Hz Nuh (ə) tayfasının qərq olma səbəbi.
İlk insan yaranan gündən etibarən Tanrı hər bir xalqın təlim-tərbiyəsi üçün onların arasından mükəmməl bir şəxsi peyğəmbərlik məqamına seçdi. Səbəb isə kamil bir insanın təlim-tərbiyəsinə ayrılan diqqətdir. Tanrı diliylə desək insanın yaranış hədəfi təlim-tərbiyə yoluyla kamil bir insan yaratmaqdır. Başqa sözlə peyğəmbərlik məqamı hər bir xalq üçün müəllimlik məqamını ifa edirdi. Peyğəmbərlər sırasında ən çox anılan peyğəmbərlərdən biri Hz Nuh (ə)-dır. Nuh peyğəmbərin daha çox anılmasının səbəblərindən biri, Nuh peyğəmbərin dönəmində dünyanın suya qərq olmasıyla əlaqələndirilir.
Əbdussəlam İbn Saleh adlı bir nəfər Hz Rza (ə)-dan Hz Nuh dövründə insanların qərq olmasının və az yaşlı uşaqların da onların arasında günahsız olaraq qurban getməsinin səbəbini soruşur. Hz Rza (ə) sualın cavabını belə izah edir.” Hz Nuhun tayfasının qərq olanları sırasında azyaşlı uşaqlar yoxuydu. Çünki Tanrı baş verəcək hadisədən 40 il əvvəl nəsil artımını dayandırmışdı. Allah gunahı olmuyan bir insanı öz əzabıyla həlak etməz. Onların qərq olmasının səbəbi Hz Nuhu inkar etməsi və inkar edənlərə seyrici qalaraq, sevinməsidir. Əgər bir insan hər hansı bir hadisədə yaxından iştirak etmədiyi təqdirdə, baş verən hadisəyə laqeyd olub, sevinc hissi duyması, baş verən hadisədə yaxından iştirak edənlərdən biri kimi bilinər.
Çevirdi: Bəşər Məmmədov
İslammektebi.org
Mənbə: Dini göstərişlərin fəlsəfəsi. Şeyx Səduq