Yazarlar
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər-Digər
- Gösterim: 1634
İnsanda intihar əngizəsinin yaradan amillər.
İntihar əngizəsi bir çox insanın nəvaxtsa təcrübə etdiyi bir fenomendir. Əksər adamlar bəzən sıxıntıların, problem və uğursuzluqların çəngindən xilas ola bilmək üçün intihara cəhd etmək istəsə də buna cəsarət edə bilməyib. Bəziləri dini inanclarına görə, bəzilərinin isə sevdiklərini itirməkdən qorxduqları və s, amillərdən dolayı intihara cəsarət olmayıb. Ancaq çox adamda zaman-zaman intihar əngizəsi olubdur. Əxlaq filosofu Mustafa Məlikyana görə, insanda intihar əngizəsini yaradan müxtəlif cür amillər olar bilər ki, intiharı önləmək üçün bu amillərə xüsusi əhəmiyyət verilməlidir:
1. Hər şeydən öncə insan bacardıqca keçmiş və gələcəkdən özünü qoparmalı və bu anı, bugünü yaşamağı öyrənməlidir. Çox adam keçmişin xoşagəlməz xatirələrinin üstünə xətt çəkməyə cəhd etmədiyi üçün müxtəlif cür iztirab və sıxıntılardan yaxa qurtara bilmir. Həmçinin, insan gələcək haqda uzun-uzadı arzu və xəyallar mümküm qədər azaltmalı, bugünü və bu an sahib olduqlarından həzz almaqa adət etməlidir. Başqa sözlə ifadə etsək, keçmiş keçib, gələcək isə hələ gəlməyib, elə isə indini, bugünü yaşamaqla həyatından və sevdiklərinlə birgə keçirdiyin anlardan həzz almaqa çalış.
2. İnsanlar çox zaman həm özlərini başqalarıyla, həm də başqalarını özlərilə müqayisə edirlər. Bu səbəbdən bu cür insalar sakit və dinc bir həyata yaşaya bilmir. Niyə mənim yoxdu onun var, niyə o fılan məqama, şan-şöhrətə çata bilir, ancaq mən çata bilmirəm kimi müqayisələr. Bu cür yaşam zamanla insanın qəlbində həsəd və kin-küdurət hissi yaradar. Hətta belə insanlar bəzən başqalarının sevinc və uğurlarını əngəlləmək xatirnə her şeydən, canından belə keçməyə tərəddüd etməzlər. Bu tip adamlar bəzən başqalarıyla müqayisədə özünü doğrulda bilmədiyi üçün intihara belə cəhd edərlər. Bu səbəbdən mütəfəkkirlər insanlara bacardıqca özlərini başqalarıyla müqayisə etməkdən uzaq qaçmaqı tövsiyə edirlər.
3. Çox zaman insan nəylə nəticələnəcəyinin fərqində olmadan öz taleyini başqalarının özü haqda qiymətləndirməsinə təslim edir və həyatını başqalarının meyarlarına uyğun tənzimləyə çalışır. Təhsil, iş, ailə və ictimai həyatını kənar adamların meyarlarına uyğun yaşayır. Bu cür yaşamın ən böyük ziyanı insanın öz istək və imkanlarının gözardı etməsinə gətirib çıxarmasıdır. Təbii ki, öz istək və imkanlarını gözardı edib, istəmədiyin, bacarmadıqın seçimləri edibdə, özünü doğrulda bilməmək insana yaşamı dözülməz, cansıxıcı və iztirab verici edəcəkdir. Belə olan halda isə bir çoxları üçün intihar yeganə çıxış yolu olur. Bu səbəbdən insan bacardıqca başqalarının özü haqda fikir və qiymətləndirməsinə az önəm verməli, seçimlərini öz imkanlarına, bacarıqına və psixoloji durumuna uyğun etməlidir. Həmçinin insan özünəinam və özünəönəmi hissini bacardıqca yüksəltməlidir. Əgər bir insan başqalarının özü haqda qiymətləndirməsiə əsasən öz imkanlarına inanıb, özünü önəmsəyirsə, nəvaxtsa insanların onu daha az önəmsədiyini, daha az diqqət ayırdığını görsə özünəqapanma kimi xoşagəlməz hallarla üzləşəcəkdir. .
4. Əksər insanlar özləri üçün dəyişməz və mütləq qanunlar düzəldib, həyatlarını o qanunlarına əsasən yaşadıqları üçün bu qanunlara xilaf bir iş gördükdə sarsılır və depressiyaya düşürlər. Belə ki, bəziləri fikirləşir ki, bir dostun, qohumun xəyanət etməsi namümkündür. Yaxud dünyada bədəl ödəmədən nəyəsə nail ola bilməyin mümkünlüyü kimi mütləq olduğunu sandıqları qaydalar. Mütəfəkkirlər insanlara beyinlərini bacardıqca bu cür dəyişməz olduğunu sandıqları qaydalardan təmizləməyi tövsiyə edirlər. Əks təqdirdə bu qaydaların iztirab, depressiya və intihar kimi xoşagəlməz nəticələr doğurması istisna olunmur.
5. Dünyada bəzi şeylər varki insan onlara tam kontrolu ələ ala bilər, ancaq bəzi şeylər də varki onları müəyyən həddə kontrol etmək mümkündür. Misalçün, bir hədəf seçib və bu hədəfin gerçəkləşməsi üçün səy göstərmək insanın öz ixtiyar və kontrolunda olan bir şeydir. Ancaq böyük səy göstərməklə hədəfin gerçəkləşməsini müəyyən həddə kontrol etmək mümkündür. Çünki seçilən hədəfə kainatda insanın kontroldan xaric bir çox amillər təsir göstərə bilər. Amma təəssüflər olsun bir çox insan bu reallıqı qəbul etmək istəmədiyindən dolayı və nəticənin gerçəkləşməsinin tam onların ixtiyar və kontrolunda olduğunu düşündükləri üçün gördükləri işdə ( İş, təhsil, ictimai fəaliyyətdə) istədikləri nəticəni ala bilmədikdə hər şeyə, hər kəsə bədbin olmağa başlayırlar. Bu cür insanlar zamanla özünəqapanma kimi hallarla üzləşir və hətta bəzilər intihara qalxışırlar. Bu səbəbdən insan seçimlər edərkən mümkün qədər nəticə haqda az düşünməlidir. Çünki necəki az öncə dedik, yenə təkrar edirik, dünyada insanın kontrolundan xaric çox şeylər vardır ki, göznəliməz nəticələrin doğrulmasına səbəb ola bilər. Quran dilindən ifadə etsək, sən seçimini et, çalış və nəticəni Allaha həvalə et.
6. Həyatın mənası nədir sualıyla hərçənd qədim də insanlar az-çox maraqlanırdı, ancaq bu sual müasir dövr insanını daha artıq maraqlandırır və çox vaxt bu suala cavab tapa bilmək üçün hər şeyi (İstəklərini, dini inanclarını və s) fəda etməyi belə gözə alır. Bir çox mütəfəkkirlərin qənaətinə görə, insan bu cür həyati önəmi olan suallarla üzləşməməsi üçün vaxtında bu suallara qaneedici bir cavab tapmalıdır. Başqa sözlə ifadə etsək, insan həyatına, yaşamına, arzularına bir məna, bir anlam verməlidir. Nə üçün yaşayıram, nə üçün oxuyuram, nə üçün çalışıram kimi suallar bir gün bir çox insanın üzləşəcəyi suallardır. Əgər insan öncədən həyatına, çalışmalarına, zəhmətlərinə bir məna və yaxud bir anlam verməsə, adıkeçən suallarla üzləşəndə artıq bir çox şey üçün gec olur. Bir çoxları nə üçün yaşayıram, nə üçün və kimin üçün çalışıram, oxuyuram suallarına vaxtından cavab vermədikləri üçün bu suallarla üzləşibdə, qaneedici cavab tapa bilməyəndə artıq ölümü yaşama tərcih verir ki, taki, intihar etməklə bu cavabsız sualların çəngindən azad olsun. Bu səbəbdən həyatın mənasızlıqını dadmadan, həyata bir məna vermək lazımdır.
Bəşər məmmədov
İslammektebi.org
Bu yazı mütəfəkkir Mustafa Məlikyanın fikirlərinə əsaslanaraq hazırlanıbdır,.
- Ayrıntılar
- Bəşər Məmmədov tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər-Digər
- Gösterim: 2589
Hz Nuh (ə) tayfasının qərq olma səbəbi.
İlk insan yaranan gündən etibarən Tanrı hər bir xalqın təlim-tərbiyəsi üçün onların arasından mükəmməl bir şəxsi peyğəmbərlik məqamına seçdi. Səbəb isə kamil bir insanın təlim-tərbiyəsinə ayrılan diqqətdir. Tanrı diliylə desək insanın yaranış hədəfi təlim-tərbiyə yoluyla kamil bir insan yaratmaqdır. Başqa sözlə peyğəmbərlik məqamı hər bir xalq üçün müəllimlik məqamını ifa edirdi. Peyğəmbərlər sırasında ən çox anılan peyğəmbərlərdən biri Hz Nuh (ə)-dır. Nuh peyğəmbərin daha çox anılmasının səbəblərindən biri, Nuh peyğəmbərin dönəmində dünyanın suya qərq olmasıyla əlaqələndirilir.
Əbdussəlam İbn Saleh adlı bir nəfər Hz Rza (ə)-dan Hz Nuh dövründə insanların qərq olmasının və az yaşlı uşaqların da onların arasında günahsız olaraq qurban getməsinin səbəbini soruşur. Hz Rza (ə) sualın cavabını belə izah edir.” Hz Nuhun tayfasının qərq olanları sırasında azyaşlı uşaqlar yoxuydu. Çünki Tanrı baş verəcək hadisədən 40 il əvvəl nəsil artımını dayandırmışdı. Allah gunahı olmuyan bir insanı öz əzabıyla həlak etməz. Onların qərq olmasının səbəbi Hz Nuhu inkar etməsi və inkar edənlərə seyrici qalaraq, sevinməsidir. Əgər bir insan hər hansı bir hadisədə yaxından iştirak etmədiyi təqdirdə, baş verən hadisəyə laqeyd olub, sevinc hissi duyması, baş verən hadisədə yaxından iştirak edənlərdən biri kimi bilinər.
Çevirdi: Bəşər Məmmədov
İslammektebi.org
Mənbə: Dini göstərişlərin fəlsəfəsi. Şeyx Səduq
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər-Digər
- Gösterim: 5248

Dahi ruz yazıçısı, ruz ədəbiyyatına və tarixinə böyük töhfələr verən mütəfəkkir, Lev Nikolayoviç Tolstoy 1828-1910-cu illərdə yaşamışdır. O bizə daha çox yazıçı kimi tanışdır. Onun fəlsəfi düşüncələri, Allah, ruh, bilik, məhəbbət, həyatın mənası və s. haqqında təsəvvürlərini əks etdirən elmi əsərləri isə nisbətən az məlumdur.
Həyatın mənasının, mənəvi idealın, varlığın gizli umumi qanuna uyğunluqlarının əzablı axtarışları, mənəviyyatın və sosiyal durumun fəlsəfi tənqidi onun bütün yaradıcılığından keçir. 1870-ci ildən başlayaraq, o, ölüm qorxusu, günah, tövbə və mənəvi dirçəli. Mövzularına çox fikir verir.
Onun tamamilə qeyri-adi təfəkkürü çox hallarda rus cəmiyyətinə aydın deyildi.
O, kilsədən uzaqlaşdırılaraq lənətləndi, dostları və tanışları ondan üz döndərdilər. 1910-cu ildə, 81 yaşında, Lev Tolstoy evindən gedir və yolda, Astapovo stansiyasında ölür.
Bəs nəyə görə dahi yazıçının həyatının sonu belə kədərli oldu?Güman ki, bu sualın cavabı yazıçının bəzi məktublarında var.
O, kilsə barəsində belə yazır:
"Kilsəyə, bacardıqca həyatdan geri qalmayaraq onun mənasını izah etməyi tapşıran dünya istədiyini edirdi. Dünya hər şeydə İsanın təliminə zidd olan həyat təsir edir, kilsə isə insanların İsanın qanunlarına uyğun yaşadıqları barədə eyhamlar uydururdu. Və bu onunla nəticələndi ki, dünya bütpərəstlikdən də pis həyat sürməyə başladı və kilsə nəinki bu həyata bəraət qazandırır, hətta İsanın təlimini məhz bundan ibarət olduğunu iddia edirdi."
Yasnaya Polyana, mart 1909-cu il.
Y.Vəkilova-müsəlmana ərə getmiş ruz qadını Tolstoya yazırdı ki, onun oğulları İslamı qəbul etmək istəyirlər və bu barədə məsləhət istəyirdi. Yazıçı ona belə cavab verir:
"Pravoslavliqdan müsəlmanlığa üstünlük verilməsi barədə... deyə bilərəm ki, mən buna qəlbimlə rəğbət bəsləyirəm. Təəccüblü olsa da, mənim xristianlığın həqiqi ideallarını və təlimini yüksək tutaraq, heç bir şübhəm yoxdur ki, müsəlmanlıq özünün xarici formalarına görə, kilsə pravoslavlığından müqayisə olunmaz dərəcədə yüksəkdədir.
Odur ki, əgər insanın qarşısına iki seçim: kilsə provaslavlığı müsəlmanlıq durubsa onda ağıllı adam tərddüd etmədən müsəlmanlığı qəbul edib, ilahiyyatda mürəkkəb və anlaşilmaz Üçlük, müqəddəslərin şəkilləri, sirlər və mübarək ibadətlər əvəzinə, Tək Allahı və Onun Peyğəmbərini taniyar."
Yasnaya Palyona, 15 mart, 1909-cu il.
Yazıçının əzablı axtarışlar nəticəsində yaranmıq dünyagörüşünü daha geniş açıqlayan bir məktubuna da nəzər salaq:
"Siz mənimlə eyni əqidədə olsaydınız, çox sevinərdim. Siz az da olsa, mənim həyatımı başa düşərdiniz. Həyatın bir çox uğuru var: var-dövlət, şöhrət,ehtiram... Bunlardan heç biri məndə yoxdur. Dostlarım, hətta ailə üzvülərim məndən üz döndərirlər.
Bəziləri-liberallar və eserler-məni dəli və ya Qoqol kimi ağıldan kəm hesab edirlər; başqaları-inqilabçılar və radikallar-məni boşboğaz və sufi sayırlar; dövlət adamları məni inqilabçı, provoslavlar isə iblis hesab edirlər.
Etiraf edirəm ki, bu, mənim üçün ağırdır... və buna görə xahiş edirəm, mənə xeyirxah müsəlman kimi baxasınız, onda hər şey yaxşı olacaq."
Yasnaya Polyana, aprel, 1884-cü il.
Necə deyərlər, şərhə ehtiyac yoxdur
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər-Digər
- Gösterim: 2814
Höte özünü rəsmi şəkildə müsəlman elan etməsə də biz dahi şairin bir çox əsərlərində müəllifin islama və onun mənəvi dəyərlərinə olan münasibəti aydın görürük. Hötenin həyat kredosu, onun həyatın mənası insanın Allaha münasibəti haqqında təsəvvürləri, İslamın bu problemlərə baxışları ilə üst-üstə düşür.
1995-ci ildə Veymar şəhərində bir qrup tədqiqatçı, başda doktor Əbdulqədir əl-Mürabit olmaqla Hötenin çoxsaylı əsərlərini öyrəndikdən sonra, tam əminliklə Hötenin müsəlman olduğu barədə məlumat vermişlər.
Hötenin İslam haqqında dediklərinin bəzilərini göstərək: "Vahid Allaha inam hər an əhval-ruhiyyəni qaldırır, ona görə ki, o insanın daxili aləminə qulluq edir."
" Allahın doxsan doqquz xüsusiyyətini əks etdirən adlarını zikr etmək üçün müsəlman təsbehindən istifadə etmək öz-özlüyündə elə ibadətdir. Dua eləyən Onun iradəsinə tabe olaraq heyrətə gəlir və rahatlıq tapır."
"...Beləliklə biz İslamda qalmalıyıq(Yəni Allaha tamami ilə tabe olmalıyıq)... Buna daha heçnə əlavə edə bilmərəm".
"O, şair deyil, Peyğəmbərdir və Məhəmməd bizə İlahi qanunu – Quranı çatdırdı, insan tərəfindən, əyləncə və ya ümumi təhsilin artırılması üçün yazılan kitabı yox".
Əbdulqədir əl-Mürabit Hötenin müsəlman olduğunu göstərərək yazır:
"...Müşriklər ölkəsində yaşadığına baxmayaraq o, tək allahlılığı qəbul etdi və Allahdan başqa bir ilahın olmadığını və Məhəmmədin Onun Rəsulu olduğunu elan etdi.
Namaz, oruc, zəkat və həcc barəsində lazımı məlumatı olmayaraq, o özünə bircə dəfə nəsib olan camaat namazında dərin hisslərlə iştirak etdi.
Bu və digər əməlləri ilə o özü dininin İslam olduğunu göstərirdi.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Şəxsiyyətlər-Digər
- Gösterim: 2559
Hollivuddakı İslamçı
Qərbdə öz dinini təbliğ edən kinorejissoru şərqli din qardaşları qətlə yetirdi
Əsl adı “İsmarıc” kimi tərcümə ediləcək filmə dönə-dönə baxmışıq. Amma onu ərsəyə gətirən kinorejissor Mustafa Akkad haqqında nə bilirik? Təəssüf ki, heç nə! İslam Peyğəmbərinin (s) həyatını kino ekranına gətirmiş Mustafa Akkad haqqında az-çox bilgisi olanlar isə onun adını “Hellouin” də görəndə yəqin ki, əvvəlcə gözlərinə inanmayıblar. Halbuki bu, çılpaq həqiqətdir. İslamın Hollivuddakı ən böyük müdafiəçisi təkcə “İsmarıc”la deyil, həm də sözügedən “dəhşət filmi” ilə məşhurdur.
Ölümlə şərqdə üzləşmə
Qərbdə İslamın tərənnümçüsü olan Musrafa Akkad Şərqdə, müsəlman ekistremistlərinin qurbanı oldu. Los-Ancelesdə yaşayan 75 yaşlı kinorejissor həyatla Əmmanda vidalaşdı. Amma o, Vətənində, Suriyada dəfn edildi. 2005-ci ildə “Qrand Hyatt” otelindəki partlayışda terorçu- kamikadze özü ilə bərabər, 54 nəfəri ölümün ağuşuna atmışdı. Terror aktı zamanı yaralanmış Mustafa Akkadın xəstəxanada ürəyi partladı. O, 34 yaşlı qızı Rimanın – üç uşaq anasının ölümxəbərinə dözə bilmədi. Rimanı Livanda, Tripolidə, tanınmış həkim olan əri Ziyad Munlanın yaşadığı şəhərdə dəfn etdilər.
... Mustafa Akkad ABŞ-a, Hollivuda ayaq basanda 1954-cü il idi. 19 yaşlı gənc bu səfər üçün düz bir pul toplamışdı. Təyyarə biletinə yetəcək vəsaiti Hələbdəki inglis bankında işləyə- işləyə yığmış Mustafa uzaq ellərə yola düşərkən atası ona xeyir- duadan əlavə, əlinə 200 dollar pul və Quran verdi.
1958-ci ildə Kaliforniya Universitetini bitirən gənc Akkad “New Wafe” dalğasının üzvlərinə qoşuldu. Sənədli filmçilərlə birgə “CBS” və “NBC” şirkətləri üçün qısametrajlı kinolentlər çəkərək o, uzun səyahətlərə çıxdı. Lakin kino şöhrəti ona Con Karpentlə şərikli “Hellouin” filmi ilə gəldi. Psixiatiriya xəstəxanasından qaçmış manyak Maykl Mayersin kinohekayətini sonralar, 2006-cı ildə ABŞ Kinoqresinin Kitabxanasına daxil etdilər. “Mədəni, tarixi, yaxud estetik əhəmiyyət daşıdığına görə”...
Qərbdə tapılmayan rahatlıq
325 minlik büdcə ilə 47 mln $ gəlir gətirmiş, Birləşmiş Ştatlarda hər il keçirilən “Şeytan bayramı” nın adını daşıyan triller ekranlara çıxanda Mustafa Akkad artıq ABŞ vətəndaşı idi, başında şöhrət çələngi gəzdirirdi. Amma Qərb həyat tərzi və dəyərlərinin əhatəsində olan kinorejissor Şərq mədəniyyətinə üz tutdu və axtardığını İslamda tapdı. 1977-ci ildə “İsmarıc” ekranlara çıxmamışdan qabaq onu daşqalaq edə bilərdilər. İslam peyğəmbəri (s) roluna Ben Qur kimi məşhur olan Çarlton Hestonun çəkilməsi şaiəsinin təkcə Pakistanda yaratdığı qarışıqlığı görən Akkad əl-Əzhər Universiteti və Livanın Ali Şiə məclisindən rəy aldıqdan sonra öz şedervinin yaradılmasına girişdi. Həzrət Mühəmməd (s) “İsmarıc” da görünmədi, lakin görünməyən peyğəmbərin həyatını əks etdirən film bütün İslam aləmini fəth etdi.
“İsmarc”ın Birləşmiş Ştatlardakı nümayişinə isə zəncilər etiraz etdilər. Premyera günü “rənglilər” Vaşinqtonun üç guşəsində insanları girov götürdülər. Mustafa Akkad bu münasibətdən şokda idi. 17 mln $-a başa gəlmiş film elə həmin il ən yaxşı saundtrekə görə “Academy Award” mükafatı aldı.
Akkadın sivilizasiya körpüləri
Əntoni Kuin həzrət Həmzənin (ə) obrazını elə yaratdı ki, Mustafa Akkadın növbəti filmində - “Səhra şirində” (“Ömər Muxtar”) “Əsədullah”ı görənlər kinorejissorun seçiminə təəccüblənmədilər. Mussolini hakimiyyəti, Liviyanın işğalı dövründə bədəvilərin italiyalılara qarşı mübarizəsinin əks olunduğu kinolent Akkadı Şərqdə daha çox sevdirdi, lakin Qərbdə, Hollivudda ona çəpəki baxmağa başladılar.
Bu münasibətdən məyusluğunu gizlətməyən kinorejissor isə deyir: “Mən müsəlmanam, İslam yüz milyonların dinidir. Amerika və Avropa cəmiyyətləri bu din haqqında çox az şey bilir. Mən İslamı onlara tanıtmağı özümə borc hesab edirəm. Bu iki film sivilizasiyalar arasında uçurumu azaltmış körpülər oldu”.
Müstafa Akkadın növbəti “körpüsü” Səlahəddin Əyyubi haqqında film olmalı idi. Orta əsrlərdə xristian-səlibçiləri Şərqdən sıxışdırıb çıxarmış məşhur sərkərdəyə həsr olunacaq kinolent, rejissorun dediyi kimi, zamanın bir çox çağırışlarına cavab olmalıydı. Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa da buna əmin idi: “Heç kim şübhə etmir ki, bu şedevr dünya kino klassikasını zənginləşdirəcək”.
Siyasətdəki amansız “dostlar”
Mustafa Akkadın siyasətdəki digər dostları onu yeni-yeni işlərə ruhlandırırdılar. Məsələn, Müəmmər Qəddafi şəxsən özü ssenari yazaraq, Akkadı faciə filmi çəkməyə dəvət edirdi. Kinorejissorun niyyətlərində isə Səlahəddin Əyyubidən sonar müsəlmanların nəzarətində olmuş İspanya Əndəlusu haqqında film çəkmək idi.
Məşum 2005-ci ildə Akkadı Kazana da dəvət etmişdir. “Qızıl minbər” kinofestivalında o münsiflər heyətinə başçılıq etməliydi. Amma o, mütləq çox sevdiyi qızının Əmmandakı toy məclisində iştirak etməli idi. Kazana təşrif gətirmək təklifini növbəti ilə saxlayan kinorejissor həmin ildə mükafatlandırıldı. “Qızıl minbər”in təşkilatçıları müsəlman kinomatoqrafiyasındakı xidmətlərinə görə baş mükafatları Akkadın oğluna – kinorejissor, ssenariçi və prodüser Malik Akkada təqdim etdilər.
Yeri gəlmişkən, qızı Rimanın ölümündən sonar Akkad soyadını daşıyan üç nəfər qalıb. “əl-Qaidə” terrorçularının qətlə yetirdiyi kinorejissorun yolunu davam etditən Malikin iki qardaşı var: Tariq və Zeydo…
313
- Ayrıntılar
- Kategori: Şəxsiyyətlər-Digər
- Gösterim: 3062
|
Barak Obama və Heydər Əliyev
Onları memar olmaq arzuları birləşdirir. Amerikanın yeni prezidenti seçkidən qabaq ABC telekanalına müsahibəsinə demişdi ki, uşaqlıqda bir «buket» arzusu olub, amma ən ali kresloya iddia edəcəyini təsəvvür etməyib:
«Mən düşünürdüm ki, günlərin bir günü memar ola bilərəm. Mən nəsə tikmək ideyasını xoşlayırdım. Amma sonradan o arzuya nə olduğunu bilmirəm».
Bundan başqa, Obama basketbolçu olmaq arzusuyla yaşayıb, amma sonra anlayıb ki, onun bacarığı peşəkar basketbolçu olmaq üçün bəs etmir:
«Mən hakim də olmaq istəmişəm. Amma teliklə anladım ki, bütün günü hakim stolu arxasında oturmağa elə bir hövsələm yoxdur».
Obama kimi Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev də memar olmaq istəyib. Onun oğlu, hazırkı dövlət başçısı İlham Əliyev bu yaxınlarda «Azərbaycan» qəzetində dərc olunan xatirələrində yazır:
|
Angela Merkel gimnast tiri üzərində
Almaniyanın kansleri Angela Merkel keşiş ailəsində dünyaya gəlib, mühafizəkar mühitdə böyüyüb. İndiki işi də çox ciddi fəaliyyət sahəsinə aiddir. Amma xanım Merkel bir müddət qabaq Almaniyanın qadın jurnallarının birinə öz uşaqlıq arzusu haqda danışıb. Deyib ki, arzusu gimnast olmaq və köndələn tir üzərində müvazinəti saxlamağın sirlərinə yiyələnmək olub. Amma o, çox tez anlayıb ki, bu arzu ona uyğun deyil.
|
28 yaşında o, Parisin rayonlarının birinin meri olub, 33 yaşında deputat seçilib. 38 yaşında isə Sarkozi büdcə üzrə nazir təyin edilib. Bura onu da əlavə etmək lazımdır ki, Sarkozi immiqrant ailəsindən çıxıb. Bu da bəzən böyük ambisiyaların qarşısında baryerə çevrilə bilir.
İraqın keçmiş prezidenti Səddam Hüseyn uşaqlıqda istəyib ki, böyüyəndə «Cip»i, tapançası və binoklu olsun. Bunu diktatorla uşaqlıqda yoldaşlıq etmiş İbrahim Zobedi BBC-yə müsahibəsində danışır:
«Səddamın uşaqlığı kasıbçılıq içində keçib, atalığı ona nifrət etdiyi üçün Səddamı əmisi böyüdüb».
|
"Səddam HüseynBaxmayaraq ki, gecə vaxtı müəllimin qapısını açan qardaşını ayağından yaralayan şəxsin Səddam olduğunu sübut etmək mümkün olmamışdı.
«9-cu sinifdə DTK-ya məktub yazdı»
Uşaq vaxtı Rusiyanın keçmiş prezidenti, hazırkı Baş naziri Vladimir Putinin stolunun üstündə hansısa kəşfiyyatçının şəkli də varmış. Bunu onun şagird yoldaşı Viktor Borisenko xatırlayır. O deyir ki, Putin casuslar haqqında filmlərə baxmağı da çox xoşlayırdı. Amma Putin böyüyəndə kəşfiyyatçı olmaq arzusu barədə şagird yoldaşlarına heç nə deməmişdi.
Bununla belə, Putin sonradan etiraf edirdi ki, uşaqlığının ən böyük arzusu təhlükəsizlik orqanlarında çalışmaq idi. O, hələ 9-cu sinifdə oxuyanda DTK-nın Leninqrad bölməsinə müraciət edib və kəşfiyyatçı olmaq istəyini bildirib. Komitədən isə Putinə deyiblər ki, əvvəl ali hüquq təhsili alsın, sonra onlara müraciət etsin.
Beləliklə, 1970-ci ildə Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Universitetdə oxuyarkən alman dilini öyrənir, dzü-do və sambo üzrə idman ustası olur. Əlbəttə ki, Almaniyadakı sovet kəşfiyyatında çalışmaq üçün bundan gözəl keyfiyyətlər ola bilməzdi.
|
Bundan başqa, balaca Dmitrinin ən böyük arzusu indiki Kreml sarayında, əvvəllər Qurultaylar Sarayı adlanan binada təşkil edilən yolka şənliyində iştirak etmək olub. Amma onu heç vaxt dəvət etməyiblər.
Bu arzu Medvedev Baş nazirin müavini olanda həyata keçib. O, özü bu barədə uşaqlara deyib:
«O vaxt mənə çatan yalnız atamın Moskvadan Leninqrada gətirdiyi hədiyyə olub. Bu, mənim həyatımda ən dadlı konfetlər idi, əvvəla, ona görə ki, Kremldən gətirmişdilər, ikincisi də doğrudan da çox dadlı idi. O vaxt konfet məsələsi çətin idi».
Hillari Klinton isə NASA-ya məktub yazıb
Elə bilirsiz ancaq keçmiş SSRİ-də ən populyar uşaqlıq arzusu «kosmonavt olmaq» idi. Amerika prezidentliyinə ən şanslı namizədlərdən sayılan, amma Demokrat Partiyasından prezidentliyə namizəd olmaq yarışını Barak Obamaya uduzan,
"Medvedev nənələri və anası ilə birlikdə. Dmitrinin 3 yaşı var sonradan Dövlət katibi təyin edilən Hillari Klintonun da uşaqlıq arzusu ulduzlara yüksəlmək olub:
«1961-ci ildə prezident Kennedi Amerikanın Aya enmək planlarına start vermişdi və mənim 14 yaşım vardı. Mən NASA-ya məktub yazdım və soruşdum ki, kosmonavt olmaq üçün nə etmək lazımdır?».
Amma kosmik agentlikdən Hillariyə cavab veriblər ki, onlar qızları kosmonavtlığa götürmürlər. Bu, Hillarini qəzəbləndirib, amma deyir ki, şükürlər olsun ki, qadınlara qarşı belə ayrı-seçkilik dövrü artıq arxada qalıb.
Sonda isə Azərbaycan prezidentinin uşaqlıq arzuları haqda. İlham Əliyev general olmaq istəyib. O, bunu 2007-ci ilin sonunda Moldova televiziyasına verdiyi müsahibədə deyib:
«Uşaqlıqda mən general olmaq istəyirdim. Atam Heydər Əliyev general olanda mənim altı yaşım vardı. Əlbəttə, hərbi forma, general poqonları bütün uşaqlar üçün xüsusi ehtiram predmetidir.
Hillari KlintonUşaqlıqda biz hamımız müharibə oyunları oynayırdıq, özümüzü böyük sərkərdələr kimi təsəvvür edirdik. Mənə gəldikdə isə, hər gün generalı evimizdə görürdüm. Buna görə də təbii ki, mən də atam kimi general olmaq arzusunda idim. Mən general olmadım, lakin bütün başqa məsələlərdə atam kimi olmağa çalışıram».
|
|