Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Örnək götürmək istəyənlər üçün örnək mənbəyi.

Həzrəti Məhəmməd (Ə..S) Miladi təqvimlə 571-ci il Hicri aylardan Rəbiul əvvəl ayının 11-dən 12-nə keçən gecə( yəni yanvar ayının1-dən 2-nə keçən gecə) dünyaya gəlib. Onun həyatı əsil insani dəyərləri özündə əks etdirmək istəyən hər bir insan üçün həqiqi örnək mənbəyidir.

Həzrət Muhəmməd (ə.s) təvəllüdü münasibətiylə bu qısa yazımızda örnək götürmək istəyən insanlar üçün onun həyatından bir neçə qısa dərsləri siz dəyərli oxuculara təqdim edirik.

1.Mehribançılıq. Həzrət Muhəmməd(ə.s) insanların kimliyindən və şəxsiyyətin asılı olmayaraq daima çalışar onlara qarşı mehriban olub hörmət bəsləsin. O, hətta tək Allahlıqı qəbul etməyən insanlar üçün canından belə keçməyə hazır idi. Həzrət Muhəmməd (ə.s) bəşəriyyətin azadlıqı və həqiqi xoşbəxliyi uğrunda etdiyi fədakarlığına nəzər yetirdikdə onun necə bir insan pərvər şəxsiyyət olduğunu anlamaq mümkündür.

2.Səbr.Həzrət Muhəmməd (ə.s) ilahi vəzifəsini yerinə yetirdiyi zamanlarda ona qarşı atılan insani dəyərlərə biganə hərəkətlərə daima səbirlə qarşılıq verərdi. Hətta bir gün küçədən keçərkən bir qadın ona zibil atsada , Həzrət Muhəmməd (ə.s) onun xəstə olduğunu bildikdə ziyarətinə getdi. 

3.Əmanətdarlığ və düzgünlük. Həzrət Muhəmməd (ə,s) hətta Peyğəmbərlik məqamına seçilməzdən əvvəl əmanətdar bir insan kimi tanınardı. Böyük və Kiçik ticarətlə məşğul olan insanlar uzaq şəhərlərə səfər edərkən qiymətli əşyalarını gətirib ona həvalə edərdilər. İki insan arasında hər hansısa anlaşılmamazlıq olanda daima onun yanına gəlib, ondan kömək istərdidlər və onun buyurdğunu qəbul edərdilər. Çünki onun daima düzgün və doğru olanı deyəcəyini bilərdilər.

4.İbadətə verdiyi dəyər.Həzrət Muhəmməd (ə.s) Allahın qanunlarına və buyurduğlarına bir an belə səhlankarlığ göstərmədən əməl edərdi. O bir həqiqəti bilirdi ki, Əgər insanları yaradan Allahdırsa, Allahın bütün buyurduğları insanı və bəşəriyyətin xilas etmək üçün yeganə vasitədir. 

5.Sadəliyi. Həzrət Muhəmməd (ə.s) başqalarından fərqləndirən əsas xusüsiyətlərindən biri, onun sadə bir insan olması idi. Onun iştirak etdiyi məclislərdə heç vaxt onu başqalarından seçmək mümkün olmazdı. İnsanlar kimliyindən asılı olmuyaraq heç vaxt onun yanında özlərini biganə hiss etməzdilər. O, daima çalışar sadə insani davranışıyla insanlara dəyər verərdi.

6.Əliaçıqlıq. Həzrət Muhəmməd (ə,s) heç vaxt insanları əl boş qaytarmazdı. Bir gün bir nəfər onun yanına gəlib problemini danışdı və ehtiyacı olduğu pulun miqdarını dedi. Həzrət Muhəmməd (ə.s) onun ehtiyacı olduğundan artıq verdi. O, daima çalışardı insanların ehtiyacından artıq versinki, onlar problemini həll etdikdən sonra, özləri üçün yeni bir iş görə bilsin.

Allah-təala Quranda Həzrət Muhəmməd (ə.s) insanlar üçün ən yaxşı örnək tanıtdırıb. Daima çalışaq belə böyük  bir  şəxsiyyəti özmüz üçün örnək götürək və onun əxlaqi dəyərlərini öz həyatmızda əks etdirək.

Sonda Həzrət Muhəmməd (ə.s)-ın təvəllüdü münasibətiylə bütün dünya müsəlmanlarını təbrik edirik.

(Mənbə:14 Məsumun həyatı (Seyyid Muhəmməd Təqi Müdərrisi)

 

About the Author

Bəşər Məmmədov

More articles from this author