Yazarlar
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Siyasi
- Gösterim: 3304
Dünya, İmad Muğniyəni iki il əvvəl bu günlərdə tanıdı. CIA və Mossad isə, onu 25 ildir tanıyırdı. Amerika və İsrail hədəflərinə istiqamətli sarsıdıcı hərəkətlər reallaşdıran İmad Muğniyə, 25 ildir CIA və Mossadın öldürmək istədiyi bir adam idi.
Muğniyə, coğrafiyasını ovucunun içi kimi bildiyi -İsrail ilə Livan arasında qarşıdurmaların ana mərkəzi olan Livanın Sur şəhərində, 1962-ci il İyul ayında doğulmuşdu. İmad Muğniyənin ailəsi 5 nəfərdən ibarət idi. Sonralar ana-atası və Cihad ilə Fuad adındakı iki qardaşı- Beyrutun cənubundakı Dahiyəyə köçdulər. Muğniyə ibtidai təhsilini Livan məktəblərində tamamladı. Böyüyüncə qısa bir müddətə Beyrut Amerikan Universitetində oxudu.
Muğniyənin müqavimət hərəkətləriylə ilk təması hələ 15 yaşındaykən 1977-ci ildə reallaşdı. Muğniyə, Livanlı Enis Nəqqaşın yanına gedərək hərbi təhsil almaq, İsrailə qarşı mübarizə etmək istədiyini bildirdi. Nəqqaş o günlərdə, Fəth Hərəkəti içərisində mübarizə etməkdə idi.
1980-ci illərin əvvəllərində Muğniyəni Fəth hərəkəti içərisində əhəmiyyətli vəzifələrə gətirildiyini görürük. Belə ki Əbu Əmmar, Əbu Cihad və Əbu İyad kimi Fəth liderlərini qorumaqla vəzifəli olan Fəth hərəkətinə bağlı Qüvvət-17 ilə işə başlamışdı.
Muğniyə 1982 İsrail işğalından sonra Beyrutdan çıxmaq məcburiyyətində qalan Fəthdən ayrılaraq, tanınmış şşəxslərdən biri olan Dr. Mustafa Çamran və İmam Musa Sədr öndərliyində qurulan Əməl Hərəkəti içərisində iştirak etdi. Bundan bir müddət sonra Hizbullahın qurulmasıyla birlikdə Hizbullah heyətləri içərisində vəzifəyə başladı. Bu dövrdə Fəthin Livandakı silahını Hizbullah və Əməlin nümayəndəsi olaraq Livana aparmaq işində kömək etmişdi.
Muğniyə, 1982 ilə 1985 illəri arasında Hizbullahın ruhani lideri olan Məhəmməd Hüseyn Fazlullahı qoruma vəzifəsini icra etdi. Daha sonra döyüş meydanındakı planlamaları və əmr etmə sahəsindəki xariqüladə qabiliyyəti səbəbiylə Hizbullahın xüsusi əməliyyatlarına məsul oldu.
Muğniyənin hərb sahəsindəki bu qabiliyyəti, İranlı ali liderlərin gözündən də qaçmamışdı. 80-ci illərin əvvəllərində İrana ilk gedişində -o vaxt 20 yaşlarında idi- yüksək döyüş qabiliyyətini göstərdi. Muğniyə, İran inqilabına ehtirasla bağlı digər gənclərdən biri olmaqla fərqli üstünlüklərə sahib idi.
Amerikan qaynaqları Muğniyəni İran, İraq, Livan və digər bölgələr arasında gedib gələn, dünyada ən çox Amerikalı öldürən adam (bu 11 Sentyabrdan əvvəl) olaraq təyin edir.
Muğniyənin reallaşdırdığı əməliyyatlar
Muğniyə, İsrail və Amerika hədəflərinə istiqamətli bir çox hücumlarda məsul tutulmaqdadır. Muğniyənin məsul tutulduğu əməliyyatlardan bəziləri bunlardır:
- Aprel 1983-də Beyrut ABŞ Konsulluğunun bombalanması hərəkətini planladı. Bu hərəkətdə, 63 Amerikalı və Livanlı əsgər öldü.
- Beyrutdakı ABŞ Marines qüvvələri qərargahının bombalanması hərəkətini təşkil etdi. Bu hücumda da 241 Amerikalı öldü.
- Davamlılıqda 58 Fransızın öldüyü Fransız əsgərlərinin oturduğu postu bombalanması hərəkətini planladı.
- 1985-ci ildə Beyrut aereportunda, Amerikan TWA təyyarəsinin qaçırılmasını boynuna götürdü və təyyarədəki Amerikan Marines qüvvətlərindən bir zabiti öldürdü.
- Argentinanın Buenos Aires şəhərində 85 adamın ölümünə səbəb olan bir Yəhudi mərkəzi və İsrail Səfirliyinin hədəf alan bombalı hücumu planladı.
- Muğniyə, 19 Amerika əsgərinin öldüyü Ərəbistandakı Hobar qüllələrinin bombalanması hadisəsində iştirak etdi.
- İsrail ordusunun Caitit 13 birliyinin hədəf alındığı, Ənsarıyadakı Abbasın Tələsi adlı əməliyyatı reallaşdırdı.- 2000-ci ildə Şebada İsrail əsgərlərinin əsir alınması əməliyyatını planladı. 2000-ci illərdə verdiyi mübarizəylə, İsrail ordusunun Cənub Livandan çıxmasını təmin etdi.
- 2006-cı ilin iyulunda iki İsrail əsgərinin əsir alındığı Ayta Şaab əməliyyatını reallaşdırdı. Bu əməliyyat sonrasında partlaq verən 2006-cı il iyul döyüşündə Hizbullah döyüşçülərini istiqamətləndirdi.
Muğniyənin əl-Qaidə ilə dialoqu
Əli Nuru Zadə, Şarkul Avsat qəzetində, "İmad Muğniyə: Hacı… Tülkü…" başlığı ilə qələmə aldığı yazısında, Muğniyənin 2003-cü ildə əl Qaidə döyüşçülərinin İraqa girməsinə köməkçi olduğunu irəli sürdü.
Zadə, yazısında bu ifadələrə yer vermişdi: "1997 ilə 2003 İraq döyüşü arasındakı müddətdə Muğniyə günlərini İran, Əfqanıstan, Suriya, Livan, Pakistan və Şimali İraqda keçirdi. Əl-Qaidə liderlərinin Əfqanıstandan İrana keçməsinə kömək etdi. 2003-cü ilin sonunda əl-Qaidə döyüşçülərinin İrandan İraqa keçişlərinin planlanmasında əhəmiyyətli bir rol oynadı.
2005-ci ildə Muğniyəyə İraqın cənubundakı silahlı Şiə qrupları arasındakı əlaqələri təşkilatlandırma məsuliyyəti verildi. Daha sonra Cənubu İraqda İnqilab gözətçiləri mərkəzlərinin idarəçi vəzifəsini götürdü. Yenə 2005-ci ildə bu dəfə diplomatik pasport daşıyan İran vətəndaşı Seyid Mehdi Haşimi adıyla İranlı səlahiyyətlilər yoldaşlığında Suriya yoluyla Livana getdi.
2006-cı ilin əvvəllərində İraqın Bəsrə şəhərinə getdi.Onun, təhsil dövrlərinə qatılmaq üçün Ceyşü'l Mehdi (Mehdi Ordusu) döyüşçülərinin İrana səfərlərini planladığı deyilir. Keçdiyimiz aprel ayında Hizbullahın kəşfiyyat təşkilatında əhəmiyyətli bir vəzifəni götürmək üçün Livana geri döndüyü deyildi.
Sunday Times Qəzeti; keçən aprel təhlükəsizlik mütəxəssisləri və Amerikan Milli Təhlükəsizlik Şurasında köhnə bir Amerikalı səlahiyyətlinin, Mahmud Əhmədinejadın Suriyada Muğniyəylə görüşdüyünü söylədiklərini nəql etdi. Qəzet "Amerikalı səlahiyyətlilər və İsrail kəşfiyyatından qaynaqlar, Muğniyənin Hizbullahın xarici əməliyyatlarının idarəçisi olması hesabıyla Amerika Başçısı Corc Buşun İran nüvə stansiyalarını vurma əmri verməsi halında Qərbli hədəflərə qarşı İranın verəcəyi cavabın planlanması vəzifəsini boynuna götürdüyünü düşünürlər" dedi. Və qəzetdə bu ifadələrə yer verildi: "Muğniyə keçdiyimiz yanvar ayında Əhmədnejadla Tahrandan Suriyanın paytaxtı Şama getdi. İran Respublika başçısı Əhmədnejad orada Hizbullah, İslami Cihad və İslami müqavimət hərəkəti Həmas liderləriylə görüşdü." İsrail və Amerikan qaynaqları, bu görüşmədə Livan və Fələstindəki İsrail əsgərlərini qaçırma əməliyyatı üzərində aydın olduğunu düşünür."
Zadə, yazısında ayrıca, Muğniyənin Sudana getdiyi bir dövrdə, Əl-Qaidə lideri Eymen əz-Zevahiri və Usamə bin Ladinlə bir araya gəldiyini irəli sürdü.
Amerikanın, başı üçün 5 milyon dollar mükafat verdiyi Muğniyə dünyada 42 ölkədə axtarılanlar siyahısında baş sırada iştirak edir.O İlahi inqilab üçüb canını verməyə hazır olarkən Əbu Vəfa onu insanlıq və şəfqət nədir bilməz terrorist və intiharçı olaraq görməkdədir və həyatda qalıb həbs olunmaqdan xilas olduğu üçün onu şanslı hesab edir.
25 il axtarışda
Muğniyə, 25 ildir 42 dövlətdə, CIA və Mossad agentləri tərəfindən axtarılmaqda idi. 25 il içərisində Muğniyə, gecə gündüz demədən İsrailə qarşı tarixi zəfərin qazanılması üçün çalışdı. Amerika, Muğniyənin yeri haqqında məlumat verənlərə 25 milyon dollar mükafat verəcəyi elan etdi.
Meydandan geri çəkilmədi amma gizlənməyi də bacardı. Qaynaqlara görə Muğniyə, davamlı olaraq təqibdə olduğu üçün 1990 və 1997 illərində ən az iki dəfə üzünə cərrahı əməliyyat etdirdi. Muğniyə, Livan xaricində rahatca gəzə bilmək üçün Livan, Suriya, İran və Pakistan pasportları istifadə etdi.
Muğniyə, təhlükəsizlik səbəbiylə, mətbuat qarşısına çıxmamağı, seçməkdə idi. Hətta, fotoşəkil də çəkdirməzdi. Bunun üçün Muğniyəni axtaran CIA və Mossad agentlərinin əlində, 24 yaşındaykən çəkdirdiyi fotoşəkil vardı.
Adətən qarda hərəkət etdi amma iz buraxmadan... Muğniyənin qarda yeriyərək iz buraxmadığı üçün onu "Kölgə adam" deyə anırdılar.
Bir neçə dəfə qaçırma və sui-qəsd işindən xilas olmağı bacardı. Bunlardan birində lap ölümdən döndü. Bir dəfə normal bir yolçu təyyarəsiylə Hartumdan Livana getdiyi və təyyarənin bir Ərəb ölkəsi aerportunda dayandığı xəbəri Ərəb və Qərbli təhlükəsizlik təşkilatlarına gəlincə onu həbsə etməyə çalışdılar amma Muğniyə həbs olunmaqdan xilas oldu çünki məlumat bir neçə dəqiqə gec gəlmişdi.
2000-ci ildə, İsrailin Livandan çəkilməsiylə nəticələnən tarixi zəfərin arxasındakı ad, İmad Muğniyə idi. Lakin, o "Zəfəri qazanan komandir, mənəm deyərək" mətbuat qarşısına çıxmadı.
2000-ci ildə əldə edilən zəfərdən sonra Livan müqavimətini daha böyük döyüşə hazırladı. 2006-cı ilin iyulunda Muğniyənin gözlədiyi döyüş gəlib çatmışdı. 33 gün davam edərək Hizbullah döyüşçülərini istiqamətləndirən, döyüşü idarə edən və nəhayət zəfəri qazanan komandir yenə İmad Muğniyə oldu.
Muğniyə, 2006-dakı döyüşdən sonra da bir küncə çəkilmədi. İsrailin intiqam alacağının fərqində olan Muğniyə, İyul döyüşündəki zəiflik nöqtələrinin aradan qaldırılması üçün işlərini davam etdi.
Təhlükəsizlik problem üçün Livan xaricinə çıxmaması istənilirdi. Lakin o, müqaviməti İsrail qarşısında daha güclü mövqeyə gətirmək üçün, Livan xaricinə çıxmaqdan narahatlıq hiss etmədi.
İmad Muğniyə şəhid oldu
Keçən 25 ilin ardından, iki zəfərin komandiri İmad Muğniyə, 12 Fevral 2008-ci ildə çox sevdiyi Hz. Rüqəyyənin qəbirini ziyarət etdikdən və matəm gecəsinə qatıldıqdan sonra Suriyanın paytaxtı Şamda uğradığı sui-qəsdlə şəhid edildi. Muğniyə, öz maşınının arxasına parketdən bir vasitəyə yerləşdirilən bombanın partladılması nəticəsində şəhid olduğu öyrənildi.
Dəqiq qaynaqlara görə Muğniyə sui-qəsdi, Amerika, Avropa, İsrail və Ərəb kəşfiyyatının durmadan çalışması nəticəsində reallaşdı. CIA-in idarəsində bir Avropa ölkəsində vasitəyə bomba yerləşdirildi. Ərəb kəşfiyyatı, Muğniyənin olduğu məkanı bildirdi. Mossada da bombanı partlatmaq düşdü.
Imadın şahidliyiylə birlikdə Muğniyə ailəsi, övladlarının üçüncüsünü də İsrailə qarşı mübarizədə şəhid vermiş oldu. İmadın Cihad və Fuad adlı qardaşları da daha əvvəldən şəhid olmuşdular.
İmad, 1984-cü il, 11 İyunda Fazlullahı qoruma vəzifəsini təhvil verdiyi qardaşı Cihadı itirdi. Cihad, Fazlullahı hədəf alan İsrail hücumu əsnasında şəhid oldu. Fazlullah isə bu hücumdan yara almadan xilas olmağı bacardı. Cihad şəhid olduğu sırada, 28 yaşında idi.
İmadın digər qardaşı Fuad isə 1994-cu il,dekabrın 21-də şəhid oldu. Bu hücum əsasında hədəfdə, İmad vardı. Mossad agenti Əhməd Hallakdan şübhələnən İmad, Hallakla görüş qərarlaşdırmasına baxmayaraq görüşmə yerinə getmədi. Hallakın hazırladığı bomba qurğusu, qardaşı Fuadı hədəf etdi. Fuad, 31 yaşındaykən şəhid oldu. Bu hücumdan iki il sonra Hallak, Muğniyə tərəfindən tutuldu və edam edildi.
O, fələstinlidən daha çox fələstinli idi
Onu yaxından tanıyanlar, Muğniyənin futbolu və zarafat etməyi çox sevdiyini söyləməkdələr. Xomeyniyə beyət etmiş, Vilayəti-fəqihi qəbul edən, döyüşçü, inqilabçı biri idi. İmam Xomeyniyə olan bağlılığı , farscanı 6 ayda öyrənməsinə köməkçi oldu. Muğniyə, farscanın yanında çooox yaxşı İngiliscə və Fransızca da bilməkdə idi.
Yenə onu yaxından tanıyanlar, onun fələstinlilərindən daha çox bir fələstinli olduğunu düşünməkdələr. İslami Cihad Hərəkəti lideri Ramazan Şallah, Muğniyənin şahidliyindən sonra etdiyi çıxışında "Muğniyəni tanıyan Fələstinli liderlər, onun hamımızdan da çox bir fələstinli olduğunu bilirlər" dedi. Həmasın Siyasi Büro Başçısı Xalid Meşal isə "Bu hadisə hər nə qədər acı, ağrılı bir hadisə olsa da müqaviməti gücləndirmişdir, zəiflətməmişdir" demişdi.
Hizbullah döyüşçüsü İmad barədə danışır
2006-cı il iyul döyüşündə cəbhədə olan bir Hizbullah döyüşçüsü, İmad Muğniyəni belə izah etmişdi: "İşini çox ciddi qəbul edər, bütün ölçüləriylə ələ almadan rahat durmazdı. Hər vaxt düşmənin güclü tərəflərini xatırladar, asan-asan zəfərdən bəhs etməzdi. O, zəfərin hər vaxt Haqq əhlinə aid olduğunu və bu meydanın çatlarının cəbhədə alınacaq nəticədən yana çox narahatlıq duymazdı.Çünki bu yolda olmanın onsuz da zəfər olmaq olduğunu söyləyərdi. Haqqın zalımdan alınması lazım olduğunu vurğulayar, düşməndən qisas alınmasının lazım olduğunun xatırladardı. Düşmənə sərt, dostlar qarşısındadırsa mihribandı. Hacı Rıdvan, bəzən qarşıdurma çox uzandığında yorğunluğunu atmaq üçün az bir müddət divara söykənər və səssiz bir şəkildə düşüncələrə dalardı. O, 33 günlük döyüşdə Hizbullahın mənəviyyat nişanı, ruhu İlahi eşqlə çırpınan misilsiz təmsilçisi idi.Lakin heç birimiz bu eşq timsali adamın (düşməni illərdir yuxusunda kabusla boğan) məşhur İmad Muğniyə olduğunu bilmirdik! Zəkasıyla düşmənin gövdəsində nə qədər xatirələr buraxmış olan o İmad idi bu. Müqavimət tarixinin, adını həqiqət qələmiylə yazdığı İmad idi; yandırıcı günəş və parıldayan ay kimi olan bir həqiqət idi. 33 günlük döyüşə qatılan hər kəs Şəhid Muğniyəni əməliyyat komandiri olaraq tanıyırdı yalnız, kimsə düşməni illərdir arxasında qaçdıran o əfsanəvi qəhrəman olduğunu bilmirdi.
Döyüşün sonlarına doğru, yavaş-yavaş Hizbullahın zəfəri bütün dünya tərəfindən duyulmağa başlandığı günlərdə, biri avtomobiliylə yanaşaraq yanımızda dayandı. Bu əsnada Hacı Rıdvan, əlini yoldaşlardan birinin çiyininə atmış danışırdı, bu xarici adam "Hacı İmad, birlikdə ümumi komandirlik mərkəzinə getmək üçün gəldik, Seyid Həsən sizi gözləyir" dedi. Hamımız heyrətdən donmuş bir halda üzümüzü Hacı Rıdvana çevirərək bir-birimizə səssizcə "Bu adam məşhur Muğniyə, bu illərcə tutula bilməmiş olan qarabasmamı yoxsa?" deyə soruşmağa başladıq. Heç kim bu sualı birbaşa Hacı Rıdvana ünvanlamağa cəsarət edə bilməmişdi. O, "Uşaqlar, biz zəfər qazandıq, sizin ən başda belə mənə ehtiyacınız yox idi. Səhranın iti baxışlı qartallarının mənim kimi çöllərdə yaşamış birinə ehtiyacı yox idi. Salam olsun siz İslam döyüşçülərinə! Hər vaxt başı tik olarsınız inşallah, çünki İslamın izzəti sizinlədir" deyərək bizlərə istilik və ümid verən gülümsəməsiylə vidalaşmış, bir dəfə daha o çatılmaz əfsanəvi şəxsiyyətinə dönmüşdü.
Hacı Rıdvanın 33 gün döyüşü əsnasındakı diqqəti və planları bənzərsiz idi. Düşmən haqqındakı uzaqgörənlikləri hər vaxt məqsədəuyğun olardı, hər zəfərin ardından ona "Hacı, bu səfər də dediyin çıxdı, yoxsa qeyb elminmi var?" deyərdik; o da gülərək bizi cavablar və "düşmənin qarşısına çıxmaq üçün qeyb elminə ehtiyac yoxdur, düşmənin zəif nöqtələriylə özümüzün güclü tərəfləri üzərində düşünməmiz kafi" deyərdi.
İmad Muğniyə dünyaya ölmək üçün deyil , şəhid olmaq üçün gələnlərdən idi. Şəhid Muğniyə Seyid Həsən Nasrallahın sağ qolu deyildi gerçəkdə, o Hizbullahın gerçək gücü və öndəri filan deyildi, o qəm yükünü tək başına kürəyinə alan bir adam idi yalnız; Fələstinli və Livanlı qadın və uşaqların ah və gözyaşlarının intiqamını İsrail və Amerikadan almağı əhd etmiş biriydi. O bizim sipər yoldaşımız olmaqla birlikdə Seyid Həsənin də qardaşı idi. İnanın, Seyid Həsən Muğniyə üçün ağlamır, Muğniyə kimi kəslərin yoxluğunda bütün yükü tək başına kürəyinə alacağı və bu səfəri tənha davam etdirəcəyi üçün özünə ağlayır. Muğniyənin yoxluğu müqavimətə vurulmuş dağıdıcı bir zərbə ola bilməyəcək, çünki ən başda Seyid Həsən Nasrallah olmaq üzrə hər kəs müqavimət əhlidir. Muğniyə getdi ki yerini yeni Muğniyələr alsın və tarixdəki yolunu davam etdirə bilsinlər. Və düşmənin ürəyinə yeni atəşlər salsınlar."
Amerika və İsrail sui-qəsd xəbərinə çox sevindi
Muğniyənin şahidliyi, Amerika və İsraili olduqca sevindirdi. Muğniyəni "böyük qatil" olaraq anan Amerika, sui-qəsd xəbərini "Muğniyəsiz bir dünya çox yaxşı olacaq" deyərək sevincini dilə gətirdi.
Sui-qəsd xəbərinə İsrail də çox sevindi. İsrail Baş naziri Ehud Olmert, Muğniyənin sui-qəsd xəbərinə o qədər çox sevindi ki, ətrafındakılar bu vəziyyəti "istisnalı bir sevinc paylaşması" olaraq xarakterizə etdilər.
İsrail, Muğniyənin sui-qəsdinin müvəffəqiyyətli bir şəkildə nəticələnməsini, əhəmiyyətli bir qazanc olaraq xarakterizə etdi. Livan İslami Müqaviməti Hizbullah Ümumi Sekretarı Seyid Həsən Nasrullah, Muğniyənin şahidliyinin qırxıncı günü münasibətiylə etdiyi danışmasında, Muğniyə sui-qəsdini reallaşdıran İsrailin, 25 ildir Muğniyəyi tapa bilməməsinin müvəffəqiyyət olaraq qəbul edilə bilməyəcəyini, əsasında 25 il davam edəsincə həyatda qala bilən Muğniyənin müvəffəqiyyətli olduğunu söyləmişdi.
Muğniyənin intiqamı
Seyid Həsən Nasrullah, Muğniyə sui-qəsdindən sonra etdiyi çıxışında, Muğniyənin intiqamının alınacağını vəd etdi.
Daha sonradan bir çox digər Hizbullah liderləri tərəfindən də dilə gətirilən bu vədin nə vaxt, harada və necə reallaşdırılacağına bağlı isə bir açıqlama verilmədi. Muğniyənin qanının yerdə qalmayacağı, intiqamının alınacağı son olaraq Nasrullahın köməkçisi Şeyx Naim Qasim tərəfindən gündəmə gətirilmişdi.
Hizbullahın bu təhdidi, İsrailli liderləri hər vaxt çaxnaşma havası içərisində yaşamalarına gətirib çıxarmışdır. Hizbullahın təhdidindən sonra İsrail, xaricdəki səfirliklərindən tədbirləri artırmalarını, sərhəd polis bölmələrindəki əsgərlərin və xaricə çıxan İsrailli təsirlilərin diqqətli olmasını istədi.
İsrail də Hizbullahın intiqam alacağının şüurunda. Haaretzin təhlükəsizlik şərhçisi Yossi Melman, sui-qəsd sonrası etdiyi qiymətləndirməsində, cavabı maraqla gözlənilən problemin "Hizbullah, cavab verəcəkmi?" deyil, "Hizbullah, nə vaxt harada və necə cavab verəcək" sualı olduğunu söyləmişdi.
İsrail, Hizbullahın təhlükəsizlik zəifliyi olan İordaniya, Misir və Afrikadakı səfirliklərini hədəf ala biləcəyini, vətəndaş bir təyyarəsini qaçıracağını düşünür. Hizbullah isə bundan daha böyük şeylər vəd edir. Hizbullah, İsrailə sürprizlər hazırlayır...
Hizbullah vəd etdiyi kimi o, ölməz qəhrəmanın qanını yerdə qoymayacaq. İmad Muğniyə o kəslərdən idi ki, varlığı bü dünya üçün nemət, yoxluğu həsrətdir.O , kəslərdən idi ki, onun barəsində düşünənlər deyir: "Analar oğul doğarlar"!
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Siyasi
- Gösterim: 3002
Həyatı: Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. Ərdoğan ibtidai məktəbi Piyalə paşa ibtidai məktəbində oxumuşdur. 1965-ci ildə ibtidai məktəbi bitirib İmam Xatib Liseyinə daxil olmuş və 1973-cü ildə oradan mezun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentiyabr 1980-cı ildən sonra futboldan ayrılmışdır.
Milli Türk Birliyndəki fəaliyyətindən sonra 1976-ci ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət ) başçısı seçilmişdir. 1977-ci ildə bir konfransda tanış olduğu Əminə Xanımla 4 iyul 1978 ci ildə evlənmişdir. Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı olmuşdur. 1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirmişdir. Hərbi xitmətdən döndükdən sonra əvvəllər işlədiyi şirkətdə təxminən il yarım işləmişdir. Sonraki iş fəaliyyətini başqa bir şirkətdə müdir olaraq davam etdirmişdir.
Siyasi fəaıiyyəti
Türkiyədə12sentiyabr 1980-ci il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən 1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçildi.1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürüldü. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd oldu. 1989 seçkilərində Rifah partiyası ikinci yeri tutdu. 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürdü. Partiya limiti keçdi və Ərdoğan millət vəkili oldu. Lakin müxtəlif bəhanələr gətirərək Yüksək Seçim Qurumu deputat mandatını ləğv etti. 27 mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl (vilayət) başçısı vəzifəsində işləyən Ərdoğan, İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürüldü. 27 mart 1997 tarixli seçkilərində İstanbul Bələdiyyəsinin sədri seçildi.
Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şer səbəbiylə Diyarbəkirdə mühakimə olunaraq Türk Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən xalqı din və irq ayrı seçkiliyinə görə kin və düşmanlığa açıq şəkildə təhrik etməkdə təqsirli bilinərək 4 ay həbs cəzasına məhkum edildi. Bu cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirdi. Türkiyədə islami zümrəyə qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət partiyasının Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini “mühafizəkarlar” və “islahatçılar” adı ilə iki qanadda davam etdirirdilər. “Mühafizəkarlar” adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001 də Səadət Partiyasını qurarkən, “islahatçılar” da Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf partiyasını qurdular. Tayyib Ərdoğan partiyanın sədri seçildi. Qurulan Ədalət və İnkişaf partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq tək başına iqtidara gəldi. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan yenilənən Siirt seçkilərində millət vəkili oldu. Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri oldu.
Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.
Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi. Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla bildirdi.
Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməkdədir.
...Ardı olacaq
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Siyasi
- Gösterim: 3456
"Arqumenti-fakt" qəzeti Rusiya hökümətinin üzvlərinin çətin keçmişini araşdıraraq belə bir nəticəyə gəlib ki, nazir olmaq çün əvvəlcə avtomaxanik, satıcı və adi çilingər kimi əmək fəaliyyətinə başlamalısan.
Beləliklə Rusiyalı nazirlər əmək fəaliyyətinə hansı peşədən başlayıblar?
ViKTOR BASARQİN, regional inkişaf naziri- ekskavator maşinistinin köməkçisi.
ALEKSEY KUDRİN, baş nazirin muavini, maliyyə naziri-avtomexanik, Müdafiyə Nazirliyinin nəqliyyat və arxa cəbhə Akademiyasının mühərrik laboratoriyasının təcrübi öyrətmə instruktoru.
ELVİRA NABİBULİNA, iqtisadi inkişaf naziri- SSSR Elmi-Sənaye Birliyininin İdarə heyətinin daimi komitəsinin baş mütəxəssisi.
TATYANA QOLİKOVA,səhiyyə və sosial inkişaf naziri-əmək ELMİ Tətqiqat İnstitutunun əmək haqqı şöbəsinin kiçik elmi işçisi.
İQOR ŞEQELYOV, rabitə və kütləvi kommunikasiyalar naziri- İTAR-TAC agentliyinin redaktoru.
SERQEY SOBYANİN-baş nazirin müavini-Rusiya Federasiyası hökümətinin aparatının rəhbəri-çilingər.
VİKTOR ZUBKOV, baş nazirin birinci müavini-Monçeqorsk təmir-mexaniki zavodunun çilingəri.
SERQEY ŞMATKO, energetika naziri-alman kompaniyasının maliyyə auditoru.
YURİ TRUNTEV, təbii resurslar və ekologiya naziri-qazmaçı köməkçisi, neft və qaz hasilatı operatoru.
ALEKSANDR KONOVALOV, ədliyyə naziri- Sank-Peterburqun rayon prokurorunun köməkçisi.
VİKTOR XRİSTENKİ, sənaye və ticarət naziri-Çelyabinsk politexnik institutunda elektron hesablama maşınları mühəndisi.
İQOR ŞUBALOV, baş nazirin birinci müavini-iqtisadiyyat və kpmpleks rabitə problemləri Elmi-Tədqiqat İnstitutunun laborantı.
ALEKSANDR ABDEYEV, mədəniyyət naziri-SSRİ-nin Annabada (Əlcəzair)baş konsulluğunda katib-referent.
İQOR LAVİTİN, nəqliyyat naziri -hərbi dəmir yolu işçisi.
DMİTİR KOZAK, baş nazirin müavini-Leninqrad prokurorluğunda prokuror köməkçisi.
SERQEY LABROV, xarici işlər naziri- SSRİ-nin Şrilankadaki səfirliyində attaşe.
SERQEY ŞOYQU, fövqəladə hallar naziri-"Promximstroy"trestində usta.
YELENA SKRINNIK, kənd təsərrüfatı naziri- Korkinsk dəmirçi-ştamp zavodunda laborant.
RƏŞİD NURQALİYEV, daxili işlər naziri-məktəbdə fizika müəllimi.
ANDERY FURSENKO, elm və təhsli naziri- A.F. İoffe adına Fizika-Texniki İnstitutunda tədqiqatçı-stajçı.
ANATOLİ SERDYUKOV, müdafiyə naziri-Lenmebeltorqun 3 nömrəli mağazasında şöbə müdirinin müavini.
İQOR SEÇİN, baş nazirin müavini- Mozombikdə tərcüməçi(fransız və portuqal dilləri).
VİTALİ MUTKO, idman turizm və gənclər siyasəti naziri-mühərriçi matros.
ALEKSANDR JUKOV, baş nazirin müavini-SSRİ Elmlər Akademiyasının sistemli araşdırmalar Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun iqtisadçısı.
"Salampress" qəzeti-Moskva
- Ayrıntılar
- İslam Məktəbi tarafından yazıldı.
- Kategori: Siyasi
- Gösterim: 2690
Fransa imperatoru Nadir şahın zəfərini təkrarlamağa cəhd edirdi
Napoleon Bonapart və sionizm
Yəhudi alimləri iddia edirlər ki, Avropa qitəsinin siyasi xadimləri arasında İsrail dövlətinin yaradılması ideyasını ilk dəfə məhz Fransa imperatoru irəli sürüb. Təl-Əviv Universitetinin professoru Mordexay Gixonun “Napoleon Müqəddəs torpaqda” kitabının (“Napoleon in the Holy Land”) əsasını təşkil edən “Napoleon – ilk sionistdir” fikri yəhudilər arasında hələlik tam təsdiqlənmiş və dəstəklənmiş ciddi müzakirə mövzusudur. Bir tərəf Fransa imperatorunun səmimi qəlbdən siaonist olmasına şübhə ilə yanaşır və hesab edir ki, O, bununla yəhudi icmasının siyasi dəstəyi və maliyyə yardımına ümid edib. Digər tərəfdən isə Napoleonun xalis sionist siaysi xadim olmasını isbat etmək üçün əlini Tövrata qoyaraq and içməyə belə hazırdır.
Bu mülahizələrdən hansının doğru olmasını indi isbatlamaq çətindir. Tarix məqsəd naminə bütün vasitələrin keçərli olmasını daim xatırladır. Napoleon Bonapartın uğursuz Şərq saiyasəti də buna daha bir sübutdur.
Şübhəli sənəd
…1798-ci il. Gənc fransız generalının qoşunları Misiri işğal edir. Bundan sonra onun 30 minlik hərbi korpusu Sinay yarımadasından keçərək Qüdsə üz tutur. 1799-cu il martın 7-də fransızlar Yaffanı ələ keçirir və Akraya üz tuturlar. Məhz bu zaman Napoleon Bonapart “Afrika və Asiya yəhudilərinə şağırış”-ı yazır. Bu sənədin əsli, orjinalı yoxdur, lakin onun alman dilində tərcümə edilmiş nüsxəsinin altında “Baş fransız generalı Napoleon və Qüdslü ravvin Axaron”un imzaları durur. Çağırışda deyilir: “İsraillilər- siz vahid xalqsınız, Fransa sizə İsrail torpağını geri qaytarmağı təklif edir. Öz xalqınızın köməyi və dəstəyi ilə ələ keçirilmiş ərazini geri qaytarın və onu istənilən qəsbçidən qoruyun!”
Napoleonun İsrail dövlətini yaratmaq ideyasını təsdiqləyən bu mübahisəli sənəddə nəzərdə tutulanlar tarixi gerçəyə niyə çevrilmədi?
20 may 1799-cu il. İngilis admiral Nelson Yaxın Şərq sahillərində baş vermiş döyüşdə fransız dəniz eskadrasını məğlubiyyətə uğratdı. Bundan sonar Avropaya qayıdan Napoleon dünya cahangirinə çevrilmək, möhtəşəm dövlət yaratmaq ideyasını gerçəkləşdirmək üçün yeni planlar düşünməyə başladı. Lakin onun Yaxın Şərqdən keçməklə bir çox fatehlərin ağalığını bərqərar etmək planları bir-bir uğursuzluqlara uğradı.
Fransızpərəst hindlilər
XVIII və XIX əsrlər Yaxın və Orta Şərq uğrunda Fransa-İngiltərə rəqabətinin şahididir. Bu amansız mübarizədə gah bir, gah da digər tərəf üstünlük qazanırdı. İlk dövrdə Fransız Hindistanının generalqubernatoru Düpleksin sayəsində birincilər Hind yarımadasında xeyli irəlidə idilər. Lakin 7 illik müharibə Fransa üçün Hindistandakı bütün müstəmləkələrin itirilməsi ilə nəticələndi.
XVIII əsrin 70-ci illərində ingilislərin Hindistandan qovulması üçün kral XVI Lüdovikə neçə-neçə plan təqdim edilirdi. Buna qədər mahir xəfiyyələr hind hakimlərinin saraylarına yol tapır, onları müxtəlif təkliflərlə şirnikdirməyə çalışırdı. Şirəyə gələn milçəklər- hakimlər çox idi və Hindistanda fransızlara qarşı artan siyasi rəğbətin müəyyən səbəbləri vardı. Məsələn sözügedən yüzilliyin 50-ci illərində yarımadanın cənub hissəsində mövcud olan dövlətin (Dekan) hakimləri – Heydərabad sultanının qoşunu fransız mütəxəssislərinin təlimi görmüşdü. Bu mütəxəssislərə polkovnik Büssi rəhbərlik edirdi. Peşəkar hərbiçi, həm də avantürist Büssi Heydərabadda 7 illik müharibəyədək qaldı.
1778-ci ildə Fransa müstəqilliyini elan etmiş ABŞ-ın müttəfiqi idi və Hindistandakı müstəmləkələrdə yerləşən fransız qoşunlarının Fransa ilə əlaqələri yox dərəcəsində idi. Onlar Hind yarımadasındakı inglislərin hərbi təzyiqinə tab gətirə bilməyib şəhərləri bir-bir təhvil verirdi. Lakin admiral Süffrenin donanması Hind okeanında ingilisləri məğlub etdikdən sonar polkovnik Büssinin rəhbərlik etdiyi kiçik hərbi korpus Kuddalur yaxınlığında mövqe tutdu. Bu zaman ingilislər iki hind hakimi (Maysur dövlətinin başçıları Heydər Əli və Tipu-Sultan) ilə müharibə aparırdı. Fransız hərbi müşavirlərin olduğu Heydərabad şəhəri də artıq Maysur dövlətinin tərkibinə qatılmışdı.
Polkovnik Büssi Fransa dövləti adından Heydər Əli və Tipu-Sultana müttəfiqlik müqaviləsi imzalamağı təklif etdi. Bu işə iki ay sərf edən fransız hərbçisindən fərqli olaraq, ingilislər vaxtı fövtə verməyib üçqat artıq hərbi qüvvə topladılar və fransız korpusuna qarşı hücuma keşdilər. 20 saatlıq döyüşdə ingilislərin itkisi 2 min nəfərə çatdı. Lakin tezliklə Kuddalurda mühasirəyə düşmüş fransızlara Fransa ilə İngiltərə arasında sülh müqaviləsinin imzalanması xəbəri çatdı. Döyüş əməliyyatı bitdi. Maysur dövlətinin hakimləri təklikdə qaldı və onlar mübarizənin mənasızlığını anlayıb ingilislərlə barışıq sazişi imzaladı.
1783-cü ilin müqaviləsinə əsasən, Hind yarımadasındakı Pondişeri, Şandernaqor, Mae, Yanam, Karikal kimi iri müstəmləkə- şəhərlər fransızların nəzarətində qaldı. Maysur hakimi Tipu-Sultan isə 1788-ci ildə Parisə səfər etdi və kral sarayında (Versalda) təntənə ilə qarşılandı. Lakin inqilab bütün siyasi kartları qarışdırdı və ingilislər Hindistandakı bütün fransız müstəmləkələri işğal etdilər.
İnqilabi işğal
Həmin əsirdə Nadir şah Hindistanı fəth etmiş son fateh idi. Onun 1736-1747-ci illərdə yarımadaya hərbi yürüşü və Dehli kimi iri şəhəri ələ keçirərək böyük qənimətlərlə geri dönməsi Avropa qitəsində bir çoxlarının yuxusuna haram qatmışdı. Həmin dövürdə, əsrin sonunda Fransa böyük inqilab xəstəliyinə tutulmuşdu. Vikont Barras - əsilzadə, inqilabçı və inqilabi Direktoriya hökumətinin başçısı Napoleon Bonapartı Yaxın Şərq və Hindistan səfərlərinə həvəsləndirən əsas şəxs idi.
Şöhrətinin zirvəsində olan Napoleon Yaxın Şərq yürüşünə çıxanda Londonda təlaş baş qaldırdı: “O, hindistana doğru irəliləyir!” Təcili qaydada İstanbula elçilər göndərildi və sultan Qırmızı dənizdəki bütün limanları fransızların üzünə qapatdı. Lakin Napoleonun elçiləri xəlvəti olaraq Məkkə və Mədinənin (İki Müqəddəs Hərəmin) o zamankı vəhhabi rəisi ilə gizli danışığa girdilər. məqsəd onun köməyi ilə gəmilər almaq və Hind okeanına çıxmaq idi. Eyni zamanda, 1799-cu ildə Napoleon Maysur hakimi Tipu-Sultana məktub göndərərək ona ingilislərə qarşı müttəfiqlik təklif etdi. Lakin Ərəbistan yarımadasının cənubundan keçərək uzun yol gedən məktub Maysur hakiminə çox gec çatdı.
1799-cu ilin əvvəllərində general Uilsonun missiyasi Yəmənə gəldi. Ərəb şeyxləri öz torpaqlarında ingilis qarnizonunun yerləşdirilməsinə razılıq vermədilər, lakin Plankettin kiçik donanması Qırmızı dənizdə nəzarəti ələ aldı. Beləliklə, Napoleonun Qırmızı dənizdən keçərək Hindistana üz tutmasının qarşısı alındı. İnqilabi Fransanın Hind okeanında donanması yox idi və gənc general Avropadakı limanlardan çıxan gəmilərin gəlişini gözləyə bilməzdi. Napoleonun bir çıxış yolu qaldı: Osmanlı ərazisində olan Suriya, İraq, habelə İrandan keçərək Hindistana yol açmaq.
Qacar sülaləsindən olan Fətəli şahla danışıqlar başlandı. Hindistandakı ingilis general- qubernatoru Uelsi isə öz növbəsində fransızların quru yolunu bağlamaq üçün Əfqanıstan və Hindistanın şimalındakı Sind əyalətində olan Talup sülaləsi ilə danışıqlara əl atdı. İngilislər hətta rus elçisi Vorontsova müraciət edərək, Əfqanıstana qoşun göndərməyi xahiş etdilər. Bununla bərabər, Heydərabaddakı fransız hərbi müşavirlər əsir götürüldü.
1799-cu ilin fevralında ingilislər onlarla müttəfiq olan hind hakimləri ilə birgə Maysur dövlətinə hücum etdilər. Tipu-Sultan düşmən üzərində bir neçə xırda qələbə qazandı, amma sərkərdələrinin xəyanəti onu mühasirə vəziyyətində qoydu. Fransadakı inqilabi Direktoya Yaxın Şərqdə böyük uğurlar qazana bilməyən general Bonaparı geri çağırdı və ilk Şərq hərbi kampaniyası başa çatdı.
Riskli yürüş
1800-cü ildə Direktoriyanın Birinci Konsulu Napoleonla rus çarı I Pavel arasında diplomatic yaxınlaşma baş verdi. Avropada ikihakimiyyətlik qurmaq istəyən çar və gələcək imperatorun planlarında Osmanlı imperiyasını da bölüşdürmək nəzərdə tutulurdu.
Rusiya İngiltərə ilə müharibənin astanasında idi. İngiltərəyə ixrac dayandırıldı, don atamanı Vasili Orlova Hindistana səfər üçün qoşun toplamaq əmri verildi, eyni zamanda Kamçatkadakı donanma Sakit okeandan Hind okeanına yürüşə hazırlıq göstərişi aldı. Çar Pavel kazak atamanı Matvey Platova ekspedisiyaya rəhbərlik etmək və qısa müddətdə Hind çayı sahillərinə çıxmağı tapşırdı. Mərkəzi Asiyanın hələ öyrənilməmiş, xəritəsi olmayan qumsal çölləri, səhraları ilə yürüyərək, Xəzər sahilindəki Astrabad şəhərinə çatmalı olan rus qoşunu fransızlarla yol yoldaşı olmalı idi.
Qacar sülaləsinin əsas dayaq məntəqəsi olan sahil şəhərindən davam edəcək yürüş Heart, Fərrax və Qəndahardan keçməklə Hind çayında tamamlanmalıydı. Buna qədər isə Avstriya- Macarıstandan yola çıxacaq fransız hərbi ekspedisiyası Dünyadan Qara dənizə, oradan isə rus hərbi gəmiləri ilə Qafqaza, daha sonar isə eyni marşurutla Don kazakları ilə birgə 120 günlük bir yol ölçüb son coğrafi məntəqədə möhkəmlənməli idi.
Nadir şahın yürüş planını təkrarlayan Napoleon Bonapartın bütün niyyətləri I Pavelə qarşı sui-qəsdlə (12 mart 1801-ci il) alt- üst oldu. Amma iddialı fransız general hələ də planlarında sabit qalmışdı. 1802-ci ildə polkovnik Sebastianinin xəfiyyə qrupu Yaxın Şərqə yollandı. Admiral Dekanın eskadrası isə Hindistana desant çıxarmalı və ingilislərə qarşı xalq üsyanları təşkil etməli idi. Lakin hər iki missiya uğursuzluğa uğrasdı. Sonrakı illərdə, hətta 1812-ci ilin hərbi kampaniyasında Rusiyaya məğlub olduğu dövürdə də Napoleon Bonapartın düşüncələrində əsrarəngiz Şərqi fəth etmək planları qalırdı. Lakin artıq gec idi, mahir sərkərdə üçün, (özü bunu başa düşməsədə,) tarixin geriyə sayımı başlamışdı.
313
- Ayrıntılar
- Kategori: Siyasi
- Gösterim: 2006
O, sadə, dindar, lakin eyni zamanda, dünyanın siyasi gündəmində hər an çaxnaşma yarada bilən şəxsdir.
Quranı uşaqlıq dövründən əzbər bilir, dediyinə görə, islam dəyərləri onun ruhunda və qanındadır, bu səbəbdən dövlət idarəçiliyndə də islami dəyərlərin qorunub saxlanmasına xüsusi önəm verir.
Özünün prezident seçilməsini ölkəsində "yeni islam inqilabı" adlandırır, hamisi olduğu və artıq İranda milli qürur məsələsinə çevrilən nüvə proqramını isə bu inqilabın əsas nailiyyəti hesab edir.
Damarlarında azərbaycanlı qanı axır, atasının məmləkəti olan Qərbi Azərbaycanı ölkəsi üçün nemət və bərəkət adlandırır.
Azərbaycan dilini də çox gözəl bildiyini elə Bakı səfərlərinin birində etiraf edib...
Dünya bu şəxsi daha çox qalmaqallar ustası, ən böyük antisemit, "Mürəkkəb sadəlik" kimi tanısa da, xalqı ona - Mahmud Əhmədinejada inanır və "İnqilabdan doğulmuş qəhrəman" kimi qəbul edir.
Nalbənd oğlu
Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Harmsar şəhərinin Aradan kəndində anadan olub. İxtisasca dəmirçi olan və əsasən atlar üçün nal düzəldən atası oğlunun dünyaya gəlməsindən bir il sonra ailəsi ilə birlikdə paytaxt Tehrana köçüb. Ailənin paytaxta köçməsinə əsas səbəb Məhəmməd Rza şah tərəfindən həyata keçirilən torpaq islahatlarından kəndlilərin əziyyət çəkməsi və qazanc yerlərindən məhrum olması idi. Elə bu səbəbdən Əhmədinejadın da ailəsi çoxları kimi qazanc dalınca doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmışdı. Bununla bağlı İran Prezidenti öz xatirələrində aşağıdakıları qeyd edir: "Mən ailədə dördüncü uşaq idim. Doğulmağımdan sonra ailəmiz daha sıxıntılı vəziyyətə düşmüşdü. Atamın cəmi altı illik orta məktəb təhsili var idi. O, heç vaxt kübar dünyaya can atmasa da, çətin həyat şəraiti atamı Tehrana getmək barədə qərar qəbul etməyə vadar etdi. Biz Tehranın cənubunda yerləşən Pamenar rayonunda məskunlaşdıq".
Əhmədinejadın ailəsi Tehranda da maddi sıxıntılar içində yaşayır. Elə bu səbəbdən orta məktəbdə təhsil aldığı illərdə Əhmədinejad həm də ailəyə kömək üçün mağazaların birində satıcı köməkçisi işləməyə məcbur oldu. Lakin işləməsinə baxmayaraq, o, orta məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biri idi. 19 yaşında orta məktəbi bitirməsi barədə attestat alan İran Prezidenti 1975-ci ildə yenə də yüksək göstəricilərlə Tehranın Elm və Sənaye Universitetinin mühəndislik fakültəsinə daxil oldu (həmin universitetə sənəd verən 400 min abituriyent arasında Əhmədinejad 132-ci yerə çıxmışdı).
Universitetdə təhsil aldığı illərdə Əhmədinejad adı indiyə qədər mətbuatda hallandırılmayan gələcək həyat yoldaşı ilə tanış oldu. Cütlüyün ailə həyatı qurmasından sonra isə onların iki oğul və bir qız övladı dünyaya gəlib. Şəriət qanunlarına görə, qadın ev təsərrüfatı işləri və uşaqların tərbiyəsilə məşğul olmalıdır. Elə buna görə, istər İran daxilində, istərsə də xarici ölkələrə səfərlərində Əhmədinejadı həyat yoldaşının müşayiət etməməsi təsadüfi deyil. Lakin bəzi beynəlxalq görüşlərə Əhmədinejadın həyat yoldaşı da qatılır. Məsələn, 2006-cı ildə BMT Baş Assambleyasının iclasında Əhmədinejadın çıxışını həyat yoldaşı elə zaldan izləyib. Həmin vaxt ən çox diqqət çəkən məqam İran Prezidentinin həyat yoldaşının cangündənlərinin hamısının qara çarşablı qadınlardan ibarət olması idi.
<B>İnqilabçı tələbə</B>
Siyasi fəaliyyətə Əhmədinejad elə tələbəlik illərindən başlayıb. Belə ki, o, həmin illərdə yaranan və əsas etibarı ilə gənclərdən ibarət antişah hərəkatının ən fəal üzvlərindən biri idi. Eyni kursda təhsil aldığı tələbə yoldaşları ilə birlikdə dini xarakterli jurnalın buraxılışında da yaxından iştirak edirdi. 1979-cu ildə İranda baş verən islam inqilabından az sonra Əhmədinejad təhsil aldığı universitetdə İslam Tələbə Assosiasiyasının əsasını qoydu. Bununla yanaşı, İranın dini lideri Ayətullah Xomeyninin yaxın silahdaşlarından biri olan Ayətullah Behiştinin yaratdığı Dini Tədris Müəssisələri və Universitetlərin Birliyi Təşkilatının ultramühafizəkar qanadına qoşuldu. Həmin dövrdə İran müxalifəti liberal əhval-ruhiyyəli müəllim və tələbələrin təqib edilməsində bu təşkilatın əvəzsiz rol oynadığını bildirirdi.
İran Prezidentinin internet gündəliyində özü barədə xatirələrindən belə təəssürat yaranır ki, onun tərcümeyi-halı elə islam inqilabının tarixidir. Hələ tələbəlik illərində o, İmam Xomeyninin təsiri altına düşmüşdü. Bunu Əhmədinejad belə xatırlayır: "Xomeyninin çıxışlarına qulaq asdığım dövrləri heç vaxt unuda bilmərəm. Onun söhbətlərində qüdrətli Allaha güclü inam eşidilirdi. O, insanları həqiqi islama qayıtmağa çağırırdı. İnsanlar onun göstərişlərinə ürəkdən əməl edirdi. Hətta düşmənləri arasında da o, xüsusi hörmətə malik idi".
İslam inqilabı zamanı Əhmədinejadın adının hallandığı məsələlərdən biri də 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin tutulması ilə bağlıdır. Həmin vaxt səfirlikdə girov götürülən bəzi şəxslər, eləcə də İranın keçmiş Prezidenti Əbülhəsən Bənisədr iddia edirdi ki, Əhmədinejad səfirliyin tutulmasında iştirak edib. Hətta qeyd olunurdu ki, Əhmədinejad sonradan girov götürülən diplomatların mühafizəsində və onların sorğu-suala çəkilməsində yaxından iştirak edib. ABŞ administrasiyası tərəfindən də bu məsələ ilə bağlı aparılan xüsusi tədqiqatda Əhmədinejadın əleyhinə hər hansı dəlil tapılmayıb. Lakin digər məlumatda qeyd olunur ki, ABŞ səfirliyinin ələ keçirilməsi ilə bağlı plan hazırlanarkən Əhmədinejad həmin dövrdə Tehrandakı SSRİ səfirliyinin də tutulması təklifilə çıxış edib. Onun tərəfdarları isə bu təklifin əleyhinə çıxıb. Yəni, həmin dövrdə İranın \gələcək prezidenti sovet rejiminin əleyhinə çıxanlar sırasında yer alıb.
<B>Cəbhədən cəbhəyə</B>
1980-ci ildə İran-İraq müharibəsi başlananda Əhmədinejad könüllü olaraq ordu sıralarına yollandı. Burada o, "Bəsic" adlanan yığma qoşun növündə təlimatçı işləməyə başladı. Onun tərkibində vuruşduğu tabor İraqın şimal və şərqində diversiya əməliyyatları ilə məşğul olurdu. Bu, "Bəsic"in nüfuzunu xeyli artırırdı. Elə buna görə, müharibənin başlanmasından bir qədər sonra yaradılan "Bəsic" az keçmiş İslam İnqilabı Gözətçiləri Korpusunun (İİGK) tabeliyinə verildi. İran ordusuna əlavə kömək üçün yaradılan İİGK həm o dövrdə, həm də indi ölkənin siyasi həyatında fəal iştirak edir. "Bəsic"in İİGK-nın tabeliyinə verilməsindən sonra Əhmədinejad bu təşkilatın nümayəndəsi kimi də aktiv fəaliyyətini davam etdirməyə başladı və İİGK-nın administrativ pilləsində sürətlə yüksəlməyə başladı.
Bəzi məlumatlara görə, İran-İraq müharibəsinin başa çatmasından sonra Əhmədinejad Avropa və Yaxın Şərqdə İran rejiminin əleyhdarlarının məhv edilməsini nəzərdə tutan əməliyyatın hazırlanmasında iştirak edib. Hətta onun adı İran kürdlərinin lideri olan və Vyanada qətlə yetirilən Əbdül Rəhman Hassemlunun ölümündə də hallanırdı. Sözügedən qətli araşdıran Avstriya hökumətinin bəzi məlumatlarına istinadən bu ölkənin parlament nümayəndəsi, Yaşıllar Partiyasının ovaxtkı lideri Peter Pilts Əhmədinejadın həbsinə order verilməsini tələb edirdi. Bu dövrdə İran hökuməti Avstriya nümayəndəsinin tələbini rədd edərək Əhmədinejadın kürd liderinin qətlinə heç bir aidiyyətinin olmadığını bildirdi. Qətli araşdıran ABŞ xüsusi xidmət orqanları da Hassemlunun ölümündə Əhmədinejadın iştirakına dair hər hansı sübutun olmadığını bəyan etdi.
<B>Nümunəvi qubernator</B>
Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirən Əhmədinejad 1986-cı ildə aspiranturaya qəbul olundu. 3 il sonra onu Tehran Universitetinin mühəndislik fakültəsinin Müəllimlər Şurasına üzv qəbul etdilər. Təhsil illərində nəqliyyat yolunun çəkilməsi üzrə ixtisaslaşan Əhmədinejad 1997-ci ildə doktorluq dərəcəsi aldı.
İslam inqilabı və ondan sonrakı dövrdə göstərdiyi fəallıq Əhmədinejadın hakimiyyət dairələrinin diqqət mərkəzində qalmasına daim münbit şərait yaradırdı. Elə bu səbəbdən ali təhsil illərində Əhmədinejad həm də inzibati idarə mərkəzlərində çalışmağa başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra İİGK-nın fəal nümayəndəsi kimi o, İranın şimal qərbində yerləşən Maku və Xoy şəhər administrasiyalarına rəhbərlik edib. Həmçinin Kürdüstan vilayətinin qubernatorunun məsləhətçisi vəzifəsində çalışıb. 1993-cü ildə isə mədəniyyət və təhsil nazirinin məsləhətçisi vəzifəsinə təyin olunub. Bütün vəzifələrdə özünü doğruldan Əhmədinejad elə həmin il Ərdəbil vilayətinin qubernatoru vəzifəsinə yiyələndi. Üç il dalbadal Əhmədinejad nümunəvi qubernator adına layiq görüldü. 1997-ci ildə İran islahatçılarının lideri Məhəmməd Hatəminin prezident seçkilərində qalib gəlməsindən sonra qubernator vəzifəsindən istefa verən Əhmədinejad Tehran Universitetində müəllimlik fəaliyyətini davam etdirməyə başladı.
Müəllimlik fəaliyyəti İranın gələcək Prezidentini 6 il müddətinə aktiv siyasətdən kənar qoydu. Onun siyasətdən aralı düşməsinə əsas səbəb həm də islahatçıların o dövr üçün İran xalqı tərəfindən daha geniş şəkildə dəstəklənməsi idi. Lakin Məhəmməd Hatəmi prezident seçildikdən sonra vəd etdiyi islahatları tam miqyasda həyata keçirə bilmədi. Elə bu da islahatçıların nüfuzunun azalmağa doğru getməsinə münbit şərait yaradırdı. Hadisələrin bu səpkidə inkişafı Əhmədinejadın siyasətə qayıtmasını stimullaşdırırdı. Onun siyasətə yeni və böyük qayıdışı isə 2003-cü ildə baş verdi. 6 il öncə Tehran Bələdiyyə Şurasında böyük əksəriyyət təşkil edən mühafizəkarlar Əhmədinejadı paytaxt meri seçdilər. Buna əsas səbəb onun Maku və Xoyda iş təcrübəsi, həmçinin mühafizəkarlar arasında xüsusi hörmət sahibi olması idi.
<B>Evsiz prezident</B>
Mer seçildikdən sonra Əhmədinejad bu vəzifədə sələfləri tərəfindən həyata keçirilən bəzi islahatlara dəyişiklik etdi. Məsələn, o, dini mədəni mərkəzlərin fəaliyyətinin daha da güclənməsinə lazımi şərait yaratdı. Bələdiyyə orqanlarında qadın və kişilər üçün ayrıca lift və pilləkənlərin olmasına, bələdiyyənin kişi üzvlərinin saqqal saxlamasına göstəriş verdi, bələdiyyədə qısa qolu olan paltarların geyinilməsinə qadağa qoyuldu, qadınlar hamısı hicab geyməyə başladı, Qərb tipli "fast fud" restoranlarının hamısı bağlandı. Həmçinin Qərb kino və musiqi ulduzlarının yer aldığı reklamlar qadağan edildi. Bununla yanaşı, Əhmədinejad korrupsiyaya qarşı ciddi mübarizəyə başladı.
O, hər hansı ambisiyasının olmaması, korrupsiyanın ən qatı əleyhdarı kimi İranda ən çox sevilən şəxslər sırasında yer alırdı. Bununla bağlı maraqlı faktlardan biri ondan ibarətdir ki, Tehran kimi böyük bir meqapolisə rəhbərlik etməsinə rəğmən, Əhmədinejadın özünün evi olmayıb. Hətta prezident seçildikdən sonra da müəyyən müddət atası evində yaşayıb.
Mer olarkən onun köməkçilərindən biri belə bir maraqlı hadisəni xatırlayır: "O, paytaxtda görülən işlərlə tanış olmaq üçün hər həftə şəhəri gəzirdi. Bir dəfə belə gəzintilərin biri zamanı səkiyə bitişik novun yarpaqla dolduğunu gördü. İşçiləri və köməkçiləri çağırmaq əvəzinə özü maşından düşüb qollarını çirmələyərək diz üstə oturub novu yarpaqlardan və digər əşyalardan təmizlədi".
Ancaq siyasi proseslərə mühafizəkar düşərgənin təmsilçisi kimi baxışları onunla Prezident Məhəmməd Hatəmi arasında olduqca ciddi ziddiyyətlərin yaranmasına da səbəb olurdu. Elə bu səbəbdən əvvəlki Tehran merləri hökumət yığınıcaqlarında iştirak etdiyi hallarda Hatəmi Əhmədinejada belə bir hüququn verilməsindən imtina etmişdi. Əslində yaşanan ziddiyyət Əhmədinejadın İranda nüfuzunun yüksəlməsində az rol oynamırdı. Xüsusən də mühafizəkarlar arasında onun şöhrəti durmadan artırdı. Elə bu da 2005-ci ilin iyununda keçirilən prezident seçkilərində mühafizəkarların əsas namizədi qismində paytaxt merinin çıxış etməsinə səbəb oldu. Həmin dövrdə islahatçıların seçki yarışında təmsilçisi, Qərb ölkələri ilə münasibətlərin inkişafının tərəfdarı olan və seçkilərin favoriti sayılan sabiq Prezident Əli Əkbər Haşimi Rəfsancaninin Əhmədinejadı məğlub edə biləcəyinə inanlar çox idi. Lakin rəqibindən fərqli olaraq Əhmədinejad İranın dini lideri ayətullah Əli Xameneyi tərəfindən dəstəklənirdi. Bəzi dairələr dini liderlə Əhmədinejadın yaxınlığının hər ikisinin mənşəcə azərbaycanlı olması ilə izah edirdi.
Bundan başqa dini liderə tabe olan, ölkənin ən güclü silahlı qüvvələri statusunu daşıyan, İran-İraq müharibəsi zamanı Əhmədinejadın sıralarında qulluq göstərdiyi İslam İnqilabı Gözətçiləri Korpusu prezident seçkilərində Tehran merinin tərəfdarı kimi çıxış edirdi. Elə bu da seçkilərin ilk turunda Əhmədinejadın Rəfsancanidən cəmi 1,5 faiz az səs qazanmasına səbəb oldu. Seçkilərin ikinci turu isə həm İran, həm də dünya ictimaiyyəti üçün əsl şok effekti yaratdı. Belə ki, ikinci turda 62 faiz səs toplayan Əhmədinejad rəqibi üzərində inamı qələbə qazandı. Həmin vaxt Rəfsancani cəmi 35,8 faiz səs toplaya bilmişdi. Nəticələr bir sıra bəyanatları ilə dünyanı silkələməyi bacaracaq Əhmədinejadın İranın yeni prezidenti olması demək idi.
<B>Mühafizəkar islahatçı</B>
Prezident seçildikdən sonra o, mühafizəkarlardan ibarət yeni hökumət formalaşdırdı. Fundamentalist baxışlara malik mühafizəkarlar Nazirlər Kabinetində bütün aparıcı postları öz əllərinə aldılar. O da maraqlıdır ki, prezident olduqdan sonra da Əhmədinejad olduqca sadə həyat tərzi sürməkdə davam edirdi. Elə bu səbəbdən dövlət başçısı seçildikdən sonra VİP təyyarədən imtina etdiyini bildirdi. Yerli və xarici qonaqlarını isə şah saraylarında yox, indi də Tehranın mərkəzində yerləşən ofisində qəbul etməyə üstünlük verir. Prezidentin kabinetini bəzəyən bütün qədim fars xalçalarını isə Tehran Xalçaçılıq Muzeyinə hədiyyə edib. Bütün bunlar onun xalq arasında şöhrətinin bir qədər də artmasında az rol oynamayıb. Hakimiyyətə gəldikdən sonra onun gördüyü ilk işlərindən biri də yeni evlənmiş şəxslərə iş və ev sahibi ola bilmələri üçün neft gəlirlərindən xüsusi vəsaitin ayrılması və bu məqsədlə fondun yaradılması oldu. Bir müddət sonra isə yerli radio və telekanallırın "ziyanlı və Qərb musiqiləri"nin translyasiya edilməsinə qadağa qoydu.
Əhmədinejadın prezident olduğu ilk ildə İranın Qərb dövlətləri ilə münasibətləri bir qədər kəskinləşməyə başladı. Bunun əsas səbəblərindən biri də onun beynəlxalq qalmaqal yaradan açıqlamalar verməsi idi. Məsələn, o qeyd edirdi ki, İsraili dünya xəritəsindən silmək lazımdır. Bu açıqlama Qərb dövlətləri ilə yanaşı, İranın müttəfiqi sayılan Rusiya tərəfindən də narazılıqla qarşılandı. İsrail Prezidenti Şimon Peres isə İranın BMT sıralarından kənarlaşdırılmasını təklif etdi. Lakin dünya dövlətlərinin belə kəskin reaksiyasına rəğmən, 2005-ci ilin dekabrında Əhmədinejad İsraillə bağlı verdiyi daha bir qalmaqallı açıqlamaya görə dünya ictimaiyyətinin diqqətini özünə növbəti dəfə cəlb edə bildi. Bu dəfə o, Holokost zamanı yəhudilərin kütləvi soyqırıma məruz qalmasını şübhə altına alır və bunun mif olduğunu bildirirdi. Qərb liderlərinə müraciət edən Əhmədinejad İsrail dövlətinin bu torpaqlardan köçürülməsini və bu dövlətin Avorpada, yaxud ABŞ-da yerləşdirilməsi üçün ona həmin yerlərdə ərazi ayrılmasını təklif edirdi.
Lakin İranın dünya ictimaiyyətinin, xüsusən də Qərb dövlətlərinin gündəmində əsas yerlərdən birini tumasının ən önəmli səbəbi bu ölkəninin nüvə proqramıdır. İranın iri şəhərlərindən olan İsfahanda və Natanzda uranın zənginləşdirilməsi ilə məşğul olan zavodların işə salınmasından sonra Əhmədinejad ölkəsinin nüvə texnologiyasına malik ölkələr siyahısına daxil olduğunu bəyan etdi. Ölkənin müəyyən müddət üçün MAQATE ilə əməkdaşlığını dayandırması isə 2006-cı ilin dekabrında BMT təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar tətbiq etməsilə nəticələndi. Lakin bu sankisyaların İranı qorxutmadığını bildirən Əhmədinejad ölkəsinin nüvə enerjisindən sırf dinc məqsədlərlə istifadə etmək niyyətində olduğunu bəyan etdi. Maraqlıdır ki, beynəlxalq sankisyalara rəğmən İran xalqı ölkə hakimiyyətinin nüvə proqramına daha geniş dəstək verməyə başladı və artıq bu gün nüvə proqramı İranda, belə demək mümkündürsə, milli qürur məsələsinə çevrilib. 2007-ci ilin dekabrında isə ABŞ kəşfiyyatı tərəfindən hazırlanan yeni hesabata görə, İran nüvə silahının yaradılması ilə bağlı proqramları 2003-cü ildən tam dayandırıb.
Bundan sonra İran prezidenti ölkəsinin dinc nüvə proqramından imtina etməyəcəyini bir daha bəyan edib. ABŞ-da Prezident Barak Hüseyn Obamanın hakimiyyətə gəlişindən sonra isə Əhmədinejad gözlənildiyinin əksinə olaraq ona təbrik ünvanlayıb. Buna əsas səbəb Barak Hüseyn Obamanın hələ hakimiyyətə gəlməzdən əvvəl İranla yaranan problemi danışıqlar yolu ilə çözmək istəyini bildirməsi olub. Əhmədinejad Obamanın bu istəyinə müsbət cavab verib: "İran ABŞ-ın yeni hökumətindəki gerçək və düzgün dəyişiklikləri qarşılamağa hazırdır. Biz həmçinin dünyanın əsas və mühüm problemlərinin həlli üçün qarşılıqlı və ədalətli əməkdaşlığa hazır olduğumuzu bildiririk. Dünyanın hazırkı vəziyyəti bir sıra zülmkar ölkələrin rəftarının dəyişməsinə əlverişli şərait yaradıb".
Belə hesab olunur ki, Əhmədinejad ikinci müddətə prezident seçilərsə, islam inqtilabından sonra ABŞ-la yenidən normal münasibətlər yaradan dövlət başçısı kimi adı tarixə keçə bilər. Çünki iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasında maraqlı olduqlarını həm ABŞ, həm də İran prezidenti açıq bəyan edir. İranda növbəti prezident seçkiləri isə cari ilin iyunun 12-də keçiriləcək. Artıq bu ilin yanvarın 28-də Əhmədinejad yenidən prezident postuna namizədliyini irəli sürəcəyini açıqlayıb. Prezident öz proqramlarını həyata keçirməsi üçün 4 ilin kifayət etmədiyini vurğulayıb. Son prezident seçkilərində olduğu kimi Əhmədinejadın namizədliyi yenə də İranın dini lideri tərəfindən dəstəklənir. Lakin budəfəki seçkilərə sabiq Prezident Məhəmməd Hatəmi kimi güclü fiqurun, eləcə də keçmiş baş nazir, əslən azərbaycanlı Mirhüseyn Musəvi, parlamentin keçmiş sədri Mehdi Kərrubi, Tehranın keçmiş meri Məhəmmədbağır Qalibaf və keçmiş azərbaycanlı deputat Əkbər Ələmi kimi siyasətçilərin qatılması seçkilərin çox gərgin keçəcəyindən xəbər verir. Lakin ciddiliyi, dindarlığı, ambisiyalarının yoxluğu və xalqa yaxınlığı bu dəfəki seçkilərin əsas favoritinin məhz Əhmədinejad olduğunu deməyə əsas verir.
<B>"Azərbaycan bizim üçün nemət və bərəkətdir"</B>
Seçkilərlə yanaşı, İranı düşündürən daha bir vacib məsələ isə digər dünya dövlətlərində olduğu kimi qlobal böhranın təsirinin aradan qaldırılmasıdır. Dünyadakı iqtisadi böhran fonunda neftin ucuzlaşması və beynəlxalq sanksiyalar İran iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Bununla bağlı Mahmud Əhmədinejad başçılıq etdiyi hökumətdən ölkədə çörək, su və enerji istehlakının təcili azaldılmasını, bu istiqamətdə ciddi tədbirlər görülməsini tələb edib.
M.Əhmədinejad tələbini hökumət üzvləri ilə martın 30-da keçirdiyi iclasda irəli sürüb: "Benzinin vətəndaşlar arasında müəyyən miqdarda paylanması və talon üsulu ilə bölüşdürülməsi işində olduğu kimi, yenə vətəndaşlara yardım ilə bağlı ciddi tədbirlər görmək lazımdır. Çörək, su və enerji istehlakının həcmini azaltmaq üçün ciddi və təcili proqramlar hazırlanmalıdır. Adi proqramlarla bu sahədə səmərəli nəticə əldə edilməyəcək". İran prezidenti hökumət xərclərinin azaldılmasını, vacib olmayan rəsmi toplantıların, səfərlərin ixtisar edilməsini də vacib sayıb.
Mahmud Əhmədinejadın cəlbedici xüsusiyyətlərindən biri də İran prezidentinin ölkəsində yaşayan milli azlıqlara, o cümlədən azərbaycanlılara diqqətlə yanaşmasıdır. Əslən azərbaycanlı olan Əhmədinejad İranda yaşayan azərbaycanlılar barəsində də daim yüksək fikirdə olub. Cari ilin martın 4-də Qərbi Azərbaycan səfərinə çıxan İran prezidenti Urmiyanın "Təxti" stadionunda əhali qarşısında çıxışında bununla bağlı qeyd edib: "Qərbi Azərbaycan pak və faydalı insanlar yetişdirən bir diyardır. Qərbi Azərbaycan əyalətinin səması parlaq ulduzlarla doludur. Bu ulduzlar torpağın cəmiyyət üçün yetişdirdiyi pak, fədakar və faydalı insanlardır: alimlər, ədiblər, mütəfəkkirlər, şəhidlər... Bu yurdun tarixi ədəb, hünər və fədakarlıqla doludur, insanları həmişə böyük iradə və güclü əllərlə İranın inkişafı uğrunda böyük rol oynayıblar".
Urmiya şəhərində jurnalistlərlə söhbətində də İran prezidenti Qərbi Azərbaycanın ülvi dəyərlər diyarı olduğunu bildirib: "Azərbaycan bizim üçün nemət və bərəkətdir. Bu diyar, o cümlədən Qərbi Azərbaycan diyarı ülvi dəyərlər məkanıdır. Bu əyalətin əhalisi müsəlman İranın müstəqilliyini və mədəniyyətini qoruyan layiqli, imanlı və mehriban sərhədçilərdirlər. Onlar həmişə səmimi bir dayaq kimi İran xalqının yanında olublar".
<B>Strateji tərəfdaşlıq</B>
Azərbaycan və İran arasında əlaqələr intensiv inkişaf etdiyindən Mahmud Əhmədinejad və Prezident İlham Əliyev arasında indiyə qədər xeyli sayda görüş keçirilib. Prezidentlər arasında ilk görüş 2005-ci ilin 7-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutub. Həmin vaxt İslam Konfransı Təşkilatının (İKT) üçüncü növbədənkənar sammiti çərçivəsində görüşən prezidentlər qarşılıqlı əlaqələrin inkişafı, regional layihələrdə birgə iştirak, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
2005-ci ilin dekabr ayının 20-də Mahmud Əhmədinejad İran qazının Azərbaycana nəql edilməsinin açılışında iştirak etmək üçün Prezident İlham Əliyevin dəvətilə Naxçıvanda olub. Burada keçirilən görüş zamanı enerji sahəsində birgə əməkdaşlığa dair bəyannamə imzalayıb. Dövlət başçılarının növbəti görüşü 2006-cı ilin 5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı toplantısı çərçivəsində baş tutub. Bu görüşdə də hər iki prezident Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər. 2007-ci ilin 21 avqust tarixində Prezidenti İlham Əliyevin dəvəti əsasında İran İslam Respublikasının dövlət başçısı yenidən Azərbaycanda səfərdə olub. Prezidentlərin budəfəki görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları Əhmədinejadın o vaxtkı səfərinin əhəmiyyətinə toxunaraq bildiriblər ki, bu, əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
16 oktyabr 2007-ci ildə Prezident İlham Əliyev Tehranda "Sədabad" sarayının "Hafiziyyə" korpusunda Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısında iştirak edib. Tehranda Prezident İlham Əliyevlə həmkarı Mahmud Əhmədinejadın növbəti görüşü olub. Burada da prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, əlaqələr həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Həmçinin qeyd olunub ki, Xəzərətrafı ölkələrin dövlət başçılarının zirvə toplantısı sahilyanı dövlətlər arasında əlaqələri genişləndirməklə yanaşı, bölgədə əməkdaşlığa da töhfə verir/.
Cari il martın 10-da Prezident İlham Əliyev İrana rəsmi səfərə gedib. Səfər zamanı Azərbaycan Prezidentinin iranlı həmkarı ilə təkbətək görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan Prezidentinin İrana rəsmi səfərinin əhəmiyyətinə toxunan prezidentlər bu səfərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə Azərbaycan-İran münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə bir daha əminlik ifadə olunub.
4 il müddətində İran kimi böyük və zəngin bir ölkəyə rəhbərlik etməsinə rəğmən, Mahmud Əhmədinejad əvvəlki kimi sadəliyinə görə bu gün də İran xalqı tərəfindən çox sevilir. Elə prezidentin özü də xalqla təmasa xüsusi önəm verir. Bu səbəbdəndir ki, istər qubernator, istər mer, istərsə də prezident olduqdan sonra o, xalqla ictimai görüşlərə daim xüsusi diqqət yetirib. Bu, prezident olduğu müddət ərzində Əhmədinejadın xalq arasında sadə obrazının bir qədər də güclənməsinə səbəb olub. Lakin İran xalqı üçün Əhmədinejad obrazı nə qədər sadədirsə, dünya üçün bir o qədər də mürəkkəb və atacağı addımları qabaqcdan müəyyən etmək mümkün olmadığından çətin anlaşılandır.
Rasim BAYRAMOV,
"Azərbaycan"