Yazarlar
- Ayrıntılar
- Haci Mahir tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 3118
Həqiqi mömin
Bəzən insanlar arasında iman və İslam arasında fərq qoyulmur. Bu
təsəvvürlə ki, hər kəs kəlmeyi şəhadət dilə gətirərsə mülman və həqiqi iman
sahibi olacaq. Halbuki Qurani-Kərim İslam dinini qəbul edənlə iman gətirən
şəxs arasında fərq qoymuşdur. Necə ki, belə buyurur:
Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de:
“Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd,
mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil
olmamışdır .” (Hücürat, 14)
Mümkündür bir şəxs kəlmeyi şəhadət dilə gətirsin və zahirdə müsəlman
olsun. Və bununla da o şəxs gizlində dinin vacibatlarına əməl etməsə də
müsəlman hesab olunaraq İslamın bir çox şeylərindən (müsəlmanla evlənmək
və irs əldə etmək kimi) faydalana bilər. Ancaq bu onun dünyası üçün faydalı
olsa da axirəti üçün heç bir faydası yoxdur. Çünki İslam dinin insanlardan
gözlədiyi şey onların imanıdır ki, onların qəlbinə daxil olmalıdır. Uca Allahın
dəyərləndiridiyi şey onların qəlbidir. Qəlb, hiss və atifələrin mərkəzidir. İman,
yəqin, məhəbbət, Allah qorxusu və qəzəb qəlbdə yer alır. Kəlmeyi şəhadət
qəlbən deyilməsə imana çevrilməz. Buna görə də zahiri imanla batini iman
arasında fərq qoyulmalıdır. Batini imanın bir neçə əlaməti vardır ki, onlardan
biri Allah-taalanı yad etməklə qəlbin titrəməsidir. Necə ki, buyurulur:
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və
əzəmətindən) ürəkləri qorxudan titrəyər.” (Ənfal, 2)
Necə ki, Aşiq məşuqunun adı çəkiləndə qəlbi həyəcana gələr, mömində Allahın adı yanında çəkiləndə qəlbi həyəcanlanmalıdır. Çünki möminin tək istəyi rəbbinə yaxın olmaq və onun sevgi və məhəbbətini qazanmaqdır.
“ Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da
artırar” (Ənfal, 2)
Mömin, Qurani-Kərimə müraciət etdiyi zaman və yaxud o ayələr yanında
oxunduğu zaman həqiqi hidayət kəlamları olduğu üçün onlardan təsirlənərək
imanına təsir bağışlayar. Çünki ayələrin mətnində insan həyatının bütün sahələrini əhatə edəcək həddə göstərişlər qeyd olunubdur. Buna görə də o ayələr onun səadət çırağı olduğu üçün imanı daha da artacaqdır.
“Onlar ancaq öz Rəbbinə təvəkkül edər.” (Ənfal, 2)
Həqiqi iman sahibi qəlbini ancaq Allah-taala üçün hazırlayıb, onun yadıyla
imanını artırdıqdan sonra tam şəkildə etimad etdiyi şəxs məhz rəbbi olacaq. Çünki dünyanın bütün tədbiri rəbbinin nəzarəti ilə yürüdüyü üçün yeganə etibar edib təvəkkül edəcəyi şəxs uca Allah olacaqdır. Dünyada hər bir şey səbəb üzündənyaransa da o səbəbin də banisi Allah-taaladır. Bu səbəbdən də mömin ancaq bütün işlərini rəbbinə həvalə edir. Dünyada hər nə ilə qarşılaşsa rəbbindən olduğunu bilir.
Sadalanan şeylər imanın etiqadi əlamətləri idi. Ancaq bir sıra şeylər də var ki, imanın əməli əlamətləri kimi görsədilib. Bu haqda belə buyurulur:
“O kəslər ki, namaz qılır” (Bəqərə,3)
Təqva və iman sahibinin əməli əlamətlərindən biri də onların namaz
qılmalarıdır. İbadət bütün dinlərdə imandan qaynaqlanan bir şeydir. İman sahibi rəbbinə inanc bəsləməkdən əlavə onu həqiqi sitayişə layiq görüb qarşısında təvazo əlaməti olaraq baş əyir.
“Və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq
sahiblərinə) sərf edirlər.” (Bəqərə,3)
Mömin nemətlərin hamısı Allah-taalaya məxsus olduğu üçün onu ehtiyaclılara bəxş etməkdən belə çəkinmir. Çünki ruzi məhz rəbbindən onun üçün bəxş olunduğu üçün onu möhtaclarla bölüşür. Bu etiqadla ki, heç bir şey bəndənin özündən deyil. Bəlkə o uca varlıqdır ki, bütün nemət və ruzi onun tərəfindən bəxş olunmuşdur.
Beləliklə, məlum olur ki, “İslam və İman” arasında böyük fərq vardır. Hər bir müsəlman, mömin deyil. Bəlkə hər bir mömin müsəlmandır.
Mahir Məmmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2358
“Bibliya” sözünün lüğəvi mənası “kitablar” deməkdir. İncil xristianların etiqad bəslədikləri “ilahi kəlamlar”dan təşkil tapan iki müqəddəs kitabdan ibarətdir. Onlardan biri “Qədim Əhd” və o birisi isə “Yeni Əhd” adlanır.
Xristianların inamına görə Allah insanlarla iki əhd-peyman bağlamışdır. Birinci əhd (Qədim Əhd) ki, İsadan (ə) əvvəlki peyğəmbərlərin vasitəsilə xalqa çatdıran ilahi buyruqlardır. Demək olar ki, bu əhdin möhtəvası, insanın şəriət hökmlərinə tam əməl etməsilə nicat və əbədi səadətə yetişməyinə verilən təzmindən ibarətdir. İkinci əhd (Yeni Əhd) isə “Allahın oğlu” İsanın (ə) özünü qurban verməsilə yalnız İsaya (ə) məhəbbət və inam bəsləyənlərin qurtuluş və əbədi səadətə layiq görülməsinə verilən vədə deyilir. Xristianlar Qədim əhdin ləğv olunmadığını, Yeni əhdin ona dayaq olaraq, qüvvət bağışladığına inamlıdırlar. Yeni əhddə bu barədə yazılır:
“Sanmayın ki, mən müqəddəs qanunu (Tövratı) və peyğəmbərlərin yazdıqlarını pozmağa gəldim. Mən pozmağa yox, icra etmək üçün gəldim....!” (Matta incili, 5-ci fəsl, 17-18-ci ayə.)
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 1713
Məsciddə təlim və tədris
Məsciddə görülən mühüm işlərdən biri də, elm öyrənmək və öyrətməkdir. Müsəlmanlar İslamın əvvəllərindən bu günə kimi məscidlərdə elmi hövzələri, önəmli yığıncaqları, o cümlədən; bəzi kəlam (sxolastika), fəlsəfə, Quran təfsiri, fiqh və üsul elminin xaric dərslərinin təşkil olunmasını qoruyub saxlaya biliblər.
Tarixə nəzər salsaq görərik ki, Allahın Rəsulu (s) ilahi kəlamların müsəlmanlara təbliği üçün ilk növbədə onları məscidə toplayardı. Peyğəmbər (s) həmçinin, məsciddə xalq üçün söhbət edər və elə məsciddə də onların yazıb-oxumaq öyrənməsinə şərait yaradardı. Şübhəsiz, məscidlərin elm ocaqlarına çevrilməsinin başlıca səbəbi, müqəddəs islam dininin zəkaya olan bənzərsiz münasibəti və dəyər verməsidir. Qurani-Kərim buyurur: "De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!"
“Beşikdən qəbir evinə qədər elm öyrənin”, “Elmin ardınca gedin, hətta Çində olsa belə” və sair kimi Həzrət Məhəmməd (s) peyğəmbərdən nəql olmuş rəvayətləri də, dinin elmə verdiyi əhəmiyyətin göstəricisi kimi zikr etmək olar.
İslamın ilk gəldiyi günlərdə, məscidlər yalnız namaz qılmaq üçün nəzərdə tutulmurdu. Bu tikintilər həm təhsil ocağı, iqamətgah, xəbər mərkəzi, həmdə məhkəmə zalı kimi fəaliyyət göstərirdilər. Hətta Məhəmməd Peyğəmbər (s) bir dəfə məscidə daxil olanda camaatın bir hissəsinin dua və zikrlə, bəzilərinin isə elmlə məşğul olduğunu görüb "Mən müəllim kimi göndərilmişəm" -deyərək elmlə məşğul olanların yanında oturması, məscidin təlim-tərbiyənin verildiyi yer kimi funksiyasının olduğu göstərməsi baxımından çox vacib amildir. Həmçinin, məsciddə insanlara "Möminin eşitdiyi hikmətli bir söz bir ilin ibadətindən daha üstündür." Və yaxud, «Az elm çox ibadətdən yaxşıdır.» deyə buyurması da, buna sübutdur.
Məscidlər qadınların da fəal iştirak etdiyi məkanlar olmuşdur. Qadınlar hətta sonrakı dövrlərdə, sərtliyi ilə tanınan xəlifə Ömərdən çəkinmədən məsciddə etiraz etmək cəsarətini göstərmişdilər. Hətta xəlifə mehriyyə məsələsi ilə bağlı məhdudlaşdırma qərarını, məsciddəki bir qadının etirazından sonra ləğv etmişdi. Məscidlər təkcə dini təhsil yerləri deyildi. Hicri təqvimin ilk dövründən etibarən, ədəbiyyat da bu dərslərin mövzularını təşkil edirdi. Hətta məscidlərdəki dərs həlqələrində nəzəri tibbi məlumatlar da verilirdi. Bundan başqa, məscidlərin divarlarında kitablar üçün yerlər hazırlanırdı. Bu da göstərir ki, məscidlər kitabxana rolunu da ifadə edirdi.
Məsciddə elm təlim və tədrisin savabı
Həzrət Məhəmməd (s) buyurub: “Sübh vaxtı yalnız faydalı bir şey öyrənmək və ya öyrətmək üçün məscidə gedən şəxs, kamil formada ümrə ziyarəti etmiş şəxsin savabını qazanar. Amma xeyirli bir şey öyrənmək və ya öyrətmək niyyəti ilə, gecə, məscidə gedən şəxs isə həcc ziyarətini mükəmməl şəkildə icra etmiş şəxsin savabını qazanar.”
Həzrət Məhəmməd (s) buyurub: “Hər kim mənim məscidimə xeyirli bir şey öyrənməyə və ya öyrətmək məqsədi ilə gəlsə, Allah yolunda cihad etmiş şəxs kimidir. Başqa bir niyyətlə (məsələn;qeybət etmək üçün) gələn şəxs isəsanki başqasının malına göz tikmişdir.”
Həzrət Məhəmməd (s) buyurub: "Allah evlərindən birində toplaşaraq, Quran oxuyan, onu bir-birlərinə öyrədən kəslər, ilahi asudəliyi və rəhmətindən bəhrələnər, mələklər onları əhatəyə alar və Allah-Taala yanındakılara onlar haqqında danışar (onları mədh edər)"
Kitab-ül-Əzəmət: "İbn Abbasdan nəql olunur: Biz dəstə-dəstə dairə şəkilində məsciddə oturmuşduq. Allahın elçisi (s) məscidə daxil olub, soruşdu: "Nə ilə məşğulsunuz?"
Dedim: Günəşin çıxış və batışı haqqında fikirləşirəm. Buyurdu: "Afərin! Həmişə belə olun. Yaranmışlar barəsində fikirləşin, amma Yaradanın zatı və həqiqəti haqqında (əsla) fikir yürütməyin. Allah-Təala hər bir şeyi öz hədəf və məqsədinə uyğun yaratmışdır."
Sünəni-Əbi Davud: "Əqəbət ibn Amirdən rəvayət olunur: Biz "suffə"də oturduğumuz zaman, Allahın rəsulu (s) yanımıza gəlib, buyurdu: "Kim Buthan yaxud da, Əqiq məntəqəsinə gedib, iki böyük, ağ və hündür belli dişi dəvə qazanmaq istəyir? Amma bu şərtlə ki, Allahın əmrlərinə qarşı çıxmayacaq və qohumlarla əlaqəni kəsməyəcəkdir.
Dedilər: Biz hamımız buna hazırlq, ey Allahın Rəsulu!
Peyğəmbər (s) buyurdu: "Hər birinizin gündəlik olaraq məscidə gəlib, ilahi kitabdan iki ayə öyrənməsi iki ağ dəvəyə sahib olmaqdan daha dəyərlidir. Üç ayə öyrənmək isə üç dəvəyə malik olmaqdan daha faydalıdır. Ümumiyyətlə hər nə qədər çox ayə öyrənsəniz, bir o qədər dəvəyə yiyələnməkdən daha yararlı və mənfəətlidir. "
Əl-Kafi: "Səid ibn Müsəyyib rəvayət edir: İmam Zeynül-abidin (əleyhis-səlam) hər cümə günü Peyğəmbərin məscidində xalqa moizə oxuyur, insanları dünyaya bağlanmamağa çağırır və axirət dünyası (üçün faydalı olan) əməllərə doğru üz gətirməyə dəvət edirdi. Onu dinləyənlər də, (İmamın (əleyhis-səlam) ) kəlamlarını əzbərləyir və yazırdılar."
Elçin Məmmədov
Islammektebi.org
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2157
İbadət, Allah-taalanın qarşısında təvazökarlıq, qorxu və məhəbbət hissindən ibarətdir və yalnız Allaha məxsusdur. Qurani-Kərimdə buyurulur:
“Allaha ibadət edin. Sizin Ondan başqa, heç bir tanrınız yoxdur.”
İbadət ya sözdə, ya da əməldədir. Sözdə ibadət, dilə gətirilən cümlələrdir. Buna “həmd-surə” oxumaq, “rüku”, “səcdə” və “təşəhhüd”də deyilən zikrləri misal çəkə bilərik. Amma əməldə ibadət isə namazda qiyam, rüku və səcdə kimi əməllərdir. Bir çox yerlərdə, hər iki qisim də, ibadətdə mövcud olur. Namaz qılmaq və həcc ibadətləri buna bir misaldır.
İnsanın dil, söz və əməldə ibadəti aşağıdakılardan ibarətdir:
1. Allah və Ona məxsus sifətlərin mədh və tərifi; buna mütləq elm, mütləq qüdrət və mütləq iradəni misal göstərmək olar.
Mütləq elm, mütləq qüdrət və mütləq iradə Allahın heç bir formada məhdud olmaması, hər bir şeyə ehtiyacsız və agah olmasıdır.
2. Allah-taalanı hər cür nöqsan və eyibdən, həmçinin fəna, məhdudiyyət, nadanlıq, bacarıqsızlıq, paxıllıq, zülm və bu kimi sifətlərdən pak və uzaq bilmək
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2995
1920, 1937 və 1950 – ci illərdə Qurani-Kərimin Yapon dilinə üç tərcüməsi çap edildi. Başqa bir tərcümədə 1957-ci ildə Ərəb dilindən birbaşa Yapon dilinə tərcümə edildi. Amma bu tərcümələrin hamısı qeyri-müsəlman Yapon alimləri tərəfindən həyata keçirilmişdi. Buna görə də Ömər Mita Quranı Yapon dilinə tərcümə edən ilk müsəlmandır.
Asiyanın cənub-şərqi ərazilərində İslamın yayılması ilk dəfə Çin sərhədlərindən başladı. Bundan sonra İslam dini Hindistan və İndoneziyaya yol açdı. İslam dininin 15-ci əsrdə Filippində yayılması İspan istemarçıları tərəfindən dayandırıldı. Bu zaman Yaponlar buddist (bütpərəst) idilər.
19 -cu əsrin axırlarında müsəlman Malaylar Yaponiyaya hicrət etdilər.
1890-cı ildə Osmanlı Türkiyəsi Yaponlarla diplomatic əlaqələr yaratmaq üçün Yaponiya sahillərinə Hərbi Dəniz Qüvvələri göndərdi. Bu cür hadisələr Yaponlar üçün İslam və müsəlmanlarla daha yaxından tanışlığa zəmin yaradırdı.
Kutaro Yamauka Həccə gedən ilk müsəlman olub. O, Bombeydə yazıçı Əbdürraşid İbrahimlə tanış olduqdan sonra İslamı qəbul etmiş və adını Ömər Yamauka-ya dəyişdirmişdi. O, 1938-ci ildə Tokyoda Məscid tikdirdi.
Müsəlmanlar Yaponiyada, Bolşevik inqilabı və birinci dünya müharibəsi zamanı Rusiya və Orta Asiya ərazilərindən Türkmən, Özbək, Tacik, Qırğız və Qazaxların bura köçməsi ilə çoxaldılar. Onlara Yaponiyada sığınacaq verildi. Onlar burada yaşamağa başladılar. Elə bu zamandan yaponlar da İsalm dininə meyl etməyə başladılar.
Müəslmanların sayı bu ölkədə çoxaldıqdan sonra Yaponiyanın müxtəlif şəhərlərində məscidlər tikildi ki, bu məscidlərdən biri “KUBEH” məscididir. Bu məscid 1935 –ci ildə inşa edilmişdir. Hal-hazırda Yaponoyada 40-a yaxın məscid və 100-dən çox Namazxana (müsəlla) vardır.
İkinci dünya müharibəsi zamanı Yaponların Çinə və Asiyanın cənub-şərqi dövlətlərinə hücümundan sonra Yapon hərbiçilərinin bir çoxu ölkələrinə dönərkən artıq müsəlman olmuşdurlar. Yaponiyanın ilk İslami təşkilatı “Yapon müsəlmanlar birliyi” adı ilə 1953-cü ildə təsis edildi.
Ömər Mita "Riviçi Mita" adı ilə 1892-ci ildə YaponiyadaYamaguçi şəhərinin Bütpərəst Samuray ailəsində anadan oldu. 1916-cı ildə Yamaguçinin İqtisad (Ticarət) kollecini bitirdi. Riviçi Mita sonralar Çinə səfər edib Çin dilini öyrənərək çinli müsəlmanlarla əlaqədə oldu. O, müsəlmanların həyat tərzindən xoşlanırdı. 1920-ci ildə 28 yaşında olarkən "Çində İslam" adlı məqalə yazaraq Yaponiyanın "Uzaq şərqdə iqtisadi tədqiqatlar" jurnalında çap etdirdi. Bu məqalə onun İslami məsələlər üzrə ilk fəaliyyəti idi.
Riviçi Mita, Hacı Ömər Yamauka ilə (1909-cu ildə ilk dəfə olaraq Həcc ziyarətinə getmiş Yaponiyalı müsəlman) görüşdü. Bu görüşdən sonra Hacı Ömər Yamauka İslamı təbliğ etmək üçün bütün Yaponiyaya səfər etdi. 1912-ci ildə Yamauka İslam və mənəvi Həcc səfəri haqqında müxtəlif kitablar yazdı. 1921-ci ildə Riviçi Mita ikinci dəfə Hacı Ömər Yamauka ilə görüşdü ki, İslam haqqında ondan daha çox şeylər öyrənsin. Bu görüşlərin nəticəsində Riviçi Mita 1941-ci ildə 49 yaşında olarkəb müqəddəs İslamı dinini qəbul edərək özünə Ömər adını seçdi.
O, altımış yaşında qərara aldı ki, ömrünü bütünlüklə İslama vəqf etsin. Bu zaman Ərəb dilini də öyrəndi.
O, 1958-ci ildə müqəddəs Həcc ziyarətinə müşərrəf oldu. 1960-cı ildə Yapon Müsəlmanları Cəmiyyətinin sədri öləndən sonra bu cəmiyyətin sərdliyini öhdəsinə götürdü.
O, bu cəmiyyətə sədrlik etdiyi zaman İslami zəmində "İslamı tanımaq", "İslamla tanışlıq" və s... kitablar yazdı və bir sıra dini kitabları Yapon dilinə tərcümə etdi.
O, 1968-ci ildə Quranın tərcüməsini kamilləşdirərək ilk nüsxəni yoxlama baxış üçün Yapon Müsəlman birliyinə təqdim etdi. 1970-ci ildə bu tərcümənin yoxlanılmış nüsxəsi Məkkənin Dünya İslam cəmiyyətinə göndərildi. Bu nüsxədə burada yoxlama baxışdan keçdikdən sonra təsdiq edildi.
Sonda, O, on iki il Qurani-Kərimin tərcüməsi üzərində işlədikdən sonra 1972-ci ildə Qurnai-Kərimin Yapon dilində tərcüməsini ərəbcə mətni ilə birlikdə Takumi Kubu nəşriyyatında çap etdi.
Hacı Ömər Mita 1978-ci il 82 yaşında fani dünyanı tərk etdi.
Məmbə:
1 - http://arabnews.com/variety/islam/article618598.ece
2 - http://iqna.ir/az/news_detail.php?ProdID=997963
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2931
Doğum tarixi
Şeyx Məhəmmədhüseyn Kaşif əl-Ğita bin Şeyx Əli bin Məhəmmədrza bin Musa bin Şeyxul-Əkbər Cəfər bin Şeyx Cəfər bin Yəhya bin Seyfuddin əl-Maliki əl-Cənahi ən-Nəcəfi 1295-cü hicri ilində (1876 miladi) müqəddəs "Nəcəf əl-Əşrəf" şəhərinin "İmarə" məhəlləsində anadan olmuşdur.
O, İraqın Bəni Malik tayfasındandır. Bu tayfanın başçısı Malik bin Haris əl-Əştərdir ki, İmam Əli bin Əbitalibin (ə) yaxın səhabələrindən və qoşun sərkərdəsi olmuşdur.
Onun babası Ayətullah Şeyx Cəfər Kaşif əl-Ğita (vəfat:1228 hq) bu tayfanın ən tanınmış şəxsiyyətidir. Şeyx Cəfərin övlad və nəvələri İraqın görkəmli alim və müctəhidlərindən olublar.
Şeyx Məhəmmədhüseynin atası Ayətullah Şeyx Əli (vəfat:1320 hq) İraqın tanınmış və nüfuzlu mərcəi-təqlidlərindən olmuşdur.
Məşhur şair Seyid Musa Taliqani onun doğum tarixini gözəl bir şerdə belə nəzmə çəkmişdir:
«سرور به خص اهل الغری» *** «فعم المشارق و المغربین»
«بمولد من فیه تم الهنا» *** «و قرت برؤیته کل عین»
«وَبَشَّرَ الشَّرْعُ مُذْ أَرَّخُوا» *** «سَتُثْنى وَسائِدُهُ لِلْحُسَيْنِ»
"... O tarixə qədəm qoyduğu zaman İslama müjdə verdilər ki, tezliklə dinin balışı Hüseyn üçün yığılacaqdır (Yəni Məhəmmədhüseyn dinə xatir yatmayacadır)".
Bu misralar inşa olunduğu zaman Hüseyn bir uşaq idi və hələ tərəqqi pillələrinə ucalmamışdı. Amma şairin dedikləri öz əksini tapdı və o, az bir zamanda öz dövrünün tanınmış alimlərindən, ictimaiyyətdə sayılıb-seçilən və siyasi xadimlərindən birinə çevrildi... Necə də doğru xəbər verilmişdi!
O, həqiqətən də çatıdığı bu məqama layiq idi. O hər şeydən öncə elə bir ailədən idi ki, bir böyük bağ kimi səmərəli, meyvəli, gül-çiçəkli, yaşıl yarpaqlı şaxələrini neçə illər müsəlmanların üzərinə gölkə etmişdi. Böyük bir ailə ki, onun həyat tarixi müqəddəs Nəcəf şəhərinin iftixar dolu tarixi ilə çiyin-çiyinə irəliləyirdi. Bu ailə 180 ildən çox (ulu babaları Şeyx Xızr bin Yəhya Malikinin "Hillə" vilayətinin cənubundakı "Cənacə" şəhərindən müqəddəs Nəcəf şəhərinə gəldiyi gündən) Nəcəf şəhərinin böyük elmi və dini hərəkətinə rəhbərlik etmişdi.
Şeyx Xızırdan sonra oğlu Şeyx Cəfər Kəbir (məşhur "Kəşful-ğita" kitabının müəllifi) bu elmi hövzənin rəhbərliyini üzərinə almış, ondan sonra isə qardaşları, oğlanları və nəvələri bu mühüm vəzifəni yerinə yetirmişlər. Onun nəslindən böyük ədib, alim və müctəhidlər ortaya çıxmışlar ki, onlardan biri də Məhəmmədhüseyn Kaşif əl-Ğitadır ki, o da öz dövründə müsəlmanların və şiələrin elmi və siyasi qayıdış yeri olmuşdur.
Təhsili
Məhəmmədhüseyn "müqəddimə" dərslərini Nəcəf-Əşrəf şəhərində dini-elmi hövzədə sona yetirdi. Sonra öz dövrünün böyük alimlərinin dərslərində iştirak etdi.
O, "Üsul" (Metodologiya) elmini Şeyx Məhəmməd Kazım Xorasani, "Fiqh" elmini Molla Rza Həmədani və Seyid Kazım Yəzdi, "Hədis" elmini Mirzə Hüseyn Nuri, "Kəlam və Hikmət" elmlərini Şeyx Əhməd Şirazi, Mirzə Məhəmmədbaqir İstəhbanati və Şeyx Məhəmmədrza Nəcəfabadinin yanında oxuyub öyrəndi.
Məhəmmədhüseyn dini elmlərlə yanaşı Ərəb ədəbyyatı, Hesab, Nücum (Astronomiya) və digər elmləri də yaxşı bilirdi.
O, Ərəb ədəbiyyatını çox sevirdi. Yaxşı ədəbi zövqü var idi. Buna görə də Ərəb ədəbiyyatında geniş və dərin mütaliələr etdi. Yenityetmə vaxtlarından gözəl şer və nəsrlər yazırdı. 15 yaşında ikən öz sülaləsi haqqında "Əl-əbəqatul ənbəriyyə" kitabını yazdı.
18 yaşı tamam olmamış dini hövzənin səth dərslərini tamamladı. Bundan sonra Ayətullah Seyid Məhəmədkazim Yəzdinin və Axund Xorasaninin fiqh və üsul dərslərinin xaricində iştirak etdi.
Fiqh və Üsulun xaricini oxuyandan sonra ictihad dərəcəsinə çatdı. İlk dəfə olaraq ustadı Seyid Məhəmmədkazim Yəzdinin "Ürvətul-vüsqa" kitabına şərh yazdı.
O, nurlu zəkası, güclü hafizə və dərk etmə qabiliyyəti ilə az bir zamanda müxtəlif elmləri mənimsəyib inkişaf etdi və müxtəlif sahələrdə öz müasirlərindən fərqlənərək, cavan vaxtında özünə layiq olan elmi və ictimai mövqeyi qazandı.
Buna görə də o və qardaşı Şeyx Əhməd Nəcəf-əşrəf elmi hövzəsinin alimlərinin, xüsusilədə zamanın böyük müctəhidi mərhum Seyid Məhəmməd Kazım Yəzdinin etimad və etibarını qazandılar. Buna görə də elmi hövzənin elmi və dini suallarının çoxunu cavablandırmaq məsuliyyəti onların öhdəsinə qoyuldu.
Seyid Kazım Yəzdinin vəfatından sonar İraq camaatının çoxu təqlid məsələsində Məhəmmədhüseyn Kaşif əl-Ğitaya müraciət etdilər. Bundan sonra onun bəxt ulduzu daha da parlaq və işiqlı oldu. Getdikcə İraq camaatı onu daha da çox sevməyə başladılar. Və nəhayət o, İraqda hamı tərəfindən ümumi "mərcəi-təqlid" kimi qəbul edildi.
Onun dərs və mübahisə saatları ömrü boyu tətil olmadı və həmişə dini təhsil alan tələbələr və İslam maarifini axtaranlar onun ətrafında elminin işığına pərvanə idilər. Tələbələr onun saf zülallı elm və bilik sərçeşməsindən sirab olurdular. Belə ki, onun müxtəlif dərslərində şagirdləri tərəfindən yazılan təqriratlar onlarla cild kitab təşkil edir.
Cəlbedici nitqi
Kaşif əl-Ğita yüksək əxlaqi dəyərlər və elmindən əlavə gözəl, çirin, cəlbedici və təsirləndirici danışıq qabiliyyətinə də malik idi. Güclü məntiq, misilsiz fəsahətlə danışırdı. Onun söhbət məclisləri o qədər şirin və cazibəli idi ki, bəzən dinləyicilər bir-neçə saat onun nitqinə qulaq asırdılar, amma bu onlar üçün bir-neçə dəqiqə kimi hiss olunurdu.
Dəfələrlə söhbətində oturan camaatın fikir və qəlblərini öz sehirli, şirin və cazibəli nitqi ilə özünə cəlb edərək onların qəlblərinin dərinliklərinə nüfuz etmiş və onlar ixtiyarsız olaraq öz zehn və ruhlarını onun ixtiyarında qoymuşlar.
Öz nitqlərində misilsiz məharətlə söhbətə giriş edir və məqsədinə çatmaq üçün yeni üslublardan istifadə edir və ya bunun üçün təzə üslublar icad edirdi.
Maraqlı lətifələrlə öz söhbətlərini daha da rəngarəng, maraqlı və şirin edirdi.
Müsəlman aləminin Qahirə, Qüds, Bağdad, Kəraçi, Tehran və Nəcəf-Əşrəf kimi böyük elmi və dini ocaqları hələ də onun odlu nitqlərini unutmamışlar. O nitqlər ki, qulaqlardan qabaq ürəklərdə təsir qoyurdu.
Tarixi səfərləri
O, müqəddəs və ali hədəflərinə çatmaq üçün heç nəyi əsirgəmirdi. Hətta hazır idi öz ali hədəflərinə çatmaq üçün ulduzlara belə səfər etsin.
O, evindən və ya şəhərindən çölə çıxmaq istəməyən və ətraf mühitin və dünyanın vəziyyətindən xəbərsiz olan çoxlu insanların əksinə olaraq, öz müqəddəs hədəflərinə çatmaq və istədiyini tapmaq arzusuyla böyük İslam şəhərlərini gəzmək istəyirdi. O bunun üçün geniş planlar cızmış və öz düşüncələrini (İslami birlik) həqiqətə çevirmək üçün müxtəlif şəhərlərə səfərlər edir və hədəfinə çatmaq üçün yollar axtarırdı.
Bu yollada çox sayda insanlar və təşkilatlar bu azadlıq və sülh carçısının səsini eşitdilər. Hansı ki, bu səs hələ də müxtəlif şəhər, məclis və mərkəzlər də müsəlmanları vəhdətə və zalimlərlə mübarizəyə çağırır.
Kaşif əl-Ğitanın ilk səfəri 1328-ci hicri ilinin Şəvval ayında Hicaza Həcc əməllərini yerinə yetirmək üçün olmuşdur. Həcc ayinini yerinə yetirdikdən sonra Dəməşq və Beyruta yollanmışdır. Təqibən iki ay ərzində bu iki şəhərə get-gəldə idi. Sonra bir-neçə ay Seyda şəhərində qaldı. Bu şəhərlərdə qaldığı müddətdə də tam ciddiyətlə elmi işləriylə də məşğul olurdu.
Öz əsərlərinin bir-neçəsini elə burada ikən çap etdirdi. Bir-neçə elmi və ədəbi kitabın da çapı ilə məşğul olub, onlara dəyərli haşiyələr yazdı.
Sonra Seydadan Qahirəyə getdi. Qahirədə üç aydan çox qaldı. Bu müddətdə vaxtının çoxunu Əl-Əzhər universitetinin tanınmış alimləri ilə elmi danışıq və mübahisələrdə keçirdib, öz fikr, düşüncə və elmini onların ixtiyarında qoyub, onlarında təfəkkür və məlumatlarından istifadə etdi.
Əl-Əzhər universitetinin tələbələri üçün dərs saatları təşkil etdi. Bir-neçə Kilsədə maraqlı nitqlər söyləyərək, Məsihi mübəlliğlərinə onların səhv addımlarını xatırlatdı.
1350-ci hicri ilində Qüdsdə təşkil olunan "İslam konfrans"ında iştirak etmək üçün Fələstinə yollandı. "Əqsa" məscidində ondan nitq söyləməsi xahiş olundu. Konfransda iştirak etmək üçün toplanmış İslam ölkələrinin bütün nümayəndələri ona iqtida edərək camaat namazı qıldılar.
O, sonra Fələstinin Həyfa, Nablos və Yafa kimi müxtəlif şəhərlərini gəzib gördü.
Bundan iki il sonra ilk dəfə olaraq İrana gəldi. Bu səfəri zamanı İranın Həmədan, Kirmanşah, Tehran, Xorasan, Şiraz, Kazirun, Buşəhr, Abadan və Xürrəmşəhr kimi böyük şəhərlərini gəzdi. Bütün bu şəhərlərdə nitq söyləyir, ümumi yığıncaqlar təşkil edir və camaat namazları qılırdı.
1366-cı hicri ilində ikinci dəfə İrana səfər etdi. Bu səfər zamanı bir müddət İranın qərb bölgəsinin yaylaq şəhərlərindən olan "Kərənd"də qaldı.
1367-ci hicri ilində İmam Əli bin Musa ər-Rzanı (ə) ziyarət etmək üçün üçüncü dəfə İrana səfər etdi. Bu səfərdə o, İranın böyük alim və nüfuzlu şəxsiyyətləri ilə görüşdü.
O bu illərdə müxtəlif xəstəliklər keçirtdi. Bu səbəbdən də İraqın isti hava şəraitinə davam gətirməyib müalicə üçün 1370-ci hicri ilində Suriya və Livana səfər etdi.
1371-ci hicri ilində Pakistan hökumətinin rəsmi dəvəti ilə bu ölkədə təşkil olunmuş İslam konqresində iştirak etmək üçün təyyarə ilə Kəraçiyə getdi. Bu konqresdə təkanverici nitqlər söylədi.
İslam ölkələrinin siyasi-ictimai vəziyyətinin islahı və yaxşılaşdırılması üçün konqresə toplanmış dini və elmi şəxsiyyətlərlə yaxın və səmimi həmkarlıq nümayiş etdirdi.
Milli partiya və təşkilatların bir parasının bu konqresin axır-aqibətinin yaxşı olmayacağı barədə fikir irəli sürməsi, bədbinlik yaratması və nigərançılığını görən Şeyx Kaşif əl-Ğita qərara gəldi ki, "istemar"ın və qara qüvvələrin konqresin hədəfinin zəiflənməsi üşün işlətmək istədikləri hər növ hiylə və fırıldaqla mübarizə aparsın.
O, İslam konqresi işini sona yetirdikdən sonra Pakistanın Lahur, Pişəvər, Ravulpendi, Müzəffərabad (Azad Kəşmir) kimi böyük şəhərlərini gəzdi.
Siyasi fəaliyyətləri
Bu böyük dini və ictimai rəhbər inanırdı ki, hər bir səlahiyyətli şəxsin ən ibtidayi, mühüm və vacib vəzifəsi siyasi işlərə qarışması və siyasi məsələləri düzgün dərk və analiz etməsidir.
O inanırdı ki, siyasətin düzgün və doğru məna və məfhumu ibarətdir:
1. Müsəlman ölkələrinin başçılarına və ictimai-siyasi xadimlərə nəsihət və moziə etmək, onları irşad edib, onlara doğru yolu göstərmək
2. Müsəlman ölkələrinin başçılarını fəsaddan nəhy etmək
3. Müsəlman ölkələrinin başçılarını istemarçıların tələsinə düşməkdən çəkindirmək
4. İstemarçı qüvvələrə əsir və onlardan asılı olmaq zəncirlilərini qırmaq və müsəlman ölkə başçılarını və hamını buna dəvət etmək
5. Bütün ölkələr və millətlər üçün kamil azadlığı təmin etmək
O özünün siyasi fəaliyyəti haqqında deyirdi:
"Mən başdan ayağa siyasətə qərq olmuşam. Siyasi işlərə qarışmaq mənim vacib vəzifələrimdəndir. Əgər siyasi məsələlərə qarışmasam özümü Allah-Taalanın və vicdanım qarşısında məsul və cavabdeh bilirəm".
O həmişə bu həzrət İmam Əlinin (ə) bu sözlərini təkrarlayardı:
«أَخَذَ اللَّهُ تَعَالَى عَلَى الْعُلَمَاءِ أَنْ لَا يَقِرُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُوم»
"Allah-Taala alimlərə vacib edibdir ki, zalimlərin acgözlüyünün və məzlumların aclığının qarşısında sakit dayanmasınlar".[1]
Buna görədə o, İraqın və bütün ərəb və müsəlman ölkələrinin milli xalq hərəkətlərində yaxından iştirak etmiş və bu hərəkətlərin doğru istiqamətlənməsində təsirli rolu olmuşdur.
Birinci dünya müharibəsi başladığı zaman o özünü tez bir zamanda İraqın "Kut" şəhərinə yetirərək "İraq millətinin azadlıq cihadı" cəbhəsində işğalçı İngilis qüvvələrinə qarşı vuruşdu.
Həmçinin Nəcəf-əşrəf əhalisinin İngilis qüvvələrinə və "Ğazi" istemarına qarşı şücaətli döyüşlərində yaxından iştirak etdi.
O, həmişə təcavüzkarların və zalimlərin qarşısında bu üslubdan istifadə edirdi. İstemarçılar və onların yerli nökər və marionetkalarına qarşı tam ciddiyyətlə və sürəkli olaraq vuruşurdu. O, misilsiz cəsarətlə öz anti-istemar əqidə və fikirlərini yayır və İngilis istemarçılarını rüsvay etmək və onların məkirli planlarının qarşısını almaq üçün hər bir vasitəyə əl atır və hər bir fürsətdən istifadə edirdi.
Cəsarətli və aydın nitqlər
Kaşif əl-Ğitanın misilsiz ləhcə aydınlığı var idi. O nitq söyləməkdə və məqsədini aydın şəkildə və təsirli bəyan etməkdə mahir, qorxmaz və cəsarətli idi.
İngilis səfiri 1373-cü hicri ilinin Cəmadi-əvvəl ayının 20-də (1953 miladi) Nəcəf-əşrəf şəhərinə gəldiyi zaman Kaşif əl-Ğita ilə görüşdü.
Bu görüşdə Kaşif əl-Ğita kamil aydınlıqla İngilis dövlətinin dünyanın müxtlif yerlərindəki hesab-kitabsız və qanunsuz əməllərini sərt tənqid etdi. Xüsusilə də öz təsirli və nüfuzedici bəyanı ilə Fələstinin və buradakı müqəddəs yerlərinin istemarçılar tərəfindən işğalını, minlərlə günahsız insanın qaçqın düşdüyünü önə çəkib, İngiltərənin bu işğalda aparıcı və təsirli roluna şiddətlə etiraz etdi.
Həmçinin Amerikanın da səfiri onunla görüşəndə bu məsələni önə çəkib, tam sərahətlə ABŞ-ın Sehyonistlərlə əlaqəsini və onların Fələstinin işğal olunmuş ərazilərində (ABŞ tərəfindən) gücləndirilməsini, bunun nəticəsində isə yəhudilərin vəhşiliklərinin çoxalmasını pisləyərək ona belə dedi:"Bizim ürəklərimiz siz Amerikalıların əlindən yaralıdır. Sizin bizə namərdcəsinə vurduğunuz zəhərli zərbələri heç vaxt unutmayacaq və bunun qarşısında səbr və sükut etməyəcəyik... Bizim xalqın təfəkkürü sizin ələyihinizə birləşmişdir. Sizin ərəb millətinə arxadan vurduğunuz zərbə (Fələstinin işğalı), ərəbin belini sındırmış və ürəyini qanlı etmişdir.
O, ömrünün axırlarında öz cəsarətli bir vətənsevərlik hərəkəti ilə milli vətənsevərlik və dini qeyrət tacını öz həyat tarixində ucaltdı. Amerikanın əlaltıları tərəfindən Livanda təşkil olunmuş "Bihəmdun"[2] konqresinə[3] dəvət olunarkən, bu dəvətə rədd cavabı verib, orada iştirak etmədi. O bununla kifayətlənməyib bu konqresin əleyhinə kitab (Əl-məsəlul ulya fil-İslam la fi Bihəmdun) yazaraq, onu çap etdirib yaydı.
Bu kitab onun milli şücaət və cəsarətinə, müsəlmanların ümumi maraqlarının müdafiəsinə, vətən övladlarını istemarla mübarizədə düzgün istiqamətləndirməyinə canlı şahiddir.
Bi kitab müxtəlif yerlərdə "bomba" kimi səs saldı və baha qiymətə alqı-satqı olundu.
Əsərləri
Kaşif əl-Ğita tanınmış bir siyasi-ictimai xadim və mərcəi-təqlid kimi öhdəsindəki işlərin çoxluğuna baxmayaraq elmi təlif və təqiqatından geri qalmır və bu sahədə də çoxlu bərəkətli əsərlər yaratmış və ondan bu günümüzə qiymətli elmi əsərlər yadigar qalmışdır. Məlum məsələdir ki, bu cür işlər hər insanın əlindən gəlmir və xüsusi əxlaqi, ruhi, fikri imtiyaz və üstünlüklər tələb edir.
O Livanda olduğu zaman bəzi seçilmiş elmi-ədəbi kitabların çapına nəzarət etmiş və bu kitablara faydalı və qiymətli şərh və haşiyələr yazmışdı. Bu kitablardan aşağıdakılara işarə etmək olar:
1. Əl-Vasitətu beynəl mutənəbbi və xusumihi, Qazi Corcani.
2. Məalimul isabəti fil katib vəl kitabəti
3. Divan, Seyid Məhəmməd Həbbubi
4. Divan: Sehru Babul və səcul bəlabil, Seyid Cəfər Hilli
O elmlərin yayılmasına maraqlı olduqundan və bu işə çox əhəmiyyət verdiyindən özü şəxsən bir-neçə kitabı Farscadan Ərəb dilinə tərcümə etmişdi.
5. Hey`ət (Astronomiya = Farsca)
6. Höccətus-səadət
7. Səfərnameye Nasir Xosrov və s...
Amma özündən yadigar qoyduğu təliflər:
8. Vəcizətul-vəsail (fiqh = fars və ərəbcə = bu kitab Nəcəf-əşrəfdə dörd dəfə çap olunmuşdur).
9. Həvaşi eynul həyat (fiqh = Bombeydə çap olub).
10. Müraciatun reyhaniyyə (2 cild = Kaşif əl-Ğita və Fərikə Əmin Reyhaninin arasında tarixi və fəlsəfi mubahisələr = bu kitab Beyrut, Seyda və Argentinada çap olub)
11. Nəqdu mulukil ərəb (Əmin Reyhanın "Mulukul-ərəb" kitabının tənqidi = Bu kitab "Ən-Nəcəf" jurnalında çap olundu).
12. Sualun və cəvab fil-fiqh (Nəcəf-əşrəfdə üç dəfə çap olub).
13. Zadul muqəllidin fil fiqh (Farsca = Nəcəf və Xorasanda on dəfə çap olub).
14. Haşiyətun ələl-urvətul vusqa, Seyid Kazim Yəzdi (Fiqh = Nəcəf-əşrəfdə çap olub).
15. Haşiyətun ələt-təbsirə, Əllamə Hilli (Bağdadda çap olub).
16. Təliqatun əla səfinətun-nicat, Şeyx Əhməd Ali Kaşif əl-Ğita (Fiqhin bütün bölmələri dörd cilddə çap olub).
17. Ayatul-bəyyinat (Əməvi, Bəhai, Vəhabi və Materialistlərə cavablar = Nəcəf-əşrəfdə çap olunub).
18. Təhrirul məcəllə (beş cilddə Nəcəfdə çap olub)
19. Əl-Ərz vət-turbətul Huseyniyyə (altı dəfə Nəcəfdə çap olub və Şahzadə Xosrovani və Utaridi bu kitabı farscaya tərcümə etmişlər. Həmçinin bu kitab Hindcəyə tərcümə edilmişdir).
20. Firdovsul ə`la (bəzi hökmlərin fəlsəfə, illət və səbəbləri, faydaları və onların müasir qanunlar və yeni ixtiralarla uzlaşması = iki dəfə Nəcəfdə və Təbrizdə çap olunub və farscaya tərcumə edilmişdir).
21. Muxtəsərul əğani (Bağdadda çap olub).
22. Əl-ədyanu vəl İslam (iki cilddə Seydada çap olunub)
23. Nəbzətun min siyasətul Huseyniyyə (bir neçə dəfə Nəcəf-əşrəfdə çap olub).
24. Əl-Misaqul-ərəbiyyul-vətəni (Nəcəf-əşrəfdə çap olub).
25. Ət-Tozihu fi bəyani ma huvə incilu və mən huvəl Məsih (birinci cildi Qahirədə və ikinci cildi Bağdadda çap olub = bu kitab Farscaya da tərcümə olunmuşdur).
26. Muhavirətun bəynəhu və bəynəs-səfirəynil-britaniyyi vəl əmrikiyy (Kaşif əl-Ğita ilə İngilis və Amerika səfirliyinin danışıqları = üç dəfə Nəcəf-əşrəfdə çap olub).
27. Əl-məsəlul ulya fil İslami la fi Bihəmdun (bu kitab üç dəfə Nəcəf-əşrəfdə çap olub və Farscaya tərcümə edilmişdir).
28. Əsluş-şiə və üsuliha (qaşınızdakı bu kitab Nəcəf, Bağdad, Qahirə, Livanda və İranda dəfələrlə çap olunmuş və Fars, İngilis və Hind dillərinə tərcümə olunmuşdur).
Kaşif əl-Ğita yuxarıdakı kitablardan əlavə də kitablar yazmışdır ki, hələ çap olunmamış və bu kitabların əlyazma nüsxələri mövcuddur.
29. Şərhu urvətul vusqa (dörd cild)
30. Nəzhətus-səmər və nəhzətus-səfər (Həcc xatirələri)
31. Cənnətul mə`va
32. Əl-ədyanu vəl-İslam (üçüncü və dördüncü cild)
33. Tənqihul-kifayə (Üsul)
34. Üsul elmi barədə müxtəlif risalələr
35. Dairətul-məariful ulya (Əqidə bəhsləri)
36. Şer divanı (səkkizmin beyt)
37. Əl-əbəqatul-ənbəriyyə fi təbəqatil Cəfəriyyə (Kaşif əl-Ğitanın nəsil şəcərsi = iki cilddə)
Ömrün xəzanı
Kaşif əl-Ğitanın yaşadığı ictimai mühitin vəziyyəti, çoxlu yorucu elmi və siyasi-ictimai məşğuliyyətləri və müxtəlif xəstəliklərə yoluxması onun cismini vaxtından tez sınıxdırdı.
Ömrünün axır çağlarında "prostat" vəzi xəstəliyi ona çox əziyyət edirdi. Qabaqlar da hımin xəstəliyi tutmuş, amma müalicədən sonra sağalmışdı. Lakin bu dəfə edilən müalicələrin təsiri olmadı. Əvvəlcə İraqın Bağdad şəhərinin "Kərəx" xəsatəxanasında yatdı. Sonra ab-havasını dəyişmək üçün İranın Kərənd vilayətinə gəldi. Burada üç gün qaldıqdan sonra həmişəlik olaraq onun qiymətli elmi-ictimai fəaliyyətləri sona yetdi. Onun böyük ruhu 1373-cü hicri ilinin "Zil-Qədə" ayının 18-də (19 iyul 1954-cü milad ili) göylərə ucaldı.
Onun mübarək cəsədini Bağdada apardılar. Oradan da İraq camaatı onun cənazəsini Nəcəf-əşrəfə qədər təşyi etdilər. Vəfatından iki il öncə özünün "Vadis-səlam" qəbirəstanlıqında tikdiyi məzarında dəfn etdilər.[4] Allah-Taala ruhunu şad, qəbrini nurlu və yerini cənnətdə ali etsin!
Mirməhəmməd Bəşirov
[1] - "Məanil-əxbar", Şeyx Səduq, səh.362 və "İləluş-şərayi", 1/151/bab:122, hədis:12; "Nəhcul-bəlağə", Sübhi Saleh, səh.50, xütbə:3 (Şiqşiqiyyə); "Şərhu nəhcul-bəlağə", Məhəmməd Əbduh, 1/37; "Biharul-ənvar", Əllamə Məclisi, 29/499.
[2] - Livanda yaylaq şəhərlərindən birinin adı.
[3] - Guya dini-mənəvi dəyərlərin qorunması üçün kommunizimin (əslində SSR-nin) əleyhinə təşkil olunmuşdu.
[4] - "Əsluş-şiə" kitabının altıncı çapına Məhəmmədkazım Müzəffər tərəfindən yazılmış müqəddimə; "Ayine ma", Məkarim Şirazi (müqəddimə); "Əhsənul-vədiə, 2/220; "Reyhanətul-ədəb", 3/434; "Gəncineyi daneshməndan", 1/251; "Dairətul-məarefe bozorge islami", 2/105.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 4902
Əhli-beyt (ə) tərəfdarlarından və şiələrdən olan Muxtar ibn Əbiubeydə Səqəfi İmam Hüseynin (ə) şəhadətindən sonra Əhli-beyti (ə) və şiələri sevindirən ilk şəxs idi. O, Kərbəla hadisəsindən sonra İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam etdi və Kərbəla hadisənin yaranmasında rolu olanları və İmamın (ə) qatillərin öldürdü. Muxtar bu hərəkəti ilə həm Əhli-beyti (ə), həm də şiələri sevindirdi. Tarixdə qeyd olunur ki, Muxtar, İbn Ziyadın başın İmam Zeynəlabidinə (ə) göndərəndə İmam onun üçün dua etdi. Muxtarın qiyamı Əhli-beyt (ə) düşmənlərini çox narahat etdi. Ona görə də qiyamın dəyər və qiymətini azaltmaq məqsədi ilə Muxtara müxtəlif töhmətlər vurdular. Onların töhmətlərindən biri də Muxtarın şiə olmaması və Keysaniyyə məzhəbindən olmasıdır. Hətta Muxtarı bu məzhəbin banisi kimi də tanıtdırırlar.
Keysaniyyə məzhəbinin tərəfdarları İmam Əlinin oğlu Məhəmməd Hənəfiyyəni imam kimi qəbul edirlər. İmam Səccad (ə) və ondan sonrakı imamların imamətini qəbul etmirlər. Muxtarın bu məzhəbə mənsub olduğunu iddia edən deyir ki, Muxtar Məhəmməd Hənəfiyyəni İmam Mehdi kimi tanıtdırırdı. Məhəmməd Hənəfiyyə 81-ci ildə (h.q) öləndən sonar onun Keysaniyyə ləqəbli tərəfdarları dedilər ki, Məhəmməd ölməyib, Mədinə yaxınlığındakı Rəzva dağında yaşayır. İstədiyi vaxt gələcək. (Tarixi təhliliye İslam, Dr.Şəhidi, səh. 201)
Muxtar haqqında edilən iddia aşağıdakı dəlillərə əsasən düzgün deyil:
Əhli-beytin (ə) onun haqqında buyurduqları:
Hədislərdə qeyd olunur ki, İmam Baqir (ə) və İmam Sadiq (ə) ona üç dəfə rəhmət göndərmişdir. Muxtar, İbn Ziyadın başın İmam Səccada (ə) göndərəndə Həzrət, Allahdan onun üçün böyük əcr və mükafat istədi. (Ricali-Kəşşi, səh. 125-127)
Tarixi fakt:
Tarixdə gəlmişdir ki, Muxtar İmam Səccad (ə) üçün qiymətli hədiyyələr göndərirdi. Əgər Həzrətin imamətin qəbul etməsəydi, hədiyyələri Məhəmməd Hənəfiyyəyə göndərərdi. (Əmali Səduq, səh. 335)
Alimlərin nəzərləri:
Əllamə Hilli:
Şiənin böyük alimlərindən olan Əllamə Hilli Muxtarı, özünün “Əl-xülasətül-əqval fi mərifəti əhvalir-rical” kitabında on iki imam şiələrindən bilimişdir.( Əl-xülasə, səh.169)
Əllamə Maməqani:
“Muxtarın düzgün əqidəsi barədə heç bir şək-şübhə yoxdur. O, müsəlman və on iki imamçı şiədir. Muxtar İmam Zeynəlabidinin (ə) imamətin qəbul edirdi.”
Əllamə bu iddianı hədislə sübut edir və deyir: Muxtarın əqidəsinin düzgünlüyünü isbat edən dəlillərdən biri də budur ki, İmam Əli (ə) onun haqqında buyurmuşdur: "Kufənin əmiri, Muxtarı, o, Bəni-Üməyyədən neçə min nəfər öldürməyincə öldürə bilməyəcək. (Tənqihul-məqal, 3/205)
Ayətullah Xoyi:
Bəzi Əhli-sünnə alimləri Muxtarı Keysaniyyə məzhəbinə nisbət verirlər. Onlar bu iddiaların Kəşşinin sözünə istinad edirlər. Bu iddia mütləq şəkildə batildir. Çünki Məhəmməd Hənəfiyyə imamlıq iddiası etmirdi ki, Muxtar camaatı onun imamətinə dəvət etsin. Muxtar Məhəmməd Hənəfiyyədən qabaq qətlə yetirildi. Keysaniyyə məzbəbi isə Məhəmməd Hənəfiyyənin ölümündən sonar yarandı. Muxtarın Keysan adlanmasının səbəbi İmam Əlinin (ə) onu "kəyyis" adlandırmasıdır. (Mocəmu ricalil-hədis, 18/102)
Yuxarıdakı dəlillər və sübutlar Muxtarın keysaniyyə məzhəbinin banisi olmadığını və onun Məhəmməd Hənəfiyyəni İmam Zaman(ə.c) elan etməsi iddiasının yalan və iftira olduğunu sübut edir.
Ramil Əzimov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2445
Höccətül-İslam vəl-müslimin Siddiqi: Bu İlahi övliya deyirdi ki, Ərəfatda İmam Zamanın (əc) rəhbər (Ayətullah Xamənei) üçün adla dua etdiyini gördüm.
Höccətül-İslam vəl-müslimin Siddiqi:
Allah şahiddir ki, Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xaməneinin Həzrət İmam Xomeynidən (rə) sonrakı məsələsi (rəhbər seçilməsi) İlahi kəramətlərdəndir. Əgər İmam Xomeyninin (rə) dövründə Ayətullah Xamənei Ali Məqamlı Rəhbər olaraq tanınsaydı, onu vurardılar.
Əllamə Təbatəbayi (rə) deyirdi: -“ Maidə surəsində bu vilayət ayələrini Allah yerləşdirib. Əgər belə yerləşdirilməsəydi, Səqifə əhlinin hücumuna məruz qalardı”.
İmam Xomeyni (rə) rəhbəri himayəyə aldı. Hidayət barmağını ona tərəf uzatdı ki, bu vilayət üçün daha münasib idi. Həm bəyan etdi ki, o bu işi görə bilər, həm də bir islamşünas olaraq günəş kimi nur saçır. Bu yalnız onun barəsində olan ibarələr idi. Əməldə də, “Allah risalətini harada qərarlaşdıracağını Özü daha yaxşı bilir”. (“Ənam” surəsi, 124-cü ayə).
Bu qədər sizə deyim ki, Allah da şahiddir, mən özüm bir İlahi övliyadan kəramət görmüşəm. O mənə dedi ki; -“Siz bu dəfəki həcc səfərinizdə ikinci dəfə Mədinəyə qayıdacaq və Həzrət Zəhranın (s.ə.) qonağı olacaqsınız”. Səfərlərimdən birində öncədən Mədinədə olmuşdum. Ora qayıtmaq barədə də bir fikrim yox idi. Lakin, o mənə buyurdu ki, siz bu dəfə yenidən Mədinəyə qayıdacaqsınız.
“Həzrət Zəhraya (s.ə.) qonaq olacaqsınız” ibarəsi, təyyarənin içində getdiyim zaman bir hadisə qarşıma çıxdı. Mənim yadıma düşdü ki, biz bu səfərdə Həzrət Zəhraya (s.ə.) qonaq olacayıq.
Bu İlahi övliya deyirdi ki, Ərəfatda İmam Zamanın (əc) rəhbər (Ayətullah Xamənei) üçün adla dua etdiyini gördüm.
Xüsusi bir əhvalla deyirdi: -“Xoş olsun ona, xoş olsun ona, xoş olsun ona!”
Bu bayrağın sahibi var, bu seyidin sahibi var. İynənin ucu qədər bu dünyaya bağlı deyil. Nə bu imarət, nə bu rəhbərlik, nə var-dövlətini artırıb, nə də jestini artırıb.
Rəhbərlə çox da müvafiq olmayan (bu məsələ də narahat edicidir) müasir alimlərdən biri, Ayətullah Xaməneinin rəhbər seçilməsindən sonra, bir zaman rəhbərin evinə getdi. Rəhbər onu məcburi olaraq önə keçirdi və onun arxasında namaz qıldı. Ölkənin və xalqın rəhbəri onun arxasında namaz qıldı.
Ayətullah Xoşvəqt deyir ki, rəhbərin rövzəsində iştirak etmək üçün, onun evinə getdim. O biri qapıdan içəri girərkən ayaqqabılarımı çıxardım. Rövzədən sonra da rəhbər şam yeməyi ehsan verir. Qərarımız belə oldu ki, şam yeməyinə onun xidmətində olaq. Lakin, mənim ayaqqabım o tərəfdə idi. Ayətullah Xoşvəqt deyir ki, Ali Məqamlı Rəhbər israrla öz başmaqlarını mənim qarşıma qoydu, özü isə ayaq yalın gəldi.
Dünyanın harasında siz belə bir şəxs tapa bilərsiniz? Bir axund var idi, nə qədər ömrü var idisə, ömrünün sonuna qədər, ox qabında olan oxları sonuncusuna qədər həm İmam Xomeyniyə (rə), həm də ona vurdu. Lakin vəfatından sonra, rəhbər onun barəsində də əlindən gələn yaxşılığı əsirgəmədi. Siz belə bir adam tapa bilərsinizmi?
Dünyanın harasında belə bir şəxs tapa bilərsiniz. Bu əxlaq sultanların, padşahların əxlaqıdır? Siz elə bir maddi, nəfsani varlıq tapın ki, belə ürək açıqlığına malik olsun. Bu rəftar peyğəmbərlərin (ə) rəftarıdır. Adi ruhanilər bu işləri görə bilməzlər.
Hazırda çox inadkar müxaliflərdən olan bir ruhani, bir zaman bir vəzifədə idi. Bir məhkəmə rəisi onun sözünə baxmamışdı. Onu tutmaq üçün bir hərbi qvardiya göndərdi. Dedi: -“Onu təhqirlə alçaldın və gətirin”.
Buradan oraya çox fasilə var.
Bütün eniş-yoxuşlarda dağ kimi bir şəxsdir. “المؤمن كالجبل الراسخ لاتحركه العواصف” (Mömin yerə kök atmış dağ kimidir. Əsən küləklər onu tərpədə bilməz.) Bu yalnız etiqadlı və bəndəlik ruhundan önə gəlir. Bu da səbəb olub ki, Allah bayrağı onun əllərinə təhvil versin.
İmam Əli (ə) Peyğəmbərin (s) ayaqqabılarını yamayırdı. Allahın peyğəmbəri (s) buyurdu: " ليضربنكم رجل على تأويل القرآن كما ضربتكم على تنزيله" (Sizinli bir kişi Quranın təvilinə görə vuruşacaq. Necə ki, mən Quranın tənzilinə görə vuruşdum.)
Soruşdular: -Kim? Buyurdu: -"هذا خاصف النعل" (Bu başmaq yamayan).
Ümumiyyətlə, məsələ bu təvazökarlığa işarə idi –yəni, öz peyğəmbərinin başmağını yamayan bu şəxs- sabah bayrağı götürəcək. Siz onun qarşısında duracaqsınız. O Quranın təvilinə görə qılınc vurmağa məcbur olacaq. Necə ki, biz Quranın nazil olması uğrunda qılınc vurduq.
"لئن شكرتم لأزيدنّكم" (Əgər şükr etsəniz, mütləq (Öz nemətlərimi) artıraram.)
Bilin ki, mənim inqilabdan öncəki vəziyyətlə bağlı, inqilabın nə etdiyi, İmam Xomeyninin (rə) necə bir möcüzə olması və İmam Zaman (əc) üçün necə yol açan olması barədə çox sözüm var.
İmam Xomeyni (rə) fərəc müşkülünü həll etdi. Bu inqilab çoxlu əqidə müşküllərini həll etdi. İmam Zaman (əc) inşa Allah gələcəkdir. İnşa Allah yaxındır. Ola bilsin ki, sübhə qədər dövləti saçacaqdır.
Bu ağanın qədrini bilin. Bu alicənab seyyid, bu rəhbər. And olsun Allaha saleh bəndədir. And olsun Allaha, Allahın vəlisidir. Allahla əlaqə əhlidir. Bağlılıq ipi var. Sınıq qəlbi var. Səhər nalələri var. Qəlb sızladan ağlamaları var. Təvəssülləri var. Anası Həzrət Zəhra ilə bir başqa aləmi var. Onun üçün dua edin. Ona kömək edin. Şübhələri aradan qaldırın. Geniş qəlblə. Çəkişməsiz, ədavətsiz. Əxlaqınızla, geniş qəlbinizlə.
"كونوا له زيناً ولا تكونوا عليه شيناً"
Ona zinət olun. Onun başını aşağı etməyin.
Mənbə: Salehat.ir
Tərcümə etdi: Əhmədov Mirməhəmməd
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2278
Uzun illər Nəcəf hövzəsinin görkəmli müctəhidlərindən elm-mərifət öyrənmiş Ayətullahül-üzma Şeyx Baqir, Bakının dindar kəndlərindən olan Bilgəhdə anadan olmuşdur. O, on doqquzuncu əsrin sonları iyirminci əsrin əvvələrində yaşamışdır. Şeyx hövzədə dahi ustadlarından bəhrələnərək ictihad dərəcəsinə yüksəlmiş və "Tövzihul-məsail" risaləsi yazmışdır. Onun risaləsin nüsxəsi Nardaran möminlərinin evindədir.
Şeyx Baqirin Bilgəhi tərk etməsinin səbəbi
Bilgəh kəndindəki İmam Kazımın (ə) qızı Leyla xanım ziyarətgahının xadimi Abbas əmi deyir :
"Atam Şeyx Baqirlə sıx əlaqədə olmuş və həmişə onun moizələrini dinləyirdi. Atam deyir ki, Şeyx Baqir iyirminci əsrin əvvələrində təhsilini başa vurub, Bilgəh kəndinə qayıtdı və dini təbliğatla məşğul oldu. Şeyxdən əvvəl kənddə savadsız bir şəxs dini təbliğat edirdi. Baqirin gəlişi ilə Bilgəh əhalisi Şeyxin elmindən bəhrələnməyə başlayır və kəndin ruhanisinə diqqət azalır. Bu hadisə ruhanidə həsadət yaradır. O, qohumu Hacı Zeynəlabidin Tağıyevə şikayət edir və Hacı Zeynəlabidin polisi onun qapısına göndərir ki, Ağanı Hacının yanına çağırsın. Polis gəlir qapını döyür, bu vaxt Şeyx həyətində işləyirdi.
Şeyx həyətdə səslənir: "Ay uşaq, get, qapını aç, nazir xəbər göndərib".
Uşaq qapını açır, polis deyir: "Ağa sən artıq mənim niyə gəldiyimi dedin".
Ağa deyir: Sən get, mən üç-dörd günə gələrəm".
Ağa dediyi vaxt gedir. Polis deyir ki, get evini sat, səni başqa şəhərə yola salıram. Şeyx bu işdən çox narahat olur və yenidən Nəcəf hövzəsinə qayıdır. Ağa Nəcəfdəki tələbə yoldaşının yanına gedir. Şeyx Nəcəfə çatmazdan qabaq dostu yuxuda görür ki, Azərbaycandan nurlu bir günəş gəlir. Şeyx Baqir ömrünün sonuna qədər Nəcəfdə yaşayır. O, kəndi tərk edəndə belə bir cümlə işlədir: "Siz alim qədri bilmədiniz".
Şeyx Baqirin mövlası ilə sıx rabitəsi
Abbas əmi deyir ki, Ağa hər cümə özünün şəxsi otağına qapanır və həyat yoldaşına yanına heç kimi buraxmamağı tapşırırdı. Həyat yoldaşı deyir ki, bir gün bir nəfər qapını döyüb, ağanı istədi. Dedim: Ağa tapşırıb ki, yanıma heç kimi buraxma.
O mənə dedi ki, Ağa mənə vacib lazımdı.(Həyat yoldaşı deyir ki,) Gəldim Ağanın otağının qabağına. Qapının ağzında bir neçə ayaqqabı tayı vardı. Özü-özümə dedim: Bunlar nə vaxt Ağanın yanına gəliblər, mən görməmişəm. Qapını açmaq istəyəndə, Ağa qapını açıb, dedi: Sənə deməmişəm yanıma adam buraxma. Mən qayıdıb, Ağanın sözün həmin şəxsə çatdırdım. Sonra Ağanın otağı tərəfə gəldim. Amma ayaqqabıları orda görmədim.[1]
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2284
O, Qazi Əbul-Qasim Ubeydullah bin Əbdullah bin Əhməd bin Muhəmməd bin Əhməd bin Muhəmməd bin Həsəkan Qərşi Amiri Nişapuri, İbn Həza adı ilə tanınmış və hicrətin 5-ci əsrinin böyük alimlərindəndir.[1]
Ubeydullah Nişapurda ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlıq çağlarından atasından elm öyrənməyə başlamış və tez bir zaman müxtəlif sahələrdə dini elmləri mənimsəmişdir.
Əsil-nəsəbi
Onun sülaləsi və ata-babası elm əhli və məşhur olmuşlar. Böyük babası Əmir Əbdullah bin Amir bin Kəriz (Kurəyz) üçüncü xəlifə Osmanın zamanında Xorasan vilayətini fəth etmiş və bu vilayətin camaatı onun əli ilə müsəlman olmuşdur. Buna görədə bu sülalə Xorasanlıların arasında xüsusi hörmətə malikdirlər.[2]
Babası Əhməd bin Muhəmməd bin Əhməd (320 – 423 hq) hədis ravisi olmuşdur. Əbu İshaq Bəzzazi, Əbu Əmr bin Mətər və Əbul-Həsən bin Bəndar Seyrəfidən hədis rəvayət etmişdir.
Atası Əbdullah bin Əhməd bin Muhəmməd (363 - 450 hq) məşhur "Vaiz" olmuşdur. O, həfətnin bazar günləri Nişapurun "Mərbəi" məscidində moizə edərdi. Həmçinin məşhur tacir olmuş və hökumət işlərində də çalışmışdır.
Əmisi Əbdur-Rəhim bin Əhməd bin Muhəmməd saleh, abid və zahid bir kişi olmuş və Nişapur, İraq, Hicaz və Şam (Suriya-Dəməşq) alimlərindən hədis rəvayət etmişdir.
Övladları
Onun övladalrından aşağıdakı üç nəfər hədis ravilərindən hesab olunurlar:
1. Hakim Əbuəli Həza Muhəmməd bin Ubeydullah bin Əbdullah Həsəkani.
2. Əbusəid Həza Said bin Ubeydullah Həsəkani.
3. Əbulfəzl Həza Vəhəb bin Ubeydullah Həsəkani (450-524 hq).
Bunlar hər üçü təqvalı alim və hədisşünas olmuşlar. Vəhəb qardaşların ən kiçiyi idi, amma atasından daha çox hədis eşitmişdi. O, cəmiyyətdən uzaqlaşaraq ibadətlə məşğul idi. Şagirdləri onun ətrafına toplanır və ondan hədis öyrənirdilər.
Elmi şəxsiyyəti
Hakim Həsəkani öz dövrünün məşhur alimlərindən idi. Hədis ravilərindən çoxu onun dərslərində iştirak edir, hədis öyrənir və hədis rəvayət etmək üçün icazə alırdılar. O özüdə çoxlu alimlərdən hədis eşitmiş və rəvayət icazəsi almışdı.
O, saleh və fazil bir insan idi. Moizə və xütbə oxumaq üçün məclislər təşkil edərdi.
"Rical" alimləri onu "mühəddis – inanılmış – hədis elminə alim – aliul isnad (onunla ravilərin arasında az fasilə olub)" kimi sözlərlə tərif etmiş və öz zamanında "Hədis" və "Rical" elmini onun kimi bilən olmamışdır demişlər.[3]
Bəzi tərcümyei-hal yazanlar onu sünni alimi və Hənəfi məzhəbindən bilirlər. Bəziləri isə onun Şiə alimi olduğunu, lakin təqiyyə etdiyini demişlər.
İbn Tavus onun barəsində deyir:
«فروى الحاكم عبيد اللّه بن عبد اللّه الحسكاني في كتاب دعاء الهداة إلى أداء حق الموالاة، و هو من أعيان رجال الجمهور»
"Hakim Ubeydullah bin Əbdullah Həskani Əhli-sünnənin tanınmış şəxsiyyətlərindən biridir".[4]
Zəhəbi özünün "Təzkirətul-huffaz" kitabında yazır:
«و وجدت له مجلسا يدل على تشيعه و خبرته بالحديث و هو تصحيح خبر رد الشمسِ و ترغيم النواصب الشُّمُس»
"Onun bir kitabını tapdım ki, onun şiə olduğunu sübut edir. Bu kitabın adı "Təshihu xəbəri rəddiş-şəms və tərğimun-nəvasibiş-şumus"dur".[5]
Mərvə səfər
O, hədis eşitmək və alimlərlə görüşmək üçün Mərv şəhərinə səfər edib, orada dərs məclisləri təşkil etdi. Onun ətrafına çoxlu elmsevərlər toplaşdı və o, burda da şagirdlər tərbiyət etdi.
Hakim ustad və icazə şeyxləri
1. Abullah bin Əhməd bin Muhəmməd (atası)
2. Əhməd bin Muhəmməd (babası)
3. Əbuəbdillah Hakim Nişapuri
4. Əbu Bəkr bin Haris İsfahani Nəhvi[6]
5. Əbul Həsən Ələvi
6. Əbdullah bin Yusif İsahani
7. Əbul Həsən bin Əbdan
8. İbn Fəthəvəiyyə Dinəvəri
9. Əbu Tahir bin Məhməş
10. Qazi Əbul-əla Said bin Muhəmməd Hənəfi (vəfat: 432 hq)
11. Hakim Əbuəbdillah Hafiz
12. Əbulhəsən Əli bin əs-Səqqa
13. Əbu Əbdillah bin Bakuvəyh
Şagirdləri
Hakim Həsəkanin çoxlu şagirdləri olmuşdur ki, misal olaraq aşağıdakıları göstərçək olar.
1. Əbdulğafir bin İsmail Farsi (451 – 529 hq)
2. Mehdi bin Əbihərb
3. Seyid Əbu Muhəmməd Huseyni Qaini
Əsərləri
Hakim Həsəkanin məşhur şagirdi Əbdulğafir bin İsmail özünün "Tarixu Nişapur" kitabında yazır:
"Mən ustadımın təliflərinin öz xətti ilə yazılmış siyahısını görmüşəm. Bu siyahıda yüzə yaxın kitab adı var idi. Onların arasında faydalı bilgilər var idi".
Hakim Həsəkaninin mühüm kitablarından aşağıdakıları göstərmək olar:
1. Şəvahid ət-Tənzil liqəvaidt-təfzil fil ayatil naziləti fi Əhlil-beyt (sələvatullahi və səlamihi ələyhim).
2. Xəsaisi Əli bin Əbitalib (ə) fil-Quran.
3. Təshihu xəbəri rəddiş-şəms və tərğimun-nəvasibuş-şumus[7]
4. Duaul hudat ila ədai həqqil muvalat[8]
5. Fəzailu şəhri Rəcəb
Vəfat
Qazi Mühəddis Əbul Qasim Ubeydullah bin Əbdullah Həsəkani Əhli-beyt (ə) elm və maarifinə bir ömr xidmət etdikdən sonra təqribən 490-cı hicri-qəməri tarixində fani dünyanı tərk edib əbədiyyətə qovuşmuşdur.[9]
[1] - "Mosuəti təbəqatul fuqəha", Cəfər Sübhani, 5/220/1903;
[2] - "Əyanuş-şiə", 8/136.
[3] - "Fehresut-turas", 1/535;
[4] - "Əl-İqbal bil ə`malil həsənə", Seyid Əli bin Tavus, 2/251.
[5] - "Mosuəti təbəqatul fuqəha", Cəfər Sübhani, 5/220/1903; "Təzkirətul-huffaz", Zəhəbi, 3/1200/1032;
[6] - "Mosuəti təbəqatul fuqəha", Cəfər Sübhani, 5/220/1903;
[7] - "Məalimul-uləma", 78/527; "Fehresut-turas", 1/535; "Möcəmur-rical", Xoi, 12/83/7492.
[8] - "Əl-İqbal bil ə`malil həsənə", Seyid Əli bin Tavus, 2/251; "Mosuəti təbəqatul fuqəha", Cəfər Sübhani, 5/220/1903;
[9] - "Siyəru ə`lamun-nubəla", 18/268; "Əyanuş-şiə, 2/403 və 8/137; "Əməlul amil", 2/167/494;
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2340

-Səhih sənədlə Hacı Şeyxin (mərhum Ayətullah əl-Üzma Hairi Yəzdi, Qum elmi hövzəsinin təsisçisi) buyurdu:
-“Kərbəlada olduğum zaman, bir gecə yuxuda gördüm ki, bir şəxs mənə dedi:
-“Sizin ömrünüzdən on gündən çox qalmayıb!”
Hacı Şeyxin laqeyd olduğu, bu kimi şeylərə əsaslanmadığı, qəlbinin diqqətini daha çox elmə yönəltdiyi və başqa fikirlərə çox etina etmədiyi üçün, hətta ölüm yuxusu olsa belə, arxa plana atırdı və nəyisə özünə məşğuliyyət səbəbi etmirdi ki, elmdə hansısa nöqsan vücuda gələr. Bu cəhətdən, bu fikri də tamamilə öz qəlbindən çıxardı və unutdu.
Hacı Şeyxin dostları, sözü gedən on gündən bir gün əvvəl, cümə axşamı ya cümə günü idi, onu Kərbəla bağlarından bir bağa dəvət etdilər. Orada, hər kəs bir işlə məşğul idi. Cənab Hacı Şeyxə də bir iş tapşırılır. Yavaş-yavaş Hacı Şeyx soyuqluq hiss edir. Dostları onun üçün qalın bir əba gətirirlər. Amma, ağrı artır və dözülmə həddini keçir. Onu otağa aparırlar və yatağa düşür. Can vermə vəziyyəti baş verir. O zaman yadına düşür ki; -Ey vay! Bu gün onuncu gündür. Amma yadından çıxıb. Gördüyü qəribə yuxunu xatırlayır. Ehtizar (can vermə) halında görür ki, tavan yarıldı və iki nəfər aşağı düşdü. Başa düşür ki, bunlar ölüm mələyinin köməkçiləridirlər və onun canını almaq üçün aşağı düşmüşlər.Onlar Şeyxin ayağı tərəfdə otururlar ki, onun canını alsınlar. Bu halda Şeyx İmam Hüseynə (ə) təvəssül edir. Bunu da deyim ki, mərhum Şeyx cavanlıqda İmam Hüseyni (ə) yuxuda görür. O Həzrət (ə) Şeyxə bir ovuc noğul mərhəmət edir. Ona görə ki, Şeyx cavanlıqda Samirradakı elm əhlindən olan sinəzənlərin növhə deyəni idi. Çünki, mərhum Mirza Həsən Şirazi ağa demişdi ki; -Aşura on günlüyündə elm əhlindən də bir dəstə sinəzən çölə çıxsın. Bu dəstənin növhə deyəni cüssəli və yaraşıqlı cavan olan mərhum Hacı Şeyx idi.
Həmin təvəssül halında Həzrət İmam Hüseynə (ə) deyir ki; -“Ya Əba-əbdillah! Ölüm haqdır və əlbəttə mən ölməliyəm. Lakin xahiş edirəm ki, əlim boş və axirət azuqəm olmadığına görə, əgər mümkünsə Allahdan ömrümün uzadılmasını istəyin”. Həmin an, təzədən tavan yarılır və bir nəfər gəlib oradakı iki nəfərə deyir:
-“Ağa buyurdu ki, uzadıldı, əl çəkin!”
Onlar getdikdən sonra, onun vəziyyəti bir qədər yaxşılaşır. Dostlarının onun üzərinə örtdüyü parçanı kənara itələyir. Onun başı üstündə olan və ağlayan xanımının səsi birdən ucalır:
-“Ağa Şeyx dirildi! Dirildi!”
Hacı Şeyx işarə ilə su istəyir. Suda islanmış parça ilə onun dodaqlarını və ağzını isladırlar. Beləcə, yavaş-yavaş Şeyxin əhvalı düzəlir və həkimə də ehtiyac qalmır. Mərhum Şeyxin sağ qalması da, dünyaya gəlməsi kimi qeyri-adi olur.
Tərcümə etdi: M. Əhmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 3879

Eşitmişik ki, böyük şəxsiyyətlər ziddiyyətləri özlərində cəmləyirlər. İmam Xomeyni (rə) İslam tarixinin böyük şəxsiyyətlərindən idi. Düşmənlər qarşısında sərt və möhkəm olduğu halda, dostalr qarşısında lətif rəftarı və təbəssümlü üzü var idi. Uzun illər İmam Xomeyninin (rə) xidmətində olmağa müvəffəq olmuş Höccətül-islam vəl-müslimin Rəhimiyan İmam Xomeyninin ucadan gülməsinə səbəb olmuş iki xatirəni belə nəql edib:
Bir gün Hacı İsa İmam Xomeyniyə (rə) çay gətirirdi. İmamın hüzurunda asqırmağı gəldi və ixtiyarsız olaraq asqırdı. İmam (rə) Hacı İsaya xitabən dedi:
-“ يرحمکم الله” (Yərhəmukəllah! “Yəni, Allah sənə rəhm etsin”. Asqıran şəxsə belə demək savabdır. Bu sözün cavabında isə, “Yəğfir ləkəllah”, (yəni, Allah səni bağışlasın) deyilməsi müstəhəbdir.) Hacı İsa bunun cavabında deyilən cümləni fikirləşsə də, yadına düşmür. İxtiyarsız olaraq deyir:
-“ سمع الله لمن حمده” (“Səmiəllahu limən həmidəh”. Yəni, Allah Onu həmd edənləri eşidir. Bu, namazda rükudan qalxarkən deyilən zikirdir.) İmam Xomeyni (rə) bu cavabı eşitdikdən sonra gülür. Hacı İsa özünü itirir və soruşur:
-“Ağa, pis söz dedim?” İmam mehribanlıqla buyurdu:
-“Yox, çox da yersiz deyildi”.
Başqa bir hadisəni isə, mərhum Hacı Əhməd ağa mənə nəql etdi. Belə ki, bir gün ordunun vahid təşkilatının o zamankı rəisi cənab Züheyrnəjad, komandanlardan biri ilə birgə İmama (rə) məruzə etmək üçün onun yanına gəlmişdilər. Sözü gedən komandir “Bismillah” dedikdən sonra, vaxtın məhdud olmasına və müxatəbin vəziyyətinə diqqət yetirmədən, çıxış edirmiş kimi xütbə oxumağa və “نريد أن نّمنّ...” (“Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək”. “Qəsəs” surəsi, 5-ci ayə.) ayəsini oxumağa başladı. Səmimiliyi və riyasızlığına görə İmam Xomeyninin (rə) sevimlisi olan cənab Züheyrnəjad onun sözünü kəsir və özünə məxsus ləhcə ilə deyir:
-“Ahay! Sözün canını de! Elə bilirsən ki, İmam avamdır!”
Bu sözü eşidən İmam Xomeyni (rə) ucadan gülür.
Tərcümə etdi: M. Əhmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2839

Ayətullah Xəzəli Seyid Həsən Nəsrullahdan belə nəql edir:
-İsrailin Livana hücumu zamanı, özünün modern hərbi gəmilərilə Livan sərhəddinə yaxınlaşmışdı. Biz bütün qüvvəmizlə mübarizə edirdik. Yorulmuşdum və o modern gəmiləri partlatmağın necə mümkün olduğunu bilmirdim. Bərk yorulduğumdan komandanlıq otağında yuxu məni apardı...
Yuxuda gördüm ki, Əhli-beytin (ə) məhzərinə yetişdim və növbə ilə o müqəddəs nurların hüzuranda olurdum. Hər birini ziyarət etdikdə, məni hidayət edir və sonra növbəti imama istiqamətləndirirdilər. Beləcə Həzrət Fatimə Zəhranın (Allahın salamı ona olsun) xidmətinə yetişdim. Onu görən kimi ürəyimin dərdini başladım. İşin çətinliyindən danışdım və ondan kömək etməsini istədim. O Həzrət (s.ə.) əli ilə səmaya işarə etdi və bir kəlamla məni ovundurdu. O halda yuxudan oyandım.
Bu yuxudan bir müddət keçmişdi ki, xəbər verildi ki, İsrailin hərbi gəmilərindən biri məhv edilib. Bu qələbə əməliyyatının saatını soruşdum. Bu hadisə, mənim yuxuda olduğum zamanla eyni vaxtda baş vermişdi.
Tərcümə etdi: M. Əhmədov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 3032

Ümumi vəziyyət.
Şamilin heyrətamiz həyat və mübarizəsi ilə tanış olmazdan əvvəl onun bir dövlət xadimi, xalq sərkərdəsi və qəhrəman kimi yetişməsində, imamlıq rütbəsinədək qalxmasında böyük rolu olan ictimai mühitin dərin qatlarına nəzər salmaq lazım gəlir. Əslində, bu mühit bu qeyri-adi tarixi dövr təkcə Şamilin yetişməsində yox, Qafqazda əlli ildən çox davam edən azadlıq mübarizəsinin təşəkkülündə, formalaşmasında, mənəvi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır.
Ən ibtidai və ən sınanılmış bir həqiqət var ki, insan təbiətin övladıdır. Təbiətin insan simasındakı əksini diyarın hər bir aulunda, hər bir dağlının sifətində, baxışında aydın görmək olur. Onların dünya ilə ilk təması və tanışlığı uca dağlardan başlayır. Dağlar isə sərt və cazibədardır, rəhmdil və amansızdır. Odur ki, burada insanlar həm təmkinli, həm də kükrək və məğrur olurlar. Onların həyatı daim çətinliklərlə mübarizədə keçir, həmişə ehtiyacla, tələbatla əlbəyaxadırlar. Onlar asanlıqla qazanılan qələbə feyzindən çox uzaqdırlar. Odur ki, dərdi də, sevinci də eyni ahənglə qarşılamağa adət ediblər.
Qafqaz xalqları yalnız məişət və güzəranlarını deyil, fikir və əqidələrini də sərt təbiət qanunlarına uyğunlaşdırmağa məcburdurlar. Bu, obyektiv tələbatdır. Sərt həyat tərzi onların dünya görüşündə də eyni dərəcədə sərt bir intizam, məslək bütövlüyü, əqidə ardıcıllığı tərbiyə etmiş və etməkdədir.
Qafqazda fikirlər, əqidə və ehtiraslar çox müqəddəs mənəvi köklərə arxalanır və formalaşırdı. Dini görüşlərdə bu daha qabarıq ifadə olunurdu. Təsadüfi deyil ki, Rusiya işğalına qarşı dağlı xalqların milli azadlıq müharibəsi də tarixə «müqəddəs müharibə» kimi daxil olub. Müridizm bayrağı altında aparılan savaş cihad, qazavat çağırışları sayəsində misilsiz mütəşəkkillik nümunəsi olub, dini əqidə və məslək vəhdətinə, mübarizə birliyinə çevrilib.
Qafqaz dağlılarının istiqlal savaşında qüdrətli bir vasitə kimi istifadə edilən müridizmin ideoloqları – Şeyx Mansur, Şeyx Hacı İsmayıl, Molla Məhəmməd və Şamilin qayınatası Camaləddin olmuşlar. Bu hərəkata imamlar – Qazi Məhəmməd, Həmzət bəy və Şamil müxtəlif vaxtlarda başçılıq etmiş, Qafqazın pərakəndə xalqlarını müqəddəs din bayrağı altında birləşdirərək, işğalçılara qarşı mütəşəkkil mübarizəyə ruhlandırmışlar.
Müridizm.
Müridizmin dini kökləri İslamın 3 əsası – şəriət, təriqət və həqiqət üzərində bərqərar olurdu. Şəriət bu dünyanın həqiqətlərinin, Təriqət və Həqiqət isə yüksək mənəvi dünyanın – ruhumuzu qəbul edəcək dünyanın insanlara təlqin olunması idi. Quranın kəlamları üzərində formalaşan şəriətə yiyələnən müsəlman Allahı tam qəbul etmək yoluna çıxıb, təriqətə sahib olmalı və bundan sonra uca Peyğəmbərimiz (s)-in həyat tərzi və əməlləri əsasında həqiqətə yüksəlməlidir. Müridizm bu əsaslar üzərində intisar taparaq, insanlara gələn bütün bəlaların səbəbini Allahın göstərdiyi müqəddəs yoldan azmaqda görürdü. Şəriəti mənimsəyən müsəlman Allaha qovuşmaq üçün müqəddəs yola çıxıb, təriqətə sahib olur və bununla da vəlilik dərəcəsinə yüksəlir. Buna nail olan mürid tam kamala yetmiş müsəlman kimi təqdim olunur və o, mürşid adına layiq görülür.
Müridizm meydana çıxan zaman siyasi və xüsusən hərbi məna daşımamışdı. Lakin Qafqazda milli azadlıq mübarizəsi şəraitində Molla Məhəmmədin təbliğ etdiyi və şagirdi birinci imam Qazi Məhəmmədin bütün varlığı ilə qoşulduğu müridizm «qazavata», yəni müqəddəs müharibəyə çağırış kimi qəbul olunmuşdu.
Bütün Dağıstanın istila olunması qorxusu yaranmışdı. Rus komandanlığı öz mövqelərini gündən-günə möhkəmləndirirdi. Molla Məhəmməd hiss edirdi ki, artıq vaxt itirmək olmaz. Beləliklə, Rusiya işğalı əleyhinə Qazavat meydana gəldi.
Qazavatın elan edilməsi.
Birinci İmam Qazi Məhəmməddən söz düşəndə Şamil iftixarla deyərdi: «Mən heç kəsdən heç yerdə Qazi Məhəmməddən öyrəndiyim qədər öyrənməmişəm».
Az zaman içərisində Qazi Məhəmmədin ətrafında minlərlə mürid toplanır və heç bir qüvvə qarşısında sarsılmayacaq fədailər ordusu yaranırdı. Qazi Məhəmməd artıq hiss edirdi ki, qazavatın elan edilməsi vaxtı qəlib çatıb və 1829-cu ildə onu təntənəli şəkildə elan edir. Bundan sonra müridlərin sayı daha çox artmağa başlayır. Birisi Qazi Məhəmməddən soruşur:
- Tutalım ki, on min mürid topladın, axı o boyda imperiyaya nə edə biləcəksən?
Məhəmməd cavab verir:
- Tutalım heç bir şey edə bilmədik. Bəs vətən və azadlıq yolunda, dinimizin o müqəddəs ehkamları yolunda candan keçməyə hazır olduğumuzu göstərmək kifayət deyilmi?
Tale Şamili seçir…
Rus qoşunu Gimrini mühasirəyə almışdı. Könüllü təslim olmaq təklifinə Qazi Məhəmməd rədd cavabı verir. Buna görə də Klugenov strateji əhəmiyyətə malik olan Gimrini top atəşinə tutub dağıtmaq yox, hücumla almaq qərarına gəlir. Ruslar böyük itki verdiklərini görüb, hücumun dördüncü günü Gimrini top atəşinə tuturlar. Qazi Məhəmməd, Şamil və daha on beş mürid qülləyə çəkilir. Müridlərin hər birisinin 15-20 yarası vardı. Qüllədə Qazi Məhəmməd bir anlığa yuxuya gedir. Ayılarkən Şamili başı üstündə görüb, bir yuxu gördüyünü deyir. Söhbətə ondan başlayır ki, bu gün şəhid olacaq. Daha sonra yuxuda gördüklərini nəql edir:
- Koysuda böyük və güclü bir selin içərisindən bir dirək qalxır, selə tab gətirə bilməyib yıxılır. Bax, bu mənəm. Onun ardınca ikinci bir dirək qalxır, o da tez yıxılıb selə qərq olur. Bax, bu da indi bizimlə olmayan Həmzətdir. Daha sonra hər iki dirəkdən çox-çox uca dirək ucalır, sel nə qədər güc qəlirsə, həmin dirəyi yıxa bilmir. Bax, bu da sənsən!
Şamil ustadı qarşısında təzim edərək:
- Allah şəhidlik yolunda məni səndən ayırmasın.
Qazi Məhəmməd:
- Məgər sən başladığımız müqəddəs işimizi davam etdirmək istəmirsən? Yox, Şamil, sən çox yaşayacaq və kafirlərlə uzun zaman vuruşacaqsan. Adın dünyaları tutacaq, çarlara boyun əyməyəcək, onların ordularına qan udduracaqsan. Gimrini bu gün buraxıb getsən belə, yenə qurtaracaqsan. Mənim məzarımı da düşmən ayağı altında qoymazsan, inşallah!
… Şamil dərin fikir içərisində çırpınırdı. Ustadının dediklərinə şübhə etməyi ağlına belə gətirmirdi. Artıq gələcək qazavat onu öz ağuşuna almışdı. Ustadının dediklərini yerinə yetirmək üçün nəyin bahasına olursa-olsun buradan xilas olmalı idi. Odur ki, artıq tələsir, qüllədən özünü atıb xilas üçün yol açmağa can atırdı. Müridlərin hamısı yaralarının sızıltısını yaddan çıxarmış kafirlərin üstünə sıçramağa hazır vəziyyətdə dayanıb, imamlarının işarəsini gözləyirdi.
Rus əsgərləri də həyacan içində idilər. Şöhrət eşqi ölüm qorxusunu Qazi Məhəmməd nəzərini müridlərinə zillədi. Son dəfə Şamilə baxdı, vəziyyətini yada salmaq istədi. Şamil də bunu başa düşüb, kövrəlmiş nəzərlərini ondan gizlətməyə çalışdı. Bunu hiss edən Qazi Məhəmməd bir daha müridlərinə baxıb, «Allah məhkəməsində görüşənədək» deyib, irəli atılıb qapını açdı və «Ya Allah» deyərək, bütün gücü ilə irəli sıçradı. Əsgərlər çoxlu daş tədarük etmişdilər. Yağış kimi yağdırılan daşlardan biri Qazinin gicgahından dəydi. Onun yenə «Ya Allah» deyərək yerə yıxılması ilə onlarca süngü ona tərəf yönəldi və bir anda əsgərlərin süngülərinin ucunda havaya qalxdı.
… Qazi Məhəmmədin cəsədi əzəmətli görkəmi ilə ölülərin içərisində dərhal tanınırdı.
Nəhayət, növbə Şamilə yetişir. İndi o, ölümün ağuşuna atılmalı və əbədi olaraq Allaha qovuşmalı idi. Buna məqam tapmaq lazım idi. Budur o məqam: rus əsgərlərinin qurultulu ura səsləri altında qəflətən pələng kimi düz onların başı üstündən o tərəfə sıçramaq lazımdır. Belə də oldu. Şamil özünü bir qartal kimi qayadan atdı. O yerə düşən kimi üstünə cuman əsgərlərin sədlərini yarıb keçdi, sol əlində oynatdığı qılıncla düşmənləri çaşdırdı. Birdən ağac dalında gizlənən bir rus əsgəri irəli sıçrayıb Şamilin sağ sinəsindən süngünü elə sancır ki, süngü kürəyindən çıxır. Şamil isə sağ əli ilə süngünü dartıb çıxarır, sol əli ilə həmin əsgərin başını vurub yerə salır. Kənardan zərbə ilə atılan iki daş onun çiyninə dəyib sümüyünü zədələyir. Başqa bir daş qabırğasını əzir. Şamil özünü Gimri dərəsinə salır və dərəni keçib meşəyə girir. İyirmi əsgər onun ardınca düşür. Şamil qan izilə onu tapa biləcəklərini anlayıb yaralarını arxalığından kəsdiyi parçalarla tutur. Əsgərlər onun izini itirirlər. Uzun çək-çevirdən sonra belə bir fikrə gəlirlər ki, dözülməz yaraları və ümidsizliyi Şamili özünü qayadan Koysu çayına atmağa məcbur edib…
Şamil isə bir bulaqda su içdikdən sonra özünü uçurumun kənarındakı mağaraya salır. Dərhal da huşunu itirir.
Şamilin ölüsünü, ya dirisini tapana yüz qızıl vəd edilir. Müəzzin Məhəmməd Əli də axtarışa başlayanlardan biri olur. Qan izləri birdən itsə də, ayaq izləri seçilirdi. Məhəmməd Əli düz bulağa qədər gəlib çıxır. Rusların Şamilin özünü atması versiyası ona gülünc görünür. Birdən anlayır ki, Şamil mağaradadır. Şamili yaralı vəziyyətdə tapır. Kəndə gedib məşhur bir təbiblə geri qayıdır. Təbib öz işini yaxşı bilirdi… Məhəmməd Əlinin «Yaşayacaqmı?» sualına, «Məni çaşdıran odur ki, bu qədər yara ilə adam necə sağ qala bilər?» – deyə, cavab verir.
* * *
İstilaçılara qarşı cihadın ilk mərhələsini – birinci İmam Qazi Məhəmmədin dövrünü və onun məğlubiyyət səbəblərini araşdırarkən rus təcavüzü ilə yanaşı, o zamankı Dağıstanın, xüsusilə Avarıstanın parçalanmış vəziyyəti daxili çəkişmələr, etnik qruplar, tayfalar arasındakı ziddiyyətlər nəzərə çarpır. Bütün bunlar Qazi Məhəmmədin məğlubiyyətini şərtləndirən mühüm səbəblərdən biri idi və ondan sonrakı imamlar üçün də həlli vacib məsələlər olaraq qalırdı.
Xalqın azadlıq ruhunu bir qəhrəmanı, bir başçını öldürməklə boğmaq qeyri-mümkündür. Həm də istilaçılara qarşı silaha sarılmış xalq Şamilin sağalmasını gözləyə bilməzdi. Qazi Məhəmməddən sonra imamlığa Həmzət gəlmişdi. Ondan narazı olanlar da çox idi. Narazılıqların başlıca səbəbi isə şəriətin çox sərt qaydalarla qəbul etdirilməsi idi. Qazi Məhəmməd də, Şamil də şəriəti birinci növbədə ağlın gücü ilə, təbliğatla xalqın şüuruna yeridirdi, Həmzət isə sərt davranışa, kəskin qayda-qanuna üstünlük verirdi. Bu, çox vaxt qan tökülməsinə, ədavətə səbəb olurdu. Həmzət hər gün müxtəlif adamların qətlinə fərman verir, oğurluq edənin əlini, həbsdən qaçanın ayağını, yalan danışanın dilini kəsdirir, şərab içəni edam elətdirir… Şamil də onun şəriəti bərpa adı ilə şəriətə zidd hərəkətlərindən qəti narazılığını bildirərək, Gimriyə qayıdır.
* * *
Çayxanaların birində gizli tütün çəkilirmiş. İmam Həmzətin casusu həmin çayxanaya gələndə, bundan xəbər tutanlar tütünü ocağa atırlar. Heç nə tapmayan casus əsəbi halda mitəkkəyə dirsəklənmiş qocaya yaxınlaşıb, şəriətin qanunlarını və imamın iradəsini pozanları niyə ört-basdır etməsini ona irad tutarkən, qoca qəzəblə cavab verir: «Bəs casusluğa şəriətin hansı qanununda icazə verilir?» Casus qocanı təhqir edərək, oranı tərk edir. Qocadan bir qədər aralı oturmuş iki gənc bu səhnəni qəzəblə izləsələr də, yerlərindən tərpənmirlər. Qoca ayağa qalxarkən, gənclər də tez qalxıb ona yaxınlaşırlar. Qoca onlara: «Sizə ar olsun» deyir. «Siz kişi kimi silah daşımağa layiq deyilsiniz. Axı, Avar xanları sizin süd qardaşlarınız idi. Bəs onların intiqamını yerdə qoyub bu torpağın üstündə necə gəzir, adamlarınızın üzünə necə baxırsınız?!.»
Qoca bu sözlərdən sonra qapıya üz tutub getmək istərkən gənclərin böyüyü ona xüsusi ehtiramla:
- Axı biz indi hərəkət etsəydik, əsas fikrimizi, Həmzətdən intiqam almaq qərarımızı poza bilərdik. Biz onu iki gün sonra, yəni cümə namazında öldürmək, süd qardaşlarımızın, Avar xanzadələrinin intiqamını almağı qət etmişik. (Həmzət Avar xanzadələrinə qan udduraraq Avar xanədanını ələ keçirmişdi.)
Qoca dinmir və razılıq hissi ilə çayxananı tərk edir. Bu gənclərdən birisi Hacı Murad idi.Hazırlanan qəsd barədə xəbər tutan İmam Həmzət bayram namazına silahlı adam buraxılmaması haqqında möhkəm göstəriş verir. Lakin qəsd baş tutur. Gənclər Avar xanlarının qatilinin cəsədini yerə sərirlər.
Həmzətin tez (1832-1834-cü illərdə imamlıq etmişdir) sıradan çıxmasının səbəbi onun amansızlığı, Dağıstanın feodal silkinə qarşı liberal mövqeyi, onları öz bayrağı altında birləşdirə bilməməsi idi.
Vəziyyət təcili düzəldilməli, bunun üçün isə təxirə salınmadan yeni imam seçilməli idi. İmamlığa isə Şamildən başqa bir adamın adını çəkmək çətin idi…
İmam Şamil.
Gənclik illəri.
1797-ci ildə Məhərrəm ayının əvvəlində Dağıstanın avarlar yaşayan Gimri aulunda dünyaya göz açmışdır. Əsl adı Əlidir. Uşaqlığında tez-tez xəstələndiyinə görə, valideynləri xalq hikmətinə əsaslanaraq Əli əvəzinə, dayısı Şamilin adını ona veriblər. O, şəriət qanunlarına hələ gənc yaşlarından mükəmməl yiyələnir və bu qanunları pozanlara qarşı barışmaz mövqe tutur.
* * *
Bir dəfə Şamilin yanına Çeçenistandan ağsaqqallar nümayəndəsi gəlir. Onlar Şamilə müharibənin çətinliklərindən, qırğınlardan danışmaq, camaat yığıncağında ruslarla barışıq elan edilməsi, müharibəyə son qoyulması barədə qərar qəbul edilməsini demək istəyirlər. Birbaşa ona müraciətə cəsarət etməyib, anasının yanına gedir, Şamildən bu barədə təvəqqe etməyi ondan xahiş edirlər… Çeçenlərin müraciəti barədə anasını dinləyən Şamil Ulu Tanrı ilə məsləhətləşmədən heç bir söz deyə bilməyəcəyini deyir. Üç gün gecə-gündüz ibadət edib Xaliqdən cavab aldığını deyir… «Kimdən ilk dəfə cihadımızı dayandırıb ruslara təsli olmaq təklifini eşitsəm, ona yüz qırmanc vurulacaq. Bu ilk şəxs mənim anam oldu. Qoy olsun. Allahın iradəsi yerinə yetirilməlidir. Fəqət mənim də ətim, qanım, sümüyüm onunkundan olduğu üçün həmin zərbələri mən qəbul edəcəyəm…»
Anasının ahu-zarına baxmayaraq, Şamil qurşağa qədər soyunub uzanır və qırmanc vuranı xəbərdar edir ki, zəif vursa onu eyni cəza gözləyir. Yüz qırmancı qəbul edir və al qan içərisində ayağa qalxıb dəhşətə gəlmiş çeçenlərə deyir ki, «indi gedin, gördüklərinizi Çeçenistanda danışın.»
* * *
Döyüşlərin birində İmamın igid və sədaqətli dostu və müridi Tahirin meyidi ruslar çəkilənə qədər toxunulmamış qalmış və meyidi tapan anası heç bir şivən qoparmadan sakitcə demişdi:
- Bütün ömrün boyu can atdığın və nəhayət, nail olduğun o gözəl dünyaya uğurlu yol olsun, əziz oğlum!
* * *
Erməni qızı İslamı qəbul edir
İmam Şamilin naibi Haqverdi Mohuma bir çox müvəffəqiyyətli yürüşlər edib rusların tabeliyindəki xeyli kənd və şəhəri alır, əsir və varidat ələ keçirir. Mozdok üzərinə hücum zamanı məşhur erməni taciri İvan Uluxanyanın yaşlı bir rus generalına nişanlı olan gözəl qızı Annanı da əsir alıb, İmama hədiyyə gətirir. Bir rəvayətə görə, müridlər onu Stavropolda kilsədə qaçqınlar içərisində ibadət edərkən ələ keçirmişdilər. Başqa bir məlumata görə, böyük bir cehiz karvanı ilə ər evinə gedərkən qiymətli karvan zəbt edilmiş və Anna da əsir götürülmüşdür. Belə bir məlumat da var: məğlubiyyət görməyən Haqverdi Mohuma Mozdoku tərk etdiyinə görə, İmam tərəfindən cəzalanacağını zənn edib, olduqca həyəcanlanır və güman edir ki, Şamil gözəl Annanı görcək bu qiymətli hədiyyə naminə onun qəbahətini bağışlayar.
Haqverdi Mohuma şəxsi yavərlərinə tapşırıq verir ki, mən İmamın yanına daxil olub səfərimizin nəticəsi barədə məlumat verərkən, Mozdoka görə İmam qəzəblənərsə, elə bu anda qızı içəri ötürərsiniz. Belə də olur. Şamil hətta xəncərini siyirərək onun üzərinə atılmaq istərkən qapı açılır, qız bütün gözəlliyilə otağa daxil olur. Şamil ona baxarkən sanki özünü itirir, gözlərini qolu ilə örtmək üçün xəncər əlindən düşür. Haqverdi Mohumanın – «əvəzində sizə belə bir hədiyyə gətirmişik» sözlərinə əhəmiyyət vermədən qızı üzü divara oturtmağı əmr edir. Erməni olduğunu biləndə qazını çağırtdırır və ona tapşırır ki, əgər bu qız İslamı qəbul etsə, Quranı öyrənsə və avarca danışa bilsə, mən onunla evlənəcəyəm. Bunun üçün qazıya bir il vaxt verir. Onu da əlavə edir ki, əgər qız İslamı qəbul etsə, «Anna» «Şuanət» olmalıdır. Qazı altı aydan sonra xəbər verir ki, qız İslamı dərhal qəbul edib və «Şuanət» olub, Quranı əzbər bilir, avarca təmiz danışır.
Bundan sonra Şamil onunla evlənir.
Belə bir rəvayət var ki, Şamil Kaluqaya sürgün olunarkən qardaşları gəlib Şuanəti valideynlərinə qaytarmaq üçün külli məbləğdə qızıl pul təklif edirlər. Şamil qəzəblə onları qovur. Bununla belə, ixtiyarı Şuanətin özünə verir. Şuanət Şamillə qalmağı üstün tutur.
Şamil həcc ziyarətinə yola düşərkən Şuanət də onunla getmiş Şamilin Mədinədə dəfnindən sonra İstanbula qayıtmış və altı ildən sonra orada vəfat etmişdir.
Heç nə əvvəlki kimi olmur…
Gürcüstan səfərində Şamilin oğlu Qazı Məhəmməd məşhur Sinandali knyazı David Çarcavadzenin ailəsini əsir alır. Gürcüstan gözəli hesab olunan Anna Çarcavadzenin və knyaz xanımı Orbelianinin əsir aparılması bütün Gürcüstanı sarsıdır və çara qədər hamıya ağır təsir bağışlayır. Ən qiymətli qənimət və şöhrətli adamlar Darqoya göndərilir. Çox ciddi nəzarət altına alınmış əsirlərlə bağlı Şamilin öz məqsədi vardı.
Şamil 1839-cu ildə Axulqo mühasirəsi zamanı girov götürülmüş oğlu Camaləddini bir an belə unuda bilmirdi. Əsirlərin götürülməsi Şamildə bu hesaba oğlunu xilas etmək ümidi yaratmışdı. Odur ki, çarın və gürcü knyazlarının hər cür təklifləri rədd edilirdi. Əlacsız vəziyyətə düşən çar əsirlərin dəyişdirilməsi təklifini qəbul etmək məcburiyyətində qalır.
Dəyişmə günü Camaləddin, iki nəfər rus zabitinin müşayiəti ilə çayın bu biri sahilinə, xanımlar da o biri sahilinə gətirilirlər…
Şamil oğlu Camaləddin ona yaxınlaşarkən illərdir girov olan övladını bağrına basır, göz yaşlarını saxlaya bilmir. Lakin ilk andan oğlunda soyuqluq hiss edir. Şamilin təşvişi əsaslı imiş. Altı yaşından Sankt-Peterburqda saray həyatına qaynayıb-qarışan Camaləddin Vətən, Savaş, İslamla bağlı hər şeyə biganələşmişdi. O, buralara uyuşa bilmir, ürəyində atasına onu bu bəlaya saldığına görə irad tuturdu.
Şamilin sevinci böyük dərdə çevrilir. Oğlunun tamamilə rus tərzində düşündüyünü açıq-aşkar hiss edirdi… Şamil onun təslim barədə təklifinin nə ilə cəzalandırıla biləcəyini Camaləddinə xatırladır. Naiblər şurasını çağırıb ona ölüm cəzası tələb edir. Camaləddin boynunu əyib hər şeyə hazır olduğunu bildirir. Lakin Qazi Məhəmməd ölüm hökmünün sürgünlə (Karata auluna) əvəz edilməsinə razı olur. Karata çox gözəl yer olsa da, Camaləddin gözəl bir qızla evləndirilsə də, Qazi Məhəmməd onu böyük məhəbbətlə əhatə etsə də bunlar ona kömək etmir. Camaləddin gündən-günə zəifləyir. Dünya ilə bütün əlaqələri kəsilir. Bir ildən sonra vərəm onu tam haqlayır.
Şamil təlaşa düşür. Tiflisdən, Temirxanşuradan həkimlər gətizdirir, bir nəticə vermir. İki il sonra Camaləddin 31 yaşında dünya ilə vidalaşır.
Şamilin təslim edilməsi
1859-cu ilin avqustunda Baş Qunib mühasirəyə alınır. Baş komandan qan tökülməsinə yol verməmək üçün Şamilin yanına bir daha elçi göndərib silahı yerə qoymağı, bununla da bütün ailəsi və müridləri ilə birgə istədiyi ölkəyə getməyi təklif edir. Şamil razılıq vermir və tələb edir ki, onun Məkkəyə getməsinə tam sərbəstlik verilsin. Əks təqdirdə, Allaha bel bağlayaraq qılıncımızı itiləyəcək və yenə vuruşacağıq. Knyaz A.İ.Baryatinski Qunibin mühasirəsinə əmr verir. Hər iki tərəfdən böyük qırğın baş verir. Knyaz Baryatinski döyüş xəttinə gəlib atəşi dayandırır və bir daha Şamilə təslim olmağı təklif edir. Son dəfə on beş dəqiqə vaxt verilir.
Nəhayət, bir dəstə ixtiyar üləma Şamili dövrəyə alıb: – Bizi yaxşı eşit, İmam! Hər şeyimiz qurtarıb. Bir üskük barıtımız belə yoxdur. Dini biz də sənin qədər bilirik. Buradakı günahsız uşaqları, qadınları, qocaları məhv etməyə sənin mənəvi ixtiyarın yoxdur. Aclığa qarşı hamımız qarnımıza daş bağlayırıq. Sənin görə bilmədiyin işi Allah bəlkə gələcəkdə övladlarına nəsib etdi. Sən onları ölümə verməklə bundan niyə məhrum edirsən. Ruslar bizə sərbəst çıxıb getmək imkanı verirsə, bu fürsəti niyə əldən buraxmalıyıq?
Şamilin başı əyilmişdi, deyəcəyi ilk sözü tapa bilmirdi.
Nəhayət:
- Bu təklifinizə hamınız fətva verirsinizmi?
Hamı təsdiq etdi.
Şamil:
- Döyüşü davam etmək istəyən varmı?
Dinən olmur.
Həyacanlanmış Şamil öz fikirlərilə çırpınır: bir tərəfdə şərəflə Allah dərgahına getmək, Məhəmmədin ona vəd etdiyi cənnət, digər tərəfdə rüsvayçılıq!
Şamil sağ qalmış axırıncı müridlərinə nəzər salarkən hiss edir ki, miskin baxışlarında nəsə bir yalvarış var, sülhü üstün tuturlar. Ailəsinin, başqa qadın və uşaqların hıçqırıqları da bunu deyirdi. Odur ki, təslim olmağı qərara alır…
…Şamil elçi göndərərək xahiş edir ki, müsəlmanları geri çəksinlər, onun təslim olmasını görməsinlər.
Nəhayət,dəstənin önündə onun uca boyu,şux qaməti görünür.İri ağ çalması onun qamətinə xüsusi əzəmət verirdi.Ağır-ağır addımlayan atı da sanki bu kədərli anı hiss edirdi.Ordunun sıralarında «odur,odur!» deyən pıçıltılar başlanmışdı.
Şamil atdan düşüb daş üstündə oturmuş knyaz Baryatinskiyə yaxınlaşıb deyir:
-Sərdar, mən artıq qocalıb yorulmuşam ,ona görə də təslim oluram!
Şamil və ətrafındakılar Temirxanşuraya gətirildilər. Şamilin müqəddəs mübarizədə tək qoyulması bütün qafqazlılarda peşmançılıq yaratmışdı. Onlar:-Sən getdikdən sonra biz nə etməliyik?Həsrətmi çəkməliyik?-deyə soruşurdular.
Şamil başsız qalan pərişan insanlara belə cavab verir:
-Xeyr,yerlərinizdə imanla qaim olaraq qalın.Vətənin bir gün hürriyyət və istiqlala qovuşacağına etiqadınızı itirməyin.
Toplayan: Ülkər Məmmədova
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2411
Cümə imamının şücaəti
Mən cümə gününün hadisəsini unutmaram. O, çox əzəmətlə, nurla və müqavimətlə keçdi; belə təmkinlə gələn səslərlə və atəş səsi ilə. Mən baxırdım, xüsusən, baxırdım camaat nə vəziyyətdədir. Gördüm ki, bir nəfərdə belə süstlük yaranmayıb və o zaman cümə imamı (Ayətullah Xamenei) o qədər uca səslə danışırdı, camaat elə dinləyirdi... Onlar şüar səsləndirirdilər ki, biz şəhadət üçün gəlmişik!
İmam Xomeyni
Cümə namazında ağanın şücaəti
Müharibə zamanı Ayətullah Xamenei prezidentlik vəzifəsini yerinə yetirməklə yanaşı, həm də Tehranın cümə imamı idi. Bir gün o, cümə namazı xütbələrini söyləyərkən, düşmənlər qabaqcadan hazırladıqları bombanı partlatdılar. Partlayışdan dərhal sonra o, əlini yuxarı qaldırdı və xütbələri davam etdirdi. Onun təmkinliliyi və sakitliyi göstərirdi ki, bu hadisə ağanın uca və yüksək əhval-ruhiyyəsini sındırmaqda heç bir təsirə malik deyil. Camaat da mətanət və vüqarla dərhal cümə namazının nizam-intizamını bərpa etdilər. Onun cümə namazı və xütbələri davam etdirildi, elə bir heç bir hadisə baş verməyib. Halbuki orada çoxlu insan şəhid edilmişdi, bədənləri parçalanmışdı. Camaat onların tikə-tikə olmuş bədənlərinə baxırdılar. O səhnə İslam inqilabının unudulmaz səhnələrindəndir.
Höccətül-İslam Məhəmmədi İraqi
İyirminci kameranın dustağı
Mən 18-ci kamerada, cənab Xamenei isə 20-ci kamerada idi. Həbsdə xəbərlərimizi bir-birimizlə bölüşürdük. SAVAK işçiləri cənab Xameneinin saqqalını qırxmışdılar ki, təhqir üçün sillə vursunlar. Bu hərəkət onun muqavimətçi ruhiyyəsini bir zərrə də sarsıtmadı, o, çox möhkəm və müqavimətlə dustaq paltarını başına dolayır və həbsxanada get-gəl edirdi. Bir gün onu həbsxananın həyətində gördüm. Çox şad idi, sevinirdi, bu sevinc onun yüksək əhval-ruhiyyəsini göstərirdi.
Şəhid Məhəmmədəli Rəcai
Zalımların yuxusunun kabusu
Böyük Rəhbərin çıxışları və cümə namazındakı çıxışları çox məzmunlu, faydalı və dərin elmi, əxlaqi və siyasi dərslərə malikdir. Onun inqilabdan öncəki kəskin və inqilabçı çıxışları rejim əleyhinə vulkana və zalımların yuxusunun kabusuna çevrilmişdi.
Onun əzəmətli mərdliyi və misilsiz şücaəti indiki çıxışlarında da aşkar görünür, İslam inqilabı və tağut rejiminin devrilməsi yolundakı parlaq keçmişinin göstərir. Onun hökumət və fəqih vilayəti haqqındakı sözləri insana həzrət İmam Xomeyninin Nəcəfdə dediyi xaric (ali ixtisas) dərsini xatırladır. Elə bil, həmin dərslər bu gün Əzəmətli Rəhbərin səlis nitqi ilə camaata çatdırılır.
Şücaət və qorxmazlıq
1977-ci ildə həzrət Ayətullah Xamenei müqəddəs Məşhəddə idi. Həmin il İslam inqilabının şah əleyhinə qarşı hərəkatı gücləndi. O, uyğun hərəkatda mitinqlərin və çıxışların əsas təşkilatçısı hesab olunurdu. Şah rejimi Böyük Rəhbəri tutub İranşəhrə sürgün etdi.
Mən 1978-ci ildə İranşəhrə gedib onu ziyarət etdim. Onun evində nisbətən böyük bir otaq var idi, bölgələrdən görüşünə gələn cavanlar və tələbələr orada qalırdılar. Görüşlər siyasi məclisə çevrilirdi. Hərə bir tərəfdən sual verir və Əzəmətli Rəhbər heç nəyi nəzərə almadan, iclasda iştirak edən SAVAK casuslarını görmürmüş kimi siyasi məsələləri çox qətiyyətlə və aydın şəkildə bəyan edirdi. Mən o gün bu böyük şəxsiyyətin şücaətinə və qorxmazlığına mat qaldım və o məclisdən elə əhval-ruhiyyə ilə çıxdım ki, onu və Böyük Rəhbərin həqiqətləri deməkdə qeyri-adi şücaətini unutmayacağam.
Höccətül-İslam Məhəmməd Məhəmmədi İştihardi
Sürgündə mübarizə
Böyük Rəhbər İslam inqilabının qələbəsindən öncəki mübariz və inqilabçı ruhanilərərdən idi. Onun həyatının bir hissəsi hövzə işlərinin, tədris və təhsilin yanında şah rejimi ilə mübarizədə keçmişdir. O bu yolda həbsdən və sürgündən qorxmurdu, dəfələrlə tutulmuş və sürgün edilmişdir.
Onun sürgün edildiyi yerlərdən biri İranşəhr rayonu idi. Ağa sürgündə də sakit dayanmır və mübarizəsini davam etdirirdi. İmamın rəşadətli oğlu Hacıağa Mustafanın qırxından sonra o, çox mühüm bir ideyaya imza atdı. O, İranşəhrdə sürgündə olan bir neçə nəfərlə birgə, təqlid mərcələrinə bir məktub ünvanladı. Orada İmamın rəhbərliyi qeyd olunmaqla yanaşı, şah rejiminin fəsadları ifşa olunurdu. Qərara alındı ki, bu məktublar ölkədə sürgündə olan digər alimlər tərəfindən də imza olunsun. Bu iş hərəkət rəhbərlərini bir-birindən uzaqlaşdırmaq istəyən düşmənin planını zərərsizləşdirməkdən əlavə, hökumətə göstərirdi ki, sürgün heç zaman onları mübarizədən saxlaya bilməz.
Mən Böyük Rəhbər tərəfindən məktubları sürgün bölgələrinə aparmağa seçildim. Alimlər onu imzamalı idilər və sonra Qumdakı qırx mərasimindən qabaq bütün ölkədə yaymalı idim. Bu yenilik cəmiyyətə çox böyük təsir bağışladı və düşmənə göstərdi ki, Böyük Rəhbər heç zaman sürgündən qorxmur və bütün hallarda öz vəzifəsini yerinə yetirir.
Höccətül-İslam İbrahim Razini
Haqq yolu
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2856

Bu böyük İslam mütəfəkkiri, hal-hazırda imam Xomeyni adına təhsil və araşdırmalar mərkəzində müdir vəzifəsində çalışır. 1369-cu ildə İranın Xuzistan vilayəti tərəfindən, sonralar isə Tehran tərəfindən “Xübreqan” məclisinə nümayəndə seçilmişdir. O, müxtəlif və çox saylı əsərlərin o cümlədən, İslam fəlsəfəsi, ilahiyyat, əxlaq və İslam sxolastikası elminə aid əsərlərin müəllifidir. Bu əsərlərdən bir neçəsi Azərbaycan dilinə tərcümə olunmuşdur.
Tərcümə etdi: Fariz İslamyilov
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2310

Seyyid Cəmaləddin Əsədabadi
Seyyid Cəmaləddin Əsədabadi 1254-cü il şaban ayında atasının dini rəhbərliyini öhdəsinə götürdüyü Hüseyni seyyidlər yaşayan Həmədanın Əsədabad şəhərində nəcib və şərafətli bir ailədə dünyaya göz açmışdır.
Seyyid Cəmaləddin kiçik yaşlarından dərin düşüncəli, ağıllı və şüurlu bir insan idi. Uşaq olmasına baxmayaraq oynadığı oyunları belə düşüncə və ağıla malik olduğunu göstərirdi.
Təhsili
Seyyid Cəmaləddin beş yaşından başlayaraq ata-anasının yanında Quran oxumağa başlayaraq az bir müddət ərzində ərəb ədəbiyyatının ilkin məlumatlarına yiyələndi.
Yaşadığı məntəqədə təhsilini artırmaq üçün lazımi şərait olmadığından bir müddət sonra atası seyyid Səfdər ilə birlikdə Qəzvin şəhərinə yola düşdü. Dörd il müddətində Qəzvin şəhərində qalaraq bu şəhərdə yerləşən elmi hovzələrdə ərəb ədəbiyyatı, məntiq, üsul və fiqh kimi müxtəlif elmlərə yiyələndi.
Seyyid Cəmaləddin bir müddət Qəzvində təhsil aldıqdan sonra 1266-cı ildə atası ilə birlikdə Tehrana səfər edir. Bir müddət istirahət etdikdən sonra Seyyid o dövrün tanınmış və böyük müctəhidi olan Seyyid Muhəmməd Sadiq Təba-təbai Həmədani cənablarının sorağına gedərək, o böyük alimin dərslərində iştirak edir.
Seyyid Cəmaləddinin elm baxımından dahiliyi ilə yanaşı əxlaqi fəzilət və kamalı sürətlə Tehran şəhərini əhatə edir.
Nəcəfə səfər
Seyyid Səfdər az bir zamanda Tehranda qaldığı müddət ərzində oğlunun elmi mərhələlərdə inkişaf etməsi üçün yüksək istedad və ruhiyyəyə malik olduğunun şahidi oldu. Bu səbəbdən onu elm dəryasından bəhrələnməsi üçün islam elmləri hovzəsinin mərkəzi olan “Müqəddəs Nəcəf” şəhərinə aparmaq qərarına gəlir.
Seyyid Cəmaləddin 1266-cı hicri ilində atası ilə birgə Tehrandan Nəcəf şəhərinə doğru hərəkət edir. Üç ay Brucerd şəhərində qaldıqdan sonra Müqəddəs Nəcəf şəhərində Şeyx Murtaza Ənsarinin xidmətinə yetişir. Seyyid dörd il müddətində təfsir, hədis, fiqh, üsul, məntiq, riyaziyyat, tibb və digər elmlərdə təhsil almağa məşğul olur. Bu dörd il müddətində seyyid Cəmaləddinin yaşayış xərclərini Şeyx Ənsari öz öhdəsinə götürür. Nəhayət seyyidin elm dərəcələrini təsdiq edərək Şeyx şəri işlərdə ona hökm vermə icazəsini verir.
Seyyidin sürətlə elmi nəaliyyətlərə yiyələnməsi və dahiliyi Nəcəf, Kərbəla və Samirra alimlərinin heyrətinə səbəb olur. 1270-ci hicri ilində Seyyid bəzi səbəblərdən ustadının məsləhəti ilə Hindistanın Bombey şəhərinə yola düşür.
Səfərləri və siyasi fəalİyyətləri
Seyyid 16 yaşında ustadının məslhətinə əsasən etibarlı və inamlı alimlərdən biri ilə su yolu ilə Hindistanın Bombey şəhərinə daxil olur. Amma bu şəhərin elmi bir şəhərdən çox ticarət şəhəri olduğundan seyyidin ürəyinə yatmır və bu səbəbdən az bir müddətdən sonra
” İslam aləminin bu böyük siyasi və dini aliminin pak cəsədi İstanbul şəhərində “Şeyxlər məzarı” qəbristanlığında yerləşir. “
Hindistanın mərkəzi şəhərlərinə tərəf yola düşür.
Seyyid 2 il bu şəhərdə yaşadığı müddət ərzində müxtəlif elmi şəxsiyyətlərlə keçirdiyi görüşündən və əhalinin ümumi yaşayışını müşahidə etdikdən sonra, bəlkə də Hindistanın əyalətlərinin birindən belə kiçik olan Britaniya dövlətinin Hindistanı asanlıqla başdan-başa ələ keçirərək müstəmləkə etməsini və Hindistanın maddi və mənəvi dəyərlərni qarət etməsini aydın şəkildə anlamışdı.
Bundan sonra seyyid öz siyasi və islahatçı fəaliyyətlərini başladı və müstəmləkə düşmənin istedad və uğur sirlərini araşdırmaqla yanaşı, müsəlmanların zəif olma səbəblərini təhlil edir və bu problemin aradan qaldırılması üçün gecə- gündüz çalışırdı.
Bundan əlavə seyyid Əfqanıstan, Misr və Türkiyə kimi ölkələrdə olmuş və yaşadığı şəhərlərin alimləri ilə elmi bəhslər etmiş və müxtəlif tələbələr yetişdirmişdir.
Sonda Seyyid Hindistan, İngiltərə və Fransaya elmi və siyasi səfərlərindən sonra Nasirəddin şah tərəfindən dəvət alaraq 1304-cü ilin rəbiul-əvvəl ayında Tehrana gəldi. Amma çox keçmədi ki, rus siyasətçilərindən dəvət almış seyyid şah və ətrafında olan bəzi nadan şəxslərin paxıllıqlarını gördükdə həmən ilin şaban ayı Moskva şəhərinə yola düşərək bir müddət orada qalır.
Nəsrəddin şah əvəlki hərəkətindən peşimançılıq hissi keçirərək seyyidi yenidən İrana dəvət edir. Seyyid 1307-cü hicri ilinin rəbius-sani ayında İrana qayıdır. Amma şahın bu mehribançılığı çox çəkmir və Britaniya hökumətinin təkidi ilə seyyidin fəaliyyətləri dayandırılır. Seyyid etiraz əlaməti olaraq Rey şəhərinə gedərək orada öz fəaliyyətini davam etdirir.
Amma burada da onu rahat qoymadılar və şahın göstərişi ilə Rey şəhərinin hakimi “Muxtarxan” tərəfindən 1308-ci ilin cəmadil- əvvəl ayında şəhərdən çıxarıldı.
Seyyid həmən ilin şaban ayı İraqa və oradan Londona səfər edir. Bir müddən orada qaldıqdan sonra Sultan Əbdül- Həmidin dəvəti ilə Osmanlı Hakimiyyətində siyasi islahatlar aparmaq məqsədi ilə 1310-cu ildə Türkiyəyə daxil olur.
Sultan Həmin ilk öncələr öz hakimiyyətini möhkəmlətmək və gələcəkdə İslam dünyasının xəlifə olması arzusu ilə Seyyidlə həmkarlıq edir, amma sonralar Seyyidin düşüncələrinin onun düşündüklərindən daha üstün və geniş əhatəli olduğunu düşünüb seyyiddən ayrılmaq qərarına gəlir.
Vəfatı və qəbri
Seyyid Cəmaləddin Əsədabadi hicrətin 1314-cü ilndə naməlum səbəbdən dünyasını dəyişmişdir. İslam aləminin bu böyük siyasi və dini aliminin pak cəsədi İstanbul şəhərində “Şeyxlər məzarı” qəbristanlığında yerləşir.
Müəllif : Cahangirzadə Azəri
Mənbə: IslamTimes.org (Azəri bölməsi)
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 2476
Böyük fəqih, tanınmış filosof Ayətullah Cahangirxan Qaşqayi hicri-qəməri təqvimi ilə 1243 (1822)-cü ildə İsfahanın yaylaq şəhəri Səmirəmdə dünyaya göz açıb.
Cahangir xan cavanlıq çağlarında Səmirəmdə bir neçə il təhsil alıb. Daha sonralar isə köçəri tayfalara qoşulub. O, adətən tar çalıb, Şahnamə oxuyurmuş. Lakin elmə sonsuz marağı onu təhsil almağa sövq edib. Köçərilərlə birgə təhsil almaq mümkün olamdığından onlardan ayrılıb və həmişəlik İsfahanda qalaraq təhsilini davam etdirib.
Ayətullah Qaşqayinin dini təhsilə başlamasının ibrətamiz hekayəti var: Yay fəslində Qaşqay köçəriləri yaylağa köçmüşdülər. Cahangirxan digər köçərilərlə birgə özünə lazım olan əşyaları almaq üçün İsfahan şəhərinə gedir. Bu zaman o, sınmış tarını da tarsaza göstərmək qərarına gəlir. Ətrafdakı şəxslərdən birindən (Bu şəxs böyük arif və şair Humay Şirazi idi) tarsaz dükanı yerini xəbər alır. Humay Şirazi ona tarsazın dükanını göstərdikdən sonra deyir: "Tarın təmirə ehtiyacı olduğu kimi, insan nəfsinin də təmirə ehtiyacı var. Get elmlə məşğul ol ki, o, ən yaxşı əməldir". Şirazinin sözündən bərk təsirlənən Qaşqayi köçərilərdən ayrılıb, İsfahanın "Sədr" mədrəsəsində təhsilə başlayır. O, 40 yaşında təhsilə başlasa da dövrün ən böyük filosoflarından biri olur.
O, İsfahanda mərhum Ayətullah Məhəmmədrza Səhba Qumşeyinin xüsusi tələbələrindən idi. Ayətullah Qumşeyi Tehrana hicrət edərkən Qaşqayi də onunla birgə səfər edir.
Ayətullah Cahangirxan müxtəlif ustadlardan təhsil alıb. Yuxarıda qeyd etdiyimiz kimi, Ayətullah Məhəmmədrza Səhba Qumşeyi onun xüsusi müəllimi olub. Qumşeyi İsfahanın tanınmış filosof və airflərindən sayılırmış. Cahangirxanın digər ustadları sırasında Vəli Hüsyünəli Tubsərkani, Hac Şeyx Məhəmmədbaqir Nəcəfi Məscidşahi, Molla Heydər Səbbağ Ləncani, Mirzə Məhəmmədhəsən Nəcəfi, Molla İsmail İsfəhani, Mirzə Əbdülcavad Həkim Xorasani kimi şəxsiyyətlərin adı mövcuddur.
Əqli və nəqli elmlərdə, xüsusi ilə fəlsəfədə böyük elmi dərəcəyə nail olan Ayətullah Cahangirxan Qaşqayi İsfahanın Sədr mədrəsəsində tədris etməyə başlayıb. O, həftədə iki gün riyaziyyat və astronomiya, bəzən isə Nəhcül-bəlağədən dərs verib. Habelə, o, dini mədrəsələrdəki ali dərsləri də tədris edib. Ayətullah Qaşqayinin tələbələri sırasında Molla Məhəmməd Cavad Ayinəyi, Seyid Məhəmmədəli Əbtəhi Sədəhi, Mirzə Cavad İbnurrza, Üsuli-fiqh elminin böyük ustadlarından olan Aqa Ziyauddin Əraqi, Hacaqa Rəhim Ərbab, Abdullah İşraq, Mirzə Mustafa Cəfər Təyyari, böyuk Şiə mərcəyi-təqlidlərindən olan Seyid Əbulhəsən İsfəhani, şeyx Noxudəki adı ilə məşhur olan Şeyx Həsənəli İsfəhani, Mirzə Məhəmməd Baqir İmami, Hüsyen Əmin Cəfəri Dəhqani, Əsədullah İzəd Gəşsəb, Şiə dünyasının böyük müctəhidi Seyid Hüseyn Burucerdi, Əli Bafqi, Məhəmməd Həsən Biçarə Bidəxti, Mirzə Mehdi Bidabadi İsfəhani, Seyid Salif Təvəssüli Tarmi, Hac Mirzə Məhəmməd Əli Həkim İlahi Sultanabadi, Məhəmmədəli Xansari, Seyid Məhəmməd Rəzəvi Kaşani, Məhəmmədəli Zahid Qumşəyi və s. kimi alimlərin adlarını çəkmək olar.
Ayətullah Cahangirxanı tanıyanlalrın dediklərinə görə, ömür böyu heç kəs onun qəzəblənməsini, kobud söz dilə gətirməsini görməyib. Öz cavanlıq ruhiyyəsini heç vaxt unutmayıb. Qocalıq çağlarında da at çapmağa, tir atmağa maraq göstərirmiş. Sağlamlığını qorumaq üçün hər gün müəyyən məsafəni piyada qət edirmiş. Sədr mədrəsəsinin tələbələri onu mehriban ata kimi sevirmişlər.
Ayətullah Burucerdi bu böyük filosof haqqında deyir: "Biz kənc olarkən gizli şəkildə onun "Əsfar" (Molla Sədranın məşhur əsəri) dərsində iştirak edirdik".
Mərhum şeyx Abbas Qumi deyir: "Həkim Qəşqayi gözəl alim, fazil mütəfəkkir idi. Əqli və nəqli elmlərdə, irfanda kamala çatmışdı. O elm və əməldə elə uca məqama yiyələnmişdi ki, müxtəlif şəhərlərdən böyük alimlər onun dərsində iştirak etməyə gəlirdilər".
Hacaqa Rəhim Ərbab deyir: "Mərhum Xan yəqində bənzərsiz idi, mən eləsini görməmişəm. Fəlsəfə, əqli, nəqli elmləri mükəmməl bilirdi. Çox gözəl əxlaqlı idi, tələbələrlə çox mehriban davranırdı, onların tərbiyəsi ilə ciddi məşğul olurdu. Həftənin üçüncü günlərində yalnız əxlaq dərsi verirdi. Gözü tox adam idi. Ehtiyaclı olduğu halda belə heç kəsdən pul almazdı. İrfanı mükəmməl bilirdi. Özü də əsl arif idi".
Aqabozorg Tehrani yazır: "Cahangirxan böyük səyi nəticəsində elmin ən böyük zirvəsini fəth etdi. Hətta başqa ölkələrdən ondan dərs almağa gəlirdilər".
Ayətullah şəhid Mürtəza Mütəhhəri yazır: "Mərhum Xan, elm və fəlsəfədə əldə etdiyi yüksək məqamdan əlavə, həm əxlaqi dqəiqliyi və həm də təqvası ilə hamıya örnək olmuşdur. Ömrünün sonuna qədər sadə sibas geyinirdi. Şagirdləri, tanışları onu həddindən artıq çox sevirdilər".
Ayətullah Cahangirxan Qaşqayi qaraciyər xəstəliyindən hicri-qəməri təqvimi ilə 1327 (1906 m) -ci ildə 85 yaşında Sədr mədrəsəsində vafat edib. Təntənəli dəfn mərasimi, Ayətullah Məhəmmədtəqi Nəcəfinin qıldığı meyyit namazından sonra "Aqaseyd Məhəmməd Türk" təkyəsində dəfn edilib. Allah ona rəhmət eləsin.- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 4617

Cənab Ayətullah Məkarim Şirazi 1927-ci ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur.
Elmə maraq
Cənab ustadın ailə üzvləri arasında ruhani olmasa da, İslam maarifinə eşqi onu bu iftixarlı sahəyə sövq etmişdir. Ustad təqribən 14 yaşında Şirazın Ağababaxan mədrəsəsində dini təhsilə başlamışdır. Qısa bir müddətdə sərf, nəhv, məntiq, məani, bəyan və bədii sahəsində zəruri biliklərə yiyələnmişdir. Daha sonra fiqh və üsulla məşğul olmuş, fövqəladə istedadı sayəsində 4 il müddətində müqəddimə, orta və ali səth dərslərini başa çatdırmışdır. Həmin illərdə Şiraz elmi hövzəsinin tələbələri də onun biliyindən faydalanmışlar. Ustad özü təhsil almaqla yanaşı bəzən bir gündə 8 sinifdə tədrislə məşğul olmuşdur.
Cənab ustad 18 yaşında ikən Qum elmi hövzəsinə daxil olmuşdur. Həmin vaxt dövrün böyük ustadları Ayətullah-üzma Bürucerdi, başqa ayətullahların dərsindən 5 ilə yaxın bəhrələnmişdir.
Gənclik dövründə hicrət
Cənab ustad böyük müəllimlərin düşüncələri ilə tanışlıq üçün hicri-qəməri 1369-cu ildə Nəcəf elmi hövzəsinə hicrət etmişdir. Orada Ayətullah Həkim, Xoyi, Seyid Əbdül Hadi Şirazi və başqa böyük ustadların dərslərində iştirak etmişdir.
Hövzənin qədim ənənəsi
Cənab ustad 24 yaşında ikən Nəcəfin iki böyük aliminin hüzurunda ictihad dərəcəsinə çatmışdır.
Quma qayıdış
Böyük ustad hicri-şəmsi 1330-cu ilin şəban ayında İrana qayıtmış, müqəddəs Qum şəhərində məskunlaşmışdır.
Yeni hövzə, yeni dərs
Cənab Ayətullah-üzma Məkarim Şirazi İrana qayıtdıqdan sonra üsul və fiqh dərsləri, ali səth dərsləri ilə məşğul olmuşdur. Hövzə 55 ilə yaxındır ki, ustadın xaric dərslərindən bəhrələnir. O bir çox mühüm fiqh kitablarını tədris etmiş, onlarda düzəlişlər aparmışdır. Hazırda cənab ustadın xaric dərsi ən çox dinləyicisi olan dərslərdəndir. Bu dərslərdə 2 minə yaxın tələbə və alim iştirak edir. Cənab ustad gənclik dövründən başlayaraq müxtəlif sahələrlə bağlı, o cümlədən əqidə, İslam maarifi, vilayət, təfsir, fiqh və üsul mövzusunda kitablar yazmışdır. Cənab Ayətullah-üzma Məkarim Şirazi İslam dünyasının böyük qələm sahiblərindən sayılır.
Siyasi həyat
Cənab ustad İslam inqilabında fəal iştirak etmişdir. Bu fəaliyyətlərinə görə dəfələrlə həbsə alınmış, Çabhar, Mehabad, Hənarək şəhərlərinə sürgün edilmişdir. Ustad ilk xibrə məclisinin əsas qanununun hazırlanmasında fəal iştirak etmişdir.
Cənab ustadın dəyərli xidmətləri
Zalım rejim hiss edirdi ki, Qum elmi hövzəsi ümumi bir nəşriyyəyə ehtiyaclıdır və bu nəşriyyə çoxsaylı fitnəkar nəşriyyələrin şübhələrini cavablandıra bilər.
Cənab ustad bir sıra alimlərlə həmkarlıq edib “İslam məktəbi” adlı aylıq nəşriyyəni çap etməyə başladı. Bu nəşriyyənin yayılmasına Qum elmi hövzəsinin böyük ustadları yardım göstərirdi. “İslam məktəbi” nəşriyyəsi şiə dünyasında görünməmiş bir xidmət idi. Yayım baxımından bu nəşriyyə elmi və dini jurnallar arasında bütün İslam dünyasında birinci yerdə dayanırdı.
Cənab ustadın əsərləri
Cənab Ayətullah-üzma Məkarim Şirazinin 132 cild kitabı nəşr olunmuşdur. Bu kitablardan bəziləri 30 dəfədən artıq təkrar çap edilmişdir. Kitablardan bir hissəsi dünyanın on dilinə tərcümə edilib, müxtəlif ölkələrdə yayılmışdır. Həmin əsərlərlə tanış olaq:
1. “Qurani-məcidin aydın və rəvan tərcüməsi”;
2-28. “Təfsiri-nümunə”;
29-38. “Quran bəyanının mövzu təfsiri”;
39, 40. “Təfsirul-mizan”ın tərcüməsi;
41-43. “Quranda əxlaq”;
44. “Filosofnümanlar”;
45. “İslamda müdiriyyət və komandanlıq”;
46. “Dünyanın ən üstün xanımı Zəhra (s. ə.)”;
47. “Əxlaq işığında həyat”;
48. “Haqq cilvəsi”;
49. “Ruhlarla rabitə”;
50. “Dini suallar və cavablar”;
51. “İslam iqtisadiyyatının əsas yönümləri”;
52. “Dindarlıq amilləri”;
53. “Allahı necə tanıyaq?”;
54. “Varlığı yaradan”;
55. “Böyük rəhbərlər və məsuliyyətlər”;
56. “Quran və son Peyğəmbər (s)”;
57. “Məad və ölümdən sonrakı həyat”;
58. “Müsəlmanın əqidəsi”;
59. “Böyük Mehdi (ə. c.) inqilabı”;
60. “Unudulmuş dəyərlər”;
61. “Marksizmin süqutu”;
62. “Təkamülün son fürsətləri”;
63. “Bizim ainlərimiz”;
64. “Gənclər üçün 50 əqidə dərsi”;
65. “Təhlükəli əyləncələr”;
66. “Namaz ali tərbiyə məktəbidir”;
67. “Merac, şəqqül-qəmər...”;
68. “Varlığın müəmması”;
69. “Şəhadət fəlsəfəsi”;
70. “Şərqin gerilik səbəbləri”;
71. “İslamın çöhrəsinə xülasə baxış”;
72. “Allah axtarışında”;
73. “Gənclərin cinsi problemləri”;
74. “İslamdan nəyi bilməyik?”;
75. “Materializm və kommunizm haqqında”;
76. “Quran və hədis”;
77. “Təqlid, yoxsa təhqiq”;
78. “Xüms istiqlalın sütunudur”;
79. “İntizar məsələsi”;
80. “Rəy əsasında təfsir”;
81. “Ciddi mübarizə üçün təqiyyə”;
82. “Bu məsələ bütün gənclərə aiddir”;
83. “İslam və qulların azadlığı”;
84. “Həyatdan 150 dərs”;
85. “Nümunəvi ailədə qayğı”;
86. “İslam hökuməti proqramı”;
87. “Müqəddimə vəhy risaləsi”;
88. “İltiqat və iltiqatiha”;
89. “İmam Rizanın (ə) tarixi”;
90, 91. “Nəhcül-bəlağədə İslam əxlaqı”;
92. “Şəriət məsələləri risaləsi”;
93. “Gənclərin hökmləri risaləsi”;
94. “Qadınların hökmləri risaləsi”;
95. “Həcc mərasimi”;
96, 97. “Yeni istiftaat”;
98-100. “Hidayət nuru”;
101. “Ürvətul vüsqaya şərh”;
102, 103. “Fiqh qaydaları”;
104-108 “Ənvarul-füqahə”;
109-111. “Ənvarul-üsul”;
112-114. “İmamın tapşırığı” (Nəhcül-bəlağənin şərhi);
115. “Sələm və İslamda bank”;
116. “Sələmdən uzaqlıq yolları”;
117. “Quranın gözəl məsəlləri”;
118. “Əbədi öyüdlər”;
119. “Əxlaq sayəsində sağlam cəmiyyət”;
120. “Mühüm fiqh məsələləri”;
121. “Hökmul-əzhiyə”;
122. “Fərdi ümrə”;
123. “Xanımların Həcci”;
124. “Həccin ümumi ayinləri”;
125. “Həzrət Mehdinin (ə. c.) ümumdünya hökuməti”;
126. “Gənclərin sorağınca”;
127. “Həzrət Əlinin (ə) buyuruqlarından 110 öyüd”;
128. “Ayın görünməsi ilə bağlı bir neçə mühüm nöqtə”;
129. “Şəri hiylələr və düzgün çıxış yolu”;
130. “Vilayət ayələri”;
131. “Yeni Məfateh”;
132. “Cəzalandırma”.
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Dini
- Gösterim: 5103
Möminlər anası həzrəti Xədicə
İslam dini tarixində şücaətli, səxavətli, öz dini üçün varlığından keçən qadınlardan danışanda üç qadın insanı heyrətə salır. Görəsən o şücaətli qadınlar kimlərdir və onlar kimdən dərs alıblar?
Bu suala belə cavab vermək olar. "O qadınlar Allahın öz peyğəmbərini onlara ustad seçdiyi, islam dinində xidmət etmək üçün sevib seçdiyi bəndələri idi." O qadınların birincisi Allahın rəsulunun həyat yoldaşı həzrəti Xədicə idi. O, islam dininə ilk iman gətirmiş və bu din uğrunda uzun illər boyu əldə etdiyi sərvətini sərf etmişdir. O qadınların ikincisi həzrəti Xədicənin qızı xanım Zəhradır (s). Şücaətdə, ismətdə, möminəlikdə, xülasə dünya qadınlarına nümunə olmaqda, onun misli yoxdur. O qadınların üçüncüsü isə xanım Zəhranım qızı, İmam Hüseynin gözü yaşlı bacısı, səbri ilə səmada mələkləri heyrətə salan, Kərbəla qəhrəmanı və qəhrəmanlar anası xanım Zeynəbdir. Amma bizim söhbətimiz bu ilahi qadınların anası olan həzrəti Xədicə haqqında olacaq.
Həzrəti Xədicə besətdən 55 il qabaq təkallahlı (monoteist) ailədə dünyaya göz açmışdır. Onun atası Xuvəylid ibn Əsəd və anası Fatimə binti Zəhahədir. Həzrət Xədicə hər iki tərəfdən, həm ana, həm də ata tərəfdən Rəsulullahla qohumdur. Ata tərəfdən Xuvəylid ibn Əsəd ibni Əbdulğuzza ibn Qusayy ibn Kilab. (Kilab Rəsulullahın dördüncü babasıdır). Ana tərəfdən isə: Fatimə (Həzrət Xədicənin anası) binti Zaidət ibn Əsim ibn Rəvahət ibn Həcər ibn Əbd ibn Məğis ibn Amir ibn Luvəy ibn Ğalib. Luvəy ibn Ğalib Rəsulullahın səkkizinci babasıdır. Bəs Həzrəti Peyğəmbərlə Xanım Xədicə əmi oğlu əmi qızı olurlar.
Həzrəti Xədicənin ləqəbləri
Həzrəti Xədicə müsəlman olmazdan öncə, cahil ərəb dünyasında özünə layiqli ləqəblər qazanmışdır. Hətta İncildə o ləyaqətli xanım barəsində Həzrəti İsanın(ə) söylədiklərinə rast gəlmək olur. Mərhum Muhəddis Qumi öz kitabında həzrəti İsadan belə nəql edir: Onun nəsli cox bərəkətlidir və behiştdə anam Məryəmlə bir yerdə olacaq. (Kəhəl bəsər, cild 21, səhifə 70) Bu səbəbdən əmisi Vərəqət ibn Nofəl (xanım Xədicənin əmisi) onu Mübarəkə adlandırmışdı. O həzrətiin digər ləqəbləri isə “Qadınların sərvəri”, “Tahirə”, “Kubra” və “Ğurra” idi ki, Cahil ərəblərin qadınlara insan kimi məhəl qoymamasına, dünyaya gələn qız uşaqlarını diri- diri basdırıb yandırmalarına baxmayaraq, xanım Xədicə öz məqamını dəyanəti, səxavəti və şücaəti ilə onların yanında qazanmışdı. Həzrəti Peyğəmbər onun islam dinindən qabaqkı səxavətini belə xatırlayır: "Mən Xədicə kimi karvan başçısı görmədim. Hər vaxt mən və dostum işimizi bitirib onun yanına gedərdik. O, bizim üçün dadlı yeməklər hazırlayar və bizə təqdim edərdi." O həzrətin belə səxavətli və zəkalı işləri cahil ərəblərin o ləyaqətli xanımın mətanəti qarşısında susmalarına və onu gözəl ləqəblərlə çağırmalarına səbəb oldu.
Həzrəti Xədicənin Rəsulullaha məhəbbəti.
Qeyd etdiyimiz kimi Həzrət Xədicə xristian ailəsindən olmuşdur. Çünki o həzrətin əmisi Vərəqət ibn Nofəl, o dövrün böyük alimlərindən idi. Vərəqət ibn Nofəl elə bir şəxslərdən idi ki, bütləri pisləyib uzun müddət din axtarışında olmuş, nəhayət xristianlığı haqq din olaraq qəbul etmişdir. Bu səbəbdən də onun ailəsi xristianlığı qəbul etmişdir. Həzrəti Xədicə də xristian ailəsindən olduğundan axirəzzəman peyğəmbər haqqında çox məlumatı var idi. Hətta onun nişanələrini də bilir və daim bunun haqqinda əmisindən sual edirdi. Bu barədə yuxular da görür və bilirdi ki, axirəzzəman peyğəmbər Məkkə şəhərində zühur edəcək.
Bir gün xanım Xədicə qulamqaravaşının içində oturmuşdu və bir yəhudi alimi də orada idi. Birdən o yəhudi alimin gözü Rəsulullaha düşdü və onun kim olduğunu xəbər aldı. Xanım Xədicə o həzrətin kim olduğunu dedi və o yəhudi aliminə də tapşırdı ki, onunla işi olmasın. Çünki əmiləri onun yəhudilərdən qoruyur. Yəhudi alimi xanım Xədicədən xahiş edir ki, o Həzrəti onun yanına çağırsın. O, Rəsulullahı çağırdı və ondan xahiş edir ki, yəhudi alimin suallarına cavab versin. Yəhudi həzrəti Peyğəmbərdən xahiş etdi ki, köynəyini qaldırsın. Həzrət Peyğəmbər də onun xahişini qəbul edir və köynəyini qaldırır. Yəhudi alim Rəsulullahın mubarək bədənində peyğəmbərliyin nişanəsini görüb deyir: And ola Allaha ki, heç kəs bu cavana zərər vura bilməz. Çünki o axirəzzəman peyğəmbərdir və xoş o qadının halina ki, onun xanımı olacaq və bununla özunə izzət və şərafət qazanacaq. Xanım Xədicə bu sözlərdən təsirləndi və o gündən Rəsulullahın məhəbbəti onun qəlbində daha da çiçəklənməyə başladı.
Həzrəti Xədicənin Peyğəmbərlə (s) evlənməsi
Bəzi tarixçilərin fikri budur ki, həzrəti Xədicə Rəsulullahla evlənməzdən öncə, iki dəfə evlənmiş və həyat yoldaşları vəfat etmişdir. Hətta o Həzrətin övladlarının adlarını öz tarix kitablarında qeyd ediblər. Bunu da qeyd edək ki, bu yalnış hadisəyə bəzi şiə kitablarında da rast gəlmək olur. Bunu qeyd edək ki, bu yalnış hadisəni qeyd edən şiə muəllifləri tarixçi deyildirlər və onların kitabı bu hadisənin düzlüyünə dəlil ola bilməz. Amma islam tarixi səhifələrində özünə xüsusi yer tutmuş mərhum Seyyid Mürtəza kimi şəxsiyyətlər bu hadisənin düzgün olmadığını vurğulayır. Bəzi əhli sünnə kitabları həzrəti Pyeğəmbərin ilk bakirə həyat yoldaşı, Ayişə olduğunu qeyd edirlər və bunula onun Peyğəmbərin digər xanımlardan üstün olduğunu bildirirlər. Peyğəmbərin həyatında ilk bakirə qadının xanım Xədicə olmasına olan dəlillərimiz:
1.Həzrəti Xədicənin ləqəblərindən biri Tahirədir. "Tahirə" qədim ərəb mədəniyyətində öz nəsil-nəcabətinin şərəfini qorumaq üçün heç kəsə ərə getməyən qadına deyərdilər.
2.İbn Şəhr Aşub Seyyid Murtəzadan belə nəql edir: Rəsulullah Xədicə ilə evlənəndə o "Duşizə" idi.(Duşizə həm cavan, həm də ərə getməyən bakirə qadına deyərlər) Mənaqib ali Əbutalib, cild 1, s 138.
3.Xanıim Xədicəyə bütün qureyş böyüklərindən elçi gəlməyinə baxmayaraq, xanım onlara rədd cavabı vermişdi. Bu hadisədə bütün tarixçilərin nəzərləri birdir. Amma əliboş və heç bir sərvətə malik olmayan Peyğmbərlə evlənəndə, Qureyş qadınlarının məzzəmətinə məruz qalmışdı. Belə bir sual yarana bilər ki, niyə atası onu məcburi surətdə varlı Qureyş başçılarına ərə verməmişdi? Cavabı budur ki, xanım Xədicənin atası "Fəcra" döyüşündə həlak olmuş və o əmisi Vərəqət ibn Nofəlin himayəsində olmuşdur.(əl istiğasə, cild 1, s 70 və təbəqatul kubra, cild 1, s 133)
4.Xanım Xədicəyə nisbət verilən ərlər və uşaqların adları qeyd olunan sənədlə də ixtilaflıdır və bir- birləri ilə uyğun deyillər. Məsələn: Hind qadın idi, yoxsa kişi? (xanıma nisbət verilən övlad) ya o Əbuhalənin övladı idi, ya Ətiqin? (xanıma nisbət verilən ərlər) Hind xanım Xədicənin övladı idi ya Əbuhalə və Ətiqin başqa arvaddan olan övladlarından biri idi, və ya Onu övladlığa göturmüşdü? (ətraflı məlumat üçün "əssəhihi min sirəti nəbiyəl əzəm"kitabına müraciət edə bilər. ikinci cild,səhifə 122.)
5.Tarixdə xanım Xədicənin təkcə Peyğəmbərlə (s) evlənməsinə, övladlarının sayına və adlarına kifayət qədər dəlilimiz var. Bundan əlavə xanım Xədicənin evlənməsinə heç bir tarixi şahidimiz yoxdur. Bunu da qeyd edək ki, xanım Xədicənin evində, onun vəfat etmiş bacısının övladları məskunlaşmışdı ki, xanım Xədicə Peyğəmbərələ (s) evləndikdən sonra onlara Məhəmmədin (s) övladları deyirdilər. Buna da ərəblərin içində adi baxılırdı. Hətta ərəblərdə başqasının uşağını özlərinə övladlığa götürmələri adət idi. Məsələn: Zeyd ibn Harisə Məhəmməd ibn Zeyd deyirdilər. (ətraflı məlumat üçün, bənatin nəbi umm rubaiyə. Fars dilinə tərcuməsi: “Doxtəran ya doxtərxandehayi peyambər”, kitabına müraciət edə bilərsiz. Müəllif Əllamə Seyyid Cəfər Murtəza).
Həzrəti Peyğəmbər besətdən 15 il qabaq rəbiyəl-əvvəl ayının 15- də xanım Xədicə ilə ailə qurumaqla o ləyaqətli xanımın Allah-taala yanında daha da məqamını ucaltdı. Dünya yaranan gündən elə bir toy mərasimi tapılmaz ki, Peyğəmbərlə (s) xanım Xədicənin toyu mislində bərəkətli olsun. Bu toyun bəhrəsindən dünya xanımlarının sərvəri olan Fatimeyi Zəhra (s) və onun on bir övladı dünyaya gəldi.
O gündən xanım Xədicənin Qureyş qadınları ilə ilk mübarizəsi başladı. Qureyş qadınları xanım Xədicəyə tənə vurur, onun şəxsiyyətini "əmi himayəsində böyüyən kimsə ilə evləndiyi üçün" pisləyirdilər. Buna baxmayaraq xanım Xədicə zəkalı cavabları ilə həzrəti Peyğəmbərin (s) məqamının nə qədər uca olduğunu onlara sübut edir və cavablarını layiqincə verib, onları susudururdu. Hətta bir dəfə məclis qurub, onları bu məclisə dəvət etdi. Məclisin sonunda ayağa qalxaraq üzünü Qureyş qadınlarına tutub sual etdi: "Ey Qureyş qadınları! Eşitmişəm siz və ərləriniz, mənim Məhəmmədlə (s) evlənməyimi pis mənalandırıb, bu işdə bizə irad tutursuz. Mən sizdən soruşuram, Məkkə və onun ətrafında Məhəmməddən (s) zəkalı, kamil, əxlaqlı və əmin bir şəxs tapılararmı? Məhəmməd barəsində eşitdikləriniz gözəl sifətləri, ondan başqası barəsində də eşitmisinizmi?
Məkkə qadınları öz səhflərini başa düşüb xanım Xədicənin sualları qarşısında susdular. Buna baxmayaraq bir cox Qureyş qadınları o ləyaqətli xanımı məzəmmət edir, onunla bütün əlaqələrini kəsmişdilər. Hətta ona salam belə vermirdilər. Xanım Xədicə həzrəti Zəhraya (s) hamilə olanda cox nigaran idi ki, uşağı necə dünyaya gətirəcək. Çünki elə bir xanım yox idi ki, bu cətin anlarda ona yardımçı olsun və ona qayğı göstərsin. Amma xanım Zəhranı (s) dünyaya gətirmək zamanı yetişəndə, birdən həzrəti Xədicə dörd xanımın onun yanında hazır olduğunu müşahidə etdi. Onlar xanım Xədicəyə təbəssüm edir və ona qayğı göstərirdilər. Xanım Xədicə o xanımların kim olduğunu soruşduqda belə cavab verdilər: Biz Allah taalanın əmri ilə sənə xidmət etməyə gəlmiş bacılarınıq. Mənim adım Sara, bu sənin behiştdəki həmdəmin Asya, bu Məryəm İmran qızı, o da Həzrəti Şueybin qızı Safuradır. (biharul ənvar, c 16, s 80) Behişt xanımlarının Allahın əmri ilə xanım Xədicənin xidmətinə gəlməsi, onun Allah yanında məqamının uca olması üçün dəlildir. (Bu bizim üçün gözəl bir nümunədir ki, evlənəndə Allah bəyənən xanımlarla ailə quraq. Çünki həzrəti Peyğəmbər üçün xanım Xədicənin təqvası və ona ləyaqətli həyat yoldaşı olması mühüm idi, nəinki sərvəti və gözəlliyi. Bu səbəbdən də həzrəti Peyğəmbərimiz (s) buyurub: Hər vaxt qızlarınıza əxlaqlı və dinində saleh bəndələr elçiliyə gəldi onlara yox deməyin.(vəsailuişiə, c 14, s 19) Başqa bir hədisdə isə belə buyurub: Əxlaqsız ailələrdə dünyaya gələn gözəl qadınlarla ailə qurmaqdan çəkinin. (biharul ənvar, c 16, s 71)
Həzrəti Xədicə Rəsulullahla (s) evləndikdən sonra bütün var dövlətini o həzrətiin ixtiyarında qoydu. Rəsulullah da bu sərvətdən fəqirlərə paylayır, yetim və kimsəsizləri himayə edirdi. Artıq həzrəti Xədicənin evi yetimlərin sığınacaq və ümid yeri olmuşdu. Hər kəs o qapıya əliboş və qarnıac gəlirdisə, ümid dolu və qarnıtox qayıdırdı. Həzrəti Xədicə Rəsulullahın bu işindən sevinib ,ona bu işdə kömək edirdi.
Bildiyimiz kimi Rəsulullah (s) besətdən qabaq hər il mübarək ramazan ayında Hira (Hira dağı Məkkənin 6 kilometirliyində, şəhərin şimal şərqində yerləşir) dağına gedər və bütün ayı orada ibadətlə məşğul olardı. Digər aylarda isə iki ya üç dəfə o dağa gedər, gecə və gündüzü orada ibadətlə məşğul olardı. İmam Hadi (ə) bu məsələyə işarə edərək belə buyurur: İslam Peyğəmbəri (s) hər vaxt Şam ticarətindən qayıdanda, əldə etdyi bütün qazancını yetimlərə və fəqirlərə verər və hər gün sübh Hira dağına gedərdi. Hira dağından Allah taalanın əzəmətinə və böyüklüyünə (yaratdıqlarına) tamaşa edər və orada çoxlu ibadət edərdi.(biharul ənvar, c 17,s 309)
Hər vaxt Rəsulullah (s) Hira dağına gedəndə xanım Xədicə nəinki ona mane olmurdu, hətta həzrəti Əli (ə) ilə ona yemək hazirlayıb aparardı. Düzdür ki, o vaxtlar Rəsulullah hələ Allah taala tərəfindən risalət yükünü öhdəsinə götürməmişdi, amma xanım Xədicə qəlbən o həzrətə iman gətirmişdi. Daim Rəsulullaha ibadi və mənəvi işlərində yardımçı olmağa çalışır və islam peyğəmbərinin nigarançılığına səbəb olan bir iş görmürdü. Odur ki, Peyğəmbər (s) xanım Xədicəni xatırlayanda mübarək gözləri yaşla dolardı. Əllamə Məclisi öz kitabında belə yazır: Bir çox əhli sünnə kitablarında belə qeyd olunub ki, Rəsulullaha ilk dəfə vəhy nazil olanda xanım Xədicə və həzrəti Əli (ə) o həzrətiin yanında idi. (biharul ənvar, c 15, s 363) Bu səbəbdən də Məkkə qadıları və kişiləri bütə ibadət edəndə xanım Xədicə və həzrəti Əli Allaha və onun Rəsuluna iman gətirmişdilər. İmam Hüsüyn (ə) Kərbəlada məlun Yezidin qoşununa etdiyi xütbələrin birində belə buyurur: "Sizi and verirəm Alılaha, bilmirsinizmi mənim anam Xədicə binti Xuvəylid ilk iman gətirən qadındır? Ordaki məlunlar bir ağızdan cavab verdilər, bilirik."(biharul ənvar, c 44, s 318). Mərhum Əllamə Əmini öz kitabında əhli sünnə alimlərinin nəzərlərini belə yazır: Peyğəmbər peyğəmbərliyə çatdığı günün sübhü, xanım Xədicə isə axşamı namaz qıldılar. Həzrəti Əli (ə) isə o günün səhərisi namaz qıldı.(əl ğədir, c 3, s 227)
Qeyd etdiyimiz kimi xanım Xədicə xeyli vaxt idi ki, iman gətrimişdi. Amma o gün (rəcəb ayının iyirmi yeddisi, amul filin qırxıncı ili) imanını dilə gətirib rəsmi surətdə islam dinin vacibatlarına əməl etməyə başladı. Xanım Xədicə islam məktəbinə ayaq basdığı gündən ikiknci mübarizə qapısı onun üzünə açıldı. Bütpərəst və inadkar Məkkə camaatı islam dininə hücum etdikdə xanım Xədicə Rəsulullahla (s) çiyin çiyinə hidayət məktəbində addımlayır və bu yolda onlarla mübarizə aparırdı. Islam tarixçiləri o mübariz xanımın barəsində belə yazırlar" Xədicə Rəsulullahın çətin günlərində ona ən gözəl vəzir idi. Peyğəmbər xanım Xədicənin ona qarşı göstərdiyi məhəbbətdən rahatlıq tapır və öz risalət yolunda vüqarla addımlayırdı. Xanım Xədicə Peyğəmbərlə 3 il gizli ibadət edib təqiyyə saxlayırdı.
Rəsulullah islam dinini aşkar edəndə xanım Xədicə üçün üçüncü mübarizə qapısı açıldı. Bu mübarizə xanım Xədicə üçün ən cətin və eniş- yoxuşu çox olan bir mübarizə idi. Xanım Xədicə nəyin bahasına olursa olsun Rəsulullahla (s) bu yolda sədaqətlə addımlamalı idi.
Besətin dördüncü ili Rəsulullah (s) həcc mövsümündə üzünü Məkkə müşrüklərinə tutub uca səslə dedi: Ey Məkkə camaatı! Mən Allah tərəfindən sizin hidayətiniz üçün göndərilmiş peyğəmbərəm. Rəsullullah (s) bu sözü üç dəfə təkrar etdikdən sonra Məkkə müşrükləri o həzrətə hücum edib onun mübarək simasını al qana boyadılar. Bu xəbər xanım Xədicəyə yetişən kimi, özünü tez hadisə yerinə yetirdi. Amma Rəsulullıahı orda tapmayıb ağlaya ağlaya onu səsləməyə başladı. Bu vaxt cənab Cəbrail Peyğəmbərə nazil olub buyurdu: görürsənmi Xədicənin göz yaşların? Onun göz yaşlarına göydə mələklər də ağlayır. Onu yanına çağır. Allahın salamın ona yetir və onu behiştlə müjdələ. (biharul ənvar, c 18, s 241)
Həzrət Peyğəmbər (s) buyurb: İslam dini Xədicənin sərvəti və Əlinin qılıncı ilə möhkəmlənib. Xanım Xədicə besətin əvvəllərində islam dininin genişlənməsi və müsəlmanların çətinliklərinin aradan qaldırılması üçün bütün var dövlətini Rəsulullahın (s) öhdəsində qoymuşdu. Nəhayət "Şeybi Əbutalib" hadisəsində bütün var-dövlətini xərc etdi. Xədicə bu hadisəni belə xatırlayır: Şeybi Əbutalib hadisəsinin axırında təkcə iki dəri qalmışdı ki, onlardan birinin üstündə yatır və digərini üstümə örtürdüm. Həqiqətən o səxavətli xanımın sərvətinin sayəsində müsəlmanlar və Bəni Haşim ailəsi sağ qaldılar və Həzrəti Əlinin (ə) Xəndək döyüşündəki zərbəsi ilə taleyi həll olundu
Şeybi Əbutalib
İslam tarixində mühüm olan hadisələrdən biri də "Şeybi Əbutalib" dir. Şeybi Əbutalib Məkkənin ətrafında Əbul qəbis dağının ətəyində yerləşən çökəklikdir ki, Peyğəmbərin (s) əmisi Əbutalibin mülkü hesab olunurdu. Məkkə müşrükləri peyğəmbəri öz müqəddəs hədəfindən çəkindirmək üçün belə qərara gəldilər ki, Bəni Haşimlə tamamilə əlaqəni kəssinlər və peyğəmbər də özünü mübarizə səhnəsində tək görüb hədəfindən çəkinsin. Bu səbəbdən qəbilə başçıları bir yerə toplaşıb aşağıdakı məzmunda qətnamə yazdılar və qırx nəfər qəbilə nümayəndəsi tərəfindən imzalanaraq Kəbə evinin divarından asdılar. Qətnamənin şərtləri:
1.Bəni Haşimlə bütün qohumluq əlaqəsini kəsmək.
2.Onlara qız verməmək və onlardan qız almamaq.
3.Onlarla bütün iqtisadi əlaqəni kəsmək.
4.Onlara hər hansı bir müsibət üz verərsə onları himayət etməmək .
5.Bəni Haşim və müsəlmanlar Məhəmmədi bizə təhvil verdikdən sonra bu mühasirədən xaric olarlar.
Bunu eşidən Əbutalib müsəlmanları və Bəni Haşimi bir yerə toplayıb onları məsələdən xəbərdar etdi və bu dərədə məskunlaşmağı məsləhət bildi. Sonralar tarixdə bu dərə "Şeybi Əbutalib"adı ilə məhşur oldu. Bəni Haşim və müsəlmanlar 3 il "Şeybi Əbutalib"də mühasirədə qaldılar. Bu 3 il ərzində həzrəti Xədicənin tamam mal-dövləti onların sağ qalması üçün xərc olundu. Çünki heç kəs onlara bir şey satmır və onlardan nəsə almırdılar.
Xanım Xədicənin Vəfatı
İslam tarixçilərinin nəzərinə görə xanım Xədicə və həzrəti Əbutalib "şeybi Əbutalib"də hamıdan çox əziyyət çəkdikləri üçün mühasirə sona yetdikdən sonra hər ikisi aralarında az fasilə olmaqla vəfat etmişdilər. Mərhum Əllamə Əmini əl qədir kitabında yazır: Əbutalib besətin onuncu ili, şəvval ayının 15-də, xanım Xədicə isə ondan 35 gün sonra vəfat etmişdir. Bu səbəbdən Peyğəmbər (s) bu ilin "amul hüzn" adlandırmışdı.
Xanım Xədicənin Ummu Sələməyə olan vəsiyyəti
Xanım Xədicənin ən yaxın rəfiqələrindən biri olan Əsma binti Yəzid (künyəsi Ummu Sələmə) belə nəql edir ki, xanım Xədicənin axır vaxtları idi. Biz bir neçə xanım onun görüşünə getmişdik. Xanım bizi görüb ağlamağa başladı. Mən ona dedim: Ey Xədicə! Sən bizim hamımızdan imanlısan, niyə ağlayırsan? Xanım Xədicə üzünü bizə tutub dedi: Mən ölümdən qorxub ağlamıram, o günə ağlayıram ki, qizim Zəhranın gözü toy gecəsi ana axtaracaq. Çünki hər bir qız ər evinə gedəndə bütün sirrin, sözün anası ilə bölüşdürür, anası ona ürək dirək verir. Mən ki ölürəm. Mənim Zəhram toy gecəsi tək qalacaq. Mən ona söz verdim ki, əgər Allah taala mənə ömür versə, mən toy gecəsi Zəhraya ana olaram, qoymaram ki, anası olmadığı üçün qəmgin olsun. Hicrətin ikinci ili xanım Zəhranın toy axşamında toy mərasimindən sonra Allahın Rəsulu (s) xanımlara göstəriş verdi ki, hamı evinə getsin. Hamı getdikdən sonra Rəsulullah (s) məni orda görüb dedi: Mən demədimmi hamı getsin. Mən dedim: Anam atam sənə fəda olsun, ey Allahın Rəsulu! Elə başa düşmə ki, mən itaətsizlik edib getməmişəm. Mən xanım Xədicəyə söz vermişdim ki, toy gecəsi Zəhranı tək qoymayacam. Allahın Rəsulu Xədicənin adını eşidib ağladı və dedi: Səni and verirəm Allaha de görüm sən həqiqətən öz əhdinə vəfa etmək üçün burada qalmısan? Dedim: Ya Rəsulullah and ola Allaha ki, bu səbəbdən burda qalmışam. Ondan sonra Allahın Rəsulu mübarək əllərini göyə tutub mənim üçün dua etdi.(kəşful ğumma, c 43, s 138)
Həzrəti Peyğəmbər üçün xanım Xədicənin vəfatı çox çətin idi. Bir tərəfdən Məkkə müşrükləri Əbutalib və Xədicənin vəfatından sonra cürətlənib o həzrətiə əziyyət edirdilər. Bir gün Peyğəmbər (s) küçələrin biri ilə gedirdi. Birdən müşrüklərdən biri içi zibil ilə dolu olan qabı o həzrətiin üstünə tökdü. Bu hadisə olduqca o həzrətiə pis təsir etdi. Çünki həmişə belə hallar olanda evə gedər, Xədicə onun paltarını, üz gözünü təmizləyər, ona təsəlli verərdi. Artıq o ləyaqətli və mehriban xanım dünyasın dəyişib, Rəsulullah necə evə getsin? Peyğəmbər evə döndü. Xanım Zəhra atasını belə görüb tez onun yanına gəldi, atasını nəvaziş edə-edə onun paltarını təmizləyib, balaca əlləri ilə atasının mübarək simasını sildi. Sanki xanım çalışırdı ki,atası anasının yoxluğunu hiss etməsin.(sireyi ibn Hişam, c 2, s 58) Amma Peyğəmbər xanım Xədicəni ömrünün axırına kimi unutmadı və daim onu xatırlayanda mübarək gözləri yaşla dolurdu. Onun ziyarətinə gedir, dərdini yenə də onunla bölüşürdü. (Xanım Xədicə və həzrəti Əbutalibin müqəddəs məzarları Məkkənin şimalında Həcun, indiki Muğəlla qəbirstanındadır. 727 h.q.-ci ildə onların məzarları məkkə müsəlmanları tərəfindən təmir olunmuşdu. Təəssüflər olsun ki, 1344-cü ildə vəhhabi daşnaqları Məkkəyə daxil olandan sonra bütün qəbirləri viran qouydular. Həmçinin bu iki qəbirə də cəsarət etdilər. İndi də onlıarın qəbirlərini ziyarət etmək qadağandır)
İslam tarixçilərinin dediyinə görə həzrəti Peyğəmbərin on bir həyat yoldaşı olmuşdur. Hamıya məlumdur ki, peyğəmbərin bu qədər ailə qurmasında məqsədi var idi. Bəzi tarixdən xəbərsiz insanlar eşitdiklərinə istinad edərək deyirlər ki, "peyğəmbərin xanım Xədicə ilə ailə qurmasında əsil məqsədi onun mal dövləti idi ki. Bu yolla öz dinini genişləndirmək və möhkəmlətlək istəyirdi".
Bu danılmazdır ki, xanım Xədicənin sərvəti islam dininin genişləndirilməsində və möhkəmlənəsində mühüm rol oynayıb. Amma bu o demək deyil ki, həzrəti Peyğəmbər xanım Xədicə ilə onun sərvətinə görə ailə qurub. Bəlkə xanım Xədicənin öz məqamı idi ki, onun öz Peyğəmbər onu özünə layiq bilmişdir. Buna iki əsas dəlilimiz var.
Birincisi: böyük islam Peyğəmbəri xanım Xədicəni xatirladığı kimi ayrı xanımların xatırlamayıb. Yəni onun hörmətini saxladığı kimi heç bir xanımının hörmətini saxlamayıb.
Xanım Xədicə Peyğəmbərin dilində
1.Həzrəti Peyğəmbər(s) buyurub: Dünya qadınların içində xanım Xədicədən və Məryəm İmran qızından üstün qadın yoxdur. (kəşful ğummə c 2, s 71)
2.Keçmiş ümmətlərin ən ləyaqətli xanımı Məryəm İmran qızı və mənim ümmətimin içində Xədicədən ləyaqətli xanım yoxdur.(səhihi buxari, c 4, s 164)
3.Peyğəmbər (s) buyurub:Dünyanın ən ləyaqətli xanımları bunlardır: Məryəm, Asya, Xədicə və Fatimə Muhəmməd qızıdır.
4.Allah tərəfindən məmur idim ki, Xədicənin Behiştdəki evi ilə müjdələyəm. Elə bir ev ki, orada heç bir çətinlik yoxdur.(kəşful ğumma, c 2, s 71)
5.Bir gün Peyğəmbərin xanımları arasında xanım Xədicədən söz düşdü. Peyğəmbər onların bəhsini eşidəndə mübarək gözləri yaşardı. Ayişə Peyğəmbərin bu halını görüb dedi: Niyə ölüb getmiş qoca arvad üçün ağlayırsan? Peyğəmbər bu sözdən daha da narahat olub dedi: Siz kafir olanda ,o möminə idi. Siz məni yalançı hesab edəndə, o məni əmin bilirdi. O mənim üçün dünyanın ən ləyaqətli övladlarını dünyaya gətirib, siz isə sonsuzsunuz.(kəşful ğumma. c 2, s 72)
6.Bir gün xanım Xədicənin bacısı Halə Mədinəyə Peyğəmbərin görüşünə gəlmişdi. Peyğəmbər onu görüb kədərləndi. Xədicəli günləri xatırlayıb ağladı. Halə gedəndən sonra Ayişə üznü Rəsulullaha tutub dedi: Niyə özünü o qoca arvad üçün bu qədər kədərləndirirsən, Allah taala ondan da yaxşısını sənə nəsib edib. Peyğəmbər bu sözdən narahat olub dedi: And olsun bizi yaradana ki,ondan yaxşısı mənə rast gəlməyib. O elə bir vaxt mənə iman gətirib ki ,hamı məni yalançı sayırdı. Elə bir vaxtda mal dövlətini mənim ixtiyarında qoydu ki, heç kəs mənə heç nə satmırdı.(Qamusul rical, c 10, s 432)
7.Ayişə deyir: Hər vaxt Peyğəmbər qoyun kəsərdi, Xədicənin də dostalrına gömdərərdi.(Riyaheyn əşəriğə, c 2, s 206)
İkincisi: Xanım Xədicənin Allah yanında olan məqamı idi ki, Allah taala onu Rəsuluna layiq bilmişdir. Xanım Xədicə islam dinindən öncə cahil ərəblərin içində səxavəti, mürüvvəti və insani əməlləri ilə müəyyən ləqəblərə layiq görülmüşdü. O cümlədən Qureyşin Tahirəsi, Kubra, Qureyş xanımlarını seyyidəsi və s... Mübarək qədəmlərini ilk dəfə olaraq islam dininə basanda isə dünya qadınlarının seyyidəsi oldu.(əl istiğab, c 4, s 373 və təbəqatul kübra, c 1, s 131) bundan başqa tarixçilər daim onu öz qələmlərində xoş əxlaq, insaflı, səxavətli kimi xatiırlamışdıar.
Xanım Xədicənin Allah və onun Rəsulunun yanındakı məqamı
1. Tarix bizə göstərir ki, xanım Xədicə islam dininə ilk iman gətirib. Allah taalanın əmr etdiyi dinə onun rəsulundan sonra ikinci baş əyib.
2. Allah taala cənab Cəbraildən dəfələrlə xanım Xədicəyə salam göndərmişdir.(Möğcəmul kubra, c 33, s 17)
3. Allahın Rəsulu dəfələrlə onun məqamının Allah yanında uca olmasından söz açıb və buyurub: Behişt qadınlarının sərvəri bu dörd qadındır, Məryəm İmran qızı, Fatimə Məhəmməd qızı, Xədicə Xuvəyld qızı, Asya Məzahim qızı(Fironun xanımı) (müsnədi Əhməd, c 1, s 316)
4. Xanım Xədicənin evindən həzrəti Peyğəmbər ilk dəfə meraca getmişdi.(Nəhcul bəlağə, 192-ci xütbə) Xanım Xədicənin evindən iki mühüm tarixi şəxsiyyət parlamışdı. Fatimə(s) və Əli(ə). Bu iki şəxsiyyəti islam tarixi gözləri yaşlı halda qiyamət gününə kimi yaşadacaq.
5. Xanım Xədicənin vəfat etdiyi ili Peyğəmbər amul hüzn adlandırmışdır. Bu adı digər xanımları vəfat edəndə onlar üçün zikr etməmişdir. Elə bir vaxt olmazdı ki, peyğəmbər onu xatırlayanda gözləri yaşla dolmasın.
Əziz oxucular, tarixin bu səhifələrindən bizə məlum olur ki, böyük islam peyğəmbəri, həzrəti Məhəmməd (s) xanım Xədicə ilə yalnız və yalnız bir səbəbdən ailə qurub. Bu da yalnız xanım Xədicənin məqamı və islam peyğəmbərinə layiq olması idi. Əgər o zaman xanım Xədicə olmasaydı, ikinci bir məqam sahibi yox idi ki, həzrəti Peyğəmbər onunla evlənsin.
Emil Kazımlı