Yazarlar

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin

Sual:
1-Bankda maliyyə şöbəsində işləmək  olarmı ? (kredit  şöbəsi deyil)

2-Bank olmayan kredit təşkilatlarında işləmənin hökmü nədir? (Maliyyə departamenti)


Cavab:
1-Bankın o şöbələri ki, faiz (riba) və ya sələmli hesab olunan şöbələriylə əlaqəsi  yoxdur, o yerlərdə işləyib pul almaq haram deyil...

2- Bank olmayan kredit təşkilatlarında o halda işləmək olar ki, o təşkilatlar sələm və ya faiz məqsədli təşkilatlardan olmasın. 


( Sual edən Ayətullah Vəhid Xorasaninin müqəllidi olduğu üçün cavabalar Ayətullah Vəhid Xorasaninin fətvalarına əsasən verilib )

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Sual: 

Salamun aleykum!

Bir şəxsə borcum var və həmin şəxsi axtarıram ancaq tapa bilmirəm, yaşadığı ünvanı da bilmirəm. Halallıq olması üçün neynəməliyəm?

 

Cavab:

Aleykum salam!

Gərək həmin şəxsi  gözləyib və eyni zamanda  axtarmalısız ki, borcu ya özünə yaxud da varisinə verəsiz deyə. Ancaq əgər həmin şəxsi tapmaqdan ümüdünüz kəsilsə bu zaman həmin pulu sahibi tərəfindən sədəqə verməlisiz. 

 

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin

Sual:


Salam aleykum!
Hicabda qara rəngli geyimlərdən istifadə etmənin yaxşı olmadığını deyirlər.Bu haqda Quranda ayə olduğunu söylədilər. Əgər mümkünsə bu haqda aydınlıq gətirəsiniz. Hicabda hansı rəngli geyimlər geyinmək yaxşı olar? Allah razı olsun.


Cavab:


Aleykum salam!
Öncəliklə qeyd etmək istərdik ki, Quranda hicabın vacibliyi və necə bağlanmasına işarə olunub.  Ancaq hicabın rənglərinə aid bir şey qeyd olunmayıb. Və rəng seçimi isə xanımların öz ixtiyarına və zövqünə aid bir məsələdir. Amma bir məsələni də diqqətə almaq lazımdır ki, gərək istifadə olunan rənglər naməhrəmləri özünə cəzb etməsin. Qara rənglər haqqında isə dini rəvayətlərə nəzər salsaq bu rəngdən istifadə edilmənin məkruh (bəyənilməyən) olduğunu görürük, ancaq bu haqda başqa hədislərə nəzər saldıqda isə bunun yalnız kişilərə aid olduğunu görürük və xanımların istifadəsi məkruh deyil. 

Kullanıcı Oyu: 2 / 5

Yıldız etkinYıldız etkinYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil

Sual:
Salam!
İnternetdə qızla oğlanın çatlaşması günahdırmı? Sadəcə salam verib və dini sual-cavab etmək kimi şeylərə icazə varmı? Zəhmət olmasa cavablandırardınız.
Allah razı olsun.


Cavab:
Naməhrəmlə çatlaşmaq əgər lazımlı və zəruri bir məsələ üçün olsa (misal olaraq şərii suala cavab vermək) və çatlaşmada ləzzət almaq qəsdi və şəhvətin oyanmasına səbəb olan sözlər olmasa zərurət miqdarında çatlaşmaq olar.  Amma əgər çatlaşmaq cinsi ləzzət almaq üçün  və fəsada səbəb olsa haramdır.
 (Bu fətva Ayətullah Xamneinin fətvasına əsasəndir və əgər təqlid etdiyiniz müctəhid fərq edirsə adını yazın.)
Allaha əmanət olun!

Kullanıcı Oyu: 5 / 5

Yıldız etkinYıldız etkinYıldız etkinYıldız etkinYıldız etkin

Sual:
Salam!
Dırnaqların uzun olması dəstəmazı batil edirmi?


Cavab:
Salam!
Dırnaqların uzun yaxud qısa olması dəstəmazı batil etmir və dəstəmaz almaq üçün də maneəsi yoxdur. Amma əgər dırnaqlarda suyun  qarşısını alan nəsə olsa o zaman dəstəmaz batil olur.

Allaha əmanət olun!

Alt Kategoriler