Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Bəşər tarixinin başlandığı andan etibarən insanlar iki qurupa bölünüblər

Bəşər tarixinin başlandığı andan etibarən insanlar iki qurupa bölünüblər. Bəziləri əxlaq və dini dəyərləri öz həyatlarında əks etdirərək xoşbəxt həyat yaşayıblar, bəziləri isə adı çəkilən dəyərlərdən uzaq olaraq, daima sıxıntı və gözlənilməz bədxbəxt suprizlərlə qarşılaşıblar

.
Böyük filosof Abdullah Cavadi Amulinin fikrincə insan özünün və cəmiyyətinin xilaskarı ola bilər. Amma cəmiyyətini xilas etmək üçün, özünü xilas etməyi bacarmalıdır. İnsan fərdi həyatında bəzi uğurlar qazanmadan, ictimayyi həyatda uğur qazanması mümkün deyildir. Çünki bu iki həyatın bir birləriyə çox sıx əlaqəsi var.
Cavadi Amulinin fikrincə, biz gərək əvvəl çalışaq iki böyük şeyə nail olaq. Birincisi öz istəklərmizin quluna deyil, ağasına çevrilək. İnsan nəfsi maşının sükanına bənzəyir. Əgər bu sükanı düzgün idarə etsən istədiyin yerə sağlam və düzgün çata bilərsən. Amma əgər idarə etməni itirsən, tezliklə qəza törədərək hədəfinə nail ola bilməzsən. İnsan istəkləridə sükan kimidir. Əgər biz nəfsani istəklərmizə nəzarət  etməsək, onlar bizim ağamız olar. Bizi istədiyi kimi idarə edər və hədəfə çatmaqdan yayındırar.
Həzrət Muhəmməd (s) insan üçün ən böyük mübarizənin nəfsani istəkləriylə etdiyi mübarizə hesab edir. Çünki nəfsani istəklərlə mübarizə edə bilməyən şəxs həyatın heç bir sahəsində uğur qazana bilməz. Həyatın bütün sahəsində uğur qazanmaq üçün, əvvəl gərək daxili istəklərmizlə mübarizədə qələbə qazanaq.
İkinci məsələ insanın əxlaqi dəyərləri öz həyatında əks etdirməsidir. Əlbətdə əgər birinci məsələyə, yəni istəklərmizi idarə etməyə nail ola bilsək, əxlaq dəyərlərlərnidə öz həyatmızda əks etdirə bilərik. Çox təssüflər olsun ki, bəzən insanlarda paxıllılıq, məqam pərəstlik, kinlilik və bir çox əxlaq dəyərlərində uzaq şeyləri muşahidəcisi oluru. Bunlar fərdin və cəmiyyətin ən böyük terrorudur.
Əgər bir insanda əxlaq dəyərləri olmasa, o insanda insanlıq dəyəridə olmaz. Cəmiyyətmizdə daima əxlaqdan kənar şeylərin olması hər bir insan tərəfindən, hətta bəzən əxlaqsız insanlar tərəfində çox pis qarşılanaraq, tənqid edilir. Çünki insanın yaranışı dəyərlər üzərində qurulub. İnsan bəzən vicdanına müraciət edərək, bir an düşünsə əxlaqdan uzaq gördüyü işlər üçün çox peşmançalıq çəkər.
Biz bugün fərdi həyatmızı formalaşdırmadan, cəmiyyətmizi formalaşdıra bilmərik. Necəki üzüçülük bilməyən insan suda boğulan insanları azad edə bilməz, əksinə özüdə onlarla bir yerdə qərq olar.
Böyük filosofun fikrincə, əgər Allah-təala bir insanın xoşbəxtliyini və hidayətini istəsə ona iki güc verər. Birincisi öz istəklərinə qalib gəlmək gücünü, ikincisidə əxlaq dəyərlərini öz həyatında əks etdirə bilmək gücünü.
Hazırladı: Bəşər Məmmədov
İslammektebi.org

About the Author

Bəşər Məmmədov

More articles from this author