz-zəhəb” və “Tarixi-Yəqubi” kimi kitablarda da öz əksini tapmamışdır. Əbu Hüreyrə Tövratda verilən məlumatı müəyyən həddə saf-çürük etmiş və Peyğəmbərin (s) adından demişdir: “Orada İbrahim (ə) üç tarixi yalandan birini danışdı və “Sara mənim bacımdır” - dedi. Arvadı olduğunu deməsi təhlükəli idi”.
Həzrət İbrahimin (ə) Misirə səfəri “ər-Rəvzə əl-kafi” və “Bihar əl-ənvar”da (c. 12, səh. 45) nəql olunmuşdur. Rəvayətin sənəd silsiləsində (ravilər zəncirində) İbrahim ibn Əbu Ziyad Kərxi və Səhl ibn Ziyad kimi etibarlı sayılmayan ravilərin adları keçir və buna görə də sözegedən hədis etibarsızdır. Bundan başqa həmin rəvayətdə yalandan söhbət açılmır. Orada İbrahim (ə) deyir: “Bu mənim hərəmimin qadını, xalam qızıdır”.
Qeyd edək ki, hörmətli alim Sədr Bəlaği “Quran qissələri” kitabının müqəddiməsində “Əhdi-ətiq” və “Əhdi-cədid”in təhrif və yanlışlıqlarını düzəldəcəyini yazmasına baxmayaraq, eləcə də Məhəmməd Əhməd Cad əl-Mövlanın “Quran-qissələri” kitabını tərcümə edən hörmətli alim Seyid Baqir Musəvi İbrahimin (ə) həyatından danışarkən “İbrahim (ə) Misirdə” başlıqlı fəsil açmış və həzrətin (ə) “Bu mənim bacımdır deməsini qeyd etmişlər. Halbuki, Quranda bu haqda heç bir xəbər verilmir və bunun kökü Tövrata gedib çıxır. Kitabın adı “Quran qissələri” olduğu bir halda Tövratdan yox, Qurandan yazılmalıdır. Əlbəttə, hər iki kitab faydalıdır. Lakin bu və bunu kimi digər yanlış məlumatlara da göz yummaq olmaz.
Əliəkbər Qurəşi
Çevirən: Sina
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 2643
ابراهیم (İbrahim) Məhəmməd (s) peyğəmbərin, eləcə də Bəni-israil peyğəmbərlərinin ilk babasının, müsəlman, yəhudi və məsihilərin də qəbul və təsdiq etdiyi peyğəmbərin adıdır. Onun adı quranda 69 dəfə gəlmişdir. İslam dini İbrahimin (ə) dinidir. ﴾ ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنْ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفاً ﴿“Sonra (Ya Rəsulum!) sənə: "Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik” (“Nəhl”, 123). Böyük peyğəmbər Babilistanın Ur şəhərində dünyaya göz açmış, bütpərəstlərlə mubarizəyə qalıxmış, sonra isə Şama hicrət etmişdir. Quran, onun həyatı və mübarizəsinin böyük bir hissəsi haqqında onu tanıtmaq və digərlərinə yol göstərmək məqsədilə söhbət açmışdır. Burada bəzi məqamları diqqətinizə çatdıracağıq. Qeyd etmək lazımdır ki, bizim bu kitabda məqsədimiz peyğəmbərlərin həyatını yalnız Quran çərçivəsində araşdırmaqdır. Lakin buna baxmayaraq, o böyük insanların haqqında (geniş yayılmış) xurafat və qondarma hədisləri də nəzərdən keçirəcəyik.
Üfüqdə gəzinti
Allah həzrət İbrahimi fikrən inkişaf etdirdi və Haqqa doğru hidayət etdi. Quranda oxuyuruq:
Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!" Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri) göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmirəm", söylədi. (Sonra) doğan ayı görüb: "Bu mənim Rəbbimdir!" - dedi. (Ay) batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım", - söylədi. (Daha sonra) doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu, daha böyükdür!" - dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!" Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız? Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq (“Ənam”, 74-83).
“Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu (onun buna layiq olduğunu) bilirdik. (İbrahim) atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman” (“Ənbiya”, 51-52).
Bunlar həzrət İbrahim (ə) haqqında olan ayələrin bir hissəsinin tərcüməsidir. Bu ayələrdən üç məqam anlaşılır:
1. Allah-taala İbrahimi (ə) fikrən inkişaf etdirdi və o, tezliklə başa düşdü ki, bütlərə sitayiş yalnış və həqiqətdən uzaqdır. Görməyən, eşitməyən, danışmayan, ziyan vurmayan, xeyir verməyən bir şeyə necə sitayiş oluna bilər? Buna görə də camaata deyirdi: Bu bütlər siz çağırdığınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir-zərər verə bilirlərmi?
O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" - deyə cavab vermişdilər. (İbrahim) demişdi: "Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" (“Şüəra”, 70-73).
Buna görə də bütpərəstliklə mübarizəyə qalxdı.
2. İbrahim və bütpərəstlər Allahın mövcüdluğu ilə bağlı eyni fikirdə idilər. Fikir ayrılığı Günəş, Ay, ulduzlar və bütlərin dünyanın idarə olunmasında təsirli olub-olmamasında idi. İbrahim isbat etmək istəyirdi ki, dünyanı idarə etmək də onu yaratmaq kimi Yaradanın işidir. Bu, aşağıdakı ayələrdən aydın şəkildə bəlli olur.
"O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!" (“Ənam”, 19).
Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? (“Ənam”, 81).
Əgər Allaha etiqadları olmasaydı “Ona şərik qoşmaqdan qorxmadığınız halda” demək mənasız idi. Həzrət İbrahim (ə) onlara yaradılış və yaradılmışların idarə olunmasının Tanrıya xas olduğunu başa salmağa çalışır, onlar isə əsla buna boyun qoymurdular. Məsələnin bu yerdə olduğunu görən İbrahim (ə) deyirdi:
“Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!” (“Şuəra”, 78-82).
Bütün bunlar dünyanın idarə olunmasının da yaradılması kimi Allahın işi olduğunu, məhz buna görə də ibadət və sitayişin ona xas olduğunu isbatlamaq üçün idi.
Müşriklərin və ya əksər müşriklərin Allahın mövcudluğuna inam bəsləmələrindən, bütlərin və səma cisimlərinin də (Allahla yanaşı) dünyanın idarə olunmasına təsir göstərdiklərinə (burada təbii cismlərin bilavasitə, müstəqil təsirindən söhbət gedir) inanmaları fikrini qəribə qarşılamaq lazım deyil. Çünki Quran müşriklərin dilindən deyir:
Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər) (“Zümər”, 3).
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. (“Yunus”, 18).
Həqiqətən, əgər sən (müşriklərdən): "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. “(Loğman”, 25).
3. Günəş və Aya pərəstişi inkar etmək bütlərə sitayişi inkar etmək qədər asan deyildi. Bunun üçün düşünməyə ehtiyac var idi. İlk növbədə İbrahim (ə) özü Allahın hakimiyyətinə, aləmi yalnız Onun idarə etməsinə əmin olmalı (“Ənam”, 75), sonra isə bütlərə sitayişlə mübarizəyə qalıxmalı idi. Buna görə də İbrahim (ə) Allahın ona bəxş etdiyi yetkinlik və dərketmə qabiliyyəti ilə Günəş və Ayın çıxış və batışının hökmə tabe olduğunu, ixtiyarları özlərində olmadığını yəqin bildi və əmin oldu ki, aləmi idarə edən onlar yox, yeri və göyləri yaradan Tanrıdır. Bu zaman dedi:
"O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!" (“Ənam”, 19).
İbrahim (ə), Tanrıya inanır, lakin Günəş, Ay və digər varlıqların dünyanın idarə olunmasında rolu olub-olmaması haqqında tədqiqat apardığını düşünmək qəbahət deyil. O, öncə onların hər biri haqqında dedi: “Bu mənim Rəbbimdir”. Sonra onların heç birinin rəbb olmadığına tam qənaətlə inandı və dedi: “Mənim Rəbbim məni və digər məxluqatı yaradan xaliqdir”. Əgər Quranın ilkin zahiri mənasına diqqət yetirsək, haqqı deməkdən çəkinməsək yuxarda qeyd olunan fikrimizin üzərində dayanmalıyıq. İmam Sadiqdən (ə) soruşuldu: “İbrahim (ə) “bu mənim Rəbbimdir” deməklə müşrikmi oldu?”
Həzrət (ə) buyurdu: “Onun belə deməsi şirk deyildi. Çünki o, Pərvərdigarının axtarışında idi”. Həzrət İbrahimin (ə) axtarışda olduğu bir vəziyyətdə “Bu mənim Rəbbimdir” deməsi, sonda bu fikrin yanlış olduğunun ona aydın olması qənaətində olmağımızın nə maneəsi var? Məgər hamı Allahın mövcudluğunu yaradılmışlara nəzərən dərk etmirmi? Məgər Allah İbrahim (ə) haqqında buyurmurmu:
“Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmirəm", söylədi” (“Ənam”, 76).
Bəzi sadəlövhlər elə düşünürlər ki, peyğəmbərlər (ə) öncədən hər şeyi bilirlər, onlar (ə) tam qənaəti, xatircəmliyi düşünmədən, fikirləşmədən əldə edirlər. Buna cavab olaraq İslam peyğəmbərinin (s) on beş yaşında ikən Hira mağarasında düşüncələrə dalmasını və aşağıdakı ayəni xatırladırıq:
(Ya Peyğəmbər! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan) (“Şura”, 52).
“Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi” (“Hud”, 49).
Ayə açıqca Peyğəmbərin (s) vəhydən öncə bu şeylərdən xəbərsiz olduğunu göstərir.
Bəli, Allah İbrahimi (ə) doğru yola yönəltdi. Bu, yaradılmışlar haqqında düşünməklə baş verdi. Sonra ilahi vəhy bunu daha da möhkəmlətdi.
Əli Əkbər Qurəşi
Çevirən: M. Əzizoğlu
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 2856
"أبد" [əbəd] həmişə, daima, müntəzəm.
Bu söz Quranda 28 dəfə işlənmişdir. ﴾ مَاكِثِينَ فِيهِ أَبَداً ﴿ "Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!" ("Kəhf", 3).
Rağib "Mufrədat"da yazır: "أبد" [əbəd] sözü ardı kəsilməyən, davamlı zaman deməkdir. "أمد" [əbəd] sözünü izah edərkən isə deyir: "أبد" [əbəd] qeyri-məhdud zamandır.
"Əqrəb əl-məvarid"də deyilir: "أبد" [əbəd] zaman zərfidir və gələcək zamanın davamlılığı, ardıcıllığı üçün yox, mənasini daha da artıqmaq, qüvvətləndirmək üçün (təkid üçün) işlənir. Necə ki, "قَطّ" [qəttu] və "ألبَتّة" [əlbəttə] sözləri keçmiş zamanın mənasını daha da artırır, gücləndirir. Misal üçün, و ما فعلت قَطّ و ألبَتّة ولا أفعل أبدا" " (heç bir zaman etməmişəm və heç bir zaman etməyəcəm, yaxud etməyəcəm də). Deyilənlərdən aydın olur ki, "أبد" [əbəd] sözü daim cümlədə özündən öncə yerləşən sözün təsir gücünü qüvvətləndirən (qüvvətləndirici) ədatdır. Lakin Quran ayələrinə nəzər saldıqda bunun əksini görürük və aydın olur ki, "أبد" [əbəd] sözü yalnız sözün və ya cümlənin təsir gücünü qüvvətləndirmək funksiyasını daşımır. Bəzi ayələr "أبد" [əbəd] sözü vasitəsilə davamlılıq, ardıcıllıq mənasını daşıyır. Misal üçün, ﴾ مَاكِثِينَ فِيهِ أَبَداً ﴿ "Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!" ("Kəhf", 3). ﴾ لاَ تَقُمْ فِيهِ أَبَدًا لَّمَسْجِدٌ ﴿ "Orada heç vaxt namaz qılma" ("Tövbə", 108). ﴾ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا ﴿ "Sizə özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz" ("Əhzab", 53) və s. Məlumdur ki, namaz qılmamaq, yaxud Peyğəmbərin (s) özündən sonra zövcələri ilə evlənməmək hökmünün davamlılığı, həmişəlik olması ayəyə "أبد" [əbəd] sözünün artırılmasından başa düşülür. "أبد" [əbəd] sözü artırılmadan hökmün həmişəlik olub-olmaması bəlli olmur. Belə olan halda "أبد" [əbəd] sözü ayədə özündən qabaqkı mənanı qüvvətləndirmək üçün yox, yeni bir məna artıqmaq üçün işlədilir.
"أبد" [əbəd] sözü "Qamus" və s. kitablarda dəhr (zaman, dövr) mənasında, "Nəhc əl-bəlağə"də isə sifət kimi işlənmişdir. أنت الأبد فلا أمد لک" " "Sən həmişə varsan və sənin üçün son yoxdur" (Xütbə, 107). Burada da orijinal məna nəzərdə tutulmuşdur.
Seyid Qurəşi
Çevirən: M. Sayıl
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 3249
أبّ [əbb]: otlaq, örüş.
“Mufrədat” və “Nihayə”də deyilir: “Otlamaq və biçilmək üçün hazır olan örüş”. “Əqrəb əl-məvarid”də deyilir: “Mal-qaranın yediyi yabanı, vəhşi bitkilər”. ﴾ وَفَاكِهَةً وَأَبّاً... ﴿ فَأَنْبَتْنَا فِيهَا حَبّاً “(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik” (“Əbəsə”, 31). “Məcmə”də də “Mufrədat” və “Nihayə”yə oxşar fikirlər söylənmişdir.
Ayədə bu sözdən məqsəd yabanı otlardır. Çünki “أبّ” [əbb] sözü cümlədə tamamlıqdır və “أَنْبَتْنَا” [ənbətna] (bitirmək, yetişdirmək) feli ilə bağlıdır. Təbii ki, bitirmək otun bitdiyi yerlə yox, otun özü ilə bağlıdır. Bu söz Quranda yalnız bir dəfə işlənmişdir. Leksikoqrafların fikrincə, bu sözün orijinal mənası hazırlıq deməkdir. “أبّ للسير أبّاً: تهيّا’َ له” əbbə lis-siyri əbbən, yəni səfərə hazırlaşdı. “Nihayə”də nəql olunduğuna görə, Quss ibn Saidənin hədisində deyilir: “فجعل يرتع أباَ” Otlamağa başladı (ot otlamağa başladı).
Tədqiqatçılardan biri “أبّ” [əbb] sözünün mənası haqqında müxtəlif fikirləri qeyd etdikdən sonra belə bir ehtimal verir ki, “وَأَبّا” [və əbbən] ifadəsindəki “و” [vav] hərfi bağlayıcı yox, sözün kök hərfidir və təşdidsizdir (qoşa samitsizdir). Bu halda ayə ﴾ وَفَاكِهَةً وَأَبّاً ﴿ bağlayıcı olmadan iki sözdən ibarət olur. “فَاكِهَة” [fakihə] meyvə, “وَأب” [və`b] isə iri, təravətli, çeşidli mənalarını ifadə edir. Onun fikrincə, “و” [vav] bağlayıcı deyil. “وَأب” [və`b] sözü , “دهر” [dəhr] modelindədir və “فَاكِهَة” [fakihə] sözünə bağlı sifətdir (cümlədə təyindir). Sonda isə öz fikrinin yəqinə yaxın olduğunu vurğulamışdır. Onun bu versiyanı irəli sürməklə demək istədiyi budur ki, lüğətçi və təfsirçilər bu söz haqqında (sözün mənasını açıqlayan) aydın və düzgün rəvayət nəql etməmişlər. “وَأب” [və`b] sözünün mənası isə aydındır. O, yazır: “Leksikoloqlara görə, “أبّ” [əbb] sözü ərəb dilinə keçmə sözdür” (“Divane-din”, səh. 106).
Dərin araşdırmadan sonra bu fikri aşağıdakı dəlillərə görə məqbul hesab etmədik.
Birincisi, heç bir qiraətçi “أبّ” [əbb] sözünü təşdidsiz (qoşa samiti bildirən şərti işarə) oxumamışdır.
İkincisi, bu zaman ayələr mənaca bir-birinə uyğun olmayacaq. Çünki ayələrin düzülüşü belədir:
“Belə ki, orada dən (dənli bitkilər) göyərtdik, üzüm və göyərti, zeytun və xurma (bağları), (ağacları bir-birinə) sarmaşan bağçalar, (növbənöv) meyvələr və ot (ələf) yetişdirdik. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!”
Məlumdur ki, üzüm, göyərti və s. adətən insanın yediyi qida maddələridir. Əgər “أبّ” [əbb] sözünü “وَأب” [və`b] şəklində oxusaq və “فَاكِهَة” [fakihə] sözünün sifəti hesab etsək, o zaman
﴾ مَتَاعاً لَكُمْ وَلِاَنْعَامِكُمْ ﴿ “(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!” cümləsinə yer qalmır. Çünki öncə adı çəkilənlər hamısı “مَتَاعاً لَكُمْ” [mətaən ləkum] ifadəsinə aiddir. “قَضْب” [qəzb] sözünü yonca kimi tərcümə etmək (“Sihah”) də problemi həll etmir. Fikrimizcə, burada məqsəd yonca yox, göyərtidir və bir-birinin ardınca düzüldüyünə görə “قَضْب” [qəzb] deyilir. Əgər yonca olsa belə mal-qara üçün kifayət deyil.
Lakin “أبّ” [əbb] sözünü otlaq kimi tərcümə etsək, problem həll olur.
Üçüncüsü, digər ayələrdə “فَاكِهَة” [fakihə] sözünün sifəti (özü ilə uzlaşaraq) müənnəs (qadın cinsində) işlənmişdir. ﴾ فَاكِهَةٌ كَثِيرَةٌ ﴿ “çoxlu meyvələr” (“Zuxruf”, 73; “Vaqiə”, 32; “Sad”, 51). Demək, sözügedən ayədə də sifət, bağlı olduğu sözlə uzlaşmalı idi. “وَأب” [və`b] sözü hər halda vahid formasını qoruyan “müştərək sifət”lərdən də deyil ki, hər iki cinslə eyni şəkildə işlənsin. “وَأب” [və`b] sözü lüğət kitablarında bağlı olduğu söz müənnəs olduqda “قدر وأبةٌ” [qidrun və`bətun] (böyük qazan), müzəkkər (kişi cinsində) olduqda isə “إناء وأبٌ” [inaun və`bun] (böyük qab) şəklində verilmişdir (“Əqrəb əl-məvarid”). Bundan başqa, “وَأب” [və`b] sözü böyük, geniş mənasını ifadə edən sifət olaraq meyvə sözü haqqında yox, çala-çuxur, çökük haqqında işlənir. Müəllif bu məqamı nəzərdən qaçırmamış, ona irad tutulmasın deyə, məlum sözün meyvə haqqında işlədilərək “iri meyvə” mənasını ifadə etməsini yeni söz yaradıcılığı kimi dəyərləndirmişdir.
Sonda qeyd etmək lazımdır ki, “أبّ” [əbb] sözü əvvəldən fikir ayrılıqlarına səbəb olmuşdur. Şeyx Mufid “İrşad” əsərində nəql edir: Əbu Bəkrdən “أبّ” [əbb] sözü haqqında söruşdular. O, dedi: “فَاكِهَة” [fakihə] sözünün mənasını bilirik, “أبّ” [əbb] sözünü isə Allah daha yaxşı bilir. Bu söz İmam Əliyə (ə) çatdıqda həzrət buyurdu: “Subhanəllah! Bilmirmi ki, “أبّ” [əbb] ələf və otlaq deməkdir və Allah ayədə insanlara və mal-qaralarına bəxş etdiyi nemətləri sayır?”.
Zəməxşəri məlum ayəni izah edərkən həmin rəvayətin bir hissəsini qeyd edir və buna oxşar digər rəvayəti Ömərdən nəql edir. Sonra onlara haqq qazandırmaq üçün deyir: “Onlar əməl olunmamalılara yox, əməl olunmalılara ciddi yanaşmışlar”.
Əllamə Əmini “əl-Qədir” əsərində (c. 6, səh. 100; c. 7, səh. 103) “Səhihi-Buxari”nin şərhçisi İbn Həcərin sözlərini qeyd edir. O, deyir: “Bir versiyaya görə, “أبّ” [əbb] sözü ərəb sözü deyil, keçmə sözdür. Buna dəlil isə onun mənasının iki şeyxə (Əbu Bəkr və Ömərə) aydın olmamasıdır”. Sonra Əllamə Əmini yazır: “Lakin heç bir lüğətçi onun keçmə söz olduğu haqqında fikir söyləməmişdir”. Biz də “Sihah”, “Qamus”, “Əqrəb” və s. kitablarda onun keçmə söz olması haqqında hər hansı bir işarə görmədik.
Əli Əkbər Qurəşi
Çevirən: M. Əzizoğlu
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 6588
1-ci ayə
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə siz pis əməllərdən çəkinəsiniz!” [1]
Bu ayədən öncə yer alan bir neçə mühüm islam hökmlərindən sonra, Allah Təala bu ayələrdə mühüm ibadətlərdən sayılan başqa bir hökmə yəni, oruca işarə edir. Allah keçən ayələrdə olduğu kimi təkidlə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi.”
Sonra fasiləsiz olaraq bu insan tərbiyə edən ibadətin fəlsəfəsini qısa, lakin çox dərin mənalı bir ayədə belə bəyan edir: “Bəlkə siz pis əməllərdən çəkinəsiniz!”
Oruc, təqva ruhunun dirçəldilməsi və bütün sahələrdə pərhizkar olmanın əsas səbəblərindəndir. Bu baxımdan ki, bu ibadət maddi ləzzətlərdən məhrumluq və bəzi çətinliklərlə (xüsusilə də yay mövsümündə) yanaşıdır. Yuxarıdakı ayədə müxtəlif kəlmələr işlənib ki, insanın ruhuna bu hökmü qəbul etməkdə yardımçı olur. Birinci xitab budur: “Ey iman gətirənlər!” Sonra bu həqiqət bəyan edilir ki, oruc yalnız sizə aid deyil. Sizdən öncəki ümmətlərə də vacib olmuşdu.
Sonda isə onun fəlsəfəsini vurğulayaraq buyurur: Bu Allah tərəfindən vacib edilmiş əməlin savabı tam olaraq sizə aid olacaqdır. Allah bu kəlamlarla orucu sevimli və ürəyə yatan bir məsələyə çevirir.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir:
“Ey iman gətirənlər!” xitabının ləzzəti o qədər çoxdur ki, bu ibadətin çətinlik və məşəqqətini aradan qaldırır!” [2]
2-ci ayə
“(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” [3]
Bu ayədə də orucun çətinliyinin azaldılması məqsədilə bu barədə bir neçə göstəriş verilir. Əvvəl belə buyurulur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.”
Yəni, bir neçə gün oruc tutmalısınız. Belə deyil ki, ilin axırınadək yaxud ilin böyük bir hissəsini oruc tutmalısınız. Əksinə oruc ilin kiçik bir hissəsində tutulur.
Digər tərəfdən isə:
Sizlərdən xəstə olan, səfərdə olan və oruc tutarkən çətinliyə düşən şəxslər bu hökmdən azad ediliblər və bu orucun yerinə başqa günlər oruc tutmalıdırlar:
“(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.”
Yenə əlavə edilir: O şəxslər ki, oruc tutarkən həddən artıq əziyyət çəkirlər və oruc onlar üçün olduqca çətindir (məsələn: qoca kişi və qadınlar və əlacı olmayan xroniki xəstəliklərə mübtəla şəxslərə), onların oruc tutmaları vacib deyil. Lakin onun yerinə bir fəqirə təam verməlidirlər: “Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər.” [4]
O şəxslər ki, Allah yolunda bundan daha çox təam vermək istəsələr, onlar üçün daha yaxşıdır: “Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar.” [5]
Sonda isə ayənin axırında buyurur: Oruc tutmaq sizin üçün daha yaxşıdır: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”
Bəziləri bu cümləni islamın ilk dövrlərində orucun ixtiyari vacib olduğunu və müsəlmanların oruc tutmaq yaxud onun yerinə fidyə ödəmək kimi iki vəzifədən birini seçmək ixtiyarına malik olduqları kimi qələmə vermək istəyiblər ki, müsəlmanlar tədricən oruc tutmağa adət etsinlər. Sonra isə bu hökm nəsx edildi və oruc eyni vacibə çevrildi.
Lakin bu cümlənin orucun fəlsəfəsinə daha bir təkid olduğu nəzərə çarpır və bu ayə bəyan edir ki, bu ibadət də digər ibadətlər kimi Allahın cəlal və əzəmətinə bir şey artırmır, əksinə onun bütün xeyir və faydaları ibadət edənlərə çatır.
Bu sözün dəlili Qur`anın digər yerlərində nəzərə çarpan oxşar ayələrdir. Məsələn: “Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” [6] Bu kəlam cümə namazının vacib olması hökmündən sonra zikr edilir. Ayə tam olaraq belədir: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” [7]
Ənkəbut surəsində isə belə oxuyuruq: “(Ya Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!” [8]
Beləliklə aydın olur ki, bu cümlə “Oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” oruc tutmayıb onun yerinə fidyə verən müəyyən dəstəyə deyil, bütün oruc tutanlara aiddir.
3-cü ayə
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz.” [9]
Bu ayə orucun vaxtını və onun bəzi hökm və fəlsəfəsini izah edir. Əvvəlcə buyurur: Oruc tutmalı olduğunuz bir neçə gün ramazan ayıdır: “Ramazan ayında”.
Sonra buyurur: “O ay ki, Qur`an onda nazil edildi!”
O Qur`an ki, insanların hidayəti üçündür, açıq aşkar dəlillərə malikdir və haqq ilə batilin ayırılması mənbəyidir: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran.”
Sonra yenidən səfərdə olan və xəstələrin hökmünü təkid olaraq təkrarlayır və buyurur: “Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.”
Xəstə və səfərdə olanların hökmünü bu ayə və keçən ayədə təkrar deyilməsi ola bilsin ki, bu mənada olsun: Bəzi şəxslər orucun açılmasını hər halda yolverilməz olduğunu fikirləşərək xəstə və səfərdə olarkən belə oruc tutmağa çalışsınlar. Buna görə də Qur`an bu hökmü təkrarlayaraq müsəlmanlara çatdırır ki, sağlam və oturaq tərzdə olan şəxslərə oruc tutmaq İlahi bir vacib olduğu kimi, xəstə və səfərdə olan şəxslərə də iftar etmək İlahi əmrdir və bununla müxalifət də günahdır.
Ayənin axır hissələrində də orucun şər`i vacib edilmə fəlsəfəsini xatırladır və deyir: “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər.”
Ayə, oruc tutmağın zahirən bir növ çətinlik və məhdudiyyət olmasına baxmayaraq, bu ibadətin sonunun insanın həm mənəvi və həm də maddi rahatlığı və asayişi olduğuna işarə edir. Bu cümlə bu mənada da ola bilər ki, İlahi hökmlər zalım hakimlərin hökmü kimi deyil. Əksinə Allahın hökmünü yerinə yetirmək çətin olduqda, O daha asan vəzifə ilə razılaşır və buna görə də oruc tutmağın olduqca çox olan əhəmiyyətinə baxmayaraq, onu xəstə və səfərdə olan şəxslərin üzərindən götürüb.
Sonra əlavə edir: Məqsəd budur ki, siz bu günlərin sayını tamamlayasınız: “Fövtə gedən günlərin orucunu tamamlayasınız.”
Yəni hər bir sağlam insana ildə bir ay oruc tutmaq vacibdir, çünki onun cismi qorunur və ruhu tərbiyələnir. Buna əsasən, əgər ramazan ayında xəstə və ya səfərdə olubsa, bu günlərin sayı qədər orucu qəza etməlidir ki, göstərilən say tamamlansın. Habelə heyz (aybaşı) halında olan qadınlar namazın qəzasından azad edilməsinə baxmayaraq orucu qəza etməlidirlər.
Sonuncu cümlədə isə buyurur. siz Allahın sizi hidayət etməsinə görə Allaha təzim etməlisiniz və sizə verdiyi nemətlər üçün Ona şükr etməlisiniz: “Və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz.”
Diqqət yetirilməli məqam budur ki, şükr etmk məsələsini “” (“lə`əllə” yəni, bəlkə) kəlməsi ilə vurğulayıb, amma Allahın böyük tutulması məsələsini qəti şəkildə qeyd edib. Ola bilsin ki, ayədəki kəlmə fərqi buna görə olsun ki, hər halda bu ibadəti yerinə yetirmək Allaha təzim etməkdir. Lakin şükr etmək o deməkdir ki, insanın nemətləri öz yerində istifadə etməsinə orucun təsir və fəlsəfəsini dərk etməsi nəzərdə tutulur ki, bunun da bəzi şərtləri var və bu şərtlər hasil olmayınca şükr yerinə yetirilməz. Bu şərtlərin ən əsası isə, kamil ixlas, orucun həqiqəti barədə mərifət əldə etmək və onun fəlsəfələrini bilməkdir.
Qeydlər:
1. 2-ci surə, “əl-Bəqərə” (İnək) surəsi, 183-cü ayə.
2. “Məcm`ə əl-bəyan” təfsiri, sözü gedən ayənin təfsirində.
3. 2-ci surə, “əl-Bəqərə” (İnək) surəsi, 184-cü ayə.
4. Ayədə işlənən “یطیقونه” (taqəti olmayanlar) kəlməsi “طوق” sözündən götürülüb. Əslində boyuna salınan halqa və ya təbii olaraq (bəzi quşların boynunda olan rəngli halqalar kimi) boyunda olan halqa mənasını verir. Bundan əlavə həddən artıq gücsüzlük və qüdrətsizlik mənasında işlənib. Burada “یطیقونه” (taqəti olmayanlar) cümləsindəki “ه” (ona) əvəzliyi oruca işarə edir və bu mənanı çatdırır ki, oruc tutmaq üçün bütün qüvvələrini səfərbər etsinlər, yəni, olduqca çox zəhmətə düşsünlər. Bu qocalar və əlacı olmayan xəstələr haqqındadır. Buna görə onlar oruc tutmaqdan azaddırlar və orucun yerinə fidyə verməlidirlər. Lakin şəfa tapan xəstələr orucun qəzasını yerinə yetirməlidirlər.Bəzi alimlər isə deyib ki, “یطیقونه” (taqəti olmayanlar) cümləsi bu mənadadır ki, əvvəl oruc tutmağa qüdrətləri çatıb, yəni “کانوا یطیقونه” (əvvəl taqəti olmayanlar), amma indi oruc tutmağa qüdrətləri çatmır. Bəzi rəvayətlərdə də bu mənaya işarə edilib.Hər halda hökm nəsx olunmayıb və bu gün də öz qüvvəsindədir.
5. Bəziləri “تطوع خیرا” (Hər kəs könüllü xeyir iş görərsə) cümləsindən məqsəin müstəhəb oruc olduğu fikrindədirlər. Bəzi alimlər isə deyiblər ki, orucun əhəmiyyət və fəlsəfəsinə diqqət yetirərək onu kərahət və məcburiyyətlə deyil, həvəs və rəğbətlə yerinə yetirmək lazımdır.
6. 62-ci surə, “əl-Cumu`ə” (Cümə) surəsi, 9-cu ayə.
7. Həmin mənbə.
8. 29-cu surə, “əl-Ənkəbut” (Hörümçək) surəsi, 16-cı ayə.
9. 2-ci surə, “əl-Bəqərə” (İnək) surəsi, 185-ci ayə.
Tərcümə etdi: M. Əhmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 4408
Əbəsə surəsinin ilk yeddi ayəsi varlılara və zəngin insanlara onların mal-dövlətinə görə meyilli olan, sonsuz ehtiram bəsləyərək, hörmətlə yanaşan, amma kasıb, yoxsul və fağır insanlara aşağı gözlə baxan, onları əskik və dəyərsiz sayan bir şəxsin əməlinə etiraz olaraq nazil olmşdur.
Lakin bəziləri bu ayələrin Peyğəmbər(s)-ın haqqında nazil olmasına diqqət yönəldərək bu haqqda bir sıra əsassız iddialar irəli sürmüşlər. Belə ki, onlar İbn Abbas, Aişə və başqalarının rəvayətlərinə istinad edərək, söylənilən ayənin Peyğəmbər(s)-la birbaşa əlaqəli olduğuna təkid edirlər. Guya ki, bir gün Həzrət Məhəmməd(s) kafir bə müşriklərin rəhbərlərini İslam dininə dəvət etmək məqsədilə söhbətə məşğul olduğu zaman, İbn Ümm Məktum adlı bir kor kişi onların yanına gələrək, Peyğəmbər(s)-dan ona öz dini haqqında məlumat verməyi tələb etdi. O, bu istəyində olduqca israrlı və inadlı idi. Amma Peyğəmbər(s) kor kişinin istəyinə e,tiraz əlaməti olaraq, üzünü turşudub, bir daha ona etina etmədi. Elə bu vaxt Allah tərəfindən Əbəsə surəsinin ilk yeddi ayəsi nazil olaraq, Peyğəmbər(s)-ı bu hərəkətinə görə danladı. Nəticədə o, öz əməlinə peşman olub, kor kişidən üzr istəyərək, ona nəvaziş göstərdi.
Halbuki, bu rəvayət bir çox cəhətdən səhih və düzgün sayıla bilməz:
1) Söylənilən rəvayət mənbə və sənəd baxımından etibarlı deyildir. Çoxsaylı məşhur islam alimləri bu hədisə etina olunmamasına təkid etmişlər<!--[if !supportFootnotes]-->[1]<!--[endif]-->. Çünki hədisi söyləyən şəxslər onu etibarlı və səlahiyyətli mənbəyə əsaslandırmamış və həmçinin rəvayəti nəql edənlərin arasında tanınmamış və kimliyi məlum olmayan şəxslər də mövcuddur. Belə ki, iddia edilən hadisənin baş verdiyi zamana ən yaxın yaşamış və onu sonrakı nəslə rəvayət etmiş şəxslər, İbn Abbas və Aişədir ki, onlar da, o vaxt ya dünyaya gəlməmiş və yaxud da, südəmər uşaq olmuşdur.<!--[if !supportFootnotes]-->[2]<!--[endif]-->
2) Hədisin mətni də, ziddiyyətli formada nəql olundğu üçün, rəvayətlərin arasında müxtəlif paradokslar mövcuddur.
Aişə bir yerdə İbn Ümm Məktumun Peyğəmbər(s)-ın yanına gəldiyində, O həzrətin(s) müşriklərin rəhbələrilə söhbətə məşğul olduğunu deyir. Başqa bir yerdə isə Peyğəmbərin bəzi məsələləri Qüreyşin rəhbərlərilə müzakirə etdiyini söyləyir və onların Əbu Çəhl və Ütbə olmasına diqqət çəkir. Digər rəvayətində də, o, bu şəxslərin Ütbə və Şeybədən ibarət olduğunu söyləyir. İbn Abbasa görə isə onlar Ütbə, Abbas və Əbu Cəhl idi. Amma Ənəsin rəvayətinə görə Peyğəmbər(s) bir nəfərlə, yəni؛ Übəyy ibn Xələflə danışırdı. Əbu Malik isə Peyğəmbərlə (s) danışan şəxsin Üməyyə ibn Xələf olduğunu deyir. Mücahid onların Ütbə ibn Rəbiə və Üməyyə ibn Xələf olduğunu iddia edir. Mücahid başqa bir yerdə isə onun yalnız qüreyşli adi bir şəxs olduğuna israr edir.<!--[if !supportFootnotes]-->[3]<!--[endif]-->
3) İşarə olunan ayələrxitab etdiyi şəxsi qaraqabaq, adamayovuşmaz, qatı və tünd xasiyyətli bir insan kimi tanıdır. Bir halda ki, tarix boyu belə bir xüsusiyyət nə Quran, nə Peyğəmbər(s)-ın dostları və nə də düşmənləri tərəfindən ona nisbət verilməmişdir.<!--[if !supportFootnotes]-->[4]<!--[endif]--> Həqiqətdə o dövrün insanları Peyğəmbər(s)-ın gözəl əxlaqa malik olduğuna və mehriban həmsöhbət olduğuna həmişə etiraf etmişlər.Bir sıra müfəssirlərin yazdıqlaına əsasən o Həzrət(s) insanlara qarşı o qədər səmimi və məhəbbətlə davranırdı ki, hətta əl görüşdükdə belə öz əlini qarşı tərəfin əlindən əvvəl geri çəkməzdi ki, bəlkə onun xətrinə dəyə bilər. Bəs necə ola bilər ki, İslam dinini öyrənmək məqsədilə gələn şəxsə qarşı etinasızlıq və hörmətsizlik etsin? Bütün ilahi peyğəmbələr heç zaman xalqı onlardan uzaqlaşdıracaq əməllərə əl atmırlar. Çünkü belə hərəkətlər onların vəzifələrinin naqis və natamam qalmasına gətirib çıxarır ki, bu da öz nöbəsində yol verilməzdir.<!--[if !supportFootnotes]-->[5]<!--[endif]-->
4) Söylənilən ayələr tənqid etdiyi şəxsi zəngin və varlı insanlara meyllı olmaqda, amma yoxsul və kasıb xalqa etinasızlıq etməkdə təqsirləndirir.
Halbuki, Həzrət Məhəmməd (s) belə xüsusiyyətə malik deyildi. O, daim yoxsul insanlara qarşı daha da mehriban davranlrdı. Və həyatı boyu insanları var-dövlətlərinə qiymətləndirmədi.<!--[if !supportFootnotes]-->[6]<!--[endif]-->
5) Bəhs olunan ayələrin birində deyilir: وَ ما يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّى
"Sən nə bilirsən, bəlkə o, iman , paklıq və təqva axtarışındadır?"
Bu şəkildə yalnız elə şəxsə müraciət oluna bilər ki, o, öz tayfasının və yaxud da xalqın imanlı olması üçün kifayət qədər və lazımı miqdarda ürək yandırmır. Deməli əgər ayə Peyğəmbərə (s) xitabən söylənilibsə, belə nəticə almaq olar ki, o, öz vəzifəsini, peyğəmbərliyini yerinə gətirmək üçün həvəsli deyil və ilahi risalətinə etinasız yanaşır. Bir halda ki, bu mümkün deyil.<!--[if !supportFootnotes]-->[7]<!--[endif]--> Çünki Allah-Təala öz hikmət, elm və qüdrətilə yalnız öz vəzifəsini artıqlamasıyla və ən ali dərəcədə yerinə yetirən şəxsləri peyğəmərlik məqamına layiq görür. Əks təqdirdə həm ilahi hikməti, elmi, və həmcinin peyğımbərlərin göndərilmə hədəfi sual altında qalacaq.
6) Qurani- Kərimin başqa ayələri Peyğəmbərin (s) necə də, ali əxlaqa və gözəl, üstün keyfiyyətlərə malik olduğunu bəyan edir. Və bu ayələr O Həzrətin (s) dini öyrənmək istəyən kor bir şəxsə qarşı etinasızlıq, hörmətsizlik etməsini qeyri-mümkün sayır. Belə ki, buyurulur : وَ إِنَّكَ لَعَلى خُلُقٍ عَظِيم
"Və həqiqətən sən əzəmətli və kamil əxlaqa hakimsən." <!--[if !supportFootnotes]-->[8]<!--[endif]-->
Və ya:
فَبِما رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ وَ لَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَ اسْتَغْفِرْ لَهُمْ وَ شاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِين
"Allahın rəhməti səni onlara qarşı xoşrəftar və mərhəmətli etdi. Əgər tünd xasiyyət və daş qəlbli olsaydın xalq sənin ətrafından dağılardı."<!--[if !supportFootnotes]-->[9]<!--[endif]-->
Və yaxud: وَ ما أَرْسَلْناكَ إِلاَّ رَحْمَةً لِلْعالَمِينَ
"Biz səni aləmlərə rəhmət olaraq göndərdik."<!--[if !supportFootnotes]-->[10]<!--[endif]-->
7) Qurani- Kərim buyurur: وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُون
"Kafirlər çox istəyirlər ki, sən onlarla razılığa və sazişə üz gətirəsən, onlar da səninlə razılaşsınlar."<!--[if !supportFootnotes]-->[11]<!--[endif]-->
Sonra isə Allah–Təala Peyğəmbər(s)-ı bu işdən çəkindirərək, kafirlərlə yaxınlığın qadağan olmasını bildirir. Necə ola bilər ki, Peyğəmbər(s) Allahın əmrinə etinasızlıq edib, müşriklərə tərəf meylli olsun?
8) Diqqət etmək lazımdır ki, "من استغنا" ibarətindən məqsəd özünü öyüb, var- dövlətinə görə başqalarından üstün tutan , sərvətiylə insanlara təkəbbür edən şəxslərdir.<!--[if !supportFootnotes]-->[12]<!--[endif]-->
Və həmçinin "تصدي" ibarətindən məqsəd də, susuz insanın suya olan hərisliyi kimi olan şiddətli bir meyl və həvəsdir.<!--[if !supportFootnotes]-->[13]<!--[endif]--> Deməli tənqid olunan şəxs, hədsiz dərəcədə zəngin və lovğa şəxslərə düşkündür. Elə buna görə də sonrakı ayələr qəti şəkildə bu əməli pisləyərək , o şəxsi şiddətli formada tənqid edir və hədələyir. Belə olan halda necə iddia edə bilərik ki, söylənilən ayələr Həzrət Məhəmməd(s) haqqəndadır? Halbuki o, heç bir zaman belə xasiyyətlə tanınmamışdır.
9) Qurani-Kərimdə buyurulur:
لا تَمُدَّنَّ عَيْنَيْكَ إِلى ما مَتَّعْنا بِهِ أَزْواجاً مِنْهُمْ وَ لا تَحْزَنْ عَلَيْهِمْ وَ اخْفِضْ جَناحَكَ لِلْمُؤْمِنِين
"Heç vaxt kafirlərə verdiyimiz nemətlərdə gözün olmasın. Onların var- dövlətinə və zənginliyinə görə kədərlənmə. Öz rəhmət və mərhəmət qanadlarını möminlərin üzərinə sal."<!--[if !supportFootnotes]-->[14]<!--[endif]-->
Bu ayə islamın ilk dövrlərində nazil olmuşdur. Beləliklə necə iddia oluna bilər ki, Həzrət Məhəmməd(s) Allahın nazil etdiyi bu mübarək ayəyə etinasızlıq edərək, kor kişini təhqir etsin və varlı müşriklərin İslama cəlb olmasına daha çox əhəmiyyət versin?<!--[if !supportFootnotes]-->[15]<!--[endif]-->
10) Bir çox alimlərin nəzərlərinə əsasən "Qələm" surəsi "İqrə" surəsindən bilafasilə sonra nazil olmuşdur. Belə olduğu halda necə ola bilər ki, Peyğəmbər(s) peyğəmbərliyinin ilk dövründə "əzəmətli və kamil əxlaqa hakim" adlandırılsın, amma bir müddət sonra kor kişiyə haqsız yerə qəzəblənərək, kobudluq etdiyi üçün Allah tərəfindən tənqid edilıb, məzəmmət olunsun?
11) Bəzi islam alimlərinin fikrinə görə, Əbəsə surəsinin ilk yeddi ayəsində Allah- Təala olduqca şiddətli, sərt və kəskin şəkildə öz hiddətini izhar edərək, kor kişiyə ehtiramsızlıq edən şəxsi, tənqid atəşinə tutmuşdur. Çünki ayələrdəki danlaqlardan əlavə, ilk iki ayədə məzəmmət olunan şəxsin adı çəkilməmişdir. Bu da onu aşkarlayır ki, Allah- Təala bu şəxsdən üz çevirmiş və ona nifrət etdiyi üçün adını çəkməmiş və ona işarə belə etməmişdir. Sonra isə son iki ayədə ona müxaciət edərək, birbaşa ağır şəkildə məzəmmət etmişdir.<!--[if !supportFootnotes]-->[16]<!--[endif]-->
Belə olan halda ayədəki şəxsdən məqsəd Məhəmməd peyğəmbərin(s) olmadığı aydınlaşır. Cünki ilahi peyğəmbərlər heç bir zaman Allahın qəzəbinə, nifrətinə düçar olan əməllər etməzlər.Və belə şəxsləri hikmətli Allah heç bir vaxt peyğəmbərlik məqamına da layiq görməz.
12) Məşhur islam alimlərinin nəzərinə görə ayədə tənqid olunan kəs, yəni; kor kişini təhqir edən şəxs, Peyğəmbər(s)-ın söhbət etdiyi müşriklərdən, bəni-Üməyyə müşriklərindən biri olmuşdur. Çünki Peyğəmbər(s) bu zəngin və varlı şəxslə söhbətə məşqul olan zaman, kor kişi onların yanına gəlib, Həzrət Məhəmməd(s)-dan ona öz dini haqqında danışmasına israr edərkən, bəni- Üməyyədən olan bu şəxs, onu ələ salaraq, məsxərə etdi.Və ondan uzaqlaşdı.
Elə buna görə də ayə nazil olaraq bu işi sərt və şiddətli şəkildə tənqid etdi. Çünki o, bu əmələ varlılara həris və düşgün olması və kasıblara qarşı çirkin, dəyərsiz münasibət bəslədiyi üçün, əl atmışdı.<!--[if !supportFootnotes]-->[16]<!--[endif]-->
13) Bəhs olunan yeddi ayənin heç birində, Məhəmməd peyğəmbərin(s) adı çəkilməmiş, bəlkə ona heç işarə də, olunmamışdır. Üçüncü ayədə zahirdə müraciət tərəfi peyğəmbər(s)olsa da, həqiqətdə, ayənin əvvəlində sanki belə deyilir "De ona, ey Məhəmməd". Beləliklə ayədə əsl müxatəb Peyğəmbər(s) deyil, bəni- Üməyyədən olan bir şəxsdir. Bununla da, söylənilən rəvayətin yalan olması və əsl hadisənin necə baş verdiyi aydınlaşır.
<!--[endif]-->
<!--[if !supportFootnotes]-->[1]<!--[endif]-->- Fəxri Razi," İsmətül- ənbiya", səh 137; Şeyx Tusi, "Ət-tibyan fi təfsiril- Quran", c10, səh 269; Seyyid Mürtəza, "Tənzihül-ənbiya", səh 65
<!--[if !supportFootnotes]-->[2]<!--[endif]--> - Əllamə Bəlaği, "Əl-hüda ila dinil-Mustəfa", c7, səh 193-194
<!--[if !supportFootnotes]-->[3]<!--[endif]--> -Əllamə Bəlaği, "Əl- hüda ila dinil- Müstəfa", c1, səh194-195.
<!--[if !supportFootnotes]-->[3]<!--[endif]--> - Fəxrrazi, "İsmətül- ənbiya", səh137
<!--[if !supportFootnotes]-->[4]<!--[endif]-->- Şeyx Tusi, "Əttibyan fi təfasirul-Quran", c10, səh269; Seyyid Mürtəza, "Tənzihül- Ənbiya", səh 66
<!--[if !supportFootnotes]-->[5]<!--[endif]--> Fəxrrazi," İsmətül- ənbiya", səh137-
<!--[if !supportFootnotes]-->[6]<!--[endif]--> " İsmətül-Ənbiya", səh 137-
<!--[if !supportFootnotes]-->[8]<!--[endif]--> - Ali-İmran/159
<!--[if !supportFootnotes]-->[9]<!--[endif]-->-Ənbiya/107-
<!--[if !supportFootnotes]-->[11]<!--[endif]--> - "Əl-hüda ila dinil- Müstəfa", c1, səh 196
<!--[if !supportFootnotes]-->[12]<!--[endif]--> - "Ət- tibyan fi təfsiril-Quran", c10, səh 270
<!--[if !supportFootnotes]-->[13]<!--[endif]--> - Hücurat/88
<!--[if !supportFootnotes]-->[14]<!--[endif]--> - Əllamə Təba-təbai, "Əl- mizan", c 20, səh 203-204
<!--[if !supportFootnotes]-->[15]<!--[endif]--> - Əllamə Təba-təbai, "Əl- mizan", c 20, səh 199- 200
<!--[if !supportFootnotes]-->[16]<!--[endif]--> - "Ət-tibyan fi təfsiril-Quran", c10, səh 269
Azər Quliyev
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Təfsir
- Gösterim: 2512

Ayənin nazil olma səbəbi
Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin imam Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məsud və Amir ibn Leyli nəql etmişlər. Onların rəvayətlərində bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilmişdir.
Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə) qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:
–Hafiz Əbu Nəim İsfahani: “Ma nuzzilə minəl-Quran fi Əliyyin” kitabı (“Əl-xəsais” kitabından nəql, səh. 29);
–Əbülhəsən Vahidi Nişapuri: “Əsbabun-nüzul” kitabı, səh. 150;
–İbn Əsakir Şafei: (“Əd-durrul-mənsur” kitabından nəql, 2-ci cild, səh. 298);
–Fəxri-Razi: “Kəbir” təfsiri, 3-cü cild, səh. 636;
–Əbu İshaq Həməvini: “Fəraidus-səmteyn” kitabı;
–İbn Səbbağ Maliki: “Füsusul-muhimmə” kitabı, səh. 27;
–Cəlaləddin Süyuti: “Əd-durrul-mənsur” kitabı, 2-ci cild, səh. 298;
–Qazi Şovkani: “Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57;
–Şəhabuddin Alusi Şafei: “Ruhul-məani” kitabı, 6-cı cild, səh. 172;
–Şeyx Süleyman Qunduzi Hənəfi: “Yənabiul-məvəddət” kitabı, səh. 120;
–Bədrəddin Hənəfi: “Umdətul-qari fi şərhi Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;
–Şeyx Məhəmməd Əbduh Misri: “Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463;
–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin “Əd-durrul-mənsur” kitabından nəql) və s.
Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin bəziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı, sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə iradla yanaşmışlar. Biz gələcək bəhslərdə Allahın lütf və mərhəməti sayəsində onların nəzərlərini dəqiq araşdıracağıq.
Qədir-xum hadisəsi
Ötən bəhslərdəki bir dəlilə əsasən, “təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda (həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə, digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsinə və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi təyin etdiyi zamana aiddir. Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, “Qədir-Xum” hədisi “təvatür” həddində çatmış mötəbər hədislərin ən üstünüdür. Doğrusu, kim onun “təvatür” həddinə çatmasına şəkk etsə, “təvatür” həddində olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə deyilənlərlə kifayətlənib, onun mənasını araşdırmağa başlayırıq. Hədislə bağlı geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:
–“Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;
–“Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;
–“Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);
–“Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi; bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);
–“Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild.
Qədir-xum rəvayətlərinə bir baxış
“Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə daha geniş, bəzilərində qısa, bəzilərində hadisənin bir qismi, bəzilərində isə digər bir qismi açıqlanmışdır) belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcci (“Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, böyük ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri bu böyük səadətə çatdıqları üçün böyük sevinc hissi keçirirdilər. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyildi. İftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən xeyli müsəlman həzrəti müşayiət edirdi.
Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırırdı. Amma bu misilsiz mənəvi səfərin ləzzəti bütün çətinlikləri asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə Qədir-Xumun quru, yandırıcı səhralıqları görünürdü. Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı vardı: biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar.
Hicri-qəmərilə 10-cu il cümə axşamı idi. Qurban bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacılara dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar. Nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı “Allahu-Əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə gölgəlik, nə də ot-ələf görünürdü. Bəziləri də bu çılpaq ağaca sığınmışdılar.
Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: “Mən tezliklə Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”
Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”
Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”
Hamı bir ağızdan “Bəli, şəhadət veririk” – dedi.
Peyğəmbər (s) dedi: “İlahi, şahid ol...” Sonra davam etdi: “Ey camaat, səsimi eşidirsinizmi?”
Dedilər: “Bəli!”
Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin züm-züməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi eşidildi: “İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!”
Cəmiyyətin içərisindən bir səs gəldi: “Ey Allahın Rəsulu! Bu iki ağır əmanət nədir?”
Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaq. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız. Geridə də qalmayın ki, yenə həlak olarsınız!”
Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarır. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu tanıdı və bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: “Ey camaat! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”
Dedilər: “Allah və Peyğəmbəri daha yaxşı bilir!”
Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm. Onlar üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: “Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:
اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ:
“İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”
Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!”
Peyğəmbərin (s) xütbəsi sona yetdi. Həzrətin, Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي...
“Bu gün sizin dininizi təkmilləşdirdim, nemətimi sizə tamamladım...”
Peyğəmbər (s) buyurdu: “Allahu-Əkbər, Allahu-Əkbər! Allah Öz dinini kamil etdi, nemətini bizə tamamladı. Mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”
Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar. Onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər:
بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ:
“Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.”
Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şer söyləmək üçün icazə istədi, sonra belə dedi:
Yunadihim yovməl-Ğədiri Nəbiyyuhum,
Bi-Xummin və-əsmi bir-Rəsuli munadiyən.
Fəqalə, fəmən movlakum və nəbiyyukum?
Fəqalu, və ləm yəbdu hunakət-təamiyən,
İlahukə movlana və əntə nəbiyyuna,
Və ləm təlqi minna fil-vəlayəti asiyən.
Fəqalə ləhu, qum ya Əliyyu, fə-innəni,
Rəziytukə min bədi imamən və hadiyən,
Fə-mən kuntu movlahu, fə-haza vəliyyəhu,
Fəkunu ləhu ətbaə sidqin muvaliyən!
Hunakə dəa, Əllahummə, vali vəliyyuhu,
Və kun lilləzi ada Əliyyən muadiyən!
“Qədir-Xumda Peyğəmbər nidası,
Yayıldı carçısıyla hər sədası.
Dedi: “Kimdir sizin mövla, nəbiniz?”
Bir ağızdan: “Allah bizim Rəbbimiz!
Ondan sonra sən də peyğəmbərimiz!
Vilayətə asi olmaz birimiz!”
Peyğəmbərin Əliyə buyruğuyla:
“Qalx ayağa, həqiqət sorağıyla.
Məndən sonra imam, hidayətçisən,
Mövlası olduğumun rəhbərisən!
Bəs, itaət edin buyruqlarıma,
Allahdan əmanət qoyduqlarıma!
Allah, Sən də sev, onu sevənləri
Düşməninə düşmən olsan, var yeri
Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan “Qədir-Xum” hadisəsinin xülasəsi idi!
Təbliğ ayəsi üzərində yeni araşdırma
Əgər biz “təbliğ” ayəsinin nazil olma səbəbi, eləcə də, “Qədir-Xum” barəsində nəql olunan bütün rəvayətləri nəzərə almayıb, elə bu və bundan sonrakı ayələrin mənasını diqqətlə nəzərdən keçirək, İslam peyğəmbərinin (s) canişinlik və xəlifəliyi ilə bağlı vəzifəmizi ayırd edə bilərik.
İzah: Bu ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:
1. Ayədən məlum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malik olmuşdur. Hətta Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) göstəriş verilmişdir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifə imiş. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!
Məlum olduğu kimi, burada sadə bir şərt nəzərdə tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanmışdır.
2. Bu ilahi əmr sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.
3. Ayənin ifadələri göstərir ki, elan olunacaq xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: “Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!”
Ayənin sonunda daha təkidlə buyurur: “Allah kafir cəmiyyəti hidayət etməz!”
Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir.
Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-əkrəmin (s) ömrünün axırlarında ümmətə çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan və müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz budur! Əgər “təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən başqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən uyğunlaşmayacaq.
Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mənası ilə bağlı fikir və nəzərlərinin heç biri deyilən təkidlərlə əsla uyğunlaşmır və həqiqətdə ayəni təfsir etməkdə “acizdirlər” (çünki imamət və vilayətə etiqadlı deyillər).
Qədir-xum hədisindəki "mövla" sözünün təfsiri
Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.
Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost” mənasına təfsir etməyə çalışsalar da, müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:
1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birlərilə qardaşdır. Həmçinin başqa bir ayədə buyurulur: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!”
Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.
2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.
3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.”
Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:
هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”
Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.”
“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”
“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.
Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “vilayət” sözü xilafətdən başqa bir məna daşıya bilməz.
4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri bizim müddəamıza canlı bir şahiddir.
Qədir-xum hədisini təsdiq edən digər ayələr
“Məaric” surəsinin başlanğıcında buyurulur:
سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ
“Bir nəfər vaqe olacaq əzab barədə soruşdu. O əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!”
Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi barədə belə demişlər:
İslam peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə seçib ( مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ )“Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır”, buyurandan sonra bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Münafiqlərdən olan Nöman ibn Haris Fehri Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Sən bizə göstəriş verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə şəhadət verək. Biz də şəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) işarə etdi) öz yerinə canişin təyin edərək dedin: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!” Bu göstəriş özündəndir, yoxsa Allah-taala tərəfindən?”
Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun ki, Allah tərəfindəndir!”
Bu vaxt Nöman ibn Haris üzünü döndərib dedi: “İlahi! Əgər bu söz haqq və Sənin tərəfindəndirsə, onda bizim başımıza bir daş endir!” Elə bu zaman birdən səmadan bir daş düşüb, onun başını yardı və qeyd etdiyimiz ayələr nazil oldu.
Bu rəvayət “Məcməül-bəyan” kitabında Əbül-Qasim Həskanidən nəql olunmuşdur. Uyğun rəvayəti əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi (“Ruhul-məani” kitabında) və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.
Əllamə Əmini “Əl-qədir” kitabında bu rəvayəti otuz nəfər əhli-sünnə alimindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin “Sirə”, Həməvinin “Fəraidus-səmteyn”, Şeyx Məhəmməd Zərəndinin “Durərus-səmteyn”, Şəmsəddin Şafeinin “Əs-siracul-munir”, Süyutinin “Şərhu-camiis-səğir”, Hafiz Əbu Übeyd Hərəvinin “Təfsiru-ğəribil-Quran” və Əbu Bəkr Nəqqaşın “Təfsiru-şəfais-südur” kitablarından nəql etmişdir.
İmam Əlinin (ə) fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən təfsir və hədis alimlərindən bəziləri yuxarıdakı ayələrin nazil olma səbəbinə müxtəlif iradlar tutmuşlar. “Əl-mənar” kitabının müəllifi və digər əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra belə iradlar irəli sürmüşlər:
Birinci irad: “Məaric” surəsi Məkkədə nazil olmuşdur. Belə isə, “Qədir-Xum" hadisəsi ilə necə uyğun gələ bilər?
Cavab: Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, “mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə nazil olmuşdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur. Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur. Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də “Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur. Bir sözlə, Qurani-kərimdə bəzi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. “Məaric” surəsi də bu qəbildəndir.
İkinci irad: “Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman “Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. “Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır.
Cavab: Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, “əbtəh” və “bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şəninə söylədiyi məşhur şerlərində onların qatilləri ilə bağlı belə deyilir:
“Mələkna fəkanəl-əfvu minna səciyyətən,
Fələmma mələktum, salə bid-dəmi əbtəhu,
Və həlləltumu qətləl-usari və taləma,
Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.”
“Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi
Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş!
Siz hətta keçmədiniz əsirlərin qanından,
Bizimsə güzəştimiz könüllərdə yer almış!”
Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən “Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən “Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır.
Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir:
Və təinnu nəfsi lər-rübui və qəd ğəda,
Bəytun-nəbiyyi muqəttəul-ətnabi,
Bəytun li-alil-Mustəva fi Kərbəla,
Zərbuhu bəynə əbatihin və rəvabi.
“Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada “əbtəh” qumluq yerlər mənasındadır.)
İçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şerlər çoxdur. Bir sözlə, “əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir məntəqəyə məxsus deyil.
Bu ayələrin özündən əvvəl və sonrakı ayələrlə əlaqəsi necədir?
Bəzi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qurani-kərimin bəlağət və fəsahətinə ziddir.
Quran ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də möminlərdən danışılır. “Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, “ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Quranın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur.
Bir surənin məzmunca müxtəlifliyi Qurani-kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qurani-kərim əvvəlcədən təyin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, “Maidə” surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə “Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin təyin edilməsinin də “kitab əhli”nə təsiri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.
Nə üçün Əli (ə) Qədir- xum hədisinə istinad etmədi?
Bəziləri bəhanə axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən “Qədir-Xum” hədisi həqiqətdirsə, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları daha yaxşı olmazdımı?
Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından məlumatsızlıqdan irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql olunmuşdur ki, Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları “Qədir-Xum” hədisinə istinad etmişlər. Maraqlıdır ki, irad tutanlar bunları necə görməmişlər?
Xətib Xarəzmi Hənəfi “Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə təyin etmək üçün altı nəfərdən ibarət) Şura günü Əli (ə) ilə birlikdə idim. O, şura üzvlərinə belə deyirdi: “Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb və əcəm onu dəyişməyə qadir deyil... Sizi Allaha and verirəm! Sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev. Hazır olanlar bunu qaib olanlara çatdırsınlar!”
Hamı dedi: “Xeyr!”
Bu rəvayəti Həməvinin “Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm “Durrun-nəzim” kitabında və İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər “Əs-səvaiq” kitabında Darü-Qutnidən nəql etmişlər.
“Əl-qədir” kitabında imam Əlinin (ə) müxtəlif vaxtlarda, o cümlədən, Osmanın xilafəti və öz xilafəti dövründə, Cəməl müharibəsində və Kufədə Siffeyn müharibəsi günü Qədir-Xum hədisinə əsaslanmasına və uyğun mənbələr geniş yer verilmişdir. Bundan əlavə, Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə istinad etmələrini nəql etmişdir. Bu da müəllifin geniş məlumatından və bu hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olmasından danışır. Hərçənd, hər dövrdə mövcud siyasətə uyğun olaraq bunu əhəmiyyətsiz qələmə verməyə çalışmışlar. Bu bəhsin əhatəsi geniş olduğundan deyilənlərlə kifayətlənirik
- Ayrıntılar
- Kategori: Təfsir
- Gösterim: 3708
Əbəsə surəsinin ilk yeddi ayəsi varlılara və zəngin insanlara onların mal-dövlətinə görə meyilli olan, sonsuz ehtiram bəsləyərək, hörmətlə yanaşan, amma kasıb, yoxsul və fağır insanlara aşağı gözlə baxan, onları əskik və dəyərsiz sayan bir şəxsin əməlinə etiraz olaraq nazil olmşdur.
Lakin bəziləri bu ayələrin Peyğəmbər(s)-ın haqqında nazil olmasına diqqət yönəldərək bu haqqda bir sıra əsassız iddialar irəli sürmüşlər. Belə ki, onlar İbn Abbas, Aişə və başqalarının rəvayətlərinə istinad edərək, söylənilən ayənin Peyğəmbər(s)-la birbaşa əlaqəli olduğuna təkid edirlər. Guya ki, bir gün Həzrət Məhəmməd(s) kafir bə müşriklərin rəhbərlərini İslam dininə dəvət etmək məqsədilə söhbətə məşğul olduğu zaman, İbn Ümm Məktum adlı bir kor kişi onların yanına gələrək, Peyğəmbər(s)-dan ona öz dini haqqında məlumat verməyi tələb etdi. O, bu istəyində olduqca israrlı və inadlı idi. Amma Peyğəmbər(s) kor kişinin istəyinə e,tiraz əlaməti olaraq, üzünü turşudub, bir daha ona etina etmədi. Elə bu vaxt Allah tərəfindən Əbəsə surəsinin ilk yeddi ayəsi nazil olaraq, Peyğəmbər(s)-ı bu hərəkətinə görə danladı. Nəticədə o, öz əməlinə peşman olub, kor kişidən üzr istəyərək, ona nəvaziş göstərdi.
Halbuki, bu rəvayət bir çox cəhətdən səhih və düzgün sayıla bilməz:
1) Söylənilən rəvayət mənbə və sənəd baxımından etibarlı deyildir. Çoxsaylı məşhur islam alimləri bu hədisə etina olunmamasına təkid etmişlər . Çünki hədisi söyləyən şəxslər onu etibarlı və səlahiyyətli mənbəyə əsaslandırmamış və həmçinin rəvayəti nəql edənlərin arasında tanınmamış və kimliyi məlum olmayan şəxslər də mövcuddur. Belə ki, iddia edilən hadisənin baş verdiyi zamana ən yaxın yaşamış və onu sonrakı nəslə rəvayət etmiş şəxslər, İbn Abbas və Aişədir ki, onlar da, o vaxt ya dünyaya gəlməmiş və yaxud da, südəmər uşaq olmuşdur.
2) Hədisin mətni də, ziddiyyətli formada nəql olundğu üçün, rəvayətlərin arasında müxtəlif paradokslar mövcuddur.
Aişə bir yerdə İbn Ümm Məktumun Peyğəmbər(s)-ın yanına gəldiyində, O həzrətin(s) müşriklərin rəhbələrilə söhbətə məşğul olduğunu deyir. Başqa bir yerdə isə Peyğəmbərin bəzi məsələləri Qüreyşin rəhbərlərilə müzakirə etdiyini söyləyir və onların Əbu Çəhl və Ütbə olmasına diqqət çəkir. Digər rəvayətində də, o, bu şəxslərin Ütbə və Şeybədən ibarət olduğunu söyləyir. İbn Abbasa görə isə onlar Ütbə, Abbas və Əbu Cəhl idi. Amma Ənəsin rəvayətinə görə Peyğəmbər(s) bir nəfərlə, yəni؛ Übəyy ibn Xələflə danışırdı. Əbu Malik isə Peyğəmbərlə (s) danışan şəxsin Üməyyə ibn Xələf olduğunu deyir. Mücahid onların Ütbə ibn Rəbiə və Üməyyə ibn Xələf olduğunu iddia edir. Mücahid başqa bir yerdə isə onun yalnız qüreyşli adi bir şəxs olduğuna israr edir.
3) İşarə olunan ayələrxitab etdiyi şəxsi qaraqabaq, adamayovuşmaz, qatı və tünd xasiyyətli bir insan kimi tanıdır. Bir halda ki, tarix boyu belə bir xüsusiyyət nə Quran, nə Peyğəmbər(s)-ın dostları və nə də düşmənləri tərəfindən ona nisbət verilməmişdir. Həqiqətdə o dövrün insanları Peyğəmbər(s)-ın gözəl əxlaqa malik olduğuna və mehriban həmsöhbət olduğuna həmişə etiraf etmişlər.Bir sıra müfəssirlərin yazdıqlaına əsasən o Həzrət(s) insanlara qarşı o qədər səmimi və məhəbbətlə davranırdı ki, hətta əl görüşdükdə belə öz əlini qarşı tərəfin əlindən əvvəl geri çəkməzdi ki, bəlkə onun xətrinə dəyə bilər. Bəs necə ola bilər ki, İslam dinini öyrənmək məqsədilə gələn şəxsə qarşı etinasızlıq və hörmətsizlik etsin? Bütün ilahi peyğəmbələr heç zaman xalqı onlardan uzaqlaşdıracaq əməllərə əl atmırlar. Çünkü belə hərəkətlər onların vəzifələrinin naqis və natamam qalmasına gətirib çıxarır ki, bu da öz nöbəsində yol verilməzdir.
4) Söylənilən ayələr tənqid etdiyi şəxsi zəngin və varlı insanlara meyllı olmaqda, amma yoxsul və kasıb xalqa etinasızlıq etməkdə təqsirləndirir.
Halbuki, Həzrət Məhəmməd (s) belə xüsusiyyətə malik deyildi. O, daim yoxsul insanlara qarşı daha da mehriban davranlrdı. Və həyatı boyu insanları var-dövlətlərinə qiymətləndirmədi.
5) Bəhs olunan ayələrin birində deyilir:
وَ ما يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّى
"Sən nə bilirsən, bəlkə o, iman , paklıq və təqva axtarışındadır?"
Bu şəkildə yalnız elə şəxsə müraciət oluna bilər ki, o, öz tayfasının və yaxud da xalqın imanlı olması üçün kifayət qədər və lazımı miqdarda ürək yandırmır. Deməli əgər ayə Peyğəmbərə (s) xitabən söylənilibsə, belə nəticə almaq olar ki, o, öz vəzifəsini, peyğəmbərliyini yerinə gətirmək üçün həvəsli deyil və ilahi risalətinə etinasız yanaşır. Bir halda ki, bu mümkün deyil. Çünki Allah-Təala öz hikmət, elm və qüdrətilə yalnız öz vəzifəsini artıqlamasıyla və ən ali dərəcədə yerinə yetirən şəxsləri peyğəmərlik məqamına layiq görür. Əks təqdirdə həm ilahi hikməti, elmi, və həmcinin peyğımbərlərin göndərilmə hədəfi sual altında qalacaq.
6) Qurani- Kərimin başqa ayələri Peyğəmbərin (s) necə də, ali əxlaqa və gözəl, üstün keyfiyyətlərə malik olduğunu bəyan edir. Və bu ayələr O Həzrətin (s) dini öyrənmək istəyən kor bir şəxsə qarşı etinasızlıq, hörmətsizlik etməsini qeyri-mümkün sayır. Belə ki, buyurulur :
وَ إِنَّكَ لَعَلى خُلُقٍ عَظِيم
"Və həqiqətən sən əzəmətli və kamil əxlaqa hakimsən."
Və ya:
فَبِما رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ وَ لَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَ اسْتَغْفِرْ لَهُمْ وَ شاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِين
"Allahın rəhməti səni onlara qarşı xoşrəftar və mərhəmətli etdi. Əgər tünd xasiyyət və daş qəlbli olsaydın xalq sənin ətrafından dağılardı."
Və yaxud:
وَ ما أَرْسَلْناكَ إِلاَّ رَحْمَةً لِلْعالَمِينَ
"Biz səni aləmlərə rəhmət olaraq göndərdik."
7) Qurani- Kərim buyurur:
وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُون
"Kafirlər çox istəyirlər ki, sən onlarla razılığa və sazişə üz gətirəsən, onlar da səninlə razılaşsınlar."
Sonra isə Allah–Təala Peyğəmbər(s)-ı bu işdən çəkindirərək, kafirlərlə yaxınlığın qadağan olmasını bildirir. Necə ola bilər ki, Peyğəmbər(s) Allahın əmrinə etinasızlıq edib, müşriklərə tərəf meylli olsun?
8) Diqqət etmək lazımdır ki, "من استغنا" ibarətindən məqsəd özünü öyüb, var- dövlətinə görə başqalarından üstün tutan , sərvətiylə insanlara təkəbbür edən şəxslərdir.
Və həmçinin "تصدي" ibarətindən məqsəd də, susuz insanın suya olan hərisliyi kimi olan şiddətli bir meyl və həvəsdir. Deməli tənqid olunan şəxs, hədsiz dərəcədə zəngin və lovğa şəxslərə düşkündür. Elə buna görə də sonrakı ayələr qəti şəkildə bu əməli pisləyərək , o şəxsi şiddətli formada tənqid edir və hədələyir. Belə olan halda necə iddia edə bilərik ki, söylənilən ayələr Həzrət Məhəmməd(s) haqqəndadır? Halbuki o, heç bir zaman belə xasiyyətlə tanınmamışdır.
9) Qurani-Kərimdə buyurulur:
"Heç vaxt kafirlərə verdiyimiz nemətlərdə gözün olmasın. Onların var- dövlətinə və zənginliyinə görə kədərlənmə. Öz rəhmət və mərhəmət qanadlarını möminlərin üzərinə sal."
Bu ayə islamın ilk dövrlərində nazil olmuşdur. Beləliklə necə iddia oluna bilər ki, Həzrət Məhəmməd(s) Allahın nazil etdiyi bu mübarək ayəyə etinasızlıq edərək, kor kişini təhqir etsin və varlı müşriklərin İslama cəlb olmasına daha çox əhəmiyyət versin?
10) Bir çox alimlərin nəzərlərinə əsasən "Qələm" surəsi "İqrə" surəsindən bilafasilə sonra nazil olmuşdur. Belə olduğu halda necə ola bilər ki, Peyğəmbər(s) peyğəmbərliyinin ilk dövründə "əzəmətli və kamil əxlaqa hakim" adlandırılsın, amma bir müddət sonra kor kişiyə haqsız yerə qəzəblənərək, kobudluq etdiyi üçün Allah tərəfindən tənqid edilıb, məzəmmət olunsun?
11) Bəzi islam alimlərinin fikrinə görə, Əbəsə surəsinin ilk yeddi ayəsində Allah- Təala olduqca şiddətli, sərt və kəskin şəkildə öz hiddətini izhar edərək, kor kişiyə ehtiramsızlıq edən şəxsi, tənqid atəşinə tutmuşdur. Çünki ayələrdəki danlaqlardan əlavə, ilk iki ayədə məzəmmət olunan şəxsin adı çəkilməmişdir. Bu da onu aşkarlayır ki, Allah- Təala bu şəxsdən üz çevirmiş və ona nifrət etdiyi üçün adını çəkməmiş və ona işarə belə etməmişdir. Sonra isə son iki ayədə ona müxaciət edərək, birbaşa ağır şəkildə məzəmmət etmişdir.
Belə olan halda ayədəki şəxsdən məqsəd Məhəmməd peyğəmbərin(s) olmadığı aydınlaşır. Cünki ilahi peyğəmbərlər heç bir zaman Allahın qəzəbinə, nifrətinə düçar olan əməllər etməzlər.Və belə şəxsləri hikmətli Allah heç bir vaxt peyğəmbərlik məqamına da layiq görməz.
12) Məşhur islam alimlərinin nəzərinə görə ayədə tənqid olunan kəs, yəni; kor kişini təhqir edən şəxs, Peyğəmbər(s)-ın söhbət etdiyi müşriklərdən, bəni-Üməyyə müşriklərindən biri olmuşdur. Çünki Peyğəmbər(s) bu zəngin və varlı şəxslə söhbətə məşqul olan zaman, kor kişi onların yanına gəlib, Həzrət Məhəmməd(s)-dan ona öz dini haqqında danışmasına israr edərkən, bəni- Üməyyədən olan bu şəxs, onu ələ salaraq, məsxərə etdi.Və ondan uzaqlaşdı.
Elə buna görə də ayə nazil olaraq bu işi sərt və şiddətli şəkildə tənqid etdi. Çünki o, bu əmələ varlılara həris və düşgün olması və kasıblara qarşı çirkin, dəyərsiz münasibət bəslədiyi üçün, əl atmışdı.
13) Bəhs olunan yeddi ayənin heç birində, Məhəmməd peyğəmbərin(s) adı çəkilməmiş, bəlkə ona heç işarə də, olunmamışdır. Üçüncü ayədə zahirdə müraciət tərəfi peyğəmbər(s)olsa da, həqiqətdə, ayənin əvvəlində sanki belə deyilir "De ona, ey Məhəmməd". Beləliklə ayədə əsl müxatəb Peyğəmbər(s) deyil, bəni- Üməyyədən olan bir şəxsdir. Bununla da, söylənilən rəvayətin yalan olması və əsl hadisənin necə baş verdiyi aydınlaşır.
لا تَمُدَّنَّ عَيْنَيْكَ إِلى ما مَتَّعْنا بِهِ أَزْواجاً مِنْهُمْ وَ لا تَحْزَنْ عَلَيْهِمْ وَ اخْفِضْ جَناحَكَ لِلْمُؤْمِنِين
Əlavələr:
- Fəxri Razi," İsmətül- ənbiya", səh 137;
-Şeyx Tusi, "Ət-tibyan fi təfsiril- Quran", c10, səh 269;
-Seyyid Mürtəza, "Tənzihül-ənbiya", səh 65
-Əllamə Bəlaği, "Əl-hüda ila dinil-Mustəfa", c7, səh 193-194
-Əllamə Bəlaği, "Əl- hüda ila dinil- Müstəfa", c1, səh194-195.
-Fəxrrazi, "İsmətül- ənbiya", səh137
-Şeyx Tusi, "Əttibyan fi təfasirul-Quran", c10, səh269;
-Seyyid Mürtəza, "Tənzihül- Ənbiya", səh 66
-Fəxrrazi," İsmətül- ənbiya", səh137-
-Qələm/3
-Ali-İmran/159
-Ənbiya/107-
-Qələm/9
-"Əl-hüda ila dinil- Müstəfa", c1, səh 196
-"Ət- tibyan fi təfsiril-Quran", c10, səh 270
-Hücurat/88
-Əllamə Təba-təbai, "Əl- mizan", c 20, səh 203-204
-Əllamə Təba-təbai, "Əl- mizan", c 20, səh 199- 200
"Ət-tibyan fi təfsiril-Quran", c10, səh 269
Azər Quluyev