Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

Bugün bəşəriyyət tarixində yeni bir səhvənin açılış günüdür

Bugün bəşəriyyət tarixində yeni bir səhvənin açılış günüdür. Hansı ki, bu səhvə bəşər tarixinin sonuna kimi bağlanmadan, bəşəriyyətin düzgün formalaşmasına xidmət edəcək. Yeni açılan səhvə, öz yenilikləriylə bütün səhvələri geridə qoyaraq, bəşəriyyətə yeni həyat bəxş etmək hədəfinə xidmət edir. Bu səhvənin açılışı bərabərlik, sülh, həqiqət və bir sözlə insan üçün lazım olan bütün dəyərləri öz fərdi və ictimayyi həyatında əks etdirmək istəyən hər  bir xalq üçün sevinc günüdür.

Bugün İslam Peyğəmbəri Həzrət Muhəmmədin 40 yaşında peyğəmbərliyə seçildiyi bir gündür. Hansıki, bugündə özlərini dünya xalqlarının sahibi kimi bilən imperatorların və dünya güclərinin sonun başlandığı bir gündür. Bugün Allah insana bəşər övladı tərəfindən yaradılmış bütün fikri və dini məktəblərədən azad olması üçün, ən böyük məktəbi hədiyyə etdi. Bu məktəb bəşərəiyyətə həqiqi azadlıq və ucalıq bəxş edir.

 Həzrət Muhəmməd (s) –ın bu uca vəzifəyə seçilməsində onun böyük bir şəxsiyyətə sahib olmasının əvəzolunmaz rolu varıydı. O, peyğəmbərlik vəzifəsinə seçilməzdən əvvəldə ərəblərin arasında şəxsiyyətiylə seçilər və hörmət edilərdi.

İslamdan əvvəldə bir neçə din, Yahudilik və xiristiyanlıq kimi dinlər göndərilmişdi. Amma bunlar bəşəriyyətin yaranış hədəfinə çatması üçün başlanğıcdı və kifayət etmirdi. Bu səbəbdən Allah İslam dini göndərib və onu öz yanında yeganə din adlandıraraq, bəşəriyyət tarixinə yeni və sonsuz bir səhvə açdı.

İslam dinin əsas hədəfi insanların  yalnız elmi baxımdan deyil, eyni zamanda əməli baxımdanda düzgün tərbiyə olunmasına xidmət edir. Həzrət Muhəmməd bu vəzifəyə bugün seçilməsiylə son nəfəsinə kimi İslamın hədəfini həyat keçirmək üçün çalışaraq, bəşəriyyət və Allah qarşısında ən böyük xidmətini göstərib, bugün bütün xalqların yaddaşında və qəlbində yer aldı.

Həzrət Muhəmməd həyatın bütün sahələrində örnək götürmək istəyən hər bir xalq üçün, əsil örnək məktəbidir.

Bəşər Məmmədov

İslammektebi.org

 

About the Author

Bəşər Məmmədov

More articles from this author