Yazarlar
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər
- Gösterim: 3367
Bugün bəşəriyyət tarixində yeni bir səhvənin açılış günüdür.
Bugün bəşəriyyət tarixində yeni bir səhvənin açılış günüdür. Hansı ki, bu səhvə bəşər tarixinin sonuna kimi bağlanmadan, bəşəriyyətin düzgün formalaşmasına xidmət edəcək. Yeni açılan səhvə, öz yenilikləriylə bütün səhvələri geridə qoyaraq, bəşəriyyətə yeni həyat bəxş etmək hədəfinə xidmət edir. Bu səhvənin açılışı bərabərlik, sülh, həqiqət və bir sözlə insan üçün lazım olan bütün dəyərləri öz fərdi və ictimayyi həyatında əks etdirmək istəyən hər bir xalq üçün sevinc günüdür.
Bugün İslam Peyğəmbəri Həzrət Muhəmmədin 40 yaşında peyğəmbərliyə seçildiyi bir gündür. Hansıki, bugündə özlərini dünya xalqlarının sahibi kimi bilən imperatorların və dünya güclərinin sonun başlandığı bir gündür. Bugün Allah insana bəşər övladı tərəfindən yaradılmış bütün fikri və dini məktəblərədən azad olması üçün, ən böyük məktəbi hədiyyə etdi. Bu məktəb bəşərəiyyətə həqiqi azadlıq və ucalıq bəxş edir.
Həzrət Muhəmməd (s) –ın bu uca vəzifəyə seçilməsində onun böyük bir şəxsiyyətə sahib olmasının əvəzolunmaz rolu varıydı. O, peyğəmbərlik vəzifəsinə seçilməzdən əvvəldə ərəblərin arasında şəxsiyyətiylə seçilər və hörmət edilərdi.
İslamdan əvvəldə bir neçə din, Yahudilik və xiristiyanlıq kimi dinlər göndərilmişdi. Amma bunlar bəşəriyyətin yaranış hədəfinə çatması üçün başlanğıcdı və kifayət etmirdi. Bu səbəbdən Allah İslam dini göndərib və onu öz yanında yeganə din adlandıraraq, bəşəriyyət tarixinə yeni və sonsuz bir səhvə açdı.
İslam dinin əsas hədəfi insanların yalnız elmi baxımdan deyil, eyni zamanda əməli baxımdanda düzgün tərbiyə olunmasına xidmət edir. Həzrət Muhəmməd bu vəzifəyə bugün seçilməsiylə son nəfəsinə kimi İslamın hədəfini həyat keçirmək üçün çalışaraq, bəşəriyyət və Allah qarşısında ən böyük xidmətini göstərib, bugün bütün xalqların yaddaşında və qəlbində yer aldı.
Həzrət Muhəmməd həyatın bütün sahələrində örnək götürmək istəyən hər bir xalq üçün, əsil örnək məktəbidir.
Bəşər Məmmədov
İslammektebi.org
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər
- Gösterim: 3394
Örnək götürmək istəyənlər üçün örnək mənbəyi.
Həzrəti Məhəmməd (Ə..S) Miladi təqvimlə 571-ci il Hicri aylardan Rəbiul əvvəl ayının 11-dən 12-nə keçən gecə( yəni yanvar ayının1-dən 2-nə keçən gecə) dünyaya gəlib. Onun həyatı əsil insani dəyərləri özündə əks etdirmək istəyən hər bir insan üçün həqiqi örnək mənbəyidir.
Həzrət Muhəmməd (ə.s) təvəllüdü münasibətiylə bu qısa yazımızda örnək götürmək istəyən insanlar üçün onun həyatından bir neçə qısa dərsləri siz dəyərli oxuculara təqdim edirik.
1.Mehribançılıq. Həzrət Muhəmməd(ə.s) insanların kimliyindən və şəxsiyyətin asılı olmayaraq daima çalışar onlara qarşı mehriban olub hörmət bəsləsin. O, hətta tək Allahlıqı qəbul etməyən insanlar üçün canından belə keçməyə hazır idi. Həzrət Muhəmməd (ə.s) bəşəriyyətin azadlıqı və həqiqi xoşbəxliyi uğrunda etdiyi fədakarlığına nəzər yetirdikdə onun necə bir insan pərvər şəxsiyyət olduğunu anlamaq mümkündür.
2.Səbr.Həzrət Muhəmməd (ə.s) ilahi vəzifəsini yerinə yetirdiyi zamanlarda ona qarşı atılan insani dəyərlərə biganə hərəkətlərə daima səbirlə qarşılıq verərdi. Hətta bir gün küçədən keçərkən bir qadın ona zibil atsada , Həzrət Muhəmməd (ə.s) onun xəstə olduğunu bildikdə ziyarətinə getdi.
3.Əmanətdarlığ və düzgünlük. Həzrət Muhəmməd (ə,s) hətta Peyğəmbərlik məqamına seçilməzdən əvvəl əmanətdar bir insan kimi tanınardı. Böyük və Kiçik ticarətlə məşğul olan insanlar uzaq şəhərlərə səfər edərkən qiymətli əşyalarını gətirib ona həvalə edərdilər. İki insan arasında hər hansısa anlaşılmamazlıq olanda daima onun yanına gəlib, ondan kömək istərdidlər və onun buyurdğunu qəbul edərdilər. Çünki onun daima düzgün və doğru olanı deyəcəyini bilərdilər.
4.İbadətə verdiyi dəyər.Həzrət Muhəmməd (ə.s) Allahın qanunlarına və buyurduğlarına bir an belə səhlankarlığ göstərmədən əməl edərdi. O bir həqiqəti bilirdi ki, Əgər insanları yaradan Allahdırsa, Allahın bütün buyurduğları insanı və bəşəriyyətin xilas etmək üçün yeganə vasitədir.
5.Sadəliyi. Həzrət Muhəmməd (ə.s) başqalarından fərqləndirən əsas xusüsiyətlərindən biri, onun sadə bir insan olması idi. Onun iştirak etdiyi məclislərdə heç vaxt onu başqalarından seçmək mümkün olmazdı. İnsanlar kimliyindən asılı olmuyaraq heç vaxt onun yanında özlərini biganə hiss etməzdilər. O, daima çalışar sadə insani davranışıyla insanlara dəyər verərdi.
6.Əliaçıqlıq. Həzrət Muhəmməd (ə,s) heç vaxt insanları əl boş qaytarmazdı. Bir gün bir nəfər onun yanına gəlib problemini danışdı və ehtiyacı olduğu pulun miqdarını dedi. Həzrət Muhəmməd (ə.s) onun ehtiyacı olduğundan artıq verdi. O, daima çalışardı insanların ehtiyacından artıq versinki, onlar problemini həll etdikdən sonra, özləri üçün yeni bir iş görə bilsin.
Allah-təala Quranda Həzrət Muhəmməd (ə.s) insanlar üçün ən yaxşı örnək tanıtdırıb. Daima çalışaq belə böyük bir şəxsiyyəti özmüz üçün örnək götürək və onun əxlaqi dəyərlərini öz həyatmızda əks etdirək.
Sonda Həzrət Muhəmməd (ə.s)-ın təvəllüdü münasibətiylə bütün dünya müsəlmanlarını təbrik edirik.
(Mənbə:14 Məsumun həyatı (Seyyid Muhəmməd Təqi Müdərrisi)
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər
- Gösterim: 3639
Bəşər tarixinin başlandığı andan etibarən insanlar iki qurupa bölünüblər
Bəşər tarixinin başlandığı andan etibarən insanlar iki qurupa bölünüblər. Bəziləri əxlaq və dini dəyərləri öz həyatlarında əks etdirərək xoşbəxt həyat yaşayıblar, bəziləri isə adı çəkilən dəyərlərdən uzaq olaraq, daima sıxıntı və gözlənilməz bədxbəxt suprizlərlə qarşılaşıblar
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər
- Gösterim: 3730
İslam dünyasında ən dəyərli şəxsiyyətlərdən biri olan mərhum Ayətullah Behcətin insanın fərdi və ictimayyi həyatında dəyərləndirə biləcəyi, çox dəyərli nəsihətləri vardır.
Burada dəyərli Alimin dəyərli kəlamlarından bəzilərini siz hörmətli oxuculara təqdim edirik.
1Heçvaxt laqeyd yaşama.
Cəmiyyətdə olan çətinliklərə qarşı heç vaxt laqeyd yaşamayın, həmişə dua edin onlar üçün. Çünki bir gün o ,çətinlikləri səndə yaşaya bilərsən..
2.Səbrli və Güclü olun
Dəyərli və səmimi ailə qurmaq üçün insan gərək səbirli ola. Ailədə olan insanların səhvlərini bağışlamaqı bacarmaq lazımdır. Belə olan halda çox gözəl bir ailə ola bilərsiniz.
3.Səhvlərinə haqq qazandırma
Heç vaxt etdiyin səhvlərə haqq qazandırma. Səhvləri qəbul etməmək insana dünya və axirət bədbəxtliyi gətirər. Ən böyük şəxsiyyətin nişanələrində biri , səhvləri başa düşüb, onları təkrarlamamqdır. Çalış etdiyin səhvlər üçün daima Allahdan bağışlanmağını istə.
4.Halala dəyər verib, Haramdan uzaq olun
Çalışın haram olan şeylərdən, xususilə haram yemək və geyimlərdən uzaq olun. Çünki bunlar insanın necə bir şəxsiyyət kimi formalaşmaqında çox böyük əhəmiyyət daşıyır.
5.Düşüncəli və İmanlı olun
Bütün dünyanı idarə etmək üçün ən böyük güc düşüncə və imandır. Düşüncəli və İmanlı insan üçün açılmaz qapılar yoxudr.
6 Allahın daima səni izlədiyini unutma.
Gözəl bir şəxsiyyətə və əxlaq dəyərlərinə sahib olaraq, müvəffəq bir insan olmaq üçün, Allahın daima səni izlədiyini bilmən kifayətdir. Onun daima sənin aldıqın nəfəsə belə nəzarət etdiyi unutmasan, böyük bir şəxsiyyət ola bilərsən.
7.Daima yalançılıqdan uzaq ol
Doğru danışmaqlıq insanın pak bir ruha sahib olmasında və etibarlı bir insan olmasına çox kömək edər.
8.Qurandan və Sünnətdən uzaq düşməyin
Qurandan uzaq atılan addımlar hər gün insanı məğlubiyyətə dahada yaxınlaşdırar. Çalışın daima Quran və Sünnətə əsasında atın həyatda addımlarınızı.
9.Hər gün kim olduquna müəyyən et
İnsan gərək hər gün haqq ya batil tərəfdarı olduqunu müəyyən edə. Çünki insan kimliyini müəyyən etdikdən sonra gün ərzində o kimliy əsasında addımlayacaq
10.Bildiklərinə əməl et ki, bilmədiklərini sənə öyrətsin
İnsan əgər bildiyi dəyərlərə əməl etsə, Allah onun bilmədiyi dəyərləri öyrənməsinə kömək edər.
11. Qurana daima baxmaq göz ağırlarına dəvadır
İnsan daima Quranı oxuyub, onun ayələrinə göz gəzdirsə, Allah onun göz ağırlarına şəfa verən.
Mənbə: .mouood.org
Islammektebi.org
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər
- Gösterim: 3355
Abdullah Cavadi Amulidən dəyərli nəsihət.
Dövrümüzün ən dəyərli şəxsiyyətlərindən biri olan, Alim və Filosof Abdullah Cavadi Amulinin insanın fərdi və ictimayyi həyatında uğur qazandıracaq dəyərli nəsihətləri vardır.
Bu dəfə böyük Filosof, insanın həyat mubarizəsindən və bu yolda onun üçün ən mühüm dəstəkçidən danışdı.
İnsan həyatda hər hansısa nailiyyətləri əldə etmək üçün mübarizəyə ehtiyacı vardır. Amma mübarizə üçün dəstək lazımdır. Dəfələrlə şahidi olmuşuq maddi dəstək olsada, mənəvi dəstək olmadan insan istədiyi şeyi əldə edə bilmir.
Abdullah Cavadi Amulinin fikrincə insanın ən böyük mübarizəsi 3 hissədən ibarətdir. Bu 3 səhnədə mubarizə etmək üçün, maddi dəstəkdən əlavə mənəvi dəstək lazımdır. Dua insan üçün ən böyük mənəvi dəstəkdir, necəki Peyğəmbərmiz buyurur:” Dua möminin silahıdır”. Dua nəinki mənəvi dəstəkdir, eyni zamanda maddi dəstəyidə ələ gətirmək üçün insana kömək edir. Çünki yerin göyün sahibi Allahdır,duada Allah və insan arasında ən gözəl və dəyərli vasitəçidir.
Amma Filosofun fikrincə bu 3 səhnə hansılardır.
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər
- Gösterim: 2681
Abdullah Cavadi Amulinin dəyərli nəsihətləri.
Abdullah Cavadi Amuli dövrümüzün ən yüksək elm və əməl sahibi olan filosof u və alimlərindən biridir. Onun haqqında hər nə qədər danışsaq çox azdır. O, yalnız din elmləri sahəsində deyil, eyni zamanda dünyəvi elmlər o cümlədən: riyaziyyat, fizika və.s. sahəsində dərin biliklərə sahibdir. Ümumiyyətlə Abdullah Cavadi Amulinin fikrincə dini və dünyəvi elmləri bir birindən ayırmaq düzgün deyil, çünki hər biri insanı bir hədəfə doğru hidayət edir. Cavadi Amuli böyük filosof Məhəmməd Hüseyn Təbətəbayinin dəyərli tələbələrindən biridir.
Abdullah Cavadi Amulinin insanın həyatının hər sahəsində istifadə edə biləcək tövsiyələri vardır. Burada dəyərli alim və filosofun bir ölkədə və cəmiyyətdə əsas problem və onun həll yolu barəsində olan tövsiyəsini qısaca olaraq siz dəyərli oxuculara təqdim etmək istəyirik.
1.Əldə olanı dəyərləndirmək, dəyərli insan və cəmiyyət olmaq üçün kifayət edir
Abdullah Cavadi Amulinin fikrincə hər hansısa bir dövlət və cəmiyyətdə ən böyük problem əldə olan elmi praktiki olaraq dəyərləndirə bilməməkdir. Hər hansısa bir şeyi bilirik amma onu həyata keçirmək istəyən zaman insanın ağıl və düşüncəsinə arzu və istəkləri qalib gəlir. Nəticədə o iş ki, ona dünya və axirəti üçün böyük uğurlar qazandıracaq arzu və istəklərinin qurbanına çevrilir.
2.Firon və onu kimiləri elmin ən aşağı səviyyəsinə sahibdirlər
Musa Peyğəmbər Allah tərəfindən seçildikdən sonra Fironun sarayına gələrək, Onu və Misir xalqını tək Allahlıqa dəvət etdi. Firon düşünürdü ki, Musa peyğəmbərin (ə) gətirdiyi dinin Allahıyla dünyanı idarə edən Allah arasında fərq var. Bu səbəbdən O, Musa peyğəmbərin Allahının hökuməti idarə etmək istədiyini düşünərək dedi: Misirin Allahı mənəm (yəni buranın əsil idarəçisi mənəm). Mən Musanın Allahına inanmıram. Geniş bir sarayda axtarış üçün lazım olan şeyləri gətirin, gərək axtarış edəm ki, Musa düz deyir ya yox.
Abdullah Cavadi Amuli bu haqda qeyd edir ki, Firon və ona bənzər insanları yalnız 5 zahiri duyğu üzvlərinin (görmə,eşitmə,iyi bilmə və toxunmaq) verdiyi biliklər əsasında düşünürlər. Və maddi aləmdə özlərini məhdudlaşdıraraq Musa peyğəmbərin Allahını tapmaq üçün labarotoriya hazırladıb orada Allahı axtarmaq istəyirdilər.
Cavadi Amuli: Firon kimi insanlar modernizmdən, inkişafdan, elmi və əqlani düşüncələr əsasında danışdıqlarını zənn edirlər. Amma əslində isə 5zahiri duyğu üzvlərinin verdiyi biliklər əsasında düşünürlər. İnsanı maddi aləmdə məhdudlaşdıran və Peyğəmbərlərə inamı olmayan insan yalnız zahiri duyğu hisslərinin əsasında düşünür. Bu gün bir çox dövlət rəhbərlərinin və elm sahiblərinin ən böyük problemləri yalnız 5 zahiri duyğu hisslərinin verdiyi biliklər əsasında düşünə bilmələridir. Bu da elmin ən aşağı səviyyəsidir. Çünki ən çox səhv də 5 zahiri duyğu üzvlərinin verdiyi biliklərdə olur.
Allahın Quranda Firon hadisəsini qeyd etməkdən məqsədi, hər bir zəmanədə hətta bizim zamənəmizdə belə Firon kimi düşünən insanlar barəsində bizə xəbərdarlıq etmək yönlüdür.
3.Hər hansısa bir məsələni bilmək kifayət deyil
Abdullah Cavadi Amuli, bu gün cəmiyyətdə ən böyük problemlərdən birinin nəyinsə pis olduğunu bilə-bilə yenə insanlar tərəfindən həyata keçirildiyini qeyd edir.
İçki içmək yaxud kiminsə barəsində nalayiq fikirlər söyləmək kimi məsələlərin pis bir iş olduğunu bilməyimizə baxmayaraq yenə ona əməl edirik. Yalan danışırıq yaxud Allahın haram buyurduğu işləri edirik və onun dünya və axirət həyatmızda necə böyük bir bədbəxtliklər qazandıracağına əhəmiyyət vermirik. İnsanların hər hansısa bir məsələni bilib ona əməl etməməkləri, bir insanın hər hansısa bir yırtıcı heyvanı görüb ona əhəmiyyət verməməsinə bənzəyir. Heyvan zərər verdikdən sonra insan anlayır ki, bu heyvandan qaçmaq lazım imiş, o zaman artıq qaçmaq üçün gec olur.
4. Haqq qarşısında təvazokarlıq göstərmək lazımdır
Böyük filosofun fikrincə, biz insanları ən çox bədbəxt edən məsələlərdən biri də haqqı bilib ona boyun əyməməyimizdir. Həkim bir xəstəyə acı bir dərman tövsiyə edir ki, bu dərmanı istifadə edərsə tezliklə sağalacaq, amma xəstə onun tövsiyəsinə əhəmiyyət vermir və nəticədə nəyinki sağalır bəlkə əksinə olaraq başqa xəstəliklər də ortaya çıxır. Həqiqəti əks etdirən bir məsələ (Allah-Taalanın tövsiyə etdikləri) həkimin tövsiyə etdiyi dərmana bənzəyir. Gərək onun qarşısında boyun əyib itaət edək. Təəssüflər olsun ki, xəstə kimi biz də haqqın zahirini görürük, acı olduğunu düşünürük. Amma sonda böyük xəstəliklər yaranır.
Son olaraq Abdullah Cavadi Amuli, hər bir cəmiyyətdə əldə olan biliklərə dəyər verilsə, o cəmiyyət dəyərli bir cəmiyyətə çevirlə biləcəyinə inanır.
Mənbə: Fars xəbər agentliyi.
Tərcümə etdi: Bəşər Məmmədov
İslammektebi.org
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər
- Gösterim: 1972
Möhsün Qiraəti nəql edir: Mən çox təəssüf edırəm ki, Amerika Əllamə Təbatəbaini bizdən qabaq tanıdı. Onlar tanıdı, biz tanıya bilmədik. Əllamənin Qumda fəlsəfə tədris etdiyi illərdə Amerikadan İran şahına məktub gəlir və məktubda bildirilir ki, şərq fəlsəfəsindən dərs demək üçün Əllamənin Amerikaya göndərilməsini xahiş edirik. Şah bu məsələni o zamanın şiə aləminin müctehidi Ayətullah Bürucerdinin diqqətinə çatdırır və onun bu barədə fikrini bilmək istəyir. Bürucerdi Amerikadan gələn təklifi Əllamə ilə müzakirə edir, Əllamə deyir ki, "getməyi düşünmürəm". Beləliklə, Əllamə Amerikaya getmək təklifini rədd edir. /idrak/
Fizuli Şəfiyev