Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

 

İslam dünyasında ən dəyərli şəxsiyyətlərdən biri olan mərhum Ayətullah Behcətin insanın fərdi və ictimayyi həyatında dəyərləndirə biləcəyi,  çox dəyərli nəsihətləri vardır.
Burada dəyərli Alimin dəyərli kəlamlarından bəzilərini siz hörmətli oxuculara təqdim edirik.


1Heçvaxt laqeyd yaşama.
Cəmiyyətdə olan çətinliklərə qarşı heç vaxt laqeyd yaşamayın, həmişə dua edin onlar üçün. Çünki bir gün o ,çətinlikləri səndə yaşaya bilərsən..


2.Səbrli və Güclü olun
Dəyərli və səmimi ailə qurmaq üçün insan gərək səbirli ola. Ailədə olan insanların səhvlərini bağışlamaqı bacarmaq lazımdır. Belə olan halda çox gözəl bir ailə ola bilərsiniz.


3.Səhvlərinə haqq qazandırma
Heç vaxt etdiyin səhvlərə haqq qazandırma. Səhvləri qəbul etməmək insana dünya və axirət bədbəxtliyi gətirər. Ən böyük şəxsiyyətin nişanələrində biri , səhvləri başa düşüb, onları təkrarlamamqdır. Çalış etdiyin səhvlər üçün daima Allahdan bağışlanmağını istə.

4.Halala dəyər verib, Haramdan uzaq olun
Çalışın haram olan şeylərdən, xususilə haram yemək və geyimlərdən uzaq olun. Çünki bunlar insanın necə bir şəxsiyyət kimi formalaşmaqında çox böyük əhəmiyyət daşıyır.


5.Düşüncəli və İmanlı olun
Bütün dünyanı idarə etmək üçün ən böyük güc düşüncə və imandır. Düşüncəli və İmanlı insan üçün açılmaz qapılar yoxudr.


6 Allahın daima səni izlədiyini unutma.
Gözəl bir şəxsiyyətə və əxlaq dəyərlərinə sahib olaraq, müvəffəq bir insan olmaq üçün, Allahın daima səni izlədiyini bilmən kifayətdir. Onun daima sənin aldıqın nəfəsə belə nəzarət etdiyi unutmasan, böyük bir şəxsiyyət ola bilərsən.


7.Daima yalançılıqdan uzaq ol
Doğru danışmaqlıq insanın pak bir ruha sahib olmasında və etibarlı bir insan olmasına çox kömək edər.


8.Qurandan və Sünnətdən uzaq düşməyin
Qurandan uzaq atılan addımlar hər gün insanı məğlubiyyətə dahada yaxınlaşdırar. Çalışın daima Quran və Sünnətə əsasında atın həyatda addımlarınızı.


9.Hər gün kim olduquna müəyyən et
İnsan gərək hər gün haqq ya batil tərəfdarı olduqunu müəyyən edə. Çünki insan kimliyini müəyyən etdikdən sonra gün ərzində o kimliy əsasında addımlayacaq


10.Bildiklərinə əməl et ki, bilmədiklərini sənə öyrətsin
İnsan əgər bildiyi dəyərlərə əməl etsə, Allah onun bilmədiyi dəyərləri öyrənməsinə kömək edər.


11. Qurana daima baxmaq göz ağırlarına dəvadır
İnsan daima Quranı oxuyub, onun ayələrinə göz gəzdirsə, Allah onun göz ağırlarına şəfa verən.
Mənbə: .mouood.org
Islammektebi.org

 

 

 

 

About the Author

Bəşər Məmmədov

More articles from this author