Yazarlar

Kullanıcı Oyu: 0 / 5

Yıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değilYıldız etkin değil
 

İnsanda intihar əngizəsinin yaradan amillər.


İntihar əngizəsi  bir çox insanın nəvaxtsa təcrübə etdiyi bir fenomendir. Əksər adamlar bəzən sıxıntıların, problem və uğursuzluqların çəngindən xilas ola bilmək üçün intihara cəhd etmək istəsə də buna cəsarət edə bilməyib. Bəziləri dini inanclarına görə, bəzilərinin isə sevdiklərini itirməkdən qorxduqları və s, amillərdən dolayı intihara cəsarət olmayıb. Ancaq çox adamda zaman-zaman intihar əngizəsi olubdur. Əxlaq filosofu Mustafa Məlikyana görə, insanda intihar əngizəsini yaradan müxtəlif cür amillər olar bilər ki, intiharı önləmək üçün bu amillərə xüsusi əhəmiyyət verilməlidir:
1. Hər şeydən öncə insan bacardıqca keçmiş və gələcəkdən özünü qoparmalı və bu anı, bugünü yaşamağı öyrənməlidir. Çox adam keçmişin xoşagəlməz xatirələrinin üstünə xətt çəkməyə cəhd etmədiyi üçün müxtəlif cür iztirab və sıxıntılardan yaxa qurtara bilmir. Həmçinin, insan gələcək haqda uzun-uzadı arzu və xəyallar mümküm qədər azaltmalı, bugünü və bu an sahib olduqlarından həzz almaqa adət etməlidir. Başqa sözlə ifadə etsək, keçmiş keçib, gələcək isə hələ gəlməyib, elə isə indini, bugünü yaşamaqla həyatından və sevdiklərinlə birgə keçirdiyin anlardan həzz almaqa çalış.
2. İnsanlar çox zaman həm özlərini başqalarıyla, həm də başqalarını özlərilə müqayisə edirlər. Bu səbəbdən bu cür insalar sakit və dinc bir həyata yaşaya bilmir. Niyə mənim yoxdu onun var, niyə o fılan məqama, şan-şöhrətə çata bilir, ancaq mən çata bilmirəm kimi müqayisələr. Bu cür yaşam zamanla insanın qəlbində həsəd və kin-küdurət hissi yaradar. Hətta belə insanlar bəzən başqalarının sevinc və uğurlarını əngəlləmək xatirnə her şeydən, canından belə keçməyə tərəddüd etməzlər. Bu tip adamlar bəzən başqalarıyla müqayisədə özünü doğrulda bilmədiyi üçün intihara belə cəhd edərlər. Bu səbəbdən mütəfəkkirlər insanlara bacardıqca özlərini başqalarıyla müqayisə etməkdən uzaq qaçmaqı tövsiyə edirlər.
3. Çox zaman insan nəylə nəticələnəcəyinin fərqində olmadan öz taleyini başqalarının özü haqda qiymətləndirməsinə təslim edir və həyatını başqalarının meyarlarına uyğun tənzimləyə çalışır. Təhsil, iş, ailə və ictimai həyatını kənar adamların meyarlarına uyğun yaşayır. Bu cür yaşamın ən böyük ziyanı insanın öz istək və imkanlarının gözardı etməsinə gətirib çıxarmasıdır. Təbii ki, öz istək və imkanlarını gözardı edib, istəmədiyin, bacarmadıqın seçimləri edibdə, özünü doğrulda bilməmək insana yaşamı dözülməz, cansıxıcı və iztirab verici edəcəkdir. Belə olan halda isə bir çoxları üçün intihar yeganə çıxış yolu olur. Bu səbəbdən insan bacardıqca başqalarının özü haqda fikir və qiymətləndirməsinə az önəm verməli, seçimlərini öz imkanlarına, bacarıqına və psixoloji durumuna uyğun etməlidir. Həmçinin insan özünəinam və özünəönəmi hissini bacardıqca yüksəltməlidir. Əgər bir insan başqalarının özü haqda qiymətləndirməsiə əsasən öz imkanlarına inanıb, özünü önəmsəyirsə, nəvaxtsa insanların onu daha az önəmsədiyini, daha az diqqət ayırdığını görsə özünəqapanma kimi xoşagəlməz hallarla üzləşəcəkdir. .
4. Əksər insanlar özləri üçün dəyişməz və mütləq qanunlar düzəldib, həyatlarını o qanunlarına əsasən yaşadıqları üçün bu qanunlara xilaf bir iş gördükdə sarsılır və depressiyaya düşürlər. Belə ki, bəziləri fikirləşir ki, bir dostun, qohumun xəyanət etməsi namümkündür. Yaxud dünyada bədəl ödəmədən nəyəsə nail ola bilməyin mümkünlüyü kimi mütləq olduğunu sandıqları qaydalar. Mütəfəkkirlər insanlara beyinlərini bacardıqca bu cür dəyişməz olduğunu sandıqları qaydalardan təmizləməyi tövsiyə edirlər. Əks təqdirdə bu qaydaların iztirab, depressiya və intihar kimi xoşagəlməz nəticələr  doğurması istisna olunmur.
5. Dünyada bəzi şeylər varki insan onlara tam kontrolu ələ ala bilər, ancaq bəzi şeylər də varki onları müəyyən həddə kontrol etmək mümkündür. Misalçün, bir hədəf seçib və bu hədəfin gerçəkləşməsi üçün səy göstərmək insanın öz ixtiyar və kontrolunda olan bir şeydir. Ancaq böyük səy göstərməklə hədəfin gerçəkləşməsini müəyyən həddə kontrol etmək mümkündür. Çünki seçilən hədəfə kainatda insanın  kontroldan xaric bir çox amillər təsir göstərə bilər. Amma təəssüflər olsun bir çox insan bu reallıqı qəbul etmək istəmədiyindən dolayı və nəticənin gerçəkləşməsinin tam onların ixtiyar və kontrolunda olduğunu düşündükləri üçün gördükləri işdə ( İş, təhsil, ictimai fəaliyyətdə)  istədikləri nəticəni ala bilmədikdə hər şeyə, hər kəsə bədbin olmağa başlayırlar.  Bu cür insanlar zamanla özünəqapanma kimi hallarla üzləşir və hətta bəzilər intihara qalxışırlar. Bu səbəbdən insan seçimlər edərkən mümkün qədər nəticə haqda az düşünməlidir. Çünki necəki az öncə dedik, yenə təkrar edirik, dünyada insanın kontrolundan xaric çox şeylər vardır ki, göznəliməz nəticələrin doğrulmasına səbəb ola bilər. Quran dilindən ifadə etsək, sən seçimini et, çalış və nəticəni Allaha həvalə et.
6. Həyatın mənası nədir sualıyla hərçənd qədim də insanlar az-çox maraqlanırdı, ancaq bu sual müasir dövr insanını daha artıq maraqlandırır və  çox vaxt bu suala cavab tapa bilmək üçün hər şeyi (İstəklərini, dini inanclarını və s)  fəda etməyi belə gözə alır. Bir çox mütəfəkkirlərin qənaətinə görə, insan bu cür həyati önəmi olan suallarla üzləşməməsi üçün vaxtında bu suallara qaneedici bir cavab tapmalıdır. Başqa sözlə ifadə etsək, insan həyatına, yaşamına, arzularına bir məna, bir anlam verməlidir. Nə üçün yaşayıram, nə üçün oxuyuram, nə üçün çalışıram kimi suallar bir gün bir çox insanın üzləşəcəyi suallardır. Əgər insan öncədən həyatına, çalışmalarına, zəhmətlərinə bir məna və yaxud bir anlam verməsə, adıkeçən suallarla üzləşəndə artıq bir çox şey üçün gec olur. Bir çoxları nə üçün yaşayıram, nə üçün və kimin üçün çalışıram, oxuyuram suallarına vaxtından cavab vermədikləri üçün bu suallarla üzləşibdə, qaneedici cavab tapa bilməyəndə artıq ölümü yaşama tərcih verir ki, taki, intihar etməklə bu cavabsız sualların çəngindən azad olsun. Bu səbəbdən həyatın mənasızlıqını dadmadan, həyata bir məna vermək lazımdır.
Bəşər məmmədov
İslammektebi.org
Bu yazı mütəfəkkir Mustafa Məlikyanın fikirlərinə əsaslanaraq hazırlanıbdır,.


About the Author

Bəşər Məmmədov

More articles from this author